<span style="color:#FF0000;font-size:18px;">[b]Viktor Yuşşenko: "Rusiya Krım separatçılarına dəstək verərək Ukraynada sabitliyi pozmaq istəyir"[b]</span>
[Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko Rusiyanı Krım separatçılarına dəstək verərək Ukraynada sabitliyi pozmaq cəhdində ittiham edib. APA-nın məlumatına görə, V. Yuşşenko "Associated Press" agentliyinə müsahibəsində belə bir ssenarinin mövcudluğuna şübhə etmədiyini deyib. O, jurnalistlərin Ukraynada Gürcüstan ssenarisinin təkrarlanması ehtimalı ilə bağlı sualına mənfi cavab verib: "Ukrayna kifayət qədər böyük və güclü dövlətdir və Rusiyanın təhdidlərinə boyun əyməz".
Azərbaycan Xəbərləri
Printable View
-
09-17-2008, 12:40 PMAPAViktor Yuşşenko: "Rusiya Krım separatçılarına dəstək verərək Ukraynada sabitliyi pozmaq istəyir"
-
09-17-2008, 01:00 PMAPAAzərbaycan Qadınlarının III Qurultayında 2000-ə yaxın nümayəndə iştirak edəcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan Qadınlarının III Qurultayında 2000-ə yaxın nümayəndə iştirak edəcək[b]</span>
[Bakı. Laura Cəbrayıllı-APA. Sentyabrın 26-da Əl Oyunları Sarayında Azərbaycan Qadınlarının III qurultayı keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayda 2000-ə yaxın nümayəndə iştirak edəcək. Azərbaycan qadınlarının toplantısına qatılmaq üçün Misir, Küveyt, Gürcüstan, Rusiya, Türkiyə, Litva, ABŞ, İordaniya və İsveçrədən 28 nümayəndə dəvət edilib. Qurultayda Misirin I xanımı Süzənnə Mübarək, Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya, ABŞ-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və digər qonaqların iştirakı gözlənilir. Toplantıda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılacaq, çıxışlar dinləniləcək. Bir gün davam edəcək qurultayın sonunda Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara müraciət, yekun qətnamə qəbul olunacaq. -
09-17-2008, 01:10 PMAPAXuraman Qasımova: ""Musiqini sevirəm" deməklə sənətkar olmaq mümkün deyil" - FOTOSESSİYA
<span style="color:#FF0000;font-size:18px;">[b]Xuraman Qasımova: ""Musiqini sevirəm" deməklə sənətkar olmaq mümkün deyil" - FOTOSESSİYA[b]</span>
"Bu sənəti seçən insanlar çox nadir hallarda öz şəxsi həyatından məmnun olurlar"
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının kafedra müdiri Xuraman Qasımovanın Milli Musiqi Günü ərəfəsində APA-ya eksklüziv müsahibəsi - Sabah Azərbaycanda Milli Musiqi Günü qeyd olunacaq. Yəqin ki, bu gün Sizin üçün böyük əhəmiyyət kəsb edir...- Bütün musiqiçilər, ziyalılar, ictimaiyyətimiz və xüsusən də biz - Bakı Musiqi Akademiyasının işçiləri bu günü səbirsizliklə gözləyirik. Çünki bu gün Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin adları ilə bağlıdır. Biz Milli Musiqi Günümüzü Bakı Musiqi Akademiyasının yenicə təmirdən çıxmış binasında qarşılayırıq. Möhtərəm prezidentimizin böyük əməyi nəticəsində bu bina tamamilə yeniləşib. - Azərbaycan klassik musiqisinin bugünkü vəziyyətini necə xarakterizə edərdiniz?- Azərbaycan klassik musiqisində inkişaf var, amma istərdim ki, bu inkişaf daha da çox olsun. Burada çalışan həmkarlarım, gözəl sənət adamları ilə birgə çox arzulayırıq ki, əvvəlki kimi bu bina tələbələrlə dolu olsun. Ölkəmizdə baş verən çoxsaylı dəyişikliklər incəsənətə, musiqi sənətinə də təsirsiz ötüşməyib. Güman edirəm ki, gənclərimiz xalq musiqisini sevir və mən arzulayıram ki, burada təhsil almaq istəyən gənclərin sayı artsın və biz də onlara kömək edək. Bizim sənətimizdə əsas məsələ ilk növbədə istedaddır. Son zamanlar klassik musiqi bir qədər kölgədə qalıb. Gənc nəsli klassik musiqiyə həvəsləndirmək lazımdır.- Bəs, bəstəkarların klassik əsərlər yazmamasının səbəbi nədir?- Bəstəkarlıq sənəti də xüsusi qabiliyyət tələb edir. Məncə tez unudulan bir əsər yazmaq üçün zəhmət çəkməyə dəyməz. Bizim gözəl bəstəkarlıq məktəbimimiz var, o məktəbi Üzeyir Hacıbəyov yaradıb. Biz bu yaxınlarda gözəl, istedadlı bəstəkarımız Arif Məlikovun 75 illik yubileyini təntənə ilə qeyd edəcəyik. Gənclər də bu dahi bəstəkarların məktəbini keçərək həvəslənməlidir. İstedadın yetişməyi isə bizdən yox, mühitdən, zamandan və bir çox amillərdən aslıdır. - Konkret hansı amilləri nəzərdə tutursunuz? - İlk növbədə istedad və musiqi savadını əsas tuturam. Musiqi ilə məşğul olan gənclər üçün musiqi savadı çox önəmldir. İndi Bəstəkarlar İttifaqında bu məsələyə xüsusi diqqətlə yanaşır ki, gəncləri həvəsləndirək və nəticədə gözəl əsərlər yaransın. Amma bu heç də asan iş deyil. İstedad heç zaman tükənmir, ola bilsin ki müəyyən müddət sakitlik olsun, ancaq xalqımız o qədər istedadlıdır ki, hər şeyə rəğmən yeni istedadlar yetişdirəcək. - Sizcə, Üzeyir bəy sağ olsaydı, musiqimizin bu gününü necə qiymətləndirərdi?- O insanların ölçüləri çox yüksək idi. Onlarda yüksək dərəcədə tələbkarlıq vardı, daha çox öyrənməyə çalışırdılar. Bizim gəncliyimiz də belə keçib. Amma bizim dövrlümüzlə müqayisədə, indi gənclərə yaradılan imkan daha çoxdur. İndi gənclər bir qədər tənbəlləşiblər. Onlar sadəcə peşə məktəbini bitirməklə kifayətlənirlər. Bizim dövrümüzdə isə ali məktəblərə daxil olmaq, yüksək səviyyəyə ucalmaq arzusu daha qüvvətli idi. - Bir müəllim kimi tələbələrinizdən razısınımı?- Əlbəttə, bizim zamanımızda tələbələr seçdikləri sənətə daha ciddi yanaşırdılar. Bir kafedra müdiri və müəllim kimi bunu etiraf etməliyəm. İstərdim ki, həvəs və qabiliyyətdən əlavə, onların musiqi savadı, musiqi duyumu, ümumi biliyi mükəmməl olsun. İnsanlar var ki, heç musiqiçi deyillər, ancaq evlərində gözəl fonotekaları, musiqi tarixi ilə bağlı müxtəlif topluları var. Bizim görkəmli bəstəkarımız Qara Qarayev bir dərya idi. Akademik adını boş yerə daşımırdı. Biz hamımız belə insanları, Niyazini, Fikrət Əmirovu görərək bu günə gəlib çatmışıq. Onlarla istənilən mövzuda söhbət etmək olurdu. İndiki gənclərin, tələbələrimizin Azərbaycanın tarixindən, musiqi tarixindən məlumatlı olmasını çox arzulayıram. Bəzən tələbələrimiz dahilərimizin adlarını belə bilmirlər, əsərlərini tanımırlar. Musiqi böyük bir dəryadır, "musiqini sevirəm" deməklə sənətkar olmaq mümkün deyil. Dərin musiqi savadının olması bizim sənətimizdə əsas amildir. - Xuraman Qasımovanın sənətə gəlməmişdən əvvəl qarşısına qoyduğu ilkin məqsədi nə idi?- Evdə qardaşım və böyük bacım Fidan xanimın uğurlu tələbə olduğunu görürdüm və kiçik uşaq olaraq çox ibrət alırdım. Axı, bizim həyatımızda da böyük şəxsiyyətlərin yolunu, izini öyrənərək düşünürdük ki, belə bir yol, məktəb keçsək bəlkə nəyəsə nail olduq. Həmin vaxtlar bir çox planlar qururduq və həmin planlara nail olmağa çalışırdıq. Amma heç bir zaman şöhrəti düşünmürdük. - Bəs qazandığınız şöhrət, fəth etdiyiniz zirvə xasiyyətinizdə və ya həyatınızda özünü hansı şəkildə büruzə verdi?- Sadəcə böyük bir həyat yolu, təcrübə... Amma xasiyyətim o qədər də dəyişməyib. Təbii ki, bu illər ərzində insan müdrikləşir, çox şeylər öyrənir, gənclikdə etdiyi səhvləri təkrarlamamağa çalışır. Bir iş görmədən əvvəl həmin işi hərtərəfli ölçüb-biçirəm. İndiki gənclərin hansı düşüncələrlə yaşadığını deyə bilmirəm. Heç onların hansı hədəfi fəth etmək istədiyi də məlum deyil. Ancaq istəyirəm ki, sənət çox keyfiyyətli səviyyədə olsun, musiqi insanların qəlbinə çata bilsin, unudulmasın. Bu gün bunun üçün bütün imkanlar yaranıb, ölçüb-biçib, götür-göy edib, pisləri atıb yaxşıdan tutmaq bizim borcumuzdur. - Nə zamansa bu sənətə gəlir mənbəyi kimi baxıbsınız?- Heç zaman bu barədə düşünməmişəm. Amma bu, normal bir şeydir. İnsan öz sənətinə və işinə görə qiymətlənləndiriliməlidir və buna görə utanmaq lazım deyil. Amma nə mən, nə də ailəm bunu əsas məqsəd kimi heç zaman düşünməmişik. - Sizə elə gəlmirmi ki, bu gün hamının gəlir dalınca qaçması gəncləri klassik musiqi sənətindən uzaqlaşdırır... - Bəli, belədir. Çox qısa zamanda tanınmaq, məşhurlaşmaq istəyirlər. Bizim dövrümüzün gəncləri bunu düşünmürdülər. Əmək haqqı ilə dolanır və hansısa əlavə çıxışlarına görə qonorar alırdılar. O zamanların ifaçılarının da mükafatlandırılması olurdu. Amma indi zaman çox dəyişib, çox şeylər qiymətdən düşüb və ya qiymətə minib. Sadəcə, klassik musiqi janrında çox şeyləri dəyişmək və düşünmək lazımdır. - Xuraman Qasımova davamçılar yetişdirirmi?- Əlbəttə. Onların adlarını uzun-uzadı sadalamaq istəmirəm. Bizim beynəlxalq müsabiqələrdə laureatlarımızın sayı çoxdur. İfaçı üçün bütün bunlar çox vacibdir, çünki bu, böyük bir sınaqdır. Vokal sahəsində də uğurlarımız az deyil. Şükürlər olsun ki, həvəsləri var, sadəcə bu həvəsi daha da artırmaq lazımdır. Mən və Fidan xanım ilk növbədə ulu öndərimiz Heydər Əliyevə verdiyimiz sözü yerinə yetirməyə çalışırıq. Həmkarlarımızdan da xahiş edirik ki, bu sənətə həvəslə yanaşsınlar, gənc nəslə kömək edək. Bu sahədə bacardığımızı edirik. 1994-cü ildən Bakı Musiqi Akademiyasında kafedraya rəhbərlik edirəm. Ancaq bura fabrik deyil, sənət ocağıdır. Bura konveyer deyil ki, bütün tələbələr peşəkar olsun. Biz onlara ilk yolu göstəririk, amma gələcək onların özündən asılıdır. - Xuraman və Fidan Qasımova bacıları biri-birindən nə ilə fərqlənir?- İkimiz də bir-birimizi çox sevir və hörmət edirik. Fidan xanım mənim böyük bacımdır, bir ifaçı kimi inkişafımda onun böyük rolu olub. Mən müəllimlərimə, valideynlərimə minnətdaram, amma Fidan xanımın hər zaman yanımda olması, məni dəstəkləməsi mənə çox böyük kömək olub. Həyatda yaşadığım müddətdə ona səcdə edəcəyəm. Amma bizi fərqləndirən cəhətlər də az deyil. Məndə çatmayan cəhətləri o, onda çatışmayan cəhətləri isə mən tamamlayıram. Ümumiyyətlə həyatda ideal insan çox azdır. Bu günün özündə də bir-birimizə kömək edirik, bir-birimizi dəstəkləyərik. Allahdan həmişə ən böyük arzum o olub ki, bizi bir-birimizdən ayırmasın. - Sizi Azərbaycanın hüdudlarından kənarda da çox gözəl tanıyırlar. Sizə xarici ölkələrdən iş təklifləri olubmu?- Belə hallar çox olub. Altı ilə yaxın Türkiyədə çalışmışıq. Bilirsiniz, "Vətəni sevirəm" deməklə iş bitmir. Bu duyğuları və sevgini əməllərinlə sübut etməlisən. Sovet dövründə bizim sənətkarlarımız nadir hallarda xaricə gedərdilər. Fidan xanımla mən o sənətkarlardanıq ki, həmin çətin dövrdə, hansısa yasaqlara, şərtlərə baxmayaraq ildə üç dəfə xarici ölkələrdə qastrola gedirdik. Azərbaycanımızı təmsil edirdik və bunu heç zaman unutmurduq. Təkliflər gəlirdi, çünki biz müxtəlif ölkələrin gözəl səhnələrində çıxışlar edirdik. Haqqımızda dünya səviyyəli mütəxəssislərin, peşəkar musiqiçi və tənqidçilərin söylədikləri yüksək fikirlərə görə Vətənə qürur hiss ilə dönürdük. Biz Sovet dövrünün yetişdirmələriyik. Bizim vaxtımızda yalnız yüksək, akademik səviyyəli ifa tələb olunurdu. İndi elə ifaçılar var ki, səfər getməzdən iki-üç ay əvvəl hər yerdə elan edirlər ki, ora gedəcəyəm, bura gedəcəyəm. Sonra da heç bilmirsən ki, hansı səhnələrdə çıxış edirlər. Bizim isə o səfərlərimiz həmin dövrdəki sənətkarlarımız tərəfindən də yüksək qiymətləndirilirdi. Ona görə SSRİ məkanında çox tanındıq və bizi qəbul etdilər. Bəzən haqqımızda çıxan məqalələri, kitabları, jurnalları vərəqləyərəq düşünürəm ki, doğurdanmı biz bu yolu keçmişik, bütün bu uğurlara nail olmuşuq. Bəlkə də doğrudan da bu sənət yolunu indiki nəslə çatdırmaq lazımdır. Tək bizim yox, digər klassik musiqiçilərimizin lent yazıları televiziyalarda göstərilməlidir. Elə ifaçılarımız var ki, bu günə qədər də onları tanımırlar, amma onlar ulduzlar sırasındadır. Muğam sahəsi bu gün diqqət sayəsində xeyli inkişaf edir. Muğamdan başqa musiqini digər sahələrində də nailiyyətlərimiz var və onları da dünya miqyasına çıxartmaq və tanıtmaq lazımdır. Bu, mədəniyyətimizə böyük təkan olardı.- Pedaqoji fəaliyyətiniz yaradıcılığınıza mane olmur ki? - Çox mane olur. Mən hər baxımdan yaradıcılıqdan çox uzaqlaşdım. Vaxtımın çoxunu gənclərə həsr etdim, özümü unutdum. Bunu son vaxtlar tez-tez etiraf edirəm. Amma çox da peşman deyiləm. Mən səhnəni çox sevirəm, səhnə Fidan xanımın, mənim bir parçamdır. Bu gün baxıram ki, hələ heç nəyə nail olmayan bir gənc "mən-mən" deyir, özünü ulduz hesab etməyi bir yana, onun sərbəstliyi məni heyrətləndirir. Mən indi də səhnəyə baxanda ilk addımılarımı atdığım vaxtda olan kimi həyəcan keçirirəm. Sənət adamı üçün bu həyəcan hissi vacib amildir. Özümü bir pedaqoq və ifaçı kimi reklam etmək fikrində deyiləm. Əgər bu gün mənim tələbələrim uğurla çıxış edir və tamaşaçılar onları alqışlayırsa, demək həyatımı boşuna yaşamamışam. - Şəxsi həyatınız ictimaiyyət üçün həmişə gizli qalıb...- Bu, şəxsi həyatdır, başqaları ilə paylaşa da bilərəm, gizlədə də. Elə insanlar var ki, bütün olanları açıb-tökür, danışır. Biz şəxsi həyatımızı gizli saxlamamışıq, amma bütün təfərrüatları ilə danışmağı da sevməmişik. Elə hesab etmişik ki, ictimaiyyəti ilk növbədə bizim sənətimiz maraqlandırmalıdır. Çünki biz sənətimizlə tanınmışıq. Həyatımızdan nələrisə danışıb nə ürəkləri ağrıtmaq, nə də ki, kimisə şəxsi qayğılarla yükləmək istəmirik. Bu sənəti seçən insanlar çox nadir hallarda öz şəxsi həyatından məmnun olurlar. Deyə bilmərəm ki, Fidan xanımla mənim şəxsi həyatım alınmayıb. Başqa qadınlar kimi bizim də ürəyimizdən keçən arzular olub və müəyyən məqamlarda bu arzularımızı tərəziyə qoyub çox dəyərləri qiymətləndirməyə çalışmışıq. Hər insan kimi bizim də həyatda qurbanlarımız olub, amma bu, yalnız bizə aiddir. Amma həyatdan şikayətçi olmamışıq və taleyimizdən məmnunuq. Biz valideynlərimizi çox erkən itirsək də, hər zaman dövlətimizin, xalqımızın diqqətini, qayğısını hiss etmişik. Həyat davam edir və yenə də çalışmaq, çalışmaq, çalışmaq lazımdır. - Deyirlər, səhnə gözəlliyi, gəncliyi sevir... - Əgər sənətçi çalışmaq istəyirsə, özünü yaşlı hiss etmirsə, ona mane olmaq lazım deyil. Kimin cəsarəti çatar ki, ona desən ki, çalışma, bəsdir. İnsanın təcrübəsi ildən-ilə artır. Pedaqoq olmaq da böyük bir məsuliyyətdir və hər kəs pedaqoq ola bilməz. Bir neçə il bundan əvvəl 73 yaşlı Monserrat Kabalyeni səhnədə görmüşdük. İndi artıq 76 yaşındadır və bu günə kimi səhnəyə çıxır. Sənətdə yaş məsələsi yoxdur. Sənətçilər özləri ifalarının səviyyəsini hamıdan yaxşı bilirlər. Unutmaq lazım deyil ki, onlar səhnədən çətinliklə ayrılırlar. Özünü səhnəyə bəxş etmiş, həyatında çox şeyləri qurban vermiş insanların arzularını nəzər almaq lazımdır. Türkiyədə bu məsələni son dərəcə həssaslıqla yoluna qoyublar, onlar heç bir sənətçini son günə qədər səhnədən ayırmırlar. Hətta son məzara belə səhnədən yola salırlar. Məncə, bu, çox incə düşünülmüş bir addımdır. - Niyə konsertləriniz təşkil olunmur?- Biz indi heç pedaqoqluq da etməsək, qazandığımız hörmət, şöhrət həyatımızın sonuna qədər yetər. Həyatınızın gözəlliyini hiss edərək Allah verən ömrü yaşaya bilərik. Əvvəllər hər sənətçi ildə üç-dörd dəfə konsert verirdi. Əgər bizi unutmaq istəmirlərsə, konsert proqramlarında çıxış etməyə həmişə hazırıq. Yox əgər bizim yox, yeni adların kosnertini təşkil etmək istəyirlərsə, biz buna da bir söz demirik. Amma həmişə olduğu kimi Azərbaycanımızı təmsil etməyə bu gün də, sabah da hazırıq. -
09-17-2008, 01:20 PMAPAAzərbaycanın daha bir bankı gələn il öz ipoteka proqramının icrasına başlaya bilər
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın daha bir bankı gələn il öz ipoteka proqramının icrasına başlaya bilər[b]</span>
[Bakı - APA-ECONOMICS. Azərbaycanın «Rabitəbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2009-cu ildə öz ipoteka proqramının icrasına başlaya bilər. Lakin ipoteka kreditlərinin verilməsinə başlanarsa, bank bunu yalnız xarici maliyyə institutlarından cəlb etdiyi vəsaitlər hesabına reallaşdıracaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.E.Qədimovun sözlərinə görə, hazırda bankın öz ipoteka proqramı yoxdur: «Hazırda bankın cəlb etdiyi vəsaitlər hesabına ipoteka kreditlərinin verilməsi o qədərdə əlverişli deyil. Həmin vəsaitlər daha səmərəli faiz dərəcəsi ilə orta və kiçik biznesin və istehlak kreditlərinin verilməsinə yönəldilə bilər». E.Qədimov əlavə edib ki, «Rabitəbank» ipoteka kreditlərinin verilməsi məqsədilə xarici maliyyə institutlarından vəsaitlər cəlb etməyi planlaşdırır. «Dünya bazarındakı vəziyyəti nəzərə alaraq, gələn il xaricdən cəlb olunacaq vəsaitlərin ən azı 2-3% bahalaşacağı gözlənilir. Şərti olaraq deyə bilərəm ki, bizim bank ipoteka proqramının icrasına başlayacağı təqdirdə, bu kreditləri 8-10 il müddətinə ayıracaq, ilkin ipoteka kredit portfeli isə 5 mln. dollar həcmində nəzərdə tutula bilər», - deyə İdarə Heyətinin sədr müavini vurğulayıb.Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. -
09-17-2008, 01:30 PMAPAUkrayna parlamentinin spikeri istefa verib
<span style="color:#FF0000;font-size:18px;">[b]Ukrayna parlamentinin spikeri istefa verib[b]</span>
Kiyev-APA. Ukrayna parlamentinin spikeri Arseni Yasenyuk tutduğu postdan istefa verib. APA-nın məlumatına görə, spiker öz qərarını parlamentin bu gün keçirilən iclasında açıqlayıb.
[Spikerin istefasından sonra iclasda fasilə elan olunub. Qeyd edək ki, bundan əvvəl iqtisadiyyat və xarici işlər nazirləri vəzifəsində çalışan Arseni Yasenyuk parlamentə "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" blokundan üzv seçilib. "Narıncı koalisiya"nın dağılması ideyasını müdafiə etməyən spiker bildirib ki, yeni koalisiya yarandıqdan sonra spiker vəzifəsində qalmaq niyyətində deyil. -
09-17-2008, 01:40 PMAPAAzərbaycan animasiyasının 75 illiyi münasibəti ilə hazırlanan cizgi filmləri toplusunun təqdimatı keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə hazırlanan cizgi filmləri toplusunun təqdimatı keçirilib[b]</span>
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Heydər Əliyev Fondunun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə hazırladığı "Bir nağıl söylə mənə" cizgi filmləri toplusunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin yeni dərs ilinə həsr olunduğunu vurğulayıb. Azərbaycan animasiyası üçün bu toplunun hazırlanmasını önəmli hadisə kimi qiymətləndirən nazir, bundan sonra da bu cür tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. "Azanfilm" kinostudiyasının direktoru Elçin Hami Axundov isə DVD şəklində hazırlanmış animasiya toplusunda 80-cı illərin cizgi filmlərinin yer aldığını deyib. O, DVD-də 9 animasiya filminin toplandığı bildirib: "Bu gün 100-dən artıq cizgi filmimiz var ki, onların bərpa olunması lazımdır. O filmlər hələ Sovet dövründə istehsal olunub və köhnə plyonkaya çəkilib. Onların səs effektləri korlanıb. Bu topluda yer alan filmlərin hamısı isə bərpa olunub. Bu, ilk belə topludur, ancaq güman edirəm ki, gələcəkdə belə topluların sayı çoxalacaq". Azərbaycan animasiyasının 75 illiyinə həsr olunmuş tədbirdə "Mərhəmətin dadı" yeni cizgi filminin təqdimatı, uşaq rəsmləri sərgisinin nümayişi də təşkil olunub. Tədbirdə uşaq evlərinin sakinləri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai təşkilatların nümayəndələri də iştirak ediblər. -
09-17-2008, 01:50 PMAPAViktor Yuşşenko Yuliya Timoşenkonun Viktor Yanukoviçlə xəyanətkar danışıqlar apardığını bildirib
<span style="color:#FF0000;font-size:18px;">[b]Viktor Yuşşenko Yuliya Timoşenkonun Viktor Yanukoviçlə xəyanətkar danışıqlar apardığını bildirib[b]</span>
[Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko ölkədə sentyabrın 2-də "Yuliya Timoşenko" bloku və Regionlar Partiyası arasında yaradılmış de-fakto ittifaqın rəsmiləşdirilməkdə olduğunu bəyan edib. APA-nın məlumatına görə, V. Yuşşenko "Associated Press"ə müsahibəsində "pərdəarxası və xəyanət xarakterli" danışıqların yarım aydır davam etdiyini bildirib. O, milli maraqlara yox, vəzifə bölgüsünə əsaslanan bu cür ittifaqın uzunömürlü olmayacağını söyləyib. Dövlət başçısı böhrandan yalnız demokratik siyasi prosedurlar vasitəsilə çıxacaqlarını vurğulayıb: "Ukrayna demokratiyası öz mövqelərini təslim etməyəcək. Bu mövqeləri bəzi liderlər təslim edə bilər, millət isə yox. Millət demokratiya yolundadır və kənardan gətirilən heç bir ssenarini qəbul etməyəcək". "Bizim Ukrayna" Partiyası da bəyanatla çıxış edərək demokratik koalisiyanın dağılmasına görə məsuliyyəti Yuliya Timoşenkonun boynuna qoyub, onun Regionlar Partiyası və kommunistlərlə sövdələşməsini seçicilərə və koalisiya tərəfdaşına şüurlu xəyanət kimi qiymətləndirib: "Biz Yuliya Timoşenko və Regionlar Partiyası arasındakı koalisiyanın Ukrayna dövləti üçün daşıdığı bütün təhlükələri dərk edirik. Yeni koalisiyanın rəsmiləşməsindən dərhal sonra "Bizim Ukrayna" milli parlament müxalifəti mövqeyinə keçəcək. Biz Ukraynanın azadlığı, təhlükəsizliyi və müstəqilliyini ali dəyər sayan ictimai qüvvələri birləşdirmək üçün səylərimizi əsirgəməyəcəyik". -
09-17-2008, 02:00 PMAPADünya bazarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsi və xarici ticarətində müsbət saldonu azalda bilər
<span style="color:#FF0000;font-size:18px;">[b]Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsi və xarici ticarətində müsbət saldonu azalda bilər[b]</span>
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 038,9 mln. manat, xərcləri isə 5 106,5 mln. manat təşkil edib.
[Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, ötən ilin eyni dövrünün analoji göstəriciləri ilə müqayisədə büdcə gəlirləri 67%, xərcləri isə 76,3% artıb. Nəticədə, dövlət büdcəsinin icrasında 932,4 mln. manatlıq profisit yaranıb ki, bu da 2007-ci ilin ilk 7 ayına nisbətən 29,6% çoxdur.Komitədən bildirilib ki, yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 38 578,5 mln. ABŞ dolları təşkil edib və bu, ötən ilin müvafiq dövrünün göstəricisini 6 dəfədən üstələyir. O cümlədən, ixrac 34 678,3 mln. dollar (artım - 10,2 dəfə), idxal 3 900,2 mln. dollar (artım - 35,8%) təşkil edib. Beləliklə, xarici ticarətin 89,9%-i ixracın payına düşüb.Qeyd edək ki, bu iki makroiqtisadi göstərici Azərbaycan şəraitində bir-biri ilə əlaqəlidir. Yəni, xarici ticarətin bu cür kəskin artması dünya bazarında neftin bahalaşması ilə bağlıdır və nəticədə, ixracın dəyər ifadəsi artıb. Bununla bağlı, neft ixracından büdcə daxilolmaları da artıb. Bu isə öz növbəsində dövləti xərclərini artmağa stimullaşdırıb. Son nəticədə, həm ixracın, həm də büdcə göstəricilərinin kəskin artması müşahidə olunur. Dünya neft bazarlarında son vaxtlar müşahidə olunan qiymət azalması neftin artıq 91 dollaradək ucuzlaşmasına səbəb olub (iki ay öncə qiymətlər 140 dollar həddini keçmişdir). Dünya bazarının hazırkı konyunkturunu nəzərə alsaq, yuxarıda qeyd olunan göstəricilərin (dövlət büdcəsi və xarici ticarət) artması tendensiyasının ilin sonuna qədər davam edəcəyi şübhə altındadır. -
09-17-2008, 02:10 PMAPA«Azərbaycanda əməyin təftişi üzrə strateji plan»ın təqdimatı keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]«Azərbaycanda əməyin təftişi üzrə strateji plan»ın təqdimatı keçirilib[b]</span>
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi (DƏM) «Azərbaycanda əməyin təftişi üzrə strateji plan»ın təqdimatını keçirib. «APA-ECONOMICS»in məlumatına görə, DƏM-in rəisi Nəbi Şükürlü bildirib ki, yeni layihə Niderland və Almaniya mütəxəssisləri tərəfindən hazırlanıb. N.Şükürlünün sözlərinə görə, Azərbaycanda əməyin təhlükəsizliyi istiqamətində xeyli iş görülsə də, əlavə tədbirlərin icrasına və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var. Niderlandın TNO təşkilatının nümayəndəsi, beynəlxalq məsləhətçi Jan Mişel Meuse isə bildirib ki, beynəlxalq məsləhətçilər tərəfindən hazırlanan strateji planda təkcə DƏM deyil, ƏƏSMN-in digər strukturları da məsuliyyət daşıyır. Beynəlxalq məsləhətçi strateji planın ən yaxşı təcrübələrə əsaslanaraq hazırladıqlarını da söyləyib. Ş.Mişelin sözlərinə görə, strateji planda orta və uzunmüddətli islahatlar əksini tapıb. Bu islahatların tədricən həyata keçirilməsi nəzərdə tutulur. TNO-nun nümayəndəsi qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını genişləndirmək niyyətindədir. Bir neçə ildən sonra Azərbaycanın neft sərvəti tükənə biləcəyi üçün iqtisadiyyatın digər sahələrinə investisiya qoymaq lazımdır. Ona görə də indidən digər sahələrin də inkişafı üçün tədbirlər görülməlidir. -
09-17-2008, 02:30 PMAPANaxçıvan Dövlət Dram Teatrı 126-cı mövsümünü açıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Naxçıvan Dövlət Dram Teatrı 126-cı mövsümünü açıb[b]</span>
[Naxçıvan. C. Qurbanoğlu—APA Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün teatr kollektivi yeni mövsümün ilk tamaşasını təqdim edib. 126-cı mövsümün ilk tamaşası kimi müraciət edilən Cəlil Məmmədquluzadənin «Dəli yığıncağı» tragikomediyasının quruluşçu rejissoru Azərbaycanın xalq artisti Kamran Quliyevdir. Ə. Rzayev qeyd edib ki, sentyabrın ikinci yarısında Naxçıvan şəhərində fəaliyyət göstərən daha iki teatr - M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı yeni mövsümünü açacaq. -
09-17-2008, 02:40 PMAPAAndres Herkel prezidentliyə namizədlərlə görüşüb
<span style="color:#FF0000;font-size:18px;">[b]Andres Herkel prezidentliyə namizədlərlə görüşüb[b]</span>
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seçkiləri qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel prezidentliyə namizədlərlə ayrı-ayrılıqda görüş keçirib. Bu barədə APA-ya prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli məlumat verib. Görüşdə namizədlərin seçkiqabağı vəziyyətlə bağlı fikirləri, seçki şəraiti, geridə qalan mərhələnin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb. A. Herkel ayrı-ayrılıqda prezidentliyə namizədlər - BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, BQP başqanı Fazil Qəzənfəroğlu, ALDP sədri Fuad Əliyev, MMP sədri Hafiz Hacıyevlə də görüşüb və eyni məsələlər ətrafında fikir mübadiləsi aparıb. -
09-17-2008, 02:50 PMAPAAndres Herkel QHT rəhbərləri ilə görüşüb
<span style="color:#FF0000;font-size:18px;">[b]Andres Herkel QHT rəhbərləri ilə görüşüb[b]</span>
[Bakı. Viktoriya Dementyeva-APA. Avropa Şurası Parlament Assambleyasının seçkiləri qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel bu gün hüquq müdafiəçiləri Leyla Yunus və Eldar Zeynalovla görüşüb. APA-nın məlumatına görə, görüşdə qarşıdan gələn prezident seçkiləri ətrafında fikir mübadiləsi aparılıb. Andres Herkel həmçinin Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli ilə də eyni mövzuda müzakirələr aparıb. -
09-17-2008, 03:00 PMAPAABŞ-ın Yəməndəki səfirliyinə qarşı terror aksiyası törədilib
<span style="color:#FF0000;font-size:18px;">[b]ABŞ-ın Yəməndəki səfirliyinə qarşı terror aksiyası törədilib[b]</span>
Sana - APA. ABŞ-ın Yəmənin paytaxtı Sana şəhərindəki səfirliyinə qarşı terror aktı həyata keçirilib. APA-nın məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.
[Terror aktı bomba ilə yüklənmiş avtomobil vasitəsilə törədilib. Avtomobilin partladılmasından sonra naməlum şəxslər səfirliyin binasını qumbaraatanlardan atəşə tutublar. Şahidlər binada yanğın başladığını söyləyiblər. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Səfirliyin sözçüsü Ryan Gliha CNN-ə açıqlamasında terror nəticəsində ölənlər olduğunu bildirib, ancaq həlak olanların sayı və milli mənsubiyyəti haqda heç nə deməyib. Terror aktına görə məsuliyyəti özünü "Yəməndəki İslami Cihad" kimi tanıdan təşkilat üzərinə götürüb. Həbsdəki üzvlərinin buraxılmasını tələb edən təşkilat İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səfirliklərini də terrorla hədələyib. -
09-17-2008, 03:10 PMAPAAzərbaycan prezidenti AŞ PA-nın seçkiqabağı müşahidə missiyasının başçısı Andres Herkeli qəbul edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan prezidenti AŞ PA-nın seçkiqabağı müşahidə missiyasının başçısı Andres Herkeli qəbul edib[b]</span>
[Bakı - APA. Prezident İlham Əliyev sentyabrın 17-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. -
09-17-2008, 03:20 PMAPAAlmaniya məhkəməsi Türkiyədə siyasi qalmaqala səbəb olan "Dəniz Fənəri" dərnəyi ilə bağlı qərarını açıqlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Almaniya məhkəməsi Türkiyədə siyasi qalmaqala səbəb olan "Dəniz Fənəri" dərnəyi ilə bağlı qərarını açıqlayıb[b]</span>
Frankfurt - APA. Almaniyada bir müddətdir davam edən və Türkiyədə siyasi qalmaqala səbəb olan "Dəniz Fənəri" dərnəyi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
[APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Frankfurt məhkəməsinin hakimi Yohann Müller bu gün qərarı açıqlayıb. Dərnəyin rəhbəri Mehmet Taşkan 2 il 9 ay, ondan əvvəl dərnəyin rəhbəri olmuş Mehmet Gürhan 5 il 10 ay, dərnəyin mühasibi Firdsovsi Ərmiş isə 1 ilk 10 ay müddətinə azadlıqdan məhrum ediliblər. F. Ərmiş 1,5 ildir həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin məhkəmə qərarına münasibət bildirərək nə özünün, nə də rəhbərlik etdiyi nazirliyin bu cinayət işində tərəf olmadığını xatırladıb: "Ancaq Türkiyə vətəndaşlarının cinayət törətməsi və məhkum olunması sevinc duyulacaq bir hadisə deyil. Xüsusən də bu hadisə ölkə xaricində baş veribsə, daha kədərlidir". Nazir cinayət işi ilə bağlı Ankara Baş Prokurorluğunda təhqiqat aparıldığını da söyləyib. Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən "Dəniz Fənəri" dərnəyi yoxsul və dünyanın müxtəlif yerlərində münaqişələrdən əziyyət çəkən müsəlmanlara yardım adı altında topladığı 41 milyon 423 min avronun 16 milyon 882 min avrosunu başqa məqsədlərə sərf edib. Bu məbləğin böyük hissəsi Türkiyənin islamçılara yaxın olan "Kanal 7" telekanalına, digər hissəsi müxtəlif şirkətlərə verilib və mənimsənilib. -
09-17-2008, 03:30 PMAPASentyabrın 18-i axşamdan Azərbaycan paytaxtda şimal küləyi güclənəcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Sentyabrın 18-i axşamdan Azərbaycan paytaxtda şimal küləyi güclənəcək[b]</span>
[Bakı. İlhamə İsabalayeva - APA. Sentyabrın 18-dən 20-dək Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, həmin müddətdə Bakı və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Külək sentyabrın 19-da axşam, 20-də isə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 25-28, 19-20-də isə 29-31 olacağı ehtimal olunur.Sentyabrın 18-dən-20-dək Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Amma axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Gecə 17-22, gündüz 29-34, dağlarda isə gecə 7-12, gündüz 17-22 dərəcə isti gözlənilir. -
09-17-2008, 03:40 PMAPAAzərbaycanın istehsal sektorunda ölüm halları daha çox tikintidə baş verir
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın istehsal sektorunda ölüm halları daha çox tikintidə baş verir[b]</span>
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «İstehsalatın digər sahələri ilə müqayisədə bu gün yenə də tikinti sektorunda bədbəxt hadisələr və ölüm halları daha çox olur. Tikinti sektorunda hündürlükdən yıxılma halları hələ də mövcuddur. Bu da təcrübəsiz işçilərin işə cəlbi, eyni zamanda əməyin təhlükəsizliyinə məsul şəxslərin özlərinin bir qədər təcrübəsiz olmasından irəli gəlir». «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü deyib. N.Şükürlünün sözlərinə görə, hazırda istehsalatın digər sahələrində olduğu kimi, tikinti şirkətlərində də yoxlamalar aparılır və araşdırmalar bundan sonra da davam etdiriləcək. DƏM rəisi deyib ki, bu il ərzində əmək təhlükəsizliyi qaydalarına məsul 150-dən çox şəxs üçün ƏƏSMN-in Tədris Mərkəzində bir həftəlik kurslar keçirilib. Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda istehsalatda 112 bədbəxt hadisə baş verib və onun 20-si tikintidə qeydə alınıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrdə 31 nəfər (onun 9-u tikintidə) ölüb, 90 nəfər (onun 12-si tikintidə) xəsarət alıb. Bədbəxt hadisələrin 7-si (1-i tikintidə) qrup halında baş verib. İstehsalatda baş vermiş bədbəxt hadisələrə görə 10 halda müəssisə, 45 halda zərərçəkən, 48 halda müəssisə və zərərçəkən təqsirkar hesab edilib. -
09-17-2008, 03:50 PMAPA«Azercell» abonentləri üçün yeni güzəşt kampanisına başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]«Azercell» abonentləri üçün yeni güzəşt kampanisına başlayıb[b]</span>
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti abonentləri üçün «KonturPay» adlı yeni kampaniyaya başlayıb. «Azercell»in mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, BU İLİN dekabr ayının 31-dək davam edəcək kampaniya çərçivəsində «SimSim», «GəncSim» və «BizdənBizə» abonentləri bir gün ərzində iki eyni nominallı kartı yükləməklə elə həmin gün həmin kart növündə olduğu qədər kontur pay alacaqlar. Əgər abonent bir gün ərzində balansına azı 2 ədəd 2 manatlıq kart yükləyərsə, onda növbəti gündən gec olmayaraq, onun balansına daha 360 kontur hədiyyə yüklənir. Bir nominallı kartdan gün ərzində yalnız bir dəfə bonus qazanmaq olar. -
09-17-2008, 04:00 PMAPAAzərbaycanda keçirilən beynəlxalq mikromaliyyə konfransı başa çatıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanda keçirilən beynəlxalq mikromaliyyə konfransı başa çatıb[b]</span>
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bakıda keçirilən ikigünlük IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı bu gün başa çatıb. «APA-ECONOMICS»in məlumatına görə, konfransın bugünkü sessiyasında Avropa Yenidənqurma və İnkişaf Bankının baş bank mütəxəssisi Oksana Pak «Kapitala çıxışÂ» mövzusunda məruzə ilə çıxış edib. Təbirdə həmçinin mikromaliyyə təşkilatları tərəfindən təkrar maliyyə vəsaitlərinin cəlb edilməsi üçün potensialın artırılması sahəsində aktual məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Konfransın sessiyası çərçivəsində aşağı gəlirli insanlara xidmətlərin göstərilməsi üçün müxtəlif məhsullardan, o cümlədən onların təkmilləşdirilmiş maliyyə xidmətlərinə çıxış imkanının təmin edilməsi üçün informasiya texnologiyalarından istifadə edilməsinə dair müasir nümunələr təqdim olunub. Həmçinin, perspektivli yeni texnologiyaların tətbiqi ilə bağlı risk və xərclərin azaldılmasına xidmət edən biznes modelləri də təqdim edilib. Konfransda həmçinin Azərbaycanın «TuranBank» Səhmdar Kommersiya Bankının (SKB) strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyev «Azərbaycanda İslam bankçılığı» mövzusunda təqdimatla çıxış edib.Qeyd edək ki, tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən ölkədə mikromaliyyə sektorunun 10 il ərzində əldə etdiyi inkişafı qeyd etmək, bu sektorun mövcud problemləri müzakirə etmək, onların həlli yollarını tapmaq və ölkədə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları və kommersiya bankları üçün yeni kapital bazarlarına çıxışları təmin etmək məqsədi ilə təşkil olunub. Tədbirdə müxtəlif yerli və xarici təşkilatların 200-ə yaxın nümayəndəsi iştirak edib, o cümlədən 17 ölkədən 26 beynəlxalq təşkilat 60 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.Xatırladaq ki, konfransın əsas təşkilatçısı olan Azərbaycan Mikromaliyyə Assosiasiyası 2001-ci ildən fəaliyyət göstərir və Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü bu təşkilatın üzvüdür. -
09-17-2008, 04:10 PMAPAQuldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb[b]</span>
[Bakı. Hafiz Heydərov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə quldurluq törətməkdə təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə baxışı sentyabrın 19-a təyin olunub.Xatırladaq ki, sözügedən quldur dəstənin üzvləri Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri 1985-ci il təvəllüdlü Şəmsi Mustafa oğlu Həsənov, 1985-ci il təvəllüdlü Altay Abdulla oğlu Nəsimov, Ağstafa rayon sakini 1983-cü il təvəllüdlü Allahverdi Yunis oğlu Mustafayev, Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Elvin Şəmsəddin oğlu Əliyev, Əli Bayramlı şəhər sakini 1992-ci il təvəllüdlü Elməddin Balaəsəd oğlu Cahangirov və Niyaməddin Vəliyevdir. Onlar Cinayət Məcəlləsinin 181.2.1 (quldurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) və digər maddələrə əsasən ittiham olunurlar. -
09-17-2008, 04:20 PMAPABu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 mln. manatlıq notları yerləşdirilib[b]</span>
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103719S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 29 415 800 manat təşkil edib. Sifarişlər 99,10% (gəlirlik 11,68%) - 99,22 (gəlirlik 10,11%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,18% (gəlirlik 10,63%), orta ölçülmüş qiyməti isə 99,21% (gəlirlik 10,24%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 926 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 15-də icra olunacaq. -
09-17-2008, 04:30 PMAPAJurnalist Araşdırmaları Mərkəzində struktur dəyişikliyi edilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Jurnalist Araşdırmaları Mərkəzində struktur dəyişikliyi edilib[b]</span>
[Bakı. Elnur Məmmədli - APA. Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Şeyda Nəsibli rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ş. Nəsibli ailə vəziyyəti ilə əlaqədar 2005-ci ildən Türkiyədə yaşadığını bildirib və bu səbəblə JAM-da struktur dəyişikliyi etmək qərarına gəldiklərini deyib. Struktur dəyişikliyi nəticəsində qurumda həmsədrlik institutu yaradılıb. Həmsədrlərdən biri Ş. Nəsibli, digəri isə "Reytinq" qəzetinin redaktoru Seymur Verdizadə seçilib. Ş. Nəsibli JAM-ın dövlət qeydiyyatı ilə bağlı problem olduğunu da bildirib. Onun sözlərinə görə, 2007-ci ilin noyabrında Avropa İnsan Haqları Məhkəməsi təşkilatın qeydə alınması və hökumətin 3 min avro cərimə edilməsi barədə qərar çıxarıb. Ş. Nəsibli yaxın günlərdə dövlət qeydiyyatı ilə bağlı sənədlərin yenidən Ədliyyə Nazirliyinə təqdim ediləcəyini söyləyib. JAM-ın yeni həmsədri Seymur Verdizadə isə təşkilatın bundan sonra öz profilinə uyğun jurnalist araşdırmaları ilə bağlı tədbirlər həyata keçirəcəyini, həmçinin Türkiyə və Azərbaycan jurnalistlərinin əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini açıqlayıb. -
09-17-2008, 04:40 PMAPA«Cisco» Azərbaycanda iri layihələr həyata keçirmək niyyətindədir
<span style="color:#FF0000;font-size:18px;">[b]«Cisco» Azərbaycanda iri layihələr həyata keçirmək niyyətindədir[b]</span>
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. İnformasiya texnologiyaları sahəsində dünya liderlərindən olan «Cisco» şirkəti Azərbaycanda sistemli şəkildə iri layihələr həyata keçirmək niyyətindədir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «Cisco» şirkətinin Şərqi Avropa bölməsinin rəhbəri Kaan Terzioğlu bildirib. K.Terzioğlunun sözlərinə görə, prioritet sahələrdən biri dövlət sektorudur: «Biz Azərbaycanın dövlət strukturları ilə birgə müxtəlif layihələr həyata keçirmək fikrindəyik».Həmçinin, «Cisco» ölkədə bank, telekommunikasiya, təhsil və digər sahələrdə yeni texnologiyaları tətbiq etməyi planlaşdırır. Bundan əlavə, «Cisco» Azərbaycanda NGN layihəsinin həyata keçirilməsində kömək etməyə hazırdır. K.Terzioğlunun fikrincə, «Cisco» şirkəti bu istiqamətdə öz böyük təcrübəsi və müasir texnologiyaları ilə Azərbaycan üçün önəmli tərəfdaş ola bilər.K.Terzioğlu həmçinin qeyd edib ki, «Cisco» Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialını gücləndirmək üçün Şəbəkə Akademiyalarının sayını artırmaq, tədris proqramlarını genişləndirməyi planlaşdırır: «Texnologiyalar sahəsində məlumatlandırmanı gücləndirmək üçün yaxın müddət ərzində «Cisco» bir neçə maraqlı tədbir təşkil etmək niyyətindədir». Qeyd edək ki, Azərbaycan «Cisco» şirkətinin Şərqi Avropa bölməsinə daxil edilib. Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya kimi regionları əhatə edən bu bölməyə 19 ölkə daxildir. -
09-17-2008, 04:50 PMAPAAzərbaycan Pekin Paralimpiadasını 38-ci pillədə başa vurdu
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan Pekin Paralimpiadasını 38-ci pillədə başa vurdu[b]</span>
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Çinin paytaxtı Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarına bu gün yekun vurulub. "APA-SPORT"un məlumatına görə, 11 gün davam etmiş yarışda 148 ölkədən 4200-dən çox idmançı 20 növdə 472 dəst medal uğrunda mübarizə aparıb.Paralimpiadada Azərbaycanın şərəfini 18 idmançı qoruyub. Pekinə 7 cüdo, 7 atlet, 3 pauerliftinqçi və 1 güllə atıcısı ilə yollanan yığmamız Vətənə 10 medalla dönür. Həmvətənlərimiz 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüblər. Maraqlıdır ki, yay paralimpiya oyunlarında yalnız cüdoçularımız və atletlərimiz fəxri kürsüyə yüksəliblər.Cüdoçular İlham Zəkiyev (+100 kq) qızıl, Kərim Sərdarovla (100 kq) Tofiq Məmmədov (90 kq) gümüş, Ramin İbrahimov (60 kq) isə bürünc mükafata sahib çıxıb. Atletlərimizdən ən yüksək nəticəni nüvə itələmə yarışında bütün rəqiblərini geridə qoyan Oluxan Musayev göstərib. Zeyniddin Bilalov (üçtəkanla tullanma) 2-ci, Oleq Panyutin (hündürlüyə tullanma), Vladimir Zayets (üçtəkanla tullanma), Vüqar Mehdiyev (200 m məsafəyə qaçış), eləcə də Rza Osmanov (400 m məsafəyə qaçış) 3-cü pillədə qərarlaşıb.Azərbaycan yığması medalların əyarına əsasən, 38-ci yeri tutub. Medalların kəmiyyətinə görə isə 32-ci sırada qalmışıq. Bu, 4 il öncə Afinada keçirilmiş analoji yarışın nəticələrindən yüksəkdir. Yunanıstan paytaxtında 11 idmançımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışdı. XII Afina Paralimpiadasında Azərbaycan medal qazanan ölkələrin siyahısında 136 kollektiv arasında 45-ci yerlə kifayətlənmişdi.Pekin Yay Paralimpiya Oyunlarında Çin komandası 1-ci yeri tutub - 211 medal (89 qızıl, 70 gümüş, 52 bürünc). Meydan sahiblərinin ən yaxın izləyicisi Böyük Britaniya bundan təxminən iki dəfə zəif çıxış edib. "Dumanlı Albion" təmsilçiləri 42 qızıl, 29 gümüş, 31 bürünc medala yiyələniblər. ABŞ yığması isə ilk "üçlüy"ü tamamlayıb (36 qızıl, 35 gümüş, 28 bürünc). Qeyd edək ki, Pekin Paralimpiadasının qalibləri göstərdikləri nəticələrə müvafiq olaraq, dövlət tərəfindən mükafatlandırılacaqlar. Qızıl medalçıya 200 min, ikinci yerin sahibinə 100 min, bürünc mükafatçıya isə 50 min manat pul təqdim olunacaq. -
09-17-2008, 05:00 PMAPAQüdrət Həsənquliyev: "Respublikanın adı dəyişdirilməlidir"
<span style="color:#FF0000;font-size:18px;">[b]Qüdrət Həsənquliyev: "Respublikanın adı dəyişdirilməlidir"[b]</span>
"Bu seçkinin favoriti İlham Əliyevdir"Bakı. Ramil Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev APA-ya müsahibəsi
[- Seçki platformanız hazırdırmı? - Bəli, artıq platforma hazırdır. Yaxın günlərdə mətbuatda tam olaraq açıqlanacaq. - Bildiyimizə görə, Siz platformanızda Azərbaycanın adının dəyişdirilməsini təklif etmisiniz... - Platformamızda ölkənin adının dəyişdirilməsi ilə bağlı məsələnin qoyulması partiyanın strateji hədəflərindən qaynaqlanır. Bizim hədəfimiz Azərbaycanın bütövlüyüdür. Partiyanın Nizamnaməsində də bu öz əksini tapıb. Həm də bu tarixi həqiqətdir. Hesab edirik ki, Azərbaycanın adı dəyişdirilərək, Şimali Azərbaycan olmalıdır. Bununla biz həm də dünyaya bu ölkənin parçalandığı mesajını veririk. Məhz platformamız bununla başlayır.- Bəs İranın bu məsələ ilə bağlı reaksiyasını nəzərə almısınız? - Hər dövlət öz adını seçməkdə müstəqildir. Hətta İranın özündə belə Şərqi və Qərbi Azərbaycan əyalətləri var. - Bu günlərdə Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşov Bakıda 500 minə yaxın qanunsuz tikilinin olduğunu deyib. Bu, indi əhalini maraqlandıran əsas məsələlərdəndir. Siz platformanızda buna toxunmusunuzmu? - Paytaxtdakı qanunsuz tikililərlə bağlı bizim platformada xüsusi bölmə var. Hesab edirəm ki, Bakı və paytaxt ətrafındakı qanunsuz tikililər rəsmiləşdirilməlidir. O tikililər ki, kommunikasiya xətlərinin təhlükəsizlik zolağının üzərinə və ya yaxınlığına düşür, bununla bağlı əlavə tədbirlər görülməlidir. İlk növbədə tikililərə toxunmadan kommunikasiya xətlərinin yeri dəyişdirilməlidir. Əgər bu texniki baxımdan mümkün deyilsə, o zaman həmin evlərin sahiblərinə əlavə kompensasiya ayrılacaq və torpaqla təmin olunacaq. Bu torpaqlar isə Bakının ətraflarında istifadə olunmayan, yararsız neft buruqlarının olduğu ərazilər hesabına verilməlidir. Bu torpaqlar sahələri təmizləndikdən sonra ilk növbədə şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə və hərbiçilərə də güzəştli şərtlərlə veriləcək.Standartlara cavab verməyən evlər də paytaxtda çoxluq təşkil edir. Bunun üçün dövlət xüsusi müsabiqələr elan edəcək və həmin qəsəbələrin yerində yaşayış massivlərinin salınması üçün iş adamlarına kredit veriləcək. Bizim platformada Bakı Böyük şəhər Bələdiyyəsini yaradılmasını da nəzərdə tutmuşuq. Şəhərin içərisində xaotik qəsəbələrin yeni evlərlə əvəz olunması üçün dövlət bir manat xərcləmədən bu məsələni həll edə bilər. - Müsahibələrinizdə narazı elektoratın sizə səs verəcəyini demisiniz. Niyə belə əminsiniz ki? - Bu qənaətə gəlməyimizin səbəbi var. Birincisi, seçicilər partiya rəhbərlərinin və ya prezidentliyə namizədlərin keçdikləri yolu təhlil etsələr, hansı siyasətçinin daha uzaqgörən və doğru qərarlar qəbul etdiyini özləri görə biləcəklər. Biz hələ 2000-ci ildən deyirik ki, Azərbaycanda normal iqtidar-müxalifət münasibətləri yaranmalıdır. O zaman çoxları buna görə, bizi kəskin tənqid edirdi, radikallığa üstünlük verirdi . Amma zaman keçdi, həmin partiyaların da, bu fikirdə olanların da indiki mövqeyi göz qabağındadır. İctimaiyyət də hər şeyi bilir. Bu bizim ən böyük üstünlüyümüzdür. Biz heç vaxt reallığı əks etdirməyən, ciddi hesablanmayan şüarlarla çıxış etməmişik və xalqı meydanlara çağırmamışıq. Həmçinin uğursuzluqdan sonra 180 dərəcə mövqeyimizi dəyişib, ekranlardan başqa sözlər söyləməmişik. Kiçik bir təzyiq qarşısında 180 dərəcə mövqeyini dəyişən adam dövlət başçısı olsa, Azərbaycana edilən xarici təzyiqin qarşısında necə dayana biləcək? Bu baxımdan düşünürük ki, yolumuz doğrudur. Ən azı digərlərindən 5-8 il öncə proseslərin hansı istiqamətdə getdiyinin fərqində olmuşuq. Bizim siyasətin artıq müəyyən nəticələri var. - Konstitusiyada müəyyən islahatların vacibliyini də vurğulayırsınız?- BAXCP-nin milli proqramı var. Həmin proqramda 2010-cu ilin parlament seçkisinə qədər milli etimad hökumətinin yaradılması nəzərdə tutulub. Konstitusiyada islahatlarla bağlı da burda xüsusin bəhs edilib. Proqramda parlamentin səlahiyyətlərinin artırılması, hökumətin parlament seçkisində qalib gələn partiya tərəfindən formalaşdırılması, Azərbaycanda məhkəmə hakimiyyətində "Andlı iclaslar" institutunun tətbiq olunması kimi məsələlər öz əksini tapıb. Platformamızda regionların inkişafı üçün bölgələrdə yaradılacaq istehsal müəssisələrinin 2 il tamamilə vergidən azad olunması, sonrakı mərhələ də isə şəhərdəki müəssisənin ödədiyinin üçdə biri qədər vergi ödəməsi nəzərdə tutulub. Hərbi xərclərin hesabına peşəkar ordu qurulacaq. Büdcədən hərbi xərclər 11 faizdən 25 faizə qədər qaldırılacaq.Hərbi sənayenin gücləndirilməsi və ordu quruculuğu məsələsi, təbi ki, bunların hamısından əvvəl də Dağlıq Qarabağ problemi ilə bağlı platformada konkret həll yolları əksini tapıb. - Beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq seçki missiyaları ilə görüşünüz olurmu? - Bəli, dünən Andres Herkellə görüşdüm. Amma bu görüş bizim təşəbbüsümüzlə oldu. İki gün öncə partiyamızın seçki qərargahı Andres Herkelin Bakıda keçirəcəyi görüşlərlə maraqlanıb. Bəlli olub ki, Avropa Şurasının Bakı ofisində namizədlərin siyahısını Herkelə təqdim ediblər, amma mənim adım yoxdur. Bu iradımı Herkelə çatdırdım. Təəssüf ki, bu cür təşkilatlarda işləyən vətəndaşlarımız konkret öz siyasi maraqlarından çıxış edir. Görüşdə seçkiqabağı şəraitdən danışdım. Televiziyalarda seçki təbliğatı üçün qiymətlərin yüksək olmasını, MSK-nın tam tərkibdə formalaşdırılmaması ilə bağlı narazılıqlarımı diqqətinə çatdırdım. Daha sonra efir vaxtının fantastik qiymətə olmasından narazılığımı ifadə etdim. Bir televiziya efir vaxtının saniyəsini 99 manat müəyyənləşdirib. Bunun 1 dəqiqəsi 6 min manat, 5 dəqiqəsi isə 30 min manat edir. Bu yüksək yox, fantastik qiymətdir. Kommersiya marağı başa düşüləndir. Bəs, vətəndaşlıq mövqeyi harada qaldı? Dövlət televiziyası isə qeydə alınan namizədlərin belə adını çəkmir.- Seçkidə imkanlarınızı necə dəyərləndirirsiniz?- Bu günə qədər söylədiyim fikri yenə də təkrarlayıram. Bu seçkinin favoriti İlham Əliyevdir. Bu məsələdə qeyri-səmimi olub, yalan danışmağa dəyməz. Mən İlham Əliyevin də, özümün də imkanlarımı bilirəm. Ona görə də bəzilərinin etdiyi kimi komandamın başının altına yastıq qoymaq istəmirəm. Mən 2003-cü ildə İsa Qəmbəri dəstəkləyənlərin etdiyini təkrarlaya bilmərəm. Onu dəstəkləyənlər və vəkili kimi çıxış edənlər İlham Əliyevin hakimiyyəti üçün 1 il vaxt qoymuşdular, onun ölkədən gedəcəyini deyirdilər. Amma o sözü deyənlərin 90 faizi Azərbaycandan qaçdı. Rəqibi qiymətləndirmək lazımdır. Biz qələbə uğrunda mübarizə aparacağıq, amma alternativimizin güclü olduğunu və indidən seçkinin favoriti olduğunu da bilirik. Ölkədə demokratik institutların möhkəmlənməsi, demokratik vərdişlərin cəmiyyətə aşılanması və çoxpartiyalı sistemin oturuşması üçün bizim seçkiyə qatılıb, mübarizə aparmağımıza ehtiyac var. -
09-17-2008, 05:10 PMAPA"GEN" MMC-nin beynəlxalq axtarışda olan məsul əməkdaşı həbs edilib
<span style="color:#FF0000;font-size:18px;">[b]"GEN" MMC-nin beynəlxalq axtarışda olan məsul əməkdaşı həbs edilib[b]</span>
[Bakı. Hafiz Heydərov-APA. "GEN" MMC-nin daha bir əməkdaşı həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, saxlanılan şəxs beynəlxalq axtarışda olan, "GEN" MMC-nin məsul əməkdaşı, Rusiya vətəndaşı olan Elbrus Hacıyevdir. E. Hacıyevin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlandığı bildirilib. Qeyd edək ki, dünən "GEN" MMC-nin iki əməkdaşı həbs edilib. Hazırda şirkətin 8 əməkdaşı həbsdədir. Qeyd edək ki, "GEN" MMC şirkətinin rəhbəri Elbrus Əliyev və şirkətin saxlanılan əməkdaşları vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. -
09-17-2008, 05:30 PMAPAAzərbaycanda banklar vasitəsilə ödəmə sənədlərinin elektron mübadiləsi aparılacaq
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanda banklar vasitəsilə ödəmə sənədlərinin elektron mübadiləsi aparılacaq[b]</span>
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Vergilər Nazirliyi təyinatlı ödəmə sənədlərinin elektron reyestrlər üzrə mübadiləsinin təşkili ilə bağlı ölkədə fəaliyyət göstərən bir sıra kommersiya bankları ilə müzakirələr aparır. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən məlumat verilib.Hazırda bu istiqamətdə «UniBank», «Bank of Baku» və «Azərbaycan Kredit Bankı» ilə müvafiq iş aparılır. Yaxın vaxtlarda bu banklar vasitəsi ilə elektron mübadilənin təşkili planlaşdırılır.Qeyd edək ki, hazırda analoji proseslər «Azərdəmiryolbank» və «Texnikabank»la həyata keçirilir. Cari ilin yanvar ayından indiyədək respublika üzrə 1 659 borclu vergi ödəyicisinin banklarda olan 7 634 hesabına sərəncamlar elektron formada verilib. Vergi öhdəliyini yerinə yetirmiş 1 050 vergi ödəyicisinin 2 285 bank hesabından sərəncamlar geri götürülüb.Bu sistemdə sərəncamlar Avtomatlaşdırılmış Vergilər İnformasiya Sistemi (AVİS) tərəfindən hazırlandıqdan sonra elektron formada bank hesablarına göndərilir. Vergi orqanları bununla da sərəncamların bank və filialları tərəfindən icrasına birbaşa nəzarət edə bilir. -
09-17-2008, 05:40 PMAPAYuliya Timoşenko: "Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenko məsuliyyət daşıyır"
<span style="color:#FF0000;font-size:18px;">[b]Yuliya Timoşenko: "Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenko məsuliyyət daşıyır"[b]</span>
[Kiyev - APA. Ukraynanın baş naziri Yuliya Timoşenko Rusiya ilə münasibətlərin pisləşməsinə görə şəxsən prezident Viktor Yuşşenkonun məsuliyyət daşıdığını bildirib. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Y. Timoşenko keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə azad ticarət rejimini məhdudlaşdırmaq və ya ləğv etmək niyyəti ilə bağlı suala cavabında deyib: "Ukraynaya qarşı bütün bu cür radikal qərarlara görə məsuliyyət şəxsən prezident Viktor Yuşşenkonun üzərinə düşür. Hansısa ölkələrə qarşı informasiya müharibələri elan edilirsə və həmin ölkələr alçaldılırsa, sözsüz ki, Ukrayna cavab zərbəsi alır. Ona görə də Rusiya ilə Ukrayna arasında baş verəcək bütün pis hadisələrə görə şəxsən Ukrayna prezidenti Viktor Yuşşenko məsuliyyət daşıyacaq". Y. Timoşenko Ukraynanın milli maraqlarına uyğun balanslaşdırılmış siyasət aparmağın vacibliyini vurğulayıb. -
09-17-2008, 05:50 PMAPABu gün BBVB-nin valyuta bölməsində 390 min dollarlıq əqd bağlanıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Bu gün BBVB-nin valyuta bölməsində 390 min dollarlıq əqd bağlanıb[b]</span>
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8114 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8114 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 317 460 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 390 min dollar və ya 317 460 AZN təşkil edib. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,86%, ABŞ dolları üzrə isə illik 17,86% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 1 mln. dollar və 5,2 mln. dollar, müddətləri 30 və 90 gün, faiz dərəcələri isə 16,00% təşkil edən əqdlər qeydə alınıb. -
09-17-2008, 06:00 PMAPAAzərbaycana daxil olan transferlərin 94%-ni fiziki şəxslərə pul köçürmələri təşkil edir
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycana daxil olan transferlərin 94%-ni fiziki şəxslərə pul köçürmələri təşkil edir[b]</span>
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın 2008-ci ilin yanvar-iyun aylarına aid tədiyyə balansında əks olunmuş cari transferlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 899,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-ECONOMICS»ə verilən məlumata görə, bu məbləğin 77,7%-ni ölkəyə daxilolmaların payına düşüb. Bütövlükdə, ölkəyə daxilolmalar 698,65 mln. dollar, ölkədən transferlər isə 200,95 mln. dollar təşkil edib. Beləliklə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2007-ci ilin müvafiq dövrünə nisbətən 21,7% artaraq 497,7 mln. dollara çatıb.AMB-dən bildirilib ki, hesabat dövründə xarici ölkələrdən daxil olan pul köçürmələri, humanitar mallar, texniki və digər yardımların ümumi dəyəri isə 2007-ci ilin ilk yarısına nisbətən 26,5% artaraq 698,7 mln. dollara bərabər olub. Bu daxilolmaların 93,6%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul köçürmələri, 2,5%-ni humanitar idxal malları, 3,9%-ni isə digər daxilolmalar təşkil edib. -
09-17-2008, 06:10 PMAPADima Bilanın sürücülük vəsiqəsi alınıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Dima Bilanın sürücülük vəsiqəsi alınıb[b]</span>
[Bakı. Ülkər Qasımova - APA. Yol hərəkəti qaydalarını pozduğu üçün "Eurovision-2008" mahnı yarışmasının qalibi Dima Bilanın sürücülük vəsiqəsi əlindən alınıb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, öz "Hummer"i ilə Moskva şəhərinin Leninqrad prospektində hərəkət edən D. Bilan milis əməkdaşları tərəfindən saxlanılıb. Müğənni milislərə kobud cavab verdiyinə görə onun haqqında inzibati protokol tərtib edilib. Milis işçiləri D. Bilanın vəsiqəsini alaraq əvəzində müvəqqəti vəsiqə veriblər. Sənətçi 4 aydan 6 aya qədər avtomobil idarə etməmək cəzası alıb və materiallar məhkəməyə göndərilib. -
09-17-2008, 06:20 PMAPAAzərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair növbəti görüş sabah keçiriləcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyasına dair növbəti görüş sabah keçiriləcək[b]</span>
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan və Rusiya delimitasiya komissiyası ekspertlərinin dövlət sərhədinin Samur çayı hissəsinin bölünməsi üzrə növbəti görüşü sentyabrın 18-19-da Mahaçqalada keçiriləcək. APA-nın məlumatına görə, ekspertlər sərhədin çaydan keçən hissəsinin müəyyənləşdirilməsinə dair məsələləri müzakirə edəcəklər. Azərbaycan çayın tən yarı bölünməsini istəsə də, Rusiya tərəfi çayın 90 faizinin Rusiya ərazisində formalaşdığını nəzərə alaraq bu təklifi qəbul etmir. -
09-17-2008, 06:30 PMAPAYAP prezident seçkiləri ilə bağlı ilk təbliğat-təşviqat mitinqini keçirib
<span style="color:#FF0000;font-size:18px;">[b]YAP prezident seçkiləri ilə bağlı ilk təbliğat-təşviqat mitinqini keçirib[b]</span>
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkiləri ilə bağlı ilk təbliğat-təşviqat mitinqini keçirib. APA-nın məlumatına görə, mitinq Səbayel rayonu 20-ci sahədə, Bibiheybətdə yerləşən stadionda baş tutub. Aksiyada çıxış edən YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov deyib ki, bununla partiyanın prezidentliyə namizədi İlham Əliyevin təbliğat kampaniyasına start verilib. Ə. Əhmədov uğurla başlanan kampaniyanı uğurla da başa çatacağını deyib. O, deyib ki, bu, xalqın İlham Əliyevə, İlham Əliyevin xalqa olan inamı ilə bağlıdır. Müxalifətin bir zamanlar meydan axtarışında olduğunu qeyd edən Ə. Əhmədov "müxalifətə bu meydan təklif olunub, onlar buranı bəyənmədilər, bu axtarışlar nəticəsində indi meydansız qalıblar" söyləyib. Mitinqə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev də qatılıb.Aksiya konsert proqramı ilə davam etdirilir. -
09-17-2008, 06:40 PMAPATürkiyə və Ermənistan diplomatları arasında danışıqların növbəti mərhələsi başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Türkiyə və Ermənistan diplomatları arasında danışıqların növbəti mərhələsi başlayıb[b]</span>
Bern - APA. İsveçrədə Türkiyə və Ermənistan diplomatları arasında danışıqların növbəti mərhələsi başlayıb. APA-nın məlumatına görə, bu barədə "Turkish Daily News" qəzeti xəbər yayıb.
[Qəzet yazıb ki, Bern şəhərində aparılan danışıqlarda Türkiyəni Xarici İşlər Nazirliyi aparatının rəhbəri Ərtoğrul Apakan və onun müavini Ünal Çeviköz təmsil edir. Diplomatlar iki ölkə arasındakı problemlərlə yanaşı, sentyabrın sonunda Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşlə bağlı məsələni də müzakirə edirlər. Müzakirələr uğurlu alınarsa, tərəflər xoş niyyət bəyannaməsi imzalaya bilər. Bəyannamənin Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşündə elan edilməsi nəzərdə tutulur. Diplomatik mənbələrin bildirdiyinə görə, Ermənistan 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaradılması barədə Türkiyənin təklifinə razılıq vermək üzrədir. Xatırladaq ki, bu ilin may və iyul aylarında da İsveçrədə Türkiyə və Ermənistan diplomatlarının qapalı görüşləri keçirilib. -
09-17-2008, 07:00 PMAPAAzərbaycanın «Atrabank»ı ilə «BankworldInc» təşkilatı arasında anlaşma memorandumu imzalanıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın «Atrabank»ı ilə «BankworldInc» təşkilatı arasında anlaşma memorandumu imzalanıb[b]</span>
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda «BankworldInc» təşkilatı ilə Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) arasında ölkədə kiçik və orta sahibkarlığa davamlı maliyyə vasitəçiliyi xidmətlərinin gücləndirilməsi və bankın inkişafına dəstək məqsədi anlaşma memorandumu imzalanıb. «APA-ECONOMICS»n məlumatına görə, memorandum «BankworldInc» təşkilatının prezidenti Barat Barqava və «AtraBank» SKB-nin İdarə Heyətinin sədri Elmixan Nəbiyev tərəfindən imzalanıb. Memoranduma əsasən, «BankworldInc» təşkilatı əməkdaşlıq çərçivəsində ən yaxşı beynəlxalq təcrübədən istifadə edəcək. Bu qlobal və təcrübəyə kiçik və orta biznesə aid olan xidmətlərin və metodologiyanın qiymətləndirilməsi sahəsində kredit mütəxəssislərinin təlimi, mövcud proqramların keyfiyyəti, kreditlərin tənzimlənməsi və risklərin idarəedilmə prosesləri, yerli bank depozitlərinin cəlb edilməsi, məhsulların inkişafı və yeni əməliyyat imkanları, səmərəli maliyyə hesabatlılığı və təhlil vasitələrinin yaradılmasında rəhbərliyin məlumatlandırma sistemlərinin istifadəsi daxildir. Qeyd edək ki, layihəyə maliyyə vəsaiti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrılıb. USAİD-in bu proqramı üzrə Maliyyə Sektorunun Stabilliyi Proqramı üzrə 5 yerli bank («AtraBank», «Muğan Bank», «NBCBank», «Azərdəmiryolbank» və «Royal Bank of Baku») seçilib ki, bunlara ümumilikdə 1 mln. ABŞ dolları həcmində qrant ayrılacaq. Bunun 250 min dolları «AtraBank» üçün nəzərdə tulub. Layihənin müddəti 1 ildir.Xatırladaq ki «Atrabank» SKB 1992-ci ildə yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 32,192 mln. manat, kredit portfeli 23,755 mln. manat, depozit portfeli 4,121 mln. manat, məcmu kapitalı 11,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı, 10 bankomatı və 32 POS-terminalı fəaliyyət göstərir. -
09-17-2008, 07:20 PMAPALənkəranda 11-ci sinif şagirdi sinif yoldaşı olan qızı qətlə yetirib
<span style="color:#FF0000;font-size:18px;">[b]Lənkəranda 11-ci sinif şagirdi sinif yoldaşı olan qızı qətlə yetirib[b]</span>
Lənkəran-Ağəddin Babayev-APA. Bu gün Lənkəran şəhərindəki 10 saylı orta məktəbin 11-ci sinif şagirdi 1992-ci il təvəllüdlü Toğrul Valeh oğlu Məmmədov sinif yoldaşı Xəyalə Fəda qızı İmanovanı qətlə yetirib.
[APA-nın Cənub bürosunun xəbərinə görə, T. Məmmədov saat 14.00 radələrində X. İmanovaya bıçaqla zərbələr endirib. Qarın nahiyəsindən kəsilmiş, deşilmiş yaralanan X. İmanova Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Üzərində cərrahiyyə əməliyyatı aparılsa da, X. İmanovanın həyatını xilas etmək mümkün olmayıb. T. Məmmədov saxlanılıb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi başlanıb. İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib. -
09-17-2008, 07:30 PMAPAHeydər Əliyev Fondu "Üzeyir Dünyası" və "Muğam ensiklopediyası" layihələrinin təqdimatını keçirib
<span style="color:#FF0000;font-size:18px;">[b]Heydər Əliyev Fondu "Üzeyir Dünyası" və "Muğam ensiklopediyası" layihələrinin təqdimatını keçirib[b]</span>
Bakı. Laçın Sultanova - APA. Bu gün Heydər Əliyev Fondu "Üzeyir Dünyası" və "Muğam ensiklopediyası" layihələrinin təqdimatını keçirib. APA-nın xəbərinə görə, tədbirdə Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva çıxış edib. Üzeyir Hacıbəyovun muğama yeni həyat verdiyini bildirən M. Əliyeva dahi bəstəkarın muğam operası adlı yeni məktəb yaratdığını qeyd edib. Millət vəkili Üzeyir bəyin təkcə bəstəkar yox, ictimai xadim, pedaqoq, maarifçi, publisist kimi də böyük xidmətlərinin olduğunu vurğulayıb: "Onun "Leyli və Məcnun" operası müsəlman Şərqində yazılan ilk opera olub, "Koroğlu" operası Azərbaycan musiqi tarixində yeni səhifə açıb". Millət vəkili onu da əlavə edib ki, Ü. Hacıbəyovun ən böyük xidmətlərindən biri də milli bəstəkarlıq məktəbi və musiqi təhsili yaratmasıdır. Sabah Üzeyir bəyin ad gününün qeyd olunacağını bildirən M. Əliyevanın fikrincə, onun böyüklüyü hər zaman xalq musiqisinin zirvəsi hesab olunan muğamdan istifadə etməsidir. M. Əliyeva "Leyli və Məcnun" operasının 100 illiyinin UNESCO tərəfindən təntənəli qeyd olunduğunu, "Üzeyir Dünyası" layihəsinin bəstəkarın yaradıcılıq irsini bütün dünyada daha yaxşı tanıtmağa xidmət etdiyini vurğulayıb. "Muğam ensiklopediyası" layihəsi barədə danışan M. Əliyeva ensiklopediyanın 2 cilddən ibarət olduğunu deyib. Ensiklopediyanın 1-ci cildində muğam haqqında məlumat, 2-ci cilddə isə 125 disk toplanıb. Həmin disklərdə 20-ci əsrin əvvəllərindən başlayaraq bir qədər əvvəl keçirilən 2-ci Muğam Müsabiqəsinin iştirakçılarına qədər muğam ifaçılarının ifaları daxil edilib. Muğamın tək Azərbaycanın deyil, artıq bütün dünyanın sərvəti olduğunu qeyd edən M. Əliyeva 2 cildliyin çoxcildliyə çevrilməsini arzu edib. Millət vəkili Bakıda tikilən Muğam Mərkəzinin yaxın vaxtlarda açılışının olacağını da bildirib. Təqdimat mərasimində muğam ifaçıları və bəstəkarlar iştirak edib. -
09-17-2008, 07:40 PMAPAAzərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib[b]</span>
[Bakı-APA. Prezident İlham Əliyev sentyabrın 17-də qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Diplomatları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən dövlət başçısı təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına da bu münasibətlə onun xoş arzularını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev Azərbaycan xalqının bu müqəddəs bayramı həmişə qeyd etdiyini, ölkə müstəqilliyini bərpa etdikdən sonra isə onun rəsmi şəkildə qeyd olunmağa başladığını bildirib. Müstəqil Azərbaycanın bütün dövlətlərlə, o cümlədən müsəlman ölkələri ilə də diplomatik münasibətlər qurduğunu, bu münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib. İslam Konfransı Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıqdan bəhs edən dövlət başçısı İslam həmrəyliyinin daha da güclənməsinin vacibliyini söyləyib.Azərbaycanın uğurlu inkişafından söhbət açan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. O bildirib ki, Azərbaycan uzun illərdir bu məsələnin danışıqlar yolu ilə həllinə çalışsa da, hələlik heç bir nəticə yoxdur: "Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, işğal olunmuş torpaqlar azad edilməlidir". İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl Azərbaycan prezidentini səfirlər adından qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O, Azərbaycanın bütün Qafqazın iqtisadi və mədəni mərkəzinə çevrilməsinin şahidi olduqlarını vurğulayaraq deyib ki, ölkədə güclü iqtisadi inkişafa gətirib çıxaran uğurlu siyasət aparılır. Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik Qafqaz regionunda onun əhəmiyyətini artırır: "Azərbaycan bu gün müxtəlif dinləri təmsil edən insanların rahat yaşadığı tolerant ölkədir. Müsəlman dövlətləri hər zaman hər yerdə Azərbaycanı dəstəkləyir. Bütün müsəlman ölkələri Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır". -
09-17-2008, 07:50 PMAPARamil Usubov AŞ PA-nın seçkiöncəsi missiyasının üzvlərini qəbul edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Ramil Usubov AŞ PA-nın seçkiöncəsi missiyasının üzvlərini qəbul edib[b]</span>
[Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyasının ( AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edən seçkiöncəsi missiyasının üzvlərini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətinə prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, polisin üzərinə düşən vəzifələr barədə məlumat verib. Nazir qeyd edib ki, polis əməkdaşlarının maarifləndirilməsi işi diqqət mərkəzindədir. O, polis işçilərinin professional hazırlıq səviyyəsinin daha da artırılması məqsədilə 100-dən çox seminar, treninq və təlim kursları keçirildiyini deyib. Daxili işlər naziri diqqətə çatdırıb ki, prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb. R. Usubov seçki ərəfəsində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən işlərlə də bağlı qonaqlara məlumat verib. -
09-17-2008, 08:00 PMAPAAzərbaycanın bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SİYAHI
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SİYAHI[b]</span>
[Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, Ağayev Faiq Balağa oğlu, Babayev Rəhim Sadıx oğlu, Dadaşova Brilliant Süleyman qızı, Dostəliyeva Nazpəri Əhməd Əli qızı, Xanbabayeva Zülfiyyə Güloğlan qızı, Kazımova Aygün Ələsgər qızı, Qasımova Nisə Fətulla qızı, Quliyeva Zəhraxanım Teymur qızı, Məmmədov Əzizağa Seyfəddin oğlu, Paşayev Ağaverdi Ağa Əli oğlu, Vəzirov Kamil Səfərəli oğluna "Azərbaycan Respublikasının xalq artisti", Əfəndiyeva İmruz Məmmədsadıx qızı, Əliyeva Dilarə Asif qızı, Kərimov Fəxrəddin Nuri oğlu, Quliyev İbrahim Hacıbaba oğlu, Məmmədov Tariyel Aydın oğlu, Umudov Məmmədağa Məmmədəli oğluna "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", Abdullayev Eldar Nağı oğlu, Bağırov Viktor Cəmiloviç, Eyvazov Yasəf Alxas oğlu, Əliyarova Nərgiz Ramiz qızı, Əliyev Bəhrəm Babaxan oğlu, Əliyev Emin Eldar oğlu, Hacıyev İlqar Xəlil oğlu, Haşımova Aybəniz Həsən qızı, Həmidov İsmayıl Əziz oğlu, Hüseynli Anar Vaqif oğlu, Hüseynli Sevinc Qəhrəman qızı, Hüseynov Rafiq Hüseyn oğlu, İbrahimova Sevinc Süleyman qızı, İsmayılov Vilayət Hidayət oğlu, İsmayılova Məlahət Rövşən qızı, Qəniyev Toğrul Sərvər oğlu, Məmmədov Mahir Məmməd oğlu, Mixaylenko Aleksandr Dmitriyeviç, Mirzəyev Vaqif Həsənağa oğlu, Mövlamova Fərqanə Alim qızı, Rzaquliyev Şirbət Hikmətoviç, Sevdiyeva Bəsti Sevdiyar qızı, Səmədov Samir Səməd oğlu, Şahbazov Tofiq Atababa oğluna "Azərbaycan Respublikasının əməkdar artisti", Babayev Kamal İlyas oğlu, Əsədov Fazil Mustafa oğlu, Heydərov Vidadi Əkbər oğlu, Quliyev Əli Abuzər oğlu, Quliyeva Ulduz Əsgər qızı, Niftalıyev Əlixan Abbasqulu oğlu, Pənahov Səyyad Məşədi oğlu, Rzayev Əbülfəz Sevindik oğluna isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilib.
