[b]Rusiyada cinayət törətmiş erməni İraqda yaxalanaraq Moskvaya göndərilib[b]
Moskva - APA. İraqda həbs olunan Ermənistan vətəndaşı, 23 yaşlı Camal Sloyan Rusiyaya ekstradisiya edilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, C. Sloyan 2006-cı ildə Moskvanın Şərq inzibati dairəsindəki bazarların birində A. O. Şaroyan adlı sahibkardan külli miqdarda pul tələb edib, rədd cavabı aldıqda isə üç nəfərlə birlikdə onu döyüb və bıçaqla qətlə yetirib. Cinayət törətdikdən sonra o, saxta pasportla Ukrayna ərazisində gizlənib, sonra İraqın şimalındakı qohumunun yanına gedib. C. Sloyan Rusiya Baş Prokurorluğunun müraciəti əsasında 2007-ci ilin iyulunda İraqda yaxalanıb və bir müddət sonra Rusiyaya ekstradisiyasına qərar verilib. O, artıq Moskvaya gətirilib və hazırda dindirilir.
4610 sonuçtan 581 ile 590 arası

03-19-2008, 01:36 PM #581Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
[b]Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı hamıya cansağlığı, səadət və işlərində uğurlar arzulayıb:
"Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüz illərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanıb". Azərbaycanın son illərdə ən müxtəlif sahələrdə nail olduğu uğurların bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etdiyini qeyd edən prezident mədəni-ictimai həyatın daha da canlanması, iqtisadiyyatın yüksələn xətt üzrə davamlı inkişaf tempi, paytaxt və bölgələrdə aparılan abadlıq-quruculuq işlərinin təbiətin dirçəlməsi və yeniləşməsi ilə həmahəng olduğunu və sabahkı günə dərin inam aşıladığını vurğulayıb. Dövlət başçısı Azərbaycan torpaqlarının müdafiəsində dayanan mətin əsgərlərə də səmimi bayram salamını çatdırıb: "Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm".Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımızın da Novruz bayramını böyük sevinclə qarşıladığını bildirən prezident dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayramın hər gəlişi ilə onların Ana Vətənə azərbaycançılıq məfkurəsi işığında bağlılıq duyğularını daha da gücləndirdiyini qeyd edib: "Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Novruz bayramınız mübarək olsun!"

03-19-2008, 01:51 PM #582Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiyada cinayət törətmiş erməni İraqda yaxalanaraq Moskvaya göndərilib

03-19-2008, 02:06 PM #583Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Kürdəmir rayonunda "KamAZ" avtobusla toqquşub, ölən və yaralananlar var
[b]Azərbaycanın Kürdəmir rayonunda "KamAZ" avtobusla toqquşub, ölən və yaralananlar var[b]
Kürdəmir. Əlibəy Zeynalov - APA. Bu gün Bakı-Qazax yolunun 170-ci km-də, Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.
Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Rahim Xəlilovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Süleyman Tapdıq oğlu İbrahimovun idarə etdiyi "KamAZ" markalı 06 BC 304 nömrə nişanlı maşınla 10 VM 138 nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə S. İbrahimov və mikroavtobusun sürücüsü hadisə yerində həlak olublar, avtobusun iki sərnişini isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.

03-19-2008, 02:21 PM #584Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın İmişli rayonun sakinindən 5 kiloqram narkotik vasitə götürülüb
[b]Azərbaycanın İmişli rayonun sakinindən 5 kiloqram narkotik vasitə götürülüb[b]
İmişli-Bakı. Məhbubə Qasımbəyli-APA. İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çaxırlı kənd sakini Balayar Dadaşovdan 5 kiloqram həşiş götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini Hikmət Musayevdən 4,629 qram heroin, ona narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Faiq Qaraşovdan isə 5,148 qram heroin aşkarlanıb. Hər iki üç şəxs tutulub, araşdırma aparılır.

03-19-2008, 05:41 PM #585Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azay Quliyev: "Əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb"
[b]Azay Quliyev: "Əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb"[b]
Bakı. Elnur Məmmədli - APA. "Əfv Komissiyası Əsasnaməsinə və qaydalarına uyğun fəaliyyət göstərir. Əsasnamədə isə hər hansı peşə sahibinə xüsusi güzəşt nəzərdə tutulmur. Ona görə də əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb".
APA-nın məlumatına görə, bunu millət vəkili, Prezident yanında Əfv Komissiyasının üzvü Azay Quliyev deyib. Jurnalistlərin adlarının siyahıya düşməməsinin səbəblərinə aydınlıq gətirən millət vəkili bildirib ki, hazırda həbsdə olan jurnalistlərdən bəziləri cəzalarının yarısını çəkməyiblər, buna görə də onların əfv edilməsi ilə bağlı məsələ müzakirə edilə bilməz. Bəzi hüquq müdafiəçilərini əfv məsələsində spekulyasiyaya yol verməkdə ittiham edən A. Quliyev Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun bu məsələdə əsassız fikirlər irəli sürdüyünü vurğulayıb: "Əksinə, belə adamlar dolayısı ilə həbsdə olan jurnalistlərin azadlığa çıxmasına maneçilik törədirlər. Bu gün "siyasi məhbus" məsələsi tam həll olunsa, Leyla Yunus kimi adamların işi tamamilə başa çatır və fəaliyyətlərinə son qoyulur. Ona görə də bu şəxslər məsələni süni şəkildə gündəlikdə saxlamaqda maraqlıdırlar". Millət vəkili bir müddət əvvəl 5 jurnalistin əfv edildiyini xatırladıb və gələcəkdə də hüquqi çərçivədə digər jurnalistlərin əfvinə baxılacağını istisna etməyib: "Avropa Şurasının siyahısı ilə bağlı məsələ heç də sadə deyil. Elə adamlar var ki, onların azad olunması mümkünsüzdür. Metronun partladılmasında iştirak edənlər, açıq şəkildə qətl törədənlər nə cür azadlığa buraxıla bilər?! Ona görə də müəyyən araşdırmalara ehtiyac var. Əfvi mümkün olan insanlar bundan sonra da azadlığa buraxılacaq".

03-19-2008, 05:46 PM #586Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Novruz bayramı münasibəti ilə sabah Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq
[b]Novruz bayramı münasibəti ilə sabah Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq[b]
Bakı. Elnur Məmmədli - APA. Novruz bayramı münasibəti ilə martın 20-də Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konsert proqramı "Ağ fəvvarə"nin yanındakı saat qülləsinin qarşısında saat 21.00-da başlayacaq. Proqramda tanınmış incəsənət ustaları iştirak edəcək. BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını konsertə və atəşfəşanlığa dəvət edib.

03-19-2008, 07:16 PM #587Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan İslam Konfransı Təşkilatının insan haqları üzrə baş komissarı vəzifəsinin təsis olunmasını təklif edib
[b]Azərbaycan İslam Konfransı Təşkilatının insan haqları üzrə baş komissarı vəzifəsinin təsis olunmasını təklif edib[b]
Bakı. Laçın Sultanova - APA. İslam Konfransı Təşkilatının (İKT) Seneqalın paytaxtı Dakarda keçirilən 11-ci sammitinin yekun kommünikesinə Azərbaycanın bir sıra təklifləri də daxil edilib. APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın təklifi əsasında kommunikeyə insan haqları üzrə baş komissar vəzifəsinin təsis edilməsi və İKT baş katibinin sivilizasiyalararası dialoqla bağlı xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı məqamlar əlavə olunub. Təşkilatın növbəti sammiti gələn il Misirdə keçiriləcək. Bu ilin iyununda isə Uqandada xarici işlər nazirlərinin görüşü olacaq.

03-19-2008, 07:21 PM #588Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin ekspertləri Azərbaycana gələcək
[b]NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin ekspertləri Azərbaycana gələcək[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu il aprelin 20-də NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) ekspertləri Azərbaycana gələcək.
Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.NATO ekspertləri NAMSA-nın maliyyə dəstəyi ilə həyata keçirilən «Partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi»nin ikinci fazasında görülən işlərlə tanış olaraq, qiymətləndirmə aparacaqlar. Layihənin ikinci fazası cari ilin iyun ayında yekunlaşdıqdan sonra üçüncü mərhələ başlanılacaq. Hazırda üçüncü fazanın maliyyələşdirilməsi ilə bağlı ANAMA və NAMSA arasında müzakirələr aparılır. Üçüncü mərhələnin daha 1 il davam edəcəyi gözlənilir. ANAMA-dan o da bildirilib ki, 2006-cı ilin əvvəlindən bu günədək Saloğludan 290 minə yaxın müxtəlif çaplı sursat tapılaraq zərərsizləşdirilib. Qeyd edək ki, Ağstafa rayonunun Saloğlu kəndində 1991-ci ilin avqustunda baş vermiş yanğın və onu müşaiyət edən 4-günlük partlayışlara qədər burada Sovet Ordusunun Zaqafqaziyadakı ən böyük hərbi sursat anbarı yerləşib. Partlayış nəticəsində 138 saxlama yeri olan anbarın ərazisinə və ətraf əraziyə külli miqdarda partlamamış hərbi sursat (PHS) səpələnib. Ərazinin sursat anbarından və partlayıcı maddələrdən təmizlənməsi işlərinə 2006-cı ilin əvvəlində başlanıb. Xatırladaq ki, «Saloğlu» layihəsinin maliyyələşdirilməsinə dair Azərbaycan hökuməti və NATO arasında saziş imzalanarkən layihənin iki fazada həyata keçirilməsi nəzərdə tutulub.

03-19-2008, 07:26 PM #589Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Azadlıq" qəzetinin əməkdaşına təzyiqlərlə bağlı iki cinayət işi birləşdirilib
[b]"Azadlıq" qəzetinin əməkdaşına təzyiqlərlə bağlı iki cinayət işi birləşdirilib[b]
Bakı. Hacı Zeynalov-APA. "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlillə təzyiqlə bağlı açılmış iki cinayət işi birləşdirilib. Belə ki, müxbirin bu il fevralın 22-də təzyiqlərə məruz qalması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində başlanmış cinayət işi ilə onun martın 14-də bıçaqlanması faktı üzrə başlanmış cinayət işləri birləşdirilib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Nazim Əhmədov məlumat verib. İşi aparan müstəntiq deyib ki, jurnalistə hücum edənlərin həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun sözlərinə görə, hələlik fakt üzrə saxlanılan yoxdur. Qeyd edək ki, A. Xəlil bu ilin fevralın 22-də naməlum şəxslərin hücumuna məruz qalıb. Martın 14-də isə naməlum şəxslər tərəfindən bıçaqlanıb.

03-19-2008, 07:31 PM #590Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
«Azərbaycan» Nəşriyyatı dünya standartlarına uyğun rəngli qəzet nəşr etmək üçün avadanlıq alıb
[b]«Azərbaycan» Nəşriyyatı dünya standartlarına uyğun rəngli qəzet nəşr etmək üçün avadanlıq alıb[b]
Bakı. Elnur Məmmədli - APA. «Azərbaycan» Nəşriyyatı Almaniyadan daha yüksək poliqrafik tələblərə cavab verən yeni çap avadanlıqları alıb. Bu barədə APA-ya nəşriyyat direktorunun müavini Bəsti İsmayılova məlumat verib.
Onun sözlərinə görə, bu avadanlıqla dünya standartlarına uyğun rəngli qəzet nəşr etmək mümkün olacaq. Direktor müavini qeyd edib ki, avadanlıqlar artıq alınıb və yaxın günlərdə Azərbaycana gətiriləcək. Yeni avadanlıqların quraşdırılması üçün nəşriyyatın həyətində xüsusi yer tikilir. B. İsmayılova bu ilin avqust-sentyabr aylarından başlayaraq ölkədə rəngli qəzetlərin çapının mümkün olacağını qeyd edib. Onun sözlərinə görə, bu avadanlıqların Qafqaz regionunda analoqu yoxdur. Yeni alınan çap maşınlarının qiymətini açıqlamaq istəməyən B. İsmayılova qəzetlərin rəngli nəşr edilməsindən sonra çap qiymətdə dəyişiklik edilib-edilməyəcəyi barədə əvvəlcədən hər hansı fikir söyləyə bilməyəcəyini qeyd edib.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri