Əsas məzmuna keç
Sayfa 67/461 İlkİlk ... 1757656667686977117167 ... SonSon
4610 sonuçtan 661 ile 670 arası

Azərbaycan Xəbərləri

1. #661
Senior Member
Üyelik tarihi
Oct 2007
Yer
Sankt-Peterburq, Rusiya..Azəriyəm
Mesajlar
845
[b]Şəfiqə xanıma Allah şəfa versin..

Məlumatlarınız

2. #662
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dik Çeyni Hillari Klinton və Barak Obamanı düşünülməmiş bəyanatlar verməkdə ittiham edib

[b]Dik Çeyni Hillari Klinton və Barak Obamanı düşünülməmiş bəyanatlar verməkdə ittiham edib[b]

İstanbul. Mayis Əlizadə-APA. İran atom silahı əldə etməklə Yaxın Şərqdə sülh və sabirliklə bağlı cəhdlərə mane olur. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyədə səfərdə ollan ABŞ-ın vitse-prezidenti Dik Çeyni deyib. Onun sözlərinə görə, iranlılar açıq şəkildə nüvə silahı üçün lazım olan uraniyumu zənginləşdirməyə çalışırlar. İraqda Amerikanın 4 minə qədər əsgər itirməsi ilə bağlı suala cavabında Çeyni bundan kədərləndiklərini, lakin ordularının könüllü əsgərlərdən ibarət olduğunu da vurğulayıb. O, ABŞ demokratlarının prezidentliyə namizədləri olan Hillari Klinton və Barak Obamanın İraqdan əsgəri çəkəcəkləri ilə bağlı açıqlamalarını "düşünülməmiş bəyanatlar" adlandırıb. Çeyni onun xalq tərəfindən sevilməməsi ilə bağlı suala da maraqlı cavab verib: "Bir çox məsələlərdə mənim fikirlərim çoxları ilə uyğun gəlmir. Amma sevilmək istəsəydim, gərək siyasətçi yox, televiziya müxbiri olaydım". Dik Çeyninin Türkiyə gəlməmişdən öncə Quzey İraqa etdiyi səfəri ilə bağlı açıqlaması da yayılıb. Açıqlamada o, Quzey İraqı "Kürdüstan" adlandırıb: " Bu mənin Kürdüstana ilk səfərim oldu" deyə, vurğulayan Dik Çeyni Türkiyədə də bir sıra yüksəksəviyyəli görüşlər keçirib. O, Türkiyə səfərinin proqramını Corc Buşun təlimatı ilə hazırladığını da deyib.

3. #663
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin futbol klublarından birinə silahlı basqın olub

[b]Türkiyənin futbol klublarından birinə silahlı basqın olub[b]

İstanbul. Mayis Əlizadə-APA. Bu gün Türkiyənin Bursa şəhərindəki "Barfaspor" futbol klubunun ofisinə silahlı basqın olub. APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə nəticəsində klubun texniki direktoru Sədat Gezər, klub müdiri Ergin Özarslan və məşqçi İsmail Kurt güllələnib. Onları güllələyərək, çölə çıxan şəxs digər yoldaşı ilə birlikdə binanı kənardan da güllə-baran edib. Hadisə nəticəsində klubun texniki direktoru və məşqçi ölüb, klub müdiri isə ağır yaralanıb. Bursanın polis rəisinin müavini Ünal Uysal hadisənin klubla deyil, şəxslərlə əlaqəli olduğunun ehtimal edildiyini deyib. Hadisənin şahidləri, basqınçıların 3 nəfər olduğunu desələr də, hələlik saxlanılan yoxdur.

4. #664
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Gülşən Hacıyeva-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 01.40-dan 02.10-dək Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

5. #665
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Qax rayonu ərazisində xeyli silah-sursat tapılıb

[b]Azərbaycanın Qax rayonu ərazisində xeyli silah-sursat tapılıb[b]

Qax. Hafiz Heydərov-APA. Qax rayonu ərazisində xeyli silah-sursat aşkarlanıb.

Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bölməyə daxil olan anonim telefon zəngi əsasında aparılan əməliyyat nəticəsində Qax-Qorağan yolunun 10-cu kilometrliyində, yol kənarında 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd iri çaplı güllə, 9 ədəd pulemyot gülləsi, 1 ədəd avtomat sandığı, 76 ədəd 7.62 çaplı güllə və 217 ədəd 5.45 çaplı avtomat gülləsi aşkarlanaraq götürülüb. Tapılmış silah-sursat müvafiq qaydada protokollaşdırılaraq Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilib. Faktla bağlı Qax RPŞ-da araşdırmalar davam etdirilir.

6. #666
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan nümayəndələri ABŞ Konqresində keçirilən dinləmələrdə çıxış ediblər

[b]Azərbaycan nümayəndələri ABŞ Konqresində keçirilən dinləmələrdə çıxış ediblər[b]

Vaşinqton. Hüsniyyə Həsənova-APA. Amerikanın Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov və Amerika Azərbaycan Şurasının direktoru Cavid Hüseynov Konqresin Aşağı Palatasının Xarici Əməliyyatlar üzrə Alt Komitəsində çıxış ediblər.

APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycan diasporunun nümayəndələri 2009-cu ildə Dağlıq Qarabağa heç bir yardımın göstərilməməsini xahiş ediblər. ABŞ-ın gələn il üçün dövlət büdcəsinin maddələri ilə bağlı alt komitədə keçirilən dinləmələrdə çıxış edən T. Azəri bildirib ki, Azərbaycan müasir dövrün tələbləri ilə inkişaf edən dövlətdir. O, 1993-cü ildə senzuranın ləğv edildiyini, ölkədə 2000-dən çox KİV-in fəaliyyət göstərdiyin, 1400-dək QHT-in qeydiyyata alındığını deyib. T. Azəri ABŞ-la Azərbaycanın enerji təhlükəsizliyi əməkdaşlığının strateji xarakter daşıdığını, 2007-ci ildə Kondaliza Raysla Elmar Məmmədyarovun enerji sahəsində anlaşma memorandumunun imzaladığını xatırladıb, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərlərinin bu əməkdaşlığa töhfə verdiyini söyləyib. Diasporun digər nümayəndəsi Adil Bağırov isə çıxışında bildirib ki, 1992-ci ildən Ermənistan ABŞ-dan demokratikləşmə məqsədi ilə 225 milyon dollar alıb. Bu, regionda ABŞ-ın əsas müttəfiqi sayılan Azərbaycana ayrılan yardımdan 4 dəfə çoxdur. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun Ermənistanın demokratikləşməsi ilə bağlı bütün cəhdləri və xərclədiyi milyonlarla dollar heç bir nəticə verməyib. A. Bağırov xatırladıb ki, bu il martın 1-də İrəvanda polis 8 günahsız mitinq iştirakçısını qətlə yetirib və ölkədə 20 günlük fövqəladə vəziyyət elan edilib. O deyib ki, ABŞ qonşu dövlətin torpaqlarını işğal edən, soyqırımları törədən, etnik təmizləmə həyata keçirən, öz vətəndaşlarını qətlə yetirməkdən belə çəkinməyən dövləti dəstəkləməməlidir. Daha sonra çıxış edən Cavid Hüseynov bildirib ki, 1990-cı illərin əvvəlində mövcud olan bütün iqtisadi və siyasi risklərə, torpaqlarının işğal olunmasına baxmayaraq, Azərbaycan Qərbi alternativ enerji ilə təmin edən dəhlizi inşa etməyə müvəffəq olub. O qeyd edib ki, Azərbaycan hərbçilərini Əfqanıstan və İraqa yollayıb. Bütün qeyd olunan məqamları nəzərə alaraq, hər üç natiq 2009-cu ildə Azərbaycana nəzərdə tutulan yardımın qüvvədə saxlanılmasını, yəni 19.5 milyon dolların verilməsi, Ermənistana 24 milyon dollardan artıq olmayan yardımın göstərilməsini xahiş ediblər. Azərbaycan icmasının nümayəndələri Dağlıq Qarabağa 2009-cu ildə heç bir yardımın göstərilməməsini arzulayıblar.

7. #667
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstana səfər ediblər

[b]Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstana səfər ediblər[b]

Strasburq. Gülşən Hacıyeva-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Matiaş Erşi və Kastriot İslami martın 26-27-də Gürcüstanda səfərdə olacaqlar. AŞ PA-nın Baş Ofisindən APA-ya bildirilib ki, səfərin məqsədi Gürcüstanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı monitorinq aparmaqdır. Həmməruzəçilər Gürcüstan prezidenti, baş nazir, parlamentin spikeri, xarici və daxili işlər, ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, müxalifət təmsilçiləri, KİV və QHT nümayəndələri ilə görüşəcəklər. Görüşlərdə əsasən, parlament seçkiləri ərəfəsindəki vəziyyət, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, mətbuatın durumu və digər məsələlərə dair müzakirələr aparılacaq.

8. #668
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Corctaun Universitetində Azərbaycanla bağlı konfrans keçirilib

[b]ABŞ-ın Corctaun Universitetində Azərbaycanla bağlı konfrans keçirilib[b]

ABŞ. Hüsniyyə Həsənova-APA. Bu gün Corctaun Universitetində "Azərbaycan-Corctaun" illik akademik konfransının ilk mərasimi keçirilib.

APA-nın ABŞ bürosunun məlumatına görə, "ABŞ-Azərbaycan münasibətləri: mürəkkəb regionda enerji və təhlükəsizlik" mövzusunda keçirilən konfransda hər iki ölkədən yüksək səviyyəli şəxslər iştirak ediblər. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, ölkəmizin NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev və Xarici İşlər Nazirliyinin planlaşdırma və strateji analiz departamentinin rəhbəri Tofiq Musayev çıxış ediblər. Tədbirdə həmçinin ABŞ dövlət katibinin müavinin müşaviri Metyu Brayza, məşhur yazıçı və Pultzer mükafatının lauriatı Daniel Ergin və Milli Müharibə Kollecinin nümayəndəsi Ceyms Makdouqal da iştirak edib. Bu gün həmçinin Corctaun Universitetində Azərbaycanla bağlı foto sərginin açılışı olub. Sərgi 4 gün davam edəcək.

9. #669
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Daha bir insan alverçisi saxlanılıb

[b]Daha bir insan alverçisi saxlanılıb[b]

Bakı. Rəşad Süleymanov-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha bir qadın alverçisi tutulub. DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İlahə İsmayılova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyurmuş. O, bu faktla bağlı da saxlanılıb.

10. #670
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ötən il dünyada hərbi sahəyə 1 trilyon dollardan çox vəsait ayrılıb

[b]Ötən il dünyada hərbi sahəyə 1 trilyon dollardan çox vəsait ayrılıb[b]

Bakı. Rəşad Süleymanov - APA. Ötən il dünyada hərbi sahəyə yönəldilmiş vəsaitlərin həcmi ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib. APA-nın məlumatına görə, 2007-ci ildə dünya ölkələri ümumilikdə hərbi sahəyə 1 trln. 66 mlrd. 485,5 mln. dollar vəsait xərcləyib ki, bunun 545,33 mlrd. dolları ABŞ-ın payına düşür. Şimali Amerika dövlətləri müdafiə məqsədlərinə 563, 818 mlrd. dollar, Qərbi Avropa dövlətləri 182,184 mlrd. dollar, Asiya-Sakit okean regionu dövlətləri 175,276 mlrd. dollar, Yaxın Şərq ölkələri 42,693 mlrd. dollar, keçmiş SSRİ ölkələri 37,722 mlrd. dollar, Latın Amerikası dövlətləri 29,109 mlrd. dollar, Misir istisna olunmaqla Afrika dövlətləri 18,345 mlrd. dollar, Şərqi Avropa ölkələri isə 17,34 mlrd. dollar vəsait ayırıb.Qeyd edək ki, dünya üzrə hərbi xərclər 2000-ci ildə 597,371 mlrd. dollar, 2006-cı ildə isə 985,687 mlrd. dollar təşkil edib. Ötən il Azərbaycanın hərbi xərcləri isə 1,2 mlrd. dollar olub.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.