[b]Azərbaycanın xarici işlər naziri bu gün İKT-nın sammitində çıxış edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Seneqalın paytaxtı Dakarda İslam Konfransı Təşkilatının (İKT) 11-ci sammiti bu gün işini davam etdirir. XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Elmar Məmmədyarov bu gün toplantıda çıxış edəcək. Dünən başlamış sammit bu gün yekunlaşacaq, toplantının sonunda sənədlər imzalanacaq. Qeyd edək ki, sammitdə təşkilatın adının dəyişdirilməsi barədə qərarın veriləcəyi gözlənilir.
Azərbaycan Xəbərləri
Printable View

03-14-2008, 12:46 PMAPAAzərbaycanın xarici işlər naziri bu gün İKT-nın sammitində çıxış edəcək

03-14-2008, 12:51 PMAPAAzərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin ilk iclası keçirilib
[b]Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin ilk iclası keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) İdarə Heyətinin ilk iclası keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AHK-ın rəhbəri, Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, ötən ilin noyabrında yaradılan qurum Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib, Konfederasiyanın müxtəlif sahələrdə işləyən 23 hüquqşünasdan ibarət İdarə Heyəti seçilib. İdarə Heyətində Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov, hüquq müdafiəçisi Sahib Məmmədov, millət vəkili Fazil Qəzənfəroğlu, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülən namizədlər Səadət Yusifova, Rövşən İsmayılov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Adilov və başqaları təmsil olunurlar. Ə. Hüseynov deyib ki, AHK Azərbaycanda aparılan hüquqi islahatları, hüquqşünaslar arasında əməkdaşlığı dəstəkləmək, o cümlədən davamlı beynəlxalq əlaqələrinin olmasını təmin etmək məqsədini qarşıya qoyub. -
03-14-2008, 04:11 PMAPAAzərbaycanda siyasi məhbuslarla bağlı məsələ AŞ PA Monitorinq Komitəsinin fəaliyyəti çərçivəsində saxlanılıb
[b]Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ AŞ PA Monitorinq Komitəsinin fəaliyyəti çərçivəsində saxlanılıb[b]
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin etməyib. Bunu APA-ya açıqlamasında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
[O bildirib ki, martın 13-də AŞ PA Bürosunun Parisdə keçirilən iclasında bu məsələyə baxılıb və qərara alınıb ki, Monitorinq Komitəsi öz işini davam etdirsin. S. Seyidov hesab edir ki, bu, Azərbaycan üçün çox vacib və önəmli bir qərardır: "Avropa Şurası öz qərarlarında "yüz ölç, bir piç" prinsipindən çıxış edir. Avropa Şurası ilə Azərbaycan arasındakı konstruktiv münasibətlərə hansısa destruktiv elementin əlavə olunması düzgün deyil. Təbii ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və hesab edirəm ki, AŞ PA-nın nə aprel, nə də iyun sessiyasında bu məsələ gündəmə gəlməyəcək. Hətta gündəmə gəlsə belə, bizim cavab verməyə tutarlı əsaslarımız var". -
03-14-2008, 04:16 PMAPAƏbülfəs Qarayev: "Bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur"
[b]Əbülfəs Qarayev: "Bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur"[b]
Bakı. Ülkər Qasımova-APA. "Bu gün poliqrafiya sahəsində görülən işlər hər birimizi ciddi narahat edir. İl ərzində beşə yaxın kitab yarmarkaları və sərgilərdə iştirak edirik. Ancaq bu, heç də işin lazımi səviyyədə qurulmasına müsbət təsir etmir. Biz nəşriyyatların hətta məcburi nüsxələrin belə Azərbaycanın Mərkəzi Kitabxanasına təqdim olunmasına riayət etməmələrindən əziyyət çəkirik".
[APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, nəşriyyatların bu qaydaya riayət etməməsi məsələsi qaldırılacaq və lazımi tədbirlər görüləcək: "Əfsuslar olsun ki, bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur. Biz ölkəmizin daxilində buna ciddi nəzarət etməliyik". Ə. Qarayev Azərbaycanda kitab satışının da ciddi problemlərdən biri olduğunu bildirib: "İstər-istəməz kitab satışının olmaması problemi gənclərimizin kitaba marağını azaldıb. Ona görə bu gün bizim kitabxana işinin təkmilləşdirilməsinə dair hazırladığımız proqramda bu məsələni xüsusi olaraq göstərmişik. Qeyd etdiyim proqram artıq bütün lazımi instansiyalardan keçib və öz təsdiqini gözləyir. Həmin proqramda Bakıda və böyük şəhərlərdə kitabxanaların tək kitabxana şəklində deyil, Kitabxana və İnformasiya Mərkəzi kimi, bəzi yerlərdə həm də kitab dükanı kimi fəaliyyət göstərməsi nəzərdə tutulur". -
03-14-2008, 04:21 PMAPAAzərbaycan Ombudsmanı "Azadlıq" qəzetinin əməkdaşının zorakılığa məruz qalması ilə bağlı baş prokurora müraciət edib
[b]Azərbaycan Ombudsmanı "Azadlıq" qəzetinin əməkdaşının zorakılığa məruz qalması ilə bağlı baş prokurora müraciət edib[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova naməlum şəxslər tərəfindən zorakılığa məruz qalan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin məsələsini diqqətdə saxlayır. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ombudsmanın tapşırığına əsasən, Müvəkkil Aparatının əməkdaşları Kliniki Tibbi Mərkəzdə müalicə olunan Aqil Xəlillə, onu müalicə edən həkim Səid Abbasov, şöbə müdiri Zaur Məmmədli və jurnalistin yaxınları ilə görüşüblər. E. Süleymanova özü də Kliniki Tibbi Mərkəzin baş həkimi ilə jurnalistin vəziyyətini araşdırıb. Ombudsman xəstəxana rəhbərliyinə A. Xəlilin lazımi tibbi yardımla və dərman preparatları ilə təmin olunmasını tapşırıb. E. Süleymanova həmçinin faktla bağlı respublikanın baş prokuroru Zakir Qaralova müraciət edib. O, müraciətdə peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı təhqir, təzyiq və fiziki hücumların yolverilməz olduğunu, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirdiyini nəzərə alaraq, bu məsələni şəxsi nəzarətə götürməyi, hadisəni törədənlərinin şəxsiyyətinin müəyyənləşdirilməsini və cəzalandırılmasını xahiş edib. -
03-14-2008, 04:26 PMAPABülənt Ərsoy sərvətini mehmetcik və təhsil vəqflərinə bağışlayıb
[b]Bülənt Ərsoy sərvətini mehmetcik və təhsil vəqflərinə bağışlayıb[b]
[İstanbul - APA. Türkiyənin məşhur sənətçisi Bülənt Ərsoy sərvətini Mehmetcik (əsgər) Vəqfi və Türk Eyitim (təhsil) Vəqfinə bağışladığını açıqlayıb. APA-nın məlumatına görə, jüri üzvü olduğu "Popstar Alaturka" adlı musiqi yarışmasında türk ordusunun İraqın şimalında PKK terrorçularına qarşı apardığı hərbi əməliyyatlara qarşı çıxan, əsgərlərin şəhid olmasına etiraz edən və bu səbəblə barəsində "xalqı əsgərlikdən soyutma" maddəsi ilə cinayət işi açılan B. Ərsoy istintaqı aparan prokurora ifadə verib. O, ifadəsində türk əsgərini və türk millətini çox sevdiyini, sərvətini Mehmetcik Vəqfi və Türk Eyitim Vəqfinə bağışladığını deyib. Prokuror bununla bağlı sənəd istədikdə, müğənni bir neçə gün sonra bu sənədləri təqdim edəcəyini söyləyib. -
03-14-2008, 04:31 PMAPAErmənilər Tovuz rayonunun Ağdam kəndini iki saat atəş altında saxlayıblar
[b]Ermənilər Tovuz rayonunun Ağdam kəndini iki saat atəş altında saxlayıblar[b]
[Tovuz. Ayxan Hüseynov-APA. Ermənistan Silahlı Qüvvələri dünən saat 20:00 radələrindən başlayaraq Ermənistanın Bert rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Tovuz rayonunun Ağdam kəndini avtomat və pulemyotlardan atəşə tutublar. Kənd sakinlərinin APA-nın Qərb bürosuna verdikləri məlumata görə, kəndin atəşə tutulması iki saatdan artıq davam edib. Atəşkəsin pozulması nəticəsində xəsarət alan olmayıb. -
03-14-2008, 04:36 PMAPASəməd Seyidov AŞ PA Bürosunun iclasında Ermənistandakı vəziyyətlə bağlı çıxış edib
[b]Səməd Seyidov AŞ PA Bürosunun iclasında Ermənistandakı vəziyyətlə bağlı çıxış edib[b]
[Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Parisdə keçirilən iclasında Rusiya, Serbiya və Ermənistanda keçirilmiş seçkilər və seçki sonrası vəziyyət müzakirə olunub. Bu barədə APA-ya Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. O, Ermənistandakı vəziyyətin müzakirəsi zamanı çıxış etdiyini bildirib: "Dedim ki, bu məsələyə ikili standartlarla yanaşmaq olmaz. Gürcüstanda fövqəladə vəziyyət elan olunanda Avropa Şurası bəyanatı bəyanatın dalınca verirdi, bəs necə olur ki, Ermənistanda siyasi motivlərlə yüzlərlə insanın həbs olunduğu bir şəraitdə Avropa Şurası hələ də öz mövqeyini araşdırmaq istiqamətində fəaliyyət göstərir?" S. Seyidov Büronun Ermənistandakı vəziyyətlə bağlı çox ciddi araşdırma aparılması barədə qərar qəbul etdiyini söyləyib. -
03-14-2008, 04:41 PMAPAAzərbaycan Qazaxıstanın Avropa Şurasında müşahidəçi statusu almasını dəstəkləyib
[b]Azərbaycan Qazaxıstanın Avropa Şurasında müşahidəçi statusu almasını dəstəkləyib[b]
[Bakı. Laçın Sultanova-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitənin iclasında Qazaxıstanın Avropa Şurasına müşahidəçilik statusu qəbul olunması barədə müzakirələr aparılıb. İclasda iştirak edən Milli Məclisin AŞ PA-daı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, Azərbaycan müzakirələr zamanı Qazaxıstana müşahidəçi statusu verilməsi təklifini dəstəkləyib: "Azərbaycan Qazaxıstanla qonşudur, biz bir mövqedən çıxış edir, bir çox məsələlərdə tərəfdaşlıq edirik. Hesab edirik ki, Avropa Şurasında Qazaxıstanın müşahidəçi statusu ilə təmsilçiliyi Azərbaycan üçün xeyirli və önəmlidir. Bizim mövqe komitədə tam dəstək tapdı, əksər deputatlar bu fikrə, mövqeyə öz dəstəklərini verdilər". -
03-14-2008, 04:46 PMAPAABŞ-ın Azərbaycandakı səfiri: "Jurnalistə qarşı zor tətbiq edənlərin cəzalandırılması qanunun aliliyini və azadlığı dəstəkləmək niyy
[b]ABŞ-ın Azərbaycandakı səfiri: "Jurnalistə qarşı zor tətbiq edənlərin cəzalandırılması qanunun aliliyini və azadlığı dəstəkləmək niyyətini nümayiş etdirəcək"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Kliniki Tibbi Mərkəzdə müalicə olunan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilə baş çəkib. APA-nın məlumatına görə, səfir hadisəni pisləyib və son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmamasının narahatlıq doğurduğunu deyib:
["Jurnalistlərə qarşı törədilən belə hallar qorxu mühiti yaradır. Bütün azadlığı sevən azərbaycanlılar bizim bu pis əməldən doğan qəzəbimizi və məyusluğumuzu bölüşməlidir. Bütün Azərbaycanı sevən azərbaycanlılar bu kimi əməllərin qəbuledilməzliyi ilə razı olacaq. Bu kimi əməlləri törədənlərin həbs olunması və cəzalandırılması isə qorxu mühitini aradan qaldırmağa xidmət edib, qanunun aliliyini və azadlığı dəstəkləmək niyyətini nümayiş etdirəcək". Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Robert Zessner də jurnalistə baş çəkib. O, jurnalistlərlə bağlı xoşagəlməz halların etimadsızlıq mühiti yaratdığını deməklə yanaşı, bu hadisəni izlədiklərini bildirib. -
03-14-2008, 04:51 PMAPAMSK seçki mövzusunda yazan jurnalistlər üçün seminarlar keçirəcək
[b]MSK seçki mövzusunda yazan jurnalistlər üçün seminarlar keçirəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçki mövzusunda yazan jurnalistlər üçün seminarlar keçirəcək. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, seminarın apreldə keçirilməsi planlaşdırılır. Hazırda seminarda tədris olunacaq mövzuların proqramı hazırlanır. Seminarda jurnalistlərə xüsusilə seçki hüquqları ilə bağlı məsələlər izah olunacaq. A. Sarıyevin sözlərinə görə, əsasən aparıcı mətbuatın təmsilçilərinin iştirak edəcəyi seminarlarda MSK üzvləri mühazirələrlə çıxış edəcəklər. -
03-14-2008, 04:56 PMAPAAzərbaycan Mətbuat Şurasının sədri: "Son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmaması narahatlıq doğurur"
[b]Azərbaycan Mətbuat Şurasının sədri: "Son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmaması narahatlıq doğurur"[b]
Bakı. Samir Kazımlı - APA. Azərbaycan Mətbuat Şurası "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması faktının araşdırılması və günahkarların cəzalandırılması üçün baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət edib.
[APA-nın məlumatına görə, bu barədə bu gün A. Xəlilə baş çəkən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Bu yaxınlarda mətbuata dövlət dəstəyi konsepsiyasının təsdiqlənəcəyini söyləyən Ə. Amaşov belə bir məqamda bu cür hadisənin baş verməsinin Mətbuat Şurasını ciddi narahat etdiyini vurğulayıb. Ə. Amaşov qeyd edib ki, son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmaması narahatlıq doğurur: "Nə qədər ki mətbuatın iqtisadi asılılığı var və media ayrı-ayrı şəxslərin, partiyaların mənafeyinə xidmət edir, belə hallar olacaq". -
03-14-2008, 05:01 PMAPAƏli Həsənov: "Bu hadisə Azərbaycan hakimiyyətinə qarşı təxribatdır"
[b]Əli Həsənov: "Bu hadisə Azərbaycan hakimiyyətinə qarşı təxribatdır"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Bu hadisə Azərbaycan hakimiyyətinə qarşı təxribatdır. Bunu törədənlər kimliyindən, hadisəni hansı səbəbdən törətməsindən asılı olmayaq, tapılacaq və cəzalandırılacaq. Ortada konkret cinayət əməli var və hüquq-mühafizə orqanları məsələnin araşdırılması ilə ciddi məşğul olurlar".
[Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması ilə bağlı fakta münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hökumət mediaya qarşı istənilən aksiyanın, zorakılıq hallarının əleyhinədir: "Bu hadisəni törədənlərin tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verilib". -
03-14-2008, 05:06 PMAPAHəkim: "Aqil Xəlilin vəziyyəti normaldır, istəsə, bu gün evə buraxıla bilər"
[b]Həkim: "Aqil Xəlilin vəziyyəti normaldır, istəsə, bu gün evə buraxıla bilər"[b]
Bakı. Samir Kazımlı - APA. Martın 13-də bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin vəziyyəti normaldır.
[APA-nın məlumatına görə, jurnalistin həkimi Sədi Abbasov bildirib ki, A. Xəlil sol döş qəfəsinin ön səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaranın dərinliyi 5 sm olub. Üzərində cərrahiyyə əməliyyatı aparılan jurnalistin səhhətində problem yoxdur: "İstəsə, bu gün evə buraxıla bilər. Amma özü hələlik bunu istəmir". -
03-14-2008, 05:11 PMAPAMordoviyada keçiriləcək III Beynəlxalq Teatr Festivalında İbrus Teatrının kollektivi də iştirak edəcək
[b]Mordoviyada keçiriləcək III Beynəlxalq Teatr Festivalında İbrus Teatrının kollektivi də iştirak edəcək[b]
[Bakı. Ülkər Qasımova, Zaur Nurməmmədov - APA. İbrus Teatrının kollektivi martın 16-dan 23-dək Mordoviyada keçiriləcək III Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrdan APA-ya bildirilib ki, "Soydaşlar" adı altında keçiriləcək festivala Azərbaycanla yanaşı, Fransa, Qazaxıstan, Dağıstan, Gürcüstan, Latviya, Özbəkistan və Ermənistandan da teatr kollektivləri qatılacaq. İbrus Teatrının festivalda martın 20-də Rüstəm İbrahimbəyovun "İvan Buninin sonuncu döyüşü" tamaşası ilə çıxış edəcək. -
03-14-2008, 05:16 PMAPAAqil Xəlil: "Məni bıçaqlayanlardan biri fevralın 23-dən məni izləyirdi"
[b]Aqil Xəlil: "Məni bıçaqlayanlardan biri fevralın 23-dən məni izləyirdi"[b]
Bakı. Samir Kazımlı - APA. "Məni bıçaqlayanlardan birini üzdən tanıyıram. Həmin şəxs məni fevralın 23-dən izləyirdi". APA-nın məlumatına görə, bunu martın 13-də bıçaqlanan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil deyib.
[Jurnalist bildirib ki, hadisə baş verən gün üç nəfər onu izləyib. Həmin şəxslər jurnalisti binaların arasında bıçaqlayaraq, hadisə yerindən qaçıblar. A. Xəlil hazırda özünü yaxşı hiss etmədiyini deyib. Bu gün jurnalistə baş çəkən Müsavat deputat qrupunun üzvləri Milli Məclisdə brifinq keçiriblər. Hadisəni pisləyən millət vəkilləri müvafiq qurumlara sorğu göndərəcəklərini bildiriblər. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 13-də saat 19.50 radələrində Yasamal rayonu Z. Xəlilov küçəsində naməlum şəxs "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilova kəsici alətlə daxilə keçməyən xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir. İşin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi tərəfindən aparılır. -
03-14-2008, 05:36 PMAPAAzərbaycan XİN-in sözçüsü: "Jurnalistə qarşı cinayət törədilməsi yolverilməzdir"
[b]Azərbaycan XİN-in sözçüsü: "Jurnalistə qarşı cinayət törədilməsi yolverilməzdir"[b]
[Bakı. Laçın Sultanova - APA. Jurnalistə qarşı cinayət törədilməsi yolverilməzdir. Bu barədə APA-ya XİN mətbuat katibi Xəzər İbrahim "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasına münasibət bildirərək deyib. O, cinayətkarların tezliklə tapılması və cəzalandırılmasının vacibliyini qeyd edib və jurnalistin tez bir zamanda sağalmasını arzulayıb. -
03-14-2008, 06:16 PMAPARəsmi Pekin 2007-ci ildə ABŞ-da insan hüquqlarının vəziyyətinə dair hesabatı açıqlayıb
[b]Rəsmi Pekin 2007-ci ildə ABŞ-da insan hüquqlarının vəziyyətinə dair hesabatı açıqlayıb[b]
Pekin - APA. Çin Xalq Respublikası Dövlət Şurasının Dəftərxanası 2007-ci ildə ABŞ-da insan hüquqlarının vəziyyətinə dair ənənəvi hesabatı açıqlayıb. APA-nın məlumatına görə, bu sənəd ABŞ Dövlət Departamentinin martın 11-də açıqladığını "2007-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair" adlı hesabatına cavab xarakteri daşıyır.
[Sayca doqquzuncu olan hesabatda ABŞ-da insan hüquqlarının vəziyyəti "Həyat, mülkiyyət və şəxsi təhlükəsizlik", "Hüquq-mühafizə orqanlarında qanunların yerinə yetirməsi və insan hüquqlarının pozulması", "Mülki və siyasi hüquqlar", "İqtisadi, sosial və mədəni hüquqlar", "İrqi ayrı-seçkilik", "Qadın və uşaqların hüquqları", "Digər ölkələrdə insan hüquqlarına müdaxilə" bölmələri üzrə şərh edilib. Hesabatda qeyd olunur ki, irqi ayrı-seçkilik Amerika cəmiyyətinin sağalmaz xəstəliyinə çevrilib: "Afrika və Latın Amerikası mənşəli ABŞ vətəndaşları Amerika cəmiyyətinin ən aşağı təbəqəsinə çevriliblər. ABŞ Siyahıyaalma Bürosunun dərc etdiyi rəsmi statistik məlumatlara görə, ABŞ-da Afrika mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların orta illik gəlirinin 61 faizinə bərabər olub. Latın Amerikası mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların gəlirindən 28 faiz az olub. İrqi ayrı-seçkilik işə qəbul, təhsil almaq və məhkəmə proseslərində özünü daha bariz göstərir. 2007-ci ilin noyabrında ABŞ-da Afrika mənşəli vətəndaşların 8,4 faizi, latınamerikalıların 5,7 faizi, ağ dərili vətəndaşların isə 4,2 faizi işsiz olub. ABŞ məktəblərində isə dərisi rəngli olan şagirdlərə qarşı nizam-intizamı pozduqlarına görə daha ağır cəza tədbirləri tətbiq olunur. Məsələn, Nyu-Cersi ştatında orta məktəblərdən qovulan qaradərili şagirdlərin sayı analoji cəzaya məruz qalmış ağdərili şagirdlərdən 60 dəfə çox olub. ABŞ həbsxanalarında cəza çəkən afroamerikanların sayı ağ dərili məhbusların sayından 7 dəfə çoxdur. 2006-cı ilin statistikasına əsasən, hər 100 min afroamerikanlıdan 815 nəfəri, hər 100 min latınamerikalıdan 283 nəfəri həbsdədir, ağdərili vətəndaşlardan isə hər 100 min nəfərdən yalnız 170 nəfəri azadlıqdan məhrum edilib". Hesabatda ABŞ-da gender probleminin kəskin xarakter daşıdığı bildirilir və buna misal olaraq Nümayəndələr Palatası və Senatda təmsil olunanların yalnız 16 faizinin qadın olduğu bildirilir: "Rəsmi məlumatlara görə, ABŞ-da yaşı 18-dən yuxarı olan 5,58 milyon qadın yoxsulluq həddində yaşayır. Statistikaya görə, bu ölkədə hər il orta hesabla 1,400 qadın ailə münaqişəsi zəminində öldürülür, 2-4 milyon qadın isə ailədə döyülür. Bundan başqa qadınlar iş yerlərində və hərbi düşərgələrdə seksual zorakılığa məruz qalırlar. Hər il təqribən 132 min qadın seksual zorakılığa məruz qaldığını etiraf edir, qeyri-rəsmi rəqəmlərə görə isə ABŞ-da ildə seksual zorakılığa məruz qalan qadınların sayı bundan 2-6 dəfə çoxdur. 2006-cı ildə azadlıqdan məhrum edilən qadınların sayı bir il əvvələ nisbətən 4,5 dəfə artıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə təqribən 100 mindən 3 milyona qədər yaşı 18-ə çatmamış uşaq fahişəliyə cəlb olunub. 2005-ci ildə ölüm hökmünə məhkum edilən 9400 yeniyetmədən yalnız 2225 nəfərinin cəzası ömürlük həbslə əvəzlənib". Hesabatda həmçinin ABŞ-ın digər ölkələrdə insan hüquqlarını kobud surətdə pozduğu bildirilir. Sənəddə qeyd olunur ki, ABŞ-ın İraqda 2003-cü ildən bəri apardığı hərbi əməliyyatlar nəticəsində 600 mindən artıq mülki şəxs qətlə yetirilib: "İraqda hər gün orta hesabla 450 nəfər amerikalı hərbçilər tərəfindən öldürülür. ABŞ-ın məxfi həbsxanalarında isə 700 Əfqanıstan və 180 İraq vətəndaşı məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib". -
03-14-2008, 06:22 PMAPAAzərbaycanda İsrail, İsraildə isə Azərbaycan günləri keçiriləcək
[b]Azərbaycanda İsrail, İsraildə isə Azərbaycan günləri keçiriləcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) və İsrail Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü ilə bu il aprelin sonunda Azərbaycanda İsrail Günləri keçiriləcək. DAK-ın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində İsrail dövlətinin yaranmasının 60 illiyi də qeyd olunacaq. Tədbirlərdə rəsmi şəxslər, İsrail Knessetinin (parlament) üzvləri və Azərbaycan Milli Məclisinin deputatları iştirak edəcək. Bu il may ayının sonlarında isə İsraildə Azərbaycan Günləri keçiriləcək. İsrail Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro Suliman bildirib ki, tədbir çərçivəsində Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 90 illiyi də qeyd olunacaq. Mərasimdə İsrailin bir sıra dövlət rəsmiləri, Knessetin (parlament) üzvləri, Azərbaycan Milli Məclisinin deputatları və digər qonaqlar iştirak edəcək. İAK sədri mayın 10-da Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı yubiley mərasiminin keçiriləcəyini də söyləyib. -
03-14-2008, 06:31 PMAPAAvropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul edib
[b]Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul edib[b]
[Strasburq - APA. Avropa Parlamentinin plenar iclasında Ermənistanla bağlı qətnamə qəbul edilib. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 60, əleyhinə 1 deputat səs verib, 2 nəfər isə bitərəf qalıb. Sənəddə bildirilir ki, polisin seçkilərin nəticələrinə dinc yolla etiraz edən müxalifət tərəfdarlarına təzyiqi 8 nəfərin ölümünə, onlarla adamın yaralanmasına gətirib çıxarıb: "Martın 1-də fövqəladə vəziyyət elan olunub və KİV-in fəaliyyəti məhdudlaşdırılıb". AP təxirə salınmadan 1 mart hadisələri ilə bağlı müstəqil, şəffaf və tərəfsiz təhqiqat aparılması, zorakılıq törədənlərin məhkəmə önünə çıxarılması, fövqəladə vəziyyətin ləğvi, media azadlığının bərpası, mitinqdə iştirak etdiyini görə həbs olunanların azadlığa buraxılması çağırışı ilə çıxış edib. Qətnamədə siyasi qüvvələr demokratik institutların möhkəmləndirilməsi məqsədilə effektiv və konstruktiv dialoq apartmağa da çağırılır. -
03-15-2008, 12:16 PMAPAElmar Məmmədyarov: "İslam ölkələri öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməlidir"
[b]Elmar Məmmədyarov: "İslam ölkələri öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməlidir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Seneqalda Seneqal sammitində çıxış edib.
[APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə İKT ölkələrinə təşəkkürünü bildirib: "Biz beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini pisləməyə və Azərbaycanın öz suverenliyini bərpa etmək cəhdlərinə dəstək verməyə çağırırıq". BMT-nin bu gün keçirilən plenar sessiyasında "Azərbaycanın işğal altında olan vəziyyətə dair" adlı qətnamənin qəbulu ilə bağlı səsvermə keçiriləcəyini bildirib: "Mən bütün İslam Konfransı Təşkilatı ölkələrini bu qətnamə layihəsinə səs verməyə çağırıram. Sizin dəstəyiniz Azərbaycana münasibətdə İslam həmrəyliyi və qardaşlıq münasibətinin təcəssümü olacaq". Öz çıxışında Azərbaycanın İKT-nin fəaliyyətinə verdiyi töhfələrə toxunan Elmar Məmmədyarov sammit iştirakçılarını qurumun Bakıda keçirilən zirvə görüşü barədə məlumatlandırıb. Fələstin və Qəzza sektorunda baş verən hadisələrə toxunan XİN başçısı bütün islam ölkələrini öz ərazilərindəki münaqişələri beynəlxalq hüquq normaları əsasında həll etmək üçün səyləri gücləndirməyə çağırıb. Elmar Məmmədyarov çıxışında islamofobiya və müsəlman milli azlıqların məsələsinə də toxunub. -
03-15-2008, 12:21 PMAPAİranda azərbaycanlı din xadiminin deputatlığa namizədliyi ləğv edilib
[b]İranda azərbaycanlı din xadiminin deputatlığa namizədliyi ləğv edilib[b]
[Bakı. Turan Hüseynova - APA. Bu gün səkkizinci çağırış İran parlamentinə seçkilər keçirilir. APA-nın İran kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, İran hökuməti artıq bu gün iki nəfərin namizədliyini ləğv edib. Deputatlığa namizədliyi ləğv olunan şəxslər azərbaycanlı ruhani Cəfər Fətəlizadə və islahatçı Məhəmməd Rza Puribrahimidir. İran Ali Dini Şurası öz qərarını Fətəlizadə və Puribrahiminin münasib namizədlər olmaması ilə izah edib. Qeyd edək ki, Mərənd və Culfa seçki dairələri üzrə deputatlığa namizəd olan Cəfər Fətəlizadə milli dözümsüzlük ideyalarının yayılmasında və seçki kampaniyasının gedişində polislə toqquşmalara yol verməkdə ittiham edilir. -
03-15-2008, 12:26 PMAPAVardan Oskanyan Vyanada həmsədrlərlə görüşüb
[b]Vardan Oskanyan Vyanada həmsədrlərlə görüşüb[b]
[Vyana - APA. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov və Bernar Fasie ilə görüşüb. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, görüşdə danışıqların bərpası və Ermənistanın yeni prezidenti Serj Sarkisyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilməsi məsələsi müzakirə edilib. V. Oskanyan Azərbaycanın Dağlıq Qarabağ məsələsinin müzakirəsini başqa instansiyalara keçirmək cəhdi, xüsusən BMT Baş Assambleyasında qətnamə qəbul etdirmək niyyətindən narahat olduqlarını söyləyib. -
03-15-2008, 12:31 PMAPAAğcabədi rayonunda silahlı basqın edilmiş "Baba" kafesinin sahibləri də saxlanılıblar
[b]Ağcabədi rayonunda silahlı basqın edilmiş "Baba" kafesinin sahibləri də saxlanılıblar[b]
Ağcabədi. Teymur Quliyev - APA. Martın 11-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində "Baba" kafesinə edilmiş silahlı basqınla əlaqədar iaşə obyektinin sahibləri - Şahmurad və Edilxan Əzizov qardaşları da Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, Əzizov qardaşları ilə silahlı basqında təqsirli bilinən dəstə üzvləri arasında məlum hadisədən bir neçə saat əvvəl mübahisə baş verib. Qardaşlar mübahisə zəminində Avşar kənd sakini Umudvar Hüseynov, qardaşı Etibar Hüseynov və onlarla bir yerdə olan həmkəndliləri - Ənvər Həsənov, Elxan Əsgərov və Xaliq Məmmədova balta ilə hədə-qorxu gəliblər. Kafeni tərk edən U. Hüseynov həmkəndliləri ilə birgə təqribən 2 saat sonra silahla geri qayıdaraq, əvvəlcə "Baba" kafesini, sonra isə kafe sahiblərinin atalarının evini güllə-baran ediblər. Qeyd edək ki, silahlı basqın zamanı 1 nəfər güllə yarası alıb. Polis artıq Umudvar Hüseynovla Elxan Əsgərovu saxlayıb. Faktla bağlı başlanmış cinayət işinin araşdırması davam etdirilir. -
03-15-2008, 12:36 PMAPATürkiyənin baş prokuroru AKP-nın qapadılması, Abdulla Gül və Rəcəb Tayyip Ərdoğanın siyasətdən uzaqlaşdırılması iddiası ilə məhkəməyə m
[b]Türkiyənin baş prokuroru AKP-nın qapadılması, Abdulla Gül və Rəcəb Tayyip Ərdoğanın siyasətdən uzaqlaşdırılması iddiası ilə məhkəməyə müraciət edib[b]
İstanbul. Mayis Əlizadə-APA. Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya bu ölkənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
[APA-nın Türkiyə bürosunun məlumatına görə, baş prokuror iddiasını AKP-nin "dövlətin dünyəvi quruluşuna qarşı fəaliyyətlərin mərkəzi halına gəlməsi" ilə əlaqələndirib. Prosedura görə, Konstitusiya Məhkəməsi ilkin araşdırmalardan sonra iddiada hər hansı çatışmazlıq qeydə almasa, o zaman iddianı qəbul edəcək və AKP-yə müdafiə üçün iddianaməni göndərəcək. Qanunlara görə, bir ay müddətində AKP müdafiə tərəfi olaraq arqumentlərini məhkəməyə təqdim edəcək. Bundan sonra iddiaçı tərəf öz arqumentlərini bildirəcək, bu arqumentlər də AKP-yə göndəriləndən sonra hər iki tərəf yazılı açıqlama yayacaq və məhkəmə bütün xüsusları toplayandan sonra məsələ müzakirə ediləcək. AKP-nin qapadılması üçün Konstitusiya Məhkəməsinin 11 üzvündən 7-nin iddianın lehinə səs verməsi lazımdır. Konstitusiya Məhkəməsinin başqanı Haşim Kılıç bildirib ki, bu qapatma iddiası ilə yanaşı Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanın da daxil olduğu 71 nəfərə siyasi fəaliyyət göstərməyin qadağan olunması barədə də iddia daxil olub. Bu xəbərdən dərhal sonra baş nazir Rəcəb Tayyip Ərdoğan AKP rəhbərliyi və bəzi nazirlərlə görüşüb.Məsələyə münasibət bildirən Türkiyə prezidenti Abdulla Gül Böyük Millət Məclisində bu qədər çoxluqda olan bir partiyanın qapadılması ilə bağlı iddianın ölkəyə nə verəcəyini düşünmək lazım olduğunu deyib: "Mən Türkiyənin birliyini təmsil edirəm. Türkiyənin qısa, orta və uzun müddətli hədəflərini düşünürəm". Qeyd edək ki, indiyə qədər Türkiyədə 26 partiya qapadılıb. -
03-15-2008, 12:41 PMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri martın 14-də saat 08.50-dən 09.00-dək və saat 22.40-dan 23.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 21.00-dan 21.30-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 22.15-dən 22.25-dək Tərtər rayonunun Göyarx kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 22.45-dən 23.00-dək isə Cəbrayıl rayonunun Mehdili kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-15-2008, 12:46 PMAPABMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən q
[b]BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamə qəbul edib[b]
Vaşinqton. Hüsniyə Həsənova - APA. BMT Baş Assembleyasının 62-ci sessiyası çərçivəsində martın 14-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə" qətnamə layihəsi müzakirə olunub.
[APA-nın ABŞ bürosunun məlumatına görə, müzakirələr Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin çıxışı ilə başlayıb. A. Mehdiyev Dağlıq Qarabağın tarix boyu Azərbaycana məxsus olmasını, IV əsrdən əvvəl başlayaraq orta əsirlərə kimi əcdadlarımız sayılan xristian albanları üçün vətən sayıldığını, VIII əsrdən isə Azərbaycan əhalisinin müsəlman dinini qəbul etdiyini, lakin Dağlıq Qarabağ albanlarının xristian olaraq qaldığını qeyd edib. O, Dağlıq Qarabağın 1805-ci ildə İbrahim xan Qarabağlı tərəfindən imzalanan müqavilə əsasında Rusiyanın tərkibinə daxil olduğunu bəyan edib. Səfir bu tarixdən etibarən ermənilərin regiona gəldiyini söyləyib. O, 1836-cı ildə Alban patriarxiyasının Ruslar tərəfindən ləğv edildiyini və onların mülklərinin erməni kilsələrinə keçirildiyini diqqətə çatdırıb. 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan qonşu Ermənistanla dostluq siyasətini əsas tutaraq onlara İrəvan vilayətini hədiyyə edib. Səfir 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistandan deportasiya edildiyini, bu "əməliyyat" zamanı 220 azərbaycanlının qətlə yetirildiyini, 1100-dən çoxunun yaralandığını, 250 min insanın isə yurd-yuvasından qovulduğunu bildirib. O, Dağlıq Qarabağda separatçılığın rəsmi İrəvan tərəfindən dəstəkləndiyini və 1989-cu ildə Ermənistan parlamentinin Dağlıq Qarabağla birləşmək haqqında qərarını buna sübut kimi göstərib: "Daha sonra Ermənistan xarici hərbi birləşmələrin və terror qruplaşmalarının köməyi ilə irimiqyaslı hücuma keçərək, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun işğalını həyata keçirib. Bu işğal etnik təmizləmə siyasəti ilə müşayiət olunub, nəticədə 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib". Səfir ermənilərin bu siyasətinin ən ali qurum olan BMT tərəfindən də pisləndiyini, 1993-cü ildə qəbul olunan 4 qətnamədə Ermənistan hərbiçilərindən işğal etdikləri əraziləri təcili, tam və qeyd-şərtsiz boşaltmağın tələb olunduğunu xatırladıb. 1996-cı ildə ATƏT-in Lissabon sammitində münaqişə tərəfləri üçün müəyyən edilən tələblər sırasında ölkə suverenliyinin toxunulmazlığı və Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək muxtariyyətin verilməsinin təsbit olunduğunu deyən A. Mehdiyev ATƏT-in 54 üzv dövlətindən yalnız Ermənistanın bu şərtləri qəbul etmədiyini təəssüflə qeyd edib: "Lakin bu azmış kimi, ermənilər işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirir, xarici şirkətlərin iştirakı ilə ərazinin təbii sərvətlərini talan edir, Azərbaycanın tarixi ilə bağlı bütün tarixi abidələri məhv edirlər. 2004-cü ildə ermənilərin zəbt edilmiş ərazilərdə qanunsuz məskunlaşma faktları ilə bağlı ilk dəfə olaraq ATƏT-in faktaraşdırıcı missiyası regiona səfər edib. Missiya ermənilər tərəfindən qanunsuz məskunlaşmanın olduğunu sübut edib və belə halların təkrar olunmaması barədə əks tərəfə xəbərdarlıq edilib".Səfir bu il martın 4-də ermənilər tərəfindən həyata keçirilən təxribat zamanı 5 azərbaycanlı və 27 erməni hərbiçisinin qətlə yetirildiyini deyib: "Ermənilərin həyata keçirdiyi təxribatın əsas məqsədi ölkə əhalisinin diqqətini ölkədaxili siyasi böhrandan yayındırmaq idi. Təəssüflər olsun ki, hərbi qüvvədən istifadə olunması Ermənistanın daxili və xarici siyasətinin əsas metodlarından birinə çevirilib".Natiq Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, sülhün bərqərar edilməsi üçün qanunsuz birləşmələrin ərazidən çıxarılması və yerli əhalinin geriyə qaytarılmasına nail olmağın vacibliyini vurğulayıb. A. Mehdiyev xüsusilə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin BMT-də müzakirəyə çıxarılması heç də Azərbaycanın mövcud danışıqlar formatından imtina etməsi demək deyil: "Məsələnin Baş Assambleyaya çıxarılması münaqişənin həllini təmin edən baza prinsiplərinə sadiqliyi nümayiş etdirmək, vasitəçilərə dəstəyi göstərməklə, onlardan daha sanballı nəticələr əldə etmək məqsədi daşıyır".Səfir vasitəçilərin hər iki tərəfin maraqlarını təmin edəcək həll yollu tapmaq istədiklərini diqqətə çatdırıb: "Lakin bu məqsədə çatmaq üçün tərəflər eyni prinsiplərə arxalanmalıdırlar. Azərbaycan beynəlxalq hüquq normalarına istinad edir və bunun əsasında danışıqlar aparacaq. Öz müqəddəratını təyin etmək prinsipi ərazi bütövlüyü prinsipinə zidd olmamalıdır".A. Mehdiyev Minsk qrupu həmsədrlərinin lazımı təkliflərlə çıxış etməməsindən də narazı və narahat olduğunu deyib. Həmsədrlərin qeyri-müəyyən "neytrallıq" mövqeyini qoruyub saxlamaq üçün dövlətin ərazi bütövlüyü prinsipini qurban vermək hüquqlarının olmadığını söyləyən səfir vasitəçilərin "neytral" mövqe tutması barədə mövzunu davam etdirərək kəskin bəyanat səsləndirib: "Dağlıq Qarabağ münaqişəsi haqqında danışılarkən vasitəçilər neytrallıq barədə çox söhbət edirlər. Lakin bu neytrallıq mövqe deyil. Əksinə, bu, konkret mövqenin olmaması və ya siyasi mövqe tutmaqdan boyun qaçırmaq üçün gözəl bəhanədir. Biz kiminsə tərəfini deyil, beynəlxalq hüququn tərəfini saxlamağı xahiş edirik. Beynəlxalq hüququn normaları pozulduğu təqdirdə, neytrallıqdan söhbət gedə bilməz".Daha sonra Sloveniya nümayəndəsi Avropa Birliyi adından bəyanat verərək, Azərbaycanın narahat etdiyi istənilən məsələni BMT-yə müzakirəyə çıxarmağa hüququnun olduğunu deyib. Lakin o, Dağlıq Qarabağ münaqişəsinin həllinin ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini qeyd etdi. Həmsədrlər adından danışan ABŞ nümayəndəsi isə bildirib ki, 2007-ci ilin noyabrında ATƏT-in Madrid toplantısında münaqişənin həll edilməsi üçün baza prinsipləri tərəflərə təqdim edilib. Diplomatın sözlərinə görə, həmin təkliflər Azərbaycanla Ermənistan tərəfi arasında danışıqlar predmetidir. Lakin ABŞ nümayəndəsi Azərbaycanın təqdim etdiyi qətnamə layihəsinin həmsədrlərin təkliflərinin yalnız bir tərəfini əhatə etdiyini söyləyib. Bu mövqedən irəli gələrək, o, Minsk qrupu həmsədrlərinin Baş Assambleyaya çıxarılansənədi dəstəkləməyəcəklərini söyləyib. Bununla belə, diplomat xüsusi vurğulayıb ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Dağlıq Qarabağ Respublikası adında vahidi qəbul etmirlər.Daha sonra İslam Konfransı Təşkilatı (İKT) adından Pakistan nümayəndəsi çıxış edib. O, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini, Ermənistanın apardığı işğalçı siyasət nəticəsində 1 milyon insanın sürgün edildiyini, azərbaycanlılara məxsus dini, tarixi irsin Dağlıq Qarabağda məhv olunduğunu diqqətə çatdırıb. Natiq İKT-nin daim Ermənistanın işğalçı siyasətini pislədiyini deyib və bu dəfə də təşkilata üzv dövlətlərə müraciət edərək layihənin lehinə səs verməyə çağırıb. Pakistandan sonra söz alan Uqanda nümayəndəsi azərbaycanlıların müharibə qurbanı olduqlarını və onları dəstəklədiklərini deyib. Türkiyə və Ukraynanın nümayəndələri də eyni mövqedən çıxış ediblər.Sonda çıxış edən Ermənistanın BMT-dəki səfiri Armen Martirosyan işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı qətnamə layihəsinin müzakirəyə çıxarılmasını rəsmi Bakının danışıqlara zərbə vurmaq üçün atdığı addım adlandırıb. O, emosional şəkildə Azərbaycanı dəstəkləyən İslam Konfransı Təşkilatı, Türkiyə, Ukrayna və digər dövlətlərin ünvanına etirazını səsləndirib, bəzi hallarda isə hədə-qorxu gəlməkdən belə çəkinməyib.Buna baxmayaraq keçirilmiş səsvermədə 39 dövlət sənədin lehinə, 7-si isə əleyhinə səs verib. 100 ölkəni nümayəndəsi bitərəf mövqe tutub. Qətnamənin əleyhinə çıxışan ölkələr Ermənistan, Rusiya, ABŞ, Fransa, Hindistan, Anqola və Vanuatu olub.BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamədə deyilir:1. Baş Assambleya Azərbaycanın suverenliyinə hörmət edir və onun ərazi bütövlüyünü beynəlxalq qanunlar tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində tanıyır; 2. Baş Assambleya tələb edir ki, işğal olunmuş ərazilərdə mövcud olan Ermənistan hərbi birləşmələri təcili, tam və şərtsiz şəkildə ərazini tərk etsinlər;3. Baş Assambleya münaqişə dövründə ərazidən qovulmuş sakinlərin geri qaytarılması və onlara kompensasiyaların ödənilməsi hüququnu tanıyır;4. Baş Assambleya Azərbaycanın tərkibində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına təhlükəsizlik şəraitinin yaradılmasını təmin etməklə onlara özlərini idarə etmək üçün şəraitin yaradılmasını dəstəkləyir;5. Baş Assambleya beynəlxalq hüquq normaları çərçivəsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və sülhün əldə olunması üçün onların səylərinin artırılmasını arzulayır.6. Baş Assambleya BMT-nin Baş katibindən xahiş edir ki, 62-ci sessiyada qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı" qətnamənin icra olunması ilə bağlı 63-cü sessiyada hesabat hazırlasın. -
03-15-2008, 12:51 PMAPAMacarıstan vətəndaşı öz təşəbbüsü ilə Azərbaycan zabiti Ramil Səfərov haqqında saytın əsas bölmələrini macar dilinə tərcümə edib
[b]Macarıstan vətəndaşı öz təşəbbüsü ilə Azərbaycan zabiti Ramil Səfərov haqqında saytın əsas bölmələrini macar dilinə tərcümə edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı yaradılan [ saytı bundan sonra macar dilində də yayımlanacaq. Bu barədə APA-ya saytın yaradıcıları məlumat veriblər.
[Onların sözlərinə görə, bu təşəbbüslə saytın oxucularından olan Macarıstan vətəndaşı Lajos Tanko çıxış edib: "Macar tarixində ilk dəfədir ki, bir nəfəri qətlə yetirənə ömürlük həbs cəzasının verilməsini eşidirəm və bu, böyük ədalətsizlikdir" deyən macar Lajos Tanko saytımızı könüllü olaraq macar dilinə tərcümə etmək istədiyini bildirib. Nəticədə bu gün saytın ən önəmli üç bölməsi ("Ramil haqqında", "Erməni həqiqətləri", "Erməni vəhşilikləri") cənab Tanko tərəfindən macar dilinə tərcümə edilib. Beləliklə sayt artıq üç dildə - Azərbaycan türkcəsi, ingilis və macar dillərində yayımlanacaq".Məlumata görə, Peter adlı başqa bir macar isə üzərinə R. Səfərovun şəkli və macar dilində "Vətənini sevən bu insana real bir termin veririk: Siyasi məhbus! Hansı ki, ermənilərin onun vətəninə, millətinə işgəncə verməsinə nifrət edir, hansı ki onların azərbaycanlı körpələri öldürməsinə nifrət edir, hansı ki kiminsə ona lağ, rişxənd etməsinə nifrət edir. Ramil Səfərovla ədalətli olun!" sözləri yazılan slayd hazırlayaraq müxtəlif elektron ünvanlara göndərib. -
03-15-2008, 12:56 PMAPAAğstafa rayonunda qoyun 4 quzu doğub
[b]Ağstafa rayonunda qoyun 4 quzu doğub[b]
Ağstafa. Ayxan Hüseynov-APA. Ağstafa rayonunun Xətai kəndində təbiətin nadir hadisələrindən biri baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, kənd sakini Vəli Kərimovun şəxsi təsərüffatında olan qoyunlardan biri 4 bala doğub.
[Ev sahibinin sözlərinə görə, bu günə kimi belə bir hadisənin şahidi olmayıb: "65 yaşım var, hələ birinci dəfədir ki, belə hadisə görürəm. Gecə tövləni açanda gördüm qoyunun yanında 3 quzu var dördüncü isə axurun altındadır. Dördüncü quzu bir az zəif olduğuna görə, onu evə gətirdim, iki gündən sonra tam dirçəldi". Təzə doğulan zaman quzular tam qidalana bilmədiyindən ev sahibi onların süni yolla qidalandırıb: "Təzə doğulan quzulara çay qaşığı ilə ana mayalanması verirdik. Bir-iki bala olanda quzular özləri əmirlər. Amma dörd quzu olanda hamısına ana südü çatmır. Hazırda quzuların dördünün də sağlamlığı yaxşıdır". Quzuların hal-hazırda tam sağlam olduğunu söyləyən Vəli Kərimov bu hadisənin allahın ona bəxş etdiyi xeyir, bərəkət kimi qiymətləndirib. -
03-15-2008, 01:01 PMAPAİranda parlament seçkiləri başa çatıb
[b]İranda parlament seçkiləri başa çatıb[b]
[Tehran-APA.İran parlamentinə seçkilər başa çatıb. APA-nın məlumatına görə, seçkilərin keçirilməsinə məsul orqanlar gün ərzində seçki məntəqələrinin fəaliyyət müddətinin artırılmasına dair beş dəfə qərar qəbul ediblər. Onlar öz qərarlarını axşam saatlarında seçici aktivliyinin daha yüksək olması ilə əsaslandırıb və yerli vaxtla 18.00-da bağlanmalı olan məntəqələrin fəaliyyətini 22.30-a qədər uzadıblar. 70 milyon əhalisi olan İranda səsvermə hüququna malik 43 milyon vətəndaş var. Qeyri-rəsmi məlumatlara görə, saat 4-ə qədər 16 milyon vətəndaş öz səsvermə hüququndan istifadə edib. Ekspertlər seçici fəallığının 52-70 faiz arasında olacağını proqnozlaşdırır. Seçkilərin yekun nəticələri martın 20-də açıqlanacaq. Dünən keçirilən seçkilər gələn ilin yayında baş tutacaq prezident seçkilər ərəfəsində ölkədə siyasi qüvvələrin real gücünü dəyərləndirmək baxımından əhəmiyyət kəsb edir. Qeyd edək ki, İran parlamentinə seçkilərdə əsas mübarizə mühafizəkarlarla islahatçılar arasında gedir. -
03-15-2008, 01:06 PMAPAAlim Qasımov və Fərqanə Qasımova Misirdə birgə konsert proqramı ilə çıxış edəcəklər
[b]Alim Qasımov və Fərqanə Qasımova Misirdə birgə konsert proqramı ilə çıxış edəcəklər[b]
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə Misirdə keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək.
[Xanəndənin ailəsindən APA-ya bildirilib ki, festivalda çıxış etmək məqsədi ilə muğam ifaçıları 1-3 may tarixlərində Misirdə səfərdə olacaqlar. Festival çərçivəsində Alim və Fərqanə Qasımovaların birgə konserti təşkil olunacaq. Muğam ifaçılarını kamançada Rauf İslamov, tarda isə Malik Mansurov müşayiət edəcək. -
03-15-2008, 01:11 PMAPATürkiyə prezidenti: "Azərbaycanın Dağlıq Qarabağ ərazisi təəssüf ki, hələ də işğal altındadır"
[b]Türkiyə prezidenti: "Azərbaycanın Dağlıq Qarabağ ərazisi təəssüf ki, hələ də işğal altındadır"[b]
Ankara-APA. "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan ciddi şəkildə narahatdır və problemin qısa zamanda tənzimlənməsini arzulayır".
[APA-nın məlumatına görə, bu fikirləri "İTAR-TASS" agentliyinin baş direktoru Mixail Qusmana müsahibəsində Türkiyə prezidenti Abdullah Gül söyləyib. O, münaqişənin hələ də "dondurulmuş" vəziyyətdə olduğundan təəssüfləndiyini bildirib: "Dağlıq Qarabağ hələ də işğal altındadır, milyonlarla azərbaycanlı qardaşlarımız münaqişə nəticəsində qaçqın vəziyyətinə düşüb və ağır vəziyyətdə yaşayır. Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında mövcud olan bu problem qarşılıqlı anlaşma və dialoq yolu ilə həllini tapsın. Məsələn, Kipr probleminin həlli ilə hər kəs məşğul olur, amma hələ də işğal altında olan Dağlıq Qarabağla heç kəs maraqlanmır. Bu, bizi təəssüfləndirir". -
03-15-2008, 01:16 PMAPAXu Çzintao yenidən Çin Xalq Respublikasının sədri seçilib
[b]Xu Çzintao yenidən Çin Xalq Respublikasının sədri seçilib[b]
[Çin Xalq Respublikasının sədri Xu Çzintao Ümumçin Xalq Nümayəndələri Yığınıcağının 11-ci qurultayında növbəti dəfə ölkə başçısı seçilib. APA-nın məlumatına görə, gizli səsvermə üsulu ilə keçirilən seçkilərdə Xu Çzintao 2012-ci ilə kimi ÇXR sədri postunda qalmaq hüququ qazanıb. Beş il sonra Xu Çzintaonu bu postda əvəzləməyə potensial namizədlər sırasında Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvləri Si Tszinpin və Li Keçyanın adları çəkilir. -
03-15-2008, 01:21 PMAPAHəsrət Rüstəmov: "ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesi seçkilərə start verilənə kimi yekunlaşacaq"
[b]Həsrət Rüstəmov: "ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesi seçkilərə start verilənə kimi yekunlaşacaq"[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək prezident seçkilərində Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsi barədə qərarına yenidən baxmaq fikrində deyil. ADP sədrinin birinci müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, bu qərar partiyanın Ali Məclisində qəbul olunub və qərara yenidən baxılmasını vacib edən situasiyanın yaranacağını proqnozlaşdırılmır. H. Rüstəmov hazırda ADP ətrafında kölgə kabinetinin formalaşdırılması prosesinin getdiyini və bu prosesin seçkilərə start verilənə kimi yekunlaşacağını deyib: "Müxalifət seçkiyə vahid namizədlə qatıla bilməsə də, istənilən müxalifət namizədi qalib gələcəyi halda təkcə öz partiyasının potensialından yox, bütün müxalifət komandasından istifadə etməlidir. Biz belə bir komanda formalaşdırmağa başlamışıq və bu, müxalifətin vahid komandasıdır". Komandanın formalaşmasında əsas prinsip kimi professionallığın götürüldüyünü deyən H. Rüstəmov burada digər müxalifət partiyalarının kadrlarının, QHT rəhbərlərinin, vaxtilə hakimiyyətdə işləmiş şəxslərin və hətta hazırkı hökumətdə işləyən kadrların da təmsil olunmasının nəzərdə tutulduğunu qeyd edib: "Burada əsas vəzifələrin bölgüsü də nəzərdə tutulur. İqtisadi sahəyə, xarici siyasət idarəsinə, müdafiə sahəsinə, güc nazirliklərinə kimlər rəhbərlik edəcək şəxslər əvvəlcədən müəyyənləşəcək". -
03-15-2008, 01:26 PMAPAAzərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək
[b]Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Pedaqoji Universitetində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Firuz Səxavət, Yaqub Zurufçu və Baloğlan Əşrəfov konsert proqramı ilə çıxış edəcəklər. Y. Zurufçu APA-ya bildirib ki, konsert proqramında o, sözləri Şəhriyara, musiqisi isə özünə məxsus olan altı mahnı ifa edəcək: "Həmin mahnılar Şəhriyarın "Heydərbabaya salam", "Üns və cin", "Sevgilim" və digər şeirlərinə yazılıb. Bu mahnıları məxsusi olaraq Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi münasibəti ilə hazırlamışam". Yaqub Zurufçu bildirib ki, yaxın vaxtlarda həmin mahnılardan ibarət disk hazırlayacaq. Bundan başqa müğənni sözləri Cabir Novruza, musiqisi isə iranlı bəstəkar Rizə Rəzəviyə məxsus olan "Ay sevgilim" mahnısına klip çəkdirdiyini də bildirib. Rejissor Elnar Haşımovun quruluşunda hazırlanan klipin çəkilişləri Bakıda aparılıb. Yaqub Zurufçu yaxın günlərdə yeni klipin ekranlarda nümayiş olunacağını vurğulayıb. -
03-15-2008, 01:31 PMAPAAzərbaycan Milli Məclisinin üzvləri AŞ PA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşəcəklər
[b]Azərbaycan Milli Məclisinin üzvləri AŞ PA Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşəcəklər[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Milli Məclisinin üzvləri Gültəkin Hacıyeva və Aydın Abbasov bu gün Parisə yola düşəcəklər.
[Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, martın 19-dək davam edəcək səfər çərçivəsində deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında iştirak edəcəklər. Onlar AŞ PA Monitorinq Komitəsində aparılan müzakirələrdə Azərbaycanın mövqeyini bildirəcəklər. Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Monitorinq Komitəsinin iclasında iştirak edəcək. Qeyd edək ki, S. Seyidov artıq Parisdədir. O, AŞ PA Bürosunun martın 13-də keçirilmiş iclasında iştirak edib. -
03-15-2008, 01:36 PMAPASabah dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 68-ci ili tamam olur
[b]Sabah dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 68-ci ili tamam olur[b]
[Bakı. Ülkər Qasımova-APA. Sabah dünya şöhrətli cazmen Vaqif Mustafazadənin anadan olmasının 68-ci ildönümüdür. APA-nın məlumatına görə, bu münasibətlə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə cazmenin məzarı ziyarət olunacaq. Vaqif Mustafazadənin Ev Muzeyində isə onun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə V. Mustafazadənin Moskvada işıq üzü görən iki hissəli kompakt diskinin də təqdimatı keçiriləcək. Diskin birinci hissəsində V. Mustafazadənin kompozisiyaları, ikinci hissədə isə cazmenin sintez etdiyi Azərbaycan bəstəkarlarının əsərləri yer alıb. V. Mustafazadənin anadan olmasının 68-ci ildönümü ilə əlaqədar Moskvada da tədbir təşkil olunacaq. Bu tədbir isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə aprelin 23-də həyata keçiriləcək. -
03-15-2008, 01:46 PMAPAAzərbaycanın xarici işlər naziri bu gün Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək
[b]Azərbaycanın xarici işlər naziri bu gün Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bir neçə saatdan sonra Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
[APA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov bu gün keçirdiyi brifinqdə bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında müzakirələr aparılacaq. Bundan başqa görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilinə dair məsələlər müzakirə ediləcək. -
03-15-2008, 02:01 PMAPAAzərbaycan paytaxtında və Göyçayda silah-sursat aşkarlanıb
[b]Azərbaycan paytaxtında və Göyçayda silah-sursat aşkarlanıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayının əməkdaşları tərəfindən martın 14-də 10 saylı Bərə dayanacağının yaxınlığından 1 ədəd AKSU silahı, 22 ədəd patron və 1 ədəd patron darağı tapılıb. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, silah-sursatlar Xətai rayon Polis İdarəsinə təhvil verilib. Həmin gün Göyçay rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən 1 ədəd AKM silahı, 101 ədəd avtomat patronu və 2 ədəd patron darağı tapıblar. -
03-15-2008, 02:21 PMAPA"Azadlıq" qəzetinin naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşının vəziyyəti yaxşıdır
[b]"Azadlıq" qəzetinin naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşının vəziyyəti yaxşıdır[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "Azadlıq" qəzetinin martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşı Aqil Xəlilin vəziyyəti yaxşıdır. Bu barədə APA-ya A. Xəlilin əməliyyat olunduğu Klinik Tibb Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Zaur Məmmədli bildirib. Bu gün səhər A. Xəlili müayinə etdiyini bildirən həkim jurnalistin səhhətində hər hansı ağırlaşmanın qeydə alınmadığını deyib: "Özünə də dedim ki, artıq yaxşıdır, istədiyi evə gedə bilər".