[b]QAT ATƏT-in Mİnsk Qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlikləri qarşısında etiraz aksiyası keçirib[b]
[Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qəbul olunan qətnamənin əleyhinə səs verən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrinin Azərbaycandakı səfirliklərinin binası qarşısında etiraz aksiyası keçirib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə ABŞ, Rusiya və Fransa səfirliklərinə qara lentlə bağlanan sarı rəngli gül dəstələri, həmçinin məktublar təqdim olunub. Səfirliklərə təqdim edilən məktubda isə bildirilib ki, təmsil etdikləri ölkənin Azərbaycanın işğal olunan ərazilərindəki vəziyyətlə bağlı BMT Baş Assambleyasına qəbul olunan qətnamənin əleyhinə səs verməsi ciddi narazılıq doğurub. Məktubda həmsədr ölkələrin bu addımı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və Ermənistanın işğalçı niyyətlərinə dəstək kimi dəyərləndirilib: "Prinsipial məqamda qeyri-obyektiv mövqedən çıxış etdiyinə görə artıq təmsil etdiyiniz ölkənin Minsk Qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməyə heç bir haqqı yoxdur. Biz təmsil etdiyiniz ölkənin Minsk Qrupunda həmsədrliyinin dayandırılmasını tələb edir və bu istiqamətdə müxtəlif təzyiq vasitələrindən istifadə edəcəyimizi bildiririk".
Azərbaycan Xəbərləri
Printable View

03-18-2008, 05:56 PMAPAQAT ATƏT-in Mİnsk Qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlikləri qarşısında etiraz aksiyası keçirib

03-18-2008, 06:06 PMAPA"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiqlənib
[b]"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiqlənib[b]
Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edib.
[APA-nın "AzərTAc" Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən komitə, idarə və təşkilatlarda əlamətdar yubileylə bağlı keçiriləcək tədbirlər öz əksini tapıb. Tədbirlər - sərgilər, elmi konfranslar, eyni zamanda idman yarışları, festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq. Tədbirlər planında yubileyə həsr olunmuş poçt markaları, zərf və s. buraxılması, ümummilli liderin çıxış və nitqlərindən ibarət çoxcildliyin növbəti cildinin nəşr olunması, apreldə AMEA və Təhsil Nazirliyi tərəfindən Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş beynəlxalq konfransın təşkili, respublikanın bütün tədris müəssisələrində Heydər Əliyev dərslərinin keçilməsi, Heydər Əliyev adına İdman-Konsert Kompleksində görkəmli şəxsiyyətin irsi ilə bağlı sərginin açılması nəzərdə tutulub. Sənədə əsasən, Rusiyanın paytaxtı Moskva şəhərində, habelə digər xarici ölkələrdə Azərbaycanın səfirlikləri və diplomatik nümayəndəlikləri, diaspor təşkilatları yubiley tədbirləri təşkil edəcəklər. Mayın 10-da Fəxri xiyabanda Heydər Əliyevin məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulacaq. Həmin gün Heydər Əliyevin 85 illiyi münasibətilə təntənəli yubiley gecəsi də keçiriləcək. -
03-18-2008, 06:11 PMAPABir neçə qəzetin kollektivi bayram tətilinin yarısını işdə keçirməli olacaq
[b]Bir neçə qəzetin kollektivi bayram tətilinin yarısını işdə keçirməli olacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda fəaliyyət göstərən bir neçə qəzetin kollektivi martın 20-dən 28-dək olan doqquz günlük rəsmi istirahət və bayram günlərinin yarısını işdə keçirməli olacaq. APA-nın məlumatına görə, həmin qəzetlərin rəhbərləri martın 24-dən etibarən işə çıxmaq barədə qərar qəbul ediblər. "Bizim Yol", "Azadlıq", "Bakı-Xəbər" və "Yeni Müsavat" qəzetləri martın 25-dən satışda olacaq. Bu qəzetlərlə paralel bir sıra yayım firmaları da martın 24-dən işləyəcək. "Qaya" firmasının direktoru Xanhüseyn Əliyev ümumiyyətlə, firmanın fəaliyyətini dayandırmayacağını deyib. O, martın 23-dək qismən, 24-dən isə tam heyətlə işləyəcəklərini açıqlayıb. "Azərmətbuatyayım" firmasının rəhbəri Vüqar Səfərli isə hələlik bu məsələ ilə bağlı qəti qərar qəbul etmədiklərini söyləyib. O, yayımı ilə məşğul olduqları qəzetlər çap olunacağı təqdirdə, işə çıxacaqlarını bildirib. -
03-18-2008, 06:26 PMAPAErmənilər Azərbaycanın Tovuz rayonunun Koxa Nəbi kəndini iki saat atəş altında saxlayıblar
[b]Ermənilər Azərbaycanın Tovuz rayonunun Koxa Nəbi kəndini iki saat atəş altında saxlayıblar[b]
[Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 14.00-dan başlayaraq Bert rayonunun Çinari kəndində yerləşən mövqelərindən Azərbaycanın Tovuz rayonunun Koxa Nəbi kəndini aramsız atəşə tutublar. APA-nın Qərb bürosunun məlumatına görə, kəndin gülləbaran edilməsi iki saatdan artıq davam edib. Kənd sakinlərinin sözlərinə görə, əvvəlki günlərdən fərqli olaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini deyil, kənd ərazisini atəş altında saxlayıblar. Atəş nəticəsində yerli sakinlər xəsarət almasa da, evlərin dam örtüklərinə ciddi ziyan dəyib. -
03-18-2008, 06:36 PMAPAYunanıstanı "Eurovision-2008"də təmsil edəcək Kalomira Azərbaycana gələcək
[b]Yunanıstanı "Eurovision-2008"də təmsil edəcək Kalomira Azərbaycana gələcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Yunanıstanı "Eurovision-2008" mahnı müsabiqəsində təmsil edəcək müğənni Kalomira bu həftə Bakıya gələcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov məlumat verib. O bildirib ki, Afina təmsilçisi İTV-də yayımlanan bir neçə proqrama qonaq olacaq və konsert proqramı ilə çıxış edəcək. Kalomiranın KIV nümayəndələri ilə görüşü də təşkil olunacaq. -
03-18-2008, 07:01 PMAPAAŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib
[b]AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Bu gün Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin iclası keçirilib.
[İclasda iştirak edən Milli Məclisin AŞ PA-kı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi məlumata görə, Azərbaycanla bağlı müzakirələr çox konstruktiv keçib: "İclasda Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova və qurumun digər üzvləri Azərbaycanla bağlı məlumat veriblər. Novruz bayramı ilə bağlı əfv fərmanının gözlənilməsi, Azərbaycanla Venesiya Komissiyası arasında münasibətlərin konstruktiv şəkildə cərəyan etməsi, media problemləri, insan haqları sahəsində problemlərlə bağlı müzakirələr balanslaşdırılmış şəkildə keçirilib". İclasda Monitorinq Komitəsi çərçivəsində müzakirələrin davam etdirilməsi, iyunda isə Azərbaycanla bağlı ümumi müzakirələrin təşkil olunması qərara alınıb. Ona qədər isə həmməruzəçilər məruzənin ilkin variantını hazırlayıb Monitorinq Komitəsinə təqdim edəcəklər. -
03-18-2008, 08:16 PMAPAİraqın Azərbaycandakı səfiri Novruz bayramını ailəsi ilə birlikdə Tovuzda qeyd edəcək
[b]İraqın Azərbaycandakı səfiri Novruz bayramını ailəsi ilə birlikdə Tovuzda qeyd edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. İraqın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ərşad İsmayıl Ömər millət vəkili Gənirə Paşayevanın dəvəti ilə Novruz bayramını ailəsi ilə birlikdə Tovuz rayonunda qeyd edəcək. APA-nın məlumatına görə, səfir üç gün ərzində rayonda keçiriləcək bayram şənliklərinə qatılacaq, Tovuzun Ermənistanla həmsərhəd kəndlərində olacaq, Ermənistan Silahlı Qüvvələrinin mütəmadi olaraq atəş altında saxladığı kəndlərdə yaşayan şəhid ailələri, müharibə əlilləri və dinc sakinlərlə görüşəcək, ermənilərin törətdiyi yanğınların nəticələri ilə yerindəcə tanış olacaq. -
03-18-2008, 08:21 PMAPAAzərbaycanın Qax rayonu ərazisində xeyli sayda silah-sursat aşkarlanıb
[b]Azərbaycanın Qax rayonu ərazisində xeyli sayda silah-sursat aşkarlanıb[b]
[Qax. Hafiz Heydərov-APA. Azərbaycanın Qax rayonu ərazisində xeyli sayda silah-sursat aşkarlanıb. Qax rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Məmməd Malıyevin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, polis bölməsinə daxil olan anonim telefon zəngi əsasında aparılan əməliyyat nəticəsində Qax-Şəki yolunun kənarında 1 ədəd "Karabin" silahı, 3 ədəd əl qumbarası, 1 ədəd alışqan, 146 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb. Tapılmış silah-sursat Daxili İşlər Nazirliyinə təhvil verilib və araşdırma aparılır. -
03-18-2008, 08:26 PMAPAHərbi hissələrdə Novruz axşamları keçiriləcək
[b]Hərbi hissələrdə Novruz axşamları keçiriləcək[b]
[Bakı. Laçın Sultanova-APA. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə ölkənin Qərb bölgəsində yerləşən hərbi hissələr və hospitalda Novruz axşamları keçiriləcək. APA-nın məlumatına görə, tədbirlərdə incəsənət xadimləri, ziyalılar əsgərlərimiz qarşısında çıxış edəcəklər. -
03-18-2008, 08:31 PMAPATovuzda Mikayıl Azaflı Günləri keçiriləcək
[b]Tovuzda Mikayıl Azaflı Günləri keçiriləcək[b]
[Bakı. Laçın Sultanova-APA. Martın 23-də Tovuzda aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Mikayıl Azaflının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək. APA-nın məlumatına görə, Mikayıl Azaflı Günləri adlanan tədbirə aşıq sənəti ilə bağlı olan mədəniyyət və incəsənət xadimləri qatılacaqlar. Qeyd edək ki, Tovuz ictimaiyyəti Mikayıl Azaflının doğulduğu kənddəki orta məktəbə onun adının verilməsi ilə bağlı baş nazirin müavini Elçin Əfəndiyevə müraciət ünvanlayıblar. -
03-18-2008, 08:36 PMAPAAzərbaycan prezidenti İlham Əliyev növbəti əfv fərmanı imzalayıb
[b]Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv fərmanı imzalayıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev növbəti əfv fərmanı imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərman ümumilikdə 59 nəfərə şamil olunub. Bu şəxslərdən 58-i cəzasının çəkilməmiş hissəsindən azad edilib, bir nəfərin məhkumluğu isə yarıya qədər azaldılıb.
[Fərman məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə əsaslanaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddətdə davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini arzulayaraq, imzalanıb. Əfv olunmuş şəxslərin tam siyahısı:I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:1. Abdulhüseynov Tehran Əlican oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 17 aprel tarixli hökmü ilə məhkum edilmişdir.2. Allahverdiyev Etibar Yaqub oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 6 mart tarixli hökmü ilə məhkum edilmişdir.3. Aslanov Əflatun Əhəd oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayon məhkəməsinin 2007-ci il 24 avqust tarixli hökmü ilə məhkum edilmişdir.4. Babayev Vidadi Aslan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.5. Balayev Zauri Vahid oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayon məhkəməsinin 2007-ci il 8 avqust tarixli hökmü ilə məhkum edilmişdir.6. Bədəlov Ramazan Muğdad oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 6 iyun tarixli hökmü ilə məhkum edilmişdir.7. Cəfərov Anar Hüseynalı oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon məhkəməsinin 2005-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.8. Cəfərov Fazil Zahir oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2005-ci il 7 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.9. Daşdəmirov Ərzuman Tofiq oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2006-cı il 30 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.10. Əbilov Elnur Oruc oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin 2005-ci il 30 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.11. Ələkbərov Fuad Abbas oğlu, 1952-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.12. Əliyev Kamal İsrafil oğlu, 1968-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 26 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.13. Əliyev Qüdrət Hacıağa oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.14. Gülməmmədov Rəşad Bəkir oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.15. Hadıyev Rəhman Ağakərim oğlu, 1938-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 16 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.16. Heydərov Xanlar Atakişi oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 2006-cı il 23 may tarixli hökmü ilə məhkum edilmişdir.17. Həsənov Əli Yusif oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.18. Həşimov Ələkbər Ələsgər oğlu, 1951-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1999-cu il 19 avqust tarixli hökmü ilə məhkum edilmişdir.19. Hüseynov Asif Davud oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 14 may tarixli hökmü ilə məhkum edilmişdir.20. Hüseynov Coşqun Hani oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 14 avqust tarixli hökmü ilə məhkum edilmişdir.21. Xanmədov Namik Rzaşah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 28 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.22. İbrahimov Amil Şamil oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 22 mart tarixli hökmü ilə məhkum edilmişdir.23. İsmayılov Nəriman Elman oğlu, 1971-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 8 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.24. İsmayılov Pərviz Eldar oğlu, 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2006-cı il 6 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.25. Kərimov Ağamirzə Absalam oğlu, 1935-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 14 iyul tarixli hökmü ilə məhkum edilmişdir.26. Qasımov Səfərəli Nadir oğlu, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 3 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.27. Qədiməliyev Xaləddin Balakişi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2007-ci il 27 fevral tarixli hökmü ilə məhkum edilmişdir.28. Laçınov Rauf Əlimurad oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax hərbi məhkəməsinin 2006-cı il 29 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.29. Mamedov Etibar Əli oğlu, 1975-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayon məhkəməsinin 2007-ci il 28 mart tarixli hökmü ilə məhkum edilmişdir.30. Mehdiyev Elçin Ərəstun oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2005-ci il 29 iyun tarixli hökmü ilə məhkum edilmişdir.31. Məhərrəmov Şirin Akif oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran hərbi məhkəməsinin 2006-cı il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.32. Məlikov Mürşüd Balami oğlu, 1970-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhər Məhkəməsinin 1997-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilmişdir.33. Məmişov Xankişi Allahverdi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayon məhkəməsinin 2006-cı il 22 iyun tarixli hökmü ilə məhkum edilmişdir.34. Məmmədov Sərdar Təyyar oğlu, 1973-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayon məhkəməsinin 2007-ci il 29 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.35. Mirzəyev Rasim İbiş oğlu, 1967-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli-Qubadlı hərbi məhkəməsinin 1999-cu il 20 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.36. Musayev Qədir Əsəd oğlu, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 2 may tarixli hökmü ilə məhkum edilmişdir.37. Nağıyev Qabil Mustafa oğlu, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayon məhkəməsinin 2006-cı il 16 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.38. Nərimanov Elgiz Nəriman oğlu, 1976-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 31 may tarixli hökmü ilə məhkum edilmişdir.39. Orucov Möhübbət Mustafa oğlu, 1965-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2006-cı il 28 fevral tarixli hökmü ilə məhkum edilmişdir.40. Popov Aleksey Vladimiroviç, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 19 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.41. Rəhimov Qalib Ənvər oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayon məhkəməsinin 2006-cı il 16 may tarixli hökmü ilə məhkum edilmişdir.42. Rəhimov Şəhriyar Mirkazım oğlu, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 22 may tarixli hökmü ilə məhkum edilmişdir.43. Rəhimov Tərlan İbrahim oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 12 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.44. Salayev Yaşar Əbdüləhəd oğlu, 1939-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2003-cü il 24 fevral tarixli hökmü ilə məhkum edilmişdir.45. Səfərov Samir Pənah oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2006-cı il 15 may tarixli hökmü ilə məhkum edilmişdir.46. Səmədov İlqar Rufulla oğlu, 1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2006-cı il 2 iyun tarixli hökmü ilə məhkum edilmişdir.47. Şahroxi Firudin Əli oğlu, 1944-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Astara rayon məhkəməsinin 2007-ci il 15 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.48. Şamıyev Asif Vəli oğlu, 1953-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2005-ci il 15 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.49. Şəmiyev Cəsarət Məhərrəm oğlu, 1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayon məhkəməsinin 2006-cı il 19 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.50. Şərifi Məhəmməd Mustafa Məhəmməd Tahir, 1987-ci ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Cəlilabad rayon məhkəməsinin 2007-ci il 19 aprel tarixli hökmü ilə məhkum edilmişdir.51. Tağıyev Rasim Qurban oğlu, 1963-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2002-ci il 11 fevral tarixli hökmü ilə məhkum edilmişdir.II. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:1. Babayev Elmar Tahir oğlu, 1981-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2006-cı il 3 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.2. Cabbarov Mətləb Məhəmmədəli oğlu, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 31 yanvar tarixli hökmü ilə məhkum edilmişdir.3. Cəfərov Füzuli Ağakərim oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 2 fevral tarixli hökmü ilə məhkum edilmişdir.4. İsmayılov Oqtay Sahibxan oğlu, 1959-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2007-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdir.5. Qədimov Nofəl Bədrəddin oğlu, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayon məhkəməsinin 2007-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.6. Novruzov Orxan İlham oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayon məhkəməsinin 2007-ci il 14 fevral tarixli hökmü ilə məhkum edilmişdir.III. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2007-ci il 23 fevral tarixli hökmü ilə islah işləri cəzasına məhkum edilmiş, 1977-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağabalayev Ramin Ələkbər oğlu cəzadan azad edilsinIV. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2004-cü il 3 noyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Rüstəm Şirəli oğlunun cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılsın.Qeyd edək ki, bu fərman 1995-ci ildən bəri imzalanan 44-cü əfvdir. Bu humanist aksiya ümumilikdə 4762 məhkuma şamil olunub. -
03-18-2008, 08:41 PMAPAKofi Annan və Simon Veil Avropa Şurasının XIII "Şimal-Cənub" mükafatına layiq görülüblər
[b]Kofi Annan və Simon Veil Avropa Şurasının XIII "Şimal-Cənub" mükafatına layiq görülüblər[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. BMT-nin sabiq baş katibi Kofi Annan və Avropa Parlamentinin ilk birbaşa seçilmiş prezidenti Simon Veil aprelin 1-də Lissabonda keciriləcək mərasimdə Avropa Şurasının 13-cü "Şimal-Cənub" mükafatı ilə təltif olunacaq. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, bu şəxslər dünyada insan haqqlarının qorunmasi istiqamətində göstərdikləri yorulmaz və cəsarətli fəaliyyətlərinə görə mükafata layiq görülüblər. Mərasimdə AŞPA prezidenti Lluis Maria de Puç, Avropa Şurasının baş katibi Terri Devis və Portuqaliya prezidenti Anibal Kavako Silva iştirak edəcək. Qeyd edək ki, Avropa Şurası hər il iki şəxsi insan haqqları sahəsində və Şimalla Cənub arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində apardıqları fəaliyyətə görə adı çəkilən mükafatla təltif edir. -
03-18-2008, 08:46 PMAPAABŞ raket hücumundan müdafiə məsələsi ilə bağlı yeni təkliflərlə çıxış edib
[b]ABŞ raket hücumundan müdafiə məsələsi ilə bağlı yeni təkliflərlə çıxış edib[b]
[Moskva - APA. Moskvada ABŞ və Rusiya xarici siyasət və müdafiə idarələri rəhbərləri arasında "2+2" formatında aparılan iki günlük danışıqlar yekunlaşıb. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, tərəflər strateji sabitlik və təhlükəsizliklə bağlı kompleks məsələləri - ABŞ-ın Şərqi Avropada raket hücumundan müdafiə sistemləri yerləşdirməsi, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə, Strateji Hücum Silahlarının İxtisarı üzrə 1-ci Müqavilə, Orta və Yaxın Mənzilli Raketlərin İxtisarı haqqında Müqavilə və digər sənədlər ətrafında müzakirə aparıblar. Danışıqlardan sonra tərəflər 200-ə yaxın media nümayəndəsinin iştirakı ilə birgə mətbuat konfransı keçiriblər. Onların sözlərindən belə məlum olub ki, ABŞ və Rusiya yenə də raket hücumundan müdafiə məsələsi üzrə razılığa gələ bilməyiblər, ancaq Vaşinqton Moskva üçün çox vacib və faydalı təkliflərlə çıxış edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra strateji məsələlər, o cümlədən raket hücumundan müdafiə və strateji hücum silahlarının ixtisarı məsələlərində fikir ayrılıqlarının qaldığını, nüvə terrorçuluğu ilə mübarizə və nüvə silahlarının yayılmaması məsələsində isə ciddi inkişaf əldə olunduğunu deyib. O bildirib ki, ABŞ tərəfi Rusiyanın Şərqi Avropada raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planından qaynaqlanan narahatlığını aradan qaldırmağa yönəlmiş təkliflər irəli sürüb: "Anladığımız qədər, Amerika tərəfi bizim narahatlığımızı nəzərə alıb. Bizə kifayət qədər önəmli, faydalı təkliflər təqdim olundu. Biz təkliflərin öyrənilməsindən sonra məsləhətləşmələri davam etdirməyi qərara aldıq". ABŞ müdafiə naziri Robert Geyts təklifləri yazılı şəkildə Rusiya tərəfinə verəcəklərini və tezliklə Moskvanın reaksiyasını öyrənmək istədiklərini söyləyib. O, bir daha bəyan edib ki, Polşa və Çexiyada qurulacaq sistemlər Rusiyaya təhlükə törətməyəcək. Dövlət katibi Kondoliza Rays isə ikitərəfli əməkdaşlığın bütün spektrini əhatə edəcək və hüquq çərçivə sisteminə malik olacaq birgə sənədin hazırlanacağını bildirib. -
03-18-2008, 08:51 PMAPADaxili işlər orqanlarına qəbul üçün keçirilən müsabiqənin qalibləri zabit vəzifələrinə təyin olunublar
[b]Daxili işlər orqanlarına qəbul üçün keçirilən müsabiqənin qalibləri zabit vəzifələrinə təyin olunublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Daxili İşlər Nazirliyində (DİN) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən fevralın 27-də keçirilən test imtahanını uğurla verərək daxili işlər orqanlarının orta rəis heyətində xidmətə qəbulun yekun mərhələsinə buraxılan namizədlərin müsabiqəyə elan olunan zabit vəzifələrinə təyinatlarına həsr olunan tədbir təşkil olunub. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini deyib. DİN-in baş kadrlar idarəsinin rəis müavini T. Zeynalov bildirib ki, ötən il noyabrın 1-dən 30-dək nazirliyə 170 vətəndaş müraciət edib, xidmətə qəbulun şərtlərinə cavab vermədiyi üçün 26 nəfərin sənədləri geri qaytarılıb. Onun sözlərinə görə, sənədləri qəbul edilən 144 nəfərdən 103 namizədin işi TQDK-ya göndərilib. Əksəriyyəti xidmətə qəbuldan imtina etdiyinə və digər səbəblərə görə qalan 41 namizəd müsabiqənin birinci mərhələsi olan test imtahanına buraxılıb. Test imtahanında 103 iddiaçıdan 50-si nəzərdə tutulan müvafiq balı toplayaraq müsabiqənin yekun mərhələsinə keçib. Daha sonra vakant vəzifələrə təyinat püşkatma yolu ilə keçirilib, nazirliyə dəvət olunan 46 nəfər bu üsulla həmin vəzifələrə təyin olunub. Püşkatmada iştirak edən ali hüquq təhsilinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmiş 3 nəfər isə DİN Mərkəzi Aparatında müvafiq vəzifələrə təyin edilib. Tədbirə yekun vuran Ramil Usubov namizədləri təbrik edib, onlara uğurlar arzulayıb. -
03-19-2008, 11:06 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]
[Bakı. Gülşən Hacıyeva - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri martın 18-də saat 14.10-dan 19.30-dək ara-sıra Ermənistan Respublikasının Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Ağdam kəndləri sahəsindəki mövqelərini, saat 21.30-dan 23.30-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndində yerləşən mövqelərindən, saat 22.15-dən 22.40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.00-dan 00.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 19-da saat 02.05-dan 02.20-dək isə Ağdam rayonunun Şıxlar və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-19-2008, 11:11 AMAPAAzərbaycanda əfv fərmanının icrasına başlanılıb
[b]Azərbaycanda əfv fərmanının icrasına başlanılıb[b]
Bakı. Hacı Zeynalov-APA. Azərbaycan prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv fərmanının icrasına başlanılıb.
[APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Əlixan Hüseynov jurnalistlərə açıqlamasında fərmanın icrasının bu gün saat 13.00-dək başa çatdırılacağını bildirib. Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində cəza çəkən Şəhriyar Mirkamil oğlu Rəhimov əfv fərmanı ilə azadlığa buraxılıb. Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə həbs cəzasına məhkum Ş. Rəhimov törətdiyi əməldən peşman olduğunu söyləyib. O, əfv olunduğuna görə ölkə başçısına təşəkkürünü bildirib. -
03-19-2008, 11:46 AMAPAMoskvada Novruz bayramı münasibətilə tədbir keçiriləcək
[b]Moskvada Novruz bayramı münasibətilə tədbir keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. Ümumrusiya Azərbaycan Konqresi Moskvada «Novruz» adlı geniş bayram tədbiri təşkil edəcək. Konqresdən APA-ya verilən məlumata görə, tədbir martın 23-də «Puşkinskiy» kinoteatrında keçiriləcək. Tədbirdə Azərbaycandan dəvət olunmuş incəsənət ustaları çıxış edəcəkləer. -
03-19-2008, 12:21 PMAPAVatikanın dövlət katibi Tarçizio Bertone Azərbaycanı dini tolerantlıq modeli adlandırıb
[b]Vatikanın dövlət katibi Tarçizio Bertone Azərbaycanı dini tolerantlıq modeli adlandırıb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycana və Ermənistana səfərdən qayıdan Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone Azərbaycanı bütün dünya üçün dini tolerantlıq modeli adlandırıb.
[APA-nın İtaliya saytlarına istinadən verdiyi məlumata görə, kardinal Azərbaycanda böyük müsəlman icması ilə kiçik katolik və ortodoks icmalarının yanaşı fəaliyyət göstərdiklərini bildirib: "Orada müsəlman icmasının kilsəyə və Papaya göstərdiyi ehtiram cox yüksək və tərəddüdsüzdür. Azərbaycanda qədim xristian yevangeliyasının izləri hörmətlə qorunub saxlanılır". Dövlət katibi bəyan edib ki, Azərbaycanda 400-ə yaxın katolik var və iki kilsə - Rus ortodoks və katolik kilsələri mövcuddur: "Bu ölkədə kommunist rejiminin dağıtdığı katolik kilsəsi prezident İlham Əliyevin göstərişi və şeyxülislamın məsləhəti ilə yenidən qurulub. Bu, o deməkdir ki, ölkədə həqiqətən dinc yanaşı yaşama və din azadlığı var. Bu, özünü siyasi sferada da göstərir". T. Bertone deyib ki, hər kiçik dinin azad fəaliyyət göstərdiyi ölkədə daim əmin-amanlıq mövcud olacaq. -
03-19-2008, 12:51 PMAPAAzərbaycan paytaxtındakı şadlıq saraylarının birində yanğın olub
[b]Azərbaycan paytaxtındakı şadlıq saraylarının birində yanğın olub[b]
[Bakı. Samir Kazımlı - APA. Bu gün saat 09.00 radələrində Binəqədi rayonu ərazisində (Ayna Sultanovanın heykəlinin arxasında) yerləşən "Ramin" şadlıq evində yanğın olub. Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən APA-ya bildirilib ki, hadisə şadlıq sarayındakı kondisionerdə yaranan qısa qapanma nəticəsində baş verib. Yanğının qarşısı qısa müddətdə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 1 ədəd xalça, 3 ədəd stol və şadlıq sarayının dam örtüyü 8 kv.m sahədə yanıb. Faktla bağlı araşdırma aparılır. -
03-19-2008, 01:26 PMAPAAvropa Şurasının insan haqları üzrə komissarı Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə, KİV azadlığına təminat verməyə
[b]Avropa Şurasının insan haqları üzrə komissarı Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə, KİV azadlığına təminat verməyə çağırıb[b]
[Strasburq - APA. Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə, KİV azadlığına təminat verməyə və 1 mart hadisələrinin müstəqil təhqiqatının aparılmasına təşəbbüs göstərməyə çağırıb. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, komissarın bəyanatında bildirilir ki, martın 1-də nə baş verdiyi aydınlaşdırılmalıdır. O, fövqəladə vəziyyəti rejimi ilə eyni vaxtda tətbiq olunan senzuranın əhalinin narahatlığına səbəb olduğunu və inamsızlığı artırdığını söyləyib: "Bir sıra hökumətyönlü kütləvi informasiya vasitələrinin müxalifət mətbuatının nəşr olunmadığı müddətdə müxalifəti lənətləmək istəyi konstruktiv atmosferin yaranmasına kömək etməyib". Zorakılığa yol vermiş mitinqçilərin və həddən artıq güc tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmalarını istəyən T. Hammarberq bəyan edib ki, insanlar mitinqdə iştirakına görə təqib olunmamalıdır. O, hakimiyyəti 18 yaşına çatmamış bütün tutulanları sərbəst buraxmağa səsləyib. -
03-19-2008, 01:36 PMAPAPrezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
[b]Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı hamıya cansağlığı, səadət və işlərində uğurlar arzulayıb:
["Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüz illərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanıb". Azərbaycanın son illərdə ən müxtəlif sahələrdə nail olduğu uğurların bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etdiyini qeyd edən prezident mədəni-ictimai həyatın daha da canlanması, iqtisadiyyatın yüksələn xətt üzrə davamlı inkişaf tempi, paytaxt və bölgələrdə aparılan abadlıq-quruculuq işlərinin təbiətin dirçəlməsi və yeniləşməsi ilə həmahəng olduğunu və sabahkı günə dərin inam aşıladığını vurğulayıb. Dövlət başçısı Azərbaycan torpaqlarının müdafiəsində dayanan mətin əsgərlərə də səmimi bayram salamını çatdırıb: "Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm".Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımızın da Novruz bayramını böyük sevinclə qarşıladığını bildirən prezident dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayramın hər gəlişi ilə onların Ana Vətənə azərbaycançılıq məfkurəsi işığında bağlılıq duyğularını daha da gücləndirdiyini qeyd edib: "Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Novruz bayramınız mübarək olsun!" -
03-19-2008, 01:51 PMAPARusiyada cinayət törətmiş erməni İraqda yaxalanaraq Moskvaya göndərilib
[b]Rusiyada cinayət törətmiş erməni İraqda yaxalanaraq Moskvaya göndərilib[b]
[Moskva - APA. İraqda həbs olunan Ermənistan vətəndaşı, 23 yaşlı Camal Sloyan Rusiyaya ekstradisiya edilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, C. Sloyan 2006-cı ildə Moskvanın Şərq inzibati dairəsindəki bazarların birində A. O. Şaroyan adlı sahibkardan külli miqdarda pul tələb edib, rədd cavabı aldıqda isə üç nəfərlə birlikdə onu döyüb və bıçaqla qətlə yetirib. Cinayət törətdikdən sonra o, saxta pasportla Ukrayna ərazisində gizlənib, sonra İraqın şimalındakı qohumunun yanına gedib. C. Sloyan Rusiya Baş Prokurorluğunun müraciəti əsasında 2007-ci ilin iyulunda İraqda yaxalanıb və bir müddət sonra Rusiyaya ekstradisiyasına qərar verilib. O, artıq Moskvaya gətirilib və hazırda dindirilir. -
03-19-2008, 02:06 PMAPAAzərbaycanın Kürdəmir rayonunda "KamAZ" avtobusla toqquşub, ölən və yaralananlar var
[b]Azərbaycanın Kürdəmir rayonunda "KamAZ" avtobusla toqquşub, ölən və yaralananlar var[b]
Kürdəmir. Əlibəy Zeynalov - APA. Bu gün Bakı-Qazax yolunun 170-ci km-də, Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.
[Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Rahim Xəlilovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Süleyman Tapdıq oğlu İbrahimovun idarə etdiyi "KamAZ" markalı 06 BC 304 nömrə nişanlı maşınla 10 VM 138 nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə S. İbrahimov və mikroavtobusun sürücüsü hadisə yerində həlak olublar, avtobusun iki sərnişini isə yaralanıb. Faktla bağlı araşdırma aparılır. -
03-19-2008, 02:21 PMAPAAzərbaycanın İmişli rayonun sakinindən 5 kiloqram narkotik vasitə götürülüb
[b]Azərbaycanın İmişli rayonun sakinindən 5 kiloqram narkotik vasitə götürülüb[b]
[İmişli-Bakı. Məhbubə Qasımbəyli-APA. İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çaxırlı kənd sakini Balayar Dadaşovdan 5 kiloqram həşiş götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini Hikmət Musayevdən 4,629 qram heroin, ona narkotik vasitəni ona satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Faiq Qaraşovdan isə 5,148 qram heroin aşkarlanıb. Hər iki üç şəxs tutulub, araşdırma aparılır. -
03-19-2008, 05:41 PMAPAAzay Quliyev: "Əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb"
[b]Azay Quliyev: "Əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb"[b]
Bakı. Elnur Məmmədli - APA. "Əfv Komissiyası Əsasnaməsinə və qaydalarına uyğun fəaliyyət göstərir. Əsasnamədə isə hər hansı peşə sahibinə xüsusi güzəşt nəzərdə tutulmur. Ona görə də əfvlə bağlı prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb".
[APA-nın məlumatına görə, bunu millət vəkili, Prezident yanında Əfv Komissiyasının üzvü Azay Quliyev deyib. Jurnalistlərin adlarının siyahıya düşməməsinin səbəblərinə aydınlıq gətirən millət vəkili bildirib ki, hazırda həbsdə olan jurnalistlərdən bəziləri cəzalarının yarısını çəkməyiblər, buna görə də onların əfv edilməsi ilə bağlı məsələ müzakirə edilə bilməz. Bəzi hüquq müdafiəçilərini əfv məsələsində spekulyasiyaya yol verməkdə ittiham edən A. Quliyev Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun bu məsələdə əsassız fikirlər irəli sürdüyünü vurğulayıb: "Əksinə, belə adamlar dolayısı ilə həbsdə olan jurnalistlərin azadlığa çıxmasına maneçilik törədirlər. Bu gün "siyasi məhbus" məsələsi tam həll olunsa, Leyla Yunus kimi adamların işi tamamilə başa çatır və fəaliyyətlərinə son qoyulur. Ona görə də bu şəxslər məsələni süni şəkildə gündəlikdə saxlamaqda maraqlıdırlar". Millət vəkili bir müddət əvvəl 5 jurnalistin əfv edildiyini xatırladıb və gələcəkdə də hüquqi çərçivədə digər jurnalistlərin əfvinə baxılacağını istisna etməyib: "Avropa Şurasının siyahısı ilə bağlı məsələ heç də sadə deyil. Elə adamlar var ki, onların azad olunması mümkünsüzdür. Metronun partladılmasında iştirak edənlər, açıq şəkildə qətl törədənlər nə cür azadlığa buraxıla bilər?! Ona görə də müəyyən araşdırmalara ehtiyac var. Əfvi mümkün olan insanlar bundan sonra da azadlığa buraxılacaq". -
03-19-2008, 05:46 PMAPANovruz bayramı münasibəti ilə sabah Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq
[b]Novruz bayramı münasibəti ilə sabah Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq[b]
Bakı. Elnur Məmmədli - APA. Novruz bayramı münasibəti ilə martın 20-də Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.
[Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konsert proqramı "Ağ fəvvarə"nin yanındakı saat qülləsinin qarşısında saat 21.00-da başlayacaq. Proqramda tanınmış incəsənət ustaları iştirak edəcək. BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını konsertə və atəşfəşanlığa dəvət edib. -
03-19-2008, 07:16 PMAPAAzərbaycan İslam Konfransı Təşkilatının insan haqları üzrə baş komissarı vəzifəsinin təsis olunmasını təklif edib
[b]Azərbaycan İslam Konfransı Təşkilatının insan haqları üzrə baş komissarı vəzifəsinin təsis olunmasını təklif edib[b]
[Bakı. Laçın Sultanova - APA. İslam Konfransı Təşkilatının (İKT) Seneqalın paytaxtı Dakarda keçirilən 11-ci sammitinin yekun kommünikesinə Azərbaycanın bir sıra təklifləri də daxil edilib. APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın təklifi əsasında kommunikeyə insan haqları üzrə baş komissar vəzifəsinin təsis edilməsi və İKT baş katibinin sivilizasiyalararası dialoqla bağlı xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı məqamlar əlavə olunub. Təşkilatın növbəti sammiti gələn il Misirdə keçiriləcək. Bu ilin iyununda isə Uqandada xarici işlər nazirlərinin görüşü olacaq. -
03-19-2008, 07:21 PMAPANATO-nun Maddi-Texniki Təchizat Agentliyinin ekspertləri Azərbaycana gələcək
[b]NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin ekspertləri Azərbaycana gələcək[b]
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu il aprelin 20-də NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) ekspertləri Azərbaycana gələcək.
[Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.NATO ekspertləri NAMSA-nın maliyyə dəstəyi ilə həyata keçirilən «Partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi»nin ikinci fazasında görülən işlərlə tanış olaraq, qiymətləndirmə aparacaqlar. Layihənin ikinci fazası cari ilin iyun ayında yekunlaşdıqdan sonra üçüncü mərhələ başlanılacaq. Hazırda üçüncü fazanın maliyyələşdirilməsi ilə bağlı ANAMA və NAMSA arasında müzakirələr aparılır. Üçüncü mərhələnin daha 1 il davam edəcəyi gözlənilir. ANAMA-dan o da bildirilib ki, 2006-cı ilin əvvəlindən bu günədək Saloğludan 290 minə yaxın müxtəlif çaplı sursat tapılaraq zərərsizləşdirilib. Qeyd edək ki, Ağstafa rayonunun Saloğlu kəndində 1991-ci ilin avqustunda baş vermiş yanğın və onu müşaiyət edən 4-günlük partlayışlara qədər burada Sovet Ordusunun Zaqafqaziyadakı ən böyük hərbi sursat anbarı yerləşib. Partlayış nəticəsində 138 saxlama yeri olan anbarın ərazisinə və ətraf əraziyə külli miqdarda partlamamış hərbi sursat (PHS) səpələnib. Ərazinin sursat anbarından və partlayıcı maddələrdən təmizlənməsi işlərinə 2006-cı ilin əvvəlində başlanıb. Xatırladaq ki, «Saloğlu» layihəsinin maliyyələşdirilməsinə dair Azərbaycan hökuməti və NATO arasında saziş imzalanarkən layihənin iki fazada həyata keçirilməsi nəzərdə tutulub. -
03-19-2008, 07:26 PMAPA"Azadlıq" qəzetinin əməkdaşına təzyiqlərlə bağlı iki cinayət işi birləşdirilib
[b]"Azadlıq" qəzetinin əməkdaşına təzyiqlərlə bağlı iki cinayət işi birləşdirilib[b]
[Bakı. Hacı Zeynalov-APA. "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlillə təzyiqlə bağlı açılmış iki cinayət işi birləşdirilib. Belə ki, müxbirin bu il fevralın 22-də təzyiqlərə məruz qalması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində başlanmış cinayət işi ilə onun martın 14-də bıçaqlanması faktı üzrə başlanmış cinayət işləri birləşdirilib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Nazim Əhmədov məlumat verib. İşi aparan müstəntiq deyib ki, jurnalistə hücum edənlərin həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun sözlərinə görə, hələlik fakt üzrə saxlanılan yoxdur. Qeyd edək ki, A. Xəlil bu ilin fevralın 22-də naməlum şəxslərin hücumuna məruz qalıb. Martın 14-də isə naməlum şəxslər tərəfindən bıçaqlanıb. -
03-19-2008, 07:31 PMAPA«Azərbaycan» Nəşriyyatı dünya standartlarına uyğun rəngli qəzet nəşr etmək üçün avadanlıq alıb
[b]«Azərbaycan» Nəşriyyatı dünya standartlarına uyğun rəngli qəzet nəşr etmək üçün avadanlıq alıb[b]
Bakı. Elnur Məmmədli - APA. «Azərbaycan» Nəşriyyatı Almaniyadan daha yüksək poliqrafik tələblərə cavab verən yeni çap avadanlıqları alıb. Bu barədə APA-ya nəşriyyat direktorunun müavini Bəsti İsmayılova məlumat verib.
[Onun sözlərinə görə, bu avadanlıqla dünya standartlarına uyğun rəngli qəzet nəşr etmək mümkün olacaq. Direktor müavini qeyd edib ki, avadanlıqlar artıq alınıb və yaxın günlərdə Azərbaycana gətiriləcək. Yeni avadanlıqların quraşdırılması üçün nəşriyyatın həyətində xüsusi yer tikilir. B. İsmayılova bu ilin avqust-sentyabr aylarından başlayaraq ölkədə rəngli qəzetlərin çapının mümkün olacağını qeyd edib. Onun sözlərinə görə, bu avadanlıqların Qafqaz regionunda analoqu yoxdur. Yeni alınan çap maşınlarının qiymətini açıqlamaq istəməyən B. İsmayılova qəzetlərin rəngli nəşr edilməsindən sonra çap qiymətdə dəyişiklik edilib-edilməyəcəyi barədə əvvəlcədən hər hansı fikir söyləyə bilməyəcəyini qeyd edib. -
03-19-2008, 07:56 PMAPAGUAM-la Avropa Şurası arasında ilk məsləhətləşmələr keçirilib
[b]GUAM-la Avropa Şurası arasında ilk məsləhətləşmələr keçirilib[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Bu gün Strasburqda Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclası keçirilib. Avropa Şurasının Baş Ofisindən APA-ya verilən məlumata görə, Nazirlər Komitəsinin bu gün keçirilən iclası AŞ-nın digər strukturlarla əməkdaşlığa həsr olunub.
[Bu çərçivədə AŞ-nın ATƏT, Avropa Birliyi və GUAM-la gələcək əməkdaşlığının perspektivlərinə həsr olunmuş müzakirələr keçirilib. Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-la bağlı məsləhətləşmələrdə GUAM-ın baş katib Valeri Çeçalaşvili, Avropa Şurası katibliyinin nümayəndələri, Avropa Şurası Nazirlər Komitəsinin xarici əlaqələr komitəsinin üzvləri və şuraya üzv dövlətlərin bu təşkilatdakı səfirləri iştirak ediblər. Müzakirələr əsasən təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi yolları ilə bağlı olub. Görüşdə Azərbaycanı Xarici İşlər Nazirliyinin strateji araşdırmalar və xarici siyasət idarəsinin rəisi Tofiq Musayev, həmçinin Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov təmsil edib.Qeyd edək ki, bu GUAM-la Avropa Şurası arasında keçirilən ilk məsləhətləşmələrdir. -
03-19-2008, 08:01 PMAPAAzərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri ilə görüşüb
[b]Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliyinin iqtisadiyyat naziri ilə görüşüb[b]
[Bakı. Laçın Sultanova-APA. Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov martın 19-da bu ölkənin iqtisadiyyat naziri Sultan Səid Əl Mansurla görüşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olduğu və iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. E. Məmmədyarov iki ölkə arasında regional layihələr çərçivəsində əməkdaşlığın, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaxın zamanda Körfəz regionunda inşa olunacaq birgə dəmiryolu xəttinə birləşdirilməsinin mümkün olduğunu qeyd edib. Sultan Səid Əl Mansur isə ölkəsinin hava nəqliyyatı şirkətlərinin, o cümlədən "Emirates" şirkətinin Azərbaycana reyslərinin bərpası məsələsinə toxunub. O, Abu Dabi əmirliyinin "İttihad" hava nəqliyyatı şirkətinin də Bakı-Abu Dabi aviareysinin yaradılmasının mümkün olduğunu vurğulayıb. Sultan Səid Əl Mansur iki ölkənin digər ölkələrdə müştərək müəssisə yaratmasına imkan olduğunu deyərək təklif edib ki, bu məsələ hökumətlərarası iqtisadi komissiyanın gələcək iclasının gündəliyinə salınsın. Azərbaycan tərəfi BƏƏ-nin hökumətlərarası iqtisadi komissiyanın üzvlərinin müəyyən etməsini və bu haqda Azərbaycana məlumat verməsini xahiş edib. Görüşdə bu məsələlərin Abu Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayd əl Nəyyamın Azərbaycana səfəri zamanı geniş müzakirə ediləcəyi vurğulanıb. -
03-19-2008, 08:11 PMAPATərtərdə təşkil olunan bayram şənlikləri çərçivəsində toy mərasimi keçirilib
[b]Tərtərdə təşkil olunan bayram şənlikləri çərçivəsində toy mərasimi keçirilib[b]
[Tərtər. Teymur Quliyev - APA. Novruz bayramı münasibətilə Tərtər şəhərində böyük şənlik keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə ölkədə və dünyada uğurlar qazanmış tərtərli idmançıların mərkəzi şəhər meydanında çıxışı təşkil edilib. Mərkəzi meydanda Tərtərin müdafiəsi zamanı şəhid olmuş Qaçay Mehdiyevin oğlunun toy mərasimi keçirilib. Nicat Mehdiyev APA-nın müxbiri ilə söhbətində atasının yolunu davam etdirməyə hazır olduğunu söyləyib. Tərtər Rayon icra Hakimiyyətinin başçısı Vidadi İsayev yeni ailə quran gənclərə qızıl üzük hədiyyə edib. -
03-20-2008, 03:46 PMAPAAzərbaycanın Lənkəran rayonunda partlayış olub
[b]Azərbaycanın Lənkəran rayonunda partlayış olub[b]
Lənkəran. Ağaddin Babayev - APA. Dünən gecə saat 21:30 radələrində Lənkəran şəhərinin Kiçik Bazar ərazisində, Müslüm Maqomayev küçəsində partlayış baş verib.
[Partlayışın zərbə dalğası 5 kilometrlikdən hiss edilib. Hündür mərtəbəli binalarda silkələnmələr olub.APA-nın Cənub bürosunun məlumatına görə, silkələnmədən sonra sakinlər nə baş verdiyini anlamayıblar. Hamı zəlzələ olduğunu zənn edib, 5 dəqiqədən sonra küçələrdə sirena səsləri eşidilib. Sonra məlum olub ki, bu, zəlzələ yox, partlayışdır. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər gəlib. Nə baş verdiyini heç kim açıqlamayıb. Jurnalistlərə ərazidə çəkiliş aparmağa və hər hansı məlumat toplamağa imkan verilməyib, onlar da əhali ilə birgə hadisə yerindən 50 metr uzaqlaşdırılıb.Yerli sakinlərin açıqlamalarına görə, zərbənin dalğasından 30-a yaxın evin pəncərələri çərçivədən çıxıb, şüşələr sınıb, evlərin damlarına və divarlarına ciddi ziyan dəyib. Şəhər sakini, 83 yaşlı Nəsibə Cəfərova xəsarət alıb və Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dən bildiriblər ki, yaralı alın nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə qəbul edilib və ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Rəsmi orqanların məlumatında partlayışın Müslüm Maqomayev küçəsində vətəndaş Rzayev Samir Vaqif oğluna məxsus evdə baş verdiyi bildirilsə də, hadisənin digər təfərrüatları açıqlanmır. Qonşuların fikrincə, evdə uzun müddətdən bəri heç kim yaşamadığı üçün partlayışın təbii qazdan baş verməsi daha çox ehtimal olunur. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır. -
03-20-2008, 03:51 PMAPAAzərbaycan prezidenti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə bizim diplomatik və siyasi qələbəmizdir"
[b]Azərbaycan prezidenti: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə bizim diplomatik və siyasi qələbəmizdir"[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Bakının mərkəzində keçirilən bayram şənliklərində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. APA-nın məlumatına görə, tədbirdə prezident İlham Əliyev çıxış edib.
[O, Novruz bayramının Azərbaycan xalqı üçün müqəddəs bayram olduğunu vurğulayaraq, bayramın tarixindən danışıb. Azərbaycan prezidenti ölkədə iqtisadi islahatların davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişaf tempinin çox yüksək olduğunu deyib. Onun sözlərinə görə, ölkədə sosial problemlərin həllinə xüsusi diqqət ayrılır. Maaşlar, təqaüdlər ildə iki dəfə artırılır. Prezident deyib ki, ölkənin inkişafı üçün lazım olan bütün böyük layihələr həyata keçiriləcək: "Hər bir ölkənin inkişafı üçün iqtisadi amillər böyük rol oynayır. İqtisadiyyatın inkişafı bizə yalnız xalqın marağına uyğun müstəqil siyasət aparmağa imkan verir. Biz artıq regionda çox böyük və tarixi layihələrin icraçısıyıq. Bütün bunların nəticəsində son 4 ildə ölkənin iqtisadi göstəriciləri 2 dəfə artıb. Bu, dünyada analoqu olmayan nəticədir". Prezident deyib ki, iqtisadi inkişafın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün hər bir sahə üzrə xüsusi proqramlar var.Azərbaycanın dövlət başçısı iqtisadi inkişafla yanaşı, daxili və xarici siyasətin də uğurla həyata keçirildiyini, Azərbaycanın dünyada böyük hörmətə malik ölkə olduğunu vurğulayıb: "Biz dünyada etibarlı tərəfdaş reputasiyası qazanmışıq. Bizim xarici siyasətimiz bölgədə sülhün bərqərar olmasına, əməkdaşlığın güclənməsinə yönəlib". Prezident BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamənin qəbul olunmasını bu siyasi gücün göstəricilərindən biri adlandırıb: "Bu, bizim böyük diplomatik və siyasi qələbəmizdir. Baxmayaraq ki, orda bəzi ölkələrə güclü təzyiqlər də göstərilib".Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və müzakirə predmeti deyil: "Bu çərçivədən kənarda heç bir razılaşma və sülh sazişi mümkün deyil". Prezident ordu quruculuğu prosesinin davam etdirildiyini də deyib: "Müharibə hələ bitməyib, yalnız atəşkəs rejimi yaranıb".Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etdiyini deyən ölkə başçısı Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kimi böyük layihələrin ölkənin tarixi nailiyyəti olduğunu bildirib. Azərbaycanın bölgələrində inkişaf getdiyini deyən prezident qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını söyləyib. Ölkə başçısı bildirib ki, ölkədə mədəniyyətin inkişafı, Bakının tarixi yerlərinin qorunması və restavrasiya olunması, yeni muzeylər və teatrlar tikilməsi də davam etdiriləcək.Azərbaycan prezidenti çıxışının sonunda bir daha Novruz bayramı münasibətilə xalqı təbrik edib. -
03-20-2008, 03:56 PMAPAAzərbaycanın Qax rayonunda 18 yaşlı qız özünü asıb
[b]Azərbaycanın Qax rayonunda 18 yaşlı qız özünü asıb[b]
Qax. Hafiz Heydərov - APA. Azərbaycanın Qax rayonunda 18 yaşlı qız özünü asıb. Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 23:00 radələrində baş verib.
[Qax rayon sakini, 1990-cı il təvəllüdlü Gözəl Süleyman qızı Məmmədova yaşadığı həyətdə meyvə ağacından özünü asaraq intihar edib. Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. -
03-20-2008, 04:01 PMAPARusiyada hərbi təyyarə qəzaya uğrayıb
[b]Rusiyada hərbi təyyarə qəzaya uğrayıb[b]
Moskva - APA. Rusiyada SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb. APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, qırıcı təyyarə Primorsk vilayətinin Spassk rayonunun Novoselsk məntəqəsi yaxınlığında qəzaya uğrayıb və nəticədə pilot həlak olub.
[Hadisədən dərhal sonra Rusiya Hərbi Hava Qüvvələrinin komandanının əmri ilə ölkə ərazisində SU-25 təyyarələrinin uçuşu müvəqqəti olaraq qadağan edilib. Hazırda hadisənin səbəbləri araşdırılır. -
03-20-2008, 04:06 PMAPAMoldova parlamenti hökumətin istefasını qəbul edib
[b]Moldova parlamenti hökumətin istefasını qəbul edib[b]
Kişinyov - APA. Moldova parlamenti ölkə hökumətinin istefasını qəbul edib. APA-nın xəbərinə görə, 101 deputatdan 53-ü qərarın lehinə səs verib.
[Qeyd edək ki, hökumətin istefası baş naziri Vasili Tarlevin istefaya getmək barədə qərarından sonra zəruri olub.Tarlev qərarını yeni simalara ölkə üçün işləmək şansı vermək istəyi ilə əsaslandırıb. Moldova prezidenti Vladimir Voronin baş nazirə səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib və onun ölkənin ən ali mükafatı - "Respublika" ordeni ilə təltif olunacağını bildirib. Yeni baş nazirin namizədliyi prezidentin parlament fraksiyaları ilə görüşündən sonra təqdim olunacaq. -
03-21-2008, 11:36 AMAPAAzərbaycanlı kriminal avtoritet Ukraynadan siyasi sığınacaq istəyib
[b]Azərbaycanlı kriminal avtoritet Ukraynadan siyasi sığınacaq istəyib[b]
Kiyev - APA. Kriminal aləmdə "Rövşən Lənkəranski" adı ilə məşhur olan Rövşən Rafiq oğlu Caniyev Ukrayna Miqrasiya Xidmətinə müraciət edərək bu ölkədən siyasi sığınacaq istəyib.
[APA-nın məlumatına görə, R. Caniyev bu ilin fevral ayında Kiyevdə həbs olunub və hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır. Ukrayna xəbər agentlikləri Azərbaycan baş prokurorunun Ukrayna baş prokuroruna müraciət edərək saxlanılan şəxsin Azərbaycan vətəndaşı olduğunu, ağır cinayət törətdiyinə görə 2002-ci ildə barəsində beynəlxalq axtarış elan olunduğunu bildirib və onun Azərbaycana ekstradisiyasını xahiş edib. "RBK-Ukraina" agentliyi 2006-cı ilin aprelində azərbaycanlı kriminal avtoritet Hikmət Muxtarovun öldürülməsindən sonra Moskvadakı Azərbaycan mafiyasının gizli biznesinə Rövşən Caniyevin nəzarət etdiyini yazıb. Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin mətbuat katibi Yelena Melnik R. Caniyevə siyasi sığınacaq verilməsinə qarşı çıxaraq bunun çox təhlükəli presedent yaradacağını deyib. Onun sözlərinə görə, Miqrasiya Xidməti R. Caniyevin müraciətini təmin edərsə, Ukrayna "qanuni oğru"ların sığındığı məkana çevrilə bilər. -
03-21-2008, 12:56 PMAPATürkmənistan Azərbaycana səfir təyin edib
[b]Türkmənistan Azərbaycana səfir təyin edib[b]
Aşqabad - APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycana səfir təyin edib. APA-nın məlumatına görə, Q. Berdımuhammedovun fərmanı ilə Annaməmməd Məmmədov bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
[Xatırladaq ki, 7 il əvvəl Xəzərdəki "Kəpəz" yatağı ilə bağlı iki ölkə arasında fikir ayrılıqları yarandıqdan sonra Türkmənistan hökuməti Azərbaycandakı səfirini geri çağırmışdı. Ancaq Saparmurad Türkmənbaşının vəfatından sonra qarşılıqlı münasibətlərdə yaxınlaşma müşahidə olunmağa başlayıb. Tərəflər Azərbaycanın Türkmənistana dövlət borcu ilə bağlı mübahisəni həll ediblər, Xəzərdə su sərhədlərinin delimitasiyasına dair danışıqlar fəallaşıb. Aşqabad türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxarılmasını nəzərdə tutan Transxəzər layihəsinin müzakirəsinə hazır olduğunu da bildirib. Yaxın vaxtlarda isə Qurbanqulu Berdımuhammedovun Azərbaycana rəsmi səfəri gözlənilir.