[b]Azərbaycanın Şəki şəhərində "İpək yolu əməliyyatları ilə bağlı beynəlxalq forum" keçiriləcək[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. İslam Konfransı Təşkilatının Turizm Nazirlərinin iyunda Bakıda keçiriləcək turizm konfransı ərəfəsində aprel və may aylarında Azərbaycanda iki böyük tədbir təşkil olunacaq. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildirilib. Aprelin 14-15-də Şəkidə "İpək yolu əməliyyatları ilə bağlı beynəlxalq forum", mayın 20-25-də isə Naxçıvanda "Dini və sağlamlıq turizmi üzrə konfrans" keçiriləcək. Tədbirlərə Səudiyyə Ərəbistanının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri də dəvət olunub.
Azərbaycan Xəbərləri
Printable View

03-17-2008, 08:21 PMAPAAzərbaycanın Şəki şəhərində "İpək yolu əməliyyatları ilə bağlı beynəlxalq forum" keçiriləcək

03-17-2008, 10:27 PMlogmanBMT-də Azərbaycanla bağlı qəbul olunan qətnamənin tam mətni
BMT-də Azərbaycanla bağlı qəbul olunan qətnamənin tam mətni
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə martın 14-ü BMT Baş Assambleyasında tərəfindən qəbul olunub
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət
Baş Assambleya,
Birləşmiş Millətlərin Təşkilatının Nizamnaməsinin məqsədlərini, prinsiplərini və müddəalarını rəhbər tutaraq,
Təhlükəsizlik Şurasının 822 (1993) saylı 30 aprel 1993-cü il tarixli, 853 (1993) saylı 29 iyul 1993-cü il tarixli, 874 (1993) saylı 14 oktyabr 1993-cü il tarixli və 884 (1993) saylı 12 noyabr 1993 tarixli qətnamələrini və Assambleyanın “Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım” adlanan 48/114 saylı 20 dekabr 1993-cü il tarixli və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlanan 60/285 saylı 7 sentyabr 2006-cı il tarixli qətnamələrini bir daha xatırladaraq,
Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fakt-araşdırıcı missiyasının hesabatını və Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş əraziləri üzrə Minsk Qrupunun fakt-araşdırıcı missiyasına dair Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu Həmsədrlərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Daimi Şurasına ünvanlanmış məktubunu1 həmçinin yada salaraq,
Yanğınlara məruz qalmış Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən aparılmış ətraf mühitin qiymətləndirmə missiyasının hesabatını nəzərə alaraq ,
Münaqişə tərəflərinin beynəlxalq humanitar hüququn qaydalarına dürüstcəsinə riayət etməyə dair götürdüyü öhdəlikləri bir daha təsdiqləyərək,
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətraf ərazilərində mövcud olan münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olmasından ciddi narahatlıq duyaraq və onun Cənubi Qafqaz ölkələrindəki humanitar vəziyyətə və inkişafa etdiyi təsiri nəzərə alaraq,
1. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə davam edən hörmət və dəstəyi bir daha təsdiqləyir;
2. Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir;
3. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını bir daha təsdiq edir və münaqişədən zərər görmüş ərazilərin bütünlüklə bərpası da daxil olmaqla bu qayıdış üçün müvafiq şəraitin yaradılmasının zəruriliyini vurğulayır;
4. Azərbaycan Respublikasının tərkibində qalacaq Dağlıq Qarabağ bölgəsində effektiv demokratik özünüidarə sisteminin yaradılması üçün imkan yaradacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmaların normal, təhlükəsiz və bərabər şərtlər əsasında yaşamasının təmin edilməsinin zəruriliyini tanıyır;
5. Bir daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalının nəticələrindən gələn vəziyyəti hüquqi olaraq tanımamalı, eləcə də bu vəziyyətin saxlanması üçün hər hansı yardım və dəstək göstərməməlidir;
6. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə münaqişənin sülh yolu ilə həlli məqsədi daşıyan beynəlxalq vasitəçilik səylərinə, xüsusilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun səylərinə dəstək ifadə edir və yuxarıda qeyd olunan müddəalara uyğun şəkildə davamlı və dönməz sülhə nail olmaq məqsədilə bu səylərin intensivləşdirilməsi zəruriliyini tanıyır;
7. Üzv dövlətlər, beynəlxalq və regional təşkilatlar və strukturları öz səlahiyyətləri çərçivəsində münaqişənin tənzimlənməsi prosesinə səmərəli şəkildə töhfə verməyə çağırır;
8. Baş Katibdən Baş Assambleyanın altmış üçüncü sessiyasında bu qətnamənin həyata keçirilməsinə dair müfəssəl hesabat təqdim etməyi xahiş edir;
9. Altmış üçüncü sessiyanın ilkin gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin daxil edilməsini qərara alır.
/ANS PRESS/ -
03-18-2008, 12:36 PMAPAXələf Xələfov Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Foliası qəbul edib
[b]Xələf Xələfov Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Foliası qəbul edib[b]
[Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Yunanıstanın iqtisadi inkişaf naziri Xristos Foliasın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xələf Xələfov Yunanıstan və Azərbaycan arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında bir çox sahədə və xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. X. Xələfov bu baxımdan Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin istifadəyə verilməsinin iki ölkə arasındakı münasibətlərə təkan verdiyini vurğulayıb. Nazir müavini digər sahələrdə də qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün imkanların olduğunu və beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığın mövcudluğunu diqqətə çatdırıb. Xristos Folias iki ölkə arasında münasibətlərin getdikcə genişləndiyini və bu səfərdən sonra daha da dərinləşəcəyinə əmin olduğunu bildirib. Qonaq Yunanıstanın Azərbaycanla xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu və ölkəmizin Avropanın enerji təchizatında və enerji dəhlizlərinin diversifikasiyasında xüsusi rolunu qeyd edib. X. Folias bununla yanaşı iqtisadiyyatın digər sahələrində də qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün imkanların olduğunu və bu tədbirlərin iqtisadi əlaqələrin dərinləşdirilməsinə təkan verəcəyini diqqətə çatdırıb. -
03-18-2008, 12:41 PMAPAErmənistan Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri martın 17-da saat 21.30-dan 21.35-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsindəki mövqelərini, saat 20.40-dan 21.10-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 22.10-dan 22.50-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-18-2008, 12:46 PMAPAAzərbaycanın Ağdam rayonunda əkin sahəsindən tank əleyhinə mina aşkarlanıb
[b]Azərbaycanın Ağdam rayonunda əkin sahəsindən tank əleyhinə mina aşkarlanıb[b]
Ağdam. Teymur Quliyev - APA. Ağdam rayonunun Qaradağlı kəndi ərazisindən 1 ədəd tank əleyhinə mina aşkarlanıb.
[Partlayıcı qurğu kənd sakini Abbasov Ayaz Əkbər oğluna məxsus əkin sahəsində traktorla əkin işləri aparılarkən tapılıb. Ağdam Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Mənsur Quliyev APA-nın Qarabağ bürosuna bildirib ki, bu barədə yaxınlıqdakı hərbi hissəyə məlumat verilib. Hadisə yerinə gedən hərbçilər partlayıcı qurğunu zərərsizləşdirərək götürüblər. -
03-18-2008, 12:51 PMAPAAmerikalı ekspert: "ABŞ Ermənistana sanksiyalar tətbiq etməyi düşünür"
[b]Amerikalı ekspert: "ABŞ Ermənistana sanksiyalar tətbiq etməyi düşünür"[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ-ın "Stratfor" Araşdırmalar Mərkəzinin Avrasiya regionu üzrə eksperti Lauren Godriçhin APA-ya müsahibəsi
[- Martın 4-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son dövrlərin ən qanlı qarşıdurması qeydə alınıb. Bu atışmanın Ermənistandakı siyasi gərginliklə eyni vaxta təsadüf etməsi şübhəli deyilmi?- Həmin dövrdə təkcə bu məqam deyil, bir sıra çox maraqlı hadisələr də baş verib. Həmin vaxt müşahidə olunan hadisələr zənciri Azərbaycan-Ermənistan münaqişəsi ətrafında son on ildə qeyd alınmayıb. Bu, region üçün çox intensiv dövr idi. Atəşkəsin pozulması Ermənistanda daxili siyasi böhranla, ABŞ-ın rəsmi İrəvana qarşı sanksiyalar tətbiq edəcəyi barədə təhdidlərlə, Rusiya və ABŞ-ın həm Azərbaycana, həm də Ermənistana küllü miqdarda sərmayə yatırması ilə eyni vaxta düşdü. Atəşkəsin pozulması bir daha göstərdi ki, bu region çox həssas bölgədir. Region ətrafında baş verən maraqlı hadisələr çox olduğu üçün mən cəbhə xəttində atəşkəsin pozulması faktlarının çox olacağını ehtimal edirəm. Hesab edirəm ki, Rusiya ilə ABŞ bu məsələdə fərqli yanaşmalar nümayiş etdirəcəklər. Amerika və Qərb vəziyyətin daha da gərginləşməməsi üçün əlindən gələni edəcəklər.- Rusiyanın Azərbaycan və Ermənistana külli miqdarda sərmayə yatırdığını dediniz. Bu halda rəsmi Moskva niyə Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsini istəyir? - Rusiya indiki anda doğurdan da vəziyyətin daha da gərginləşməsində maraqlıdır. Ruslar bilirlər ki, Qərb, xüsusən də ABŞ iki ölkə arasında müharibənin başlamasını istəmir. ABŞ Azərbaycanla Ermənistana külli miqdarda investisiya qoyub və ruslar bilirlər ki, bu bölgədə vəziyyətin gərginləşməsi Amerikaya təsir edəcək. Amerikalılar isə gərginliyin qarşısını almaq üçün hər bir vasitəyə əl atacaqlar. Onlar sanksiyalardan istifadə edə bilərlər, hətta siyasi hədə-qorxu gələ bilərlər. ABŞ-ın vəziyyətə nəzarət etmək üçün bir neçə üsulu var. Mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı Kondoliza Raysın ofisi ilə söhbət etdim. Onlar mənə dedilər ki, dövlət katibinin bu mövzu ilə bağlı dedikləri kontekstdən çıxarılıb. Lakin Amerika Ermənistana qarşı sanksiyalar barədə hələ 2007-ci ilin mart ayından düşünməyə başlayıb. Keçən il prezident Buş Ermənistana tətbiq ediləcək sanksiyalar çərçivəsində bu ölkəyə göstərilən maddi yardımın 50 faiz, hərbi yardımın isə 30 faiz kəsilməsini istəyirdi. Bilirsiniz ki, 2007-ci ilin martında Ermənistan İranla qaz boru kəmərinin çəkilməsi barədə razılaşma imzalayıb. ABŞ-İran münasibətləri barədə isə danışmaq artıqdır. Ağ Evin sanksiyalarla bağlı planlarını neytrallaşdırmaq üçün rəsmi İrəvan İranla müəyyən mənada münasibətlərinə yenidən baxmalı oldu. Lakin Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsi və hər iki ölkənin müharibə haqqında düşünməsini nəzərə alaraq ABŞ Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsini yenidən gündəmə gətirib. Amerika hesab edir ki, Ermənistan qonşu Azərbaycandan çox kasıb olduğu üçün sanksiyalar onlara ciddi təsir edən arqumentdir. İqtisadi yardımların kəsilməsi Ermənistan üçün çox əhəmiyyətli məsələdir. Hesab edirəm ki, Amerika Azərbaycana da təsir edir. Lakin bu iki ölkə arasında olan münasibətlər diaspora faktoruna görə Ermənistanla ABŞ arasında olan münasibətlər kimi çox üzdə deyil. Məndə olan məlumatlara görə, ABŞ və Fransa Azərbaycanla Ermənistan arasındakı gərginliyi aradan götürmək üçün hər iki tərəfin görüşünü təşkil etmək istəyir. Bu görüşlərdən biri aprel ayında NATO sammitində baş tuta bilər. - İrəvanda martın 1-də polislə nümayişçilər arasında baş verən toqquşma 8 günahsız insanın ölümü ilə nəticələndi. Lakin Qərbin bu hadisələrə münasibəti gözlənəndən çox zəif oldu. Bu, qəribə deyilmi? - Əmin deyiləm ki, hadisələrin belə inkişaf etməsi ABŞ-dakı erməni diasporunun fəaliyyətinin nəticəsi idi. Qərbin reaksiyası daha çox bu an baş verən siyasi proseslərlə bağlıdır. Məndə olan məlumata görə, prezident Buş eyni zamanda Ermənistana ayrılan vəsaitin artırılması barədə də düşünür və ölkədə vəziyyətin gərgin olması barədə çox səs salmaq istəmir. Üç ay bundan əvvəl prezident Buş və ABŞ Dövlət Departamenti 2009-cu ildə Ermənistana nə qədər vəsaitin ayrılması barədə məsləhətləşmələrə başlayıblar. Buş administrasiyası Ermənistana əlavə olaraq 3 milyon dollar maliyyə yardımı və 300 min dollar hərbi yardımın ayrılmasını xahiş edib. Lakin əlavə yardımın təkcə Ermənistana yox, Azərbaycana da verilməsi nəzərdə tutulub. Ağ Ev Rusiyanın regionda daha çox nəzarəti əlinə keçirməsindən narahatdır və Ermənistana daha çox pul verməklə onları geri almaq istəyirlər. - Lakin Buş administrasiyası artıq bəyan edib ki, 2009-cu ildə Ermənistana ayrılan yardım 59 faiz az olacaq... - Bu məsələ hələ müzakirə səviyyəsindədir. Amerikalılar vəziyyətin necə cərəyan edəcəyini gözləyirlər. Bundan sonra onlar ya sanksiyalar tətbiq edəcəklərini, yardımı azaldacaqlarını və ya əksinə, artıracaqlarını müəyyənləşdirəcəklər. Hər şey Ermənistan dövlətinin onlara verəcəyi cavabdan, Azərbaycana qarşı təcavüzün dayandırılmasından, Qərbə meyllənməsindən asılıdır. Mənim eşitdiyim söhbətlərə görə, Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay keçiriləcək NATO sammitində görüşü keçirilə bilər. Bu görüş Amerika və Fransanın vasitəçiliyi ilə baş tutmalıdır. Mən şəxsən bu görüşün hadisələrin gələcək inkişafına mühüm təsir göstərəcəyini gözləyirəm. Lakin qarşıdan gələn həftələrdə mühüm hadisələr baş verə bilər. -
03-18-2008, 12:56 PMAPAATƏT-in Minsk Qrupuna həmsədr ölkələr BMT Baş Assambleyasında Azərbaycanla bağlı qəbul olunan qətnaməyə dair bəyanat yayıb
[b]ATƏT-in Minsk Qrupuna həmsədr ölkələr BMT Baş Assambleyasında Azərbaycanla bağlı qəbul olunan qətnaməyə dair bəyanat yayıb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa martın 14-də BMT Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıblar.
[ATƏT-dən APA-ya verilən məlumata görə, bəyanatda adı çəkilən ölkələrin "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair" qətnamənin əleyhinə səs verməsinin səbəbləri izah olunur: "ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Fransa, ABŞ və Rusiyanın təmsilçiləri 2007-ci iln noyabrında Madriddə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair baza prinsipləri hazırlayıblar. Bu baza prinsipləri Helsinki Yekun Aktının xalqların müqəddəratını həll etmək, güc vasitələrindən istifadədən çəkinmək, tərəflərin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı prinsiplərinə əsaslanır. Bu prinsiplər hələ də danışıqlar prosesində müzakirə obyekti olaraq qalır. Tərəflər razılığa gəliblər ki, bütün detallar yalnız hər iki tərəfin razılığından sonra qüvvəyə minə bilər. Amma çox təəssüf ki, martın 14-də BMT Baş Assambleyası tərəfindən qəbul olunan bu qətnamə layihəsi yalnız bir tərəfin maraqlarından çıxış edir və Minsk Qrupu həmsədrlərinin balanslaşdırılmış ərazi bütövlüyü təklifini nəzərə almır. Minsk Qrupuna həmsədr olan ölkələr bu qətnamə layihəsini qənaətbəxş saymadığına və ayrı-seçkilik kimi qiymətləndirdiyinə görə bu birtərəfli qətnamənin əleyhinə çıxacaqlar. Onlar bir daha bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, uzunmüddətli və ədalətli həlli yalnız və yalnız tərəflər arasında kompromisin əldə olunmasından, ölkələrin ərazi bütövlüyünün bərpasından, güc vasitələrindən istifadə olunmamasından, insanların bərabərhüquqluluğuna və beynəlxalq hüququn digər prinsiplərinə riayət edilməsindən asılıdır". Lakin həmsədr ölkələr sülh prosesinə xələl gətirən qətnamənin əleyhinə səs verərkən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və bunun Dağlıq Qarabağın müstəqilliyinin tanınması anlamı daşımadığını vurğulayıblar. Həmsədrlər həmçinin martın 4-də qoşunların təmas xəttində insan itkisi ilə nəticələnən toqquşmadan sonra tərəfləri sülh prosesinə mane olan birtərəfli və maksimalist addımlardan çəkinməyə çağırıblar. -
03-18-2008, 01:01 PMAPASergey Lavrov: "Kosovonun müstəqilliyini tanıyanlar öz məsuliyyətlərini dərk etməlidir"
[b]Sergey Lavrov: "Kosovonun müstəqilliyini tanıyanlar öz məsuliyyətlərini dərk etməlidir"[b]
[Bakı. Laçın Sultanova - APA. "Dünyanın istənilən bölgəsində separatçılıq meyllərini dəstəkləmək mənəviyyatsızlıqdır". APA-nın məlumatına görə, bu fikirlər Rusiyanın xarici işlər naziri Sergey Lavrova məxsusdur. Kosovonun müstəqilliyini tanıyan ölkələrə müraciət edən Lavrov bunun təhlükəli proses olduğunu və hər kəsin baş verə biləcək hadisələr qarşısında öz məsuliyyətini dərk etməli olduğunu deyib: "Məhz bu kimi yanlış yanaşmalar səbəbindən Kosovo hadisəsi presedentə çevrilmək üzrədir. Artıq Çinin Tibet muxtar vilayətində separatçılar hərəkətə gəliblər, Makedoniyada albanlar müstəqilliyə apara biləcək muxtariyyət istəyirlər. Biz çox təhlükəli prosesin başlanğıcındayıq. Kosovonu dəstəkləyən ölkələr islam və yaxud Avroatlantik həmrəyliyi nümayiş etdirməməli, özlərinin məsuliyyəti barədə düşünməlidir. Ölkə nə qədər böyükdürsə, onun məsuliyyəti də o qədər böyük olur". -
03-18-2008, 01:06 PMAPANovruz bayramı münasibətilə Mahaçqalada şənlik təşkil olunacaq
[b]Novruz bayramı münasibətilə Mahaçqalada şənlik təşkil olunacaq[b]
[Dağıstan. Solmaz Mehdiyeva-APA. Martın 20-də Mahaçqalada Novruz bayramı münasibəti ilə şənlik təşkil olunacaq. Mahaçqala meriyasından APA-nın Dağıstan bürosuna bildirilib ki, Dərbənd, Tabasaran, Novalaksk, Buynaksk, Rutul, Məhərrəmkənd şəhərlərinin mədəniyyət və incəsənət ustaları paytaxt sakinləri qarşısında geniş konsert proqrammı ilə çıxış edəcəklər. Mahaçqalanın mərkəzində böyük tonqal qalanacaq, bayram şənliyi gecə yarıyadək davam edəcək. Həmin gün paytaxtda ciddi təhlükəsizlik tədbirləri də həyata keçiriləcək. -
03-18-2008, 01:11 PMAPAMüğənni Azərin Şəmkirdə əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib
[b]Müğənni Azərin Şəmkirdə əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib[b]
[Şəmkir. Ayxan Hüseynov-APA. Müğənni Azərin Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonunda yerləşən hərbi hissəsində konsert proqramı ilə çıxış edib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, əsgərlər qarşısında daha tez-tez çıxış etməyi arzuladığını deyən Azərin xarici ölkələrə qastrol səfərlərinin çox olması səbəbilə bu arzusunu həyata keçirə bilmədiyini vurğulayıb. Qeyd edək ki, Azərin Novruz bayramı ərəfəsində Füzuli və Ağdam rayonlarında yerləşən hərbi hissələrdə əsgərlər qarşısında çıxış edəcək. /APA/ -
03-18-2008, 01:16 PMAPAYaz Azərbaycana martın 20-də saat 09.08-də qədəm qoyacaq
[b]Yaz Azərbaycana martın 20-də saat 09.08-də qədəm qoyacaq[b]
Bakı. Laura Cəbrayıllı - APA. Bahar fəsli bu il Azərbaycana martın 20-si saat 09.08-də qədəm qoyacaq.
[Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev məlumat verib. Novruz bayramına həsr edilən bayram şənliklərinə isə bu gündən - ilin son çərşənbəsindən start verilib. Bu gün xalq arasında "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" kimi qeyd olunur. İnanclara görə, od, su, hava və nəhayət bu gün torpaq oyanır. -
03-18-2008, 01:21 PMAPAXəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı yarana bilər
[b]Xəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı yarana bilər[b]
[Bakı. Laçın Sultanova-APA. Şanxay əməkdaşlıq təşkilatına bənzər Xəzəryanı əməkdaşlıq təşkilatı yarana bilər. APA-nın "RİA Daqestan" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iştirakı ilə beynəlxalq forumun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir. Məlumatı verən mənbə hesab edir ki, bu ölkələrin əməkdaşlığının daha da gücləndirilməsi üçün yeni beynəlxalq strukturun yaranmasına ehtiyac var. Bu təşkilat innovasiya iqtisadiyyatının yaradılmasına, region əhalisinin həyatının standartlarını təmin etmək üçün istehsalatın iqtisadi effektivliyini radikal surətdə yüksəltməyə xidmət edəcək. Təşkilatın yaradılması məqsədi ilə Dərbənddə «Narın-Qala» adlı beynəlxalq iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Güman edilir ki, bu forum Avrasiya Davosu ola bilər. Tədbirin nə vaxt keçiriləcəyi barədə Dağıstanın Azərbaycandakı nümayəndəliyində məlumatsız olduqlarını bildiriblər. -
03-18-2008, 01:26 PMAPAAzərbaycanda polis Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
[b]Azərbaycanda polis Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan polisi Novruz Bayramı ilə əlaqədar 9 gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, ölkə ərazisində əhalinin bayramı daha sakit, təhlükəsiz şəraitdə qeyd etməsi üçün daxili işlər orqanları martın 20-dən 29-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. -
03-18-2008, 01:31 PMAPAErmənistanda kütləvi aksiyaların keçirilməsi qanunla çətinləşdirilib
[b]Ermənistanda kütləvi aksiyaların keçirilməsi qanunla çətinləşdirilib[b]
[İrəvan - APA. Ermənistan parlamenti "Mitinqlər, nümayişlər, yürüşlər və kütləvi toplantıların keçirilməsi" haqqında qanuna dəyişiklik və əlavələr edib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən kütləvi aksiyaların Konstitusiya quruluşunu zorla dəyişdirməyə, milli, irqi, dini nifrəti qızışdırmağa, müharibə və zorakılıq təbliğatına yönəldiyi barədə əvvəlcədən dəqiq məlumatlar olarsa, həmçinin bu cür tədbirlər milli təhlükəsizliyə, ictimai asayişə, cəmiyyətin mənəviyyatına və sağlamlığa, digər şəxslərin konstitusion hüquq və azadlıqlarına zərər vurarsa, belə tədbirlərin keçirilməsi qadağan edilə bilər. Bu məlumatları polis və Milli Təhlükəsizlik Xidməti rəsmi şəkildə təqdim etməlidir. Qanunda deyilir ki, kütləvi aksiyalar insan ölümlərinə gətirib çıxaran iğtişaşlara çevrilərsə, yeni cinayətlərin qarşısını almaq üçün səlahiyyətli orqan kütləvi tədbirlərin keçirilməsini müvəqqəti yasaqlamaq hüququna malikdir. Sənədə əsasən kütləvi aksiyalar yalnız müvafiq dövlət orqanını yazılı şəkildə xəbərdar etdikdən sonra keçirilə bilər. -
03-18-2008, 01:36 PMAPABeynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bu il fevralın 29-da Quantanamoda saxlanılan azərbaycanlı əsirlə görüşüblər
[b]Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bu il fevralın 29-da Quantanamoda saxlanılan azərbaycanlı əsirlə görüşüblər[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Quantanamo həbsxanasında saxlanılan azərbaycanlı Polad Siracovla bu il fevralın 29-da görüşüblər.
[Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, BQXK nümayəndələri Polad Siracovun saxlanma şəraiti, durumu ilə bağlı monitorinq aparıblar. Bildirilib ki, P. Siracov ailəsinə şifahi şəkildə mesaj göndərib və ailə üzvləri bu barədə məlumatlandırılıb. Qeyd edək ki, P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb. 2002-ci il yanvarında ailəsinə onun talibançılarla birlikdə həbs olunaraq Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib. -
03-18-2008, 01:41 PMAPA2-ci Azərbaycan Beynəlxalq Moda və Aksesuarlar Sərgisinin açılış mərasimi keçirilib
[b]2-ci Azərbaycan Beynəlxalq Moda və Aksesuarlar Sərgisinin açılış mərasimi keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün 2-ci Azərbaycan Beynəlxalq Moda və Aksessuarlar Sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Sənaye və Ticarət Palatasının vitse-prezidenti Mehman Əhmədov, "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov və digərləri iştirak edib. Sərginin meneceri Səbinə Mirzəyeva bildirib ki, tədbirdə yalnız xarici, Azərbaycanda nümayəndəliyi və distributoru olmayan geyim, ayaqqabı və aksessuar istehsalçılarının təklif etdiyi 50-dən çox dünya brendi təqdim olunur: "İlk dəfə olaraq sərgiyə, ayaqqabı, paltar və üst geyimləri təqdim edən İtaliya şirkətləri də qatılıb. İstehsalçılardan başqa, Moda və Aksessurlar sərgisi ən iri "Li-Lu" nümayiş otağını təqdim edir". "İteca Caspian"ın təşkilatçılığı ilə keçirilən 2-ci sərgisi martın 20-dək davam edəcək. -
03-18-2008, 01:51 PMAPAMəşhur fransız müğənnisi Patrisiya Kaas martın 19-da Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək
[b]Məşhur fransız müğənnisi Patrisiya Kaas martın 19-da Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək[b]
Bakı. Ülkər Qasımova-APA. Martın 19-da məşhur fransız müğənnisi Patrisiya Kaas Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək. Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müğənninin Azərbaycana səfəri Bakıda ilk dəfə olaraq fəaliyyətə başlayacaq "Cartier" mağazasının açılış mərasimində iştirak məqsədi daşıyır.
[Patrisiya Kaas açılış mərasimində iştirak etməklə yanaşı, bir konsert proqramı ilə də çıxış edəcək. APA-nın əldə etdiyi məlumata görə, məşhur müğənninin konsertinə bilet satışı olmayacaq. Konsertə giriş yalnız xüsusi dəvətnamələr əsasında mümkün olacaq. Həmin gün "Cartier" mağazasının açılış mərasimində iştirak etmək üçün Bakıya bu mağazalar şəbəkəsinin siması, məşhur italyan aktrisası Monika Belluçi də gələcək. -
03-18-2008, 01:56 PMAPAEhsan Zahidov: "Vüqar Cabbarovdan odlu silah və narkotik vasitə götürülüb"
[b]Ehsan Zahidov: "Vüqar Cabbarovdan odlu silah və narkotik vasitə götürülüb"[b]
[Bakı. Samir Kazımlı-APA. Sabunçu rayon Polis İdarəsinin (RPİ) 14-cü polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsinin sakini, 1988-ci il təvəllüdlü Vüqar Əlixan oğlu Cabbarov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. E. Zahidovun sözlərinə görə, V. Cabbarovun üzərindən 1 ədəd qundağı kəsilmiş ov tüfəngi, 6,19 qram marixuana aşkarlanıb. Onun tutularkən polisə müqavimət göstərdiyini, polis əməkdaşlarının xidməti avtomobilinin şüşələrinin sındırdığını deyən E. Zahidov bildirib ki, V. Cabbarova qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət başlanılıb, istintaq aparılır. Qeyd edək ki, bu ilin fevralında V. Cabbarovun axtarışda olan qardaşı, 23 yaşlı Zülfüqar Cabbarovun yaxalanması keçirilən əməliyyat zamanı Z. Cabbarov odlu silahdan atəş açaraq 14-cü polis bölməsinin rəis müavini Zaur Bədəlova xəsarət yetirib. -
03-18-2008, 02:36 PMAPAYAP rəhbərliyi Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib
[b]YAP rəhbərliyi Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib[b]
Bərdə. Teymur Quliyev - APA. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan millət vəkilləri Novruz Bayramı münasibətilə Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçiriblər.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, görüşdə millət vəkilləri Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvləri Şahlar Əsgərov və Kərim Kərimli iştirak ediblər. Onlar əsgərlərə bayram sovqatları təqdim ediblər. Günün ikinci yarısında isə YAP rəhbərlində təmsil olunan şəxslər ön cəbhəyə gedəcək və səngərdəki əsgərlərlə görüşərək onlara da bayram hədiyyələri verəcəklər. -
03-18-2008, 02:41 PMAPAVasili İstratov: "Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək"
[b]Vasili İstratov: "Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək"[b]
Bakı. Laçın Sultanova-APA. "Rusiya hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Bu mövqedə heç bir dəyişiklik edilməyib, yoxdur və edilməyəcək".
[Bu açıqlamanı APA-ya Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov verib. O bildirib ki, BMT Baş Assambleyasının iclasında ATƏT-in Minsk Qrupunun həmsədrləri yekdil qərar qəbul edərək, Azərbaycanın təqdim etdiyi qətnaməyə etiraz ediblər: "Həmsədrlərin fikrincə, qətnamə layihəsinin mətni balanslaşdırılmamış olub. Onlar bildirirlər ki, mətndə bəzi məqamlar əks olunmayıb". Səfir qeyd edib ki, həmsədr ölkələr qətnamə layihəsinin mətnini balanslaşdırmağa bir neçə dəfə cəhd göstərsələr də, Azərbaycan tərəfi sənədin dəyişikliklər və əlavələr edilmədən səsverməyə çıxarılmasını tələb edib. Vasili İstratov ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dəyişdirilməsi ilə bağlı sualı da cavablandırıb: "Belə bir təşəbbüs yoxdur və vasitəçilərin dəyişdirilməsi çox çətin prosesdir. Məncə, həmsədrlər aktiv işləyirlər və münaqişə tərəflərinə problemin həlli üçün yardımı davam etdirməyə hazır olduqlarını bəyan ediblər". -
03-18-2008, 02:46 PMAPAMilli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib
[b]Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub. Komissiyanın sədri Arif Rəhimzadə deyib ki, qanunun 12-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, rayon mərkəzlərinin şəhər statusu alması üçün əhali sayı ilə bağlı qoyulan məhdudiyyətlər aradan götürülür. Onun sözlərinə görə, indiyə kimi ancaq əhalisinin sayı 15 mindən artıq olan rayon mərkəzlərinə şəhər statusu verilə bilərdi. İclasda, həmçinin "Bələdiyyələrin birgə fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Müzakirələrdən sonra hər iki məsələ parlamentin plenar iclasına tövsiyə olunub. -
03-18-2008, 02:51 PMAPABakıda Norveç vətəndaşının evindən oğurluq edən şəxs yaxalanıb
[b]Bakıda Norveç vətəndaşının evindən oğurluq edən şəxs yaxalanıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Bakıda Norveç vətəndaşının evindən oğurluq edən şəxs yaxalanıb.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 16-da Yasamal rayonundakı T. Şahbazi küçəsində yaşayan Norveç Krallığının vətəndaşı Eikeskoq Arvenin mənzilindən tanışı Elnarə tərəfindən 350 manat, mobil telefon və qızıl əşyaları oğurlanıb. Yasamal RPİ-nin 26-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Elnarə Nəsrəddinova tutulub. -
03-18-2008, 02:56 PMAPASəfir Serik Primbetov: "Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətləri hər cür qətnamədən yüksəkdə durur"
[b]Səfir Serik Primbetov: "Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətləri hər cür qətnamədən yüksəkdə durur"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Hesab etmirəm ki, Azərbaycanla Qazaxıstanın münasibətlərini BMT Baş Assambleyasında qətnamənin qəbulu ilə bağlı səsvermənin nəticələrinə görə qiymətləndirmək lazımdır". APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov deyib.
[O, BMT Baş Assambleyasında "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair" qətnamə ilə bağlı xarici işlər nazirinin müavini Araz Əzimovla da müzakirələr apardığını deyib: "Ölkələrimiz arasında dostluq münasibətləri var, bu münasibətlər hər cür qətnamələrdən yüksəkdə durur. Biz Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz həm Ermənistanla, həm də Azərbaycanla dostluq münasibətləri saxlamağın tərəfdarıyıq". Səfir bildirib ki, bu kimi münaqişələrin baş verməsində xalqlar yox, siyasətçilər günahkardır: "Mən Azərbaycanla Qazaxıstan arasında münasibətlərin daha da yaxşılaşdırılması üçün əlimdən gələni edəcəyəm". -
03-18-2008, 03:06 PMAPARusiya səfirliyi Azərbaycanın Prezident Kitabxanasına kitablar hədiyyə edib
[b]Rusiya səfirliyi Azərbaycanın Prezident Kitabxanasına kitablar hədiyyə edib[b]
[Kitabxananın direktoru Mail Əhmədov Novruz bayramı ərəfəsində belə bir hədiyyə qəbul etməkdən çox məmnun qaldıqlarını söyləyərək, bu ənənənin davam edəcəyinə ümidvar olduğunu deyib: "Biz də öz tərəfimizdən səfirliyin əməkdaşlarına kitabxana-informatika xidmətləri göstərəcəyik". Səfir Vasili İstratov isə kitabxana ilə tanış olarkən səfirlik tərəfindən əvvəllər hədiyyə edilmiş internet resurslarından istifadə olunduğunu görməkdən məmnunluq duyduğunu və bu gün təqdim edilən kitablara da tələbat olacağına əminliyini vurğulayıb. Tədbirin sonunda səfir kitabxana rəhbərliyinə rus klassiklərinin əsərləri, Böyük Vətən Müharibəsi haqqında nəşrlər və poeziya nümunələrindən ibarət 81 nüsxə kitab hədiyyə edib. -
03-18-2008, 03:11 PMAPAAzərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Novruz çələngi" adlı tədbir keçirilib
[b]Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Novruz çələngi" adlı tədbir keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Novruz Bayramı münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, "Novruz çələngi" adı altında keçirilən tədbirdə 53 saylı və 199 saylı orta məktəbin şagirdləri müxtəlif səhnələr nümayiş etdiriblər. Tədbirin keçirilməsində məqsəd Novruz bayramı ilə bağlı qədim milli adətlərimizi gənc nəslə sevdirmək və ənənələrimizi əbədiləşdirmək üçün maraqlı məlumatlar verməkdir. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin şagirdlərinin ifasında muğamlar səslənib. -
03-18-2008, 03:26 PMAPAŞeyxülislam Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
[b]Şeyxülislam Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
[İdarədən APA-ya daxil olan məlumata görə, A. Paşazadə Novruzun könül xoşluğu, şux və səmimi ovqatla qarşılandığını bildirib: "İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət, qəlblərə saflıq bəxş edən Novruz əsl xalq bayramı, el şənliyi olub xalqımızın tarixi yaddaşında, milli təfəkküründə özəl yer tutur". Şeyxin təbrikində, həmçinin Novruzun tərəqqi, təkamül rəmzi kimi təkcə təbiətin oyanışını deyil, insanların arzu və ümidlərinin pöhrələnməsini təcəssüm etdirdiyi də qeyd olunub: "Allaha çox şükürlər olsun ki, hər yeni Novruz - Yeni gün dövlətimiz və xalqımızın uğurlu, davamlı inkişaf yoluna rəvac verir və biz ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyuruq". -
03-18-2008, 03:31 PMAPA"Akkord" şirkətindən oğurluq etmiş şəxslər tutulub
[b]"Akkord" şirkətindən oğurluq etmiş şəxslər tutulub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Akkord" şirkətindən oğurluq etmiş şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin yanvar ayında Nərimanov rayonundakı A.Nemətulla küçəsindəki "Akkord" MMC-dən 195 kiloqram mis məftil, 130 kiloqram qurğuşun qırıntıları və 4,5 ton metal boru oğurlanıb.
[Nərimanov RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun, oranın fəhlələri Aslan Cəlilov, Fəqan Yusifov, Eyvaz Əliyev Qəşəm Mehdiyev və Cəbrayıl rayon sakini Famil Şükürov tərəfindən törədilməsi müəyyən edilib. -
03-18-2008, 03:51 PMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan Bayramlar yaşayış məntəqəsini yandırıblar
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan Bayramlar yaşayış məntəqəsini yandırıblar[b]
Ağdam. Teymur Quliyev - APA. Bu gün səhər saat 11.30 radələrində Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Ağdam rayonunun Bayramlar yaşayış məntəqəsinə od vurublar.
[APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, yanğına səbəb yerli rayon ictimaiyyətinin təmas xətti boyunca yerləşən bütün hərbi hissələrdə bayram tədbirləri keçirməsi olub. Yaşayış məntəqəsinin yandırılması nəticəsində əmələ gələn qatı tüstü cəbhə xətti boyunca yerləşən kəndlərdə müşahidə olunub. Yanğının üç saata yaxın davam etdiyi bildirilir. -
03-18-2008, 03:56 PMAPAHəsən Kərimov: "Seçki Məcəlləsi ilə bağlı son qərar qəbul olunmayana kimi aksiyalara başlamağı düşünmürük"
[b]Həsən Kərimov: "Seçki Məcəlləsi ilə bağlı son qərar qəbul olunmayana kimi aksiyalara başlamağı düşünmürük"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Azadlıq" bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin Milli Məclisə göndərilməsini və bu dəyişikliklərin edilməsini gözləyir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, əgər blokun qanunla bağlı irəli sürdüyü təkliflər nəzərə alınmasa, o zaman ardıcıl olaraq kütləvi aksiyalar keçiriləcək. O, hazırda blok daxilində mitinqlərlə bağlı müzakirələrin getdiyini də qeyd edib: "Amma biz qanunla bağlı son qərar verilməyənə kimi aksiyalara başlamağı düşünmürük. Çünki indiki məqamda mitinqlər keçirməyə yalnız Seçki Məcəlləsi zəmin yaradır. Amma qanunla bağlı son qərar bəlli olmadığından aksiya keçirməyə ehtiyac görmürük". -
03-18-2008, 04:01 PMAPARumın deputat Avropa İttifaqını "Nabucco" kəmərinin inşası üçün maliyyə qaynağı tapmağa çağırıb
[b]Rumın deputat Avropa İttifaqını "Nabucco" kəmərinin inşası üçün maliyyə qaynağı tapmağa çağırıb[b]
[Buxarest. Fəxri Kərimli-APA. "Avropa İttifaqı "Nabucco" kəmərinin inşasını Avropa layihəsi olaraq tanıdığını bəyan edib, ona görə də bu layihənin maliyyə qaynaqlarını da tapmalıdır". APA-nın məlumatına görə, bu bəyanatla Avropa Parlamentinin rumıniyalı deputatı Daniel Dayanu çıxış edib. O, Avropa İttifaqı büdcəsinə dair Rumıniya iqtisadçıları tərəfindən hazırlanmış hesabatın təqdimatı zamanı qeyd edib ki, birgə enerji siyasəti sahəsində Avropa İttifaqına üzv ölkələrin mövqeləri ziddiyyət təşkil edir: ""Nabucco" kağız üzərində Avropa layihəsi olaraq göstərilir, amma bunun üçün həm də maliyyə ehtiyatları ortaya çıxarılmalıdır". O bildirib ki, Avropa İttifaqının ən yüksək səviyyəli məmurları tərəfindən dəstəkləndiyi dəfələrlə qeyd olunsa da, layihə indiyə kimi qurumun maliyyə dəstəyini əldə edə bilməyib, çünki burada enerji üzrə prioritetlərin seçilməsində fikir ayrılıqları mövcuddur. "Nabucco" qaz kəməri Rusiya qaz nəqliyyat şəbəkəsinə alternativ mavi yanacaq dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri təxminən 5 milyard avroya bərabərdir. -
03-18-2008, 04:04 PMciciqiz
Azərbaycanda ana olan qadınlara birdəfəlik 3-4 min manat məbləğində pul verilə bilər
18.03.08 14:00
Azərbaycan, Bakı, 18 mart/ «Trend News» , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin Sosial siyasət daimi komissiyası analıq məzuniyyətinə çıxan, eləcə də işləyib-işləməməsindən asılı olmayaraq ana olan qadınlara birdəfəlik 3-4 min manat məbləğində pul verilməsini nəzərdə tutan layihə hazırlayacaq. «Analıq məzuniyyətinə çıxan qadınlara 3-4 min manat məbləğində pulun verilməsi gənc ailələrin problemlərinin həll olunmasına böyük təsir göstərər» - deyə Azərbaycan Parlamentinin Sosial siyasət daimi komissiyasının çərşənbə axşamı keçirilən iclasında komissiyanın üzvü Elmira Axundova bildirib.
Azərbaycan qanunvericiliyinə görə, analıq məzuniyyəti 56 gündür. Analıq məzuniyyətinə çıxan qadınlara bu müddətdə yalnız aylıq əmək haqları verilir.
Axundova qeyd edib ki, yeni doğulan uşaqların ilk bir necə ayda saxlanılması ailələr üçün ciddi çətinliklər yaradır: «Dövlət gənc ailələrin problemlərinin həllinə gömək etməlidir. Analıq məzuniyyətinə çıxan qadınlara verilən pulla hansısa problemi həll etmək mümkün deyil».
Millət vəkili vurğulayıb ki, Rusiya artıq bu sistemi tətbiq edir. Bu ölkədə analıq məzuniyyətinə çıxan qadınlara ayda 1000 ABŞ dolları məbləğində pul verilir.
«Azərbaycanın iqtisadi imkanları hər il artır, ölkəyə böyük miqdarda vəsait daxil olur. Ona görə də Azərbaycanın imkanı var ki, analıq məzuniyyətinə çıxan və işləyib-işləməməsindən asılı olmayaraq ana olan qadınlara dövlət tərəfindən 3-4 min manat məbləğində pul verilsin. Qarşıdan prezident seçkiləri gəlir və bu məsələnin həyata keçirilməsi prezidentin reytinqini daha da yüksəldər. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyev bu təşəbbüsü dəstəkləyəcək» - deyə Axundova əlavə edib.
Millət vəkilinin sözlərinə görə, bunu nəzərdə tutan layihəni aprelin 1-də Parlamentə təqdim edəcək.
Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, bu məsələ gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilə bilər. Rəcəbli əlavə edib ki, rəhbərlik etdiyi komissiya məsələyə baxacaq. -
03-18-2008, 04:06 PMAPASerbiyanın "Cənub axını" kəməri layihəsini ratifikasiya etməsində problemlər yaranıb
[b]Serbiyanın "Cənub axını" kəməri layihəsini ratifikasiya etməsində problemlər yaranıb[b]
["Cənub axını" kəməri layihəsinin taleyi təhlükə altına düşüb. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Serbiya parlamentinin sədri Oliver Duliç Rusiya ilə imzalanmış enerji sahəsində əməkdaşlığa dair sazişin qanunvericilik orqanının təsdiqindən keçməsi ehtimalının çox az olduğunu deyib. Buna səbəb Serbiya hökuməti daxilində baş verən ziddiyyətlərdir. Vəziyyətlə əlaqədar Serbiya parlamentinin buraxılması gözlənilir. Spiker deyib ki, nəzəri baxımdan çıxış yolu mövcuddur: "Əgər hökumət parlamentə saziş layihəsini vaxtında göndərsə və parlament o vaxta qədər buraxılmasa, sənəd ratifikasiya oluna bilər". Serbiya prezidenti Boris Tadiç və baş nazir Voislav Koştunisanın yanvarın sonunda Moskvaya səfəri zamanı imzalanmış enerji sahəsində sazişə əsasən, Serbiyanın "gələcək nəsillərinin enerji ehtiyacları təmin olunmalı idi". Sazişin əsas elementləri "Cənub axını" qaz kəmərinin bu ölkənin ərazisindən keçməklə inşası və Serbiya Dövlət Neft Şirkəti olan NİS-in "Qazprom" tərəfindən satın alınmasından ibarətdir. Serbiya mətbuatı Rusiyanın sazişin vaxtında ratifikasiya olunmamasından olduqca narahat olduğunu yazıb. -
03-18-2008, 04:11 PMAPATürk əsilli namizəd Londonun bələdiyyə sədri seçilə bilər
[b]Türk əsilli namizəd Londonun bələdiyyə sədri seçilə bilər[b]
[London - APA. Osmanlı dövlətinin sonuncu daxili işlər nazirinin nəticəsi London bələdiyyəsinin sədrliyinə ən şanslı namizəddir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mayın 1-də keçiriləcək seçkidə Mühafizəkarlar Partiyasını Osmanlı İmperiyasının sonuncu daxili işlər naziri Əli Kamalın nəticəsi Boris Conson təmsil edəcək. "You Gov" sosioloji araşdırma qurumunun "Evening Standart" qəzeti üçün apardığı rəy sorğusunda B. Conson 49%-lə birinci, hazırkı bələdiyyə sədri Ken Livinqston isə 37%-lə ikinci olub. Seçkidə ümumən 12 namizəd iştirak edir. -
03-18-2008, 04:16 PMAPAATƏT sədri İlkka Kanerva striptiz-klubda çalışan rəqqasəyə SMS göndərdiyini etiraf edib
[b]ATƏT sədri İlkka Kanerva striptiz-klubda çalışan rəqqasəyə SMS göndərdiyini etiraf edib[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri İlkka Kanerva striptiz klubunda çıxış edən rəqqasəyə 200-ə yaxın intim xarakterli SMS göndərib.
[APA-nın Finlandiya mətbuatına istinadən yaydığı məlumata görə, 30 və 35 yaşlı iki qızı olan ATƏT sədri mobil telefon vasitəsilə mesajları 29 yaşlı İohanna Tukiaynenə göndərib. 60 yaşlı ATƏT sədri qıza göndərdiyi mesajlarda ondan intim xarakterli bəzi məsələlərə aydınlıq gətirməsini istəyib və onu görüşə çağırıb. Avropa İttifaqı xarici işlər nazirlərinin Brüssel toplantısından öncə jurnalistlərin suallarını cavablandıran İlkka Kanerva striptiz-klubda çıxış edən qadına mesaj göndərdiyini etiraf edib: "Hesab edirəm ki, insan münasibətlərini dramatikləşdirməyə ehtiyac yoxdur". Finlandiya mətbuatı İohanna Tukiaynenin bu mesajları dərc etdirmək niyyətində olduğunu yazır. -
03-18-2008, 04:21 PMAPAHidayət Orucov: "Ekspertizadan keçirilmədən nəşr olunan dini ədəbiyyatların içində zərərli meylləri təbliğ edən kitablar da var"
[b]Hidayət Orucov: "Ekspertizadan keçirilmədən nəşr olunan dini ədəbiyyatların içində zərərli meylləri təbliğ edən kitablar da var"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycanda fəaliyyət göstərən aparıcı nəşriyyatların rəhbərləri ilə görüş keçirilib. Komitədən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədə dini durum, dövlətin din siyasəti və dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində vəziyyət müzakirə olunub. Komitə sədri Hidayət Orucov Azərbaycan hökumətinin ölkədə dini etiqad azadlığının təmin olunması və qorunmasına böyük əhəmiyyət verdiyini deyib. O bildirib ki, ölkədə nəşr edilən və xaricdən gətirilən dini ədəbiyyat dövlət komitəsində ekspertizadan keçirildikdən, müsbət rəy alındıqdan sonra nəşr olunmalı və yayılmalıdır: "Bəzi nəşriyyatlar dövlət komitəsindən razılıq almadan dini ədəbiyyat nəşr edirlər. Ekspertizadan keçirilmədən nəşr edilən ədəbiyyatların içində əsl dini dəyərlərlə əlaqəsi olmayan, bəsit, zərərli meylləri təbliğ edən kitablar da var. Belə halların qarşısını almaq üçün komitəmiz və nəşriyyatlar əməkdaşlıq etməli, zərərli dini ədəbiyyatın nəşr olunub yayılmasının qarşısının alınması istiqamətində birgə fəaliyyət göstərməlidirlər". -
03-18-2008, 04:46 PMAPAMilli QHT Forumu Azərbaycan hökumətini ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin vasitəçilik xidmətindən imtina etməyə çağırıb
[b]Milli QHT Forumu Azərbaycan hökumətini ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin vasitəçilik xidmətindən imtina etməyə çağırıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Milli QHT Forumunda "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamə ilə bağlı müzakirələr aparılıb. APA-nın xəbərinə görə, Milli QHT Forumunun sədri, millət vəkili Azay Quliyev BMT Baş Assambleyasında qəbul olunan qətnamənin Azərbaycan üçün uğur olduğunu bildirib: "Bununla bir daha Azərbaycanın haqlı mövqeyi müdafiə olundu". Milli QHT Forumunun qətnamənin qəbuluna dəstək verən ölkələrə minnətdarlığını çatdıran A. Quliyev deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Fransa və Rusiyanın qətnamənin əleyhinə səs verməsi təəssüf doğurur. Forumun İdarə Heyətinin üzvü Rauf Zeyni qurum adından qətnamə ilə bağlı hazırlanan bəyanatı təqdim edib. Bəyanatda bildirilib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin qətnamə ilə bağlı nümayiş etdirdikləri mövqe onların vasitəçilik missiyasını davam etdirməyə mənəvi haqlarını sual altına qoyub. Bəyanat müəllifləri Azərbaycan hökumətini həmsədr ölkələrin vasitəçilik xidmətindən imtina etməyə, təxirə salınmadan bu məsələ haqqında ATƏT-lə müzakirələrə başlamağa çağırıblar. Forumun üzvü, millət vəkili Gülər Əhmədova çıxışında ATƏT-in Minsk Qrupunun fiaskoya uğradığını qeyd edərək qurum adından bununla bağlı ölkə prezidentinə müraciət etməyin lazımlı olduğunu deyib. Tədbir iştirakçıları məsələ ilə bağlı ölkə prezidentinə müraciət edilməsini məqsədəuyğun sayıblar. -
03-18-2008, 05:06 PMAPAAzərbaycan paytaxtındakı xəstəxanalardan birinin həkimi uşaq satdığı üçün həbs edilib
[b]Azərbaycan paytaxtındakı xəstəxanalardan birinin həkimi uşaq satdığı üçün həbs edilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan paytaxtında insan alveri ilə bağlı dəhşətli faktın üstü açılıb.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi Təranə İsrafilova 2006-cı ilin dekabr ayında bir qrup şəxslə cinayət əlaqəsinə girərək yeni doğulmuş uşağı Pakistanda yaşayan Tovuz rayon sakini Hicran Əsgərovaya 2000 dollara satdığı müəyyənləşib. Faktla əlaqədar T. İsrafilova həbs edilib. -
03-18-2008, 05:26 PMAPAHövsan qəsəbəsində naməlum kişi meyiti tapılıb
[b]Hövsan qəsəbəsində naməlum kişi meyiti tapılıb[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində naməlum kişi meyiti tapılıb.
[Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən məlumat verilib. Onun kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır. -
03-18-2008, 05:31 PMAPAAvropa Şurası Parlament Assambleyasının aprel sessiyasının gündəliyi açıqlanıb
[b]Avropa Şurası Parlament Assambleyasının aprel sessiyasının gündəliyi açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Aprelin 14-18-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. APA-nın məlumatına görə, sessiyanın açılış günü Serbiya, Ermənistan, Rusiya və Monteneqroda prezident seçkilərini və Monakoda parlament seçkiləri ilə bağlı məsələlər müzakirə olunacaq.
[Bundan başqa həmin gün Slovakiya prezidenti İvan Qasparoviçin AŞ PA sessiyasında çıxışı gözlənilir. Aprelin 15-də isə Avropa İnsan Hüquqları Məhkəməsinə seçkilər keçiriləcək, Avropanın müsəlman icmalarının ekstremist təsirlərə məruz qalması, qurumun insan hüquqları komissarı Tomas Hammarberqin illik hesabatı, Belarusda məhkəmə sisteminin səlahiyyətlərini aşması kimi məsələlər müzakirə olunacaq. Sessiyanın ikinci günü Almaniyanın kansleri Angela Merkel və Slovakiya xarici işlər naziri Yan Kubişin çıxışları nəzərdə tutulub. Aprelin 16-da Avropa İnsan Hüquqları Məhkəməsinə seçkilərin davamı keçirilə bilər. Həmin iş gününün gündəliyinə Ukraynanın baş naziri Yuliya Timoşenkonun çıxışı, qanuni abort imkanları əldə etmək, yeniyetmələr və uşaqlar arasında intihar hallarının artması kimi məsələlər ətrafında ümumi müzakirələr aparılması daxildir. Sessiyanın dördüncü iş günündə Fransanın xarici illər naziri Bernard Kuşnern çıxışından sonra parlamentarilər Avropa ədəbiyyatının tədrisinin inkişafı, Voyvocinada milli azlıqların və Serbiyada rumın milli azlığının vəziyyətinə da məruzələri dinləyəcəklər. Sessiyanın son iş gününün gündəliyinə isə Saxaradan Avropaya immiqrasiya, həmçinin turizmin inkişafı məsələləri ətrafında müzakirələr aparılacaq. -
03-18-2008, 05:36 PMAPAXalq yazıçısı Elçinin pyesi əsasında hazırlanan "Arılar arasında" tamaşaya ictimai baxış olub
[b]Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanan "Arılar arasında" tamaşaya ictimai baxış olub[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin "Arılar arasında" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Altay Sadıqzadə, bəstəkarı əməkdar incəsənət xadimi Fərəc Qarayevdir. Tamaşada əsas rolları xalq artistləri Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva ifa edir. Əsərin süjet xəttinin əsasını şəhər həyatı yaşayan bir ailənin arıları sevən babanın yanında, dağlar qoynunda dincəlmək istəyi təşkil edir. Sakitlik və dinc həyat bir yerdə yaşayan, amma bir-birinə yad olan adamların faciəsini üzə çıxardır. İctimai baxışda iştirak edən yazıçı Elçin pyesin yüksək bədii-estetik səviyyədə tamaşaya qoyulduğunu bildirib: "Müəllif kimi yox, bir tamaşaçı kimi aktyor oyunundan, rejissor yozumundan, bədii tərtibatdan və tamaşanın musiqisindən razıyam. Bəhram Osmanov bu gün bizim səhnəmizin ən yaxşı rejissorlarından biridir. Bizim aramızda sinxron başa düşmək prosesi gedir. Mənim demək istədiklərimi o, dərhal götürür, imkan daxilində səhnədə təcəssüm etdirir". Yazıçı "Arılar arasında" pyesinin artıq rus dilinə tərcümə olunduğunu deyib: "İstanbul Bələdiyyə Teatrından mənə sifariş var. Türkiyəli tamaşaçılara da məhz bu pyesi göstərmək fikrim var". Qeyd edək ki, bu günlərdə rus dilində pyesləri nəşr olunan Elçinin növbəti tamaşası Rus Dram Teatrında səhnəyə qoyulacaq.