[b]Vaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ Fondu yaradılıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. ABŞ-da Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Ahmet Erentokun təsisçiliyi ilə Azərbaycan-Türkiyə-ABŞ Fondu (ATAF) yaradılıb.ATİB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, daha əvvəl ATİB-in beynəlxalq layihələr üzrə müşaviri kimi çalışan Louette Ragusa Fondun icraçı direktoru təyin edilib. Mənzil qərargahı Vaşinqtonda (ABŞ) yerləşən Fondun yaradılmasında məqsəd Azərbaycan və Türkiyə şirkətlərinin ABŞ-da lobbiçiliyini həyata keçirmək, onlara ABŞ bazarlarına daxil olmalarında lazımi hüquqi və konsaltinq xidmətlərini göstərməkdən ibarətdir. Eyni zamanda, ATAF regionda çalışmaq istəyən ABŞ şirkətlərinə də analoji xidmətləri göstərəcək. Bunun üçün Fondla ATİB arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır. Qeyd edək ki, ATAF bu ilin əvvəlində rəsmi qeydiyyatdan keçmiş Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu ilə də qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir.
Azərbaycan Xəbərləri
Printable View

10-31-2008, 04:00 PMAPAVaşinqtonda Azərbaycan-Türkiyə-ABŞ Fondu yaradılıb

10-31-2008, 04:10 PMAPAAzərbaycan Milli Məclisi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib
[b]Azərbaycan Milli Məclisi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. APA-nın xəbərinə görə, layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov təqdim edib. Komissiya sədri deyib ki, bu layihə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılmasına yönəlib.Onun sözlərinə görə, qanun qəbul ediləndən sonra Maliyyə Monitorinqi orqanı adlı qurum yaranacaq. Bu qurum cinayət yolu ilə əldə edilən pul vəsaitləri və digər əmlakla bağlı aparılmış əməliyyatlar barədə monitorinq keçirəcək. Komissiya sədri qeyd edib ki, 20 min manatdan artıq olan pul vəsaitləri həmin əməliyyata cəlb olunacaq, vəsaitin mənbəyi barədə məlumatlar toplanacaq. Ə. Hüseynov bu qanunun qəbul olunması ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürdüyünü, Avropa Şurasına üzv olan ölkələrin əksəriyyətinin bu qanunu qəbul etdiklərini deyib. Layihə barədə çıxış edən millət vəkilləri layihədə göstərilən 20 min manat məbləğin az olduğunu bildirib, həmin məbləği dəfələrlə artırmağın vacibliyini vurğulayıblar.Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olunub. -
10-31-2008, 04:20 PMAPAYaxın günlərdə Azərbaycanda yeni avtomobil körpüsü istifadəyə veriləcək
[b]Yaxın günlərdə Azərbaycanda yeni avtomobil körpüsü istifadəyə veriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın günlərdə Azərbaycanın Quba rayonunda Vəlvələçay üzərindən inşa olunan yeni avtomobil körpüsü istifadəyə veriləcək. Bu barədə «APA-ECONOMICS»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.P.Mürsəliyevin sözlərinə görə, körpü Quba-Qonaqkənd yolunun 22-ci kilometrinə yaxın - Səbətlər kəndinə gedən yolun üzərində yerləşir. Azərbaycanın «Körpü Konstruksiya» şirkəti tərəfindən inşa olunmuş körpünün uzunluğu 152 poqonmetr, eni 10 metrdir. Körpü 8 aşırım və 9 dayaqdan ibarətdir.Qeyd edək ki, Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının 22 134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1 684 kilometri beynəlxalq magistrallar, 2 669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı 1 201-dir. -
10-31-2008, 04:30 PMAPAFuad Əliyev qərargah istəyir
[b]Fuad Əliyev qərargah istəyir[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, F. Əliyev prezident seçkilərindən sonra ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatın qərargah problemi və 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı məsələlərə toxunub. O, 1999-cu ildən dövlət qeydiyyatında olan ALDP-nin indiyə qədər ofislə təmin edilmədiyini deyib: "Hər dəfə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi partiyanın müraciətlərinə əsassız cavablar verir. Məhkəmələr də düzgün qərar çıxarmır. Xətai rayon Məhkəməsinin dövlət komitəsinin lehinə çıxardığı qərarı Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb". F. Əliyev bildirib ki, problem Azərbaycanda çözülməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək. Prezidentliyə keçmiş namizəd ALDP-nın siyasi mövqeyi barədə də danışaraq heç bir qüvvənin diktəsi ilə hərəkət etmədiklərini söyləyib: "Biz heç bir bloka qoşulmaq istəmirik. ALDP konstruktiv müxalifətdə olan partiyadır". O, prezident seçkisini boykot edən müxalifət partiyalarının addımını pisləyib. -
10-31-2008, 04:40 PMAPAAspiranturaya qəbul noyabrda başa çatacaq
[b]Aspiranturaya qəbul noyabrda başa çatacaq[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aspiranturaya qəbul noyabrda başa çatacaq. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətinin rəhbəri Afaq Əsədova məlumat verib. Oktyabrın 15-dən başlayan qəbulda 175 yer üçün 204 namizəd mübarizə aparır. A. Əsədovanın sözlərinə görə, aspirant olmaq istəyən namizədlər humanitar və ictimai elmlərə daha çox üstünlük verirlər. Hazırda isə AMEA strukturunda 2000-ə yaxın elmlər doktoru, 8500 elmlər namizədi var. Akademiyanın həqiqi və müxbir üzvlərinin sayı isə 200 nəfərə qədərdir. -
10-31-2008, 05:00 PMAPADanimarkada yaşayan soydaşlarımız bu ölkənin parlamentinə müraciət ünvanlayıb
[b]Danimarkada yaşayan soydaşlarımız bu ölkənin parlamentinə müraciət ünvanlayıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Danimarkada yaşayan bir qrup azərbaycanlı bu ölkənin parlamentinə müraciət edib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə İran azərbaycanlılarının hüquqlarının pozulmasına, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən qanunsuz olaraq həbs olunmalarına etiraz edilib: "Son aylarda İran dövlətində nəzarəti ələ alan fars şovinizmi Güney Azərbaycan türklərinə təzyiqləri artırıb. Nəticədə bir çox milli fəal qanunsuz olaraq həbs olunub". Məktubda azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslərin terrora məruz qalmasından və digər təzyiq hallarından söz açılıb. Müraciət müəllifləri Danimarka parlamentindən bu problemə diqqət yönəltməyi xahiş ediblər. -
10-31-2008, 05:10 PMAPABakıda taksi sürücüsünə silahlı basqın olub
[b]Bakıda taksi sürücüsünə silahlı basqın olub[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında taksi sürücüsünə qarşı silahlı basqın olub. Nizami rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10.00 radələrində baş verib. Bildirilib ki, Elçin Əzizağa oğlu Hüseynova məxsus, taksi kimi istifadə olunan, "Mercedes" markalı, 10 FH 080 dövlət nömrə nişanlı avtomobil iki naməlum şəxs tərəfindən qaçırılıb. Basqınçılar hadisəni törədərkən silahlı olublar. Sürücü istintaqa verdiyi ifadəsində basqınçıların ona avtomatla hədə qorxu gəldiyini bildirib. Hazırda Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. Polis bölməsindən həmçinin bildirilib ki, qaçırılan maşın artıq tapılıb. -
10-31-2008, 05:20 PMAPAVilayət Eyvazov: ""Əbu Bəkr" məscidi ilə bağlı məhkəmə hansı qərarı verəcəksə, ona uyğun da tədbirlər görüləcək"
[b]Vilayət Eyvazov: ""Əbu Bəkr" məscidi ilə bağlı məhkəmə hansı qərarı verəcəksə, ona uyğun da tədbirlər görüləcək"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. ""Əbu Bəkr" məscidi ilə bağlı məhkəmə hansı qərarı verəcəksə, ona uyğun da tədbirlər görüləcək". APA-nın xəbərinə görə, bu sözləri daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib. Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi "Əbu Bəkr" məscidinin açılması və fəaliyyətini bərpa etməsi barədə qərar çıxarıb. Nərimanov rayon Polis İdarəsi isə məhkəmə qərarından şikayət verib. -
10-31-2008, 05:30 PMAPABolqarıstanın vitse-prezidenti Angel Marin Azərbaycana səfər edəcək
[b]Bolqarıstanın vitse-prezidenti Angel Marin Azərbaycana səfər edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Bolqarıstanın vitse-prezidenti Angel Marin noyabrın 13-14-də Bakıda işgüzar səfərdə olacaq. Bolqarıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi Bakıda keçiriləcək 4-cü enerji sammitində iştirak etməkdir. Qeyd edək ki, bu sammitdə Türkiyə prezidenti Abdulla Gül, Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Xendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniya prezidenti Troyan Basesekunun iştirakı gözlənilir.Xatırladaq ki, birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikinci sammit 2007-ci ilin noyabrında Vilnüsdə, üçüncü sammit isə bu ilin mayında Kiyevdə keçirilib. -
10-31-2008, 05:40 PMAPASəbayel rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
[b]Səbayel rayonunda ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı-APA. Bu gün saat 01.00 radələrində Səbayel rayonundakı Neftçilər prospektində Bakı şəhər sakini Ramin Hüseynov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı dirəyə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtomobilin xəsarət alaraq xəstəxanaya yerləşdirilən sərnişini Sevda Kərimova orada dünyasını dəyişib. Faktla bağlı Səbayel rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. -
10-31-2008, 06:00 PMAPAHP şirkəti Bakıda gənc sahibkarlar üçün Tədris Mərkəzi açıb
[b]HP şirkəti Bakıda gənc sahibkarlar üçün Tədris Mərkəzi açıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Hewlett Packard» (HP) şirkəti «Junior Achievement Azerbaijan» qeyri-hökumət təşkilatının yardımı ilə Bakıda müasir Tədris Mərkəzi açıb. «APA-ECONOMICS»in məlumatına görə, bu münasibətlə bu gün keçirilən tədbirdə HP şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov bildirib ki, mərkəzin açılmasında məqsəd peşəkar informasiya texnologiyaları (İT) hazırlığına ehtiyacı olan tədris ocaqlarının məzunlarını, işsiz gəncləri İT və biznesin aparılması sahəsində zəruri bilik və bacarıqlarla təmin etməkdir. Mərkəz «Yeni sahibkarlar üçün İT-də biznes» (GET-İT) proqramı çərçivəsində yaradılıb. HP şirkəti mərkəzi müasir avadanlıqlarla təchiz edib, eyni zamanda «Junior Achievement Azerbaijan» təşkilatının bir nümayəndəsinin adı çəkilən proqram çərçivəsində xüsusi müəllimlər treninqində iştirakını təmin edib. Tədris Mərkəzində gənc sahibkarlar İT-dən istifadə edərək, müxtəlif biznes məsələlərin həlli yollarını öyrənəcəklər. R.Hacıəlibəyovun sözlərinə görə, bu, HP tərəfindən açılan ilk mərkəz deyil. Ötən il MADAD qeyri-hökumət təşkilatının yardımı ilə bu cür tədris mərkəzi açılıb. -
10-31-2008, 06:10 PMAPABu gün BBVB-nin valyuta bölməsində 3,690 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 3,690 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8092 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8085 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 1 619 000 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 367 950 AZN, manatın orta məzənnəsi isə 0,8092 AZN/$1təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 3,690 mln. dollar və ya 2 986 950 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 615 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 515 050 AZN, manatın orta məzənnəsi isə 1,0301 AZN/1 EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,06%, ABŞ dolları üzrə isə illik 16,19% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-31-2008, 06:20 PMAPAOlimpiya medalçılarına "əməkdar idman ustası" adı verildi
[b]Olimpiya medalçılarına "əməkdar idman ustası" adı verildi[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) növbəti kollegiya keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "APA-SPORT"a verdiyi məlumata görə, iclasda XXIX Pekin Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımıza fəxri adlar verilib. 2005-2008-ci illər üçün Vahid İdman Təsnifatına uyğun olaraq, AGİN-in idman şöbəsi 7 idmançını "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı ilə təltif edib.Beləliklə, 20 yaşlı cüdoçu Elnur Məmmədli (Pekin Olimpiadasının qızıl medalçısı, dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu), 21 yaşlı yunan-Roma güləşçisi Rövşən Bayramov (Pekin Olimpiadasının və dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu), 24 yaşlı yunan-Roma güləşçisi Vitali Rəhimov (Pekin Olimpiadasının gümüş medalçısı, Avropa çempionu), 28 yaşlı boksçu Şahin İmranov (Pekin Olimpiadasının bürünc, Avropa çempionatının gümüş medalçısı), 34 yaşlı cüdoçu Mövlud Mirəliyev (Pekin Olimpiadasının, həmçinin dünya çempionatının bürünc mükafatçısı), 25 yaşlı sərbəst güləşçi Xetaq Qazyumov (Pekin Olimpiadasının və Avropa çempionatının bürünc medalçısı) və 20 yaşlı güləşçi Mariya Stadnik (Pekin Olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu) əməkdar idman ustası adına layiq görülüblər. -
10-31-2008, 06:30 PMAPABalakən sakinini Bakıda cərəyan vurub
[b]Balakən sakinini Bakıda cərəyan vurub[b]
[Bakı. Hafiz Heydərov-APA. Balakən rayon sakinini Bakıda cərəyan vurub. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün "Çənlibel" karxanasına gedən yolda baş verib. Yol kənarında yüksək gərginlikli elektrik xəttinin yerə düşməsi yaxınlıqdan keçən inəyin ölümü ilə nəticələnib. İnəyin cəsədi üzərinə toplaşan itlər yaxınlıqdan ərazidən keçən piyada, Balakən rayonu Meşəşambul kənd sakini, 1961-ci il təvəllüdlü Hacı Qurban oğlu İsayevə hücum ediblər. İt sürüsündən qaçan H. İsayev yaxınlıqdakı elektrik dirəyinə çıxmaq istəyərkən onu cərəyan vurub. Nəticədə 47 yaşlı Balakən sakini hadisə yerindəcə keçinib. Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. -
10-31-2008, 06:40 PMAPADelimitasiya üzrə dövlət komissiyalarının iclasları gələn ilə qalıb
[b]Delimitasiya üzrə dövlət komissiyalarının iclasları gələn ilə qalıb[b]
[Bakı. Laçın Sultanova - APA. Gələn ilin birinci rübündə Azərbaycanın Rusiya və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası üzrə dövlət komissiyalarının iclasları keçiriləcək. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Delimitasiya və Demarkasiya üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov deyib. O, Azərbaycan-Rusiya sərhədində razılaşdırılmamış cəmi iki sahənin qaldığını xatırladıb: "Dövlət komissiyalarının iclasları arasındakı dövrdə ekspertlər fəaliyyət göstərir, müvafiq sənədlər üzərində, lazım gəldikdə yerlərdə iş aparırlar". -
10-31-2008, 06:50 PMAPA"The Washinqton Post" qəzetində Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq dərc edilib
[b]"The Washinqton Post" qəzetində Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq dərc edilib[b]
[Bakı. Ülkər Qasımova-APA. "The Washinqton Post" qəzetində Azərbaycan və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin vəfatı ilə bağlı nekroloq yazısı dərc edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, "Muslim Magomayev: Soviet Opera, Pop Star" başlıqlı yazıda müəllif mərhumun həyat və yaradıcılığı, sənətdə qazandığı uğurların bəzi məqamları işıqlandırıb. Məqalədə bildirilir ki, "karyerasının ən yüksək nöqtəsində məşhur Paris Olimpiya Musiqi Evinin sahibindən Müslüm Maqomayevə təklif gəlsə də, Sovet İttifaqının Mədəniyyət Nazirliyi buna icazə verməyib". -
10-31-2008, 07:10 PMAPAMəhkəmə "Əbu Bəkr" məscidinin açılması ilə bağlı qərarını ləğv edib
[b]Məhkəmə "Əbu Bəkr" məscidinin açılması ilə bağlı qərarını ləğv edib[b]
Bakı. Hafiz Heydərov - APA. Nərimanov Rayon Məhkəməsi "Əbu Bəkr" məscidinin açılması ilə bağlı qərarını ləğv edib. Bu barədə APA-ya "Nərimanov rayon dindarları" Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib.
[Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində rayon Polis İdarəsinin iddiası əsasında məhkəmə prosesi keçirilib. Hakim Akif Allahvediyevin sədrliyi ilə keçirilən prosesdə iddiaçı tərəf məhkəmənin sonuncu prosesinin olacağı barədə onlara ünvanlanmış çağırış vərəqəsini almadıqlarını, buna görə də prosesdə iştirak etmədiklərini deyiblər. Polis İdarəsi şikayətə onların iştirakı ilə baxılması iddiası ilə çıxış edib. Məhkəmə iddianı təmin edərək, "Əbu Bəkr" məscidinin açılması ilə bağlı əvvəlki qərarını ləğv edib və tərəflərin iştirakı ilə növbəti məhkəmə prosesini təyin edib. Növbəti proses noyabrın 12-ə təyin edilib. Məhkəmə qərarının ədalətsiz olduğunu vurğulayan C. Süleymanov növbəti prosesə qatılacaqlarını bildirib. Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi bu il oktyabrın 27-də "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edib. Nərimanov rayon Polis İdarəsi isə "Əbu Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarına yenidən baxılması tələbi ilə şikayət verib. -
10-31-2008, 07:20 PMAPADağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədrlər artıq Moskvaya toplaşıblar
[b]Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədrlər artıq Moskvaya toplaşıblar[b]
[Bakı. Laçın Sultanova - APA. Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Moskvadadırlar. Diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, bir azdan Rusiya Xarici İşlər Nazirliyinin binasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayacaq. Görüş noyabrın 2-də Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşə hazırlıq məqsədi daşıyır. Qeyd edək ki, prezidentlərin görüşünü keçirmək təşəbbüsü Rusiya prezidenti tərəfindən oktyabrın 21-də İrəvanda səslənib. -
10-31-2008, 07:40 PMAPAGəncədə əmək yarmarkasında 400 nəfər işlə təmin olunub
[b]Gəncədə əmək yarmarkasında 400 nəfər işlə təmin olunub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Gəncədə keçirilən əmək yarmarkasında 1300 nəfər iştirak edib. Onlardan 400 nəfəri işlə təmin olunub. Gəncə şəhər Məşğulluq İdarəsinin baş məsləhətçisi Kəmalə Vəliyevanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, əmək yarmarkasında 96 təşkilatdan 979 vakant iş yeri təklif olunub. Təklif olunan iş yerlərindən 505-i dövlət, 474-ü özəl təşkilatların payına düşüb. Bunlardan 596 fəhlə, 157 dövlət qulluqçusu, 226 yer isə digər xidmət sahələrinin payına düşüb. -
10-31-2008, 07:50 PMAPAMilli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatını qəbul edib
[b]Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatını qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi dinlənilib. APA-nın məlumatına görə, daxili işlər nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov çıxış edərək Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət faktının aşkarlandığını deyib. Onun sözlərinə görə, bu, 2007-ci illə müqayisədə 119 fakt çoxdur: "Onlardan 68-i Cinayət Məcəlləsinin insan alveri maddəsi üzrə olub. Törətdikləri hüquqazidd əməllərə görə 315 şəxs cinayət məsuliyyətinə cəlb edilib". V. Eyvazov deyib ki, insan alverinin qurbanı olan 72 nəfər müəyyən edilib, axtarışda olan 79 nəfərin 52 faizinin (41 nəfərin), o cümlədən İnterpol xətti ilə 6 şəxsin tutulması təmin edilib, 38 cinayətkar qrup zərərsizləşdirilib.Koordinator latent xarakter daşıyan bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007-ci ildə həyata keçirilən tədbirlərin əvvəlki dövrlərlə müqayisədə daha fəal olmaqla məqsədyönlü xarakter daşıdığı, müvafiq iş göstəricilərinin dinamikasının yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib: "Belə ki, respublika qanunvericiliyində insan alverini özü-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən normanın təsbit edildiyi 2005-ci ilin sentyabr ayından sonrakı dövrdə - yəni 2006-cı ildə 27 fakt, 86 qurban, 2007-ci ildə 74 fakt, 101 qurban aşkar edilmişdisə, təkcə bu ilin 10 ayında 68 cinayət faktı və 72 qurban müəyyən olunub. Göstərilən artım ildən-ilə fəaliyyətin effektivliyinin və qeyri-aşkar şəraitdə törədilən müvafiq əməllərin aşkarlanması üzrə işin yaxşılaşmasından, əməkdaşların professionallığının yüksəlməsindən, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin məqsədyönlü və düzgün qurulmasından irəli gəlir". Müzakirələrdən sonra hesabat qəbul olunub. İclasda, həmçinin "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihəsi də qəbul edilib. -
10-31-2008, 08:00 PMAPAPolis rəisinin müavini: "Yaxın günlərdə "Əbu Bəkr" məscidinə baxış keçiriləcək, dəymiş ziyan müəyyənləşdiriləcək"
[b]Polis rəisinin müavini: "Yaxın günlərdə "Əbu Bəkr" məscidinə baxış keçiriləcək, dəymiş ziyan müəyyənləşdiriləcək"[b]
[Bakı. Hafiz Heydərov - APA. "Biz baş verə biləcək hər hansı təhlükəni nəzərə alaraq, hələlik "Əbu Bəkr" məscidinin açılmasının əleyhinəyik". Bu sözləri APA-ya Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov deyib. Rəis müavininin sözlərinə görə, məsciddə baş vermiş partlayışla bağlı aparılan istintaq hələ yekunlaşmayıb. Ə. İsmayılov məscidin yenidən fəaliyyətə başlamasının əleyhinə olmalarında bu amili də nəzərə aldıqlarının deyib. Rəis müavini yaxın günlərdə "Əbu Bəkr"ə baxış keçiriləcəyini, partlayış nəticəsində məscidə dəymiş ziyanın hesablanacağını bildirib: "Bütün bu məsələlər həllini tapmamış biz məscidə heç kimi buraxa bilmərik". Ə. İsmayılov, noyabrın 12-ə təyin olunmuş məhkəmə prosesində bütün bu məsələləri qaldıracaqlarını bildirib. -
10-31-2008, 08:10 PMAPA«Aztelekom» limitsiz ADSL xidmətləri üzrə tarifləri aşağı salıb
[b]«Aztelekom» limitsiz ADSL xidmətləri üzrə tarifləri aşağı salıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) genişzolaqlı İnternet xidmətlərinin (limitsiz ADSL) tariflərini yenidən aşağı salıb. «Aztelekom»dan «APA-ECONOMICS»ə verilən məlumata görə, noyabrın 1-dən birdəfəlik qoşulma haqqı 20 manatdan 10 manata (50%), sürətə görə limitsiz kanalların qiyməti təqribən 30% aşağı salınır. Nəticədə, sürəti 64/64 kbit/s olan kanaldan aylıq istifadə haqqı 35 manatdan 28 manata, müvafiq olaraq, 128/64 kbit/s kanaldan aylıq istifadə haqqı 50 manatdan 35 manata, 128/128 kbit/s kanaldan aylıq istifadə haqqı 60 manatdan 45 manata, 256/128 kbit/s kanaldan aylıq istifadə haqqı 100 manatdan 70 manata, 256/256 kbit/s kanaldan aylıq istifadə haqqı 115 manatdan 90 manata, 512/256 kbit/s kanaldan aylıq istifadə haqqı 250 manatdan 170 manata, 512/512 kbit/s kanaldan aylıq istifadə haqqı 300 manatdan 220 manata, 1024/512 kbit/s kanaldan aylıq istifadə haqqı 450 manatdan 320 manata, 1024/1024 kbit/s kanaldan aylıq istifadə haqqı 720 manatdan 500 manata endirilib. -
10-31-2008, 08:20 PMAPA«Nar Mobile» abunəçiləri üçün «Bonus Mövsmü» kampaniyasını dekabra kimi uzadılıb
[b]«Nar Mobile» abunəçiləri üçün «Bonus Mövsmü» kampaniyasını dekabra kimi uzadılıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın üçüncü GSM operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «Bonus Mövsmü» kampaniyasını bu ilin dekabr ayınadək uzadıb.Şirkətin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, kampaniyada bütün öncədən ödənişli «Nar Mobile» tarif planlarının («Tələbə», «Nar Mobile Məkanı», «Həvəskar», «Xoş Xəbər», «Rəngarəng Zövqlər», «Məqsədə Doğru») abunəçiləri iştirak edir. Kampaniyada yalnız 5 manat, 10 manat, 20 manat və 50 manat nominallı ödəniş kartları iştirak edir.«Bonus Mövsümü» kampaniyasının şərtlərinə əsasən, abunəçilər sadəcə balanslarını artırmaqla ölkədaxili bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər pulsuz bonus əldə edirlər. Toplanmış bonuslar haqqında məlumat almaq üçün *777#20#Yes şifrəsini yığmaq kifayətdir.Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.Balansın bir neçə dəfə artırıldığı halda bütün bonuslar - Pulsuz Dəqiqələr, SMS və MMS-lər cəmlənir:Balansın artırılmasıPulsuz DəqiqəPulsuz SMSPulsuz MMS50 AZN525505020 AZN195202010 AZN9010105 AZN4555 -
10-31-2008, 08:50 PMAPAMoskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb
[b]Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb[b]
Bakı. Laçın Sultanova - APA. Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) binasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb.
[Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, görüşün yekununa dair mətbuata açıqlama veriləcək.Qeyd edək ki, nazirlər sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə məsləhətləşmələr aparacaqlar. Bu görüşlərin məqsədi Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı noyabrın 2-də Moskvada aparacağı danışıqlara hazırlıq xarakteri daşıyır. -
10-31-2008, 09:00 PMAPAAkif Aşırlı: "Bu gün "Şərq" qəzetinin bayram etməyə haqqı var"
[b]Akif Aşırlı: "Bu gün "Şərq" qəzetinin bayram etməyə haqqı var"[b]
Bakı. Kəmalə Quliyeva - APA. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının APA-ya müsahibəsi
[- Qəzetin 12 yaşında özünüzü necə hiss edirsiniz?- Çox gənc və enerjili hiss edirik. Azərbaycanda çox az sayda qəzet öz dövriliyini və davamlılığını uzun müddət qoruyub saxlaya bilib. Belə qəzetlərdən biri, bəlkə də birincilərdən biri "Şərq" qəzetidir. Bu, bizim fədakarlığımızın və Azərbaycanda azad, müstəqil mətbuatın formalaşması üçün apardığımız mübarizənin nəticəsidir. "Şərq" həmişə olduğu kimi, bu gün də Azərbaycanda milli dəyərlərə ən çox sadiq olan qəzetdir. Qəzetimizin peşəkar kollektivi var və həmişə digər kollektivlərə ancaq peşəkarları təqdim edib. Ad günümüzü redaksiyada qeyd etdik. "Şərq"in 12 illik tarixində onunla yoldaşlıq edən insanların bir qismi bu gün də bizimlə çalışır. Həmişə çalışmışıq ki, peşəkarlıq öndə olsun, yalnız doğru bildiklərimizi yazaq. Mən inanıram ki, bu yolda "Şərq" hələ çox illəri geridə qoyacaq. - "Şərq"in loqosunda "Ən çox oxunan qəzet" yazılıb. Doğrudanmı ən çox oxunan qəzetsiniz?- Bu gün "Şərq" onlarla təbrik alıb. Həm yazılı, həm də şifahi şəkildə bizə təbriklərini çatdıran insanlara minnətdarlığımızı bildiririk. Çünki bu gün "Şərq"in ad günü olduğunu əvvəlcədən xəbər verməmişdik. Amma qəzetin loqosunun altında qeyd olunmuş yaranma tarixini əzbər bilən oxucular "Şərq"i təbrik etdilər. Çox istərdik ki, Azərbaycanda müstəqil qəzetlərin sıraları genişlənsin, jurnalistlərin sosial problemləri öz həllini tapsın, sözün bütün mənalarında müstəqil və azad mətbuatın təmsilçiləri olaraq çıxış edək. Həmişə bu iddia ilə çıxış etmişik və hesab edirəm ki, "Şərq" qəzetinin bu gün bayram etməyə haqqı var. - "Şərq" azsaylı qəzetlərdəndir ki, türkçülüyü özünün prioriteti elan edib. - İndiyədək bizi hansısa məsələlərdə çox suçlayıblar. Amma bizim suçlanmadığımız yeganə məqam var ki, o da milli mövqe, türkçülük, millətçilik və Azərbaycan dövlətinin qorunması məsələsidir. Bu detallara görə heç vaxt qınanmamışıq. Bu, "Şərq"in ən böyük uğurudur. "Şərq"ə gələn gənc jurnalistlər də məhz bu örnəyi bizdən götürür, bu atmosferdə formalaşır və qələmlərini məhz bu istiqamətdə kökləyə bilirlər.- Bu illər ərzində dəstək və ya təzyiqlər çoxmu olub?- Bizi o biri qəzetlərdən ayırmaq düzgün deyil. "Şərq" də sıxıntı və problemlərdən xali olmayıb. Ancaq "Şərq"in ən böyük üstünlüyü ondadır ki, burada demokratik ab-hava var. Hər kəs öz fikrini deyir. Maliyyə vəsaitinin ədalətli bölüşdürülməsinə həmişə diqqət etmişik. Şəxsən mən çalışıram ki, yaradıcı heyətin heç bir üzvünün şəxsi problemini diqqət və qayğıdan kənar qoymayım. Onların sosial problemlərinin həlli istiqamətində əlimdən nə gəlibsə, etmişəm. Əminəm ki, məndən sonra bu qəzeti idarə edən insanlar da bu meyarı öndə tutacaqlar. - "Şərq"in sadiq oxucuları üçün hansı yeniliklər gözlənilir?- Rəngli qəzet buraxmaq istəyirik. Yanvar ayında KİV-lərə Dəstək Fondunun yaradılacağına inanıram. Yanvardan sonra yeni yaradıcılıq layihələrimiz var. Şənbə sayımızı 24 səhifə həcmində çıxarmaq fikrindəyik. Cəmiyyət tərəfindən müsbət qarşılanacaq yeni ideyalarımız var. Hesab edirəm ki, Azərbaycan prezidentinin azad sözə yaratdığı imkanlardan "Şərq" də kifayət qədər yararlanmaq imkanı qazanacaq. -
10-31-2008, 09:10 PMAPAAzərbaycanın iqtisadi inkişaf naziri dəyişdirilib
[b]Azərbaycanın iqtisadi inkişaf naziri dəyişdirilib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün hökumətin yeni üzvlərini təsdiqləyib.
[APA-nın məlumatına görə, iqtisadi inkişaf nazirinin səlahiyyətlərini icra edən Heydər Babayev yeni hökumətdə təmsil olunmayıb. Onun yerinə iqtisadi inkişaf naziri vəzifəsinə Şahin Mustafayev təyin olunub. Qeyd edək ki, Şahin Mustafayev bundan əvvəl ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb, bir müddət əvvəl isə vergilər nazirinin birinci müavini vəzifəsinə təyin olunub. -
10-31-2008, 09:20 PMAPAAzərbaycan prezidenti baş nazirin müavinlərinin təyin olunması haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti baş nazirin müavinlərinin təyin olunması haqqında sərəncam imzalayıb[b]
Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan baş nazirinin müavinlərinin təyin olunması haqqında sərəncam imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Yaqub Eyyubov Azərbaycan baş nazirinin birinci müavini, Abid Şərifov, Elçin Əfəndiyev və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə baş nazirin müavinləri vəzifələrinə təyin olunublar. -
10-31-2008, 09:30 PMAPAAzərbaycan prezidenti nazirlərin təyin olunması haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti nazirlərin təyin olunması haqqında sərəncam imzalayıb[b]
Bakı-APA. Prezident İlham Əliyev nazirlərin təyin olunması ilə bağlı sərəncam imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezidentin sərəncamı Azad Rəhimov gənclər və idman, Eldar Mahmudov mili təhlükəsizlik, Elmar Məmmədyarov xarici işlər, Əbülfəs Qarayev mədəniyyət və turizm, Əli Abbasov rabitə və informasiya texnologiyaları, Fazil Məmmədov vergilər, Fikrət Məmmədov ədliyyə, Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi, Hüseynqulu Bağırov ekologiya və təbii sərvətlər, İsmət Abasov kənd təsərrüfatı, Kəmaləddin Heydərov fövqəladə hallar, Misir Mərdanov təhsil, Natiq Əliyev sənaye və energetika, Oqtay Şirəliyev səhiyyə, Samir Şərifov maliyyə, Ramil Usubov daxili işlər, Səfər Əbiyev müdafiə, Şahin Mustafayev iqtisadi inkişaf, Ziya Məmmədov nəqliyyat, Yavər Camalov müafiə sənayesi naziri təyin olunublar. -
11-01-2008, 11:40 AMAPAAzərbaycanın daha iki rayonunda əmək yarmarkası keçirilib
[b]Azərbaycanın daha iki rayonunda əmək yarmarkası keçirilib[b]
[Naxçıvan. C.Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasının (NMR) Kəngərli və Sədərək rayonlarında növbəti əmək yarmarkaları keçirilib. NMR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Kəngərli rayonunda təşkil olunan yarmarkada 8 idarə, müəssisə və təşkilatdan 75 vakant iş yeri çıxarılıb. Nəticədə, 26 nəfərə işə göndəriş verilib.Sədərək rayon Məşğulluq Mərkəzinin xətti ilə rayon ərazisində keçirilən yarmarkada isə 16 təşkilat tərəfindən 85 vakant iş yeri təqdim olunub ki, 14 nəfər daimi işlə təmin olunub.Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə növbəti əmək yarmarkaları noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək. İlin sonuncu yarmarkası isə noyabrın 11-də Naxçıvan şəhərində təşkil olunacaq. Məlumat üçün bildirək ki, 2008-ci ilin yanvar-sentyabr aylarında 2 351 nəfər işaxtaran qeydiyyata alınıb və onlardan 1 722 nəfəri əmək fəaliyyəti ilə təmin edilib. -
11-01-2008, 12:00 PMAPAAzərbaycan MSK-nın sədri ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə gedib
[b]Azərbaycan MSK-nın sədri ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə gedib[b]
[Bakı. Ramil Məmmədli - APA. Amerika Birləşmiş Ştatlarında (ABŞ) noyabrın 4-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbərliyi bu ölkəyə səfər edib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, MSK sədri Məzahir Pənahov və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov noyabrın 1-dən 6-dək ABŞ-da səfərdə olacaqlar. MSK rəhbərliyini ABŞ-a Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti Jan Pyer Kinqli dəvət edib. Səfərdə məqsəd ABŞ-la seçki sahəsində təcrübə mübadiləsi aparmaq, bu ölkənin seçki praktikası ilə bir daha yaxından tanış olmaq və İFES-in seçkilərlə bağlı təşkil etdiyi tədbirlərdə iştirak etməkdir. -
11-01-2008, 12:20 PMAPAAzərbaycanın iki rayonunda mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik baza tikiləcək
[b]Azərbaycanın iki rayonunda mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik baza tikiləcək[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Azərbaycanın «Aqrolizinq» ASC respublikanın Şəki və Sabirabad rayonlarında «Mineral gübrələrin saxlanması və paylanması üçün regional logistik bazanın tikintisi» üzrə tender keçirir.Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, müsabiqədə qalib gələn iddiaçı göstərilən obyektin tikinti-quraşdırma işlərini müqavilə bağlandıqdan sonra 150 gün ərzində «Aqrolizinq»ə təhvil verməlidir. Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, tikinti-quraşdırma işlərinin və istifadə olunan materialların beynəlxalq standartlara uyğunluğu, müqavilənin yerinə yetirilmə müddəti, tikintinin keyfiyyətinə bir il zəmanət barədə öhdəlik təqdim edənlərə və s. meyarlara üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdır.Tenderdə iştirak etmək istəyən iddiaçılar 1000 manat məbləğində iştirak haqqı ödəməlidir, tender təklifi və bank təminatını noyabrın 6-dək təqdim etməlidir. Tender təkliflərinin açılması prosedurası noyabrın 7-də keçiriləcək. Əlaqə tel./faksı: (+994 12) 425 61 29. -
11-01-2008, 12:30 PMAPAİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı həbs olunub
[b]İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı həbs olunub[b]
[Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın 4 fəalı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılanlar arasında Cənubi Azərbaycanın tanınmış tarixçi alimi, mərhum Səməd Sərdarniyanın oğlu Aydın Sərdarniya da var. Azərbaycanlı fəallar Aydın Sərdarniya, Mahmud Fəzli, Vahid Şeyxbəyli və Neman Puryaqub milli ayrı-seçkilik salmaqda ittiham olunaraq, həbs edilən azərbaycanlıları dəstəkləməkdə təqsirləndiriliblər.İrandakı mənbələrdən isə bildirilib ki, saxlanılanlar bir müddət öncə azadlığa buraxılan azərbaycanlı tələbələr Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Elçin (Dariyuş) Hatəmi, Mənsur Əminian, Ehsan Nəcəfinəsəb və Məqsud Əhdini Təbriz həbsxanasında qarşılamağa gediblər. Cəzaçəkmə müəssisənin qarşısında isə polislə həmin şəxslər arasında insident baş verib. Bir neçə gün öncə adıçəkilən həmin 4 azərbaycanlı xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən evlərində tutularaq naməlum istiqamətə aparılıblar. Onların hansı təcridxanada saxlandığı haqda ailələrinə hələlik məlumat verilməyib. -
11-01-2008, 12:40 PMAPAAzərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılacaqlar
[b]Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılacaqlar[b]
[NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində, Bakı şəhərində Çavuşların müxtəlif funksional sahələri üzrə təlim kursu (03-07 noyabr), Oberammerqau şəhərində (Almaniya) Çoxmillətli birləşmiş əməliyyat mərkəzi kursu (03-07 noyabr), Heydelberq şəhərində Kommunikasiya və informasiya sistemləri üzrə işçi görüşü (10-13 noyabr), Salzburq şəhərində (Avstriya) e-PRİME sistemi üzrə əlaqələndiricilərin işçi görüşü (05-07 noyabr), Stokholm şəhərində (İsveç) "Vikinq-08" mülki-hərbi təliminin müşahidə edilməsi məqsədilə səfər (07-08 noyabr), Amman şəhərində (İordaniya) Hərbi hava əməliyyatları mövzusunda seminar (10-14 noyabr, İzmir şəhərində (Türkiyə) Hava əməliyyatları üzrə təkmilləşdirilmiş terminologiya kursu (10-21 noyabr) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
11-01-2008, 12:50 PMAPARusiya, Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər
[b]Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları prezidentlərin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər[b]
Bakı. Laçın Sultanova - APA. Dünən axşam Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüb.
[APA-nın məlumatına görə, Rusiya XİN-in yaydığı açıqlamada bildirilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair noyabrın 2-də Moskvada keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, bu gün XİN başçıları münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə də məsləhətləşmələr aparacaqlar. -
11-01-2008, 01:00 PMAPA«PricewaterhouseCoopers»: Maliyyə böhranı nəticəsində inkişafda olan dövlətlərin dünya iqtisadiyyatında payı xeyli artacaq
[b]«PricewaterhouseCoopers»: Maliyyə böhranı nəticəsində inkişafda olan dövlətlərin dünya iqtisadiyyatında payı xeyli artacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya iqtisadi böhranı nəticəsində inkişafda olan ölkələrin dünya iqtisadiyyatındakı rolu 50%-dək artacaq. «APA-ECONOMICS»in məlumatına görə, bu proqnozla dünyanın ən iri konsaltinq şirkətlərindən biri olan «PricewaterhouseCoopers» çıxış edib. Şirkətin ekspertləri hesab edirlər ki, inkişaf etmiş ölkələrdə genişlənən iqtisadi geriləmə nəticəsində Qərb dövlətləri iqtisadi lider mövqelərini itirəcək. Proqnozlara əsasən, yaxın illərdə ABŞ dünyada ən iri iqtisadiyyata malik olan ölkə mövqeyini qorusa da, onun dünya ÜDM-sində payı indiki 21,3%-dən 18,8%-dək enəcək. Hazırda ikinci yeri tutan Avrozona üçüncü yerə enəcək, onun yerini isə Çin iqtisadiyyatı tutacaq. Yaponiya və Hindistan isə müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürəcək. Ümumilikdə, inkişafda olan «Böyük dördlüyün», yəni Braziliya, Rusiya, Çin və Hindistanın dünya ÜDM-sində payı 26,5% təşkil edəcək.Beləliklə, dünya iqtisadiyyatının infrastrukturu, pay bölgüsü və bununla bağlı iqtisadi-siyasi çəki Qərbdən Şərqə transfer edəcək. -
11-01-2008, 01:30 PMAPAMirmahmud Mirəlioğlu: "Zəlimxan Məmmədlinin açıqlamaları əhəmiyyət kəsb etmir"
[b]Mirmahmud Mirəlioğlu: "Zəlimxan Məmmədlinin açıqlamaları əhəmiyyət kəsb etmir"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Zəlimxan Məmmədlinin partiya ilə bağlı açıqlamalarının Nəzarət Təftiş Komissiyasında müzakirəsinə ehtiyac yoxdur. Çünki bu o qədər əhəmiyyət kəsb etməyən məsələdir ki, bununla bağlı hansısa iclasın keçirilməsi gülüş doğurar". Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin qurum daxilindəki proseslərlə bağlı açıqlamalarına əhəmiyyət vermədiyini də söyləyib: "Bu, Zəlimxan Məmmədlinin taktikası və siyasətidir. O, siyasəti belə başa düşür. Halbuki siyasi partiyalara bağlı adamların qurum daxilində baş verənləri mətbuata çıxarması yolverilməzdir. Lakin demokratiya adı altında belə işlər görülür və bunu təbii qarşılamaq lazımdır". M. Mirəlioğlu KXCP-də hər hansı problemin və narazılığın olmadığını da qeyd edib: "Bütün məsələlərlə əlaqədar partiya sədri olaraq, atacağım addımlar var. Burada narazılıqdan söhbət getmir. Sadəcə, hər kəs öz daxilindən gələni edir".Z. Məmmədli isə partiyadaxili məsələlərlə bağlı verdiyi açıqlamalara nəsə əlavə etmək istəmədiyini deyib. -
11-01-2008, 01:40 PMAPAMüğənni Ruhi yeni aldığı avtomobilini sürməyə başlayıb - FOTOSESSİYA
[b]Müğənni Ruhi yeni aldığı avtomobilini sürməyə başlayıb - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova - APA. Müğənni Ruhinin Azərbaycanda analoqu olmayan avtomobil alması ilə bağlı xəbərlər təsdiqlənib. APA-nın məlumatına görə, müğənni artıq yeni avtomobilini sürməyə başlayıb. Müğənni "Mercedes SL 63 AMG" markalı avtomobilini sifarişlə gətirdib. Ağ rəngli avtomobil iki nəfər üçün nəzərdə tutulub. Maşını həm üstü açıq, həm də üstü bağlı istifadə etmək mümkündür. Avtomobilin qiymətini isə fotolara baxmaqla müəyyənləşdirmək mümkündür. -
11-01-2008, 02:00 PMAPAAzərbaycan Ombudsmanın Gürcüstanda ofisi fəaliyyətə başlayır
[b]Azərbaycan Ombudsmanın Gürcüstanda ofisi fəaliyyətə başlayır[b]
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Bu ayın sonunda Azərbaycan Ombudsmanının Gürcüstanda ofisi fəaliyyətə başlayacaq.
[Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Obmudsman) Elmira Süleymanova APA-nın qərb bürosuna bildirib ki, hələ bir müddət əvvəldən Ombudsmanın Gürcüstan ofisini yaratmaq niyyətində olsalar da, maliyyə problemləri ilə əlaqədar bu mümkün olmayıb: "Artıq məsələ dəqiqləşib. Avropa Birliyinin dəstəyi ilə yaradılan ofis soydaşlarımızın hüquqlarının müdafiəsi üçün bir təkan olacaq. Mən sabah Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb, onların problemləri ilə maraqlanacağam. Soydaşlarımızın hüquqlarının qorunması üçün lazımi tədbirlər görməyə çalışacağıq". -
11-01-2008, 02:10 PMAPAAzərbaycan hökuməti yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq
[b]Azərbaycan hökuməti yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Nazirlər Kabinetini yaxın vaxtlarda yerli quşçuluq müəssisələrinə güzəştlərin verilməsi məsələsinə baxacaq. Respublika Quşçular Cəmiyyətinin (RQC) sədri Aydın Vəliyev «APA-ECONOMICS»ə açıqlamasında bildirib ki, hökumətə quşçuluq müəssisələri üçün yem, yem əlavələri, damazlıq yumurta və quşçuluğun inkişafı üçün lazın olan idxal avadanlığının ƏDV-dən azad edilməsi və xarici ölkələrdən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyətin qoyulması təklif edilib. Artıq İqtisadi İnkişaf, Vergilər və Kənd Təsərrüfatı nazirlikləri quşçuluğun inkişafına yardım edilməsi barədə müsbət rəy verib. A.Vəliyev bildirib ki, hazırda Azərbaycana Braziliya, Türkiyə, İran, Polşa və digər ölkələrdən ildə 25-30 min ton quş əti gətirilir. Azərbaycanda isə ildə təqribən 40 min ton quş əti istehsal edilir. Cəmiyyət sədri hesab edir ki, təklif etdikləri güzəştlər təsdiqlənərsə, ölkədə yerli quşçuluq müəssisələri inkişaf edə bilər. -
11-01-2008, 02:30 PMAPANahid Emiloğlu vəzifəyə təyin olunub
[b]Nahid Emiloğlu vəzifəyə təyin olunub[b]
[Bakı. Ülkər Qasımova - APA. "Səs Organization"un rəhbəri Nahid Şükürov (Emiloğlu) vəzifəyə təyin olunub. Nahid Emiloğlu APA-ya bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin Musiqi Ansamblları Birliyinin direktoru təyin edilib: "Bu birlik 1997-ci ildən fəaliyyət göstərir, 2002-ci ildə isə birliyin fəaliyyəti nizamnamə ilə təsdiqlənib. Birliyin fəaliyyətində bir sıra yeniliklər etməyi nəzərdə tuturam". N. Emiloğlu bildirib ki, bundan sonra onun təşkilatçılığı ilə keçiriləcək tədbirlərin sayı daha da artacaq: "Dövlətin dəstəyi ilə bayram tədbirləri, konsertlər təşkil edəcəyik. Eyni zamanda yerli teatrların, sənətçilərin əyalətlərdə silsilə konsertlərini keçirəcəyik. Bununla yanaşı, paytaxtda konsertlərini təşkil etdiyim türk və xarici müğənnilərin Azərbaycanın rayonlarında da çıxışlarının təşkilini planlaşdırıram". Təyinatının "Səs Organization"un fəaliyyətinə mənfi təsir göstərməyəcəyini vurğulayan N. Emiloğlu bundan sonra daha çox layihələrə imza atmağı düşündüyünü bildirib.