[b]Arzu Abdullayeva: "AŞPA Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına qurumun ölkəmiz üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir. APA-nın xəbərinə görə, bunu jurnalistlərə Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Arzu Abdullayeva bildirib. A. Abdullayeva bu barədə bir neçə gün əvvəl AŞPA sessiyasında çərçivəsində keçirdikləri görüşlərdə məlumat aldıqlarını deyib: "Biz bilirik ki, Monitorinq Komitəsində missiya rəhbərliyinə namizəd kimi Andres Herkelin və Yunanıstandan olan, hamının ermənipərəst deputat kimi tanıdığı Purqulusesin adları hallandırılıb. Məlumatlara görə, yaradılacaq missiyaya Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir". A. Abdullayeva hüquq müdafiəçilərinin də A. Herkelin namizədliyini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ilkin olaraq AŞ PA missiyasında 30 nəfərin olması nəzərdə tutulub.
Azərbaycan Xəbərləri
Printable View

07-01-2008, 03:41 PMAPAArzu Abdullayeva: "AŞPA Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına Andres Herkelin rəhbərlik edəcəyi gözlənilir"

07-01-2008, 03:51 PMAPATürkiyənin baş naziri aparılan həbslərdən xəbəri olmadığını bildirib
[b]Türkiyənin baş naziri aparılan həbslərdən xəbəri olmadığını bildirib[b]
[Ankara - APA. Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada və İstanbulda aparılan həbslərdən xəbəri olmadığını söyləyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan "ümid edirəm ki, bu istintaq nəticəsində qaranlıqlar aydınlığa çıxacaq", deyib. AKP-nin sədr müavini, millət vəkili Dengir Mir Mehmet Fırat bildirib ki, məhkəmə qərarlarına hamı hörmət göstərməlidir. Ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Məhərrəm İncə isə cəmiyyətdə atatürkçü, ulusalçı (milli dövlətçi) kimi tanınan şəxslərin həbsinə sərt şəkildə etiraz edib. O, "mən də ulusalçıyam, məni də həbs edin", deyə hakimiyyətə səslənib. M. İncə "Ergenekon" adlandırılan təşkilatla bağlı istintaqın bir ildir davam etdiyini və hələ də ittiham aktının hazırlanmadığını vurğulayıb: "Son bir ildə bu istintaq çərçivəsində həbs olunanların ortaq özəlliyi AKP-yə qarşı müxalifətdə olmalarıdır. Bu həbslər Türkiyədə böyük olayların olacağını göstərir. Türkiyənin mənafeyini qorumaq, ölkənin təbii ehtiyatlarının, sərvətlərinin gecəyarısı xaricilərə satılmasına qarşı çıxmaq, hökumət mənsublarının xaricdə Türkiyəni tənqid etməsini pisləmək, hökumətin əleyhinə çıxmaq cinayətdirsə, mən də cinayətə yol verirəm. Məni də tutsunlar". Polis əməliyyatının əsas hədəfi - Atatürkçü Düşüncə Dərnəyinin baş katibi Suay Karaman isə baş verənləri "mülki çevriliş" kimi qiymətləndirib: "Türkiyədə iqtidar tərəfindən mülki çevriliş həyata keçirilir. Bunun nəticələrini yaxın vaxtlarda görəcəyik. Bu proses hansısa mərhələdə mütləq dayanacaq". -
07-01-2008, 04:01 PMAPATürkmənistanda köhnə təqvim bərpa olunub
[b]Türkmənistanda köhnə təqvim bərpa olunub[b]
[Bakı. Zaur Nurməmmədov-APA. İyulun 1-dən Türkmənistan yenidən Qreqorian təqviminə qayıdıb. APA-nın məlumatına görə, Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdımuhəmmədov köhnə təqvimə qayıtmaq barədə sərəncam imzalayıb. Köhnə təqvimi qaytarmaq təklifi ilə prezidentə parlamentin sədri Ağca Nurberdıyeva müraciət edib. Xatırladaq ki, Türkmənistanda ayların adı 2002-ci ilin avqustunda mərhum prezident Saparmurad Niyazov tərəfindən dəyişdirilib. Yeni ay adları Türkmənbaşının hakimiyyəti dövrünü, eləcə də türkmənlərin tarixini əks etdirib. Niyazovun qərarı ilə yanvar ayı "Türkmənbaşı", aprel ayı onun anasının adı ilə "Qurbansoltan", noyabr ayı "Səncər", iyun ayı "Oğuz", fevral ayı "Bayraq", sentyabr isə "Ruhnamə" adlandırılıb. Müvafiq olaraq digər ayların da adı dəyişdirilib. Üstündən bir il keçəndən sonra Türkmənbaşı həftənin günlərinin adlarını da dəyişib. Bazar ertəsi "baş gün", bazar günü isə "dinc gün" adlandırılıb. Şənbə isə Niyazovun "Ruhnamə"sinin şərəfinə "ruh gün" adlandırılıb. -
07-01-2008, 04:11 PMAPAYAP-ın rəsmi saytında Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı sorğu keçirilib
[b]YAP-ın rəsmi saytında Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı sorğu keçirilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı öz rəsmi saytında sorğu keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, "Milli Məclisin seçki qanunvericiliyini təkmilləşdirmək istiqamətində Seçki Məcəlləsinə son əlavə və dəyişiklikləri necə qiymətləndirirsiniz?" sualına sayt istifadəçilərinin 60 faizi müsbət qiymət verib. Respondentlərin 13 faizi əlavə və dəyişikliyi normal qarşıladığını, 12 faizi isə bu dəyişiklərin zərurətdən irəli gəldiyini ifadə edib. 15 faiz isə bu dəyişiklikləri mənfi qarşılayıb. YAP mətbuat xidmətinin sorğunun nəticələrinə yazdığı şərhdə bildirilir ki, cəmiyyətin təxminən 85 faizi bu dəyişikliklərə ümumilikdə loyal yanaşıb və prosesi seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndiriblər: "Bu nəticə bir daha göstərdi ki, vətəndaşlar sərbəst şəkildə siyasi iradə nümayiş etdirmək əzmindədir və qarşıdan gələn prezident seçkiləri Azərbaycanda demokratik seçki mədəniyyətinin zənginləşməsinə növbəti töhfə olacaq. Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərə münasibətdə Azərbaycan iqtidarı ilə cəmiyyətin böyük əksəriyyətinin mövqeyi üst-üstə düşür və bu faktor qarşıdan gələn prezident seçkilərində hakimiyyətin namizədinə olan ictimai münasibəti də müəyyən dərəcədə aydınlaşdırır". -
07-01-2008, 04:21 PMAPADünya Səhiyyə Təşkilatı: "Tuberkulyoz virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir"
[b]Dünya Səhiyyə Təşkilatı: "Tuberkulyoz virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Hazırda tuberkulyoz virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir". APA-nın xəbərinə görə, bu barədə Dünya Səhiyyə Təşkilatının məlumatında bildirilir. Təşkilat Azərbaycanda tuberkulyozun yayılma səviyyəsinin 22,3% təşkil etdiyini açıqlayıb. Qeyd edək ki, hər il dünyada 490 min insan tuberkulyoz virusuna yoluxur və onlardan təxminən 110 mini dünyasını dəyişir. -
07-01-2008, 05:51 PMAPAElman Mirzəyev və Bayram Hacızadənin əsərləri Beynəlxalq Karikatura Bennalisində "100 ən yaxşı karitkatura" kataloquna daxil edilib
[b]Elman Mirzəyev və Bayram Hacızadənin əsərləri Beynəlxalq Karikatura Bennalisində "100 ən yaxşı karitkatura" kataloquna daxil edilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan karitkaturaçılarının əsərləri Fransada keçirilən Beynəlxalq Karikatura Bennalisində "100 ən yaxşı karitkatura" kataloquna daxil edilib. Bu barədə APA-ya Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı rəssam Bayram Hacızadə məlumat verib. Həmin bennalidə iştirak edən karikaturaçıalr Elman Mirzəyev və Bayram Hacızadənin əsərləri 2000 karikatura arasından seçilərək 100 karitkatuira əsərindən ibarət hazırlanan kataloqa daxil ediləcək. Bununla bərabər Azərbaycan karikturaçılarının əsərləri Avstriyada da keçirilən beynəlxalq karikatura müsabiqəsində seçilmiş ən yaxşı əsərlər sırasına daixl edilib. Bu il ərzində isə yerli karikaturaçılarımız İspaniya, Almaniya, Argentina, Braziliya və Türkiyədə keçiriləcək beynəlxalq müsabiqələrdə iştirak edəcəklər. -
07-01-2008, 06:01 PMAPABatumda Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü keçirilib
[b]Batumda Azərbaycan, Ukrayna və Gürcüstan prezidentlərinin üçtərəfli görüşü keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Batumda GUAM-ın 3-cü sammiti çərçivəsində Azərbaycan, Ukrayna və Gürcüstan prezidentləri İlham Əliyev, Viktor Yuşşenko və Mixail Saakaşvili arasında üçtərəfli görüş keçirilib.
[APA-nın məlumatına görə, görüşdə GUAM-ın problemləri və perspektivləri müzakirə olunub. Sammit çərçivəsində həmçinin "GUAM+ABŞ" formatında görüş keçirilib, birgə bəyanat qəbul edilib. Görüşdə GUAM-a sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, milli koordinator Araz Əzimov, GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze, ABŞ tərəfdən isə dövlət katibinin köməkçisi Devid Merkel iştirak ediblər. Tərəflər siyasi əməkdaşlıq, gələcək əməkdaşlığın perspektivləri, ticarət, nəqliyyat, sərhədlərin təhlükəsizliyi, vergi sahəsi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə yeni layihələri müzakirə ediblər. "GUAM+ABŞ" formatında növbəti görüş BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək 63-cü sessiyası çərçivəsində baş tutacaq. -
07-01-2008, 06:11 PMAPATürkiyədə həbslər davam edir, sabiq millət vəkili Turhan Çöməz və daha bir general isə axtarışdadır
[b]Türkiyədə həbslər davam edir, sabiq millət vəkili Turhan Çöməz və daha bir general isə axtarışdadır[b]
Ankara - APA. Türkiyədə "Ergenekon" adlandırılan qeyri-leqal təşkilata qarşı aparılan istintaq çərçivəsində "Yeniçağ TV"nin və "Habertürk" telekanalının şərhçisi, jurnalist-yazar Erol Mütərcimlər, Türkiyə Gənclik Birliyinin qurucusu Adnan Türkqan, Atatürkçü Düşüncə Dərnəyinin İstanbulun Kadıköy rayon şöbəsinin rəhbəri, istefada olan polkovnik Coşqun Gürel və bu şöbənin keçmiş rəhbəri Birol Başaran da həbs olunub.
[APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səhər saatlarında başlanan polis əməliyyatı zamanı hakim Ədalət və İnkişaf Partiyasından (AKP) xaric edilmiş sabiq millət vəkili Turhan Çöməzin də evinə basqın edilib. Ancaq T. Çöməz evdə olmayıb. Hazırda o, axtarılır. İstefada olan general Ləvənt Ərsöz da axtarılan şəxslər arasındadır. Səhər saatlarında həbs olunan Ankara Ticarət Palatasının sədri Sinan Aygün polis tərəfindən istintaq hərəkətləri aparılmaq üçün ofisinə gətirilərkən ətrafdakılara "Atatürkü və cümhuriyyəti sevməkdə ittiham olunuram", deyib. Həbslərə münasibət bildirən Demokratik Sol Partiyasının lideri Zəki Sezər AKP-nin qorxu imperiyası qurmağa çalışdığını bəyan edib. -
07-01-2008, 06:21 PMAPAAŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb
[b]AŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın icra katibi Əli Əhmədov Azərbaycandakı çoxpartiyalı sistem, həyata keçirilən demokratik islahatlar, parlamentdə təmsil olunan siyasi partiyaların demokratikləşmə prosesində iştirakı, Dağlıq Qarabağ problemi, mövcud iqtisadi inkişaf barədə ətraflı məlumat verib. Milli Məclisin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini deyən Ə. Əhmədov bu əməkdaşlığın Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. AŞ PA sədri Azərbaycanın demokratiya və insan hüquqları sahələrində əldə etdiyi nailiyyətlərin təmsil etdiyi təşkilatda yüksək qiymətləndirildiyini deyib. Qonaq AŞ PA-nın bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb etdiyini bildirib. AŞ PA sədri bu fikirlərini yaxın günlərdə Ermənistana səfəri zamanı da səsləndirəcəyini deyib. -
07-01-2008, 06:31 PMAPADünən nişanlanan Əmrə Bələzoğlu bu gün əsgərliyə gedir
[b]Dünən nişanlanan Əmrə Bələzoğlu bu gün əsgərliyə gedir[b]
[İstanbul - APA. Türkiyənin "Fənərbağça" futbol komandasına yeni transfer olunan məşhur futbolçu Əmrə Bələzoğlu nişanlanıb. APA-nın məlumatına görə, dünən Əmrə Bələzoğlunun sevgilisi Tuba Gürev ilə sadə nişan mərasimi keçirilib. Eyni zamanda Türkiyə milli komandasında da forma geyinən futbolçu bu gün isə əsgərliyə gedib. Əmrə Bələzoğlu 21 gün hərbi xidmətdə olacaq. Onun "Fənərbağça"ya transferi isə iyulun 22-də, hərbi xidməti başa vurandan sonra rəsmiləşdiriləcək. -
07-01-2008, 06:41 PMAPAAMİP-in baş katibi Beynəlxalq Demokratiya İttifaqının komissiya üzvü seçilib
[b]AMİP-in baş katibi Beynəlxalq Demokratiya İttifaqının komissiya üzvü seçilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, partiyanın sədr əvəzi Fuad Muxtarov Beynəlxalq Demokratiya İttifaqının (BDİ) beynəlxalq məsələlər üzrə daimi komissiyasının üzvü seçilib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar BDİ-nin Parisdə keçirilən zirvə toplantısında qəbul edilib. Toplantıda qurumun strateji addımları ilə bərabər BDİ-nin yeni rəhbər strukturları formalaşdırılıb, qurum daxili daimi komissiyaların tərkibi genişləndirilib. AMİP lideri Etibar Məmmədov və baş katib Fuad Muxtarov bu gün Parisdən Azərbaycana qayıdıb. -
07-01-2008, 06:51 PMAPASülhəddin Əkbər: "Seçki hazırlığı davam etsə də, istənilən mərhələdə boykot məsələsi gündəmə gələ bilər"
[b]Sülhəddin Əkbər: "Seçki hazırlığı davam etsə də, istənilən mərhələdə boykot məsələsi gündəmə gələ bilər"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Mövcud şəraitdə prezident seçkiləri ilə bağlı elə qərar qəbul etməyə çalışırıq ki, partiya və Azərbaycan demokratiyası üçün daha az ziyanlı olsun". Bu açıqlamanı APA-ya Müsavat Məclisinin sədri Sülhəddin Əkbər verib. Onun sözlərinə görə, partiyada seçki hazırlığı davam etsə də, istənilən mərhələdə boykot məsələsi gündəmə gələ bilər. O, partiyanın konkret qərar qəbul etməsi üçün hələ vaxt olduğunu vurğulayıb: "Daha az ziyanlı qərarın müəyyənləşməsi üçün hələ vaxtımız var. Mən qərar qəbulunda tələsməyin tərəfdarı deyiləm". S. Əkbər seçkilərdə iştirak edib-etməməklə bağlı hazırda partiyadaxili müzakirələrin aparıldığını qeyd edib: "Məclis ötən il seçkilərdə iştirakla bağlı qərar qəbul edib. Amma bununla bərabər Məclis boykot hüququnu da özündə saxlayır. Müzakirələr bitəndən sonra avqustun əvvəllərində Məclisin iclası çağırılacaq və yekun qərar qəbul ediləcək". -
07-01-2008, 07:01 PMAPATürkiyədə daha bir general tutulub və həbsdəki zabitlərin sayı 13-ə çatıb
[b]Türkiyədə daha bir general tutulub və həbsdəki zabitlərin sayı 13-ə çatıb[b]
Ankara - APA. Türkiyədə "Ergenekon" əməliyyatı çərçivəsində həbs olunanların sayı 70-i ötüb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Əmniyyət Müdirliyinin (polis təşkilatı) bu gün həyata keçirməyə başladığı əməliyyatın yekunlaşmasından sonra saxlanılanların sayının daha da artacağı gözlənilir.
[Son olaraq Jandarma Qüvvələrinin keçmiş kəşfiyyat rəisi, istefada olan general Ləvənt Ərsöz də polis tərəfindən saxlanılıb. Bununla da indiyədək həbs olunan keçmiş ordu zabitlərinin sayı 13-ə çatıb. Onlardan 4-ü generaldır. Həbs olunanların 12 nəfəri jurnalist-yazar, 3-ü siyasətçi, 2-si ali məktəb dosenti, digərləri isə müxtəlif millətçi-atatürkçü dərnəklərin üzvləri və sıravi vətəndaşlardır. -
07-01-2008, 07:11 PMAPADəniz Baykal Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib
[b]Dəniz Baykal Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib[b]
[Ankara - APA. Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanı diktatura qurmaq cəhdində ittiham edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, CHP-nin parlament fraksiyasının toplantısında çıxış edən D. Baykal Türkiyənin tarixi bir yolayrıcından keçdiyini bildirib: "Kütləvi həbslər, cəmiyyətin ən hörmətli insanlarının içəri atılması hüquqi dövlətdə mümkün olan şeylər deyil. Bir ildir bu proses ittiham aktı olmadan davam etdirilir. AKP-yə yaxın media da bu işin içindədir. Böyük bir kampaniya aparılır. Mən daha əvvəl də demişdim: AKP öz dərin dövlətini qurur". D. Baykal kütləvi həbslərin, sürgünlərin adətən çevriliş baş verən dövrlərdə müşahidə olunduğunu xatırladıb: "Faşist Almaniyasında Hitlerin hakimiyyətə gəlməsindən sonra 1934-cü il iyunun 30-dan iyulun 1-nə keçən gecə hücumlar təşkil olundu. Ertəsi gün həbslər başladı. Sosialistlər, rahiblər, qaraçılar, şəxsi düşmənlər həbs olundu. Sonra bu proses rejim dəyişikliyinə qədər getdi. SSRİ-də də bənzər dəyişikliklər oldu, İranda da molla rejimi qurularkən oxşar hadisələr baş verdi. Bu gün isə Türkiyədə atatürkçülər, dünyəvi respublikanı müdafiə edənlər hədəfdədir". -
07-01-2008, 07:21 PMAPAAzərbaycan Müdafiə Nazirliyi Gürcüstandan iki pilotsuz kəşfiyyat təyyarəsi icarəyə götürüləcəyinə dair məlumatı təkzib edib
[b]Azərbaycan Müdafiə Nazirliyi Gürcüstandan iki pilotsuz kəşfiyyat təyyarəsi icarəyə götürüləcəyinə dair məlumatı təkzib edib[b]
[Batum-APA. GUAM-ın Batum sammiti çərçivəsində Gürcüstanın Azərbaycana iki pilotsuz kəşfiyyat təyyarəsinin icarəyə verməsi məsələsi müzakirə oluna bilər. APA-nın məlumatına görə, bu barədə Gürcüstan mətbuatı xəbər yayıb. Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayılan məlumata görə, bununla bağlı hər iki ölkənin müdafiə qurumları bir ay əvvəl danışıqlara başlayıblar. Kəşfiyyat təyyarələrinin Azərbaycana altı ay müddətinə icarəyə verilməsi nəzərdə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya bildirib ki, bu barədə onlarda məlumat olmadığını bildirib: "Məncə, bu düzgün informasiya deyil. Məlumatı bizə istinadən yayanlar yanlışlığa yol veriblər". -
07-01-2008, 07:31 PMAPAMonqolustanda hakim partiyanın qərargahı yandırılıb
[b]Monqolustanda hakim partiyanın qərargahı yandırılıb[b]
[Ulan-Bator - APA. Monqolustanda keçirilən parlament seçkilərində hakim Xalq İnqilab Partiyasının qələbəsinin elan olunmasından sonra paytaxt Ulan-Batorda kütləvi iğtişaş başlayıb. APA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, təxminən 3 min müxalifət tərəfdarı seçkilərin saxtalaşdırıldığını bildirərək hakim partiyanın qərargahının qarşısına toplaşıb. Onlar binaya od vurublar. Polis kütləni dağıtmaq üçün havaya atəş açıb və gözyaşardıcı qazdan istifadə edib. Yanğınsöndürənlər daşa basılsalar da, yanğını söndürə biliblər. Ulan-Batorda qarışıqlıq davam edir.Qeyd edək ki, Monqolustanda parlament seçkiləri iyunun 29-da keçirilib. İlkin məlumata görə, Xalq İnqilab Partiyası 76 yerlik Böyük Xalq Xuralında (parlament) 45, müxalifətçi Demokrat Partiyası isə 21 yer əldə edib. Xalq İnqilab Partiyası 1921-ci ildən hakimiyyətdədir. SSRİ-nin dağılmasından sonra partiya marksizm-leninizm prinsiplərindən imtina edib. -
07-01-2008, 07:41 PMAPABatumda GUAM dövlət başçılarının üçüncü sammiti işinə başlayıb
[b]Batumda GUAM dövlət başçılarının üçüncü sammiti işinə başlayıb[b]
Batum-APA. Batumda GUAM dövlət başçılarının üçüncü sammiti işinə başlayıb. APA-nın məlumatına görə, sammit "GUAM Avropanın şərqini birləşdirir" devizi altında keçirilir.
[Zirvə toplantısına Gürcüstan, Azərbaycan və Ukrayna prezidentləri ilə yanaşı 20-dən artıq ölkənin nümayəndə heyətləri qatılıblar. Sammitdə qonaq qismində iştirak edənlər arasında Polşa prezidenti Lex Kaçinski, Litva prezidenti Valdas Adamkus, Çexiyanın xarici işlər naziri Karel Şvarçenberq, ABŞ dövlət katibinin köməkçisi Devid Merkel və başqa rəsmi şəxslər iştirak edirlər. Moldova prezidenti Vladimir Voronin isə sammitə qatılmayıb. Zirvə toplantısında Moldovanı ölkənin daxili işlər naziri Valentin Mejinski və xarici işlər nazirinin müavini Valeri Ostalep təmsil edir. -
07-01-2008, 07:51 PMAPAFövqəladə hallar naziri Kəmaləddin Heydərov Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini ilə görüşüb
[b]Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini ilə görüşüb[b]
Bakı. Ramil Məmmədli-APA. Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini Viktor Poul Dobren Azərbaycana səfər gəlib. APA-nın məlumatına görə, rumıniyalı qonağın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.
[Daha sonra rumıniyalı qonaq bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb. Nazirlikdə keçirilən görüşdə Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsi üçün böyük potensialın olduğu vurğulanıb, əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin əhəmiyyəti qeyd edilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən birinin əhalinin təhlükəsiz yaşaması üçün lazımi tədbirlərin uğurla gerçəkləşməsinə yönəldiyini bildirib. Nazir rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, sistemin beynəlxalq tələblərə uyğun formalaşdırılması istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verib. Kəmaləddin Heydərov qeyd edib ki, yaranmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin uyğun qurumları ilə əlaqələr qurub, onların bu sahədə qazandıqları çoxillik iş təcrübəsindən bəhrələnib. Rumıniya nümayəndə heyətinin bu səfərinin iki ölkənin uyğun qurumları arasında əlaqələrin möhkəmlənməsinə yeni impuls verəcəyini söyləyən Kəmaləddin Heydərov yaxın gələcəkdə imzalanması nəzərdə tutulan sazişin konkret sahənin inkişafına güclü təkan verəcəyinə əminliyini bildirib. Görüşdə çıxış edən Viktor Poul Dobre fövqəladə hallara qarşı mübarizə də birgə səylərin, qarşılıqlı yardımın göstərilməsinin effektiv olduğunu qeyd edib. Görüşdə fəlakətlərin təsirlərinin qarşılıqlı alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq üzrə qarşılıqlı sənədin layihəsi ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Rumıniyanın daxili işlər və idarəçilik islahatları nazirinin müavini Azərbaycana bir günlük səfəri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarına baş çəkəcək, iş prosesi ilə yaxından tanış olacaq. -
07-01-2008, 08:01 PMAPAFransa ordusunun serjantı mülki əhaliyə atış açıb
[b]Fransa ordusunun serjantı mülki əhaliyə atış açıb[b]
[Paris - APA. Fransada girovların azad edilməsi üzrə keçirilən nümunəvi əməliyyat zamanı serjantlardan biri ətrafa toplaşan vətəndaşlara atəş açıb və 5-i uşaq olan 17 nəfəri yaralayıb. APA-nın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, insident iyunun 30-da dəniz piyadalarının ölkənin cənubundakı Karkason yaşayış məntəqəsində yerləşən paraşüt alayında baş verib. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Hadisənin səbəblərinə dair əsas versiya insan faktorudur. Belə ki, serjantın təsadüfən avtomatına təlim məqsədli güllələrin yerinə döyüş güllələri doldurduğu bildirilir. Hadisədən sonra prezident Nikola Sarkozi Quru Qoşunlarının qərargah rəisi Bruno Kuşanı vəzifədən uzaqlaşdırıb. Müdafiə naziri Evre Moren silahdan istifadə etməklə istənilən nümunəvi təlimlərin keçirilməsini xüsusi sərəncama qədər yasaqlayıb. Olayla bağlı aparılan təhqiqat prezidentin şəxsi nəzarətindədir. -
07-01-2008, 08:21 PMAPAABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik Azərbaycan jurnalistləri ilə vidalaşıb
[b]ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik Azərbaycan jurnalistləri ilə vidalaşıb[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında səfirliyin ölkədə diplomatik missiyasını başa vuran ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Heniklə Azərbaycan jurnalistlərinin vida görüşü keçirilib.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi C. Henikin 25 ildir diplomatik xidmətdə olduğunu bildirib: "O, ictimaiyyətlə əlaqələr sahəsində ilk dəfə Azərbaycanda fəaliyyət göstərib. Bu işin öhdəsindən layiqincə gəlidiyindən Dövlət Departamentinin mükafatına layiq görülüb. Conatan Henik Azərbaycanda fəaliyyət göstərdiyi üç il ərzində jurnalistlərlə gözəl peşəkar və şəxsi əlaqələr qurub, aktual mövzular barədə bəyanatlarla çıxış edib. Bundan sonra Dövlət Departamentində daha mühüm vəzifədə çalışacaq. Havay adalarında universitetdə dərs deyəcək, Şərqi Timorda diplomatik missiyada çalışacaq". C. Henik isə xələfi Terri Devidsonun 3 həftə sonra Azərbaycana gələcəyini deyib. Azərbaycan jurnalistlərinə minnətdarlığını bildirən diplomat icra etdiyi vəzifənin çətin və şərəfli olduğunu söyləyib: "Burada jurnalistlər həm jurnalist peşəkarlığına, həm də siyasi maraqlara xidmət edirlər. Bir əldə iki qarpız tutmaq olmaz. Peşəkar jurnalistika demokratiyanın inkişafı üçün ən yaxşı vasitədir. ABŞ Azərbaycanda mətbuat azadlığını daim dəstəkləyəcək". -
07-01-2008, 08:31 PMAPAPrezident İlham Əliyev DİN və Daxili Qoşunların əməkdaşlarının aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb
[b]Prezident İlham Əliyev DİN və Daxili Qoşunların əməkdaşlarının aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və ərzaq payı əvəzinə pul kompensasiyasının, mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, DİN-in xüsusi rütbəli əməkdaşlarının aylıq pul təminatı orta hesabla 125 manat, mülki işçilərinin aylıq əmək haqları orta hesabla 30 manat, dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb. Sərəncam iyul ayının 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, DİN Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50%, mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25%, hərbi qulluqçulara ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb. -
07-01-2008, 08:41 PMAPAAzərbaycan prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, DİN Baş İnformasiya Kommunikasiya İdarəsinin rəisi, polis polkovniki Dilqəm Aslanov, DİN Katibliyinin rəisi, polis polkovniki Nazim Əliyev, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis polkovniki Sahib Mirzəyev, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki Novruz Novruzova polis general-mayoru ali xüsusi rütbəsi verilib. Prezident DİN əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, DİN mətbuat xidmətinin rəisi polis polkovniki Sadiq Gözəlov və əməkdaşı Cavid Xaspoladova "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı verilib. Prezidentin digər sərəncamı ilə DİN-in bir qrup əməkdaşı təltif edilib. Təltif edilənlər arasında polis general-mayoru Həzi Aslanov, polis general-leytenantı Əhməd Əhmədov, polis general-leytenantı Vilayət Eyvazov da var. -
07-02-2008, 10:11 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 1-də saat 23.00-dan 23.40-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən iyulun 2-də saat 00.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.35-dən 01.40-dək və saat 06.35-dən 06.40-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 03.55-dən 04.20-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-02-2008, 10:21 AMAPAZaqatalada Azərbaycan polisinin yaranmasının 90 illiyi münasibəti ilə tədbir keçirilib
[b]Zaqatalada Azərbaycan polisinin yaranmasının 90 illiyi münasibəti ilə tədbir keçirilib[b]
[Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibəti ilə Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) şəxsi heyəti bu gün bayram toplantısı keçirib. RPŞ-nin rəisi Faiq Şabanovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, polis əməkdaşları ilk öncə Heydər Əliyevin rayondakı abidəsini və Şəhidlərin məzarını ziyarət ediblər, sonra RPŞ-də bayram toplantısı keçirilib. Toplantıda iştirak edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov polis əməkdaşlarını 90 illik yubiley münasibəti ilə təbrik edib. Həmçinin, işində fərqlənən polis əməkdaşları qiymətli hədiyyələr ilə təltif olunub. -
07-02-2008, 10:31 AMAPAViktor Yuşşenko: "GUAM münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməlidir"
[b]Viktor Yuşşenko: "GUAM münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməlidir"[b]
Batum-APA. "GUAM ittifaqı regional əməkdaşlıq baxımından yeni siyasi mahiyyətə malikdir". APA-nın məlumatına görə, bu fikir Azərbaycan, Ukrayna, Gürcüstan, Polşa və Litva prezidentlərinin Batum sammitindən sonra keçirdiyi brifinqdə səsləndirilib.
[Ukrayna prezidenti Viktor Yuşşenko GUAM son dərəcə uğurlu layihə adlandırıb: "Sammitdə təkcə region üçün deyil, bütün Avropa üçün əhəmiyyət daşıyan layihələri müzakirə etdik. Bizi təkcə keçmiş deyil, gələcək də birləşdirir. Ümidvaram ki, məqsədlərimizə nail olacağıq". Viktor Yuşşenko GUAM-ın münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməli olduğunu deyib: "Gürcüstan, Azərbaycan və Moldova ərazisində həllini tapmayan münaqişələr təhlükə faktoru olmaqla yanaşı qeyri-stabilliyə səbəb olur. Bəzi münaqişələrlə bağlı ortada nəinki nizamlanma planı, heç danışıqlar prosesi də yoxdur. Bu dialoqun təşkili üçün GUAM-ın cəhdlərini gücləndirmək lazımdır". Brifinqdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev əsas diqqəti regional təhlükəsizlik məsələlərinə yönəldib: "Regional təhlükəsizlik məsələləri bir kənara atılmalı deyil, çünki bizim inkişafımız regiondakı təhlükəsizlikdən asılıdır. Bizim ölkələrimizdə yüz minlərlə insan separatçı təcavüzkarlıq siyasətindən əziyyət çəkir, bu problemlər öz həllini tapmalıdır". Gürcüstan prezidenti Mixail Saakaşvili isə ölkəsinin çox çətin vəziyyətdə olduğunu bildirib: "Ümidvaram ki, indiki dünyada Avropanın parçalanması və sərhədlərə yenidən baxılması təhlükəsi ilə üzləşməyəcəyik". Polşa prezidenti Lex Kaçinski Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini deyib: "Heç bir ölkə öz ərazisində başqa ölkənin qoşunlarının olmasına dözümlülük nümayiş etdirə bilməz. Abxaziya Gürcüstanın bir hissəsidir. Ümidvarıq ki, bu münaqişə regionu ətrafında vəziyyət yaxın zamanlarda dəyişəcək". Lex Kaçinski həmçinin dekabrda NATO Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanın alyansa qəbul olunmasına dair fəaliyyət planına qəbul olunması ideyasını dəstəkləyəcəyini bəyan edib. Litva prezidenti Valdas Adamkus isə GUAM ərazisində dondurulmuş münaqişələrin təcili olaraq həllinin vacibliyini bildirib: "Bir ölkənin başqa ölkənin ərazisinə soxulması, yaxud həllini tapmayan münaqişələrin qalması kimi hallara yol vermək olmaz". -
07-02-2008, 11:01 AMAPAGUAM-ın Batum sammitinin yekunları əsasında birgə Bəyannamə imzalanıb
[b]GUAM-ın Batum sammitinin yekunları əsasında birgə Bəyannamə imzalanıb[b]
Batum - APA. Demokratiya və iqtisadi inkişaf uğrunda beynəlxalq təşkilat - GUAM-ın Gürcüstanın Batum şəhərində keçirilən zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə imzalanıb.
[APA-nın məlumatına görə, Gürcüstan, Azərbaycan, Ukrayna, Litva və Polşa prezidentlərinin imzaladığı Bəyannamədə demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, qanunun aliliyinə, xalqların mədəni irsinə və tolerantlıq ruhunun möhkəmləndirilməsinə bağlılıq ifadə olunub. Tərəflər ümumAvropa və Asiya inteqrasiya proseslərinin tərkib hissəsi kimi regional əməkdaşlığın inkişafına, ABŞ, Polşa, Yaponiya və digər dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yönəlmiş kursun dəyişməz olduğunu bildiriblər. Sənəd müəllifləri iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf strategiyasının reallaşdırılmasının vacibliyini vurğulayıblar. Bəyannamədə həlli uzanan münaqişələr, aqressiv separatizm, ekstremizm və beynəlxalq terrorçuluqdan qaynaqlanan təhlükələrdən dərin narahatlıq əks olunub. GUAM ölkələri digər dövlətlər və beynəlxalq strukturlarla sıx əməkdaşlıq şəraitində bu təhlükələri dəf etməyə hazır olduqlarını bəyan ediblər, həmçinin münaqişələrin həlli üçün beynəlxalq ictimaiyyətin dəstəyinin səfərbər olunmasının önəmini vurğulayıblar. Prezidentlər enerji təhlükəsizliyi sisteminin inkişafını davam etdirməyə və Avropa enerji daşıyıcıları bazarının diversifikasiyasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduqlarını da bəyan ediblər. -
07-02-2008, 11:31 AMAPAAŞ PA prezidenti müxalifət liderləri ilə görüşüb
[b]AŞ PA prezidenti müxalifət liderləri ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli - APA. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, DİP sədri Asim Mollazadə, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak ediblər. MBH lideri Lalə Şövkət bildirib ki, görüşdə Azərbaycanda seçkiqabağı şərait, söz azadlığı, mətbuat problemləri, həbsdə olan jurnalistlər, demokratiyanın vəziyyəti ilə bağlı müzakirə aparılıb. Onun sözlərinə görə, müxalifət liderləri AŞ PA prezidentinin diqqətinə çatdırıblar ki, Azərbaycan quruma daxil olandan sonra demokratiya sahəsində geriləmə olub. L. Şövkət görüşdə "Azadlıq" blokunun seçkiləri boykot edəcəyi faktının Luis Maria de Puçun diqqətinə çatdırıldığını vurğulayıb. MBH lideri bundan sonrakı mərhələdə müsbət istiqamətdə hər hansı dəyişikliyin olacağına və AŞ PA qətnaməsinin yerinə yetiriləcəyinə inanmadığını deyib. Müsavat başqanı İsa Qəmbər isə bildirib ki, Luis Maria de Puç ölkəmizə AŞ PA-nın Azərbaycandakı vəziyyətə dair son qətnaməsi ilə bağlı səfər etdiyini deyib: "O, qətnamədə irəli sürülmüş məsələləri hakimiyyətlə müzakirə edəcəyini və iqtidarı bu tələbləri yerinə yetirməyə çağıracaqlarını bildirdi". -
07-02-2008, 11:41 AMAPAMonqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb
[b]Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb[b]
[Ulan-Bator - APA. Monqolustanın paytaxtı Ulan-Batorda polislə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 4 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə Monqolustanın dövlət teleradio şirkəti - MNB məlumat yayıb. Ölənlərdən ikisi güllə yaralarından keçinib, digər iki nəfərin hansı şəraitdə həlak olduğu bəlli deyil. İyulun 1-də başlayan kütləvi iğtişaşlarda hüquq-mühafizə orqanlarının 400-ə yaxın əməkdaşı yaralanıb. Paytaxtda 4 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Qeyd edək ki, Monqolustanda vəziyyət iyunun 29-da keçirilən parlament seçkilərindən sonra gərginləşib. Hakim Xalq İnqilab Partiyasının 76 yerlik Böyük Xalq Xuralında (parlament) 45, müxalifətçi Demokrat Partiyasının isə 21 yer əldə etməsi açıqlandıqdan sonra müxalifət tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək etiraz aksiyalarına başlayıblar. -
07-02-2008, 11:51 AMAPARusiya xarici işlər nazirinin müavini: "ATƏT münaqişələrin nizamlanması ilə bağlı daha dəqiq və sistemli prinsiplər hazırlamalıdır"
[b]Rusiya xarici işlər nazirinin müavini: "ATƏT münaqişələrin nizamlanması ilə bağlı daha dəqiq və sistemli prinsiplər hazırlamalıdır"[b]
[Bakı. Laçın Sultanova-APA. "Dondurulmuş" münaqişələrə yanaşmalarda fikir ayrılığı bu münaqişələrin "qaynar" fazaya keçməsi təhlükəsini yaradır". APA-nın məlumatına görə, bu fikirləri Vyanada ATƏT-in təhlükəsizlik sahəsində problemlərin icmalına dair illik konfransında çıxış edən Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib. O deyib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsi ciddi çağırış olub, bu, Helsinki Yekun Aktının başlıca prinsipləri çərçivəsindən çıxan təhlükəli presedent yaradıb: "Bunun nəticəsində gündəliyə dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələləri çıxıb. Kosovo ilə bağlı vəziyyəti hüquqi müstəviyə qaytarmaq olar. Münaqişələrin nizamlanması ilə bağlı dəqiq və sistemli prinsiplər hazırlanmalı, ATƏT-ə üzv bütün ölkələr bu prinsipləri yerinə yetirməli, həmin prinsiplər ATƏT məkanında baş verən bütün münaqişələrlə bağlı istifadə edilməlidir". -
07-02-2008, 12:01 PMAPAAzərbaycanın "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq
[b]Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin builki yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.
[Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Komissiya sədri qanun layihəsinin müzakirəsinin təxirə salınmasını vaxt çatışmazlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, qanun layihəsi ikinci oxunuşda təqdimata tam hazır olsa da, parlamentin yaz sessiyasının iş qrafikinin gərgin olması qanunun müzakirəyə çıxarılmasına mane olub: "Sənəd ən azı iki iclas günü müzakirə olunmalıdır. İş qrafiki gərgin olduğundan qanun layihəsinin müzakirəsinə vaxt qalmadı". Ş. Hacıyev sənədin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağını bildirib. Komissiya sədri birinci oxunuşdan sonra qanun layihəsinin təxminən on maddəsində mahiyyət dəyişikliyi edildiyini deyib: "Redaktə xarakterli dəyişikliklər isə çoxdur. Qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı heç bir problem görmürük". -
07-02-2008, 12:11 PMAPAAzərbaycan və Çexiya xarici siyasət idarələri arasında bir sıra sənədlər imzalanacaq
[b]Azərbaycan və Çexiya xarici siyasət idarələri arasında bir sıra sənədlər imzalanacaq[b]
Bakı. Laçın Sultanova-APA. Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq iyulun 3-də Bakıya rəsmi səfərə gələcək.
[Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, səfər iyulun 5-nə kimi davam edəcək. Karel Şvartsenberq prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubovla görüşəcək. Səfər çərçivəsində Çexiya və Azərbaycan xarici siyasət idarələri arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Çexiya XİN başçısı Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumun açılışında iştirak edəcək, Bakının tarixi abidələri, o cümlədən İçəri-Şəhərlə tanış olacaq. Qeyd edək ki, K. Şvartsenberq hazırda Tiflisdə səfərdir, o dünən Batumda keçirilən GUAM-ın 3-cü sammitində iştirak edib. -
07-02-2008, 12:41 PMAPAGeneral İlkər Başbuğ: "Həbslərin ordu komandanlığı ilə razılaşdırılması fikri əsassızdır"
[b]General İlkər Başbuğ: "Həbslərin ordu komandanlığı ilə razılaşdırılması fikri əsassızdır"[b]
Ankara-APA. Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi "Ergenekon qalmaqalı" ilə əlaqədar bir sıra sabiq general və admiralların həbsinin ordu komandanlığı ilə razılaşdırılması barədə məlumatları təkzib edib.
[APA-nın məlumatına görə, avqustun 31-də Türkiyə quru qüvvələri komandanı İlkər Başbuğ həbslərin onunla razılaşdırılması barədə xəbərlərin yalan olduğunu bildirib: "Açıq şəkildə bəyan edirəm. Bununla bağlı fikirlər və düşüncələr kökündən səhvdir. Baş nazir Ərdoğanla bir neçə gün əvvəl keçirilən görüşümüzdə bu məsələ heç bir formada gündəmə gəlməyib". Qeyd edək ki, həbslərdən iki gün əvvəl İlkər Başbuğla baş nazir Ərdoğanın görüşü olub. Türkiyə mediası baş nazir Ərdoğanın istefada olan generallar Hurşit Tolon, Şener Eruyğur, İlker Güven və başqalarının həbsinin general İlkər Başbuğla razılaşdırıldığını iddia edib. Xatırladaq ki, İlker Başbuğ avqustun 31-dən etibarən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına rəhbərlik edəcək. O, bu postda təqaüdə çıxan general Yaşar Böyükanıtı əvəzləyəcək. -
07-02-2008, 12:51 PMAPAAŞ PA prezidenti: "Azərbaycanda vəziyyət dəyişməsə, payız sessiyasında siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər"
[b]AŞ PA prezidenti: "Azərbaycanda vəziyyət dəyişməsə, payız sessiyasında siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Sentyabra qədər Azərbaycanda vəziyyət dəyişməsə, Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında siyasi məhbuslar üzrə məruzəçi təyin oluna bilər".
[APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç bu gün keçirdiyi brifinqdə deyib. O, AŞ PA-nın Azərbaycanda prezident seçkisi ilə bağlı müşahidə missiyasına qurumun ölkəmiz üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik edəcəyini bildirib. AŞ PA prezidenti müşahidə missiyasında 30-dək deputatın təmsil olunduğunu söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantını dəstəklədiklərini, bunun üçün əllərindən gələn köməyi göstərəcəklərini vurğulayıb. -
07-02-2008, 01:01 PMAPAGöygöl rayonunda Azərbaycan polisinin 90 illiyi qeyd olunub
[b]Göygöl rayonunda Azərbaycan polisinin 90 illiyi qeyd olunub[b]
[Göygöl. Nəzakət Məşədiəliqızı - APA. Göygöldə Azərbaycan polisinin yaranmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, polis əməkdaşları Heydər Əliyevin abidəsini, daha sonra 1990-1991-ci ildə şəhid olan 6 polis əməkdaşının məzarını ziyarət ediblər. Keçirilən bayram tədbirində vəzifəsinin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları mükafatlandırılıb. Göygöl rayon Polis Şöbəsinin rəisi Məhərrəm Quliyev ötən illə müqayisədə, bu ilin 6 ayı ərzində cinayətlərin sayının azaldığını, açılan cinayətlərin 98 faizə çatdığını bildirib. -
07-02-2008, 01:11 PMAPARöyanın üç günlük konsertinin sonuncu günü xeyriyyə məqsədli olacaq
[b]Röyanın üç günlük konsertinin sonuncu günü xeyriyyə məqsədli olacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. Röyanın Yaşıl Teatr Bakı Konsert Kompleksində verəcəyi üç günlük konsertinin sonuncu günü xeyriyyə məqsədi daşıyacaq. Bu barədə APA-ya konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu deyib. Onun sözlərinə görə, iyulun 5-i və 6-sı konsert bilet satışı, 7-də isə dəvətlə olacaq. Sonuncu konsertə əlillər, kimsəsiz uşaqlar dəvət olunacaq. Konsertin biletlərinin qiyməti 20-100 manat arasındadır. Qeyd edək ki, konsretin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
07-02-2008, 01:41 PMAPALuis Maria de Puç: "Azərbaycanla bağlı qətnamədən neft iyi gəldiyini düşünənlərin Avropa Şurası barədə təsəvvürləri yoxdur"
[b]Luis Maria de Puç: "Azərbaycanla bağlı qətnamədən neft iyi gəldiyini düşünənlərin Avropa Şurası barədə təsəvvürləri yoxdur"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Qarşıdan gələn prezident seçkiləri çox mühüm məqamdır. Seçkilər bizim üçün böyük imkanlar yaradır, çox şey bu seçkilərdən asılıdır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan AŞ PA prezidenti Luis Maria de Puç verib.
[O, AŞ PA-nın Azərbaycanla bağlı son qətnaməsində qurumun ölkə qarışısnda qoyduğu tələblərin dəqiq əks olunduğunu bildirib: "Qətnamədə həmçinin bu seçkilərin demokratik standartlara tam uyğun gəlməsinə dair də tələb öz əksini tapıb". Jurnalistlərin "Avropa Şurasının bəyanatlarından neft iyi gəlmirmi" sualını cavablandıran Luis Maria de Puç bu fikirlər razı olmadığını bildirib: "Azərbaycan bağlı qətnaməmizdən neft iyi gəldiyini düşünənlərin Avropa Şurasının necə bir qurum olduğu barədə təsəvvürləri yoxdur. Düzdür, Azərbaycanın neft və qaz resursları ilə maraqlanan bəzi ölkələr var, eyni zamanda ölkənizin mühüm strateji məkanda yerləşdiyini də anlayıram. Amma Avropa Şurası bu qətnaməni hansısa iqtisadi maraqları nəzərə alaraq, deyil, demokratik əsaslara söykənərək qəbul edib. Əgər qətnamə neft faktoruna söykənsəydi, bu sənəddə insan hüquqları, medianın durumu və başqa məsələlər yer almazdı. Avropa Şurası konkret təşkilatdır. Azərbaycan Avropa Şurası qarşısında demokratikləşmə, insan haqlarının qorunması və başqa məsələlərlə bağlı öhdəlikləri yerinə yetirməlidir. Düşünürəm ki, Azərbaycana səfərim izsiz ötüşməyəcək. Hökumət nümayəndələri ilə görüşlərimdən sonra bu qənaətə gəldim ki, dediyim sahələrlə bağlı müsbət nəticələr əldə edəcəyik". Medianın mövcud durumuna toxunana Luis Maria de Puç bildirib ki, Avropa Şurası jurnalistlərin həbsdə olmasını yolverilməz hesab edir. -
07-02-2008, 02:01 PMAPAPolis Akademiyasında Azərbaycan polisinin 90 illiyi münasibətilə təntənəli tədbir keçirilib
[b]Polis Akademiyasında Azərbaycan polisinin 90 illiyi münasibətilə təntənəli tədbir keçirilib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi və Polis Akademiyasını məzunlarına diplomların verilməsi münasibətilə təntənəli tədbir keçirilib.
[APA-nın xəbərinə görə, Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin polis günü ilə bağlı təbrikini oxuyub. Təbrikdə qeyd olunub ki, Azərbaycan polisi daim cinayətkarlıqla mübarizə aparıb, insan azadlığının qorunmasında müstəsna rolu olub. Dövlət həmişə polis işçilərinə qayğı göstərib və bundan sonrada göstərəcək. Tədbirdə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan milli hökumətinin tərkibində ölkənin ilk Daxili İşlər Nazirliyi fəaliyyətə başlayıb. Onun sözlərinə görə, 1918-20-ci illəri əhatə edən fəaliyyət dövründə nazirlik və onun tərkib hissəsi olan polisin Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında müstəsna xidməti olub. 1991-ci ildə ikinci dəfə müstəqillik əldə ediləndən sonra Azərbaycanda polis strukturu yenidən formalaşdırılıb: "Azərbaycan polisi Dağlıq Qarabağ müharibəsində aktiv iştirak edib. Qarabağ uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 932 nəfəri şəhid, 681 nəfəri isə əlil olub. Döyüşlərdə göstərdiyi şücaətə görə daxili işlər orqanlarının 66 əməkdaşı milli qəhrəman, 247 nəfər isə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Transmilli və beynəlxalq cinayətkarlığa qarşı mübarizə aparan Azərbaycan polisi İnterpolun üzvlüyünə qəbul edilib". Sonra R. Usubov Polis Akademiyasının 203 məzununa diplomlarını təqdim edib. Akademiyanı əla qiymətlərlə bitirən 5 məzuna baş leytenant, 198 məzuna isə leytenant rütbəsi verilib. Tədbirin sonunda daxili işlər orqanlarının hərbi keçidi olub. -
07-02-2008, 02:11 PMAPALuis Mariya de Puç: "Avropa Şurası işğal altındakı ərazilərin azad olunmasını tələb edir"
[b]Luis Mariya de Puç: "Avropa Şurası işğal altındakı ərazilərin azad olunmasını tələb edir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç deyib.
[O bildirib ki, Avropa Şurası erməni qoşunları tərəfindən işğal olunmuş ərazilərin azad edilməsini tələb edir. Luis Mariya de Puç AŞ PA-nın ötən həftə qəbul etdiyi 1614 saylı qətnamədə Dağlıq Qarabağ problemi ilə bağlı məqamın da olduğunu xatırladıb. AŞ PA rəhbəri iki həftə sora Ermənistana səfər edəcəyini söyləyib: "Səfər zamanı mən Ermənistan hökuməti ilə danışıqlar aparacağam və öz dəyişməz mövqeyimi onlara çatdıracağam". -
07-02-2008, 02:21 PMAPAAzərbaycanın Dəvəçi rayonunda sərnişin avtobusu aşıb, iki nəfər həlak olub
[b]Azərbaycanın Dəvəçi rayonunda sərnişin avtobusu aşıb, iki nəfər həlak olub[b]
Dəvəçi. Solmaz Mehdiyeva - APA. Bu gün saat 08.00 radələrində Dəvəçinin Xaldan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
[APA-nın şimal bürosunun məlumatına görə, İstisu istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb. Nəticədə sərnişinlərdən ikisi (şəxsiyyəti hələlik müəyyənləşdirilməyib) hadisə yerində keçinib, beş nəfər isə ağır xəsarət alıb. Yaralanan Dəvəçinin Şahnəzərli kənd sakinləri Aygün Sultanova, Seyidbacı Hacıyeva, Firəngiz Muxtarova, Aynurə Həsənova və Gənclər Həsənova Dəvəçidəki Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qeyd edək ki, avtobusun bütün sərnişinləri Dəvəçinin Şahnəzərli kəndinin sakinləri olub. -
07-02-2008, 02:31 PMAPARauf Zeyni Milli QHT Forumunun prezidenti seçilib
[b]Rauf Zeyni Milli QHT Forumunun prezidenti seçilib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Milli QHT Forumunun (MQF) VII qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda təşkilatın İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyalarının sədrlərinin hesabatları dinlənilib.
[Qurumun keçmiş prezidenti Azay Quliyev isə forumun keçdiyi yol barədə danışıb. O bildirib ki, forum fəaliyyət göstərdiyi müddətdə QHT-lə dövlət orqanları arasında əlaqələrin qurulmasına nail olub. Onun sözlərinə görə, qurum vətəndaş cəmiyyətinin inkişafında zəruri olan qanunların qəbul olunmasında ciddi fəaliyyət göstərib: "Bundan sonra forum fəaliyyətini Azərbaycandan kənarda da inkişaf etdirməli, regional məsələlərlə bağlı layihələrdə iştirak etməlidir". Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Mehdiyev forumun vətəndaş cəmiyyətinin inkişafındakı rolundan danışıb. Azərbaycan dövlətinin QHT-lərin inkişafında maraqlı olduğunu söyləyən Ə. Mehdiyev deyib ki, dövlət QHT-i özünə tərəfdaş hesab edir. Sonra forumun prezidentliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyalarına (NTK) irəli sürülən namizədlərin siyahısı təsdiq olunub. Keçirilən gizli səsvermə nəticəsində Rauf Zeyni qurumun prezidenti seçilib. Bundan sonra 7 nəfərdən ibarət NTK və 21 nəfərin təmsil olunduğu İdarə Heyəti də formalaşıb. Yekun olaraq isə qurultayda qətnamə və prezident İlham Əliyevə müraciət qəbul olunub.