[b]Tiqran Torosyan Ermənistan parlamentinin spikeri vəzifəsindən istefa verib[b]
İrəvan-APA. Ermənistan parlamentinin spikeri Tiqran Torosyan tutduğu postdan və hakim Respublika Partiyasının üzvlüyündən istefa verib.
[APA-nın məlumatına görə, Tiqran Torosyan bu qərarını bir az əvvəl başa çatmış mətbuat konfransında açıqlayıb. O, qərarını partiyadakı fikir ayrılıqları ilə izah edib. Qeyd edək ki, Respublika Partiyasının icraçı orqanı sentyabrın 6-da Tiqran Torosyanən spiker postunda qalmasını məqbul saymayıb və bu posta prezident administrasiyasının sabiq başçısı Ovik Abramyanın namizədliyini irəli sürüb. Respublika Partiyasının koalisiyadakı tərəfdaşları olan partiyalar bildiriblər ki, spikerin dəyişdirilməsi haqqında qərar çıxarmaq hakim partiyanın müstəsna hüququdur.
Azərbaycan Xəbərləri
Printable View

09-16-2008, 02:20 PMAPATiqran Torosyan Ermənistan parlamentinin spikeri vəzifəsindən istefa verib

09-16-2008, 02:30 PMAPAAŞ PA missiyası beynəlxalq təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb
[b]AŞ PA missiyası beynəlxalq təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb[b]
[Bakı. Viktor Dementyeva - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı qiymətləndirmə missiyası beynəlxalq təşkilatların nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşüb. APA-nın məlumatına görə, missiya ATƏT, Avropa Komissiyası və İFES nümayəndələri ilə müzakirə aparıb. Qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşdə isə seçkiqabağı vəziyyət, insan haqlarının qorunması, medianın vəziyyəti, həbsdə olan jurnalistlərin məsələsi müzakirə edilib. -
09-16-2008, 03:10 PMAPABakı Musiqi Akademiyasının əsaslı təmirdən sonra açılışı sentyabrın 18-də olacaq
[b]Bakı Musiqi Akademiyasının əsaslı təmirdən sonra açılışı sentyabrın 18-də olacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyasının (BMA) əsaslı təmirdən sonra açılış məarsimi sentyabrın 18-də - Milli Musiqi Günündə olacaq. Bunu APA-ya açıqlamasında BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. Rektor hazırda təhsil ocağında son tamamlanma işlərinin aparıldığını vurğulayıb: "Biz əvvəlcə əsaslı təmirin sentyabrın 18-nə kimi qurtaracağına inanmırdıq. Ancaq bu işi başa çatdırdıq. Bakı Musiqi Akademiyasının yeni tədris ili əsaslı təmirdən çıxmış binada başlanacaq. Hazırda binanın içində həm təmzilik, həm də tamamlanma işləri aparılır". F. Bədəlbəyli onu da deyib ki, binanın açılışı sentyabrın 18-də olsa da, BMA-da dərslər sentyabrın 22-də başalanacaq. Buna səbəb isə auditoriyalara yeni ləvazimatların və texniki avadanlıqların yığılmasıdır. -
09-16-2008, 03:20 PMAPAABŞ-ın İraqdakı hərbi kontingenti yeni komandana tapşırılıb
[b]ABŞ-ın İraqdakı hərbi kontingenti yeni komandana tapşırılıb[b]
[Moskva - APA. General Raymond Odierno ABŞ-ın İraqdakı hərbi kontingentinin komandanı təyin edilib. APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, Bağdad hava limanı yaxınlığındakı hərbi bazada keçirilən mərasimdə general Devid Petreus komandanlığı Raymond Odiernoya təhvil verib. Mərasimdə ABŞ-ın müdafiə naziri Robert Geyts də iştirak edib. D. Petreus bundan sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına başçılıq edəcək. O, həm İraq, həm də Əfqanıstandakı əməliyyatlara nəzarət edəcək. -
09-16-2008, 03:30 PMAPABu gün Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib
[b]Bu gün Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu gün Bakı şəhərində Bakı-Tiflis-Qars (BTQ) yeni dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının dördüncü toplantısı keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında keçirilən iclasda Şurada təmsil olunan Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı Gürcüstanın müvafiq strukturlarının rəhbərləri və podratçı «Azərinşaatservis» şirkətinin nümayəndələri iştirak ediblər.Şuranın iclasında BTQ dəmir yolunun Marabda-Kartsaxi hissəsində görülən işlər, 2008-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib, Ukraynanın «Kiyevhiprotrans» Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanmış Marabda-Tetriskaro yolunun (29,2 km) yenidən qurulması üzrə İşçi Layihəyə, həmçinin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-nin təqdim etdiyi bir sıra texniki məsələlərə baxılıb. Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov «APA-ECONOMICS»ə bildirib ki, Gürcüstan tərəfi BTQ-nin bu ölkə ərazisinə düşən hissəsinin tikintisi və yenidən qurulmasını 3, Azərbaycan isə 2 mərhələdə həyata keçirməyi təklif edir. Gürcülərin təqdim etdiyi birinci mərhələyə Marabda-Tetriskaro hissəsi (29,2 km), ikinci mərhələyə Tetriskaro-Salka hissəsi (49,7 km), üçüncü mərhələyə isə Salka-Axalkələk hissəsi (74,1 km) daxildir.«Ümumilikdə hesab edirik ki, dəmir yolunun tikintisi qrafikə uyğun həyata keçiriləcək. Artıq ərazidə müəyyən işlər aparılıb. Mahiyyət etibarı ilə gürcülər tikinti-rekonstruksiya işlərinin iki mərhələdə həyata keçirilməsi ilə bağlı bizim təkliflərimizlə razıdır»,- deyə S.Məmmədov vurğulayıb.Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək. -
09-16-2008, 03:50 PMAPAAzərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçirilir
[b]Azərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçirilir[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, iki gün davam edəcək tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən ölkədə mikromaliyyə sektorunun son 10 il ərzində inkişafını qeyd etmək, bu sektorun qarşısında duran problemləri müzakirə etmək, mövcud problemlərin həlli yollarını tapmaq və ölkədə fəaliyyət göstərən bank olmayan kredit təşkilatları və kommersiya bankları üçün yeni kapital bazarlarına çıxışı təmin etmək məqsədi ilə təşkil olunub.Konfransda çıxış edən baş nazirin birinci müavini Əli Həsənov Azərbaycanda mikromaliyyə sektorunun inkişafından, hazırkı vəziyyətindən, ümumi iqtisadi inkişafda, sosial problemlərin həllində rolu və gələcək perspektivlərindən danışıb. Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə isə bildirib ki, bu konfrans Azərbaycandakı iqtisadi proseslərin məntiqi ardıcıllığıdır və bu tədbir mikromaliyyə sahəsində inkişafı daha da artıracaq.ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi isə öz növbəsində cəmiyyətin ədalətli inkişafı üçün mikromaliyyə sektorunun çox önəmli olduğunu bildirib: «ABŞ və USAİD Azərbaycan hökuməti və əsas donorlarla yaxından işləyərək makroiqtisadi və struktur islahatları aparır. Təkcə USAİD ötən il ərzində mikromaliyyə sektorunun maliyyə, texniki və təlim dəstəyinə 20 mln. dollardan çox vəsait ayırıb».Tədbirdə çıxış edən AMA-nın icraçı direktoru Jalə Hacıyeva isə bildirib ki, qurumun üzvü olan qeyri-bank kredit təşkilatları və kommersiya bankları üumilikdə 600 mln. dollar həcmində aktiv kredit portfelinə və 290 min müştəriyə malikdir. İndiyədək bu təşkilatlar tərəfindən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə 1,18 mlrd. dollardan çox maliyyə vəsaiti ayrılıb.Qeyd edək ki, konfrans Avropa Yenidənqurma və İnkişaf Bankı, «Development World Markets», «Finca Azerbaijan», «CredAgro» təşkilatları, «Royal Bank of Baku», «Turanbank», «AccessBank» və s. qurumların maliyyə dəstəyi ilə keçirilir. Konfransda müxtəlif yerli və xarici təşkilatların 200-ə yaxın nümayəndəsi iştirak edir, o cümlədən 17 ölkədən 26 beynəlxalq təşkilat 60 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir və ölkədəki 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür. -
09-16-2008, 04:10 PMAPABakıda atılmış 2 aylıq qız uşağı tapılıb
[b]Bakıda atılmış 2 aylıq qız uşağı tapılıb[b]
[Bakı-APA. Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları sentyabrın 15-də saat 09.25 radələrində Moskva prospektində 2 aylıq qız uşağı tapıblar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, uşaq 1 saylı "Uşaq Evi"nə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır. -
09-16-2008, 04:20 PMAPABakıda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
[b]Bakıda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Bakıda 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Ombudsman Aparatı və BMT- nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin birgə layihəsi əsasında baş tutub. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tədbirə dini icmaların, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların nümayəndələrinin qatıldığını bildirib. Ombudsman qeyd edib ki, dünya birliyi Azərbaycanda müharibədən əziyyət çəkənlərə münasibətini dəyişib: "Bu gün artıq hamı başa düşür ki, bu məsələnin kökündə əraziyə təcavüz və etnik təmizlənmə amili dayanır. Bu təcavüz yalnız Azərbaycan xalqına qarşı yox, eyni zamanda mədəniyyətimizə qarşı yönəlib". BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsinin səlahiyyətlərini icra edən Gülşən Paşayeva Beynəlxalq Sülh Gününün 1982-ci ildən keçirildiyini və bu günün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunduğunu bildirib. -
09-16-2008, 04:30 PMAPASentyabrın sonunda Azərbaycanın dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək
[b]Sentyabrın sonunda Azərbaycanın dəmir yolu təsərrüfatlarına baxış keçiriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu ilin sentyabr ayının üçüncü dekadasında Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) magistralının bütün təsərrüfatlarına komisyon payız baxışı keçiriləcək. Bu barədə «APA-ECONOMICS»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib.İdarə rəisinin əmri ilə keçiriləcək baxış zamanı təsərrüfatların vəziyyəti, binaların, tikililərin, ərazilərin saxlanması, istehsalat və texnoloji intizamın vəziyyəti, ADDY-nin stansiyalarında, müəssisələrində və təşkilatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin təsərrüfatların qış mövsümünə hazırlıq vəziyyəti yoxlanılacaq. -
09-16-2008, 04:40 PMAPAPrezident İlham Əliyev: "Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdır"
[b]Prezident İlham Əliyev: "Azərbaycan regionda gərginliyin azaldılması işinə töhfəsini verməyə hazırdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Rusiya və Azərbaycan prezidentlərinin Moskvada keçirilən görüşü başa çatıb.
[APA-nın "İTAR-TASS" agentliyinə istinadən yaydığı məlumata görə, görüşün yekunlarını dəyərləndirən Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarını Cənubi Osetiya hadisələri ətrafındakı vəziyyət barədə məlumatlandırdığını deyib: "Mən Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün atdığı addımlar barədə prezident Əliyevə məlumat verdim. Rusiya və Azərbaycanın aktiv qarşılıqlı münasibətləri regionda təhlükəsizlik və stabilliyin təminatının əsas faktorlarından biridir". Azərbaycan prezidenti İlham Əliyev isə Rusiya-Azərbaycan münasibətlərinin digər ölkələr üçün nümunə ola biləcəyini bildirib: "Biz bu münasibətlərdən çox razıyıq, bu əməkdaşlıq dövlətlərimiz arasında münasibətlərin inkişafına təsir göstərir. Bu gün regiondakı durum müəyyən narahatlıq doğurur və Azərbaycan gərginliyin azaldılması işinə öz töhfəsini verməyə hazırdır. Fikir ayrılığı olan məsələlər sülh yolu ilə həll olunmalıdır". Prezident İ. Əliyev həmçinin qeyd edin ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiyanın aktiv rolunu davam etdirəcəyinə ümidvardır: "Bütün çətinliklərə baxmayaraq, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var". Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair mövqeyinin dəyişmədiyini, tərəflər arasında birbaşa danışıqlara dəstək verdiklərini deyib: "Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda mühüm yer tutdu. Biz danışıqların ən yaxın zamanlarda davam etdirilməsinə tərəfdarıq. Rusiya bundan sonra da tərəfləri razı salan həll yolunun tapılması üçün yardımını əsirgəməyəcək". -
09-16-2008, 04:50 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neftin ixracına dair müsabiqə keçirir
[b]Azərbaycan Dövlət Neft Şirkəti Ceyhan limanından «Azeri Light» markalı 1 mln. barel xam neftin ixracına dair müsabiqə keçirir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanından «Azeri Light» markalı növbəti xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Şirkətdən bildrilib ki, müsabiqənin şərtlərinə görə, 1 mln. barel həcmində olacaq mhsulun Heyhan limanından ixracı bu ilin oktyabr ayının 20-25-də həyata keçirilməlidir. Sorğuya sentyabr ayının 19-da yekun vurulacaq, nəticələr isə sentyabrın 20-də elan olunacaq. -
09-16-2008, 05:10 PMAPAGələn həftə Bakıda üç beynəlxalq tibbi sərgi keçiriləcək
[b]Gələn həftə Bakıda üç beynəlxalq tibbi sərgi keçiriləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin sentyabr ayının 24-27-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin birgə təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE-2008) keçiriləcək. «İteca Caspian»ın Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sərgiyə dünyanın 19 ölkəsinin 100 şirkəti qatılacaq. Beynəlxalq tədbirdə Azərbaycanın «Caspident», «Labservis», Türkiyənin «AKGUN Kompüterləri», «Bonmed», «Kurt&Kurt», Almaniyanın HEEL, Rusiyanın «İntelfarm», «MSM-Medical» ABŞ-ın «Blend-a-med», Latviyanın «AuroBalt», Hindistanın «NEJ Biotech», Çinin «Mindray» şirkəti, Belarusun «Borisov Zavodu» və s. təşkilatların nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, BİHE-2008 ilə yanaşı sentyabrın 24-dən 27-dək ölkədə III Azərbaycan Beynəlxalq Stomatologiya və II Beynəlxalq Gözəllik və Tibbi Estetika sərgiləri də keçiriləcək. Sərgilərdə tibbi və texniki avadanlıqların son modelləri nümayiş olunacaq. Hər üç sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Stomatoloji Assosiasiyasının rəsmi dəstəyi ilə keçirilir. -
09-16-2008, 05:20 PMAPAYaxın iki ildə Azərbaycanda ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq
[b]Yaxın iki ildə Azərbaycanda ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanda ünvanlı dövlət sosial yardımın təyini üçün ehtiyac meyarının həddi tədricən yaşayış minimumuna çatdırılacaq. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, yaxın 2-3 il ərzində buna nail olunacaq. Şöbə müdirinin sözlərinə görə, 2006-cı ildə ehtiyac meyarının həddi 30 manat olmaqla, yaşayış minimumuna nisbətdə 51% idisə, hazırda ehtiyac meyarının həddi 55 manata çatıb və bu, yaşayış minimumuna nisbətdə 78%-dir. N.Qasımov qeyd edib ki, ehtiyac meyarının həddinin yüksəlməsi nəticəsində ilin sonunadək Azərbaycanda ünvanlı sosial yardım alanların sayı təxminən 160 min nəfərə çatdırılacaq. Bu isə o deməkdir ki, ilin birinci yarısı ilə müqayisədə ikinci yarımillikdə yardım alanların sayı 60% artacaq. Hazırda Azərbaycanda 127 577 ailə ünvanlı sosial yardım alır. Ölkədə bir ailəyə düşən orta aylıq sosial yardımın məbləği 98 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 21 manatdır. Yardım alanların 44%-i çoxuşaqlı, 8,3%-i məcburi köçkün ailələridir. Yardım təyin olunan ailələrin 76,8%-i dövlətdən ilk dəfə yardım alır. Hazırda Azərbaycanda ünvanlı sosial yardım alanların 82,4%-nə bu vəsait plastik kartla ödənilir. -
09-16-2008, 05:30 PMAPAAzərbaycanla Böyük Britaniya arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
[b]Azərbaycanla Böyük Britaniya arasında sahibkarlıq sahəsində əməkdaşlığa dair sənəd imzalanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Böyük Britaniyanın Orta Şərq üzrə Biznes Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə «APA-ECONOMICS»ə Azpromo-dan məlumat verilib.«Memoranduma əsasən, hər iki təşkilat arasında ilkin olaraq Azərbaycan və Böyük Britaniyada həyata keçirilə biləcək layihələr üzrə informasiya mübadiləsi aparılacaq», - deyə Azpromo-dan bildirilib. Memorandumu Azərbaycan tərəfindən ölkənin iqtisadi inkişaf naziri Heydər Babayev, Böyük Britaniya tərəfindən isə bu ölkənin Orta Şərq üzrə Biznes Assosiasiyasının baş direktoru Maykl Tomas imzalayıb. Qeyd edək ki, memorandum Böyük Britaniyanın iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb. Sentyabrın 19-dək Bakıda səfərdə olacaq nümayəndə heyəti azərbaycanlı iş adamları ilə görüşəcək. Böyük Britaniyanın nümayəndə heyəti 17 nəfərdən ibarətdir və bunlar neft, qaz, tikinti, təhsil, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə fəaliyyət göstərən biznesmenlərdir. Səfər çərçivəsində iki ölkənin iş adamları üçün həmçinin dəyirmi masa keçiriləcək. Dəyirmi masanın təşkilatçısı rolunda Azpromo çıxış edir. -
09-16-2008, 05:40 PMAPAAzərbaycanda əcnəbilər üçün fərdi iş icazəsinə görə dövlət rüsumu artırılacaq
[b]Azərbaycanda əcnəbilər üçün fərdi iş icazəsinə görə dövlət rüsumu artırılacaq[b]
Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi iş icazəsi almaq istəyən əcnəbi vətəndaşlar üçün nəzərdə tutulan dövlət rüsumunun artırılması təklifi ilə hökumətə müraciət edib.
[Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, təkliflərdə hazırda 45 manat olan dövlət rüsumunun məbləğinin 1000 manatadək artırılması əks olunub. Rüsumun qaldırılmasında məqsəd Azərbaycanın əmək bazarına xaricdən lazımsız və qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmaq istəyən işçi qüvvəsinin daxil olmasının qarşısını almaqdır. Nazirlikdən bildirilib ki, ölkə prezidentinin bu ilin avqustun 5-də miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə verdiyi sərəncam Azərbaycanın daxili əmək bazarına belə əcnəbilərin daxil olmasının qarşısını almağa kömək göstərəcək. Yaxın bir ay ərzində artıq ölkədə bu sərəncamın səmərəsinin hiss olunacağı gözlənilir. Nazirlikdən o da qeyd edilib ki, bununla əlaqədar təkliflərə bir qədər düzəlişin ediləcəyi və dövlət rüsumu ilə bağlı artımın bir qədər aşağı salınacağı gözlənilir. Rüsumun bu düzəlişlərdən sonra nə qədər artırılacağı isə Nazirlər Kabinetində keçirilən müzakirələrdən asılı olacaq. Qeyd edək ki, ölkə prezidentinin yeni sərəncamına görə, müvafiq qurumlar daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla, əmək miqrasiyası kvotalarının müəyyən edilməsi qaydasını təsdiqləməlidir. Bununla yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə immiqrant statusu verilən və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı səlahiyyətlərinin icrası zamanı miqrasiya sahəsində yeni qanunvericiliyin tələblərinə ciddi riayət edilməli, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qanuni əsaslarla qalmalarına nəzarət gücləndirilməlidir. Azərbaycanda əcnəbi vətəndaşlara əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər. Hazırda Azərbaycanda 4 minə yaxın əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur və onların 73%-ı qeyri-neft sektorunda çalışır. -
09-16-2008, 06:00 PMAPA«United Credit Bank» son bir ildə depozitlərini 2 dəfədən çox artırıb
[b]«United Credit Bank» son bir ildə depozitlərini 2 dəfədən çox artırıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin sentyabr ayının 1-nə 32,19 mln. manat təşkil edib. Bu, 2007-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 71,6% 35,2% çoxdur. Bankın Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumatına görə, sentyabrın əvvəlinə bankın kredit portfeli 22,88 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,4%, çoxdur. Qeyd edək ki, kredit portfelinin 42,2%-i istehlak kreditlərinin (əsasən, avtomobil kreditləri) payına düşür.Bununla yanaşı, ötən ilin avqustun sonuna olan göstəricilərlə müqayisədə bankın depozit portfeli 70,5% artaraq 7,21 mln. manata çatıb. Qeyd edək ki, depozitlərin 75,5%-i fiziki şəxslərin payına düşür və bu, keçən ilə nisbətən təxminən 2,4 dəfə çoxdur.Hesabat dövründə bankın məcmu kapitalı 13,56 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.Qeyd edək ki, «United Credit Bank» SKB 1996-cı ildən fəaliyyət göstərir. Hazırda bankın 5 filialı var. -
09-16-2008, 06:10 PMAPASəfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyətini qəbul edib
[b]Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının nümayəndə heyətini qəbul edib[b]
[Bakı - APA. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycanda səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, S. Əbiyev müstəqillik qazandıqdan sonra Azərbaycanın iqtisadi-siyasi və ordu quruculuğu sahəsindəki uğurlarından danışmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi problemlər barədə də qonaqlara ətraflı məlumat verib. Nazir münaqişənin həlli istiqamətində Minsk Qrupunun 15 il ərzində apardığı işin heç bir nəticə vermədiyini də nümayəndə heyətinin diqqətinə çatdırıb. -
09-16-2008, 06:20 PMAPAZiyafət Əsgərov: "Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılacaq"
[b]Ziyafət Əsgərov: "Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayı artırılacaq"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Xarici ölkələrdə sülhyaratma missiyasını həyata keçirən Azərbaycan qoşunlarının statusu haqqında" qanun layihəsi Mili Məclisdə müzakirə olunacaq. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov bildirib. Z. Əsgərovun sözlərinə görə, prezident tərəfindən Milli Məclisə göndərilən qanun layihəsinə əsasən, Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən Azərbaycan hərbçilərinin tərkibində dəyişiklik ediləcək.Vitse-spiker qeyd edib ki, Əfqanıstanda sülhyaratma missiyasını həyata keçirən taqımın əsgərlərinin sayı artırılacaq. Layihəyə əsasən, Əfqanıstanda 2 taqımın xidmət etməsi nəzərdə tutulub. Layihə sentyabrın 18-də Mili Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında müzakirə olunacaq. -
09-16-2008, 06:30 PMAPAAzərbaycanda Sosial Məcəllə hazırlanacaq
[b]Azərbaycanda Sosial Məcəllə hazırlanacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycanda ilk dəfə Sosial Məcəlləsinin hazırlanmasına başlanacaq. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, artıq ölkədə bu məcəllənin hazırlanması zərurəti yaranıb. İlin sonunadək həm də «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna dəyişiklik edilməsi üçün hökumətə təkliflər təqdim olunacaq. Nazirlik səlahiyyətlisinin sözlərinə görə, Dünya Bankının dəstəyi ilə ölkədə ünvanlı sosial yardımın icra mexanizminin qiymətləndirilməsi və yoxsulluğa təsirinin öyrənilməsi məqsədi ilə 7 min ev təsərrüfatında keçirilən sorğu yekunlaşır. Bununla yanaşı, Aztəminatlı Ailələrin Sosial Reabilitasiyası Proqramı layihəsinin sınaqdan keçirilməsi üçün seçilən 4 pilot rayonda da tədqiqatlar aparılır. Bu sorğunun və tədqiqatların nəticələri təhlil olunduqdan sonra «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna köklü dəyişikliklər ediləcək, onun mexanizmi təkmilləşdiriləcək. -
09-16-2008, 06:40 PMAPAGəncə şəhər gününün vaxtı təyin olunub
[b]Gəncə şəhər gününün vaxtı təyin olunub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncə şəhər gününün vaxtı təyin olunub.Gəncə şəhər İcra hakimiyyətindən APA -nın qərb bürosuna verilən məlumata görə, sentyabrın 22-də carçılar 3 marşrut üzrə şəhər əhalisini 23 -24 sentyabrda keçiriləcək şəhər tədbirlərinə dəvət edəcəklər. Məlumata görə, Gəncənin 2502 illiyi münasibəti ilə sentyabrın 23-də Heydər Əliyev meydanında bayram konserti keçiriləcək. Tədbirdə şəhər rəhbərliyinin, diplomatların, ictimaiyyət nümayəndələrinin və digər rəsmi qonaqların iştirakı gözlənilir. -
09-16-2008, 06:50 PMAPAAzərbaycanda aztəminatlı ailələr üzrə kreditlərin ödəniş səviyyəsi 100%-ə yaxındır
[b]Azərbaycanda aztəminatlı ailələr üzrə kreditlərin ödəniş səviyyəsi 100%-ə yaxındır[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanda qaçqın, köçkün və aztəminatlı ailələr üzrə kreditin qaytarılması səviyyəsi 99-100%-ə bərabərdir. «APA-ECONOMICS»in məlumatına görə, bunu baş nazirin birinci müavini Əli Həsənov bildirib. Ə.Həsənovun sözlərinə görə, irihəcmli kreditlərdən daha çox imkanlılar, kiçik kreditlərdən isə imkansızlar bəhrələnir: «Buna görə də beynəlxalq və yerli donorlara müraciət etmişəm ki, bu kreditləşmənin parametrlərinə xüsusi fikir versin. Yəni, həmin təşkilatlar mikro-kredit layihələrinə və proqramlarına diqqəti daha da artmalıdır». Hökumət rəsmisi hesab edir ki, Azərbaycanda hələlik mikromaliyyələşdirmə sahəsində ciddi bir qüsur yoxdur və bu baxımdan ölkədə qeyri-bank kredit təşkilatlarının sayı artır. Bu sahənin inkişafında Azərbaycan hökuməti çox maraqlıdır və gələcəkdə də bu sahənin inkişafına dəstək göstərəcək: «Ölkədə mikromaliyyə sektorunun inkişafını daha da sürətləndirilməsi üçün Azərbaycan hökuməti yeni yaranan kredit təşkilatlarının fəaliyyətinə verilən lisenziyaya üçün dövlət rüsumunu azaldıb». -
09-16-2008, 07:00 PMAPAYaxın günlərdə Bakıda daha bir sərnişin marşrutuna yeni avtobuslar buraxılacaq
[b]Yaxın günlərdə Bakıda daha bir sərnişin marşrutuna yeni avtobuslar buraxılacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Yaxın günlərdə Bakı şəhərində daha bir şəhərdaxili sərnişin avtobus marşrutuna yeni avtobusların buraxılması planlaşdırılır.Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bir neçə gün əvvəl paytaxt küçələrində istismara buraxılan iri tutumlu «MAN» və «MAZ» sərnişin avtobusları artıq paytaxt sakinlərinə xidmət göstərir. Almaniya istehsalı olan, ən müasir beynəlxalq standartlara cavab verən yeni avtobuslar artıq 106 və 20 saylı avtobus marşrutlarından istifadə edən sərnişinlərin ixtiyarına verilib. Yeni avtobuslardan daha bir xətt üzrə - 345 nömrəli marşrutla da hərəkət nəzərdə tutulub. Hazırda bu marşrut üzrə peşəkar sürücülərin hazırlanması mərhələsi başa çatmaq üzrədir. Qeyd edək ki, ən son texniki nailiyyətlərin tətbiq edildiyi və uzunluğu 11,8 metr olan avtobusların 38 oturacaq yeri var. Onların hər biri ilə 98 sərnişin daşımaq mümkündür. -
09-16-2008, 07:10 PMAPAErmənistan Kasasiya Məhkəməsinin sədri istefa verib
[b]Ermənistan Kasasiya Məhkəməsinin sədri istefa verib[b]
[İrəvan - APA. Ermənistan Kasasiya Məhkəməsinin sədri Ovannes Manukyan vəzifəsindən istefa verib. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, O. Manukyan istefa ərizəsini prezident Serj Sarkisyan və Ədalət Mühakiməsi Şurasına göndərib. O, istefasının səbəblərinin açıqlamayıb. Qeyd edək ki, O. Manukyan 2005-ci ilin iyununda prezident Robert Köçəryanın fərmanı ilə Kasasiya Məhkəməsinin sədri təyin olunub. Bu orqan ölkədə Konstitusiya Məhkəməsindən sonra ən yüksək məhkəmə instansiyası sayılır. -
09-16-2008, 07:20 PMAPADaha bir Azərbaycan bankı xarici investorlara kapitalında pay satır
[b]Daha bir Azərbaycan bankı xarici investorlara kapitalında pay satır[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin dördüncü rübündə nizamnamə kapitalına iki xarici investor cəlb etmək niyyətindədir. Bu, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Almaniya İnvestisiya Korporasiyası (DEG) olacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.E.Qədimovun sözlərinə görə, hazırda bu istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir və nəticələr bu ilin sonunadək bəlli olacaq: «Bu iki təşkilatın bankımızın kapitalında ümumi iştirak payı 25% olacaq». Qeyd edək ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. Bankın səhmdarları rolunda 6 fiziki (96,4%) və 14 hüquqi şəxs (3,6%) çıxış edir. -
09-16-2008, 07:30 PMAPARusiya ilə hərbi münaqişə nəticəsində Gürcüstan Müdafiə Nazirliyinə 200 milyon dollar ziyan dəyib
[b]Rusiya ilə hərbi münaqişə nəticəsində Gürcüstan Müdafiə Nazirliyinə 200 milyon dollar ziyan dəyib[b]
[Tiflis-APA. Gürcüstan Müdafiə Nazirliyi Cənubi Osetiyada hərbi münaqişə zamanı bu struktura dəyən ziyanın hesablanmasını davam etdirir. APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, ölkənin müdafiə naziri David Kezeraşvili hərbi əməliyyatlar zamanı nazirliyin infrastrukturuna 200 milyon dollar ziyan dəydiyini açıqlayıb: "Bu, yalnız təxmini rəqəmdir, biz Qori hərbi bazasına dəyən ziyanı hələ sonadək hesablamamışıq". -
09-16-2008, 07:40 PMAPADördüncü mərtəbədən yıxılan hamilə qadın sağ qalıb
[b]Dördüncü mərtəbədən yıxılan hamilə qadın sağ qalıb[b]
[Dnepropetrovsk - APA. Ukraynanın Dnepropetrovsk vilayətində hamilə qadın 4-cü mərtəbədə yerləşən mənzilinin pəncərəsindən yerə düşüb. APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, 23 yaşlı qadın və döl möcüzə nəticəsində sağ qalıblar. Döş qəfəsində əzilmə olan qadın hazırda xəstəxanadadır və özünü yaxşı hiss edir. Milis faktla bağlı araşdırma aparır. -
09-16-2008, 07:50 PMAPAƏli Babacan: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün nə qədər həssas məsələ olduğunu daha yaxşı anlamağa başlayıb"
[b]Əli Babacan: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün nə qədər həssas məsələ olduğunu daha yaxşı anlamağa başlayıb"[b]
Brüssel - APA. "Son vaxtlar Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün nə qədər həssas məsələ olduğunu daha yaxşı anlamağa başlayıb".
[APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Brüsseldə mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. O bildirib ki, problemin üçtərəfli (Türkiyə-Azərbaycan-Ermənistan) formatda müzakirəsi münaqişənin həlli prosesini xeyli asanlaşdıracaq. Xatırladaq ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. -
09-16-2008, 08:10 PMAPAQərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini: "Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etməlidir"
[b]Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini: "Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etməlidir"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin nümayəndə heyəti bu gün Mili Məclisdə mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, nümayəndə heyətinin rəhbəri, Siyasi Məsələlər Komitəsinin sədr müavini Maykl Henkok Azərbaycana səfərlərinin uğurlu keçdiyini bildirib. O deyib ki, səfər çərçivəsində maraqlı fikir mübadiləsi aparıblar. M. Henkok səfər zamanı "Xəzər dənizi və Avropada təhlükəsizlik" adlı məruzə hazırlamaq məqsədilə müzakirələr apardığını deyib.Azərbaycanın Asiya ilə Avropa arasında körpü olduğunu bildirən nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Avropa rəsmi Bakı əməkdaşlıqda maraqlıdır. O, Azərbaycan torpaqlarının işğalı faktına toxunaraq, Ermənistanın işğal olunmuş əraziləri azad etməli olduğunu vurğulayıb. -
09-17-2008, 12:20 AMAPAHeydər Əliyev Sarayında müasir standartlara uyğun əsaslı təmir aparılıb - FOTOSESSİYA
[b]Heydər Əliyev Sarayında müasir standartlara uyğun əsaslı təmir aparılıb - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova - APA. Ötən ilin aprel ayından əsaslı təmirə dayanan Heydər Əliyev Sarayında son tamamlanma işləri aparılır.
APA-nın məlumatına görə, sarayın həm xarici, həm də daxili müasir standartlara cavab verəcək formada hazırlanıb, girişdə yeni işıq avadanlıqları, eskalator və lift sistemi, müxtəlif ölçülü ekranlar yerləşdirilib. Birinci mərtəbədə yerləşdirilən kiçik ölçülü ekranlarda müxtəlif reklamlar, maraqlı reportajlar yayımlanacaq. Burada həmçinin lazer şəlaləsi də quraşdırılıb. Heydər Əliyev Sarayının ön hissəsində ekranlar yerləşdirilib. Axşamlar bu ekranlarda müxtəlif görüntülər nümayiş olunacaq. Bundan başqa, həmin ekranlar vasitəsilə sarayın səhnəsindən birbaşa yayım aparılacaq, vətəndaşlar ekrandan səhnədə baş verənləri canlı izləyə biləcəklər. Heydər Əliyev Sarayının səhnəsində və tamaşaçı zalında da xeyli dəyişiklik edilib. Tamamilə dəyişilmiş zalda müasir standartlara cavab verəcək işıqlandırma sistemi, gözəl çilçıraqlar, texniki avadanlıq və rahat oturacaqlar quraşdırılıb. Sarayın görünüşündə istifadə olunan əsas rəng isə qəhvəyidir. Bununla yanaşı, qrim və işçi otaqlar da tamamilə müasir formada təmir olunub, rahat mebellə bəzədilib. Sarayın pilləkənlərinin təmirində isə mərmərdən istifadə olunub. Qarderob və istirahət üçün xüsusi yerlərin hazırlanmasında da tamaşaçıların rahatlığını nəzərə alınıb. Heydər Əliyev Sarayında əsaslı təmir işləri aparan "Azəraqrartikinti və Pin-Proje Ortaqlığı"nın müdiri Sərdar Abuzərov APA-ya açıqlamasında mədəniyyət ocağında böyük dəyişikliklərin edildiyini bildirib: "35 il əvvəl inşa olunan sarayın əsaslı təmirinə ehtiyac vardı. Saray, korpus hissəsi istisna olmaqla, demək olar ki, tamamilə sökülüb yeni, müasir dövrə uyğun materiallarla inşa edilib. Sarayın səs, işıq, ventilyasiya, kondisioner, akustika sistemi dəyişdirilərək ən modern avadanlıqlarla təchiz olunub. Sarayın daxili hissəsi və zal tamamilə yenilənib". S. Abuzərovun sözlərinə görə, təmir zamanı sarayın əvvəlki layihəsində nəzərdə tutulmayan bəzi əlavə işlər də görülüb: "Sarayda 560 kub/metr yanğınsöndürmə və su hovuzları inşa edilib. Təmirdə dünyanın 16 ölkəsindən gətirilmiş material və avadanlıqdan istifadə olunub. Oturacaqların sayı nisbətən azaldılıb ki, bu da oturacaq yerlərinin genişlənməsi ilə əlaqədardır. Bir sözlə, Heydər Əliyev Sarayında tamaşaçıların rahat istirahəti üçün hər cür şərait yaradılıb". S. Abuzərov 2007-ci ilin aprelindən başlanan təmir işlərinin bu günlərdə tam yekunlaşacağını da bildirib. Qeyd edək ki, Heydər Əliyev Sarayının rəsmi açılış mərasiminin sentyabrın 25-də keçirilməsi nəzərə tutulur. -
09-17-2008, 10:20 AMAPAAzərbaycan prezidentinin Rusiyaya səfəri başa çatıb
[b]Azərbaycan prezidentinin Rusiyaya səfəri başa çatıb[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri sentyabrın 16-da başa çatıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə baş tutub. -
09-17-2008, 10:30 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 16-da saat 09.15-dən 09.25-dək və 17.45-dən 18.00-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 19.10-dan 19.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 17-də saat 05.30-dan 05.38-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
09-17-2008, 10:40 AMAPADağıstanın cənubunda 10 yaraqlı öldürülüb
[b]Dağıstanın cənubunda 10 yaraqlı öldürülüb[b]
[Mahaçqala - APA. Dağıstanın cənubunda keçirilən antiterror əməliyyatı zamanı 10 yaraqlı öldürülüb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri tərəfindən keçirilib. FTX əməkdaşları Tabasaran rayonundan "QAZel" mikroavtobusu ilə qonşu rayonlara gedən bir qrup silahlı şəxsin qarşısını kəsiblər. Döyüş zamanı yaraqlılar məhv edilib, 1 FTX əməkdaşı isə həlak olub. Terrorçuların federal axtarışda olan Novruzovun və sentyabrın 10-da öldürülmüş Rəhimxanovun dəstəsinə aid olduğu bildirilir. Antiterror əməliyyatı davam edir. -
09-17-2008, 10:50 AMAPACənubi Osetiya separatçıları Gürcüstanla müharibədə 1694 nəfərin öldüyünü açıqlayıblar
[b]Cənubi Osetiya separatçıları Gürcüstanla müharibədə 1694 nəfərin öldüyünü açıqlayıblar[b]
[Sxinvali - APA. "Sorğu yolu ilə topladığımız məlumatlara əsasən Cənubi Osetiyada 1694 nəfər Gürcüstanın təcavüzünün qurbanı olub. İstintaqın gedişində onlardan 500-dən çoxunun hansı şəraitdə həlak olduğu müəyyənləşdirilib". APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Osetiya separatçı rejiminin baş prokuroru Teymuraz Xuqayev "Rossiyskaya qazeta"ya müsahibəsində deyib. O, ölənlərin dəqiq sayını söyləməyin mümkün olmadığını etiraf edib: "Təcavüz zamanı 30 mindən çox vətəndaşımız respublikanı tərk etməyə məcbur olub. Onların bəziləri yolda bombardman zamanı həlak olublar və şahidlər tərəfindən yol kənarında və ya meşədə basdırılıblar. Bəzi insanlar isə avtomobillərin içində yanıb külə dönüblər". Y. Xuqiyev ölənlərin böyük əksəriyyətinin dinc sakinlər olduğunu bildirib. -
09-17-2008, 11:00 AMAPAAzərbaycanın «MBASK» sığorta şirkəti filial şəbəkəsini genişləndirməyi planlaşdırmır
[b]Azərbaycanın «MBASK» sığorta şirkəti filial şəbəkəsini genişləndirməyi planlaşdırmır[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın «MBASK» sığorta şirkəti ölkə üzrə filial şəbəkəsini genişləndirməyi planlaşdırmır. Bu barədə «APA-ECONOMICS»ə «MBASK» şirkətinin satış üzrə baş direktoru Kamran Bağırov məlumat verib. K.Bağırovun sözlərinə görə, hazırda regionlarda şirkətin 4 nümayəndəliyi və bir filialı fəaliyyət göstərir. Ümumilikdə isə nümayəndəlik və filialların sayı 7-yə çatıb ki, bura Bakıda fəaliyyət göstərən nümayəndəlik və filiallar da daxildir: «Bizim fikrimizcə, nümayəndəlik və filial şəbəkəsini genişləndirməyə ehtiyac yoxdur, çünki artıq mövcud olan şəbəkə kifayət edir. Hazırda biz sığorta şirkəti tərəfindən müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində iş aparırıq».Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat, sığorta ödənişlərinin həcmi isə 3,778 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir. -
09-17-2008, 11:20 AMAPADünya bazarında neftin qiyməti 91 dollara düşüb
[b]Dünya bazarında neftin qiyməti 91 dollara düşüb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 4,56 dollar düşərək 1 barelə görə 91,15 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 5,02 dollar - 89,22 dollaradək ucuzlaşıb.İranın neft naziri Qulamhüseyn Nəzəri bildirib ki, dekabrın 17-də Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) iclasında neft hasilatı həcmlərinin növbəti dəfə azaldılması məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, OPEC neftin ucuzlaşmasının qarşısını almaq niyyətindədir. Qeyd edək ki, artıq həcmlərin böyük hissəsi iyulda hasilatı sutkada 500 min barel artıran Səudiyyə Ərəbistanının payına düşür. OPEC-in əvvəlki kvotaların bərpası ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq niyyətində deyil. -
09-17-2008, 11:40 AMAPA«BP-Azerbaijan» şirkəti «Çıraq» neft layihəsi üzrə ictimaiyyətlə görüş keçirəcək
[b]«BP-Azerbaijan» şirkəti «Çıraq» neft layihəsi üzrə ictimaiyyətlə görüş keçirəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna daxil olan «Çıraq» Neft Layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) təkliflər proqramı çərçivəsində «BP-Azerbaijan» şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından ictimaiyyətlə məsləhətləşmə xarakterli görüş keçirəcək.«BP-Azerbaijan» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, görüş bu ilin sentyabr ayının 23-də Bakıda keçiriləcək. Tədbir çərçivəsində «BP-Azerbaijan» şirkətinin mütəxəssisləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. -
09-17-2008, 11:50 AMAPAParlamentin I vitse-spikeri: "Regionda baş verən son hadisələr Azərbaycanın hərbi doktrinasında nəzərə alınacaq"
[b]Parlamentin I vitse-spikeri: "Regionda baş verən son hadisələr Azərbaycanın hərbi doktrinasında nəzərə alınacaq"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycanın hərbi doktrinasında bölgədəki vəziyyətlə əlaqədar müəyyən korrektlər ediləcək. Məlum olduğu kimi regionda müəyyən hadisələr baş verdi və bütün bunlar hərbi doktrinada nəzərə alınmalıdır".
[APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. Azərbaycanın hərbi doktrinasının hələlik Milli Məclisə göndərilmədiyini bildirən Z. Əsgərov bu məsələnin dövlət başçısının səlahiyyətində olduğunu deyib. Milli Məclisin payız sessiyası dövründə bir sıra vacib sənədlərin qəbul ediləcəyini deyən Z. Əsgərov bunlardan bir beçəsinin adını sadalayıb: "Adətən payız sessiyası dövlət büdcəsinin qəbulu ilə əlamətdar olur. Bundan başqa, Rəqabət Məcəlləsi, İnzibati Prosessual Məcəllənin, habelə "Təhsil haqqında", "Xarici ölkələrdə sülhyaratma missiyasını həyata keçirən Azərbaycan qoşunlarının statusu haqqında", "Hərbiçilərin istintaq təcridxanalarında saxlanmasının xüsusiyyətləri haqqında" qanun layihələrinin müzakirəyə çıxarılması gözlənilir". -
09-17-2008, 12:00 PMAPAAzərbaycanlı karikaturaçı İsraildə keçirilən beynəlxalq müsabiqənin mükafatına layiq görülüb
[b]Azərbaycanlı karikaturaçı İsraildə keçirilən beynəlxalq müsabiqənin mükafatına layiq görülüb[b]
[Bakı. Laçın Sultanova-APA. Azərbaycan karikaturaçısı Bayram Hacızadə İsraildə keçirilən 14-cü Beynəlxalq müsabiqəsində həvəsləndirici mükafatına layiq görülüb. «Azərbaycan-İsrail» (Azİz) Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak APA-ya bildirib ki, İsrailin Hayfa şəhərində 1994-cü ildən ənənəvi olaraq hər il keçirilən bu müsabiqə MDB ölkələrindən olan repatriant rəssamların təsis etdiyi «Penkom» Assosiasiyası və Hayfa bələdiyyəsi tərəfindən təşkil olunur. Bu il keçirilmiş müsabiqədə münsiflər heyəti 60 ölkədən göndərilmiş 1000-ə yaxın əsərlə tanış olublar. Müsabiqənin qalibləri Ukrayna, Fransa və İtaliyadan olan karikaturaçılar olub. Mükafatların təqdimetmə mərasimində Bayram Hacızadəyə çatacaq mükafat «Azİz»-in İdarə Heyətinin üzvü Yuri Boçarova təqdim olunub. -
09-17-2008, 12:10 PMAPA«Rabitəbank» ilin sonunadək yeni regional filial açacaq
[b]«Rabitəbank» ilin sonunadək yeni regional filial açacaq[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi Ağcabədi rayonunda filial açmaq niyyətindədir. «APA-ECONOMICS»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.E.Qədimovun sözlərinə görə, filial üçün lisenziyanın alınması ilə bağlı Azərbaycan Milli Bankına (AMB) müvafiq sənədlər hazırlanır və bu ilin oktyabrında AMB-yə müraciət olunacaq.E.Qədimov bildirib ki, strateji plan çərçivəsində 2009-cu il ərzində bank əlavə olaraq 3 filial açacaq. Filialların biri Bakıda, digərləri isə regionda açılacaq. Qeyd edək ki, hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir və bunun 12-si regionda yerləşir.Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. -
09-17-2008, 12:20 PMAPAYaap de Hoop Sxeffer: "Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur"
[b]Yaap de Hoop Sxeffer: "Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur"[b]
[Tiflis - APA. NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Gürcüstanda islahatların davam etdirilməsini istədiklərini bəyan edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Yaap de Hoop Sxeffer Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, məhkəmə-polis sistemində islahatlar başa çatdırılmasa, Seçki Məcəlləsi təkmilləşdirilməsə və demokratikləşmə prosesi dərinləşdirilməsə, NATO ilə Gürcüstanın əməkdaşlığı alınmayacaq. Baş katib Gürcüstanın ərazi bütövlüyünü sözsüz dəstəklədiklərini bir daha vurğulayıb: "Heç bir dövlətin Gürcüstanın sərhədlərini dəyişdirmək hüququ yoxdur".