[b]İlin sonunadək Naxçıvanda əlil və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Bu ilin sonunadək Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Vətən müharibəsi əliləri və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq. APA-nın Naxçıvan bürosunun məlumatına görə, artıq bununla bağlı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi regionun bölgələrində ikiotaqlı fərdi yaşayış evlərinin tikintisi üçün təkliflər sorğusu elan edib. İnşa işlərinə isə avqust ayından başlanılması nəzərdə tutulur. Mənzillərdən 30-u Naxçıvan MR-in 7 rayonu üzrə kənd yaşayış məntəqələrində, 5-i Naxçıvan şəhərində, 1-i Kəngərli rayonunun Qıvraq qəsəbəsində inşa ediləcək.
Azərbaycan Xəbərləri
Printable View

07-09-2008, 04:31 PMAPAİlin sonunadək Naxçıvanda əlil və şəhid ailələri üçün 36 fərdi yaşayış mənzili inşa olunacaq

07-09-2008, 04:41 PMAPABakıda Azərbaycanla Avstriya arasında siyasi məsləhətləşmələr keçiriləcək
[b]Bakıda Azərbaycanla Avstriya arasında siyasi məsləhətləşmələr keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu ilin sonuna qədər Bakıda Azərbaycanla Avstriya arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib. O bildirib ki, məsləhətləşmələr zamanı ikitərəfli və regional əməkdaşlıq, Azərbaycanın Avropa məkanına inteqrasiyası, enerjin məsələləri müzakirə ediləcək. Qeyd edək ki, bundan əvvəlki məsləhətləşmələr Vyanada keçirilib. Azərbaycanı məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib. -
07-09-2008, 04:51 PMAPAİrəvan Dövlət Dram Teatrı "Körpü" tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək
[b]İrəvan Dövlət Dram Teatrı "Körpü" tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İrəvan Dövlət Dram Teatrı "Körpü" tamaşası ilə Gürcüstanın Tiflis və Batumi şəhərlərində çıxış edəcək. Teatrın direktoru İftixar Piriyev APA-ya deyib ki, onun eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın rejissoru Vaqif Əsədov, rəssamı Nazim Bəykişiyev, bəstəkarı Cavanşir Quliyevdir. Tamaşada teatrın aktyorları ilə yanaşı, Rus Dram Teatrı, Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Dağıstan və Gürcüstan aktyorları da iştirak edir. Hazırda isə teatrın yaradıcı kollektivi Qax, Göyçay, Ağdaş, Mingəçevirdə qastrol səfərindədir. Səfər çərçivəsində yaradıcı truppa Ağarəhim Rəhimovun "Əsgər anası" tamaşasını nümayiş etdirirlər. Bu ayın sonuna kimi kollektiv eyni tamaşa ilə İsmayıllı, Şəki və Qəbələdə də çıxış edəcək. -
07-09-2008, 05:01 PMAPALeysan yağışları Şamaxıda təbii fəlakətə səbəb olub
[b]Leysan yağışları Şamaxıda təbii fəlakətə səbəb olub[b]
Şamaxı. Hafiz Heydərov-APA. Ötən gün yağan güclü leysan yağışları Şamaxıda təbii fəlakətə səbəb olub. Şamaxı rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Ağamustafa Vahidovun APA-ya verdiyi məlumata görə, rayon ərazisində çayların səviyyəsinin qalxması nəticəsində bütün kəndləri su basıb, yüzlərlə evin zirzəmisi su altında qalıb.
[Rayon ərazisində bütün magistral və rayon daxili yollar tamamilə yararsız vəziyyətə düşüb. Sel suları çaylar üzərində bütün körpüləri yuyub aparıb. Şamaxı rayon icra hakimiyyəti başçısının göstərişi ilə xüsusi komissiya yaradılıb, komissiya təbii fəlakət nəticəsində rayona dəyən ziyanı müəyyənləşdirir. Ağamustafa Vahidov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rayon rəhbərliyi ilə mütəmadi əlaqə saxladığını, vəziyyəti müzakirə etdiyini deyib. Fövqəladə hallar nazirinin tapşırığı ilə nazirliyin 4 yüksək vəzifəli şəxsi Şamaxıya ezam olunublar. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş davam edir. -
07-09-2008, 05:11 PMAPAPirşağının "Qum hamamı"nda bərpa işləri aparılır
[b]Pirşağının "Qum hamamı"nda bərpa işləri aparılır[b]
[Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Sabunçu rayonunun Pirşağı kəndində yerləşən Qum hamamında bərpa işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamın konservasiyasına cari ilin aprelindən başlanılıb. Hamam yerli əhali arasında "Qum hamamı" kimi tanınır. Hamamın binası Pirşağı kəndinin sakini Hacı Şahverdi tərəfindən XIX əsrdə inşa edilib. Memarlıq abidəsinin mühafizə edilməsi məqsədilə divarların konservasiyası və hörgünün inyeksiya ilə gücləndirilməsi, dam örtüyünün hidroizoləediciliyini nəzərə almaqla bərpası, günbəzlərin bərpası, abidənin ərazisinin hasarlanması və abadlaşdırılması nəzərdə tutulur. -
07-09-2008, 05:21 PMAPAABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların "Əl-Qaida" üzvü olduqları bildirilir
[b]ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların "Əl-Qaida" üzvü olduqları bildirilir[b]
[İstanbul - APA. ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların məqsədi içəri keçmək olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, "Ford Focus" markalı avtomobildən düşən, tapança və tüfənglə silahlanmış 4 saqqallı şəxs konsulluğun giriş qapısına doğru irəliləməyə cəhd göstərib. Bu zaman təhlükəsizlik xidmətinin qapıda dayanan amerikalı əməkdaşları içəri giriblər. Türk polisləri isə terrorçulara müqavimət göstəriblər. Terrorçulardan 3-ü öldürülüb, digəri isə yaxınlaşan avtomobilə minərək olay yerindən qaçıb. 25-30 yaşlarında olan terrorçuların "Əl-Qaida" üzvü olduqları güman edilir. Öldürülən terrorçuların üzərindən dua kitabları çıxıb. Onlardan 2-nin daha əvvəl Əfqanıstana gedib-gəldikləri müəyyənləşdirilib. -
07-09-2008, 05:31 PMAPAMəzahir Pənahov: "Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var"
[b]Məzahir Pənahov: "Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Hər Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var. Proses gedər, ədalətli qərar çıxarılar". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazovun MSK sədri və bu qurumun digər məsul şəxslərinə qarşı Səbayel rayon Məhkəməsində qaldırdığı iddiaya münasibət bildirərkən deyib. O, məsələyə qanunun tələblərinə uyğun şəkildə baxılacağını söyləyib: "Qanuni baxımdan əvvəlcədən münasibət bildirməyə ixtiyarım yoxdur. Ümumi fikir bildirmək isə düzgün olmazdı". Qeyd edək ki, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri E. Namazov seçki qanunvericiliyinin pozulması, seçkiqabağı kampaniyanın başlanmasının vaxtında elan olunmaması ilə əlaqədar məhkəməyə müraciət edib. -
07-09-2008, 05:41 PMAPAMSK sədri: "Prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq"
[b]MSK sədri: "Prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Beynəlxalq müşahidəçilərin seçkilərə dəvət edilməsi qanunla tənzimlənir. Azərbaycanda üç qurumun beynəlxalq müşahidəçi dəvət etmək hüququ var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Amma biz birbaşa seçki ilə məşğul olan qurumları dəvət etməyə üstünlük veririk. Müşahidəçilərin dəvət edilməsində də heç bir problem olmayacaq. Hər bir halda əvvəlki seçkilərdə müşahidə missiyasını həyata keçirən qurumlar bu dəfə də seçkiləri müşahidə etməyə dəvət olunacaq". APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, prezident seçkisində "exit-poll" keçirəcək təşkilatlar seçkiyə start verildikdən sonra bəlli olacaq. MSK sədri Azərbaycanda mövcud seçki qanunvericiliyi və resursları ilə demokratik seçki keçirməkdə heç bir problemin olmayacağını da qeyd edib. Onun sözlərinə görə, seçki ilə bağlı cəmiyyətin anlayışında müsbət yeniliklərə də nail olunub: "Yerli icra strukturlarının seçki proseslərinə müdaxiləsi ilə bağlı deyilənləri ümumiləşdirmək düzgün deyil. Məsələn, elə icra başçıları var ki, seçki komissiyalarının fəaliyyəti haqda onlara məruzə olunmalı olduğunu düşünür. Amma elələri də var ki, öz vəzifəsini bilir. Hər halda seçkilərə münasibət dəyişib. Ola bilsin ki, kimsə nə isə etməyə çalışsın. Hər bir halda nəticəyə təsir edən problem aradan qaldırılır və ya seçki dairəsinin nəticəsi ləğv edilir". M. Pənahov namizədlərin təbliğat-təşviqat plakatlarının yayılması ilə bağlı məsələyə də münasibət bildirib: "Seçki reklamları ilə bağlı məsələ Seçki Məcəlləsində öz əksini tapıb. Bakının və digər şəhərlərin tarixi binalarının fasadları seçki plakatları vasitəsilə eybəcər vəziyyətə salınır. Mətbuatda da bu barədə narazılıqlar öz əksini tapıb. Bununla bağlı qanunvericiliyə uyğun olaraq, xüsusi lövhələr hazırlanıb və Dairə Seçki Komissiyalarına paylanır. Tarixi binalar qorunmalıdır və bu mənada həmin məsələ ilə bağlı etiraz olmamalıdır". -
07-09-2008, 05:51 PMAPASerj Sarkisyan: "Abdulla Gül Ermənistana gəlsə, bu, iki ölkə münasibətlərinin startı olacaq"
[b]Serj Sarkisyan: "Abdulla Gül Ermənistana gəlsə, bu, iki ölkə münasibətlərinin startı olacaq"[b]
[İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq. APA-nın məlumatına görə, ABŞ-ın "The Wall Street Journal" qəzetinə müsahibə verən S. Sarkisyan bildirib ki, sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqlar var. Onun fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: "Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik". S. Sarkisyan xatırladıb ki, Türkiyə prezidenti Abdulla Gül onu ilk təbrik edənlər sırasında olub, baş nazir Rəcəb Tayyib Ərdoğan isə bu addımı dialoq üçün yeni qapı kimi qiymətləndirib. Onun sözlərinə görə, bir çox erməni İrəvandan İstanbula və Antalyaya çarter reyslərindən istifadə edir, bunda başqa, Ermənistandan Gürcüstan ərazisi ilə avtobus və taksilər Türkiyəyə gedir, hətta konteynerlərlə qarşılıqlı ticarət də həyata keçirilir: "Ermənistan və Türkiyə daimi rəqib ola bilməz". -
07-09-2008, 06:01 PMAPA"Şərur yallısı" Yunanıstanda keçirilən beynəlxalq rəqs simpoziumunda nümayiş etdirilib
[b]"Şərur yallısı" Yunanıstanda keçirilən beynəlxalq rəqs simpoziumunda nümayiş etdirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Yunanıstanın paytaxtı Afinada UNESCO-nun xətti ilə XXII beynəlxalq rəqs simpoziumu keçirilib. Simpoziumda ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Bu barədə APA-ya simpoziumda ölkəmizi təmsil edən Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullayeva məlumat verib. Onun sözlərinə görə, bu ilki simpozium milli rəqslərlə bağlı olub: "Simpoziumda dünyanın bir çöx ölkələri, eyni zamanda Afrika, Hindistan, Amerikadan da mütəxəssislər iştirak edib. Bir neçə gün davam edən tədbirdə hər xalqın nümayəndəsi öz milli rəqsini nümayiş etdirib. Orada iştirak edən alimlər məruzə ilə, rəqqaslar ilə rəqslə milli rəqsləri haqda simpozium iştirakçılarını məlumatlandırıblar. Ancaq Azərbaycanda təkcə mən alim qismində həmin simpoziumda iştirak edirdim". G. Abdullayeva deyib ki, simpoziumda "Azərbaycan folklor rəqslərinin bəzi xüsusiyyətləri" adlı məruzə ilə çıxış edib. Məruzə edərkən isə böyük ekranda Azərbaycanın milli rəqsi olan "Şərrrur yallısı" nümayiş etdirilib: "Hər bir ölkə təmsilçisi rəqqaslarla milli rəqslərini göstərsələr də, mən bunu canlı şəkildə göstərə bilmədim. Çünki bu addımımı Mədəniyyət və Turizm Nazirliyi dəstəkləmədi. Çox istərdim ki, bu məsələyə ciddi baxılsın. Bu gün bizim milli rəqslərimizin bədnam qonşularımızın tərəfindən oğurlanması da məhz bu cür laqeyd münasibətdən irəli gəlir. Əgər biz dünya ictimaiyyəni milli rəqslərimizlə tanış etsək bu cür hallar da baş verməz". BMA prorektoru bu məsələyə laqeyd yanaşılmamaq və gələn ildə keçirilən bu simpoziumda Azərbaycanın layiqli təmsil olunması üçün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edəcək. -
07-09-2008, 06:31 PMAPAMisir Mərdanov: "Bir neçə gündür ki, Beynəlxalq Universitetin rektorunu tapa bilmirik"
[b]Misir Mərdanov: "Bir neçə gündür ki, Beynəlxalq Universitetin rektorunu tapa bilmirik"[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Bu gün Beynəlxalq Universitetin bağlanmasından söhbət getmir. Biz bu universitetdə qayda-qanun yaradılmasına, xalqa xidmət eləməsinə və normal təhsil verməsinə çalışırıq. Təəssüf ki, bu universitetin rəhbərliyi, onun kollektivi bu barədə düşünmür. Bu gün yüzlərlə, minlərlə adam küçələrə düşüb diplom almaq istəyir, biz də bunun şahidiyik. Mən bu adamları, universitetin rəhbərliyini dəfələrlə qəbul etmişəm, amma təəssüf ki, onlar heç bir nəticə çıxartmır. Artıq bir neçə gündür ki, biz universitetin rektorunu tapa bilmirik. Biz onu tapmırıq ki, camaatın şikayətlərinə cavab versin". APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O, insanların bu universitetdən şikayətçi olduğunu, kimə müraciət etməli olduqlarını bilmədiyini söyləyib: "Təhsildən narazıların hamısı Təhsil Nazirliyinə müraciət etməməlidir. Onların problemlərinin əksəriyyəti yerlərdə həll olunmalıdır, amma təəssüf ki, bizim ölkəmizdə belə hadisələr baş verir. Lazım olsa, istənilən tədbiri görməyə hazırıq, amma bütün tədbirlərimiz vətəndaşların mənafeyinə yönəlib, kiminsə institutdan qovulmasına, diplom almamasına yox". Nazir bu universitetdə məhz hansı qayda pozuntularına yol verildiyinə də aydınlıq gətirib: "Bu universitetə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qərarı olmadan çoxlu sayda adamlar qəbul edilib. Biz isə dövlətin qurumu olaraq, bu adamların təhsilini haqlı olaraq qanunsuz hesab edirik. Valideynlər indi bizim yanımıza gəlirlər ki, bilməmişik, bizi aldadıblar. Bir daha müraciət edirəm ki, ölkədə bir qayda var, hamı da bu qaydaya əməl etməlidir". Nazir Beynəlxalq Universitetin Müstəqil Azərbaycan Universitetinin taleyinin təkrar etməsini istəmədiyini bildirib: "Böyük əziyyət çəkilib, bina təmir edilib, istəmərik universitetin fəaliyyəti dayandırılsın. Amma qayda-qanunlara əməl edilməsə, dövlətin borcudur ki, vətəndaşlarına xidmət göstərən təhsil müəssisəsinin fəaliyyətinə imkan yaratsın. Başqa fəaliyyətlə məşğul olanlar isə təhsil müəssisəsi ola bilməz". Nazir diplom ala bilməyən 90 tələbənin taleyi ilə də maraqlandıqlarını qeyd edib: "Biz çalışırıq ki, onlara güzəşt edək, amma gərək universitetin rəhbərliyi gəlsin, biz onlarla söhbət edək və güzəştə gedək". -
07-09-2008, 06:41 PMAPAMəhkəmə Mustafa Balbay və daha 7 nəfərin yenidən həbs olunması barədə prokurorun vəsatətini rədd edib
[b]Məhkəmə Mustafa Balbay və daha 7 nəfərin yenidən həbs olunması barədə prokurorun vəsatətini rədd edib[b]
[İstanbul - APA. İstanbul 13-cü Ağır Cəza Məhkəməsi iyulun 1-də həbs olunmuş, sonra sərbəst buraxılmış 8 nəfərin yenidən saxlanılması barədə prokuror Zəkəriyyə Özün vəsatətini təmin etməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məhkəmə aralarında "Tercuman" qəzetinin baş redaktoru Üfüq Böyükçələbi və "Cümhuriyyət" qəzetinin Ankara təmsilçisi Mustafa Balbayın da olduğu 8 nəfər haqqımda həbs-qətimkan tədbiri seçilməsinə ehtiyac görməyib. Bu şəxslər barəsində istintaq onlar azadlıqda ola-ola davam etdiriləcək. -
07-09-2008, 06:51 PMAPAİsgəndəriyyə kitabxanasının direktoru Bakıya səfər edəcək
[b]İsgəndəriyyə kitabxanasının direktoru Bakıya səfər edəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Sentyabrın 22-də Misir prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Siracəddin Bakıya səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Cavid Ələkbərov məlumat verib. Onun sözlərinə görə, səfər işçi xarakteri daşıyır. Səfər çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair konkret layihələr müzakirə olunacaq. -
07-09-2008, 07:01 PMAPA"Azəri Star" müsabiqəsinin iştirakçısı qadın alverində ittiham olunur
[b]"Azəri Star" müsabiqəsinin iştirakçısı qadın alverində ittiham olunur[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə insan alverində ittiham olunan bir qrupun məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə 2006-cı ildə "Azəri Star" mahnı müsabiqəsinin iştirakçısı olmuş Rüstəm Əlişanov, Bakı sakinləri Təranə Muradova və Aygün İsayeva təqsirləndirilən şəxs qismindədirlər. Onlar Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.3-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunurlar. İttihama görə, bu şəxslər gəlir əldə etmək məqsədilə qızları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyublar. -
07-09-2008, 07:31 PMAPAYusuf Halacoğlu: "Daşnaklardan ermənilərin Türkiyədə törətdiyi gerçək soyqırımı araşdırmaq üçün təkliflər alıram"
[b]Yusuf Halacoğlu: "Daşnaklardan ermənilərin Türkiyədə törətdiyi gerçək soyqırımı araşdırmaq üçün təkliflər alıram"[b]
İstanbul. Mayis Əlizadə-APA. "Ermənilər əvvəl-axır Türkiyə ilə münasibət yaratmaq məcburiyyətində qalacaqlar. Çünki yanlış yolda olduqlarını anlayacaqlar".
[Türk Tarix Qurumunun rəhbəri, professor Yusuf Halacoğlu Ermənistan prezidenti Serj Sərkisyanın Ankara son dialoq təklifini APA-nın Türkiyə bürosuna belə şərh edib. O, Türkiyə-Ermənistan münasibətlərində vəziyyətin dəyişdiyini bildirib: "İndi məsələyə başqa nöqteyi-nəzərdən baxmaq lazımdır. Daşnaklardan mənə ermənilərin Türkiyədə həyata keçirdiyi əsl soyqırımı araşdırmaq üçün təkliflər gəlir. Qondarma "erməni soyqırımı"nı Türkiyəyə qəbul etdirmək asan məsələ deyil. Ermənilərin öz tüpürdüklərini yalaması da asan iş deyil. Mən məsələni belə dəyərləndirirəm: Əgər ermənilər səmimidirsə, bu, qısa müddət ərzində məlum olacaq. Ermənistan Türkiyənin mövcud sərhədlərini tanımayana, Dağlıq Qarabağın işğalına son qoymayana kimi Serj Sərkisyanın səmimilinə inanmağım gəlmir". Yusuf Halacoğlu Bostondakı daşnak arxivlərini açmaq üçün daşnaklara 20 milyon vermək təklifini bir daha aydınlıq gətirib: "Mənim təklifim daşnakları çox narahat etdi. Çünki daşnaklar bizim işi bu qədər irəli aparacağımızı fikirləşməmişdilər. Çünki təklif olunan miqdar az pul deyil. Bu təklif daşnakları maraqlandıra bilər. Onlar bəzən hazır layihələr təklif edirlər. Mən isə bildirirəm ki, əvvəlcə bəzi şeyləri müzakirə etməyimiz lazımdır. Daha sonra hansı işləri görməyimizi qərarlaşdıra bilərik". Yusuf Halacoğlu analoji təkliflərin Ermənistandan deyil, Qərbdən gəldiyini bildirib: "Bilirsiniz ki, ermənilərin əsas diaspora komitələri Fransa və ABŞ-da yerləşir. Onların işə nə dərəcədə səmimi yanaşdıqlarını görəcəyik. Sərkisyanın da təklifinə bu kontekstdə yanaşırıq". -
07-09-2008, 08:21 PMAPAAzərbaycan Fövqəladə Hallar Nazirliyi sel aparan 6 nəfərin həyatını xilas edib
[b]Azərbaycan Fövqəladə Hallar Nazirliyi sel aparan 6 nəfərin həyatını xilas edib[b]
Nazirlik ölkədə baş verən sel və daşqınlarla bağlı açıqlama yayıbBakı. Elbrus Seyfullayev-APA. "Son günlər ölkədə havaların qeyri-sabit keçməsi, fasiləsiz yağan leysan yağışlar dağlıq və dağətəyi rayonların ərazisindən keçən çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.
[Nəticədə bəzi rayonlarda sosial - ictimai obyektlərə, fərdi yaşayış binalarına, çayların üzərindəki körpülərə və müxtəlif təyinatlı yollara müxtəlif dərəcələrdə ziyan dəyib". Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə idarəsinin mətbuat xidməti şöbəsindən daxil olan məlumatda bildirilib. Məlumata görə, Gəncə, Göygöl, Daşkəsən, Şamaxı, Xaçmaz, Oğuz, Quba, Siyəzən, Hacıqabul rayonlarının bir sıra kəndlərində bəzi evlərin zirzəmi və həyətyanı sahələrinə su dolub. "Azərkörpü" MMC tərəfindən Gilgilçay çayı üzərində inşa edilən körpüdən keçən, həmin şirkətə məxsus olan "Niva" və "Şevrolet" markalı 2 avtomobili sel aparması nəticəsində isə eyni şirkətin 1 əməkdaşı həlak olub, 3 nəfər isə xəsarət alıb.Nazirliyin məlumatında bildirilib ki, Şamaxı şəhərində ötən gecə ərzində 20-yə yaxın evin zirzəmisinə və həyətyanı sahələrinə su dolub, Bakı-Şamaxı avtomobil magistralında gecə hərəkət tədricən məhdudlaşaraq tıxaclar yaranıb və 2 avtomobili sel aparıb. Bakı-Şamaxı avtomobil magistralının və Şamaxı şəhəri daxilində asfalt örtüklərinin bəzi hissələrində yol yuyulub. Sel sularının apardığı bir nəfər xilas edilib.Prezident İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonalarına Fövqəladə Hallar Nazirliyinin müxtəlif strukturlarının xeyli sayda xilasediciləri, texnika və canlı qüvvəsi cəlb edilib. Ümumilikdə Quba, Xaçmaz, Siyəzən, Şamaxı rayonlarında xilasetmə əməliyyatlarına 300 nəfər şəxsi heyət cəlb edilib.Pirsaat çayının daşması nəticəsində Hacıqabul rayon "Udulu 1" kəndində boğulma təhlükəsi ilə üzləşən 18-19 yaşlarında olan Şəhriyar və Taleh Əliyevlər Fövqəladə Hallar Nazirliyinin vertolyotu vasitəsilə xilas edilib.Siyəzən rayonunda isə 1982-cı il təvəllüdlü Gökhal Tatoğlu, 1971-ci il təvəllüdlü Ümid Hakim, 1975-ci il təvəllüdlü Maşallah Akbaba, 1960 - cı il təvəllüdlü Vəliyev Camal Osmanoğlu da FHN-nin vertolyotu ilə xilas edilib.Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezident İlham Əliyevin tapşırığı ilə Xaçmaz və Quba rayonlarında hadisə yerlərində olub, əraziyə baxış keçirib. Nazir vəziyyət barədə mütəmadi olaraq dövlət başçısı İlham Əliyevə məlumatlar verir. -
07-10-2008, 10:31 AMAPADərbənddə antiterror əməliyyatı keçirilib, ölən və yaralananlar var
[b]Dərbənddə antiterror əməliyyatı keçirilib, ölən və yaralananlar var[b]
Dərbənd - APA. Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində keçirilən xüsusi əməliyyat zamanı şəhərdə terror aktı törətməyə hazırlaşan iki terrorçu öldürülüb.
[APA-nın məlumatına görə, əməliyyat Rusiya xüsusi xidmət orqanları üçün itkisiz ötüşməyib. Əməliyyatda iştirak edən milislərdən biri, eləcə də bir mülki şəxs (qadın) atışmada həlak olub, 12 yaşlı oğlan uşağı isə başından güllə yarası alıb. Öldürülən terrorçuların şəxsiyyətləri də artıq müəyyənləşdirilib. Bunlar Dərbənd sakinləri Mansur və Hacı Vəlibəyovlardır. Hadisə yerindən "Kalaşnikov" avtomatı, "Makarov" və TT tapançaları tapılıb. -
07-10-2008, 10:41 AMAPAİki ABŞ konqresmeni Nursultan Nazarbayevə Nobel mükafatı verilməsini istəyir
[b]İki ABŞ konqresmeni Nursultan Nazarbayevə Nobel mükafatı verilməsini istəyir[b]
[Bakı. Laçın Sultanova - APA. ABŞ konqresmenləri Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Nobel mükafatı verilməsi təşəbbüsü ilə çıxış ediblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, onlar Qazaxıstan liderini nüvə silahlarının yayılmasına qarşı göstərdiyi xidmətlərə görə bu mükafata layiq sayırlar. Təşəbbüsün müəllifləri respublikaçı konqresmen Darrell İssa və demokrat konqresmen Çarl Malankondur. -
07-10-2008, 02:21 PMAPATiflis yaxınlığında ABŞ, Gürcüstan, Azərbaycan, Ermənistan və Ukrayna hərbçilərinin birgə təlimi keçirilir
[b]Tiflis yaxınlığında ABŞ, Gürcüstan, Azərbaycan, Ermənistan və Ukrayna hərbçilərinin birgə təlimi keçirilir[b]
Bakı. Laçın Sultanova, Məhbubə Qasımbəyli-APA. Tiflisin yaxınlığında ABŞ, Gürcüstan, Azərbaycan, Ermənistan və Ukraynadan olan hərbçilərin iştirakı ilə hərbi təlimlər keçirilir. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Avropada Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
["Təxirəsalınmaz cavab-2008" adı altında keçən təlimlər Vaziani hərbi bazasında keçirilir. Təlimlərin məqsədi NATO-ya üzv və tərəfdaş ölkələrin birgə fəaliyyətini yüksəltmək, ABŞ hərbi qüvvələri və onların müttəfiqləri arasında anlaşma və əməkdaşlığa yardım etməkdir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, bu təlim əsasən ABŞ-la Gürcüstan arasında keçirilir və əvvəlcədən planlaşdırılan təlimdir. Onun sözlərinə görə, Gürcüstan tərəfi həmin təlimlərdə digər ölkələrin də iştirakını açıq elan edib: "Azərbaycan da həmin təlimlərdə iştirak edir. Təlimə Ermənistan da qatılıb. Amma bu, birgə təlim keçirilməsi anlamına gəlməməlidir". E. Sabiroğlu deyib ki, gələn il belə bir təlimin ABŞ-la Azərbaycan arasında keçirilməsi planlaşdırılır: "Bu zaman Azərbaycan münasib hesab etdiyi ölkələri həmin təlimlərə dəvət edəcək". -
07-10-2008, 02:31 PMAPASəfa Mirzəyev: "SSRİ dövründə banka qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb"
[b]Səfa Mirzəyev: "SSRİ dövründə banka qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb"[b]
[Bakı. Elbrus Seyfullayev-APA. "SSRİ dövründə əmanət bankına qoyulan pulların qaytarılmasında bəzi problemlər meydana çıxıb". APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin yaz və növbədənkənar sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmanətlərin qaytarılması üzrə parlamentin tərkibində yaradılan İşçi Qrup fəaliyyətini davam etdirir. "Əmanətlərin qaytarılması ilə bağlı iki problem meydana çıxıb. Bunların birincisi, əmanətlərin həcminin çoxluğu, ikincisi isə bununla bağlı sənədlərin tam qaydasında olmamasıdır. Yəni, saxta sənədlər mövcuddur. Əmanətlərin həcmi çox olduğundan isə pullar mərhələ-mərhələ qaytarılmalıdır". Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə isə deyib ki, "Kapital Bank" əmanətlərin qaytarılması üçün mexanizm hazırlayır. -
07-10-2008, 02:41 PMAPAAzyaşlı uşağı qətlə yetirən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb
[b]Azyaşlı uşağı qətlə yetirən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə Bessonov Ruslan Vladimirovçin, Qenoşilkin Maksim İvanoviçin, Pavlov Dimitriy Nikolayevçin apellyasiya şikayətinə baxılıb. Zərərçəkmişin nümayəndəsi Hidayət Rüstəmbəylinin APA-ya verdiyi məlumata görə, məhkəmə birinci instansiyanın təqsirləndirilən şəxslər barəsində çıxardığı hökmün qüvvədə saxlanılması ilə bağlı qərar çıxarıb. Qeyd edək ki, təqsirləndirilən şəxslər tamah məqsədilə azyaşlı Vüsal Zeynalovu qətlə yetiriblər. Ağır Cianyətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə hər biri 10 il müddətinə azadlıqdan məhrum olunublar. -
07-10-2008, 02:51 PMAPAFuad İsmayılov: "Madrid təklifləri Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir"
[b]Fuad İsmayılov: "Madrid təklifləri Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın Avstriya, Sloveniya, Slovakiya, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Fuad İsmayılovun APA-ya müsahibəsi
[- Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Parlament Assambleyasının seçkilərlə bağlı müşahidə missiyaları formalaşıbmı?- Missiyalar hələ formalaşmayıb, çünki əvvəlcə bizim qanunvericiliyə uyğun olaraq Azərbaycan hökumətindən dəvət gəlməlidir. Yalnız ondan sonra missiyanın tərkibini formalaşdırmaq olar. Adətən bu cür missiyalar ATƏT, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti təmsilçilərindən ibarət beynəlxalq missiya şəklində formalaşdırılır. İki missiya yaradılacaq - uzunmüddətli və qısamüddətli. Qısamüddətli missiya bilavasitə seçki ərəfəsində Azərbaycana gələcək. - Bu yaxınlarda ATƏT-in ehtiyacların öyrənilməsi üzrə missiyası Azərbaycanda səfərdə olub. - Bəli, bu missiya ölkədəki vəziyyəti, qanunvericilikdən başlayaraq KİV məsələsinə qədər nələrə ehtiyac duyulduğunu, seçki hazırlığının necə işıqlandırıldığını öyrənib və müvafiq təhlil aparıb. Missiya ilkin hesabat hazırlayacaq və ATƏT-in beynəlxalq missiyası yaradılarkən bu sənəd diqqətə alınacaq. Amma sənədin əhəmiyyətini şişirtmək də lazım deyil, orada yazılanların heç də hamısı nəzərə alınmayacaq. Bu, sadəcə, ilkin qiymətləndirmədir və missiyanın formalaşdırılmasında yardımçı rol oynayır. - ATƏT-in Azərbaycandakı vəziyyətlə əlaqədar bəzi narazılıqları var. Onlar bu məsələləri sizinlə müzakirə edirlərmi? - ATƏT-in seçki hazırlığını müşahidə edən əsas strukturu - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Varşavada yerləşir. Həm bizim missiyamız, həm də Polşadakı səfirliyimiz bu qurumla fəal əməkdaşlıq edir. Biz hansısa vacib informasiya çatdırmaq lazım gələndə, eləcə də həllini gözləyən məsələlər ortaya çıxanda tez-tez görüşürük. Hazırda DTİHB Azərbaycanın Prezident Aparatı, Mərkəzi Seçki Komissiyası və Ədliyyə Nazirliyi ilə çox fəal, konstruktiv əməkdaşlıq edir. Qanunvericiliklə, Seçki Məcəlləsi ilə bağlı ortaya çıxan məsələlər bu strukturlarla birlikdə həll olunur. Bütün bunlar ajiotaja yol vermədən, işçi qaydada, dialoq yolu ilə həllini tapır. - Bir qədər irəli gedərək Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçirilmədiyini ehtimal etsək, ATƏT-in ölkəyə hansısa sanksiyalar tətbiq etməsini gözləmək olarmı? - ATƏT heç bir sanksiya tətbiq edə bilməz. Seçkilərin keçirilməsinə dair beynəlxalq normalar var, eyni zamanda milli qanunvericilik də mövcuddur. Ona görə də biz həmişə deyirik ki, seçkilər həm beynəlxalq normalar, həm də milli qanunvericilik çərçivəsində keçirilməlidir. Ancaq milli qanunvericilik mütləq ilk sırada dayanmalıdır - bu, hər ölkənin prioriteti və milli suverenlik məsələsidir. Hətta seçkiyə müşahidəçi dəvət edib-etməmək də ölkənin suveren hüququdur. Yaxın keçmişdə ATƏT-in seçkilərə dəvət edilmədiyi hallara da rast gəldik - məsələn, Rusiya. Lakin ATƏT-lə qarşılıqlı əlaqələrimizin səviyyəsi elədir ki, biz bütün problemli, kəskin məsələləri konstruktiv dialoq yolu ilə həll edirik. - Azərbaycana tutulan iradlardan biri KİV azadlığı ilə bağlıdır. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ötən həftə bununla bağlı hazırladığı hesabatda mövqeyinin dəyişmədiyini ortaya qoydu. Siz onun mövqeyinə təsir göstərməyə çalışırsınızmı? - Müəyyən ağrılı məqamlara baxmayaraq, Mikloş Haraştinin ofisi ilə normal, işgüzar münasibətlərimiz var. Mikloş Haraştinin ofisinin hesabatları onların normal işidir. Biz bəzi qiymətləndirmələrlə razı deyilik və bunu onların nəzərinə çatdırırıq. Mən hesab edirəm ki, bu ofis KİV-in peşəkarlığının artırılması sahəsində Azərbaycana böyük köməklik göstərə bilər. - Azərbaycan ATƏT-in Minsk Qrupunda həmsədrlərin dəyişdirilməsi prosedurunu öyrənmək üçün təşkilata sorğu göndərdi və cavab aldı. Bu addım hansı məqsəd güdürdü? Bakı hansısa həmsədrin dəyişməsini istəyir? Belə söz-söhbət var ki, Azərbaycan hakimiyyəti Metyu Brayzanın dəyişdirilməsini tələb edir. - Məsələ bu cür qoyulmayıb. Bütün bunlar mart ayında gündəmə gələn prosedur xarakterli məsələlərdir. Biz Minsk Qrupunu bir institut kimi, həmçinin onun mandatını şübhə altına almamışıq. Söhbət konkret şəxslərin - həmsədrlərin dəyişməsindən gedirdi. Çünki nəzəri olaraq da elə vəziyyət yarana bilər ki, cənab "A"nı, cənab "B" ilə əvəzləmək lazım gələr. Hazırda bu məsələ gündəmdə deyil. İndi başlıca məsələ prezidentlərin Sankt-Peterburq görüşü zamanı həmsədrlərin dediyi kimi, Madriddə irəli sürülmüş təkliflər siyahısı üzərində işi davam etdirməkdir. Mən onları həmsədrlər kimi baza prinsipləri yox, məhz təkliflər siyahısı adlandırıram. Bu təkliflər ən əvvəl Azərbaycanın mövqeyi nəzərə alınmaqla yenidən işlənməlidir. Bu sənəddə ərazi bütövlüyü prinsipi, işğalçı qoşunların çıxarılması əksini tapmalıdır. - Siz Minsk Qrupunu Dağlıq Qarabağ münaqişənin həlli üçün yetərli mexanizm sayırsınızmı? ATƏT Parlament Assambleyasının keçmiş prezidenti Qoran Lenmarker həm də Dağlıq Qarabağ üzrə məruzəçi idi. Onun yerinə yeni məruzəçi təyin olunacaqmı? - Çox güman ki, yeni məruzəçi təyin olunacaq. Münaqişələr ATƏT PA-nın gündəmindəki əsas məsələlərdən biridir. Qoran Lenmarker olmasa da, başqa bir nəfər bu missiyanı üzərinə götürə bilər. ATƏT PA-nın yeni sədri məruzəçi ola bilərmi? Hər şey onun özünün bu məsələ ilə şəxsən maraqlanıb-maraqlanmayacağından asılıdır. Ola bilər ki, yeni prezidentin prioritetləri fərqli olsun. Amma istənilən halda Minsk Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunduğu bir mexanizmdir. Biz təbii ki, Minsk Qrupunun işinin effektli olub-olmadığını, bu mexanizmdən məmnun qalıb-qalmadığımızı söyləyə bilərik. Ancaq bizim bu qrupa konkret suallarımız da var. Biz sonu görünməyən və əks tərəf üçün sərfəli olan danışıqların neçə il davam edəcəyini bilmirik. Ona görə də həmsədrlərə deyirik: vaxt gedir, effekt isə yoxdur. Həmsədrlər təcavüzkar ölkəni inandıra və beynəlxalq prinsipləri ona qəbul etdirə bilmirlər. Bu səbəblə münaqişənin həlli prosesi uzanır, bu isə bizim maraqlarımıza uyğun deyil. Bizim işğal olunmuş ərazilərimizdə ağlasığmaz işlər törədilir. - İşğal olunmuş ərazilərdən söz düşmüşkən, Bernard Snounun yanğınların qiymətləndirilməsi ilə bağlı missiyası bölgəyə gəldi və hazırladığı məruzədə hər şeyi təbiətin üstünə atdı. Azərbaycan ATƏT-dən yeni missiya göndərməyi xahiş edəcəkmi? - Bernard Snounun hesabatında verdiyi tövsiyələr bizi qane edə bilməz. Biz Dağlıq Qarabağ ərazisindəki ekoloji vəziyyətdən narahatıq. Söhbət təkcə yanğınlardan getmir. B. Snounun dediyi kimi, bu gün işğal altındakı ərazilərdə Azərbaycan və Ermənistanın hansısa birgə ekoloji aksiyası qətiyyən mümkün deyil - hər şeydən əvvəl təhlükəsizlik problemi ilə bağlı bu mümkünsüzdür. 2006-cı ildə biz bu məsələni ATƏT və BMT-də qaldırarkən birmənalı söyləmişdik ki, işğalçı qoşunlar yanğınlar törədilən ərazilərdən çıxarılmalıdır. Normal ekoloji əməliyyat aparmaq üçün bu, çox vacibdir. Axı avtomat lüləsi altında necə işləmək olar? Yeni yanğınların qarşısı alınmalı, torpaq örtüyü bərpa olunmalıdır. Bunun əvəzində bizə mövcud şəraitdə hansısa ekoloji əməliyyatların aparılması təklif olundu. Əvvəla, qarşı tərəflə əməkdaşlıq məsələsində bizim tutduğumuz mövqe bunu mümkünsüz edir. Digər tərəfdən, hətta təmas xəttinin bizim ordumuzun nəzarət etdiyi hissəsində də iş aparmaq təhlükəlidir. Hazırkı vəziyyət elədir ki, hətta ən primitiv iş görmək aparmaq imkanı belə yoxdur. Bu, yalnız o halda mümkün ola bilər ki, Ermənistan Silahlı Qüvvələri işğal altındakı torpaqlardan çıxarılsın. - Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq mövzusuna keçid edək. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib ki, 2009-cu ildə Azərbaycanda nüvə-tədqiqat reaktorunun tikintisi başlayacaq. Agentliyin nümayəndəsi Andrey Çupov isə 2009-cu ildə tikintinin yox, danışıqların başlayacağını deyir. Həqiqət nədən ibarətdir? - Həqiqət bunun ortasındadır. Konkret müddət barədə danışmaq çətindir və bu mərhələdə çoxyönlü, kompleks müzakirələr davam etdirilməlidir. Söhbət təkcə tədqiqat reaktorunun tikintisindən və onun istismarından getmir. Hüquqi aspektlər, mühafizə, yer məsələsi də var. Danışıqlar artıq başlanıb. Bizim ekspertlər Vyanada, beynəlxalq agentliyin ekspertləri isə Bakda olublar. Konkret müddət müzakirələrdə əldə ediləcək irəliləyişdən asılı olacaq. İrəliləyiş olsa, hesab edirəm ki, 2009-cu ili tikinti meydançasının hazırlanması baxımından başlanğıc hesab etmək olar. Əks təqdirdə, bu məsələ 2010-cu ilə qədər uzana bilər. - Bəs Avstriya ilə qarşılıqlı əlaqələr necə inkişaf edir? Bu ölkənin prezidentinin Azərbaycana səfəri planlaşdırılmışdı. Niyə reallaşmadı? - Avstriyanın Avropa Birliyində sədrliyi qəbul etməsi, eləcə də bir sıra digər səbəblərdən səfər təxirə salındı. Bu il isə Azərbaycanın çoxlu işləri var. İki ölkə arasında xüsusən enerji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Bu səbəblə Avstriya rəhbərliyi ölkə prezidentinin Azərbaycana səfərinin təşkilini ciddi şəkildə nəzərdən keçirir. - Rusiya prezidentinin Azərbaycana səfəri "Nabucco" layihəsinin fəal iştirakçılarından biri kimi Avstriyanı narahat etmir ki? Azərbaycan öz təbii qazını Rusiyaya satarsa, nə baş verəcək? - Avstriya bu məsələdən qətiyyən narahat deyil. Məndə belə fikir yaranır ki, bu mövzuya Bakıda bir cür, Avropada isə başqa cür baxırlar. Orada məsələni dramatikləşdirmirlər. Avropa Birliyinin yanaşması belədir: təbii qaza olan böyük ehtiyac nəzərə alınaraq bütün boru kəmərləri layihələri mümkün sayılır və bunlar bir-birini istisna etmir. Avropanın təbii qaza ehtiyacı gündən-günə artır, hasilat isə azalır. Ona görə də Avropa narahatlıqla yeni enerji mənbələri axtarır və qarşısına çıxacaq bütün imkanlardan yararlanmağa hazırdır. Məsələn, Avstriyanın "Nabucco"da iştirak edən aparıcı şirkəti - OMW "Qazprom"la da, Azərbaycanla da eyni dərəcədə əməkdaşlıq etməyə hazırdır. Bizim iştirakımız isə iqtisadi maraqlarımızdan asılıdır - layihənin sərfəli olub-olmadığına biz özümüz qərar verəcəyik. Avropa elə şərtlər yaratmalıdır ki, biz bu layihədə iştirakın iqtisadi cəhətdən sərfəli olduğuna inanaq. -
07-10-2008, 04:21 PMAPAAzərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək
[b]Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında qəbul ediləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin yaz və növbədənkənar sessiyasının başa çatması ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Birinci vitse-spiker sənədin indiyə kimi müzakirəyə çıxarılmamasını dünyada və regionda baş verən geostrateji dəyişikliklərlə əlaqələndirib. Z. Əsgərov deyib ki, sənəd qəbul olunarkən bütün reallıqlar nəzərə alınacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin parlamentdə müzakirə olunmaması ilə bağlı suala toxunan birinci vitse-spiker bu problemin həlli ilə əsasən dövlət başçısı və Xarici İşlər Nazirliyinin məşğul olduğunu bildirib: "Konkret razılaşma olarsa, biz bunu müzakirə edə bilərik. Predmetsiz müzakirə nəyə lazımdır?" "Təhsil haqqında" qanun layihəsinin beynəlxalq ekspertizaya verildiyini deyən Z. Əsgərov sənədin müzakirəyə çıxarılmaması ilə bağlı ajiotaj yaradıldığını bildirib: "Bu qanun layihəsinin qəbul olunmasını əngəlləyən heç bir qüvvə yoxdur. Sadəcə biz daha təkmil qanun qəbul etmək istəyirik". Parlament sədrinin birinci müavini "Alternativ xidmət haqqında" qanun layihəsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, bu qanun layihəsi də müzakirəyə hazırlanır: "Azərbaycan müharibə şəraitində olduğu üçün bu sənəd qəbul olunanda ölkənin reallıqları nəzərə alınacaq". -
07-10-2008, 04:31 PMAPAAmerikalı hakim: "Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir"
[b]Amerikalı hakim: "Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Məhkəmə hakimiyyətinin əsas fəaliyyət prinsipləri qanunun aliliyi, hakimlərin müstəqilliyi, sistemin şəffaflığı və ədalətliliyidir". APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ABŞ-ın Nyu-Yurk ikinci dairəsinin Apellyasiya Məhkəməsinin hakimi Con Uolker keçirdiyi mətbuat konfransına deyib. O, Azərbaycan məhkəmə sisteminin nümayəndələrinə məhz bu çağırışla müraciət edəcəyini söyləyib. C. Uolker bildirib ki, məhkəmə sisteminin siyasətdən kənar olması çox vacibdir və bu halda insanların məhkəmələrə inamı artar. Qonaq öz ölkəsinin hüquq sisteminin tam müstəqil olduğunu və hörmət qazandığını da vurğulayıb. Qeyd edək ki, ilk dəfədir Azərbaycana səfərə gələn C. Uolker buradan Gürcüstana yola düşəcək. -
07-10-2008, 04:41 PMAPATürkiyə hökuməti Serj Sarkisyanın dəvətindən və bəyanatlarından məmnun qalıb
[b]Türkiyə hökuməti Serj Sarkisyanın dəvətindən və bəyanatlarından məmnun qalıb[b]
[Ankara - APA. Rəsmi Ankara Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidenti Abdulla Gülə göndərdiyi məktubu alıb və hazırda dəvəti nəzərdən keçirir. APA-nın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin keçirdiyi ənənəvi həftəlik mətbuat konfransında deyib. S. Sarkisyanın A. Gülü iki ölkə milli futbol komandalarının sentyabrda İrəvanda keçiriləcək matçına dəvət etməsi ilə bağlı sualı cavablandıran diplomat bildirib ki, Ankara Ermənistan prezidentinin "iki ölkə arasında normal münasibətlərin qurulmasından başqa alternativ yoxdur və qarşılıqlı əlaqələrə yeni start verilməlidir" şəklində bəyanatından xəbərdardır: "Biz də bu fikirlə razıyıq. Ermənistandakı seçkilərdən sonra məktub mübadiləsi olmuşdu və eyni məqamlar vurğulanmışdı. Əgər doğrudursa, Sarkisyanın bu ifadələrini məmnuniyyətlə qarşılayırıq". Xatırladaq ki, Ermənistan prezidenti ABŞ-ın "The Wall Street Journal" qəzetinə müsahibəsində Abdulla Gülün onun dəvəti əsasında İrəvana gəlişinin iki ölkə münasibətlərinin simvolik startı olacağını söyləyib. Onun fikrincə, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: "Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik". -
07-10-2008, 04:51 PMAPAAlla Puqaçova Maksim Qalkinlə ailə həyatı quracaq
[b]Alla Puqaçova Maksim Qalkinlə ailə həyatı quracaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Rusiyanın xalq artisti Alla Puqaçova uzun müddətdir aralarında münasibətlərin olduğu söylənilən Maksim Qalkinlə ailə həyatı quracaq. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Maksim Qalkinin 32 yaşının qeyd olunduğu mərasimdə çıxış edən Alla Puqaçova "Mən səni heç kimə verməcəyəm və səni evləndirəcəyəm" deyərək, ona evlənmə təklifi edib. Maraqlıdır ki, yeni cütlüyü ilk təbrik edən Boris Moiseyev olub. Rusiya mətbuatının yazdığına görə, sevgililər 2001-ci ildə Flipp Kirkorov vasitəsilə tanış olublar. Qeyd edək ki, Maksim çoxdandır ki, Allanın evinin qonağı deyil. Belə ki, yumorist ötən ildən onun evində yaşayır və bütün bayramları bərabər keçirirlər. Bu ilin aprelində isə Maksim sevgilisinin ad gününə görə Almaniyada keçirilən qastrollardan imtina edib və bu addım ona böyük maliyyə itkiləri hesabına başa gəlib. Ailə qurmaq qərarını verən cütlük hazırda toy gününü və məkanı müəyyənləşdirirlər. -
07-10-2008, 05:01 PMAPAİrəvanın Ermənistana verilməsi ilə bağlı yaradılmış komissiya öz işi haqqında parlamentə məlumat verəcək
[b]İrəvanın Ermənistana verilməsi ilə bağlı yaradılmış komissiya öz işi haqqında parlamentə məlumat verəcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə tarixi Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi ilə bağlı yaradılmış komissiya fəaliyyətini davam etdirir.
[APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, rəhbərlik etdiyi komissiyaya görkəmli alim və ziyalıların daxil olduğunu bildirib: "Komissiya araşdırmalarını davam etdirir və parlamentin payız sessiyasında onun fəaliyyətinin nəticələri haqqında məlumat veriləcək". -
07-10-2008, 05:11 PMAPATürkiyəli ekspert: "ABŞ-ın İstanbuldakı konsulluğuna hücum çox səfeh şəkildə hazırlanmış terror aksiyasıdır"
[b]Türkiyəli ekspert: "ABŞ-ın İstanbuldakı konsulluğuna hücum çox səfeh şəkildə hazırlanmış terror aksiyasıdır"[b]
[İstanbul. Mayis Əlizadə - APA. "ABŞ-ın İstanbuldakı Konsulluğuna qarşı terror aksiyası son dərəcə qeyri-professional şəkildə həyata keçirilib. Aksiyanın detalları bəlli olduqdan sonra terrorçuların başqa qüvvələr tərəfindən idarə edildiyi anlaşıldı. Təsəvvür edin ki, konsulluğu qoruyan polis nöqtəsinə 3 adam hücum edir, bir nəfər isə onları maşında gözləyir. Yəni terrorçular aksiya zamanı ölə biləcəklərini heç nəzərə almayıblar. Digər tərəfdən, ABŞ konsulluğu çox ciddi mühafizə olunur, terrorçuların ora girə bilməsi mümkün deyil. Kənardakı təhlükəsizlik bariyerlərini keçsələr belə, içəridə ikinci bariyer var. Fərz edək ki, ikinci baryeri də keçib konsulluğun həyətinə girdilər. Binaya daxil olmaq üçün iki liftdən istifadə etmək lazımdır. İçəridəki əməkdaşlar liftləri istənilən an dayandıra bilər". Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İstanbulun Bağçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin terror məsələləri üzrə müşaviri Ərcan Çitlioğlu deyib. O, polis məntəqəsinə tapança və tüfənglə hücumü da axmaqlıq adlandırıb: "Belə bir hücumda avtomatik silahdan yox, tüfəngdən istifadə edilməsi terrorçuların nə qədər səfeh bir aksiya hazırladığını göstərir. Biz terror aksiyalarının hamısını məntiqdən kənar saysaq da, əslində hər aksiyanın özünə görə məntiqi var. Burada ABŞ konsulluğu hədəfə götürülüb və aksiyanın əks-sədası dünyaya yayılıb. Terrorçuların əsas məntiqi də budur. Bu, "Əl-Qaidə" terror təşkilatının bilavasitə planlaşdıraraq həyata keçirdiyi bir aksiya olmayıb. "Əl-Qaidə"nin manifestini qəbul etmiş müstəqil terror qruplarının aksiyasına daha çox bənzəyir. İntiqam hissi də rol oynaya bilər, çünki ölən terrorçulardan birinin uzun müddət Quantanamoda əsir qaldıqdan sonra sərbəst buraxıldığı məlum olub". Ekspertin fikrincə, Türkiyə bu hadisədən dərs almalıdır: "Əgər bir ölkə siyasi, iqtisadi və sosial sahələrdə zəifləyərsə, toplumda mövcud iqtidara qarşı etimadsızlıq yaranarsa, o ölkə terror aksiyaları keçirmək nöqteyi-nəzərindən ideal bir ölkə halına gələr. Ona görə də mən Türkiyədəki bütün qurumların və medianın bu olaydan dərs çıxarmalarını istəyirəm". -
07-10-2008, 05:21 PMAPAQusarın Qənərçay kəndində torpaq sürüşməsi davam edir
[b]Qusarın Qənərçay kəndində torpaq sürüşməsi davam edir[b]
[Qusar. Solmaz Mehtiyeva-APA. Qusarın Qənərçay kəndində dünən gecə saatlarından başlayan torpaq sürüşməsi davam edir. APA-nın Şimal bürosunun məlumatına görə, artıq sürüşmə zonasında yerləşən evlərin sakinləri kəndin daha təhlükəsiz ərazisinə köçürülüblər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evlərindən köçürülən əhalinin müvəqqəti məskunlaşdırılması üçün kəndə çadırlar gətiriblər. Kəndə elektrik enerjisinin verilməsi hələ də bərpa edilməyib. Qeyd edək ki, dünəndən başlayan torpaq sürüşməsi nəticəsində Qənərçayda 6 ev tamamilə dağılıb, 25 evin divarlarında isə çatlar əmələ gəlib. -
07-10-2008, 05:31 PMAPAİranda 3 PKK terrorçusu məhv edilib
[b]İranda 3 PKK terrorçusu məhv edilib[b]
[Van-Hakkari - APA. Türkiyənin Van bölgəsində 10 nəfər PKK terrorçusu təhlükəsizlik qüvvələrinin təqibindən qaçaraq İrana daxil olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, terrorçulardan 3-ü İran əsgərləri ilə döyüşdə öldürülüb, digərləri isə dağlıq ərazilərə qaça bilib. Hakkari rayonu ərazisində isə hərbi maşın karvanı keçərkən mina partlayıb. Partlayış nəticəsində 8 türk əsgəri yaralanıb. -
07-10-2008, 05:41 PMAPABakı sakinindən saxta əsginaslar götürülüb
[b]Bakı sakinindən saxta əsginaslar götürülüb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxçıvanski küçəsində yaşayan Laçın Baxışovdan 1 ədəd 100 və 1 ədəd 50 manatlıq saxta əsginaslar götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, L. Baxışovun evinə baxış zamanı saxta əsginasların hazırlanması üçün istifadə edilən "Epson" markalı skayner, 4 ədəd 10, 5 ədəd 20, 3 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb. -
07-10-2008, 05:51 PMAPAGədəbəydə "UAZ" maşını çaya düşüb, ölən və yaralananlar var
[b]Gədəbəydə "UAZ" maşını çaya düşüb, ölən və yaralananlar var[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Dünən saat 13.45 radələrində Gədəbəy rayonunun Gərgər kəndində Əli-İsmayıl kənd sakini Əhməd Qasımov "UAZ" markalı avtomaşını idarə edərkən onu Gərgər çayına aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə sərnişinlərdən Əli-İsmayıl kənd sakinləri Allahverən Mirnağıyev və Momuş Qarayev hadisə yerində ölüb, xəsarət alan yeddi sərnişin isə xəstəxanaya yerləşdiriliblər. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. -
07-10-2008, 06:01 PMAPAAvropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxıb
[b]Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı iki şikayət üzrə qərar çıxarıb. APA-nın məlumatına görə, 12528/05 saylı iş üzrə Əhrar Partiyanın lideri Vaqif Mustafa oğlu Hacıbəylinin şikayətinə baxan məhkəmə onun Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci paraqrafında təsbit olunmuş ədalətli mühakimə olunmaq hüququnun, eləcə də 2-ci maddənin 4-cü paraqrafında əksini tapan sərbəst hərəkət etmək hüququnun pozulduğu qənaətinə gəlib. Qərara əsasən V. Hacıbəyliyə 1500 avro təzminat ödənməlidir. Xatırladaq ki, V. Hacıbəyli 2000-ci ilin aprelində Bakının Füzuli meydanında keçirilən icazəsiz mitinq zamanı həbs olunub. Digər Azərbaycan vətəndaşı - 1938-ci il təvəllüdlü Leyli Mustafa qızı Rəhmanovanın şikayətinə baxan məhkəmə onun konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafı və 1 saylı protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuş hüquqlarının pozulduğunu müəyyən edərək 2000 avro təzminat müəyyənləşdirib. Qeyd edək ki, L. Rəhmanova öz gəlini ilə mülkiyyət mübahisəsinə dair Azərbaycan məhkəmələrinin qərarından narazı qaldığı üçün Avropa Məhkəməsinə müraciət etmişdi. -
07-10-2008, 06:11 PMAPAAzərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni quruluşda hazırlanan "O olmasın, bu olsun" tamaşasının premyerası keçirilib
[b]Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni quruluşda hazırlanan "O olmasın, bu olsun" tamaşasının premyerası keçirilib[b]
[Bakı. Roza Heydərova-APA. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yeni variantda səhnəyə qoyulmuş Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad") əsəri əsasında hazırlanmış eyni adlı iki hissəli operettanın premyerası keçirilib. APA-nın məlumatına görə, bu əsər teatrın səhnəsində dəfələrlə səhnələşdirib və 1998-ci ildə tamaşada Məşədi İbad rolunu mərhum xalq artisti Hacıbaba Bağırov canlandırıb. Yeni quruluşda səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, rəssamı İsmayıl Məmmədov, balemeystlər Zakir Ağayev və Yelena Ağayevadır. Əməkdar artist Ramiz Məmmədovun Məşədi İbad rolunu canlandırdığı tamaşada digər rollarda Fərid Əliyev, Ramil Qasımov, Ələkbər Əliyev, İnarə Babayeva, Nərgiz Kərimova, Afaq Bəşirqızı, Arif Quliyev, Elçin Həmidov və başqaları çıxış ediblər. -
07-10-2008, 06:21 PMAPATəbii fəlakət nəticəsində Dəvəçinin Xaldan kəndi ilə nəqliyyat və rabitə əlaqəsi tamamilə kəsilib
[b]Təbii fəlakət nəticəsində Dəvəçinin Xaldan kəndi ilə nəqliyyat və rabitə əlaqəsi tamamilə kəsilib[b]
[Dəvəçi. Solmaz Mehtiyeva-APA. Dəvəçidə çayın səviyyəsinin qalxması nəticəsində rayonun Xaldan kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. APA-nın Şimal bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində kənddə "Turşsu" vannaları qəbul etməyə gedən vətəndaşların geri qayıtmasında problemlər yaranıb. Dəvəçi rayon icra hakimiyyəti faktla bağlı Fövqəladə Hallar Nazirliyini məlumatlandırıb. Rayon icra hakimiyyəti başçısının müavini İsrafil Mikayılovun APA-nın Şimal bürosuna verdiyi məlumata görə, nazirlik əlaqə kəsilən kəndə vertolyot vasitəsilə lazımi ərzaq və tibbi ləvazimatlar göndərib. FHN və Dəvəçi rayon Polis Şöbəsinin əməkdaşları da vertolyotla fəlakət zonasına gediblər. Hazırda Xaldanla nəqliyyat və rabitə əlaqəsinin bərpa olunması istiqamətində işlər görülür. Əraziyə lazımi texnika da göndərilib. -
07-10-2008, 06:31 PMAPAGürcüstan vətəndaşlarına hökm oxunub
[b]Gürcüstan vətəndaşlarına hökm oxunub[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə Gürcüstan Respublikasının vətəndaşları - Kiritiya Edemi Qerasimov və Qiqiberiya Besik Barisoviçə hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Kiritiya Edemi Qerasimoviş 5 il, Qiqiberiya Besik Barisoviç isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr istehsal etmə, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunublar. -
07-10-2008, 06:41 PMAPAPKK terror təşkilatı girov götürdüyü alman alpinistlərin buraxılması üçün şərt irəli sürür
[b]PKK terror təşkilatı girov götürdüyü alman alpinistlərin buraxılması üçün şərt irəli sürür[b]
[Ankara - APA. PKK terror təşkilatı Ağrı dağında qaçırılan 3 alman alpinistlə bağlı açıqlama yayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, terrorçular özlərinə yaxın internet saytlarında yaydıqları açıqlamada Almaniyanın PKK-ya və kürdlərə qarşı siyasətindən vaz keçməyəcəyi təqdirdə qaçırılan şəxslərin buraxılmayacağını bəyan ediblər: "İyulun 9-da Ağrı dağında 3 alman vətəndaşı qüvvələrimiz tərəfindən həbs edilib. Səhhətləri yaxşıdır. Ancaq təhlükəsizliklərinin təminatı və qorunması üçün türk dövlətinin apardığı hərbi əməliyyatlar dayandırılmalıdır. Alman dövlətinin kürd xalqına və PKK-ya qarşı apardığı düşmənçilik siyasətindən vaz keçdiyinə dair açıqlama verilməsə, saxlanılan alman vətəndaşları buraxılmayacaq". -
07-10-2008, 06:51 PMAPA"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə hazırlıq iclası keçirilib
[b]"Azadlıq" qəzetinə qarşı qaldırılan iddia üzrə hazırlıq iclası keçirilib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azadlıq Hərəkatçıları Birliyinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya qəzetin direktoru Azər Əhmədov bildirib. Onun sözlərinə görə, prosesdə qəzetin nümayəndəsi Elçin Sadıqov iddia şikayətinin absurd olmasını əsas gətirərək, işə xitam verilməsini istəyib. Amma hakim hazırlıq iclasında şikayətə xitam verilməsinin mümkün olmadığını bildirib və məhkəmə baxışını iyulun 25-nə təyin edib. Qeyd edək ki, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov "Azadlıq" qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub. -
07-10-2008, 07:01 PMAPA"GEN" MMC-nin daha iki əməkdaşı həbs edilib
[b]"GEN" MMC-nin daha iki əməkdaşı həbs edilib[b]
Bakı. Hacı Zeynalov - APA. "GEN" MMC-nin daha iki əməkdaşı həbs edilib. Bu barədə həbsdə olan "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevin vəkili Telman Qasımov APA-ya məlumat verib.
[Onun sözlərinə görə, "GEN" MMC-nin rəhbərinin müavini Nəbi Məmmədov və şirkətin xəzinədarı Həbib Ağayev həbs edilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, E. Əliyev bu ilin iyunun 11-də həbs edilib və onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov həbs edilib. Şirkət rəhbərliyi vətəndaşları aldadaraq pullarının mənimsəməkdə ittiham olunurlar. -
07-10-2008, 07:11 PMAPAI ixtisas qrupu üzrə test imtahanlarının nəticəsi açıqlanıb
[b]I ixtisas qrupu üzrə test imtahanlarının nəticəsi açıqlanıb[b]
Bakı. Ramil Məmmədli-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2008/2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin I ixtisas qrupuna və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinin müvafiq ixtisas qruplarına iyulun 8-də keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb.
[Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Açıqlanan nəticələr bu gün saat 18-30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Qeyd edək ki, I ixtisas qrupu üzrə 36946 abituriyent imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etdirib. Test imtahanının nəticəsinə əsasən 8565 abituriyent, o cümlədən 7347 nəfər Azərbaycan bölməsi üzrə, 1218 nəfər rus bölməsi üzrə müsabiqədə iştirak etmək hüququ qazanıb. Azərbaycan bölməsində 76, rus bölməsində isə 8 abituriyent 650-700 bal intervalında nəticə göstərib. I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı "Abituriyent" jurnalında yaxın günlərdə dərc olunacaq.