[b]II Yelizaveta İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib[b]
[Bakı - APA. Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Yelizaveta İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kraliça hökumətinin və özünün iki ölkə arasında sıx əməkdaşlığın və gözəl münasibətlərin davam etməsini ürəkdən istədiklərini vurğulayıb: "Sizin və Azərbaycan xalqının gələcəyi ilə bağlı ən xoş arzularımı bildirirəm".Bundan başqa, Yunanıstan prezidenti Karolos Papulyas, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, Baş müfəttiş Sultan bin Əbdüləziz Al Səud Vəliəhd, Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Dünya Bankının prezidenti Robert B. Zölik də İ. Əliyevə növbəti müddətə prezident seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Azərbaycan Xəbərləri
Printable View

10-28-2008, 09:10 PMAPAII Yelizaveta İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

10-28-2008, 09:20 PMAPAAzərbaycan prezidenti Respublika günü münasibətilə Türkiyə prezidentinə və baş nazirə təbrik məktubu göndərib
[b]Azərbaycan prezidenti Respublika günü münasibətilə Türkiyə prezidentinə və baş nazirə təbrik məktubu göndərib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Milli bayramı - Respublika günü münasibətilə bu ölkənin prezidenti Abdullah Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bütün Türkiyə xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlət başçısı xalqlarımızın bir-birinə bəslədiyi qardaşlıq duyğularından qaynaqlanan Azərbaycan-Türkiyə tərəfdaşlığının bu gün dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini bariz nümayiş etdirən örnək sayıla biləcəyini vurğulayıb: "Əminəm ki, sələflərimizdən miras qalmış birliyimizi, müttəfiqliyimizi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq üçün üzərimizə düşən bu şərəfli missiyanı bundan sonra da qətiyyətlə yerinə yetirəcəyik.Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq diləyirəm". -
10-28-2008, 09:30 PMAPAHacı Məmmədovun dəstəsinin daha bir üzvü, Abşeronun keçmiş polis rəisi həbs olunub
[b]Hacı Məmmədovun dəstəsinin daha bir üzvü, Abşeronun keçmiş polis rəisi həbs olunub[b]
Bakı - APA. Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun dəstəsinin daha bir üzvü həbs olunub.
[Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya daxil olan məlumata görə, 1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında suyun içərisindən şəxsiyyəti məlum olmayan kişi cinsindən olan meyit tapılıb. Naməlum meyitin 1952-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14.00 radələrində idarə etdiyi «QAZ-2410» markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilib. Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılıb.MTN tərəfindən «Qara kəmər» şərti adı altında həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilmiş Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, habelə həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirak etməsini ehtimal etməyə əsas verib.Sadalanan həmin hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnib və Xızı şəhər prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün MTN-in İstintaq Baş İdarəsinə göndərilib.İstintaqla müəyyən edilib ki, Cavanşir Piriyev 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57-ci (vətənə xəyanət), 17,59-cu (terror aktında iştirakçılıq) maddələri və 70-2-ci maddəsinin 1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların yaradılması) hissəsi ilə 1995-ci ildən beynəlxalq axtarışda olan, əvvəllər Abşeron rayon Polis şöbəsinin rəisi işləmiş Məmmədəli Əliyev tərəfindən qətlə yetirilib.Məmmədəli Əliyevin törətdiyi bu cinayət faktı müəyyən edildikdən dərhal sonra onun tezliklə tutulması üçün bütün hallar, ehtimal və mülahizələr intensiv surətdə və diqqətlə təhlil olunub. Bunun nəticəsi olaraq, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Məmmədəli Əliyevin gizləndiyi yer müəyyənləşdirilib və o, 2008-ci il oktyabrın 28-də Bakı şəhəri, Sabunçu rayonu Nardaran bağ massivindəki bağ evində yaxalanıb. Cinayət işi ilə bağlı bütün halların araşdırılması, hadisəni törətmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, hüquqazidd əməllərin aşkarlanması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-28-2008, 10:50 PMAPAMüslüm Maqomayevin cənazəsi Moskvadan xüsusi təyyarə ilə Bakıya gətirilib
[b]Müslüm Maqomayevin cənazəsi Moskvadan xüsusi təyyarə ilə Bakıya gətirilib[b]
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 25-də Moskvadakı mənzilində 67 yaşında vəfat edən dahi Azərbaycan müğənnisi, dünya şöhrətli bariton Müslüm Maqomayevin cənazəsi bu gün xüsusi təyyarə ilə Moskvadan Bakıya gətirilib.
[APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının məlumatına görə, cənazəni sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, tanınmış prodüser Yuli Qusman, Rusiyanın əməkdar artisti Oleq Qazmanov, Moskvada keçirilən vida mərasimində iştirak etmək üçün Azərbaycandan Rusiyaya ezam olunmuş baş nazirin müavini vəzifəsini icra edən Elçin Əfəndiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Ümumrusiya Azərbaycan Konqresinin sədri Məmməd Əliyev, Konqresin vitse-prezidenti Araz Ağalarov və digər şəxslər müşayiət ediblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında isə cənazəni və qonaqları mədəniyyət və turizm naziri vəzifəsini icra edən Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, "AzAL" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar və digərləri qarşılayıb. Hava limanında jurnalistlərə açıqlama verən O. Qazmanov M. Maqomayev kimi bir şəxsiyyətlə tanış olduğu üçün özünü xoşbəxt saydığını bildirib. Y. Qusman da M. Maqomayevi böyük sənətkar, dahi şəxsiyyət adlandırıb. F. Bədəlbəyli isə Moskva keçirilmiş vida mərasimindən danışaraq, M. Maqomayevə olan məhəbbətdən söz açıb: "Mən Moskvada keçirilən vida mərasimindən dəhşətə gəldim. İnsan seli dayanmaq bilmirdi, hamı Müslümlə vidalaşmaq, ona son borcunu vermək üçün növbəyə dayanmışdı. Cənazəni vida mərasiminin keçirildiyi zaldan çıxaranda isə alqış qopdu, hər kəs bir ağızdan "Bravo, Müslüm!" söyləməyə başladı". Qeyd edək ki, sənətkarın qızı Marina da dəfn mərasimində iştirak etmək üçün həyat yoldaşı ilə birlikdə axşam saatlarında ABŞ-dan Bakıya gəlib. Mərhumun cənazəsi müsəlman adətinə uyğun olaraq dəfnə hazırlanmaq üçün hava limanından Göy məscidə aparılıb. M. Maqomayevlə vida mərasimi sabah saat 11.00-dan 15.00-dək M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Böyük sənətkar saat 16.00-da I Fəxri Xiyabanda torpağa tapşırılacaq. -
10-29-2008, 11:10 AMAPAABŞ-ın Kommersiya Departamentinin katib müavininin Azərbaycana səfəri başlayıb
[b]ABŞ-ın Kommersiya Departamentinin katib müavininin Azərbaycana səfəri başlayıb[b]
[Bakı. Viktoriya Dementyeva - APA. ABŞ-ın Kommersiya Departamentinin katib müavini Con Sallivan oktyabrın 28-də Azərbaycana gəlib. APA-nın məlumatına görə, səfərdə məqsəd iki ölkə arasında iqtisadi və kommersiya əlaqələrinin gücləndirilməsi istiqamətində danışıqlar aparmaqdır. C. Sallivan Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. -
10-29-2008, 11:40 AMAPAMaradona Argentina yığmasının baş məşqçisi oldu
[b]Maradona Argentina yığmasının baş məşqçisi oldu[b]
Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentina milli komandasının baş məşqçisi təyin olunub.
["APA-SPORT"un məlumatına görə, yerli futbol qurumunun prezidenti Xulio Qrondona 48 yaşlı Maradona ilə razılığa gəlib. Alfia Bazilenin istefasından sonra bu posta Dieqo Simeone, Karlos Byanki, Migel Anhel Russo və Serjio Batista namizədlər sırasında olsa da, İcraiyyə Komitəsi yekdilliklə Maradonaya səs verib. 14 illik fasilədən sonra yığmaya qayıdan Maradona 1977-94-cü illərdə bu komandanın şərəfini qoruyaraq, 1986-cı ildə dünya çempionu olub. Həmin çempionluq vaxtı Argentina millisinin baş məşqçisi olan Karlos Bilardo sabiq yetirməsinin köməkçisi kimi çalışacaq. Məşqçilik fəaliyyəti 1994-cü ildə başlayan Maradona həmin il "Mandiyu de Korryente" bir il sonra isə "Rasinq Avelanada" komandalarını çalışdırıb və hər ikisindən də qalmaqalla ayrılıb. -
10-29-2008, 11:50 AMAPAErmənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 28-də saat 21.30-dan 21.40-dək Ermənistan Respublikası Noyamberyan rayonu Berdevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən mövqelərini, saat 20.00-dan 20.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dan 20.17-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-29-2008, 12:00 PMAPAPakistanda baş verən zəlzələdə 27 nəfər ölüb, 40 nəfər yaralanıb
[b]Pakistanda baş verən zəlzələdə 27 nəfər ölüb, 40 nəfər yaralanıb[b]
[İslamabad-APA. Pakistan qərbində baş verən zəlzələ nəticəsində ən azı 27 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın məlumatına görə, Bəlucistan vilayətində dağıntılar altından 25 nəfərin cəsədi çıxarılıb. Yaxınlıqdakı Kvetta şəhərində isə minimum iki nəfərin öldüyü bildirilir. Yerli hakimiyyət orqanları zəlzələ qurbanlarının sayının artacağını güman edir, hələlik yeraltı təkanlar qeydə alınmış digər bölgələrdə tələfat və dağıntılarla bağlı məlumat yoxdur. ABŞ Geoloji Xidmətinin mütəxəssisləri yerli vaxtla 04.09-da baş verən zəlzələnin 6,2 bal gücündə olduğunu ehtimal edirlər. Yeraltı təkanların episentri Kvetta şəhərinin 70 kilometr şimal-şərqinə düşüb. Qeyd edək ki, 2005-ci ilin oktyabrında Pakistanın şimal-qərbində baş verən 7,6 bal gücündə zəlzələ 73 min nəfərin ölümünə səbəb olub. -
10-29-2008, 12:10 PMAPAAzərbaycan BMT-nin fəxri siyahısına düşüb
[b]Azərbaycan BMT-nin fəxri siyahısına düşüb[b]
[Bakı. Laçın Sultanova - APA. BMT-yə üzv ölkələr arasında qurum qarşısında maliyyə öhdəliklərini yerinə yetirən ölkələrin fəxri siyahısında Azərbaycanın da adı var. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katibin idarəçilik məsələləri üzrə müavini Angela Kane bildirib ki, 140 ölkə daimi büdcəyə üzvlük haqqını ödəyib, 52 ölkənin isə 756 milyon dollar borcu var. A. Kale BMT qarşısında maliyyə öhdəliklərini yerinə yetirən, o cümlədən beynəlxalq tribunal və təşkilatın Nyu-Yorkda yerləşən qərargahının əsaslı təmirinə vəsait ayıran 31 ölkənin arasında Azərbaycanın da adını çəkib. O, həmin ölkələrə minnətdarlığını ifadə edib. -
10-29-2008, 12:20 PMAPAAzərbaycan paytaxtında dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasimi başlayıb
[b]Azərbaycan paytaxtında dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasimi başlayıb[b]
Bakı. Ülkər Qasımova - APA. Bu gün saat 11.00-da Azərbaycan Dövlət Filarmoniyasında dahi bariton Müslüm Maqomayevlə vida mərasimi başlayıb.
[APA-nın məlumatına görə, insanlar axın-axın Azərbaycanın böyük oğlu ilə vidalaşmağa gəlirlər. Müğənninin xanımı Tamara Sinyavskaya vida mərasimi keçirilən zalda başsağlıqlarını qəbul edir. Zalda M. Maqomayevin ifa etdiyi mahnılar səslənir. Vida mərasimi saat 15.00-dək davam edəcək. M. Maqomayev saat 16.00-da I Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı mənzilində vəfat edib. -
10-29-2008, 12:30 PMAPAAvropa Birliyinin gələn il keçiriləcək sammitində Azərbaycan da iştirak edəcək
[b]Avropa Birliyinin gələn il keçiriləcək sammitində Azərbaycan da iştirak edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Gələn il Brüsseldə Avropa Birliyinin 27+6 formatında sammiti keçiriləcək. APA-nın məlumatına görə, sammitdə AB-yə üzv 27 ölkə ilə yanaşı, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus da iştirak edəcəklər. 2009-cu il yanvarın 1-dən AB-yə sədrlik edəcək Çexiyanın xarici işlər nazirinin müavini Tomas Poyar bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko da zirvə toplantısına dəvət oluna bilər. -
10-29-2008, 12:40 PMAPAMəşhur "Peugeot" şirkətinin Bakıdakı nümayəndəliyinin 11 il axtarışda olan rəhbəri həbs edilib
[b]Məşhur "Peugeot" şirkətinin Bakıdakı nümayəndəliyinin 11 il axtarışda olan rəhbəri həbs edilib[b]
Bakı. Hafiz Heydərov - APA. "Fransa-Azərbaycan" Səhmdar Cəmiyyətinin (SC) rəhbəri həbs edilib.
[Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Şahin Musa oğlu Musayev 11 il axtarışda olub. Fransanın məşhur "Peugeot" şirkətinin Bakıdakı nümayəndəliyinə və "Fransa-Azərbaycan" SC-yə rəhbərlik etmiş M. Musayev 11 il əvvəl Azərbaycan Beynəlxalq Bankından götürdüyü 200 min ABŞ dolları məbləğində vəsaiti mənimsəməkdə təqsirli bilinir. Həmin vaxtdan Cinayət Məcəlləsinin 88-ci (mənimsəmə) maddəsi (köhnə redaksiyada) ilə barəsində axtarış elan olunmuş M. Musayev uzun müddət Fransada gizlənib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M. Musayev ötən gün Bakı şəhərindəki evində həbs edilib.Faktla bağlı araşdırma aparılır. -
10-29-2008, 01:00 PMAPAFatih Terim həbs oluna bilər
[b]Fatih Terim həbs oluna bilər[b]
[Bakı - APA-SPORT. Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terim həbs oluna bilər. "APA-SPORT"un məlumatına görə, təcrübəli çalışdırıcının 3 aydan 2 ilədək dəmir barmaqlıqlar arxasında oturması mümkündür.Terim ötən ay "Yeni Şafak" qəzetinin müxbiri Osman Tanburacının şərəf və ləyaqətini alçaltmaqda günahlandırılır. Bununla bağlı, jurnalist sentyabrın 11-də məhkəməyə müraciət edib. İddiada göstərilir ki, Tanburacı dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belçika yığmasına qarşı keçirilən oyundan öncə efirə gedən idman proqramında Terimi tənqid atəşinə tutub. Bundan qəzəblənən baş məşqçi verilişdən sonra, sentyabrın 9-da jurnalistlə telefon əlaqəsi saxlayaraq, onu söyüşə "qonaq" edib.İlkin istintaq zamanı Terimin göstərilən tarixdə Tanburacıya həqiqətən də zəng vurduğu müəyyənləşib. 55 yaşlı məşqçi haqqında Türkiyə Cinayət Məcəlləsinin 125.1 maddəsi üzrə cinayət işi açılıb. -
10-29-2008, 01:10 PMAPANoyabrın 21-də türkdilli ölkələrin Parlament Assambleyası yaradıla bilər
[b]Noyabrın 21-də türkdilli ölkələrin Parlament Assambleyası yaradıla bilər[b]
[Bakı Elnur Məmmədli - APA. Noyabrın 21-də türkdilli ölkələrin Parlament Assambleyasının yaradılması məqsədilə İstanbulda növbəti toplantı keçiriləcək. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. O bildirib ki, Parlament Assambleyasının yaradılması istiqamətində indiyə qədər bir sıra addımlar atılıb: "Mən İstanbul toplantısında Parlament Assambleyasının yaradılacağını düşünürəm". -
10-29-2008, 01:20 PMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD -
10-29-2008, 01:30 PMAPAAzərbaycan manatının real effektiv məzənnəsi 8 illik maksimuma çatıb
[b]Azərbaycan manatının real effektiv məzənnəsi 8 illik maksimuma çatıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan manatının real effektiv məzənnəsi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 15,1% yüksəlib. Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu, 2000-ci ildən sonrakı dövr ərzində ən yüksək göstəricidir. Real effektiv məzənnə ölkənin əsas xarici ticarət tərəfdaşlarının valyutalarının real mübadilə məzənnələrinin örtaölçülmüş göstəricisidir və onun hesablanmasında müvafiq ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı nəzərə alınır. Yəni, bu, manatın xarici ticarət dövriyyəsində iştirak edən dövlətlərin valyutalarına qarşı orta vahid məzənnəsidir. Real effektiv məzənnənin artımı ölkənin yerli mallarının rəqabətlilik qabiliyyətinin aşağı düşdüyünü göstərir. Eyni zamanda, real effektiv məzənnənin hesablanmasında ölkədə və xarici ticarətdə tərəfdaş ölkələrdəki illik inflyasiya nəzərə alınır, yəni real effektiv məzənnənin artımına həm də yüksək inflyasiya təsir edir. Hətta tək Azərbaycanda deyil, həmçinin tərəfdaş ölkələrdə olan inflyasiyanın səviyyəsi nəzərə alınmalıdır. Azərbaycanda olan inflyasiyanın tərəfdaş dövlətlərdəki inflyasiyadan artıq olması yerli iqtisadiyyatın rəqabətlilik qabiliyyətinin düşdüyünü əks etdirir.Qeyd edək ki, son illər ərzində real effektiv məzənnənin dinamikasında əks olunan qeyri-neft sektorunda da rəqabətlilik qabiliyyəti davamlı olaraq azalır. -
10-29-2008, 01:40 PMAPABakıda uzun müddət axtarışda olan qadın həbs edilib
[b]Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda uzun müddət axtarışda olan qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1951-ci il təvəllüdlü Leyla Həsənqulu qızı Ələkbərova Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) maddəsi ilə təqsirli bilinir. Əzizbəyov rayon Məhkəməsinin L. Ələkbərova barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o paytaxtda saxlanılıb. L. Ələkbərova barəsində Əzizbəyov rayon Prokurorluğunda açılan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. -
10-29-2008, 01:50 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-29-2008, 02:00 PMAPABVF-nin sabiq baş iqtisadçısı Kennet Roqoff: «Dolların bahalaşmasının iqtisadi əsasları yoxdur»
[b]BVF-nin sabiq baş iqtisadçısı Kennet Roqoff: «Dolların bahalaşmasının iqtisadi əsasları yoxdur»[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. ABŞ-ın bank və maliyyə sistemində yaşanan böhran mühitində dolların dünyanın əsas valyutalarına qarşı sürətli artımının iqtisadi əsasları yoxdur və bu proses müvəqqəti xarakteri daşıyır. «APA-ECONOMICS»in «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri Harvard Universitetinin professoru, Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq baş iqtisadçısı Kennet Roqoff söyləyib.«Dağılan ABŞ iqtisadiyyatında artan dollar ağla gəlməyən bir fenomendir. Bunu yalnız onunla izah etmək olar ki, investorlar Avropada müşahidə olunan mənfi tendensiyalardan ABŞ-dakı hadisələrdən daha çox ehtiyat edirlər», - deyə K.Roqoff bildirib.ABŞ iqtisadiyyatı geriləmə mərhələsinə daxil olsa da, dünyada dollara tələbatın artması nəticəsində onun avroya qarşı məzənnəsi iki illik, funta qarşı isə 6 illik maksimuma çatıb. Dolların əsas ehtiyat valyutası kimi bərpası və dollarla avro arasındakı məzənnə fərqinin kəskin azalmasını proqnozlaşdıran əksər analitiklərdən fərqli olaraq, K.Roqoff dolların böhrandan əvvəl olan mövqelərə qayıdacağını gözləyir. K.Roqoffun fikrincə, möhkəmlənən dollar Amerika mallarının xarici bazarlarda rəqabətlilik qabiliyyətini azaldır, bu da böhran vəziyyətində olan ABŞ iqtisadiyyatı və ixracatçıları üçün ciddi zərbədir.Eyni zamanda qeyd olunmalıdır ki, dolların bahalaşmasının əsas səbəbi investorlar tərəfindən aktivlərin kütləvi şəkildə satılması və onları ya pula çevrilməsi, ya da əldə olunan pulların ABŞ-ın federal istiqrazlarında yerləşdirilməsidir. Maliyyə bazarlarına olan etimadın bərpası ABŞ və Avropa ölkələri hökumətlərinin böhrana qarşı gördükləri tədbirlərin ilk müsbət effekti əvvəl investorları səhmlər, sonra isə törəmə qiymətli kağızlar bazarlarına qaytaracaq və bununla da dollara süni tələbat kəskin azalacaq. -
10-29-2008, 02:10 PMAPADünya şöhrətli bariton Müslüm Maqomayevlə vida mərasimi - FOTOSESSİYA
[b]Dünya şöhrətli bariton Müslüm Maqomayevlə vida mərasimi - FOTOSESSİYA[b]

10-29-2008, 02:20 PMAPAArxeologiya və Etnoqrafiya İnstitutu Qubadakı kütləvi məzarlıqla bağlı Prezidentin İcra Aparatına təkliflər göndərib
[b]Arxeologiya və Etnoqrafiya İnstitutu Qubadakı kütləvi məzarlıqla bağlı Prezidentin İcra Aparatına təkliflər göndərib[b]
[Bakı. Kəmalə Quliyeva - APA. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Qubadakı kütləvi məzarlıqla bağlı Prezidentin İcra Aparatına 14 bənddən ibarət təkliflər paketi göndərib. Bu barədə APA-ya institutun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, ərazidə təcili şəkildə muzey yaratmaq işinə başlamaq lazımdır: "Bir ay sonra gec ola bilər". Hazırda Qubada olan Q. Ağayev bildirib ki, rayon İcra Hakimiyyəti ərazinin qorunması üçün lazımi tədbirlər görüb: "İndi əsas vəzifə Nazirlər Kabineti başda olmaqla, digər aidiyyəti dövlət qurumlarının üzərinə düşür". -
10-29-2008, 02:50 PMAPAAzərbaycanın mobil rabitə sektorunda 3G xidmətləri ilin sonuna kimi tətbiq ediləcək
[b]Azərbaycanın mobil rabitə sektorunda 3G xidmətləri ilin sonuna kimi tətbiq ediləcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın mobil rabitə xidmətləri sektorunda 3G xidmətlərinin tətbiqinə 2008-ci ilin sonuna kimi başlanacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Nazir müavininin sözlərinə görə, yaxın vaxtlarda 3G və digər yüksək səviyyəli rabitə xidmətləri üçün lisenziyanın verilməsi barədə qərar qəbul olunacaq. Artıq bununla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.Azərbaycanda rabitə xidmətləri üçün lisenziya sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini deyən nazir müavini bildirib ki, hazırda ölkədə 4 mobil rabitə operatoru fəaliyyət göstərir və bunun 3-ü CSM, 1-i CDMA operatorudur. İ.Məmmədov yeni mobil operator kimi fəaliyyət göstərmək istəyi ilə bağlı RİTN-ə müraciətin daxil olmadığını da söyləyib.Qeyd edək ki, 3G (üçüncü nəsil şəbəkələri) standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G şəbəkəsi 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/saniyə sürətilə göndərir. 3G şəbəkəsi videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır. -
10-29-2008, 03:00 PMAPAMixail Şvıdko: "Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir"
[b]Mixail Şvıdko: "Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Müslüm Maqomayev hazırda mövcud olmayan böyük bir məkanın insanlarını birləşdirən mədəniyyət xadimlərindən idi". APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko jurnalistlərə açıqlamasında deyib. M. Şvıdko Müslüm Maqomayevi milyonlarla insanın pərəstiş etdiyi insan adlandırıb: "O öz sənəti ilə milyonlarla insanı bir yerə toplamağı bacarıb. Təəssüf ki, belə insanların sayı azalmaqdadır. Bu baxımdan, Müslüm Maqomayevin vəfatı Rusiya üçün də böyük itkidir".Mərasimə Rusiya dövlətinin adından qatıldığını deyən M. Şvıdko azərbaycanlı müğənninin adının ölkəsində də əbədiləşdiriləcəyini söyləyib: "Müslüm Maqomayev həm də şəxsiyyət, ətrafındakılara və özünə hörmət edən insan idi". -
10-29-2008, 03:10 PMAPANijni-Novqorodda işgəncəyə məruz qalan Azərbaycan vətəndaşı bu ölkənin insan hüquq təşkilatlarına müraciət edib
[b]Nijni-Novqorodda işgəncəyə məruz qalan Azərbaycan vətəndaşı bu ölkənin insan hüquq təşkilatlarına müraciət edib[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan vətəndaşı Emil Dadaşov milis əməkdaşı tərəfindən döyülməsi faktı ilə əlaqədar Nijni-Novqorod işgəncələrə qarşı mübarizə komitəsinə müraciət edib. Soydaşımız milis əməkdaşını ksenofobiya və işgəncə faktında günahlandırıb. Bu barədə APA-ya komitədən məlumat veriblər. Hüquq müdafiəçilərinin məlumatına görə, insident 2008-ci il martın 31-də baş verib. Emil Dadaşov axşam saatlarında tanışları ilə birlikdə saxlanaraq milis idarəsinə gətirilib. İnzibati qaydada saxlanan şəxslərin saxlandığı kameraya daxil olan mülki geyimli beş nəfər şəxs Emil Dadaşovu milli və dini zəmində təhqir edərək elektrik çubuğu ilə döyüblər. Daha sonra qafqazlıları görməyə gözü olmadığını deyən bir şəxs Dadaşovun sifətinə başla zərbə endirib. Nəticədə Emil Dadaşovun üç dişi sınıb. Milis işçilərinin müdaxiləsi nəticəsində soydaşımıza işgəncə verilməsi dayandırılıb. Lakin Nijeqorod istintaq bölməsinin müstəntiqləri faktla bağlı cinayət işi başlamaqdan imtina ediblər. Onlar bildiriblər ki, Dadaşovu döyən milis əməkdaşı həmin vaxt rəsmən işdə olmadığına görə onun hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə kimi dəyərləndirilə bilməz. -
10-29-2008, 03:20 PMAPABakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclasının açılış mərasimi keçirilib
[b]Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclasının açılış mərasimi keçirilib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda «Azercell Telecom» şirkətinin təşəbbüsü ilə GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun (QREQ) 55-ci iclasının açılış mərasimi keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, açılış mərasimində çıxış edən «Azercell» şirkətinin vitse-prezidenti Ali Ağan bildirib ki, Azərbaycan ÜDM-nin artım tempinə, biznes şəraitinin yaxşılaşdırılmasına görə Avrasiya regionunda lider ölkəyə çevrilib. A.Ağanın fikrincə, bu iclasın Bakıda keçirilməsi Azərbaycanın regionda liderliyinin qorunub saxlanılmasına yardım edəcək. Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov isə tədbir iştirakçılarına ölkənin iqtisadi inkişafı haqqında məlumat verib. Nazir müavininin sözlərinə görə, son 4 ildə Azərbaycanda ÜDM-nin həcmi 2 dəfə artıb. Bu ilin əvvəlində isə ölkədə yoxsulluq həddi 13%-ə enib. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə qeyd edib ki, son 4 ildə Azərbaycanda İKT sektorunun inkişaf tempi 35-40% təşkil edib. Rabitə sektorundan əldə olunan gəlirin strukturunda mobil şəbəkənin payı isə 70%-dən artıqdır. Bu göstəricinin Azərbaycanda mobil şəbəkənin inkişafını əks etdirdiyini deyən İ.Məmmədovun sözlərinə görə, dekabrın 6-da ölkəyə ilk telefon xəttinin çəkilməsinin 127 illiyi qeyd ediləcək. GSM Assosiasiyasının sədri Robindra Manqtani isə dünyada GSM şəbəkəsinin mövcud vəziyyəti barədə danışıb. Assosiasiya sədri bildirib ki, QREQ-in 55-ci iclasında 40-dan çox ölkənin eksperti iştirak edir. Tədbirdə SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları - İR.21, Rouminq və 3GPP şəbəkəsinin seçim üslublarının idarə edilməsi, NGMN-CSMA statusu barədə əməkdaşlıq sazişi, İP qarşılıqlı iş Alyansının (İPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması mövzuları üzrə müzakirələr aparılacaq. Qeyd edək ki, oktyabrın 27-də alt qrupların iclasları ilə işə başlayan konfrans sabah yekunlaşır. QREQ-in ötən ilki iclası Praqada (Cexiya) olub. Bu təşkilatın illik iclası regionda ilk dəfə olaraq, Bakıda keçirilir. -
10-29-2008, 03:30 PMAPABərdədə avtomobilin çaya düşməsi nəticəsində iki nəfər ölüb
[b]Bərdədə avtomobilin çaya düşməsi nəticəsində iki nəfər ölüb[b]
[Bərdə. Teymur Zahidoğlu-APA. Ötən gecə saat 23.00 radələrində Bərdə rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Aran-Bəhramtəpə yolunun 34-cü kilometrliyində, 10 UG 566 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil Tərtər çayı üzərindəki körpüyə çatarkən dönmə hərəkətini düzgün yerinə yetirə bilmədiyi üçün çaya düşüb. Nəticədə avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Bərdə rayon sakinləri Səbuhi İbrahimov və onun sərnişini, 1982-ci il təvəllüdlü Rəhman Məmmədov hadisə yeridə dünyalarını dəyişiblər. Ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi, sürücünün içkili olması səbəb olub. -
10-29-2008, 03:50 PMAPAAzərbaycan prezidenti dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasiminə qatılıb
[b]Azərbaycan prezidenti dünya şöhrətli müğənni Müslüm Maqomayevlə vida mərasiminə qatılıb[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevlə vida mərasiminə qatılıb.
[APA-nın məlumatına görə, xanımı Mehriban Əliyeva ilə birlikdə vida mərasiminin keçirildiyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına gələn dövlət başçısı böyük sənətkara ehtiramını ifadə edib, onun xanımı Tamara Sinyavskayaya və ailəsinin digər üzvlərinə başsağlığı verib. Prezidentlə birlikdə vida mərasiminə dövlət və hökumət üzləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri də qatılıblar. Qeyd edək ki, M. Maqomayevlə vida mərasimi bu gün saat 11.00-da başlayıb. Filarmoniyanın qarşısında dahi sənətkara son borcunu ödəmək istəyən insanların böyük növbəsi yaranıb. Zalda M. Maqomayevin ifa etdiyi mahnılar səslənir. Vida mərasimi saat 15.00-da başa çatacaq. M. Maqomayev saat 16.00-da I Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı mənzilində vəfat edib. -
10-29-2008, 04:00 PMAPAQadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub
[b]Qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaqda təqsirləndirilən şəxs tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyafət Süleymanova tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Z. Süleymanova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirilir. -
10-29-2008, 04:10 PMAPAQamət Süleymanov: ""Əbu Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarını almışıq"
[b]Qamət Süleymanov: ""Əbu Bəkr" məscidinin açılması ilə bağlı məhkəmə qərarını almışıq"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Əbu Bəkr" məscidinin fəaliyyətinin bərpa olunması ilə bağlı qərar məscid rəhbərliyinə təqdim olunub. Bu barədə APA-ya "Nərimanov rayon dindarları" Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib. Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsi qərarı icmaya və polisə təqdim edib. Qərarda məscidin fəaliyyətinin bərpa olunması, ərazidəki polis postunun götürülməsi qeyd olunur. Lakin vəkil məscidin fəaliyyətinin nə vaxt bərpa olunacağından xəbərsiz olduğunu deyib. "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov APA-ya açıqlamasında məhkəmə qərarını aldıqlarını təsdiqləyib. O bildirib ki, hələlik polisdən onlara heç bir söz deyilməyib, məscid isə fəaliyyətini bərpa etməyib: "Buna görə gözləmə mövqeyindəyik. Eşitdiyimizə görə, ərazidə yaşayan sakinlər məhkəmənin qərarından apellyasiya şikayəti vermək fikrindədirlər. Digər tərəfdən, ərazidəki polis postu da hələ götürülməyib. Polisin məhkəmənin qərarının icrası ilə bağlı nə edəcəyini gözləyirik". Q. Süleymanov yaxın günlərdə məscidin fəaliyyətinin bərpa olunacağını qeyd edib. Qeyd edək ki, "Nərimanov rayon dindarları" Dini İcması "Əbu Bəkr" məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. Oktyabrın 27-də Nərimanov rayon Məhkəməsi "Əbu Bəkr" məscidinin açılması və fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb. Qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə həvalə edilib. -
10-29-2008, 04:20 PMAPAAzərbaycan paytaxtında "Mercedes" 110 manata satılıb
[b]Azərbaycan paytaxtında "Mercedes" 110 manata satılıb[b]
Bakı. Hafiz Heydərov - APA. Bakı sakini qaçırdığı "Mercedes"i 110 manata metal əritmə sexinə satıb.
[Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Altay Hüseynov bu ilin sentyabr ayında özünə məxsus "Mercedes-Benz" markalı, 08 BA 668 dövlət nömrə nişanlı maşını təmir etdirmək üçün Babək prospektində yerləşən "Ulduz" avtoservisinə aparıb. Servisdə çalışan usta müştərilərin çox olduğunu bildirərək, A. Hüseynovdan maşını sexin arxasına qoyub getməyi xahiş edib. Ustanın dediklərinə əməl edən A. Hüseynov səhərisi gün servisə gələndə avtomobilini yerində tapmayıb. Servisin əməkdaşları isə məsələdən xəbərsiz olduqlarını bildiriblər. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkən dərhal Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü polis bölməsinə ərizə ilə müraciət edib. Polis bölməsi əməkdaşlarının bir aydan artıq davam etdirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Hüseynova məxsus avtomobilin yeri müəyyən edilib. Məlum olub ki, Bakı sakini, 1984-cü il təvəllüdlü Şəfi Uveys oğlu Qurbanov idarə etdiyi "Evakuator" maşını ilə A. Hüseynova məxsus "Mercedes"i təmir sexinin arxasından götürərək "Baku Steel Copmany"-nin metal qəbulu sexinə aparıb. Ş. Qurbanov qaçırdığı maşını sexin əməkdaşı Elnur Rafiqova 110 manata satıb. 23-cü bölmənin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Qurbanov artıq saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. -
10-29-2008, 04:50 PMAPAAzərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv olunması xahişi ilə prezidentə müraciət edib
[b]Azərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv olunması xahişi ilə prezidentə müraciət edib[b]
[Bakı - APA. Azərbaycan Mətbuat Şurası həbsdəki jurnalistlərin əfv edilməsi xahişi ilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, ölkədə son 5 ildə həyata keçirilən tədbirlərin, insan amilinə, vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən əməli işlərin kütləvi informasiya vasitələrini və jurnalistləri də əhatə etməsi diqqəti çəkən məqamlar arasındadır: "Media ilə bağlı imzalanan fərman və sərəncamlarda bu sahədəki bütün məsələlərin, o cümlədən həbsdə olan jurnalistlərin əfvinin də nəzərə alınması razılıqla qarşılanmaqdadır. Əfv fərmanlarında Azərbaycan Mətbuat Şurasının prezidentə müraciətləri daim nəzərə alınıb. Nəticədə həmkarlarımız məhkum həyatının ağırlığından azad olunub, evlərinə, ailələrinə, doğmalarının yanına qayıtmaq imkanı əldə ediblər". Müraciətdə belə humanist addımların bundan sonra da atılacağına əminlik vurğulanır. Həmçinin qeyd olunur ki, həbsdəki jurnalistlərin azad edilməsi ilə bağlı ölkə prezidentinə müraciət Azərbaycan jurnalistlərinin V qurultayının qətnaməsində də öz əksini tapıb: "Həmin şəxslər "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov, bu nəşrin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit), "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və "Bizim yol" qəzetinin redaktoru Müşviq Hüseynovdur. Onlar məhkəmələr tərəfindən kəsilmiş cəzalarının bir hissəsini çəkiblər və məhbus həyatının ağırlığını yaşamaqdadırlar". Mətbuat Şurası dövlət başçısından bütün bunları və jurnalistlərin öhdələrində ailələrinin, azyaşlı uşaqlarının, üzüntü keçirən ahıl valideynlərinin olduqlarını nəzərə alaraq onların azadlığa çıxmalarına kömək göstərməsini xahiş edib. -
10-29-2008, 05:00 PMAPABFB-da Azərbaycan Maliyyə Nazirliyinin DQİ emissiyasının əlavə yerləşdirilməsi üzrə keçirilən hərrac baş tutmayıb
[b]BFB-da Azərbaycan Maliyyə Nazirliyinin DQİ emissiyasının əlavə yerləşdirilməsi üzrə keçirilən hərrac baş tutmayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə həcmi 270,6 min manat təşkil edib. Sifariş 95,48% (gəlirlik 11,01%) qiyməti ilə təqdim olunub. Lakin sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan olunub. -
10-29-2008, 05:10 PMAPAAzarkeşlər "Neftçi" klubunu boykot etdilər
[b]Azarkeşlər "Neftçi" klubunu boykot etdilər[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. "Neftçi" futbol klubu sadiq azarkeşlərini itirib. "APA-SPORT"un məlumatına görə, flaqmanın fan-klubunun üzvləri bu gün Azərbaycan kuboku uğrunda Tofiq Bəhramov adına Respublika stadionunda MOİK-lə keçirilən görüşdə sevimli komandalarını dəstəkləməkdən imtina ediblər. Fanatların bu addımına son vaxtlar "Neftçi" rəhbərliyi ilə futbolçular arasında yaşanan gərgin vəziyyət səbəb göstərilir. -
10-29-2008, 05:20 PMAPA"Moskva" univermağının direktoru aeroportda saxlanaraq istintaq təcridxanasına aparılıb
[b]"Moskva" univermağının direktoru aeroportda saxlanaraq istintaq təcridxanasına aparılıb[b]
[Moskva-APA. Təyyarə ilə Dubaya uçmağa hazırlaşan "Moskva" univermağının baş direktoru Dmitri Ulyaniçki aeroportda saxlanaraq istintaq təcridxanasına aparılıb. APA-nın məlumatına görə, baş direktor təcridxanaya təcili yardım maşını ilə aparılıb. Hüquq-mühafizə orqanları Dmitri Ulyanişçkinin həbs olunmadığını, ifadə vermək üçün saxlandığını bildiriblər. Bu səhər Lenin prospektində yerləşən "Moskva" univermağında axtarış aparılıb və bütün mühasibat sənədləri götürülüb. Univermağın hüquqşünası bu addımı ticarət müəssisəsinin zorla ələ keçirilməsi planının tərkibi adlandırıb. -
10-29-2008, 05:30 PMAPA«Azərenerji» və Asiya İnkişaf Bankı yeni əməkdaşlıq planını razılaşdırıb
[b]«Azərenerji» və Asiya İnkişaf Bankı yeni əməkdaşlıq planını razılaşdırıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. «Azərenerji» ASC ilə Asiya İnkişaf Bankı (AİB) arasında yeni əməkdaşlıq planının layihəsi razılaşdırılıb. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.M.Əsgərovun sözlərinə görə, əməkdaşlıq 2009-cu ildən başlayaraq 3-5 ili əhatə edəcək: «Tərəflər arasında əməkdaşlıq planı artıq razılaşdırılıb və hazırda bu planın imzalanması gözlənilir».AİB-in Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə isə, «Azərenerji» ASC ilə Asiya Bankı arasında yeni əməkdaşlıq planının 2008-ci ilin sonunadək imzalanacağı gözlənilir.Qeyd edək ki, «Azərenerji» ilə AİB arasında yeni əməkdaşlıq planı Bankın enerji məsələləri üzrə mütəxəssisi Tianxua Luonun (Tianhua Luo) Bakıya səfəri çərçivəsində (24-28 oktyabr) razılaşdırılıb. T.Luonun səfəri «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» (Power Transmission Enhancement Project) üzrə Azərbaycan hökuməti ilə növbəti danışıqların aparılması ilə bağlı olub. Səfər zamanı qonaq bir sıra dövlət qurumlarında, həmçinin Azərbaycan Sənaye və Energetika Nazirliyində görüşlər keçirib.Xatırladaq ki, layihə 240 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq. Öz növbəsində bu ilin sentyabr ayının əvvəlində AİB-in Direktorlar Şurası sözügedən layihə üçün 160 mln. dollar kreditin ayrılmasını təsdiqləyib. Belə ki, 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək. Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək. Xatırladaq ki, layihənin hazırlanması üzrə konsaltinq xidmətlərini İsveçrənin «Entec» şirkəti göstərir. Konsaltinq xidmətlərinə AİB qrant şəklində 500 min dollar, Azərbaycan və Finlandiya hökumətlərinin hər biri isə 200 min dollar ayırıb. -
10-29-2008, 06:00 PMAPABu gün BFB-da Azərbaycan Milli Bankının 25 mln. manatlıq notları yerləşdirilib
[b]Bu gün BFB-da Azərbaycan Milli Bankının 25 mln. manatlıq notları yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50104319S seriyalı, ümumi həcmi 30 mln. manat, hərraca çıxarılan həcmi 25 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 7 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 63 358,6 min manat təşkil edib. Sifarişlər 99,38% (gəlirlik 8,02%) - 99,52% (gəlirlik 6,20%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,49% (gəlirlik 6,59%), orta ölçülmüş qiyməti isə 99,51% (gəlirlik 6,33%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 4 997,0 min manatlıq qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 25 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin noyabrın 26-da icra olunacaq. -
10-29-2008, 06:10 PMAPAPolşa prezidenti Lex Kaçinskinin Bakıdakı enerji sammitində iştirak edəcəyi təsdiqlənib
[b]Polşa prezidenti Lex Kaçinskinin Bakıdakı enerji sammitində iştirak edəcəyi təsdiqlənib[b]
[Bakı. Laçın Sultanova - APA. Polşa prezidenti Lex Kaçinskinin noyabrın 14-də Bakıda keçiriləcək 4-cü enerji sammitində iştirak edəcəyi rəsmən təsdiqlənib. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyinin ikinci katibi Yan Brodovski məlumat verib. Toplantıda Türkiyə prezidenti Abdulla Gül, Ukrayna prezidenti Viktor Yuşşenko, Litva prezidenti Valdas Adamkus, Estoniya prezidenti Tomas-Xendrik İlves, Latviya prezidenti Valdas Zatlers və Rumıniya prezidenti Trayan Baseskunun da iştirakı gözlənilir. Xatırladaq ki, birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikincisi 2007-ci ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə, üçüncüsü isə bu ilin mayında Ukraynanın paytaxtı Kiyevdə keçirilib. -
10-29-2008, 06:20 PMAPABu gün BBVB-nin valyuta bölməsində 1,245 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 1,245 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8127 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8127 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 892 760 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 117 682 AZN, manatın orta məzənnəsi isə 0,8127 AZN/$ təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,245 mln. dollar və ya 1 010 442 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 622 500 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 15,89% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-29-2008, 06:30 PMAPASentyabrda Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 92%-ə çatıb
[b]Sentyabrda Azərbaycanda işıq pulunun ödəniş səviyyəsi 92%-ə çatıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sentyabr ayında Azərbaycanda elektrik enerjisinin istifadəsinə görə ödəniş səviyyəsi 92% təşkil edib. «Azərnerji» ASC-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, sentyabr ayında I kateqoriyaya aid olan bir neçə istehlakçı tərəfindən ödəniş səviyyəsinin aşağı olması 100%-lik nəticənin əldə olunmasına imkan verməyib: «Cari ilin avqust ayında olduğu kimi, sentyabr ayında da 100%-lik nəticəni qoruyub saxlayan Zərdab, Tərtər və Şəmkir rayonlarının sırasına Ağsu, Füzuli, Ağcabədi, Samux, Salyan, Biləsuvar, Neftçala, Goranboy, Qazax rayonları və Mingəçevir şəhəri də qoşulub. Onlar ümumi ödənişdə (ötən ayların debitor borcları da nəzərə alınmaqla) 100%-dən yuxarı göstərici əldə edib. Ümumiyyətlə, ən yüksək göstərici Zərdab PEŞ-də (136,4%), ən aşağı isə Cəlilabad PEŞ-də (69%) qeydə alınıb».Daimi əhali istehlakçı qrupu üzrə isə ödəniş 77%-dən artıq olub ki, bu da ötən ilin müvafiq dövründəkindən 7,5% çoxdur. Bundan başqa, RET-lər üzrə cari ilin sentyabr ayında 360 mln. kVt/saatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 mln. kVt/satt və ya 4,6% çoxdur. O cümlədən, əhali istehlakçı qrupu üzrə isə istehlak 117 mln. kVt/saatdan artıq olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 91 mln. kVt/saat olub. Paylayıcı elektrik şəbəkələrinin yeniləşdirilməsi, onların dayanıqlığının daha da artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında istehlak 3%-dən artıq aşağı düşüb. Belə ki, cari ilin 9 ayı ərzində 3,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123 mln. kVt/tsaat elektrik enerjisinə qənaət deməkdir. Ümumi ödəniş isə 72% olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur. O cümlədən, əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 193 mln. kVt/saat azalaraq 1,3 mlrd. kVt/saatdan artıq olub. Ödəniş isə 64%-ə yaxın olub. Ötən ilin müvafiq dövründə bu göstərici 50%-ə yaxın olub, artım 18%-ə yaxındır. Qeyd edək ki, cari ilin sentyabr ayında «Azərsu» ASC və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən istehlak edilən elektrik enerjisinin haqqının tam ödənişi təmin edilsəydi, Enerji Təchizatı İdarəsi üzrə ümumi ödəniş 100% olardı. -
10-29-2008, 07:00 PMAPASon mənzilə... Alqışlarla... - FOTOSESSİYA
[b]Son mənzilə... Alqışlarla... - FOTOSESSİYA[b]