Sayfa 55/461 İlkİlk ... 545535455565765105155 ... SonSon
4610 sonuçtan 541 ile 550 arası

Azərbaycan Xəbərləri

1. #541
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib

[b]Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib[b]

Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub. Komissiyanın sədri Arif Rəhimzadə deyib ki, qanunun 12-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, rayon mərkəzlərinin şəhər statusu alması üçün əhali sayı ilə bağlı qoyulan məhdudiyyətlər aradan götürülür. Onun sözlərinə görə, indiyə kimi ancaq əhalisinin sayı 15 mindən artıq olan rayon mərkəzlərinə şəhər statusu verilə bilərdi. İclasda, həmçinin "Bələdiyyələrin birgə fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Müzakirələrdən sonra hər iki məsələ parlamentin plenar iclasına tövsiyə olunub.

2. #542
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Norveç vətəndaşının evindən oğurluq edən şəxs yaxalanıb

[b]Bakıda Norveç vətəndaşının evindən oğurluq edən şəxs yaxalanıb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Bakıda Norveç vətəndaşının evindən oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 16-da Yasamal rayonundakı T. Şahbazi küçəsində yaşayan Norveç Krallığının vətəndaşı Eikeskoq Arvenin mənzilindən tanışı Elnarə tərəfindən 350 manat, mobil telefon və qızıl əşyaları oğurlanıb. Yasamal RPİ-nin 26-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Elnarə Nəsrəddinova tutulub.

3. #543
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfir Serik Primbetov: "Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətləri hər cür qətnamədən yüksəkdə durur"

[b]Səfir Serik Primbetov: "Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətləri hər cür qətnamədən yüksəkdə durur"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Hesab etmirəm ki, Azərbaycanla Qazaxıstanın münasibətlərini BMT Baş Assambleyasında qətnamənin qəbulu ilə bağlı səsvermənin nəticələrinə görə qiymətləndirmək lazımdır". APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov deyib.

O, BMT Baş Assambleyasında "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair" qətnamə ilə bağlı xarici işlər nazirinin müavini Araz Əzimovla da müzakirələr apardığını deyib: "Ölkələrimiz arasında dostluq münasibətləri var, bu münasibətlər hər cür qətnamələrdən yüksəkdə durur. Biz Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz həm Ermənistanla, həm də Azərbaycanla dostluq münasibətləri saxlamağın tərəfdarıyıq". Səfir bildirib ki, bu kimi münaqişələrin baş verməsində xalqlar yox, siyasətçilər günahkardır: "Mən Azərbaycanla Qazaxıstan arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün əlimdən gələni edəcəyəm".

4. #544
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya səfirliyi Azərbaycanın Prezident Kitabxanasına kitablar hədiyyə edib

[b]Rusiya səfirliyi Azərbaycanın Prezident Kitabxanasına kitablar hədiyyə edib[b]

Kitabxananın direktoru Mail Əhmədov Novruz bayramı ərəfəsində belə bir hədiyyə qəbul etməkdən çox məmnun qaldıqlarını söyləyərək, bu ənənənin davam edəcəyinə ümidvar olduğunu deyib: "Biz də öz tərəfimizdən səfirliyin əməkdaşlarına kitabxana-informatika xidmətləri göstərəcəyik". Səfir Vasili İstratov isə kitabxana ilə tanış olarkən səfirlik tərəfindən əvvəllər hədiyyə edilmiş internet resurslarından istifadə olunduğunu görməkdən məmnunluq duyduğunu və bu gün təqdim edilən kitablara da tələbat olacağına əminliyini vurğulayıb. Tədbirin sonunda səfir kitabxana rəhbərliyinə rus klassiklərinin əsərləri, Böyük Vətən Müharibəsi haqqında nəşrlər və poeziya nümunələrindən ibarət 81 nüsxə kitab hədiyyə edib.

5. #545
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Novruz çələngi" adlı tədbir keçirilib

[b]Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Novruz çələngi" adlı tədbir keçirilib[b]

Bakı. Ülkər Qasımova-APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Novruz Bayramı münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, "Novruz çələngi" adı altında keçirilən tədbirdə 53 saylı və 199 saylı orta məktəbin şagirdləri müxtəlif səhnələr nümayiş etdiriblər. Tədbirin keçirilməsində məqsəd Novruz bayramı ilə bağlı qədim milli adətlərimizi gənc nəslə sevdirmək və ənənələrimizi əbədiləşdirmək üçün maraqlı məlumatlar verməkdir. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin şagirdlərinin ifasında muğamlar səslənib.

6. #546
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şeyxülislam Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

[b]Şeyxülislam Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib[b]

Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

İdarədən APA-ya daxil olan məlumata görə, A. Paşazadə Novruzun könül xoşluğu, şux və səmimi ovqatla qarşılandığını bildirib: "İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət, qəlblərə saflıq bəxş edən Novruz əsl xalq bayramı, el şənliyi olub xalqımızın tarixi yaddaşında, milli təfəkküründə özəl yer tutur". Şeyxin təbrikində, həmçinin Novruzun tərəqqi, təkamül rəmzi kimi təkcə təbiətin oyanışını deyil, insanların arzu və ümidlərinin pöhrələnməsini təcəssüm etdirdiyi də qeyd olunub: "Allaha çox şükürlər olsun ki, hər yeni Novruz - Yeni gün dövlətimiz və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir və biz ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyuruq".

7. #547
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Akkord" şirkətindən oğurluq etmiş şəxslər tutulub

[b]"Akkord" şirkətindən oğurluq etmiş şəxslər tutulub[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. "Akkord" şirkətindən oğurluq etmiş şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin yanvar ayında Nərimanov rayonundakı A.Nemətulla küçəsindəki "Akkord" MMC-dən 195 kiloqram mis məftil, 130 kiloqram qurğuşun qırıntıları və 4,5 ton metal boru oğurlanıb.

Nərimanov RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun, oranın fəhlələri Aslan Cəlilov, Fəqan Yusifov, Eyvaz Əliyev Qəşəm Mehdiyev və Cəbrayıl rayon sakini Famil Şükürov tərəfindən törədilməsi müəyyən edilib.

8. #548
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan Bayramlar yaşayış məntəqəsini yandırıblar

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan Bayramlar yaşayış məntəqəsini yandırıblar[b]

Ağdam. Teymur Quliyev - APA. Bu gün səhər saat 11.30 radələrində Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Ağdam rayonunun Bayramlar yaşayış məntəqəsinə od vurublar.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yanğına səbəb yerli rayon ictimaiyyətinin təmas xətti boyunca yerləşən bütün hərbi hissələrdə bayram tədbirləri keçirməsi olub. Yaşayış məntəqəsinin yandırılması nəticəsində əmələ gələn qatı tüstü cəbhə xətti boyunca yerləşən kəndlərdə müşahidə olunub. Yanğının üç saata yaxın davam etdiyi bildirilir.

9. #549
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Həsən Kərimov: "Seçki Məcəlləsi ilə bağlı son qərar qəbul olunmayana kimi aksiyalara başlamağı düşünmürük"

[b]Həsən Kərimov: "Seçki Məcəlləsi ilə bağlı son qərar qəbul olunmayana kimi aksiyalara başlamağı düşünmürük"[b]

Bakı. Elnur Məmmədli-APA. "Azadlıq" bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin Milli Məclisə göndərilməsini və bu dəyişikliklərin edilməsini gözləyir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, əgər blokun qanunla bağlı irəli sürdüyü təkliflər nəzərə alınmasa, o zaman ardıcıl olaraq kütləvi aksiyalar keçiriləcək. O, hazırda blok daxilində mitinqlərlə bağlı müzakirələrin getdiyini də qeyd edib: "Amma biz qanunla bağlı son qərar verilməyənə kimi aksiyalara başlamağı düşünmürük. Çünki indiki məqamda mitinqlər keçirməyə yalnız Seçki Məcəlləsi zəmin yaradır. Amma qanunla bağlı son qərar bəlli olmadığından aksiya keçirməyə ehtiyac görmürük".

10. #550
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rumın deputat Avropa İttifaqını "Nabucco" kəmərinin inşası üçün maliyyə qaynağı tapmağa çağırıb

[b]Rumın deputat Avropa İttifaqını "Nabucco" kəmərinin inşası üçün maliyyə qaynağı tapmağa çağırıb[b]

Buxarest. Fəxri Kərimli-APA. "Avropa İttifaqı "Nabucco" kəmərinin inşasını Avropa layihəsi olaraq tanıdığını bəyan edib, ona görə də bu layihənin maliyyə qaynaqlarını da tapmalıdır". APA-nın məlumatına görə, bu bəyanatla Avropa Parlamentinin rumıniyalı deputatı Daniel Dayanu çıxış edib. O, Avropa İttifaqı büdcəsinə dair Rumıniya iqtisadçıları tərəfindən hazırlanmış hesabatın təqdimatı zamanı qeyd edib ki, birgə enerji siyasəti sahəsində Avropa İttifaqına üzv ölkələrin mövqeləri ziddiyyət təşkil edir: ""Nabucco" kağız üzərində Avropa layihəsi olaraq göstərilir, amma bunun üçün həm də maliyyə ehtiyatları ortaya çıxarılmalıdır". O bildirib ki, Avropa İttifaqının ən yüksək səviyyəli məmurları tərəfindən dəstəkləndiyi dəfələrlə qeyd olunsa da, layihə indiyə kimi qurumun maliyyə dəstəyini əldə edə bilməyib, çünki burada enerji üzrə prioritetlərin seçilməsində fikir ayrılıqları mövcuddur. "Nabucco" qaz kəməri Rusiya qaz nəqliyyat şəbəkəsinə alternativ mavi yanacaq dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri təxminən 5 milyard avroya bərabərdir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.