[b]Azərbaycanda sabiq prokurorun apellyasiya şikayəti qismən təmin olunub[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Ağstafa rayonunun sabiq prokuroru Nadir Bayramov və digər iki nəfərin apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin barəsindəki hökmün dəyişdirilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər Şahnaz Şakilova 11 il, Nadir Bayramov və Elman Şakilov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 312.1-ci (rüşvət vermə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunan Ş. Şakilova 13 il, N. Bayramov və E. Şakilov 3 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Azərbaycan Xəbərləri
Printable View

06-25-2008, 04:21 PMAPAAzərbaycanda sabiq prokurorun apellyasiya şikayəti qismən təmin olunub

06-25-2008, 04:31 PMAPAAzərbaycan prezidenti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin tətbiqi haqqında fərman imzalayıb
[b]Azərbaycan prezidenti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin tətbiqi haqqında fərman imzalayıb[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında fərman imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin. Qeyd edək ki, Milli Məclis "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunu bu il mayın 30-da qəbul edib. -
06-25-2008, 04:41 PMAPAPKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub
[b]PKK-nın telekanalının Almaniya ərazisində yayımına qadağa qoyulub[b]
[Berlin - APA. PKK terror təşkilatının Danimarkada lisenziya almış və bu ölkədən peyk vasitəsilə bütün dünyaya yayımlanan telekanalı - "Roj TV"nin Almaniya ərazisində yayımına qadağa qoyulub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi ölkədə "Roj TV" adından fəaliyyət göstərən "VİKO Production" şirkətinin fəaliyyətini də yasaqlayıb və mülkiyyətinə həbs qoyub. Nazirlik qərarı belə əsaslandırıb: ""Roj TV" peyk vasitəsilə Almaniyada da yayımlanır. Bu telekanal PKK-nın ruporu rolunda çıxış edir və qeyri-qanuni təşkilatın təbliğatını aparır. "Roj TV"nin məqsədi PKK-nın hədəflərinə uyğun olaraq zorakılığı təbliğ etmək və Türkiyə ilə silahlı toqquşmalar üçün canlı qüvvə cəlb etməkdir". -
06-25-2008, 04:51 PMAPAABŞ-ın Azərbaycandakı səfiri MSK sədri ilə görüşüb
[b]ABŞ-ın Azərbaycandakı səfiri MSK sədri ilə görüşüb[b]
[Bakı. Elnur Məmmədli-APA. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə səfir təmsil etdiyi dövlətin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı geniş miqyaslı proqram həyata keçirmək niyyətində olduğunu bildirib. O, seçkilərin azad və ədalətli, demokratik keçirilməsinin ölkədə demokratiyanın göstəricisi hesab etdiyini, ABŞ-ın da Azərbaycanın dostu olaraq bu ölkədə demokratik təsisatların möhkəmlənməsində maraqlı olduğunu bildirib. MSK-nın seçkilərə hazırlıqla bağlı gördüyü işləri izlədiyini bildirən səfir, qurumun aşağı seçki komissiyaları üçün həyata keçirdiyi maarifləndirmə proqramları və seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində gördüyü işlər təqdirəlayiq hesab edib. M. Pənahov isə öz növbəsində Azərbaycanın strateji tərəfdaşı olan ABŞ-ın ölkədə demokratiyanın inkişafı ilə bağlı hər iki ölkə rəhbərinin fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb. MSK sədri prezident seçkilərinin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsi üçün bütün zəruri addımların atılacağını və vətəndaşların seçki hüquqlarının tam təmin olunacağını söyləyib. O ölkə prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nına uyğun olaraq dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə kurslar, seminarlar təşkil olunduğunu qeyd edib. -
06-25-2008, 05:01 PMAPAŞahin Mirzəyev: "Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların arasında qadınların sayı ilbəil artır"
[b]Şahin Mirzəyev: "Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların arasında qadınların sayı ilbəil artır"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda son üç ildə və bu ilin beş ayı ərzində narkotiklərlə bağlı 8050 cinayət faktı aşkar edilib. Onlardan 2901-i narkotiklərin satışı, 4746-sı narkotik vasitələrin qanunsuz olaraq əldə olunub saxlanması, 403-ü narkotik xassəli bitkilərin əkini ilə bağlı olub. APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahin Mirzəyev bildirib. Ş. Mirzəyev deyib ki, bu müddətdə qanunsuz dövriyyədən 1 ton 57 kiloqramdan çox müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələr hazırlanması üçün istifadə oluna bilən 1316 ton 33 kiloqram yabanı halda bitən narkotik mənşəli bitki yaşıl kütlə halında aşkarlanaraq məhv edilib. Ş. Mirzəyevin sözlərinə görə, bu müddətdə Azərbaycanda narkotiklərlə bağlı aşkarlanan cinayətlər üzrə 6662 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 1630 nəfəri 30 yaşa qədər olan gənc, 23 nəfər 18 yaşa çatmayan, tələb, 185 nəfər xarici ölkələrin vətəndaşıdır: "Narahatedici faktlardan biri də odur ki, narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların sırasında qadınların sayı ilbəil artır". Rəis müavini ötən il cinayət məsuliyyətinə cəlb olunan 42 xarici ölkə vətəndaşından 92 kiloqram 150 qram narkotik vasitə götürüldüyünü açıqlayıb və qeyd edib ki, onların 99 faizi İran vətəndaşıdır. Son illər keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ən müasir silahlarla təchiz olunan silahlı cinayətkarlar polis əməkdaşlarına qarşı silahlı müqavimət göstəriblər: "Bu, polis əməkdaşlarının xəsarət almaları, hətta həlak olmaları ilə nəticələnib". Onun sözlərinə görə, hər il müsadirə edilən narkotik maddələrin strukturunda heroinin çoxalması, hər il narkotiklərə, onun daha ağır növlərinə tələbatın artması halları bu sahədə ciddi əks tədbirlərin keçirilməsini tələb edir. -
06-25-2008, 05:11 PMAPAAzərbaycan parlamentinin deputatları Qubada aşkarlanmış kütləvi məzarlığı ziyarət ediblər
[b]Azərbaycan parlamentinin deputatları Qubada aşkarlanmış kütləvi məzarlığı ziyarət ediblər[b]
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Həvva Məmmədova və Yevda Abramov Qubada aşkar edilmiş kütləvi məzarlıqda aparılan qazıntılarla tanış olublar.
[Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O bildirib ki, ərazidə aşkar olunan insan kəllələrinin sayı 191-ə çatıb: "Millət vəkilləri ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin zəruriliyini bildirdilər. Ərazidə şüşədən muzeyin yaradılması və hündür qüllənin tikilməsi nəzərdə tutulur". -
06-25-2008, 05:21 PMAPAPenitensiar Xidmətin şöbə rəisi: "Azərbaycanda 300-ə yaxın məhkum QİÇS daşıyıcısıdır"
[b]Penitensiar Xidmətin şöbə rəisi: "Azərbaycanda 300-ə yaxın məhkum QİÇS daşıyıcısıdır"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın cəzaçəkmə müəssisələrində cəza çəkənlərin 35 faizi narkotiklərlə bağlı məhkum edilib. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tərbiyə işinin təşkili şöbəsinin rəisi Azər Seyidov bildirib.
[A. Seyidov cəzaçəkmə müəssisələrində saxlanılan 60-a yaxın yeniyetmənin arasında narkotiklərlə bağlı məhkum edilənin olmamasını təqdirəlayiq hal olduğunu bildirib. Onun sözlərinə görə, qadın məhbusların əksəriyyəti narkotiklərlə bağlı cinayətlərə görə məhkum edilib. A. Seyidov hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində 300-ə yaxın məhkumun QİÇS virusunun daşıyıcısı olduğunu deyib. -
06-25-2008, 05:31 PMAPASabir Rüstəmxanlı: "Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin"
[b]Sabir Rüstəmxanlı: "Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Yaxşı olar ki, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrup boş yerə qüvvə sərf etməmək üçün adını Demokratik Dünya Azərbaycanlıları Konqresi olaraq saxlasın və Dünya Azərbaycanlıları Konqresi adına iddia etməsin". Bu sözləri APA-ya açıqlamasında DAK-ın həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu məsələyə görə Qulamrza Səbri Təbrizi ilə məhkəmə zalında görüşmək istəməzdi: "İşin o yerə gedib çıxmasını arzulamıram. Qulamrza Səbri Təbrizi ömrü boyu qürbətdə yaşayıb və yaşlı adamdır. Əgər istəsəydim, çoxdan bu məsələ qanun çərçivəsində həll olunardı və onun Bakıdakı qərargahı bağlanardı. Sadəcə, bunu DAK-a və özümüzə sığışdırmadım". S. Rüstəmxanlının sözlərinə görə, ola bilsin Qulamrza Səbri Təbrizi öz qurumunu başqa ölkədə qeydiyyatdan keçirsin: "Əgər ciddi münaqişə yaransa, beynəlxalq məhkəmələrə və qeydiyyatda olduğumuz ölkənin müvafiq qurumlarına müraciət edəcəyik. Bu ikitirəlik həll olunmalıdır". -
06-25-2008, 07:51 PMAPAABŞ Fətullah Gülənə "Yaşıl kart" verməkdən imtina edib
[b]ABŞ Fətullah Gülənə "Yaşıl kart" verməkdən imtina edib[b]
[Vaşinqton - APA. Türkiyədə barəsində açılan cinayət işlərinə görə uzun müddətdir ABŞ-da yaşayan "nurçular"ın lideri Fətullah Gülənin "Greeen Card" (Yaşıl kart") almaq üçün Pensilvaniya Şərq Dairə Məhkəməsində qaldırdığı iddia rədd edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, F. Gülən bir müddət əvvəl "Yaşıl kart" almaq üçün ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidmətinə (USCİK) müraciət edib, lakin müraciət qəbul olunmayıb. Bundan sonra dini lider məhkəməyə üz tutub. Lakin məhkəmə onun ABŞ-da yaşamaq, səyahət etmək və işləmək icazəsi verən "Yaşıl kart" almaq üçün irəli sürdüyü arqumentləri yetərli saymayıb. Məhkəmə qərarına əsasən F. Gülənin 1 ay ərzində ABŞ-ı tərk etməli olduğu bildirilsə də, qanunvericilikdə konkret müddət göstərilmədiyi üçün "nurçular"ın liderinin qeyri-qanuni olaraq daha 6 ay ABŞ-da qalması mümkün sayılır. Xatırladaq ki, bu günlərdə Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası F. Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd edib. Bununla da F. Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmış olub. -
06-25-2008, 08:01 PMAPAİPAP-ın II hissəsi əsasında aparılacaq islahatların nəticəsi olaraq Baş Qərargahın Müdafiə Nazirliyindən ayrılması nəzərdə tutulur
[b]İPAP-ın II hissəsi əsasında aparılacaq islahatların nəticəsi olaraq Baş Qərargahın Müdafiə Nazirliyindən ayrılması nəzərdə tutulur[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Fərdi Tərəfdaşlığın Əməliyyat Planının (İPAP) ikinci hissəsinə yeni hədəflərlə yanaşı, sənədin birinci hissəsində yerinə yetirilməmiş bəzi məsələlər də daxil edilib.
[APA-nın məlumatına görə, bu barədə "Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda Bakıda keçirilən konfransda Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin ikinci katibi Hikmət Hacıyev bildirib. H. Hacıyevin sözlərinə görə, İPAP-ın II hissəsində qarşıya qoyulan hədəflərdən biri də Müdafiə Nazirliyinin mərkəzi aparatında islahatların aparılmasıdır. İslahatların nəticəsi olaraq Baş Qərargah Müdafiə Nazirliyindən ayrılmalı, Müdafiə Nazirliyi daha çox mülki struktura çevrilməlidir. -
06-25-2008, 08:11 PMAPA"Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda konfrans başa çatıb
[b]"Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda konfrans başa çatıb[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Bakıda "Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda keçirilən ikigünlük konfrans öz işini başa çatdırıb.
[APA-nın məlumatına görə, konfransın bu gün keçirilən müxtəlif sessiyalarında "Avroatlantik məkana inteqrasiyada seçkilərin rolu", "Azərbaycan-NATO əməkdaşlığı: Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından irəli gələn məqsəd və vəzifələr", "Qafqazın Avroatlantik qurumlara inteqrasiyası prosesində Türkiyənin rolu", "Demokratiyanın inkişafı və insan hüquqlarının təmin olunmasında informasiya cəmiyyətinin rolu", "Avroatlantik məkana inteqrasiya: müdafiə və təhlükəsizlik sahəsində" əlaqələr mövzularında məruzələr dinlənilib. Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev informasiya cəmiyyətinin inkişafından danışıb. Cənubi Qafqaz və Avropa arasında informasiya mübadilələrinin artdığını deyən R.Əliquliyev bu sahədə NATO-nun da mühüm rol oynadığını vurğulayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin II katibi Hikmət Hacıyev isə Azərbaycan və NATO arasında həyata keçirilən Fərdi Tərəfdaşlığq üzrə Əməliyyat Planı (İPAP), Sülh Naminə Tərəfdaşlıq Proqramı (PfP), Planlaşdırma və Analiz Prosesi (PARP), PARPDİB və digər proqramlar barədə məlumat verib. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmaları Mərkəzinin direktoru Cəsur Məmmədov isə Azərbaycanda hərbi qurumlar və KİV əlaqələri barədə məruzə ilə çıxış edib. Konfransda qeyd olunub ki, NATO ilə həyata keçirilən İPAP-da qeyd olunan əsas məsələlərdən biri də ictimaiyyətlə və KİV-lə əlaqələrdir. Hazırkı dövrdə Azərbaycanın hərbi qurumlarının KİV-lə əlaqələrini tənzimləyəcək informasiya strategiyasının yaradılmasına ehtiyac duyulur. Qeyd edək ki, konfrans Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosiasiyasının, NATO-nun İctimai Diplomatiya bölməsinin və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilib. -
06-25-2008, 08:21 PMAPAProkuror hərbi hissə komandirinə cəza istəyib
[b]Prokuror hərbi hissə komandirinə cəza istəyib[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mirzəli Abbasovun sədrliyi ilə Müdafiə Nazirliyinin Səngəçalda yerləşən "N" saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik leytenant İlqar Əmirxanovun və həmin hərbi hissənin zabiti Nazim Hüseynovun məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı Mehdixan Abdullayev İ. Əmirxanovun 9 il, N. Hüseynovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. İyunun 27-də təqsirləndirilən şəxslərə hökm oxunacaq. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurlar. -
06-25-2008, 08:31 PMAPAOmbudsman təsisatında yeni hüquqi nəşrlərin təqdimat mərasimi keçirilib
[b]Ombudsman təsisatında yeni hüquqi nəşrlərin təqdimat mərasimi keçirilib[b]
[Bakı-APA. Ombudsman Aparatında İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə olunan "Hüquq müdafiəçiləri: insan hüquqlarını müdafiə etmək hüququnu qoruyarkən", "İnsan Hüquqları üçün yeni mərhələ" kitablarının təqdimatı keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının eksperti Kyaran O’Maoleyn və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəsi Vladlen Stefanovun, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirdə giriş sözü Ombudsman Elmira Süleymanova çıxış edib. Ombudsman çap materiallarının əhəmiyyətini vurğulayıb, kitabların nəşrində göstərdiyi yardıma görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təşəkkürünü bildirib. -
06-25-2008, 08:41 PMAPARasim Əkbərovun səhhəti kəskin pisləşib
[b]Rasim Əkbərovun səhhəti kəskin pisləşib[b]
[Bakı. Elnur Məmmədli - APA. Həbsdə olan sabiq hərbi hissə komandiri Rasim Əkbərovun səhhəti kəskin pisləşib. R. Əkbərovun qardaşı Rafael Əkbərovun APA-ya verdiyi məlumata görə, vəziyyəti ağırlaşan məhkum saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb hissəsinə yerləşdirilib: "İki aydır ki, onun səhhəti ağırlaşıb, srağagün isə daxili qanaxma başlayıb. Rasim Əkbərov ötən gün bir litrdən artıq qan itirib və bundan sonra tibb hissəsinə yerləşdirilib. Bu gün ona lazım olan dərmanları apardıq. Səhiyyə Nazirliyinin həkimləri onu müayinə ediblər. Həkimlərin sözlərinə görə, böyrəyindəki daşlar Rasim Əkbərovun böyrəyini zədələyib". -
06-25-2008, 08:51 PMAPAAzərbaycan prezidenti hərbi qulluqçulara ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti hərbi qulluqçulara ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısının sərəncamı ilə polkovnik Elşad Babayev, polkovnik Rəhim Cəfərov, polkovnik Hüseyn Mahmudov və polkovnik Çingiz Şəfiyevə general-mayor hərbi rütbəsi verilib. -
06-25-2008, 09:01 PMAPAPrezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib
[b]Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib[b]
Yevlax. Teymur Zahidoğlu - APA. Bu gün Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Şəhər və Kənd Bələdiyyələri Assosiasiyalarının rəhbərləri, ətraf rayonların İcra Hakimiyyəti başçıları, bələdiyyə sədrləri iştirak ediblər. Hesabat xarakterli toplantıda bələdiyyələrin fəaliyyəti, gördüyü işlər, gələcək planları barədə müzakirələr aparılıb. R. Mehdiyev bələdiyyələrin uğurları ilə yanaşı çatışmazlıqların olduğunu da vurğulayıb. O, Azərbaycan bələdiyyələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib. R. Mehdiyev daha sonra Yevlax-Mingəçevir Dairə Seçki Komissiyasının inzibati binasına baş çəkib. -
06-25-2008, 09:11 PMAPAPrezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Silahlı Qüvvələrin 90 illik yubileyi münasibətilə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətinə, öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə bir qrup hərbçi "Azərbaycan Bayrağı" ordeni, bir qrup hərçi "Vətən uğrunda", bir qrup hərbçi "İgidliyə görə", bir qrup hərbçi isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Bəzi hərbçilər ölümündən sonra təltif olunublar. -
06-25-2008, 09:21 PMAPATomas Hammarberq: "Azərbaycanla bağlı bəzi məqamlar bizi narahat edir"
[b]Tomas Hammarberq: "Azərbaycanla bağlı bəzi məqamlar bizi narahat edir"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Azərbaycan Avropa Şurasının çox mühüm üzvüdür və biz Azərbaycan hökuməti ilə mütəmadi əlaqə saxlayırıq". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Strasburqda keçirdiyi mətbuat konfransında Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq söyləyib.
[O, Azərbaycanda keçiriləcək prezident seçkilərinin mühüm siyasi hadisə adlandırıb və seçkilərdən sonra ölkəmizə səfər edəcəyini bildirib: "Çünki seçkilərdən öncə və seçki zamanı insan hüquqlarının monitorinqi ilə ATƏT-in Varşava bürosu və AŞ PA kimi qurumlar məşğuldur. Keçən il Azərbaycanla bağlı hesabat hazırlamışdım və orada əsas məsələlər, tövsiyələr öz əksini tapıb. Mən bu hesabatla bağlı bir neçə əsas məqama toxunmaq istəyirəm. Bunlardan biri ədliyyə sistemində olan problemlərlə bağlıdır. Gələn həftə Avropa Şurasının saytında mənim ədliyyə və məhkəmə sistemlərində korrupsiyanın olması ilə bağlı məqaləm dərc olunacaq və bu məqalədə Azərbaycanla bağlı bəzi fikirlər öz əksini tapacaq. İkinci ciddi məsələ Qobustan həbsxanasında saxlanan ömürlük azadlıqdan məhrum edilmiş məhbusların taleyi ilə bağlıdır. Söz azadlığı ilə bağlı durum da narahatlıq doğurur". Tomas Hammarberq jurnalist Eynulla Fətullayevin hələ də həbsdə olmasından narahat olduğunu bildirib və buna təəssüfləndiyini deyib: "Azərbaycanla bağlı bizi narahat edən məqamlar var, lakin bir komissar olaraq öz işimi konstruktiv məcrada qurmağa çalışıram. Biz Azərbaycan hökuməti ilə daim təmasdayıq. Sadəcə bundan sonra təkid etməliyik ki, bizim irəli sürdüyümüz tövsiyələr qəbul edilsin. Siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması ilə bağlı tövsiyələrimizin nəzərə alınmaması da bizi narahat edir". Tomas Hammarberq Azərbaycana son səfəri zamanı iki qaçqın düşərgəsinə baş çəkdiyini onların yaşayışı ilə maraqlandığını bildirib: "Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı nəzərə çarpan dəyişiklik onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Bununla belə təbii ki, məcburi köçkünlərin və qaçqınların öz yurdlarına qayıtmaq hüququ var və bu hüquq təmin olunmayıb. Bu hüququn təmin olunması üçün ilk növbədə münaqişə həll edilməlidir və bu münaqişənin həllində Avropa Şurasının rolu azdır. Nizamlanma prosesi ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz bu danışıqların gedişinə heç bir təzyiq göstərə bilmərik. Amma Dağlıq Qarabağ münaqişəsi həllini tapmasa, onların geri dönmək hüququnu təmin etmək çətin olacaq". Ermənistanda insan hüquqlarının durumuna toxunan Tomas Hammarberq AŞ PA-nın aprel ayında bu ölkə ilə bağlı xüsusi qətnamə qəbul etdiyini xatırladıb. O, Ermənistana insan hüquqları sahəsində vəziyyəti düzəltmək üçün vaxt verildiyini, lakin bu sahədə vəziyyətin dəyişmədiyini bildirib. Tomas Hammarberq AŞ PA-nın yay sessiyasında Ermənistanla bağlı fövqəladə müzakirələrin keçirilməsini bu tövsiyələrin yerinə yetirilməməsi ilə əlaqələndirib. -
06-25-2008, 09:31 PMAPACanni Bukikkio: "Əsas məsələ Seçki Məcəlləsinin necə tətbiq olunmasıdır"
[b]Canni Bukikkio: "Əsas məsələ Seçki Məcəlləsinin necə tətbiq olunmasıdır"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnaməsində səslənən fikirlərlə razıyam". APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio Strasburqda keçirdiyi mətbuat konfransında söyləyib.
[O, Azərbaycanda pozitiv inkişaf getdiyini, lakin müəyyən problemlərin həllinə ehtiyac duyulduğunu söyləyib: "Azərbaycanda qanunlar beynəlxalq standartlara uyğunlaşdırılır, amma çatışmayan cəhət onların həyata keçirilməməsidir. Xüsusilə ədliyyə və hüquq sahəsində müəyyən çatışmazlıqlar var". Seçki Məcəlləsinə edilən dəyişiklikləri dəyərləndirən Canni Bukikkio yeni məcəlləni daha yaxşı sənəd adlandırıb: "Amma bu, o demək deyil ki, Seçki Məcəlləsi mükəmməldir. Məcəlləni daha da yaxşılaşdırmaq olar. İndi əsas məsələ bu məcəllənin necə tətbiq olunmasıdır. Seçki Məcəlləsində əsas problem seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır. Təbii ki, ideal seçki komissiyası təşkil etmək çətindir. Hesab edirəm ki, ən yaxşı həll modeli tapılana kimi seçki komissiyasının səlahiyyətləri iqtidarla müxalifət arasında bölünə bilər". O, seçkilərin ədalətli keçiriləcəyinə inandığını deyib: "Mən optimistəm və ümid edirəm ki, seçkilər ədalətli keçiriləcək və bütün dünya tərəfindən qəbul olunacaq". -
06-26-2008, 11:11 AMAPAAzərbaycanlı uşaq Corc Buşun iştirakı ilə keçiriləcək beysbol yarışında iştirak edəcək
[b]Azərbaycanlı uşaq Corc Buşun iştirakı ilə keçiriləcək beysbol yarışında iştirak edəcək[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. Doqquz aylıq olarkən Azərbaycanda amerikalı ailə tərəfindən övladlığa götürülmüş 5 yaşlı Ketrin Əliyeva azyaşlı uşaqlardan ibarət beysbol milli komandasına seçilib.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, yaşadığı Ohayo ştatında yüzlərlə namizədin arasından seçilən Ketrin ABŞ-ın hər ştatından oyuna qatılacaq 50 uşaqdan biri olacaq. Balaca Ketrinin anası Dorri Qraf bildirib ki, qızının bu yarışmaya seçilməsi təsadüf deyil. Belə ki, onun münsiflər heyətinə təqdim etdiyi "Amerika yuxusu" adlı inşa bütün parametrlərə tam cavab verib. İyulun 16-da Ağ Evin yaşıl meydançasında prezident Corc Buş və xanımı Lauranın iştirakı ilə baş tutacaq yarışmadan əvvəl K. Əliyevanın ailəsi Azərbaycandan himayəyə götürülmüş uşaqların Vaşinqtonda keçiriləcək toplantısında da iştirak edəcək. -
06-26-2008, 01:41 PMAPATürkiyənin məşhur müğənnisi Fərhad Köçər yol qəzasında ağır yaralanıb
[b]Türkiyənin məşhur müğənnisi Fərhad Köçər yol qəzasında ağır yaralanıb[b]
[Aydın - APA. Bu gün Türkiyənin Aydın vilayətində baş verən yol qəzasında məşhur müğənni Fərhad Köçər ağır yaralanıb. APA-nın məlumatına görə, müğənninin maşını içərisində turistlər olan mikroavtobusla toqquşub. Nəticədə yaralanan sənətçi və turistlər xəstəxanaya çatdırılıblar. Müğənni ağır yaralansa da, həyatı üçün təhlükə yoxdur. -
06-26-2008, 01:51 PMAPAAzərbaycan paytaxtında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun seminarı keçirilir
[b]Azərbaycan paytaxtında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun seminarı keçirilir[b]
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Bakıda NATO-nun Sülh Naminə Tərəfdaşlıq (PfP) Etimad Fondunun seminarı başlayıb.
[APA-nın məlumatına görə, alyansa üzv və tərəfdaş ölkələrin nümayəndələrinin qatıldığı iki günlük tədbirdə PfF Etimad Fondunun dəstəyi ilə həyata keçirilən layihələrin təqdimatının keçirilməsi planlaşdırılır. Tədbirdə çıxış edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, Etimad Fondu partlamamış hərbi sursatların və minaların zərərsizləşdirilməsi ilə bağlı çoxlu layihəni maliyyələşdirir: «Bunlardan ikisi - «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu» və «Melanjın ləğvi» layihələri Azərbaycanda həyata keçirilib. NATO-nun dəstəyi ilə Azərbaycanda xeyli minalı sahə təmizlənib ki, bu da böyük uğurdur».Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov isə bildirib ki, Etimad Fondunun seminarı ABŞ və Lüksemburqdan sonra üzv və tərəfdaş ölkələr arasında Azərbaycanda keçirilir. N. İsmayılov seminarın əlaqələrin genişlənməsində böyük rol oynayacağına əminliyini ifadə edib.Tədbirdə müxtəlif layihələr, hərbi personala təlimlərin keçirilməsi və s. nəzərdən keçiriləcək. -
06-26-2008, 02:01 PMAPASəfir Fəxrəddin Qurbanov Böyük Britaniyalı deputata Anqus Robertsonla görüşüb
[b]Səfir Fəxrəddin Qurbanov Böyük Britaniyalı deputata Anqus Robertsonla görüşüb[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu ölkənin İcmalar Palatasının üzvü Anqus Robertsonla görüşüb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Fəxrəddin Qurbanov görüşdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən səylərdən bəhs edib, eləcə də Azərbaycanda neft gəlirlərinin idarə olunması sahəsində görülən tədbirlərdən danışıb. Anqus Robertson öz növbəsində iki ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından parlamentlərarası əlaqələrin xüsusi önəm kəsb etdiyini və bu baxımdan qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb. -
06-27-2008, 10:31 AMAPAİlhamə Quliyeva: "Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi mütləq əbədiləşdirilməlidir"
[b]İlhamə Quliyeva: "Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi mütləq əbədiləşdirilməlidir"[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artistləri Tükəzban İsmayılova və Həbib Bayramovun xatirəsi əbədiləşdiriləcək. Bu barədə APA-ya xalq artisti İlhamə Quliyeva məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda hər iki sənətkarın yaşadığı evin qarşısında onların barelyefi qoyulacaq: "Nə qədər ki, mən sağam, onların xatirəsi mütləq əbədiləşdirilməlidir. Onların xatirəsi əbədiləşdirilməsə, çox böyük günah olar". T. İsmayılovanın 65 il Azərbaycan mədəniyyətinə xidmət etdiyini deyən İ. Quliyeva, bu zamana kimi mərhum sənətkarın bir diskinin belə olmadığını açıqlayıb: "Tükəzban xanımın vaxtında barmaqla sayılası qədər sənətkar var idi. O zamanın sənətkarları sözün əsil mənasında sənətkarlardırlar. Bu ilin dekabrın 21-də Türkəzban xanımın 85 yaşı tamam olacaq. Çox adamlar utansınlar ki, bu zamana kimi bu cür sənətkarın hələ bir diski belə buraxılmayıb. Onun yubileyinə klassik muğamlarından ibarət bir disk hazırlayacağam. Güman edirəm ki, 85 illik yubileylə bağlı Tükəzban xanımın xatirə gecəsini də keçirəcəyik". -
06-27-2008, 10:41 AMAPACahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda böyük maraqla qarşılanıb
[b]Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda böyük maraqla qarşılanıb[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanlı rejissor Cahangir Novruzovun quruluş verdiyi tamaşa İstanbulda nümayiş etdirilib. Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı APA-ya bildirib ki, Azərbaycanın xalq artisti Cahangir Novruzovun rəhbərlik etdiyi Adana teatr qrupunun səhnələşdirdiyi "Kiçik burjuylar" tamaşası böyük maraqla qarşılanıb. Rus klassikasının nümunəsi olan əsər "Duru" Kültür Evində səhnəyə qoyulub. Yerli aktyorların canlandırdığı tamaşanı hətta ayaq üstdə izləyənlər də olub. Sonda Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Salahlı geniş tamaşaçı auditoriyası qarşısında çıxış edərək iki qardaş ölkə arasında sıx mədəni bağlılıqdan danışıb və izləyicilərə təşəkkürünü bildirib. -
06-27-2008, 10:51 AMAPABolqarıstan Gəclər və İdman Agentliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
[b]Bolqarıstan Gəclər və İdman Agentliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Bolqarıstanın Gənclər və İdman Agentliyinin nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, nümayəndə heyətinin Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş müxtəlif proqramlarda iştirakı nəzərdə tutulub. İyunun 30-dək davam edəcək səfər çərçivəsində qonaqlar Bakı Slavyan Universitetində, Gənclər və İdman Nazirliyində, Milli Məclisin Sosial siyasət komissiyasında və müxtəlif gənclər təşkilatlarında görüşlər keçirəcəklər. -
06-27-2008, 11:01 AMAPABərdə rayonunda dəhşətli yol qəzası baş verib
[b]Bərdə rayonunda dəhşətli yol qəzası baş verib[b]
[Bərdə-Teymur Zahidoğlu-APA. Bu gün Hindarx-Borsunlu yolunun 25-ci kilomentrliyində, Bərdənin Soğanverdilər kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə 3 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnib. Qəza Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi 02-BB-457 nömrə nişanlı VAZ 2106 markalı avtomobilin Laçın rayon sakini, 1968-ci il təvəllüdlü Yelmar Rzayevin idarə etdiyi 59-BA-447 nömrə nişanlı VAZ 2107 markalı maşınla toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində VAZ 2106 markalı maşının sürücüsü Azər Əliyev ölüb, onun sərnişinləri, 22 yaşlı Məhəmməd Niftəliyev və 20 yaşlı Novruz Əhmədov xəsarət alıb.Hadisə VAZ 2107 markalı maşının sürücü Yelmaz Rzayevin yaralanmasına, onun sərinişinləri Pəsi Şükürov və Eldar Rzayevin ölümünə, Şərabanı Rzayevanın isə xəsarət almasına səbəb olub. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır. -
06-27-2008, 11:11 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 26-da saat 15.00-dan 15.20-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 16.00-dan 16.10-dək və saat 19.15-dən 19.20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 17.45-dən 17.50-dək Füzuli rayonunun Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 27-də saat 05.30-dan 05.40-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-27-2008, 11:21 AMAPAMilli Qeyri-Hökumət Təşkilatları Forumunun VII qurultayı keçiriləcək
[b]Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VII qurultayı keçiriləcək[b]
[Bakı-APA. İyulun 2-də Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) VII qurultayı keçiriləcək. MQF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayın gedişini işıqlandırmaq istəyən KİV nümayəndələrinin bu gündən etibarən akkreditasiyadan keçməsi lazımdır. Qeydiyyat üçün MQF qərargahında işləyən qurultayın Təşkilat Komitəsinə zəng vurmaq da yetərlidir. Əlaqə telefonları: 012 - 510 76 01; 012 - 418 37 90 -
06-27-2008, 11:31 AMAPAStrasburqda Avropa Şurasının "Mədəniyyətlərarası dialoqa dair ağ kitabı"nın təqdimatı keçirilib
[b]Strasburqda Avropa Şurasının "Mədəniyyətlərarası dialoqa dair ağ kitabı"nın təqdimatı keçirilib[b]
[Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində Avropa Şurasının "Mədəniyyətlərarası dialoqa dair ağ kitabı"nın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, konfransında Avropa Şurasının baş katibi Terri Devis, Elm, Təhsil, Mədəniyyət, İrs, İdman və Gənclər üzrə Baş Direktorluğunun rəhbəri Qabriella Battani-Draqoni və Nümayəndələr Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf Mühit üzrə məruzəçilər qrupunun sədri Eleonora Petrova-Mitevska iştirak ediblər. Avropa Şurasının mədəniyyətlərarası dialoqa böyük diqqət yetirdiyini vurğulayan Avropa Şurası rəsmiləri bu məsələnin indiki dövrdə çox önəmli mövzu olduğunu qeyd ediblər. Xanım Draqoni-Battani bildirib ki, kitabın nəşrində məqsəd müdəniyyət müxtəlifliyinin həzm olunmasını asanlaşdırmaqdır. O, "Ağ Kitab"ın tərcümə edilərək müxtəlif ölkələrdə yayımlanacağını bildirib. Draqoni-Battani Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində Avropa Şurası UNESCO, Sivilizasiyaların Alyansı kimi təşkilatlarla, eləcə də Avropa İttifaqının İnsan Haqlarına dair Vyana Agentliyi ilə tərəfdaşlıq edəcəklərini bildirib. -
06-27-2008, 01:21 PMAPAMirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb
[b]Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb. Layihə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilir. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Gənc Ədiblər Məktəbinin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir. Eyni zamanda, gənc yazıçı və publisistlərin əsərlərinin nəşri, onların yaradıcılığına aid televiziya verilişlərinin hazırlanması, gənc yazıçı, şair, tənqidçi, publisist və dramaturqlarla oxucu görüşlərinin təşkili, onların əsərlərinin müsabiqələr yolu ilə aşkara çıxarılıb mükafatlandırılması Gənc Ədiblər Məktəbinin başlıca fəaliyyət istiqamətləridir. Gənc Ədiblər Məktəbinin bir illik fəaliyyətin yekununa görə üç ən istedadlı gəncə 6 aylıq təqaüd təyin edilib. Məşğələlərdə gənc ədiblərin əsərləri müzakirə olunacaq, konkret və aktual mövzulara aid ustad dərsləri keçiriləcək, əsərlərin mətbuatda dərci təşkil ediləcək. İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları verilir. -
06-27-2008, 01:31 PMAPAAzərbaycanda tunel qazaraq həbsxanadan qaçmaq istəyən məhkum özünü öldürüb
[b]Azərbaycanda tunel qazaraq həbsxanadan qaçmaq istəyən məhkum özünü öldürüb[b]
Bakı. Hacı Zeynalov-APA. Azərbaycan həbsxanalarından birində intihar hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Ədalət Qulamov iyunun 22-də özünü asaraq öldürüb.
[Prokurorluqdan bildirilib ki, 89-cu kamerada saxlanılan ömürlük məhkumlar Çingiz Məmmədov və Ədalət Qulamov həbsxanadan qaçmaq məqsədilə 2 metr dərinliyində, 8 metr uzunluğunda tunel qazıblar. Ancaq iyunun 21-də onların əməlinin üstü açılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb, məhkumlar dindiriləndən bir gün sonra Ə. Qulamov kamerada özünü asaraq intihar edib. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 304.1-ci (cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən, həbsdən və ya mühafizə altından qaçma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.Qeyd edək ki, bu barədə ilk olaraq "Yeni Müsavat" qəzeti məlumat yayıb. -
06-27-2008, 01:41 PMAPA"Ot Kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində daha 4 layihə müqaviləsi imzalanıb
[b]"Ot Kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində daha 4 layihə müqaviləsi imzalanıb[b]
[Bakı. Laçın Sultanova-APA. Bu gün Bakıda Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi" qrant proqramı çərçivəsində 4 layihə müqaviləsi imzalanıb. APA-nın məlumatına görə, 451,289 ABŞ dolları dəyərində olan bu layihələr Ağcabədinin Taxtakörpü kəndində Laçın məcburi köçkün məktəbinin tikintisini, Zaqatalanın Faldarlı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini, Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi və İmişlinin Xalaflı kəndində ilkin təcili yardım məntəqəsinin tikintisini nəzərdə tutur. Yaponiya hökuməti tərəfindən müqavilələrə imza atan bu ölkənin Azərbaycandakı səfiri Masamitsu Oki bildirib ki, 1991-ci ildən Yaponiya Azərbaycana iqtisadi əməkdaşlıq vasitəsilə Azərbaycana 729,437,103 milyon ABŞ dolları həcmində yardım edib. Səfir hesab edir ki, bu vəsait hesabına həyata keçirilmiş layihələr Cənubi Qafqazda stabilliyin qorunmasına öz tövhəsini verir. O bildirib ki, "Ot Kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində bu günə kimi Azərbaycanda 106 layihə həyata keçirilib, onlardan 57-si təhsil, 27-si səhiyyə sahələrinə aid olub. Səfirin sözlərinə görə, bu proqram Azərbaycanda o vaxta qədər həyata keçiriləcək ki, buna ehtiyac artıq qalmasın. Mərasimdə iştirak edən təhsil naziri Misir Mərdanov Yaponiya hökumətinə Azərbaycanın təhsil sisteminə ayırdığı diqqətə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu proqramdan əlavə Azərbaycanın təhsil işçiləri mütəmadi olaraq Yaponiyada treninqlər keçir, hazırda Tokioda keçirilən treninqlərdə iştirak etmək üçün bu ölkəyə iki mütəxəssis göndərilib. Nazir bildirib ki, QHT-lər tərəfindən reəlizə olunan bu layihələr - məktəblərin bərpa və inşa olunması - daha çox ehtiyac olan yerlərdə edilir. Səhiyyə nazirinin müavini Elsevər Ağayev Yaponiya hökumətinin Bakının bir neçə müalicə ocağına yüksək texnologiyalı tibb avadanlıqları hədiyyə etdiyini xatırladıb və bildirib ki, bu yaxınlarda təcili tibbi yardım sahəsinin inkişaf etdirilməsi üçün dəyəri 2 milyon dollar olan yeni bir layihə həyata keçiriləcək. Layihəni realizə edəcək təşkilatı müəyyən etmək üçün sentyabrda Yaponiyada xüsusi tender keçiriləcək. -
06-27-2008, 01:51 PMAPALalə Şövkət: ""Azadlıq" blokunun boykot qərarı qətiləşib"
[b]Lalə Şövkət: ""Azadlıq" blokunun boykot qərarı qətiləşib"[b]
Bakı. Elnur Məmmədli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanla bağlı qətnamə qəbul etməsindən və ABŞ dövlət katibinin müavininin müxalifətçilərlə görüşündən sonra "Azadlıq" blokunun prezident seçkilərini boykot etmək barədə qərarı daha da qətiləşib.
[APA-nın məlumatına görə, bu barədə Milli Birlik Hərəkatının lideri, "Azadlıq" blokunun Sədrlər Şurasının üzvü Lalə Şövkət bildirib. Onun sözlərinə görə, boykot qərarı rəsmi olaraq Məclisin iclasında qəbul ediləcək: "Bu dəfə AŞ PA-nın qətnaməsinə yeni arqument daxil edilib. Sənəddə Qarabağ problemi demokratiya üçün böyük sədd sayılır. Belə anlaşılır ki, Qarabağ problemi həll edilməyincə, Azərbaycanda demokratiya olmayacaq. Onda gərək İsraildə demokratiya olmasın, 40 ildir, Fələstinlə müharibə aparır, ərazilərində münaqişə olduğuna görə Moldova və Gürcüstandan da demokratiya istənilməsin. Azərbaycanın hakimiyyət nümayəndələrinin hər zaman səsləndirdiyi bu arqument AŞ PA-nın qətnaməsinə salınıb. Qərb öz dəyərlərinə hörmət etməlidir ki, biz də bu dəyərlərə hörmətlə yanaşaq". -
06-27-2008, 02:01 PMAPASəfir Masamitsu Oki: "Yaponiya Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsini çox arzulayır"
[b]Səfir Masamitsu Oki: "Yaponiya Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsini çox arzulayır"[b]
[Bakı. Laçın Sultanova - APA. "Yaponiya Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsini çox arzulayır". Bunu APA-ya açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki deyib. Seçkilərlə bağlı Yaponiya hökumətinin hələlik hər hansı layihəsi olmadığını söyləyən diplomat Azərbaycana dəstək məqsədilə belə bir layihənin hazırlanacağını istisna etməyib. -
06-27-2008, 02:11 PMAPAOrta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri iyulun 3-də açıqlanacaq
[b]Orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri iyulun 3-də açıqlanacaq[b]
Bakı. İlhamə İsabalayeva-APA. 2008-2009-cu tədris ili üçün Azərbaycanın ali və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı iyunun 29-da keçiriləcək.
[APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib ki, bu il III ixtisas qrupu üzrə 8665 plan yeri ayrılıb. III qrup üzrə sənəd verən 40552 abituriyentin 36783 nəfəri Azərbaycan, 3769 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 10714 nəfəri oğlan, 25838 nəfəri qızdır, 2343 nəfər orta məktəblərin builki, 17119 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 227 abituriyent xarici ölkənin vətəndaşıdır. Ən yaşlı abituriyent 1952-ci, ən gənc abituriyent isə 1993-cü ildə anadan olub. M. Abbaszadə bildirib ki, qəbul imtahanları Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçiriləcək. İmtahanın keçirilməsi üçün Bakıda 57, Sumqayıtda 7, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakıda 33973, Naxçıvanda 2041, Sumqayıtda 4538 abituriyent imtahan verəcək. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2652 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 243 imtahan rəhbəri cəlb edilib. M. Abbaszadənin sözlərinə görə, iyunun 30-da abituriyentlərin imtahan nəticələri yoxlanılmağa başlanacaq. İyulun 3-də isə artıq abituriyentlərin imtahanda topladıqları ballar barədə məlumatlar TQDK-nın internet saytında yerləşdiriləcək. İyulun 25-dən avqustun 5-dək isə abituriyentlər topladıqları ballara əsasən "Abituriyent" jurnalının 3-cü sayında dərc edilmiş ali məktəb ixtisaslarını elektron ərizələrinə əlavə edə bilərlər. Orta ixtisas məktəblərinin ixtisaslarının siyahısı isə yaxın günlərdə dərc ediləcək. Abituriyentlər ərizələrində dövlət və qeyri-dövlət ali məktəblərinin eyni ixtisas qrupuna aid təhsil forması ödənişsiz və ödənişli olan 8-ə qədər ixtisas kodunu qeyd edə bilərlər. Abituriyent müsabiqədən keçərsə, ərizəsində göstərdiyi ixtisasların birincisinə yerləşdiriləcək. M. Abbaszadə bu ilki keçid ballarının ötən ildəkindən fərqlənəcəyini və yenidən formalaşacağını da nəzərə çatdırıb. -
06-27-2008, 02:21 PMAPAİsa Qəmbər: "Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək"
[b]İsa Qəmbər: "Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün cəhdlərini davam etdirəcək". APA-nın məlumatına görə, bunu partiyanın başqanı İsa Qəmbər deyib. O bildirib ki, Müsavat ölkədə sərbəst toplaşmaq azadlığını bərpa etmək üçün həm mitinqlər keçirməyə çalışacaq, həm də hüquqi müstəvidə səy göstərəcək. İ. Qəmbər Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət etdiklərini və bu prosesin sonuncu instansiyaya qədər davam edəcəyini söyləyib. Müxalifət partiyalarının birgə kütləvi tədbirlərinin keçirilib-keçirilməyəcəyinə gəldikdə, İ. Qəmbər bu barədə əvvəlcədən konkret fikir bildirmək istəmədiyini qeyd edib: "Yaşayarıq, görərik". -
06-27-2008, 02:31 PMAPAİsa Qəmbər: "Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm"
[b]İsa Qəmbər: "Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. "Prezident seçkilərini boykot etmək üçün 99, seçkidə iştirak üçün isə 101 səbəb saya bilərəm". APA-nın məlumatına görə, bu sözləri Müsavat Partiyasının başqanı İsa Qəmbər "Azərbaycanda seçkiqabağı demokratik azadlıqlar" mövzusunda bu gün keçirilən Vətəndaş Forumundakı çıxışında deyib. Prezident seçkilərində iştirak etməyin və ya etməməyin indiki mərhələdə, indiki şərtlər daxilində demokratiyanın inkişafına təsiri olmadığını bildirən İ. Qəmbər bunun mübarizənin təşkilindən, cəmiyyəti fəallaşdırmaqdan keçdiyini vurğulayıb. Müsavat başqanının fikrincə, gerçək müxalifət, gerçək QHT-lər, obyektiv qəzetlər, Azərbaycanın mənafeyini ciddi düşünən insanlar birlik modelini tapmalıdırlar: "Məncə, cəmiyyətin fəallaşdırılmasını istədiyimiz indiki mərhələdə önəmli resurslardan biri də gerçək demokratik düşərgənin bütövlüyünü təmin etməkdən keçir". -
06-27-2008, 02:41 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri ilə görüşüblər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri ilə görüşüblər[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.
[APA-nın məlumatına görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Qeyd edək ki, həmsədrlər buradan İrəvana və Xankəndinə gedəcəklər. Onlar daha sonra Moskvada bəzi görüşlər keçirəcəklər, Vyanada ATƏT-in Minsk Qrupu üzvlərinin genişləndirilmiş formatda keçiriləcək görüşünə qatılacaqlar. Həmsədrlər görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hazırkı situasiya, regiona səfərin nəticələri və aparılmış danışıqlar barədə iştirakçıları məlumatlandıracaqlar. -
06-27-2008, 02:51 PMAPARobert Simmons: "İPAP-ın birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nətic<
[b]Robert Simmons: "İPAP-ın birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nəticələr əldə edəcək"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 27-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Əbiyev NATO ilə əməkdaşlıq məsələlərində əldə edilmiş müsbət nəticələrdən danışaraq bildirib ki, son illər bu istiqamətdə nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra edilib, NATO standartlarına uyğunlaşdırma sahəsində işlərin uğurla aparılması Avro-Atlantik alyansla əlaqələri daha da dərinləşdirib. Öz növbəsində, R. Simmons S. Əbiyevin fikirləri ilə bölüşdüyünü qeyd edib, Azərbaycanla NATO arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə böyük ümidlər bəslədiyini vurğulayıb. Xüsusi nümayəndə bildirib ki, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) birinci mərhələsini müvəffəqiyyətlə başa çatdıran Azərbaycan ikinci mərhələnin yerinə yetirilməsində də yüksək nəticələr əldə edəcək.