[b]VHP Ali Məclisində partiyanın seçkilərdə dəstəkləyəcəyi namizədlə bağlı müzakirələr aparılacaq[b]
[Bakı. Ramil Məmmədli-APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sessiyası iyulun 27-də keçiriləcək. VHP təşkilat şöbəsindən APA-ya verilən məlumata görə, sessiyada Siyasi Şuranın tərkibinə baxılacaq, o cümlədən partiya sədrinin boş qalan müavin postlarına təyinatlar olacaq. Ali Məclis partiyanın seçki ilə bağlı mövqeyinə də aydınlıq gətirəcək. Belə ki, sessiyada VHP-nin prezident seçkilərində dəstəkləyəcəyi namizədlə bağlı müzakirələr aparılacaq.
Azərbaycan Xəbərləri
Printable View

07-17-2008, 03:41 PMAPAVHP Ali Məclisində partiyanın seçkilərdə dəstəkləyəcəyi namizədlə bağlı müzakirələr aparılacaq

07-17-2008, 03:51 PMAPALuvr muzeyində Azərbaycanın da dəstəyi ilə islam incəsənətinə həsr olunmuş qalereya açılacaq
[b]Luvr muzeyində Azərbaycanın da dəstəyi ilə islam incəsənətinə həsr olunmuş qalereya açılacaq[b]
[Bakı. Zaur Nurməmmədov - APA. Fransanın məşhur Luvr muzeyində islam incəsənəti nümunələrinin saxlanılacağı yeni qalereyanın təməlqoyma mərasimi keçirilib. APA-nın "Associated Press"ə istinadən yaydığı məlumata görə, mərasimdə Fransa prezidenti Nikola Sarkozi və Səudiyyə Ərəbistan şahzadəsi Əl-Valid bin Talal iştirak ediblər. N. Sarkozi mərasimdəki çıxışında deyib ki, yeni qalereya islam dininin nailiyyətləri və mahiyyətini yaxından öyrənməyə imkan yaradacaq. O bildirib ki, əsl islam tərəqqi, müasirlik və incəlik deməkdir. Qeyd edək ki, qalereyanın yaradılmasına 100 milyon dollar ayrılıb. Bu məbləğin 31,8 milyonunu Fransa, 26,9 milyonunu Səudiyyə Ərəbistanı, qalanını isə Azərbaycan, Oman, Küveyt kimi müsəlman ölkələri və bir sıra şirkətlər veriblər. Qalereyada 2 mindən çox islam incəsənəti nümunəsi toplanacaq. Qalereya 2010-cu ilin sonunda ziyarətçilər üçün açılacaq. -
07-17-2008, 04:01 PMAPAUcarın elektrik enerjisi ilə təminatında fasilələr yaranıb
[b]Ucarın elektrik enerjisi ilə təminatında fasilələr yaranıb[b]
[Ucar. Zahid Abışov-APA. Ucar rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, artıq neçə gündür ki, rayon mərkəzi və kəndlərə gündüz saatlarında elektrik enerjisi verilmir. Ucar paylayıcı elektrik şəbəkəsinin rəisi Faiq Hacıyev APA-ya bildirib ki, son günlər havaların isti keçməsi nəticəsində elektrik enerjisinə tələbat artıb. Onun sözlərinə görə, əhali müxtəlif soyuducu vasitələrdən istifadə etdiyinə görə gərginlik transformatorları həddən artıq yüklənir: "Nəticədə rayon ərazisində 6 transformator sıradan çıxıb. "Azərenerji" QSC-nin Kürdəmirdə yerləşən regional baş idarəsinin göstərişi ilə gün ərzində istehlakçıların elektrik enerjisi ilə təchizatında saat yarımlıq fasilə veririk. Amma dünəndən etibarən rayona fasiləsiz elektrik enerjisinin verilməsi bərpa olunub". APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun elektrik enerjisi ilə təchizatında fasilə hələ də aradan qalxmayıb və hazırda Ucarın bir çox kəndlərinə gündüz saatlarında elektrik enerjisi verilmir. -
07-17-2008, 05:31 PMAPABernar Kuşner: "Beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir"
[b]Bernar Kuşner: "Beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "ATƏT ərazisində həlli uzadılmış münaqişələrin nizamlanması zamanı daha dinamik hərəkət etməli və yeni düşüncə tərzinə sahib olmalıyıq". APA-nın məlumatına görə, bu fikirləri ATƏT Daimi Şurasının Vyanada keçirilən toplantısında Avropa İttifaqına sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner söyləyib. XİN başçısı bildirib ki, beynəlxalq birlik dondurulmuş münaqişələrin həlli üçün daha çox iş görməlidir. O, həmçinin ATƏT ölkələrini təşkilatın prinsiplərinə riayət etməyə çağırıb. -
07-17-2008, 05:41 PMAPAÇelyabinskdə bir azərbaycanlı həbs edilib
[b]Çelyabinskdə bir azərbaycanlı həbs edilib[b]
[Çelyabinsk - APA. Rusiyanın Çelyabinsk vilayətində avtomobillərində 1 kiloqram heroin tapılan rus və azərbaycanlı həbs edilib. APA-nın məlumatına görə, narkotik maddə avtomobilin yük yerində olan ehtiyat təkərin içində aşkarlanıb. Dostlar narkotik maddəni satış məqsədilə Voljsk şəhərinə aparıblar, ancaq alıcı təyin olunan yerə gəlmədiyi üçün geri dönüblər. Onlar Çelyabinsk vilayətinin Timiryazevsk qəsəbəsinə daxil olarkən yol polisi maşını saxlayıb və yoxlama zamanı 1 kq heroin aşkarlanıb. Hər iki şəxs həbs olunub. -
07-17-2008, 05:51 PMAPARəmişin konsertinin vaxtı dəyişdirilib
[b]Rəmişin konsertinin vaxtı dəyişdirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Gitara ifaçısı Rəmişin iyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirəcəyi konsert təxirə salınıb. Konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, konsert iyulun 30-da keçiriləcək: "İyulun 23-ü Ağdamın işğalının ildönümüdür. İşğal günü ərəfəsində konsert vermək istəmədik.Tamaşaçılarımızı iyulun 30-da gözləyəcəyik". Konsert Yaşıl Teatr Bakı Konsert Komleksində "Sənət" adı altında keçiriləcək. Konsertin biletlərinin qiyməti 15-80 manat arasındadır. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
07-17-2008, 06:01 PMAPAMDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclasında 8 məsələ müzakirə olunub
[b]MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclasında 8 məsələ müzakirə olunub[b]
[Tiflis - APA. Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclası keçirilib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Baş Prokurorluğunun nümayəndəsi Anatoli Makarov iclasda insan alverinə, mütəşəkkil cinayətkarlığa, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə də daxil olmaqla, 8 məsələnin müzakirə olunduğunu deyib: "Bizim problemlərimiz də, düşmənlərimiz də eynidir - cinayətkarlıq və qanun pozuntuları. Ona görə də yığıncaqda qəbul olunmuş qərarlar böyük əhəmiyyətə malikdir". Gürcüstan baş prokurorunun müavini Kaxa Koberidze də bildirib ki, birgə səylər olmadan cinayət aləminə qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Qeyd edək ki, toplantıda Özbəkistan və Türkmənistan istisna olmaqla, bütün MDB ölkələrinin nümayəndələri iştirak edib. -
07-18-2008, 11:21 AMAPATürkmənistan və Rumıniya prezidentləri Nabucco layihəsini müzakirə ediblər
[b]Türkmənistan və Rumıniya prezidentləri Nabucco layihəsini müzakirə ediblər[b]
[Bakı. Laçın Sultanova-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və Rumıniya prezidenti Trayan Basesku Nabucco qaz kəməri layihəsinin həyata keçirilməsini müzakirə ediblər. APA-nın məlumatına görə, Türkmənistan prezidenti Rumıniya şirkətlərini ölkənin enerji layihələrində - Xəzər şelfində yerləşən yataqların işlənməsində, boru kəmərlərinin tikintisində, neft emalı müəssisələrinin yaradılması və modernləşdirilməsində, müasir avadanlığın alınmasında iştirak etməyə dəvət edib. -
07-18-2008, 11:31 AMAPATürkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar başlayıb
[b]Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar başlayıb[b]
Ankara - APA. Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqlar aparılır. APA-nın məlumatına görə, bu barədə Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti xəbər yayıb. Xəbərdə bildirilir ki, iyulun 8-də İsveçrənin paytaxtı Berndə iki ölkə nümayəndə heyətləri arasında görüş başlayıb və bir neçə gün davam edib.
[Qəzet Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının rəhbərlik etdiyini yazıb, ancaq danışıqlarda hansı məsələlərin müzakirə olunduğunu açıqlamayıb. Xatırladaq ki, son həftələrdə Ermənistan prezidenti Serj Sarkisyan bir-birinin ardınca Türkiyəyə isti mesajlar ünvanlayır. O, ABŞ-ın "The Wall Street Journal" qəzetinə müsahibəsində sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqların olduğunu bildirib. S. Sarkisyanın fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: "Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik". Ermənistan prezidenti bu sözləri söyləməklə saxta və uydurma "soyqırım" məsələsi ilə bağlı birgə komissiya yaradılmasına dair Türkiyənin təklifinin qəbul edilə biləcəyinə işarə vurub. S. Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq. -
07-18-2008, 11:41 AMAPABaykal-Amur Magistralının ən böyük stansiyalarından birinə Heydər Əliyevin adı verilib
[b]Baykal-Amur Magistralının ən böyük stansiyalarından birinə Heydər Əliyevin adı verilib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasına Heydər Əliyevin adı veriləcək. APA-nın məlumatına görə, bu münasibətlə bu gün adı çəkilən stansiyada təntənəli mərasim keçirilməsi planlaşdırılır. Mərasimə Rusiya Dəmir Yolları Dövlət Şirkətinin prezidenti Vladimir Yakunin, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və digər rəsmi şəxslər qatılacaqlar. Stansiyaya Heydər Əliyevin adının verilməsi onun sovet dövrünün ən nəhəng sənaye layihəsi olan Baykal-Amur Magistralının tikintisində aparıcı rol oynaması ilə bağlıdır. Qeyd edək ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Baykal-Amur Magistralının tikintisinə dair dövlət komissiyasına rəhbərlik edib. O, 1984-cü ildə BAM-ın açılışında iştirak etmək üçün həmin əraziyə işçi səfəri edib. Anqoya stansiyası Baykal-Amur magistralının 1181-ci kilometrliyində, Zabaykalyedə yerləşir. BAM-da bur çox stansiyalar və yaşayış məntəqələri ayrı-ayrı sovet respublikaçılarının zəhmətkeşləri tərəfindən inşa olunub. Heydər Əliyevin adını daşıyacaq Anqoya stansiyasının inşasında çoxlu sayda azərbaycanlı çalışıb. -
07-18-2008, 11:51 AMAPAErmənipərəst konqresmenlər Azərbaycana ayrılan yardımın ixtisar olunmasının əleyhinə çıxıblar
[b]Ermənipərəst konqresmenlər Azərbaycana ayrılan yardımın ixtisar olunmasının əleyhinə çıxıblar[b]
[Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Nümayəndələr Palatasının xarici proqramlar üzrə alt komitəsində Azərbaycana ayrılan hərbi yardımın ixtisar olunması ilə bağlı təklifin əleyhinə səs verənlərin əksəriyyəti ermənipərəst konqresmenlər olub. APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin Ermənistan üzrə işçi qrupunun həmsədri Co Nollenberqin irəli sürdüyü təklif qrupun digər üzvləri tərəfindən dəstəklənməyib. Belə ki, Cessi Cekson, Stiv İsrael, Ben Kandler, Stiv Rotman, Barbara Li və Betti Makkolum Azərbaycana ayrılan hərbi yardımın azaldılmasının əleyhinə çıxıblar. Alt komitənin qərarına əsasən 2009-cu ildə Azərbaycanla Ermənistana eyni miqdarda maliyyə yardımı göstəriləcək. Lakin 2008-ci illə müqayisədə Ermənistana ayrılan vəsaitin miqdarı 59 faiz azdır. -
07-18-2008, 12:01 PMAPAÇində 4,6 bal gücündə zəlzələ baş verib
[b]Çində 4,6 bal gücündə zəlzələ baş verib[b]
[Pekin-APA. Çinin Sıçuan vilayətində bu gün səhər yeni yeraltı təkanlar qeydə alınıb. APA-nın məlumatına görə, iki saatlıq fasilə ilə qeydə alınan təkanların gücü 4,1-4,6 bal olub. Dağıntı və tələfat barədə məlumat verilmir. Dünən axşam saatlarında isə Çinin Tanqla aşırımında 5,3 bal gücündə zəlzələ baş verib. Qeyd edək ki, Sıçuanda mayın 12-də baş verən dağıdıcı zəlzələdən sonra Çində mindən artıq müxtəlif gücdə yeraltı təkan qeydə alınıb. Çin Vətəndaş Administrasiyası Nazirliyinin rəsmi məlumatlarına görə, Sıçuanda baş verən zəlzələdə 169,197 nəfər ölüb, 374,176 nəfər yaralanıb. -
07-18-2008, 12:11 PMAPAErmənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 17-də saat 10.30-dan 11.00-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən saat 21.20-dən 21.45-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.25-dək iyulun 18-də saat 01.30-dan 01.35-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.10-dan 22.33-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.40-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.35-dən 23.50-dək və iyulun 18-də saat 00.30-dan və 00.40-dək, 01-dən 02.00-dək Füzuli rayonunun ərazindəki adsız yüksəkliklərdə, Aşağı Veysəli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur. -
07-18-2008, 12:21 PMAPATatyana Çaladzenin "Bakı Xəbər" qəzetinə qarşı iddiası təmin olunmayıb
[b]Tatyana Çaladzenin "Bakı Xəbər" qəzetinə qarşı iddiası təmin olunmayıb[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Bakının Yasamal rayon Məhkəməsində jurnalist Tatyana Çaladzenin "Bakı Xəbər" qəzetinə qarşı iddiasına baxılıb. İddiaçı APA-ya açıqlamasında bildirib ki, adı çəkilən qəzetdə onun Bakıda iki mənzili olması barədə çap olunmuş yazı ilə bağlı fevral ayında məhkəməyə müraciət edərək ona böhtan atıldığını bildirib və 50 min manat məbləğində təzminat istəyib. Hakim Raqib Qurbanovun sədrliyi ilə bu gün keçirilən prosesdə T. Çaladzenin həmin vaxt Bakıda mənzili olmadığı faktı təsdiqlənsə də, yazıda iddiaçını təhqir edən sözlərdən istifadə olunmadığı üçün təzminat iddiası təmin olunmayıb. T. Çaladze qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. -
07-18-2008, 12:31 PMAPASabah aktyor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur
[b]Sabah aktyor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur[b]
[Bakı. Ülkər Qasımova-APA. İyulun 20-də tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur. Azərbaycan Kinorejissorlar Gildiyasından APA-ya bildirilib ki, bu münasibətlə gildiyada yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. R. Əzizbəyli Möhsün Sənani, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, Əliağa Ağayev, Leyla Bədirbəyli, Adil İsgəndərov və neçə-neçə səhnə korifeyləri ilə çiyin-çiyinə çalışıb. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Mədəni-maarif fakültəsini bitirən Ramiz Əzizbəyli "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətini davam etdirib. O, 30-a yaxın bədii filmdə, "Mozalan" satirik kinojurnallarında yadda qalan və sevilən obrazlar yaradıb, 1000-dən çox xarici filmlərin Azərbaycan dilinə dublyajında səslənməsində iştirak edib. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. 1992-ci ildə yeni iqtisadi münasibətlərin formalaşdığı bir zamanda Ramiz Əzizbəyli tamaşaçıya və bazara hesablanmış "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı və kassa filmi kimi və yeni tariximizdə çəkilən ən gəlirlı ilk film olaraq yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissor kimi çəkdiyi son bədii filmi olan "Yalan" Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr olunub. Azərbaycanın əməkdar artisti Ramiz Əzizbəyli Kinematoqrafçılar İttifaqının və Professional Kinorejissorlar Gildiyasının üzvüdür. -
07-18-2008, 12:41 PMAPAMəşhur aktyor Al Paçino Moskvaya köçür
[b]Məşhur aktyor Al Paçino Moskvaya köçür[b]
[Bakı. Ülkər Qasımova-APA. Məşhur aktyor Al Paçino Moskvaya köçür. APA-nın məlumatına görə, milyonlarla qadınların sevimlisi olan 68 yaşlı aktyor iki həftədən sonra dörd ay müddətinə Moskvada yaşamağa gəlir. Hollivud əfsanəsinin səfəri məşhur kinoprodüser, Rusiya prezidenti Dmitriy Medvedevin qohumu Sergey Konovun şəxsi dəvəti ilə gerçəkləşəcək. Deyilənlərə görə, Sergey Konova aktrisa Yekaterina Rednikova ilə evlənməyi məhz Al Paçino məsləhət edib. Aktyorun Rusiyaya səfəri ekskursiya məqsədi daşımır. Aktyor Konovla birgə yeni kinoşedevr çəkməyə hazırlaşır. 4 ay müddətində aktyor Moskvanın ən bahalı otellərindən birində yaşayacaq. Həmin oteldə bir otağın gündəlik icarə haqqı 200 min rubldur. -
07-18-2008, 12:51 PMAPADövlət Sərhəd Xidməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə uğurlu əməliyyat keçirib
[b]Dövlət Sərhəd Xidməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə uğurlu əməliyyat keçirib[b]
[Bakı. Hacı Zeynalov-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı bir sıra tədbirlər həyata keçirib. DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu il iyunun 26-da Astara rayonunun "N" saylı sərhəd zastavasının ərazisində İran İslam Respublikası istiqamətindən dövlət sərhədini pozaraq respublikamıza külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Sərhədçilərin sayıqlığı nəticəsində sərhəd pozucuları əllərindəki qaçaqmalı ataraq qaçıblar. Hadisə yerində qaçaqmalçılara məxsus 53 kiloqram narkotik vasitə - həşiş aşkarlanaraq, götürülüb. Faktla bağlı DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. Ölkə ərazisində "Xaş-xaş 2008" şərti adı altında DSX-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin iyulun 9-da Şəki rayonu "Yemçilik Birliyi" adlanan ərazisində 1,5 hektar sahədən 2 ton 300 kq, Ağstafa rayonu Sadıxlı kənd ərazisində 3 hektar sahədən 7 ton 264 kq, iyulun 10-da Qazax rayonu ərazisində Bakı-Tiflis magistral yolun 497-ci kilometrliyində 0,22 hektar sahədən 2 ton 510 kq, iyulun 11-də Zaqatala rayonu Kəpənəkçi kənd ərazisində 1,5 hektar sahədən 3 ton 200 kq yabanı şəkildə bitmiş çətənə kolu yığılaraq Daxili İşlər Nazirliyinin rayon polis şöbələrinin, Tovuz Gömrük İdarəsi əməkdaşlarının və ictimaiyyətin iştirakı ilə yandırılaraq məhv edilib. -
07-18-2008, 01:01 PMAPAAzərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı monitorinq aparılıb
[b]Azərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı monitorinq aparılıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Yeni Nəsil" Jurnalistlər Birliyinin iyulun 6-dan 15-nə qədər Azərbaycan mediasında seçkiqabağı kampaniyanın işıqlandırılması ilə bağlı apardığı monitorinqin nəticələri açıqlanıb. APA-nın xəbərinə görə, "Az.TV", ANS, ATV, İTV, "Lider" və "Space" telekanalları, "Azadlıq", "Yeni Müsavat", "Xalq qəzeti", "Zerkalo" və "525-ci qəzet"lərin monitorinqini aparan "Yeni Nəsil" siyasi proseslərin zəif işıqlandırıldığını müəyyən edib. Məlum olub ki, KİV əsasən prezidentin, digər rəsmi şəxslərin və hakim partiyanın fəaliyyəti haqda informasiyalar, süjet və reportajlar yayımlayır. Müxalifətin və digər siyasi qüvvələrin fəaliyyəti isə yalnız müxalifət mətbuatında və müstəqil KİV-də əksini tapır. Avropa Şurası və Avropa Komissiyasının dəstəyi ilə aparılan monitorinq barədə məlumat verən "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azərbaycan kütləvi informasiya vasitələrinin beynəlxalq standartlara uyğunlaşmasını arzuladıqlarını bildirib. KİV sahəsi üzrə ekspert Devid Vaard isə monitorinqin məqsədinin mediaya hücum etmək yox, onlara kömək göstərmək məqsədi daşıdığını deyib. -
07-18-2008, 01:11 PMAPAAzərbaycan millət vəkili oğlunun adının məhkəmə qalmaqalında hallandırılmasına aydınlıq gətirib
[b]Azərbaycan millət vəkili oğlunun adının məhkəmə qalmaqalında hallandırılmasına aydınlıq gətirib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Fərhad Qəribov oğlu Rəşad Qəribovun adının məhkəmədə zərərçəkmiş kimi hallanmasına aydınlıq gətirib. Millət vəkili APA-ya açıqlamasında Debüt Bankın Müşahidə Şurasının rəhbəri olan oğlu Rəşad Qəribovun məhkəmədə təqsirləndirilən Emin Əmirovla heç bir işbirliyinin olmadığını deyib. Onun sözlərinə görə, E. Əmirov Debüt Bankdan girovqoyma yolu ilə 6 milyon manat kredit götürüb: "O, təkcə oğlumun işlədiyi bankdan deyil, digər bir neçə bankdan da kreditə pul götürüb. Lakin Emin Əmirov kreditə götürdüyü vəsaiti ödəyə bilməyib. Buna görə də, onun qoyduğu girovlar əlindən alınıb və Emin Əmirov bank tərəfindən məhkəməyə verilib". F. Qəribov E. Əmirovun məhkəmə tərəfindən ədalətli şəkildə cəzalandırılacağına inandığını deyib. Qeyd edək ki, E. Əmirov dələduzluqda ittiham olunaraq həbs edilib. Hazırda onun cinayət işi üzrə məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə davam etdirilir. -
07-18-2008, 01:21 PMAPAMilli Mətbuat Gününə həsr olunmuş "Media və gənclik" mövzusunda dəyirmi masa keçirilib
[b]Milli Mətbuat Gününə həsr olunmuş "Media və gənclik" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş "Media və gənclik" mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbiri YAP Gənclər Birliyinin sədri Ramil Həsənov açaraq mətbuatın inkişafında gəncliyin rolu barədə danışıb. YAP icraçı katibinin müavini Mübariz Qurbanlı Azərbaycan mətbuatının şərəfli yol keçdiyini qeyd edərək hazırda dövlətin mətbuata qayğı göstərdiyini, jurnalist əməyinin qiymətləndirildiyini bildirib. YAP funksioneri mətbuatın tam müstəqil olmasının tərəfdarı olduqlarını deyib. APA-nın baş direktoru Vüsalə Mahirqızı çıxışında Azərbaycanda medianın həmişə tənqid hədəfi olduğunu qeyd edərək bunu mətbuatın cəmiyyətin diqqətindən kənarda qalmamasının göstəricisi kimi qiymətləndirib. V. Mahirqızı deyib ki, Azərbaycanda media azadlığı mövcuddur və mətbuat nümayəndələri bu azadlıqdan istifadə edərək fikirlərini ifadə edə bilirlər. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının inkişafında gənclərinin rolunu qeyd edərək deyib ki, mövcud problemlərin aradan qaldırılmasında da gənclik öz sözünü deməlidir. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, mətbuatın inkişafına yardımla bağlı dövlət dəstəyi konsepsiyasının qəbulu mətbuatın problemlərinin aradan qalxmasına, eyni zamanda gənclərin mətbuata gəlməsinin asanlaşdırılmasına kömək edəcək. "Olaylar" informasiya agentliyinin baş redaktoru Yunus Oğuz cəmiyyətin, o cümlədən gənclərin mətbuatı tam dərk etməyə hazır olmadığını bildirib. O da qeyd edib ki, dövlət dəstəyi konsepsiyasının qəbul olunması Azərbaycanda sözün, mətbuatın qüdrətinin artmasına səbəb olacaq. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda mətbuata dövlət qayğısının mövcud olduğunu deyib və bildirib ki, mətbuatın inkişafına yardımla bağlı dövlət dəstəyi konsepsiyasının yaxın zamanlarda qəbulu gözlənilir. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatında gənclərinin rolu barədə danışaraq sosial-iqtisadi problemlərin yeni nəslin mətbuata gəlməsinə mane olduğunu bildirib. O, medianın iqtisadi qüdrətinin artacağı təqdirdə bu halın da aradan qalxacağını vurğulayıb. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Azərbaycan mətbuatında çalışanların gəncləşməsinə ehtiyac olduğunu qeyd edərək bildirib ki, gənc kadrların mətbuata gəlməsinə, peşəkar səviyyədə yetişməsinə imkan yaradılmalıdır. -
07-18-2008, 01:31 PMAPAQaradağ rayonunda iki bıçaqlanma hadisəsi baş verib
[b]Qaradağ rayonunda iki bıçaqlanma hadisəsi baş verib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gecə Qaradağ rayon Sahil qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Qaradağ rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsindən məlumat verilib. Məlumata görə, Sahil qəsəbəsinin sakini, 1974-cü il təvəllüdlü Yolçu Alı oğlu Məmmədov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Daha bir bıçaqlanma hadisəsi isə rayonun Lökbatan qəsəbəsində baş verib. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, Lökbatan qəsəbəsinin sakini, 1976-ci il təvəllüdlü Yaşar Bağırov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Hər iki yaralı dərhal Kiliniki Tibbi Mərkəzə çatdırılıb, onların vəziyyətini orta-ağır olduğu bildirilir. Hər iki faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlayıb, hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. -
07-18-2008, 01:41 PMAPASentyabrda Azərbaycan Qadınlarının III Qurultayı keçiriləcək
[b]Sentyabrda Azərbaycan Qadınlarının III Qurultayı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Sentyabrın 26-da Azərbaycan Qadınlarının III Qurultayı olacaq. Qurultayda 2000-ə yaxın nümayəndə, o cümlədən xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. O, qurultay nümayəndələrinin seçkisinin hələ davam etdiyini bildirib: "Biz istərdik ki, ən ucqar rayonlarımızdakı qadınlar da fəallıqlarını artırsınlar. Məlum olduğu kimi, Azərbaycan əhalisinin 52 faizini qadınlar təşkil edir. Biz bu potensialdan istifadə edərək, qadınların problemlərinin həllinə çalışırıq. Qurultayda qadınların problemlərinin müzakirəsi ilə yanaşı, ölkəmizdə keçirilən prezident seçkilərində qadınların fəallığının artırılması məsələsi xüsusi qeyd ediləcək". -
07-18-2008, 01:51 PMAPAVenesiya Komissiyası Bakıda seçki prosesində şikayətlərə baxılmasına həsr olunmuş tədbir keçirəcək
[b]Venesiya Komissiyası Bakıda seçki prosesində şikayətlərə baxılmasına həsr olunmuş tədbir keçirəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurasının Venesiya Komissiyası Bakıda seçki prosesində şikayətlərə baxılması mexanizmlərinə həsr olunmuş tədbir keçirəcək. Bu barədə APA-ya Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin eksperti Sergey Kuznetsov məlumat verib.
[Onun sözlərinə görə, tədbirdə iştirak etmək üçün Bakıya VK-nın ekspertlərindən ibarət nümayəndə heyəti gələcək. Tədbirin gələn ay təşkil olunması planlaşdırılır. Müzakirələrə seçki komissiyalarının üzvləri ilə yanaşı hüquqşünaslar, seçkiləri müşahidə edəcək qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də dəvət olunması nəzərdə tutulur. -
07-18-2008, 02:01 PMAPAQorxmaz İbrahimli Demokratik Seçki Mərkəzinin sədri seçilib
[b]Qorxmaz İbrahimli Demokratik Seçki Mərkəzinin sədri seçilib[b]
[Bakı. Laçın Sultanova-APA. Qorxmaz İbrahimli Demokratik Seçki Mərkəzinin (DSM) sədri seçilib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə bu gün keçirilən mətbuat konfransında DSM-in əvvəlki sədri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yeni prezidenti Rauf Zeyni məlumat verib. O, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun seçkilərlə bağlı xüsusi proqramı olduğunu açıqlayıb. Hazırda forumun 479 üzvünün olduğunu və daha üç təşkilatın üzvlük üçün müraciət etdiyini deyən MQHTF prezidenti seçkilərlə bağlı monitorinq keçirmək imkanı olan istənilən təşkilatın bu prosesdə iştirak edə biləcəyini söyləyib. Daha sonra çıxış edən DSM sədri Qorxmaz İbrahimli deyib ki, qarşıda gələn prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün üzərinə düşən missiyadan istifadə edəcək. -
07-18-2008, 02:11 PMAPAİsmayıllı və İmişlidə baş verən yol qəzalarında üç nəfər ölüb
[b]İsmayıllı və İmişlidə baş verən yol qəzalarında üç nəfər ölüb[b]
[Bakı. Məhbubə Qasımbəyli- APA. İyulun 17-də saat 08.30 radələrində İsmayıllı rayonunun Tircan kəndində, kənd sakini Fəzail Məmmədovun idarə etdiyi "QAZ-53" markalı və Maçaxı kənd sakini Əlif Yusifovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə "VAZ-21063" markalı avtomaşının sərnişini, Tircan kənd sakini Arif Zülfüqarov hadisə yerində ölüb, xəsarət alan Ə. Yusifov və sərnişini, Mican kənd sakini Raci Məmmədov xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Həmin gün İmişli rayonunun Qaradonlu kəndində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 23.00 radələrində İmişli rayonunun Qaradonlu kəndində, Qızılkənd kənd sakini Telman Babayevin idarə etdiyi "VAZ-2106" markalı və Gövhərli kənd sakini Vüsal Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşması nəticəsində xəsarət alan T. Babayev və sərnişinləri, həmyerliləri Nabat Həsənova və Samiq Məmmədov xəstəxanaya yerləşdiriliblər. T. Babayev və N. Həsənova orada ölüb. İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. -
07-18-2008, 02:21 PMAPAMəleykə Abbaszadə: "Qeyri-leqal tələbə qəbulu təkcə Azərbaycan Beynəlxalq Universitetində baş verməyib"
[b]Məleykə Abbaszadə: "Qeyri-leqal tələbə qəbulu təkcə Azərbaycan Beynəlxalq Universitetində baş verməyib"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Övladlarını qeyri-leqal şəkildə özəl ali məktəblərə qəbul etdirmək istəyən valideynlər özlərini aldadırlar. Bundan sonra valideynlər tələbənin hansı hüququndan danışa bilərlər". APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qeyri-leqal tələbə qəbulu prosesi təkcə Azərbaycan Beynəlxalq Universitetində (ABU) baş verməyib: "Bu il də ABU-ya qəbul yerləri ayırıb və bu siyahı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Təəccüb doğuran odur ki, bu məsələdə yalnız ABU-nun adı çəkilir. Digər özəl təhsil müəssisələrdə də belə hallar baş verir. Bunların adlarını çoxları bilir, amma çəkmirlər. Biz əvvəllər də demişdik ki, dövlət qəbulundan kənar tələbə olmaq istəyən və hətta dörd il ali məktəblərə gedib-gələnlər var". Onun sözlərinə görə, dövlət qəbulundan kənar ali məktəblərə daxil olan və sonradan bu və ya digər problemlə qarşılaşan şəxslərə görə, dövlət məsuliyyət daşımır: "Əgər hansısa özəl universitetin lisenziyası alınarsa, o zaman dövlət qəbulu ilə tələbə adını qazananların taleyinə dövlət cavabdeh olacaq. Amma qəbuldan kənar adlarını yazdırıb oxuyan tələbələrin taleyinə dövlət cavabdeh deyil. Valideynlər bu məsələlərə diqqət yetirməlidirlər və bilərəkdən qanunu pozmamalıdırlar". -
07-18-2008, 02:31 PMAPAAzərbaycan XİN Diplomatik Akademiyasının təşəbbüsü ilə Qubadakı yəhudi sinaqoqunda dini tolerantlıqla bağlı seminar keçirilir
[b]Azərbaycan XİN Diplomatik Akademiyasının təşəbbüsü ilə Qubadakı yəhudi sinaqoqunda dini tolerantlıqla bağlı seminar keçirilir[b]
[Quba. Solmaz Mehtiyeva-APA. Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının təşəbbüsü ilə Qubanın "Qırmızı qəsəbə" yaşayış məntəqəsində yerləşən yəhudi sinaqoqunda dini tolerantlıq mövzusunda seminar işə başlayıb. APA-nın Şimal bürosunun məlumatına görə, tədbirə Avropa, Amerika və Afrikadan gəlmiş müxtəlif millətlərin nümayəndələri olan 30 gənc qatılıb. İki gün davam edəcək seminarda Azərbaycandakı dini tolerantlıq, dinlərarası münasibətlər, dini azlıqların vəziyyəti və digər məsələlər müzakirə olunur. Diplomatiya Akademiyasının təlim proqramları üzrə direktoru Fariz İsmayılzadə APA-nın Şimal bürosuna bildirib ki, əvvəlki analoji seminarlar Bakı şəhərində baş tutub. "Seminarlarda qonaqlara Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə geniş məlumat verilib. Seminar çərçivəsində iştirakçılar paytaxtdakı katolik kilsəsində olublar, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadə ilə görüşüblər". Fariz İsmayılzadənin sözlərinə görə, Qubada keçirilən seminarı İsraildən gəlmiş professor Blendo Şafer aparır: "Seminarda gənclərə Azərbaycanda yaşayan yəhudilərin tarixi, onların hüquqlarının qorunması, Azərbaycan-İran münasibətləri barədə məlumatlar verilir. Seminarı keçirməkdə əsas məqsədimiz dünya ölkələrində Azərbaycanın dostlarının çoxalması, diplomatiyamızın güclü olmasıdır". Seminardan sonra iştirakçıların Qubadakı kütləvi məzarlığa, tarix-diyarşünaslıq və xalçaçılıq muzeylərinə səfəri planlaşdırılır. -
07-18-2008, 02:41 PMAPAArif Məmmədov: "Azərbaycanda demokratik seçkilər keçirmək üçün heç bir əngəl yoxdur"
[b]Arif Məmmədov: "Azərbaycanda demokratik seçkilər keçirmək üçün heç bir əngəl yoxdur"[b]
Bakı. Turan Hüseynova - APA. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovun APA-ya müsahibəsi
[- Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinin bəzi müddəalarından narazıdır. Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında danışıqlar hansi istiqamətdə davam etdiriləcək?- Narazılıqdan söhbət gedə bilməz. Sadəcə olaraq, bəzi təkliflər çaşqınlıq yarada biləcəyi nəzərə alınaraq qəbul edilməyib. Bu, normal haldır. Venesiya Komissiyası digər dövlətlərə də tövsiyələr verir. Azərbaycanda bu gün mövcud olan seçki qanunvericiliyi Venesiya Komissiyası ilə birlikdə hazırlanıb. Azərbaycan bir çox təklifləri nəzərə alaraq onları qanunvericiliyə daxil edib. Nəyi isə müasirləşdirmək və daha da inkişaf etdirmək davamlı bir prosesdir. Venesiya Komissiyasının katibi Canni Bukikkionun Bakıya səfəri zamanı seçki ilə bağlı vəziyyəti, seçki komissiyalarının tərkibi, sərbəst toplaşmaq azadlığı barədə məsələlər müzakirə olunub. Cənab Bukikkio öz müsahibəsində bildirib ki, bəzi məsələlərlə tam razı olmasalar da, ümumilikdə qanunlar azad və demokratik seçkilər keçirməyə imkan verir. - Seçkilər Avropa Şurasının tələblərinə cavab verməsə, Azərbaycanın qurumda səsvermə hüququ dondurula bilərmi? - Azərbaycanda azad və demokratik seçkilər keçirmək üçün heç bir əngəl yoxdur. Bunu Avropa Şurasının bir çox missiyaları da qeyd edib. Bir daha bildirirəm ki, qanunvericilik demokratik seçki keçirmək üçün uyğundur. Müəyyən problemlər ola bilər ki, bu da insanların kifayət qədər maariflənməməsi ilə bağlıdır. Bəzi şəxslər öz ailə üzvlərinin yerinə də səs vermək istəyirlər və buna icazə verilməyəndə narazılıq yaranır. Belə hallar daha çox rayonlarda baş verir. Cəmiyyətin demokratik inkişafına və maariflənməsinə vaxt lazımdır. Avropa bu prosesi yüz illərlə keçib. Bundan başqa, bəzən icra strukturlarının müdaxilələri də olur və son seçkilərdə belə faktlara görə bir neçə nəfər cəzalandırılıb. - AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul edilmiş qətnamədə həbsdə olan üç jurnalistlərin sentyabr ayına qədər azadlığa buraxılması tələbi əksini tapıb. Bu tələb yerinə yetirilməsə, Avropa Şurası Azərbaycana qarşı sanksiya tətbiq edə bilərmi? Siyasi məhbuslar üzrə məruzəçini təyin olunması məsələsi nə yerdədir? - Qətnamə tövsiyə xarakteri daşıyır və sanksiyalardan söhbət getmir. Siyasi hakimiyyət və dövlət məhkəmə qərarlarına müdaxilə edə bilməz. Bu, demokratiyanın əsas prinsiplərindən biridir. Məhkəmə qərarlarından apellyasiya verilə bilər. Son vaxtlar apellyasiya qaydasında və prezidentin əfv fərmanları ilə bir çox jurnalist artıq azadlığa buraxılıb. Siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması gündəlikdə var idi. Bu məsələ hələlik açıq qalır və AŞ PA sədrinin Bakıya səfəri zamanı da müzakirə olunub. Belə bir təklif də var idi ki, bütün Cənubi Qafqaz ölkələri üzrə siyasi məhbus adlandırılan şəxslərin işi ilə bağlı xüsusi məruzəçi təyin edilsin. Ermənistan QHT-ləri də AŞ PA-ya müraciət edərək öz ölkələri üzrə məruzəçi təyin edilməsini istəyiblər. Azərbaycana gəldikdə isə, Monitorinq Komitəsinin üzvləri Yevgeniya Jivkova və Andres Herkel vəziyyəti izləyirlər. Səməd Seyidov AŞ PA bürosunda keçirilən müzakirələrdə bildirmişdi ki, onsuz da monitorinq var və həmməruzəçilər siyasi məhbus hesab edilən şəxslərin məsələsinə də baxır. Ona görə də yeni məruzəçinin təyin olunması əlavə bürokratiya yarada bilər. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Mən şəxsən bu məsələnin AŞ PA Bürosunda və ya sessiya zamanı dəstək alacağına inanmıram. Amma hər şey ola bilər. - Avropa Şurasının Cənubi Qafqazda mədəni abidələrin vəziyyətinin araşdırılması üzrə missiyası bölgəyə gələcəkmi? - Missiyanın səfəri təxirə salınıb. İndiki şəraitdə belə bir missiyanı həyata keçirmək qeyri-mümkündür. Bunun bir neçə səbəbi var və səbəblərdən biri də bölgədə gərginliyin olması, atəşkəs rejimi hər gün pozulmasıdır. Bizim əsas şərtimiz odur ki, missiyanın səfəri eyni anda regionun hər üç dövlətini əhatə etməlidir, çünki Cənubi Qafqazın tarixi-mədəni varlıqları bir-birinə bağlıdır. Digər şərtlərimizdən biri də o odur ki, Dağlıq Qarabağa yalnız Azərbaycan ərazisindən gedilməlidir və hazırda texniki baxımından belə bir səfər üçün bəzi problemlər var. Azərbaycan tərəfi təmas xəttinin öz tərəfində təhlükəsizliyə təminat verir, Ermənistan isə yox. Onlar istəyirlər ki, missiya Ermənistan vasitəsilə Dağlıq Qarabağa getsin, bu isə bizim ərazi bütövlüyümüz və suverenliyimizə ziddir və buna imkan verə bilmərik. Gələcəkdə analoji missiyaların qarşısında da belə bir şərt qoyulacaq. - Avropa Şurasının Qafqazda itkin düşmüş şəxslər üzrə keçmiş məruzəçisinin işi davam etdiriləcəkmi? Yeni məruzəçi kim olacaq? - Bu iş davam etdiriləcək. Azərbaycan artıq bütün siyahıları verib. Sonuncu dəfə bu məsələ Ertmənistan nümayəndə heyəti qarşısında qaldırılanda onlar hələlik son siyahıları tərtib etməmişdilər. Hazırda Avropa Şurası Ermənistan tərəfinin də dəqiq siyahı hazırlayıb təqdim etməsini gözləyir. -
07-18-2008, 02:51 PMAPAAzad Rəhimov: "Gənclər şəhərciyi tikmək ideyası tikinti şirkətlərini maraqlandırmır"
[b]Azad Rəhimov: "Gənclər şəhərciyi tikmək ideyası tikinti şirkətlərini maraqlandırmır"[b]
[Bakı. Elbrus Seyfullayev-APA. "Gənclər şəhərciyinin tikilməsi ilə bağlı təklifimizə heç bir müsbət cavab verilməyib. Bu ideya tikinti şirkətlərini maraqlandırmır". APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, gənclər şəhərciyinin tikintisi məqsədi ilə Bakı meriyası tərəfindən Hövsan qəsəbəsində 3 hektar torpaq sahəsi ayrılsa da, bu iş ölü nöqtədən tərpənmir. A. Rəhimov bildirib ki, gənclər şəhərciyini tikmək üçün nazirliyin vəsaiti yoxdur: "Amma biz nazirlik olaraq hər hansı kommunal problemlərin həll olunması üçün dəstək verə bilərik". A. Rəhimov, həmçinin gənclərin işsizlik problemlərinin həll olunması məsələsinə də toxunub. Onun sözlərinə görə, regionlarda dəfələrlə iş yarmarkaları keçirilib, lakin gənclərin bilik və bacarıq səviyyəsi iş axtaran şirkətləri yetərincə qane etməyib: "Gənclər öz üzərlərində işləməli, kompüteri bilməli və xarici dil öyrənməlidir". Gənclərin qarşıdan gələn prezident seçkisində fəal iştirak etmələri üçün müvafiq tədbirlər görüldüyünü deyən A. Rəhimov bu istiqamətdə Mərkəzi Seçki Komissiyası ilə birlikdə müəyyən layihələr üzərində işlədiklərini bildirib: "Bu seçkilərdə ilk səs verən gənclərə hədiyyələr təqdim olunacaq. Bundan başqa, gənclərin seçkidə fəal iştirakı üçün şüarlar hazırlanır". A. Rəhimov gənclərin narkomaniya kimi pis vərdişlərindən uzaq olması üçün lazımi tədbirlərin görüldüyünü, nazirliyin bu məsələni xüsusi diqqətdə saxladığını da deyib. -
07-18-2008, 03:01 PMAPARusiya hərbi birləşmələri Gürcüstan sərhədində təlimlərə başlayıb
[b]Rusiya hərbi birləşmələri Gürcüstan sərhədində təlimlərə başlayıb[b]
[Gürcüstan-APA. Rusiya quru qoşunlarının komandanının köməkçisi polkovnik İqor Konaşenkov "Qafqaz-2008" təlimləri çərçivəsində iki desant bölüyünün Gürcüstan sərhədindəki dağlıq aşırımda mövqe tutduğunu bildirib. APA-nın məlumatına görə, desant bölükləri Roksk və Mamison aşırımlarında təlim keçirlər. Rusiya hərbi dairələri təlimlərin gürcü-abxaz münaqişəsi ilə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Təlimlərə cəlb olunan Rusiya qoşun birlikləri hazırda dağ şəraitində şərti düşməni zərərsizləşdirmək üsullarını öyrənirlər. Təlim proqramına uyğun olaraq sabahdan etibarən desant bölüklərinin terrorçu birləşmələrə qarşı mübarizədə iştirakı metodları sınaqdan keçiriləcək. -
07-21-2008, 10:31 AMAPAAzərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki xarici şirkətin təklifləri bəyənilərək hökumətə təqdim olunub
[b]Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki xarici şirkətin təklifləri bəyənilərək hökumətə təqdim olunub[b]
[Bakı. Rəşad Süleymanov - APA. "Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki şirkətin təklifləri bəyənilərək hökumətin müzakirəsinə təqdim olunub". APA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, avqust-sentyabr aylarında həmin şirkətlərlə müqavilələrin bağlanması nəzərdə tutulur: "Bu müqavilələr Azərbaycanın süni peykinin orbitə çıxarılması ilə yanaşı, ikinci peykin də yaxın illərdə orbitə buraxılmasını ehtiva edir. Hazırda ikinci peykin orbitə çıxarılması layihəsi üzərində müəyyən işlər aparılır". Nazir müqavilə imzalanmadığından şirkətlərin adlarını açıqlamayıb. O, hər iki şirkətin bu sahədə böyük təcrübəsi olan aparıcı dövlətlərdən olduğunu söyləməklə kifayətlənib. Ə. Abbasov süni peyk layihəsində "Türksat"dan kömək aldıqlarını da əlavə edib. Belə ki, Türkiyə özünün orbitdəki 50-ci şərq mövqeyini uyğun şərtlərlə Azərbaycana icarəyə verib. Qeyd edək ki, Azərbaycanın milli süni peykinin 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində orbitə çıxarılması gözlənilir. -
07-21-2008, 10:41 AMAPAMasallı sakini özünü asıb
[b]Masallı sakini özünü asıb[b]
[Masallı. Ağəddin Babayev - APA. Bu gün səhər Masallı rayonunda intihar hadisəsi baş verib. Rayon prokuroru Rizvan Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Gəyəçöl kənd sakini, 1982-ci il təvəllüdlü Orxan Məmmədov evinin həyətyanı sahəsində özünü asaraq ölüb. Faktla bağlı araşdırma aparılır. -
07-21-2008, 10:51 AMAPAƏlət-Astara yolunda baş verən yol qəzasında bir nəfər ölüb
[b]Ələt-Astara yolunda baş verən yol qəzasında bir nəfər ölüb[b]
[Masallı. Ağəddin Babayev - APA. Bu gün səhər Ələt-Astara yolunun 165-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, Masallı rayonunun Musaküçə kənd sakinləri - 1963-cü il təvəllüdlü Akif Rəhimov idarə etdiyi "VAZ 2107" markalı, 01 BC 188 dövlət nömrə nişanlı avtomobil və onun həmkəndlisi, 1966-cı il təvəllüdlü Faiq Ağayevin idarə etdiyi VAZ 2101, 44 BE 752 dövlət nömrə nişanlı avtomobil ötmə zamanı bir-birinə dəyərək çevriliblər. Nəticədə "VAZ 2101"in sərnişini, Musaküçə kənd sakini Mərcan Ağayeva müxtəlif bədən xəsarətləri ilə Masallı rayon xəstəxanasına aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, təhqiqat aparılır. -
07-21-2008, 11:01 AMAPA"Ağa Məhəmməd şah Qacar" adlı çoxseriyalı televiziya filmi çəkiləcək
[b]"Ağa Məhəmməd şah Qacar" adlı çoxseriyalı televiziya filmi çəkiləcək[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Ağa Məhəmməd şah Qacar" adlı çoxseriyalı televiziya filmi çəkiləcək. Bu barədə APA-ya filmin quruluşçu rejissoru Əbdül Mahmudbəyov məlumat verib. O bildirib ki, tamaşaçılara ilk dəfə Qacarlar sülaləsi və islam tarixi ilə bağlı yeni məlumatlar təqdim olunacaq: "Əvvəl bədii film çəkməyə hazırlaşsaq da, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aparılan təmir işləri ilə əlaqədar ssenarini yenidən işlədik. Biz əlimizdə olan zəngin materialları tamaşaçılara çoxseriyalı televiziya filmində təqdim etməyə qərar verdik". Hələlik Oruc Qurbanovun ssenarisi əsasında 4 seriyalı filmin çəkilməsi nəzərdə tutulub. Rejissorun sözlərinə görə, seriyaların sayı artırıla bilər: "Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr etdiyimiz filmin İctimai Televiziyada yayımlanması nəzərdə tutulur". -
07-21-2008, 11:11 AMAPATelefon oğrusu həbs edilib
[b]Telefon oğrusu həbs edilib[b]
[Bakı - APA. Sumqayıt sakini telefon oğurladığı üçün tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də C. Naxçıvanski küçəsindəki "Sunay" mağazasında Tovuz rayon sakini Afiq Abbasovun cibindən mobil telefonunu oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Allahverdiyev yaxalanıb. -
07-21-2008, 11:21 AMAPAPiyadanı vurub qaçan sürücü yaxalanıb
[b]Piyadanı vurub qaçan sürücü yaxalanıb[b]
[Bakı - APA. İyulun 17-də Siyəzən rayonunda müəyyən edilməmiş avtomaşınla rayon sakini İslam Bayramov vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alan İ. Bayramov xəstəxanaya yerləşdirib. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bayramovu idarə etdiyi "QAZ-24" markalı avtomaşınla vurub hadisə yerindən qaçan rayon sakini Mahir Cəfərov tutulub. Faktla bağlı Siyəzən RPŞ tərəfindən araşdırmalar aparılır. -
07-21-2008, 11:31 AMAPAErmənistan ordusu xroniki atəşkəs pozuntularına davam edir
[b]Ermənistan ordusu xroniki atəşkəs pozuntularına davam edir[b]
Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri hər gün olduğu kimi, yenə bir neçə istiqamətdə atəşkəsi pozublar.
[Azərbaycan Müdafiə Nazirliyini mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən iyulun 20-də saat 09.50-dən 10.05-dək, 16.30-dan 19.15-dək və saat 22.10-dan 22.30-dək fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex, İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, həmçinin Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 12.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən saat 17.40-dan 17.45-dək, eləcə də 21.35-dən 23.30-dək və iyulun 21-də saat 15.30-dan 05.38-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 17.10-dan 20.00-dək fasilələrlə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, iyulun 21-də saat 01.25-dən 01.35-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 05.25-dən 05.35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən susdurulub, itki yoxdur. -
07-21-2008, 11:41 AMAPAYardımlıda və Lənkəranda "Xaşxaş - 2008" əməliyyatı keçirilib
[b]Yardımlıda və Lənkəranda "Xaşxaş - 2008" əməliyyatı keçirilib[b]
Lənkəran. Ağəddin Babayev - APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə regional şöbəsi ilə Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsinin, yabanı halda yayılmasının qarşısının alınması üzrə "Xaşxaş - 2008" şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri keçiriblər.
[Yardımlı Polis Şöbəsinin rəisi Şamil Məcidlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Alar kəndi yaxınlığındakı "Şahinişin" adlanan 200 hektarlıq ərazidə yabanı halda bitmiş 41 ton xaşxaş kolu aşkarlanaraq müvafiq komissiyanın iştirakı ilə məhv edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub zonası üzrə regional şöbəsi ilə Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Nərimanabad-1 qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Muxtar oğlu Məmmədov narkotik vasitə olan 100 qram həşişi satarkən yaxalanıb. Onun yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən külli miqdarda xaşxaş bitkisi aşkarlanaraq müsadirə olunub. Faktla bağlı araşdırma aparılır. -
07-21-2008, 12:01 PMAPA1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
[b]1 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatı tərəfindən əldə olunan məlumatlar əsasında müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
[Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 19-da 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 1975-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 220.1; 315.2-ci maddələri (kütləvi iğtişaşda iştirak etmə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Müşfiq Şirzad oğlu ilə qısa müddətli görüşə gələn qohumu, 1977-ci il təvəllüdlü, Bakı şəhəri Balaxanı qəsəbə sakini Əzizov Zaur Əzizbala oğlunun gətirdiyi sovqata baxış keçirilərkən, oradan təsərrüfat sabununun içərisində yerləşdirilmiş ümumi çəkisi 6,347 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə aşkar olunmuş narkotik vasitə və saxlanılmış şəxs istintaq aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə təhvil verilib. -
07-21-2008, 12:11 PMAPABu il Bakıda quldurluq və soyğunçuluqla məşğul olan 20 cinayətkar qruplaşma zərərsizləşdirilib
[b]Bu il Bakıda quldurluq və soyğunçuluqla məşğul olan 20 cinayətkar qruplaşma zərərsizləşdirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin altı ayı ərzində Bakı şəhərində 4819 cinayət qeydə alınıb, onların 86,1 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,9 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. Ümumi cinayətlərin 28,8 faizini şəxsiyyət əleyhinə, 32,2 faizini ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 0,4 faizini isə iqtisadi sahədə olan hüquqazidd əməllər təşkil edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində bu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov bildirib. R. Abbasov qeyd edib ki, hesabat dövründə ağır cinayətlərin, xüsusən şəxsiyyət əleyhinə törədilən cinayətlərin açılması yüksəlib, o cümlədən keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmə, qəsdən sağlamlığa zərər vurma cinayətləri, ölümlə, eləcə də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb, onların açılma faizi isə yüksək olub. Hesabat dövründə 10 quldurluq və 16 soyğunçuluq cinayətləri törədən 53 nəfərdən ibarət 20, 19 mənzil oğurluğu törədən 18 nəfərdən ibarət 9 cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilib. Polis rəisinin sözlərinə görə, müxtəlif vaxtlarda Bakı şəhərində 27 mənzil oğurluğu törədən A. Fərzəliyev bu ilin iyun ayında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. R. Abbasov qeyd edib ki, əməliyyat-axtarış fəaliyyətinin mühüm istiqamətlərindən olan təqsirləndirilən şəxslərin yerlərinin müəyyən edilməsi sahəsində də müəyyən işlər görülüb, cinayətkarların 59,4 faizi tutularaq aidiyyəti orqanlara təhvil verilib. R. Abbasov keçən ilin birinci yarımilliyində qanunsuz dövriyyədən 45 kiloqram 574 qram narkotik vasitə çıxarıldığı halda, cari ilin müvafiq dövründə 110 kiloqram 394 qram narkotik vasitə, o cümlədən 50 kiloqram 836 qram həşiş, 8 kiloqram 574 qram heroin, 11 kiloqram 293 qram tiryək və 39 kiloqram 690 qram marixuana götürüldüyünü deyib. Ötən ilin eyni dövrü ilə müqayisədə aşkar olunan cinayətlərin sayı 97 fakt, narkotiklərin satışı ilə bağlı isə 108 fakt artıb. Polis rəisi bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,71 faiz, ölümlə nəticələnən yol nəqliyyat hadisələri 23,29 faiz, yaralananların sayı isə 5,4 faiz azalmış, yol hərəkəti qaydalarını davamlı və kobud sürətdə pozan, ictimaiyyətə açıq hörmətsizlik edən 349 avtoxuliqan yaxalanaraq məhkəmə məsuliyyətinə cəlb olunub, onların 78-i inzibati qaydada müxtəlif müddətlərə həbs olunub, 169 nəfər barəsində isə inzibati tədbirlər görülüb. Həyata keçirilmiş profilaktiki və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 185 ədəd silah, o cümlədən 19 avtomat, 35 tapança, 130 tüfəng, 1 qumbaraatan, habelə 96 qumbara, 25 mərmi və 8500-dən çox müxtəlif çaplı patronlar yığılıb.