[b]ABŞ Erməni Milli Komitəsinin sabiq rəhbərinin qızı məşhur reketlə ailə qurub[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Erməni Milli Komitəsinin terrorçuluqda ittiham olunaraq həbs edilmiş sabiq rəhbəri Murad Topalyanın qızı məşhur reketlə ailə qurub.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, M. Topalyanın qızı Danielle bu il fevralın 19-da Nyu-Yorkun kriminal aləmində "Öküz" ləqəbi ilə tanınan məşhur reket Karmin Anyello ilə nikaha daxil olub. Bu barədə "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin Nyu-York ştatının məhkəməsindən əldə etdiyi sənədlərə əsasən cütlük Ohayo ştatının federal həbsxanasında tanış olub. Həmin vaxt K. Anyello reketçilik və vergidən yayınma maddələri ilə 9 illik həbs cəzası çəkirmiş. Danielle isə eyni həbsxanada terrorçuluq maddəsi ilə cəza çəkən atasına baş çəkməyə gəlirmiş. "The New York Post" qəzeti Murad Topalyanı erməni hərbiləşmiş terrorçu təşkilatının başçısı kimi təqdim edib.Xatırladaq ki, Erməni Milli Komitəsinin sabiq sədri Murad Topalyan 2000-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun 1980-ci ildə Türkiyənin BMT-dəki nümayəndəliyinin ofisi qarşısında həyata keçirilmiş terror aktının təşkilatçısı olduğu sübuta yetirilib. Karmin Anyello isə Nyu-York şəhərinin məşhur Qambino ailəsinə xidmət edib. O, avtomobil servisləri və metal tullantıları biznesinə nəzarət edərək milyonçu olub. "Öküz" 1984-cü ildə kriminal avtoritet Con Qottinin qızı Viktoriya ilə ailə qurub. Onların bu nikahdan 3 övladı var.
Azərbaycan Xəbərləri
Printable View

07-15-2008, 11:51 AMAPAABŞ Erməni Milli Komitəsinin sabiq rəhbərinin qızı məşhur reketlə ailə qurub

07-15-2008, 01:01 PMAPAAqil Xəlili bıçaqlayan 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
[b]Aqil Xəlili bıçaqlayan 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə hökm oxunub. APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə S. Strekalin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkəcək. Aqil Xəlil məhkəmə hökmünə etirazını bildirib. S. Strekalinin vəkili Akif Məlikov da məhkəmə hökmü ilə razı olmadığını, hökmdən apellyasiya şikayəti verəcəyini bildirib. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunub. -
07-15-2008, 01:11 PMAPAYunanıstanda 6,3 bal gücündə zəlzələ baş verib
[b]Yunanıstanda 6,3 bal gücündə zəlzələ baş verib[b]
[Afina-APA. Yunanıstanın Rodos adası yaxınlığında Rixter şkalası üzrə 6,3 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, zəlzələnin episentri Egey dənizinin cənub-şərqinə düşüb. Yeraltı təkanlar Peloponnes yarımadasında, Kiprdə və Türkiyənin Egey sahillərindəki adalarında da hiss olunub. Zəlzələ nəticəsində 56 yaşlı bir qadının dünyasının dəyişdiyi bildirilir. Hələlik dağıntılar barədə məlumat yoxdur. -
07-15-2008, 01:21 PMAPAGürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti daha 5 min nəfər artırılacaq
[b]Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti daha 5 min nəfər artırılacaq[b]
[Tiflis-APA. Gürcüstan parlamenti Silahlı Qüvvələrin şəxsi heyətinin 32 min nəfərdən 37 min nəfərədək artırmağı planlaşdırır. APA-nın məlumatına görə, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Qivi Tarqamadze bildirib ki, ordunun şəxsi heyətinin artırılması zərurəti Rusiyanın Gürcüstan ərazilərinə aqressiv siyasəti ilə əlaqədardır. Parlamentdə keçiriləcək müzakirələr Gürcüstanın Rusiyadakı səfiri Erosi Kiçmarişvili də dəvət olunub. Müzakirələr qapalı keçiriləcək. -
07-15-2008, 01:31 PMAPA"Chicago Tribune" və "The Los Angeles Times" qəzetlərinin baş redaktorları işdən azad olunub
[b]"Chicago Tribune" və "The Los Angeles Times" qəzetlərinin baş redaktorları işdən azad olunub[b]
[Çikaqo. Los-Anceles-APA. "Tribune Co" şirkətində aparılan ixtisarlar nəticəsində "Chicago Tribune" qəzetinin baş redaktoru Enn-Mari Lipinski və "The Los Angeles Times" qəzetinin naşiri Devid Xiller istefaya göndərilib. APA-nın məlumatına görə, hazırda şirkət nəşrlərin rentabelliyinin aşağı düşməsinin qarşısını artırmaq məqsədilə irimiqyaslı islahatlara başlayıb. "Tribune Co" rəhbərliyi təkcə "The Los Angeles Times"da 250 nəfəri ixtisar etmək niyyətindədir. Nəşrlərin gəlirlərinin azalması reklam sahələrinin satışındakı azalmalarla əsaslandırılır. Bundan başqa qəzetlərin gündəlik tirajının 15 faiz azaldılacağı gözlənilir. Bir həftə əvvəl isə şirkət "Chicago Tribune" qəzetinin 80 əməkdaşının ixtisar ediləcəyini açıqlamışdı. Hələlik hər iki nəşrə kimin rəhbərlik edəcəyi dəqiqləşməyib. -
07-15-2008, 01:41 PMAPASərkan Oral: "Haber 6 Azərbaycanda tərəfdaş kimi APA-nı seçib"
[b]Sərkan Oral: "Haber 6 Azərbaycanda tərəfdaş kimi APA-nı seçib"[b]
İstanbul. Mayis Əlizadə-APA. Türkiyədə peyk vasitəsi ilə test yayınlarına başlayan "Haber 6" kanalı hər gün Azərbaycan dilində yarım saatlıq xəbər bülletenləri yayımlayacaq.
[Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında kanalın icraçı direktoru Serkan Oral deyib. O, Azərbaycana xarici ölkə kimi baxmadıqlarını, buranı Vətən kimi gördüklərini deyib: "Biz indi Türkiyədən dünyaya baxa bilən kanal qurmaq üçün çalışırıq. Türkcə, ingiliscə, ərəbcə və rusca yayınlarımız olacaq. Kanalımızda hər gün yarım saat Azərbaycan dilində də xəbər bülletenimiz olacaq. "BBC World" İngiltərədən dünyaya necə baxırsa, biz də Türkiyədən dünyaya baxan bir nöqtə olmaq fikrindəyik. Məqsədimiz təkcə klassik mənada xəbər yayını deyil, həm də gündəm yaratmaq fikrindəyik. Kanala ciddi və tanınmış kadrlar toplanıb. Onların hər biri bir neçə dil bilir. Əvvəlcə peyklə yayına çıxırıq, daha sonra Digitürk, D-Smart və kabel yayınında olacağıq". S. Oral deyib ki, kanalın iş istiqamətini və prinsiplərini İrfan Ülkü müəyyənləşdirəcək: "İrfan bəy türk dünyasını yaxından tanıyır, onun Azərbaycana olan sevgisi də ürəkdəndir". İcraçı direktor Azərbaycandakı media qurumları ilə əməkdaşlıq edəcəklərini və artıq tərəfdaşlarını seçdiklərini də deyib: " Biz Azərbaycanda APA agentliyi ilə əməkdaşlıq etmək istəyindəyik. Çünki bu agentliyin ölkədəki nüfuzu və gücü ortadadır. Bu agentliklə əməkdaşlıqdan məmnun olacağıq. O biri media qurumlarını da kənarda qoymaq istəmirik, qapımız hamısına açıq olacaq’.Qeyd edək ki, S. Oral indiyə qədər ‘Sabah’ qəzeti, TRT, Star TV, Show TV, Kanal D və Haber 24 kanallarında işləyib. -
07-15-2008, 01:51 PMAPAATƏT Azərbaycana göndəriləcək seçki müşahidə missiyasını formalaşdırmağa başlayır
[b]ATƏT Azərbaycana göndəriləcək seçki müşahidə missiyasını formalaşdırmağa başlayır[b]
[Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidə aparacaq missiyanın tərkibinə qəbul elan edib. APA-nın məlumatına görə, DTİHB iyulun 23-nə qədər missiyanın başçısı, onun müavini, uzunmüddətli müşahidəçilərin əlaqələndiricisi, eləcə də seçki, qanunvericilik, media və statistika üzrə təhlilçi vakansiyalarına müraciətləri qəbul edəcək. Azərbaycan istisna olmaqla, digər ATƏT ölkələrinin müşahidəçiləri müraciət edə bilər. -
07-15-2008, 02:01 PMAPABakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adı altında beynəlxalq yay seminarı keçirilir
[b]Bakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adı altında beynəlxalq yay seminarı keçirilir[b]
[Bakı. Turan Hüseynova-APA. Bakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adı altında beynəlxalq yay seminarı öz işinə başlayıb. Bu barədə APA-ya İslam Konfransı (İKT) Gənclər Forumunun Bakı Ofisindən bildiriblər. Seminar Heydər Əliyev adına Fondun Moskvadaki nümayəndəliyi və İKT Gənclər Forumunun sivilizasiya ittifaqının əsas koordinatoru Leyla Əliyevanın təşəbüsü ilə keçirilir. Seminarlar Rusiyanın aparıcı ali təhsil ocaqlarının tələbə hərəkətlarının fəalları üçün keçirilir. Tədbir zamanı tələbələrə ölkəmiz haqqında, Azərbaycanın tarixi və mədəni mərkəzinin irsi olan Dağlıq Qarabağ və erməni-azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında mühazirələr oxunacaq.Seminar çərcivəsində ayrıca olaraq "Xocalıya-haqq, Qarabağa-azadlıq" adı altında sessiya keçiriləcək. -
07-15-2008, 02:11 PMAPAAzərbaycanda idman telekanalının açılması ilə bağlı müsabiqənin nəticələri iyulun 18-də elan ediləcək
[b]Azərbaycanda idman telekanalının açılması ilə bağlı müsabiqənin nəticələri iyulun 18-də elan ediləcək[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) iyulun 18-də Azərbaycanda idman telekanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin nəticələri əsasında qərar qəbul edəcək.
[Bunu APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, qurumun iclasında şuraya müraciət edən üç iddiaçıdan birinə idman kanalının açılması üçün lisenziya veriləcək. N. Məhərrəmlinin sözlərinə görə, qərar qəbul edilərkən iddiaçıların maddi-texniki bazası, kadr potensialı, televiziya yayımçılığı təcrübəsi, eyni zamanda şuraya təqdim olunan konsepsiya nəzərə alınacaq. Qeyd edək ki, idman kanalının yaradılması üzrə müsabiqəyə üç iddiaçı - "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - "Az.TV Sport", "Lider" televiziyası - "Olimp TV" və "Rebrandinq" MMC - Sport Kanal Klub (SKC) sənəd təqdim edib. -
07-15-2008, 02:21 PMAPAƏzizbəyov rayonunda yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub
[b]Əzizbəyov rayonunda yol-nəqliyyat hadisəsi törədən şəxs tutulub[b]
[Bakı-APA. Əzizbəyov rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də Bakı-Mərdəkan yolunda yol-nəqliyyat hadisəsi nəticəsində ölənin şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə zamanı ölən şəxsin Maştağa qəsəbə sakini Əlisəfa Tağıyev olduğu məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2106" markalı avtomaşının sürücüsünün Maştağa qəsəbə sakini Mirzəağa Babayev olması, habelə qeyd edilən hadisədə özünün və sərnişini, Bakı şəhər sakini Elnur Əhmədovun da xəsarət alması müəyyənləşib. M. Babayev tutulub. -
07-15-2008, 02:41 PMAPA"Parfums De France" Azərbaycanda fəaliyyətini genişləndirir
[b]"Parfums De France" Azərbaycanda fəaliyyətini genişləndirir[b]
[Bakı. Ülkər Qasımova - APA. Bir müddət əvvəl "Parfums De France" mağazalar şəbəkəsinin keçmiş şəriki Nərimə Abdinbəyova mətbuat konfransı keçirərək mağazaların fəaliyyətini dayandırdığını və onun əvəzinə "Parfumeir" mağazalarının fəaliyyətə başlayacağını bildirmişdi. Bu gün isə "Parfums De France" mağazalar şəbəkəsinin ikinci şəriki olan fransalı iş adamının rəhbərlik etdiyi Azərbaycan nümayəndəliyinin baş direktoru Faiq Kərimov və sərmayəçisi Fərid Əliyev yeni "Parfums De France" mağazasının açılışını keçiriblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Faiq Kərimov əvvəllər "Taki distribution" şirkətinə şirkətinə məxsus olan "Parfums De France" ətriyyat mağazalar şəbəkəsinin indi "Louvre distribution" LLC-yə məxsus olduğunu deyib: "Hazırda "Parfums De France"a cənab Fərid Əliyev və şirkətin fransalı sahibkarları rəhbərlik edirlər. Əminliklə söyləmək olar ki, bu gün "Parfums De France" əvvəlkindən daha güclüdür. Hazırda bu şəbəkəyə məxsus 6 mağaza fəaliyyət göstərir. Bu yaxınlarda 2 yeni dükan açılıb, qarşıdakı bir neçə ay ərzində daha 3 dükanın açılması planlaşdırılır". F. Kərimov ilin sonuna kimi Gəncə, Sumqayıt, Zaqatala, Şirvan və Naxçıvan şəhərlərində də "Parfums De France" mağazalarının açılacağını bildirib: ""Parfums De France" öz işinə davam edəcək və Fransanın daha mükəmməl firmaları ilə işbirliyi həyata keçirəcək. Biz məhkəmədə "Parfumse De France" emblemini udmuşuq və bu işi dayandırmaq fikrində deyilik. "Parfums De France" mağazalarının bir neçəsinin yerində "Parfumeir" mağazasının açılmasının isə bizə heç bir aidiyyəti yoxdur. Həmin yerlərin yaxınlığında biz də öz mağazalarımızı açacağıq". Baş direktor onu da əlavə edib ki, Azadlıq prospektində fəaliyyətə başlayan "Parfums De France" mağazasının birinci mərtəbəsində Fransadan dəvət olunmuş saç ustaları, vizajistlər və kosmetoloqların çalışacağı xüsusi salon açılacaq. -
07-15-2008, 03:01 PMAPAHəmyerlimiz Elçin Əzizov Böyük Teatrda çalışacaq
[b]Həmyerlimiz Elçin Əzizov Böyük Teatrda çalışacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Elçin Əzizov Moskvada Böyük Teatra ("Bolshoy Teatr") işə qəbul olunub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva məlumat verib. Onun sözlərinə görə, E. Əzizov Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2007-ci ildə yarım il müddətində Qalina Vişnevskayanın opera məktəbində dərs alaraq sınaq müddəti keçib. Sınaq müddətini uğurla başa vurduqdan sonra isə azərbaycanlı solist Böyük Teatra işə qəbul olunub. Qeyd edək ki, E. Əzizov bir sıra beynəlxalq festivallar və müsabiqələrin iştirakçısıdır. Hazırda Bakıda olan solist avqustun əvvəllərində Moskvaya gedəcək. -
07-15-2008, 03:11 PMAPATürkiyənin cənub-şərqində 22 PKK terrorçusu məhv edilib
[b]Türkiyənin cənub-şərqində 22 PKK terrorçusu məhv edilib[b]
[Ankara - APA. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində apardıqları hərbi əməliyyat zamanı 22 PKK terrorçusu məhv edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahı həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, iyulun 11-də Şırnak rayonu ərazisindəki İncəbel dağlarında bir qrup PKK-çının cəmləşdiyi və terror aksiyalarına hazırlaşdığı müəyyənləşdirilib və həmin terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanıb. Terrorçulara hərbi təyyarələr, vertolyotlar və toplar vasitəsilə zərbələr endirilib. Əməliyyat nəticəsində 22 terrorçu məhv edilib. Terrorçulara məxsus xeyli silah-sursat, qida və dərman ləvazimatları aşkarlanaraq götürülüb, PKK-çıların istifadə etdiyi sığınacaq və mağaralar dağıdılıb. -
07-15-2008, 03:21 PMAPAYasamalda qısqanclıq zəminində qətl hadisəsi törədilib
[b]Yasamalda qısqanclıq zəminində qətl hadisəsi törədilib[b]
[Bakı-APA. Yasamal rayonundakı Zərdabi küçəsindəki 53 "A" saylı evin gözətçisi, Salyan rayon sakini Elmir Paşayev qısqanclıq zəminində, həmin evin zirzəmisində Bakı şəhər sakini Gülçöhrə Aqlimanovanı boğub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Elmir Paşayev könüllü şəkildə polisə təslim olub, faktla bağlı araşdırma aparılır. -
07-15-2008, 03:31 PMAPAPenitensiar Xidmətin rəisinin yol qəzasında xəsarət alan anası da dünyasını dəyişib
[b]Penitensiar Xidmətin rəisinin yol qəzasında xəsarət alan anası da dünyasını dəyişib[b]
[Bakı. APA. Dünən saat 12.30 radələrində Bakı-Quba yolunun 86-cı km-də, Siyəzən rayonu ərazisində baş verən qəza nəticəsində xəsarət alan daha bir şəxs Tamella Ələkbərova xəstəxanada dünyasını dəyişib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. T. Ələkbərova ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovun anasıdır. N. Ələkbərovun atası Ramiz Ələkbərov hadisə yerində dünyasını dəyişmişdi. Qeyd edək ki, Siyəzən rayonu Zarat kəndinin ərazisində Dəvəçi rayon sakini Vasif Bayramovun idarə etdiyi "VAZ-21074" markalı və Bakı şəhər sakini Nailə Ələkbərovanın (Nazim Ələkbərovun bacısı) idarə etdiyi "Honda" markalı avtomaşınların toqquşması nəticəsində "VAZ-21074" markalı avtomaşının sərnişini, Dəvəçi rayon sakini Şirəli Novruzov da hadisə yerində ölüb. Xəsarət alan hər iki sürücü və R. Bayramovun sərnişinləri, həmyerliləri Narxanım Novruzova, Əfsanə Novruzova, Ağdaş rayon sakini Pərvin Məmmədov, habelə N. Ələkbərovanın sərnişinləri, Nadir Zeynalov və Rəşid Vəzirov xəstəxanaya yerləşdiriliblər. -
07-15-2008, 03:41 PMAPAStiven Mann Bakıdadır
[b]Stiven Mann Bakıdadır[b]
[Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavininin köməkçisi Stiven Mann Azərbaycanda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dmitri Taraxovskinin APA-ya verdiyi məlumata görə, S. Mann ABŞ prezidentinin xüsusi elçisi Boydon Qreylə birlikdə Azərbaycana gəlib. B. Qrey bu gün geri dönəcək, S. Mann isə daha bir gün Azərbaycanda qalaraq rəsmi şəxslər və Azərbaycanın enerji qurumlarının rəhbərləri ilə görüşəcək. O, Bakıdan Moskvaya yola düşəcək. -
07-15-2008, 03:51 PMAPATürkiyənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır
[b]Türkiyənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır[b]
[Ankara - APA. Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransı başlayır. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, konfransda xaricdə çalışan 140 səfir, eləcə də Xarici İşlər Nazirliyinin mərkəzi aparatında çalışan səfirlər iştirak edir. Diplomatlar toplantıdan əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət ediblər. Dörd gün davam edəcək konfransda Orta Şərqdə vəziyyət və Avropa Birliyi ilə əlaqələr başda olmaqla, Türkiyənin xarici siyasətindəki ən aktual məsələlər müzakirə ediləcək, ölkənin bu sahədəki strategiyası haqqında fikir mübadiləsi aparılacaq. Diqqət mərkəzindəki məsələlərdən biri də ermənilərin uydurma "soyqırım" iddialarına qarşı həyata keçiriləcək tədbirlər və ABŞ-da keçiriləcək prezident seçkilərinin Türkiyəyə, bölgəyə mümkün təsirləri olacaq. -
07-15-2008, 04:01 PMAPARusiya prezidenti ölkənin xarici siyasət konsepsiyasını təsdiqləyib
[b]Rusiya prezidenti ölkənin xarici siyasət konsepsiyasını təsdiqləyib[b]
[Bakı. Laçın Sultanova-APA. Rusiya xarici siyasətinin prioritet istiqaməti MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. APA-nın məlumatına görə, bu fikir Rusiya prezidenti Dmitri Medvedyevin təsdiqlədiyi "Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyası" adlı sənəd regional prioritetlər bölməsində öz əksini tapıb. Sənəddə deyilir ki, Rusiya MDB ölkələri ilə qarşılıqlı təhlükəsizliyin təmin olunması sahəsində, o cümlədən ümumi çağırış və təhlükələrlə birgə mübarizə, ilk öncə beynəlxalq terrorizmə, ekstremizmə, narkotrafikə, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiyaya qarşı əməkdaşlığı genişləndirəcək. Birinci dərəcəli vəzifələr sırasında Əfqanıstan ərazisindən istiqamətlənən terror və narkotəhlükənin neytrallaşması, Mərkəzi Asiya və Cənubi Qafqazda stabilliyin pozulmasına imkan verməməkdir. "Rusiya MDB məkanında mövcud olan münaqişələrin beynəlxalq hüquqa, əvvəllər əldə olunmuş razılaşmalara hörmət edərək və münaqişəyə cəlb olunmuş tərəflər arasında razılığın əldə olunmasına əsaslanaraq, danışıqlar prosesində öz vasitəçilik missiyasını məsuliyyətlə realizə edərək, bu münaqişələrin sülh yolu ilə həllinə aktiv yardım etməyə davam edəcək". -
07-15-2008, 04:11 PMAPAŞirvan kanalında boğulan Göyçay sakininin meyiti tapılıb
[b]Şirvan kanalında boğulan Göyçay sakininin meyiti tapılıb[b]
[Göyçay. Zahid Abışov-APA. Dünən Şirvan kanalında boğulan Göyçay rayon sakini Camal Qurbanovun meyiti tapılıb. Göyçay rayon Polis Şöbəsindən APA-nın Mərkəzi Aran bürosuna verilən məlumata görə, adı çəkilən şəxsin meyiti batdığı yerdən bir qədər aralıda, rayonun Cəyirli kəndi ərazisində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. -
07-15-2008, 04:21 PMAPAPolisə könüllü təslim olan Salyan rayon sakininin başqa cinayətinin də üstü açılıb
[b]Polisə könüllü təslim olan Salyan rayon sakininin başqa cinayətinin də üstü açılıb[b]
[Bakı - APA. Dünən Yasamal rayonu, Zərdabi küçəsindəki 53 "A" saylı evdə Bakı şəhər sakini Gülçöhrə Aqlimanovanı boğaraq öldürdükdən sonra könüllü şəkildə polisə təslim olan Elmir Paşayevin başqa bir qətl törətdiyi də müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri zamanı məlum olub ki, həmin şəxs G. Aqilmanovanın hadisənin şahidi olan qızlarını da boğub. Nəticədə qadının 6 yaşlı qızı ölüb. E. Paşayevin boğaraq öldürmək istədiyi 9 yaşlı qız isə sağ qalıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, E. Paşayevin Salyan rayon sakini olduğu, 53 "A" saylı evin gözətçisi işlədiyi və G. Aqlimanovanı evin zirzəmisində boğduğu müəyyən edilib. -
07-16-2008, 10:51 AMAPAAzərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisələrdə nöqsanlar aşkar edib
[b]Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisələrdə nöqsanlar aşkar edib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) iyulun 11-dən 15-dək keçirdiyi dövlət nəzarəti tədbirləri zamanı bir sıra müəssisələrdə nöqsanlar aşkar edilib. Agentliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, süd məhsulları istehsal edən bir və çörək istehsal edən iki müəssisədə dövlət standartının tələblərinin pozulduğu müəyyənləşdirilib. Yoxlanılan məhsulun istehsalı və satışı qadağan edilib, nöqsanların aradan qaldırılması üçün müəssisəyə iradnamə verilib və inzibati xəta haqqında qərar qəbul olunub. Çörək istehsal edən müəssisəyə istismar edilən ölçmə vasıtələrinin istismardan çıxarılması barədə tələbnamə də verilib. Agentlik tərəfindən qənd istehsal edən bir müəssisədə də standartın tələblərinin pozulduğu aşkarlanıb. Dövlət nəzarətinin nəticələrinə görə, yoxlanılan məhsul partiyasının satışı və məhsul istehsalı qadağan edilib. -
07-16-2008, 11:01 AMAPAAzərbaycan bədii filmlərinin fotoşəkillərinin elektron versiyası hazırlanıb
[b]Azərbaycan bədii filmlərinin fotoşəkillərinin elektron versiyası hazırlanıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunun təşəbbüsü ilə Azərbaycan filmlərinin fotoşəkillərinin elektron vesiyası hazırlanıb. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, elektron versiyanın təqdimatı payızda keçiriləcək. C. Quliyev elektron versiyada 110 il ərzində Azərbaycanda çəkilmiş 252 bədii filmindən 5628 foto yerləşdirilib: "Bu elektron format Azərbaycan filmlərinin fotolarının uzun illər xalqımıza xidmət etməsinə və uzun illər qorunub saxlanmağa imkan yaradacaq. Bu elektron versiyada yer alan fotoların əksəriyyəti yenidən bərpa olunub". -
07-16-2008, 12:31 PMAPABakı Apellyasiya Məhkəməsi Fərhad və Rafiq Əliyevlər barədə hökmü qüvvədə saxlayıb
[b]Bakı Apellyasiya Məhkəməsi Fərhad və Rafiq Əliyevlər barədə hökmü qüvvədə saxlayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün yekunlaşıb. APA-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin F. Əliyev, R. Əliyev və digər şəxslərlə bağlı hökmünün qüvvədə saxlanması barədə qərar çıxarıb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev 10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. -
07-16-2008, 12:41 PMAPAUlyanovsk şəhərində Heydər Əliyevə abidə ucaldılıb
[b]Ulyanovsk şəhərində Heydər Əliyevə abidə ucaldılıb[b]
[Bakı. Zaur Nurməmmədov - APA. Rusiyanın Ulyanovsk şəhərində Heydər Əliyevin abidəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Ulyanovskda H. Əliyevin abidəsi ucaldılması və onun adına park salınması təşəbbüsü ilə Ümumrusiya Azərbaycan Konqresinin yerli şöbəsinin sədri İslam Hüseynov çıxış edib. Təşəbbüs vilayətin qubernatoru Serqey Morozov və şəhərin meri Sergey Yermakov tərəfindən dəstəklənib. Abidənin müəllifi məşhur memar Sergey Bobrakovdur. -
07-16-2008, 12:51 PMAPAGəncə Musiqi Texnikumunun kollektivi "Arşın mal alan" operettasını səhnələşdirib
[b]Gəncə Musiqi Texnikumunun kollektivi "Arşın mal alan" operettasını səhnələşdirib[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə Musiqi Texnikumunun müəllim və tələbə heyəti "Arşın mal alan" operettasını səhnələşdirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının Gəncə Dövlət Kukla Teatrının baş rejisoru Fərmail Paşayev səhnələşdirib. Onun sözlərinə görə, dahi bəstəkarın operettasını səhnələşdirmək təklifi Musiqi Texnikumunun pedaqoji kollektivinin üzvlərindən gəlib. Qeyd edək ki, bu, Gəncə teatrlarında operettanın sənhələşdirilməsinə dair ilk faktdır. -
07-16-2008, 01:01 PMAPAANS plagiatdan əl çəkmir
[b]ANS plagiatdan əl çəkmir[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azəri-Press İnformasiya Agentliyi (APA) dəfələrlə bəzi media qurumlarına plagiatla bağlı müraciətlər edib. Bu yerdə həmişə öncül yerlərdən birini ANS Şirkətlər Qrupuna daxil olan təşkilatlar (ANS TV və ANSPRESS saytı) tutduğu üçün bu qurumun son iki ayda APA-dan etdiyi plagiatla bağlı kiçik monitorinq keçirdik.
[Monitorinq yalnız ayın bəzi günlərində keçirildi və ortaya çox utandırıcı mənzərə çıxdı. Belə ki, hamını obyektivliyə, qərəzsizliyə və vicdanlılığa çağıran, hamıya hər zaman peşəkarlıq dərsi keçməyə çalışan ANS öz "peşəkarlığını" "yüksək səviyyədə" ortaya qoyub. Şirkətin əməkdaşlarının yüksək plagiatlıq "qabiliyyətinə" əhsən deməmək olmur. "Başqa sahələrdə olduğu kimi jurnalistikada da plagiatlıq var. Bununla bağlı Mətbuat Şurasına qəzet və informasiya agentlikləri tərəfindən şikayətlər gəlir. Hesab edirik ki, bu sahədə mövcud olan hərc-mərcliyi aradan qaldırmaq lazımdır". Bunu isə plagiatlıqla bağlı məsələyə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Şura sədri qəzetlərin həm bir-birlərindən həm də informasiya agentliklərindən xəbərlər oğurladığını deyib. Ə. Amaşov deyib ki, Mətbuat Şurasının keçirdiyi monitorinqlərin nəticəsində qəzetlərdəki materialların üçdə iki hissəsinin informasiya agentliklərinə məxsus olduğu üzə çıxıb: "Qəzetlərdə xəbər hazırlamaq praktikası ya yaddan çıxıb ya da ki, həmin redaksiyaların əməkdaşları xəbər toplamaqda çətinlik çəkirlər. Çox ehtimal ki, qəzetlərdə informasiyaların çoxluğunu görərək xəbərin kimə məxsus olduğunu göstərən hissəni çıxarıb öz əməkdaşının adını yazırlar. Bu isə plagiatlığın bariz nümunəsidir". MŞ sədri televiziya verilişlərində, əsasən də xəbərlər proqramlarında informasiya agentliklərinin xəbərlərinin istinad olunmadan səsləndirildiyini bildirib: "Bu da plagiatlığın bir formasıdır. Keçirdiyimiz monitorinqlərdə bu halları özümüz üçün də müəyyənləşdiririk". Ə. Amaşov deyib ki, MŞ yaxın gələcəkdə plagiatlıqla bağlı geniş bir tədbir keçirəcək. ANS-in APA-dan etdiyi plagiatlığın kiçik nümunələrini təqdim edirik:[ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ [ -
07-16-2008, 01:11 PMAPAHüquqşünas Musa Hacıöməroğlu: "Vətəndaşlarımızın çoxu "Ergenekon" ittihamnaməsinin montaj olmasından şübhələnir"
[b]Hüquqşünas Musa Hacıöməroğlu: "Vətəndaşlarımızın çoxu "Ergenekon" ittihamnaməsinin montaj olmasından şübhələnir"[b]
[Ankara. Mayis Əlizadə - APA. "Adətən ittihamnamələr prokurorluq tərəfindən məhkəməyə təqdim ediləndən sonra məhkəmə iclasında oxunaraq açıqlanır. İstanbul cümhuriyyət baş prokuroru ittihamnamənin məzmununu elan etmədən onun formal tərəfləri barədə qısa məlumat verib. Bunu ittihamnamənin açıqlanması kimi dəyərləndirmək doğru deyil. Məhkəmə 15 gün ərzində ittihamnaməni analiz edəcək, əgər çatışmazlıqlar varsa, prokurorluğa geri göndərəcək. Hər şey qaydalara uyğundursa, məhkəmə iclasında ittihamnamə elan ediləcək". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında hüquqşünas Musa Hacıöməroğlu deyib. O, ittihamnamənin istintaqın başlamasından 13 ay sonra açıqlanmasının normal olmadığını bildirib: "Əgər bir cinayətdən söhbət gedirsə, araşdırılmalı və ciddi dəlillərlə məhkəməyə təqdim edilməlidir. Bunun üçün əlbəttə, zamana ehtiyac var. Ancaq bu, uzun olmamalıdır. Uzun müddət davam edən istintaqlar normal sayıla bilməz. Ona görə də vətəndaşlar şübhələnməyə başlayıblar ki, əcaba, istintaq üzərində kənar təsirlər varmı? Açıqlanan ittihamnaməyə baxanda görürük ki, vətəndaşlarımız gözləniləndən fərqli məlumatlarla qarşılaşıb. Bu səbəblə insanlarımızın bir çoxu montaj bir ittihamnamə ilə qarşılaşdığı duyğusuna qapılıb. İstintaqı aparanlar və ittihamnaməni hazırlayanlar bütün dəlilləri toplayıb mühafizə etmək məcbriyyətindədirlər. Bu baxımdan 12 iyun 2007-ci ildə ələ keçirilən və "Ergenekon" ittihamnaməsinin fəqərə sütununu təşkil edən 27 ədəd qumbaranın bir gün sonra partladılması normal hadisə deyil". Hüquqşünas bu günə qədər ictimaiyyəti məşğul edən "Ergenekon" istintaqında nələrin olduğunu müəyyənləşdirməkdə çətinlik çəkdiklərini söyləyib: "Daha təfərrüatlı bilgilər ittihamnamənin məhkəmədə açıqlanmasından sonra ortaya çıxacaq". -
07-16-2008, 01:21 PMAPAAzərbaycan mətbuatında müəlliflik hüququnun qorunması beynəlxalq seminarda müzakirə olunacaq
[b]Azərbaycan mətbuatında müəlliflik hüququnun qorunması beynəlxalq seminarda müzakirə olunacaq[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Bu ilin oktyabrında Bakıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birlikdə "Müəlliflik hüququ və yayım təşkilatları" mövzusunda beynəlxalq seminar keçiriləcək. Azərbaycan Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumata görə, beynəlxalq ekspertlərin iştirak edəcəyi seminarda kollektiv idarəetmə təşkilatlarının üzləşdiyi problemlər müzakirə ediləcək. Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrində (KİV) müəlliflik hüququnun qorunması, qonorar yığımı ilə bağlı məsələlər seminarın əsas mövzusu olacaq. -
07-16-2008, 01:31 PMAPAElçin Behbudovun maşınından pul oğurlanması faktı təsdiqlənib
[b]Elçin Behbudovun maşınından pul oğurlanması faktı təsdiqlənib[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin mətbuat xidməti İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova məxsus "Tofaş" markalı maşının şüşəsinin sındırılması və orada olan pulun aparılması barədə yayılan məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 14-də Elçin Tofiq oğlu Behbudovun Yasamal rayonu ərazisindəki Ə. Hüseynzadə küçəsində saxlanılan "Tofaş" markalı maşınının şüşəsi sındırılıb və orada olan 30 min manat oğurlanıb. Məlumata görə, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Hüquq müdafiəçisi Elçin Behbudov isə APA-ya açıqlamasında iyulun 14-də maşınının şüşəsinin sındırılması faktını təsdiqləyib. O, maşınından 50 min manatın oğurlanması barədə "Yeni Müsavat" qəzetində dərc olunan informasiyanın şişirdildiyini bildirib. Komitə sədri məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini deyib. -
07-16-2008, 01:41 PMAPAAğdam istiqamətində qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb
[b]Ağdam istiqamətində qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb[b]
[Bakı. Teymur Zahidoğlu-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberle keçiriblər. -
07-16-2008, 01:51 PMAPAAzərbaycan Dövlət Kukla Teatrı İranda beynəlxalq teatr festivalında iştirak edəcək
[b]Azərbaycan Dövlət Kukla Teatrı İranda beynəlxalq teatr festivalında iştirak edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi iyulun 11-dən 17-nə kimi İranda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Bu barədə APA-ya teatrın rejissoru Elşad Rəhimzadə məlumat verib. O bildirib ki, kollektiv festivalda "Qırmızı papaq" və "Oyuq çələngi" tamaşaları ilə çıxış edəcək. Qeyd edək ki, Kukla Teatrı bu festivalda ölkəmizi beşinci dəfə təmsil edir. -
07-16-2008, 02:01 PMAPABakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adlı yeddi günlük beynəlxalq yay seminarı keçirilir
[b]Bakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adlı yeddi günlük beynəlxalq yay seminarı keçirilir[b]
[Bakı. Turan Hüseynova-APA. Bakıda "Azərbaycan sivilizasiyaların qovşağında" adlı yeddi günlük beynəlxalq yay seminarı öz işinə başlayıb. APA-nın məlumatına görə, seminarın birinci günündə Bakı Dövlət Universitetinin tarix elmləri doktoru Kərim Şükürov məruzə ilə çıxış edib. O, Azərbaycannın tarixi, mədəniyyəti, İslam dünyasında tutduğu yeri və rolu barəsində danışıb. İslam Konfransının Gənclər Forumunun media şöbəsinin direktoru Nabat Qaraxanovanın APA-ya verdiyi məlumata görə, bu seminar Rusiyanın aparıcı ali təhsil ocaqlarının tələbə hərəkatlarının iyirmi nəfərdən ibarət fəalları üçün keçirilir. Seminar zamanı tələbələrə, ölkəmiz haqqında müzahirələr, Azərbaycanın tarixi və mədəni mərkəzinin irsi olan və beynəlxalq kontekstə Dağlıq Qarabax konfliktini haqqında mühazirələr oxunacaq. Seminar çərçivəsində iştirakçılar Azərbaycanın tarixi yerləri: Gəncə, Şəki, Qobustana gedəcək, Suraxanı Atəşğahını ziyarət edəcəklər. N. Qaraxanova əlavə edib ki, seminar çərcivəsində ayrıca olaraq "Xocalıya-ədalət, Qarabağa-azadlıq" adı foto sessiya keçiriləcək. Hal-hazırda bu sessiya üçün xüsusi sayt hazırlanır. Qeyd edək ki, seminar Heydər Əliyev adına Fondun Moskvada nümayəndəliyi və İKT Gənclər Forumununun Sivilizasiya İttifaqının təşəbbüsü ilə keçirilir. -
07-16-2008, 02:11 PMAPAQusar sakini özünü meşədə asıb
[b]Qusar sakini özünü meşədə asıb[b]
[Qusar. Solmaz Mehtiyeva-APA. Qusar rayonunun Hil kəndində intihar hadisəsi baş verib. APA-nın Şimal bürosunun Qusar rayon prokurorluğundan aldığı məlumata görə, Qusar rayonunun Hil kəndində yaşayan, 1972-ci il təvəllüdlü Razik Şahlar oğlu Laçınov iyulun 15-də gecə saat 23.00 radələrində kəndin meşə zolağında özünü asıb. İntiharın səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır. İlkin versiyalara görə, hadisə ailə-məişət zəminində baş verib. -
07-16-2008, 02:21 PMAPADağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ şirkəti ermənilərə məxsusdur
[b]Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ şirkəti ermənilərə məxsusdur[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ-ın "Sidon Travel and Tourism" şirkəti Los-Anceles yaxınlığındakı Qlendeyl şəhərində yaşayan ermənilərə məxsusdur.
[Şirkətin meneceri Karlo Vakiyan APA-nın ABŞ bürosuna açıqlamasında Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərmələrini həmin "dövlət"in "prezident"inin erməni olması ilə əsaslandırıb. Həmin ərazidən azərbaycanlıların zorla qovulduğu və separatçıların keçirdiyi "prezident seçkiləri"nin heç kim tərəfindən tanınmadığı barədə suala isə K. Vakiyan absurd cavab verib. Menecer deyib ki, onun başının üstündə asılan xəritədə Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib və bu, həmin ərazini müstəqil dövlət saymaq üçün kifayətdir. K. Vakiyan təmsil etdiyi şirkətin xətti ilə minə yaxın müştərinin Dağlıq Qarabağa səfər etdiyini də söyləyib. Qeyd edək ki, Qlendeyl şəhəri ABŞ-da ən çox erməninin cəmləşdiyi yaşayış məntəqələrindən biridir. -
07-16-2008, 02:31 PMAPAŞəhrizad, Onur və Kərəm Azərbaycanın səfalı guşələrində olacaqlar
[b]Şəhrizad, Onur və Kərəm Azərbaycanın səfalı guşələrində olacaqlar[b]
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin məşhur "Min bir gecə" teleserialının əsas qəhrəmanları - Bərgüzar Korel (Şəhrizad), Xalid Ərgənc (Onur) və Tardu Flordun (Kərəm) Azərbaycana gələcəklər.
[Tanınmış sənətçi Aybəniz Haşımovanın dəvəti ilə Bakıya təşrif buyuracaq aktyorlar bir həftə ərzində Azərbaycanda qalacaqlar. Bu barədə APA-ya məlumat verən Aybəniz Haşımova deyib ki, səfər sentyabrda həyata keçiriləcək: "Səfər əslində bu ilin mayında baş tutmalı idi. Mənim səfərlərim səbəbindən bu planı təxirə saldıq. Ancaq sentyabrda səfəri mütləq gerçəkləşdirəcəyik. Bu, qızım Aynişanın arzusu idi və arzunu həyata keçirməkdə mənə Məlahət Abbasova kömək etdi. Türkiyəli aktyorlarla birlikdə Məlahət xanım da Bakıya gələcək. Aynişanın atasının adı Xalid olduğu üçün o, Onur Aksal rolunu canlıandıran Xalid Ərgənci daha çox sevir". A. Haşımova qonaqlarını Göygöl, Nabran, Şəki, Masallı və Azərbaycanın digər səfalı guşələrinə aparacağını söyləyib. O, aktyorlara İçərişəhəri və Şəki Xan Sarayını da göstərəcək. -
07-16-2008, 02:41 PMAPAPenitensiar Xidmətin idarə rəisi: "Qanunvericiliyə edilən dəyişikliklər məhkumlara verilən hüquqları genişləndirib"
[b]Penitensiar Xidmətin idarə rəisi: "Qanunvericiliyə edilən dəyişikliklər məhkumlara verilən hüquqları genişləndirib"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Cəzaların İcrası Məcəlləsinə və Cinayət Prosessual Məcəlləyə edilən əlavə və dəyişikliklər məhkumların hüquqlarının dairəsini genişləndirib. Bütün dəyişikliklər məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, hüquqlarının artırılmasına yönəlib".
[Bu sözləri APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilat-nəzarət idarəsinin rəisi Musa Hümbətov deyib. O bildirib ki, dəyişikliklər prezident İlham Əliyev tərəfindən 2006-cı ildə imzalanan Milli Fəaliyyət Planına uyğun həyata keçirilib: "Dəyişikliklərlə bağlı təkliflər hazırlanarkən beynəlxalq sənədlərin tələbləri də nəzərə alınıb". M. Hümbətov dəyişikliklərdən sonra məhkumların hüquqları sırasına iki yeni hüquq daxil edildiyini söyləyib: "Birincisi, məhkumlar psixoloji yardım almaq, ikincisi isə, cəzanın icrası və çəkilməsi prosesində qəbul edilən qərarlarla tanış olmaq, bundan şikayət etmək hüququ qazanıblar". İdarə rəisinin sözlərinə görə, dəyişikliklərdən sonra məhkumların yaxınları ilə təmas imkanlarının sayı artırılıb: "Dəyişikliklərə qədər ömürlüklər istisna olmaqla, məhkumlar yaxınları ilə ayda bir dəfə 10 dəqiqə danışa bilərdilər. İndi bu imkan dörd dəfə artırılıb, onlara həftədə bir dəfə telefonla 15 dəqiqə danışmaq hüququ verilib. Ömürlük məhkumlar isə əvvəllər iki ayda bir dəfə telefonla danışırdılarsa, indi ayda iki dəfə bu imkandan istifadə edə biləcəklər". M. Hümbətov deyib ki, məhkumların xərcləyə biləcəkləri pulun məbləği də artırılıb və hər məhkuma saxlanıldığı rejim qaydalarından asılı olaraq ay ərzində 25 manatdan 50 manatadək pul xərcləmək hüququ verilib. Ömürlük azadlıqdan məhrum edilən məhkumların saxlanılması ilə bağlı daha bir dəyişikliyə əsasən onların yaxınlarından alacaqları sovqatların sayı da artırılıb. Bundan sonra onlar ildə səkkiz dəfə sovqat ala biləcəklər. Eyni zamanda bu məhkumların yaxınları ilə görüş imkanları da iki dəfə çox olacaq. Əvvəllər ömürlük məhkumlar il ərzində bir uzunmüddətli görüş ala bilirdilərsə, indi bu, iki dəfə olacaq. Bundan sonra ömürlük məhkumlar ildə dörd dəfə deyil, səkkiz dəfə (iki dəfə uzunmüddətli, altı dəfə qısa müddətli) görüşə biləcəklər. Dəyişikliklər ömürlük məhkumlara televizora baxmaq imkanı da verib. M. Hümbətov qanunvericilikdə bununla bağlı olan qadağanın aradan qaldırıldığını bildirib. Digər dəyişiklikliyə əsasən məhkumlar penitensiar müəssisələrə daxil olduqdan sonra bu barədə yaxınlarına, əlaqədar təşkilatlara yalnız onların razılığı ilə məlumat veriləcək. Məhkum istəmədiyi halda bu məlumatlar yayılmayacaq. Qanunvericiliyə yetkinlik yaşına çatmayan məhkumlarla əlaqədar dəyişiklik də edilib. Bu dəyişikliklərdən biri özünü yaxşı aparan yeniyetmə məhkuma müəssisədən kənar tədbirlərdə iştirak etmək hüququnun verilməsidir. M. Hümbətov bütün bu dəyişikliklərin dövlətin məhkumlara, onların yaxınlarına göstərdiyi qayğının nəticəsi, penitensiar sistemdə aparılan islahatların tərkib hissəsi olduğunu vurğulayıb. -
07-16-2008, 02:51 PMAPAAybəniz Haşımova: "Maddi vəsait ayrılsa, yorulmadan konsert verərəm"
[b]Aybəniz Haşımova: "Maddi vəsait ayrılsa, yorulmadan konsert verərəm"[b]
[Bakı. Ülkər Qasımova - APA. "Azərbaycan xalqı qarşısında canla-başla konsert verərəm, ancaq bunun üçün maddi vəsait lazımdır. Çox təəssüf ki, mənim yetərli maddi vəsaitim yoxdur. Konsert üçün maddi vəsait ayrılsa, yorulmadan konsertlər verməyə hazıram". Bu sözləri APA-ya açıqlamasında müğənni Aybəniz Haşımova deyib. O bildirib ki, bu gün konsert vermək üçün külli miqdarda vəsait lazımdır və sərf olunan vəsaiti konsertdən götürmək qeyri-mümkündür: "Elə vaxtlar olub ki, evdə bir qəpik də pulumuz olmayıb. Ancaq mən heç kimə ağız açıb, pul istəməmişəm. Çünki kiminsə qarşısında əyilmək mənim üçün ən dəhşətli şeydir. Həyatda çox açıqlıqlar görümüşəm, ancaq hamısının öhdəsindən gəlmişəm və sınaqlardan alnıaçıq çıxmışam. Konsert verməyi çox istəsəm də, bunun üçün kiməsə ağız açmağı lazım bilmirəm". A. Haşımova hazırda bir neçə yeni mahnı yazdırdığını və məşhur "Biri sənsən, biri mən" mahnısına klip çəkdirəcəyini söyləyib. Bununla yanaşı, sənətçi yeni "bülbül"lərin axtarışına da çıxıb. O, hazırkı "Bülbüllər" qrupunun bir üzvünün əsgərliyə getdiyini deyib: "İndiki "Bülbüllər" öz fəaliyyətlərini davam etdirəcək. Anacaq azyaşlı uşaqlardan ibarət ikinci "Bülbüllər" qrupunu yaradıram. Bunlar böyük "bülbül"lərin davamçıları olacaq. Yeni qrup 6 uşaqdan ibarət olacaq". -
07-16-2008, 03:01 PMAPAElçin Behbudov 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib
[b]Elçin Behbudov 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, hazırda müəssisədə 700-ə yaxın məhkum saxlanılır və orada təmir işləri görülür. E. Behbudov müəssisədə saxlanılan "Xalq nəzarəti" qəzetinin müxbiri Elçin Əsədullayev, "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasov və kriminal aləmdə "Masallı Mamed" kimi tanınan Məmməd Hüseynovla görüşdüyünü deyib. Komitə sədri məhkumların saxlanma şəraitindən narazı olmadıqlarını bildirib. Onun sözlərinə görə, M. Hüseynov ağır şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. -
07-16-2008, 03:11 PMAPASon beş gün ərzində 33 PKK terrorçusu məhv edilib
[b]Son beş gün ərzində 33 PKK terrorçusu məhv edilib[b]
[Ankara - APA. Türkiyənin cənub-şərqində, Hakkari rayonu ərazisindəki Buzul dağlarında 11 PKK terrorçusu məhv edilib. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Buzul dağlarında iyulun 13-də başlanan əməliyyatların davam etdiyinin, hərbi təyyarələr və vertolyotlardan da istifadə olunduğu əməliyyatda indiyədək 11 terrorçunun məhv edildiyini açıqlayıb. Şırnak rayonu ərazisindəki İncəbel dağlarında öldürülən 22 terrorçu ilə birlikdə son 5 gün ərzində məhv edilən PKK-çıların sayı 33-ə çatıb. -
07-16-2008, 03:21 PMAPARəmiş Röya ilə duet ifa edəcək
[b]Rəmiş Röya ilə duet ifa edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Məşhur gitara ifaçısı Rəmiş Röya ilə duet ifa edəcək. Duet ilk dəfə iyulun 19-da Yaşıl Teatr Bakı Kompleksində "Sənət" adı altında keçiriləcək Rəmişin konsertində səslənəcək. Bu barədə APA-ya konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiuioğlu məlumat verib. Onun sözlərinə görə, konsertdə bir çox sürprizlər olacaq ki, Röya ilə Rəmişin dueti də bu sürprizlər sırasına daxildir: "Konsertdə Rəmiş həm gitara, həm tar, həm də pianoda ifa edəcək. Həmin konsertdə iştirak edən tamaşaçılar Rəmişin ifasında bir neçə canlı mahnının da dinləyicisi olacaqlar". Konsert təşkilatçısı biletlərin çox yaxşı satıldığını deyib. İki saatdan artıq davam edəcək konsertdə Rəmişin dostları da səhnədə çıxış edəcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.