[b]Venesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək. Bu barədə APA-nın Avropa bürosuna Venesiya Komissiyasının katibliyindən məlumat verilib.
[Canni Bukikkionun Azərbaycana iki günlük səfərində məqsəd Konstitusiya Məhkəməsinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etməkdir. VK katibinin səfər proqramına Azərbaycan prezidenti, xarici işlər naziri, MSK sədri, QHT rəhbərləri ilə görüşlər daxildir. Görüşlərdə əsasən Azərbaycanla Venesiya Komissiyası arasında əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Venesiya Komissiyası ötən ay Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı yekun rəyi açıqlayıb. Qurum öz rəyində Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu, bununla belə bu qanunlar külliyyatının Avropa standartlarına uyğun seçkilərin keçirilməsi üçün tutarlı baza rolu oynadığını bildirib.
Azərbaycan Xəbərləri
Printable View

07-10-2008, 07:41 PMAPAVenesiya Komissiyasının katibi Canni Bukikkio iyulun 14-də Azərbaycana səfər edəcək

07-11-2008, 10:31 AMAPAErmənistan ordusu atəşkəsi pozmağa davam edir
[b]Ermənistan ordusu atəşkəsi pozmağa davam edir[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 10-da saat 16.30-dan 16.40-dək və saat 22.30-dan 22.40-dək fasilələrlə Dağlıq Qarabağın Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.20-dən 22.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. -
07-11-2008, 10:51 AMAPAAzərbaycanın şimal bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır
[b]Azərbaycanın şimal bölgəsində təbii fəlakətin nəticələri aradan qaldırılır[b]
Xaçmaz. Solmaz Mehdiyeva - APA. Azərbaycanın təbii fəlakətdən zərər çəkən Quba, Qusar və Xaçmaz rayonlarında kompleks tədbirlər həyata keçirilir.
[APA-nın şimal bürosunun xəbərinə görə, Qubanın Vəlvələçay, Qonaqkənd kəndləri və ucqar dağ kəndi Dərkdə bərpa işləri aparılır, ərazidə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları işləyir. Selin böyük ziyan vurduğu Dəvəçinin Xəlfələr kəndində insanların istifadəsi üçün piyada keçid körpüləri qurulub. Qusarın sürüşmə gedən Qənərçay kəndinin əhalisinin əksəriyyəti təhlükəsiz yerlərə köçürülüb, onların bir hissəsi müvəqqəti olaraq FHN əməkdaşlarının qurduğu çadırlarda yerləşdirilib. Hazırda əhaliyə dəyən zərər müəyyənləşdirilir. Xaçmaz rayonu ərazisində isə selin aşırdığı elektrik dirəkləri bərpa edilir. Rayonun Hacıqurbanoba kəndində evlərin həyətlərinə dolan su xüsusi texnika ilə çəkilir. -
07-11-2008, 11:11 AMAPAGürcüstan Rusiyadakı səfirini geri çağırıb
[b]Gürcüstan Rusiyadakı səfirini geri çağırıb[b]
[Tiflis - APA. Gürcüstan Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tiflis Rusiya hərbi təyyarələrinin Cənubi Osetiya üzərində uçuş keçirməsindən sonra bu ölkəyə rəsmi etiraz notası göndərib. Rusiya XİN təyyarələrin uçuşunu təsdiqləyib və bunun münaqişənin alovlanmasına yol verməmək məqsədilə edildiyini açıqlayıb. Rəsmi Tiflis isə faktı ölkənin hava məkanının pozulması kimi qiymətləndirib. Gürcüstanın Rusiyadakı səfiri Erosi Kitsmarişvili bu gün ilk reyslə ölkəsinə yola düşəcəyini və Moskvaya nə vaxt dönəcəyini bilmədiyini deyib. Qeyd edək ki, iyulun 10-da yerli vaxtla saat 20.11-də Rusiyaya məxsus iki qırıcı təyyarə Gürcüstanın hava məkanına daxil olub. On dəqiqə sonra daha iki təyyarə eyni marşrut üzrə uçuş həyata keçirib. Təyyarələr Cənubi Osetiya üzərində 40 dəqiqə dövr ediblər. -
07-11-2008, 11:41 AMAPATürkiyənin cənub-şərqində 10 PKK terrorçusu məhv edilib
[b]Türkiyənin cənub-şərqində 10 PKK terrorçusu məhv edilib[b]
[Ankara - APA. Türkiyənin cənub-şərqində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında toqquşma baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, Şırnak rayonu ərazisində baş verən döyüşdə 10 PKK terrorçusu məhv edilib. Qanuni kənd özünümüdafiə dəstələrinin 1 üzvü isə şəhid olub. Ərazidə əməliyyatlar davam edir. -
07-11-2008, 01:51 PMAPAErməni estrada ulduzlarının mahnılarından ibarət alboma Aygün Kazımovanın ifasında "Yenə tək" mahnısı da daxil edilib
[b]Erməni estrada ulduzlarının mahnılarından ibarət alboma Aygün Kazımovanın ifasında "Yenə tək" mahnısı da daxil edilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu günlərdə Moskvada erməni estrada ifaçılarının mahnılarından ibarət albom işıq üzü görüb. Albomda erməni estrada ulduzlarının, o cümlədən Ermənistanı "Eurovision-2008" təmsil edən Siruşonun ifası ilə yanaşı, Azərbaycanın əməkdar artisti Aygün Kazımovanın ifasında "Yenə tək" kompozisiyası da yer alıb. Bu barədə APA-ya açıqlama verən Aygün Kazımova hadisədən şoka düşdüyünü etiraf edib: "Amma bu diskin pirat disk olması məni bir az rahatladır. Özü də diskə qulaq asdıqda mahnının internetdən götürüldüyü məlum olur. Çünki olduqca keyfiyyətsiz bir şəkildədir. Bir müddət əvvəl də mənim ifa etdiyim "Gəncəm" mahnısının sözləri dəyişdirilərək erməni sənətçiləri tərəfindən ifa olunmuşdu. Ancaq mahnı həmin mahnı idi". Aygün Kazımova məsələ ilə bağlı hər hansısa bir addım atmaq fikrində olmadığını deyib. Sənətçinin sözlərinə görə, albomun kim tərəfindən hazırlandığı məlum olmadığını görə belə bir addım atmaq lüzumsuzdur. -
07-11-2008, 02:01 PMAPAMüsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb
[b]Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb[b]
[Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyasının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müddəalarının pozulmasına etiraz olaraq Bakı şəhər icra hakimiyyəti qarşısında keçirmək istədiyi aksiya baş tutmayıb. APA-nın məlumatına görə, Səbayel rayon Polis İdarəsinin əməkdaşları sanksiyalaşdırılmamış aksiyanın qarşısını alıblar. Müsavat Partiyasının üzvləri Bakı şəhər İcra hakimiyyətinin qarşısına buraxılmayıb, aksiya iştirakçılarından 8 nəfər saxlanaraq Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb. Saxlananlar arasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da var. -
07-11-2008, 02:11 PMAPASergey Kuznetsov: "Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır"
[b]Sergey Kuznetsov: "Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır"[b]
Bakı. Tamara Qriqoryeva-APA. Venesiya Komissiyası Azərbaycan hökuməti ilə Seçki Məcəlləsi ətrafında yeni müzakirələr aparmağı planlaşdırmır.
[Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin eksperti Sergey Kuznetsov APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurum Seçki Məcəlləsi ilə bağlı mövqeyini açıqlayıb: "Biz rəyimizi açıqlamışıq və öz mövqeyimizdə qalmaqda davam edirik. Seçki Məcəlləsinin özünü necə doğrultması seçkilər və təbliğat kampaniyası zamanı aydın olacaq". Sergey Kuznetsov Venesiya Komissiyasının katibi Canni Bukikkionun iyulun 14-15-də Bakıya səfərinin Konstitusiya Məhkəməsinin yubileyində iştirakla əlaqədar olduğunu bildirib. Canni Bukikkio MSK ilə birlikdə seçkilər ərəfəsində keçiriləcək treninqdə də iştirak edəcək. -
07-11-2008, 02:21 PMAPAAzərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib
[b]Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, iclasda ilk olaraq şura sədrinin müavinlərinin seçilməsi məsələsinə baxılıb. Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Mətbuat Şurası sədrinin müavinləri seçilib. Daha sonra Mətbuat Şurası komissiyalarının formalaşdırılması prosesi həyata keçirilib və bu qurumların rəhbərləri müəyyənləşib. Mehman Əliyev iqtisadiyyat, Kamal Abdulla təhsil, Bəxtiyar Sadıqov dil, Müşfiq Ələsgərli sosial, Umud Rəhimoğlu regional, Vüqar Səfərli daimi məsələlər üzrə komissiyaların sədri seçilib. İclasda eyni zamanda Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının tərkibi də müəyyənləşib. Komissiyada Umud Rəhimoğu, Bəxtiyar Sadıqov, Vüsalə Mahirqızı, Tapdıq Abbas, Cəmil Həsənli, Hacı Sabir Həsənli, Kamal Abdullanın fəaliyyət göstərməsi qərara alınıb. İclasda qeyd olunub ki, Mətbuat Şurasının Azərbaycan Jurnalistlərinin V Qurultayında formalaşdırılan Nəzarət Təftiş Komissiyasının iclası keçirilib və qurumun üzvü Mübariz Zeynallı komissiya sədri seçilib. -
07-11-2008, 02:31 PMAPAKaliforniyada meşə yanğınları 250 hektar ərazini külə döndərib
[b]Kaliforniyada meşə yanğınları 250 hektar ərazini külə döndərib[b]
[Kaliforniya-APA. Son 30 il ərzində ilk dəfə olaraq Kaliforniyada meşə yanğınlarının söndürülməsinə ABŞ Milli Qvardiyasının şəxsi heyəti cəlb olunub. APA-nın məlumatına görə, dünən yanğınların söndürülməsində 200-dən artıq qvardiyaçı iştirak edib. Qeyd edək ki, iyunun 20-dən bu yana Kaliforniyanın müxtəlif meşə massivlərində 1,700-dən çox yanğın baş verib, nəticədə 250 min hektar meşə sahəsi külə dönüb. 100-dən çox tikilini külə döndərən yanğınlarda bir nəfər həlak olub. Hazırda yanğınsöndürənlər 1,500 yanğın ocağını söndürməyə müvəffəq olublar. Bununla belə ştatın şimal və mərkəzi hissəsində irimiqyaslı yanğınlar hələ də davam edir. -
07-11-2008, 02:41 PMAPASəid Dadaşbəyli və daha 14 nəfərin barəsində məhkəmə hökmündən kasasiya şikayəti verilib
[b]Səid Dadaşbəyli və daha 14 nəfərin barəsində məhkəmə hökmündən kasasiya şikayəti verilib[b]
[Bakı. Hacı Zeynalov - APA. İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə təqsirləndirilən Səid Dadaşbəylinin və daha 14 nəfərin barəsində çıxarılan hökmdən Ali Məhkəməyə kasasiya şikayəti verilib. Bunu APA-ya S. Dadaşbəylinin vəkili Elçin Qənbərov deyib. Onun sözlərinə görə, cinayət işi Ali Məhkəmənin hakimi Nəriman Hüseynovun icraatına verilib.Qeyd edək ki, Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən S. Dadaşbəyli və digərləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunaraq müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. -
07-11-2008, 02:51 PMAPASabina Freyzer: "Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətində köklü dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı"
[b]Sabina Freyzer: "Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətində köklü dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ermənistanın yeni seçilmiş prezidenti və Azərbaycanın dövlət başçısının dialoq prosesini yenidən canlandırması mümkündür". Bu açıqlamanı APA-ya Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Freyzer verib.
[O, Ermənistanda hakimiyyət dəyişikliyinin bu ölkənin xarici siyasət kursuna o qədər də təsir etməyəcəyini bildirib: "Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətinə böyük dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı. Dialoq prosesini canlandıracaq kiçik dəyişikliklərin olması mümkündür. Danışıqlarda Azərbaycan və Ermənistan arasında əsas fikir ayrılığı Dağlıq Qarabağın mümkün statusu ilə bağlıdır. Ermənistan Dağlıq Qarabağa müstəqillik verilməsini danışıqların baza prinsiplərinə daxil olunmasını istəyir, Azərbaycan isə qəti şəkildə bunun əleyhinə çıxır. Fikrimcə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini hər iki ölkə və xalq arasında qarşılıqlı etimad mühiti formalaşdıqdan sonrakı dövrə saxlamaq lazımdır". -
07-11-2008, 03:01 PMAPASabunçuda ər arvadını bıçaqlayıb
[b]Sabunçuda ər arvadını bıçaqlayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Mirzə Məcidov həyat yoldaşı Təhminə Məcidovanı bıçaqlayıb. 3 saylı şəhər xəstəxanasına çatdırılan yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb. M. Məcidov polis əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. -
07-11-2008, 03:11 PMAPA"Media açarı" mükafatının təqdimat mərasimi iyulun 22-də keçiriləcək
[b]"Media açarı" mükafatının təqdimat mərasimi iyulun 22-də keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə hər il keçirilən "Media açarı" mükafatının təqdimat mərasimi iyulun 22-də baş tutacaq. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli APA-ya bildirib ki, müsabiqə üzrə sənəd qəbulu prosesi yekunlaşıb. Onun sözlərinə görə, təqdim edilən materialları qiymətləndirmək üçün münsiflər heyəti müəyyənləşib, qiymətləndirilmə gələn həftə başa çatacaq. Liqa sədri onlara beş nominasiya üzrə 40-a yaxın müraciətin daxil olduğunu deyib. Y. Məmmədli bildirib ki, birinci yerin sahibinə "Media açarı", diplom və 300 manat pul mükafatı, ikinci yerin sahibinə diplom və 200 manat pul mükafatı, üçüncü yerin sahibinə diplom və 100 manat pul mükafatı təqdim olunacaq. Hər il olduğu kimi bu il də "Media açarı"nın təqdimat mərasiminə "Azərsell Telekom" MMC şirkəti sponsorluq edəcək. Qeyd edək ki, tədbirin təşkilatçıları "Yeni Nəsil" Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası, "Ruh" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsidir. Bu il "Media açarı" mükafatının təqdimat mərasimi 11-ci dəfə keçiriləcək. -
07-11-2008, 03:21 PMAPAƏli Kərimlinin apellyasiya şikayəti üzrə proses baş tutmayıb
[b]Əli Kərimlinin apellyasiya şikayəti üzrə proses baş tutmayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu günə təyin olunmuş apellyasiya şikayəti üzrə proses baş tutmayıb. Bu barədə APA-ya Ə. Kərimlinin vəkili Elçin Qəmbərov məlumat verib. Onun sözlərinə görə, prosesin təxirə salınmasına səbəb hakim Etibar Nəbiyevin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və digər şəxslərin cinayət işi üzrə müşavirədə olmasıdır. Proses iyulun 16-na təyin olunub. Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi AXCP sədri barəsində 1994-cü ildə Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı şikayəti təmin etməyib. Ə. Kərimli bu qərarın ləğv olunmasını istəyir. Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsi Ə. Kərimli barəsində cinayət işinin ləğv olunmadığı əsas gətirərək ona ümumvətəndaş pasportu verməkdən imtina edib. -
07-11-2008, 03:31 PMAPAAzərbaycanın səfir və konsulları cəbhə bölgəsində səfərdədir
[b]Azərbaycanın səfir və konsulları cəbhə bölgəsində səfərdədir[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının rəhbərləri bu gün Füzuli rayonuna səfər ediblər.
[APA-nın məlumatlarına görə, səfər Xarici İşlər Nazirliyində səfir və konsulların iştirakı ilə keçirilən müşavirə çərçivəsində keçirilir. Diplomatlar cəbhə xəttində yerləşən Füzuli rayonunun problemləri ilə tanış olacaq, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrə baş çəkəcəklər. Səfər sabah başa çatacaq. -
07-11-2008, 03:41 PMAPASabina Freyzer: "Gürcüstanda yaranmış kritik durum heç kəsə sərf etmir"
[b]Sabina Freyzer: "Gürcüstanda yaranmış kritik durum heç kəsə sərf etmir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Gürcüstanda yaranmış kritik durum heç kəsə sərf etmir". Bunu APA-ya açıqlamasında Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer deyib. O, silahlı qarşıdurmadan dialoqa keçməyin önəmini vurğulayıb: "Gürcülər və osetinlər, gürcülər və abxazlar, eləcə də Gürcüstanla Rusiya arasında dialoqun bərpası vacibdir". S. Freyzer əmindir ki, problemləri yalnız dialoq yolu ilə həll etmək olar. -
07-11-2008, 03:51 PMAPABərdənin 13 kəndinə mavi yanacaq veriləcək
[b]Bərdənin 13 kəndinə mavi yanacaq veriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Bərdə rayonunun 13 kəndinə mavi yanacaq veriləcək. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Bərdə rayonundan olan deputat Zahid oruc bildirib. Deputat Bərdənin 13 kəndinə qaz xətti çəkildiyini və bu işlərin tamamlanmaq üzrə olduğunu deyib. Onun sözlərinə görə, indiyə kimi Bərdə rayon mərkəzində 5400-dən artıq abonent qazla təchiz olunub. -
07-11-2008, 04:01 PMAPAElçin Behbudov Bayıl İstintaq Təcridxanasında aclıq aksiyası keçirən şəxslə görüşüb
[b]Elçin Behbudov Bayıl İstintaq Təcridxanasında aclıq aksiyası keçirən şəxslə görüşüb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1 saylı Bayıl İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, təcridxanada saxlanılan və bu gündən aclıq aksiyasına başladığını bildirən Şirvan şəhər sakini Hüseynov Coşqun Mirbalabəy oğlu ilə görüşüb. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə ittiham olunan C. Hüseynov günahsız olduğunu və etiraz əlaməti olaraq aclığa başladığını deyib: "O, bildirdi ki, Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi işə qərəzli yanaşır. Coşqun mənim xahişimi nəzərə alaraq aclığı dayandıracağını söylədi". E. Behbudov məsələ ilə bağlı bu gün daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib. Hüquq müdafiəçisi həmçinin təcridxanada saxlanılan Biləsuvar rayon sakini, Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham olunan Cabir Həsənovla onun atasının müraciəti əsasında görüşüb. Komitə sədri təqsirləndirilən şəxsin saxlanma şəraitindən narazılığının olmadığını deyib. -
07-11-2008, 04:11 PMAPAŞimali Amerikanın ən iri məscidi ibadətə açılıb
[b]Şimali Amerikanın ən iri məscidi ibadətə açılıb[b]
[Bakı. Zaur Nurməmmədov - APA. Kanadanın Kalqari şəhərində Şimali Amerikanın ən iri məscidi olan "Baytun Nur" ibadətə açılıb. APA-nın məlumatına görə, açılış mərasimində Kanadanın baş naziri Stiven Harper də iştirak edib. Məscidin sahəsi 4300 kvadrat metrdir. İbadət evinə konfrans zalı, tədris korpusu və digər yardımçı binalar daxildir. "Baytun Nur"un inşasına 2005-ci ilin iyununda başlanıb. Tikintiyə 15 milyon dollar xərclənib. Bu məbləğin 8 milyonunu Kanadanın müsəlman icması verib. -
07-11-2008, 04:21 PMAPAMüsavat Partiyasının keçirmək istədiyi icazəsiz piketdə saxlanılan şəxslər sərbəst buraxılıb
[b]Müsavat Partiyasının keçirmək istədiyi icazəsiz piketdə saxlanılan şəxslər sərbəst buraxılıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün saat 12:00-da Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək istədiyi icazəsiz piketdə saxlanılan şəxslər sərbəst buraxılıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı APA-ya bildirib ki, onunla birlikdə saxlanılan Əfqan Muxtarlı, Tofiq Yaqublu, Mustafa Hacıbəyli, Hüseyn Məlikov, Əli Quliyev, Bəxtiyar Tarıyev, Fəxrəddin Abbas, Murad Kərimov, Əhəd Məmmədli, Ramin Baxışov, Tural Abbaslı və Emil Əliyev (aksiya iştirakçısı olmayıb) ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Qeyd edək ki, aksiya iştirakçıları 3 saat Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsində saxlanılıblar. -
07-11-2008, 04:31 PMAPASumqayıt sakini dənizdə boğulub
[b]Sumqayıt sakini dənizdə boğulub[b]
[Bakı. Hacı Zeynalov-APA. Sumqayıt şəhəri, 17-ci mikrorayonda yaşayan Elnur Hacıyev dənizdə çimərkən, İsmayıllı rayonu Mican kənd sakini Rəşad Ağayev isə "Qaya" İstirahət Mərkəzinin yaxınlığında göldə çimərkən boğulublar. Bu barədə APA-ya DİN-nin mətbuat xidmətindən məlumat verilib. Hər iki fakt üzrə araşdırmalar aparılır. -
07-11-2008, 04:41 PMAPAŞamaxıda yanğın baş verib
[b]Şamaxıda yanğın baş verib[b]
[Bakı. Almaz Heydərova-APA. Dünən saat 12.45 radələrində Şamaxı şəhərində, şəhər sakini Fatimə Ağayevaya məxsus 2 mərtəbəli 5 otaqlı evdə yanğın baş verib. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə 35 kvadratmetr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, xəsarət alan F. Ağayeva isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır. -
07-11-2008, 04:51 PMAPASabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
[b]Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı. Almaz Heydərova-APA. Bu gecə saat 01.30 radələrində Sabirabad rayonunun Şəhriyar kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Qaralar kənd sakini Zaman Fərzəliyevin idarə etdiyi "QAZ-24" markalı və Şirvan şəhər sakini Aftandil Məstiyevin idarə etdiyi "VAZ-2110" markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb. Faktla bağlı Sabirabad RPŞ tərəfindən araşdırmalar aparılır. -
07-11-2008, 06:41 PMAPANATO ekspertləri Azərbaycan hərbçilərinin qiymətləndirici təlimini yüksək qiymətləndiriblər
[b]NATO ekspertləri Azərbaycan hərbçilərinin qiymətləndirici təlimini yüksək qiymətləndiriblər[b]
[Bakı-APA. Bu ilin mayında NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti qiymətləndiricilər qrupunun üzvü qismində təlimi yaxından izləyiblər. Şərti ssenariyə uyğun olaraq, təlimlərdə NATO standartlarına uyğunlaşmanın 15 elementi üzrə tapşırıq (arama və axtarma, humanitar yüklərin müşayiət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi) icra edilib. Artıq NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupuna daxil olan ekspertlərin hesabatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edilib. Hesabatda Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsinin uğurla yerinə yetirildiyi qeyd edilib. -
07-11-2008, 06:51 PMAPAAzərbaycan prezidenti filosof Heydər Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti filosof Heydər Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev görkəmli filosof alim, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə qeyd olunub ki, Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında müstəsna rolu var. Milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirib. O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verərək, bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin hazırlayıb. Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə Heydər Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb. -
07-11-2008, 07:01 PMAPARöya Musiqili Komediya Teatrında işə götürülüb
[b]Röya Musiqili Komediya Teatrında işə götürülüb[b]
[Bakı. Ülkər Qasımova-APA. Müğənni Röya Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə götürülüb. Bu barədə APA-ya teatrın direktoru Əliqismət Lalayev məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dən etibarən Röya həmin teatrda aktrisa ştatına təsdiq olunub. Teatr rəhbəri Röyanın Musiqili Komediya Teatrından əmək haqqı alacağını da deyib: "Röyanı ilk əvvəl Gövhər Həsənzadənin hazırlayacağı "Günəş Şərqdən doğur" modern müziklində oynayacaq. Bundan sonra isə teatrda hazırlanacaq tamaşaların hansına uyğun gəlsə, o obrazı da canlandıracaq. Röyanın çox gözəl səsi var, aktrisalığı da bacarır və bir çox tamaşaçıların sevimlisidir. Bundan sonra Röyanın ifasında çox gözəl rolların şahidi olacaqsınız". -
07-11-2008, 07:11 PMAPAAzərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti xalq rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahovun 80 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə qeyd olunub ki, T. Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olub. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırıb. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr verib. Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Tahir Salahovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. -
07-11-2008, 07:21 PMAPATürkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib
[b]Türkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib[b]
[Ankara - APA. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, baş nazirin keçmiş müavini Əbdüllətif Şənər partiya sıralarından istefa verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, AKP Mərkəzi Şurasının bu gün keçirilən iclasına qatılan Ə. Şənər toplantıdan əvvəl jurnalistlərə açıqlamasında partiya yoldaşları ilə halallaşacağını deyib. İclasdan çıxdıqdan sonra isə o, AKP üzvlüyündən istefa verdiyini bildirib: "Hörmətli baş nazir nəzakət göstərdi və mənə söz verdi. Mən də vida nitqi söylədim. Baş nazir "xeyirli olsun" dedi. Çox böyük nəzakət vardı". Xatırladaq ki, Ə. Şənər daha öncə verdiyi açıqlamalarda yeni siyasi partiya yaradacağını bəyan edib. Siyasi müşahidəçilər onun AKP-nin elektoratının bir hissəsini öz tərəfinə çəkə biləcəyini proqnozlaşdırırlar. Qafqaz kökənli olan Ə. Şənər 1954-cü ildə Türkiyənin Sivas bölgəsində doğulub. Ankara Universitetini bitirib, iqtisad elmləri doktorudur. Rifah, Fəzilət partiyaları və son olaraq AKP-nin liderlərindən biri olub. Maliyyə naziri, baş nazirin müavini vəzifələrində çalışıb. -
07-11-2008, 07:31 PMAPAGürcüstan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çindən kömək istəyib
[b]Gürcüstan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Çindən kömək istəyib[b]
Tiflis - APA. Gürcüstan xarici işlər nazirinin birinci müavini Georgi Bokeriya ilə nazir müavini Qriqol Vaşadze BMT baş katibinin Gürcüstan üzrə dost ölkələr qrupuna daxil olan ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın səfirləri və digər təmsilçiləri ilə görüş keçiriblər.
[APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, görüşdə iyulun 8-də Rusiya hərbi təyyarələrinin Gürcüstanın hava məkanını pozması faktı geniş müzakirə edilib. Xarici diplomatlar Gürcüstan tərəfinin narahatlığını bölüşərək bu ölkənin ərazi bütövlüyü və suverenliyini birmənalı dəstəklədiklərini bildiriblər. Tərəflər məsləhətləşmələri davam etdirmək qərarına gəliblər. Daha sonra Q. Vaşadze Çinin Gürcüstandakı səfiri Van Kayvenlə görüşərək rəsmi Pekindən Rusiyanın təcavüzünə müvafiq qiymət verməsini xahiş edib. -
07-11-2008, 07:41 PMAPABakıda toyuq ətindən hazırlanan dönərdən 15 nəfər zəhərlənib
[b]Bakıda toyuq ətindən hazırlanan dönərdən 15 nəfər zəhərlənib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bakıda kütləvi zəhərlənmə halı qeydə alınıb. Klinik Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, bu gün xəstəxanaya qida zəhərlənməsi diaqnozu ilə 15-ə yaxın şəxs müraciət edib.
[Məlumata görə, müraciət edənlər Bakının mərkəzi hissəsində yerləşən "5 qazan" restoranında yedikləri dönərdən zəhərləndiklərini bildiriblər. İlkin məlumatlara görə, zəhərlənməyə səbəb olan dönərlər toyuq ətindən hazırlanıbmış. -
07-11-2008, 07:51 PMAPAAğdamda toy mərasimində zəhərlənənlərin sayı 60 nəfərə çatıb
[b]Ağdamda toy mərasimində zəhərlənənlərin sayı 60 nəfərə çatıb[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın Xındırıstan kəndindəki şadlıq sarayında keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, toy mərasimində iştirak edən qonaqların çoxu bir gün sonra səhhətlərində baş verən dəyişikliklərlə bağlı Ağdam mərkəzi rayon xəstəxanasına müraciət ediblər.
[Müayinə nəticəsində həmin şəxslərin zəhərlənməsi faktı təsdiqlənib. Həkimlər kütləvi zəhərlənməyə qida məhsullarının səbəb olduğunu ehtimal edirlər. Ağdam mərkəzi rayon xəstəxanasından APA-nın Qarabağ bürosuna bildiriblər ki, toyda zəhərləndiyi ehtimal edilən vətəndaşların sayı 60 nəfərə çatıb. -
07-11-2008, 08:01 PMAPACorc Buş: "Cəsur türk polislərinə minnətdarıq"
[b]Corc Buş: "Cəsur türk polislərinə minnətdarıq"[b]
Ankara - APA. ABŞ prezidenti Corc Buş Türkiyə prezidenti Abdulla Gülə telefon edərək ölkəsinin İstanbuldakı Baş Konsulluğuna qarşı terror aksiyası zamanı 3 polisin həlak olması ilə əlaqədar ona başsağlığı verib.
[APA-nın məlumatına görə, Türkiyə prezidentinin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, C. Buş İstanbuldakı ABŞ Konsulluğunun qorunması istiqamətində görülən işlərlə bağlı Türkiyə hökumətinə təşəkkür edib. O, Amerika xalqı və öz adından konsulluğa hücum zamanı vəzifə başında həlak olan cəsur türk polislərinin ailələrinə başsağlığı diləyib. C. Buş A. Güldən xahiş edib ki, başsağlığı diləklərini və minnətdarlığını polislərin ailələrinə çatdırsın. Telefon danışığında bəzi regional məsələlərə də toxunulub. -
07-11-2008, 08:11 PMAPASabiq baş nazir Surət Hüseynovun dəstəsinin üzvünün cinayət işi üzrə hazırlıq iclası keçirilib
[b]Sabiq baş nazir Surət Hüseynovun dəstəsinin üzvünün cinayət işi üzrə hazırlıq iclası keçirilib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim İslam Neymanovun sədrliyi ilə sabiq baş nazir Surət Hüseynovun dəstəsinin üzvü olmuş Rövşən Mahmud oğlu Yusifovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, baxış iclası iyulun 18-nə təyin olunub. Qeyd edək ki, R. Yusifov 1993-cü ildə kütləvi ixtişaşlara hazırlıq görməkdə ittiham olunur. O, bu ilin fevralında həbs edilib. R. Yusifov Cinayət Məcəlləsinin 29, 278-ci (dövlət çevirilişinə cəhd), 318-ci (Azərbaycan Respubilikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. -
07-11-2008, 08:21 PMAPAUkraynada xəstəxanada partlayış olub
[b]Ukraynada xəstəxanada partlayış olub[b]
[Kiyev-APA. Ukraynanın İvano-Frankovsk vilayətinin xəstəxanalarından birində baş verən partlayış iki nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, hadsə zamanı daha 8 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. İlkin ehtimala görə, partlayış zirzəmisindən keçən qaz kəmərində sızma nəticəsində baş verib. Partlayış dalğası xəstəxananın birinci mərtəbəsinin döşəməsini uçurub, palatadakı xəstələr hamısı zirzəmiyə düşüblər. Hazırda ərazidə xilasetmə işləri davam edir. -
07-11-2008, 08:31 PMAPAUkrayna parlamenti Timoşenko hökumətinin istefaya göndərə bilməyib
[b]Ukrayna parlamenti Timoşenko hökumətinin istefaya göndərə bilməyib[b]
[Kiyev-APA. Ukrayna parlamentinin Yuliya Timoşenko hökumətini istefaya göndərmək cəhdi baş tutmayıb. APA-nın məlumatına görə, parlamentdə keçirilən səsvermə zamanı yalnız 174 deputat hökumətin istefaya göndərilməsi ideyasını dəstəkləyib. Yuliya Timoşenko hökumətinə etimadsızlıq məsələsi Regionlar Partiyasının təklifi ilə gündəliyə daxil edilib, səsvermə zamanı bu partiyanı təmsil edən 174 deputatdan 172-si təklifi dəstəkləyib. Bundan başqa prezidentin tərəfdarlarından ibarət "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" blokunun iki üzvü də Timoşenko hökumətinin istefasına tərəfdar çıxıb. Hökumətin fəaliyyətini ciddi şəkildə tənqid edən kommunistlər və "Litvinin bloku"ndan olan deputatlar isə təklifin əleyhinə səs veriblər. -
07-11-2008, 08:41 PMAPA"İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu" mövzusunda təşkil olunan yay məktəbinin açılışı keçirilib
[b]"İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu" mövzusunda təşkil olunan yay məktəbinin açılışı keçirilib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Azərbaycan Diplomatik Akademiyasında "İslam dininin müasir beynəlxalq münasibətlərdə rolu" mövzusunda təşkil olunan yay məktəbinin açılışı keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev yay məktəbinin açılmasını xüsusi hadisə adlandırıb: "Çünki bu məktəb müsəlman, xristian və yəhudi dinlərinə mənsub insanları iki həftə müddətində eyni mühitdə bir araya gətirəcək". Qeyd edək ki, yay məktəbi çərçivəsində 11-20 iyulda Bakıda və Qubada kurslar təşkil olunacaq. -
07-11-2008, 10:01 PMAPAAzərbaycanın 35 səfir və konsulu cəbhə bölgəsində səfərdə olub
[b]Azərbaycanın 35 səfir və konsulu cəbhə bölgəsində səfərdə olub[b]
Füzuli. Teymur Zahidoğlu-APA. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının rəhbərlərindən ibarət 35 nəfərlik heyət bu gün Füzuli rayonuna səfər edib.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar ilk öncə rayonda fəaliyyət göstərən Zodcuq qaçqın məktəbinə baş çəkiblər. Daha sonra Dövlət Sərhəd Xidmətinin İran sərhədində yerləşən zastavasına gedən diplomatlar burada əsgərlərin kazarma şəraiti ilə yaxından tanış olub, əsgərlərlə birgə yemək yeyiblər. Diplomatlar həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə də baş çəkiblər. Səfər zamanı diplomatlarımız adından Füzuli rayonunda fəaliyyət göstərən 5 məktəbə proyektor və televizordan ibarət video avadanlıq dəsti, bir məktəbə isə kompüter dəsti hədiyyə edilib. Diplomatlar həmçinin Füzuli rayonunda məskunlaşan məcburi köçkünlərlə də görüş keçiriblər. Məcburi köçkünlər səfirlərdən üzləşdikləri problemlərlə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmağı xahiş ediblər. Qeyd edək ki, səfər sabah başa çatacaq. -
07-11-2008, 11:01 PMAPAAzərbaycan diplomatlarının cəbhə bölgəsinə səfərlə bağlı təəssüratları
[b]Azərbaycan diplomatlarının cəbhə bölgəsinə səfərlə bağlı təəssüratları[b]
[Füzuli. Teymur Zahidoğlu-APA. " Burda gördüklərimiz bizə əlavə informasiyalardır. Biz bu məlıumatlara əsaslanaraq, təmsil etdiyimiz ölkələrdə keçirəcəyimiz görüşlərdə, tədbirlərdə, daha tutarlı faktlara söykənərək, çıxış edə biləcəyik". APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan diplomatlarından ibarət qrupun tərkibində cəbhə bölgəsinə səfər edən İstanbuldakı baş konsul Səyyad Aran deyib. O, Azərbaycanın bu qədər nizamlı və peşəkar ordusunun olmasından çox sevindiklərini və qürur hissi keçirdiklərini deyib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da cəbhə bölgəsinə səfərin onun üçün çox maraqll olduğunu söyləyib. Səfir bildirib ki, Azərbaycanın bu bölgəsinə ilk dəfə səfər edir və qaçqın şəhərciyini, baş verənləri əyani olaraq yerində görmək onda bir diplomat kimi daha aydın təsəvvür yaradır. Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev isə bildirib ki, xalqımız düşmənin şayiələrini ifşa edib, həqiqəti dünyaya çatdırmalıdır: "Biz hər yerdə hər mənada haqlı olduğumuzu sübut etməliyik". -
07-12-2008, 10:51 AMAPAErmənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi növbəti dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 13.25-dən 13.34-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 15.15-dən 15.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.10-dan 18.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 12-də saat 03.30-dan 03.40-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.