Əsas məzmuna keç
Sayfa 107/461 İlkİlk ... 75797105106107108109117157207 ... SonSon
4610 sonuçtan 1.061 ile 1.070 arası

Azərbaycan Xəbərləri

1. #1061
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan MSK sədri: "Prezident seçkisində "exit-poll" keçirmək istəyən təşkilatlar bizdən xüsusi icazə almaq məcburiyyətində deyil"

[b]Azərbaycan MSK sədri: "Prezident seçkisində "exit-poll" keçirmək istəyən təşkilatlar bizdən xüsusi icazə almaq məcburiyyətində deyil"[b]

Bakı. Elnur Məmmədli-APA. "Prezident seçkisində "exit-poll" keçirmək istəyən təşkilatlar üçün heç bir problem yaradıla bilməz. Həmin təşkilatlar bunun üçün bizdən xüsusi icazə almaq məcburiyyətində deyil". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, MSK "exit-poll" keçirəcək təşkilatların bu qurumda qeydiyyatdan keçməsini istəyir. M. Pənahov bunu Azərbaycanda sorğunu hansı təşkilatın keçirməsi barədə məlumatlı olmaq baxımından vacib sayır: "Çünki biz bilməliyik ki, hansı təşkilat bu prosesdə iştirak edir. Bizdən soranda da cavab verə bilməliyik. Amma biz kiminsə qarşısını kəsmək barədə düşünmürük. Qeydiyyata almaq məsələsi prosesdə hər hansı senzura yaratmaq məqsədi daşımır". M. Pənahov prezident seçkisinə çox vaxtın qaldığını əsas gətirərək hansı təşkilatların "exit-poll" keçirəcəyinin hələ məlum olmadığını qeyd edib.

2. #1062
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan parlamenti "Dağlıq Qarabağ probleminin həlli barədə" bəyanat qəbul edəcək

[b]Ermənistan parlamenti "Dağlıq Qarabağ probleminin həlli barədə" bəyanat qəbul edəcək[b]

İrəvan - APA. Ermənistan parlamenti "Dağlıq Qarabağ probleminin həlli barədə" bəyanat qəbul etməyə hazırlaşır.

APA-nın "Arminfo"ya istinadən verdiyi xəbərə görə, bəyanat layihəsində prezidentə və hökumətə təklif olunur ki, dünya ictimaiyyətinin Dağlıq Qarabağ problemi haqqında hərtərəfli məlumatlandırılması, Ermənistanın münaqişənin həlli istiqamətində siyasətinin daha təşəbbüskar olması, Azərbaycanın hücum edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyi və müdafiəsini təmin etməsi üçün beynəlxalq hüquq çərçivəsində hüquqi əsaslar yaratması məqsədilə səyləri və cəhdləri genişləndirilsin. Parlamentin sədri Tiqran Torosyan Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkün olduğunu da söyləyib: "Lazım gəlsə, bu addımın da atılması mümkündür. Bəyanatda bundan bəhs olunmaması onu göstərir ki, prezidentin dediyi vaxt hələ çatmayıb".

3. #1063
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Məzahir Pənahov Azərbaycanda bu il keçiriləcək prezident seçkisinin şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcəyini bildirir

[b]Məzahir Pənahov Azərbaycanda bu il keçiriləcək prezident seçkisinin şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcəyini bildirir[b]

Bakı. Elnur Məmmədli-APA. "Azərbaycanda bu il keçiriləcək prezident seçkisi şəraitinə görə əvvəlki seçkilərdən ciddi şəkildə fərqlənəcək. Çünki bütün seçki komissiyaları üçün daha yaxşı şərait yaradılıb və bunun müqabilində seçkilərin daha demokratik keçirilməsi təmin ediləcək". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, dairə seçki komissiyalarına binaların tikildiyini, aşağı seçki komissiyalarının təchizatının gücləndirildiyini, müvafiq aparatlarla təmin olunduğunu qeyd edib: "Seçici siyahılının dəqiqləşməsində bütün qüvvələr səfərbər edilib və bu il siyahılar əvvəlkilərdən daha dəqiq olacaq. Bu məqsədlə "qaynar xətt"dən, reklam çarxlarından istifadə etmişik. Artıq vətəndaşlar anlayırlar ki, seçici siyahılarına düşmək həm də onların öz işidir". M. Pənahov sonuncu parlament seçkisində pilot layihələrin həyata keçirildiyini, seçki dairələrinin ərazilərində, əhalinin gur olduğu yerlərdə monitorların quraşdırıldığını və səsvermənin gedişi ilə bağlı nəticələrin titrlərlə əhaliyə çatdırıldığını xatırladıb. O, növbəti prezident seçkisində də bu təcrübədən istifadə olunacağını və bir çox dairəni əhatə edəcəyini qeyd edib.

4. #1064
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

DİN-in Daxili Qoşunlarının Baş Qərargahının əməkdaşının avtomobilindən sənədlər oğurlanıb

[b]DİN-in Daxili Qoşunlarının Baş Qərargahının əməkdaşının avtomobilindən sənədlər oğurlanıb[b]

Bakı. Samir Kazımlı - APA. Bu il aprelin 7-də saat 19:00 radələrində Ə. Ələkbərov küçəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş Qərargahında katibə işləyən, Bakı şəhər sakin Samirə Novruzovaya məxsus "Hunday-Tukson" markalı 10 VK 609 nömrə nişanlı avtomobildən oğurluq edilib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər avtomobilin şüşələrini sındıraraq avtomobilin içərisindəki əl çantasını oğurlayıblar. Hadisə zamanı çantada sənədlər və pul olub. Rayon Polis İdarəsindən hadisə ilə bağlı saxlanılan şəxsin olmadığını bildirdilər.Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

5. #1065
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistanda Serj Sarkisyanın andiçmə mərasimi ilə paralel müxalifətin etiraz aksiyası keçirilib

[b]Ermənistanda Serj Sarkisyanın andiçmə mərasimi ilə paralel müxalifətin etiraz aksiyası keçirilib[b]

İrəvan - APA. Bu gün İrəvandakı Milli Akademik Opera və Balet Teatrında Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanın andiçmə mərasimi keçirilib.

APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, 54 yaşlı S. Sarkisyan əlini ölkə Konstitusiyası və Yevangeliya kitabına basaraq and içib. Mərasimə 58 dövlətin və 12 beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Rusiya nümayəndə heyətinə Dövlət Dumasının sədri Boris Qrızlov, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin müavininin köməkçisi Metyu Brayza rəhbərlik edib. Qonşu ölkələr - Gürcüstanı baş nazir Lado Qurgenidze, İranı isə energetika naziri Pərviz Fəttah təmsil edib. Andiçmədən sonra S. Sarkisyan Azadlıq meydanına gedərək, onun şərəfinə təşkil olunmuş hərbi paradı izləyib. İnauqurasiya ilə paralel 40 gün əvvəl - martın 1-2-də qanlı hadisələrin baş verdiyi Fransa səfirliyinin yaxınlığında müxalifətin əvvəlcədən planlaşdırılmayan etiraz aksiyası da keçirilib. Ölənlərin qırxı münasibətilə mətəm mərasimi keçirmək üçün Aleksandr Myasnikyanın abidəsi önünə toplaşanların sayı getdikcə artıb və min nəfəri ötüb. Polisin maneçiliyinə baxmayaraq, ərazidə spontan şəkildə mitinq başlayıb. İştirakçılar hökumət əleyhinə şüarlar qışqırıblar və Levon Ter-Petrosyana dəstəklərini ifadə ediblər.

6. #1066
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan müxalifəti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə Dağlıq Qarabağın gələcək statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyənlə

[b]Ermənistan müxalifəti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə Dağlıq Qarabağın gələcək statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyənləşdirir"[b]

İrəvan - APA. Ermənistanın müxalifət partiyaları Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə əlaqədar birgə bəyanat yayıb. APA-nın ARMİNFO-ya istinadən verdiyi xəbərə görə, bəyanatı 19 müxalifət partiyası, o cümlədən sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Ümummilli Hərəkatı, Xalq, Respublika və "Yeni Zamanlar" partiyaları imzalayıb.

Bəyanatda bildirilib ki, münaqişənin nizamlanması ətrafında baş verən indiki proseslər Dağlıq Qarabağın gələcəyini və regiondakı sülh proseslərini təhlükə altına salır, hakimiyyətin xarici siyasət kursunun bacarıqsızlığını ortaya qoyur. Bəyanat müəlliflərinin fikrincə, bu il martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən qətnamənin qəbulu da məhz Ermənistan hakimiyyətinin 10 illik uğursuz xarici siyasətinin nəticəsidir: "Bu qətnamə Ermənistanın və Dağlıq Qarabağın mövqelərinə zərbə vurmaqla yanaşı, erməni tərəfindən birtərəfli güzəştlər tələb edir və Dağlıq Qarabağın gələcək statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyənləşdirir. Bu qətnamənin qəbulundan sonra Azərbaycan elə güclü üstünlük əldə edib ki, artıq danışıqlardan və görüşlərdən imtina edəcəyi barədə bəyanatlar verir. Buna misal olaraq Azərbaycan tərəfinin Buxarestdə görüşdən imtina etməsini göstərmək olar".Bəyanatı imzalayan siyasi qüvvələr hesab edir ki, beynəlxalq aləmdə erməni tərəfinin mövqeyinin zəifləməsində Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ separatçılarını danışıqlar prosesindən uzaqlaşdırması da mühüm rol oynayıb: "Öz hakimiyyətini qorumaq üçün nəticələrinin aradan qaldırılması mümkün olmayan bu cür sövdələşməyə gedən hakim administrasiya bununla da Dağlıq Qarabağın beynəlxalq hüquqi tanınmasına ağır zərbə vurub, məsələyə Azərbaycanın ərazilərinin işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan dövlətlərarası münaqişəsi kimi baxılmasına şərait yaradıb. Məhz bunun nəticəsində 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası qəbul etdiyi qətnamədə Ermənistanı ilk dəfə olaraq Azərbaycan ərazilərini işğal etməkdə ittiham edib".ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi "Madrid prinsipləri"ni də sərt tənqid edən bəyanat müəlliflərinin fikrincə, bu sənəd 2006-cı ilin iyununda edilən təkliflərlə müqayisədə Ermənistanın mövqelərinin gerilədiyini göstərir: "Bu il fevralın 19-da keçirilən və çoxsaylı saxtakarlıqla, dinc mitinqçilərə qarşı zorakılıqla müşayiət olunan prezident seçkiləri isə Ermənistan hakimiyyətinin ən böyük səhvi idi. Ermənistan hakimiyyəti bu hərəkətləri ilə öz diktator mahiyyətini göstərdi, ölkənin beynəlxalq nüfuzuna böyük zərbə vurdu və danışıqlar prosesini iflasa uğratdı. Bu siyasətin davamı hərbi əməliyyatların başlamasına və müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər".Sonda bəyanatı imzalayan siyasi qüvvələr beynəlxalq aləmdə Ermənistanın mövqelərinin zəifləməsinin məsuliyyətini ölkənin indiki hakimiyyətinin üzərinə düşdüyünü bəyan ediblər.

7. #1067
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin rəis müavininin avtomobilindən sənədlər oğurlanıb

[b]Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin rəis müavininin avtomobilindən sənədlər oğurlanıb[b]

Bakı. Samir Kazımlı - APA. Aprelin 7-də saat 20:00 radələrində Yasamal rayonunun S. Dağlı küçəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində işləyən, Bakı şəhər sakini 40 yaşlı Rüfət Əlişah oğlu Hüseynova məxsus "Hunday-Sonata" markalı Az 10 İX 112 nömrə nişanlı avtomobildən oğurluq edilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər avtomobilin şüşələrini sındıraraq, içərisindən R. Hüseynova məxsus 1 ədəd mobil telefonu və sənədləri oğurlayıblar. Hadisə ilə əlaqədar saxlanılan olmayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

8. #1068
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Şəki rayonunda 19 yaşlı gənc intihar edib

[b]Azərbaycanın Şəki rayonunda 19 yaşlı gənc intihar edib[b]

Şəki. Hafiz Heydərov - APA. Azərbaycanın Şəki rayonunda 19 yaşlı gənc intihar edir. Şəki Rayon Prokurorluğundan (RP) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən axşam rayonun Şəki kəndində baş verib.

Kənd sakini 1989-cu il təvəllüdlü Zaur Zeynal oğlu Xəlilov yaşadığı həyətdəki yarım tikilidən özünü asaraq intihar edib. Mərhumun ailəsi istintaqa verdiyi ifadəsində övladlarının heç bir probleminin olmadığını və onun hansı səbəbdən özünə qəsd etdiyini bilmədiklərini qeyd ediblər. Faktla bağlı Şəki RP-da CM-nin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

9. #1069
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT sədrinin şəxsi nümayəndəsi: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini diqqətdə saxlayır"

[b]ATƏT sədrinin şəxsi nümayəndəsi: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini diqqətdə saxlayır"[b]

İrəvan - APA. ATƏT nümayəndəliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini diqqətdə saxlayır. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, finlandiyalı diplomat Heykki Talvitie (Heikki Talvitie) Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşdə bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunub. Qeyd edək ki, H. Talvitie Ermənistanın yeni prezidenti Serj Sərkisyanın and içmə mərasimində iştirak etmək üçün İrəvanda səfərdədir.

10. #1070
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Metyu Brayza: "Minsk Qrupunun qalıb-qalmayacağından asılı olmayaraq, mənim ölkəm Qarabağ probleminin həllində vacib rol oynayacaq"

[b]Metyu Brayza: "Minsk Qrupunun qalıb-qalmayacağından asılı olmayaraq, mənim ölkəm Qarabağ probleminin həllində vacib rol oynayacaq"[b]

İrəvan - APA. ATƏT-in amerikalı həmsədri Metyu Brayza həm Azərbaycanda, həm də Ermənistanda ümumi dil tapmağa hazır olan qüvvələr olduğunu bildirib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, M. Brayza deyib ki, vasitəçi kimi vəzifəsi bu proseslərə dəstək verməkdir.

Onun fikrincə, Azərbaycan Minsk Qrupunun buraxılmasına çalışmır: "Mən Bakıda hansı arzuların olduğunu bilmirəm, ancaq orada çox yüksək səviyyəli insanların mənə dediklərini bilirəm. Hesab etmirəm ki, onlar Minsk Qrupunun buraxılmasına çalışırlar. Onlar sadəcə, bunun üçün hansısa prosedurun olub-olmadığını soruşublar. Minsk Qrupunun mövcud olub-olmayacağı mənim üçün fərq etmir. Mənim ölkəm Qarabağ probleminin həllində vacib rol oynamağa davam edəcək". M. Brayza Minsk Qrupunun çox yaxşı işlədiyini bildirib: "Masada olan çərçivə sazişi hələ tam hazır deyil. İndiyə qədər çox şeyə nail olmuşuq. Minsk Qrupu çərçivəsində bu iş davam etdirilməli və başa çatdırılmalıdır". Amerikalı həmsədr Azərbaycanın danışıqları davam etdirmək arzusunu və istəyini hiss etdiyini də vurğulayıb: "Əlbəttə, Ermənistan kimi Azərbaycanın da sənədə dəyişiklik etməyə çalışmaq hüququ var. Mən ümumi dil tapmaq üçün vasitəçi kimi hər iki tərəflə əməkdaşlıq etməliyəm". Qeyd edək ki, M. Brayza Ermənistana səfərini tamamladıqdan sonra aprelin 11-də Azərbaycana gələcək.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.