[b]Hadı Rəcəbli: «Dünya bazarında neftin ucuzlaşmasının məqsədi Rusiya, İran və digər ölkələri cəzalandırmaqdır»[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsinin əsas prioritetləri yenə də sosial məsələlər olacaq. «APA-ECONOMICS»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, investisiya tutumlu olacaq gələn ilki büdcənin təxminən 5 mlrd. manatı investisiya məqsədlərinə, 30%-dən çox hissəsi birbaşa sosial məsələlərin həllinə yönəldiləcək. MM üzvü qeyd edib ki, əvvəllər büdcənin 60%-i sosial sahəyə ayrılırdı. Hazırda bu nisbətin iki dəfə azalmasına baxmayaraq, ayrılan vəsaitin real həcmi 4-10 dəfə artıb.Neftin dünya bazarında qiymətinin ucuzlaşmasının Azərbaycanın növbəti il üçün dövlət büdcəsinə təsiri ilə bağlı indidən konkret fikir söyləmək istəməyən H.Rəcəbli bildirib ki, bununla bağlı konkret göstəricini büdcə layihəsi müzakirəyə çıxarılan zaman səsləndirmək mümkün olacaq: «Ola bilər ki, təkliflərdə büdcə üçün neftin baza qiyməti 60-70 ABŞ dolları/barel olsun, amma başqa rəqəmin də olması mümkündür. Ümumilikdə, bu gün gedən proseslər neftin son qiyməti deyil. Məlumdur ki, neftin qiyməti bu gün aparılan müəyyən işlər nəticəsində aşağı düşüb. Bunun məqsədi Rusiyanı, İranı və digər ölkələri cəzalandırmaq olub». MM səlahiyyətlisi hesab edir ki, bu ilin sonu və ya gələn ilin əvvəlində dünya bazarında neft bahalaşa bilər: «Neftin qiyməti bəzi iqtisadçılarımızı narahat edir, amma narahatçılığa əsas yoxdur. Neftin qiyməti büdcədə xalqa xidmət edən bir rəqəmlə nəzərə alınacaq».
Azərbaycan Xəbərləri
Printable View

10-30-2008, 05:00 PMAPAHadı Rəcəbli: «Dünya bazarında neftin ucuzlaşmasının məqsədi Rusiya, İran və digər ölkələri cəzalandırmaqdır»

10-30-2008, 05:10 PMAPA62 yaşlı Babək sakini ağacdan yıxılaraq ölüb
[b]62 yaşlı Babək sakini ağacdan yıxılaraq ölüb[b]
[Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu ərazisində bədbəxt hadisə baş verib. APA-nın yerli bürosunun məlumatına görə, rayonun Məzrə kənd sakini, 1946-cı il təvəllüdlü Mustafayev Çərkəz Xələf oğlu həyətlərindəki qoz ağacından meyvə yığmaq istəyərkən yıxılıb. Ç. Mustafayev bel nahiyəsindən, onurğa beynin ciddi zədə alması nəticəsində dünyasını dəyişib. -
10-30-2008, 05:20 PMAPAAvstriyalı manyak anasını 24 il qaranlıq otaqda saxlayıb - FOTO
[b]Avstriyalı manyak anasını 24 il qaranlıq otaqda saxlayıb - FOTO[b]
[Vyana-APA. Öz qızını 24 il anbarda saxlayan avstriyalı manyak Yozef Fritsl psixoloqla söhbət zamanı anasını uzun illər qaranlıq otağa məhkum etdiyini boynuna alıb. APA-nın məlumatına görə, Fritsl bildirib ki, anasını qaranlıq otaqda saxlamaqla ondan çətinliklərlə dolu uşaqlığının qisasını almaq istəyib: "Mən onu evin yuxarı mərtəbəsindəki otağa salıb, qapını bağlamışdım. Pəncərələri kərpiclə hörmüşdüm ki, içəri günəş işığı düşməsin". Qaranlıq otaqda 21 il keçirən qadın ömrünü elə orada başa vurub. Manyak söhbət zamanı anasının dövlət məmuru olduğunu və uşaq vaxtı onu tez-tez döydüyünü bildirib: "Döyülən zaman mən alçalmaq və zəiflikdən başqa heç nə hiss etmirdim. Anam məni heç vaxt öpməyib. Anamın mənim üçün etdiyi yeganə şey bazar günləri kilsəyə aparmaq olub". Qeyd edək ki, 73 yaşlı manyakın məhkəmə prosesi gələn ilin fevralında başlamalıdır. Avstriya polisi Fritsli aprel ayında həbs edib. Manyakın qızı Elizabet polisə ifadəsində atasının onu 11 il ərzində zorladığını bildirib. 24 il qaranlıq anbarda yaşamağa məhkum olmuş qız yeddi uşaq dünyaya gətirib. Onlardan biri doğuşdan bir qədər sonra ölüb. Psixiatriya ekspertizası manyakın bu əməlləri anlaqlı vəziyyətdə törətdiyinə dair rəy verib. -
10-30-2008, 05:30 PMAPAGələn il hibrid «Mercedes» avtomobillərinin istehsalına başlanacaq
[b]Gələn il hibrid «Mercedes» avtomobillərinin istehsalına başlanacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Almaniyanın «Mercedes-Benz» şirkəti 2009-cu il ərzində yeni «ML450» və «S-Class» avtomobillərinin istehsalına başlayacaq. «APA-ECONOMICS»in məlumatına görə, hər iki model hibrid mexanizmlərlə təchiz olunacaq. Yeni «ML450 Hybrid» 256 at gücündə 6 silindrli benzin mühərriklə və iki ədəd elektrik mühərriki ilə (hər biri 54 at gücü) təchiz olunacaq. Bu avtomobil 100 km məsafəyə cəmi 7,7 litr yanacaq işlədəcək. Yeni «S-Class» avtomobili «ML450 Hybrid» kimi təchiz olunacaq. Lakin «S-Class»da cəmi bir ədəd elektrik mühərriki olacaq. «Mercedes-Benz» şirkəti 2010-cu ildə həmin «S-Class» modelini həmçinin dizel mühərriki ilə də təchiz etmək niyyətindədir.Qeyd edək ki, 2010-cu ildə hibrid mexanizminin həmçinin «E-Class» və «C-Class» modellərində quraşdırılması planlaşdırılır. -
10-30-2008, 05:40 PMAPAAzərbaycan Rusiyadan patrul katerləri almağa hazırlaşır
[b]Azərbaycan Rusiyadan patrul katerləri almağa hazırlaşır[b]
[Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın "Almaz" gəmiqayırma şirkəti "Sobol" adlı patrul katerlərinin alqı-satqısına dair Azərbaycanla danışıqlar aparır. APA-nın "Arms TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu şirkətin xüsusi idarəsinin rəisi Vladimir Moxotayev açıqlayıb. O bildirib ki, yaxın vaxtlarda bununla bağlı rəsmi müqavilənin imzalanması nəzərdə tutulur. V. Moxotayev "Sobol" katerlərinə çoxlu sayda ölkələrin maraq göstərdiyini, artıq Xəzər hövzəsi ölkələrindən Türkmənistanla müqavilənin imzalandığını söyləyib. Türkmənistan "Almaz" şirkətinə 2 ədəd sahil-mühafizə kateri sifariş verib və katerlər 2009-cu ilin sentyabrında təhvil veriləcək. Qeyd edək ki, Almaniyanın MTU firmasının mühərrikləri ilə təchiz olunmuş "Sobol"un sürəti saatda 50 uzldır. İlk "Sobol" 2006-cı ildə sınaqdan çıxarılıb. Hazırda zavodun istehsal etdiyi daha 30 kater sınaqdan keçirilir. -
10-30-2008, 05:50 PMAPAAtasını qətlə yetirməkdə təqsirləndirilən İsmayıllı sakini tutulub
[b]Atasını qətlə yetirməkdə təqsirləndirilən İsmayıllı sakini tutulub[b]
[Bakı-APA. Oktyabrın 29-da saat 07.30 radələrində İsmayıllı rayonunun Sulut kənd sakini Həmid Mahmudovun boğularaq qətlə yetirilən meyiti evində tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı H. Mahmudovun oktyabrın 27-də oğlu Qiyas tərəfindən ailə-məişət münaqişəsi zəminində döyülməsi, sonradan boğulması və aldığı xəsarətdən oktyabrın 28-də saat 10.00 radələrində evində ölməsi müəyyən edilib. İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qiyas Mahmudov rayon ərazisində tutulub. -
10-30-2008, 06:00 PMAPABakıda nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini yoxlamaq məqsədi ilə reydlər keçiriləcək
[b]Bakıda nəqliyyat vasitələrinin texniki baxışdan keçməsini yoxlamaq məqsədi ilə reydlər keçiriləcək[b]
[Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında mövcud olan nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün müəyyən edilmiş vaxt sabah başa çatır. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. Qanuna uyğun olaraq paytaxtda olan hər bir nəqliyyat vasitəsinin il ərzində bir dəfə texniki baxışdan keçirilməli olduğunu xatırladan V. Əsədov deyib ki, oktyabrın 31-də nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün ayrılan vaxtın başa çatacaq. Şöbə rəisi onu da bildirib ki, noyabr ayının 1-dən DYP əməkdaşları Bakı şəhərində reydlərə başlayacaqlar. V. Əsədovun sözlərinə görə, aparılan reydlər zamanı paytaxtda hər hansı nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyi aşkar edilərsə, həmin nəqliyyat vasitəsi yol hərəkətindən uzaqlaşdırılacaq, sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. -
10-30-2008, 06:10 PMAPAAnkarada türkdilli dövlətlərin IV Avrasiya konfransı keçiriləcək
[b]Ankarada türkdilli dövlətlərin IV Avrasiya konfransı keçiriləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. 14-17 noyabr tarixlərində Türkiyənin Ankara şəhərində Türkdilli dövlətlərin IV Avrasiya konfransı keçiriləcək. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Adil Qəribov APA-ya bildirilib ki, konfransda nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə dair məsələlər müzakirə olunacaq, məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. -
10-30-2008, 06:20 PMAPAƏli Əhmədov: "Siyasi partiyalar qərargah problemini özləri üçün bina tikməklə həll etməlidir"
[b]Əli Əhmədov: "Siyasi partiyalar qərargah problemini özləri üçün bina tikməklə həll etməlidir"[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov qərargahı olmayan siyasi partiyaların özləri üçün bina tikməsi təklifi ilə çıxış edib. Bəzi siyasilərin hökumətin partiyalar üçün bina və maliyyə vəsaiti ayırması ilə bağlı təklifləri barədə APA-nın sualını cavablandıran Ə. Əhmədovun sözlərinə görə, bu, düzgün yanaşma deyil. Sədr müavini Azərbaycanın demokratik dəyərlər və bazar münasibətlərini özündə ehtiva edən bir mərhələni yaşamaqda olduğunu, ölkədə siyasi partiyaların sayının çox olduğunu bildirib: "Həmin partiyaların da çox böyük bir hissəsi formal, heç bir fəaliyyəti olmayan partiyalardır. İndi bu partiyaların hər biri özünə bina istəyə bilər. Əgər qanun əsasında partiyalara bina verilməsi məsələsi təsbit olunsa, o zaman hər kəs qoltuğuna bir "papka" vurub bina tələb edəcək. Dövlət bu adamların hər birinə binanı haradan versin? Kimsə özünə partiya yarada bilirsə, həqiqi mənada onu dəstəkləyənlər varsa, yığışıb özlərinə bina tiksinlər. Bu, demokratik, azad bazar münasibətləri ilə yaşayan ölkənin siyasi həyatının normal hadisəsi olacaq. Bundan kənarda isə məsələ normallığından çıxacaq. Azərbaycanda 4-5 yox, 50-dən çox partiya var. Hökumət onların hansına bina versin? Bu partiyalar özlərinə bina tikməyi bacaracaqlarsa, deməli partiyadırlar, bacarmırlarsa, özlərini təmin edə bilmirlərsə, deməli onlar partiya deyillər, partiya adından möhtəkirliklə məşğuldurlar". Ə. Əhmədov partiyaların maliyyələşməsinin də həmin partiyaların tərəfdarları tərəfindən həyata keçirilməsini vacib sayıb. -
10-30-2008, 06:30 PMAPABu gün BBVB-nin valyuta bölməsində 2,82 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 2,82 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8085 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8127 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 258 784 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 2 021 200 AZN, manatın orta məzənnəsi 0,8085 AZN/$ təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,82 mln. dollar və ya 2 279 984 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 940 min dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə illik 17,00% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-30-2008, 06:40 PMAPAXaçmazda donuzçuluq fermasında yanğın baş verib
[b]Xaçmazda donuzçuluq fermasında yanğın baş verib[b]
[Xaçmaz. Solmaz Mehdiyeva-APA. Bu gün saat 14.15 radələrində Xaçmaz rayonunun Müqtədir qəsəbəsində yerləşən 1 saylı yardımçı təsərrüfatın donuzçuluq fermasında yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın nəticəsində 10-a yaxın donuz yanaraq məhv olub. Hadisə yerinə Xaçmaz rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin 2 yanğınsöndürən maşını gəlib. Yanğının qonşu təsərrüfatlara və yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. İlkin versiya kimi yanğının elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verdiyi bildirilib. -
10-30-2008, 06:50 PMAPA«Azerfon» şirkəti Azərbaycan ərazisində 21 yeni baza stansiyası quraşdırıb
[b]«Azerfon» şirkəti Azərbaycan ərazisində 21 yeni baza stansiyası quraşdırıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti bu ilin sentyabr ayı ərzində ölkə ərazisində yeni quraşdırdığı 21 baza stansiyasını istifadəyə verib. Şirkətin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, yeni stansiyaların 2-si Abşeron yarımadası, 11-i Bakı şəhəri, 3-ü Dəvəçi, 1-i Gədəbəy, 2-si Xaçmaz, 1-i Şamaxı, 1-i Salyan rayonunda quraşdırılıb. Hazırda mobil operator ölkə ərazisinin 80%-ni mobil rabitə xidməti ilə təmin edir.Qeyd edək ki, «Azerfon» şirkətinə Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci il dekabrı 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də «Nar Mobile» ticarət nişanı ilə başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir. -
10-30-2008, 07:10 PMAPANoyabrın 5-dən sonra Azərbaycan ərazisində yenidən yağışlar yağacaq - AYLIQ PROQNOZ
[b]Noyabrın 5-dən sonra Azərbaycan ərazisində yenidən yağışlar yağacaq - AYLIQ PROQNOZ[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ərazisində noyabr ayının ilk günlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, birinci ongünlüyün ortalarında isə havanın qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, ayın ilk günlərində hava şəraitinin sabit keçməsinə baxmayaraq, ay ərzində orta aylıq temperaturun iqlim normasından 1 dərəcə aşağı olacağı, yağıntıların isə bəzi rayonlarda normadan çox olacağı gözlənilir. Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyünün ikinci yarısında isə orta sutkalıq temperatur 8-10 dərəcə təşkil edəcək ki, bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr havanın temperaturu 6-10, gündüzlər 14-19 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 20-22 dərəcə, ayın sonunda isə 10-12 dərəcəyədək enəcək. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 28-38 mm) bir qədər çox olacaq. Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə isə mənfi 2-5 dərəcəyədək enəcək. Gündüzlər 10-15 dərəcə isti, ayrı-ayrı günlərdə 17-20 dərəcə, ayın sonunda isə 5-9 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 18-28 mm) bir qədər çox olacaq.Yuxarı Qarabağ-Xankəndi, Kəlbəcər, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Üçüncü ongünlüyün ikinci yarısında isə orta sutkalıq temperatur mənfi 1-3 dərəcə təşkil edəcək. Bu da iqlim normasından bir qədər aşağıdır. Gecələr havanın temperaturunun 0-4 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə mənfi 5 dərəcəyədək enəcək. Gündüzlər 8-10 dərəcə isti, ayrı-ayrı günlərində 12-17 dərəcə, ayın sonunda isə 1-5 dərəcə isti olacaq. Yağıntının aylıq miqdarının iqlim normasından (norma 27-34 mm) çox olacağı proqnozlaşdırılır. Qazax-Gəncə, Tərtər, Ağdam-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 8-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-7 dərəcə isti, ayın sonunda temperatur 0 dərəcəyə yaxın olacaq. Gündüzlər temperaturun 11-15 dərəcə isti, ayrı-ayrı günlərdə 17-19 dərəcə, ayın sonunda isə 7-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 15-24 mm) bir qədər çox olacaq. Balakən-Şəki-Zaqatala-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə isə 1-5 dərəcə şaxta olacaq. Gündüzlər temperaturun 8-13, ayın sonunda 4-6 dərəcə isti olacağı gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 29-73 mm) bir qədər çox olacağı proqnozlaşdırılır.Mərkəzi Aran rayonlarında - Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Əli-Bayramı, Sabirabad, Salyan, Neftçalada havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 4-9, ayın sonunda isə 0-3 dərəcə isti olacaq. Gündüzlər temperatur 14-18 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın sonunda isə 9-12 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarı iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq. Masallı-Lənkəran-Astara-Lerik-Yardımlıda havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 4-8, gündüzlər 12-17, üçüncü ongünlükdə 8-11 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 77-170 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir. -
10-30-2008, 07:20 PMAPAAzərbaycanın müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətlərinin bölüşdürülməsinə dair müzakirələr başlayıb
[b]Azərbaycanın müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətlərinin bölüşdürülməsinə dair müzakirələr başlayıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Baş Qərargahın G strukturuna keçidinə dair müzakirələr başlayıb.
[Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müzakirələr NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığı Qərargahının ekspertlərinin iştirakı ilə aparılır. Ekspertlər Baş Qərargahın NATO ölkələrində olduğu kimi, Müdafiə Nazirliyindən ayrılması, eləcə də Müdafiə Nazirliyinin strukturunda dəyişikliklər, NATO strukturlarına uyğunlaşdırılması məsələlərinin müzakirə edirlər.Qeyd edək ki, G strukturuna keçid Müdafiə Nazirliyi və Baş Qərargahın təşkilati-ştat strukturunun tam şəkildə NATO standartlarına uyğunlaşdırılması deməkdir. İslahatların yekun nəticəsi olaraq, müdafiə naziri ilə Baş Qərargah rəisinin səlahiyyətləri müəyyən olunacaq, Silahlı Qüvvələrin çevik idarəetmə sistemi yaradılacaq. Baş Qərargah hərbi əməliyyatlar zamanı Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya kimi hərbi birləşmələrin fəaliyyətini koordinasiya edəcək. -
10-30-2008, 07:30 PMAPAMirzə Sakit 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək
[b]Mirzə Sakit 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Ombudsman Aparatının nümayəndələri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 və 14 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Eynulla Fətullayevlə söhbət zamanı o, səhhəti ilə bağlı şikayət etməyib, bir qədər əvvəl bu müəssisədə digər məhkumla probleminin olduğunu bildirib. E. Fətullayev həmin məsələnin artıq yoluna qoyulduğunu və hazırda Cəzaçəkmə Müəssisəsi ilə bağlı problemin olmadığını söyləyib. E. Fətullayevin də iştirak etdiyi söhbət zamanı cəzaçəkmə müəssisəsinin rəisi onun həyatına hər hansı bir təhlükənin olmadığını deyib. Ombudsmanın nümayəndələri 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən "Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidovla (Mirzə Sakit) da görüşüblər. M. Sakit söhbət zamanı müəssisənin əməkdaşı E. Quliyev tərəfindən döyüldüyünü və adı çəkilən müəssisədə özünə qarşı qərəzli münasibət bəsləndiyini söyləyib. Müəssisə rəhbərliyinin iştirakı ilə keçirilən söhbət zamanı onlar M. Sakitə güc tətbiq edilmədiyini bildiriblər.Bildirilib ki, Ombudsman Elmira Süleymanova hər iki məhkumun qaldırdığı məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Məlumata görə, M. Sakit bu günlərdə 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək. -
10-30-2008, 07:50 PMAPADİN Goranboy sakininin polis məntəqəsində öldürülməsi faktını təkzib edir
[b]DİN Goranboy sakininin polis məntəqəsində öldürülməsi faktını təkzib edir[b]
[Bakı. Hafiz Heydərov - APA. "Goranboy rayon sakini Məhəmməd Rəhimov sahə müvəkkilinin otağında ölüb". Bu sözləri APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov verib. Onun sözlərinə görə, hadisə avqust ayının 31-də Goranboyun Dəliməmmədli şəhərində baş verib: "Məhəmməd Rəhimov toydan sərxoş vəziyyətdə qayıdarkən evində tanımadığı kişinin olduğunu görüb. Rəhimovla Vaqif adlı həmin şəxs arasında mübahisəsi düşüb. Vaqif zəng edərək evə polis çağırıb. Evə gələn iki polis əməkdaşı Vaqiflə birgə Məhəmməd Rəhimovu Dəliməmmədli şəhərində yerləşən polis sahə müvəkkilliyinə aparıb. Hadisədən iki saat sonra ərinin dalınca gedən Yeganə Kazımova M. Rəhimovun sahə müvəkkilinin otağından 20 metr aralıda həyətdə, ağacın altında meyitini tapıb. Yeganə Kazımova ərinin meyiti üzərində çoxlu sayda xəsarət əlamətlərinin olduğunu görsə də, əvvəlcə bu barədə heç kimə danışmayıb". Lakin artıq ərinin ölümünün qohumları və İşgəncələrə Qarşı Azərbaycan Komitəsi tərəfindən araşdırıldığını gördükdə Kazımova hər şeyi olduğu kimi danışmaq məcburiyyətində qalıb. Komitə sədri E. Behbudov apardığı araşdırmalar nəticəsində M. Rəhimovun Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən döyülərək öldürülməsi faktının təsdiqləndiyini bildirib. O, həmçinin əlində bu faktları sübut edən kifayət qədər dəlillərin və video görüntünün olduğunu bildirib. Hüquq müdafiəçisi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyib.Mərhumun bacısı Xatirə Rəhimova da APA-ya açıqlamasına qardaşının polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü iddia edib. Buna baxmayaraq, işgəncə faktının RPŞ tərəfindən rədd edildiyini vurğulayan X. Rəhimova məsələ ilə bağlı ölkə başçısına müraciət etdiklərini bildirib.Goranboy rayon Polis Şöbəsinin məsul əməkdaşı Rahib Tağıyev isə APA-ya açıqlamasında E. Behbudovun və mərhumun bacısının dediklərini təkzib edib. O, 31 avqust tarixində M. Rəhimovun həyat yoldaşı ilə dalaşdığı üçün polis məntəqəsinə dəvət olunduğunu bildirib. Məntəqənin həyətində M. Rəhimovun özünü pis hiss edərək yıxıldığını söyləyən R. Tağıyev onun həmin vaxt sərxoş olduğunu və ürək tutmasından vəfat etdiyini bildirib. "Hadisə ilə əlaqədar rayon prokurorluğu tərəfindən araşdırma aparılıb və prokurorluqdan bizə bildirilib ki, bu hadisədə cinayət tərkibi yoxdur".Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov da APA-ya açıqlamasında M. Rəhimovun ölümündə işgəncə faktının olmadığını bildirib. Baş vermiş hadisənin nazirlik tərəfindən ciddi araşdırıldığını söyləyən S. Gözəlov M. Rəhimovun ölümünə Məhkəmə tibbi ekpertizası tərəfindən rəy verildiyini diqqətə çatdırıb. "Tibbi ekspertizanın rəyinə əsasən, Məhəmməd Rəhimov ürək tutmasından vəfat edib" deyən S. Gözəlov hadisədə cinayət tərkibinin olmadığını və faktla əlaqədar Goranboy rayon Prokurorluğu tərəfindən araşdırma aparıldığını bildirib. -
10-30-2008, 08:00 PMAPAMəhkəmə "İdeal" qəzetinin baş redaktorunun məcburi qaydada məhkəməyə gətirilməsinə sanksiya verib - YENİLƏNİB
[b]Məhkəmə "İdeal" qəzetinin baş redaktorunun məcburi qaydada məhkəməyə gətirilməsinə sanksiya verib - YENİLƏNİB[b]
[Bakı. Elnur Məmmədli - APA. Nəsimi rayon Məhkəməsi "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. Bu barədə qərar oktyabrın 29-da hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Hakim E. Əhmədov APA-ya bildirib ki, N. Quliyevə Tənzilə Rüstəmxanlının ona qarşı qaldırdığı iddia əsasında keçirilən məhkəmə iclaslarında iştirak üçün bir neçə dəfə bildiriş göndərilsə də, cavabdeh tərəf proseslərə qatılmayıb. Odur ki, məhkəmə onun prosesə məcburi qaydada gətirilməsinə sanksiya verib: "Biz Nazim Quliyevin məhkəməyə gəlməsinə çalışırıq. Bəlkə gəlib prosesdə öz təqsirsizliyini sübut edəcək". Qeyd edək ki, N. Quliyevlə bağlı daha bir neçə iddiaya isə gələn həftə baxılacaq. N. Quliyevlə yanaşı, qardaşının baş redaktoru olduğu "Gündəm" qəzeti barədə də məhkəməyə iddialar təqdim olunub.Xatırladaq ki, N. Quliyev bundan əvvəl də bir neçə dəfə həbs edilib. -
10-30-2008, 09:00 PMAPAJoze Manuel Barrozo: "İlham Əliyevin yenidən prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəsini verəcək"
[b]Joze Manuel Barrozo: "İlham Əliyevin yenidən prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəsini verəcək"[b]
[Bakı - APA. Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edən Avropa Komissiyasının sədri bunu Cənubi Qafqaz üçün əhəmiyyətli məqam kimi dəyərləndirib, Azərbaycanın bölgədə mühüm rol oynamağa davam edəcəyinə inandığını vurğulayıb. J. M. Barrozo bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Yeni Qonşuluq Siyasətinə dair fəaliyyət planını qəbul edərək, Avropaya inteqrasiya prosesinin irəliləyişi istiqamətində öz iradəsini nümayiş etdirib, eyni zamanda, Aİ-nin enerji təhlükəsizliyi üçün çox mühüm və etibarlı tərəfdaşa çevrilib.Bütün bu məsələlər üzrə qarşıda duran vacib çağırışlarla bağlı prezident İ. Əliyevin rəhbərlik rolunun böyük əhəmiyyət kəsb edəcəyini vurğulayan J. M. Barrozo Yeni Qonşuluq Siyasətinə dair fəaliyyət planının bütün sahələri ilə bağlı məsələlərin həyata keçirilməsinin davam etdirilməsində Aİ-nin Azərbaycanı dəstəkləməyə hazır olduğunu qeyd edib.Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Avropa Komissiyasının sədri ümidvar olduğunu bildirib ki, İ. Əliyevin yenidən prezident seçilməsi münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verəcək.J. M. Barrozo Aİ ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Serbiya prezidenti Boris Tadiç, Liviya inqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı, polkovnik Müəmmər əl-Qəzzafi, Suriya prezidenti Bəşər Əsəd, Pakistan prezidenti Asif Əli Zərdari, Pakistanın baş naziri Seyid Yusif Rza Gilani, "bp-Azərbaycan" şirkətinin prezidenti Bill Şreyder və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius L. Vizer də İ. Əliyevə yenidən prezident seçilməsi münasibətilə təbrik ünvanlayıblar. -
10-31-2008, 11:10 AMAPAAzərbaycan Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neft partiyasının satışına dair tender keçirir
[b]Azərbaycan Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neft partiyasının satışına dair tender keçirir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin dekabr ayının 1-5-də Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından «Azeri Light» markalı xam neft partiyasının ixracına dair növbəti marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Tender çərçivəsində Ceyhan limanından 1 mln. barel həcmində neftin satılması planlaşdırılır. Sorğuya oktyabrın 31-də yekun vurulacaq, nəticələr isə noyabrın 1-də elan olunacaq. -
10-31-2008, 11:30 AMAPAİnquşetiya prezidenti Murad Zyazikov istefaya göndərilib
[b]İnquşetiya prezidenti Murad Zyazikov istefaya göndərilib[b]
[Moskva-APA. Rusiya prezidenti Dmitri Medvedev İnquşetiya prezidenti Murad Zyazikovu istefaya göndərib. APA-nın məlumatına görə, İnquşetiya prezidentinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Privoljsk-Ural hərbi dairəsinin qərargah rəisinin müavini Yunusbek Evkurova tapşırılıb. "İnterfaks" agentliyi isə Murat Zyazikovun öz istəyi ilə istefaya getdiyi barədə məlumat yayıb. Qeyd edək ki, son zamanlar İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum faktları artıb. Ötən bir ay ərzində həmçinin Murad Zyazikovun qohumlarına və respublikanın yüksək vəzifəli şəxslərinə bir neçə sui-qəsd təşkil olunub. 2002-ci ildən İnquşetiyaya rəhbərlik edən Zyazikov inquş müxalifətçisi Maqomed Yevloyevin milislər tərəfindən qətlə yetirilməsindən sonra ciddi tənqid atəşinə tutulub. Yevloyevin ailəsi bu hadisədən sonra prezident Zyazikovu qan düşməni elan ediblər. -
10-31-2008, 11:50 AMAPAAzərbaycan Milli Bankı uçot dərəcəsini 10%-ə endirib
[b]Azərbaycan Milli Bankı uçot dərəcəsini 10%-ə endirib[b]
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin qərarı ilə 2008-ci ilin oktyabr ayının 31-dən etibarən uçot dərəcəsi 12%-dən 10%-ə endirilib.
[Həmçinin, faiz dəhlizinin yuxarı həddi 17%-dən 15%-ə, dəhlizin aşağı həddi isə 3%-dən 1%-dək azaldılıb.AMB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari il ərzində valyuta balansının profisiti əhəmiyyətli dərəcədə artıb və ölkənin xarici dövlətlərlə münasibətdə kreditor mövqeyi daha da güclənib. Bu şəraitdə bank sisteminin sabitliyi xarici böhranların təsirindən etibarlı qorunub: «Dünya iqtisadiyyatında isə tənəzzül və deflyasiya meylləri güclənib. Aparıcı ölkələrdə iqtisadi artım zəifləməyə başlayıb, dünya maliyyə sistemində likvidlik böhranı davam edir. Bu şəraitdə mərkəzi banklar maliyyə sabitliyinin qorunması sahəsində təsirli tədbirlər paketini həyata keçirməyə başlayıb».«Bununla belə bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün Milli Bank hökumətlə birgə preventiv siyasət tədbirlərini davam etdirir. Bu tədbirlər bank sisteminin xarici iqtisadi böhranlara qarşı davamlılığının daha da güclənməsinə yönəlmiş kompleks prudensial idarəetmə və likvidlik alətlərinin yüksək çevikliyinin təmin olunmasını əhatə edir», - deyə AMB-nin mətbuat xidmətdən bildirilib. Qeyd edək ki, mərkəzi bank tərəfindən uçot dərəcəsinin azaldılması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənir. Yəni, Azərbaycanda pul-kredit siyasətinin bir qədər yumşaldılması zəruri hesab olunur, bu da onu göstərir ki, bank sistemində problemlər yaranmaqdadır. Banklar tərəfindən istehlak kreditlərini dayandırmasına baxmayaraq, bankların likvidlik problemi yaranıb, bunu da son zamanlar müşahidə olunan həm repo əməliyyatlarının kəskin azalması, həm də mərkəzləşdirilmiş kredit bazarının fəallığının artması təsdiqləyir. Beləliklə, AMB banklar üçün maliyyə vəsaitlərini ucuzlaşdırmaq, ehtiyatların azaldılması siyasətini irəli sürərək bank sistemində likvidlik probleminin aradan qaldırılmasına şərait yaradır. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırda kommersiya banklarının xarici borcu tarixi maksimuma çatıb (1,6 mlrd. manat), bu da dünya maliyyə böhranı, iri maliyyə qurumlarının müflisləşmə təhlükəsi ilə üzləşməsi baxımından milli bank sistemi üçün ciddi təhlükə yaradır. Qeyd edək ki, bankların xarici borcunun yüksək səviyyədə olması şəraitində bank təşkilatları üçün ehtiyat normalarının ləğv edilməsi qərarı uçot dərəcəsinin azaldılmasından daha faydalı ola bilər. Ümumilikdə, AMB tərəfindən uçot dərəcəsinin aşağı salınmasından sonra mərkəzləşdirilmiş kredit bazarının fəallaşacağını gözləmək olar, əks halda bu addımın əhəmiyyəti olmayacaq və uçot dərəcəsi bank sisteminin sağlamlaşmasında heç bir rolu oynamayan nəzəri göstərici kimi qalacaq.Xatırladaq ki, oktyabr ayının 14-də AMB uçot dərəcəsinin 15%-dən 12%-dək azaldılmasına dair qərar qəbul edib. -
10-31-2008, 12:00 PMAPASabunçu sakini qohumunu qətlə yetirib
[b]Sabunçu sakini qohumunu qətlə yetirib[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında daha bir qətl hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə, Ramana qəsəbəsində yerləşən südçülük sovxozunda baş verib. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Əsəd Ələkbər oğlu Nurullahi yaxın qohumu, 1984-cü il təvəllüdlü Telman Bulud oğlu Tərcüvanini bıçaqla qətlə yetirib. Qətl hadisəsini törədən Ə. Nurullahi Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. Sabunçu rayon Polis İdarəsindən bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisənin şəxsi münaqişə zənində baş verdiyi məlum olub. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-31-2008, 12:20 PMAPAEtibar Əliyev: «İnstitusional inkişaf «Texnikabank»ın fəaliyyətinin prioritet istiqamətidir»
[b]Etibar Əliyev: «İnstitusional inkişaf «Texnikabank»ın fəaliyyətinin prioritet istiqamətidir»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Texnikabank» ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevin «APA-ECONOMICS»ə müsahibəsi.- «Texnikabank»ın Azərbaycanın bank-maliyyə sektorunda hazırkı mövqeyini necə xarakterizə etmək olar?- «Texnikabank» ASC-nin Azərbaycanın bank xidmətləri bazarına gəlişindən ötən 15 il ərzində fəaliyyəti çox məhsuldar olub. Bu gün «Texnikabank» fiziki və hüquqi şəxslərdən əmanətlərin cəlb edilməsi, qısa və uzunmüddətli kreditlərin ayrılması, köçürmə və hesablaşma-kassa əməliyyatlarının aparılması, bank zəmanətinin verilməsi kimi əməliyyatlar həyata keçirir. Bankın beynəlxalq valyuta bazarında konvertasiya əməliyyatları aparmaq hüququ var və 15-dək sürətli pulköçürmə sisteminə qoşulub. «Texnikabank» ölkədə yeganə bankdır ki, emissiya etdiyi avro istiqrazlar beynəlxalq valyuta birjalarında katirovka olunur. «Texnikabank» eyni zamanda elektron kartlar bazarında aktiv fəaliyyət göstərir. Beynəlxalq Visa Assosiasiyasının və «Mastercard İnternational» ödəmə sisteminin prinsipial üzvü olan bankımız indiyədək müştərilərə 40 662 plastik kart təqdim edib. Bankımız həmçinin Milli Kart Prosesinq Mərkəzinin nizamnamə kapitalında iştirak edir. Ticarət və iaşə obyektlərində POS-terminallarının sayını 327-yə çatdırıb. Bundan başqa, bankın törəmə müəssisəsi olan «Texnikalizinq» MMC 3 ildir ki, bu sahədə uğurla fəaliyyət göstərir. Bankın digər bir törəmə müəssisəsi - «Texnika Kapital Menecment» MMC qiymətli kağızlar bazarında brokerlik fəaliyyəti ilə məşğuldur. Bankın 2006-cı ildə yaradılan «Alfa İnsurance» törəmə müəssisəsi isə sığorta bazarında aktiv fəaliyyət göstərir. «Texnikabank» ötən il «Visa Pos Acquiring» layihəsinə start verib. Layihə «Texnikabank»a ticarət mərkəzlərində quraşdırılan POS-terminallarda beynəlxalq əməliyyatları prosesinq etməyə və başqa banklara bu xidmətlərdən istifadəni təklif etməyə imkan yaradır. Ötən il həmçinin «Cirrus/Maestro Mastercard Standard» və «Master Gold» kartlarının emissiyasına, eləcə də «Visa VSDC İssuinq», «Visa Smart Platinum co-brand» layihələrinin icrasına başlamışıq.- Bu ilin ötən dövrü «Texnikabank» üçün necə keçib?- Cari ilin yanvar-sentyabr ayları ərzində bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,35%, cari ilin əvvəli ilə müqayisədə 24,04% artaraq 439 644,353 min manata çatıb. Bankın məcmu kapitalı 57 438,330 min manata yüksəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,20% çoxdur. İlin əvvəlindən təxminən 20 041,911 min manat həcmində xalis mənfəət əldə etmişik. Bizim ciddi önəm verdiyimiz məsələlərdən biri də bankın filial şəbəkəsini daha da genişləndirməkdən ibarətdir. Bu gün 60 minə yaxın hüquqi və fiziki şəxsə xidmət göstərən «Texnikabank» özəl banklar arasında ən geniş filial şəbəkəsinə malikdir.- «Texnikabank»ın kredit siyasəti barədə məlumat verərdiniz.- Son beş ildə «Texnikabank»ın kredit portfelində 34 dəfə artım qeydə alınıb. Bank 2007-ci ildə də Azərbaycanda kredit bazarının əsas iştirakçılarından biri olub və kreditləşmə sahəsində yüksək sıçrayışlar qeydə alınıb. Belə ki, bank korporativ və fərdi müştərilərinə il ərzində 263 mln. manat kredit verib. Bu da 2006-cı illə müqayisədə 3,4 dəfə artım deməkdir. Cari ildə isə bankın kredit portfelini 330 mln. manata çatdırmağı planlaşdırmışıq. «Texnikabank»ın kredit siyasətinin əsas istiqamətlərindən biri kredit portfelinin ciddi diversifikasiya olunmasıdır. Verilmiş kreditlərin 72%-i iqtisadiyyatın müxtəlif sahələrində çalışan korporativ müştərilərin, 28%-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Biz həmçinin kredit portfelinin sektorlar üzrə geniş diversifikasiyasına da ciddi diqqət yetiririk. Ötən il bankın kredit portfelində ticarət sektoru 19%, xidmət sahəsi 18%, istehsal müəssisələri 18%, tikinti sektoru 12% təşkil edib. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə reallaşdırılan «Şimal», «Şərq» layihələrini, dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi layihələrində iştirak edirik. Gələcəkdə bankın kredit portfelində regional layihələrə ayrılacaq vəsaitlərin həcmini artırmağı planlaşdırırıq.- «Texnikabank»ın ipoteka proqramlarının icrası necə gedir?- «Texnikabank» ötən dövrdə ipoteka bazarının şəriksiz liderinə çevrilib. Təkcə ötən il bank tərəfindən ümumilikdə 19,4 mln. manat məbləğində 501 ipoteka krediti verilib. Bu kreditlərdən 217-si (8,7 mln. manat) İpoteka Fondunun vəsaitləri hesabına ödənilib. Biz ipoteka kreditlərinin aktuallığını, bazarda bu növ kreditlərə yüksək tələbat olduğunu nəzərə alaraq 2007-ci ildən öz kredit proqramımızı həyata keçirməyə başlamışıq. Qara Dəniz Ticarət və İnkişaf Bankı ötən ilin sonunda «Texnikabank»a 8 mln. dollar məbləğində ipoteka krediti ayırıb.- Bankın perspektiv addımları və institusional inkişaf planları nədən ibarətdir?- İnstitusional inkişaf «Texnikabank»ın cari ildə və gələcək fəaliyyətində prioritet istiqamət kimi nəzərdə tutulur. Bu baxımdan fəaliyyətimizi bütün sahələrində beynəlxalq maliyyə strukturlarının standartlarına uyğunlaşdırırıq. Bankın korporativ idarəetmə standartlarına müvafiq yeni strukturu hazırlanıb. İdarəetmə orqanları arasında dəqiq vəzifə bölgüsü aparılıb. Strateji plan qrupu yaradılıb və bankın 3 illik strateji inkişaf planı təsdiqlənib. Bankın institusional inkişafını səciyyələndirən amillərdən biri də risklərin daha səmərəli idarə edilməsi üçün riskləri idarəetmə komitəsi və eyniadlı departamentin yaradılmasıdır. Müasir texnologiya bankçılığının yaradılması qarşıda duran əsas vəzifələrimizdəndir. Yaxın gələcəkdə bankda T24 yeni proqram təminatının tətbiqinə başlanılacaqdır. «Texnikabank» yeni proqram təminatının alınması üçün İsveçrənin «Temenos Group AG» şirkəti ilə müqavilə bağlayıb. Yeni proqram təminatının implementasiyasını 2009-cu ilin birinci yarısında yekunlaşdırmaq nəzərdə tutulub.- Bank rəhbəri olaraq necə hesab edirsiniz, dünyada hökm sürən qlobal maliyyə böhranı Azərbaycanın maliyyə-bank strukturlarının fəaliyyətinə necə təsir göstərəcək? Bu sahədə ciddi təhlükələr gözlənilirmi?- ABŞ-dan başlanan və tez bir zamanda dünyanın ayrı-ayrı ölkələrinə sirayət edən maliyyə böhranına riskli ipoteka kreditləri səbəb olub. Burada, əlbəttə ki, beynəlxalq aləmdə siyasi gərginliyin artması və başqa amillər də az rol oynamayıb. Hazırda Amerikada, Avropa və Asiya ölkələrində qlobal maliyyə böhranına qarşı mübarizəni gücləndirmək üçün əlavə imkanlar axtarılır. Azərbaycanın dünya birjalarında yaşanan böhranın fəsadlarını sığortalamaq və yaxud bu fəsadların təsirini ən zəif həddə endirmək iqtidarında olduğunu söyləmək mümkündür. Azərbaycanın bank-maliyyə sistemi kifayət qədər sabitdir və bu amil respublikamızın beynəlxalq maliyyə böhranının təsirindən qorunmasında mühüm rol oynayır. Milli Bankın davamlı olaraq həyata keçirdiyi çevik monetar siyasət isə ölkədə bank sisteminin sabitliyini daha da möhkəmləndirir. Fikrimcə, Milli Bankın ölkədə maliyyə sabitliyinin qorunması məqsədilə kreditlər üzrə uçot dərəcəsini və faiz dəhlizinin yuxarı həddini aşağı salması lazımi səmərə verəcək. Bank-maliyyə sektorunda gözlənilə bilən hər hansı təhlükənin qarşısını almağa yönəldilən ən mükəmməl addımlardan biri də, heç şübhəsiz ki, yaxın vaxtlardan etibarən kommersiya bankları üçün müəyyən olunmuş məcburi ehtiyat normalarının aşağı salınması olacaq. Kommersiya bankları üçün müəyyən olunan uçot dərəcələrinin aşağı salınması onlara kreditləri əvvəlki səviyyədə sabit saxlamağa imkan verəcək. Yeri gəlmişkən, son vaxtlar guya banklarda kreditləşmənin məhdudlaşdırılması və yaxud dayandırılması barədə dövriyyəyə buraxılan şayiələrin heç bir əsası yoxdur. Sadəcə, indiki dövrdə banklar kreditlərin verilməsi ilə bağlı tələblərini bir qədər sərtləşdiriblər. -
10-31-2008, 12:30 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-31-2008, 12:40 PMAPAABŞ-da son 7 ildə ilk dəfə ÜDM-nin azalması qeydə alınıb
[b]ABŞ-da son 7 ildə ilk dəfə ÜDM-nin azalması qeydə alınıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 30-da Amerika bazarlarında Dow Jones indeksi 2,11% - 9180,69 bəndədək, S&P 500 2,58% - 954,09 bəndədək, Nasdaq isə 2,49% - 1698,52 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 30-da kotirovkaların yüksəlməsinin əsas səbəbi ABŞ-da III rüb ərzində ÜDM-nin faktiki azalmasının proqnozlardan aşağı səviyyədə olması ilə bağlıdır. Belə ki, ABŞ-da ÜDM-nin rüblük azalması 0,5% səviyyəsində proqnozlaşdırılsa da, real azalma 0,3% təşkil edib. Qeyd edək ki, bu, son 7 il ərzində müşahidə olunan ilk ÜDM azalmasıdır. Bundan əlavə, oktyabrın 29-da Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcəsinin 1%-ə endirilməsi bazara müsbət təsir göstərib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,16% - 4291,65 bəndədək, Fransa CAC-40-ı 0,15% - 3407,82 bəndədək, Almaniya DAX-ı isə 1,26% - 4869,30 bəndədək yüksəlib. Avropada kotirovkaların yüksəlməsinə ilk növbədə ABŞ-da olan müsbət tendensiyalar və Avropa şirkətlərinin rüblük hesabatlarının proqnozlardan daha pozitiv olması təsir edib.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2809 dollar təşkil edib (-2,6%). -
10-31-2008, 12:50 PMAPAŞəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb
[b]Şəkidə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb[b]
[Şəki. Vüqar Heydərov-APA. Ötən gecə saat 21.00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, Şəki rayonunun Baş Laysqı kənd sakini, 1956-cı il təvəllüdlü Nurullayev Hikmət Lütüş oğlunun idarə etdiyi "VAZ-2107" markalı 10 NB 557 dövlət nömrə nişanlı avtomobil onun həmkəndlisi, 1972-ci il təvəllüdlü Zəkəriyyəyev Rövzət Tapdıq oğlunun idarə etdiyi 96-86-AQR nömrə nişanlı avtomaşınla toqquşub. Nəticədə H. Nurullayev və onun sərnişini 1991-ci il təvəllüdlü Həbibullayev Vüqar İsfəndiyar oğlu aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. H. Nurullayev orada dünyasını dəyişib. V. Həbibullayevin vəziyyətinin isə ağır olduğu bildirilir. Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. -
10-31-2008, 01:00 PMAPAMüğənni Elnarə: "Röya və Natəvanla aramızda soyuqluq var" - FOTOSESSİYA
[b]Müğənni Elnarə: "Röya və Natəvanla aramızda soyuqluq var" - FOTOSESSİYA[b]
"İbrahim Borçalıya prodüserlik edəcəyəm"
Bakı. Ülkər Qasımova-APA. Müğənni Elnarə Xəlilovanın APA-ya müsahibəsi - Müğənni Elnarə bu gün hansı işlərlə məşğuldur?- Müğənni Elnarə hazırda dördüncü kurs tələbəsidir. Eyni zamanda övladımın dayəliyini edirəm. Yeni mahnılar üzərində işləməyə başlamışam, ilin sonuna kimi yeni albom hazırlamaq istəyindəyəm. Həmçinin internet saytımın hazırlıq işləri ilə məşğulam. Artıq saytda tamamlama işləri gedir. - Bu sənətdə özünüzü tam peşəkar hesab edirsiniz?- Bəli, bu gün mən peşəkar olduğumu deyə bilərəm. Çünki artıq Azərbaycan Milli Konservatoriyasının sonuncu kursunda oxuyuram. Bu kursu da bitirdikdən sonra artıq əlimə diplom alacağam və ondan sonra heç kim mənim qeyri-peşəkar olduğumu deyə bilməyəcək. Peşəkarlığımı sübut edən ikinci amil isə ilk addımımı məhz Heydər Əliyev Sarayında atmağımdır. - Azərbaycandan kənarda tanındığınızı əminliklə deyə bilərsiniz?- Yox, bunu deyə bilmərəm. Bunun üçün hələ çox tezdir. Əslində bu yöndə işlər görürəm. Azərbaycan üçün nə etmək lazımdırsa, bacardığım qədər etmişəm. İndi özümü prodüser kimi yoxlamaq istəyirəm. Hər bir işdə eksperiment etməyi xoşlayıram, görək yeni işim necə alınacaq. - Sirr deyilsə, kimə prodüserlik edəcəksiniz?- İbrahim Borçalıya prodüserlik edəcəyəm. Biz onun ailəsi ilə dostuq. Həyat yoldaşım Rövşənlə qərara gəldik ki, heç bir təmənna güdmədən bu insana kömək edək. Həqiqətən də çox şirindil, ürəyiaçıq bir insandır. İndiki zəmanədə onun kimi insanlar azlıq təşkil edir. Ümumiyyətlə biz bir insana kömək edəndə təmənna güdməyə alışmışıq. Amma elə şeylər var ki, onu təmənnasız görərik. - Bir prodüser kimi hansı işləri həyata keçirəcəksiniz?- Mən İbrahim Borçalının bütün repertuarına əl gəzdirəcəyəm. Onun tutan mahnılarını yenidən aranjeman etdirəcəyik. Ona bildirmişəm ki, həmin mahnıları n onun öyrəşdiyi kimi 200 manata yox, ondan on dəfə baha qiymətə aranjeman edəcəyik. Fikrimcə, bu prosesə gələn ildən başlayacağıq. Sadəcə, bu müddət ərzində İbrahim Borçalı özünü düzgün təqdim edə bilməyib. İbrahimlə yanaşı bu siyahıda bır çox müğənnilər var ki, düzgün təqdim olunmayıblar. Mən həmişə İbrahimə deyirəm ki, səndə hər şey var, sadəcə düzgün mövqe tutmamısan. Səsin məlahətli səsdir, qəşəng oxuyursan. Mənə elə gəlir ki, onun kimi müğənnilərin özünü düzgün təqdimetmə imkanları azdır. İnformasiyaları azdır, dünya ilə ayaqlaşmırlar, oturub "Fashion TV"yə baxmırlar ki, necə geyinmək lazımdır. Yaxud da dünya ulduzlarının konsertlərinə, onların ifalarına qulaq asmırlar. İbrahim Borçalıya Corc Maykl, Elton Con, Stinqin disklərini aldırmışam ki, oturub, onları dinləsin. Çünki onun ifa tərzini dəyişmək lazımdır. Ən azından onlara qulaq asandan sonra ifası hindistanlı musiqiçilərin ifasına bənzəməyəcək. Etiraf etməliyəm ki, bu gün əl gəzdiriləsi müğənnilərin sayı çoxdur. İbrahimdən başqa kim özünə əl gəzdirmək istəyirsə, bizə müraciət etsin, amma onlara bu işi təmənnasız etməyəcəyik. - Bir müddət əvvəl çıxışlarınızın birində "Qızımın müğənni olmasına heç zaman icazə verməyəcəyəm" fikrini səsləndirmisiniz...- Bəli, demişəm ki, qızımı müğənni olmağa qoymayacağam. Hələ balaca olsa da, musiqiyə çox böyük həvəsi var. Mən onu 18 yaşına kimi bu sənətdən qoruyacağam. Bu yaşdan sonra isə ona ana kimi məsləhət verə bilərəm. Məsləhətə qulaq asıb-asmamaq onun öz işidir. Amma ana kimi əlimdən gələni edəcəyəm ki, onu bu peşədən çəkindirim.- Heç kimə rəva bilmədiyini Elnarə niyə özünə rəva bilir?- Mən bu sənətə gələndə vəziyyət belə deyildi. 2000-ci illə hazırkı vəziyyət arasında yerlə göy qədər fərqi var. Belə görürəm ki, 2010-cu ildə bundan da dəhşətli olacaq. Valideynlərim məni Vaqif Gərayzadənin yanına gətirəndə bugünkü vəziyyətdən əsər-əlamət belə yox idi, elə olsaydı, heç məni aparmazdılar. Düzdür, həmin vaxtlarda da belə şeylər var idi, amma bütün bunlar televiziyaya çıxarılmırdı. İndi isə belə deyil, hamı özünü onunla reklam edir. Efirdə, mətbuatda hər şeyi göstərmək olmaz. Səmimi olmaq olar, amma sadəlövh olmaq olmaz. Ümumiyyətlə, bağlı yer saxlamalısan ki, nə vaxtsa kimlərisə maraqlandıra biləsən. Arxaya dönüb geridə qoyduğum səkkiz ilə baxanda, çəkdiyim əziyyətə, sərf etdiyim vaxta və pula, əməyə heyfim gəlir, yoxsa elə bu gün mikrofonu əlimdən qoyub gedərəm və bir daha oxumaram. - Özünüz üçün qadağa qoyduğunuz televiziya verilişləri var? - Qalmaqal xarakterli verilişlərə çıxmağa özümə qadağa qoymuşam. Ailə qurana kimi elə vaxtlar olub ki, mən özüm bu verilişlərə maraq göstərmişəm, bu, mənə lazım olub. Vaxt olub ki, lazım olan və olmayan hər yerə getmişəm. İndi isə bu hərəkəti etmək mənə yaraşmaz. Maraqlısı budur ki, tamaşaçını elə bil bu verilişlərə baxmaq üçün tərbiyə etmişik, hamı ancaq qalmaqal, dava-dalaş xəbərləri axtarır. Qalmaqal verilişləri ilə bol olan kanala çıxmağa özümə embarqo qoymuşam. Ancaq səhər proqramına çıxa bilərəm, başqa verilişlərə çıxmağı isə özümə yaraşdırmıram. - Bu gün qadın üçün müğənnilik etməyin çox çətin olduğunu etiraf etdiniz. Elnarənin sənətdən getmək fikri yoxdur ki?- Ola bilər. Onsuz da mən bu sənətə hobbi kimi yanaşıram. Ümumiyyətlə "hər yerdə mən olmalıyam, birinci olmalıyam, hamının gözünü yormalıyam" fikri məndən çox uzaqdır. Mənim üçün bu gün həyatda daha maraqlı dəyərlər var. Ailəm, övladım... Bundan sonra da mənim həyatda hər şeyim ailəmdir. - Deyirlər ki, populyarlıq bir xəstəlikdir. Siz bu xəstəliyə tutulmamısınız ki?- Düz deyirlər, vaxt olub bu xəstəliyə mən də tutulmuşam, ancaq çox şükür ki, bu gün dediyiniz xəstəlik məndən çox uzaqdır. Bu gün baş verənləri kənardan çaşqın vəziyyətdə tamaşaçı kimi seyr edirəm. Bu dəqiqə insanların nə istədiyini tapmaq çox çətindir. Bu gün hamının elədiyini eləsəm, heç kim məni tanımaz. Mən dənizdə damla olaram. Hər halda mənim ifa etdiyim mahnılarda kommersiya tərəfləri olmuş olsa belə, digər səpgili mahnılarım da var. Əgər mən bu işə pul xərcləyirəmsə, bu pulu hansı yolla isə çıxarmalıyam. Mənim ifa etdiyim mahnıların sözlərinə diqqətlə qulaq asan dinləyicilər bilir ki, hər mahnımda insanlara nəyisə aşılayıram, nəyisə təbliğ etməyə çalışıram. - Bir zamanlar ayrılmaz cütlük olan Röya, Elnarə və Natəvanın arasında soyuqluq hiss olunur. Münasibətlərinizdəki soyuqluğun səbəbi nədir?- Bu, təbiidir, soyuqluq olmalıdır. Hərənin öz həyatı var. Əgər üçümüzdən birimiz dara düşəriksə, bir-birimizin dadına çatırıq. Bir-birimizə borc pul da veririk. Məhərrəmlik və Orucluq ayı olanda hansımızda pul olmasa, bir-birimizə müraciət edirik. Düzdür, soyuqluq var, ancaq imkan daxilində bir-birimizin xeyrində, şərində iştirak edirik. Hərəmiz özümüz üçün bir ulduzuq. Elə olur ki, vaxtın azlığından hətta zənglərə cavab verə bilmirəm və qarşı tərəf düşünür ki, ulduzluğum tutub. - Vaqif Gərayzadə ilə münasibətləriniz necədir?- Əlbəttə ki, əla. O mənim sənətdəki atamdır. Ümid edirəm ki, münasibətlərimiz ömrümün sonuna kimi də belə qalacaq. - "W Trio"nun dağılmasına təəssüflənmirsən? - Təəssüflənirəm. Ancaq düşünürəm ki, dünyada çox populyarlıq əldə edən və milyonlarla büdcəsi olan "Beatles", "Spice girls" qrupları da dağıldı. Hər halda bizim qrupumuz o qrupların yanında bir damla idi. Bu, normal bir şeydir. Qəbul etmək lazımdır ki, 4-5 fərqli xarakterli insanın işbirliyi uzun sürmür. - Bir zamanlar uzun saçlarını kəsməyə cürət edən Elnarə imicində daha nələri dəyişməyə hazırlaşır?- Kəsdirdiyim saçları hələ də özümdə saxlayıram. Həmin il 50 dərəcəyə yaxın istilər var idi. Mən də təzə ana olmuşdum və uzun saçlar mənə mane olurdu. Ancaq saçlarımı kəsdirəndən sonra çox adam məni qınadı. Ancaq saçımı kəsdirməkdə məqsədim heç də imicimdə dəyişiklik etmək deyildi. Tənqidlərdən nəticə çıxarıb yenə də saçımı uzadıram. Düzdür, mən əvvəlki Elnarə ola bilmərəm. Axı 20-22 yaşında deyiləm. Artıq ailəli qadınam, hər şeyin təri var. İnanmıram ki, əvvəlki üslubuma qayıdım. Axı indi özümü camaata güldürə bilmərəm. - Sirr deyilsə, həyat yoldaşınız qarşınızda hansı qadağaları qoyub?- Bu qadağalar hər iki tərəfdən var. Hər dəfə müsahibədən öncə mənə nəyi deyib, nəyi deməməyi söyləyir. Mənim onun məsləhətinə çox ehtiyacım var. Allah həyat yoldaşımı və balamı mənə çox görməsin... -
10-31-2008, 01:40 PMAPAAzərbaycan bank sistemində absolyut likvidlik əmsalı yüksək səviyyədədir
[b]Azərbaycan bank sistemində absolyut likvidlik əmsalı yüksək səviyyədədir[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu xalis likvid aktivlərinin depozitlərin ümumi həcminə nisbəti 2008-ci ilin oktyabr ayının 1-nə 51,9% təşkil edib. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu göstərici il ərzində 3,8 faiz bəndi, cari ilin əvvəlindən isə 12,9 faiz bəndi artıb.Qeyd edək ki, bank sisteminin və bankların ayrılıqda maliyyə durumunun əsas göstəricilərdən biri likvid aktivlərin öhdəliklərə nisbətidir. Bu göstəricinin 30%-dən yuxarı olması bank sisteminin stabil, maliyyə vəziyyətinin isə sağlam olduğunu göstərir. Azərbaycanda depozitlərdən başqa bankların digər öhdəlikləri də mövcuddur və onları nəzərə alanda, likvid aktivlərin öhdəliklərə nisbəti oktyabrın 1-nə 44,1% təşkil edib. İl ərzində bu göstərici dəyişməz qalıb, cari ilin əvvəlindən isə 7,9 faiz bəndi artıb. Likvid aktivlərin öhdəliklərə nisbəti, yəni absolyut likvidliyinin əmsalı bankların qisa müddətdə ödənilə biləcək öhdəliklərin hissəsini göstərir. Göründüyü kimi, Azərbaycanda bu əmsal yüksək səviyyədədir. -
10-31-2008, 01:50 PMAPASiyasətçilərlə idman jurnalistləri arasında dava düşdü
[b]Siyasətçilərlə idman jurnalistləri arasında dava düşdü[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Böyük Britaniya siyasətçiləri ilə idman jurnalistləri arasında Qlazqo şəhərində keçirilən futbol matçı qalmaqalla bitib. "APA-SPORT"un məlumatına görə, meydandakı gərginlik, əsəblərin tarıma çəkilməsi 55-ci dəqiqədə hesab 6:2 irəlidə olarkən oyunun yarımçıq dayandırılması ilə nəticələnib. Tərəflər arasında iğtişaşın kəsilmədiyini və bunun dava-dalaşa gətirib çıxardığını görən hakim görüşü vaxtından əvvəl bitirməyə məcbur olub. Vəziyyət o həddə çatıb ki, siyasətçi Con Parkın BBC-nin şotlandiyalı müxbiri Çik Yanqa yetirdiyi ağır xəsarət nəticəsində sonuncu meydanı yarımçıq tərk edib. Bu hərəkətinə görə meydandan qovulan siyasətçinin komanda yoldaşı Frenk Makaviti isə lap "ağırını çıxarıb". Şotlandiyanın sabiq idman naziri olan bu şəxs qırmızı vərəqə almasa da, oyunun gedişində söyüşlər yağdırdığı hakimi sonradan həm də hədələyib. Maraqlıdır ki, mətbuat nümayəndələri meydandan kənarda paylarını alıblar. Aralarında ölkənin aparıcı jurnalistləri olan britaniyalı həmkarlarımız oyunda baş verənləri təsadüfən bir-birlərinə söz vermədikləri halda yazmayıblar. Ancaq parlamentin nümayəndələrindən kiminsə yoldaşlıq görüşündəki insidentlə bağlı informasiyanı mətbuata ötürməsi sayəsində hamı baş verənlərdən xəbər tutub. Nəticədə jurnalistlər öz rəhbərlərindən şiddətli töhmət alıblar. -
10-31-2008, 02:00 PMAPA"Dövlət gənclər mükafatı" hər il Gənclər Günü ərəfəsində veriləcək
[b]"Dövlət gənclər mükafatı" hər il Gənclər Günü ərəfəsində veriləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA "Dövlət gənclər mükafatı"nın əsasnaməsi hazırdır". Bu barədə APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Nazir müavini deyib ki, bu mükafatın təsis olunması barəsində 5-ci Gənclər Forumunda qərar qəbul edilib. İ. Babayev bildirib ki, hazırda gənclərlə bağlı ölkə başçısının və müxtəlif nazirliklərin təqaüdləri var. "Dövlət gənclər mükafatı" təsis olunandan sonra isə bütün təqaüdlər bu mükafat çərçivəsində veriləcək. Nazir müavininin sözlərinə görə, bu mükafat ölkə prezidenti tərəfindən hər il Gənclər Günü ərəfəsində elm, təhsil, mədəniyyət, incəsənət sahələrində uğur qazanan gənclərə veriləcək. -
10-31-2008, 02:10 PMAPAUEFA Superkubokunun qalibi yenə Bakıya gəlir
[b]UEFA Superkubokunun qalibi yenə Bakıya gəlir[b]
"Anderlext" "Bakı" ilə yoldaşlıq görüşü keçirəcək
[Bakı. Mehman Süleymanov - APA-SPORT. 2005-ci ildə Azərbaycan kubokunu qazanan "Bakı" klubu Belçika "Anderlext"i ilə əməkdaşlıq edəcək. "APA-SPORT"un məlumatına görə, artıq bununla bağlı ilkin razılıq əldə olunub. Bununla bağlı "Anderlext"in Brüsseldə yerləşən baş ofisində "Bakı"nın vitse-prezidenti Tunc Afşarla klubun baş müdiri Herman Van Holsbeeckin iştirakı ilə toplantı keçirilib. Bu, "Bakı"nın prezidenti Hafiz Məmmədovun "Böyük Bakı Futbol Klubu" layihəsinə daxil olan Avropa klubları ilə əməkdaşlıq sayəsində aid ilk addımdır. Əldə olunan razılığa əsasən, "Anderlext"in seleksiyaçıları Bekir Tedik və Rik Velde noyabrda Bakıya gələrək, klubun yeniyetmə və gənclərdən ibarət komandasının məşqlərində iştirak edəcək. Dekabrdan etibarən isə "Bakı"nın yeniyetmə futbolçuları "Anderlext"in məşqlərinə qatılacaqlar. Bunun sayəsində onlar Avropa futbolu ilə yaxından tanış olmaq, səviyyələrini artırmaq imkanı qazanacaqlar. Bundan əlavə, gələn il "Bakı"nın yeniyetmə futbolçuları arasında təşkil olunacaq festivalda "Anderlext"in yeniyetmələrdən ibarət komandasının da iştirak edəcəyi planlaşdırılır. Qarşılıqlı əməkdaşlıq əsas komandalardan da yan ötməyəcək. Belə ki, bu klublar arasında gələn il yoldaşlıq görüşü keçiriləcəyi qərara alınıb.Qeyd edək ki, üç il öncə Çempionlar Liqasında Bakıda "Neftçi"yə uduzan (0:1) "Anderlext" 29 dəfə Belçika çempionu olub, 2 dəfə Avropa Superkubokunu, 1 dəfə UEFA Kubokunu, 2 dəfə Avropa Kuboklar Kubokunu qazanıb. -
10-31-2008, 02:20 PMAPAAzərbaycandakı bank filiallarının 60%-i paytaxtda yerləşir
[b]Azərbaycandakı bank filiallarının 60%-i paytaxtda yerləşir[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 1-nə Azərbaycanda 553 bank filialı fəaliyyət göstərib. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, il ərzində ölkədə 95 yeni filial açılıb.Ölkədəki filialların 327-si (təxminən 60%) Bakı və Abşeronda yerləşir, bunların sayı isə son bir ildə 58 vahid artıb. Həmçinin, 72 filial (15 vahid artıb) Aran iqtisadi zonası, 58-i (12 filial) Gəncə-Qazax iqtisadi zonası, 27-si (5 filial) Lənkəran iqtisadi zonası, 24-ü (3 filial) Quba-Xaçmaz iqtisadi zonası, 23-ü (2 filial) Şəki-Zaqatala iqtisadi zonası, 10-u Naxçıvan, 10-u Dağlıq Şirvan iqtisadi zonası, 2-i Yuxarı Qarabağ iqtisadi zonasının ərazisində fəaliyyət göstərir. -
10-31-2008, 02:30 PMAPAYeni radio yanvar ayında yayıma başlayacaq
[b]Yeni radio yanvar ayında yayıma başlayacaq[b]
[Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105:7 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi olan "Media FM" radiosu yeni ildən efirə çıxa bilər. Şura sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən radio 6 ay ərzində efirə çıxmalıdır: "Amma onlar yanvar ayında efirə çıxa bilsələr, çox yaxşı olar". N. Məhərrəmli yeni radionun universal xarakterli olacağını, həm xəbərlər, həm musiqili-əyləncəli verilişlər, həm tok-şoular yayımlayacağını söyləyib. -
10-31-2008, 02:50 PMAPAGələn ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək
[b]Gələn ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya valyuta bazarlarında bir günlük artımdan sonra avronun dollara qarşı ucuzlaşması davam edib.
[«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 30-da avronun məzənnəsi 1,2809 dollar təşkil etmişdirsə, bu gün birjalarda ticarət günü açılandan sonra məzənnə 1,2694 dollara qədər enib və bu tendensiya davam edir. Ümumilikdə, cari ilin ortasından avro dollara qarşı 22% ucuzlaşıb.Analitiklərin fikrincə, bunun əsas səbəbi Avrozonada iqtisadiyyatın geriləməsi və Avropa bank sisteminin cari vəziyyətinin pisləşməsi fonunda investorların fond bazarlarından çıxarılan pulların dollara investisiya etməsi ilə bağlıdır. Eyni zamanda, inkişafda olan ölkələrin böhrana daxil olması Avrozonaya mənfi təsiri daha da gücləndirib, çünki son 10 il ərzində Avropanın bank sistemi inkişafda olan ölkələrə iri həcmdə kreditlər ayırıb. «Morgan Stanley»in hesablamalarına görə, Avrozona və İngiltərə bankları tərəfindən inkişafda olan ölkələrə verilən kreditlərin həcmi Amerika və Yaponiya tərəfindən ayrılmış kreditlərdən təxminən 5 dəfə çoxdur. Nəticədə, ölkələrin böhran vəziyyətə düşməsi, o cümlədən son üç ay ərzində inkişafda olan ölkələrin səhmlər bazarlarının məcmu indeksinin 60% azalması Avropa banklarının likvidliyini kəskin azaldıb. Avropa banklarının inkişafda olan ölkələrdən bu cür asılılığı Avropa maliyyə sisteminin və dolayısı ilə avronun məzənnəsinə mənfi təsir göstərir. «BNP Paribas»ın hesablamalarına görə, ən gec 2009-cu ilin əvvəlində avro və dolların məzənnələri bərabərləşəcək, çünki həm inkişafda olan ölkələrdə, həm də Avropada böhranın daha da dərinləşəcəyi gözlənilir.Aydındır ki, bu proses bilavasitə Azərbaycanda manat/dollar və əsasən manat/avro məzənnələrinə də təsir edəcək. Qeyd edək ki, dünyada avro/dollar məzənnəsinin yüksəlib və enməsi manatın bu valyutalara qarşı məzənnəsinin müəyyənləşməsində dərhal nəzərə alınır. -
10-31-2008, 03:00 PMAPAAzərbaycan paytaxtındakı orta məktəblərdən birində kütləvi zəhərlənmə baş verib
[b]Azərbaycan paytaxtındakı orta məktəblərdən birində kütləvi zəhərlənmə baş verib[b]
Bakı İlhamə İsabalayeva - APA Bu gün Bakının Xətai rayonundakı 95 saylı orta məktəbin 5-ci sinif şagirdləri arasında kütləvi zəhərlənmə baş verib.
[Məktəbin direktoru Tahir Süleymanovun APA-ya verdiyi məlumata görə, ikinci dərsdən sonra 5-ci sinif şagirdi Əliyeva Rəhimə ad günü münasibəti ilə doqquz sinif yoldaşına Ukraynanın istehsalı olan "Bonjur" keksi verib. Onun sözlərinə görə, R. Əliyeva dünən və bu gün səhər həmin kekslərdən üçünü yesə də, onun səhhətində heç bir problem yaranmayıb. Amma sinif yoldaşları - Tərlan Şahverdiyev, Qorqud Lətifli, Elvin Mazalov, Uğur Qasımov, Vəfa Yarəliyeva, Lamiyə Süleymanova, Aygün Əlizadə, Suliyyə Fərruxzadə, Turanə Nadirova bu keksi yedikdən sonra zəhərləniblər. T. Süleymanov bildirib ki, Əhmədli qəsəbəsində yerləşən "İlqar" marketdən alınmış bu kekslərin üzərində istifadə müddətinin 2009-cu ilin fevralında bitəcəyi qeyd edilib. Direktor 1 saylı Uşaq Yoluxucu Xəstəxanasına aparılan uşaqların vəziyyətinin hazırda kafi olduğunu deyib. Onun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi artıq məsələ ilə bağlı araşdırma aparmağa başlayıb. 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının baş həkiminin müavini Ofeliya Əliyevanın APA-ya verdiyi məlumata görə, xəstəxanaya qida zəhərlənməsi diaqnozu ilə gətirilən 9 şagirdin həyatını xilas etmək üçün bütün tədbirlər görülüb, hazırda onların durumu normaldır. -
10-31-2008, 03:10 PMAPAPKK-dan 124 terrorçu fərarilik edib
[b]PKK-dan 124 terrorçu fərarilik edib[b]
[Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinin 2-19 oktyabr tarixləri arasında İraqın şimalındakı PKK mövqelərini bombalaması nəticəsində terror təşkilatı ciddi itkilərə məruz qalıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hava bombardmanları nəticəsində xeyli terrorçunun məhv edildiyini və bir çoxunun da qaçdığını açıqlayıb. Belə ki, 124 terrorçunun fərarilik edərək PKK-dan uzaqlaşdığına dair kəşfiyyat məlumatları əldə olunub. Bundan başqa, son 1 həftə ərzində ölkə daxilində 6 PKK terrorçusu məhv edilib. -
10-31-2008, 03:20 PMAPAƏli Əhmədov: "Azərbaycanda müxalifət adı uğrunda mübarizə gedir" - MÜSAHİBƏ
[b]Əli Əhmədov: "Azərbaycanda müxalifət adı uğrunda mübarizə gedir" - MÜSAHİBƏ[b]
"Müxalifət artıq öz dayaqlarını itirib, sadəcə, illüziyalarla yaşayır"
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi- Oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri və seçkisonrası vəziyyət əvvəlki seçkilərdən kifayət qədər fərqləndi. Vəziyyətin bu qədər dəyişməsinin səbəbi nə idi?- Bu seçkilər Azərbaycan cəmiyyətinin demokratik dəyərlərə sadiq olduğunu bir daha təsdiq etdi. Əlbəttə, hər bir seçkinin ən həlledici məqamı seçicilərin rəyidir. 2008-ci il prezident seçkilərinin fərqli xüsusiyyəti bundan ibarət olub ki, Azərbaycan seçiciləri seçkilərə start verilməzdən hələ xeyli əvvəl açıq şəkildə prezident İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Seçkilərin nəticəsi də xalqın bu iradəsini əks etdirib. Beynəlxalq müşahidə missiyalarının seçkilərin nəticələrini qiymətləndirməsinə gəldikdə, burada da əhəmiyyətli irəliləyişlər var. Bundan əvvəl də Azərbaycanda seçkilər həm qanunvericiliyə, həm də demokratik dəyərlərə uyğun keçirilib. Ancaq əvvəlki seçkilərdə beynəlxalq təşkilatların mövqeləri vətəndaşların müəyyən etirazlarına səbəb olurdu və bu etirazlar əsaslı idi. 2008-ci il seçkilərinin nəticələri ilə bağlı beynəlxalq təşkilatların səsləndirdiyi rəylər isə, müəyyən tənqidi məqamlar olmasına baxmayaraq, əvvəlki rəylərlə müqayisədə daha proqressivdir. Digər tərəfdən, bu seçkiləri 1200-dən çox beynəlxalq müşahidəçi izləyirdi. Onların hər bir məntəqədə səsvermənin gedişini izləmək imkanı vardı. Onlar seçkinin nəticəsinə təsir edə biləcək ciddi nöqsanlar aşkarlamadılar. Bütün bunlar onu göstərir ki, bu seçkilər təşkilatçılıq, insanların fəallığı, vətəndaşların öz iradəsini açıq ifadə etməsi baxımından fərqlənir. Bu, Azərbaycanın demokratiya yolunda inkişafında əhəmiyyətli hesab oluna bilər. Azərbaycanda seçki fəlsəfəsinin əhəmiyyətli dərəcədə dəyişməsini özündə ehtiva edən məqamlar da var. Bu məqamlar odur ki, seçkilərdə iştirak edən namizədlər təşviqatı daha sivil formada apardılar, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq qalibi təbrik etdilər. Bu da ölkənin siyasi mədəniyyətində yeni məqamların başlanğıcını qoydu.- Beynəlxalq təşkilatlar əvvəlki seçkilərlə bağlı daha sərt mövqe bildirirdi. Bu, əvvəlki seçkilərdə ciddi pozuntuların olmasından irəli gəlirdi, yoxsa ortada başqa məqamlar vardı?- Əvvəla onu demək istəyirəm ki, bu seçkilər daha yüksək professionallıqla təşkil olunmuşdu. Həm MSK-nın seçkilərin keçirilməsi ilə bağlı gördüyü işlər, həm digər dövlət qurumlarının qanunauyğun şəkildə seçki ilə bağlı üzərlərinə düşən vəzifəni yerinə yetirməsi, tərəflərin qanunauyğun şəkildə öz təbliğatını aparması bu seçkilərin əvvəlkilərdə müqayisədə irəliyə doğru atılmış addım olduğunu göstərir. Digər tərəfdən, Azərbaycan seçkilərin şəffaflığına beynəlxalq ictimaiyyətin inamını artırmaq üçün bir çox addımlar atdı. Seçki məntəqələrinin 10 faizində "veb kamera"ların quraşdırılmasını buna misal göstərmək olar. Digər tərəfdən, beynəlxalq müşahidəçilərin sayının çox olması da seçkilərin şəffaflığına, beynəlxalq qurumların inamının artırılmasına yönələn addım idi. Bunlar təsirsiz ötüşə bilməzdi. Beynəlxalq qurumların sözün həqiqi mənasında Azərbaycanın seçki ilə bağlı bütün məsələlərdə şəffaflıq olduğunu qəbul etməkdən başqa yolu qalmadı. Bundan başqa, əvvəl keçirilən seçkilərdə əldə olunan təcrübələr, beynəlxalq müşahidəçilərin tənqidlərinə səbəb olan məqamların aradan qaldırılması, onlardan seçkilərin nəticəsi ilə əlaqədar daha obyektiv, qərəzsiz hesabatlar hazırlamalarını istəməyimiz bu məsələlərə təsir etdi. Əvvəlkilərlə müqayisədə, indiki hesabatlar daha mütərəqqidir. Amma burada da həqiqəti əks etdirməyən, bəzi hallarda qərəzli kimi dəyərləndirilən məqamlar var. - Hazırda hökumətin formalaşması mərhələsidir. Necə düşünürsünüz, hökumətdə ciddi kadr dəyişikliyinə ehtiyac varmı?- Bu seçkilərin İlham Əliyevin qələbəsi ilə başa çatması, əslində, Azərbaycan vətəndaşlarının ötən beş ilə verdiyi qiymətin təzahürüdür. Doğrudan da, ötən beş il Azərbaycan tarixinə sürətli inkişaf mərhələsi kimi düşüb. Əgər ötən beş ildə prezidentin həyata keçirdiyi siyasət, onun nəticələri vətəndaşları razı salıbsa və onlar bu beş ilin nəticələrinə görə İlham Əliyevə 90 faiz həddində dəstək nümayiş etdiriblərsə, bu o deməkdir ki, həm prezidentin həyata keçirdiyi siyasət, həm də bütövlükdə onun formalaşdırdığı komandanın fəaliyyəti vətəndaşları qane edir. Digər tərəfdən, Azərbaycanın Konstitusiyasına görə, hökumətin formalaşdırılması bilavasitə prezidentin səlahiyyətinə aiddir. Bu mənada hökumətin formalaşdırması prezidentin öz rəyindən asılıdır. Bu məsələyə kiminsə qarışması, fikir söyləməsi etikadan kənar olar. - Bu seçkilər iqtidarla bir sıra müxalifət partiyaları arasında da yumşalma yaratdı. Bu mövqenin digər partiyalarla münasibətdə də nümayiş etdirilməsi gözlənilirmi?- Seçkinin ortaya çıxardığı məqamlardan biri də odur ki, seçkilərdən sonra ittihamlar olmadı. Təbii ki, bu, iqtidar-müxalifət münasibətlərinin əhəmiyyətli dərəcədə dəyişməsini şərtləndirən vacib məqamlardandır. Amma iqtidar-müxalifət münasibətlərindən söhbət gedəndə burada bir neçə məsələnin aydınlaşmasına ehtiyac var. İqtidar məlumdur, seçkinin nəticəsində qalib gələn tərəfdir. Müxalifətə gəldikdə, Azərbaycanda bu məsələdə ciddi aydınlaşmaya ehtiyac var. Klassik mənada belədir ki, seçkidə iştirak edən və çoxluğun dəstəyini qazana bilməyən tərəf müxalifət adlanır. Seçkilərdə iştirak etməyən partiyaların və onların tərəfdarlarının müxalifət adlandırılması nə dərəcədə hüquqi əsaslara söykənir, bunu müəyyən etmək lazımdır. Azərbaycanda müxalifət adı uğrunda mübarizə gedir. Odur ki, kimin müxalifət olduğu aydınlaşmalıdır. Bu aydınlaşma olmalıdır ki, hakimiyyət də iqtidar-müxalifət münasibətlərini tənzimləyərkən qarşısında kimləri görməli olduğunu bilsin. Bu, Azərbaycanın siyasi həyatının tənzimlənməyə ciddi ehtiyacı olan məqamlarından biridir. Hər halda yaxın zamanlarda bu sahədə ciddi irəliləyiş olmalıdır.- Səsvermədə seçicilərin 74 faizinin iştirak etdiyi bildirildi. Qalan 26 faiz seçicinin seçkidə iştirak etməyən partiyaların elektoratı olması barədə iddiaları necə qiymətləndirirsiniz?- Mən qətiyyən bu fikirlə razı deyiləm. Əgər o 26 faiz müxalifətin elektoratı olsaydı və müxalifət onun bu qədər elektoratının olduğuna inansaydı, seçkilərə qatılardı. Seçkilərdə iştirakdan imtina edən müxalifətin bircə motivi olub. Onlar gözəl bilirdilər ki, ictimai dəstəkdən məhrumdurlar və elektorat formalaşdıra bilməyiblər. Onların belə iddia irəli sürməsinə gəldikdə, bu iddialar üçün heç bir əsas yoxdur. Dünyanın bütün ölkələrində seçkidə iştirak edən seçicilərin ən yüksək həddi 70-80 faiz ətrafında olur. Bu, bütövlükdə vətəndaş əhval ruhiyyəsinin göstəricisidir. Seçkidə iştirak etməyənlərin müəyyən qisminin həmin gün ola bilsin ki, daha vacib işi olub, ya da bir qisim, ümumiyyətlə, siyasətlə o qədər də maraqlanmır, siyasi proseslərə biganədir. Həmin insanların belə çağırışlardan xəbərləri belə olmur. Müxalifət partiyaları bir neçə dəfə kütləvi aksiyalar keçirməyə cəhd göstərib. Amma müxtəlif bəhanələrlə, əsasən da guya istədikləri yerin ayrılmaması bəhanəsi ilə aksiya keçirməkdən imtina ediblər. Əslində isə bilirlər ki, keçirmək istədikləri aksiyalara yetərincə insan qoşulmur. Hər kəs xatırlayır ki, müxalifət xeyli əvvəl Ukrayna meydanında mitinq keçirməyə cəhd etdi, amma bu aksiyalara az sayda insan gəldiyindən, sonradan mitinq keçirmək həvəsindən birdəfəlik əl çəkdilər. Bəhanələrindən isə hələ də əl çəkməyiblər. Müxalifət artıq öz dayaqlarını itirib, sadəcə, illüziyalarla yaşayır. - Bəzi müxalifət partiyaları seçki ərəfəsində YAP-ın namizədini dəstəklədi. YAP onların bu dəstəyinə əl uzadacaqmı?- Əvvəla, onu qeyd edək istəyirəm ki, seçkidə YAP-ın namizədini Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti dəstəklədi. Bu mənada vaxtilə müxalifət mövqeyində olan bir neçə partiyanın İlham Əliyevin namizədliyini dəstəkləməsini bütövlükdə Azərbaycan xalqının dəstəyinin tərkib hissəsi hesab edir, bunu əlahiddə nəzərdən keçirməyi düzgün saymıram. Bir halda ki, cəmiyyətin mütləq əksəriyyəti İlham Əliyevin namizədliyini açıq müdafiə edir, azacıq məntiqi olan hər kəs bu ümumxalq rəyin əleyhinə getməyə cürət etməzdi. İstənilən halda, mən İlham Əliyevi müdafiə edən bütün vətəndaşlara, o cümlədən partiyalara hörmətimi bildirirəm. Əməkdaşlıq məsələlərinə gəldikdə, YAP Azərbaycanın inkişafı naminə, istənilən siyasi təşkilatla əməkdaşlığa hazırdır. Təki bu dialoqun aparılmasında ortada saf niyyətlər, hər hansı şəxsin, təşkilatın mənafeyi yox, bütövlükdə Azərbaycanın maraqlarına xidmət etmək istəyi olsun. -
10-31-2008, 03:30 PMAPARusiyanın Voronej Prokurorluğu Azərbaycan vətəndaşını xəstəxanaya qəbul etməyən həkimlər haqqında təhqiqata başlayıb
[b]Rusiyanın Voronej Prokurorluğu Azərbaycan vətəndaşını xəstəxanaya qəbul etməyən həkimlər haqqında təhqiqata başlayıb[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Rusiyanın Voronej şəhər Prokurorluğu Azərbaycan vətəndaşı Vüqar Məmmədovu yerli xəstəxanaya qəbul etməyən həkimlərin hərəkətinin qanunauyğunluğunu araşdırır. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, insident bu ilin aprelində baş verib. Naməlum şəxslər tərəfindən döyülən Azərbaycan vətəndaşı xəstəxanaya aparılsa da, həkimlər onu qəbul etməyiblər. Səkkiz saat sonra V. Məmmədov keçinib. Ona xəsarət yetirən şəxslər bir qədər sonra aşkarlanaraq məsuliyyətə cəlb ediliblər. -
10-31-2008, 03:40 PMAPAİslamofobiya və ksenofobiya ilə mübarizəyə həsr olunmuş Bakı konfransında Avropa Şurasının rəsmiləri iştirak edəcəklər
[b]İslamofobiya və ksenofobiya ilə mübarizəyə həsr olunmuş Bakı konfransında Avropa Şurasının rəsmiləri iştirak edəcəklər[b]
[Bakı. Laçın Sultanova - APA. Noyabrın 4-8 də Bakıda keçiriləcək "İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının almasında gənclərin fəaliyyəti" adlı beynəlxalq konfransda Avropa Şurasının (AŞ) rəsmiləri də iştirak edəcək. AŞ-dan APA-ya verilən məlumata görə, tədbirdə AŞ-nin Gənclər və İdman Şöbəsinin rəhbəri Ralf-Rene Vinqartner və qurumun Gənclər Fondunun direktoru Jan Klod Lazaro qatılacaq. Qeyd edək ki, 43 ölkədən 120-dən artıq nümayəndənin iştirak edəcəyi konfransın təşkilatçıları AŞ, Avropa Gənclər Forumu, İSESCO, "Dialoq və əməkdaşlıq uğrunda" İslam Konfransı Təşkilatının Gənclər Forumu, Azərbaycan Gənclər və İdman Nazirliyidir. Konfransda islamofobiya, antisemitizm, dini və milli zəmində qarşıdurma mövzuları müzakirə olunacaq. Müzakirələrin yekununda "Bakı Gənclər Təşəbbüsü" adlı sənədin qəbulu nəzərdə tutulub. -
10-31-2008, 03:50 PMAPABu ilin sonuna qədər Azərbaycanda Rusiya Mədəniyyət Mərkəzi açılacaq
[b]Bu ilin sonuna qədər Azərbaycanda Rusiya Mədəniyyət Mərkəzi açılacaq[b]
[Moskva - APA. Rusiya bu ilin sonuna qədər Azərbaycan, Ermənistan və Moldovada mədəni mərkəzlər açacaq. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Moskvada keçirilən Ümumdünya Soydaşlar Konfransında xarici işlər naziri Sergey Lavrov deyib. O, uzaq xaricdə də 10-a yaxın mədəni mərkəz açmağı planlaşdırdıqlarını söyləyib: "Soydaşlarımızla aparılan işin rəngarəng olmasını vacib sayırıq".