[b]TÜRKSOY Daimi Şurasının XXVI iclası gələn il Bakıda keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın mədəniyyət və turizm nazirinin səlahiyyətlərini icra edən Əbülfəs Qarayev TÜRKSOY Daimi Şurasının müvəqqəti koordinatoru seçilib. Bununla əlaqədar Azərbaycanın rəsmi nümayəndə heyətinə TÜRKSOY-un simvol və bayrağı təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu günlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində TÜRKSOY (Türk mədəniyyət və incəsənətinin birgə inkişafı üzrə Təşkilat) Daimi Şurasının XXV iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyi iclasda beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli və nəşriyyat sektorunun müdiri Çingiz Əlioğludan ibarət rəsmi nümayəndə heyəti ilə təmsil olunub.TÜRKSOY-un iclaslarının türkdilli dövlətlərin əhəmiyyətli tədbirlərinin qeyd olunması ilə eyni vaxtda keçirilməsi nəticəsində formalaşmış ənənəyə sadiq qalaraq, Daimi Şuranın XXV iclası görkəmli yazıçı Çingiz Aytmatovun 80 illik yubileyinə həsr olunmuş "Çingiz Aytmatov və müasirlik" Beynəlxalq Forumu çərçivəsində həyata keçirilib. TÜRKSOY Daimi Şurasının XXV İclasının gedişində təşkilatın fəaliyyəti və inkişaf perspektivləri məsələləri müzakirə edilib. İclas müddətində Ç. Aytmatova 15000 ABŞ dolları dəyərində TÜRKSOY III Beynəlxalq Mükafatının verilməsi qərarı qəbul olunub. Mükafat "Çingiz Aytmatov və Müasirlik" Beynəlxalq Forumunun bağlanma mərasimində yazıçının xanımına təntənəli surətdə təqdim edilib. TÜRKSOY rəssamlarının Kiprdə keçirilmiş 10-cu görüşünün nəticələrinə əsasən rəssam Adılbəy Bayterekov (Qırğızıstan) təsviri incəsənət sahəsində (1000 ABŞ dolları həcmində) TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb. Daimi Şura TÜRKSOY Baş Direktoru Müavinin başçılığı altında "TÜRKSOY təşkilatının yerləşdirilməsi haqqında təsisedici Protokol"a milli nümayəndələr və beynəlxalq heyətin statusu ilə bağlı müvafiq dəyişikliklərin daxil edilməsi məqsədilə İşçi qrupunun yaradılması haqqında qərar qəbul edib. İclasda eyni zamanda Türkiyə ərazisində musiqi kanalının yaradılmasına dair layihə dəstəklənib. Bu kanal təşkilatın məqsəd və vəzifələrinə uyğun olaraq fəaliyyət göstərəcək. Təşkilatın 15 illiyi ilə əlaqədar olaraq YUNESKO-nun qərargahında "TÜRKSOY Günləri"nin keçirilməsinə dair qərar qəbul olunub. Daimi Şura təşkilatın 2009-cu il üzrə Fəaliyyət Proqramını müzakirə edərək qəbul edib. Bu fəaliyyət Proqramına "TÜRKSOY mədəni turizm Proqramı"nın işlənib hazırlanması və həyata keçirilməsi, "TÜRKSOY mədəni irsinin Siyahısı"nın tərtib olunması, "TÜRKSOY xalqlarının milli musiqi alətlərinin təbliği" adlı layihənin hazırlanması və həyata keçirilməsi və "TÜRKSOY xalqlarının kulinariya sənəti" kataloqunun hazırlanması kimi Azərbaycan Respublikası tərəfindən təklif olunan bir sıra uzunmüddətli layihələr də daxil edilib. Azərbaycanın təşkilat çərçivəsində fəal rolu nəzərə alınaraq TÜRKSOY Daimi Şurasının XXVI iclasının 2009-cu ildə Bakıda keçirilməsi qərara alınıb.
Azərbaycan Xəbərləri
Printable View

10-29-2008, 07:10 PMAPATÜRKSOY Daimi Şurasının XXVI iclası gələn il Bakıda keçiriləcək

10-29-2008, 07:30 PMAPAAŞ PA insan haqları mükafatı təsis edib
[b]AŞ PA insan haqları mükafatı təsis edib[b]
[Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) insan haqları mükafatı təsis edib. APA-nın məlumatına görə, illik mükafat Avropada insan haqlarının müdafiəsi sahəsində fərqlənənlərə veriləcək. Mükafat ilk dəfə 2009-cu il iyunun 22-26-da keçiriləcək sessiya çərçivəsində təqdim olunacaq. Müsabiqədə istənilən qeyri-hökumət təşkilatının təmsilçisi iştirak edə bilər. Artıq ərizələrin qəbulu başlanıb. -
10-29-2008, 07:40 PMAPAAFFA UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub
[b]AFFA UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında quruma üzv assosiasiyaların baş katiblərinin toplantısı olub. "APA-SPORT"un məlumatına görə, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov da iştirak edib.UEFA-nın prezidenti Mişel Platini və baş katib Devid Teylorun iştirakı ilə bu gün keçirilən tədbirdə ölkəmizlə bağlı qərar çıxarılıb. Belə ki, AFFA rəsmən UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub. Bununla əlaqədar müvafiq sənədi AFFA tərəfindən Elxan Məmmədov imzalayıb.Qeyd edək ki, Kütləvi Futbol Proqramının əsas məqsədi qitənin müxtəlif ölkələrində "idman şahı"nı daha da kütləviləşdirməkdən, məhəlli və uşaq futbolunu inkişaf etdirməkdən ibarətdir. -
10-29-2008, 07:50 PMAPAUkrayna parlamenti növbədənkənar seçkiyə pul ayırmayıb
[b]Ukrayna parlamenti növbədənkənar seçkiyə pul ayırmayıb[b]
[Kiyev - APA. Ukrayna Ali Radası növbədənkənar parlament seçkilərinin maliyyələşdirilməsi üçün 2008-ci ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsini dəstəkləməyib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, layihənin lehinə 222 deputat (Regionlar Partiyasından 170, "Bizim Ukrayna"dan 35, Litvinin blokundan 17 nəfər) səs verib və sənədin qəbulu üçün 4 səs çatmayıb. "Yuliya Timoşenko" bloku ilə kommunistlər layihənin əleyhinə çıxıblar. Beləliklə, Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsi sual altında qalıb. -
10-29-2008, 08:00 PMAPAAzərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ ticarət nazirinin müavini ilə görüşüb
[b]Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ ticarət nazirinin müavini ilə görüşüb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan ABŞ ticarət nazirinin müavini Con Sallivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Ölkədə həyata keçirilən layihələrin müvəffəqiyyətlə reallaşdırılmasında ABŞ-ın dəstəyinin mühüm rol oynadığını deyən R.Abdullayev Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərləri işə düşəndən sonra ölkənin neft və qaz nəqli sahəsində heç bir probleminin qalmadığını bildirib. Bu yaxınlarda Bakı-Supsa kəmərində təmir işlərinin başa çatdırıldığını söyləyən ARDNŞ prezidenti, artıq həmin kəmərin də regiondan enerji nəqli marşrutlarının diversifikasiyasına böyük töhfə verdiyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən C.Sallivan isə ABŞ-ın bu istiqamətdə həyata keçirilən layihələrə dəstək verəcəyini söyləyib. Görüş zamanı ABŞ nümayəndə heyətinə «Şahdəniz» layihəsinin II fazasına hazırlıq işlərinin gedişi barədə məlumat verilib. Azərbaycanın Qərbə qaz nəqli üçün mövcud olan müxtəlif marşrutları və qaz kəmərləri layihələrini nəzərdən keçirdiyi bildirilib. -
10-29-2008, 08:10 PMAPAAzərbaycan paytaxtında ata azyaşlı oğlunun başını kəsib
[b]Azərbaycan paytaxtında ata azyaşlı oğlunun başını kəsib[b]
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ata azyaşlı oğlunun başını kəsib, həyat yoldaşını isə bıçaqla ağır yaralayıb.
[Qətl hadisəsi Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Xalis Mürsəlov azyaşlı oğlu Nurullah Mürsəlovun boğazını bıçaqla kəsib. Körpə yerindəcə keçinib. X. Mürsəlov daha sonra həyat yoldaşı Lamiyə Mürsəlovaya bıçaqla ağır bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb. L. Mürsəlova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. Hazırda Suraxanı rayon Polis İdarəsinin əməkdaşları X. Mürsəlovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Suraxanı RP-da Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-29-2008, 08:20 PMAPACon Sallivan: "Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm"
[b]Con Sallivan: "Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm"[b]
[Bakı. Viktoriya Dementyeva - APA. "Mən Bakıya ABŞ hökumətinin Azərbaycan hökumətinə və iqtisadiyyatına dəstəyini nümayiş etdirmək üçün gəlmişəm". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Kommersiya Departamenti katibinin müavini Con Sallivan deyib. O bildirib ki, ABŞ-ın məqsədi Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş islahatların davam etdirilməsində hökumətə yardımçı olmaqdır. Qonaq hesab edir ki, iqtisadi inkişafın əsas şərtlərindən biri korrupsiya və bürokratiyanın azaldılması və iqtisadiyyatın diversifikasiyasıdır. C. Sallivan hazırda Azərbaycanda 100-dən çox ABŞ şirkətinin fəaliyyət göstərdiyini, ikitərəfli iqtisadi əməkdaşlıq gücləndikcə, onların sayının artacağını söyləyib. O, ABŞ-ın Azərbaycanda yüksək texnologiyalar, aqrar-sənaye və infrastruktur sahələrinə daha çox maraq göstərdiyini vurğulayıb. Qeyd edək ki, C. Sallivan Azərbaycan prezidenti, Dövlət Neft Şirkətinin prezidenti, maliyyə naziri, iqtisadi inkişaf naziri və Azərbaycanda fəaliyyət göstərən amerikalı iş adamları ilə görüşüb. -
10-29-2008, 08:30 PMAPAErmənistan 2009-cu ildə separatçı Dağlıq Qarabağ rejiminə 100 mln. ABŞ dolları həcmində kredit ayıracaq
[b]Ermənistan 2009-cu ildə separatçı Dağlıq Qarabağ rejiminə 100 mln. ABŞ dolları həcmində kredit ayıracaq[b]
[Bakı. Rəşad Süleymanov - APA. Ermənistan 2009-cu ildə separatçı Dağlıq Qarabağ rejiminə 33,1 mlrd. dram (100 mln. ABŞ dolları) kredit ayırmağı planlaşdırır. APA-nın məlumatına görə, Ermənistan KİV-inə açıqlamasında bu ölkənin maliyyə naziri Tiqran Davatyan bildirib. T. Davatyanın sözlərinə görə, Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində kreditlərin verilməsi üçün 34,5 mlrd. dram nəzərdə tutulub ki, bunun da 33,1 mlrd. dramı Dağlıq Qarabağa veriləcək. Qeyd edək ki, Ermənistanın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2,9 mlrd. dollar, xərcləri isə 3,1 mlrd. dollar proqnozlaşdırılır. -
10-29-2008, 08:50 PMAPAOmbudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar
[b]Ombudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar[b]
[Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bayıldakı 1 saylı istintaq təcridxanasında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar Ombudsmana müraciət edən şəxslərlə görüşüblər. Saxlanılan şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, saxlanılma şəraitindən narazı olmadıqlarını söyləyiblər. Məlumata görə, bəzi təqsirləndirilən şəxslər istintaqın qeyri-obyektiv aparılması ilə bağlı narazılıqlarını ifadə ediblər. Ombudsmanın nümayəndələri qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi üçün Müvəkkilə məlumat veriləcəyini qeyd ediblər. -
10-29-2008, 09:20 PMAPADaxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib
[b]Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir sıra polis şöbələrinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis sahə inspektoru, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələri üzrə vakant yerlər müsabiqəyə çıxarılıb. Müsabiqə test imtahanları və müsahibədən ibarətdir. Test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. Test imtahanlarından müvəffəqiyyət qazanan namizədlər isə müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılacaq. -
10-30-2008, 11:10 AMAPAOktyabrın 31-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək
[b]Oktyabrın 31-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək[b]
Bakı-APA. Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının iştirakı ilə noyabrın 2-də Moskvada keçiriləcək görüşdən öncə hər üç ölkənin xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur.
[APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin vəzifəsini icra edən Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, oktyabrın 31-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Nazir görüşlərin nəticələri barədə prezidentlərə məruzə ediləcəyini bildirib. Yalnız bundan sonra dövlət başçılarının görüşü keçiriləcək. Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkünlüyü barədə sualı cavablandıran Məmmədyarov bildirib ki, bu məsələ danışıqlar mövzusu deyil. -
10-30-2008, 11:20 AMAPAMetyu Brayza: "Həmsədrlər noyabrın 1-də Moskvada görüşəcəklər" - EKSKLÜZİV
[b]Metyu Brayza: "Həmsədrlər noyabrın 1-də Moskvada görüşəcəklər" - EKSKLÜZİV[b]
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin növbəti görüşü noyabrın 1-də Moskvada keçiriləcək.
[Bu barədə APA-ya ATƏT-in Mİnsk Qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib. Onun sözlərinə görə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar məsələsi müzakirə olunacaq. Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçiriləcək görüşündən bir gün əvvəl baş tutacaq. Qeyd edək ki, oktyabrın 31-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Görüşdən bir gün sonra XİN başçılarının ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşü planlaşdırılır. -
10-30-2008, 11:30 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat)Satış (manat)17,60 -
10-30-2008, 11:40 AMAPAABŞ və Rusiya ötən il ümumilikdə 35 milyard dollarlıq satıb
[b]ABŞ və Rusiya ötən il ümumilikdə 35 milyard dollarlıq satıb[b]
[Vaşinqton. Rəşad Süleymanov-APA. Rusiya silah ixracının həcminə görə dünya ölkələri sırasında tutduğu ikinci yeri qorumağa müvəffəq olub. APA-nın məlumatına görə, ABŞ Konqresinin dünyada silah satışına dair hazırladığı hesabatda bildirilir ki, Rusiya ötən il 10,4 milyard dollar həcmində silah satıb. Planetin silah bazarında həyata keçirilən ticarət əməliyyatlarının 17,4 faizi Rusiyanın payına düşür. 2006-cı ilə nisbətən Rusiya silah satışının həcminin 2,3 milyard dollar artırmağa nail olub. Rusiyadan silah alan əsas ölkələr Hindistan və Çindir. Hesabat müəllifləri Moskvanın Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiya regionlarının silah bazarında da aktivləşməyə başladığını qeyd edirlər. "Soyuq müharibə" başa çatdıqdan sonra ilk dəfə ötən il Rusiya Latın Amerikası ölkələrinə silah satıb. Dünyanın silah satışı bazarında liderlik əvvəlki kimi Birləşmiş Ştatlara məxsusdur. 2007-ci ildə ABŞ 24,8 milyard dollarlıq silah satışı həyata keçirib ki, bu da bir il əvvəlki rəqəmdən 8,1 milyard dollar çoxdur. Hazırda leqal silah satışı bazarının 41,5 faizi Birləşmiş Ştatların payına düşür. Silah satışı sektorunda üçüncü mövqeyə ötən il 9,8 milyard dollarlıq silah satan Böyük Britaniya malikdir. Bu ölkə bir il ərzində silah satışının həcmini 5,7 milyard dollar artırmağa müvəffəq olub. 2007-ci ildə dünyada əsas silah alıcıları Səudiyyə Ərəbistanı, Hindistan və Pakistan olub. Səudiyyə Ərəbistanı silah almağa 10,6 milyard, Hindistan 5 milyard, Pakistan 4,2 milyard dollar pul xərcləyib. Səudiyyə Ərəbistanının silah almağa ayırdığı vəsaitin 9 milyardını 72 ədəd "Eurofighter Typhoon" qırıcı təyyarələri almağa sərf edib. -
10-30-2008, 11:50 AMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD -
10-30-2008, 12:00 PMAPAAzərbaycan bankların məcmu mənfəəti son bir ildə 76% artıb
[b]Azərbaycan bankların məcmu mənfəəti son bir ildə 76% artıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2008-ci ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi məcmu mənfəət 351,61 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün analoji göstəricisindən 75,7% çoxdur. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların vergi ödənilənədək mənfəəti 205,33 mln. manat təşkil edib. Bu da 2007-ci ilin analoji 9 aylıq göstəricisini 63,3% üstələyir. Mənfəətin strukturunda faiz gəlirləri 708,98 mln. manat (illik artım - 90,5%), faiz xərcləri 318,62 mln. manat (artım - 2,04 dəfə), qeyri-faiz gəlirləri 210,82 mln. manat (artım - 48,4%), qeyri-faiz xərcləri isə 249,58 mln. manat (artım - 58,3%) təşkil edib. Göründüyü kimi, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyir ki, bu tendensiya artıq son illər Azərbaycanın özəl bank sistemində adət halını alıb. Faiz gəlirlərinin əsas hissəsi (630,57 mln. manat və ya 88,9%) müştərilərə verilən kreditlər hesabına formalaşıb. Bu dominantlıq da artıq bank sistemində uzun müddətdir müşahidə olunur, çünki banklar əsasən kreditləşmədən gəlir götürür, qeyri-faiz əməliyyatlarından isə yalnız zərər çəkir. Qeyri-faiz xərclərinin formalaşmasında əmək haqlarının ödənilməsi (41,6%), digər əməliyyat xərcləri (32,5%) və əsas vəsaitlərlə bağlı xərclər (25,9%) iştirak edib. Aşağıdakı cədvəldə 2008-ci və 2007-ci ilin yanvar-sentyabr ayları üzrə bankların mənfəətinin müqayisəsi aparılır (mln. manatla): Göründüyü kimi, cari ilin üç rübü ərzində banklar tərəfindən əldə olunan mənfəət ötən ilin analoji məcmu göstəricisini üstələyir. -
10-30-2008, 12:10 PMAPATeymur Rəcəbov ukraynalı qrossmeysterə uduzub
[b]Teymur Rəcəbov ukraynalı qrossmeysterə uduzub[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Teymur Rəcəbov Fransanın Kap-D’Aqd kurort şəhərində təşkil olunan ənənəvi beynəlxalq şahmat festivalının nüfuzlu rapid turnirində mübarizəni dayandırıb. "APA-SPORT"un məlumatına görə, 21 yaşlı qrossmeysterimiz yarışın 1/4 finalında Vasili İvançuka (Ukrayna) məğlub olub. Tərəflər arasında keçirilən ardıcıl iki görüşdə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Son iki oyun isə İvançukun üstünlüyü ilə başa çatıb. Ümumi hesabda rəqibinə 1:3 uduzan Rəcəbov festivalla erkən vidalaşmaq məcburiyyətində qalıb. Qeyd edək ki, rapid turnirin mükafatçıları noyabrın 1-də bəlli olacaq. -
10-30-2008, 12:20 PMAPAAzərbaycan Türkmənistanın BMT-də irəli sürdüyü təşəbbüsü dəstəkləyib
[b]Azərbaycan Türkmənistanın BMT-də irəli sürdüyü təşəbbüsü dəstəkləyib[b]
[Bakı. Laçın Sultanova - APA. Azərbaycan BMT Baş Assambleyasının İkinci Komitəsində keçirilən müzakirələr zamanı Türkmənistanın təqdim etdiyi layihəni dəstəkləyib. APA-nın məlumatına görə, Türkmənistanın BMT-dəki daimi nümayəndəsi Aksoltan Atayeva "Enerji daşıyıcılarının etibarlı və stabil tranziti və onun dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın təminatında rolu" adlı qətnamə layihəsi təqdim edib. Bir çox ölkə, o cümlədən Azərbaycan bu təşəbbüsə qoşulacağını bildirib. Layihədə qlobal proseslərdə enerji daşıyıcıları tranzitinin artan rolu qeyd olunur, Mərkəzi Asiya və digər nəqliyyat-kommunikasiya qovşaqlarının enerji daşıyıcılarının beynəlxalq səviyyədə hasilatı və nəqlində əhəmiyyəti vurğulanır. Bununla bağlı 2009-cu ildə Türkmənistanda yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur. -
10-30-2008, 12:30 PMAPAAzərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı Özbəkistanda həbs edilib
[b]Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı Özbəkistanda həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı İnterpolun xətti ilə Özbəkistanda həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gürcüstan vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbi Əflatun oğlu Əliyev 2006-cı ildən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Bildirilib ki, o, həmin dövrdə üzvü olduğu Gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrupun daxilində Azərbaycanın paytaxtında və digər bölgələrdə quldurluq və adam öldürmək kimi cinayətlərdə iştirak edib. Məlumata görə, 7 nəfərdən ibarət olan bu qrupun N. Əliyevdən başqa bütün üzvləri 2007-ci ildə həbs olunub. Barəsində beynəlxalq axtarış elan edilmiş N. Əliyev isə Nərimanov rayon Polis İdarəsi tərəfindən İnterpolun xətti ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində həbs edilib. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür. -
10-30-2008, 12:40 PMAPAAzərbaycanda bu il ərzində insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb
[b]Azərbaycanda bu il ərzində insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycanda bu ilin ötən dövründə insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb.
[Bu 2007-ci illə müqayisədə 119 fakt çoxdur. Onlardan 68-i Cinayət Məcəlləsinin insan alveri maddəsi üzrə olub. Törətdikləri hüquqazidd əməllərə görə 315 şəxs cinayət məsuliyyətinə cəlb edilib". APA-nın xəbərinə görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Milli Məclisə hazırladığı məruzəsində yer alıb. Milli Məclisin növbəti iclasında təqdim olunacaq məruzədə insan alverinin qurbanı olan 72 nəfər müəyyən edildiyi, onların da demək olar ki, hamısı qadınlar olduğu əks olunub. Məruzə axtarışda olan 79 nəfərin 52 faizinin (41 nəfər), o cümlədən İnterpol xətti ilə 6-nın tutulması təmin edildiyi, 38 cinayətkar qrupun zərərsizləşdirildiyi qeyd olunub. Məruzədə ABŞ Dövlət Departamentinin 2007-ci il üçün hesabatında Azərbaycanın "2-ci qrupun" nəzarət siyahısına enməsinin anlaşılmaz olduğu bildirilib: "Hesabatın istinad olunduğu mənbələr, qiymətləndirmə kriteriyaları təəccüb doğurmaya bilməz. Araşdırmalar göstərir ki, insan alverinin qarşısının alınması sahəsində yetərli təcrübəsi olmayan bəzi qeyri-hökumət təşkilatlarının subyektiv fikri, eləcə də qərəzli mövqeyi ilə seçilən ayrı-ayrı hüquq müdafiəçilərinin məlumatları əsasında hazırlanan həmin sənəddə öz əksini tapmış məqamlar əslində həqiqəti əks etdirmir". Məruzədə latent xarakter daşıyan bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007-ci ildə həyata keçirilən tədbirlərin əvvəlki dövrlərlə müqayisədə daha fəal olmaqla məqsədyönlü xarakter daşıdığı, müvafiq iş göstəricilərinin dinamikasının yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunub: "Belə ki, respublika qanunvericiliyində insan alverini özü-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən normanın təsbit edildiyi 2005-ci ilin sentyabr ayından sonrakı dövrdə - yəni 2006-cı ildə 27 fakt, 86 qurban, 2007-ci ildə 74 fakt, 101 qurban aşkar edilmişdisə, təkcə bu ilin 10 ayında 68 cinayət faktı və 72 qurban müəyyən olunub. Göstərilən artım ildən-ilə fəaliyyətin effektivliyinin və qeyri-aşkar şəraitdə törədilən müvafiq əməllərin aşkarlanması üzrə işin yaxşılaşmasından, əməkdaşların professionallığının yüksəlməsindən, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin məqsədyönlü və düzgün qurulmasından irəli gəlir". Qeyd olunub ki, qurbanların sayının əvvəlki illə müqayisədə çox olması - məhz insan alverinə qarşı aparılan sistemli mübarizənin məntiqi nəticəsidir. Məruzədə, həmçinin 2008-ci ilin ötən dövründə sığınacağa yerləşdirilən 48 nəfərdən əksəriyyətinin cəmiyyətə reinteqrasiya olunduğu, 7-nin işlə təmin edildiyi, 3-ün peşə kurslarına göndərildiyi, 9 qurbana cinayət nəticəsində dəymiş maddi ziyanın isə məhkəmə proseslərində ödətdirildiyi əks olunub: "İnsan alverindən zərər çəkmiş 41 nəfərə reinteqrasiya dövründə müavinətlər verilib". Koordinatorun məruzəsində insan alverinə qarşı mübarizədə iştirak edən qeyri-hökumət təşkilatları şəbəkəsinin, eləcə də "Traffikinq" adlanan yeni internet satının yaradılmasının nəzərdə tutulduğu bildirilib: "Hazırda aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizmlərinin yaradılmasına dair məsləhətləşmələr keçirilir. Eyni zamanda, Azərbaycan prezidentinin İcra Aparatı ilə birgə yeni Milli Fəaliyyət Proqramının hazırlanması yönündə iş aparılır". -
10-30-2008, 12:50 PMAPASevda Ələkbərzadə Vyana Musiqi Festivalında iştirak edəcək
[b]Sevda Ələkbərzadə Vyana Musiqi Festivalında iştirak edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist Sevda Ələkbərzadə oktyabrın 31-dən Avropa ölkələrinə turneyə çıxacaq. Bu barədə APA-ya məlumat verən müğənni bildirib ki, bu turne Avstriyanın "Sargfabrik" Mədəniyyət Mərkəzi və Almaniyanın "Elen Music" Musiqi Agentliyinin dəvətə ilə həyata keçiriləcək. Noyabrın 8-dək davam edəcək səfər çərçivəsində S. Ələkbərzadənin noyabrın 5-də keçiriləıcək Vyana Musiqi Festivalında da iştirakı nəzərdə tutulur. Sözügedən festivalda S.Ələkbərzadə "Salam, şərq mədəniyyəti" adlı etno-caz stilində olan proqramla Azərbaycanı təmsil edəcək. Bununla bərabər müğənni Avstiya və Almaniyada solo konsert proqramı ilı çıxış edəcək. Turnedəki konsertlərdə S.Ələkbərzadəni fortepianoda Emil İbrahim, tarda Malik Mansurov, nağarada Natiq Şirinov, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Vaqif Əliyev müşayiət edəcək. -
10-30-2008, 01:00 PMAPAAzərbaycan paytaxtında 9-cu sinif şagirdi dostunu bıçaqlayıb
[b]Azərbaycan paytaxtında 9-cu sinif şagirdi dostunu bıçaqlayıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 9-cu sinif şagirdi pul üstündə dostunu bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Zamir Qərib oğlu Yusifov dostu, 10-cu sinif şagirdi, 1991-ci il təvəllüdlü Əli Hakim oğlu Məmmədovu bıçaqlayıb. Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan Ə. Məmmədovun üzərində cərrahiyyə əməliyyatı aparılıb, öd kisəsi yararsız hala düşdüyü üçün çıxarılıb. Z. Yusifov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Saxlanılan şəxs ilkin dindirilmə zamanı hadisəni pul üstündə törətdiyini etiraf edib. Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsi tərəfindən araşdırma aparılır. -
10-30-2008, 01:10 PMAPASalam Sarvan: "Artıq öz həyatım özüm üçün müzakirə predmeti deyil" - MÜSAHİBƏ
[b]Salam Sarvan: "Artıq öz həyatım özüm üçün müzakirə predmeti deyil" - MÜSAHİBƏ[b]
"Kəskin ədəbi kriteriyadan yanaşsaq, Azərbaycan ədəbiyyatında istedadlı yazarların sayı beş-altıdan o yana keçməz"
[Bakı. Elbrus Seyfullayev - APA. Şair Salam Sarvanın APA-ya müsahibəsi- Görüşə niyə gecikirsiniz?- Bizdə bu suala ənənəvi bir bəhanə ilə cavab verilir - tıxaca düşmüşdüm. Bir də ki, görüş üçün təyin edilən yeri tapa bilmirdim. Biz tələbə olanda uşaqlarla görüşmək üçün konkret yerlər var idi. İndi şəhər çox dəyişib, inkişaf edib. Açığını deyim ki, belə vəziyyətdə adam görüş yerini müəyyənləşdirməyə çətinlik çəkir. - Ola bilər ki, adamlar da daha əvvəlki kimi tez-tez görüşmürlər.- Bu da var. Digər tərəfdən də ünsiyyət üçün geniş imkanlar yaranıb, texnologiya inkişaf edib, hamının mobil telefonu var. Zamanın sürəti artdıqca biz onunla ayaqlaşmaq istəyirik. Zamanla ayaqlaşmaq üçün qaçmaq lazımdır, qaça-qaça da adətən adam üstündən nəyisə salıb itirir və onun fərqinə varmır. Biz bu qaçışda çox şeyi itirməyimizin fərqində deyilik. Onlardan biri də insanlar arasında ünsiyyətin yoxa çıxmasıdır. Ancaq yadlaşmaqla kifayətlənsəydik yaxşı idi. Bununla yanaşı, faciəli bir proses də gedir - adamların bir-birinə qənim, düşmən kəsilməsi... - Nə işlə məşğulsunuz?- Mən əbədi işimlə məşğul olmaqla yanaşı, nəşriyyatda da işləyirəm. Kitab nəşr edirik. Ümumiyyətlə, kitabla istənilən ünsiyyət maraqlıdır. - İndi nə yazırsınız?- Sonuncu kitabım 2006-cı ildə çıxıb. Bu kitabın adı "Şir bürcü, at ili, it günü" idi. İndiyə kimi cəmi üç kitabım çap olunub. Son kitabımı tərtib edəndə hiss etdim ki, kitablarımın nəşri beş ildən bir alınır. Mənə elə gəlir ki, artıq ədəbiyyatda janrlararası ziddiyyətlərin itməsi prosesi gedir. Vaxt gələcək, filankəsin şeiri, hekayəsi ifadələri yox, filankəsin yazısı ifadəsi işlənəcək. Beş il bundan əvvəl yazdığıma şeir deyirdimsə, indi ona sadəcə, yazı deyirəm. - Bir vaxtlar sizin ədəbi nəslin nümayəndələri arasında Yazıçılar Birliyindən çıxanlar oldu. Siz nə əcəb getmədiniz?- Yazıçılar Birliyindən çıxanların arqumentləri arasında obyektiv məqamlar var idi. Bu məqamlar üzərində mən də düşünmüşəm. Bir müddət Yazıçılar Birliyinin ünvanına tənqidi yazılar da yazdım. Sonradan gördüm ki, cəmiyyətimizdə gedən proseslər Yazıçılar Birliyindən də yan keçməyib. Atılan hər bir addım nəyəsə xidmət etməlidir. Elə yerlər var ki, orada qalmaqla getməyin heç bir fərqi yoxdur. Ona görə də, bu addımı qabarıq şəkildə atmağa ehtiyac duymadım. Təşkilatdan çıxmaq problemin həlli yolu deyildi. Ancaq məlum oldu ki, təşkilatda qalmaqla da heç nəyi həll etmək olmur. - Yazıçılar Birliyinin yazıçıların həyatında böyük rol oynaya biləcək quruma çevrilməsi üçün nə etmək lazımdır?- Bunun üçün hökumətin ədəbiyyat siyasəti olmalıdır. Bu gün Azərbaycan hökumətinin idmana, incəsənətə, hətta şou-biznesə yönəlik siyasəti var. Son vaxtlar hökumətin ədəbiyyat siyasətinin həyata keçirilməsi istiqamətində də müəyyən cəhdlər edilir. Ədəbiyyata münasibət idmana münasibət qədər xüsusi olmalıdır. Məsələn, Orxan Pamukun aldığı Nobel mükafatının Türkiyəyə gətirdiyi nüfuz, əlli idmançının qazandığı qələbədən, gətirdiyi nüfuzdan qat-qat artıqdır. Yəni bu reallığı qəbul etmək lazımdır. - Siz hesab edirsiniz ki, Azərbaycanda Orxan Pamuk qədər güclü yazıçı var?- Orxan Pamuk Nobel mükafatını alana qədər Türkiyədə də adamlar bir-birinə bu cür ironik suallar verirdilər.- Gəlin unutmayaq ki, Orxan Pamuk Nobel alana qədər dünyanın məşhur və çox oxunan yazıçılarından biri idi.- Şübhəsiz ki, ədəbiyyatı fərdlər yaradır. Əslində məntiqlə məsələni belə qoymaq olar ki, hər bir istedadı öz taleyinə buraxmaq lazımdır. Yəni getsin Orxan Pamuk kimi özünü təsdiq etsin. Azərbaycan sərhədləri daxilində bu fərdlər özlərini təsdiq edə bilər. Ancaq Orxan Pamukun Türkiyə sərhədlərini aşmasında xüsusi məqamlar var idi. Bu, onun istedadı ilə bağlı deyildi. Xaricə çıxmağın birinci yolu tərcümədən keçir. Azərbaycanda mərkəzləşdirilmiş tərcümə mexanizmi qurulmayıb. - Bəs Azərbaycan Tərcümə Mərkəzi?- Bu qurumun sistemli fəaliyyətinin nəticəsini mənə göstərin. Biz bu gün hansı dünya yazarlarını tərcümə edib, Azərbaycan oxucusuna təqdim etməliyik? Bu iş sistemli qaydada, siyahı tutulmaqla olmalıdır. Biz hansı Azərbaycan yazıçısını dünya səviyyəsinə çıxmağa hazır hesab edirik? Hesab edək ki, Azərbaycan ədəbiyyatının səviyyəsinin dünya ədəbiyyatı səviyyəsində olmadığı haqda düşünənlərin fikirləri düzdür. Axı bu gün Azərbaycanda 20 çap vərəqində dünya ədəbi standartına uyğun nümunələr var. Müxtəlif müəlliflərin bu əsərlərini bir toplu kimi dünyada təbliğ etmək olar. - Siz yaradıcılığınızı həmin topluda görürsünüz?- Elə mətnlərim var ki, o topluda görürəm. Mən bayaq hökumətin ədəbiyyat siyasəti deyəndə məhz müəyyən layihələrin reallaşdırılmasını da nəzərdə tuturdum. Yəni ədəbiyyatı Yazıçılar Birliyinin inhisarına vermək olmaz. Bu gün istənilən nazir hər hansı ədəbiyyat layihəsi həyata keçirmək istəyəndə Yazıçılar Birliyi ilə məsləhətləşir və ona elə gəlir ki, Azərbaycanda ədəbiyyata aid yalnız bir ünvan var. Bu gün Yazıçılar Birliyini Ədəbiyyat Nazirliyi kimi təsəvvür edirlər. Bu, düzgün siyasət deyil. Elə ədəbi layihələr maliyyələşdirilməlidir ki, sağlam rəqabət yaransın. Bir yox, bir neçə Yazıçılar Birliyinin yaranmasına rəvac verən rəqabətə kapital qoyulmalıdır. İnkişaf bu zaman baş verə bilər. - Azərbaycanda bir neçə yazıçı birlikləri yaranıb axı.- Söhbət hansı təşkilatdan gedir? - Məsələn, Azad Yazarlar Ocağından. - Azad Yazarlar Ocağı bu gün bütün mahiyyət etibarilə Azərbaycan Yazıçılar Birliyinin "kserokopiyası"dır. Hətta bu qurum o mənada Yazıçılar Birliyindən bir qədər də qabağa gedib. - Amma onlar ədəbiyyata yeni ideyalar, yeni yaradıcılıq forması gətirdiklərini iddia edirlər. - Bu, şüarçılıqdır. Mən dedim axı bu təşkilatın mahiyyətinə fikir verin. Azərbaycan Yazıçılar Birliyindəki proseslər Azad Yazarlar Ocağında da gedir. Ədəbiyyatı monopoliyaya almaq cəhdi, tənqidə dözümsüzlük və mənim sadalamaq istəmədiyim digər səbəbləri də üst-üstə gəlsəniz, həmin mənzərə yaranır. - Bəs onlar niyə özlərini başqa cür təqdim edirlər? - Mən iddia edirəm ki, kosmonavtam. Axı mən uça bilmirəm. Yəni bunlar şüarçılıqdır. Yeni düşüncə və təfəkkürün ifadəsi konkret mətnlərdə olmalıdır. İddiası heç bir məntiqə sığmayan o adamların mətnlərinə baxın. Orada hansı yeni təfəkkürü görürsünüz? Bir dəfə dedim ki, Azad Yazarlar Ocağının yeni təfəkkür adı ilə cəmiyyətə sırımaq istədiyi təfəkkür köhnədir. Onlardan biri mənə sual verdi ki, bəlkə sizin yenilikdən başınız çıxmır, ona görə belə düşünürsünüz? Mən də ona cavab verdim ki, tutalım mənim yenilikdən başım çıxmır, köhnədən ki başım çıxır. Köhnədən başım çıxdığı üçün də bilirəm ki, orada təzə heç nə yoxdur. Bu gün yaxşı bədii mətn yaratmaq lazımdır, buna isə heç kim mane olmur. - Gələn il Azərbaycan Yazıçılar Birliyinə yeni sədr seçiləcək. Ortaya iddia qoymaq fikriniz yoxdur ki?- Mən o halda iddia qoyaram ki, Yazıçılar Birliyinin sədrini yazıçılar özləri seçsinlər. - Sizcə kim Yazıçılar Birliyinin sədri olsa, vəziyyət düzələr? - Mən hesab edirəm ki, Yazıçılar Birliyinin sədri yazıçı olmasa yaxşıdır. Necə ki, futbol klubunun prezidentinin futbolçu olması şərt deyil. Hətta Yazıçılar Birliyinin sədrinin iş adamı olması daha yaxşı olardı. Bu adam öz imkanlarını təşkilatın inkişafına yönəldə bilər. Digər tərəfdən də onun ədəbiyyat iddiası olmayacaq. Yazıçılar Birliyinin sədrinin yazıçı olması o deməkdir ki, onun ədəbiyyat iddiası var və bəzən qurumun imkanlarını da öz iddialarına uyğun yönəldir. - Azərbaycan ədəbiyyatında bir nömrəli yazıçı və ya şair kimdir? - Mənim üçün sevimli müəlliflər yox, mətnlər var. Bu mənada yazıçıları nömrələmək ağlıma gəlməyib. - Yaxşı, Azərbaycanın ən istedadlı yazıçısı kimdir? - Azərbaycan poeziyasında və nəsrində əlliyə qədər istedadlı şəxsin adını saya bilərəm. Ancaq istedadı reallaşdırmaq məqamı tamamilə fərqlidir. Deyək ki, Azərbaycan ədəbiyyatında olan əlli istedadlı adamın yalnız üçü-dördü öz istedadını reallaşdıra bilib. Ona görə də kəskin ədəbi kriteriyadan yanaşsaq, Azərbaycan ədəbiyyatında istedadlı yazarların sayı beş-altıdan o yana keçməz. Ancaq bizim bir bəlamız da var ki, hər şeydə olduğu kimi, ədəbiyyatda da güzəştlə danışmışıq. - O beş-altı yazarın arasında öz adınız var?- Mən özümü şübhəsiz ki, onların içində görürəm. - Şeirləriniz xarici dillərə tərcümə olunub?- Cəmi ona qədər şeirim rus dilinə tərcümə edilib. Ancaq bu şeirlər rus oxucuları arasında yaxşı təbliğ olunmayıb. - Neçə yaşınız var? - 42. - İndi siz gənc şair sayılırsınız, yoxsa necə? - Vaqif Bayatlının çox sevdiyim bir şeri var: "Şairin qocası, gənci olmur. Bütün gözəl şairlər hamısı gəncdirlər". Mən onunla razıyam. - Söhbət 42 yaşında ən azı Azərbaycan miqyasında tam şəkildə tanınmaqdan, populyar olmaqdan gedir. - Mən artıq otuz yaşından sonra tanınmaq barədə düşünmürəm. Otuzu keçəndən sonra başa düşdüm ki, ədəbiyyat sadəcə, bizim həyat tərzimizə çevrilib. Ona görə də, bu taledə görünür, Allahın da iradəsi iştirak eləyir. Və bəzi məsələlər bizdən asılı deyil. Doğurdan da bəxti gətirən və gətirməyən yazar anlayışı düzdür. - Siz hansılardansınız?- Mən yazılarıma görə hörmət və diqqət görmüşəm. Təəssüf ki, biz ədəbiyyata təsərrüfat kimi yanaşmamışıq. Əkinçi dəni səpməklə kifayətlənmir. Səpilən dənin suvarılması, becərilməsi və bazara çıxarılıb satılması prosesi var. Biz indiyə kimi ədəbiyyatda dəni səpməklə kifayətlənmişik. Biz elə bilmişik ki, şairin işi şeiri kağıza köçürməkdən ibarətdir. Mətn yazılandan sonra onun taleyi ilə maraqlanmaq, təbliği və ədəbiyyat bazarına çıxarılması ilə məşğul olmaq lazımdır. Bizdə isə ədəbiyyat bazarı yoxdur. - Necə olur ki, Azərbaycanda kitab bazarı olmaya-olmaya "Əli və Nino" romanı son on ildə ən azı on dəfə təkrar nəşr edilir?- Bədii əsərin taleyi də olmalıdır. "Əli və Nino" çox gözəl əsərdir. Elə mətinlər var ki, onların bəxti gətirir. "Əli və Nino" əsərinin də bəxti gətirib. - İncəsənətdə sizin yaşda olanlar artıq "xalq artisti" fəxri adını alıb. - İndi mən xalq şairi olmalı idim? - Prinsipcə hə.- Xalq şairi ifadəsini, bu adın fəlsəfəsini qəbul eləmirəm. Ancaq mənə xalq şairi adı versələr, ondan imtina etmərəm. Saxta cığallıq təsiri bağışlayan addımlar atmaq mənasızdır. Mənə bu adı versələr, ondan imtina etməsəm də, heç bu adı da daşımayacağam. Tutaq ki, sən mənə bir alışqan hədiyyə edirsən. Mən o alışqandan imtina etmirəm, ancaq ondan istifadə də etmirəm. Mən öz siqaretimi kibritlə yandırıram. - Vaxtilə təmsil olunduğunuz Ana Vətən Partiyasından niyə getdiniz?- Çox gec başa düşdüm ki, məndən siyasətçi olmaz. Bundan sonra heç vaxt heç bir partiyanın üzvü olmayacağam. - Öz haqqınızda nə düşünürsünüz?- Mən özümü çoxdan analiz edib, qurtarmışam. Beş il bundan qabaq bu məsələni həll etmişəm. Bu gün özüm haqqında düşünmürəm. Artıq öz həyatım özüm üçün müzakirə predmeti deyil. - Hansı nəticəyə gəlmisiniz özünüz haqqında?- Mənim son yazılarımda özünə ironiya və gülüşü görmək olar. Həyatımız ironiya və gülüş obyektindən başqa heç nəyə yaramayan bir şeydir. Hər şey gülüş obyektidir. O sırada özüm də varam. Belə nəticəyə gəlmişəm ki, artıq hər şey gülmək üçündür... -
10-30-2008, 01:20 PMAPA2008-ci ilin noyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq tamaşaların proqramı
[b]2008-ci ilin noyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunacaq tamaşaların proqramı[b]
[Gün və saat Göstəriləcək tamaşalar 01.11.0818:00Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" -
10-30-2008, 01:30 PMAPAAzərbaycanda su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi üçün podratçı seçilir
[b]Azərbaycanda su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi üçün podratçı seçilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. «Azərsu» ASC «Azərbaycan Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi» çərçivəsində su təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının tikintisinə dair podratçı şirkətin seçilməsi məqsədilə tender keçirir.Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, su təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının tikintisi Xanlar, Goranboy, Ağstafa, Tovuz, Oğuz, Zaqatala, Qəbələ və Şamaxı rayonlarında aparılacaq. İddiaçılar ingilis dilində ixtisas uyğunluğu sənədinin tam komplektini yazılı formada ərizə təqdim etdikdən və geri qaytarılmayan 100 manat məbləğində vəsaitin ödədikdən sonra əldə edə bilərlər. İxtisas uyğunluğunun müəyyən edilməsi ərizəsi dekabrın 1-dək təqdim olunmalıdır. Layihə çərçivəsində su təchizatı sistemlərinin və kanalizasiya kollektorlarının tikintisinə dair tenderə dəvət isə bu ilin dekabr ayında elan olunacaq. Qeyd edək ki, bu layihəyə təxminən 250 mln. ABŞ dolları sərf ediləcək. Bunun 190 mln. dollarını Dünya Bankı, 60 mln. dollarını isə Azərbaycan hökuməti ayıracaq. Layihə Azərbaycanın 15-16 rayonunu, həmçinin, Naxçıvan MR-nın 5 rayonunu əhatə edəcək.Xatırladaq ki, ilk eyniadlı layihə üzrə tərəflər arasında 230 mln. dollar dəyərində kredit sazişi ötən ilin avqustun 17-də imzalanıb. Hazırda isə tərəflər layihənin şəhərlər üzrə əhatə dairəsinin genişləndirilməsini planlaşdırır.Əlaqə telefonu: (+994 12) 441-32-73/74/75. -
10-30-2008, 01:50 PMAPA"Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib
[b]"Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə "Orta və ali məktəblərdə xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda elmi konfrans keçirilib. APA-nın məlumatına görə, ADU-nun rektoru Səməd Seyidov Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin dünyaya inteqrasiyası, inkişafı və təbliği üçün xarici dillərin öyrənilməsinə ehtiyac yarandığını deyib. O, Azərbaycanda yalnız ingilis dilinə marağın artmasını düzgün hesab etmədiyini söyləyib: "Bu məsələyə kor-koranə yanaşmaq olmaz. İngilis dilinin tədrisinin artırılması fransız, alman, rus və digər dillərin öyrənilməsinə mane olmamalıdır". Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov isə bildirib ki, xarici dillərin öyrənilməsinə məktəbəqədər təhsil müəssisələrindən başlanılmalıdır: "Ən ağır məsələ orta təhsil müəssisələrində xarici dillərin tədrisidir. Müəllimlər xarici dillərin öyrənilməsində yeni metodik imkanlar tapmalıdırlar. Ölkənin inkişafı və dünyada tanınması üçün xarici dillərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir". Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun rektoru Asəf Namazov tədrisin müasirləşdirilməsi istiqamətində dövlətin atdığı addımlara diqqət çəkib. Sonra konfrans 3 bölmə üzrə işini davam etdirib. -
10-30-2008, 02:00 PMAPAAzərbaycan Ordusunun əsgəri özünü güllələyib
[b]Azərbaycan Ordusunun əsgəri özünü güllələyib[b]
[Bakı - APA. Azərbaycan Ordusunun Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Həsən Yusif oğlu səngərdə özünə xidməti silahından atəş açıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, bu il Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan H. Allahverdiyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilib. Əsgərin həyatı üçün təhlükə olmadığı bildirilib. Nazirlik sözçüsü mətbuatda əsgərin hərbi hissənin çavuşu tərəfindən güllələnməsi barədə verilən xəbəri təkzib edib: "Bununla bağlı araşdırma aparılıb. Məlum olub ki, bir neçə gün əvvəl döyüş növbəsinə göndərilən əsgər iradəsizlik göstərərək özü-özünə silahdan atəş açıb".E. Sabiroğlu faktla bağlı Hərbi Prokurorluqda cinayət işinin açıldığını, istintaq getdiyini bildirib. -
10-30-2008, 02:10 PMAPAAzərbaycan Avropada iki təzyiq etalonu alıb
[b]Azərbaycan Avropada iki təzyiq etalonu alıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi (SMPDA) Avropa ölkələrinin istehsalı olan 2 ədəd təzyiq etalonu alıb. «APA-ECONOMICS»in bildirdiyinə görə, bu barədə SMPDA baş direktorunun vəzifəsini icra edən Ramiz Həsənov məlumat verib.R.Həsənovun sözlərinə görə, bununla Agentliyin nəzdində fəaliyyət göstərən Etalon Mərkəzindəki etalonların sayı 11-ə çatıb.R.Həsənov ilin sonuna qədər yeni etalonların alınacağını da qeyd edib.Azərbaycan Etalon Mərkəzindəki nümunələr əsasən ABŞ, İsveçrə, Almaniya istehsalıdır. -
10-30-2008, 02:20 PMAPAQalaktikanın 8 planeti Azərbaycanın adı ilə bağlıdır
[b]Qalaktikanın 8 planeti Azərbaycanın adı ilə bağlıdır[b]
Bakı. Kəmalə Quliyeva - APA. Qalaktikadakı 8 asteroid Azərbaycanın adı ilə bağlıdır. Bu məlumatı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev verib.
[Ə. Quliyev bildirib ki, göy üzündə Azərbaycanla bağlı "Azərbaycan", "Şamaxı Astrofizika Rəsədxanası", "Nizami Gəncəvi", "Nəsrəddin Tusi", "Hüseyn Cavid", "Müslüm Maqomayev", "Sorin" (Azərbaycanda çalışmış rus alim) və "Əyyub Quliyev" asteroidləri var. Kiçik planetlərə daha çox elm və incəsənət xadimlərinin adlarının verildiyini deyən Ə, Quliyevin sözlərinə görə, planetlərə siyasətçilərin adlarının verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Siyasətçilərin adları asteroidlərə ancaq 100 ildən sonra verilə bilər.Asteroidlərə hansı adların verilməsinə isə Beynəlxalq Astronomiya İttifaqı nəzarət edir. Bu ittifaqın nəzdindəki "Kiçik planetlər və kometlər mərkəzi" təklif olunan adlarla bağlı müzakirələr aparıb qərar qəbul edəndən sonra həmin adlar kataloqa daxil edilir. -
10-30-2008, 02:30 PMAPAAzərbaycanın not bazarında gəlirlik 14 aylıq minimuma enib
[b]Azərbaycanın not bazarında gəlirlik 14 aylıq minimuma enib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə oktyabrın 29-da Bakı Fond Birjasında (BFB) keçirilən hərracda gəlirlik səviyyəsi 14 aylıq minimuma düşüb. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, ortaölçülmüş qiymət üzrə gəlirlik 6,33% təşkil edib.Qeyd edək ki, notlar üzrə analoji gəlirlik səviyyəsi sonuncu dəfə yalnız 2007-ci ilin sentyabr ayının əvvəlində müşahidə olunub: Son zamanlar not bazarında, dha dəqiq isə bu ilin sentyabr-oktyabr ayları ərzində tələbatın təklifi üstələməsi müşahidə olunur. Belə ki, oktyabrın 29-da keçirilən son hərracda tələbat təklifi 2,5 dəfə, ondan əvvəlki hərracda isə 2,9 dəfə üstələyib. Nəticədə, gəlirlik kəskin şəkildə aşağı düşüb. Eyni zamanda, yaranmış vəziyyət mərkəzi bank üçün yerləşdirilən notların həcmini artırmağa imkan yaradıb. Bu da öz növbəsində dövriyyədə olan notların həcmini son iki ayı ərzində artırmasına səbəb olub: Bankların notlara olan tələbatının artması əvvəlcədən proqnozlaşdırılırdı, çünki sentyabrda banklar tərəfindən istehlak kreditləşməsini dayandırılması nəticəsində likvidliyin artması gözlənilirdi. Qeyd edək ki, istehlak kreditləri ümumi bank kreditləşməsinin təxminən 40%-ni təşkil edir və bu istiqamətə yönəldilən sərbəst pullar digər istiqamətlərə yönəldilib. Bu istiqamətlərdən biri də not bazarıdır. Nəticədə, not bazarında tələbat artır və müvafiq olaraq gəlirlik azalır. -
10-30-2008, 02:40 PMAPAEdvard Nalbandyan: "Prezidentlərin Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini aktivləşdirməyə yeni stimul verə bilər"
[b]Edvard Nalbandyan: "Prezidentlərin Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini aktivləşdirməyə yeni stimul verə bilər"[b]
İrəvan-APA. "Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilməsi planlaşdırılan Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini aktivləşdirməyə yeni stimul verə bilər".
[APA-nın məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan noyabrın 2-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşü belə şərh edib. O, Ermənistanın Rusiya prezidentinin təşəbbüsünü alqışladığını və bu təklifə böyük əhəmiyyət verdiyini bildirib: "Ümidvarıq ki, bu görüş danışıqlar prosesini aktivləşdirmək üçün yeni imkanlar yaradacaq və bu proses öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gətirib çıxaracaq". -
10-30-2008, 02:50 PMAPAƏfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyində terror aksiyası baş verib
[b]Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyində terror aksiyası baş verib[b]
[Kabil - APA. Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyində terror aksiyası baş verib. APA-nın "BBC News"a istinadən verdiyi məlumata görə, nazirlikdə kamikadzenin özünü partlatması nəticəsində ölənlər və yaralananlar var. "Associated Press" agentliyi 1 nəfərin öldüyü və 12 nəfərin yaralandığı haqda xəbər yayıb. Şahidlər içəri 2 və ya 3 terrorçunun daxil olduğunu, onlardan birinin üzərindəki partlayıcı qurğunu işə saldığını bildiriblər. Qeyd edək ki, Əfqanıstanda terror aksiyaları tez-tez baş versə də, nazirliklərdə terror olması gözlənilməz hadisədir. Çünki nazirliklər ciddi şəkildə qorunur. -
10-30-2008, 03:00 PMAPA2008-ci ilin noyabrında Dövlət Yuğ Teatrında göstəriləcək tamaşaların proqramı
[b]2008-ci ilin noyabrında Dövlət Yuğ Teatrında göstəriləcək tamaşaların proqramı[b]
[Gün Göstəriləcək tamaşalar01.11.08Mən Məhəmməd Füzuli - "Vəsl" tamaşası 05.11.08İradə Səyya -
10-30-2008, 03:30 PMAPAAğdam sakini yol qəzasında ölüb
[b]Ağdam sakini yol qəzasında ölüb[b]
[Bakı-APA. Dünən saat 18.30 radələrində Ağdam rayonunun Xındırıstan qəsəbəsində Ətyeməzli kənd sakini Habil Ağayev idarə etdiyi "QAZ-53" markalı avtomaşını hərəkətə gətirərkən ehtiyatsızlıqdan qəsəbə sakini Ramiz Cəfərovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R.Cəfərov hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır. -
10-30-2008, 03:40 PMAPANərimanov rayon Polis İdarəsi "Əbu-Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarından şikayət verib
[b]Nərimanov rayon Polis İdarəsi "Əbu-Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarından şikayət verib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Nərimanov rayon Polis İdarəsi "Əbu-Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarına yenidən baxılması tələbi ilə şikayət verib. Bu barədə APA-ya "Əbu-Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.
[Onun sözlərinə görə, məhkəmə şikayətə baxana məscidin açılması ilə bağlı qərar icra olunmayacaq. Qeyd edək ki, "Nərimanov rayon dindarları" Dini İcması "Əbu Bəkr" məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. Bu il oktyabrın 27-də isə Nərimanov Rayon Məhkəməsi "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edib. Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov APA-ya faktı təsdiqləyərək, məhkəmənin bu işə yenidən baxacağını deyib. -
10-30-2008, 03:50 PMAPA2008-ci ilin noyabrında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq tamaşaların proqramı
[b]2008-ci ilin noyabrında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq tamaşaların proqramı[b]
[Gün və saat Tamaşalar -
10-30-2008, 04:10 PMAPAAzərbaycan paytaxtında uşaq əməyi ilə mübarizə üzrə regionlararası konfrans keçirilir
[b]Azərbaycan paytaxtında uşaq əməyi ilə mübarizə üzrə regionlararası konfrans keçirilir[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Uşaq əməyi ilə mübarizə sahəsində təcrübə mübadiləsi və həyata keçirilən fəaliyyətlərə dair Regionlararası Konfransı işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, iki gün davam edəcək konfransda BƏT-in Cenevrə və region ölkələrinin nümayəndələri, müvafiq hökumət qurumları və s. iştirak edir. ASK-nın prezidenti Ələkbər Məmmədov bildirib ki, tədbirin keçirilməsində məqsəd uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin rolu və imkanlarını müzakirə etmək, uşaq əməyi ilə mübarizədə yaxşı təcrübələri öyrənmək, istehsal prosesində uşaq əməyindən istifadəyə qarşı mübarizə yollarını araşdırmaqdır. Konfederasiya sədrinin sözlərinə görə, 2004-cü ilin iyulundan həyata keçirdikləri «Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu» layihəsini uğurla yekunlaşdırıblar. Üç mərhələdə icra olunan layihə ilkin etapda Azərbaycanın Biləsuvar, İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ucar, Kürdəmir kimi pambıqçılıq rayonlarını əhatə edib. Layihənin ikinci mərhələsi kənd təsərrüfatında, xüsusilə pambıqçılıqda təhlükəli uşaq əməyinə yönəldilib. Layihənin sonuncu mərhələsi çayçılıq və tütünçülük sahələrini əhatə edib. Ölkənin çay və tütünçülük plantasiyalarında uşaq əməyini qiymətləndirmək məqsədi ilə ASK-nın layihə komandası Lənkəran, Astara, Masallı, Lerik, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına faktaraşdırıcı səfərlər təşkil edib. Səfərlər zamanı işəgötürənlər, yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələri, təhsil işçiləri, işləyən uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib, çay və tütün istehsalında uşaq əməyindən istifadə halları, uşaqların sağlamlığı və təhsili ilə bağlı vəziyyət öyrənilib. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü də Azərbaycanda uşaq əməyindən istifadə hallarının olduğunu deyib. Müfəttişlik rəisinin sözlərinə görə, belə halların qarşısını almaq məqsədilə DƏM Konfederasiya ilə əməkdaşlıq etməyi planlaşdırır. Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə bildirib ki, Azərbaycanda uşaq əməyindən istifadə halları azalıb. Bunun əsas səbəbi ölkədə yoxsulluq səviyyəsinin 49%-dən 15,8%-ə enməsidir. Bütün dünyada uşaq əməyindən istifadə edildiyini deyən H.Rəcəbli qeyd edib ki, ölkələr üçün uşaqların sağlamlığının qorunması və təhsilinin təmini ən vacib məsələdir. Parlament üzvü Azərbaycanın da bu öhdəliyi layiqincə yerinə yetirdiyini hesab edir. -
10-30-2008, 04:20 PMAPABakı Şəhər Prokurorluğu Suraxanı rayonunda atanın azyaşlı övladını qətlə yetirməsi ilə bağlı açıqlama yayıb
[b]Bakı Şəhər Prokurorluğu Suraxanı rayonunda atanın azyaşlı övladını qətlə yetirməsi ilə bağlı açıqlama yayıb[b]
Bakı-APA. Bakı Şəhər Prokurorluğu oktyabrın 29-da Suraxanı rayonunun Əmircan qəsəbə sakini Mürsəlov Xamis Teymur oğlunun azyaşlı övladının başını kəsərək qətlə yetirməsi ilə bağlı açıqlama yayıb.
[Prokurorluqdan APA-ya verilən məlumata görə, oktyabrın 29-da saat 18.05-də Suraxanı rayonunun Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi 19 saylı evdə yaşayan, 1985-ci ildə İsmayıllı rayonunun Namazgah kəndində anadan olan X. Mürsəlov sərxoş halda ailə münaqişəsi zəminində rəsmi nigahda olduğu arvadı, 1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş, hamilə vəziyyətində olan Heydərova Lamiyə Knyaz qızına bıçaqla iki, oğlu, 2007-ci il təvəllüdlü Nurulla Mürsəlovun boğaz nahiyəsindən isə bıçaqla dörd zərbə vurduqdan sonra hadisə yerindən qaçıb. Bildirilib ki, Lamiyə Heydərova 3 saylı Klinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, həkimlər tərəfindən göstərilmiş ilkin tibbi yardım nəticəsində onun həyatı xilas edilib. Azyaşlı Mürsəlov Nurulla Xamis oğlu isə aldığı xəsarətdən hadisə yerində ölüb.Faktla bağlı dərhal Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.8 (hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd), 120.2.9-cu (qəsdən köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə 16673 saylı cinayət işi başlanıb, prokurorluq və polis idarəsinin əməkdaşlarından ibarət əməliyyat- istintaq qrupu yaradılıb. Qeyd olunub ki, hadisənin "isti izlər"lə açılması istiqamətində görülən tədbirlər nəticəsində X. Mürsəlov tutularaq istintaqa verilib. Hazırda Suraxanı rayon prokurorluğunda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. -
10-30-2008, 04:40 PMAPAAzərbaycanda standartlaşdırma, metrologiya və akkreditasiya sisteminin gücləndirilməsi layihəsinin təqdimatı keçirilib
[b]Azərbaycanda standartlaşdırma, metrologiya və akkreditasiya sisteminin gücləndirilməsi layihəsinin təqdimatı keçirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Bakıda «Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində standartlaşdırma, metrologiya və akkreditasiya sisteminin gücləndirilməsi Layihəsi»nin təqdimatı keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, layihə Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasətinin texniki yardım üzrə aləti olan Twinning Proqramı çərçivəsində həyata keçirilir və müddəti 24 aydır. Aİ layihənin icrasına 1,4 mln. avro qrant ayırıb.Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Alan Vaadams bildirib ki, layihə standartlaşdırma sahəsində uyğunluğu təmin edir və gələcəkdə özünün müsbət təsirini göstərəcək. Həmçinin, layihə Azərbaycanın standartlaşdırma, metrologiya və akkreditasiya sahəsinin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayacaq.SMPDA-nın baş direktoru vəzifəsini icra edən Ramiz Həsənov isə layihənin standartlaşdırma sektorunun beynəlxalq tələblərə uyğunlaşdırılmasına yardımçı olacağını vurğulayıb: «Bu öz növbəsində bizə ölkəyə gətirilən məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsinə imkan verəcək, həmçinin milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, sınaq laboratoriyalarının qurulması və s. köməklik göstərəcək».Daha sonra layihənin təqdimatı keçirilib. Layihənin həyata keçirilməsi məqsədilə Agentlikdə Aİ-nin ekspertləri tərəfindən Texniki Şərtlər hazırlanıb. Müddəti 2 il olacaq layihənin icraçısı Almaniya-Avstriya konsorsiumudur.Layihə çərçivəsində SMPDA-ya standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya sahələrinin Aİ-nin tələblərinə uyğunlaşdırılması məqsədilə institusional yardım göstəriləcək. -
10-30-2008, 04:50 PMAPAGələn il Azərbaycanda pensiyaların məbləği yenidən artırılacaq
[b]Gələn il Azərbaycanda pensiyaların məbləği yenidən artırılacaq[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Gələn il Azərbaycanda əmək pensiyalarının məbləği və yaşayış minimumu artırılacaq.
[«APA-ECONOMICS»in məlumatına görə, Milli Məclisin (MM) sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, ildə bir dəfədən az olmayaraq, pensiyanın baza və sığorta hissələri artırılmalıdır. H.Rəcəbli pensiyaların məbləğində növbəti il gözlənilən artımla bağlı konkret rəqəm söyləməsə də, bunun 25%-dən az olmayacağı qənaətindədir: «Həmişə ən aşağı artım 25% olur. Növbəti artım da hissi edilən dərəcədə olacaq». H.Rəcəbli hesab edir ki, Azərbaycanın pensiya sistemində bəzi uyğunsuzluqlar qalmaqdadır: «Bu gün ali məktəblərdə dərs deyən yüksək elmi dərəcəli alimlər pensiyaya çıxarkən aşağı məbləğdə pensiya alırlar. Bu məsələ həm Dövlət Sosial Müdafiə Fondunda, həm Milli Məclisin sosial siyasət daimi komissiyasında, həm də Prezidentin İcra Aparatında müzakirə olunur. Hazırda bu məsələnin həlli üçün tələb olunan maliyyə mənbəyi müəyyənləşdirilir və dəyəri hesablanır».