[b]Bakı buxtası sahilində yerləşən Bibiheybət məscidinin açılış mərasimi keçirilir[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Bakı buxtası sahilində yerləşən və son 11 ildə təmir-bərpası aparılan Bibiheybət məscidinin açılış mərasimi keçirilir. APA-nın məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, ölkənin hökumət rəsmiləri, tanınmış elm və din xadimləri iştirak edirlər.
[Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.Qeyd edək ki, XIII əsrə aid olan bu tarixi dini memarlıq abidəsinin təmir-bərpasına 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə başlanılıb. Məscid son 11 il ərzində şərq memarlıq üslubunda bərpa edilib. Bibiheybət məscidinin iki minarəsindən biri Heydər Əliyevin adını daşıyır. Müqəddəs ocaqda səkkizinci imam Rzanın (ə.s.) bacısı həzrəti Hökumə xanım dəfn olunub.
Azərbaycan Xəbərləri
Printable View

07-12-2008, 12:01 PMAPABakı buxtası sahilində yerləşən Bibiheybət məscidinin açılış mərasimi keçirilir

07-12-2008, 01:01 PMAPAAlmatıda 8 fəhlə ağac altında qalıb
[b]Almatıda 8 fəhlə ağac altında qalıb[b]
[Bakı. Turan Hüseynova - APA. Bu gün Qazaxıstanın Almatı şəhərində meşədəki ağacların aşması nəticəsində 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunlardan 18-21 yaşında olan 3 nəfər gənc xəstəxanada vəfat edib, 5 nəfər isə orta ağır vəziyyətdə olaraq qalır. Qeyd edək ki, hadisə fəhlələrin Almatı şəhərində yerləşən «Sputnik» ticarət evinin naxış işlərini apararkən baş verib. -
07-14-2008, 11:01 AMAPAGürcüstan hava sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq
[b]Gürcüstan hava sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq[b]
[Bakı. Turan Hüseynova - APA. Gürcüstan Rusiya hərbi təyyarələrinin yenidən ölkənin hava sərhədlərini pozacağı təqdirdə hava hücumundan müdafiə sistemlərindən istifadə edəcəyini və təyyarələri vuracağını bildirib. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin üzvləri, həmçinin müxalifət nümayəndələri bəyan ediblər. Deputat Georgi Tortladze həmkarlarını Gürcüstan hökuməti qarşısında bu təşəbbüslə çıxış etməyə çağırıb. Lakin məsələ ilə hələ rəsmi müraciətin edilməsinə dair qərar qəbul olunmayıb. Bəzi ekspertlərin rəyinə görə, Gürcüstan Rusiya təyyarələrinə qarşı istifadə etməyə tələb olunan müdafiə sistemlərinə malik deyil. Gürcüstan Xarici İşlər Nazirliyi isə iyulun 11-də BMT-nin Təhlükəsizlik Şurasında gürcü-abxaz, gürcü-osetin konflikt zonalarında vəziyyətin kəskinləşməsi ilə bağlı məsələnin müzakirə edilməsi üçün təcili iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib. -
07-14-2008, 11:11 AMAPAAltı gün öncə dənizə çıxan 4 Azərbaycan balıqçısı geri qayıdıb
[b]Altı gün öncə dənizə çıxan 4 Azərbaycan balıqçısı geri qayıdıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. İyulun 6-da Pirallahı sahillərindən dənizə çıxmış və göyərtəsində 4 nəfər olan motorlu balıqçı qayığı bu gecə geri qayıdıb. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov məlumat verib. Administrasiya rəisinin bildirdiyinə görə, artıq balıqçıların 4-ü də geri qayıdıb. Onların yoxa çıxmasının səbəbi isə dənizdə havaların fırtınalı keçməsi və mühərrikdə yaranan problemlərlə bağlı olub. Hadisə ilə bağlı araşdırma aparılır.Q.Qurbanov əlavə edib ki, hava şəraiti ilə bağlı bütün gəmilərin kapitanları əvvəlcədən məlumatlandırılıb və gəmilər müvəqqəti olaraq yaxın sığınacaq yerlərində lövbərə duraraq havanın sakitlənməsini gözləyib. -
07-14-2008, 11:21 AMAPAAğdamın «Sevinc» şadlıq sarayı kütləvi zəhərlənmə faktı səbəbindən bağlanıb
[b]Ağdamın «Sevinc» şadlıq sarayı kütləvi zəhərlənmə faktı səbəbindən bağlanıb[b]
[Qarabağ. Teymur Zahidoğlu - APA. Ağdam rayonunun Hindiristan kəndində fəaliyyət göstərən "Sevinc" şadlıq sarayı bağlanıb. Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Rayon Gigiyena Mərkəzinin direktoru Rəhman Məmmədov məlumat verib. Onun sözlərinə görə, iyunun 11-də toy mərasimində 60 nəfərin zəhərlənməsi ilə bağlı sözügedən şadlıq sarayına baxış keçirilib və sarayın mətbəxində natəmizlik aşkarlanıb. R.Məmmədov bildirib ki, şadlıq sarayının rəhbərliyinə təmir işlərinin aparılması tövsiyə edilib. -
07-14-2008, 11:31 AMAPAQax rayonunda Şəki sakinindən 8 kq narkotik vasitə götürüb
[b]Qax rayonunda Şəki sakinindən 8 kq narkotik vasitə götürüb[b]
[Qax. Hafiz Heydərov - APA. Azərbaycanın Qax rayonunun polis əməkdaşları Şəki rayonu sakinindən 8 kq narkotik vasitə götürüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən məlumat verilib. Polis bölməsinə daxil olan operativ məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki sakini, 1957-ci il təvəllüdlü Ələsgər Mustafa oğlu Əhmədovdan satış məqsədi ilə hazırlanmış ümumi çəkisi 8 kq olan marixuana aşkar edilərək götürülüb. Bundan başqa Qax polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 5 hektar sahədə ümumi çəkisi 12 tona yaxın 12 750 ədəd yabanı halda bitmiş çətənə kolu aşkarlanaraq məhv edilib.Zaqatala polisinin Dövlət Sərhəd Xidməti ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə rayonun Kəpənəkçi kəndi ərazisində ümumi çəkisi 3,2 ton olan çətənə kolu yandırılaraq məhv edilib. -
07-14-2008, 11:41 AMAPATürk Ordusunun 3 əsgəri şəhid olub, bir dinc sakin ölüb, 2-i yaralanıb
[b]Türk Ordusunun 3 əsgəri şəhid olub, bir dinc sakin ölüb, 2-i yaralanıb[b]
İstanbul-Mayis Əlizadə-APA. Türkiyənin Tunceli vilayətində əməliyyata çıxan əsgərlərin yolunun üstünə qurulmuş və uzaqdan idarə olunan minanın partlaması nəticəsində 2 türk hərbçisi şəhid olub.
[APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə nəticəsində yaralanmış zabit Xəlil Kırma və sıravi Samət Akdəniz helikopterlə Əlazığdakı hospitala çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Mina partlayan zaman həmçinin dağlıq ərazilərdə gizlənmiş PKK terrorçuları silahlarla atəş açıblar. Türk Ordusu terrorçuları susdurub. Helikopterlər terrorçuların olduğu nöqtəni bombalayıb və onlar zərərsizləşdirilib.Dünən həmçinin Şırnağın dağlıq ərazilərində terrorçularla ordu arasında olan atışmada əsgər Taha Koroğlu şəhid olub. PKK-nın qurbanları sırasında dinc sakin də olub. Dünən Bingölün Gənç rayonunun Gerçəkli kəndinin sakini, 30 yaşlı Mehmet Karvan odun yığmağa gedərkən terrorçuların basdırdığı mina partlayıb. M. Karvan hadisə yerində həlak olub. Onun cəsədini aparmağa gələnlərə də PKK-çılar atəş açıblar. Nəticədə iki kənd sakini yaralanıb. -
07-14-2008, 11:51 AMAPAABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqınla bağlı daha 3 nəfər saxlanılıb
[b]ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqınla bağlı daha 3 nəfər saxlanılıb[b]
[Bakı-APA. ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna basqın təşkil edənlərin aşkarlanması ilə bağlı əməliyyatlar davam edir. APA-nın məlumatına görə, Altınşəhirdə əməliyyat keçirən polis 3 nəfəri saxlayıb. Polis eyni vaxtda iki ünvanda əməliyyat keçirib. Saxlanılanların evində axtarışlar aparılıb.Bununla da Baş Konsulluğa basqınla bağlı istintaqın gedişində saxlanıların sayı 13-ə yüksəlib. Dünən həmçinin konsulluğa silahlı basqında iştirak edən Bülənt Çınar və Erkan Kargının cənazələri dəfn edilib. -
07-14-2008, 12:01 PMAPAErmənilər cəbhə xəttində atəşkəs rejimini pozublar
[b]Ermənilər cəbhə xəttində atəşkəs rejimini pozublar[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
[Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 13.30-dan 13.40-dək və saat 15.25-dən 15.29-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.05-dən 20.25-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.22-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.55-dən 23.15-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-14-2008, 12:11 PMAPABu gün Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 10 ili tamam olur
[b]Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 10 ili tamam olur[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin yaradılmasının 10 ili tamam olur. APA-nın məlumatına görə, 1998-ci il iyulun 14-də yaradılan bu qurum ölkənin ilk Konstitusiya məhkəmə nəzarəti orqanıdır.
[Konstitusiya Məhkəməsinin tərkibi 9 hakimdən ibarətdir, bu qurum öz fəaliyyətini Azərbaycan Konstitusiyasının aliliyi, ədalət, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurur. Hakimiyyətin qanunvericilik və icraedici qanadları ilə qarşılıqlı fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin səlahiyyətləri və statusu Əsas Qanun və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" qanunla müəyyənləşdirilib. Qeyd edək ki, bu gün həmdə 10 illiyini qeyd edən qurumun tərkibinin 2/3 hissəsinin səlahiyyəti başa çatır. Onlar Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunanadək səlahiyyətlərini icra edəcəklər. -
07-14-2008, 12:21 PMAPAOrdu generalı Xurşid Tolon: "Milli dövlət sistemini sona qədər müdafiə edəcəyəm"
[b]Ordu generalı Xurşid Tolon: "Milli dövlət sistemini sona qədər müdafiə edəcəyəm"[b]
Ankara - APA. Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Hikmət Ərənkaya iyulun 1-də həbs olunan və hazırda Kocaeli bölgəsinin Kandıra qəsəbəsi ərazisində yerləşən həbsxanada saxlanılan ordu generalı Xurşid Tolonla görüşüb.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, X. Tolonla uzun illərdir dost olduğunu deyən H. Ərənkaya generalla həbsxananın görüş otağında şüşə arxasından telefonla danışdıqlarını bildirib: "Mənə dövlətini, dostlarını və ailəsini çətinliyə salacaq heç bir hərəkətə yol vermədiyini, son dərəcə rahat olduğunu, milli dövlət sistemini sona qədər müdafiə edəcəyini söylədi. Elə bizi bir araya gətirən amil də dostluqdan öncə bu fikir birliyidir". H. Ərənkaya X. Tolonun səhhətinin yaxşı olduğunu da əlavə edib. O, eyni həbsxanada saxlanılan digər ordu generalı Şənər Əruyğur və Ankara Ticarət Palatasının sədri Sinan Aygünü də ziyarət edəcəyini vurğulayıb. -
07-14-2008, 12:31 PMAPABəhram Xəlilov: "Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil"
[b]Bəhram Xəlilov: "Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil"[b]
"Dövlət qulluğuna qəbulu şəffaf və obyektiv təşkil edə bilmişik"Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun APA-ya müsahibəsi
[- Rəhbərlik etdiyiniz komissiya fəaliyyətə başladığı iki ilə yaxın müddətdə hansı nəticələrə nail olub? - İlk növbədə onu deyə bilərəm ki, komissiya bu müddət ərzində tam formalaşıb. Biz komissiyanın işinə cəlb olunan kadrları müsabiqə əsasında seçmişik. Artıq əsasnamədə göstərilən bütün funksiyaları demək olar ki, həyata keçiririk. Komissiya əsasən dövlət qulluğuna qəbula önəm verib. Bilirsiniz ki, bu, yeni və çətin bir sahədir. Bu gün biz bu sahədə 40-a yaxın dövlət orqanı ilə əməkdaşlıq edirik. Onlar bütün vakant vəzifələri barədə məlumatları komissiyaya təqdim edirlər. Komissiya isə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün vaxtaşırı həm müsabiqələr, həm də müsahibələr elan edir. İndiyə kimi biz dörd müsabiqə keçirmişik və artıq ikinci müsahibə üzrə söhbətlər başlanıb. Bu müsahibə dövlət orqanlarında çalışan şəxslər üçündür. Onlar test imtahanı vermədən vakant dövlət qulluğu orqanlarında çalışmaq üçün müsahibədən keçirlər. Biz artıq bir sıra məqsədlərimizə nail olmuşuq. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya çox gənc bir qurumdur, bizim qarşımızda çoxlu vəzifələr durur. Amma onu deyə bilərəm ki, biz dövlət qulluğuna qəbulu şəffaf və obyektiv təşkil edə bilmişik. Hesab edirəm ki, biz bu sahədə demək olar ki, korrupsiya hallarını aradan qaldırmışıq. - Əməkdaşlıqdan kənarda qalan dövlət orqanları çoxdurmu? Ümumiyyətlə, dövlət qulluqçularının seçilməsi prosesi mərkəzləşdirilibmi? - Bizə aid olan sahədə demək olar ki, bütün orqanlarla əməkdaşlıq edirik. Bir neçə dövlət orqanı var ki, orada vakant vəzifələr yoxdur. Hətta qanuna uyğun şəkildə özləri vakant vəzifələrlə bağlı müsabiqə keçirən dövlət orqanları da bizdə olan ehtiyat kadrlar siyahısı ilə maraqlanıb, seçim aparırlar. Hesab edirəm ki, bu, komissiyanın fəaliyyətinin qiymətləndirilməsidir.- Söhbət hüquq-mühafizə orqanlarından gedir?- Bəli. Bilirsiniz ki, həmin orqanların özlərinin vakant dövlət qulluğu vəzifələri ilə bağlı müsabiqə keçirmək hüquqları var. Amma bizim ehtiyat kadrlar siyahımızla həm Vergilər Nazirliyi, həm də Ədliyyə Nazirliyi maraqlanır. - Gələcəkdə həmin dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin də mərkəzləşdirilmiş qaydada müsabiqə, müsahibə yolu ilə keçirilməsi mümkündürmü? - Hələlik, proses indiki qaydada davam edir. Təbii ki, komissiya bütün dövlət orqanlarında olan dövlət qulluğu vəzifələri üçün seçim apara bilər. Belə olan halda komissiya üçün daha çox kadrlar, resurslar lazım olacaq. - İndiyə kimi vakant dövlət qulluğu vəzifələrinə müsabiqədən kənar qəbul hallarına rast gəlibsinizmi? - Əvvəllər belə hallar olurdu. Biz də bu cür faktlarla rastlaşanda müvafiq təqdimatlar verib, həmin qərarın ləğvinə nail olurduq. İndi isə bununla bağlı nadir faktlar ola bilər. Hamı bilir ki, dövlət qulluğuna müsabiqədən kənar qəbul qanuna ziddir. Belə hal baş verərsə, bu, qanunvericiliyin pozulmasıdır. Müsabiqədən kənar şəkildə dövlət qulluğuna qəbul əmrləri heç bir hüquqi qüvvəyə malik deyil.- Bu yaxınlarda verdiyiniz açıqlamada demişdiniz ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin nəticələrindən o qədər də razı deyilsiniz. Narazılığın kökündə nə dayanır? - Sonuncu müsahibə və müsabiqəyə 600-dən çox vakant vəzifə çıxarılmışdı. Onların bir hissəsi elə vakant olaraq da qaldı. Namizədlərin hazırlığı bizim tələblərimizə uyğun deyil. Kimsə ali məktəbin diplomunu daşıyırsa, həmin diplom ən azı minimum bilikləri təsdiqləməlidir. Bəzən belə olur, həm çox yaxşı gənc bir mütəxəssis, həm də niyə oxuduğunu belə bilməyən birisi eyni ali məktəbin diplomunu daşıyır. Bu, təbii ki, acınacaqlı bir haldır. Mən hər kəsə demək istəyirəm ki, diplom bilikləri təsdiq etməlidir. Diplom biliyi təsdiqləməyəndə onu daşıyanlar həyatda seçim edə bilməyəcəklər. Bizim gənclər dövlət qulluğunda çalışmaq istəyirlərsə, oxumalı, öz üzərində çalışmalı, dövlət qulluqçu üçün lazım olan meyarlara yiyələnməlidirlər. Dövlət qulluğuna digər meyarlarla daxil olmaq mümkün olmayacaq. Bəlkə başqa meyarlarla dövlət qulluğuna qəbul olunacaqlarına arxalananlar yanılırlar. Onlar bu fikirdən daşınmalıdırlar.- Demək olar ki, müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələrinin bir çoxu boş qalır. Bu, həmin vəzifələr üzrə maaşların az olmasından irəli gəlmir ki? - Bu da səbəblərdən biridir. Digər tərəfdən, elə vəzifələr var ki, ora sənəd verənlər olur, amma onlar bizim müsabiqədən keçə bilmirlər. - Komissiya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması üçün hazırlıqlara başlamışdı. Belə bir sistem özündə nəyi ehtiva edir? - Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi bütün dünyada geniş yayılıb. Bizdə də komissiyanın vəzifələrinə uyğun olaraq hər il hər bir dövlət qulluqçusunun fəaliyyəti qiymətləndiriləcək. Qiymətləndirmənin əsas məqsədi ilk növbədə dövlət qulluqçularının tutduqları vəzifələrdə yüksəlişi üçündür. Bu zaman dövlət qulluqçularının nailiyyətləri qeyd olunur. Digər tərəfdən, dövlət qulluqçusunun zəif cəhətləri aşkarlanır və onlar təlimlərə, treninqlərə cəlb olunur. Bizdə bununla bağlı qanun qəbul edilib, hazırda qaydalar hazırlanır, razılaşdırma aparılandan sonra qaydaları təhvil verəcəyik. - Komissiya dövlət qulluqçularının etik davranış qaydalarını hansı şəkildə izləyir? - Cənab prezident dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət orqanı kimi bizim komissiyanı müəyyənləşdirib. Hansısa dövlət qulluqçusunun etik davranış qaydalarından narazı olan şəxslər bizə birbaşa müraciət edə bilərlər. Biz belə halları araşdırmalıyıq. Bununla bağlı qanunvericilik yenidir, biz ilk növbədə bu məsələ ilə bağlı dövlət qulluqçuları üçün təlimlər keçirməyə başladıq. Avropa Şurasının korrupsiyaya qarşı mübarizə üzrə layihəsi çərçivəsində də bir çox təlimlər keçirdik. Biz hər bir yeni qanunun tətbiqi üçün insanlarla işləməyə, yeniliyi onlara aşılamağa üstünlük veririk. Bu təlimlər mütəmadi olaraq davam edəcək. Belə təlimləri bu ilin sonlarına, gələn ilin əvvəllərinə də planlaşdırmışıq. Təlimlərə daha çox dövlət qulluqçusunu cəlb etməyə çalışacağıq. - İndiyə kimi dövlət qulluqçularının etik davranışları ilə bağlı vətəndaşlar tərəfindən şikayətlər olubmu? - Bəli, olub. Amma belə müraciətlər çox deyil. Həmin müraciətləri qanunvericiliklə nəzərdə tutulan qaydada araşdırırıq. Onu da deyim ki, şikayət edənlər bizim araşdırmaların nəticəsindən razılıqlarını bildiriblər. - Son zamanlar bir sıra xarici ölkələrə səfərləriniz təşkil olunub. Komissiyanın beynəlxalq əlaqələri hansı səviyyədə qurulub? - Dövlət idarəçiliyində bir çox ölkələr böyük təcrübəyə malikdir. Bizim də öz təcrübəmiz var. Bu elə sahədir ki, hər zaman qabaqcıl təcrübələri öyrənib, tətbiq etməyə çalışmaq lazımdır. Biz bu ildən başlayaraq beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq əməkdaşlığa böyük diqqət yetiririk. Son bir ayda Ukrayna Dövlət Qulluğunun Baş İdarəsi ilə hökumətlərarası saziş imzaladıq. Ötən həftə isə Fransa Dövlət Qulluğu Nazirliyində olduq, başqa qurumlarda bir çox görüşlər keçirdik. Azərbaycan və Fransanın dövlət qulluğu ilə bağlı əməkdaşlığının istiqamətlərini müzakirə etdik. Eyni zamanda bizim Çinlə, Qazaxıstanla, Qırğızıstanla əlaqələrimiz var. Onu da deyim ki, dekabrda Parisdə Avropa İttifaqının dövlət idarəetməsi üzrə strukturlarının rəhbərlərinin iştirakı ilə böyük bir tədbirin keçirməsi nəzərdə tutulub. Tədbirə bizi də dəvət ediblər. Bu tədbirdə iştirak bizə həm də beynəlxalq əlaqələrimizi daha da genişləndirməyə imkan verəcək.- Hazırda Azərbaycanda neçə vakant dövlət qulluğu vəzifəsi var? - Bunun sayını dəqiq demək çox çətindir. Amma təxmini deyə bilərəm ki, Azərbaycanda 1000-ə yaxın vakant dövlət qulluğu vəzifəsi olmalıdır. Biz avqust ayında növbəti dəfə müsabiqə elan edəcəyik. - Müsabiqələrin nəticəsindən narazı qalanlar çox olurmu? Onlar bununla bağlı komissiyaya müraciət edirlərmi? - Narazılıq halları əvvəllər çox olurdu. İndi isə onların sayı azalıb. Narazı qalanlar birbaşa bizə müraciət edirlər. Biz belə müraciətlərin hamısını araşdırırıq. Araşdırma zamanı özlərini də dəvət edirik, ehtiyac yarananda komissiya üzvlərini də yığırıq. Subyektivliyi aradan qaldırmaq üçün komissiya üzvləri müsahibənin, müsabiqənin obyektiv keçirilməsi ilə bağlı ilk növbədə iltizam verirlər. Biz söhbət prosesində namizədlərin razılığı ilə çəkiliş aparırıq. Digər tərəfdən, bizim namizədlərlə söhbət prosesimiz açıq elan olunub. İctimai təşkilatların, mətbuatın, beynəlxalq qurumların nümayəndələri istənilən zaman bizdə qeydiyyatdan keçib bu prosesdə müşahidəçi kimi iştirak edə bilər. Bu hal da müsahibələrin obyektiv aparılmasına dəlalət edir. Bəzi namizədlər bura gələndə özlərinə qiymət verib gəlirlər. Söhbət qrupunun verdiyi qiymət onların öz qiymətləri ilə üst-üstə düşməyəndə həyəcanlanmalar olur. Hər bir təvazökar insan özünə yüksək qiymət verməkdən çəkinməlidir. Amma elə insanlar da var ki, müsahibədən keçməsələr də, sonradan bizə "sağ ol" deyib bildirirlər ki, prosesdə iştirak onlara öz üzərlərində işləməyə, təcrübə yığmağa imkan verdi. -
07-14-2008, 12:41 PMAPAVenesuelalı Dayana Mendosa dünya gözəli seçilib
[b]Venesuelalı Dayana Mendosa dünya gözəli seçilib[b]
[Vyetnam-APA. Venesuela təmsilçisi, 22 yaşlı Dayana Mendosa "Kainat gözəli-2008" müsabiqəsinin qalibi olub. APA-nın məlumatına görə, bu barədə qərar dünən Vyetnamın Nyaçanq şəhərində keçirilən final müsabiqəsində açıqlanıb. Bir milyard televiziya vasitəsilə izlədiyi müsabiqəyə dünyanın 80 ölkəsindən nümayəndə qatılıb. Münsiflər heyəti onların sırasından 15 ən gözəlini seçib. Ümumi rəy əsasında "Kainat gözəli-2008" müsabiqəsinin tacı Dayana Mendosaya təqdim olunub. Qeyd edək ki, 120 min dollar qiyməti olan tacı Vyetnam zərgərləri hazırlayıblar. Korpusu ağ və sarı qızıldan olan tacın bəzədilməsi üçün mindən artıq qiymətli daş, o cümlədən 30 karatlıq 555 ağ brilyant və 14 karatlıq 375 qırmızı brilyant istifadə olunub. -
07-14-2008, 12:51 PMAPAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedəcək
[b]Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi cənub bölgəsinə qastrola gedəcək[b]
[Bakı. Roza Heydərova-APA. Aprelin 16-19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycanın cənub bölgəsində qastrol səfərində olacaq. Teatrdan APA-ya verilən məlumata görə, səfər çərçivəsində yaradıcı kollektiv Biləsuvar, Cəlilabad, Astara, Lerik, Yardımlı, Masall və Lənkəranda Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" komediyası ilə çıxış edəcəklər. Tamaşada əsas rolları xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, artistlərdən Atabala Səfərov, Elşən Rüstəmov, Elnur Hüseynov , Günel Məmmədova, İlham Əsədov canlandıracaq. -
07-14-2008, 01:01 PMAPAHeydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 39 il ötür
[b]Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 39 il ötür[b]
Bakı-APA. Bu gün Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi KOmitəsinin birinci katibi seçilməsindən 39 il ötür.
[APA-nın məlumatına görə, uzun müddət dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışan və general rütbəsinədək yüksələn Heydər Əliyevin ölkədə siyasi hakimiyyətin ən yüksək kürsüsünə təmsil olunması ilə Azərbaycanda geniş miqyaslı quruculuq işlərinin əsası qoyulub. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən dəyişib, kənd təsərrüfatı modernləşdirilib Bakı, Sumqayıt, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açılıb, Bakıda milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına məktəb fəaliyyətə başlayıb. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan sənayesi intibah dövrünü yaşayıb, neft-maşınqayırma, məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa məhsullar buraxılışı sahəsində respublika sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxıb. Ölkənin ən yaxşı məktəblərinə oxumaq üçün göndərilən minlərlə gənc sonradan ölkə həyatının ən müxtəlif sahələrində inkişafın aparıcı qüvvələrinə çevriliblər. Bu gün Azərbaycanın müxtəlif bölgələrində və paytaxt Bakıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 39 illiyi münasibətilə kütləvi-mədəni tədbirlər keçirilir. -
07-14-2008, 01:11 PMAPAXanlar Hacıyev: "Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan minə yaxın şikayət var"
[b]Xanlar Hacıyev: "Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan daxil olan minə yaxın şikayət var"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Bu günə kimi Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan ümumilikdə 1600-ə qədər şikayət daxil olub".
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev verib. Onun sözlərinə görə, Hazırda gündəlikdə olan şikayətlərin sayı 1000-ə yaxındır. Bunlardan təqribən 40 iş məhkəmə qərarlarının icra olunmaması, 40 iş isə son parlament seçkilərindən sonra edilən şikayətlərlə əlaqədardır. Xanlar Hacıyev 40-a yaxın işin icraata götürüldüyünü və kommunikasiya edildiyini bildirib. Ümumilikdə Avropa İnsan Hüquqları Məhkəməsi bu günə kimi Azərbaycanla bağlı 13 qərar çıxarıb. Hazırda icraata götürülən işlərə nə zaman baxılacağına aydınlıq gətirən Xanlar Hacıyev AİHM-in bu gündən etibarən tam tərkibdə tətilə çıxdığını və fəaliyyətini avqustun sonlarında bərpa edəcəyini bildirib. -
07-14-2008, 01:21 PMAPAİsa Qəmbər Alman Marşal Fondunun təmsilçiləri ilə görüşüb
[b]İsa Qəmbər Alman Marşal Fondunun təmsilçiləri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ-ın Alman Marşall Fondunun (GMF) Avropa üzrə direktoru Piter Van Praq və həmin qurumun proqram direktoru Pavol Demeşlə görüşüb. Partiyadan APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan seçkiqabağı şərait, insan haqlarının vəziyyəti, mətbuat, sərbəst toplaşma azadlığı və digər sahələr barədə söhbət aparılıb. Görüşdə partiya ilə fond arasında əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun sayılıb. -
07-14-2008, 01:31 PMAPAAzərbaycan prezidenti fransalı həmkarını təbrik edib
[b]Azərbaycan prezidenti fransalı həmkarını təbrik edib[b]
[Azərbaycan prezidenti İlham Əliyev Fransanın milli bayramı, Bastiliyanın alınması günü münasibətilə həmkarı Nikola Sarkozini təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrik məktubunda Azərbaycan-Fransa münasibətləri müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb və iki ölkə arasında daim genişlənən dostluq əlaqələrinin, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlığın ikitərəfli münasibətlərin dinamikasının və məzmununun bariz göstəricisi olduğu qeyd edilib: " Biz Fransanın Azərbaycana maraq və diqqətindən, ölkəmizin qarşısında duran məsələlərin həllinə öz töhfəsini vermək istəyindən məmnunluq duyuruq. Bu qəbildən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi prosesinə Fransanın İttifaqa sədrliyi dövründə xüsusi dəstək vermək niyyətində olması bizim üçün çox əhəmiyyətlidir. Ən başlıcası isə, ölkəmizə qarşı təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın öz fəallığını və əzmkarlığını daha da artıracağına böyük ümidlər bəsləyirik". -
07-14-2008, 01:41 PMAPAProkuror "Azadlıq" qəzetinin müxbirinə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə cəza istəyib
[b]Prokuror "Azadlıq" qəzetinin müxbirinə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinə cəza istəyib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev S. Strekalinin 2 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsini istəyib. A. Xəlilin vəkili Elçin Sadıqov isə S. Strekalinə bəraət verilməsini istəyib: "Çünki ondan şikayətimiz yoxdur". A. Xəlil isə keçirilən məhkəmədə özünü zərərçəkmiş hesab etmədiyini qeyd edib. S. Strekalinin vəkili Akif Məlikov isə çıxışında A. Xəlil müdafiə etdiyi şəxsi onu bıçaqlamağa məcbur edib. Vəkil S. Strekalinə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) ilə bəraət verilməsini, digər ittiham üzrə yüngülləşdirici halların nəzərə alınmasını xahiş edib. Sonra hakim hökm çıxarmaq üçün müşavirə otağına yollanıb. Məhkəmə hökmünü iyulun 15-də elan edəcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
07-14-2008, 01:51 PMAPAAzərbaycanlı məcburi köçkünlərin Avropa Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia üzrə qərar yaxın zamanda veriləcək
[b]Azərbaycanlı məcburi köçkünlərin Avropa Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia üzrə qərar yaxın zamanda veriləcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan vətəndaşları olan məcburi köçkünlər tərəfindən Ermənistanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 500 şikayət göndərilib. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyev verib.
[Onun sözlərinə görə, şikayətlər üzrə həm Azərbaycan, həm də Ermənistan hökumətinə müvafiq suallar göndərilib: "Yəqinki by yaxınlarda şikayətlər üzrə qərar veriləcək". X Hacıyev onu da bildiribki, Azərbaycandan köçmüş ermənilər tərəfindəndən də Avropa Məhkəməsinə təxminən ölkəmizə qarşı 500 şikayət edilib. -
07-14-2008, 02:01 PMAPAVenesiya Komissiyasının katibi Canni Bukikkio: "Azərbaycanın Seçki Məcəlləsinin mətni qısaldılmalı və sadələşdirilməlidir"
[b]Venesiya Komissiyasının katibi Canni Bukikkio: "Azərbaycanın Seçki Məcəlləsinin mətni qısaldılmalı və sadələşdirilməlidir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanın yeni qəbul olunmuş Seçki Məcəlləsinə dəyişikliklərə hələ də ehtiyac var". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio verib.
[Onun sözlərinə görə, Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi vacibdir: "Yəqin ki, gələcəkdə Seçki Məcəlləsinə bu dəyişikliklər ediləcək. Amma hazırda vəziyyət buna imkan vermir. Qarşıdan prezident seçkiləri gəlir və Seçki Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi üçün praktiki olaraq vaxt yoxdur. Düşünürəm ki, indiki Seçki Məcəllə ilə azad və ədalətli seçkilər keçirmək üçün yaxşı baza rolunu oynaya bilər. Çox şey siyasi iradədən asılıdır. Azərbaycanda bütün siyasi qüvvələr - həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyət həmin qanunun tətbiqinə hörmətlə yanaşmalı və onu həyata keçirməlidir". Canni Bukikkio Seçki Məcəlləsinin müsbət və mənfi tərəflərini açıqlayıb: "İlk öncə qeyd etməliyəm ki, Seçki Məcəlləsinin mətni çox uzun və mürəkkəbdir. Bu mətnin qısaldılmasına və sadələşdirilməsinə ehtiyac var. Əsas problemlərdən biri sözsüz ki, seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlıdır. İndiki tərkib bütün namizədlərə həmin komissiyalarda təmsilçilik hüququ yaratmır. Amma təbii ki, Seçki Məcəlləsində müsbət məqamlar da var. Buna barmaqlara xüsusi mürəkkəbin vurulmasını və "exit-poll"ların keçirilməsini misal çəkə bilərəm". Canni Bukikkio Milli Məclis tərəfindən qəbul olunan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun beynəlxalq norma və standartlara tam uyğun olduğunu vurğulayıb: "Bu qanun demokratik normalara tam uyğun və müasir dövrün tələblərinə cavab verir. Mən bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və mövqeyimizi ona da açıqlamışam. Azərbaycan prezidenti İlham Əliyevlə görüşümdə də Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı fikirlərimi açıqlayacağam". -
07-14-2008, 02:11 PMAPAMasallıda qardaş qardaşı bıçaqlayıb
[b]Masallıda qardaş qardaşı bıçaqlayıb[b]
[Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunun İsgəndərli kənd sakini, 1965-ci il təvəllüdlü Kazım Zabitxan oğlu Abdullayev doğma qardaşı, 1971-ci il təvəllüdlü Elxan Abdullayevi bıçaqlayıb. Rayon Prokurorluğunun müstəntiqi Cəlil Mahmudovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. K. Abdullayev qardaşına 5 bıçaq zərbəsi endirib. Ağır yaralanan E. Abdullayev xəstəxanaya aparılarkən yolda keçinib. K. Abdullayev həbs olunub. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb. -
07-14-2008, 02:21 PMAPAXəzər İbrahim: "Münaqişələrlə zəngin bölgədə yeni münaqişənin yaranması regionun mənafeyinə uyğun deyil"
[b]Xəzər İbrahim: "Münaqişələrlə zəngin bölgədə yeni münaqişənin yaranması regionun mənafeyinə uyğun deyil"[b]
[Bakı. Laçın Sultanova-APA. "Azərbaycan-İran münasibətlərinin ABŞ-la münasibətlərimizə, yaxud əksinə ABŞ-la münasibətlərimizin İranla olan münasibətlərimizə heç bir aidiyyəti yoxdur". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim verib. ABŞ səfiri Ann Dersinin İranın fəaliyyətinin Azərbaycan üçün də təhlükə doğurması fikrini şərh edən Xəzər İbrahim bildirib ki, Azərbaycan müxtəlif dövlətlərlə öz münasibətlərini bərabər hüquq əsasında qurur: "Azərbaycan regionda sülh və sabitlik tərəfdarıdır, biz bölgədəki bütün ölkələrlə regionda sabitliyin bərqərar olunması üçün iş görürük və bu işimizi bundan sonra da davam etdirəcəyik. Region onsuz da münaqişələrlə doludur, hansısa digər yeni problemin yaranması regionun mənafeyinə uyğun deyil". -
07-14-2008, 02:31 PMAPAXəzər İbrahim: "Neft gəlirləri Azərbaycanın inkişafına yönəlib və yönələcək"
[b]Xəzər İbrahim: "Neft gəlirləri Azərbaycanın inkişafına yönəlib və yönələcək"[b]
[Bakı. Laçın Sultanova - APA. "Hər dövlət kimi, Azərbaycan da öz təbii ehtiyatlarından dövlətçiliyin möhkəmləndirilməsi məqsədilə istifadə edir". APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın "Azərbaycan neft gəlirlərini silahlanmaya yönəldir" fikrinə münasibət bildirərkən deyib. O, Azərbaycanın neft və qazdan daha önəmli potensiala malik olduğunu vurğulayıb: "Azərbaycanın əsas potensialı onun insan kapitalıdır. Neft və qaza gəldikdə isə, bəli, biz ondan müxtəlif sahələrin inkişafı üçün istifadə edirik. Neft gəlirləri Azərbaycan iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin, ölkənin hərbi qüdrətinin inkişafına yönəlib və yönələcək. Bu, normal praktikadır". -
07-14-2008, 02:41 PMAPAAvropa Şurasının Bakı ofisi seçkilərlə bağlı treninqlər keçirəcək
[b]Avropa Şurasının Bakı ofisi seçkilərlə bağlı treninqlər keçirəcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurasının Bakı ofisi Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində bir sıra treninqlər təşkil edəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib. O, jurnalistlər üçün 6 treninq hazırlandığını və əsas məqsədin seçkilərin peşəkar səviyyədə işıqlandırılması olduğunu bildirib. Seçki komissiyalarının üzvləri üçün də treninqlər olacaq. Müşahidəçilər üçün treninqlərin təşkili isə hələ müzakirə olunur. -
07-14-2008, 02:51 PMAPAXəzər İbrahim: "Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir"
[b]Xəzər İbrahim: "Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir"[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan ATƏT-in Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir, Ermənistan isə əksinə, onlara qarşı çıxır".
[APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların Helsinki Yekun Aktının 2-ci, 4-cü və 8-ci bəndləri əsasında aparıldığı, Azərbaycanın isə danışıqlar prosesi haqqında özünün istədiyi kimi məlumat verdiyi barədə bəyanatına münasibət bildirən X. İbrahim həmin bəndlərdə yazılanları xatırladıb: "Bu sənədin 2-ci bəndində deyilir ki, Helsinki Yekun Aktının heç bir iştirakçısı digərinə qarşı gücdən istifadə etməməlidir. Hamıya bəllidir ki, Ermənistan bu bəndə tamamilə zidd hərəkət edərək digər dövlətin ərazisini güc tətbiq etməklə ələ keçirib. Digər tərəfdən, Nalbandyan bu bəyanatı verməklə işğalçının onların iddia etdiyi kimi Dağlıq Qarabağın hansısa qüvvələri yox, məhz Ermənistan olduğunu birbaşa etiraf etmiş olub. Azərbaycan isə heç vaxt kimisə güc tətbiq etməklə hədələməyib. Biz sadəcə, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi, ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bildiririk". X. İbrahim Helsinki Aktının 4-cü bəndində dövlətlərin ərazi bütövlüyünün qorunmasından bəhs olunduğunu söyləyib: "Heç bir iştirakçı dövlət digərinin ərazi bütövlüyünə şübhə ilə yanaşmamalı və ona qarşı fəaliyyət göstərməməlidir. Nalbandyan və onun ölkəsi buyursun, praktikada bunu yerinə yetirsin. Onların çox hallandırdığı öz müqəddəratını təyinetmə hüququ 8-ci bənddə əksini tapıb. Orada açıq-aşkar bildirilir ki, öz müqəddəratını təyinetmə hüququ yalnız BMT Nizamnaməsi, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər". X. İbrahim Azərbaycanın Helsinki Yekun Aktının və beynəlxalq hüququn bütün prinsiplərinə sadiq olduğunu bir daha bəyan edib. -
07-14-2008, 03:01 PMAPA"Ergenekon" işinin 2455 səhifəlik ittihamnaməsi məhkəməyə göndərilib
[b]"Ergenekon" işinin 2455 səhifəlik ittihamnaməsi məhkəməyə göndərilib[b]
[İstanbul. Mayis Əlizadə - APA. Bu gün yerli vaxtla saat 10.45-də İstanbulun Beşiktaş rayonundakı Ağır Cəza Məhkəməsinin həyətində İstanbul cümhuriyyət baş prokuroru Aykut Cengiz Engin ictimaiyyətə ""Ergenekon" prosesi" kimi təqdim edilən istintaqın ittihamnaməsini açıqlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, baş prokuror 13 aydır gözlənilən ittihamnamənin gec elan edilməsinin səbəbini istintaq prosesində yüz minlərlə səhifədən ibarət sənədin araşdırılması, bunun nəticəsində yeni həbslərin aparılması, bir çox həbsdən sonra məhkəməyə şikayətlərin daxil olması ilə əsaslandırıb. O, ittihamnamənin 2455 səhifə olduğunu bildirib. A. C. Engin ittihamnamədə adı keçən 48 nəfərin terror təşkilatı qurmaq, onu idarə etmək, hökumətin fəaliyyətini əngəlləmək məqsədilə xaos yaratmaqda ittiham olunduğunu söyləyib. Baş prokuror "Ergenekon" adının istintaqa prokurorlar tərəfindən verilmədiyini, həbs edilən şübhəli şəxslərin öz fəaliyyətlərində belə bir addan istifadə etdiklərini deyib. O, iyulun 1-də həbs edilmiş 10 nəfər haqqında hələlik ittihamnamə hazırlanmadığını, bu şəxslər barədə hazırlanacaq itttihamnamənin prosesə əlavə ediləcəyini açıqlayıb.Qeyd edək ki, "Ergenekon" işi üzrə istintaq 2007-ci il iyunun 12-də İstanbulun Ümraniyyə səmtində 27 əl qumbarasının tapılmasından sonra başlayıb. İstintaq çərçivəsində "Musanın çocukları: Tayyip ve Emine", "Musanın Gülü", "Musanın mücahidi: Bülent Arınç", "Musanın AKP-si" adlı kitabların müəllifi Ərgün Poyraz, istefada olan general-mayor Vəli Kiçik, İşçi Partiyasının sədri Doğu Pərinçək, ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, Ankara Ticarət Palatasının sədri Sinan Aygün kimi tanınmış şəxslər həbs edilib. İstanbuldakı 13-cü Ağır Cəza Məhkəməsi 15 gün ərzində baş prokurora məhkəmə istintaqının başlayıb-başlamayacağına dair cavab verəcək. -
07-14-2008, 03:11 PMAPAMətbuat Şurası jurnalistlərin əfvi xahişi ilə Prezidentə müraciət edib
[b]Mətbuat Şurası jurnalistlərin əfvi xahişi ilə Prezidentə müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Mətbuat Şurası həbsdə olan jurnalistlərin - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, həmin qəzetin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit), "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevin əfvi xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
[Bu barədə APA-ya Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə bildirib. Həbsdəki jurnalistlərin əfvi üçün prezidentə müraciət edilməsi barədə Azərbaycan Jurnalistlərinin V Qurultayının qətnaməsində ayrıca maqam olduğunu xatırladan R. Hüseynzadə deyib ki, müraciət şura sədri Əflatun Amaşov tərəfindən imzalanıb. Onun sözlərinə görə, müraciətdə həbsdəki jurnalistlərin cəzalarının müəyyən hissəsini çəkmələrini, ailə vəziyyətlərini, ahıl valideynlərinin olmasını nəzərə alaraq prezidentdən onların əfv edilməsi xahişi öz əksini tapıb. -
07-14-2008, 03:21 PMAPAAzərbaycandakı prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək
[b]Azərbaycandakı prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək[b]
[Şirvan. Əlibəy Zeynalov - APA. Bu gün Şirvanda ATƏT-in Bakı ofisi, Mərkəzi Seçki Komissiyası və Prezident Aparatının təşkilatçılığı ilə 18 şəhər və rayonun İcra Hakimiyyəti başçıları və 30 DSK sədri üçün seçki prosesinə müdaxilə hallarına dair məlumat sessiyası keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sessiyada çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola azad və şəffaf seçkilərin əsas prinsiplərinə riayət etməyin, seçki prosesinə müdaxilənin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, Milli Məclisin Seçki Məcəlləsinə etdiyi dəyişikliklərə əsasən seçki prosesinə müdaxiləyə görə daha sərt cəza tədbirlərinin nəzərdə tutulduğunu söyləyib. Səfir bildirib ki, bu il prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək. -
07-14-2008, 03:31 PMAPAHakimliyə namizədlər hakim vəzifəsinə avqustda təyin olunacaqlar
[b]Hakimliyə namizədlər hakim vəzifəsinə avqustda təyin olunacaqlar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Test üsulu ilə, yazılı və şifahi imtahanlardan uğurla keçərək yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə təcrübə keçməni uğurla başa vuran hakimliyə namizədlərin hakim vəzifəsinə avqustda təyin olunması gözlənilir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, bu təyinatdan sonra Azərbaycanda vakant 20 hakim vəzifəsi qalacaq. Azərbaycanda yaradılması nəzərdə tutulan inzibati işlər üzrə məhkəmələr barədə verilən suala cavabında R. Rzayev qeyd edib ki, bu məhkəmələrin apellyasiya məhkəmələrinin nəzdində kollegiya kimi fəaliyyət göstərməzi gözlənilir. -
07-14-2008, 03:41 PMAPAHər il Konstitusiya Məhkəməsinə iki mindən çox müraciət daxil olur
[b]Hər il Konstitusiya Məhkəməsinə iki mindən çox müraciət daxil olur[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Hər il Azərbaycan Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 2 mindən çox ərizə daxil olur. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu müraciətlər insan hüquq və azadlıqlarının qorunmasında mühüm yer tutur. Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi 10 il ərzində böyük işlər gördüyünü bildirən F. Abdullayev deyib ki, məhkəmənin işinə kənardan verilən qiymət də bu fikri söyləməyə imkan verir: "Hesab edirəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində öz vəzifəsini layiqincə yerinə yetirəcək". -
07-14-2008, 03:51 PMAPAYaponiyanın dövlət qurumu Kuril adalarını ölkənin ərazisi elan edib
[b]Yaponiyanın dövlət qurumu Kuril adalarını ölkənin ərazisi elan edib[b]
[Tokio-APA. Yaponiya Maarif və Elm Nazirliyi qonşu dövlətlərə ərazi iddiasını rəsmiləşdirən addım atıb. APA-nın məlumatına görə, nazirliyin bu gün nəşr etdirdiyi elmi-metodiki məcmuələrdə Kuril adaları Rusiya tərəfindən qanunsuz olaraq işğal edilmiş Yaponiya əraziləri kimi göstərilib və müəllimlərə Yaponiyanın bu adaların qaytarılması tələbinin ədalətli olduğunu tədris etmək tapşırılıb. Bundan başqa məcmuələrdə Cənubi Koreyanın Tokto adası da işğal altında olan Yaponiya torpağı kimi qələmə verilib. Cənubi Koreya hökuməti Yaponiya rəsmi qurumlarının bu addımına dərhal reaksiya verib və Tokiodakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Rusiya isə hələlik Yaponiyanın ərazi iddialarına reaksiya verməyib. -
07-14-2008, 04:01 PMAPAHacıqabul rayon sakinindən 1 kiloqram həşiş götürülüb
[b]Hacıqabul rayon sakinindən 1 kiloqram həşiş götürülüb[b]
[Hacıqabul. Əlibəy Zeynalov-APA. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini Zöhrə Məmmədova rayon vağzalının ərazisində saxlanılıb. Bu barədə APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saxlanan şəxsin üzərindən 1 kiloqram həşiş götürülüb. Faktla bağlı cinayət işi başlanıb, tədqiqat aparılır. /APA/ -
07-14-2008, 04:11 PMAPABakıda ağır yol qəzaları baş verib
[b]Bakıda ağır yol qəzaları baş verib[b]
[Bakı-APA. Bu gün saat 04.20 radələrində Əzizbəyov rayonu ərazisində, sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş "VAZ-2106" markalı avtomaşın aşıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, nəticədə şəxsiyyəti müəyyən edilməmiş bir kişi hadisə yerində ölüb. Əzizbəyov rayon Polis İdarəsi əməliyyat-axtarış tədbirləri aparır. Dünən isə Bakıda Nobel prospektində, teplovozla Bilgəh qəsəbə sakini Natiq Talıbov vurulub. Məlumata görə, hadisə saat 16.10 radələrində baş verib. Nəticədə N. Talıbov hadisə yerində ölüb. Faktla bağlı DİN-in Nəqliyyatda Baş Polis İdarəsi araşdırma aparır. İyulun 13-də Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 01.10 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində, Yevlax rayon sakini Elçin İsrafilovun idarə etdiyi "Moskviç-412" markalı və Türkiyə vətəndaşı Əli Sertinin idarə etdiyi "Skaniya" markalı avtomaşınlar toqquşub. E. İsrafilov hadisə yerində ölüb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır. -
07-14-2008, 04:21 PMAPAŞirvan kanalında batan iki nəfərin meyitlərinin axtarışı davam edir
[b]Şirvan kanalında batan iki nəfərin meyitlərinin axtarışı davam edir[b]
[Bakı-APA. Göyçay rayonunun Potu kəndində, rayon sakini Sadıq Qurbanov Şirvan kanalında çimərkən boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Qurbanovun meyitinin tapılması üçün tədbirlər görülür. Ağdaş rayonunun Ərəbocağı kəndində Şəki şəhər sakini Fərid Məmmədov da Şirvan kanalında çimərkən boğulub. F. Məmmədovun meyitinin tapılması üçün də tədbirlər görülür. Hər iki faktla bağlı araşdırmalar aparılır. -
07-15-2008, 11:01 AMAPAAğdaş və Göyçayda ictimai dinləmələr keçirilib
[b]Ağdaş və Göyçayda ictimai dinləmələr keçirilib[b]
[Ağdaş. Göyçay. Şahnəzər Bəşirov-APA. Ağdaş rayon icra hakimiyyətində "İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər" mövzusunda ictimai dinləmələr keçirilib. APA-nın Şirvan bürosunun məlumatına görə, ictimai dinləmələrə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrinin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılıblar. Toplantıda çıxış edən ombudsman Elmira Süleymanova İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planı qəbul olunduqdan bu günə kimi görülən işlər barədə iştirakçıları məlumatlandırıb. O, Milli Fəaliyyət Planına uyğun olaraq seçki hüququnun həyata keçirilməsi barədə danışıb və bu kontekstdə dairə və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış seminar-treninqlərin keçirildiyini xatırladıb. Toplantıda Ağdaş rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, rayon prokuroru Munis ABuzərli mövzu ətrafında çıxış ediblər. Qeyd edək ki, bu analoji dinləmələr Göyçay rayonunda da keçirilib. -
07-15-2008, 11:11 AMAPA"Riad" təhlükəsizlik xidmətinin əməkdaşlarının məhkəməsi başlayıb
[b]"Riad" təhlükəsizlik xidmətinin əməkdaşlarının məhkəməsi başlayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim İslam Neymanovun sədrliyi ilə "Riad" təhlükəsizlik xidmətinin əməkdaşları - Azər Rəhimov, Əmirağa Hacıyev, Elşən Kərimov, Cavid Hüseynov, Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti Fərhad Lətifov, İran İslam Respublikasının vətəndaşları - Ramin Atulla və Hüseyn Yusifzadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məlumata görə, məhkəmə baxışı iyulun 24-nə təyin olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 181-ci (quldurluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar. İttihama görə, onlar vətəndaşlardan hədə-qorxu yol ilə pul tələb ediblər. -
07-15-2008, 11:21 AMAPAErmənilər Goranboy və Xocavənd istiqamətində atəşkəsi pozublar
[b]Ermənilər Goranboy və Xocavənd istiqamətində atəşkəsi pozublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-də saat 10.30-dan 10.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 15-də saat 00.35-dən 00.45-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-15-2008, 11:31 AMAPASabah Ağdamın Yusifcanlı kəndi yaxınlığında monitorinq keçiriləcək
[b]Sabah Ağdamın Yusifcanlı kəndi yaxınlığında monitorinq keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 16-da Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrci Aberle keçirəcəklər. -
07-15-2008, 11:41 AMAPAEdvard Nalbandyan və Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər
[b]Edvard Nalbandyan və Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi Kondoliza Raysla görüşüb. APA-nın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. Tərəflər münaqişənin nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini yüksək qiymətləndiriblər. Bundan başqa görüşdə Ermənistana qaçaqmal qolu ilə nüvə və radioaktiv materialların gətirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.