<span style="color:#FF0000;font-size:18px;">[b]Serbiyanın "Cənub axını" kəməri layihəsini ratifikasiya etməsində problemlər yaranıb[b]</span>
"Cənub axını" kəməri layihəsinin taleyi təhlükə altına düşüb. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Serbiya parlamentinin sədri Oliver Duliç Rusiya ilə imzalanmış enerji sahəsində əməkdaşlığa dair sazişin qanunvericilik orqanının təsdiqindən keçməsi ehtimalının çox az olduğunu deyib. Buna səbəb Serbiya hökuməti daxilində baş verən ziddiyyətlərdir. Vəziyyətlə əlaqədar Serbiya parlamentinin buraxılması gözlənilir. Spiker deyib ki, nəzəri baxımdan çıxış yolu mövcuddur: "Əgər hökumət parlamentə saziş layihəsini vaxtında göndərsə və parlament o vaxta qədər buraxılmasa, sənəd ratifikasiya oluna bilər". Serbiya prezidenti Boris Tadiç və baş nazir Voislav Koştunisanın yanvarın sonunda Moskvaya səfəri zamanı imzalanmış enerji sahəsində sazişə əsasən, Serbiyanın "gələcək nəsillərinin enerji ehtiyacları təmin olunmalı idi". Sazişin əsas elementləri "Cənub axını" qaz kəmərinin bu ölkənin ərazisindən keçməklə inşası və Serbiya Dövlət Neft Şirkəti olan NİS-in "Qazprom" tərəfindən satın alınmasından ibarətdir. Serbiya mətbuatı Rusiyanın sazişin vaxtında ratifikasiya olunmamasından olduqca narahat olduğunu yazıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla

APA-nın Finlandiya mətbuatına istinadən yaydığı məlumata görə, 30 və 35 yaşlı iki qızı olan ATƏT sədri mobil telefon vasitəsilə mesajları 29 yaşlı İohanna Tukiaynenə göndərib. 60 yaşlı ATƏT sədri qıza göndərdiyi mesajlarda ondan intim xarakterli bəzi məsələlərə aydınlıq gətirməsini istəyib və onu görüşə çağırıb. Avropa İttifaqı xarici işlər nazirlərinin Brüssel toplantısından öncə jurnalistlərin suallarını cavablandıran İlkka Kanerva striptiz-klubda çıxış edən qadına mesaj göndərdiyini etiraf edib: "Hesab edirəm ki, insan münasibətlərini dramatikləşdirməyə ehtiyac yoxdur". Finlandiya mətbuatı İohanna Tukiaynenin bu mesajları dərc etdirmək niyyətində olduğunu yazır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Təranə İsrafilova 2006-cı ilin dekabr ayında bir qrup şəxslə cinayət əlaqəsinə girərək yeni doğulmuş uşağı Pakistanda yaşayan Tovuz rayon sakini Hicran Əsgərovaya 2000 dollara satdığı müəyyənləşib. Faktla əlaqədar T. İsrafilova həbs edilib.
Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən məlumat verilib. Onun kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Bundan başqa həmin gün Slovakiya prezidenti İvan Qasparoviçin AŞ PA sessiyasında çıxışı gözlənilir. Aprelin 15-də isə Avropa İnsan Hüquqları Məhkəməsinə seçkilər keçiriləcək, Avropanın müsəlman icmalarının ekstremist təsirlərə məruz qalması, qurumun insan hüquqları komissarı Tomas Hammarberqin illik hesabatı, Belarusda məhkəmə sisteminin səlahiyyətlərini aşması kimi məsələlər müzakirə olunacaq. Sessiyanın ikinci günü Almaniyanın kansleri Angela Merkel və Slovakiya xarici işlər naziri Yan Kubişin çıxışları nəzərdə tutulub. Aprelin 16-da Avropa İnsan Hüquqları Məhkəməsinə seçkilərin davamı keçirilə bilər. Həmin iş gününün gündəliyinə Ukraynanın baş naziri Yuliya Timoşenkonun çıxışı, qanuni abort imkanları əldə etmək, yeniyetmələr və uşaqlar arasında intihar hallarının artması kimi məsələlər ətrafında ümumi müzakirələr aparılması daxildir. Sessiyanın dördüncü iş günündə Fransanın xarici illər naziri Bernard Kuşnern çıxışından sonra parlamentarilər Avropa ədəbiyyatının tədrisinin inkişafı, Voyvocinada milli azlıqların və Serbiyada rumın milli azlığının vəziyyətinə da məruzələri dinləyəcəklər. Sessiyanın son iş gününün gündəliyinə isə Saxaradan Avropaya immiqrasiya, həmçinin turizmin inkişafı məsələləri ətrafında müzakirələr aparılacaq.

Yer imleri