[b]Mədəniyyət və incəsənət sahələrində xidmətləri olan bir qrup şəxsə Azərbaycan prezidentin fərdi təqaüdləri verilib[b]
[Bakı - APA. Prezident İlham Əliyev Azərbaycanın musiqi təhsili işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə, 34 nəfərə "Azərbaycan Respublikasının əməkdar müəllimi", 9 nəfərə isə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilib. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda mədəniyyət və incəsənət sahələrində böyük xidmətləri olan Abdullayeva Aida Həmdulla qızı, Atakişiyev Tahir İsrafil oğlu, Daşdəmirova Tubu Cəbrayıl qızı, Əliyev Tofiq Əli Heydəroviç və Məmmədov Mahmud Qasım oğluna Prezidentin fərdi təqaüdləri verilib.
Azərbaycan Xəbərləri
Printable View

09-17-2008, 08:40 PMAPAMədəniyyət və incəsənət sahələrində xidmətləri olan bir qrup şəxsə Azərbaycan prezidentin fərdi təqaüdləri verilib

09-18-2008, 10:00 AMAPAErmənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 17-də saat 08.30-dan 08.45-dək, 12.05-dən 12.15-dək və 21.25-dən 21.35-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Koxa Nəbi və Qazax rayonunun Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 18.35-dən 18.50-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.30-dan 19.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 23.15-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.12-dən 23.22-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
09-18-2008, 10:20 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 17,60 -
09-18-2008, 10:30 AMAPAMetyu Brayza: "Azərbaycanla Ermənistan arasında saziş imzalansa, bu sənədə əlavə prinsiplər daxil etmək lazım gələcək"
[b]Metyu Brayza: "Azərbaycanla Ermənistan arasında saziş imzalansa, bu sənədə əlavə prinsiplər daxil etmək lazım gələcək"[b]
Bakı.Viktoriya Dementyeva-APA. "ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağa münaqişəsinin nizamlanması işinə böyük töhfələr verib və Rusiya ilə münasibətlərdə mövcud olan çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir".
[APA-nın məlumatına görə, bu açıqlamanı Heydər Əliyev hava limanında jurnalistlərə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib: "Hazırda Rusiya ilə münasibətlərdə müəyyən çətinliklər var, amma düşünürəm ki, Moskva Gürcüstan prezidenti ilə imzaladığı sazişə əməl etməyə başlayan zaman bu çətinliklər aradan qalxacaq". Cənab Brayza Bakıya səfərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, enerji məsələləri və xarici işlər nazirlərinin Nyu-York görüşünün keçiriləcəyini dəqiqləşdirmək məqsədi daşıdığını bildirib. Türkiyənin münaqişənin nizamlanması prosesində rolu məsələsinə toxunan həmsədr bununla bağlı Ankarada danışıqlar apardığını qeyd edib: "Ankaradakı dostlarımız bildirdi ki, onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yardım etmək istəyirlər. Türkiyə bu prosesə öz töhfəsini verə və Ermənistanın daha çevik mövqedən çıxış etməsinə yardım göstərə bilər". Amerikalı həmsədr münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bir daha açıqlayıb: "Əgər tərəflər arasında saziş imzalansa, bu sənədə əlavə prinsiplər daxil etmək lazım gələcək". -
09-18-2008, 10:40 AMAPAİraqda 5 ABŞ əsgəri həlak olub
[b]İraqda 5 ABŞ əsgəri həlak olub[b]
[Bağdad - APA. İraqda "CH 47 Chinook" hərbi vertolyotunun qəzaya uğraması nəticəsində 5 ABŞ əsgəri ölüb. APA-nın "Asssociated Press" agentliyinə istinadən verdiyi məlumata görə, insident sentyabrın 18-nə keçən gecə Bəsrə şəhərindən 96 km şərqdə baş verib. Küveytdən İraqın şimalındakı bazaya qayıdan vertolyotlardan birində nasazlıq yaranıb. Pilot yerə enmək qərarına gəlib, ancaq vertolyot enərkən yerə çırpılıb. Qəzanın səbəbləri araşdırılır. -
09-18-2008, 10:50 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
09-18-2008, 11:00 AMAPANijeqorod vilayətinin məscidlərində Permdə təyyarə qəzasında həlak olanların ruhuna dualar oxunacaq
[b]Nijeqorod vilayətinin məscidlərində Permdə təyyarə qəzasında həlak olanların ruhuna dualar oxunacaq[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Nijeqorod vilayəti Müsəlman Ruhani İdarəsinin sədri Umar Həzrət İdrisov vilayətin müsəlman icmasının rəhbərlərinin cümə namazında Permdə təyyarə qəzasında həlak olan sərnişinlərin ruhuna dua etməyə çağırıb. APA-nın məlumatına görə, idarənin aparat rəhbəri qəzaya uğrayan təyyarənin sərnişinləri arasında müsəlmanların - Azərbaycan və Türkiyə vətəndaşlarının olduğunu xatırladıb. O, Rusiyanın aviaparkının təcili olaraq yenilənməsini vacib sayıb: "Qəzaya uğrayan "Boeing" təyyarəsi kosmetik təmir edilərək Rusiyaya satılan yüzlərlə təyyarədən yalnız biridir. Permdəki qəza birinci və sonuncu deyil. Qəzanın səbəblərini araşdırmaqla kifayətlənmək olmaz, ilk növbədə aviadaşımalarda təhlükəsizliyi təmin etmək üçün təcili tədbirlər üzərində düşünmək lazımdır". -
09-18-2008, 11:10 AMAPAMoskvada yaxalanmış gürcü kriminal avtoritet "Givi Kutaisski" qaçıb
[b]Moskvada yaxalanmış gürcü kriminal avtoritet "Givi Kutaisski" qaçıb[b]
[Moskva - APA. Rusiyada həbs olunmuş və kriminal dairələrdə "Givi Kutaisski" kimi tanınan gürcü "qanuni oğru" qaçıb. APA-nın məlumatına görə, "Givi Kutaisski" sentyabrın 9-da Moskva şəhər Daxili İşlər Şöbəsi yanında xarici vətəndaşların saxlanıldığı mərkəzdən qaçmağa nail olub. Xatırladaq ki, o, bu ilin yayında 50-dən çox kriminal avtoritetin iştirakı ilə Klyazminsk su anbarında, teploxodda keçirilən "oğru sxodkası" zamanı milisin keçirdiyi xüsusi əməliyyat nəticəsində yaxalanıb. Araşdırma zamanı məlum olub ki, Gürcüstan vətəndaşı olan "Givi Kutaisski" Rusiyada qeyri-leqal şəraitdə yaşayır. İyul ayında MoskvaNın Babuşkin rayon Məhkəməsi onun məcburi deportasiyası barədə qərar çıxarıb. Ancaq Kutaisski bu qərarın icrasını gözləmədən aradan çıxıb. -
09-18-2008, 11:20 AMAPADünya Hemofiliya Federasiyasının prezidenti Azərbaycana gələcək
[b]Dünya Hemofiliya Federasiyasının prezidenti Azərbaycana gələcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Dünya Hemofiliya Federasiyası MDB dövlətləri arasında hemofiliya sahəsində görülən işlərə görə Azərbaycanın lider olduğunu bildirib. Bu barədə APA-ya Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova məlumat verib. Görülən işləri nəzərə alıb sentyabrın 20-23-də Dünya Hemofiliya Federasiyasının prezidenti Mark Skiner, qurumun Avropa dövlətləri üzrə proqramlar koordinatoru Ketrin Hudon, kanadalı professor Greiq Blamey və italiyalı professor Luiqi Solemano Azərbaycana səfər edəcək. Sentyabrın 20-21-də Bakıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində simpoziumun keçirilməsi nəzərdə tutulub. Simpoziumun məqsədi 2 günlük təlim kursu zamanı iştirakçıları hemofilıiyanın fəsadları olan hərəkət-dayaq sisteminin pozulmalarının qarşısının alınması və bərpasında istifadə olunan müasir vasitələrlə tanış etməkdir. -
09-18-2008, 11:30 AMAPABu ildən Azərbaycanın bütün musiqi məktəblərində Üzeyir dərsi tədris olunacaq
[b]Bu ildən Azərbaycanın bütün musiqi məktəblərində Üzeyir dərsi tədris olunacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu ildən Azərbaycanın bütün musiqi məktəblərində Üzeyir dərsi tədris olunacaq. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılıb: "Təhsil Nazirliyinin xətti ilə bütün musiqi məktəblərində Üzeyir dərsi tədris olunmağa başlanacaq. Eyni zamanda Azərbaycan musiqi tarixinin öyrənilməsi məqsədi ilə məktəblərdə Azərbaycan musiqi tarixi fənni də keçiriləcək. Azərbaycan musiqisi və incəsənəti bu gün bütün dünyada tanınır. Hər birimiz musiqimizin daha da geniş yayılmasına çalışmalıyıq". -
09-18-2008, 12:00 PMAPABakıda ölümlə nəticələnən yol qəzası baş verib
[b]Bakıda ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində "Mercedess" markalı avtomobil piyadanı vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Z. Bünyadov prospektində baş verib. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Azər İsrafilov idarə etdiyi "Mercedes" markalı, 10 VL 970 dövlət nömrə nişanlı avtomobillə piyadanı - 1970-ci il təvəllüdlü Vahid İsmayıl oğlu Məmmədovu vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. -
09-18-2008, 12:10 PMAPASergey Lavrov: "Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağımız Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz"
[b]Sergey Lavrov: "Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağımız Dağlıq Qarabağ münaqişəsi üçün presedent ola bilməz"[b]
Moskva-APA. "Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması Dağlıq Qarabağ və Dnestryanı üçün presedent yaratmır".
[APA-nın məlumatına görə, bu fikirləri Federasiya Şurasında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib. O, Rusiyanın postsovet məkanında bütün münaqişələrin BMT Nizamnaməsinin prinsiplərin hörmətlə yanaşmaq, beynəlxalq hüquqa hörmək əsasında həllinə aktiv çalışacağını deyib: "Biz danışıqlar prosesində vasitəçilik missiyasını məsuliyyətli şəkildə reallaşdıracağıq, bu həm də Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinə aiddir. Hər münaqişənin öz xüsusiyyətləri, formatı və vasitəçilik mexanizmi var. Cənubi Osetiya böhranı həmin münaqişələr üçün heç bir presedent yaratmır". -
09-18-2008, 12:20 PMAPAAzərbaycanda baş redaktor özünü öldürüb
[b]Azərbaycanda baş redaktor özünü öldürüb[b]
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda nəşr olunan "Yeni Kapital" qəzetinin baş redaktoru Malik İnqilab oğlu Rəfiyevin meyiti tapılıb.
[Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1957-ci il təvəllüdlü M. Rəfiyevin meyiti bu gün səhər Dilarə Əliyeva küçəsində, Dəmiryol Vağzalının yaxınlığında onun özünə məxsus "Mercedes" markalı, 90 BE 952 dövlət nömrə nişanlı avtomobildə aşkar edilib. M. Rəfiyev maşının tutacaq yerindən kəndirlə asılmış vəziyyətdə olub. Meyitinin yanında məktub da aşkarlanıb. Məktubda intiharla bağlı heç kimin günahkar olmadığı qeyd edilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. -
09-18-2008, 12:30 PMAPAAzərbaycanın baş prokuroru: ""Əbu Bəkr" məscidində baş verən partlayışla bağlı ayın sonunda geniş məlumatlar açıqlanacaq"
[b]Azərbaycanın baş prokuroru: ""Əbu Bəkr" məscidində baş verən partlayışla bağlı ayın sonunda geniş məlumatlar açıqlanacaq"[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bakıdakı "Əbu Bəkr" məscidində baş verən partlayışla bağlı istintaq davam etdirilir. Bu barədə APA-ya eksklüziv açıqlamasında respublikanın baş prokuroru Zakir Qaralov bildirib.
[İstintaq davam etdiyi üçün hazırda geniş məlumat verməyin mümkün olmadığını deyən baş prokuror partlayışla bağlı geniş məlumatın bu ayın sonunda açıqlanacağını qeyd edib. Z. Qaralov məscidin bundan sonra fəaliyyət göstərib-göstərməyəcəyi barədə konkret fikir söyləməyib. O, bu məsələ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məşğul olduğunu deyib. -
09-18-2008, 12:40 PMAPADaha bir amerikalı konqresmen ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupuna daxil olub
[b]Daha bir amerikalı konqresmen ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupuna daxil olub[b]
[Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ Nümayəndələr Palatasının üzvü, Oklahoma ştatından olan konqresmen Den Boren Azərbaycan üzrə İşçi Qrupuna daxil olub. APA-nın ABŞ bürosunun məlumatına görə, bununla da işçi qrupunun üzvlərinin sayı 43 nəfərə çatıb. Qeyd edək ki, 2005-ci ildən Nümayəndələr Palatasında Oklahoma ştatının 2-ci seçki dairəsini təmsil edən Den Boren, palatanın Silahlı Xidmətlər, Maliyyə Xidmətləri və Təbii Sərvətlər komitələrinin üzvüdür. -
09-18-2008, 12:50 PMAPAGürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sular Kür və Arazın Azərbaycan hissəsində çirkləndiricilərin miqdarını artırıb
[b]Gürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sular Kür və Arazın Azərbaycan hissəsində çirkləndiricilərin miqdarını artırıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın ilk I dekadasında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddinin (YVQH) dəfələrlə keçməsi müşahidə olunub. Kür çayının Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4 dəfə, mis birləşmələri 6 dəfə, Ağstafaçayda fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-i keçib. Biogen maddələrdən nitrat norma daxilində olsa da, ammonium ionları Ağstafaçayda 1,2 dəfə, nitrit ionları isə Kür çayının Şıxlı-2 və Ağstafaçay məntəqələrində 1,2-1,5 dəfə YVQH-i keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazilərindən məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təmizlənmədən birbaşa su obyektlərinə axıdılmasıdır. Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq olub. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4 dəfə, mis birləşmələri 6 dəfə, I Şahsevəndə fenollar 3 dəfə, mis birləşmələri 5 dəfə, Bəhramtəpədə isə fenollar 3 dəfə, mis birləşmələri 4 dəfə YVQH-i keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1,1 dəfə, Bəhramtəpədə 1,7 dəfə, I Şahsevəndə isə 1,8 dəfə YVQH-i keçib. Bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır.Suyun oksigen rejimi isə bütün məntəqələrdə 6,3-7,6 mq/l arasında dəyişərək norma daxilində olub. -
09-18-2008, 01:00 PMAPADağıstanda Beslan faciəsinin təkrarlanmasının qarşısı alınıb
[b]Dağıstanda Beslan faciəsinin təkrarlanmasının qarşısı alınıb[b]
[Mahaçqala - APA. Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Dağıstanın cənubunda keçirdikləri əməliyyat nəticəsində səhra komandiri Zakir Novruzov və 9 yaraqlı öldürülüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular yerli məktəblərdən birini ələ keçirmək istəyirmiş. Dəstənin gecə yarısı Smurt kəndi ətrafında olduğu müəyyənləşdirilib. Silahlı müqavimət göstərən dəstə üzvləri cavab atəşi ilə məhv ediliblər. Terrorçuların avtomobilində 7 avtomat, partlayıcı qurğular, hərbi sursat, dini ədəbiyyat və ərzaq aşkarlanıb. FTX-nin yerli idarəsindən bildiriblər ki, terrorçular Süleyman-Stal rayonundakı məktəblərin birini ələ keçirməyə hazırlaşırmış. Ancaq həyata keçirilən əməliyyat nəticəsində Beslan faciəsinin təkrarlanmasının qarşısı alınıb. -
09-18-2008, 01:20 PMAPAAzərbaycan paytaxtında 6 ay axtarışda olan 22 yaşlı qız həbs olunub
[b]Azərbaycan paytaxtında 6 ay axtarışda olan 22 yaşlı qız həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 6 ay axtarışda olan şəxs həbs olunub. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. 22 yaşlı qız Aidə İsmayılova oğurluqda təqsirli bilinir. RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə barəsində axtarış elan olunmuş A. İsmayılova bu gün yaxalanıb. O, ilkin dindirilmə zamanı törətdiyi oğurluq əməlini etiraf edib. Qeyd edək ki, A. İsmayılova 6 ay əvvəl rəfiqəsinin evindən oğurluq etməkdə təqsirli bilinir. -
09-18-2008, 01:40 PMAPAAzərbaycan Dövlət Neft Fondunun aktivləri 2010-cu ilədək 7 dəfə artacaq
[b]Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2010-cu ilədək 7 dəfə artacaq[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcminin 2008-ci ilin sonuna kimi daha 30% artaraq 13 mlrd. ABŞ dollarına çatacağı gözlənilir. «APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
[Ş.Mövsümovun sözlərinə görə, bu ilin avqust ayında Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyə hissəsində baş vermiş yanğın nəticəsində neftin bu marşrutla nəqli müvəqqəti dayandırılmışdır. Bu isə öz növbəsində Fondun potensial daxilolmalarının azalmasına təsir göstərib. İcraçı direktor bu hadisənin baş verməyəcəyi təqdirdə ARDNF-in aktivlərinin ilin sonunadək hətta 14 mlrd. dollara çatacağını mümkün sayır.Ş.Mövsümov həmçinin qeyd edib ki, artıq 2009-cu il ərzində Fondun aktivlərinin təxminən 40%-dək artaraq 18 mlrd. dollara çatacağı proqnozlaşdırılır. Bu isə 2007-ci ilin sonuna olan analoji göstəricini 7 dəfədən çox üstələyir.Xatırladaq ki, sentyabr ayının əvvəlində ARDNF-in aktivlərinin həcmi ilk dəfə olaraq 10 mlrd. dollar həddini keçərək və 10,216 mlrd. dollar təşkil edib. Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarı və ixracının genişlənməsi nəticəsi olaraq 2008-ci ilin əvvəlində 2,5 mlrd. dollara bərabər olan Fondun valyuta vəsaitlərinin həcmi ötən 8 ayda 4 artıb.Qeyd edək ki, Azərbaycan Milli Bankının rəsmi valyuta ehtiyatlarının həcmi sentyabr ayının 1-nə 5,3 mlrd. dollar təşkil edib. Yəni, cari ilin sentyabr ayının əvvəlinə Azərbaycanın məcmu valyuta ehtiyatlarının həcmi 15,5 mlrd. dollara çatıb. -
09-18-2008, 02:00 PMAPAAzərbaycanın ən iri neft strukturunda iki platformanın işi dayandırılıb
[b]Azərbaycanın ən iri neft strukturunda iki platformanın işi dayandırılıb[b]
Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇC) yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» və «Qərbi Azəri» platformalarının işini dayandırıb. Bu barədə «APA-ECONOMICS»ə ABƏŞ-in Bakıdakı baş ofisindən məlumat verilib.
[Konsorsiumdan bildirilib ki, platformaların işinin dayandırılması nəticəsində AÇG blokunda neft hasilatı 50%-dən çox azalıb. Platformaların işinin dayandırılmasına səbəb isə ötən gün «Mərkəzi Azəri» dəniz platformasının yaxınlığında detektorlar vasitəsi ilə qaz sızmasının aşkarlanması olub. Bununla əlaqədar platformanın bütün işçiləri evakuasiya edilməsi haqqında qərar qəbul olunub. Nəticədə, 200-dən artıq işçi təhlükəsizlik məqsədi ilə evakuasiya edilib. Hazırda ekspertlər baş verən sızmanın səbəblərini araşdırırlar.Xatırladaq ki, «Mərkəzi Azəri» platforması «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində qurulmuş hasilat platformalarından biridir və hazırda burada 21 quyu istismar olunur. ABƏŞ Â«Mərkəzi Azəri»dən neft hasilatına ilk dəfə 2006-cı ilin fevral ayında başlayıb. Ümumilikdə, AÇG-da gündəlik neft hasilatının həcmi 800 min bareldən çoxdur. -
09-18-2008, 02:10 PMAPATürkiyədə "Ergenekon"la bağlı istintaq çərçivəsində daha bir nəfər həbs olunub
[b]Türkiyədə "Ergenekon"la bağlı istintaq çərçivəsində daha bir nəfər həbs olunub[b]
[İstanbul - APA. Türkiyədə terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı istintaq çərçivəsində daha bir nəfər həbs olunub. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, bu gün İstanbul polisi vəkil Ləvənt Təmizi həbs edib və onun evində axtarış aparıb. Ülkü Ocaqlarının İstanbul şöbəsinin keçmiş rəhbəri olan L. Təmizin adı həbs edilmiş bəzi şəxslərin ifadələrində keçirdi. O, həbs olunmuş vəkil Kamal Kərinçsizin sədrlik etdiyi Böyük Hüquqçular Birliyinin İdarə Heyətinin üzvüdür. -
09-18-2008, 02:30 PMAPAAŞ PA-nın seçkiqabağı qiymətləndirmə missiyası Azərbaycana səfərinin nəticələrinə dair bəyanatla çıxış edib - YENİLƏNİB
[b]AŞ PA-nın seçkiqabağı qiymətləndirmə missiyası Azərbaycana səfərinin nəticələrinə dair bəyanatla çıxış edib - YENİLƏNİB[b]
Bakı. Viktoriya Dementyeva - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel və missiyanın üzvləri Azərbaycana səfərlərinin nəticələrinə dair bəyanatla çıxış ediblər.
[APA-nın məlumatına görə, missiyanın üzvləri bu gün keçirilən mətbuat konfransında yaxşı seçkilər keçirilməsi üçün ölkədə şərait yaradan irəliləyişlər qeydə aldıqlarını bildiriblər. Həmin irəliləyişlərin Avropa Şurasının Venesiya Komissiyası tərəfindən irəli sürülmüş bir sıra tövsiyələrin nəzərə alınması ilə bağlı olduğu bildirilən bəyanatda tövsiyələrin heç də hamısının tam həyata keçirilmədiyi də qeyd olunub: "Bununla belə, nümayəndə heyəti qəbul edir ki, seçki komissiyalarında bərabər təmsil olunma və ya kampaniyanın ədalətli keçirilməsi kimi bəzi mühüm məsələlər qanunun mətnindən daha çox seçki təcrübəsinə aid olan məqamlardır. Azərbaycan tərəfinin yüksək səviyyəli rəsmiləri ifadə ediblər ki, onların məqsədi yaxşı təşkil olunmuş və yaxşı idarə olunan, həmçinin Avropa standartlarına cavab verən seçkilərin keçirilməsidir. Nümayəndə heyəti bu fikri məmnuniyyətlə qarşılayıb".Cəmiyyətin qarşıdan gələn seçkilərə maraqsız olduğu barədə ehtimallardan narahat olan nümayəndə heyəti seçicilərin dünən başlanan seçkiqabağı təşviqat kampaniyasına marağının getdikcə artması arzusundadır. Missiya hesab edir ki, prezidentliyə yeddi namizədin qeydə alınması ilə plüralist seçim və rəqabət şəraitinin təmin olunacağı gözlənilsə də, beş müxalif partiyanın seçkilərdə iştirak etməmək barədə qərarı bu seçkilərin ən uğursuz cəhətidir: "Belə ki, əgər hətta siyasi partiya və onun liderləri seçki yolu ilə hakimiyyətə gəlmək üçün real imkanların mövcud olduğunu görmürlərsə və ya onlar demokratik hüquqlarının məhdudlaşdırıldığı və ya pozulduğu qənaətindədirlərsə, yenə də öz ardıcıllarının maraqları naminə seçki marafonunda iştirak etməlidirlər. Bu baxımdan, nümayəndə heyəti seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri təcili olaraq məsuliyyətli davranmağa və öz aralarında əsaslı dialoqda iştirak etməyə çağırır. Aralarındakı fərq nə olursa olsun, bütün siyasi partiyalar qarşılıqlı ittihamlardan çəkinməli, bunun əvəzində mahiyyət etibarı ilə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə konstruktiv şəkildə və birgə məşğul olmalıdırlar".Qeyd edək ki, missiyaya cənab Andres Herkel (nümayəndə Heyətinin rəhbəri - Estoniya, Avropa Xalq Partiyası Qrupu), cənab İndrek Saar (Estoniya, Sosialist Qrupu), cənab Mövlud Çavuşoğlu (Türkiyə, Avropa Demokrat Qrupu), cənab Paul Vill (Belçika, Avropa üçün liberalların və demokratların ittifaqı) və cənab Hakkı Keskin (Almaniya, Birləşmiş Avropa Solçuları Qrupu) daxildir. AŞ PA-nın 30 nəfərdən ibarət tam tərkibli nümayəndə heyəti isə səsverməni müşahidə etmək məqsədilə oktyabrda Azərbaycanda gələcək. -
09-18-2008, 02:40 PMAPAAvropa Şurasının Lətif Hüseynovun rəhbərlik etdiyi missiyası Rusiya həbsxanalarında monitorinq keçirəcək
[b]Avropa Şurasının Lətif Hüseynovun rəhbərlik etdiyi missiyası Rusiya həbsxanalarında monitorinq keçirəcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Avropa Şurasının (AŞ) İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi sentyabrın 22-dən etibarən Rusiya həbsxanalarında monitorinqlərə başlayacaq.
[Milli Məclisdən APA-ya daxil olan məlumata görə, AŞ-nin İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsinin nümayəndə heyətinə qurumun Azərbaycandan olan üzvü Lətif Hüseynov rəhbərlik edəcək. L. Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti iki həftə ərzində Rusiyanın müxtəlif regionlarında müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində yoxlamalar apararaq məhbusların saxlanma şəraiti ilə yaxından tanış olacaqlar. Səfərin yekununa əsasən hesabat hazırlanaraq, AŞ- Komitəyə təqdim ediləcək. Qeyd edək ki, hazırda Rusiya əhalinin hər 100 000 nəfərinə düşən məhbus sayına görə dünyada ön yerlərdən birini tutur. Bu ölkədə hər 100 000 min əhaliyə 600-dən artıq məhbus düşür. -
09-18-2008, 03:00 PMAPADünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta kompozisiyasına təsir göstərməyib
[b]Dünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin valyuta kompozisiyasına təsir göstərməyib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya maliyyə bazarında müşahidə olunan böhranla əlaqədar aktivlərinin valyuta kompozisiyasını dəyişdirmək niyyətində deyil. «APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.Ş.Mösümovun sözlərinə görə, hazırda Fondun valyuta kompozisiyası 50% ABŞ dolları, 40% avro, 5% funt sterlinq, 5% isə digər valyutalardan ibarətdir və burada heç bir dəyişiklik edilməyəcək: «Bizim konservativliyimiz yenə də öz sözünü deyir. Bu gün dolların məzənnəsi artır, avronun isə düşür. Aktivlərimizin 50%-i dollar, 50%-i isə digər valyutalarda olduğuna görə, bu mövqe Fond üçün neytraldır».Bundan başqa Ş.Mövsümov qeyd edib ki, dünya bazarında neftin ucuzlaşması ARDNF-in planlarını dəyişməyib: «Bu da, bizim strategiyamızın düzgün qurulmasından xəbər verir. Əvvəllər büdcə hazırlanarkən neftin baza qiymətinin bir qədər yüksək götürülməsi təklif olunurdu. Lakin Azərbaycan bu məsələyə konservativ yanaşaraq ötən il neftin 1 barelinin baza qiymətini 50 dollar, bu il isə 70 dollar səviyyəsində götürüb. Bu da bizim plan və proqnozlarımızın dəyişməməsi üçün şərait yaradır». Qeyd edək ki, son iki ay ərzində dünya bazarında neftin qiyməti 50 dollar ucuzlaşıb. Ötən gün isə Nyu-York birjasında neftin yenidən bahalaşması qeydə alınıb. Belə ki, hərracın sonunda neftin 1 barelinin qiyməti 91 dollardan 97 dollaradək yüksəlib. -
09-18-2008, 03:10 PMAPAYüksək gərginlikli elektrik xəttinə toxunan Naxçıvan sakini sağ qalıb
[b]Yüksək gərginlikli elektrik xəttinə toxunan Naxçıvan sakini sağ qalıb[b]
[Bakı-APA Bu gün saat 10.15 radələrində Naxçıvan sakinini elektrik cərəyanı vurub. APA-nın məlumatına görə 1972-ci il təvəllüdlü, Rzayev Səbuhi Səfail oğlu elektrik dirəyində təmir işləri apararkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə yüksək cərəyan S. Rzayevi kənara tullayıb. Zərərçəkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır. -
09-18-2008, 03:20 PMAPAEldar Səfərov: "Seçki zamanı müşahidəçilərin hərbi hissələrə getməsində heç bir problem yoxdur"
[b]Eldar Səfərov: "Seçki zamanı müşahidəçilərin hərbi hissələrə getməsində heç bir problem yoxdur"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Seçki zamanı müşahidəçilərin hərbi hissələrə getməsində heç bir problem yoxdur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Səfərov deyib. O bildirib ki, hərbi qulluqçuların seçkidə iştirakı Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçiriləcək: "Burada bir istisna var. Sərhəd Qoşunlarının və hərbi münaqişə zonasında yerləşən hərbi hissələrin hərbi qulluqçuları, eləcə də xüsusi rejim şəraitində olan hərbçilər hərbi hissələrdə yaradılmış seçki məntəqələrində səs verirlər. Bu qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsverməyə beş gün qalmış verilə bilər". E. Səfərov postda olan hərbi qulluqçuların mülki ərazidə yerləşən seçki məntəqələrində səs verməsini təmin etməyin mümkün olmadığını söyləyib: "Azərbaycan ordusunun yüz kilometrlərlə ərazidə düşmənlə üz-üzə postları var. Bu, nəzərə alınmalıdır". -
09-18-2008, 03:30 PMAPAAndres Herkel: "Müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçkilərin rəqabətsiz şəraitdə keçdiyi anlamına gəlmir"
[b]Andres Herkel: "Müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçkilərin rəqabətsiz şəraitdə keçdiyi anlamına gəlmir"[b]
[Bakı. Viktoriya Dementyeva-APA. "Seçkiqabağı atmosferi kifayət qədər rəqabətin olmaması kimi xarakterizə etmək olar". APA-nın məlumatına görə, bu fikirləri AŞPA-nın seçkiləri qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel deyib. O, bu durumu cəmiyyətdə seçkilərə marağın az olması ilə əlaqələndirib. Missiya rəhbəri əmin olduğunu bildirib ki, təbliğat kampaniyası başladıqdan sonra bu maraq daha da artacaq: "Müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçkilərin rəqabətsiz şəraitdə keçdiyi anlamına gəlmir. Müxalifət partiyalarının hüquqlarının müdafiəsi haqqında o zaman danışmaq olardı ki, onlar seçkidə iştirak edərdilər".A. Herkel prezident İlham Əliyevlə görüşündə həbsdə olan jurnalistlərin məsələsinə toxunduğunu da qeyd edib. O həmçinin bildirib ki, prezidentin avqustda imzaladığı əfv fərmanı seçkiqabağı mühiti yaxşılaşdırıb. -
09-18-2008, 03:40 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Metyu Brayzanı qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Metyu Brayzanı qəbul edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müavininin köməkçisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -
09-18-2008, 03:50 PMAPAFərid Mansurov rinqə çıxacaq
[b]Fərid Mansurov rinqə çıxacaq[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycan boksçuları sentyabrın 21-də Rusiyanın Kazan şəhərində start götürəcək tələbələr arasında dünya çempionatında iştirak edəcəklər. Bu haqda "APA-SPORT"a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən məlumat verilib. Üçüncü dəfə təşkil olunacaq yarışda 8 idmançımızın mübarizə aparacaq. Məşqçilər Salam Bağırovla Şamil Əlimzanovun rəhbərliyi altında Kazana Elgün Əhmədov (51 kq), Rəhim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Qismət Eynullayev (60 kq), Anar Cəfərov (64 kq), Fərid Mansurov (69 kq), Rəşad Müslümov (75 kq) və Hafiz İsgəndərov (81 kq) yollanacaq. Sentyabrın 27-də başa çatacaq dünya birinciliyinin hakimlər korpusunda isə Ravil Yanikeyev yer alacaq. -
09-18-2008, 04:00 PMAPAAzərbaycan Dövlət Sosial Müdafiə Fondu mərkəzləşdirilmiş informasiya sistemini yaradır
[b]Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mərkəzləşdirilmiş informasiya sistemini yaradır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzləşdirilmiş informasiya sistemi yaradılır. Bu barədə «APA-ECONOMICS»ə DSMF sədri Səlim Müslümov məlumat verib.«Artıq bütün rayon şöbələrimizin vahid serveri qurulub. Bu serverə həmin şöbədə olan bütün kompüterlər qoşulub. Sonda bütün şöbələr mərkəzi bazaya birləşdiriləcək», - deyə S. Müslümov vurğulayıb.DSMF sədri bildirib ki, real vaxt rejimində işləyəcək bu sistem qeydiyyat sisteminiq avtomatlaşdırılması və informasiyaların alınma proseduralarının asanlaşdırılmasını təmin edəcək. -
09-18-2008, 04:10 PMAPASergey Lavrov: "Rusiya gürcü xalqı ilə münasibətləri pozmayıb"
[b]Sergey Lavrov: "Rusiya gürcü xalqı ilə münasibətləri pozmayıb"[b]
[Moskva-APA. "Rusiya gürcü xalqı ilə münasibətləri pozmayıb, amma Moskvada bilmək istəyirlər ki, Tiflis Rusiya ilə münasibətləri necə görür". APA-nın məlumatına görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. O, gürcü xalqının Rusiya ilə münasibətləri normallaşdırmağa müvəffəq olacaq bir şəxsi dövlət başçısı seçəcəyinə ümidvar olduğunu deyib: "Moskva Tiflislə diplomatik münasibətləri dayandırmayıb. Bu münasibətlərin dayandırıldığını Gürcüstan rəhbərliyi elan edib. Biz də bilmək istəyirik ki, onlar Rusiya ilə diplomatik münasibətlərin pozulmasını necə təsəvvür edirlər". -
09-18-2008, 04:20 PMAPAAzərbaycan Mətbuat Şurası jurnalistlərə xüsusi gödəkcələr paylayıb - FOTO
[b]Azərbaycan Mətbuat Şurası jurnalistlərə xüsusi gödəkcələr paylayıb - FOTO[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ)kütləvi aksiyaların gedişini işıqlandıran media nümayəndələri üçün nəzərdə tutulan xüsusi gödəkcələrin paylanması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov ATƏT-in Bakı Ofisi ilə birlikdə bu məqsədlə 200 xüsusi gödəkcənin hazırlandığını deyib. Ə. Amaşov bu gödəkcələrdə jurnalistlərin aksiya iştirakçılarından fərqlənə biləcəyini deyib.Sonda təhlükəsizlik gödəkcələri KİV-ə paylanılıb. -
09-18-2008, 04:30 PMAPATürkiyənin məşhur aktrisası həbs edilib
[b]Türkiyənin məşhur aktrisası həbs edilib[b]
[İstanbul - APA. Türkiyənin məşhur aktrisası Nurseli İdiz həbs olunub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, sənətçi terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlı aparılan istintaq çərçivəsində bu gün polis tərəfindən saxlanılıb. Onunla birlikdə Türkiyədə məşhur sənətçilərin meneceri kimi tanınan Seyhan Soylu da həbs edilib. Hər iki şəxsin evlərində axtarış aparılıb. Qeyd edək ki, teatr aktrisası olan N. İdiz teleseriallara da çəkilib. -
09-18-2008, 04:40 PMAPASumqayıtda mağaza satıcısından qadağan olunan 13 dini kitab götürülüb
[b]Sumqayıtda mağaza satıcısından qadağan olunan 13 dini kitab götürülüb[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəidxalına və nəşrinə icazə verilməyən 13 ədəd dini kitab aşkarlanıb. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, dini kitablar Sumqayıt şəhərinin ərazisindəki "Əhli Beyt" mağazasının satıcısı Səbuhi Aliyevdən götürülüb. -
09-18-2008, 04:50 PMAPAŞahmar Mövsümov: «Azərbaycan dünya fond bazarında yaşanan böhrandan faydalanır»
[b]Şahmar Mövsümov: «Azərbaycan dünya fond bazarında yaşanan böhrandan faydalanır»[b]
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Dünya fond bazarında müşahidə olunan böhran Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) sərmayə yatırdığı xarici qiymətli kağızların dəyərini artırıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
[Ş.Mösümovun sözlərinə görə, hazırda dünya fond bazarında inanılmaz gərginlik yaşanır. Belə ki, 100-150 illik tarixə malik olan iri maliyyə təşkilatları gərginliklə, hətta müflis olmaq ehtimalı ilə üzləşib: «Biz isə bu məsələyə konservativ yanaşmışıq. Dövlət Neft Fondu vəsaitlərini yüksək reytinqli qiymətli kağızlarda yerləşdirir. Böhran zamanı belə qiymətli kağızlara tələbat artır və onların dəyəri bahalaşır. Bir qədər pis səslənsə də, amma biz bu böhrandan faydalanırıq. Çünki bizim qiymətli kağızların dəyəri artır». -
09-18-2008, 05:00 PMAPABu gün Azərbaycanda növbəti regional əmək yarmarkası keçirilib
[b]Bu gün Azərbaycanda növbəti regional əmək yarmarkası keçirilib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu gün Ağcabədi rayonunda əmək yarmarkası keçirib. İdarədən «APA-ECONOMICS»ə verilən məlumata görə, yarmarkada 37 müəssisə 195 vakant iş yeri təqdim edib. Yarmarkada 161 işaxtaran münasib işlərə göndəriş alıb. Ümumilikdə isə, bu il respublikanın 49 şəhər və rayonunda 50 yarmarka keçirilib. Bu yarmarkalarda 1 736 müəssisə 15 793 boş iş yeri təqdim edib. Yarmarkalarda 4699 nəfər münasib işlərə göndəriş alıb, 381 nəfər peşə hazırlığı, 305 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib. Qeyd edək ki, növbəti yarmarkalar sentyabrın 19-da İsmayıllı və Ağsu, 25-də Ağdaş rayonunda, 26-da isə Mingəçevir şəhərində keçiriləcək. -
09-18-2008, 05:10 PMAPAAzərbaycanın səhm bazarında birjanın payı 5%-dir
[b]Azərbaycanın səhm bazarında birjanın payı 5%-dir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın qiymətli kağızlar bazarında birjada bağlanan əqdlərinin həcmi tədricən artır. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Gündüz Məmmədov məlumat verib.G.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda səhm bazarının xüsusi çəkisi ümumi fond bazarının həm ilkin, həm də təkrar seqmentində 18-20% səviyyəsində qiymətləndirilir: «Azərbaycanın qiymətli kağızlar bazarında son illər ərzində, həmçinin bu il, birjadankənar bazarın həcmi fond birjasının dövriyyəsini üstələyir. Belə ki, 95%-ni birjadankənar, 5%-ni isə birjadaxili əqdlər təşkil edir. Hazırda bu meylin tədricən azalması müşahidə olunur, birja əqdlərinin sayı artmaqda davam edir».Qeyd edək ki, bu il ərzində Bakı Fond Birjasının dövriyyəsi 7 mlrd. manata çata bilər. Ölkənin ilkin bazarının dövriyyəsi 800 mln. manat, təkrar bazarın dövriyyəsi isə 200 mln. manat təşkil edəcəyi gözlənilir. Ötən il ərzində ölkənin təkrar bazarının dövriyyəsi 150 mln. manat təşkil edib. -
09-18-2008, 05:20 PMAPABu gün BBVB-nin valyuta bölməsində 1,5 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 1,5 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8118 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8114 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararsı əqdlərin həcmi 1 217 700 AZN, manatın orta məzənnəsi 0,8118 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,5 mln. dollar və ya 1 217 700 AZN təşkil edib. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 17,00%, ABŞ dolları üzrə isə illik 18,20% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
09-18-2008, 05:30 PMAPAAŞ PA müşahidə missiyasının üzvləri Azərbaycanın ədliyyə naziri ilə görüşüblər
[b]AŞ PA müşahidə missiyasının üzvləri Azərbaycanın ədliyyə naziri ilə görüşüblər[b]
[Bakı. Hafiz Heydərov-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının rəhbəri Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşıdan gələn prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. F. Məmmədov dövlətin prezident seçkilərini tam şəffaf və demokratik keçirmək iradəsində olduğunu bəyan edib. Avropa Şurası ilə əməkdaşlığın daim yüksək səviyyədə olduğunu bildirən A. Herkel müşahidə missiyası üçün lazımi şərait yaradıldığına görə təşəkkürünü bildirib. O, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətini qeyd edib. Nümayəndə heyəti İlham Əliyevin ötən ay imzaladığı əfv fərmanını yüksək qiymətləndirib. -
09-18-2008, 05:40 PMAPAAzərbaycan və Rusiya ekspertləri Samur çayından səmərəli istifadə məsələlərini müzakirə edirlər
[b]Azərbaycan və Rusiya ekspertləri Samur çayından səmərəli istifadə məsələlərini müzakirə edirlər[b]
[Bakı. Laçın Sultanova - APA. Mahaçqalada Samur çayından səmərəli istifadə və onun su ehtiyatlarının qorunması üzrə əməkdaşlığa dair saziş layihəsini hazırlayan Azərbaycan-Rusiya ekspertlərinin ikigünlük birgə işçi görüşü başlayıb. APA-nın «RİA Daqestana»-na istinadən verdiyi məlumatına görə, Azərbaycan nümayəndə heyətinə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Məmmədsadıq Quliyev rəhbərlik edir. Görüş iştirakçıları Samurun deltasına axıdılan suyun ekoloji cəhətdən təmizliyi, çaydan səmərəli istifadə və onun su ehtiyatlarının qorunması üzrə əməkdaşlığa dair saziş layihəsini müzakirə edirlər. Qeyd edək ki, ekspertlərin birinci görüşü bu il iyulun 24-də Bakıda keçirilib. Samur çayının uzunluğu 230 kilometrdir, onun 38 kilometri dövlət sərhədidir.