QAT ATƏT-in Mİnsk Qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlikləri qarşısında etiraz aksiyası keçirib
[b]QAT ATƏT-in Mİnsk Qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlikləri qarşısında etiraz aksiyası keçirib[b]
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qəbul olunan qətnamənin əleyhinə səs verən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrinin Azərbaycandakı səfirliklərinin binası qarşısında etiraz aksiyası keçirib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə ABŞ, Rusiya və Fransa səfirliklərinə qara lentlə bağlanan sarı rəngli gül dəstələri, həmçinin məktublar təqdim olunub. Səfirliklərə təqdim edilən məktubda isə bildirilib ki, təmsil etdikləri ölkənin Azərbaycanın işğal olunan ərazilərindəki vəziyyətlə bağlı BMT Baş Assambleyasına qəbul olunan qətnamənin əleyhinə səs verməsi ciddi narazılıq doğurub. Məktubda həmsədr ölkələrin bu addımı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və Ermənistanın işğalçı niyyətlərinə dəstək kimi dəyərləndirilib: "Prinsipial məqamda qeyri-obyektiv mövqedən çıxış etdiyinə görə artıq təmsil etdiyiniz ölkənin Minsk Qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməyə heç bir haqqı yoxdur. Biz təmsil etdiyiniz ölkənin Minsk Qrupunda həmsədrliyinin dayandırılmasını tələb edir və bu istiqamətdə müxtəlif təzyiq vasitələrindən istifadə edəcəyimizi bildiririk".
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiqlənib
[b]"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiqlənib[b]
Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edib.
APA-nın "AzərTAc" Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən komitə, idarə və təşkilatlarda əlamətdar yubileylə bağlı keçiriləcək tədbirlər öz əksini tapıb. Tədbirlər - sərgilər, elmi konfranslar, eyni zamanda idman yarışları, festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq. Tədbirlər planında yubileyə həsr olunmuş poçt markaları, zərf və s. buraxılması, ümummilli liderin çıxış və nitqlərindən ibarət çoxcildliyin növbəti cildinin nəşr olunması, apreldə AMEA və Təhsil Nazirliyi tərəfindən Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş beynəlxalq konfransın təşkili, respublikanın bütün tədris müəssisələrində Heydər Əliyev dərslərinin keçilməsi, Heydər Əliyev adına İdman-Konsert Kompleksində görkəmli şəxsiyyətin irsi ilə bağlı sərginin açılması nəzərdə tutulub. Sənədə əsasən, Rusiyanın paytaxtı Moskva şəhərində, habelə digər xarici ölkələrdə Azərbaycanın səfirlikləri və diplomatik nümayəndəlikləri, diaspor təşkilatları yubiley tədbirləri təşkil edəcəklər. Mayın 10-da Fəxri xiyabanda Heydər Əliyevin məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulacaq. Həmin gün Heydər Əliyevin 85 illiyi münasibətilə təntənəli yubiley gecəsi də keçiriləcək.
Bir neçə qəzetin kollektivi bayram tətilinin yarısını işdə keçirməli olacaq
[b]Bir neçə qəzetin kollektivi bayram tətilinin yarısını işdə keçirməli olacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda fəaliyyət göstərən bir neçə qəzetin kollektivi martın 20-dən 28-dək olan doqquz günlük rəsmi istirahət və bayram günlərinin yarısını işdə keçirməli olacaq. APA-nın məlumatına görə, həmin qəzetlərin rəhbərləri martın 24-dən etibarən işə çıxmaq barədə qərar qəbul ediblər. "Bizim Yol", "Azadlıq", "Bakı-Xəbər" və "Yeni Müsavat" qəzetləri martın 25-dən satışda olacaq. Bu qəzetlərlə paralel bir sıra yayım firmaları da martın 24-dən işləyəcək. "Qaya" firmasının direktoru Xanhüseyn Əliyev ümumiyyətlə, firmanın fəaliyyətini dayandırmayacağını deyib. O, martın 23-dək qismən, 24-dən isə tam heyətlə işləyəcəklərini açıqlayıb. "Azərmətbuatyayım" firmasının rəhbəri Vüqar Səfərli isə hələlik bu məsələ ilə bağlı qəti qərar qəbul etmədiklərini söyləyib. O, yayımı ilə məşğul olduqları qəzetlər çap olunacağı təqdirdə, işə çıxacaqlarını bildirib.
Ermənilər Azərbaycanın Tovuz rayonunun Koxa Nəbi kəndini iki saat atəş altında saxlayıblar
[b]Ermənilər Azərbaycanın Tovuz rayonunun Koxa Nəbi kəndini iki saat atəş altında saxlayıblar[b]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 14.00-dan başlayaraq Bert rayonunun Çinari kəndində yerləşən mövqelərindən Azərbaycanın Tovuz rayonunun Koxa Nəbi kəndini aramsız atəşə tutublar. APA-nın Qərb bürosunun məlumatına görə, kəndin gülləbaran edilməsi iki saatdan artıq davam edib. Kənd sakinlərinin sözlərinə görə, əvvəlki günlərdən fərqli olaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini deyil, kənd ərazisini atəş altında saxlayıblar. Atəş nəticəsində yerli sakinlər xəsarət almasa da, evlərin dam örtüklərinə ciddi ziyan dəyib.
Yunanıstanı "Eurovision-2008"də təmsil edəcək Kalomira Azərbaycana gələcək
[b]Yunanıstanı "Eurovision-2008"də təmsil edəcək Kalomira Azərbaycana gələcək[b]
Bakı. Ülkər Qasımova - APA. Yunanıstanı "Eurovision-2008" mahnı müsabiqəsində təmsil edəcək müğənni Kalomira bu həftə Bakıya gələcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov məlumat verib. O bildirib ki, Afina təmsilçisi İTV-də yayımlanan bir neçə proqrama qonaq olacaq və konsert proqramı ilə çıxış edəcək. Kalomiranın KIV nümayəndələri ilə görüşü də təşkil olunacaq.
AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib
[b]AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Bu gün Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclası keçirilib.
İclasda iştirak edən Milli Məclisin AŞ PA-kı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi məlumata görə, Azərbaycanla bağlı müzakirələr çox konstruktiv keçib: "İclasda Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova və qurumun digər üzvləri Azərbaycanla bağlı məlumat veriblər. Novruz bayramı ilə bağlı əfv fərmanının gözlənilməsi, Azərbaycanla Venesiya Komissiyası arasında münasibətlərin konstruktiv şəkildə cərəyan etməsi, media problemləri, insan haqları sahəsində problemlərlə bağlı müzakirələr balanslaşdırılmış şəkildə keçirilib". İclasda Monitorinq Komitəsi çərçivəsində müzakirələrin davam etdirilməsi, iyunda isə Azərbaycanla bağlı ümumi müzakirələrin təşkil olunması qərara alınıb. Ona qədər isə həmməruzəçilər məruzənin ilkin variantını hazırlayıb Monitorinq Komitəsinə təqdim edəcəklər.
İraqın Azərbaycandakı səfiri Novruz bayramını ailəsi ilə birlikdə Tovuzda qeyd edəcək
[b]İraqın Azərbaycandakı səfiri Novruz bayramını ailəsi ilə birlikdə Tovuzda qeyd edəcək[b]
Bakı. Laçın Sultanova-APA. İraqın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ərşad İsmayıl Ömər millət vəkili Gənirə Paşayevanın dəvəti ilə Novruz bayramını ailəsi ilə birlikdə Tovuz rayonunda qeyd edəcək. APA-nın məlumatına görə, səfir üç gün ərzində rayonda keçiriləcək bayram şənliklərinə qatılacaq, Tovuzun Ermənistanla həmsərhəd kəndlərində olacaq, Ermənistan Silahlı Qüvvələrinin mütəmadi olaraq atəş altında saxladığı kəndlərdə yaşayan şəhid ailələri, müharibə əlilləri və dinc sakinlərlə görüşəcək, ermənilərin törətdiyi yanğınların nəticələri ilə yerindəcə tanış olacaq.
Azərbaycanın Qax rayonu ərazisində xeyli sayda silah-sursat aşkarlanıb
[b]Azərbaycanın Qax rayonu ərazisində xeyli sayda silah-sursat aşkarlanıb[b]
Qax. Hafiz Heydərov-APA. Azərbaycanın Qax rayonu ərazisində xeyli sayda silah-sursat aşkarlanıb. Qax rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Məmməd Malıyevin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, polis bölməsinə daxil olan anonim telefon zəngi əsasında aparılan əməliyyat nəticəsində Qax-Şəki yolunun kənarında 1 ədəd "Karabin" silahı, 3 ədəd əl qumbarası, 1 ədəd alışqan, 146 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb. Tapılmış silah-sursat Daxili İşlər Nazirliyinə təhvil verilib və araşdırma aparılır.
[b]Hərbi hissələrdə Novruz axşamları keçiriləcək[b]
Bakı. Laçın Sultanova-APA. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə ölkənin Qərb bölgəsində yerləşən hərbi hissələr və hospitalda Novruz axşamları keçiriləcək. APA-nın məlumatına görə, tədbirlərdə incəsənət xadimləri, ziyalılar əsgərlərimiz qarşısında çıxış edəcəklər.
Bakı. Laçın Sultanova-APA. Martın 23-də Tovuzda aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Mikayıl Azaflının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. APA-nın məlumatına görə, Mikayıl Azaflı Günləri adlanan tədbirə aşıq sənəti ilə bağlı olan mədəniyyət və incəsənət xadimləri qatılacaqlar. Qeyd edək ki, Tovuz ictimaiyyəti Mikayıl Azaflının doğulduğu kənddəki orta məktəbə onun adının verilməsi ilə bağlı baş nazirin müavini Elçin Əfəndiyevə müraciət ünvanlayıblar.
Yer imleri