[b]Azərbaycanda Polis Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək[b]
[Bakı-APA. İyulun 2-də Azərbaycanda Polis Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün daxili işlər orqanlarının nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Daha sonra Polis Akademiyasında təntənəli bayram tədbiri keçiriləcək.
Azərbaycan Xəbərləri
Printable View

06-27-2008, 03:01 PMAPAAzərbaycanda Polis Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək

06-27-2008, 03:11 PMAPAUkraynalı politoloq: ""Xəzər partiyası"nda qalib gələn qazancsız qalmayacaq"
[b]Ukraynalı politoloq: ""Xəzər partiyası"nda qalib gələn qazancsız qalmayacaq"[b]
[Kiyev. Kərim Həsənli - APA. Kiyevdə "Mərkəzi Asiyada Ukraynanın perspektivləri" adlı dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Ukraynanın beynəlxalq əlaqələr və enerji təhlükəsizliyi üzrə aparıcı mütəxəssisləri, jurnalistlər və politoloqlarla yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Polşa və Rusiya səfirliklərinin nümayəndələri də iştirak ediblər. Ukrayna Vətəndaş Cəmiyyətinin Problemlərinin Araşdırılması Mərkəzinin direktoru Vitali Kulik çıxışında bildirib ki, hazırda region dövlətləri Qərb və Rusiya ilə iqtisadi-siyasi münasibətlərin yeni formatını tərtib ediblər: "Bu oyunda "stavka"la olduqca böyükdür: söhbət nəinki Mərkəzi Asiya və Rusiya, həm də Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək nəhəng enerji daşıyıcılarına nəzarətdən gedir. "Xəzər partiyası"nda qalib gələn qazancsız qalmayacaq". V. Kulik Türkmənistan, Qazaxıstan və Özbəkistanı Ukraynanın enerji təhlükəsizliyində prioritet tərəfdaşlar adlandırıb: "Əgər Mərkəzi Asiyadan neft və qazın idxalından asılı olan Ukraynanın bu qədər strateji əhəmiyyətə malik regionda müttəfiqləri olmasa, o, "Xəzər piroqu"nda paydan məhrum olacaq. Hələlik Ukrayna Moskva, Brüssel və Vaşinqtondan yan keçərək bu ölkələrlə işləmək üçün müəyyən imkanlara malikdir. Amma zaman keçdikcə bu "imkanlar pəncərəsi" qapana bilər, onda bizə heç bir enerji xartiyası kömək edə bilməyəcək". -
06-27-2008, 03:21 PMAPABolqarıstan Milli Təhlükəsizlik Şurası "Nabucco" layihəsini müzakirə edəcək
[b]Bolqarıstan Milli Təhlükəsizlik Şurası "Nabucco" layihəsini müzakirə edəcək[b]
[Buxarest. Kərim Həsənli - APA. Bolqarıstan Milli Təhlükəsizlik Şurası ölkənin təhlükəsizliyi üçün əhəmiyyət daşıyan enerji layihələri ilə bağlı xüsusi toplantı keçirəcək. APA-nın xəbərinə görə, prezident Georgi Pırvanov tərəfindən çağırıan iclasa baş nazir, xarici işlər, ətraf mühit və iqtisadiyyat nazirləri qatılacaq. Onlar "Cənub axını" və "Nabucco" qaz kəmərləri layihələri, eləcə də Belene şəhərindəki Atom Elektrik Stansiyasının gələcək taleyi ilə bağlı hesabat təqdim edəcəklər. Yığıncaqda ordu komandanları və parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçilərinin iştirakı da nəzərdə tutulub. -
06-27-2008, 03:31 PMAPA"Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda Vətəndaş Forumu keçirilib
[b]"Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda Vətəndaş Forumu keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Bakıda "Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda Vətəndaş Forumu keçirilib. APA-nın xəbərinə görə, Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə baş tutan tədbirdə qurumun sədri Leyla Yunus çıxış edərək, siyasi iradə olacağı təqdirdə, mövcud qanunvericiliklə demokratik seçki keçirməyin mümkünlüyünü vurğulayıb. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev seçkilər ərəfəsində Azərbaycan məhkəmələrində vəziyyətin mürəkkəb olduğunu deyib. Son vaxtlar vətəndaş cəmiyyəti adından məhkəmələrə göndərilən yüz şikayətin heç birinin təmin olunmadığını qeyd edən hüquqşünas Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin də sayının artdığını deyib. Millət vəkili Pənah Hüseyn isə mövcud qanunvericiliklə Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinin mümkün olmadığını bildirib. O, indiki şəraitdə müxalifət qüvvələrinin siyasi taktika ilə bağlı yenidən müzakirələr aparmasının vacibliyini vurğulayıb. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə seçki qanunvericiliyinə edilən dəyişikliklərin Azərbaycan cəmiyyətinin istədiyi səviyyədə olmadığını bildirib. O da demokratik seçki keçirilməsi üçün siyasi iradəni əsas şərt adlandırıb. Prezident seçkilərinin boykot edilməsi ilə bağlı fikirlərə münasibət bildirən İ. Ağazadənin sözlərinə görə, müxalifət qüvvələri bundan əvvəlki seçkilərin də demokratik keçiriləcəyinə əvvəlcədən inanmayıb, bununla belə, mübarizə aparıb: "Bu gün isə bu yoxdur. Bizim əvəzimizə Qərb, beynəlxalq təşkilatlar mübarizə aparacaq?" Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov boykot və seçkidə iştirak tərəfdarlarının hər birinin öz arqumentinin olduğunu qeyd edərək, demokratik seçki keçirilməsi üçün mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıb.Millət vəkili Nəsib Nəsibli isə indiyə kimi keçirilən seçkilərdə aparılan boykot taktikasının hər hansı nəticə vermədiyini xatırladıb: "Bu gün boykot taktikasını seçmək mübarizə aparmaqdan imtina deməkdir".Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə bildirib ki, seçkini boykot etmək və ya iştirak məsələsində mübahisə olmamalıdır: "Hər kəsin öz mövqeyi, hər siyasətçinin öz hüququ var. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq". -
06-27-2008, 03:41 PMAPABelarus Ermənistana texnika satır
[b]Belarus Ermənistana texnika satır[b]
[Minsk. Kərim Həsənli - APA. Belarusun "BelAZ" şirkəti ilə Ermənistanın dağ-mədən sənayesi müəssisələri arasında 1,5 miyon avro dəyərində saziş imzalanıb. APA-nın xəbərinə görə, Minsk vilayətinin qubernatoru Leonid Krupsun rəhbərlik etdiyi nümayəndə heyətinin Sünik (Zəngəzur) vilayətinə səfəri çərçivəsində bu barədə razılıq əldə olunub. "Dorelektromaş", "Soter", Borisov mis məmulatları zavodu kimi iri müəssisələrin təmsilçilərinin daxil olduğu heyətin səfəri zamanı Minsk vilayəti və Ermənistan şəhərləri arasında əlaqələrin gücləndirilməsi, ilin sonuna qədər Sünik mis-molibden kombinatının ehtiyacları üçün "BelAZ" istehsalı olan iri qabaritli texnikanın göndərilməsi, bu zavodun Ermənistanda rəsmi dilerinin fəaliyyət başlaması, ölkədə Belarus müəssisələri şəbəkəsinin genişləndirilməsi və s. məsələlər üzrə razılığa gəlinib. -
06-27-2008, 03:51 PMAPANizami Bəhmənov: "Həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir"
[b]Nizami Bəhmənov: "Həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir"[b]
Bakı. Laçın Sultanova - APA. "İndiki vəziyyətdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının danışıqlar prosesində heç bir rolu yoxdur".
[Bunu APA-ya açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Nizami Bəhmənov həmsədrlərin Xankəndiyə planlaşdırılan səfərinə münasibət bildirərkən deyib. N. Bəhmənovun fikrincə, indiki vəziyyətdə həmsədrlərin Xankəndinə səfər edib, separatçılarla görüşməsi Merzlyakovun təklifidir: "Merzlyakov Kazimirovdan qalmış ənənəni davam etdirir. Rusiya müxtəlif vasitələrlə Dağlıq Qarabağın erməni icmasını üçüncü tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışır". N. Bəhmənov rəhbərlik etdiyi icma adından həmsədrlərə protest təqdim etdiklərini də söyləyib: "Münaqişənin nizamlanması ilə bağlı danışıqları prezidentlər aparır, xarici işlər nazirlərinə tapşırıqlar verirlər. Bu prosesdə icmaların roluna o vaxt ehtiyac duyulacaq ki, torpaqlar işğaldan azad edilsin, insanlar öz vətəninə qayıtsın və status məsələsinin müzakirəsi gündəmə gəlsin". -
06-27-2008, 04:01 PMAPAAzərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun məruzəçisi təyin edilib
[b]Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun məruzəçisi təyin edilib[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları və Hüquq Komitəsi Azərbaycanın bu qurumda nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın məhbus qadınlar üzrə məruzəçi təyin edib.
[APA-nın Avropa bürosunun məlumatına görə, məhbus qadınlarla bağlı AŞ PA-nın bir neçə komitəsində məruzə hazırlanır, İnsan Hüquqları və Hüquq Komitəsi adından məruzəni hazırlamaq Gültəkin Hacıyevaya həvalə olunub. Gültəkin Hacıyeva APA-nın Avropa bürosuna bildirib ki, məruzədə məhbus qadınların durumu, sosial vəziyyəti, onların cəmiyyətə reinteqrasiyası və s. məsələlər öz əksini tapacaq. Bundan başqa Gültəkin Hacıyeva AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsi adından Avropada demoqrafik durumun gələcəyi və miqrasiya məsələləri üzrə məruzəçi təyin olunub. Onun hazırladığı məruzədə əsas diqqət Avropanın demoqrafik problemlərinin araşdırılmasına yönələcək. Komitə həmçinin noyabrda Cenevrədə toplantı keçirməyi qərara alıb, toplantıda Gültəkin Hacıyevanın məruzəsi ətrafında dinləmələr keçiriləcək. Millət vəkilinin məhbus qadınlarla bağlı hazırlayacağı məruzə qurumun payız sessiyasında müzakirə olunacaq, demoqrafik problemlərlə bağlı məruzənin isə gələ il müzakirəyə çıxarılacağı gözlənilir. -
06-27-2008, 05:31 PMAPADmitri Medvedev: "Rusiyanın və Avropa Birliyinin münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşması eynidir"
[b]Dmitri Medvedev: "Rusiyanın və Avropa Birliyinin münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşması eynidir"[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Xantı-Mansiyskdə keçirilən Rusiya-Avropa Birliyi sammitində "dondurulmuş münaqişələr"in həlli də müzakirə olunub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev toplantıdan sonra keçirilən mətbuat konfransında ölkəsinin və Avropa Birliyinin təhlükəsizlik məsələsinə və münaqişələrin qeyri-zorakı yolla həlli üsullarına yanaşmasının eyni olduğunu bildirib. Onun fikrincə, Avropada ABŞ-ın antiraket sistemlərinin yaradılması ideyası zərərlidir və regionda təhlükəsizliyi təmin etmir. Qeyd edək ki, əldə olunan razılığa əsasən Rusiya ilə Avropa Birliyi arasında yeni baza müqaviləsi imzalanacaq. Sənədlə bağlı danışıqların ilk mərhələsi iyulun 4-də Brüsseldə keçiriləcək. -
06-27-2008, 05:41 PMAPAAzərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib
[b]Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Krameri qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsi işinə xidmət etdiyi qeyd olunub. Tərəflər Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi ilə bağlı görülən işlərə dair də fikir mübadiləsi aparıblar. -
06-27-2008, 05:51 PMAPAPenitensiar Xidmət Qobustan həbsxanasında məhkumun intihar faktını təsdiqləyib
[b]Penitensiar Xidmət Qobustan həbsxanasında məhkumun intihar faktını təsdiqləyib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamovun iyunun 22-də özünü asaraq öldürməsi faktını təsdiqləyib. Penitensiar Xidmətini ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, fakt üzrə ərazi prokurorluğunda cinayət işi başlanmaqla yanaşı, Penitensiar Xidmət tərəfindən də xidməti təhqiqat aparılır: "Həm intiharın səbəbləri, həm də xidmət əməkdaşlarının bu və ya digər formada nöqsanı ilə bağlı araşdırmalar aparılır". Şöbədən bildirilib ki, ömürlük azadlıqdan məhrum edilən Ədalət Qulamov və onun kamera yoldaşı Çingiz Məmmədov həbsxanadan qaçmaq məqsədi ilə 1,80 metr dərinliyində, 4,5 metr uzunluğunda tunel qazıblar. Qobustan həbsxanasının rəisi Kazım Abdullayev APA-ya məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb. Onun da qeyd edək ki, bu, Qobustan həbsxanasında iyun ayında baş verən ikinci intihar hadisəsidir. İyunun 3-də həbsxanada saxlanılan ömürlük məhbus Kərimov Zeynal Hacıağa oğlu da özünü mələfədən hazırladığı iplə asaraq intihar edib. -
06-27-2008, 06:01 PMAPARöya Yaşıl Teatrda verəcəyi solo-konsertdə yeni mahnılarını ifa edəcək
[b]Röya Yaşıl Teatrda verəcəyi solo-konsertdə yeni mahnılarını ifa edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Röyanın 5-7 iyulda Yaşıl Teatr Bakı Konsert Kompleksində verəcəyi konsertdə bir sıra sürprizlər olacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, üç günlük konsertdə Röya pərəstişkarları qarşısında yeni yazdırdığı mahnılarla çıxış edəcək. "Deməyəcəm" adı altında keçiriləcək konsertdə Röya səhnədə tək olmayacaq. O, hər bir mahnını müxtəlif yerli sənətçilərlə birgə ifa edəcək. Hər üç konsertdə sənətçi üç saata yaxın səhnədə olacaq. Röyanın konsert geyimləri modelyer Zemfira Qurbanova tərəfindən hazırlanır. Konsertin biletlərinin qiyməti 20-100 manat arasında dəyişir. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-27-2008, 06:11 PMAPANATO-nun xüsusi nümayəndəsi Bakıda hərbi paradın yüksək səviyyədə keçirildiyini bildirib
[b]NATO-nun xüsusi nümayəndəsi Bakıda hərbi paradın yüksək səviyyədə keçirildiyini bildirib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırki vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.Robert Simmons Bakıda hərbi paradın yüksək səviyyədə keçirildiyini vurğulayaraq, bu münasibətlə dövlətimizin başçısını təbrik edib.Öz növbəsində, prezident İ. Əliyev hərbi paradın bu cür yüksək səviyyədə keçirilməsini Azərbaycanda ordu quruculuğuna göstərilən diqqətin nümunəsi kimi qiymətləndirib. -
06-27-2008, 06:21 PMAPAAŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib
[b]AŞ PA Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyası Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı bəyanat qəbul edib.
[APA-nın Avropa büroüsunun məlumatına görə, bəyanatı Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Proseduraya görə, yazılı bəyanatın qəbul olunması üçün sənədi ən azı 5 ölkədən 20 deputata imzalamalıdır. Qənirə Paşayevanın sözlərinə görə, bəyanatı müxtəlif ölkələrdən olan 20-dən artıq deputat imzalayıb. "Azərbaycan-Şərqin ilk demokratik respublikası" adlı bəyanatda bu il Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin tamam olduğu bildirilir. "Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlamentli respublika idi. Cəmi 23 il ömür sürməsinə və Qızıl Ordunun Azərbaycan işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, AXC insanlara çox böyük hüquqlar vermişdi. Bunların sırasında qadınların səsvermə hüququ və bu kimi çox fundamental hüquqlar vardı. Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bu hüququ vermişdi. Yəni bu gün Avropanın üzərində qurulduğu dəyərləri hələ 1918-ci ildə quran AXC və onun parlamenti insanların bütün azadlıqlarını təmin etmişdi". Bəyanatda bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti Qərblə Şərq arasında demokratik dəyərlərin bölgədə, Şərqdə və müsəlman dünyasında yayılmasında, regionun mədəni inkişafında çox böyük rol oynayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqlə Qərb arasında körpü rolunu çox yüksək səviyyədə yerinə yetirib və sivilizasiyalararası dialoqa böyük töhfələr verib: "Bütün bunları nəzərə alaraq Avropa Şurası Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işləri çox yüksək qiymətləndirir. Bununla yanaşı Avropa Şurası bugünkü Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi həmin rolu davam etdirdiyini bildirir və bu prosesi dəstəkləyir". -
06-27-2008, 06:31 PMAPAOmbudsmanın əməkdaşları polis bölmələrinə baxış keçiriblər
[b]Ombudsmanın əməkdaşları polis bölmələrinə baxış keçiriblər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Qaradağ rayon Polis İdarəsinin (RPİ) 10 və 38-ci, Binəqədi RPİ-nin 4 və 40-cı, Yasamal RPİ-nin 29-cu, Suraxanı RPİ-nin 31 və 33-cü, Xətai RPİ-nin 37-ci, Sabunçu RPİ-nin 14 və 15-ci, Əzizbəyov RPİ-nin 2-ci, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü polis bölmələrinin növbətçi hissələri yanında saxlama yerlərinə, həmçinin Xətai RPİ və Abşeron rayon Polis Şöbəsinin MST-lərinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin nümayəndələri saxlanılan şəxslərin qeydiyyatı kitabları, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olublar. Baxış zamanı Abşeron RPŞ-də vətəndaşların saxlanması ilə əlaqədar bəzi qanunsuzluqlar aşkarlanıb. Ombudsman bu məsələnin araşdırılması və tədbir görülməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. -
06-28-2008, 12:51 PMAPAAŞ PA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
[b]AŞ PA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç iyulun 1-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. APA-nın AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
[Bundan başqa, Luis Mariya de Puçun Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, müxtəlif siyasi təşkilat və QHT təmsilçiləri, Bakıda akkreditə olunmuş diplomatlar, həmçinin KİV-lə görüşü nəzərdə tutulur. Görüşlərdə, əsasən, AŞ PA-Azərbaycan münasibətləri, prezident seçkiləri öncəsi ölkədə ictimai-siyasi vəziyyət, mətbuatın durumu, AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycanla bağlı qəbul olunmuş qətnamə müzakirə olunacaq. -
06-28-2008, 01:01 PMAPASudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub
[b]Sudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub[b]
[Xartum-APA. İyunun 27-də Sudanda baş verən təyyarə qəzasında 4 Ukrayna, 1 Ermənistan vətəndaşı həlak olub. APA-nın məlumatına görə, "An-12" markalı yük təyyarəsi paytaxt Xartum hava limanında qəzaya uğrayıb. Təyyarədəki 8 ekipaj üzvündən yalnız bir nəfər Sudan vətəndaşı sağ qalıb. Həlak olan digər iki nəfər də Sudan vətəndaşıdır. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir. -
06-28-2008, 01:11 PMAPAAzərbaycanda mina axtaranlar və partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırlayan mərkəz yaradılacaq
[b]Azərbaycanda mina axtaranlar və partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırlayan mərkəz yaradılacaq[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda mina axtaranlar və partlayıcı hərbi sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırlayan beynəlxalq təlim mərkəzi yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov məlumat verib.
[Mərkəzdə Azərbaycanla yanaşı, digər dövlətlərin də sifarişləri əsasında istehkamçılar və digər mütəxəssislər hazırlanacaq: «Hazırda təlim mərkəzinin yaradılması istiqamətində müzakirələr aparılır. Bu mərkəzin yaradılması regionda partlamamış hərbi sursat və mina təhlükəsinin aradan qaldırılmasına kömək edəcək, bacarıqlı mütəxəssislərin hazırlanmasına yardımçı olacaq».NATO-nun Maddi Texniki Təchizat Agentliyinin (NAMSA) meneceri Bülənd Tudeş isə APA-ya açıqlamasında bildirib ki, NAMSA Azərbaycanda yaradılacaq belə bir beynəlxalq tədris mərkəzini dəstəkləyəcək: "Biz mütəxəssislərin hazırlanması, tədris keçən müəllimlərin təcrübəsinin artırılması sahəsində mərkəzə öz yardımımızı ededəcəyik. Eni zamanda NAMSA-nın təcrübəli mütəxəssislərinin mərkəzdə treninqlər keçirməsi də mümkündür". -
06-28-2008, 01:21 PMAPAYunanıstanın Azərbaycandakı səfirliyi Şəki Regional Vərəm Dispanserinə rentgen aparatı hədiyyə edib
[b]Yunanıstanın Azərbaycandakı səfirliyi Şəki Regional Vərəm Dispanserinə rentgen aparatı hədiyyə edib[b]
Şəki. Hafiz Heydərov-APA. Yunanıstanın Azərbaycandakı səfirliyi Şəki Regional Vərəm Dispanserinə 45000 avro dəyərində müasir rentgen aparatı hədiyyə edib. Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aparat artıq dispanserdə quraşdırılıb.
[Bununla bağlı keçirilən tədbirdə iştirak edən Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis Şəki rayonunda səhiyyə sahəsində həyata keçirilən layihələrin davam etdiriləcəyini bildirib. O, həmçinin yaxın zamanlarda ölkəsinin maliyyə dəstəyi ilə Şəki rayonunda yerləşən Endokrinoloji Mərkəzində yeni avadanlıqlarla təchiz olunacağını vurğulayıb. Qeyd edək ki, Şəki Regional Vərəm Dispanserinə ötən 4 il müddətində Yunanıstan hökuməti tərəfindən 120 000 avro dəyərində vəsait ayrılıb. -
06-28-2008, 01:31 PMAPAPenitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklər
[b]Penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri Qobustan həbsxanasına gedəcəklər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ədliyyə Nazirliyi yanında penitensiar sistemə nəzarət İctimai Komitəsinin üzvləri yaxın zamanlarda Qobustan həbsxanasına gedəcəklər. Bu barədə APA-ya komitənin koordinatoru Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, qurumun üzvləri həbsxanada bir neçə gün əvvəl baş verən intihar hadisəsi ilə bağlı araşdırma aparacaqlar. S. Məmmədov iyun ayında həbsxanada iki intihar hadisəsinin baş verməsinin narahatlıq doğurduğunu deyərək əlavə edib ki, komitə məsələni diqqət mərkəzində saxlayacaq. Qeyd edək ki, Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamov iyunun 22-də özünü asaraq öldürüb. İntihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb. Bundan bir qədər əvvəl, iyunun 3-də həbsxanada saxlanılan ömürlük məhbus Kərimov Zeynal Hacıağa oğlu da intihar edib. -
06-28-2008, 01:41 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda danışıqlar aparırlar
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda danışıqlar aparırlar[b]
İrəvan-APA. Azərbaycanda görüşlərini başa vuraraq dünən Ermənistana gedən ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
[APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, görüşdə danışıqlar prosesinin hazırkı durum müzakirə olunub. E. Nalbandyan Ermənistanın həmsədrlərin 2007-ci ilin noyabrında tərəflərə təqdim etdikləri "Madrid təklifləri"nə yanaşmasını açıqlayıb. E. Erməni nazir onu da bildirib ki, Azərbaycan rəhbərliyinin müharibə çağırışları nizamlama prosesinə və danışıqlarda qarşılıqlı etimad mühitinin yaranmasına mənfi təsir göstərir. Həmsədrlər isə Bakıda apardıqları danışıqların nəticələri barədə E. Nalbandyanı məlumatlandırıblar. Azərbaycan rəsmiləri danışıqları müsbət dəyərləndirən diplomatlar münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini bir daha vurğulayıblar. Həmsədrlər "Madrid təklifləri" əsasında tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərini artıracaqlarını da qeyd ediblər. Həmsədr bu gün Ermənistan prezidenti Serj Sərkisyanla da görüşəcəklər. Onlar İrəvandan Xankəndinə gedəcəklər. -
06-28-2008, 01:51 PMAPAAzərbaycan müxalifət partiyası prezidentliyə namizədini müəyyənləşdirib
[b]Azərbaycan müxalifət partiyası prezidentliyə namizədini müəyyənləşdirib[b]
Bakı. Ramil Məmmədli - APA. Azadlıq Partiyasının Mərkəzi İcraiyyə Komitəsi partiyanın sədri Əhməd Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
[Ə. Oruc APA-ya bildirib ki, qərar tövsiyə xarakterli olduğundan Ali Məclis tərəfindən təsdiq olunmasına ehtiyac var. O, Ali Məclisin sessiyasının iyulun ikinci ongünlüyündə keçiriləcəyini də qeyd edib: "Partiyanın prezident seçkisindəki fəaliyyəti Demokratiya Uğrunda İttifaqın seçki ilə bağlı qəbul etdiyi platformaya uyğun müəyyənləşdirəcək. Qurumda vahid platformanın hazırlanması istiqamətində iş aparılır". -
06-28-2008, 02:01 PMAPAİraqda xidmət edən Azərbaycan sülhməramlısı həlak olub
[b]İraqda xidmət edən Azərbaycan sülhməramlısı həlak olub[b]
Xaçmaz. Solmaz Mehdiyeva-APA. İraqda xidmət edən Azərbaycan sülhməramlısı vəfat edib. APA-nın şimal bürosunun məlumatına görə, 2006-cı ilin dekabrında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvəllüdlü Rafael Ağayev bir neçə gün əvvəl İraqda dünyasını dəyişib. Onun hansı şəraitdə öldüyü barədə məlumat verilmir.
[Əsgərin hərbi xidmətinin başa çatmasına 3 gün qalıbmış. R. Ağayev anadan olduğu İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılıb. Faktla bağlı Müdafiə Nazirliyinin 2 gün sonra rəsmi açıqlama yayacağı bildirilir. Müdafiə Nazirliyindən isə hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb. -
06-28-2008, 02:11 PMAPAFüzuli rayonunda baş verən yol qəzasında Azərbaycan ordusunun yüksək rütbəli bir zabiti ölüb, ikisi isə yaralanıb
[b]Füzuli rayonunda baş verən yol qəzasında Azərbaycan ordusunun yüksək rütbəli bir zabiti ölüb, ikisi isə yaralanıb[b]
Füzuli. Teymur Zahidoğlu - APA. Dünən axşam saatlarında Azərbaycanın Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində ağır yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin zabiti, xidmət rəisi, mayor Həsənov Məzahir Mədət oğluna məxsus "Mercedes" markalı şəxsi avtomobilin aşması nəticəsində avtomobildə olan üç hərbçidən biri ölüb, ikisi isə yaralanıb. Ölən hərbçi Milli Qvardiyanın zabiti, mayor Cəfərov Arif Yusif oğludur.
[O, hadisə yerindəcə keçinib. Avtomobili idarə edən, M. Həsənov və mayor Qurbanov Natiq Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. N. Qurbanov da Müdafiə Nazirliyinin zabitidir. Yaralılar hərbi hospitala yerləşdiriliblər. Faktla bağlı Füzulu Hərbi Prokurorluğunda araşdırma başlayıb. -
06-28-2008, 02:21 PMAPAAzərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək
[b]Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İyunun 30-da və iyulun 1-də Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən məlumat verilib. Ukrayna Mədəniyyət Günlərinin açılış mərasimi iyunun 30-da Yaşıl Teatr Bakı Konsert Kompleksində təşkil olunacaq. Həmin gün ukraynalı incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçiriləcək. İyulun 1-də isə Mədəniyyət Günləri çərçivəsində ukraynalı musiqiçilər və teatr xadimləri Sumqayıt şəhərində çıxış edəcəklər. -
06-28-2008, 02:31 PMAPAMüdafiə Nazirliyi: Azərbaycan sülhməramlı bölüyünün əsgəri İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub
[b]Müdafiə Nazirliyi: Azərbaycan sülhməramlı bölüyünün əsgəri İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Müdafiə Nazirliyi İraqda Azərbaycan sülhməramlısının həlak olması ilə bağlı rəsmi məlumat yayıb.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan sülhməramlı bölüyünün əsgəri Ağayev Rafael Seyidbala oğlu İraqda xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Əsgər 1 il İraqda xidmət göstərib. -
06-28-2008, 02:41 PMAPAHəmyerlisinə xəsarət yetirən Qazax sakini tutulub
[b]Həmyerlisinə xəsarət yetirən Qazax sakini tutulub[b]
[Qazax. Məhbubə Qasımbəyli-APA. Qazax rayonunun Kosalar kənd sakinləri Etibar Məmmədrzayev və Aslan Abbasov arasında münaqişə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədrzayev münaqişə zəminində ov tüfəngindən atəş açaraq A. Abbasovun anası Məsmə Abbasovanı ayağından yaralayıb. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Məmmədrzayev tutulub, ondan 1 ədəd ov tüfəngi götürülüb. -
06-28-2008, 02:51 PMAPAAzərbaycan paytaxtında oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
[b]Azərbaycan paytaxtında oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda oğurluq edən Gürcüstan vətəndaşı tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Gürcüstan vətəndaşı Yanis Kuzinin 4 nömrəli bazarda Naxçıvan şəhər sakini Maral Nağdəliyevanın içərisində 329 manat olan kisəsini oğurladığı müəyyənləşdirilib. Faktla bağlı araşdırma aprılır. -
06-28-2008, 03:01 PMAPANATO Azərbaycanda həyata keçirilən layihələrə 40 milyon avro xərcləyib
[b]NATO Azərbaycanda həyata keçirilən layihələrə 40 milyon avro xərcləyib[b]
Bakı. Rəşad Süleymanov - APA. NATO Sülh Naminə Tərəfdaşlıq (PfP) proqramı çərçivəsində Azərbaycanda realizə olunan 20 layihəyə 40 mln. avro vəsait xərcləyib. APA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən PfP Etimad Fondunun seminarında bildirilib.
[Bu layihələr arasında «Azeco» laboratoriyasının yaradılması, «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi», «Melanjın (raket yanacağı) ləğvi layihəsi» və s. iri layihələr var.NATO-nun Maddi Texniki Təchizat Agentliyinin (NAMSA) meneceri Bülənd Tudeş isə APA-ya açıqlamasında bildirib ki, növbəti mərhələdə daha bir neçə layihənin reallaşdırılması nəzərdə tutulur. Bu çərçivədə «Saloğlu» layihəsinin 2010-cu ilin sonlarınadək davam edəcək üçüncü mərhələsi, həmçinin silah arsenalının və hərbi texnikaların modernləşdirilməsi, minaların təmizlənməsi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi gözlənilir. -
06-28-2008, 03:11 PMAPADağıstan prezidenti: "Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır"
[b]Dağıstan prezidenti: "Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Dağlıq Qarabağ münaqişəsi böyük faciədir. ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin nizamlanması istiqamətində 1992-ci ildən danışıqlar getsə də, hələlik nəticə yoxdur". APA-nın "RİA Daqestan"a istinadən verdiyi məlumata görə, bu bəyanatla Dağıstan prezidenti Muxu Əliyev çıxış edib. O, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınmamasının vacibliyini vurğulayıb: "Halbuki müharibədən sonrakı Avropanın sərhədlərini dəyişməyin mümkünlüyünü göstərən Kosovo presedentindən sonra istənilən ölkənin ərazi bütövlüyü sual altına düşə bilər. Bu, münaqişə və müharibələr yarada biləcək ağılsızlıqdır. Ancaq mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll ediləcək. Danışıqlar prosesində iştirak edən tərəflər səbir və müdriklik nümayiş etdirməlidirlər". -
06-29-2008, 12:01 PMAPAAstanada ATƏT Parlament Assambleyasının sessiyası başlayıb
[b]Astanada ATƏT Parlament Assambleyasının sessiyası başlayıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Astanada (Qazaxıstan) ATƏT Parlament Assambleyasının (PA) növbəti illik sessiyası işə başlayıb. APA-nın Assambleyanın rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, sessiya iyulun 3-dək davam edəcək.
[Toplantı iştirakçıları təşkilatın şəffaflığı, su resurslarının idarə edilməsi, kibercinayətkarlıq, qadın zorakılığı kimi aktual məsələləri müzakirə edəcəklər. Bununla yanaşı, iclasda bir sıra regional məsələlər, o cümlədən, Əfqanıstan, Gürcüstan və Çernobıldakı vəziyyətlə bağlı məsələlərə diqqət yetiriləcək.İlk dəfə olaraq Mərkəzi Asiya bölgəsində keçirilən sessiyada ATƏT-in üzvü olan 56 ölkədən, o cümlədən Azərbaycandan, 250 millət vəkili iştirak edir. Tədbirə ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, bu ölkənin parlamentinin spikeri Qasım-Comərt Tokayev, ATƏT PA-nın sədri Qoran Lennmarker, ATƏT-in baş katibi Mark Perrin de Brişambo, təşkilatın milli azlıqların haqları üzrə komissarı Knut Vollebek də qatılıb. -
06-29-2008, 12:21 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndiyə səfər ediblər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndiyə səfər ediblər[b]
Bakı. Tamara Qriqoryeva - APA. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) dünən Yerevandan Xankəndiyə gəliblər.
[APA-nın məlumatına görə, səfər zamanı vasitəçilər qondarma DQR rəhbərliyi ilə görüşüb və Madrid təklifləri ətrafında müzakirələr aparıblar. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bundan sonra həmsədrlər yenidən Yerevana qayıdıblar. Xatırladaq ki, Minsk Qrupunun fransalı həmsədri vasitəçilərin artıq sabah Qrupun üzvlərinin Vyanada görüşünün keçirilməsini planlaşdırdıqlarını bildirib. -
06-29-2008, 12:41 PMAPASon bir ildə Rusiyada «qanuni oğruların» sayı iki dəfə azalıb
[b]Son bir ildə Rusiyada «qanuni oğruların» sayı iki dəfə azalıb[b]
[Bakı. Vüqar Mustafayev - APA. Hazırda Rusiya ərazisində 98 «qanuni oğru» fəaliyyət göstərir. APA-nın məlumatına görə, bunu Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev MDB ölkələrinin daxili işlər nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib. «Qanuni oğrular» təkcə Cənubi və Şimal Qafqaz respublikalarının təmsilçiləri deyil, onların arasında digər millətlərin nümayəndələri, o cümlədən, slavyanlar da var», - deyə R.Nurqaliyev qeyd edib.Xatırladaq ki, ötən ilin əvvəlində Rusiyanın daxili işlər nazirinin müavini Oleq Safronov həmin zaman RF-də 184 «qanuni oğrunun» olduğunu bildirib. Daha 100-ə yaxın şəxs özünü bu kateqoriyaya aid etsə də, reallıqda bu «statusa» malik deyil.O.Safronovun sözlərinə görə, kriminal avtoritetlərin cinayət aləminin işini əlaqələndirməsinə, bundan mənfəət əldə etməsinə baxmayaraq, onlar tez-tez müxtəlif kütləvi tədbirlərdə də iştirak edirlər. -
06-29-2008, 01:11 PMAPAKXCP-nin ümumrespublika müşavirəsi keçirilib
[b]KXCP-nin ümumrespublika müşavirəsi keçirilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ümumrespublika müşavirəsi keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə rayon təşkilatlarının rəhbərləri iştirak ediblər. Toplantıda bu ilin payızında keçiriləcək prezident seçkiləri müzakirə edilib və yerli təşkilatların mövqeyi dinlənilib. Əksər çıxışçılar partiyanın Ali Məclisinin sonuncu iclasında seçkilərdə iştirakla bağlı qərarını müdafiə edib. Bununla yanaşı seçkilərdə iştirak etməyin əleyhinə olan şəxslər də hazırkı şəraitdə iştirakın əhəmiyyətsiz olduğunu bildiriblər. Fikir ayrılığına görə, məsələyə Ali Məclisin iyulun 7-də keçiriləcək növbəti toplantısında yenidən baxılması nəzərdə tutulur. Yerli təşkilatlar həmçinin, seçkilərdə Mirmahmud Mirəlioğlunun namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış ediblər. -
06-29-2008, 01:21 PMAPABakıda silah satan şəxs həbs olunub
[b]Bakıda silah satan şəxs həbs olunub[b]
[Bakı - APA. Bu gün Bakı şəhərinin Suraxanı rayonunda silah satan şəxs həbs olunub. APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Qax rayon sakini, əvvəllər məhkum olunan Mahir Məmmədovdur.O, qanunsuz əldə edib saxladığı "Makarov" tipli tapançanı satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini əldə etmə, saxlama, satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
06-29-2008, 01:31 PMAPABakıda quldurluqla məşğul olan dəstə yaxalanıb
[b]Bakıda quldurluqla məşğul olan dəstə yaxalanıb[b]
[Bakı - APA. Bu gün Bakı şəhərinin Xətai rayonunun ərazisində quldurluqla məşğul olmaqda şübhəli bilinən beş nəfərlik dəstənin 4 üzvü tutulub. APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, saxlanılan dəstə üzvləri 20 yaşlı Aqşin Məmmədov, 19 yaşlı Mehdi Nərimanov, 22 yaşlı Sadiq Əliyev və 21 yaşlı Emin Zahidovdur. Dəstənin digər üzvü Famil Rəhimov isə axtarışdadır. Saxlanılan şəxslər gecə saatlarında insanlara yaxınlaşaraq hədə-qorxu gəlib pullarını və mobil telefonlarını alıblar. Faktla bağlı Xətai RPİ-də Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. -
06-29-2008, 02:21 PMAPABaş Şirvan Kollektorunda 9-cu sinif şagirdi boğulub
[b]Baş Şirvan Kollektorunda 9-cu sinif şagirdi boğulub[b]
Şirvan. Əlibəy Zeynalov - APA. Azərbaycanın Şirvan şəhərində 9-cu sinif şagirdi kanalda boğulub.
[Bu barədə APA-nın Mil-Muğan bürosunun şəhər polis şöbəsindən məlumat verilib.Şöbədən bildirilib ki, Şirvan sakini M.Mirzəyev küçəsi,5 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Qurbanov Elçin Mehman oğlu Baş Şirvan Kollektorunun şəhər ərazisindən keçən hissəsində çimərkən boğulub. Cəsədin axtarışları FHN-in 4 nəfərdən ibarət dalğıc heyəti tərəfindən həyata keçirilsə də, hələ bir nəticə əldə olunmayıb. Kanal boyu bir neçə kilometr məsafədə cəsədin axtarışları davam etdirilir. -
06-30-2008, 10:11 AMAPAErmənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri iyunun 29-da saat 13.00-dan 13.21-dək və iyunun 30-da saat 01.30-dan 01.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 15.00-dan 15.20-dək və 05.15-dən 05.35-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 05.30-dan 05.47-dək isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-30-2008, 10:41 AMAPABatumidə GUAM milli əlaqələndiricilərinin toplantısı keçirilir
[b]Batumidə GUAM milli əlaqələndiricilərinin toplantısı keçirilir[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Gürcüstanın Batumi şəhərində Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM-ın milli əlaqələndiricilərinin görüşü başlayıb.
[Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun da iştirak etdiyi görüşdə GUAM-ın sabah başlayacaq üçüncü sammitinin gündəliyi müzakirə edilir. Sammit "GUAM Avropanın şərqini birləşdirir" devizi altında keçiriləcək. Artıq üzv ölkələrin müxtəlif sahələr üzrə ekspertləri bir araya gələrək zirvə toplantısında qəbul ediləcək sənədləri hazırlayıblar. Xarici İşlər Nazirləri Şurasının iclası isə sabah - dövlət başçılarının görüşündən əvvəl keçiriləcək. GUAM-ın sammitində 25 ölkə və beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri iştirak edəcək. Toplantının yekununda Batumi Bəyannaməsi, birgə kommünike, nəqliyyat və tranzit potensialından istifadə haqqında Bəyannamə, Gürcüstanın təşkilatda sədrlik proqramı qəbul olunacaq. Sammit çərçivəsində ənənəvi GUAM+ABŞ, GUAM+Avropa Birliyi, GUAM+Yaponiya görüşləri də nəzərdə tutulub. -
06-30-2008, 11:11 AMAPAMəhəmməd Əmin Rəsulzadənin naşirliyi altında Berlində çıxan "Qurtuluş" jurnalının yeni nüsxələri tapılıb
[b]Məhəmməd Əmin Rəsulzadənin naşirliyi altında Berlində çıxan "Qurtuluş" jurnalının yeni nüsxələri tapılıb[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin naşirliyi altında Berlində çıxarılan "Qurtuluş" jurnalının 1935-1937-ci illərdə işıq üzü görmüş təxminən 50-70 arasında yeni nüsxələri tapılıb.
[Nüsxələri Berlində fəaliyyət göstərən Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu dünya şöhrətli Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin tədqiqatı ilə məşğul olarkən aşkarlayıb. Bu barədə APA-ya institutun direktoru Nuridə Atəşi məlumat verib. "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarı altında çıxan, Azərbaycan Milli Qurtuluş hərəkatının aylıq orqanı olan jurnalda M. Ə. Rəsulzadə, H. Münşi, M. Məmmədzadə, A. K. Qulu, Azəri, V. Nuhoğlu və Y. Əli baş yazar kimi fəaliyyət göstərib. Yeni aşkarlanan nüsxələrdə 1905 və 1918-ci illərdə həm ermənilərin, həm də bolşeviklərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları, vəhşiliklər, habelə həmin dövrün bir çox siyasi-ictimai və mədəni hadisələri şahidlərin və dövrü mətbuatın dili ilə aydınlığa çıxarılır. Bundan başqa, jurnalla xüsusi əməkdaşlıq edən Azərbaycanın milli şairi Almaz Yıldırımın dərgidə bir neçə şeiri (çox güman ki, indiyə qədər naməlum şeirləri-N.A.), müsahibələri, fikirləri dərc olunub. N. Atəşi bildirib ki, jurnalların ələ verilməsi və üzünün çıxarılması qadağan edildiyindən tədqiq etmə prosesi ləng gedir: "Lakin bu çətinliklərə baxmayaraq, institutumuzun əməkdaşları tədqiqata davam edirlər". Qeyd edək ki, "Qurtuluş" jurnalı 1934-1938-ci illərdə nəşr olunub. -
06-30-2008, 11:21 AMAPAUkrayna prezidenti bu gün Azərbaycana işgüzar səfərə gəlir
[b]Ukrayna prezidenti bu gün Azərbaycana işgüzar səfərə gəlir[b]
Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko bu gün Bakıya işgüzar səfərə gəlir.
[APA-nın məlumatına görə, günün ikinci yarısında başlayacaq səfər çərçivəsində Ukrayna prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, prezidentlərin iştirakı ilə Bakıdakı «Dostluq» kinoteatrının qarşısında Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olacaq. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Axşam saatlarında isə Yaşıl Teatrda V. Yuşşenkonun iştirakı ilə "Azərbaycanda Ukrayna Mədəniyyət Günləri"nin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Ukrayna incəsənət ustalarının konserti keçiriləcək. Ukrayna prezidenti GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Bakıdan Batumiyə gedəcək.