<span style="color:#FF0000;font-size:18px;">[b]Qazaxıstanın Azərbaycandakı səfiri baş nazir Artur Rəsizadə ilə görüşüb[b]</span>
[Bakı. Tamara Qriqoryeva - APA. Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov baş nazir Artur Rəsizadə ilə görüş keçirib. APA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə əməkdaşlığının perspektivləri müzakirə edilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsinin və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini vurğulayıblar.
Azərbaycan Xəbərləri
Printable View
-
07-21-2008, 12:21 PMAPAQazaxıstanın Azərbaycandakı səfiri baş nazir Artur Rəsizadə ilə görüşüb
-
07-21-2008, 12:31 PMAPAABŞ-da Azərbaycan bəstəkarının diskinin təqdimatı keçiriləcək
<span style="color:#FF0000;font-size:18px;">[b]ABŞ-da Azərbaycan bəstəkarının diskinin təqdimatı keçiriləcək[b]</span>
[Bakı. Zaur Nurməmmədov - APA. Hollandiyada yaşayan tanınmış caz ifaçısı və bəstəkar, milliyyətcə azərbaycanlı olan Əminə Fiqarova "Above the Clouds" adlı yeni albom buraxıb. Ə. Fiqarovanın APA-ya verdiyi məlumata görə, sentyabrda Hollandiyada, oktyabrda isə ABŞ-da yeni albomun rəsmi təqdimatı keçiriləcək. Aprel-iyun aylarında Ə. Fiqarova Kanada və ABŞ turnesi çərçivəsində 18 konsert verib.Qeyd edək ki, Ə.Fiqarova 1990-cı ildən Hollandiyada yaşayır. Onun ilk albomu 1994-cü ildə işıq üzü görüb. İndiyədək sənətçi 10-dan çox albom buraxıb. -
07-21-2008, 12:41 PMAPAYanvar-iyun aylarında Azərbaycanda 10338 cinayət qeydə alınıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Yanvar-iyun aylarında Azərbaycanda 10338 cinayət qeydə alınıb[b]</span>
[Bakı. Hacı Zeynalov-APA. 2008-ci ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən respublikada 10338 cinayət qeydə alınıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib. Məlumata görə, DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 4259-u (42,9%) böyük ictimai təhlükə törətməyən, 4517-i (45,8%) az ağır, 1156-ı (11,6%) ağır və xüsusilə ağır cinayətlər olub. Qeydə alınmış cinayətlərin strukturunda 3557 (2007-ci ilin 1-ci rübü ilə müqayisədə +380 və ya 11,9%) şəxsiyyət əleyhinə, 2658 (+611; 29,8%) iqtisadi sahədə törədilən, onlardan 2603 (+611; 30,7%) mülkiyyət əleyhinə, 3354 (+279; 9,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 363 (-13; 3,4%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış cinayətlərin 90,4%, onlardan ekoloji cinayətlərin 98,8%, mənimsəmə və israetmə cinayətlərinin 97,8%, şəxsiyyət əleyhinə olan cinayətlərin 96,9%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərin 96,3%, insan alveri ilə bağlı cinayətlərin 96,1%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,7%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 93,8%, dələduzluq cinayətlərin 93,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 93,6%, xuliqanlıq cinayətlərinin 92,2%, qaçaqmalçılıq cinayətlərinin 91,2%, adam oğurluqları cinayətlərin 88,9%, soyğunçuluq cinayətlərinin 85,5%, qəsdən adam öldürmə cinayətlərinin 84,6%, zorlama (cəhdlərlə) cinayətlərinin 83,3%, avtonəqliyyat qaçırılmaları cinayətlərinin 79,4%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 78,9% açılması təmin edilib. 2008-ci ilin 1-ci yarımilliyində hədə-qorxu ilə tələb etmə cinayətlərinin 43,6% (-17; 22-39), avtonəqliyyat oğurluğu cinayətlərinin 38,5% (-5; 8-13), mal-qara oğurluğu cinayətlərinin 28,8% (-34; 84-118), mənimsəmə və israf etmə cinayətlərinin 24,4% (-11; 34-45), qəsdən adam öldürmə cinayətlərinin 4,7% (-4; 81-85), qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin 4,2% (-5; 114-119), ekoloji cinayətlərin 4,2% (-4; 90-94), zorlama cinayətlərinin 2 dəfə (-8; 8-16), rüşvət cinayətlərinin 2 dəfə (-2; 2-4) azalması ilə xarakterizə olunub, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmayıb. -
07-21-2008, 02:31 PMAPAXəzər İbrahim: "Bizim üçün əsas məsələ Türkiyənin Ermənistanla münasibətlərə dair rəsmi mövqeyidir"
<span style="color:#FF0000;font-size:18px;">[b]Xəzər İbrahim: "Bizim üçün əsas məsələ Türkiyənin Ermənistanla münasibətlərə dair rəsmi mövqeyidir"[b]</span>
Bakı. Tamara Qriqoryeva-APA. "Bizim üçün əsas məsələ Türkiyənin Ermənistanla münasibətlərə dair rəsmi mövqeyidir.
[Əgər xarici işlər naziri Əli Babacan ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz qaldığını bildiribsə, ümid edə bilərik ki, Türkiyənin atdığı addımlar da bu siyasət üzərində qurulacaq". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün Bakıda keçirdiyi mətbuat konfransında söyləyib. O, Türkiyə və Azərbaycanın dost və qardaş ölkələr olduğunu xatırladıb. O, Türkiyə ilə Ermənistan arasında aparılan məxfi danışıqlarla bağlı Azərbaycanın Türkiyə səfirliyinə heç bir sorğu göndərmədiyini bildirib. -
07-21-2008, 02:41 PMAPAXanlar Hacıyev: "Strasburqa yollananda xəzinə axtarmağa getmədiyimi bilirdim"
<span style="color:#FF0000;font-size:18px;">[b]Xanlar Hacıyev: "Strasburqa yollananda xəzinə axtarmağa getmədiyimi bilirdim"[b]</span>
"Əvvəlki illərlə müqayisədə Azərbaycandan Avropa Məhkəməsinə daxil olan perspektivli şikayətlərin sayı çoxalıb" Bakı. Məhbubə Qasımbəyli - APA. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyevin APA-ya müsahibəsi
[- Beş ildən çoxdur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimisiniz. Azərbaycanda hakim kimi çalışmaqla Avropa Məhkəməsinin hakimi olmaq arasında fərq böyükdürmü? - Əlbəttə. Avropa Məhkəməsi tamamilə başqa bir sistemdir. Etiraf edim ki, orada çalışmaq üçün müəyyən müddət adaptasiya keçməlisən, bu yolu tez keçib uyğunlaşmalısan. Avropa Məhkəməsinin hakimi olmaq üçün müəyyən meyarlara cavab verməlisən. Təbii ki, hər məhkəmənin özünəməxsus xüsusiyyətləri, prosedur qaydaları var. Avropa Məhkəməsində hakim kimi çalışmağın müsbət cəhətləri çoxdur. Çalışdığım məhkəmənin çox effektiv aparatı var, orada çox yüksək səviyyəli mütəxəssislər çalışırlar. Hərdən mən öz-özümə təəccüblənirəm ki, bu insanları bir araya necə toplaya biliblər. Məncə, hər məhkəmə bu cür olmalıdır. Bizdə də o cümlədən. Düşünürəm, yəqin ki, biz vaxtilə məhkəmə aparatının fəaliyyətinə, orada çalışan hüquqşünaslara diqqət yetirməmişik. Amma bu məsələ xüsusi olaraq diqqətdə saxlanmalıdır.- Qaydalara əsasən Avropa Məhkəməsində Azərbaycanla bağlı bütün işlərdə iştirak edirsiniz. İndiyə kimi çətinlik çəkdiyiniz məqamlar olubmu? - Orada hansı ölkənin işinə baxılırsa, milli hakimlər prosesdə iştirak etməlidirlər. Mən də Azərbaycanla bağlı bütün proseslərdə iştirak edirəm. Amma elə bir çətinliyim olmayıb. Bu günə kimi ölkəmizlə əlaqəli 13 qərar qəbul edilib. Bəzən komitə işlərində çətinliklər olur. Sizə deyim ki, get-gedə mübahisələrin xarakteri də dəyişir. Yəqin ki, Avropa Məhkəməsi məzuniyyətdən qayıdandan sonra daha ciddi mübahisələrə baxılacaq. Mən ötən dəfə də sizə müsahibəmdə demişdim ki, milli hakimin rolu ondan ibarət deyil ki, orada dövlətini müdafiə etsin. Milli hakim ancaq ölkəsini təmsil edir. Baxılan işlərdə dövlətini səbatsız şəkildə müdafiə edəndə sən öz ölkəndə hüquqi, demokratik mədəniyyətin olmadığı barədə təsəvvür yaratmış olarsan. Bu, ən azı həmkarların tərəfindən anlaşılmazlıqla qarşılana, bəlkə də ədalətsizlik, qəribəlik kimi dəyərləndirilə bilər. Hakim qaydalara əməl etməlidir. Bir də, nəzərə almaq lazımdır ki, məhkəmənin qərarları faktlar əsasında verilir. - Adətən təmin edilən şikayətlər haqqında danışanda onları Azərbaycanın əleyhinə olan qərarlar kimi təqdim edirlər. Belədirmi? - Avropa Məhkəməsinin hər bir qərarı həmin ölkəyə, orada hüququn inkişafına xidmət edir. həmin qərarlardan Azərbaycanın bu günü və sabahı üçün bəhrələnmək lazımdır. Başqa ölkələrdə bağlı çıxarılan qərarlarla da tanış olub ölkədəki, qanunvericilikdəki problemləri aradan qaldırmaq mümkündür. Biz insan hüquqları üzrə Avropa Konvensiyasına könüllü qoşulmuşuq. Üzərimizə də öhdəlik götürmüşük ki, konvensiyada təsbit olunan hüquqları müdafiə edəcəyik. Həmin hüquqlar Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. Ona görə də heç kim heç kimə minnət qoymamalıdır. - Mətbuat nümayəndələri ilə söhbətdə bildirdiniz ki, hazırda Avropa Məhkəməsinin gündəmində Azərbaycanla bağlı təxminən 1000 iş var və onlardan 40-a yaxını icraata götürülüb. Bəs yerdə qalan işlər hansı mərhələdədir? - Azərbaycan Avropa Konvensiyasına qoşulduqdan sonra ölkəmizdən Avropa İnsan Hüquqları Məhkəməsinə 1726 şikayət daxil olub. Bu gün həmin işlərdən 1043-ü aktivdir. Yəni hazırda bu qədər şikayətə baxılır. Digər şikayətlər isə bu illər ərzində öz həllini tapıb. Bu gün işlərin sayı həm də ona görə çoxdur ki, onların sırasında ermənilərin Azərbaycana qarşı qaldırdıqları iddialar da var. Belə iddiaların sayı 495-dir. Yerdə qalan şikayətlər isə Azərbaycandan gedib. Bu günə qədər onlardan hökumətə 37 işlə bağlı bildiriş verilib. Deməli, 37 iş üzrə qərar qəbul oluna bilər. Qalan şikayətlərə isə baxılacaq və onların qəbul olunub-olunmayacağı barədə qərar veriləcək. - Azərbaycanın kiçik ölkə olduğunu və Avropa Məhkəməsinin yurisdiksiyasına yenicə qoşulduğumuzu nəzərə alsaq, şikayətlərin sayı çox deyil ki? - Mən bununla bağlı öz fikrimi demirəm. Məhkəmədə fikir belədir ki, şikayətlərin sayı artıb və onların keyfiyyəti dəyişib. Yəni artıq Azərbaycandan gələn şikayətlər perspektivli hesab olunur. O mənada ki, onlarla bağlı qərarlar çıxa bilər. Əvvəlki illərlə müqayisədə belə şikayətlərin sayı çoxalıb. Görünür, insanlar Avropa Konvensiyanın tələblərini daha yaxşı öyrənirlər və bu, şikayətlərin də keyfiyyətinə təsir edir. Onu da deyim ki, mən işə başlayanda orada Azərbaycandan bir hüquqşünas vardı, artıq ikinci hüquqşünas da işə götürülüb. Gələcəkdə üçüncü hüquqşünasın da işə cəlb olunması nəzərdə tutulur. - Şikayətlərin məzmunu barədə nə deyə bilərsiniz? - Edilən şikayətlərin 40-a yaxını məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Qeyd edim ki, məhkəmə qərarlarının icra olunmaması halları keçmiş sosialist dövlətləri üçün xarakterikdir. Başqa ölkələrdə bu cür hallar olmur. Biz də bu mərhələni keçməliyik, yəni qərar qəbul olunubsa, onu icra etmək lazımdır. Azərbaycandan edilən şikayətlərin bir qismi də mülki mübahisələrlə bağlıdır. Şikayət edənlər hesab edirlər ki, burada onların işlərinə düzgün baxılmayıb. Belə şikayətlər çoxdur. Parlament seçkilərinin nəticələri ilə bağlı təxminən 40 şikayət var. - İndiyə kimi qəbul edilən qərarlardan çıxarılan nəticələr sizi qane edirmi? - Çıxarılan qərarları qəbul etmək, onları öyrənmək lazımdır. Biz düşünməliyik. Hakimlərlə bağlı hansı problemlərin olduğunu, onların nəyə görə bu cür qərarlar qəbul etdiklərini öyrənməliyik. Biz sadəcə, fərdi problemləri həll edib, fundamental məsələləri kənarda qoymamalıyıq. Belə olsa, heç vaxt yaxşı nəticə əldə edə bilmərik. Fundamental problemlər varsa, bunlar aradan qaldırılmalıdır.- Demişdiniz ki, Avropa Konvensiyası ilə Azərbaycan milli qanunvericiliyi arasında mövcud olan ziddiyyətləri həll etmək üçün qanunvericilikdəki boşluqları aradan qaldırmaq lazımdır. Sizcə, belə boşluqlar çoxdurmu? - Müəyyən qərarlarla bağlı qanunvericiliyə hansısa dəyişiklik oluna bilər. Bu, ilk növbədə hüququn bərpa olunmasında effektivliyin artırılması istiqamətində tədbirlərin görülməsi üçün lazımdır. Bu gün qəbul olunan qərarlardan irəli gələn məsələlərin həll edilməsi, yeni pozuntular aşkar olunmaması üçün təbii ki, qanunvericiliyə və məhkəmə təcrübəsinə müəyyən dəyişikliklər edilə bilər. Məsələn, qəbul edilən qərardan sonra yenidən məhkəmə hansısa şikayət əsasında həmin məsələyə aid təkrar qərar verirsə, bu, onu göstərir ki, milli məhkəmələrin təcrübəsində, ya da ki, qanunvericilikdə hansısa çatışmazlıqlar var. Dövlət çalışıb onları aradan qaldırmalıdır. Ona görə ki, söhbət vətəndaşların hüquqlarından gedir. Bəzi hallarda məhkəmələr qeyri-proporsional qərarlar qəbul edir. Bu hal insanın azadlığının məhdudlaşdırılması ilə bağlı olur. Halbuki başqa qərar da qəbul etmək olardı. Necə ki, başqa dövlətlərdə həmin hallarda azadlıqdan məhrumetmə tətbiq olunmur. Bizim hakimlər qərar qəbul edən zaman başqa Avropa ölkələrinin, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından yararlanmalıdırlar.- Azərbaycan hökuməti Avropa Məhkəməsinin qəbul etdiyi qərarlardan məhkəmənin böyük palatasına şikayət etməyib ki? - Yox, belə bir hal baş verməyib. Düşünürəm ki, bu, çox düzgün yanaşmadır. Şikayət etmək üçün əsas olmalıdır. Elə bir əsas da yoxdur. Hesab edirəm ki, bu, müdrik yanaşmadır. Dövlət öz dözümlülüyünü, Konvensiyaya, məhkəməyə hörmətini göstərir. Bu, həm də pozuntunun baş verməsi və onun aradan qaldırılmasının etirafıdır. Qəbul edilən qərarlar vacibdir, amma hüquqi mahiyyəti üzrə elə də çətin qərarlar deyil. - Qəbul edilən qərarların hamısı icra edilib? - Əsasən icra edilib. Bəlkə də hansısa problemlər var. Avropa Konvensiyasına görə, dövlət qərarın icrası yolunu özü azad şəkildə tutmalıdır. Dövlət nümayiş etdirməlidir ki, pozulan hüququn bərpa edilməsində özü maraqlıdır. Bizim Konstitusiyamıza əsasən insanların hüquq və azadlıqlarına, insan ləyaqətinə hörmət etmək ali məqsəddir. Bu mənada böyük işlər görmək lazımdır. Məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı hansısa iradı varsa, bu barədə düşünmək gərəkdir. Əks halda problemləri aradan qaldırmaq, cəmiyyətin inkişafına nail olmaq çətin olar. - Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülən namizədlərin siyahısının bir neçə dəfə geri qaytarılması Azərbaycanda geniş müzakirələrə səbəb oldu. Bəzi şəxslər bu halı sizin şəxsinizlə bağladılar və qeyd etdilər ki, Strasburqda Xanlar Hacıyevlə işləmək istəmirlər. - Mən elə bir tərbiyə almışam ki, bir yerdə arzulanmayanda çalışıram ki, bir də ora getməyim. O məhkəmədə mənim çalışmağımı istəməsəydilər, orada qalıb işləməzdim. Çox razıyam ki, Allah mənə insanları duymaq, anlamaq xüsusiyyəti verib. Əgər bilsəydim ki, bu gün mənim orada olmağımı istəmirlər, dünəndən oradan ayrılardım. Məni ora bağlayan tellər beləmi çoxdur? Qəriblikdə çalışmaq, vətəndən ayrı olmaq mənim üçün çoxmu asandır? Avropa Məhkəməsinin sədri ilk gündən sona kimi mənim orada çalışmağımı istəyib. Hakim məsələsini Avropa Şurası Parlament Assambleyasının xüsusi komissiyası həll edib. Onlar iki dəfə namizədlərdən yalnız birinin tələblərə cavab verdiyində israr ediblər. Onu da deyim ki, mənim üçün də aylar ərzində dilemma qarşısında qalmaq asan deyildi. Nəzərə aldım ki, qalib gəlmək istəyən insan dözümlü olmalıdır. İndiyə kimi çox yollar keçmişəm. Hələ düşünmürəm ki, nəzərdə tutduğum vəzifələrin hamısını yerinə yetirmişəm. Ölkəmizi təmsil etmək üçün başladığım işi yarıda qoyub geri dönmək istəmədim. Bir də ki, artıq gələcəyə baxıram. Geriyə baxsam, kimlər mənim barəmdə nə deyib, nə danışıb, açığı, onları analiz etmək istəmirəm. Allah hər şeyi görür. Mən onların hamısına yalnız xoşbəxtlik arzu edirəm. Yenə də mənə dəstək olan insanların hər birinə minnətdarlığımı bildirirəm.- 2013-cü ilin oktyabrına kimi bu vəzifədə olacaqsınız. Ondan sonra Azərbaycana qayıtmaq, məsələn, burada hakim kimi çalışmaq istəyirsinizmi?- İndidən bu barədə nəsə demək çətindir. Sağlıq olsun. Əlbəttə, fəaliyyətimi başa vurandan sonra Azərbaycana qayıtmaq, burada işləmək istəyirəm. Hər şeyi zaman göstərəcək. İnsan həmişə ona tələbat olan yerdə olmalıdır. Mən də özümə, ağlıma ehtiyac olan yerdə xalqıma, dövlətimə xidmət etmək istəyirəm. Vaxtilə işlədiyim SSRİ Ali Məhkəməsindən Bakıya qayıdanda mənə demişdilər ki, Qafqazdan SSRİ Ali Məhkəməsində həmişə hakim olub. O zaman orada Qafqazdan İsmayıl Alxasov hakim kimi çalışırdı. Çox yaxşı hüquqşünas, gözəl insan idi. Mən xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. Orada bəzi adamlar dedilər ki, ondan sonra Qafqazı burada sən təmsil edə bilərsən. Mən işləmək üçün Bakıya gəldim və onda bilmirdim ki, SSRİ qısa zamanda dağılacaq və Azərbaycanda Ali Məhkəmənin, sonra Konstitusiya Məhkəməsinin sədri olacağam. Hər iki vəzifəyə təyin olunmağım mərhum Heydər Əliyevin təşəbbüsü və etimadı əsasında oldu. Mən həmişə bu halı minnətdarlıqla yad edirəm. İndi də xoşbəxtəm ki, müstəqil Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edirəm və çalışıram ki, ölkəmizi layiqincə təmsil edim. Ən böyük arzum bu vəzifədəki fəaliyyətimi başa vurandan sonra vətənimə dönüb burada yaşamaqdır. Koelyonun maraqlı bir əsəri var - "Kimyagər". Əsərin qəhrəmanı xəzinə axtarmaq üçün yola çıxır və uzun axtarışlardan sonra başa düşür ki, axtardığı xəzinə elə vətənindədir. Mən Strasburqa gedəndə xəzinə axtarmağa getmədiyimi, ən böyük sərvətin vətənimdə olduğunu bilirdim. Bu dünyada ən böyük sərvət insandır. Mənim vətənimin də ən böyük xəzinəsi Azərbaycan vətəndaşlarıdır. -
07-21-2008, 02:51 PMAPADünən Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər ölüb
<span style="color:#FF0000;font-size:18px;">[b]Dünən Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər ölüb[b]</span>
[Bakı-APA. İyulun 20-də saat 19.30 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində, Bakı şəhər sakini Akif Məlikov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Bakı şəhər sakini Azad Şıxəliyevə məxsus "Hundai" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə A. Məlikov hadisə yerində ölüb, xəsarət alan sərnişinləri, Ramana qəsəbə sakinləri Məlik Nərimanov, Vüqar Şahverdiyev və Bilgəh qəsəbə sakini Elvin Qurbanov xəstəxanaya yerləşdiriliblər. Həmin gün saat 10.30 radələrində isə Göygöl rayonunun Aşıqlı kəndində, Gəncə şəhər sakini Rauf Qasımov "Mercedes" markalı avtomaşını idarə edərkən həmyerlisi Rəşad Mehdiyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R. Mehdiyev orada ölüb. Abşeron rayonunun Cəngi qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Məlumata görə, Ağdaş rayon sakini Rəşad Soltanov "Azsamand" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə R. Soltanovun sərnişinləri, qardaşı Kamal və Bakı şəhər sakini Ənvər Quliyev hadisə yerində ölüblər. -
07-21-2008, 03:01 PMAPAAzərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 1-də Madrid təklifləri üzrə müzakirələri davam etdirəcəklər
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 1-də Madrid təklifləri üzrə müzakirələri davam etdirəcəklər[b]</span>
[Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti görüş avqustun 1-nə planlaşdırılır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib. O, nazirlərin Madrid təklifləri üzrə müzakirələri davam etdirəcəyini söyləyib. X. İbrahim bildirib ki, həll prosesində əsas prinsip ərazi bütövlüyü olub və olacaq. -
07-21-2008, 03:11 PMAPAMədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İranda səfərdədir
<span style="color:#FF0000;font-size:18px;">[b]Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İranda səfərdədir[b]</span>
[Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, səfər İran İslam Respublikası prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvinin dəvəti ilə baş tutub. Səfər iyulun 27-nə kimi davam edəcək. Ə.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcov, Turizm şöbəsinin xarici turizm sektorunun müdiri Mahir Qəhrəmanov və beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə daxildir. Səfər çərçivəsində İranda Azərbaycan Mədəniyyət Günlərinin və Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi, iki ölkə arasında mədəniyyət, incəsənət, kino, reklam, kitabxana və turizm sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Ə. Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikası prezidentinin müşaviri, Mədəniyyət və İslam əlaqələri Təşkilatının sədri M.Mustəfəvi və İran İslam Respublikasının Vitse-prezidenti, Mədəni İrsin Qorunması və Turizm Təşkilatının rəhbəri İsfəndiyar Rəhim Məşayi, həmçinin digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır. -
07-21-2008, 04:31 PMAPABAXCP-nin rayon təşkilatlarında seçki qərargahları yaradılıb
<span style="color:#FF0000;font-size:18px;">[b]BAXCP-nin rayon təşkilatlarında seçki qərargahları yaradılıb[b]</span>
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda İdarə Heyətinin üzvləri əsas diqqəti partiyanın seçkilərə hazırlığına yönəldiblər. Yığıncaqda bildirilib ki, partiyanın bütün rayon təşkilatlarında seçki qərargahlarının yaradılıb. BAXCP sədri Qüdrət Həsənquliyev seçki platformasının iqtisadiyyat, sosial siyasət və digər bölmələrinə yeni tezislər təklif edib. Sonra yığıncaqda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. -
07-21-2008, 04:41 PMAPAİnsan alverində ittiham olunan Bakı sakinin məhkəməsi başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]İnsan alverində ittiham olunan Bakı sakinin məhkəməsi başlayıb[b]</span>
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Cavid Hüseynovun sədrliyi ilə insan alverində ittiham olunan Bakı şəhər sakini Fərqanə Hüseyn qızı Əliyevanın məhkəməsi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirlən şəxs qismində ifadə verən F. Əliyeva ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi iyulun 24-də davam edəcək.Qeyd edək ki, F. Əliyeva Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə ittiham olunur. -
07-21-2008, 04:51 PMAPAYAP-ın avqustda keçiriləcək qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək
<span style="color:#FF0000;font-size:18px;">[b]YAP-ın avqustda keçiriləcək qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək[b]</span>
Bakı. Ramil Məmmədli - APA. "Yeni Azərbaycan Partiyasının avqustda keçiriləcək IV qurultayının gündəliyindəki əsas məsələ partiya sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi olacaq".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, partiyanın rayon (şəhər) təşkilatlarında hesabat-seçki konfransları yekunlaşıb və qurultaya nümayəndələr seçilib. Ə. Əhmədov prezident İlham Əliyevin qurultayda çıxışı edərək YAP-ın seçki platformasını barədə fikirlərini açıqlayacağını da söyləyib. -
07-21-2008, 05:01 PMAPALos-Ancelesdəki Tolerantlıq Mərkəzinin rəhbəri Azərbaycana gəlir
<span style="color:#FF0000;font-size:18px;">[b]Los-Ancelesdəki Tolerantlıq Mərkəzinin rəhbəri Azərbaycana gəlir[b]</span>
[Bakı. Elbrus Seyfullayev - APA. ABŞ-ın Los-Anceles şəhərindəki Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuper Azərbaycana gəlir. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Sabah başlayacaq səfər zaman ravvin A. Kuper Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə və digər şəxslərlə görüşəcək. -
07-21-2008, 05:11 PMAPAVladimir Putin "Eurovision-2009" yarışmasının Moskvada keçirilməsinə dair sərəncam imzalayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Vladimir Putin "Eurovision-2009" yarışmasının Moskvada keçirilməsinə dair sərəncam imzalayıb[b]</span>
[Bakı. Ülkər Qasımova-APA. Rusiyanın baş naziri Vladimir Putin "Eurovision-2009" musiqi yarışmasının Moskvada keçirilməsinə dair qərar qəbul edib. APA-nın məlumatına görə, bu qərar Rusiya hökumətinin toplantısında qəbul olunub. Vladimir Putin qərarını Moskvadakı obyektlərin hazırlıq səviyyəsi, infrastrukturun inkişafı və müsabiqənin keçirilməsinə daha az xərc tələb olunması ilə əsaslandırıb. O, baş nazirin müavini Aleksandr Jukova "Eurovision-2009" yarışmasının keçirilməsinə dair hazırlıq planının hazırlanması tapşırığını verib. Qeyd edək ki, Belqradda keçirilən "Eurovision-2008" yarışmasında Rusiya təmsilçisi Dima Bilanın qalibiyyətindən sonra Moskva şəhəri növbəti yarışmaya ev sahibliyi etmək haqqı qazanıb. -
07-21-2008, 05:21 PMAPARaket hücumundan müdafiə sistemi ilə bağlı Polşa və ABŞ-ın mövqeləri yaxınlaşıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Raket hücumundan müdafiə sistemi ilə bağlı Polşa və ABŞ-ın mövqeləri yaxınlaşıb[b]</span>
[Bakı. Tamara Qriqoryeva-APA. Polşa ərazisində raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı Varşava və Vaşinqtonun mövqeləri yaxınlaşıb. APA-nın məlumatına görə, bu bəyanatla Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib. ABŞ dövlət katibinin müavini Daniel Fridlə görüşdən sonra XİN başçısı bildirib ki, müzakirə olunan məsələ ilə bağlı iki ölkənin mövqeyi daha da yaxınlaşıb. Radoslav Sikorski Daniel Fridlə aparılan danışıqları iki dost ölkə arasından dialoq kimi səciyyələndirib. -
07-21-2008, 05:31 PMAPAMSK təmsilçisi Vyanada ATƏT-in seçkilərlə bağlı seminarında iştirak edir.
<span style="color:#FF0000;font-size:18px;">[b]MSK təmsilçisi Vyanada ATƏT-in seçkilərlə bağlı seminarında iştirak edir.[b]</span>
[Bakı. Ramil Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşı Avstriyanın paytaxtı Vyanada ATƏT-in tədbirinə qatılıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MSK Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Vyanada ATƏT tərəfindən seçkilərə həsr olunan iki günlük (21-22 iyul) seminarda iştirak edir. Seminarda ATƏT-ə üzv dövlətlərin müvafiq qurumlarının iştirakı ilə müşahidəçilik təcrübəsi müzakirə olunacaq. Habelə, seminarda seçkilərlə bağlı ATƏT öhdəliklərinin yerinə yetirilməsi, seçkiləri müşahidə və texniki yardım məsələləri də müzakirə predmeti olacaq. -
07-21-2008, 05:41 PMAPAƏli Orucov: "AMİP-in seçkilərdə namizədlə iştirak məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək"
<span style="color:#FF0000;font-size:18px;">[b]Əli Orucov: "AMİP-in seçkilərdə namizədlə iştirak məsələsinə yaxın günlərdə aydınlıq gətiriləcək"[b]</span>
[Bakı. Ramil Məmmədli-APA. "Seçkiləri boykot etməklə hər hansı bir nəticəyə nail olmaq olmaz". APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında AMİP-in mətbuat katibi Əli Orucov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda prezident seçkilərini boykot etmək gücündə olan siyasi qüvvə yoxdur: "Bu məsələdə siyasi qazancdan danışmaq düzgün deyil. Bütün partiyalar seçkidə iştirak etməlidirlər ki, ölkədə demokratiyaya təkan verə bilək. Sadəcə seçkiləri boykot etmək istəyənlər prosesdən kənarda qalacaqlar və passivləşəcəklər". Partiyanın seçkidə iştirakına da toxunan Ə. Orucov AMİP-in seçkiyə namizədlə qatılması ilə bağlı mövqeyinə yaxın günlərdə aydınlıq gətiriləcəyini açıqlayıb: "Bu məsələ ilə bağlı tələsməmək qərarına gəlmişik. Çünki Seçki Məcəlləsinin bu şəkildə qəbulu partiyada bir qədər tərəddüdlər yaradıb. Artıq müzakirələr başlayıb və proses bitəndən sonra qərar açıqlanacaq". -
07-21-2008, 05:51 PMAPALitvada "Kadrların idarəedilməsi" mövzusunda təlim kursu keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Litvada "Kadrların idarəedilməsi" mövzusunda təlim kursu keçirilib[b]</span>
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Respublikasının dövlət orqanlarının kadr qurumları rəhbərləri üçün "Kadrların idarəedilməsi" mövzusunda silsilə təlim kursları təşkil edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar Vilnüsdə Litva İdarəçilik İnstitutu tərəfindən keçirilib. "İnsan resurslarının idarə edilməsinin əsasları", "İşçi heyətinin idarə edilməsi siyasəti", "İslahatlar dövründə təşkilatın inkişafı və işçi heyətinin işinin təşkili", "İdarəetmədə rəhbərin rolu", "İnsan resurslarının effektivliyinin artırılması", "İnformasiya texnologiyalarının istifadəsi ilə kadrların idarə edilməsində effektivliyin artırılması" mövzularını əhatə edən təlim kursunda Litva, Azərbaycan və Avropa İttifaqı ölkələrinin təcrübəsi barədə fikir mübadiləsi aparılıb. -
07-21-2008, 06:01 PMAPAMüsavat Divanının toplantısı keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Müsavat Divanının toplantısı keçirilib[b]</span>
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda partiyadaxili və ictimai-siyasi mühitə dair məsələlər və seçkiqabağı vəziyyət müzakirə olunub. Seçkilərə hazırlıqla bağlı partiya strukturlarının məlumatı dinlənilib və bir sıra təlimatlar təsdiq olunub. -
07-21-2008, 06:11 PMAPAOmbudsman Qobustanda ictimai dinləmələr keçirib
<span style="color:#FF0000;font-size:18px;">[b]Ombudsman Qobustanda ictimai dinləmələr keçirib[b]</span>
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Qobustan rayonunda ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmələrdə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli QHT və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak edib. E. Süleymanova prezident seçkilərinə geniş hazırlıq işi aparıldığını bildirib, vətəndaşların seçki hüququnun təmin olunması ilə əlaqədar müvafiq tövsiyələr verib. Müvəkkil iştirakçıların təkliflərinin səlahiyyətli orqanların diqqətinə çatdırılacağını və qaldırılmış məsələlərin həllində yardımçı olacağını bildirib. Ombudsman səfər çərçivəsində Qobustan rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına da baxış keçirib. Baxış zamanı hüquq pozuntuları aşkar edilməyib, saxlanılanlara qarşı kobud rəftarla bağlı hər hansı şikayət olmayıb. -
07-21-2008, 06:21 PMAPASerj Sarkisyan erməni və türk diplomatları arasındakı təmasları təsdiqləyib
<span style="color:#FF0000;font-size:18px;">[b]Serj Sarkisyan erməni və türk diplomatları arasındakı təmasları təsdiqləyib[b]</span>
[İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan erməni və türk diplomatları arasındakı təmaslarla bağlı xəbərləri təsdiqləyib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, S. Sarkisyan bu faktın qeyri-adi olmadığını, belə təmasların həmişə gerçəkləşdiyini deyib. S. Sarkisyan bildirib ki, Türkiyə prezidenti Abdulla Gül onun dəvətini qəbul edərək iki ölkə milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, qarşılıqlı münasibətlərin qurulmasına stimul verəcək. Ermənistanda bəzi qüvvələrin A. Gülün səfərinə qarşı etiraz aksiyaları keçirə biləcəyinə dair söz-söhbətləri şərh edən S. Sarkisyan belə qüvvələrin hər iki ölkədə olduğunu söyləyib: "Bu, o demək deyil ki, biz mövcud problemlərin həlli üçün heç nə etməməliyik". Ermənistan prezidenti əmindir ki, münasibətlərin normallaşmasını istəyənlərin sayı bunun əleyhdarlarından çoxdur. -
07-21-2008, 06:31 PMAPA3-cü mikrorayon dairəsi yaxınlığında benzin maşınından ətrafa dağılan 30-40 litr yanacaq təmizlənib
<span style="color:#FF0000;font-size:18px;">[b]3-cü mikrorayon dairəsi yaxınlığında benzin maşınından ətrafa dağılan 30-40 litr yanacaq təmizlənib[b]</span>
[Bakı-APA. Bu gün saat 12.15-də Fövqəladə Hallar Nazirliyinin 112 Zəng Mərkəzinə Nəsimi rayonu ərazisində, Ziya Bünyadov prospektindən 3-cü mikrorayon dairəsinə gedən yolda qəza baş verməsi nəticəsində "Kamaz" markalı 30 tonluq yarımqoşqulu yanacaq daşıyan avtomobildən ətrafa yanacaq dağılması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, qeyd edilən ünvanda Müslüm Sultanovun idarə etdiyi, dövlət nömrə nişanı 10-OV-140 (qoşqu nişanı 10 ZA-703) olan "İST-Petrol" şirkətinə məxsus "Kamaz" markalı avtomobildə baş verən nasazlıq nəticəsində ətrafa yanacaq dağılıb. Məlumata görə, yanacaq dağılması avtomobildə yaranan texniki nasazlıq nəticəsində baş verib. Nəticədə yerə 30-40 litr yanacaq axıb. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. Avtomobildə yaranan texniki nasazlıq aradan qaldırılıb, yerə dağılan yanacağın üzərinə xüsusi köpük tökülüb və ərazi yanacaqdan təmizlənib. Hadisə nəticəsində xəsarət alan olmayıb. -
07-21-2008, 06:41 PMAPAErmənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib
<span style="color:#FF0000;font-size:18px;">[b]Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib[b]</span>
İrəvan - APA. Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçisinin öldürüldüyünü və cəsədinin Azərbaycan ərazisində qaldığını təsdiqləyib.
[APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan sərhədyanı hərbi hissələrin birində xidmət edən Q. Manasaryanın yolu azdığını və Azərbaycan hərbçiləri tərəfindən güllələndiyini bildirib. Erməni tərəfi yaxın günlərdə cəsədin qaytarılması üçün danışıqlara başlamaq fikrindədir. Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar. -
07-21-2008, 06:51 PMAPADİP jurnalistlər üçün mükafat təsis edib
<span style="color:#FF0000;font-size:18px;">[b]DİP jurnalistlər üçün mükafat təsis edib[b]</span>
[Bakı. Ramil Məmmədli-APA. Demokratik İslahatlar Partiyası (DİP) "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələri uğrunda" adlı mükafat təsis edib. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatın təsis olunmasında məqsəd jurnalistləri maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafatın davamlı olması və hər il 22 iyulda Siyasi Şuranın müəyyən etdiyi komissiya tərəfindən seçilmiş jurnalistlərə təqdim olunması nəzərdə tutulub. -
07-21-2008, 07:01 PMAPAYeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən ana həbs edilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən ana həbs edilib[b]</span>
[Tiflis - APA. Gürcüstanın Kvemo Kartli bölgəsi üzrə Baş Daxili İşlər İdarəsinin əməkdaşları yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən Gülnarə İsayevanı həbs ediblər. APA-nın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, Qardabani rayonunun Qaracalar kənd sakini, 1983-cü il təvəllüdlü G. İsayeva istintaqa ifadəsində cinayəti etiraf edib: "Uşağı dünyaya gətirdikdən sonra onu yun örtüyə bükərək çarpayının altına qoydum. Bir müddət sonra qayıtdım və uşağın öldüyünü gördüm". Faktla bağlı "qəsdən adam öldürmə" maddəsi ilə cinayəti işi qaldırılıb. -
07-21-2008, 07:11 PMAPAŞəkidə ictimai dinləmələr keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Şəkidə ictimai dinləmələr keçirilib[b]</span>
[Şəki-APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Şəkidə ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmədə bu bölgə üzrə seçilmiş millət vəkili Yaqub Mahmudov, Şəki rayonunun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, KİV-lərin, habelə icmaların nümayəndələri iştirak ediblər. 2008-ci ilin seçki ili olduğunu diqqətə çatdıran Ombudsman qarşıdakı seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulayıb, dairə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə danışıb, müvafiq tövsiyələr verib. Toplantıda çıxış edən natiqlər Milli Fəaliyyət Planı çərçivəsində görülmüş və gələcəkdə planlaşdırılan işlərdən danışıblar. Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanıb. Sonra Elmira Süleymanova Şəki regional mərkəzində vətəndaşları qəbul edib, onların şikayətlərini dinləyib. -
07-21-2008, 07:21 PMAPAİnsan alverində təqsirli bilinən qadının məhkəməsi başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]İnsan alverində təqsirli bilinən qadının məhkəməsi başlayıb[b]</span>
[Bakı. Hacı Zeynlaov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Şəkər Məmmədovanın sədrliyi ilə insan alverində təqsirli bilinən Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Kəmalə Bayramovanın məhkəməsi başlayıb. APA-nın məlumatına görə, K. Bayramova bu ilin mayın 13-də Türkiyədən Naxçıvana gələrkən sərhəd gömrük məntəqəsində tutulub. Gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə apararaq, orada cinsi istismara məruz qoyduğu iddia edilən Kəmalə Bayramova Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunur. -
07-22-2008, 10:11 AMAPAErmənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar
<span style="color:#FF0000;font-size:18px;">[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar[b]</span>
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 17.15-dən 17.30-dək, 19.40-dan 19.55-dək və saat 21.40-dan 21.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 21.25-dən 21.35-dək və iyulun 22-də saat 03.10-dan 03.15-dək, 05.50-dən 05.55-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.45-dən 23.50-dək və iyulun 22-də saat 00.35-dən 03.50-dək, 05.50-dən 06.00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 00.30-dan 00.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-22-2008, 11:01 AMAPABosniya müsəlmanlarına qarşı soyqırımın təşkilatçısı, 13 ildir axtarışda olan Radovan Karadziç yaxalanıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Bosniya müsəlmanlarına qarşı soyqırımın təşkilatçısı, 13 ildir axtarışda olan Radovan Karadziç yaxalanıb[b]</span>
[Belqrad - APA. Bosniya müharibəsi zamanı müsəlman bosniyalılara qarşı soyqırımın təşkilatçılarından olan və uzun müddətdir axtarılan Radovan Karadziç iyulun 21-də gecə həbs edilərək Serbiyanın paytaxtı Belqrada aparılıb. APA-nın xəbərinə görə, bu barədə Serbiya Milli Təhlükəsizlik Şurası məlumat yayıb. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalla əməkdaşlığa dair qanuna uyğun olaraq R. Karadziç hərbi cinayətlər üzrə istintaq təcridxanasına salınıb. Bosniya serblərinin keçmiş liderinin hansı şəraitdə yaxalandığı barədə informasiya verilmir. Beynəlxalq tribunalın nümayəndələri hadisəni 90-cı illərdə keçmiş Yuqoslaviya ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılmasında ciddi dönüş anı kimi qiymətləndiriblər. Çünki R. Karadziç Bosniya serblərinin ordusunun komandanı olmuş general Ratko Mladiç və Xorvatiya ərazisindəki tanınmamış "Serb Respublikası"nın "prezidenti" Qoran Xadziçlə birlikdə ən çox axtarılan şəxslərin siyahısında ilk "üçlük"də idi. R. Mladiç və Q. Xadziç artıq həbs olunublar. Haaqadakı tribunal Serbiya hökumətindən insanlığa qarşı cinayətlərdə suçlanan bu şəxslərin təhvil verilməsini tələb edir. Qeyd edək ki, R. Karadziç 1992-1995-ci illərdə Bosniya müsəlmanlarına qarşı hərbi cinayətlərdə, xüsusən də 1995-ci ildə Srebrenitsa şəhərində törədilmiş və 8 minə yaxın müsəlmanın ölünü ilə nəticələnmiş soyqırımda ittiham edilir. R. Karadziçə qarşı rəsmi ittihamlar 1995-ci ilin 25 iyulunda irəli sürülüb və onun haqqında beynəlxalq axtarış elan olunub. -
07-22-2008, 11:11 AMAPABu gün Azərbaycanda Milli Mətbuat Günüdür
<span style="color:#FF0000;font-size:18px;">[b]Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür[b]</span>
Bakı-APA. Bu gün Azərbaycan jurnalistlərinin peşə bayramıdır. APA-nın məlumatına görə, ölkədə ilk mətbu orqanının - Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin fəaliyyətə başladığı 22 iyul tarixi artıq neçə ildir ki, Milli Mətbuat Günü kimi qeyd olunur.
[Ötən 133 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçirən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, ən yeni mətbuat növü sayılan internet qəzetçilik inkişaf etməyə başlayıb. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib və bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, jurnalistlərin peşə kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Artıq bir çox kütləvi informasiya vasitələrinin xarici ölkələrdə büroları fəaliyyətə göstərməyə başlayıb və bununla da Azərbaycan müstəqilliyin ilk dövrlərindən fərqli olaraq informasiya aclığı və informasiya blokadası problemindən demək olar ki, azad olub. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq öz əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Və sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Bu gün öz peşə bayramını qeyd edən bütün həmkarlarımızı APA İnformasiya Agentliyinin kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik. -
07-22-2008, 11:21 AMAPAAzərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil[b]</span>
[Bakı. Elbrus Sefullayev-APA. Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil. APA-nın məlumatına görə, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Şöbə müdiri deyib ki, Azərbaycanda mətbuatla vətəndaşlar, mətbuatla dövlət orqanları arasındakı münasibətlərin tənzimlənməsi işi ilə jurnalistikanın yeganə seçimli təşkilatı olan Mətbuat Şurası məşğul olur. Onun sözlərinə görə, Mətbuat Şurası bu gün cəmiyyətdə daha çox ictimai dəstəyə malikdir: «Ola bilsin ki, gələcəkdə Mətbuat Şurası ilə bağlı məxsusi qanun qəbul olunması reallaşsın. Hazırda belə təşəbbüslər var. Belə olarsa, Mətbuat Şurası effektli mətbuat institutu rolu oynaya bilər, nəinki, mətbuat ombudsmanı». -
07-22-2008, 11:31 AMAPAHəbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı Mətbuat Şurasının müraciəti prezidentə təqdim olunacaq
<span style="color:#FF0000;font-size:18px;">[b]Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı Mətbuat Şurasının müraciəti prezidentə təqdim olunacaq[b]</span>
[Bakı. Elbrus Seyfullayev-APA. Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı Mətbuat Şurasının müraciəti Prezidentin İcra Aparatına daxil olub. APA-nın məlumatına görə, bu barədə Prezidentin İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində məlumat verib. Onun sözlərinə görə, sözügedən müraciət prezidentə təqdim olunacaq: "Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə ictimai fikir fərqlidir. Amma buna baxmayaraq, Mətbuat Şurasının təqdim etdiyi müraciətə baxılır". -
07-22-2008, 02:31 PMAPAŞeyxülislam Hacı Allahşükür Paşazadə Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Şeyxülislam Hacı Allahşükür Paşazadə Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbərini qəbul edib[b]</span>
[Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə öz iqamətgahında Bakıda səfərdə olan Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperi qəbul edib. APA-nın məlumatına görə, görüşdə çıxış edən QMİ sədri Azərbaycanda tolerantlığın ən yüksək səviyyədə olduğunu bildirib: "Azərbaycanda dini dözümlülük ən yüksək səviyyədədir, ən müxtəlif dini konfessiyaların nümayəndələri burada sərbəst şəkildə bir yerdə yaşayır, dini ibadətlərini yerinə yetirirlər. Bütün dini ibadətgahların sərbəst fəaliyyətinə şərait yaradılıb, ölkədə sinaqoqlar, kilsələr, məbədlər tikilir və ən müxtəlif dinlərə tapınan insanlar burada öz dini ayinlərini sərbəst şəkildə icra edirlər. Bu baxımdan Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi sayıla bilər". Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dağ yəhudiləri icması üçün yeni sinaqoqun tikiləcəyini bildirib və bu tikinti üçün köməyini əsirgəməyəcəyini vurğulayıb. Los-Ancelesdə çoxsaylı erməni icmasının yaşadığını deyən Hacı Allahşükür Paşazadə bu icmanın Azərbaycana qarşı aktiv fəaliyyət apardığını deyib: "Los-Ancelesdə yaşayan ermənilər ola bilsin ki, Azərbaycanla bağlı yanlış məlumata malikdirlər. Onlara həqiqətləri başa salmaq lazımdır. Bunun üçün erməni ruhani dairələri ilə görüşməyə hazıram. Onlarla hətta kilsədə belə görüşərəm, əsas məsələ odur ki, onlara həqiqətləri başa salaq". Görüşdə çıxış edən müxtəlif dini konfessiyaların rəhbərləri Azərbaycanda dini tolerantlığın ən yüksək səviyyədə olduğuna dair müxtəlif misallar çəkiblər. Görüşün sonunda səmimi qəbula görə təşəkkür edən ravvin Abraham Kuper ölkəmizdə ən müxtəlif dini icmaların bir yerdə sərbəst yaşadığını müşahidə etdiyini görməkdən məmnunluq duyduğunu dilə gətirib. Daha sonra tərəflər bir-birlərinə qarşılıqlı şəkildə hədiyyə təqdim ediblər. -
07-22-2008, 02:41 PMAPAİlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq
<span style="color:#FF0000;font-size:18px;">[b]İlyas İsmayılovun oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq[b]</span>
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə prosesi avqustun əvvəlində başlayacaq. E. İsmayılovun vəkili Cərulla Ramazanovun APA-ya verdiyi məlumata görə, müdafiə tərəfi işə Moskvadakı məhkəmələrin birində baxılması iddiası ilə çıxış edib. Çelyabinsk şəhər Məhkəməsində işə baxılmasını istəməyən vəkil istintaq materialları ilə iyulun 30-da tanış olacağını deyib. Qeyd edək ki, E. İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən "Domodedovo" hava limanında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 maddəsinin 4-cü hissəsi (çirkli pulları yuyulması) ilə ittiham irəli sürülüb. -
07-22-2008, 02:51 PMAPAHacı Allahşükür Paşazadə BMT baş katibini və Roma Papasını Azərbaycana səfərə dəvət edəcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Hacı Allahşükür Paşazadə BMT baş katibini və Roma Papasını Azərbaycana səfərə dəvət edəcək[b]</span>
Bakı. Elbrus Seyfullayev-APA. Gələn il Bakıda dinlərarası dialoq mövzusuna həsr olunmuş geniş tərkibli beynəlxalq konfrans keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə dünyanın bütün nüfuzlu dini xadimlərinin, dini konfessiya rəhbərlərinin konfransa dəvət ediləcəyini bildirib. QMİ sədri həmçinin konfransa qatılmaq üçün BMT-nin baş katibi Pan Gi Mun və Roma Papasına da dəvət göndəriləcəyini bildirib: "Dinlərarası və sivilizasiyalararası dialoq ildən ilə genişlənməkdədir. Hər il dünyanın müxtəlif bölgələrində bu məsələyə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bizim də bu konfransı keçirməkdə məqsədimiz dinlərarası dialoq prosesinə öz töhfəmizi verməkdir". -
07-22-2008, 03:01 PMAPAVakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə avqustun sonlarında elan olunacaq
<span style="color:#FF0000;font-size:18px;">[b]Vakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə avqustun sonlarında elan olunacaq[b]</span>
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Frans Haysman birgə mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, Bəhram Xəlilov komissiyanın fəaliyyət göstərdiyi il yarım ərzində Azərbaycanda dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş şəkildə keçirilməsinə nail olduğunu deyib. Komissiya sədri rəhbərlik etdiyi qurumun vakant dövlət qulluğuna qəbulla bağlı 40-a yaxın dövlət orqanı ilə əməkdaşlıq etdiyini bildirib. Komissiyanın indiyə kimi vakant dövlət qulluğu vəzifələri üzrə 4 müsabiqə, 2 müsahibə keçirdiyini bildirən B. Xəlilov deyib ki, müsabiqə və müsahibələr tam obyektiv və şəffaf şəkildə təşkil olunur. Komissiya sədri gələcəkdə vakant dövlət qulluğu vəzifələri olan nazirliklər üzrə deyil, ixtisaslar üzrə müsabiqələr keçirməyi nəzərdə tutduqlarını da deyib: "Bu, mənim öz fikrimdir. Hesab edirəm ki, bu variant bizə daha çox uyğun gəlir". B. Xəlilovun sözlərinə görə, bəzi hallarda vakant dövlət qulluğu vəzifələrinə təqdim olunan kadrların bir sıra nazirliklərdə işə gec qəbulu hallarına da rast gəlinir. Komissiya sədri bu halın da aradan qaldırılacağını deyib. Qurum rəhbəri dövlət orqanlarının komissiyanın təqdim etdiyi kadrların səviyyəsindən razı qaldıqlarını da açıqlayıb. B. Xəlilov onu da deyib ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqənin avqustun sonlarında elan olunması gözlənilir. B. Xəlilov komissiyanın Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə sıx əməkdaşlıq etdiyini bildirib. Cəmiyyətin Azərbaycandakı nümayəndəsi Frans Haysman Dövlət Komissiyası ilə əməkdaşlıq etdikləri 9 ay ərzində xeyli nəticələr əldə etdiklərini bildirib. O, əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib. -
07-22-2008, 03:11 PMAPAATƏT Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
<span style="color:#FF0000;font-size:18px;">[b]ATƏT Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər[b]</span>
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) bu gün birgə bəyanatla çıxış ediblər.
[APA-nın məlumatına görə, həmsədrlər bəyanatda Azərbaycan və Ermənistan prezidentləri arasında iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşdə əldə olunan konstruktiv nailiyyətləri alqışlayıblar. Onlar həmçinin iyunun 27-28-də regiona etdikləri səfərin nəticələrindən razı qaldıqlarını bildiriblər: "Bu son dərəcə mühüm məqamda həmsədrlər bütün tərəfləri həm danışıqlar masasında, həm də bəyanatlarında maksimalist təşəbbüslər səsləndirməkdən çəkinməyə çağırırlar. Həmçinin tərəfləri hərbi ritorika dili ilə danışmamağa çağırırıq, çünki biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərində çalışırıq". Həmsədrlər qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil: "Buna görə də hər iki prezidentin Sankt-Peterburq görüşü zamanı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların davamı üçün tərəfləri ruhlandırmağa çağırmalarını istəyirik. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü gözləyirik ki, münaqişənin həllinin baza prinsipləri üzərində işi davam etdirək". -
07-22-2008, 03:21 PMAPA"RUH" "Media açarı" mükafatının təsisçiləri sırasını tərk edib
<span style="color:#FF0000;font-size:18px;">[b]"RUH" "Media açarı" mükafatının təsisçiləri sırasını tərk edib[b]</span>
Bakı. Məhbubə Qasımbəyli-APA. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi "Media açarı" mükafatının təsisçiləri sırasını tərk etməsi ilə bağlı bəyanat yayıb.
["RUH"-dan APA-ya daxil olan bəyanatda bildirilib ki, qərar qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. Məlumatda qeyd olunub ki, komitə bu qərarı mükafatın 2008-ci il üçün qalibləri müəyyənləşdirilərkən şəxsi qərəzlik meyllərinin peşə prinsiplərini, yaradıcılıq tələblərini üstələməsi ucbatından qəbul edib: "Qaliblərin hər birinə hörmətlə yanaşaraq vurğulayırıq ki, belə yanaşma tərzinin gələcəkdə özünü daha qabarıq büruzə vermə təhlükəsi ciddi narahatlıq doğurur"."RUH" AJMK onu da bildirib ki, bu qərar təəssüfləndirici olduğu qədər də vacib və obyektivdir. Komitə eyni zamanda bəyan edib ki, ölkənin jurnalist təşkilatlarının çoxsaylı mükafatlar təqdim etməsi mediada və ictimai fikirdəki gözləntiləri heç də doğrultmur: "Bunların vahid sistemdə birləşdirilməsi həvəsləndirmə tədbirlərinin effektivliyini artırardı". Komitə bildirib ki, media təşkilatlarının bu istiqamətdə razılaşmasının vaxtı çatıb və bundan ümumilikdə jurnalistika fayda qazanar. -
07-22-2008, 03:31 PMAPAHacı Allahşükür Paşazadə: "Yalan və xəyanət ermənilərin qanındadır"
<span style="color:#FF0000;font-size:18px;">[b]Hacı Allahşükür Paşazadə: "Yalan və xəyanət ermənilərin qanındadır"[b]</span>
[Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilərin ünvanına sərt ittihamlar səsləndirib. APA-nın məlumatına görə, bu gün öz iqamətgahında ABŞ-ın Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperlə görüşən Şeyxülislam ermənilərin Dağlıq Qarabağ münaqişəsini dini qarşıdurmaya gətirib çıxarmaq istədiklərini bildirib: "Ancaq biz bu münaqişənin siyasi xarakter daşıdığını sübut etdik". Bir neçə gün əvvəl Bibiheybət məscidinin açılış mərasiminin keçirildiyini deyən A. Paşazadə Sovet rejiminin bu ibadət ocağını 1934-cü ildə dağıtdığını xatırladıb. Həmin illərdə Azərbaycanın bir çox bölgələrində məscidlərin dağıdıldığını deyən QMİ sədri bunun əksinə olaraq ölkədə fəaliyyət göstərən kilsə və sinaqoqların qorunub saxlandığını diqqətə çatdırıb: "O cümlədən Bakıdakı erməni kilsəsi də qorunub saxlanıb". A. Paşazadə Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istədiyini, lakin bu sahədə qarşı tərəfdə səmimiyyət çatışmadığını vurğulayıb: "Biz problemin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni edirik. Bu məqsədlə görüşlər keçiririk. Lakin bu görüşlərin səmərəsini görmürük. Çünki yalayan və xəyanət onların qanındadır. Onlar bizim süfrəmizdə oturub çörəyimizi yeyib, bayıra çıxandan sonra isə əleyhimizə danışıblar". -
07-22-2008, 03:41 PMAPAİnsan alverində ittiham olunan "Azəristar" mahnı müsabiqəsinin sabiq iştirakçısı Rüstəm Əlişanov məhkəmədə ifadə verib
<span style="color:#FF0000;font-size:18px;">[b]İnsan alverində ittiham olunan "Azəristar" mahnı müsabiqəsinin sabiq iştirakçısı Rüstəm Əlişanov məhkəmədə ifadə verib[b]</span>
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qərbovun sədrliyi ilə insan alverində təqsirləndirilən 2006-cı ildə "Azəristar" mahnı müsabiqəsinin iştirakçısı olmuş Rüstəm Əlişanovun və Bakı şəhər sakinləri - Təranə Muradova və Aygün İsayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs qismində R. Əlişanov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilməyib. Rüstəm Əlişanov bildirib ki, "Alaturka" musiqi yarışmasında iştirak etmək üçün Türkiyəyə gedib-gəlirmiş. Onun sözlərinə görə, insan alveri ilə bağlı ittihamın ona heç bir adiyyatı yoxdur. Daha sonra ifadə verən digər təqsirləndirilən şəxslər də ittiham üzrə özünü təqsirli bilməyiblər. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunurlar. -
07-22-2008, 03:51 PMAPABakı sakinini bıçaqlayan şəxs saxlanıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Bakı sakinini bıçaqlayan şəxs saxlanıb[b]</span>
[Bakı-APA. Bakı şəhər sakini Bağır Muradova bıçaqla xəsarət yetirən Bərdə rayon sakini Raqib Hidayətov saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal rayonu, Ş. Mehdiyev küçəsində yerləşən aqrar-tikinti firmasında, Bərdə rayon sakini Raqib Hidayətov münaqişə zəminində Bakı şəhər sakini Bağır Muradova bıçaqla xəsarət yetirib. R. Hidayətov Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
