Əsas məzmuna keç
Sayfa 58/461 İlkİlk ... 848565758596068108158 ... SonSon
4610 sonuçtan 571 ile 580 arası

Azərbaycan Xəbərləri

  1. #571
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv fərmanı imzalayıb

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv fərmanı imzalayıb[b]</span>

    Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv fərmanı imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərman ümumilikdə 59 nəfərə şamil olunub. Bu şəxslərdən 58-i cəzasının çəkilməmiş hissəsindən azad edilib, bir nəfərin məhkumluğu isə yarıya qədər azaldılıb.

    Fərman məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə əsaslanaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini arzulayaraq, imzalanıb. Əfv olunmuş şəxslərin tam siyahısı:I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:1. Abdulhüseynov Tehran Əlican oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdir.2. Allahverdiyev Etibar Yaqub oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 6 mart tarixli hökmü ilə məhkum edilmişdir.3. Aslanov Əflatun Əhəd oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayon məhkəməsinin 2007-ci il 24 avqust tarixli hökmü ilə məhkum edilmişdir.4. Babayev Vidadi Aslan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.5. Balayev Zauri Vahid oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon məhkəməsinin 2007-ci il 8 avqust tarixli hökmü ilə məhkum edilmişdir.6. Bədəlov Ramazan Muğdad oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 6 iyun tarixli hökmü ilə məhkum edilmişdir.7. Cəfərov Anar Hüseynalı oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon məhkəməsinin 2005-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.8. Cəfərov Fazil Zahir oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2005-ci il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.9. Daşdəmirov Ərzuman Tofiq oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2006-cı il 30 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.10. Əbilov Elnur Oruc oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 2005-ci il 30 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.11. Ələkbərov Fuad Abbas oğlu, 1952-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.12. Əliyev Kamal İsrafil oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 26 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.13. Əliyev Qüdrət Hacıağa oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.14. Gülməmmədov Rəşad Bəkir oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.15. Hadıyev Rəhman Ağakərim oğlu, 1938-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 16 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.16. Heydərov Xanlar Atakişi oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.17. Həsənov Əli Yusif oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.18. Həşimov Ələkbər Ələsgər oğlu, 1951-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.19. Hüseynov Asif Davud oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 14 may tarixli hökmü ilə məhkum edilmişdir.20. Hüseynov Coşqun Hani oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 14 avqust tarixli hökmü ilə məhkum edilmişdir.21. Xanmədov Namik Rzaşah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 28 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.22. İbrahimov Amil Şamil oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 22 mart tarixli hökmü ilə məhkum edilmişdir.23. İsmayılov Nəriman Elman oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.24. İsmayılov Pərviz Eldar oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2006-cı il 6 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.25. Kərimov Ağamirzə Absalam oğlu, 1935-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 14 iyul tarixli hökmü ilə məhkum edilmişdir.26. Qasımov Səfərəli Nadir oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 3 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.27. Qədiməliyev Xaləddin Balakişi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2007-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir.28. Laçınov Rauf Əlimurad oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 29 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.29. Mamedov Etibar Əli oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayon məhkəməsinin 2007-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.30. Mehdiyev Elçin Ərəstun oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2005-ci il 29 iyun tarixli hökmü ilə məhkum edilmişdir.31. Məhərrəmov Şirin Akif oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran hərbi məhkəməsinin 2006-cı il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.32. Məlikov Mürşüd Balami oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər Məhkəməsinin 1997-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilmişdir.33. Məmişov Xankişi Allahverdi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon məhkəməsinin 2006-cı il 22 iyun tarixli hökmü ilə məhkum edilmişdir.34. Məmmədov Sərdar Təyyar oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayon məhkəməsinin 2007-ci il 29 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.35. Mirzəyev Rasim İbiş oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 1999-cu il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.36. Musayev Qədir Əsəd oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.37. Nağıyev Qabil Mustafa oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayon məhkəməsinin 2006-cı il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.38. Nərimanov Elgiz Nəriman oğlu, 1976-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 31 may tarixli hökmü ilə məhkum edilmişdir.39. Orucov Möhübbət Mustafa oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2006-cı il 28 fevral tarixli hökmü ilə məhkum edilmişdir.40. Popov Aleksey Vladimiroviç, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.41. Rəhimov Qalib Ənvər oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayon məhkəməsinin 2006-cı il 16 may tarixli hökmü ilə məhkum edilmişdir.42. Rəhimov Şəhriyar Mirkazım oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.43. Rəhimov Tərlan İbrahim oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 12 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.44. Salayev Yaşar Əbdüləhəd oğlu, 1939-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 24 fevral tarixli hökmü ilə məhkum edilmişdir.45. Səfərov Samir Pənah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2006-cı il 15 may tarixli hökmü ilə məhkum edilmişdir.46. Səmədov İlqar Rufulla oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 2 iyun tarixli hökmü ilə məhkum edilmişdir.47. Şahroxi Firudin Əli oğlu, 1944-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2007-ci il 15 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.48. Şamıyev Asif Vəli oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.49. Şəmiyev Cəsarət Məhərrəm oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayon məhkəməsinin 2006-cı il 19 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.50. Şərifi Məhəmməd Mustafa Məhəmməd Tahir, 1987-ci ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Cəlilabad rayon məhkəməsinin 2007-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.51. Tağıyev Rasim Qurban oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.II. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:1. Babayev Elmar Tahir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2006-cı il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.2. Cabbarov Mətləb Məhəmmədəli oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 31 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.3. Cəfərov Füzuli Ağakərim oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 2 fevral tarixli hökmü ilə məhkum edilmişdir.4. İsmayılov Oqtay Sahibxan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2007-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.5. Qədimov Nofəl Bədrəddin oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayon məhkəməsinin 2007-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.6. Novruzov Orxan İlham oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 14 fevral tarixli hökmü ilə məhkum edilmişdir.III. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2007-ci il 23 fevral tarixli hökmü ilə islah işləri cəzasına məhkum edilmiş, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağabalayev Ramin Ələkbər oğlu cəzadan azad edilsinIV. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 3 noyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Rüstəm Şirəli oğlunun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılsın.Qeyd edək ki, bu fərman 1995-ci ildən bəri imzalanan 44-cü əfvdir. Bu humanist aksiya ümumilikdə 4762 məhkuma şamil olunub.

  2. #572
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Kofi Annan və Simon Veil Avropa Şurasının XIII "Şimal-Cənub" mükafatına layiq görülüblər

    <span style="color:#FF0000;font-size:18px;">[b]Kofi Annan və Simon Veil Avropa Şurasının XIII "Şimal-Cənub" mükafatına layiq görülüblər[b]</span>

    Bakı. Ülviyyə Əliyeva-APA. BMT-nin sabiq baş katibi Kofi Annan və Avropa Parlamentinin ilk birbaşa seçilmiş prezidenti Simon Veil aprelin 1-də Lissabonda keciriləcək mərasimdə Avropa Şurasının 13-cü "Şimal-Cənub" mükafatı ilə təltif olunacaq. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, bu şəxslər dünyada insan haqqlarının qorunmasi istiqamətində göstərdikləri yorulmaz və cəsarətli fəaliyyətlərinə görə mükafata layiq görülüblər. Mərasimdə AŞPA prezidenti Lluis Maria de Puç, Avropa Şurasının baş katibi Terri Devis və Portuqaliya prezidenti Anibal Kavako Silva iştirak edəcək. Qeyd edək ki, Avropa Şurası hər il iki şəxsi insan haqqları sahəsində və Şimalla Cənub arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində apardıqları fəaliyyətə görə adı çəkilən mükafatla təltif edir.

  3. #573
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    ABŞ raket hücumundan müdafiə məsələsi ilə bağlı yeni təkliflərlə çıxış edib

    <span style="color:#FF0000;font-size:18px;">[b]ABŞ raket hücumundan müdafiə məsələsi ilə bağlı yeni təkliflərlə çıxış edib[b]</span>

    Moskva - APA. Moskvada ABŞ və Rusiya xarici siyasət və müdafiə idarələri rəhbərləri arasında "2+2" formatında aparılan iki günlük danışıqlar yekunlaşıb. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, tərəflər strateji sabitlik və təhlükəsizliklə bağlı kompleks məsələləri - ABŞ-ın Şərqi Avropada raket hücumundan müdafiə sistemləri yerləşdirməsi, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə, Strateji Hücum Silahlarının İxtisarı üzrə 1-ci Müqavilə, Orta və Yaxın Mənzilli Raketlərin İxtisarı haqqında Müqavilə və digər sənədlər ətrafında müzakirə aparıblar. Danışıqlardan sonra tərəflər 200-ə yaxın media nümayəndəsinin iştirakı ilə birgə mətbuat konfransı keçiriblər. Onların sözlərindən belə məlum olub ki, ABŞ və Rusiya yenə də raket hücumundan müdafiə məsələsi üzrə razılığa gələ bilməyiblər, ancaq Vaşinqton Moskva üçün çox vacib və faydalı təkliflərlə çıxış edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra strateji məsələlər, o cümlədən raket hücumundan müdafiə və strateji hücum silahlarının ixtisarı məsələlərində fikir ayrılıqlarının qaldığını, nüvə terrorçuluğu ilə mübarizə və nüvə silahlarının yayılmaması məsələsində isə ciddi inkişaf əldə olunduğunu deyib. O bildirib ki, ABŞ tərəfi Rusiyanın Şərqi Avropada raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planından qaynaqlanan narahatlığını aradan qaldırmağa yönəlmiş təkliflər irəli sürüb: "Anladığımız qədər, Amerika tərəfi bizim narahatlığımızı nəzərə alıb. Bizə kifayət qədər önəmli, faydalı təkliflər təqdim olundu. Biz təkliflərin öyrənilməsindən sonra məsləhətləşmələri davam etdirməyi qərara aldıq". ABŞ müdafiə naziri Robert Geyts təklifləri yazılı şəkildə Rusiya tərəfinə verəcəklərini və tezliklə Moskvanın reaksiyasını öyrənmək istədiklərini söyləyib. O, bir daha bəyan edib ki, Polşa və Çexiyada qurulacaq sistemlər Rusiyaya təhlükə törətməyəcək. Dövlət katibi Kondoliza Rays isə ikitərəfli əməkdaşlığın bütün spektrini əhatə edəcək və hüquq çərçivə sisteminə malik olacaq birgə sənədin hazırlanacağını bildirib.

  4. #574
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Daxili işlər orqanlarına qəbul üçün keçirilən müsabiqənin qalibləri zabit vəzifələrinə təyin olunublar

    <span style="color:#FF0000;font-size:18px;">[b]Daxili işlər orqanlarına qəbul üçün keçirilən müsabiqənin qalibləri zabit vəzifələrinə təyin olunublar[b]</span>

    Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Daxili İşlər Nazirliyində (DİN) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən fevralın 27-də keçirilən test imtahanını uğurla verərək daxili işlər orqanlarının orta rəis heyətində xidmətə qəbulun yekun mərhələsinə buraxılan namizədlərin müsabiqəyə elan olunan zabit vəzifələrinə təyinatlarına həsr olunan tədbir təşkil olunub. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini deyib. DİN-in baş kadrlar idarəsinin rəis müavini T. Zeynalov bildirib ki, ötən il noyabrın 1-dən 30-dək nazirliyə 170 vətəndaş müraciət edib, xidmətə qəbulun şərtlərinə cavab vermədiyi üçün 26 nəfərin sənədləri geri qaytarılıb. Onun sözlərinə görə, sənədləri qəbul edilən 144 nəfərdən 103 namizədin işi TQDK-ya göndərilib. Əksəriyyəti xidmətə qəbuldan imtina etdiyinə və digər səbəblərə görə qalan 41 namizəd müsabiqənin birinci mərhələsi olan test imtahanına buraxılıb. Test imtahanında 103 iddiaçıdan 50-si nəzərdə tutulan müvafiq balı toplayaraq müsabiqənin yekun mərhələsinə keçib. Daha sonra vakant vəzifələrə təyinat püşkatma yolu ilə keçirilib, nazirliyə dəvət olunan 46 nəfər bu üsulla həmin vəzifələrə təyin olunub. Püşkatmada iştirak edən ali hüquq təhsilinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmiş 3 nəfər isə DİN Mərkəzi Aparatında müvafiq vəzifələrə təyin edilib. Tədbirə yekun vuran Ramil Usubov namizədləri təbrik edib, onlara uğurlar arzulayıb.

  5. #575
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub

    <span style="color:#FF0000;font-size:18px;">[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]</span>

    Bakı. Gülşən Hacıyeva - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri martın 18-də saat 14.10-dan 19.30-dək ara-sıra Ermənistan Respublikasının Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Ağdam kəndləri sahəsindəki mövqelərini, saat 21.30-dan 23.30-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndində yerləşən mövqelərindən, saat 22.15-dən 22.40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.00-dan 00.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 19-da saat 02.05-dan 02.20-dək isə Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

  6. #576
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycanda əfv fərmanının icrasına başlanılıb

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanda əfv fərmanının icrasına başlanılıb[b]</span>

    Bakı. Hacı Zeynalov-APA. Azərbaycan prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv fərmanının icrasına başlanılıb.

    APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Əlixan Hüseynov jurnalistlərə açıqlamasında fərmanın icrasının bu gün saat 13.00-dək başa çatdırılacağını bildirib. Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində cəza çəkən Şəhriyar Mirkamil oğlu Rəhimov əfv fərmanı ilə azadlığa buraxılıb. Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə həbs cəzasına məhkum Ş. Rəhimov törətdiyi əməldən peşman olduğunu söyləyib. O, əfv olunduğuna görə ölkə başçısına təşəkkürünü bildirib.

  7. #577
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Moskvada Novruz bayramı münasibətilə tədbir keçiriləcək

    <span style="color:#FF0000;font-size:18px;">[b]Moskvada Novruz bayramı münasibətilə tədbir keçiriləcək[b]</span>

    Bakı. Laçın Sultanova - APA. Ümumrusiya Azərbaycan Konqresi Moskvada «Novruz» adlı geniş bayram tədbiri təşkil edəcək. Konqresdən APA-ya verilən məlumata görə, tədbir martın 23-də «Puşkinskiy» kinoteatrında keçiriləcək. Tədbirdə Azərbaycandan dəvət olunmuş incəsənət ustaları çıxış edəcəkləer.

  8. #578
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Vatikanın dövlət katibi Tarçizio Bertone Azərbaycanı dini tolerantlıq modeli adlandırıb

    <span style="color:#FF0000;font-size:18px;">[b]Vatikanın dövlət katibi Tarçizio Bertone Azərbaycanı dini tolerantlıq modeli adlandırıb[b]</span>

    Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycana və Ermənistana səfərdən qayıdan Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone Azərbaycanı bütün dünya üçün dini tolerantlıq modeli adlandırıb.

    APA-nın İtaliya saytlarına istinadən verdiyi məlumata görə, kardinal Azərbaycanda böyük müsəlman icması ilə kiçik katolik və ortodoks icmalarının yanaşı fəaliyyət göstərdiklərini bildirib: "Orada müsəlman icmasının kilsəyə və Papaya göstərdiyi ehtiram cox yüksək və tərəddüdsüzdür. Azərbaycanda qədim xristian yevangeliyasının izləri hörmətlə qorunub saxlanılır". Dövlət katibi bəyan edib ki, Azərbaycanda 400-ə yaxın katolik var və iki kilsə - Rus ortodoks və katolik kilsələri mövcuddur: "Bu ölkədə kommunist rejiminin dağıtdığı katolik kilsəsi prezident İlham Əliyevin göstərişi və şeyxülislamın məsləhəti ilə yenidən qurulub. Bu, o deməkdir ki, ölkədə həqiqətən dinc yanaşı yaşama və din azadlığı var. Bu, özünü siyasi sferada da göstərir". T. Bertone deyib ki, hər kiçik dinin azad fəaliyyət göstərdiyi ölkədə daim əmin-amanlıq mövcud olacaq.

  9. #579
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Azərbaycan paytaxtındakı şadlıq saraylarının birində yanğın olub

    <span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan paytaxtındakı şadlıq saraylarının birində yanğın olub[b]</span>

    Bakı. Samir Kazımlı - APA. Bu gün saat 09.00 radələrində Binəqədi rayonu ərazisində (Ayna Sultanovanın heykəlinin arxasında) yerləşən "Ramin" şadlıq evində yanğın olub. Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən APA-ya bildirilib ki, hadisə şadlıq sarayındakı kondisionerdə yaranan qısa qapanma nəticəsində baş verib. Yanğının qarşısı qısa müddətdə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 1 ədəd xalça, 3 ədəd stol və şadlıq sarayının dam örtüyü 8 kv.m sahədə yanıb. Faktla bağlı araşdırma aparılır.

  10. #580
    APA
    APA çevrimdışı
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    4.445

    Avropa Şurasının insan haqları üzrə komissarı Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə, KİV azadlığına təminat verməyə

    <span style="color:#FF0000;font-size:18px;">[b]Avropa Şurasının insan haqları üzrə komissarı Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə, KİV azadlığına təminat verməyə çağırıb[b]</span>

    Strasburq - APA. Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə, KİV azadlığına təminat verməyə və 1 mart hadisələrinin müstəqil təhqiqatının aparılmasına təşəbbüs göstərməyə çağırıb. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, komissarın bəyanatında bildirilir ki, martın 1-də nə baş verdiyi aydınlaşdırılmalıdır. O, fövqəladə vəziyyəti rejimi ilə eyni vaxtda tətbiq olunan senzuranın əhalinin narahatlığına səbəb olduğunu və inamsızlığı artırdığını söyləyib: "Bir sıra hökumətyönlü kütləvi informasiya vasitələrinin müxalifət mətbuatının nəşr olunmadığı müddətdə müxalifəti lənətləmək istəyi konstruktiv atmosferin yaranmasına kömək etməyib". Zorakılığa yol vermiş mitinqçilərin və həddən artıq güc tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmalarını istəyən T. Hammarberq bəyan edib ki, insanlar mitinqdə iştirakına görə təqib olunmamalıdır. O, hakimiyyəti 18 yaşına çatmamış bütün tutulanları sərbəst buraxmağa səsləyib.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.