ABŞ-dakı azərbaycanlılar erməni jurnalistin qovulmasını tələb edirlər
Qəzetin redaktoru həmin şəkillərin Xocalı soyqırımını əks etdirdiyini bilmədiyini, məsələni araşdırdıqdan sonra xüsusi məlumat yayacağını söyləyib
Azərbaycan Amerika Cəmiyyəti və Nyu-Yorkda yaşayan dağ yəhudiləri icmasının nümayəndələri şəhərdə rus dilində çıxan “V Novom Svete” həftəliyində Xocalı soyqırımı qurbanlarının şəkillərinin qondarma “erməni soyqırımı”nın qurbanları kimi təqdim olunması ilə bağlı qəzet rəhbərliyindən izahat tələb ediblər. Qəzetin redaktoru Nemerovski yazının erməni jurnalist Eduard Pariyants tərəfindən hazırlandığını və həmin şəkillərin Xocalı soyqırımını əks etdirdiyini bilmədiyini deyib. O, yaxın günlər ərzində məsələni araşdırdıqdan sonra xüsusi məlumat yayacağını söyləyib.
Lakin bununla kifayətlənməyən yüzlərlə Amerika azərbaycanlıları qəzetin redaksiyasına zəng edərək təxribatçı jurnalistin işdən qovulması və rəsmi təkzib verilməsini tələb ediblər. İctimai təşkilatlarla yanaşı, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi də məsələni nəzarətdə saxlayır.
Qeyd edək ki, iki il bundan əvvəl də eyni jurnalist qondarma “soyqırım” barədə yalançı məqalə çap etdirdiyi üçün işdən qovulmuşdu.
AzərTac/ ANS-PRESS
4610 sonuçtan 61 ile 70 arası
-
10-30-2007, 02:24 PM #61Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Gürcüstanda Azərbaycan türkcəsində “Ozan” qəzeti nəşrə başlamışdır
Gürcüstanda Azərbaycan türkcəsində “Ozan” qəzeti nəşrə başlamışdır
Baş redaktorun “Qəzetimiz niyə “Ozan” oldu” adlı yazısında qəzetin yaranması səbəbləri belə izah olunur: Hələ “Dədə Qorqud” dastanından əsrlərlə öncə yaşayıb yaratmış qədim Ozanımızın adını yaşatmaq, əbədiləşdirmək və ona böyük hörmət əlaməti olaraq Gürcüstanda yaşayan azərbaycanlıların ilk cəmiyyətinin adını “Ozan” qoyduq.
Artıq 18-ci ildir ki, “Ozan” birliyi soydaşlarımıza ləyaqətlə xidmət edir... Oxucularımız ümid edə bilər ki, “Ozan” birliyinin yetirməsi və onun gördüyü gözəl işlərin təbliğatçısı, təşviqatçısı olacaq “Ozan” qəzeti xalq və dövlət üçün görüləcək gözəl işlərin təşəbbüskarı, təşkilatçısı, “Ozan
BayBakŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 02:27 PM #62Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
ABŞ-dakı azərbaycanlılar erməni jurnalistin qovulmasını tələb edirlər
Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 02:39 PM #63Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
ABŞ və Böyük Britaniya səfirlikləri məhdud iş fəaliyyətini davam etdirir, Rusiya diplomatik missiyası isə əvvəlki rejimdə işləyir
ABŞ və Böyük Britaniya səfirlikləri məhdud iş fəaliyyətini davam etdirir, Rusiya diplomatik missiyası isə əvvəlki rejimdə işləyir
ABŞ və Böyük Britaniya səfirlikləri çərşənbə axşamı məhdud iş rejimini davam etdirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bu dövlətlərin diplomatik missiyalarından məlumat verilib. Sözügedən tədbirlər təhlükəsizliklə əlaqədar həyata keçirilir. Belə ki, ötən gündən başlayaraq bu səfirliklər öz fəaliyyətlərini məhdudlaşdırıblar və viza verilməsi prosesini tam dayandırıblar. Nə Britaniya səfirliyinin mətbuat xidmətinin rəhbəri Sevinc Əsədova, nə də ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Conatan Henik belə iş rejiminin davamlılığı barədə məlumata malik deyil.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar Norveçin “StatoilHydro” şirkətinin Bakı nümayəndəliyi də ikinci gündür ki, işləmir.
RF-nın Bakıdakı səfirliyindən isə “İnterfaks-Azərbaycan” agentilyinə bildirilib ki, diplomatik missiya əvvəlki rejimdə işləyir.
“Rusiya səfirliyi tərəfindən heç bir əlavə təhlükəsizlik tədbirləri həyata keçirilməyib. Biz tam gücümüzlə və əvvəlki rejimdə işimizi davam etdiririk”,-deyə səfirliyn müşaviri Aleksandr Semyonov bildirib.Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 02:46 PM #64Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Bakıda türk cəmiyyətlərinin qurultayı keçiriləcək
Bakıda türk cəmiyyətlərinin qurultayı keçiriləcək
TƏDBİRİN AÇILIŞINDA AZƏRBAYCAN VƏ TÜRKİYƏ RƏHBƏRLİYİNİN İŞTİRAKI GÖZLƏNİLİR
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə noyabrın 17-19-da Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin məlumatına görə, tədbirin məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk dövlət cəmiyyətlərinin ümumi problemlərini birlikdə həlli yollarını araşdırmaqdır. XI qurultaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustan Respublikaları ilə yanaşı Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Qabardin-Balkar, Tatarıstan, Qaracay-Çərkəz Respublikalarında, Krım, Rumıniya, Bolqarıstan, Kosovo və Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan turkdilli xalqların nümayəndələri, Kumık, Noqay, Şimali Kipr, Qaqauz, Ahıska turkləri qatılacaqlar. Həmçinin Amerika, İdil-Ural, Sibir, Yaxın Şərq, Əfqanıstandakı türk cəmiyyətlərinin nümayəndələri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və Türk icmalarının rəhbərləri də tədbirə dəvət olunublar. Qeyd edək ki, 30 ölkədən 550-dək nümayəndə və qonağın dəvət olunduğu qurultayın açılışında Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin 9-cu prezideti Süleyman Dəmirəlin, habelə türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 03:08 PM #65Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Bakıya səfər çərçivəsində Abdullah Gül Azərbaycan-Türkiyə biznes-forumunda iştirak edəcək
Bakıya səfər çərçivəsində Abdullah Gül Azərbaycan-Türkiyə biznes-forumunda iştirak edəcək
Noyabrın 6-dan 8-nə qədər Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana ilk rəsmi səfəri baş tutacaq. Noyabrın 7-də isə səfər çərçivəsində Azərbaycan–Türkiyə biznes forumu keçiriləcək. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül iştirak edəcəklər.
Biznes-forumda iştirak etmək üçün Turkiyədən Azərbaycana 300 iş adamından ibarət nümayəndə heyəti gələcək.
Forumda Azərbaycan tərəfdən ölkənin aparıcı şirkətlərini təmsil edən 200-dən artıq iş adamının iştirakı gözlənilir.
Xəbərlər-Azərbaycan / Səlim BalayevŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 03:15 PM #66Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Azərbaycanda doğum haqqında akt qeydinə vətəndaşın milliyyəti də əlavə olunacaq
Azərbaycanda doğum haqqında akt qeydinə vətəndaşın milliyyəti də əlavə olunacaq
Azərbaycan Nazirlər Kabineti «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əlavələr edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qaydalara əlavələr Azərbaycan vətəndaşlarının etnik mənsubiyyətinə dair məlumatların doğum haqqında şəhadətnamədə əks olunmasını təmin etmək məqsədi ilə Ədliyyə, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin, Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifləri əsasında hazırlanıb.
Əlavələrə əsasən, uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılacaq. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstəriləcək.
APAŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 07:45 PM #67Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
İranda toylarda Azərbaycan musiqisi qadağandır
İranda toylarda Azərbaycan musiqisi qadağandır
Son günlər milli fəaliyyətlərə meyl göstərən alim və müharibə veteranlarının həbs və məhkəməsi insan hüquqları təşkilatlarını təşvişə salıb.
Kanadada fəaliyyət göstərən «Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın sədri, Faxtə Zəmani jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hazırda 20-dən çox tanınmış milli fəal uzunmüddətli həbs cəzası çəkir.
Həbslərdən başqa İran azərbaycanlılarının mədəni fəaliyyətlərin də ciddi şəkildə qarşısı alınır. Urmiyədən verilən xəbərlərə görə, son vaxtlar ETTELAAT toylarda belə Azərbaycan musiqiçilərinin ifasına mane olur.
QaynarŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 07:54 PM #68Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
DOĞUM BELGESİNE "MİLLİYET" HANESİ
yeshu Nickli Üyeden Alıntı
DOĞUM BELGESİNE "MİLLİYET" HANESİ
Azerbaycan'da çocukların doğum belgelerine "milliyet" hanesi eklenecek. Azerbaycan Bakanlar Kurulu “Vatandaşlık durumu sözleşmelerinin devlet kayıt sistemine” yeni ilaveler yaptı...
Adliye, Dışişleri, İçişleri, Milli Savunma bakanlıklarının, Ombudsman, Aile, Kadın ve Çocuk Sorunlarından Sorumlu devlet komitesinin katkıları ile hazırlanan teklife göre Azerbaycan vatandaşı konumunda bulunan kişilerin “etnik mensubiyetleri” doğum belgelerinde yazılı olarak yer alacak.
Kanuna yapılan ilavelere esasen çocuğun doğum belgesinde anne ve babasının milliyetleri, kimliklerini tasdik eden belgelerde milliyet belirtilmediği takdirde esas alınacak.
Babanın veya annenin milliyeti muhtelif ise, çocuk için hazırlanan doğum belgesine anne veya babasının arzusu dahilinde istedikleri milliyetten biri yazılabilinecek.Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 08:40 PM #69Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Türkiyə Futbol Federasiyasından başsağlığı
Türkiyə Futbol Federasiyası Ramiz Mirzəyevin ailəsinə başsağlığı verib
Türkiyə Futbol Federasiyası (TFF) AFFA prezidenti Ramiz Mirzəyevin vəfatı ilə əlaqədar başsağlığı verib. “APA-Sport” agentliyinin məlumatına görə, TFF-in rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir: “Dost və qardaş ölkə olan Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının prezidenti Ramiz Mirzəyev uzun müddət müalicə aldığı xəstəlikdən qurtula bilməyərək, vəfat edib. Dəyərli dostumuz Mirzəyevin vəfatı ilə əlaqədar AFFA rəhbərliyi, onu sevən hər kəsə və kədərli ailəsinə başsağlığı, mərhuma isə Allahdan rəhmət diləyirik”. /APA-Sport/
APA SPORTŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!
-
10-30-2007, 08:41 PM #70Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2006
- Yer
- Yerixo
- Mesajlar
- 1.946
Oğuzun Olimpiya Kompleksi çöküb
Oğuzun Olimpiya Kompleksi çöküb
Oğuz rayonunun tikilməkdə olan Olimpiya Kompleksi oktyabrın 30-da axşam saatlarında çöküb. “Trend”in bölgə müxbirinin məlumatına görə, binanın çökməsi zamanı tələfat qeydə alınmayıb. Lakin dağıntılar altında kran və texnika qalıb.
Hadisə ilə bağlı Oğuz rayon İcra hakimiyyətindən əlavə məlumat verilməyib.
Oğuzun Olimpiya Kompleksinin 2 mərtəbəsi tikilmişdi və üçüncü mərtəbəsi qaldırılırdı. Kompleks 15 hektar ərazini əhatə edir.
QaynarŞükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri