[b]Vasif Talıbov İran prezidenti ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli-APA. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Milli Məclisin Azərbaycan-İran dostluq qrupunun həmsədri Vasif Talıbov İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Mahmud Əhmədinejadla görüşüb. APA-nın məlumatına görə, iyulun 15-də keçirilən görüşdə M. Əhmədinejad bildirib ki, İran və Azərbaycan dövlətləri hər iki xalq arasında dostluq münasibətlərinin qorunmasında maraqlıdır. M. Əhmədinejad Azərbaycanla, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə bütün sahələrdə əlaqələrin bütün sahələrdə bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. İran prezidenti hər iki xalqın ortaq tarixə və mədəniyyətə malik olduğunu da söyləyib. V. Talıbov isə əlaqələrin inkişaf etdirilməsində dövlət başçılarının səylərini qeyd edib. Qeyd edək ki, V. Talıbov 3 günlük səfər çərçivəsində İranın xarici işlər naziri Maniçöhr Möttəki və parlamentin sədri Əli Laricani ilə də görüşüb.
Azərbaycan Xəbərləri
Printable View

07-16-2008, 03:31 PMAPAVasif Talıbov İran prezidenti ilə görüşüb

07-16-2008, 03:41 PMAPAAzərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib
[b]Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib[b]
[Bakı. Laçın Sultanova-APA. Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib. APA-nın məlumatına görə, "Azərbaycan-Belarus. Dostluq və əməkdaşlığın 15 illiyi" adlanan nəşr Azərbaycan İqtisadçılar Birliyi tərəfindən Belarusun Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanıb. Nəşrdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərdən bəhs edən məqalə, Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçin oxuculara müraciəti, hökumətlərarası və parlamentlərarası əməkdaşlığa dair məqalələr, iqtisadi əlaqələri, iki ölkənin iqtisadiyyatını, mədəniyyətini və turizm imkanlarını əks etdirən materiallar və fotoşəkillər yer alıb. -
07-16-2008, 03:51 PMAPASezen Aksu Bakıda solo-konsert verəcək
[b]Sezen Aksu Bakıda solo-konsert verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Sezen Aksu Bakıda konsert verəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı, "Səs Organization"un rəhbəri Nahid Emiloğlu məlumat verib. Onun sözlərinə görə, müğənni tamaşaçıların görüşünə yeni işıq üzü görmüş "Dəniz ulduzu" albomundakı mahnılarla gələcək. Konsert proqramı bu ilin noyabrında Heydər Əliyev adına Sarayda təşkil olunacaq. Bu konsertdən əvvəl isə noybarın 9-da Heydər Əliyev adına Sarayda türk sənətçisi Sərdar Ortac "Nəfəs" adlı konsert proqramı ilə çıxış edəcək. -
07-16-2008, 04:01 PMAPAEkspedisiya rəhbəri: "Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan bütün işləri dayandırmağa məcbur olmuşuq"
[b]Ekspedisiya rəhbəri: "Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan bütün işləri dayandırmağa məcbur olmuşuq"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Bir daha təkrar edirəm ki, Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar məhz maliyyə vəsaitinin yoxluğundan dayandırılıb. Ürək ağrısı ilə deyirəm ki, mətbuatımızın, institutumuzun və yerli İcra Hakimiyyətinin fədakarlığı olmasaydı, bu məzarlıqdan heç əsər-əlamət qalmayacaqdı. Milli Məclisin sədri başda olmaqla, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri məzarlığı ziyarət ediblər. Amma bu tədqiqatların davam etməsi üçün tələb olunan cüzi vəsait tapılmır ki, tapılmır. Artıq məndə belə fikir yaranıb ki, kimlərsə qəsdən bu faktların üstünün açılmasına maneçilik törədirlər". Bu sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, faciəli tariximizə diqqətsizliyin izahı olmadığını bildirib: "Qonşularımız olmayan hadisələrdən qondarma fakt düzəldirlər, biz isə başımıza gələni, gözümüzün önündə olan bu tarixi faktları ört-basdır etmək istəyirik. Quba məzarlığı tarixi, ictimai-siyasi əhəmiyyətli abidədir, bu abidənin qorunması üçün doğrudanmı bizim cüzi vəsaitimiz yoxdur? Biz işləri yekunlaşdırmağa hazırlaşırdıq, muzey yaratmaq istəyirdik, amma indi bütün işləri dayandırmağa məcbur olmuşuq". -
07-16-2008, 04:11 PMAPAPrezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub
[b]Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub. Bu barədə APA-ya açıqlamasında şurasının üzvü Əliməmməd Nuriyev bildirib. Şura üzvü artıq layihələrin təqdim olunması prosesinin başa çatdığını deyib. Onun sözlərinə görə, 15 istiqamət üzrə elan olunan müsabiqəyə daha çox insan hüquq və azadlıqlarının qorunması, seçki vərdişlərinin inkişaf etdirilməsi, vətənpərvərlik ideyalarının təbliği, əsir və girov düşmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı layihələr təqdim olunub. Hazırda layihələrin ekspertizadan keçirildiyini deyən Ə. Nuriyev avqustdan gec olmayaraq müsabiqədə qalib gələn layihələrə maliyyənin ayrılacağını söyləyib. Şura üzvü hər bir layihə üzrə ayrılacaq məbləğin 20 min manatdan artıq olmayacağını bildirib. Qeyd edək ki, 2008-ci ilin dövlət büdcəsindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1,5 milyon manat vəsait ayrılıb. -
07-16-2008, 04:21 PMAPAİranda azərbaycanlıların hüquqlarının uğrunda hərəkatın fəallarından biri azadlığa buraxılıb
[b]İranda azərbaycanlıların hüquqlarının uğrunda hərəkatın fəallarından biri azadlığa buraxılıb[b]
[Bakı. Ramil Məmmədli - APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Urmiya sakini Vəhid Bahaduri azad edilib. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, pantürkist fəaliyyətdə, islam rejimi əleyhinə təbliğatda ittiham olunan 23 yaşlı azərbaycanlı iyulun 15-də sərbəst buraxılıb. Qeyd edək ki, V. Bahaduri 2008-ci il martın 10-da Urmiyada saxlanılıb və 7 ay müddətinə həbs cəzasına məhkum edilib. -
07-16-2008, 04:31 PMAPAViktor Yuşşenko 25 azərbaycanlıya Ukrayna vətəndaşlığı vermək barədə sərəncam imzalayıb
[b]Viktor Yuşşenko 25 azərbaycanlıya Ukrayna vətəndaşlığı vermək barədə sərəncam imzalayıb[b]
Bakı. Turan Hüseynova-APA. Ukrayna prezidenti Viktor Yuşşenko 278 nəfərə vətəndaşlıq verilməsi barədə sərəncam imzalayıb. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamla vətəndaşlıq verilən şəxslər 36 millətin nümayəndələridir.
[Onların 9 faizini azərbaycanlılar (25 nəfər), 31 faizini ruslar, 20 faizini ermənilər, 7 faizini moldovanlar təşkil edib. Vətəndaşlıq alanların 13 faizi bu ölkəyə Azərbaycandan gəliblər. Qeyd edək ki, bu il Ukrayna prezidentinin sərəncamı ilə ümumilikdə 1,589 nəfərə vətəndaşlıq verilib. Onların 9 faizi azərbaycanlı, 32 faizi rus, 16 faizi ermənidir. -
07-16-2008, 05:11 PMAPAXəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı gələn həftə Bakıda keçiriləcək
[b]Xəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı gələn həftə Bakıda keçiriləcək[b]
Bakı. Ramil Məmmədli-APA. Xəzərin hüquqi statusuna dair sahilyanı dövlətlərin işçi qruplarının növbəti toplantısı iyulun 23-24-də Bakıda keçiriləcək.
[Bu barədə APA-ya Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov məlumat verib. Onun sözlərinə görə, işçi qrupunun toplantısında iştirak etmək üçün İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Əttar da Bakıya gələcək. Onun səfər çərçivəsində bir sıra rəsmi görüşləri nəzərdə tutulur. -
07-16-2008, 05:21 PMAPASəfir Abbasəli Həsənov: "İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq"
[b]Səfir Abbasəli Həsənov: "İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq"[b]
[Bakı. Ramil Məmmədli-APA. "İran-Azərbaycan dövlətlərarası müştərək komissiyanın növbəti toplantısında yeni layihələr müzakirəyə çıxarılacaq". Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, komissiyaya təqdim olunacaq layihələrin sayının artırılması istiqamətində müvafiq işlər aparılır. Toplantının vaxtı isə müzakirəyə çıxarılacaq sənədlər tam hazır olduqdan sonra müəyyənləşdiriləcək. Hər bir halda komissiyanın toplantısı yaxın bir neçə ay ərzində keçiriləcək. Qeyd edək ki, Azərbaycan-İran dövlətlərarası müştərək komissiyasının həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Maniçöhr Möttəkidir. -
07-16-2008, 05:31 PMAPASəfər Əbiyev Çin Müdafiə Nazirliyinin rəsmisini qəbul edib
[b]Səfər Əbiyev Çin Müdafiə Nazirliyinin rəsmisini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Çin Xalq Respublikası Müdafiə Nazirliyinin xarici əlaqələr dəftərxanası rəisinin müavini, general-mayor Din Tszinqunu qəbul edib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı ölkələrarası münasibətlərin inkişaf səviyyəsi və hərbi əməkdaşlıq sahəsində əldə edilmiş müsbət təcrübə barədə ətraflı fikir mübadiləsi aparılıb. -
07-16-2008, 07:31 PMAPASabirabad sakinindən saxta 100 dollarlıq əsginaslar götürülüb
[b]Sabirabad sakinindən saxta 100 dollarlıq əsginaslar götürülüb[b]
[Sabirabad-APA. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan Vəlişov saxlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Saxlanan şəxsin üzərindən 3,12 qram heroin və 19 ədəd saxta 100 dollarlıq əsginaslar götürülüb. Faktla bağlı araşdırmalar aparılır. -
07-16-2008, 07:41 PMAPAAli məktəblərin II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlanıb
[b]Ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlanıb[b]
Bakı. Ramil Məmmədli - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008/2009-cu tədris ili üçün ali məktəblərə tələbə qəbulu üzrə II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlayıb. TQDK-dan APA-ya verilən məlumata görə, bu ixtisas qrupu üzrə ərizəsi qəbul edilən 21.841 abituriyentdən 20.850 nəfəri imtahanda iştirak edib.
[İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydalarını pozduğuna görə imtahandan xaric olunub. Abituriyentlər bu qrup üzrə 7.496 yer uğrunda mübarizə aparıb və ixtisas seçiminə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıb. Test imtahanının nəticəsinə görə, 7.701 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Bunların 6.333 nəfəri Azərbaycan, 1.368 nəfəri isə rus bölməsinin payına düşüb. Azərbaycan bölməsində 122, rus bölməsində isə 10 abituriyent 650-700 bal intervalında nəticə göstərib. TQDK-dan o da bildirilib ki, test imtahanlarının nəticəsi əsasında ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. Qeyd edək ki, imtahanda iştirak etmək üçün ərizə ilə müraciət edənlərin 18.736 Azərbaycan, 3.105-i isə rus bölmələrinin şagirdləridir. Ümumilikdə isə bu ixtisas qrupu üzrə imtahana qatılan abituriyentlərdən 15.016 nəfəri oğlan, 6.825 nəfərini isə qız olub. Abituriyentlərdən ən kiçiyi 16, ən yaşlısı isə 52 yaşındadır, bu il keçirilən imtahanlara 174 nəfər əcnəbi abituriyent qatılıb. -
07-16-2008, 07:51 PMAPAƏli Babacan: "Abdulla Gülün Ermənistana gedib-getməməsi matça qədər baş verəcək proseslərdən asılıdır"
[b]Əli Babacan: "Abdulla Gülün Ermənistana gedib-getməməsi matça qədər baş verəcək proseslərdən asılıdır"[b]
Ankara - APA. "Ermənistan bizim qonşumuzdur. Əlaqələrimizin tam normallaşdırılması xarici siyasətimizin ciddi məqsədlərindən biridir". APA-nın məlumatına görə, bu sözləri yerli NTV telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Əli Babacan deyib.
[O, Ermənistan və Türkiyə milli futbol komandalarının İrəvanda keçiriləcək oyununu izləmək üçün prezident Abdulla Gülə gələn dəvəti nəzərdən keçirdiklərini, qərarın matça qədər baş verəcək proseslərdən asılı olduğunu söyləyib. ABŞ prezidentliyinə namizəd Barak Obamanın uydurma "erməni soyqırımı"nı tanıyacağı barədə vədinə münasibət bildirən Ə. Babacan belə bir addımın Ankara və Vaşinqtonun qarşılıqlı əlaqələrinə çox ciddi ziyan vuracağını bəyan edib: "Bunun hansı nəticələrə səbəb olacağını çox yaxşı hesablamalıdırlar". Ancaq nazir ABŞ-da prezidentliyə namizədlərin prezident olduqdan sonra mövqelərinin dəyişdiyini də xatırladıb. -
07-16-2008, 08:01 PMAPAAğgöl Milli Parkının direktorundan silah-sursat götürülüb
[b]Ağgöl Milli Parkının direktorundan silah-sursat götürülüb[b]
[Bakı-APA. Ağcabədi rayon Polis Şöbəsi əməkdaşları Ağgöl Milli Parkının direktoru Məhəmməd Hüseynovdan silah-sursat götürüblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bundan başqa həmin şəxsin üzərindən 1 ədəd "PM" markalı tapança, 6 patron və 1 patron darağı götürülüb. -
07-16-2008, 08:11 PMAPAVaxtanq Kikabidze: "Bakını və azərbaycanlıları çox sevirəm"
[b]Vaxtanq Kikabidze: "Bakını və azərbaycanlıları çox sevirəm"[b]
Bakı. Laçın Sultanova-APA. Tanınmış gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze 70 illik yubileyi çərçivəsində payızda Bakıda konsert proqramı ilə çıxış edəcək.
[APA-nın məlumatına görə, bu gün Bakı-Moskva-Tiflis videokörpüsündə çıxış edən sənətçi bildirib ki, yubileyi ilə bağlı oktyabrın 5-də Moskvanın Qurultaylar Sarayında tədbirlərə start veriləcək. Daha sonra sənətçi Sankt-Peterburq, Bakı, Astana, Krasnoyarsk və digər şəhərlərə qastrola çıxacaq. Yubiley tədbirləri dekabrda Kikabidzenin vətəni Tiflisdə 3 konsert proqramı ilə yekunlaşacaq. V. Kikabidze Bakını və azərbaycanlıları çox sevdiyini, Tiflisdən sonra yaşamaq istədiyi ikinci şəhərin Bakı olduğunu deyib. Videokörpüdə iştirak edən digər tanınmış müğənni Nani Breqvadze də Azərbaycanı çox sevdiyini, dəfələrlə burada konsert verdiyini deyib. O, dəvət olunacağı təqdirdə Bakıda yubiley konserti verməyə hazır olduğunu qeyd edib. Videokörpü iştirakçıları yubilyarların yaradıcılığına böyük qiymət verib, onları Gürcüstanın siması adlandırıblar. -
07-16-2008, 08:21 PMAPAArif Rəhimzadə Almatıda beynəlxalq konfransda iştirak edəcək
[b]Arif Rəhimzadə Almatıda beynəlxalq konfransda iştirak edəcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. İyulun 18-dən 20-dək Qazaxıstanın Almatı şəhərində "MDB ölkələrində kollektiv ərzaq təhlükəsizliyinin problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə iştirak edəcək. Komissiya sədri "Azərbaycanın regionlarında ərzaq təhlükəsizliyi - problemlər və onların həlli yolları" mövzusunda məruzə ilə çıxış edəcək, ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verəcək. Azərbaycan, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Ukrayna və digər dövlətlərin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış alimlərinin, müvafiq nazirliklərin və parlament nümayəndələrinin iştirak edəcəkləri tədbirdə MDB ölkələri ərazisində ərzaq təhlükəsizliyinin qorunması ilə bağlı fikir mübadiləsi aparılacaq, təkliflər hazırlanacaq. -
07-16-2008, 08:31 PMAPADövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib
[b]Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, müsabiqəyə riyaziyyat fənni üzrə müsbət nəticə göstərən və ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılıblar. Müsabiqə nəticəsində qəbul olunmuş tələbələrin siyahısı Dövlət Sərhəd Xidmətinə göndərilib. Adı çəkilən ali məktəbə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr 17 - 22 iyul 2008-ci il müddətində Dövlət Sərhəd Xidmətinə müraciət edərək qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək. -
07-17-2008, 10:21 AMAPAErmənilər atəşkəs rejimini pozublar
[b]Ermənilər atəşkəs rejimini pozublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 16-da saat 12.20-dən 12.40-dək, 22.00-dan 22.20-dək və iyulun 17-də saat 06.00-dan 06.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.15-dən 21.05-dək, 22.30-dan 22.40-dək və iyulun 17-də saat 06.15-dən 06.35-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.40-dan 06.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-17-2008, 10:51 AMAPATürkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi hazırladığı raportda AKP-nin bağlanmasına ehtiyac olmadığını bildirib
[b]Türkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi hazırladığı raportda AKP-nin bağlanmasına ehtiyac olmadığını bildirib[b]
[Ankara - APA. Türkiyə Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Can hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ləğv edilməsi haqqında prokurorun iddiası ilə bağlı hazırladığı raportu tamamlayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, O. Can raportunda AKP-nin bağlanmasına ehtiyac olmadığı barədə mövqe bildirib. Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç məruzəçinin rəyini qurumun bütün üzvlərinə paylayıb. Ancaq məruzəçinin rəyi həlledici rola malik deyil və sadəcə, tövsiyə xarakteri daşıyır. O. Can ali məktəblərdə baş örtüyündən istifadəyə icazə verilməsinə dair Konstitusiya dəyişiklikləri barədə hazırladığı məruzədə də dəyişikliklərin əsas qanuna uyğun olduğunu bəyan etsə də, Konstitusiya Məhkəməsi bu dəyişiklikləri ləğv etmişdi. Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsinin 11 üzvü var. Qərarlar üçdə iki səs çoxluğu - yəni 7 səslə qəbul olunur. AKP ilə bağlı yekun qərarın avqustun 12-nə qədər çıxarılacağı gözlənilir. -
07-17-2008, 11:11 AMAPABakıdan Gəncəyə gedən mikroavtobus qəzaya uğrayıb, yaralılar var
[b]Bakıdan Gəncəyə gedən mikroavtobus qəzaya uğrayıb, yaralılar var[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı-Astara yolunun 21-ci kilometrliyində ağır yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Münasib İsmayıl oğlu İbrahimovun idarə etdiyi, Bakıdan Gəncəyə gedən 20 CH 502 dövlət nömrə nişanlı "Daimler" markalı mikroavtobus qarşıdan gələn 10 GD 182 dövlət nömrə nişanlı "Moskviç" markalı maşınla toqquşub.
[Nəticədə mikroavtobusun sərnişinləri Həcər Qurbanova, Solmaz Allahverdiyeva, Səmayə Nəsirova, Mətləb Allahverdiyev, Budaqova Ləman ağır xəsarət alıblar. Yaralılar təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Mərkəzdən APA-ya bildiriblər ki, yaralıların vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır. -
07-17-2008, 11:21 AMAPA"Aqo" Qrupu Azərbaycana səfər edəcək
[b]"Aqo" Qrupu Azərbaycana səfər edəcək[b]
Bakı. Turan Hüseynova - APA. Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu bu ilin sentyabrında Azərbaycana səfər edəcək. Bunu APA-ya Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov bildirib.
[Onun sözlərinə görə, Azərbaycan "Aqo" Qrupu ilə əməkdaşlıqda maraqlıdır və müzakirələrə hər zaman hazırdır. Qeyd edək ki, mayın 21-dən "Aqo" qrupuna Rumıniyanın Avropa Şurasındakı daimi nümayəndəsi Stelian Stolan rəhbərlik edir. Qrup sonuncu dəfə bu ilin aprelində Azərbaycanda olub. -
07-17-2008, 11:31 AMAPAƏfqanıstanda irimiqyaslı əməliyyat: 162 ölü
[b]Əfqanıstanda irimiqyaslı əməliyyat: 162 ölü[b]
[Kabul-APA. NATO qüvvələri Əfqanıstanın cənub-şərq vilayətlərində Taliban döyüşçülərinə qarşı irimiqyaslı əməliyyat keçirib. APA-nın məlumatına görə, Əfqanıstanın Paktika vilayəti ərazisində Pakistandan keçmiş 300-ə yaxın Taliban döyüşçüsü ilə döyüşlər 12 saatdan çox davam edib. Əməliyyat zamanı 150 Taliban döyüşçüsü öldürülüb. Fərəh vilayətində isə taliblərin gizləndiyi yerlərə endirilən hava zərbələri nəticəsində 12 dinc sakin dünyasını dəyişib. Onlardan doqquzu kişi, ikisi qadın, biri uşaqdır. Qeyd edək ki, iyulun 13-də Paktiya, Paktika və Xost vilayətlərində gedən döyüşlərdə İSAF qüvvələri 9 əsgərini itirib. Buna cavab olaraq İSAF komandanlığı ölkənin cənubunda taliblərə qarşı irimiqyaslı əməliyyata başlayıb. Hazırda əməliyyat davam edir. -
07-17-2008, 11:51 AMAPAManana: "Azərbaycan vətəndaşı olmaq mənim üçün bütün fəxri adlardan yüksəkdədir"
[b]Manana: "Azərbaycan vətəndaşı olmaq mənim üçün bütün fəxri adlardan yüksəkdədir"[b]
Bakı. Ülkər Qasımova-APA. Müğənni Manananın APA-ya müsahibəsi
[- Ailə həyatınızdan razısınızmı?- Ailə həyatım arzuladığım kimidir və ailə həyatından çox razıyam. Ailə qurmaq çox gözəldir. Arzuladığım kimi ailə həyatı yaşayıram. - Ana olmağa hazırlaşmırsınız ki?- Mən ailə qurduğum zaman ana olmağa hazır idim. Övladı Allah verir və bu müqəddəs bir şeydir. Mən uşaqları həddindən artıq çox sevirəm. Allah bunu bizə qismət edəndə hamı, o cümlədən mətbuat nümayəndələri biləcək. - Son vaxtlar az-az görünürsünüz, deyəsən ailə həyatınız sənətinizə mane olur...- Qətiyyən belə deyil. Əgər ailə məhəbbət üzərində qurulursa, onda sənətə mane ola bilməz. Qarşılıqlı inam əsasında yaranan ailədə tərəflər bir-birini gözəl anlayır, bu isə sənətdə yüksəlişlərə səbəb olur. Mənim sənətimə ailə nəinki mane olmur, əksinə ailəmdən stimul alıram və sənətimdə irəliləməyə çalışıram. Həyat yoldaşım məni sevir və ruhən başa düşür. Ona görə də Georgi həyat yoldaşı olmaqla bərabər, həm də mənə arxa-dayaqdır. - Adətən, sənət adamları yeni ailə quranda belə arxayınlıqla danışsa da, sonra seçim qarşısında qalırlar... - Mən tam əminliklə deyər bilərəm ki, Georgi heç zaman məni seçim qarşısında qoymaz. Çünki alədə inam ən vacib məsələlərdən biridir. Eyni zamanda ailənin sevgi üzərində qurulması da şərtdir. Kişi və qadın bir-birini başa düşməli və ürəklərini birləşdirməlidirlər. Yəni hər baxımdan bir-birini anlamalıdır. - Toydan sonra Sizin Gürcüstanda yaşayacağınız gözlənilsə də, əksinə Siz Azərbaycan vətəndaşlığını qəbul etdiniz... - Bu günə kimi iştirak etdiyim müsabiqələrin hər birində Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışmışam. Müvəffəqiyyət qazananda burada hamı sevinsə də, yenə də mənə bir gürcü kimi baxırdılar. Mən gürcü olmağımla həmişə fəxr etmişəm, əslimi-kökümü də heç zaman unutmayacağam. Mənə elə gəlir ki, öz xalqını, vətənini dərindən sevən başqa xalqlara da böyük sevgi ilə yanaşır. Hətta dünyaşöhrətli ustadımız Vaxtanq Kikabidzedən soruşanda ki, Gürcüstandan sonra yaşamaq üçün hansı ölkəni seçərdiniz, o da Azərbaycanın adını çəkib. Demək istəyirəm ki, Azərbaycan bütün gürcülər üçün də doğma ölkədir, biz hamımız qafqazlıyıq. Azərbaycana gəldiyim ilk gündən anama deyirdim ki, mən özümü qürbətdə hiss etmirəm. Azərbaycan vətəndaşı olmağımla həqiqətən də fəxr edirəm. Mənim üçün Azərbaycan vətəndaşı olmaq bütün fəxri adlardan yüksəkdə dayanır. Azərbaycan vətəndaşı kimi təqdim olunmaq mənim üçün hər şeydir. 1998-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevin iştirak etdiyi konsertlərdən birində mən də çıxış etdim. Heydər Əliyev ifamı eşitdikdən sonra məni təbrik etdi və təşəkkürünü bildirdi. Çox təəssüflər olsun ki, o bu gün yaşamır, ancaq ömürlük bizim hər birimizin beynimizdə həkk olunub. Həmin konsertdən sonra Heydər Əliyev gözlənilmədən bir ağsaqqal kimi ilk əvvəl mənə yaxınlaşdı, əlimi sıxaraq alnımdan öpdü və Azərbaycandakı yaradıcılıq yolunda mənə uğurlar arzuladı. Bu hadisəni heç zaman yaddan çıxarmaq olmaz, çünki o hamıya üzünü tutub "Bu bizim qızımızdır" dedi. Onun bu sözündən sonra məni "Bizim gürcü qızımız Manana" deyərək çağırmağa başladılar. Çox fəxr edirəm ki, bundan sonra mən yaradıcılığımı Azərbaycan vətəndaşı kimi davam etdirəcəyəm. - Bəs, Azərbaycan vətəndaşlığını qəbul etməyiniz Gürcüstanda necə qarşılandı? - Bu addımı məhz indi atdığım üçün onlar bunu çox gözəl qarşıladılar. Əgər bu addımı Azərbaycana gəldiyim ilk illərdə atsaydım, bunu qısqanclıqla qarşılayar və məndən inciyərdilər. Azərbaycana gəlişim Gürcüstanın aparıcı kanallarının birində mənim ifa etdiyim mahnını ilin hit mahnısı elan etməsi ilə üst-üstə düşdü. Gedib-gəlməklə Azərbaycanda uğur qazanmağım mümkün olmadığını anladıqdan sonra birdəfəlik burada qalmağa qərar verdim. Bu addımım uzun müddət incikliklərə və söz-söhbətlərə səbəb oldu. Həmin vaxt orada şou-biznesin bəzi nümayəndələri mənə əngəllər törətməyə çalışaraq müxtəlif radio və televiziya verilişlərində mənim mahnılarımın yayımlanmasına əngəllər törədirdilər. Lakin tədricən bütün bu maneələr aradan qalxdı və hər şey yoluna düşdü. Getdikcə fəaliyyətim qiymətləndirildi və mənim fəaliyyətim Azərbaycanla Gürcüstan arasında mədəni körpü adlandırıldı. Mən bununla fəxr edirəm və bu gözəl ənənəni daima davam etdirməyə çalışaçağam. - Hazırda Georgi yenə Tiflis şəhər meriyasında çalışır? - Xeyir, biz bir yerdə Bakıda yaşayırıq. Georgi artıq 6 aydır ki, Azərbaycandadır və Bakını artıq məndən də yaxşı tanıyır. Məndən fərqli olaraq o, şəhərin küçələrini adlarına görə, mən isə müxtəlif şadlıq evlərinin və teatrlarının yerlləşməsinə görə tanıyıram. Gürcüstanda o hüquqşünas kimi Tiflis meriyasında çalışırdı. İndi isə Azərbaycanda yeni iş qurmaq fikrindədir. Hazırda ona Azərbaycan və Gürcüstan, hətta Ukraynadan belə müxtəlif avandalıqların gətirilməsi ilə bağlı bir iş təklif olunub. - O sizi qısqanmır ki? - Qətiyyən. Çünki bizim münasibətlərimiz inam və məhəbbət üzərində qurulub. Bizim nigahımızı Gürcütsanda II İlya kəsib. Bu da hər adama qismət olmur. Mən əminəm ki, Georgi ilə birgə uzun illər xoşbəxt yaşayacağıq. - Gürcüstanda konsert verməyi planlaşdırdırısnızmı?- Əvvəlcə Azərbaycanda solo-konsert vermək fikrindəyəm. Bu konsertdən sonra isə Gürcüstanda konsert verməyi planlaşdırıram. Klip çəkilişləri və albomumun hazırlanması ilə əlaqədar hazırda çox məşğulam, ona görə konsertim də bir qədər ləngidi. Azərbaycandakı solo konsertim payız aylarında olacaq. - Hansı konsert salonunda? - Yaşıl Teatr istifadəyə veriləndə ilk öncə konsert vermək mənə təklif olunmuşdu. Artıq rəhbərliklə də danışıqlar aparılmışdı. Konsertə 7-8 gün qalmış məni xəbərdar etdilər ki, artıq konsertə az qalıb, hazırlaş. Mən isə düşündüm ki, verəcəyim konsert belə tez zamanda qeyri-peşəkar formada təşkil olunacaq və bu, tamaşaçıları aldatmaq deməkdir. Konsertdən gəlir əldə etməmişdən öncə fikirləşmək lazımdır ki, sən bu gəliri əldə etmək üçün nə qədər tər tökmüsən. Sonra isə gəlir haqda düşünmək olar. Mən tamaşaçılarıma layiqli konsert vəd edirəm. Məhz hansı konsert salonunu seçəcəyimi payızda qərar verəcəyəm. - Yeni layihələr, duetlər nəzərdə tutulurmu?- Bəstəkar İsa Məlikov mənimlə Sevda Ələkbərzadə üçün birgə mahnı hazırlayıb. Bu duet hələ hazır olmasa da, bir neçə günə yekun nəticəyə gəlinəcək. Bu mahnı ilə gözəl nəticələr əldə etmək istəyirik. Hazırladığımız mahnı ilə təkcə səs deyil, eyni zamanda texniki, vokal imkanlarımızı, xarakterimizi göstərməyə çalışacağıq. Fikrimcə, ifaçının əsas göstəricisi yalnız səs deyil, onun daxili dünyası və qəlbidir.- İstirahət etmək haqqında düşünürsünüzmü?- Georgi əslən Kabuletdidəndir. Bir neçə gündən sonra istirahət üçün məhz oraya getməyi planlaşdırırq. Hamıya öz yarını tapmağı və xoşbəxt olmağı arzulayıram. -
07-17-2008, 12:01 PMAPAMasallının Güllütəpə kəndində torpaq sürüşməsi yenidən aktivləşib
[b]Masallının Güllütəpə kəndində torpaq sürüşməsi yenidən aktivləşib[b]
[Masallı. Ağəddin Babayev-APA. Masallının Güllütəpə kəndində baş vermiş torpaq sürüşməsi yenidən aktivləşib. Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyanın sədri Nadir Abıyev məlumat verib. Onun sözlərinə görə, ərazidə çökmə ilə müşahidə olunan sürüşmə zonası artıq 3 hektar ərazini əhatə edir. Havaların quraqlıq və isti keçməsi isə sürüşmə zonasının əhatə dairəsinin daha da genişlənməsinə səbəb ola bilər. N. Abıyev bildirib ki, torpağın çökməsi nəticəsində üst qatdakı çatlar dərinləşib. Bu da yağışlı payız aylarında vəziyyətin təhlükəli həddə çatacağından xəbər verir. Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri fəlakət zonasına baş çəkib, burada üç gün müşahidə aparıblar. Müşahidələr nəticəsində sürüşmə və çökmə prosesini davam etdiyi qənaətinə gəlinib. Xatırladaq ki, Güllütəpə kəndində ilk sürüşmə martın 5-də qeydə alınıb və sonrakı müddətdə daha da aktivləşib. Mütəxəssislərin qənaətincə, kəskin iqlim dəyişkənliyi, torpağın elliuval gilli olmasının üstünlük təşkil etməsi, həmçinin ərazidəki bitki və ağac örtüyünün məhv olması sürüşmənin başlıca səbəblərindəndir. Qeyd edək ki, sürüşmə zonasında yaşayan 11 ailə artıq ərazidən köçürülüb. 10 ailə qohumlarının yanında, 1 ailə isə müvəqqəti olaraq sosial obyektdə məskunlaşıb. Köçürülən ailələrin evlə təmin olunması üçün kəndin yaxınlığında 1 hektar torpaq sahəsi ayrılıb. Nadir Abıyevin sözlərinə görə, dövlət vəsaiti hesabına tikiləcək bu evlərin layihə-smeta sənədləri hazırlanıb, evlərin qiyməti dəyərləndirilib və tikintinin başlanması üçün tender elan olunub. Yaxın bir neçə gündə tenderin nəticələri elan olunacaq və qalib gələn təşkilat tikinti işlərinə başlayacaq. -
07-17-2008, 01:01 PMAPARusiya Viktor Yuşşenkonu zəhərlədiyi güman olunan şəxsi Ukraynaya təhvil verməkdən imtina edib
[b]Rusiya Viktor Yuşşenkonu zəhərlədiyi güman olunan şəxsi Ukraynaya təhvil verməkdən imtina edib[b]
[Kiyev - APA. Rusiya hakimiyyəti Viktor Yuşşenkonun zəhərlənməsi ilə bağlı cinayət işində əsas şübhəli şəxs sayılan Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəis müavini Vladimir Satsyuku bu ölkəyə təhvil verməyib. APA-nın "Ukrainskaya pravda" qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya Baş Prokurorluğu V. Satsyukun Rusiya vətəndaşı olduğunu, ölkə vətəndaşlarının başqa dövlətlərə təhvil verilməsinin Konstitusiya ilə qadağan edildiyini səbəb göstərərək Ukrayna tərəfinin ekstradisiya tələbini təmin etməyib. Xatırladaq ki, V. Yuşşenkonun səhhəti 2004-cü ilin sentyabrında - prezident seçkilərə ərəfəsində qəflətən pisləşib. Vyanaya aparılan prezidentliyə namizədin dioksin kimyəvi maddəsi ilə zəhərləndiyi müəyyənləşdirilib. Onun V. Satsyukun bağ evindəki naharda zəhərləndiyi güman edilir. -
07-17-2008, 01:11 PMAPAFlipp Kirkorovun atasını qarət ediblər
[b]Flipp Kirkorovun atasını qarət ediblər[b]
[Bakı. Ülkər Qasımova-APA. Flipp Kirkorovun atası Bedros Kirkorovu qarət ediblər. APA-nın məlumatına görə, hamilə olan qaraçı qadın və bir yeniyetmə müğənninin atasının içərisində 17 000 rubl olan portmanatını oğurlayıblar. Bedros Kirkorovun Moskvanın Leninqrad vağzalında qarət edildiyi bildirilir. Hadisədən qabaq axşam saatlarında 76 yaşlı B. Kirkorovu qaraçılar izləyiblər. 6 oğru məşhur müğənninin atasını Novqorod şəhərinə gedən dəmiryolu platformasında dövrəyə alıb və 5 qaraçı onunla söhbət edən vaxt oğrulardan biri yaşlı kişinin portmanatını qarət edib. B. Kirkorov polis bölməsinə müraciət etsə də, ərizə yazmaqdan imtina edib. Faktla bağlı bir yeniyetmə və hamilə qadın saxlanılıb. -
07-17-2008, 01:21 PMAPAGürcüstanda II beynəlxalq poeziya festivalı keçirilir
[b]Gürcüstanda II beynəlxalq poeziya festivalı keçirilir[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Gürcüstanda II beynəlxalq poeziya festivalı öz işinə başalyır. APA-nın məlumatına görə, bu festival Vladimir Mayakovskinin 115, Nodar Dumbadzenin 80 illik yubileyinə həsr olunub. ABŞ, Yunanıstan, İsrail, Belarus, İsveçrə, Rusiya, Ukrayna, Latviya, Litvanın və digər ölkərin qatılacağı festivalda Azərbaycan da təmsil olunur. Festivalda iştirak etmək üçün tərçüməci Nicat Məmədov Gürcüstana gedib. İyulun 26-na kimi davam edəcək festival "Rus klubu" Beynəlxalq Mədəni-Maarif Birliyi və Rus dilli yazıçıların Beynəlxalq Federasiyasının təşəbbüsü ilə keçirilir. Festival Tiflis, Kutaisi, Batumi də keçiriləcək. -
07-17-2008, 01:31 PMAPASəfir Qabriel Keller: "Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür"
[b]Səfir Qabriel Keller: "Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür"[b]
[Bakı. Laçın Sultanova - APA. "Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Qabriel Keller deyib. Fransa və Avropa Birliyinin bu mövzuda Azərbaycanla danışıqlar apardığını söyləyən səfir "Nabucco" layihəsinə də münasibət bildirib. O, Fransa hökumətinin bu layihəyə maliyyə ayırmaq niyyətində olmadığını, lakin layihə ilə maraqlandıqlarını vurğulayıb: ""Nabucco" şirkətlərin layihəsidir və Fransanın "Total" şirkəti də bu layihənin həyata keçirilməsində maraqlıdır". Səfir bəyan edib ki, Fransa hazırda Avropa Birliyinə sədrlik edən ölkə kimi Avropanın enerji təhlükəsizliyində maraqlıdır. -
07-17-2008, 01:41 PMAPAATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə edəcəklər
[b]ATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə edəcəklər[b]
Bakı. Tamara Qriqoryeva - APA. İyul ayının sonunda ATƏT ölkələrinin Bakıda akkreditə olunmuş səfirləri Azərbaycanda seçkiqabağı vəziyyətə həsr olunmuş görüş keçirəcəklər.
[Bu barədə APA-ya ATƏT-dəki mənbə məlumat verib. Mənbə görüşdə Azərbaycanın rəsmi şəxslərinin də iştirakını istisna etməyib. O, bu cür görüşlərin cari ilin aprelindən keçirilməyə başlandığını, sonuncu toplantının iyun ayının sonunda Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ehtiyacların qiymətləndirilməsi üzrə missiyasının nümayəndələrinin iştirakı ilə gerçəkləşdiyini söyləyib. Avqustun sonlarında isə ATƏT-in uzunmüddətli müşahidə missiyasının təxminən 30 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. -
07-17-2008, 01:51 PMAPAŞirvan kanalında boğulmuş Şəki sakininin cəsədi 4 gün sonra tapılıb
[b]Şirvan kanalında boğulmuş Şəki sakininin cəsədi 4 gün sonra tapılıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Şəki şəhər sakini Fərid Məmmədovun meyiti Şirvan kanalında tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Fərid Məmmədov iyulun 13-də Ağdaş rayonunun Ərəbocağı kəndində "Şirvan" kanalında çimərkən boğulub. -
07-17-2008, 02:01 PMAPATürkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgül Bakıya gəlib
[b]Türkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgül Bakıya gəlib[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgül Bakıya gəlib. APA-nın əldə etdiyi məlumata görə, sənətçinin səfərinin məqsədi bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Xəzər-Lənkəran"-"Lex" maçını izləməkdir. Qeyd edək ki, bu oyun UEFA kubokunun I təsnifat mərhələsi çərçivəsində keçiriləcək. -
07-17-2008, 02:11 PMAPA"Nu poqodi"nin çəkilməsindən 40 il ötür
[b]"Nu poqodi"nin çəkilməsindən 40 il ötür[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün məşhur "Nu poqodi" cizgi filminin 40 yaşı tamam olur. APA-nın məlumatına görə, 40 il əvvəl çəkilən populyar cizgi filmi çox qısa müddətdə bütün SSRİ-də kiçikdən böyüyə milyonların qəlbini fəth edib. Bu cizgi filmi "Disneyland"in animasiya filmlərinə adekvat bir addım kimi sifariş edilib. Animasiya filminin rəsmi rejissoru Aleksey Kotyonoçkindir. Amma çoxları bilmir ki, animasiya filminin ilk rəssam və rejissoru Gennadi Sokolski olub. Film senzuradan keçmədiyinə görə bu işi A. Kotyonoçkin davam etdirib. Ssenaristləri Aleksandr Kurlyandski və Arkadi Xayt olan "Nu poqodi"də canavar rolunu Anatoli Papanov, dovşan rolunu isə Klara Rumyanova səsləndirib. -
07-17-2008, 02:21 PMAPAAzərbaycan Ədliyyə Nazirliyi Mətbuat Şurasının Nizamnaməsinə edilmiş dəyişikliyi təsdiq edib
[b]Azərbaycan Ədliyyə Nazirliyi Mətbuat Şurasının Nizamnaməsinə edilmiş dəyişikliyi təsdiq edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Ədliyyə Nazirliyi Mətbuat Şurasının (MŞ) Nizamnaməsinə edilmiş dəyişikliyi təsdiq edib. MŞ-dan APA-ya daxil olan məlumata görə, sənədin yeni variantında Şuranın İdarə Heyətinin səlahiyyət müddəti 2 ildən 4 ilədək artırılıb.
[Həmçinin MŞ üzvlərinin qurumun mərkəzi orqanlarında eyni vəzifəyə dalbadal iki müddətdən artıq seçilməməsini nəzərdə tutan məhdudiyyət aradan qaldırılıb. Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər olunması ilk dəfə ölkə jurnalistlərinin 2006-cı il dekabrın 23-də keçirilmiş IV qurultayında müzakirə edilib. Həmin ali məclisin qətnaməsində buna dair ayrıca bənd yer alıb, Şuranın İH-nə məsələnin həlli ilə bağlı təkliflər hazırlayıb növbəti qurultayın müzakirəsinə çıxarmaq tapşırılıb. Bu təkliflər jurnalistlərin 20 iyun 2008-ci ildə keçirilmiş V qurultayında qəbul edilib. -
07-17-2008, 02:31 PMAPAGədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib
[b]Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı-APA. Dünən saat 13.20 radələrində Gədəbəy rayonunun Gərgər kəndində Düzyurd kənd sakini İqbal Musayev "VAZ-2103" markalı avtomaşını idarə edərkən onu aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə sürücünün sərnişini Tural Qasımov hadisə yerində ölüb, xəsarət alan İ. Musayev və digər sərnişin Salman Tahirov isə xəstəxanaya yerləşdirilib. Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır. -
07-17-2008, 02:41 PMAPAMəlahət Abbasova: ""Min bir gecə"nin bitməsinə 13 seriya qalıb, bilmirəm Mehriban öləcək, yoxsa harasa gedəcək"
[b]Məlahət Abbasova: ""Min bir gecə"nin bitməsinə 13 seriya qalıb, bilmirəm Mehriban öləcək, yoxsa harasa gedəcək"[b]
Bakı. Ülkər Qasımova - APA. Hazırda Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Bakıya gəlib.
[M. Abbasova APA-ya açıqlamasında valideynlərini görmək və istirahət etmək üçün Bakıya gəldiyini bildirib: "Mən hər il yay aylarında valideynlərimi görməyə gəlirəm. Bu da həmin səfərlərdən biridir. Avqustun 5-nə kimi burada qalacağam və daha sonra Türkiyəyə gedib işlərimi davam etdirəcəyəm". Türkiyədə populyarlıq qazanmış "Min bir gecə" serialında Mehriban obrazını yaradan M. Abbasova serial tamaşaçıları üçün maraqlı faktlar da açıqlayıb. Onun sözlərinə görə, əslində "Min bir gecə" serialı başa çatmalıydı: ""Kanal D"də yayımlanan bu serialın sezon finalı əslində final olmalı idi. Ancaq telekanal daha 13 seriyanın çəkilməsini istədi. Bütün ssenari dəyişdirildi və serial iştirakçıları da bununla razılaşdılar. Yəni "Min bir gecə"nin bitməsinə 13 seriya qalıb. Mən isə bu 13 seriyanın hamısında çəkilməyə razılıq vermədim. Çünki artıq müqaviləmin vaxtı bitib və başqa işlərim var. Sonuncu 13 seriyadan 4 seriyaya çəkilməyə razılıq verdim. İndi deyə bilmərəm, serialdakı Mehribanı öldürəcəklər, ya harasa göndərəcəklər". Aktrisa teatrla bağlı bir sıra yeni layihələri olduğunu, hələlik başqa seriala çəkilməyi düşünmədiyini söyləyib. -
07-17-2008, 02:51 PMAPACəlilabad rayonunda yol qəzası törədən Türkiyə vətəndaşı tutulub
[b]Cəlilabad rayonunda yol qəzası törədən Türkiyə vətəndaşı tutulub[b]
[Bakı-APA. Dünən saat 07.50 radələrində Cəlilabad rayonunun Alar kəndində müəyyən edilməmiş avtomaşınla kənd sakini Bəhruz Əzizov vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət alan B. Əzizov xəstəxanaya yerləşdirilib. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "İVEKO" markalı avtomaşının sürücüsü, Türkiyə vətəndaşı Bilal Aslan Şaban oğlu tutulub. Faktla bağlı araşdırmalar aparılır. -
07-17-2008, 03:01 PMAPAGələn həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək
[b]Gələn həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Minsk Qrupu fəal çalışır. Gələn həftə həmsədrlər növbəti görüş keçirməyi planlaşdırır, amma hələlik qrafiki öz aramızda müəyyən etməmişik".
[Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. O, Vaşinqtonda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi görüşü məhsuldar adlandırıb və ABŞ-ın Madrid sənədi ilə bağlı iki tərəf arasında mövcud olan fikir ayrılıqlarının azaldılması yönündə həmsədrlərin səylərini dəstəklədiyini vurğulayıb. Digər vasitəçi - fransalı Bernar Fasienin ofisindən isə bildiriblər ki, həmsədrlərin görüşü gələn həftə Moskvada baş tuta bilər, ancaq hələlik dəqiq tarix müəyyənləşdirilməyib. Həmsədrlərin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü də planlaşdırılır. -
07-17-2008, 03:11 PMAPAQabriel Keller: "Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə tərəfdardır"
[b]Qabriel Keller: "Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə tərəfdardır"[b]
[Bakı. Laçın Sultanova-APA. "Azərbaycan Fransa üçün çox maraqlı və siyasi cəhətdən çox vacib bir ölkədir". APA-nın məlumatına görə, bu fikirləri Fransanın Azərbaycandakı yeni səfiri Qabriel Keller bu gün jurnalistlərlə keçirdiyi görüşdə deyib. Ölkəsinin xarici siyasətində Azərbaycanın çox vacib bir ölkə rolunu oynadığını deyən diplomat, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından da çox önəmli ölkə olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıran diplomat bildirib ki, Fransa bu münaqişənin sülh və ədalətli həllinə tərəfdardır. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşündən məmnunluqla danışan Q. Keller hazırda danışıqların Madrid təklifləri əsasında aparıldığını söyləyib və prezidentlərin buna razılıq verdiklərini xatırladıb. Fransanın BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamənin əleyhinə səs verməsinin səbəblərinin açıqlayan diplomat bəyan edib ki, Minsk Qrupun həmsədrləri istənilən məsələyə vahid mövqe nümayiş etdirilər: "Bu, o demək deyil ki, biz qətnamədəki bəndlərlə razı deyilik, bu o deməkdir ki, həmin sənədlə Madrid təklifləri arasında bir qanuna uyğunsuzluq var, danışıqlardakı elementlərin hamısı orada əks olunmadığı üçün qətnamə tərəfləri danışıqlarda irəli aparmır". Fransa parlamentinin uydurma "erməni soyqırımı"nı tanımasına münasibət bildirən səfir qeyd edib ki, bu, Fransa hökumətinin mövqeyi deyil: "Fransa hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, tarixi hadisələrə qanunvericilik orqanı deyil, tarixçilər araşdırmalıdır". Quba ərazisində aşkarlanan kütləvi məzarlıqla tanış olmadığını deyən səfir bunu Bakıya yeni gəlməsi ilə əlaqələndirib. Yeni səfir Azərbaycanın bütün regionlarına səfər etmək niyyətindədir . Prezident seçkiləri ilə bağlı sualları cavablandıran səfir Avropa İttifaqına üzv bütün ölkələr payızda keçiriləcək seçkiləri yaxından izlədiyini vurğulayıb. O, Avropanın enerji təhlükəsizliyində önəmli bir layihə rolunu oynayan "Nabucco" layihəsinə də münasibətini açıqlayıb: "Azərbaycan istəyir ki, Avropa İttifaqına sədrlik edən Fransa quruma üzv olan ölkələrin hamısının bu layihə ilə bağlı razılığını alsın. 27 ölkənin razılığını almaq asan iş deyil. Hazırda bütün dünyanın enerji resurslarına çox böyük ehtiyacı var. Biz enerji istehlakçılarıyıq, enerji istehsalçıları isə bir neçə oğlan arasında seçim etməli olan gənc qıza bənzəyir. Hər bir gənc onun könlünü almaq üçün sərfəli təklif etməlidir. Biz Azərbaycan və Asiya qazının Avropaya nəql edilməsi üçün keçərli təklif edəcəyik. Arqumentimiz hər iki tərəf üçün uyğun olan təklif olacaq". -
07-17-2008, 03:21 PMAPAİordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıya iki günlük rəsmi səfərə gəlib
[b]İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıya iki günlük rəsmi səfərə gəlib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-polkovnik Xalid Cəmil Əli-Sarayrah bu gün Bakıya iki günlük rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq rəsmi səfərə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Sonra Müdafiə Nazirliyində Xalid Cəmil Əl-Sarayrahın təntənəli qarşılanma mərasimi olub. Daha sonra müdafiə naziri Səfər Əbiyevlə qonağın təkbətək görüşü keçirilib, görüş nümayəndə heyətləri iştirakı ilə davam etdirilib. S. Əbiyev bildirib ki, Azərbaycanla İordaniya Krallığı dost və qardaş ölkələrdir, iki ölkə arasında iqtisadi, siyasi, mədəni, eyni zamanda hərbi əlaqələri yeni səviyyəyə qaldırmaq üçün səyləri gücləndirmək lazımdır. Azərbaycan hökuməti ilə İordaniya Haşimilər Krallığı hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komissiyasının birinci iclasının yekunlarına toxunan S. Əbiyev deyib ki, bu gün imzalanan protokol gələcək hərbi əməkdaşlığın inkişafına geniş imkanlar açacaq. Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı faktı barədə danışıb, qeyd edib ki, münaqişənin dinc həlli istiqamətində bir nəticə əldə olunmazsa, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün ciddi tədbirlərə əl ata bilər. İordaniyalı general Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmadığı təqdirdə Azərbaycanın öz torpaqlarını azad etməkdə haqlı olduğunu deyib. -
07-17-2008, 03:31 PMAPATolyattidə baş verən partlayış nəticəsində 5 azərbaycanlı yaralanıb
[b]Tolyattidə baş verən partlayış nəticəsində 5 azərbaycanlı yaralanıb[b]
Tolyatti - APA. Rusiyanın Tolyatti rayonunun Timofeyevka kəndində baş verən partlayış nəticəsində 5 azərbaycanlı yaralanıb.
[APA-nın məlumatına görə, iki kişi, iki qadın və 10 yaşlı qız uşağının yaşadığı evin həyətindəki 50 litrlik qaz balonu uzun müddət günəşin altında qaldığı üçün qızaraq partlayıb. Partlayış dalğası evin bütün pəncərələrini çərçivələri ilə birlikdə dağıdıb. Evin sakinləri isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yerli xəstəxananın yanıq mərkəzinə çatdırılan azərbaycanlıların vəziyyəti ağırdır.