Elmar Məmmədyarov: "İslam ölkələri öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməlidir"
<span style="color:#FF0000;font-size:18px;">[b]Elmar Məmmədyarov: "İslam ölkələri öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməlidir"[b]</span>
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Seneqalda Seneqal sammitində çıxış edib.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə İKT ölkələrinə təşəkkürünü bildirib: "Biz beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini pisləməyə və Azərbaycanın öz suverenliyini bərpa etmək cəhdlərinə dəstək verməyə çağırırıq". BMT-nin bu gün keçirilən plenar sessiyasında "Azərbaycanın işğal altında olan vəziyyətə dair" adlı qətnamənin qəbulu ilə bağlı səsvermə keçiriləcəyini bildirib: "Mən bütün İslam Konfransı Təşkilatı ölkələrini bu qətnamə layihəsinə səs verməyə çağırıram. Sizin dəstəyiniz Azərbaycana münasibətdə İslam həmrəyliyi və qardaşlıq münasibətinin təcəssümü olacaq". Öz çıxışında Azərbaycanın İKT-nin fəaliyyətinə verdiyi töhfələrə toxunan Elmar Məmmədyarov sammit iştirakçılarını qurumun Bakıda keçirilən zirvə görüşü barədə məlumatlandırıb. Fələstin və Qəzza sektorunda baş verən hadisələrə toxunan XİN başçısı bütün islam ölkələrini öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməyə çağırıb. Elmar Məmmədyarov çıxışında islamofobiya və müsəlman milli azlıqların məsələsinə də toxunub.
İranda azərbaycanlı din xadiminin deputatlığa namizədliyi ləğv edilib
<span style="color:#FF0000;font-size:18px;">[b]İranda azərbaycanlı din xadiminin deputatlığa namizədliyi ləğv edilib[b]</span>
Bakı. Turan Hüseynova - APA. Bu gün səkkizinci çağırış İran parlamentinə seçkilər keçirilir. APA-nın İran kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, İran hökuməti artıq bu gün iki nəfərin namizədliyini ləğv edib. Deputatlığa namizədliyi ləğv olunan şəxslər azərbaycanlı ruhani Cəfər Fətəlizadə və islahatçı Məhəmməd Rza Puribrahimidir. İran Ali Dini Şurası öz qərarını Fətəlizadə və Puribrahiminin münasib namizədlər olmaması ilə izah edib. Qeyd edək ki, Mərənd və Culfa seçki dairələri üzrə deputatlığa namizəd olan Cəfər Fətəlizadə milli dözümsüzlük ideyalarının yayılmasında və seçki kampaniyasının gedişində polislə toqquşmalara yol verməkdə ittiham edilir.
Vyana - APA. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov və Bernar Fasie ilə görüşüb. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, görüşdə danışıqların bərpası və Ermənistanın yeni prezidenti Serj Sarkisyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilməsi məsələsi müzakirə edilib. V. Oskanyan Azərbaycanın Dağlıq Qarabağ məsələsinin müzakirəsini başqa instansiyalara keçirmək cəhdi, xüsusən BMT Baş Assambleyasında qətnamə qəbul etdirmək niyyətindən narahat olduqlarını söyləyib.
Ağcabədi rayonunda silahlı basqın edilmiş "Baba" kafesinin sahibləri də saxlanılıblar
<span style="color:#FF0000;font-size:18px;">[b]Ağcabədi rayonunda silahlı basqın edilmiş "Baba" kafesinin sahibləri də saxlanılıblar[b]</span>
Ağcabədi. Teymur Quliyev - APA. Martın 11-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində "Baba" kafesinə edilmiş silahlı basqınla əlaqədar iaşə obyektinin sahibləri - Şahmurad və Edilxan Əzizov qardaşları da Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar.
APA-nın Qarabağ bürosunun məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, Əzizov qardaşları ilə silahlı basqında təqsirli bilinən dəstə üzvləri arasında məlum hadisədən bir neçə saat əvvəl mübahisə baş verib. Qardaşlar mübahisə zəminində Avşar kənd sakini Umudvar Hüseynov, qardaşı Etibar Hüseynov və onlarla bir yerdə olan həmkəndliləri - Ənvər Həsənov, Elxan Əsgərov və Xaliq Məmmədova balta ilə hədə-qorxu gəliblər. Kafeni tərk edən U. Hüseynov həmkəndliləri ilə birgə təqribən 2 saat sonra silahla geri qayıdaraq, əvvəlcə "Baba" kafesini, sonra isə kafe sahiblərinin atalarının evini güllə-baran ediblər. Qeyd edək ki, silahlı basqın zamanı 1 nəfər güllə yarası alıb. Polis artıq Umudvar Hüseynovla Elxan Əsgərovu saxlayıb. Faktla bağlı başlanmış cinayət işinin araşdırması davam etdirilir.
Türkiyənin baş prokuroru AKP-nın qapadılması, Abdulla Gül və Rəcəb Tayyip Ərdoğanın siyasətdən uzaqlaşdırılması iddiası ilə məhkəməyə m
<span style="color:#FF0000;font-size:18px;">[b]Türkiyənin baş prokuroru AKP-nın qapadılması, Abdulla Gül və Rəcəb Tayyip Ərdoğanın siyasətdən uzaqlaşdırılması iddiası ilə məhkəməyə müraciət edib[b]</span>
İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya bu ölkənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, baş prokuror iddiasını AKP-nin "dövlətin dünyəvi quruluşuna qarşı fəaliyyətlərin mərkəzi halına gəlməsi" ilə əlaqələndirib. Prosedura görə, Konstitusiya Məhkəməsi ilkin araşdırmalardan sonra iddiada hər hansı çatışmazlıq qeydə almasa, o zaman iddianı qəbul edəcək və AKP-yə müdafiə üçün iddianaməni göndərəcək. Qanunlara görə, bir ay müddətində AKP müdafiə tərəfi olaraq arqumentlərini məhkəməyə təqdim edəcək. Bundan sonra iddiaçı tərəf öz arqumentlərini bildirəcək, bu arqumentlər də AKP-yə göndəriləndən sonra hər iki tərəf yazılı açıqlama yayacaq və məhkəmə bütün xüsusları toplayandan sonra məsələ müzakirə ediləcək. AKP-nin qapadılması üçün Konstitusiya Məhkəməsinin 11 üzvündən 7-nin iddianın lehinə səs verməsi lazımdır. Konstitusiya Məhkəməsinin başqanı Haşim Kılıç bildirib ki, bu qapatma iddiası ilə yanaşı Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanın da daxil olduğu 71 nəfərə siyasi fəaliyyət göstərməyin qadağan olunması barədə də iddia daxil olub. Bu xəbərdən dərhal sonra baş nazir Rəcəb Tayyip Ərdoğan AKP rəhbərliyi və bəzi nazirlərlə görüşüb.Məsələyə münasibət bildirən Türkiyə prezidenti Abdulla Gül Böyük Millət Məclisində bu qədər çoxluqda olan bir partiyanın qapadılması ilə bağlı iddianın ölkəyə nə verəcəyini düşünmək lazım olduğunu deyib: "Mən Türkiyənin birliyini təmsil edirəm. Türkiyənin qısa, orta və uzun müddətli hədəflərini düşünürəm". Qeyd edək ki, indiyə qədər Türkiyədə 26 partiya qapadılıb.
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
<span style="color:#FF0000;font-size:18px;">[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]</span>
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri martın 14-də saat 08.50-dən 09.00-dək və saat 22.40-dan 23.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 21.00-dan 21.30-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 22.15-dən 22.25-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 22.45-dən 23.00-dək isə Cəbrayıl rayonunun Mehdili kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən q
<span style="color:#FF0000;font-size:18px;">[b]BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edib[b]</span>
Vaşinqton. Hüsniyə Həsənova - APA. BMT Baş Assembleyasının 62-ci sessiyası çərçivəsində martın 14-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə" qətnamə layihəsi müzakirə olunub.
APA-nın ABŞ bürosunun məlumatına görə, müzakirələr Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin çıxışı ilə başlayıb. A. Mehdiyev Dağlıq Qarabağın tarix boyu Azərbaycana məxsus olmasını, IV əsrdən əvvəl başlayaraq orta əsirlərə kimi əcdadlarımız sayılan xristian albanları üçün vətən sayıldığını, VIII əsrdən isə Azərbaycan əhalisinin müsəlman dinini qəbul etdiyini, lakin Dağlıq Qarabağ albanlarının xristian olaraq qaldığını qeyd edib. O, Dağlıq Qarabağın 1805-ci ildə İbrahim xan Qarabağlı tərəfindən imzalanan müqavilə əsasında Rusiyanın tərkibinə daxil olduğunu bəyan edib. Səfir bu tarixdən etibarən ermənilərin regiona gəldiyini söyləyib. O, 1836-cı ildə Alban patriarxiyasının Ruslar tərəfindən ləğv edildiyini və onların mülklərinin erməni kilsələrinə keçirildiyini diqqətə çatdırıb. 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan qonşu Ermənistanla dostluq siyasətini əsas tutaraq onlara İrəvan vilayətini hədiyyə edib. Səfir 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistandan deportasiya edildiyini, bu "əməliyyat" zamanı 220 azərbaycanlının qətlə yetirildiyini, 1100-dən çoxunun yaralandığını, 250 min insanın isə yurd-yuvasından qovulduğunu bildirib. O, Dağlıq Qarabağda separatçılığın rəsmi İrəvan tərəfindən dəstəkləndiyini və 1989-cu ildə Ermənistan parlamentinin Dağlıq Qarabağla birləşmək haqqında qərarını buna sübut kimi göstərib: "Daha sonra Ermənistan xarici hərbi birləşmələrin və terror qruplaşmalarının köməyi ilə irimiqyaslı hücuma keçərək, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun işğalını həyata keçirib. Bu işğal etnik təmizləmə siyasəti ilə müşayiət olunub, nəticədə 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib". Səfir ermənilərin bu siyasətinin ən ali qurum olan BMT tərəfindən də pisləndiyini, 1993-cü ildə qəbul olunan 4 qətnamədə Ermənistan hərbiçilərindən işğal etdikləri əraziləri təcili, tam və qeyd-şərtsiz boşaltmağın tələb olunduğunu xatırladıb. 1996-cı ildə ATƏT-in Lissabon sammitində münaqişə tərəfləri üçün müəyyən edilən tələblər sırasında ölkə suverenliyinin toxunulmazlığı və Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək muxtariyyətin verilməsinin təsbit olunduğunu deyən A. Mehdiyev ATƏT-in 54 üzv dövlətindən yalnız Ermənistanın bu şərtləri qəbul etmədiyini təəssüflə qeyd edib: "Lakin bu azmış kimi, ermənilər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirir, xarici şirkətlərin iştirakı ilə ərazinin təbii sərvətlərini talan edir, Azərbaycanın tarixi ilə bağlı bütün tarixi abidələri məhv edirlər. 2004-cü ildə ermənilərin zəbt edilmiş ərazilərdə qanunsuz məskunlaşma faktları ilə bağlı ilk dəfə olaraq ATƏT-in faktaraşdırıcı missiyası regiona səfər edib. Missiya ermənilər tərəfindən qanunsuz məskunlaşmanın olduğunu sübut edib və belə halların təkrar olunmaması barədə əks tərəfə xəbərdarlıq edilib".Səfir bu il martın 4-də ermənilər tərəfindən həyata keçirilən təxribat zamanı 5 azərbaycanlı və 27 erməni hərbiçisinin qətlə yetirildiyini deyib: "Ermənilərin həyata keçirdiyi təxribatın əsas məqsədi ölkə əhalisinin diqqətini ölkədaxili siyasi böhrandan yayındırmaq idi. Təəssüflər olsun ki, hərbi qüvvədən istifadə olunması Ermənistanın daxili və xarici siyasətinin əsas metodlarından birinə çevirilib".Natiq Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, sülhün bərqərar edilməsi üçün qanunsuz birləşmələrin ərazidən çıxarılması və yerli əhalinin geriyə qaytarılmasına nail olmağın vacibliyini vurğulayıb. A. Mehdiyev xüsusilə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəyə çıxarılması heç də Azərbaycanın mövcud danışıqlar formatından imtina etməsi demək deyil: "Məsələnin Baş Assambleyaya çıxarılması münaqişənin həllini təmin edən baza prinsiplərinə sadiqliyi nümayiş etdirmək, vasitəçilərə dəstəyi göstərməklə, onlardan daha sanballı nəticələr əldə etmək məqsədi daşıyır".Səfir vasitəçilərin hər iki tərəfin maraqlarını təmin edəcək həll yollu tapmaq istədiklərini diqqətə çatdırıb: "Lakin bu məqsədə çatmaq üçün tərəflər eyni prinsiplərə arxalanmalıdırlar. Azərbaycan beynəlxalq hüquq normalarına istinad edir və bunun əsasında danışıqlar aparacaq. Öz müqəddəratını təyin etmək prinsipi ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır".A. Mehdiyev Minsk qrupu həmsədrlərinin lazımı təkliflərlə çıxış etməməsindən də narazı və narahat olduğunu deyib. Həmsədrlərin qeyri-müəyyən "neytrallıq" mövqeyini qoruyub saxlamaq üçün dövlətin ərazi bütövlüyü prinsipini qurban vermək hüquqlarının olmadığını söyləyən səfir vasitəçilərin "neytral" mövqe tutması barədə mövzunu davam etdirərək kəskin bəyanat səsləndirib: "Dağlıq Qarabağ münaqişəsi haqqında danışılarkən vasitəçilər neytrallıq barədə çox söhbət edirlər. Lakin bu neytrallıq mövqe deyil. Əksinə, bu, konkret mövqenin olmaması və ya siyasi mövqe tutmaqdan boyun qaçırmaq üçün gözəl bəhanədir. Biz kiminsə tərəfini deyil, beynəlxalq hüququn tərəfini saxlamağı xahiş edirik. Beynəlxalq hüququn normaları pozulduğu təqdirdə, neytrallıqdan söhbət gedə bilməz".Daha sonra Sloveniya nümayəndəsi Avropa Birliyi adından bəyanat verərək, Azərbaycanın narahat etdiyi istənilən məsələni BMT-yə müzakirəyə çıxarmağa hüququnun olduğunu deyib. Lakin o, Dağlıq Qarabağ münaqişəsinin həllinin ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini qeyd etdi. Həmsədrlər adından danışan ABŞ nümayəndəsi isə bildirib ki, 2007-ci ilin noyabrında ATƏT-in Madrid toplantısında münaqişənin həll edilməsi üçün baza prinsipləri tərəflərə təqdim edilib. Diplomatın sözlərinə görə, həmin təkliflər Azərbaycanla Ermənistan tərəfi arasında danışıqlar predmetidir. Lakin ABŞ nümayəndəsi Azərbaycanın təqdim etdiyi qətnamə layihəsinin həmsədrlərin təkliflərinin yalnız bir tərəfini əhatə etdiyini söyləyib. Bu mövqedən irəli gələrək, o, Minsk qrupu həmsədrlərinin Baş Assambleyaya çıxarılansənədi dəstəkləməyəcəklərini söyləyib. Bununla belə, diplomat xüsusi vurğulayıb ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Dağlıq Qarabağ Respublikası adında vahidi qəbul etmirlər.Daha sonra İslam Konfransı Təşkilatı (İKT) adından Pakistan nümayəndəsi çıxış edib. O, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini, Ermənistanın apardığı işğalçı siyasət nəticəsində 1 milyon insanın sürgün edildiyini, azərbaycanlılara məxsus dini, tarixi irsin Dağlıq Qarabağda məhv olunduğunu diqqətə çatdırıb. Natiq İKT-nin daim Ermənistanın işğalçı siyasətini pislədiyini deyib və bu dəfə də təşkilata üzv dövlətlərə müraciət edərək layihənin lehinə səs verməyə çağırıb. Pakistandan sonra söz alan Uqanda nümayəndəsi azərbaycanlıların müharibə qurbanı olduqlarını və onları dəstəklədiklərini deyib. Türkiyə və Ukraynanın nümayəndələri də eyni mövqedən çıxış ediblər.Sonda çıxış edən Ermənistanın BMT-dəki səfiri Armen Martirosyan işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı qətnamə layihəsinin müzakirəyə çıxarılmasını rəsmi Bakının danışıqlara zərbə vurmaq üçün atdığı addım adlandırıb. O, emosional şəkildə Azərbaycanı dəstəkləyən İslam Konfransı Təşkilatı, Türkiyə, Ukrayna və digər dövlətlərin ünvanına etirazını səsləndirib, bəzi hallarda isə hədə-qorxu gəlməkdən belə çəkinməyib.Buna baxmayaraq keçirilmiş səsvermədə 39 dövlət sənədin lehinə, 7-si isə əleyhinə səs verib. 100 ölkəni nümayəndəsi bitərəf mövqe tutub. Qətnamənin əleyhinə çıxışan ölkələr Ermənistan, Rusiya, ABŞ, Fransa, Hindistan, Anqola və Vanuatu olub.BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamədə deyilir:1. Baş Assambleya Azərbaycanın suverenliyinə hörmət edir və onun ərazi bütövlüyünü beynəlxalq qanunlar tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində tanıyır; 2. Baş Assambleya tələb edir ki, işğal olunmuş ərazilərdə mövcud olan Ermənistan hərbi birləşmələri təcili, tam və şərtsiz şəkildə ərazini tərk etsinlər;3. Baş Assambleya münaqişə dövründə ərazidən qovulmuş sakinlərin geri qaytarılması və onlara kompensasiyaların ödənilməsi hüququnu tanıyır;4. Baş Assambleya Azərbaycanın tərkibində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına təhlükəsizlik şəraitinin yaradılmasını təmin etməklə onlara özlərini idarə etmək üçün şəraitin yaradılmasını dəstəkləyir;5. Baş Assambleya beynəlxalq hüquq normaları çərçivəsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və sülhün əldə olunması üçün onların səylərinin artırılmasını arzulayır.6. Baş Assambleya BMT-nin Baş katibindən xahiş edir ki, 62-ci sessiyada qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı" qətnamənin icra olunması ilə bağlı 63-cü sessiyada hesabat hazırlasın.
Macarıstan vətəndaşı öz təşəbbüsü ilə Azərbaycan zabiti Ramil Səfərov haqqında saytın əsas bölmələrini macar dilinə tərcümə edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Macarıstan vətəndaşı öz təşəbbüsü ilə Azərbaycan zabiti Ramil Səfərov haqqında saytın əsas bölmələrini macar dilinə tərcümə edib[b]</span>
Bakı. Məhbubə Qasımbəyli-APA. Erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı yaradılan [ saytı bundan sonra macar dilində də yayımlanacaq. Bu barədə APA-ya saytın yaradıcıları məlumat veriblər.
Onların sözlərinə görə, bu təşəbbüslə saytın oxucularından olan Macarıstan vətəndaşı Lajos Tanko çıxış edib: "Macar tarixində ilk dəfədir ki, bir nəfəri qətlə yetirənə ömürlük həbs cəzasının verilməsini eşidirəm və bu, böyük ədalətsizlikdir" deyən macar Lajos Tanko saytımızı könüllü olaraq macar dilinə tərcümə etmək istədiyini bildirib. Nəticədə bu gün saytın ən önəmli üç bölməsi ("Ramil haqqında", "Erməni həqiqətləri", "Erməni vəhşilikləri") cənab Tanko tərəfindən macar dilinə tərcümə edilib. Beləliklə sayt artıq üç dildə - Azərbaycan türkcəsi, ingilis və macar dillərində yayımlanacaq".Məlumata görə, Peter adlı başqa bir macar isə üzərinə R. Səfərovun şəkli və macar dilində "Vətənini sevən bu insana real bir termin veririk: Siyasi məhbus! Hansı ki, ermənilərin onun vətəninə, millətinə işgəncə verməsinə nifrət edir, hansı ki onların azərbaycanlı körpələri öldürməsinə nifrət edir, hansı ki kiminsə ona lağ, rişxənd etməsinə nifrət edir. Ramil Səfərovla ədalətli olun!" sözləri yazılan slayd hazırlayaraq müxtəlif elektron ünvanlara göndərib.
<span style="color:#FF0000;font-size:18px;">[b]Ağstafa rayonunda qoyun 4 quzu doğub[b]</span>
Ağstafa. Ayxan Hüseynov-APA. Ağstafa rayonunun Xətai kəndində təbiətin nadir hadisələrindən biri baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, kənd sakini Vəli Kərimovun şəxsi təsərüffatında olan qoyunlardan biri 4 bala doğub.
Ev sahibinin sözlərinə görə, bu günə kimi belə bir hadisənin şahidi olmayıb: "65 yaşım var, hələ birinci dəfədir ki, belə hadisə görürəm. Gecə tövləni açanda gördüm qoyunun yanında 3 quzu var dördüncü isə axurun altındadır. Dördüncü quzu bir az zəif olduğuna görə, onu evə gətirdim, iki gündən sonra tam dirçəldi". Təzə doğulan zaman quzular tam qidalana bilmədiyindən ev sahibi onların süni yolla qidalandırıb: "Təzə doğulan quzulara çay qaşığı ilə ana mayalanması verirdik. Bir-iki bala olanda quzular özləri əmirlər. Amma dörd quzu olanda hamısına ana südü çatmır. Hazırda quzuların dördünün də sağlamlığı yaxşıdır". Quzuların hal-hazırda tam sağlam olduğunu söyləyən Vəli Kərimov bu hadisənin allahın ona bəxş etdiyi xeyir, bərəkət kimi qiymətləndirib.
<span style="color:#FF0000;font-size:18px;">[b]İranda parlament seçkiləri başa çatıb[b]</span>
Tehran-APA.İran parlamentinə seçkilər başa çatıb. APA-nın məlumatına görə, seçkilərin keçirilməsinə məsul orqanlar gün ərzində seçki məntəqələrinin fəaliyyət müddətinin artırılmasına dair beş dəfə qərar qəbul ediblər. Onlar öz qərarlarını axşam saatlarında seçici aktivliyinin daha yüksək olması ilə əsaslandırıb və yerli vaxtla 18.00-da bağlanmalı olan məntəqələrin fəaliyyətini 22.30-a qədər uzadıblar. 70 milyon əhalisi olan İranda səsvermə hüququna malik 43 milyon vətəndaş var. Qeyri-rəsmi məlumatlara görə, saat 4-ə qədər 16 milyon vətəndaş öz səsvermə hüququndan istifadə edib. Ekspertlər seçici fəallığının 52-70 faiz arasında olacağını proqnozlaşdırır. Seçkilərin yekun nəticələri martın 20-də açıqlanacaq. Dünən keçirilən seçkilər gələn ilin yayında baş tutacaq prezident seçkilər ərəfəsində ölkədə siyasi qüvvələrin real gücünü dəyərləndirmək baxımından əhəmiyyət kəsb edir. Qeyd edək ki, İran parlamentinə seçkilərdə əsas mübarizə mühafizəkarlarla islahatçılar arasında gedir.
Yer imleri