[b]Vaşinqtonda Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibəti ilə təntənəli mərasim keçirilib[b]
[Vaşinqton. Hüsniyyə Həsənova-APA. Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin yaradılmasının 90 illik yubileyi münasibəti ilə təntənəli mərasim keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, "Fairmont" otelində keçirilən mərasimə çoxlu sayda xarici ölkə səfirləri və hərbiçilər qatılıblar. Tədbirdə çıxış edən səfirliyin hərbi attaşesi Eldar İsmayılov bildirib ki, Azərbaycan əsgərləri beynəlxalq stabilliyin təmin olunmasında yaxından iştirak edir. O, Azərbaycan əsgərlərinin koalisiya qüvvələrinin tərkibində İraqda xidmət etdiyini, Əfqanıstanda İSAF qüvvələrinin tərkibində xidmət keçən Azərbaycan əsgərlərinin sayının 2 dəfə artırıldığını qeyd edib. Eldar İsmayılov həmçinin Azərbaycan hərbçilərinin 10 il Kosovoda ictimai asayişin təmin edilməsində aktiv rol oynadığını xatırladıb.
Azərbaycan Xəbərləri
Printable View

06-30-2008, 01:11 PMAPAVaşinqtonda Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibəti ilə təntənəli mərasim keçirilib

06-30-2008, 01:21 PMAPAKlas Berqman: "Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsi ilə hansı formada məşğul olacağını hələ müəyyənləşdirməyib"
[b]Klas Berqman: "Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsi ilə hansı formada məşğul olacağını hələ müəyyənləşdirməyib"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker artıq Dağlıq Qarabağ münaqişəsinə dair məruzəçi deyil və bu məsələ ilə bağlı heç bir yeni hesabat hazırlamır".
[Bu açıqlamanı APA-ya ATƏT Parlament Assambleyasının mətbuat katibi Klas Berqman verib. Onun sözlərinə görə, Qoran Lenmarker bu məsələ ilə məşğul olmaq niyyətindədir, amma bunun hansı formada olacağı hələlik bəlli deyil. Qeyd edək ki, ATƏT PA-nın bu gün işə başlayan yay sessiyasında qurumun yeni prezidenti seçiləcək. Klas Berqman sessiyada Azərbaycanla bağlı xüsusi məsələnin müzakirə olunmayacağını, yalnız Azərbaycan nümayəndə heyətinin qaldıracağı məsələlər ətrafında müzakirələr aparıla biləcəyini deyib. -
06-30-2008, 01:31 PMAPAABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib
[b]ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib[b]
[Vaşinqton - APA. ABŞ Konqresi prezident Corc Buşun xahişi ilə İrandakı hakim rejimi devirmək məqsədilə hərbi və kəşfiyyat əməliyyatları aparılması üçün 400 milyon dollar ayırıb. APA-nın məlumatına görə, bunu tanınmış amerikalı jurnalist, "The New Yorker" jurnalının əməkdaşı Seymur Herş yazıb. İnternetdə yayımlanan və jurnalın 7-14 iyul tarixli sayında dərc ediləcək yazı "Döyüş meydanının hazırlanması" adlanır. Məqalədə ABŞ xüsusi xidmət orqanlarının İranda sabitliyi pozmağa yönəlmiş təxribatçı fəaliyyətlərə başladığı, rejim əleyhdarı olan müxalifətçi, hətta terrorçu təşkilatları dəstəklədiyi bildirilir. ABŞ-dan dəstək alan qruplar arasında PKK terror təşkilatının İrandakı qolu olan PJAK, eləcə də "Xalqın Mücahidləri" təşkilatı və sünni ərəblərin "Cundullah" təşkilatı da var. Müəllifin fikrincə, son vaxtlar İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirən ABŞ qarşı tərəfi qeyri-adekvat cavab tədbirlərinə təhrik etmək, bununla da ölkəyə hərbi müdaxilə üçün əsas yaratmaq niyyətindədir. S. Herşin sözlərinə görə, prezident Buş və vitse-prezident Çeyni gələn il yanvarın 20-də öz səlahiyyətlərini yeni prezident və vitse-prezidentə təhvil verənə qədər İranın nüvə proqramı ilə bağlı problemi həll etmək istəyirlər. -
06-30-2008, 01:41 PMAPA"Azadlıq" bloku Məclisinin iclasında boykot qərarı təsdiqlənəcək
[b]"Azadlıq" bloku Məclisinin iclasında boykot qərarı təsdiqlənəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Yaxın on gün ərzində "Azadlıq" bloku Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya blokun üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. O bildirib ki, iclasın vaxtının uzadılmasının xüsusi bir səbəbi yoxdur, sadəcə, blok seçkiöncəsi vəziyyətin tam aydınlaşmasını gözləyib: "Artıq seçkiqabağı situasiya tam aydındır və iclası bundan artıq gecikdirmək fikrində deyilik". Q. Əlibəyli deyib ki, toplantıda blokun prezident seçkilərini boykot etməsi barədə qərar təsdiqlənəcək. Digər müxalifət partiyalarına boykota qoşulmaqla bağlı müraciət ediləcəyi də istisna olunmur. -
06-30-2008, 01:51 PMAPAMSK reklam rolikləri hazırlayır
[b]MSK reklam rolikləri hazırlayır[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin fəallaşdırılması məqsədilə bir neçə reklam roliki hazırlayır. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, seçicilərin internet vasitəsilə öz adlarını seçici siyahısında axtarmasını təbliğ edən rolik artıq hazırdır və bir neçə gündür telekanallarda nümayiş olunur. Digər rolik isə seçicilərin səsvermə günü atacağı addımlarla bağlıdır. A. Sarıyev seçki kampaniyasına start veriləndən sonra bu rolikin də telekanallarda nümayiş olunacağını bildirib. Bundan əlavə, MSK seçiciləri səsverməyə çağıran 2 müxtəlif plakat çap etdirib. -
06-30-2008, 02:01 PMAPATürkiyədə QDİƏT-ə üzv ölkələrin teleradio yayımının tənzimlənməsi ilə bağlı məsul şəxslərinin forumu keçirilir
[b]Türkiyədə QDİƏT-ə üzv ölkələrin teleradio yayımının tənzimlənməsi ilə bağlı məsul şəxslərinin forumu keçirilir[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin teleradio yayımının tənzimlənməsi ilə bağlı məsul şəxslərinin forumu işinə başlayıb. QDİƏT-in İstanbuldakı katibliyindən APA-ya verilən məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən forumun məqsədi Qara Dəniz regionu ölkələri arasında teleradio yayımı sahəsində dialoq, əməkdaşlıq, informasiya mübadiləsi və mövcud təcrübənin bölüşdürülməsidir. Azərbaycanı Forumda Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmlinin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Forum həmçinin yayımın bu gün üzləşdiyi problemlərin həllinin araşdırılması üçün platforma rolunu oynayacaq. -
06-30-2008, 02:11 PMAPAAzərbaycan şou-biznesinin tanınmış simalarının gerçək adları necədir?
[b]Azərbaycan şou-biznesinin tanınmış simalarının gerçək adları necədir?[b]
Bakı. Ülkər Qasımova-APA. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan şou-biznesinin nümayəndələri də ad və soyad əvəzinə istifadə etdikləri ləqəblə tanınmağa üstünlük verirlər.
[APA adlarını dəyişdirmiş şou-biznes nümayəndələrinin gerçək adları ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı bir çox tanınmış müğənnilərin ad-soyadlarını müxtəlif formada dəyişdirdiyi üzə çıxıb. Bunun müxtəlif səbəbləri mövcuddur. Səbəblərdən biri müğənninin öz keçmişini gizlətmək üçün bu vasitədən istifadə etməsi, digər səbəbi isə yerli müğənnilərin dünya ulduzlarının yolu ilə getməsidir. Yəni, bizim "ulduz"lar adlarını və ya soyadlarını dəyişdiməklə özlərinin dünya şou-biznesinə daha yaxın hiss edirlər. APA-nın apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycan şou-biznesində öndə gedən sənətçilərin əksəriyyəti başqa adla tanınırlar. Röya - Röyalə NəcəfovaRuhi - Ruhiyyə ƏliyevaTolik - Tarix ƏliyevNura - Aynurə SuriAzərin - Anaxanım TağıyevaRəqqasə Sevda - Sevda Sanəliyeva Faytonçu Nazim - Nazim PişiyariNamiq Qaraçüxurlu - Namiq ŞükürovElnur - Elnur MəmmədovNatəvan Həbibi - Natəvan Həbibova Elşad Xose - Elşad ƏliyevAnar Nağılbaz -Anar Cəbiyev"N brothers" qrupunun rəhbəri Namiq qardaş - Namiq QafarovÜlviyyə Könül - Ülviyyə Kərimova. Könül isə rejissor xanımın qızının adıdır. Məryəm Süleymanlı - Maryanna SüleymanovaSamira - Samirə AllahverdiyevaQədir Qızılsəs - Qədir MəmmədovSamir Bağırov - Samir Minulin. Samir Bağırov milliyyətcə tatar olan atasının deyil, anasının soyadından istifadə edir. İlqar Xəyal - İlqar HənifəyevAqil M. Quliyev - Aqil Məzahir oğlu Quliyev. Sayqa Cahid - Sayqa Məmmədova. Cahid Sayqanın oğlunun adıdır. Teymur Əmrah - Teymur ƏmrahovXuraman Şuşalı - Xuraman HüseynovaGöyçək Fatimə - Fatimə Fətəliyeva İlahə Fəda - İlahə MəmmədovaFədayə Laçın - Fədayə MəmmədovaKənan M.M - Kənan Mahmud oğlu Mahmudov Bagira - Sevda -
06-30-2008, 02:21 PMAPADövlət tərəfindən Aygün Bəylərə ev verilib
[b]Dövlət tərəfindən Aygün Bəylərə ev verilib[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın əməkdar artisti Aygün Bəylərə iki otaqlı ev verilib.
[Bu barədə APA-ya açıqlamasında sənətçinin özü bildirib. Sənətçi dövlət tərəfindən verilən evin hazırda inşa olunduğunu deyib: "Ev mənə yeni inşa olunan hündür mərtəbəli binalardan birində verilib. Binanın tikintisi hələ davam edir. Tikinti başa çatdıqdan sonra evdə əsaslı təmir işlərinə başlamağı düşünürəm. Çox sevinirəm ki, dövlətimiz məni bu şərəfə layiq görüb. Bundan sonra yaşayışım yaxşılaşacaq və yaradıcılığıma daha çox vaxt sərf etmək imkanım olacaq". -
06-30-2008, 02:31 PMAPAAzərbaycanda İran vətəndaşından xeyli narkotik vasitə və silah götürülüb
[b]Azərbaycanda İran vətəndaşından xeyli narkotik vasitə və silah götürülüb[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı Xosrəvipur Rza Cəmşid oğlundan 2,2 kq heroin, 1 ədəd "Makarov" markalı tapança və 8 ədəd patron götürülüb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır. -
06-30-2008, 02:41 PMAPAİyulun 7-11-də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək
[b]İyulun 7-11-də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. İyulun 7-11-də Bakıda Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək.
[APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, prezident İlham Əliyevin çıxış edəcəyi müşavirədə Azərbaycanın xarici siyasətinin müxtəlif aspektləri müzakirə olunacaq, gələcək strategiya nəzərdən keçiriləcək. Toplantıda Azərbaycanın müxtəlif dövlət qurumlarının rəhbərləri də iştirak edəcəklər. Qeyd edək ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin ilk müşavirəsi 2004-cü ildə, sonuncusu isə 2006-cı ildə keçirilib. -
06-30-2008, 02:51 PMAPAQoran Lenmarker: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaranmış "qızıl imkan" sülh sazişi ilə nəticələnmədi"
[b]Qoran Lenmarker: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaranmış "qızıl imkan" sülh sazişi ilə nəticələnmədi"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Mən dörd ildən artıq ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində cəhdlərinə dəstək verməklə məşğul olmuşam".
[APA-nın məlumatına görə, bu fikirləri ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker qurumun yay sessiyasında çıxışında bildirib. O bildirib ki, bu münaqişənin nizamlanması üçün "qızıl imkan" olub: "Mən belə bir "qızıl imkan"ın olduğunu görürdüm, amma təəssüf ki, hələlik bu imkan sülh sazişinin imzalanması ilə nəticələnməyib. Hazırda hər iki ölkə üçün vəziyyəti dəyişmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini davam etdirmək üçün gözəl şansı var. Əgər Azərbaycan və Ermənistanın siyasi iradəsi olsa, saziş imzalamaq mümkündür. Geriyə deyil, gələcəyə baxmaq vacibdir. Regionda yeni müharibə mümkün deyil, bu barədə düşünmək belə istəmirəm və bu təhlükədən qaçmaq lazımdır". -
06-30-2008, 04:01 PMAPAAzərbaycan prezidenti Qlobal Ekologiya Fondunun icraçı direktorunu qəbul edib
[b]Azərbaycan prezidenti Qlobal Ekologiya Fondunun icraçı direktorunu qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 30-da Qlobal Ekologiya Fondunun icraçı direktoru, xanım Monika Barbünü qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanda ekologiya sahəsində irimiqyaslı proqramların uğurla icra olunduğunu bildirib, ekologiya ilə bağlı məsələlərin kompleks şəkildə həlli istiqamətində gələcəkdə geniş planların həyata keçiriləcəyini qeyd edib. Prezident İ. Əliyev Qlobal Ekologiya Fondu ilə ölkənin müvafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, bu baxımdan Fondun icraçı direktorunun səfərinin əhəmiyyətini vurğulayıb.M. Barbü Azərbaycanda ekologiya sahəsində görülən işlərə toxunaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Xanım M. Barbü ümidvar olduğunu bildirib ki, birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. -
06-30-2008, 04:11 PMAPABQXK nümayəndələri Naxçıvanda tutulan Ermənistan vətəndaşları ilə ikinci dəfə görüşüblər
[b]BQXK nümayəndələri Naxçıvanda tutulan Ermənistan vətəndaşları ilə ikinci dəfə görüşüblər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Qızıl Xaş Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Naxçıvan ərazisində tutulan Ermənistan vətəndaşları Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyanla görüşüblər.
[BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, qurum əməkdaşlarının Ermənistan vətəndaşları ilə ikinci görüşüdür. Görüş zamanı həmin şəxslərin saxlanma şəraiti, durumları ilə bağlı monitorinq aparılıb. Ermənistan vətəndaşları ailə üzvlərinə məktub yazıblar. Eyni zamanda ailə üzvlərinin məktubları onlara təqdim olunub. Qeyd edək ki, V. Zmboyan, A. Zöhrabyan, K. Torosyan və A. Enokyan Azərbaycan-Ermənistan cəbhə xəttinin Naxçıvan istiqamətində saxlanılıb. Onlar Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun üzvləridirlər və Azərbaycan ərazisində təxribat törətmək niyyətində olduqlarını etiraf ediblər. Hazırda Müdafiə Nazirliyinin sərəncamında olan bu şəxslərin əməlləri ilə bağlı araşdırmalar aparılır. -
06-30-2008, 04:21 PMAPAAmsterdamda "Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il" adlı konfrans keçirilib
[b]Amsterdamda "Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il" adlı konfrans keçirilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Niderland Krallığının Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə "Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə 90 il" adlı konfrans keçirib.
[Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Niderlanddakı Azərbaycan və türk diasporunun nümayəndələri, Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov, yerli siyasi partiyalarının təmsilçiləri iştirak ediblər. Konfransı Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov açıb. Professor Musa Qasımlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Səfir Fuad İsgəndərov isə Azərbaycan-Hollandiya münasibətləri və Azərbaycan diasporunun qarşısında duran vəzifələrdən danışıb. Konfransın rəsmi hissəsindən sonra toplantı iştirakçıları üçün ziyafət verilib və konsert təşkil olunub. -
06-30-2008, 04:31 PMAPAUkrayna prezidentinin Bakıya səfəri başlayıb
[b]Ukrayna prezidentinin Bakıya səfəri başlayıb[b]
Bakı-APA. Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana bir günlük işgüzar səfəri başlayıb. APA-nın məlumatına görə, hazırda Azərbaycan və Ukrayna prezidentləri arasında təkbətək görüşü keçirilir.
[Danışıqlar daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək. Səfər zamanı hər hansı sənədin imzalanması nəzərdə tutulmur. Danışıqlar başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Bakıdakı "Dostluq" kinoteatrının qarşısında Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olacaq. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Axşam saatlarında isə Yaşıl Teatrda V. Yuşşenkonun iştirakı ilə "Azərbaycanda Ukrayna Mədəniyyət Günləri"nin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Ukrayna incəsənət ustalarının konserti keçiriləcək. Ukrayna prezidenti GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Bakıdan Batumiyə gedəcək. -
06-30-2008, 04:41 PMAPAGürcüstanın iqtisadiyyat naziri: "Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə dair müvafiq saziş imzalamağa hazırıq"
[b]Gürcüstanın iqtisadiyyat naziri: "Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə dair müvafiq saziş imzalamağa hazırıq"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Gürcüstan Azərbaycanla müvafiq saziş imzalamağa və bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməyə hazırdır". APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanın iqtisadiyyat naziri Eka Şaraşidze söyləyib. Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzvlüyünün dəstəklənməsi barədə saziş GUAM sammitinə hazırlıqla əlaqədar işçi qrupların toplantısında imzalana bilər. Qeyd edək ki, bununla bağlı Azərbaycanla Gürcüstan arasında danışıqlar bir ildən artıqdır davam edir. -
06-30-2008, 04:51 PMAPADövlət Dumasının komitə sədri: "Azərbaycanla Rusiya arasında əlaqələr emosiyalar siyasətindən uzunmüddətli tərəfdaşlıq siyasətinə çevrilib"
[b]Dövlət Dumasının komitə sədri: "Azərbaycanla Rusiya arasında əlaqələr emosiyalar siyasətindən uzunmüddətli tərəfdaşlıq siyasətinə çevrilib"[b]
Bakı. Laçın Sultanova-APA. "Rusiya və Azərbaycan arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə keçib və səmərəli, praqmatik istiqamətdə inkişaf edir".
[APA-nın məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasının MDB və soydaşlarla əlaqələr komitəsinin sədri Aleksey Ostrovski Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana rəsmi səfəri ilə bağlı Rusiya mediasına müsahibəsində deyib. Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 16 il keçdiyini deyən Ostrovski bildirib ki, bu müddət ərzində əlaqələr emosiyalar siyasətindən uzunmüddətli tərəfdaşlıq siyasətinə çevrilib. İki ölkə arasında iqtisadi əlaqələrə toxunan deputat qeyd edib ki, 2007-ci ilin göstəricilərinə görə, Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir. Humanitar əməkdaşlıqdan danışan A. Ostrovski bildirib ki, rəsmi məlumatlara görə hazırda Azərbaycanda 140 minə yaxın rus yaşayır: "Bu ölkədə rus dili təşviq olunur və yayılır, gənc azərbaycanlıların bir hissəsi rus dilində təhsil almaq imkanından istifadə edir, özlərinin gələcəyini rus dili ilə bağlayırlar". Bununla yanaşı Ostrovski Azərbaycanda rusdilli informasiya məkanının daraldığını, Rusiya telekanallarının bu ölkəyə yayımının dayandırıldığını deyib. Bu məsələ ilə bağlı danışıqların davam etdiyini bildirən deputat dialoqun ümidverici olmadığını vurğulayıb. Rusiyada 2 milyondan artıq azərbaycanlının yaşadığını bildirən komitə sədri bunu Azərbaycanda sosial stabilliyin vacib faktorlarından adlandırıb: "Çünki Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi neft satışından əldə olunan gəlirlərlə müqayisə oluna biləcək həddədir". -
06-30-2008, 05:01 PMAPACəlal Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub
[b]Cəlal Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Cəlal Əliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Əliyev Azərbaycan elminin inkişafında xidmətlərinə görə təltif olunub. -
06-30-2008, 05:11 PMAPATurkiyədə azərbaycanlı rəssamın kitabı çıxıb
[b]Turkiyədə azərbaycanlı rəssamın kitabı çıxıb[b]
[Ankara. Mayis Əlizadə - APA. Türkiyənin Çanaqqala şəhərindəki 18 Mart Universitetinin müəllimi Vahid Novruzovun yeni kitabı çapdan çıxıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, kitaba onun yağlı boya, sulu boya və pastel əsərlərinin reproduksiyaları daxil edilib. Bu, V. Novruzovun Türkiyədə yaşayıb-yaratdığı 8 illik dövrün hesabatıdır. Kitaba ön söz yazan 18 Mart Universitetinin müəllimi, tanınmış Azərbaycan şairi Məmməd İsmayıl Vahid Novruzovun yaradıcılığını bu sözlərlə xarakterizə edib: "Başqa bir rəssam Çanaqqalada şöhrət qazanmaq üçün rəssamlıq yox, fotoqraflıq edərdi, hər insanın görə biləcəyi mənzərələri sənət adına nümayiş etdirərdi. Amma o, həqiqi sənətkarın görəcəyi çətin işi seçib. Vahidin hər əsəri bir-birini tamamlayan abstrakt qatlardan ibarətdir və hər tabloda bir deyil, bir neçə düşüncə gizlənir. Bu sirləri açmaq üçün iti ağıl, professional baxış lazımdır".Qeyd edək ki, 1964-cü ildə Tovuz rayonunda anadan olan Vahid Novruzov Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Akademiyasını bitirib. 2000-ci ildə Türkiyə tərəfinin dəvəti ilə Çanaqqala 18 Mart Universitetində işləməyə gedib. İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində və Avropada fərdi sərgilər açıb, qrup sərgilərdə iştirak edib. V. Novruzov Türkiyədə tabloları baha qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir. -
06-30-2008, 05:21 PMAPAİran ordusu düşmən əsgərləri üçün ölkənin 16 sərhəd şəhərində 320 min məzar qazacaq
[b]İran ordusu düşmən əsgərləri üçün ölkənin 16 sərhəd şəhərində 320 min məzar qazacaq[b]
[Tehran-APA. İran Silahlı Qüvvələrinin rəhbərliyi ehtimal olunan müharibədə düşmən əsgərlərini dəfn etmək üçün 320 min məzar qazmağa qərar verib. APA-nın məlumatına görə, Silahlı Qüvvələrin İtkin Düşmüş Əsgərlər Komitəsinin rəhbəri, general Mirfeysəl Bağırzadə ölkəsinin müharibə baş verəcəyi təqdirdə Cenevrə sazişinin müddəalarına tam əməl edəcəyini bildirib: "Sərhəd şəhərlərinin hər birində 20 min qəbir qazacaq və həlak olan düşmən əsgərlərini ən qısa müddət ərzində bu məzarlarda dəfn edəcəyik. Düşmən əsgərlərinin dəfni İran Qızıl Ay Komitəsi, Ekologiyanı Mühafizə Qurumu və bələdiyyələr tərəfindən həyata keçiriləcək. Düşmən əsgərlərin ailələrinin Vyetnam müharibəsində üzləşdikləri problemlərlə yenidən qarşılaşmalarını istəmirik. Bu üsulu tətbiq etməklə həlak olan düşmən əsgərlərin şəxsiyyətini təsdiq edən sənədlər və cəsədlər uzun müddət qorunmuş olacaq". -
06-30-2008, 05:31 PMAPAAğdam sakini intihar edib
[b]Ağdam sakini intihar edib[b]
[Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsinin sakini, 1983-cü il təvəllüdlü Abdullayev Yaşar Nizami oğlu özünü asaraq öldürüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, hələlik intiharın səbəbi məlum deyil. Mərhum nişanlı olub. Faktla bağlı araşdırma aparılır. -
06-30-2008, 05:41 PMAPAAraşdırma: Qadınlar gün ərzində kişilərdən 3,5 dəfə çox danışırlar
[b]Araşdırma: Qadınlar gün ərzində kişilərdən 3,5 dəfə çox danışırlar[b]
Vaşinqton-APA. Son zamanlar aparılan elmi araşdırmalar kişi və qadınların beyin fəaliyyətinin bir-birindən fərqli olduğunu ortaya qoyur.
[APA-nın məlumatına görə, Kembric Universitetində aparılan araşdırmalara görə qadın beyni planlaşdırmaya və xəyal qurmağa, kişi beyni isə anlamağa və yaradıcılıqla məşğul olmağa daha meyllidir. Tədqiqatçılar qadınların çox danışmasını da beyin fəaliyyətinin fərqliliyi ilə əlaqələndiriblər. Hesablamalara görə, qadınlar gün ərzində kişilərdən ən azı 3,5 dəfə çox danışırlar. Bir qadın gündə orta hesabla 7 min kəlmədən istifadə etdiyi halda, kişilərdə bu rəqəm 2 mindən artıq deyil. -
06-30-2008, 05:51 PMAPAAzərbaycan prezidenti İlham Əliyev: "Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr intensivləşir"
[b]Azərbaycan prezidenti İlham Əliyev: "Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələr intensivləşir"[b]
Bakı. Laçın Sultanova-APA. Bakıya işgüzar səfərə gəlmiş Ukrayna prezidenti Viktor Yuşşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
[APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, İ. Əliyev bu ilin may ayında Kiyevə rəsmi səfərini xatırladaraq Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin intensivləşdiyini qeyd edib: "Gündəlikdə duran ikitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır". Ukrayna prezidenti Viktor Yuşşenko iki ölkənin həyata keçirmək niyyətində olduğu birgə enerji layihələrində pozitiv irəliləyişlərin olduğunu deyib: "Mən praktiki müstəviyə keçən enerji layihələrinin irəliləməsindən məmnunam". Viktor Yuşşenko bu gün Bakıda böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışını mühüm hadisə adlandırıb. Danışıqlarda Ukrayna tərəfindən xarici işlər naziri Vladimir Oqrızko, mədəniyyət və turizm naziri Vasili Vovkun, prezidentin ofisinin rəhbəri Ruslan Demçenko, prezidentin katibliyinin başçısının müavini Aleksandr Çalıy, "Ukrspeseksport" dövlət şirkətinin baş direktoru Sergey Bondarçuk iştirak ediblər. -
06-30-2008, 06:01 PMAPAProkuror dələduzluqda təqsirləndirilən müəlliməyə cəza istəyib
[b]Prokuror dələduzluqda təqsirləndirilən müəlliməyə cəza istəyib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə dələduzluqda ittiham olunan Səbayel rayonundakı 162 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Rəşidə Əliyeva və onun həyat yoldaşı İlqar Sultanovun cinayət işi üzrə proses keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə çıxış edən dövlət ittihamçısı R. Əliyevaya təyin olunan şərti cəzanın həbs cəzası ilə əvəzlənməsini, digər təqsirləndirilən şəxsin barəsində hökmün isə qüvvədə saxlanılmasını xahiş edib. Məhkəmə qərarını iyunun 3-də elan edəcək.Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İ. Sultanov 7 il müddətinə azadlıqdan məhrum edilib. R. Əliyeva isə 3 il müddətinə şərti cəza alıb. Təqsirləndirilənlər 17 nəfərin pulunu dələduzluq yolu ilə mənimsəyərək ümumilikdə vətəndaşlara 500 min dollara qədər ziyan vurublar. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunublar. -
07-01-2008, 12:01 PMAPAPolşa prezidenti Lissabon sazişini imzalamaqdan imtina edib
[b]Polşa prezidenti Lissabon sazişini imzalamaqdan imtina edib[b]
[Varşava-APA. Polşa prezidenti Lex Kaçinski Avropa İttifaqında islahatların aparılmasını nəzərdə tutan Lissabon sazişini paraflamaqdan imtina edib. APA-nın məlumatına görə, Polşa prezidenti bildirib ki, İrlandiyada referendumun məlum nəticələrindən sonra sazişi imzalamağın heç bir mənası yoxdur. Qeyd edək ki, İrlandiyada keçirilən xalq səsverməsində vətəndaşların əksəriyyəti Lissabon sazişinin imzalanmasının əleyhinə səs veriblər. Kaçinski bildirib ki, Aİ ölkələrindən biri sazişi imzalamaqdan imtina edirsə, digər ölkələrin həmin sənədə imza atması əhəmiyyətsizdir. Bundan əvvəl Almaniya prezidenti Xorst Keler də Lissabon sazişini imzalamaqdan imtina etmişdi. Bu günə kimi Avropa İttifaqına üzv 27 ölkədən yalnız 19-u Lissabon sazişini ratifikasiya edib. -
07-01-2008, 12:11 PMAPAAŞ PA prezidentinin Azərbaycana səfəri başlayıb
[b]AŞ PA prezidentinin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Tamara Qriqoryeva, Elnur Məmmədli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puçun Azərbaycana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, AŞ PA sədri artıq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
[O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Bundan başqa, Luis Mariya de Puçun Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, müxtəlif siyasi təşkilat və QHT təmsilçiləri, Bakıda akkreditə olunmuş diplomatlar, həmçinin KİV-lə görüşü nəzərdə tutulur. Görüşlərdə, əsasən, AŞ PA-Azərbaycan münasibətləri, prezident seçkiləri öncəsi ölkədə ictimai-siyasi vəziyyət, mətbuatın durumu, AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycanla bağlı qəbul olunmuş qətnamə müzakirə olunacaq. -
07-01-2008, 12:21 PMAPAAŞ PA prezidenti Luis Mariya de Puç: "Azərbaycan artıq demokratikləşmə yolundadır"
[b]AŞ PA prezidenti Luis Mariya de Puç: "Azərbaycan artıq demokratikləşmə yolundadır"[b]
Bakı. Elnur Məmmədli-APA. "Azərbaycan artıq demokratikləşmə yolundadır, ölkədə insan hüquqları qorunur, hüquqi dövlət yaradılmaqdadır". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puç jurnalistlərə açıqlamasında deyib.
[AŞ PA prezidenti səfər zamanı dövlət rəsmiləri ilə demokratiyanın daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparacağını söyləyib. Azərbaycanın AŞ-ın 47 üzvündən biri olduğunu xatırladan Mariya de Puç AŞPA-nın Ermənistanda keçirilən prezident seçkisindən sonra baş verən hadisələrə adekvat reaksiya verməməsi ilə bağlı sualı "mən bura Azərbaycanla bağlı danışmağa gəlmişəm" şəklində cavablandırıb: "AŞ PA-da bu yaxınlarda Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü tanınıb". -
07-01-2008, 12:31 PMAPAAnn Dersi: "Azərbaycan "quş qripi" ilə mübarizədə böyük uğurlara nail olub"
[b]Ann Dersi: "Azərbaycan "quş qripi" ilə mübarizədə böyük uğurlara nail olub"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan "quş qripi" ilə mübarizədə böyük uğurlara nail olub". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, Azərbaycana ilk dəfə 2006-cı ildə "quş qripi" problemi ilə məşğul olan alim və həkimlərlə birlikdə gəldiyini xatırladıb. Diplomat ABŞ-ın bu sahədə Azərbaycana həmişə dəstək verdiyini söyləyib: "Amerika bu problem üzərində beynəlxalq miqyasda çalışır. Çünki "quş qripi" virusu sərhəd tanımadan yayılır və biz hamımız virusla mübarizədə birgə çalışmalıyıq. Ən başlıca vəzifə virusun heyvanlardan insanlara keçməsini əngəlləməkdir". Səfirin sözlərinə görə, hər ölkə bu sahədə milli fəaliyyət planı hazırlamalı və treninqlər təşkil etməlidir. -
07-01-2008, 12:41 PMAPABakıda Azərbaycan-Türkiyə ikitərəfli "Sualtı hücum-Sualtı müdafiə" treninq təlimi keçirilir
[b]Bakıda Azərbaycan-Türkiyə ikitərəfli "Sualtı hücum-Sualtı müdafiə" treninq təlimi keçirilir[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Azərbaycan və Türkiyə ikitərəfli SAT-SAS (Sualtı hücum-Sualtı müdafiə) treninq təlimi keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təlimlər iyulun 10-dək davam edəcək. Bundan başqa Azərbaycanla Bolqarıstan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda "Mülki heyətin Silahlı Qüvvələrdə karyera strukturu, şəffaf qiymətləndirmə və xidmətdə irəli çəkilmə mexanizmi» mövzusunda üç günlük seminar keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
07-01-2008, 12:51 PMAPAAqil Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub
[b]Aqil Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
[APA-nın məlumatına görə, A. Xəlil yenə də prosesə qatılmayıb. Jurnalistin vəkili Elçin Sadıqov A. Xəlilin özünü S. Strekalinin işində zərərçəkmiş hesab etmədiyini, onu S. Strekalinin bıçaqlamadığını bildirib. Dövlət ittihamçısı Eldar Həmzəyev və müdafiə tərəfi isə A. Xəlilin məcburi şəkildə məhkəmədə iştirakının təmin olunmasını istəyib. Məhkəmə heyəti A. Xəlilin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb və bu qərarın icrası Nəsimi rayon Polis İdarəsinə tapşırılıb. Proses iyulun 3-də davam etdiriləcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
07-01-2008, 01:01 PMAPAAzadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı iddiasına baxılıb
[b]Azadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı iddiasına baxılıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal Rayon Məhkəməsində Azadlıq Hərəkatçıları Birliyinin (AHB) "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. APA-ya məlumat görə, "Azadlıq" qəzetinin vəkil Elçin Sadıqov işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. E. Sadıqovun vəsatəti təmin olunub, növbəti məhkəmə prosesi iyulun 10-a təyin edilib.Qeyd edək ki, AHB sədri Təhmasib Novruzov "Azadlıq" qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub. -
07-01-2008, 01:11 PMAPAAzərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq payızda keçiriləcək
[b]Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq payızda keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi" ilə əlaqədar ölkə ərazisində növbəti monitorinqi payız aylarında aparacaq. APA-nın məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib ki, Azərbaycanda viruslar artıq Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına göndərilmədən təyin edilir: "Azərbaycanda aşkar edilmiş "Afrika taunu" ilə bağlı nümunələri referens laboratoriyasına təxminən 10 gün əvvəl göndərmişik, amma Azərbaycanda bu xəstəlik yanvarın 26-da aşkar edilib. Referens laboratoriyası diaqnozu təsdiq etmək üçündür". İ. Həsənov qeyd edib ki, "quş qripi" ilə mübarizə məqsədi ilə Dünya Bankı Azərbaycana 4,5 milyon dollar vəsait ayırıb. Həmin vəsait hesabına bir sıra avadanlıqların alınması nəzərdə tutulub. Bu layihənin artıq 60 faizi icra olunub. Xidmət rəisinin sözlərinə görə, "quş qripi" ilə mübarizə tədbirlərinin maliyyələşməsində dövlət büdcəsindən vaxtında vəsait ayrılması əsas rol oynayıb. Bu məqsədlə əvvəlcə 800 min, daha sonra isə 2,4 milyon manat ayrılıb. Bu vəsait hesabına 115 yaxın nəqliyyat vasitəsi, laboratoriya avadanlıqları alınıb. İ. Həsənov bildirib ki, 2015-ci ilədək respublikadakı bütün baytarlıq idarələri yenidən qurulacaq: "Həmin vaxtadək rayonlarda, kəndlərdə bir dənə köhnə baytarlıq idarəsi qalmayacaq. Onların hamısı yenidən inşa olunacaq". -
07-01-2008, 01:21 PMAPAAzərbaycanın müdafiə naziri MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
[b]Azərbaycanın müdafiə naziri MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bişkek şəhərinə yola düşüb.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirdə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub. -
07-01-2008, 01:31 PMAPAAnn Dersi: "ABŞ Azərbaycana demokratiyanın inkişafı ilə bağlı təkliflər verib"
[b]Ann Dersi: "ABŞ Azərbaycana demokratiyanın inkişafı ilə bağlı təkliflər verib"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla ABŞ arasında demokratiya məsələsinə dair keçirilmiş növbəti dialoq çox geniş miqyaslı oldu və bir çox mövzuları əhatə etdi".
[APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib. O, ABŞ-ın Azərbaycanda demokratiya və insan haqlarına dəstəyini ifadə etdiyini və proseslərlə bağlı təkliflər irəli sürdüyünü bildirib: "Biz bir daha qeyd etdik ki, ABŞ-ın ən fəal tərəfdaşları demokratiyanın inkişaf etdiyi ölkələrdir". Səfir Azərbaycanın inteqrasiya və inkişaf yolunu seçdiyini, ABŞ-ın da bu yolu dəstəklədiyini bəyan edib. Diplomat KİV azadlığı məsələsi üzərində xüsusi dayanıb: "Azad media olmadan demokratiya ola bilməz. Jurnalistlərə sərbəst fəaliyyət üçün şərait yaradılmalıdır. Onlar yazılarına görə həbs edilməməli və böhtana görə həbsxanaya salınmamalıdır". Seçkilərə toxunan A. Dersinin sözlərinə görə, azad və ədalətli seçkilər təkcə səsvermədən və səslərin sayılmasından ibarət deyil: "İlk növbədə elə bir atmosfer yaradılmalıdır ki, vətəndaşlar özləri müstəqil seçim edə bilsinlər. Namizədlər mediaya sərbəst çıxış imkanına, insanlar isə sərbəst toplaşmaq hüququna malik olmalıdır". -
07-01-2008, 02:41 PMAPAÖtən ay Əfqanıstanda rekord sayda xarici hərbçi həlak olub
[b]Ötən ay Əfqanıstanda rekord sayda xarici hərbçi həlak olub[b]
[Bakı. Zaur Nurməmmədov-APA. Cari ilin iyununda Əfqanıstanda ən azı 45 xarici hərbçi həlak olub. APA-nın "Associated Press"ə istinadən yaydığı məlumata görə, bu, 2001-ci ildən bəri rekord rəqəm sayılır. Həlak olanların arasında 27 ABŞ və 13 İngiltərə əsgəri var. Ötən ay İraqda isə 31 xarici hərbçi, o cümlədən 29 ABŞ hərbçisi həlak olub. Qeyd edək ki, hazırda Əfqanıstanda NATO-nun 65 minlik kontingenti fəaliyyət göstərir, onun tam yarısı ABŞ hərbçilərdən ibarətdir. İraqda isə 144 minlik ABŞ qoşunu var. Bundan əlavə orada 4 min İngiltərə əsgəri və digər ölkələrin kiçik bölmələri yerləşdirilib. -
07-01-2008, 02:51 PMAPANaxçıvanda hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib
[b]Naxçıvanda hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib[b]
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında (MR) hava hücumundan müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzi istifadəyə verilib.
[APA-nın MR Ali Məclisinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, mərkəz Azərbaycanın hava sərhədlərinin hava gəmiləri tərəfindən pozulmasının qarşısını almaq məqsədilə yaradılıb. Buradakı mövcud texniki vasitələr düşmənin hava hücumu vasitələrinin ölkə ərazisinə qəflətən hücumu zamanı ilk zərbələrin dəf edilməsinə imkan verəcək. Müdafiə qoşunlarının avtomatlaşdırılmış yeni mərkəzində müasir standartlara cavab verən texniki avadanlıqlar quraşdırılıb. Yüksək texniki göstəriciləri ilə seçilən yeni avadanlıqlar MDB məkanında ilk olaraq Azərbaycanda tətbiq edilib. -
07-01-2008, 03:01 PMAPAVasili İstratov: "Cənubi Qafqazda sabitliyin pozulması Azərbaycanın maraqlarına uyğun deyil"
[b]Vasili İstratov: "Cənubi Qafqazda sabitliyin pozulması Azərbaycanın maraqlarına uyğun deyil"[b]
[Bakı. Laçın Sultanova - APA. "Cənubi Qafqaz regionunda sabitliyin pozulması bu regionun ən iri ölkəsi olan Azərbaycanın maraqlarına uyğun deyil". APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərin Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsinin regionda ümumi vəziyyətə və Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. O, Rusiyanın Cənubi Qafqaz respublikaları ilə tarixi, iqtisadi və mədəni əlaqələrini nəzərə alaraq bu regiondakı münaqişələrin nizamlanmasında konstruktiv rol oynadığını söyləyib. Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilərdən biri olduğunu xatırladıb: "Biz münaqişənin həlli üçün Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə səylər göstəririk". -
07-01-2008, 03:11 PMAPA"Ergenekon qalmaqalı" çərçivəsində Trabzonda da həbslər başlayıb
[b]"Ergenekon qalmaqalı" çərçivəsində Trabzonda da həbslər başlayıb[b]
[Trabzon-APA. "Ergenekon qalmaqalı" çərçivəsində İstanbuldan verilən təlimat əsasında Trabzonda da həbslərə başlanılıb. APA-nın məlumatına görə, bir qədər əvvəl Trabzonda fəaliyyət göstərən "Ati Teknoloji" Özəl Səhiyyə Xidmətləri Sənaye və Ticarət Şirkətinin rəhbəri professor Ərcümənt Ovalı həbs olunub. Hazırda Ərcümənt Ovalı Trabzon Əmniyyət Müdürlüyündə istintaqa ifadə verir. Türkiyənin yeganə immun sistemi mərkəzi olan "Ati Teknoloji" rəhbəri olan professor Ərcümənt Ovalı bundan əvvəl Qara dəniz Texniki Universitetində tibb fakültəsində çalışıb. -
07-01-2008, 03:21 PMAPAAŞ PA-nın yay sessiyasına qatılan hüquq müdafiəçiləri mətbuat konfransı keçiriblər
[b]AŞ PA-nın yay sessiyasına qatılan hüquq müdafiəçiləri mətbuat konfransı keçiriblər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında iştirak edən Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva və Səadət Bənənyarlı bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, S. Qocamanlı AŞ PA-da Azərbaycanla bağlı dinlənilən hesabatın kifayət qədər əhatəli olduğunu bildirib, belə bir hesabatın ortaya çıxmasının zəruriliyini vurğulayıb: "Həbsdə olan jurnalistlər və xəstə məhkumlar azadlığa buraxılmadıqları üçün hesabatda kəskin fikirlər əksini tapmışdı". O, İnsan Hüquqları üzrə Komissarlıqda hüquq müdafiəçilərinin durumu barədə geniş müzakirələr apardıqlarını da nəzərə çatdırıb. S. Qocamanlının sözlərinə görə, hazırda komissarlıqda postsovet məkanında fəaliyyət göstərən və təzyiqlərlə üzləşən hüquq müdafiəçilərinin müdafiəsi ilə bağlı mexanizmlər işlənib hazırlanır. N. Cəfəroğlu sessiyada Ermənistanla bağlı məruzə barədə danışaraq deyib ki, qonşu ölkədə baş verənlərə kifayət qədər səthi və yumşaq münasibət bildirilib: "Bunu bizimlə görüşdə Ermənistandan olan hüquq müdafiəçiləri də deyirdilər". A. Abdullayeva isə qeyd edib ki, AŞ PA-da Azərbaycanla bağlı qəbul edilən qətnamədə həbsdəki üç jurnalistin, xəstə məhkumların dərhal azadlığa buraxılmaları ilə bağlı məqam öz əksini tapıb: "Biz də onların dərhal azadlıqda olmalarını istəyirik". S. Bənənyarlı Azərbaycanda seçkiqabağı şəraitin demokratik olmasının Avropa Şurası üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Azərbaycan hakimiyyəti bu yöndə addımlar atmalıdır. Hüquq müdafiəçiləri Strasburqda AŞ-ın İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq, Venesiya Komissiyasının, "Aqo" Monitorinq Qrupunun rəhbərliyi, AŞ PA-nın monitorinq və siyasi komitələrinin təmsilçiləri, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel, Yevgeniya Jivkova, İsveçrədən olan deputat, ölkəmiz üzrə AŞ PA-nın keçmiş həmməruzəçisi Andreas Qrossla görüşdüklərini bildiriblər. -
07-01-2008, 03:31 PMAPAAŞPA prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb
[b]AŞPA prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puç Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Parlamentdən APA-ya daxil olan məlumata görə, AŞPA prezidenti görüşdə Azərbaycanda insan haqlarının qorunmasını yüksək qiymətləndirib. O, Azərbaycanla AŞPA arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan nümayəndə heyətinin qurumun sessiyalarına aktiv qatıldığını bildirib. Milli Məclisin sədri Oqtay Əsədov L. M. De Puçun Azərbaycana səfərini yüksək qiymətləndirib. Spiker AŞPA prezidenti ilə Strasburqda və Sankt-Peterburqda keçirdiyi görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb: "Milli Məclis dünyanın müxtəlif beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurası ilə uğurlu əməkdaşlıq edir".