Əsas məzmuna keç
Sayfa 157/461 İlkİlk ... 57107147155156157158159167207257 ... SonSon
4610 sonuçtan 1.561 ile 1.570 arası

Azərbaycan Xəbərləri

1. #1561
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının təsis edilməsi haqqında" qanunu təsdiqləyib

[b]Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının təsis edilməsi haqqında" qanunu təsdiqləyib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının təsis edilməsi haqqında" qanununun tətbiq olunması haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan prezidentinə təqdim etsin. Fərmanla müəyyən edilib ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının Əsasnaməsi"ndə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətləri həyata keçirir.

2. #1562
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə Konstitusiya Məhkəməsi universitetlərdə baş örtüyündən istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib

[b]Türkiyə Konstitusiya Məhkəməsi universitetlərdə baş örtüyündən istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib[b]

Ankara - APA. Türkiyə Konstitusiya Məhkəməsi (KM) ali təhsil müəssisələrində baş örtüyündən (türban) istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib.

APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında Cümhuriyyət Xalq Partiyası (CHP) və Demokratik Sol Partiyasının (DSP) müraciətləri əsasında yekun qərar qəbul olunub. KM bu il fevralın 9-da Böyük Millət Məclisində qəbul olunan Konstitusiya dəyişikliklərinin icrasının dayandırılması və tamamilə ləğvi barədə müraciəti təmin edib. Konstitusiya Məhkəməsi ən yuxarı instansiya olduğu üçün qərardan apellyasiya verilməsi mümkün deyil. Xatırladaq ki, dəyişiklik təklifi 549 millət vəkilindən ibarət parlamentdə 340 yerə sahib olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə 70 yerə sahib olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən hazırlanmış və qəbul olunmuşdu.

3. #1563
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əlirza Şeyx Əttar: "İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır"

[b]Əlirza Şeyx Əttar: "İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazırdır"[b]

Bakı. Ramil Məmmədli - APA. "İran Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəllər vasitəçi olub. Təəssüf ki, kənar qüvvələrinin təsiri nəticəsində ölkəmiz vasitəçilikdən uzaqlaşdırılıb".

APA-nın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Əlirza Şeyx Əttar bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, hər iki tərəfdən təklif olacağı təqdirdə, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində vasitəçilik missiyasını yenidən öz üzərinə götürməyə hazır olduğunu bildirib. Qonaq ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş saymasa da, İranın bu çərçivədə danışıqları dəstəklədiyini qeyd edib. Əlirza Şeyx Əttar İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. İran şirkətlərinin separatçı Dağlıq Qarabağ rejimi ilə əməkdaşlığı barədə məlumatları ölkəsinə qarşı təxribat hesab edən nazir müavini İranın heç bir telekommunikasiya şirkətinin Dağlıq Qarabağ separatçıları ilə əməkdaşlıq etmədiyini söyləyib. O, Ermənistan yeni müdafiə naziri Seyran Ohanyanın İrana səfərinə də münasibət bildirib. İranın 15 qonşusu olduğunu xatırladan nazir müavini qonşuluq çərçivəsində belə səfərlərin normal olduğunu deyib. O, erməni nazirlə keçirilən görüşlərdə Azərbaycan əleyhinə heç bir məsələ müzakirə olunmadığını diqqətə çatdırıb. Əlirza şeyx Əttar İranın Xəzəryanı dövlətlərin Parlament Assambleyasının yaradılmasının tərəfdarı olduğunu da bildirib. Ölkəsinin nüvə proqramına toxunan qonaq təzyiqlərə baxmayaraq, İranın uranın zənginləşdirilməsini davam etdirəcəyini vurğulayıb.

4. #1564
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 5-də saat 19.30-dan 19.45-dək Ermənistanın İcevan rayonunun Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 18.30-dan 18.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 23.20-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 6-da saat 03.45-dən 03.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

5. #1565
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qazaxıstan səfiri Azərbaycan parlamentinin spikeri ilə görüşüb

[b]Qazaxıstan səfiri Azərbaycan parlamentinin spikeri ilə görüşüb[b]

Bakı. Tamara Qriqoryeva - APA. Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb. APA-nın məlumatına görə, görüşün əsas məqsədi Qazaxıstan Senatının spikeri Kasımcomərd Tokayev və Məclisin vitse-spikeri Janibek Karibjanovun Azərbaycana gözlənilən səfərinin detallarını müzakirə etmək olub. Qeyd edək ki, Qazaxıstan nümayəndə heyəti Azərbaycan parlamentinin 90 illik yubileyində iştirak etmək üçün ölkəmizə səfər edəcək.

6. #1566
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fərhad Əliyevin cinayət işi üzrə təqsirləndirilən Rafael Rüstəmovun məhkəməsi iyunun 10-na təyin olunub

[b]Fərhad Əliyevin cinayət işi üzrə təqsirləndirilən Rafael Rüstəmovun məhkəməsi iyunun 10-na təyin olunub[b]

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin cinayət işi üzrə təqsirləndirilən Rafael Rüstəmovun məhkəməsinin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı iyunun 10-na təyin edilib. İttihama görə, R. Rüstəmov Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 213 (vergidən yayınma) maddələri ilə ittiham olunur. Qeyd edək ki, R. Rüstəmovun cinayət işi ümumi işdən ayrılıb, istintaq başqa icraatda aparılıb.

7. #1567
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Sankt-Peterburqa gedib

[b]Azərbaycan prezidenti Sankt-Peterburqa gedib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün iyunun 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan dövlət başçısını Sankt-Peterburqun hava limanında vitse-qubernator Aleksandr Vaxmistrov və digər rəsmi şəxslər qarşılayıblar.Qeyd edək ki, Beynəlxalq İqtisadi Forumda da iştirak edəcək İ. Əliyevin Rusiya prezidenti Dmitri Medvedyev və MDB üzvü olan bəzi ölkələrin başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur. Bundan başqa, bu gün Azərbaycan prezidentinin Ermənistan prezidenti Serj Sərkisyanla da görüşü olacaq. Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparacaqlar.

8. #1568
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın San-Xose Universitetinin professoru Namiq Sultanov: "Azərbaycan klassik musiqisi vətənimizin dünyaya tanıdılmasında əvəzolunmaz rol oynaya bilər"

[b]ABŞ-ın San-Xose Universitetinin professoru Namiq Sultanov: "Azərbaycan klassik musiqisi vətənimizin dünyaya tanıdılmasında əvəzolunmaz rol oynaya bilər"[b]

Los-Anceles. Hüsniyyə Həsənova - APA. ABŞ-ın Kaliforniya ştatındakı San-Xose Universitetinin professoru Namiq Sultanovun APA-nın ABŞ bürosuna müsahibəsi

- Fortepianoya və ümumiyyətlə, musiqiyə marağınız necə yaranıb? - Bizim ailədə musiqiçi yox idi və heç vaxt da olmayıb. Musiqiyə həvəsim bilmirəm necə yaranıb, amma yadımdadır ki, 5 yaşımda valideynlərim qardaşım üçün piano aldılar və bundan sonra o, evdə musiqi dərsləri almağa başladı. Mən də dərslərdə qardaşımın yanında oturaraq ona verilən dərsdən nəsə öyrənməyə çalışırdım. Müəllim gedəndən sonra isə oturub özüm məşğul olurdum. Valideynlərim bu həvəsimi görüb məni Bülbül adına Musiqi Məktəbinə apardılar. Lakin orada piano sinfi olmadığı üçün məni skripka sinfinə götürdülər. Daha sonra bir daha piano sinfinə keçmək istədim, lakin yerlər dolu olduğu üçün fleyta sinfinə yazıldım. 1958-ci ildə Moskvada keçirilən Pyotr Çaykovski adına birinci musiqi müsabiqəsində amerikalı pianoçu Van Kliverin 1-ci yeri tutması sensasiyaya çevrildi. O, Çaykovskinin fortepiano ilə orkestr üçün 1-ci konsertini çalmışdı. Biz Bakıda oturaraq onun triumfal çıxışlarına baxırdıq. Elə o vaxt mən qərara gəldim ki, dahi bəstəkarın həmin əsərini ifa edim. Lakin 1958-ci ildə hələ piano sinfinə getmirdim. Buna baxmayaraq, müəllimlərimə söyləmədən gizlicə bu konserti öyrənməyə başladım. O vaxtlar bizim Filarmoniyanın baş dirijoru Əhəd İsrafilzadə idi və mən əsəri onun üçün ifa etdim. İfam Əhəd müəllimin xoşuna gəldi və o qərara aldı ki, Filarmoniyada orkestrin müşayiəti ilə çıxış edim. Belə də oldu, afişalar çap edildi və konsert baş tutdu. İfam çox uğurlu alındığı üçün məni dərhal piano sinfinə və dəyərli müəllim, professor Brenerin bölməsinə keçirdilər. Bir ildən sonra Moskva Konservatoriyası yanında orta ixtisas musiqi məktəbinə girdim. Ümumilikdə Moskva şəhərində keçirdiyim 11 il ərzində Konservatoriyanı və onun aspiranturasını bitirməyə müvəffəq oldum. - Bildiyimizə görə, rus piano məktəbinin "xaç atası" Lev Naumovun şagirdi olmusunuz. - Mən Konservatoriyaya daxil olanda ilk olaraq məşhur Henrix Nenhauzun sinfinə düşdüm. Bu, mənim üçün böyük xoşbəxtlik idi. Həmin dövrlər professor Nenhauz Sovet İttifaqının ən qabaqcıl musiqiçisi və müəllimi sayılırdı. O, təkcə musiqiçi kimi deyil, fəlsəfə, ədəbiyyat, teatr sənəti və bir çox başqa sahələrdə də mükəmməl biliklərə malik idi. Ona görə də onun dərsləri hər dəfə bayrama çevrilirdi. Təəssüf ki, professor Nenhauz dərslər başlayandan iki ay sonra dünyasını dəyişdi və mən onun tələbəsi sayılan Lev Naumovun sinfinə keçdim. L. Naumov da musiqini çox dərindən hiss edərək bizə tamamilə başqa müstəvidə təqdim edirdi. Ümumiyyətlə, o dövrlər Moskva Konservatoriyası başqa bir dünyanı xatırladırdı. Məsələn, dəhlizdə gedərkən qarşına Nenhauz, Qoldenveyzer, Rastropoviç, Koqan kimi dahi musiqiçilər çıxırdı. - Siz artıq 30 ildən çoxdur müəllimlik edirsiniz və Azərbaycan (sovet), Türkiyə və ABŞ tədris üsullarına yaxşı bələdsiniz. Sizcə hansı məktəb istedadlı tələbələri üzə çıxarmağa daha çox kömək edir?- Müqayisə etsək, Türkiyənin təhsil sistemi ABŞ-da mövcud olan sistemə daha yaxındır. Rus (sovet) sistemi bir az fərqlidir. Hər bir sistemin öz üstün cəhətləri var. Sovet təhsil sisteminin mənəvi tərəfləri daha yaxşı qurulmuşdu. Müəllimlər bizimlə çox işləməyə çalışırdılar, təkcə musiqi deyil, ümumən incəsənət barədə ətraflı biliklər verirdilər. Amerikada isə tələbələri stimullaşdırmaq üçün digər vasitələr mövcuddur. Məsələn, bu ölkədə çoxlu sayda müsabiqələr, yarışlar təşkil olunur. Özü də bu yarışlar üç mərhələdə - yerli, ölkə və beynəlxalq miqyasda keçirilir. Eyni zamanda ABŞ-da təhsil pullu olduğu üçün tələbələrdə təhsil qrantları udmağa maraq yaranır. Belə qrantların sayı da kifayət qədərdir. - Artıq 6 ildir San-Xose şəhərində keçirilən Beynəlxalq Piano Müsabiqəsində münsiflər heyətində Azərbaycanı təmsil edirsiniz. Bu il 27 ölkədən 100-ə yaxın pianoçu yarışmaya qatılacaq. Bu akademik mühitdə tanınmış azərbaycanlı bəstəkarların əsərlərinin təbliğatının aparılmasına imkan varmı? - İlk olaraq qeyd edim ki, San-Xose şəhərində keçirilən müsabiqə yüksək səviyyəli müsahibə kateqoriyasına aiddir. Münsiflər heyətində klassik musiqinin beşiyi sayılan Fransa, Avstriya, İtaliya, İngiltərə, yeni qitədən Amerika, Kanada kimi ölkələrin tanınmış elm mərkəzlərinin nümayəndələri yer alıb. Mən isə aydındır ki, azərbaycanlı musiqiçi kimi təmsil olunmuşam. Əlbəttə, belə nəhəng ölkələr arasında vətənimi təmsil etmək mənə qürur verir. Bu, bizim ölkəyə, eyni zamanda Azərbaycanda klassik musiqiyə verilən qiymətin təzahürüdür. Digər tərəfdən, bir necə cümlə müsabiqənin şərtləri haqqında demək istərdim ki, azərbaycanlı oxucuda bu müsabiqələr barədə düzgün fikir yaransın. Mövcud qaydalara görə, mən öz tələbəmi yarış iştirakçıları sırasına daxil edə bilmərəm. Bu, mənim qeyri-obyektivliyim barədə rəy yarada bilər. İfaçılara da müəllimləri barədə danışmaq qadağan olunur. Ehtimal edilir ki, münsiflər heyətində oturan insan müsabiqə iştirakçısının müəllimini tanıyarsa, ona daha çox qiymət verə bilər. Eyni qayda təkcə münsiflər heyətinə deyil, təşkilat komitəsi üzvlərinə də şamil olunur. Yəni Amerikada keçirilən istənilən beynəlxalq səviyyəli müsabiqədə nəzarət sistemi və obyektivlik ən yüksək səviyyədə qurulub. Azərbaycan bəstəkarlarının əsərlərinin ABŞ-da təbliğinə gəldikdə isə, burada çox böyük imkanlar var. Məsələn, Kaliforniyada tez-tez radioda Xaçaturyanın əsərlərinin səsləndirildiyinin şahidi oluram. Lakin Qara Qarayevin "Yeddi gözəl"i, "Leyli və Məcnun"u Fikrət Əmirovun "1001 gecə"si digər bəstəkarların əsərlərindən heç də geri qalmır. Əminəm ki, bizim dahi bəstəkarlarımızın əsərləri ABŞ-da tez-tez ifa olunsa, yerli əhalidə ölkəmizin musiqi səviyyəsi haqqında təsəvvür yaranar. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun bəstəkarlıq dili o qədər müasir, rəngarəngdir ki, Amerika dinləyicisi ona laqeyd qala bilməz. - Azərbaycan mədəniyyətini, onun milli musiqisini, klassik musiqisini və rəqslərini dünyada təbliğ etmək baxımından hansı ölkənin modelini Azərbaycan üçün münasib sayırsınız? - Bildiyiniz kimi, bizim çox böyük sərvətimiz olan milli musiqimiz - muğamımız var. Xüsusən son illər muğamın təbliğatı yüksək səviyyədə aparılır. Mən özüm də Bakıda keçirilən muğam yarışmalarına maraqla baxırdım. Bu sahə qorunmalı və inkişaf etdirilməlidir. Eyni sözləri milli rəqslərimiz, folklorumuz haqqında da deyə bilərəm. Lakin Azərbaycanın potensialını yalnız milli musiqi ilə rəqslərin üzərində quraraq dünyada təbliğ etmək kifayət deyil. Belə baxanda dünyanın hər bir ölkəsinin, hətta Afrikanın ən geridə qalmış ölkəsinin də milli musiqisi və mədəniyyəti var. Amerika və ya Avropa tamaşaçısına xarici mədəniyyət nümunələri ilə tanış olmaq maraqlıdır. Lakin Azərbaycanın digər ölkələrlə müqayisədə bir vacib üstünlüyü var və biz ondan istifadə etməliyik. Bizim klassik musiqi əsərlərimiz dünya səviyyəsinə çıxmağa layiq əsərlərdir. Azərbaycan öz klassik musiqi əsərləri ilə inkişaf etmiş dünya ilə eyni düşüncə tərzinə, intellektual potensiala, demokratik dəyərləri bölüşmək, digər mədəniyyətləri anlamaq və təhlil etmək imkanına malik millət kimi təqdim oluna bilər. Azərbaycan öz klassik musiqi ənənələrini itirməməli, əksinə, inkişaf etdirməlidir. Azərbaycanı sevdirmək üçün birinci növbədə vətənimizi tanıtmaq lazımdır. Klassik musiqi isə bu prosesdə əvəzolunmaz rol oynaya bilər.

9. #1569
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Aleksandr Puşkinin anadan olmasının 209-cu ildönümü qeyd edilib

[b]Bakıda Aleksandr Puşkinin anadan olmasının 209-cu ildönümü qeyd edilib[b]

Bakı. Laçın Sultanova - APA. Bu gün böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 209-cü ildönümü ilə bağlı şairin Bakı şəhərindəki abidəsi önündə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov da iştirak edib. O, tədbirin təşkili və abidənin yerləşdiyi sahəyə göstərilən diqqətə görə Səbayel rayon rəhbərliyinə minnətdarlığını bildirib. Səfir Azərbaycanda rus dilinə və Rusiya tədbirlərinə olan diqqətdən məmnunluğunu ifadə edib. Səbayel rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov isə Puşkinin cəmi 37 il yaşamasına baxmayaraq, böyük irs qoyub getdiyini deyib. Onun sözlərinə görə, Puşkin öz yaradıcılığı ilə xalqları yaxınlaşdırıb, bütün xalqlar onu öz şairi kimi sevir. Azərbaycanın Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin hər kəsin Puşkinin yaradıcılığı ilə uşaqlıqdan tanış olduğunu, Azərbaycanda bu şairə böyük hörmət və sevgi bəslənildiyini vurğulayıb. Tədbirin sonunda V. İstratov artıq 5-ci dəfədir keçirilən "Puşkiniada" ədəbi müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim edib.

10. #1570
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Amerikalı tədqiqatçı Custin Makkarti: "Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlərsə, o zaman tarixi Azərbaycan torpaqlarını qaytarmal

[b]Amerikalı tədqiqatçı Custin Makkarti: "Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlərsə, o zaman tarixi Azərbaycan torpaqlarını qaytarmalıdırlar"[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Ermənilərin qondarma "soyqırımı" mövzusunda təbliğatı genişləndirməsi siyasətlə bağlıdır. Onlar siyasi arenada qalib gəlmək istəyirlər, buna görə də tarixdən yararlanmağa çalışırlar".

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Luisvill Universitetinin professoru, qondarma "erməni soyqırımı" iddialarını ifşa edən amerikalı tədqiqatçı Custin Makkarti verib. O, ermənilərin tarix boyu türklərlə mənfi münasibətdə olduğunu bildirib: "Bundan başqa ermənilərin uzun illər ərzində formalaşdırdığı güclü diasporu mövcuddur, bu amildə öz rolunu oynayır. Təəssüf ki, bu situasiyanı dəyişmək çox çətindir". Tədqiqatçı bildirib ki, tarixçilərin əsas məqsədi həqiqəti üzə çıxarmaq, türklərlə azərbaycanlıların hədəfi isə bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Custin Makkarti ermənilərin Dağlıq Qarabağ iddiasına da münasibət bildirib: "Əgər ermənilər hesab edirlər ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir, o zaman nəzərə almalıdırlar ki, Ermənistan torpaqlarının böyük əksəriyyəti tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqlar da Azərbaycana qaytarılmalıdır".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.