SUMQAYITDA BOMBA HƏYƏCANI
Göz Xəstəlikləri İnstitutunun partladılacağı ilə bağlı anonim zəng aləmi qarışdırdı
Dünən Sumqayıt bomba həyəcanı yaşayıb. Saat 19:30 radələrində Göz Xəstəlikləri İnstitutuna zəng edən naməlum şəxs sözügedən xəstəxanaya bomba qoyulduğunu deyib. Bundan sonra xəstəxananın tibb bacısı bu barədə baş həkimi məlumatlandırıb. Baş həkim isə dərhal Polis İdarəsinə, Şəhər İcra Hakimiyyətinin başçısına və digər müvafiq qurumlara məlumat verib. Az keçmiş xəstəxana polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Fövqəladə hallar nazirinin müavini Oruc Əliyev də hadisə yerində olub. İlk olaraq xəstələr və tibbi heyət evakuasiya edilib. Bundan sonra əraziyə minaaxtaranlar gətirilib.
Yer imleri