[b]Azərbaycan vətəndaşı mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb[b]
[Bakı - APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Leyla Məmmədova N. Hikmət küçəsindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, əvvəllər məhkum olunmuş Kəsirə Əliyeva isə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
Azərbaycan Xəbərləri
Printable View

03-15-2008, 02:31 PMAPAAzərbaycan vətəndaşı mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb

03-15-2008, 02:36 PMAPABrüsseldə Azərbaycan rəssamlarının "Azərbaycan və dünya gömrüyü" mövzusunda sərgisi açılıb
[b]Brüsseldə Azərbaycan rəssamlarının "Azərbaycan və dünya gömrüyü" mövzusunda sərgisi açılıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Brüsseldə Azərbaycan rəssamlarının "Azərbaycan və dünya gömrüyü" mövzusunda sərgisi açılıb. Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev APA-ya bildirib ki, sərgidə Ağəli İbrahimov, Nazim Rəhmanov, Cəbrayıl Əliyev, Hadejda İbrahimova, Əli Şəmkiyev və digər rəssamların çəkdikləri Azərbaycanın görkəmli gömrükçülərinin portretləri, Azərbaycan gömrüyünün tarixini əks etdirən əsərlər, plakatlar və əl işləri nümayiş etdirilir. İki həftə davam edəcək sərgiBrüsselin Mərkəzi İncəsənət Salonunda təşkil olunub. Ə. Qarayev deyib i, Azərbaycan rəssamlarının növbəti sərgisi İpək Yolu boyunca yerləşən ölkələrin gömrük sisteminə həsr olunacaq. Katib hazırda bu layihənin həyata keçirilməsi ilə bağlı danışıqların getdiyini bildirib. -
03-15-2008, 02:41 PMAPARusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub
[b]Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində axtarışda olan Tahir Namazov tutulub.
[Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, T. Namazov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111.4-cü maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olub. -
03-15-2008, 02:46 PMAPABakıda və Sumqayıtda ölümlə nəticələnən yol qəzaları baş verib
[b]Bakıda və Sumqayıtda ölümlə nəticələnən yol qəzaları baş verib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün 02.30 radələrində Sumqayıt şəhəri ərazisində Özbəkistan vətəndaşı Kənan Bayramov "Ford" markalı avtomaşını idarə edərkən aşırıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb, faktla bağlı araşdırmalar aparılır. Dünən saat 15.30 radələrində isə Sumqayıt şəhərində, şəhər sakini Natiq Quliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerliləri Aidə Novruzovanı və onun oğlu Elçin Novruzovu vurub. Nəticədə A. Novruzova hadisə yerində ölüb, xəsarət alan digər piyada isə xəstəxanaya yerləşdirilib. Bu gün saat 02.30 radələrində Suraxanı dairəsində də ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər sakini Çingiz Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, xəsarət alan 20-25 yaşlı sərnişin isə xəstəxanaya yerləşdirilib. Bu gün saat 01.30 radələrində isə müəyyən edilməmiş avtomaşınla Ziya Bünyadov küçəsində 40-45 yaşlı kişi vurulub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Sabunçu rayon Polis İdarəsi tərəfindən faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır. -
03-15-2008, 03:11 PMAPAİxtisaslaşmış təhsil, elm və mədəniyyət məsələləri qrupundan Azərbaycan Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının üzvlüyünə na
[b]İxtisaslaşmış təhsil, elm və mədəniyyət məsələləri qrupundan Azərbaycan Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlər müəyyənləşib[b]
Bakı. Ramil Məmmədli - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış təhsil, elm və mədəniyyət məsələləri qrupunun yığıncağı keçirilib.
[APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının (PİA) ictimai-siyasi şöbəsinin sektor müdiri Tahir Süleymanovun da iştirak etdiyi yığıncaqda iclasın sədri, katibi və say komissiyası seçilib. Şura üzvlüyünə namizədliyini irəli sürən 55 nəfərdən 16-sı namizədliyini geri götürüb. 39 nəfər arasında keçirilən seçkidə Milli QHT Forumunun prezidenti Azay Quliyev, "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Anar Əsədov və "Bakı İncəsənət Mərkəzi" Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli ixtisaslaşmış təhsil, elm və mədəniyyət məsələləri qrupundan Şura üzvlüyünə namizəd seçiliblər. Qeyd edək ki, prezidentin sərəncamı əsasında yaradılan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək. Bundan sonra qeydiyyat prosesi başlayacaq və nümayəndələr aidiyyəti üzrə sektorlarda təmsil olunacaqlar. Şuranın sədri, müavini və katibi seçki yolu ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək. -
03-15-2008, 03:46 PMAPAAraz Əzimov: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün ciddi xəbərdarlıq olmalıdır"
[b]Araz Əzimov: "BMT Baş Assambleyasında qəbul olunan qətnamə ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün ciddi xəbərdarlıq olmalıdır"[b]
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib. ATƏT-in Minsk Qrupunun üzvü olan həmsədr ölkələrin mövqeyini dəyərləndirən Araz Əzimov vasitəçilərin danışıqlar prosesinin davamında maraqlı olduğunu deyib: "Azərbaycan müzakirələrin davam etdirilməsi üçün əlindən gələni edir. BMT Baş Assambleyasında qəbul olunan bu qətnamədə münaqişənin həll prinsipləri göstərilməklə yanaşı, ATƏT-in Minsk Qrupunun fəaliyyəti də dəstəklənib. Biz başa düşürük ki, bundan sonra danışıqların davamı effektiv olmalıdır. Müzakirələr ümumiyyətlə münaqişənin həlli prinsipini əvəzləyə bilməz. Həmsədrlər danışıqlar prosesinin hədəfini dəyişməklə hansısa vədlər verməklə məşğuldurlar. Ancaq sonra onların təqdim etdiyi təkliflər bu vədlərlə uzlaşmır". Araz Əzimov ATƏT-in Minsk Qrupu həmsədrlərini yanlış bəyanatlar verməkdə də suçlayıb: "Həmsədrlər bəyanatlarında bəzi səhvlərə yol verirlər. Buna misal olaraq ərazi bütövlüyü prinsipi ilə xalqların öz müqəddəratını təyin etmək hüquqi prinsipinə bərabər səviyyədə baxılması və bu prinsiplərin guya hansısa birgə olan formulunun tapılmasına yönəlik bəyanatları qeyd etmək istərdim. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi beynəlxalq hüquq prinsiplərindən biridir. Lakin onun təfsirində vacib element var. Müqəddəratların təyini heç bir zaman ərazi bütövlüyünün pozulmasına gətirib çıxarılmamalıdır. Bu prinsip yalnız sülh yolu ilə həyata keçirilə bilər". Araz Əzimov həmsədrlərin Azərbaycanı birtərəfli mövqedən çıxış etdiyini söyləməkdə ittiham etməklə yanlışlığa yol verdiklərini deyib: "Bu fikir həqiqətə uyğun deyil. Əvvəla, onların istinad etdikləri münaqişənin nizamlanmasına dair prinsiplərin əks olunduğu sənəd hələ razılaşdırmayıb. Bu sənəd sadəcə həmsədrlərin istəyindən asılı olaraq hazırlanmış və onların diktə etdiyi formada yazılmış təkliflərdən başqa bir şey deyil, buna görə də istinad mənbəyi sayıla bilməz. Çünki bu sənəd razılaşdırılmayıb. Orada yenilik təşkil edən elementlər də müzakirə edilməyib". Xarici işlər nazirinin müavini ATƏT-in Minsk Qrupu həmsədrlərinin təlaşa düşməsinin səbəblərini açıqlayıb: "Həmsədrlər Minsk Qrupunun fəaliyyətini hansısa bir inhisara aldıqdan sonra özlərini bu inhisarda rahat hiss edirlər. Bununla onlar beynəlxalq ictimaiyyəti yalnız istədikləri formada məlumatlandırmaqla kifayətlənib, müzakirələri uzadır və daha çox üçüncü tərəf vasitəsilə ilə aparılan müzakirələri tərcih ediblər. Onların Ermənistanın mövqeyinə çox təsir etmək niyyətində olub-olmadıqları o qədər də aydın deyil, amma yəqin ki, BMT-də qəbul olunan son qətnamədən sonra şərait dəyişəcək. Əlbəttə ki, həmsədrlər öz işini davam etdirəcək, lakin həmsədrlərlə iş hansısa prinsipial şəkildə dəyişməlidir. Minsk Qrupuna daxil olan bir neçə dövlət var. ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə dünən qətnamənin qəbuluna səs verib, Almaniya dəfələrlə ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Dünənki müzakirələrdə nümayiş olunan mövqelər bunu deməyə əsas verir ki, dünya ictimaiyyəti öz mövqeyini çox dəqiq şəkildə bildirib". Araz Əzimov Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Kosovo hadisələrinin presedent kimi qəbul etdirmək siyasətinin iflasa uğradığını bildirib: "Azərbaycan Kosovodakı durumu presedent kimi rədd edir. Bu qətnamənin BMT Baş Assambleyasında qəbulu Ermənistanın qeyd etdiyim istiqamətdə heç nəyə nail olmadığını göstərir. Bu, həm də həmsədrlərə ciddi xəbərdarlıq olmalıdır. Biz qaranlığa doğru hərəkət etməyəcəyik. Biz aydınlıq istəyirik və bu aydınlıq yalnız ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər". Araz Əzimov BMT Baş Assambleyasının qəbul etdiyi qətnamənin ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə zərbə vuracağı barədə müxtəlif səviyyələrdə səslənən bəyanatları əsassız adlandırıb: "Əksinə bu qətnamə Ermənistana ciddi bir xəbərdarlıq olmalı və bundan sonra həmsədrlərin fəaliyyətinin əsasını təşkil etməlidir. Həmsədr ölkələrin nümayəndələrinin döymədiyi qapı qalmayıb, onlar qlobal şəkildə bizə qarşı fəaliyyət aparıblar ki, bu qətnaməni qəbulunun qarşısını alsınlar. Lakin bu, mümkün olmayıb. Azərbaycan bu qətnaməni qəbul etdirməklə Minsk Qrupunun fəaliyyətinə dəstək verib, danışıqların formatının dəyişilməsi ilə bağlı bəyanatlar isə əsassızdır". -
03-16-2008, 12:56 PMAPAMilli Məclisin deputatı Azər Əmiraslanov Tiflisə gedib
[b]Milli Məclisin deputatı Azər Əmiraslanov Tiflisə gedib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Azər Əmiraslanov bu gün Gürcüstanın paytaxtı Tiflisə səfərə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, A. Əmiraslanov Avropa Parlamentinin Avropa Xalq Partiyası - Avropa Demokratlar Qrupu ilə Pravoslav Kilsəsi arasında dialoqu çərçivəsində təşkil olunan "Cənubi Qafqaz regionunda kilsələrin rolu" mövzusunda regional görüşdə iştirak edəcək. Cənubi Qafqaz bölgəsində siyasi vəziyyətin müzakirə olunacağı tədbirdə Gürcüstan dövlətinin rəhbərliyinin, Avropa Parlamenti təmsilçilərinin, Cənubi Qafqazda fəaliyyət göstərən din xadimlərinin və bir sıra siyasi partiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Görüşdə kilsə və dini icmaların bu bölgədəki regional əməkdaşlığa mümkün töhfəsi imkanları araşdırılacaq. -
03-16-2008, 01:21 PMAPAAzərbaycanın Ombudsmanı əsir əsgərlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib
[b]Azərbaycanın Ombudsmanı əsir əsgərlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu günlərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgəri Yaqub Muxtarovun azad olunması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbəri Martin Amaşerə müraciət edib.
[Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, E. Süleymanova Y. Muxtarovun martın 9-da Tovuz rayonu istiqamətində ermənilər tərəfindən əsir götürüldüyünü, hazırda əsgərin əsirlikdə saxlandığını bildirib. Müvəkkil Ermənistan Silahlı Qüvvələri tərəfindən müntəzəm şəkildə Azərbaycan hərbi qulluqçularının və mülki şəxslərin əsir və girov götürülməsinin cəmiyyətdə böyük narahatlıq yaratdığını diqqətə çatdırıb: "Mandatınız çərçivəsində Yaqub Muxtarovun mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasına, əsirlikdə olduğu müddət ərzində işgəncəyə və ya hər hansı bir zorakılığa məruz qalmamasının təmin edilməsinə yardımçı olmağınızı xahiş edirəm". -
03-16-2008, 01:31 PMAPAMetyu Brayza: "Ermənistanda keçirilən prezident seçkiləri normal proses çərçivəsindən kənara çıxıb"
[b]Metyu Brayza: "Ermənistanda keçirilən prezident seçkiləri normal proses çərçivəsindən kənara çıxıb"[b]
ABŞ - APA. İrəvanda baş verən son hadisələr Ermənistan demokratiyasının möhkəmliyi üzərinə kölgə salır.
[APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza "Amerikanın səsi" radiostansiyasına müsahibəsində bildirib. O, İrəvanda baş verənləri faciə adlandırıb: "Çünki burada qan tökülüb, insanlar həlak olub. Bu, demokratiyaya böyük zərbədir. Prezident seçkiləri normal proses çərçivəsindən kənara çıxıb və onu necə adlandırmağımızın artıq heç bir əhəmiyyəti yoxdur".ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Ermənistanda rolunu gücləndirmək üçün hansı tədbirlər görməsinə gəlincə, Brayza dünyaya "kim kimi?" prizmasından baxmadıqlarını söyləyib: "Ermənistanın Rusiya ilə həmişə sıx əlaqələri olub. Rusiya şirkətləri Ermənistanda böyük investisiyalar qoyublar, ancaq bu, elə də vacib deyil. Vacib olanı Ermənistan və ABŞ-ın ümumi strateji dəyərlərə və maraqlara sadiqliyidir. Ermənistan demokratiya sahəsində uğurlar əldə etdiyi üçün "Minilliyin çağırışı" proqramında iştiraka buraxılmışdı. Ancaq İrəvanda baş verən son hadisələr Ermənistan demokratiyasının möhkəmliyi üzərinə kölgə salır. Biz Ermənistan hökumətini fövqəladə vəziyyət rejimini ləğv etməyə, söz və mətbuat azadlığını bərpa etməyə, cəmiyyətlə geniş dialoqa başlamağa çağırırıq". -
03-16-2008, 02:46 PMAPAMetyu Brayza: "Minsk Qrupunun yeni təklifləri Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını, qaçqınların öz yurd-yuvasına qayıtmasını, Qarabağla E
[b]Metyu Brayza: "Minsk Qrupunun yeni təklifləri Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını, qaçqınların öz yurd-yuvasına qayıtmasını, Qarabağla Ermənistanı birləşdirən koridorun açılmasını və bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "ATƏT-in Minsk Qrupunun prinsipial təkliflər kompleksi Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasına və qaçqınların öz yurd-yuvasına gətirib çıxarmalıdır.
[Bu, həmçinin Qarabağla Ermənistanı birləşdirən koridorun açılmasını, bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur". APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza "Amerikanın səsi" radiostansiyasına müsahibəsində bildirib. O deyib ki, Minsk Qrupu konkret təkliflər hazırlamaq üçün heç vaxt bu cür intensiv işləməyib: "Hazırkı təkliflər proqramı Levon Ter-Petrosyan, Robert Köçəryan və Heydər Əliyevin dövründə təklif olunmuş proqramlardan köklü şəkildə fərqlənir və müqayisəyə belə gəlmir. Gündəmdə tamamilə yeni təkliflər var və onlar regionun inkişafına xidmət edəcək sülh sazişinin bazasını təşkil edəcəklər".M. Brayza Kosovo problemi və Dağlıq Qarabağda son günlər vəziyyətin gərginləşməsi arasında əlaqə olmadığını vurğulayıb. O, tərəfləri atəşkəs rejimini qorumağa da çağırıb: "Hər iki tərəf üçün gərginliyi azaltmaq və qoşunları təmas xəttindən kənarda saxlamaq çox vacibdir". -
03-16-2008, 02:51 PMAPANyu-Yorkda tikinti kranının aşması nəticəsində 4 nəfər ölüb
[b]Nyu-Yorkda tikinti kranının aşması nəticəsində 4 nəfər ölüb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Nyu-Yorkun mərkəzində (Manhettendə) tikinti kranı aşıb.
[APA-nın "Associated Press"ə istinadən xəbər verdiyinə görə, kran çoxmərtəbəli yaşayış binasının üstünə aşaraq onu tamamilə dağıdıb. Bu zaman bir neçə başqa evə də ziyan dəyib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. -
03-17-2008, 11:31 AMAPAAzərbaycanın Bərdə rayonunda dünyada analoqu olmayan səməni quraşdırılıb
[b]Azərbaycanın Bərdə rayonunda dünyada analoqu olmayan səməni quraşdırılıb[b]
Bərdə. Teymur Quliyev - APA. Novruz bayramı münasibətilə Bərdə şəhərinin mərkəzində dünyada analoqu olmayan səməni quraşdırılıb.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, səməninin diametri 4,3 metr, hündürlüyü 6 metrdir. Altı hissədən ibarət səməni üçmərtəbəlidir. Səməninin əkilməsi üçün 80 kq buğda, 800 metr kapron boru sərf olunub. -
03-17-2008, 11:36 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 16-da saat 13.00-dan 13.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 14.40-dan 14.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.40-dan 22.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 17-də saat 02.30-dan 02.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-17-2008, 11:51 AMAPAElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
[b]Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə rəsmi səfərdədir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, BƏƏ xarici siyasət idarəsinin rəhbərinin dəvəti ilə həyata keçirilən səfər iki gün davam edəcək. Səfər çərçivəsində 3 sənədin imzalanması gözlənilir. -
03-17-2008, 12:11 PMAPAMDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu gün Azərbaycana səfər edəcək
[b]MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu gün Azərbaycana səfər edəcək[b]
Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri, qurumun icraçı katibi Sergey Lebedev bu gün Bakıya səfərə gəlir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Sergey Lebedev sabah XİN rəhbərliyi ilə görüşəcək.
[Görüşdə Moskvada keçirilmiş qeyri-formal sammitin yekunları, Düşənbə sammitinin qərarlarının yerinə yetirilməsi, MDB hökumət başçıları və xarici işlər nazirləri Şuralarının iclaslarına hazırlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, bu, 2007-ci il oktyabrın 5-də MDB-nin Düşənbə sammitində qurumun İcraiyyə Komitəsinin sədri seçilmiş Sergey Lebedevin bu statusda Bakıya ilk səfəridir. -
03-17-2008, 12:56 PMAPADaha bir Azərbaycan vətəndaşı minaya düşüb
[b]Daha bir Azərbaycan vətəndaşı minaya düşüb[b]
Beyləqan. Teymur Quliyev-APA. Azərbaycanın Beyləqan rayonunun Əlinəzərli kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Sarvan Elşən oğlu Xocavənd rayonu Qarasu ərazisində mal-qara otaran zaman minaya düşüb.
[APA-nın Qarabağ bürosunun xəbərinə görə, 13 yaşlı uşağın sağ gözü tamamilə sıradan çıxıb, sağ ayağı amputasiya olunub. Hazırda Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə alan S. Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilib. -
03-17-2008, 01:01 PMAPAİndoneziyanın iqtisadi strukturlarının nümayəndələri Azərbaycana səfər edəcəklər
[b]İndoneziyanın iqtisadi strukturlarının nümayəndələri Azərbaycana səfər edəcəklər[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu ilin ilk yarısında İndoneziyadan Azərbaycana rəsmi nümayəndə heyətinin səfəri planlaşdırılır. Nümayəndə heyətinə İndoneziya hökumətinin ticarət və iqtisadiyyat üzrə müvafiq qurumlarının təmsilçiləri daxildir. Bu barədə APA-ya məlumat verən Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyevin sözlərinə görə, nümayəndə heyətinin səfəri zamanı iki ölkə arasında energetika, ticarət, yüngül sayəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Nümayəndə heyətinin bir sıra dövlət strukturlarında, o cümlədən Azərbaycanın iri şirkətlərində görüşlər keçirməsi gözlənilir. -
03-17-2008, 01:41 PMAPAAzərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri Vətənə dönmək üçün beynəlxalq təşkilatlardan kömək istəyib
[b]Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri Vətənə dönmək üçün beynəlxalq təşkilatlardan kömək istəyib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Ordusunun bir neçə gün əvvəl Ermənistan tərəfindən əsir götürülmüş əsgəri Yaqub Allahverdi oğlu Muxtarovun valideynləri ona məktub yazıb. Bu barədə APA-ya əsirin anası Ulduz Muxtarova bildirib.
[Hazırda Bakıda olduqlarını deyən U. Muxtarova məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə təqdim etdiklərini bildirib. BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdüklərini bildirən əsirin anası deyib ki, oğlu qurumun Ermənistandakı nümayəndələri ilə görüşdə Vətənə dönmək istədiyini bildirib: "Yaqub deyib ki, mən dumana düşüb yolu azmışam, Azərbaycana qayıtmağıma kömək edin. Komitədən bizə dedilər ki, hazırda onun geri qaytarılması üçün işlər görülür". U. Muxtarova Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovla da görüşdüklərini deyib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Yaqub Allahverdi oğlu Muxtarov Tovuz rayonu istiqamətində əsir götürülüb. -
03-17-2008, 02:16 PMAPABMT Baş Assambleyasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnaməsinə səsvermənin təfərrüatları
[b]BMT Baş Assambleyasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnaməsinə səsvermənin təfərrüatları[b]
APA səsvermədə iştirak edən dövlətlərin mövqeyi ilə bağlı siyahını yayır
[Bakı. Laçın Sultanova, Tamara Qriqoryeva - APA. BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə» adlı qətnamənin mətni Azərbaycanın Assambleyaya təqdim etdiyi formada, heç bir korrektə edilmədən qəbul edilib. Bunu APA-ya Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib. BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamədə deyilir:1. Baş Assambleya Azərbaycanın suverenliyinə hörmət edir və onun ərazi bütövlüyünü beynəlxalq qanunlar tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində tanıyır; 2. Baş Assambleya tələb edir ki, işğal olunmuş ərazilərdə mövcud olan Ermənistan hərbi birləşmələri təcili, tam və şərtsiz şəkildə ərazini tərk etsinlər;3. Baş Assambleya münaqişə dövründə ərazidən qovulmuş sakinlərin geri qaytarılması və onlara kompensasiyaların ödənilməsi hüququnu tanıyır;4. Baş Assambleya Azərbaycanın tərkibində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına təhlükəsizlik şəraitinin yaradılmasını təmin etməklə onlara özlərini idarə etmək üçün şəraitin yaradılmasını dəstəkləyir;5. Baş Assambleya beynəlxalq hüquq normaları çərçivəsində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və sülhün əldə olunması üçün onların səylərinin artırılmasını arzulayır.6. Baş Assambleya BMT-nin Baş katibindən xahiş edir ki, 62-ci sessiyada qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı" qətnamənin icra olunması ilə bağlı 63-cü sessiyada hesabat hazırlasın. Qətnaməyə etiraz edənlərə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa başçılıq edir. Sənədin qəbul olunmasına etiraz edən digər ölkələr Ermənistan, Hindistan, Anqola və Vanuatudur. Sənədi dəstəkləyən ölkələr isə Əfqanıstan, Azərbaycan, Bəhreyn, Banqladeş, Bruney Darussalam, Kamboca, Kolumbiya, Komaros, Cibuti, Qambiya, Gürcüstan, İndoneziya, İraq, İordaniya, Küveyt, Liviya, Malaziya, Maldiv, Moldova, Mərakeş, Myanma, Nigeriya, Oman, Pakistan, Qatar, Səudiyyə Ərəbistanı, Seneqal, Serbiya, Sierra Lione, Somali, Sudan, Türkiyə, Tuvalu, Uqanda, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəməndir.Səsvermə zamanı bitərəf qalan ölkələr: Albaniya, Əlcəzair, Andorra, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Baham adaları, Barbados, Belçika, Boliviya, Bosniya və Hersoqovina, Botsvana, Braziliya, Bolqarıstan, Kamerun, Kanada, Çili, Çin, Konqo, Kosta Rika, Xorvatiya, Kipr, Çexiya, Koreya Xalq Demokratik Respublikası, Danimarka, Dominikan Respublikası, Ekvador, Misir, Salvador, Ekvatorial Qvineya, Estoniya, Finlandiya, Almaniya, Qana, Yunanıstan, Qrenada, Qvatemala, Qayana, Haiti, Honduras, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yamayka, Yaponiya, Qazaxıstan, Keniya, Latviya, Liberiya, Lixteynşteyn, Litva, Lüksemburq, Madaqaskar, Malta, Mauritius, Meksika, Monako, Monqolustan, Monteneqro, Mozambik, Namibiya, Nepal, Niderland, Yeni Zelandiya, Nikaraqua, Norveç, Panama, Papua Yeni Qvineya, Peru, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Santa Luçiya, Samoa, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, Solomon adaları, Cənubi Afrika Respublikası, İspaniya, Şri-Lanka, Surinam, Svazilend, İsveç, İsveçrə, Tailand, keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Timor-Leste, Toqo, Trinidad və Tobaqo, Böyük Britaniya, Uruqvay, Venesuela, Zambiya.Səsvermədə iştirak etməyənlər: Belarus, Beliz, Benin, Bhutan, Burkina Faso, Burundi, Keyp Verde, Mərkəzi Afrika Respublikası, Çad, Kod de Vuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Eritriya, Həbəşistan, Fici, Qabon, Qvineya, Qvineya-Bisau, İran, Kiribati, Qırğızıstan, Lao Xalq Demokratik Respublikası, Livan, Lesoto, Malavi, Mali, Marşall Adaları, Maritaniya, Mikroneziya, Nauru, Palau, Paraqvay, Ruanda, Müqəddəs Kitts və Nevis, Müqəddəs Vinsent və Qrenadins, Sao Tome və Prinsip, Seyşel Adaları,Suriya, Tacikistan, Tonqo, Tunis, Türkmənistan, Birləşmiş Tanzaniya Respublikası, Vyetnam və Zimbabve. -
03-17-2008, 02:36 PMAPAHəmməruzəçilər Azərbaycanla bağlı hazırladıqları hesabatı sabah AŞ PA Monitorinq Komitəsinə təqdim edəcəklər
[b]Həmməruzəçilər Azərbaycanla bağlı hazırladıqları hesabatı sabah AŞ PA Monitorinq Komitəsinə təqdim edəcəklər[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin (MK) martın 18-də keçiriləcək iclasında Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunması məsələsi müzakirə edilməyəcək.
[Bu barədə APA-ya AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova məlumat verib. O bildirib ki, AŞ PA Bürosu ötən həftə keçirilən yığıncağında xüsusi məruzəçi təyin etmədiyindən yenidən bu məsələsinin müzakirəsinə ehtiyac yoxdur. Bununla yanaşı, həmməruzəçi gələcəkdə bu məsələyə qayıdılmasını mümkün sayır. Y. Jivkova fevralın əvvəllərində digər həmməruzəçi Andres Herkellə birlikdə Azərbaycana etdikləri səfərin yekunları əsasında hazırladıqları yazılı məruzəni sabah təqdim edəcəklərini, Monitorinq Komitəsindəki müzakirədən sonra sənədin mətbuata açıqlanacağını söyləyib. O, Azərbaycana növbəti səfərlərinin vaxtını müzakirə edəcəklərini də deyib. -
03-17-2008, 03:11 PMAPA"Azadlıq" qəzetinin bıçaqlanan əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininə ifadə verib
[b]"Azadlıq" qəzetinin bıçaqlanan əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininə ifadə verib[b]
Bakı. Hacı Zeynalov - APA. "Azadlıq" qəzetinin martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşı Aqil Xəlil bu gün Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməliyyat işləri üzrə rəis müavini Elxan Hüseynova ifadə verib.
[A. Xəlil APA-ya bildirib ki, hadisəni təfərrüatı ilə rəis müavininə danışıb və ondan cinayətkarların cəzalandırılması üçün lazımı tədbirlərin görülməsini xahiş edib. E. Hüseynov isə A. Xəlilin ifadəsi əsasında jurnalistə hücum edən şəxsin foto-robotunun hazırlandığını, əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini, A. Xəlildən hadisə yerində ifadə alınacağını deyib. Qeyd edək ki, jurnalist bu gün xəstəxanadan evə buraxılıb. Onun müalicə olunduğu Kliniki Tibbi Mərkəzin şöbə müdiri Zaur Məmmədli xəstənin öz xahişi ilə nəzərdə tutulduğundan 3 gün əvvəl evə buraxıldığını və onun həyatı üçün hər hansı təhlükə olmadığını söyləyib. A. Xəlil isə xəstəxanadakı şəraitsizliyə görə öz təşəbbüsü ilə oranı tərk etdiyini və müalicəsini ev şəraitində davam etdirəcəyini vurğulayıb. -
03-17-2008, 04:01 PMAPABakıda cibgirliklə məşğul olan şəxs yaxalanıb
[b]Bakıda cibgirliklə məşğul olan şəxs yaxalanıb[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakının Suraxanı rayonunda cibgirliklə məşğul olmaqda təqsirləndirilən Tunar Hüseynov adlı şəxs yaxalanıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, T. Hüseynov Qaraçuxur qəsəbəsində Nərgiz Əliyeva adlı qadının çantasından telefon çıxartmaq istəyərkən saxlanıb. İlkin araşdırmalar zamanı T. Hüseynovun əvvəllər cibgirliklə məşğul olduğuna görə məhkum edildiyi müəyyənləşib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb. -
03-17-2008, 04:06 PMAPABMT-nin Cenevrədəki nümayəndəliyində Azərbaycan rəssamlarının foto sərgisi açılacaq
[b]BMT-nin Cenevrədəki nümayəndəliyində Azərbaycan rəssamlarının foto sərgisi açılacaq[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə aprelin sonunda BMT-nin Cenevrədəki nümayəndəliyində Azərbaycan rəssamlarının foto sərgisi keçiriləcək. Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, sərgidə Rafiq Bəhramovun, Çingiz Səmədovun, Rəna Əfəndinin və bir sıra digər rəssamların fotoları nümayiş olunacaq. Aprelin sonunda isə Berndə Azərbaycanlı pianoçu Adilə Əliyevanın konserti keçiriləcək. -
03-17-2008, 05:16 PMAPAQarabağ Azadlıq Təşkilatı: "ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini davam etdirməsinə ehtiyac yoxdur"
[b]Qarabağ Azadlıq Təşkilatı: "ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini davam etdirməsinə ehtiyac yoxdur"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Bundan sonra ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini davam etdirməsinə ehtiyac yoxdur ". Bu bəyanatda Qarabağ Azadlıq Təşkilatı (QAT) çıxış edib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən sonra sənədin əleyhinə səs vermiş MQ-nun həmsədri olun dövlətlər öz mövqelərini əsaslandırmaqla özlərinə bəraət qazandırmaq istəyirlər. QAT hesab edir ki, Azərbaycan hakimiyyəti bu faktdan düzgün nəticələr çıxarmalı, Qarabağ məsələsində ədalətsiz mövqe tutan ölkələrlə münasibətlərə yenidən baxmalıdır. -
03-17-2008, 05:21 PMAPATürkiyə Konstitusiya Məhkəməsində AKP-nin bağlanması ilə bağlı rəsmi prosedur başlayıb
[b]Türkiyə Konstitusiya Məhkəməsində AKP-nin bağlanması ilə bağlı rəsmi prosedur başlayıb[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyə Konstitusiya Məhkəməsinin sədr müavini Osman Əlifəyyaz Paksüt Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması ilə bağlı rəsmi prosedurun başladığını açıqlayıb.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, baş prokurorun hazırladığı ittihamnamənin KM üzvlərinə paylandığını söyləyən O. Ə. Paksüt iş üzrə məruzəçi təyin ediləcəyini bildirib. Sonra KM ittihamnamə ilə bağlı ilkin araşdırma apararaq işin icraata qəbul edilib-edilməyəcəyinə qərar verəcək. İş icraata qəbul edilərsə, AKP 1 ay müddətində yazılı müdafiəsini quruma göndərəcək və baş prokuror Əbdürrəhman Yalçınkaya da ittihamnaməni əsaslandıracaq. Daha sonra AKP-nin səlahiyyətli şəxsləri Konstitusiya Məhkəməsində şifahi müdafiə çıxışı edəcəklər. Bu prosedurlardan sonra məruzəçi işlə bağlı bütün məlumatları, sənədləri toplayaraq məruzə hazırlayacaq. Məruzədə ya ittihamnamənin təmin olunması, ya da rədd edilməsi tələb olunacaq və bu mövqe əsaslandırılacaq. Məruzənin Konstitusiya Məhkəməsinin 11 üzvünə paylanmasından sonra qurumda müzakirələr başlayacaq. Konstitusiyaya əsasən partiyaların fəaliyyətinin dayandırılması üçün mütləq səs çoxluğu - 11 üzvdən 7-nin səsi tələb olunur. Xatırladaq ki, Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı məsələ qaldırıb. O, prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 71 AKP üzvünün siyasi fəaliyyətinin 5 il müddətinə qadağan edilməsini istəyib. -
03-17-2008, 05:26 PMAPASergey Lebedev: "BMT Baş Assambleyasında son səsvermənin nəticələri MDB ölkələri arasında əməkdaşlığa mənfi təsir göstərməyəcək"
[b]Sergey Lebedev: "BMT Baş Assambleyasında son səsvermənin nəticələri MDB ölkələri arasında əməkdaşlığa mənfi təsir göstərməyəcək"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Düşünürəm ki, BMT Baş Assambleyasında keçirilən son səsvermənin nəticələri MDB ölkələri arasında əməkdaşlığa mənfi təsir göstərməyəcək".
[APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Bakıda səfərdə olan MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. Onun sözlərinə görə, MDB dövlətləri Dağlıq Qarabağ münaqişəsinin məqbul həllinin tərəfdarıdır: "MDB ölkələri problemin Azərbaycanın və Ermənistanın maraqları çərçivəsində həll olunmasını istəyir. Bu, ümumi problemdir. Hər şey Azərbaycandan, Ermənistandan və danışıqlar prosesinin səviyyəsindən asılıdır. MDB ölkələri problemin həlli üçün var gücü ilə çalışır". -
03-17-2008, 05:31 PMAPAAvropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş martın 31-də Azərbaycana səfər edəcək
[b]Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş martın 31-də Azərbaycana səfər edəcək[b]
Bakı. Laçın Sultanova-APA. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş martın 31-də Bakıya səfər edəcək. Bu barədə APA-ya Avropa Şurasının Bakıdakı Ofisindən məlumat verilib.
[Səfər çərçivəsində Yan Kubişin Azərbaycan rəsmiləri, siyasi partiya və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Aprelin 3-4-də isə Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun Azərbaycana səfəri gözlənilir. Qrupa İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Pyer Syorgen rəhbərlik edir. -
03-17-2008, 05:36 PMAPASergey Lebedev: "MDB daxilində müəyyən problemlər var"
[b]Sergey Lebedev: "MDB daxilində müəyyən problemlər var"[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. "MDB daxilində müəyyən problemlər var. Ancaq əsas odur ki, MDB dövlətləri və dövlət başçıları problemlərin hər bir ölkənin maraqları və MDB-nin ümumi maraqları çərçivəsində həll olunmasını istəyir". APA-nın məlumatına görə, bunu jurnalistlərə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. S. Lebedev bildirib ki, quruma üzv dövlətlər arasında əməkdaşlıq daha da genişlənməlidir. O, Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşərək, bütün aktual məsələləri müzakirə edəcəyini söyləyib. -
03-17-2008, 05:41 PMAPAİzmirdə keçiriləcək Dünya Şeir Günündə Azərbaycan da təmsil olunacaq
[b]İzmirdə keçiriləcək Dünya Şeir Günündə Azərbaycan da təmsil olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Martın 19-da İzmirdə keçiriləcək Dünya Şeir Günündə Azərbaycan da təmsil olunacaq. Tədbirdə iştirak edəcək İrəvan Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev APA-ya bildirib ki, o, tədbir çərçivəsində İstanbul, İzmir və Manisada olacaq. İ. Piriyev tədbirdə müəllifi olduğu bir neçə şeiri ilə çıxış edəcək. -
03-17-2008, 05:51 PMAPAOqtay Şirəliyev: "Tibbi sığorta gələn ildən Azərbaycanda geniş şəkildə tətbiq olunacaq"
[b]Oqtay Şirəliyev: "Tibbi sığorta gələn ildən Azərbaycanda geniş şəkildə tətbiq olunacaq"[b]
[Əli Bayramlı. Əlibəy Zeynalov-APA. "Tibbi sığorta bu il Azərbaycanın bir neçə pilot rayonunda, gələn il isə daha geniş şəkildə tətbiq olunmağa başlanacaq". Bunu səhiyyə naziri Oqtay Şirəliyev APA-nın Mil-Muğan bürosunun sualını cavablandırarkən deyib. Nazirin sözlərində görə, tibbi sığortanın ölkədə geniş tətbiq ediləcək. Bölgədə QİÇS-li xəstələrin sayının artmasına münasibət bildirən nazir "QİÇS-li xəstələrin bölgədə statistikasının müəyyənləşdirilməsi özü-özlüyündə görülən işlərdən xəbər verir", - deyə qeyd edib: "Biz bu sahədə beynəlxalq qurumlarla sıx əəmkdaşlıq edirik və profilaktik tədbirlər planı həyata keçiririk". -
03-17-2008, 05:56 PMAPAAMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesindən uzaqlaşdırılmasını tələb edir
[b]AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesindən uzaqlaşdırılmasını tələb edir[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri - Rusiya, Fransa və ABŞ-ın danışıqlar prosesindən uzaqlaşdırılması tələbi ilə bəyanat verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin BMT səviyyəsinə qaldırılmasını müsbət haldır. AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair sənədin əleyhinə səs verməsinin təəssüf və anlaşılmazlıqla qarşılayıb: "Həmin dövlətlərin mövqeləri işğalçı Ermənistanla eyni olduğundan və beynəlxalq hüquq normalarına zidd təşkil etdiyindən danışıqlar yeni müstəviyə keçirilməlidir. AMİP hesab edir ki, münaqişənin çözülməsi hərbi-siyasi yolla mümkündür. Azərbaycan BMT-nin Nizamnaməsini əsas götürərək öz ərazilərini işğaldan azad etməlidir". -
03-17-2008, 06:26 PMAPANovruz Məmmədov: "Bizim üçün vacib olan məsələ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin öz mövqelərini aydınlaşdırmasıdır"
[b]Novruz Məmmədov: "Bizim üçün vacib olan məsələ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin öz mövqelərini aydınlaşdırmasıdır"[b]
Bakı. Laçın Sultanova - APA. "BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamənin səsə çıxarılması belə Azərbaycan üçün mühüm hadisədir". Bu fikirləri APA-ya eksklüziv açıqlamasında Prezident Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.
[O, qəbul olunan qətnaməni vacib sənəd adlandırıb: "BMT Baş Assambleyası bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycan torpaqlarının işğal altında olmasını təsdiq edib və Ermənistan Silahlı Qüvvələrindən Azərbaycan ərazilərini dərhal tərk etməsini istəyib. Bu qətnamənin mühüm siyasi, hüquqi əhəmiyyəti var. Qətnamədə verilən qərarın əvvəlki dövrlərdə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına əsaslandığı qeyd olunur və xüsusi olaraq vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq norma və prinsiplərinə uyğun bərpa edilməlidir. Hələlik bizim üçün vacib olan məsələ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin öz mövqelərini aydınlaşdırmasıdır. Onlar bu suala aydınlıq gətirməlidirlər: "Nə üçün həmin ölkələrin rəhbərləri bizə vaxtaşırı bəyan edirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin belə bir məsələ ortaya çıxanda həmin ölkələrin BMT-dəki nümayəndələri fərqli mövqe tuturlar? Qətnamə ilə bağlı səsvermənin özü də sanki Azərbaycan üçün müəyyən vaxtlarda dostu dost olmayandan ayırmaq üçün bir fürsətdir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, hələlik tələsik addım atmağa ehtiyac yoxdur. Əsas odur ki, Azərbaycan öz uğurlu diplomatik addımını atıb, ona lazım olan qətnamənin qəbuluna nail olub". Qətnamənin qəbulu ilə bağlı dövlətlərin tutduqları mövqeləri şərh edən Novruz Məmmədov sənədin lehinə 39 ölkənin səs verdiyini xatırladıb: "39 ölkənin bu qətnaməni dəstəkləməsi onu göstərir ki, Ermənistan bu məsələdə tamamilə təklənib, onun arxasında Anqola və Vanuatu dayanır. Başqa ölkələrdən ABŞ, Rusiya və Fransanın müəyyən bir əsaslandırılması olmalıdır. Bununla belə onların bu münaqişənin həlli ilə bağlı olan qətnaməyə əks mövqedən çıxış etməsi çox təəssüf doğurur. Onlar bu addımları ilə bizi düşünməyə vadar edirlər ki, görəsən, doğrudanmı bu ölkələrin nümayəndələri münaqişənin ədalətli həlli üçün çalışıblar və yaxud da çalışa bilərlər?" -
03-17-2008, 07:31 PMAPANovruz Məmmədov: "Ola bilsin ki, Serj Sərkisyan Azərbaycan prezidenti ilə görüş keçirməyi özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir"
[b]Novruz Məmmədov: "Ola bilsin ki, Serj Sərkisyan Azərbaycan prezidenti ilə görüş keçirməyi özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir"[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycan tərəfi Buxarestdə baş tutacaq NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə qərar verməyib.
[Bu barədə APA-ya Prezident Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib: "Ola bilsin ki, bu gün Serj Sərkisyan bu görüşü özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir. Buna görə də görüşün baş tutub-tutmaması barədə hələlik konkret qərar yoxdur". -
03-17-2008, 07:36 PMAPAAzərbaycan Milli Məclisinin üzvü Murova gedəcək
[b]Azərbaycan Milli Məclisinin üzvü Murova gedəcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü Məlahət Həsənova Murova gedəcək.
[Bu barədə APA-ya məlumat verən M. Həsənova matın 19-da Murov dağında N saylı hərbi hissədə xidmət edən Azərbaycan əsgərləri ilə görüşəcəyini, onları Novruz Bayramı münasibətilə təbrik edəcəyini deyib. Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri olan M. Həsənova orta məktəb şagirdlərinin yazdığı 200-dək məktubu Murovda xidmət edən əsgərlərə çatdıracağını bildirib. Millət vəkili ön cəbhədə xidmət edən əsgərlərə müxtəlif hədiyyələr paylayacağını da deyib. -
03-17-2008, 07:41 PMAPANaməlum şəxslərin hücumuna məruz qalan vəkil polisə müraciət edib
[b]Naməlum şəxslərin hücumuna məruz qalan vəkil polisə müraciət edib[b]
[Bakı. Hacı Zeynalov-APA. Naməlum şəxslərin hücumuna məruz qalan vəkil Osman Kazımov bu gün Binəqədi rayon Polis İdarəsinə müraciət edib. Bu barədə APA-ya məlumat verən vəkil deyib ki, ərizəsində təhlükəsizliyinin təmin edilməsini xahiş edib. Qeyd edək ki, O. Kazımov martın 15-i axşam saat 21.00 radələrində 9-cu mikrorayon ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb. -
03-17-2008, 07:46 PMAPAAzərbaycanın müdafiə naziri: "Biz güclə də olsa, işğalçını torpağımızdan çıxaracağıq"
[b]Azərbaycanın müdafiə naziri: "Biz güclə də olsa, işğalçını torpağımızdan çıxaracağıq"[b]
Bakı. Gülşən Hacıyeva-APA. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Beynəlxalq Hərbi Qərargahı direktorunun müavini, Əməkdaşlıq və regional təhlükəsizlik idarəsinin rəisi general-mayor Corc Lebeli qəbul edib.
[BU barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq planlarına toxunan müdafiə naziri Azərbaycan indiyədək NATO ilə bir neçə əməkdaşlıq proqramı çərçivəsində tədbirlərdə iştirak edib. Nazir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri tam olaraq NATO standartlarına uyğunlaşdırılıb. Zabitlərin hərbi təhsili, o cümlədən də bütün hərbi təlimlər də eyni standartlara uyğun şəkildə həyata keçirilməkdədir. Dağlıq Qarabağ münaqişəsinə toxunan S. Əbiyev bildirib ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin dinc yolla həlli istiqamətində hələlik heç bir konkret nəticə əldə olunmayıb: "Vəziyyətin bu şəkildə davam etməsi gələcəkdə gərginliyin daha da artmasına şərait yarada bilər. Azərbaycan heç bir zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməz. Biz güclə də olsa, işğalçını torpağımızdan çıxaracağıq". NATO - Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsini önə çəkən NATO rəsmisi Azərbaycanın indiyədək əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu söyləyib. -
03-17-2008, 07:51 PMAPAAvropa İnformasiya Agentlikləri Alyansının baş katibi Erik Naylen Bakıda səfərdədir
[b]Avropa İnformasiya Agentlikləri Alyansının baş katibi Erik Naylen Bakıda səfərdədir[b]
[Bakı. Laçın Sultanova-APA. Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen və Alyansın büro üzvü, Macarıstan İnformasiya Agentliyinin (MTİ) prezidenti Matyas Vins Bakıda səfərdədir. APA-nın "AzərTAC" dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, qonaqlar bu gün "AzərTAC"ın baş direktoru Aslan Aslanovla görüşüblər. A. Aslanov qonaqlara rəhbərlik qurum haqqında məlumat verib,ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün yaradılmış şəraitdən danışıb. EANA-nın baş katibi E. Naylen və Alyansın büro üzvü M. Vins təmsil etdikləri qurum haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycana səfərdə məqsəd ölkədə söz, fikir və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə, "AzərTAC"ın EANA-ya üzv qəbul olunması üçün agentliyin fəaliyyəti, maddi-texniki bazası, iş şəraiti ilə tanış olmaqdır. E. Naylen və M. Vinsın baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşləri nəzərdə tutulub. -
03-17-2008, 07:56 PMAPAİstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri Bakıya qayıdıb
[b]İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri Bakıya qayıdıb[b]
Bakı - APA. Bir müddət əvvəl İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri Bakıya qayıdıb.
[APA-nın məlumatına görə, aktyorun geri qayıtmasının əsas səbəbi Novruz bayramını Bakıda ailəsi ilə birgə keçirmək olub. Qaraciyər xəstəliyindən əziyyət çəkən xalq artistinin müalicəsi uyğun donor tapılandan sonra Türkiyədə davam etdiriləcək. Hazırda vəziyyəti normal olan Yaşar Nuri ev şəraitində müalicəsini davam etdirir. Qeyd edək ki, fevralın 9-da İstanbul Memorial Xəstəxanasına yerləşdirilən xalq artistinin prostat vəzində cərrahiyyə əməliyyatı aparılıb. -
03-17-2008, 08:01 PMAPAAzərbaycanın Dövlət Komissiyası: "Yaqub Muxtarovun azad olunması istiqamətində zəruri tədbirlər görülür"
[b]Azərbaycanın Dövlət Komissiyası: "Yaqub Muxtarovun azad olunması istiqamətində zəruri tədbirlər görülür"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Bu ilin mart ayında Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgəri, Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Muxtarov Yaqub Allahverdi oğlu ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciətlər ünvanlanıb və zəruri tədbirlər görülür. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib. Məlumatda o da qeyd olunub ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) daxil olan xəbərlər əsasında bu qurumun Ermənistandakı nümayəndəliyinin əməkdaşları bir neçə dəfə Y. Muxtarova baş çəkib, onun saxlanma şəraiti və sağlamlıq durumu ilə maraqlanıblar.Məlumatın digər hissəsi isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin KİV-də tənqid olunmasına həsr edilib və komissiya buna görə yenə də mətbuatı qınayıb. Məlumatda hətta Samir Məmmədovun əsir götürüləndən sonrakı durumu və üçüncü ölkəni seçməsi ilə bağlı qərarında da Azərbaycan KİV-ləri və qeyri-hökumət təşkilatları günahkar bilinib. Dövlət Komissiyası bəyan edib ki, əsir-girovların, o cümlədən Y. Muxtarovun azad olunması istiqamətində fəaliyyət göstərən yeganə qurum kimi zəruri tədbirləri görür və bu barədə məqbul sayılan vaxtda məlumatlar yayılacaq: "Göstərilənləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası kütləvi informasiya vasitələrinə bu problemlə bağlı məlumatları yayarkən ümumi maraqlardan çıxış etməyi, yoxlanılmamış və əsası olmayan informasiyaların işıq üzü görməsinə yol verməməyi tövsiyə edir". -
03-17-2008, 08:16 PMAPABAXCP ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina olunmasına çağırıb
[b]BAXCP ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina olunmasına çağırıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında (BMT BA) qəbul edilən qətnaməyə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin mövqeyini qətiyyətlə pisləyib: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası fəaliyyətdə olduğu dövr ərzində, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllində maraqlı olmadıqlarını vurğulayıb. Partiyanın Minsk Qrupunun fəaliyyəti ilə bağlı qəbul etdiyi bütün bəyanatlarda qeyd olunub ki, həmsədr dövlətlər regiona təsir imkanlarını qorumaq üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıyla bağlı məsələnin hələ uzun müddət dondurulmuş vəziyyətdə saxlamaq niyyətindədirlər. ABŞ, Rusiya və Fransanın Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında qəbul edilən qətnamənin əleyhinə səs verməsi BAXCP-nin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin riyakar siyasətilə bağlı mövqeyinin doğruluğunu bir daha təsdiqləyir".Bəyanatda qeyd olunub ki, Baş Assambleyada qəbul olunan qətnamədə, həmsədr ölkələrin bu günə qədər səsləndirdikləri prinsiplərin, yəni münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı müddəaların yer almasına baxmayaraq, vasitəçi ölkələrin əks mövqe sərgiləməsi anlaşılan deyil: "Yaranmış vəziyyət sübuta yetirir ki, həmsədr dövlətlər münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini tənzimləmə prosesi üçün prioritet saymırlar. Bu isə adıçəkilən dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı verdiyi saysız-hesabsız bəyanatların, eləcə də vasitəçilik missiyasının səmimiliyini şübhə altına alır". BAXCP hesab edir ki, bu hadisədən sonra ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının davam etdirilməsi yolverilməzdir: "Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan, problemin ədalətli həllinə maneə yaradan ölkələrin vasitəçiliyindən imtina olunmalıdır. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli, o cümlədən işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasıyla bağlı qətnamələrin yerinə yetirilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edilməli, problemin BMT müstəvisində həlli üçün səylər gücləndirilməlidir". BAXCP İdarə Heyəti qətnamənin əleyhinə səs verən və bitərəf qalan ölkələrdən izahat tələb edilməsini də zəruri sayır.Bəyanatda ölkənin enerji resurslarının ixracından əldə edilən gəlirlərin əhəmiyyətli hissəsinin ordu quruculuğu prosesinə yönəldilməsi, peşəkar ordu quruculuğu prosenin sürətləndirilməsinin vacibliyi də öz əksini tapıb: "Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika və silah-sursatla təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməli, təcavüzkar torpaqlarımızdan qovulmalı, ərazi bütövlüyümüz bərpa olunmalıdır".BAXCP İdarə Heyətinin müzakirə etdiyi digər məsələ isə partiyanın növbəti qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin iştirakıyla regionlarda keçirilən müşavirələrlə bağlı olub. Zona müşavirələri, BAXCP rayon (şəhər) təşkilatlarında qaldırılan məsələlər, hesabat-seçki konfranslarına və Qurultaya hazırlıqla bağlı İdarə Heyətinə məlumat verilib.