[b]Tanınmış aktrisa Nikol Kidman ana olub[b]
[Bakı. Ülkər Qasımova-APA. Tanınmış aktrisa Nikol Kidman ana olub. APA-nın məlumatına görə, uşağın atası musiqiçi Keyt Urbandır. Nikol Kidmanın qızı ötən gün axşam saatlarında dünyaya gəlib. 2,9 kiloqram çəkisi olan qıza Sandey Rouz Kidman adı verilib. Qeyd edək ki, uzun müddət ana olmaq arzusunda olan aktrisa, bundan əvvəl keçmiş həyat yoldaşı aktyor Tom Kruzla birgə iki uşaq götürüb saxlayır.
Azərbaycan Xəbərləri
Printable View

07-08-2008, 02:51 PMAPATanınmış aktrisa Nikol Kidman ana olub

07-08-2008, 03:01 PMAPAUEFA Kuboku turnirinin adı dəyişdiriləcək
[b]UEFA Kuboku turnirinin adı dəyişdiriləcək[b]
[Berlin-APA. "Bavariya" klubunun prezidenti Karl-Xaynts Rummeniqe UEFA Kuboku yarışlarının adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. APA-nın məlumatına görə, hazırda "G-14"ə rəhbərlik edən Rummenige yarışın UEFA Avropa Liqası (UEFA Europa League) adlandırılmasını təklif edib: "Ümidvarıq ki, ad və brendin dəyişdirilməsi UEFA Kuboku yarışlarının 10-15 il əvvəlki şöhrətini qaytaracaq. İndi isə əksəriyyət UEFA Kubokunu ikinci sort turnir hesab edir". UEFA-dakı mənbələr ad dəyişikliyi ilə bağlı qərarın sentyabrda qəbul olunacağını bildirir. Turnirin adı ilə yanaşı formatının da dəyişdiriləcəyi gözlənilir. Yeni təklif olunan formata görə, UEFA Kuboku iştirakçıları hər birində 4 komanda olmaqla 12 qrupda mübarizə aparacaqlar. -
07-08-2008, 03:11 PMAPA"Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması" mövzusunda dəyirmi masa keçirilib
[b]"Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə "Jurnalistlərin sosial problemlərinin yaranması, səbəbləri və çıxış yollarının araşdırılması" mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, JuHİ-nin sədri Müşfiq Ələsgərov ölkədə qiymət artımının jurnalistlərin həyat şəraitini çətinləşdirdiyini bildirib: "Keçirilən sorğu nəticəsində bəlli olub ki, Azərbaycanda jurnalistlərin orta əməkhaqqı 200 manat məbləğindədir. Jurnalistlərin səksən faizi isə yataqxanalarda və kirayə evlərdə yaşayır". İqtisadçı Vüqar Bayramov mətbuat orqanlarının reklam bazarından yetərincə bəhrələnə bilmədiyini söyləyib. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili problemin həllinin kənarda axtarılmasının düzgün olmadığını deyib. Onun fikrincə, mətbuat orqanlarının özləri əməkdaşlarının problemlərinin həllində aktivlik nümayiş etdirməlidir. "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, jurnalistlər problemlərini cəmiyyətin qarşılaşdığı problemlərdən fərqləndirməməlidirlər. Jurnalist Azər Həsrət media mənsublarının həmrəyliyinin vacibliyini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə məsələnin ictimailəşdirilməsinin zəruriliyini vurğulayıb: "Bu barədə mütəmadi danışmaq yox, konkret addım atmaq lazımdır. Məsələn, təklif edirəm ki, sabahkı qəzetlərin əsas yazısı bu tədbir olsun və burada səslənən fikirlər geniş şəkildə əksini tapsın". "Ədalət" qəzetinin redaktoru Ceyhun Musaoğlu isə deyib ki, kim nə qədər işləyir, o qədər də məvacib alır: "APA İnformasiya Agentliyinin əməkdaşları bütün gün ora-bura qaçıb, informasiya axtarırlar. Amma qəzet müxbirlərinin əksəriyyəti telefonla müsahibə götürür. Telefonla müsahibə götürən niyə çox maaş almalıdır?" Müzakirələrə yekun vuran Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin sosial problemlərinin həlli qurumu maraqlandıran məsələlərdən biridir: "Artıq Mətbuata Dövlət Dəstəyi Proqramının layihəsi hazırdır. Sənəddə mətbuat orqanlarının problemləri öz əksini tapıb. Reklam bazarının inkişaf etdirilməsi ilə bağlı məsələ araşdırılır. Mənzil problemi də müzakirə mövzusudur. Bu istiqamətdə bütün təklifləri dinləməyə hazırıq". -
07-08-2008, 03:21 PMAPAVasili İstratov: "Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığa hazırdır"
[b]Vasili İstratov: "Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlığa hazırdır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Rusiya Azərbaycanla bir çox sahələrdə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığa hazırdır". APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov söyləyib. Azərbaycanın NATO-ya inteqrasiyası cəhdlərini dəyərləndirən səfir bildirib ki, hər bir ölkə öz təhlükəsizliyini hansı yolla təmin etməyə qərar verməkdə sərbəstdir: "Moskvanın da hər hansı ölkənin istənilən hərbi-siyasi ittifaqa üzv daxil olmasının Rusiyanın təhlükəsizliyinə necə təsir göstərdiyini sərbəst müəyyənləşdirmək hüququ var". -
07-08-2008, 05:11 PMAPASel suları Şəkidə avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib
[b]Sel suları Şəkidə avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib[b]
[Şəki-Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsinə ötən gündən bəri yağan aramsız yağışlar bölgədə ciddi problemlər yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aramsız yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxıb və avtomobil yolları bərbad hala düşüb. Çaylarda suyun səviyyəsinin qalxması Şəki rayonunda Kiş çayı kənarında olan beton bəndləri yararsız hala salıb. Bundan başqa aramsız yağan yağışlar nəticəsində əmələ gələn sel suları Yevlax-Balakən avtomagistralının 43-cü kilometrliyində, Şəki rayonunun Şorsu kəndi ərazisində avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib. Sözügedən ərazidə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Artıq ərazidə yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparılır. Aramsız yağışlar həmçinin bölgədə kənd təsərrüfatına da ciddi ziyan vurub. -
07-08-2008, 05:21 PMAPABakıda Konstitusiya Məhkəməsinin 10 illik yubileyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
[b]Bakıda Konstitusiya Məhkəməsinin 10 illik yubileyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 14-15-də Azərbaycan Konstitusiya məhkəməsinin yaranmasının 10 illiyi qeyd olunacaq. Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, yubileylə bağlı Bakıda beynəlxalq tədbir keçiriləcək. İyulun 14-də başlanacaq tədbirdə bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Qeyd edək ki, Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. 1995-ci ilin 12 noyabrında Azərbaycanda yeni Konstitusiya qəbul ediləndən sonra ölkə prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 14 iyul 1998-ci ildə seçilən 7 nəfər hakimdən ibarət tərkibdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb. -
07-08-2008, 05:31 PMAPALeysan yağışları şimal bölgəsində təsərrüfatlara ziyan vurub, kənd yolları qapanıb
[b]Leysan yağışları şimal bölgəsində təsərrüfatlara ziyan vurub, kənd yolları qapanıb[b]
[Xaçmaz. Solmaz Mehdiyeva - APA. Quba-Xaçmaz bölgəsinə qısa fasilələrlə güclü leysan yağışları yağıb. APA-nın şimal bürosunun məlumatına görə, Qusarçay və digər kiçik çaylarda suyun səviyyəsinin artması nəticəsində rayonun Əniq, Gündüzqala kəndlərini və ətraf kəndləri sel suları basıb. Yollar bağlandığı üçün kəndlərə gediş-gəliş kəsilib. Leysan şimal bölgəsində taxıl sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub. Güclü yağış biçilməmiş zəmiləri yatırıb, meyvələri yerə töküb. Rayon icra hakimiyyətləri və yerli bələdiyyə orqanları müvafiq tədbirlər görürlər. -
07-08-2008, 05:41 PMAPAYanvar-iyun aylarında Naxçıvanda yol hərəkəti qaydalarının pozulmasına görə 7190 fakt qeydə alınıb
[b]Yanvar-iyun aylarında Naxçıvanda yol hərəkəti qaydalarının pozulmasına görə 7190 fakt qeydə alınıb[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA Bu il Naxçıvan Muxtar Respublikası ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb. Naxçıvan MR Dövlət Yol Polisi İdarəsindən (DYPİ) APA-ya verilən məlumata görə, 2008-ci ilin yanvar-iyun aylarında muxtar respublika ərazisində baş verən yol qəzaları 11 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub. Cari ilin altı ayı ərzində regionda yol-hərəkəti qaydalarının pozulmasına dair 7190 fakt qeydə alınıb. Məsuliyyətə cəlb edilmələr ən çox - 2929 halda təhlükəsizdik kəmərindən istifadə edilməməsi ilə bağlı olub. Bundan əlavə 1128 sürücü sürət həddini aşdığına, 33 nəfər nişanın tələbini pozduğuna, 432 sürücü sükan arxasında telefonla danışdığına, 328 sürücü isə sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Qeyd edək ki, hazırda MR üzrə 20 min 549 avtomaşın qeydiyyatdadır. Yanvar-iyun aylarında qeydiyyatda olan maşınların 51,2 faizi texniki baxışdan keçirilib. -
07-08-2008, 05:51 PMAPADəmir Gədəbəylinin pirat yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb
[b]Dəmir Gədəbəylinin pirat yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Bakı şəhərində və əyalətlərdə aparılan monitorinqlər nəticəsində Dəmir Gədəbəylinin qanunsuz yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin monitorinq şöbəsinin məsləhətçisi Camal Musayev məlumat verib. O bildirib ki, monitorinqlər 500-dək mahnı mətninin müəllifi olan D. Gədəbəylinin şikayəti əsasında aparılıb: "Onun mahnılarından ibarət pirat musiqi albomlarının daha çox Salyan və Lənkəran rayonlarında satıldığı müəyyənləşdirildi. Qeyri-qanuni yolla yayılan nüsxələr satış məntəqələrindən yığışdırılıb və hazırda faktla bağlı araşdırmalar aparılır". C. Musayevin sözlərinə görə, monitorinqlər nəticəsində Ərşad Əzimzadənin 2002-ci ildə "Sabah" nəşriyyatında çap edilən "Möcüzəsiz möcüzə" kitabının saxta nüsxələri də satışdan yığışdırılıb. -
07-08-2008, 11:21 PMAPATürkiyədə tanınmış şəxsiyyətləri həbs edən prokurorun mühafizəsi gücləndirilib
[b]Türkiyədə tanınmış şəxsiyyətləri həbs edən prokurorun mühafizəsi gücləndirilib[b]
[Ankara - APA. Türkiyədə "terror təşkilatı qurmaq" ittihamı ilə ordu generalları da daxil olmaqla, bəzi tanınmış şəxsiyyətləri həbs edən prokuror Zəkəriyyə Özün mühafizəsi gücləndirilib. APA-nın "Anadolu" agentliyinə istinadən yaydığı xəbərə görə, son günlər Z. Özün ünvanına gələn hədə-qorxuların sayı artıb. Bununla bağlı Ədliyyə Nazirliyinə məlumat verilib. Nazirliyin sərəncamı ilə Z. Öz üçün 2 zirehli avtomobil ayrılıb. Onun şəxsi mühafizəçilərinin də sayı artırılaraq 4-ə çatdırılıb. Prokurorun evinin və ailəsinin mühafizəsi üçünsə 15 nəfərlik xüsusi qrup yaradılıb. -
07-08-2008, 11:31 PMAPAPiter Semnebi Gürcüstandadır
[b]Piter Semnebi Gürcüstandadır[b]
[Tiflis - APA. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstana səfər edib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, üç günlük səfər zamanı P. Semnebi Gürcüstan rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə əsas müzakirə mövzusu Abxaziya və Cənubi Osetiya problemlərinin həlli olacaq. -
07-08-2008, 11:41 PMAPAValideynləri Eynulla Fətullayevlə görüşüb
[b]Valideynləri Eynulla Fətullayevlə görüşüb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Eynulla Fətullayev bu gün valideynləri ilə görüşüb. Bu barədə APA-ya məhbusun atası Emin Fətullayev bildirib. Oğlunun durumunun normal olduğunu bildirən Emin Fətullayev onun saxlanma şəraiti ilə bağlı hər hansı narazılıq etmədiyini bildirib. Qeyd edək ki, E. Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə ötən ilin oktyabr ayında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə ittiham edilib. -
07-08-2008, 11:51 PMAPAƏrdəbil Universitetinin tələbəsi siyasi motivlərlə həbs olunub
[b]Ərdəbil Universitetinin tələbəsi siyasi motivlərlə həbs olunub[b]
[Bakı. Ramil Məmmədli-APA. Ərdəbil Universitetinin tələbəsi Hüseyn Hüseyni Sulduz şəhərində İran hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərməkdə ittiham olunur. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ərdəbil həbsxanasında saxlanılan H. Hüseyni cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalıb və canilərlə bir kameraya salınıb. Ailə üzvləri ilə görüşə icazə verilməyən H. Hüseyninin səhhətində problemlərin olduğu bildirilir. -
07-09-2008, 12:01 AMAPAErmənistanın baş naziri Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baxış keçirəcək
[b]Ermənistanın baş naziri Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrə baxış keçirəcək[b]
İrəvan - APA. Ermənistanın baş naziri Tiqran Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və digər hökumət üzvləri Azərbaycanla sərhəddə olacaqlar.
[APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan baş nazirin və nazirlərin ölkənin şimal-şərq sərhədlərinin (Tavuş vilayəti, İcevan) təhlükəsizliyini təmin edən yerləşən hərbi hissələrə və döyüş mövqelərinə baxış keçirəcəklərini deyib. O bildirib ki, hökumət nümayəndələri hərbçilərlə görüşəcək, onların sosial-məişət şəraiti ilə tanış olacaqlar. Sərhəd kəndlərinin əhalisi ilə də görüşlər keçiriləcək. -
07-09-2008, 12:11 AMAPAÇexiya ərazisində ABŞ radar qurğusunun yerləşdirilməsi ilə bağlı müqavilə imzalanıb
[b]Çexiya ərazisində ABŞ radar qurğusunun yerləşdirilməsi ilə bağlı müqavilə imzalanıb[b]
[Praqa - APA. ABŞ dövlət katibi Kondoliza Rays və Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq Çexiya ərazisində ABŞ radar qurğusunun tikintisi ilə bağlı müqavilə imzalayıblar. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müqaviləni şərh edən Çexiyanın baş naziri Marek Topolanek keçmişdə ABŞ-ın təklif etdiyi Marşall planını qəbul etməyərək səhvə yol verdiklərini bildirib: "Bu cür səhvləri təkrarlamağa haqqımız yoxdur". Qeyd edək ki, ABŞ raket hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq radar Praqanın 90 kilometrliyində yerləşən Brda qəsəbəsi ərazisində quraşdırılacaq. Sistemin digər elementi - 10 antiraket qurğusu isə Polşa ərazisində yerləşdiriləcək. -
07-09-2008, 12:21 AMAPAJurnalist Mustafa Balbay və digərləri yenidən həbs oluna bilər
[b]Jurnalist Mustafa Balbay və digərləri yenidən həbs oluna bilər[b]
[Ankara - APA. İyulun 1-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan, ancaq daha sonra məhkəmə tərəfindən azadlığa buraxılan şəxslər yenidən həbs edilə bilər. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, istintaqı aparan prokuror Zəkəriyyə Öz İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin qərarından protest verib. O, yalnız özü tərəfindən sərbəst buraxılan publisist Erol Mütərcimlər istisna olmaqla, digər şəxslər haqqında həbs-qətimkan tədbirinin seçilməsini istəyib. Həmin şəxslər aşağıdakılardır: Mustafa Balbay, Üfüq Böyükçələbi, İlkər Güvən, Nəriman Aydın, Tunc Akkoç, Murad Avar, Həmzə Dəmir və Siyami Yalçın. -
07-09-2008, 12:31 AMAPAAramsız yağışlar Göygöl rayonunda daşqın təhlükəsi yaradıb
[b]Aramsız yağışlar Göygöl rayonunda daşqın təhlükəsi yaradıb[b]
[Göygöl-APA. İki gün aramsız yağan yağışlar Gəncəçayın Göygöl rayonundan keçən hissəsində daşqınlara səbəb olub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, çayda suyun səviyyəsinin qalxması rayonun Topalhəsənli kəndində 20 evin su altında qalması təhlükəsi yaradıb. Hazırda Göygöl rayon fövqəladə hallar komissiyası təhlükənin aradan qaldırılması üçün çayın sahilində sahil-bərkitmə işləri aparır. Təhlükə davam edəcəyi təqdirdə, həmin evlərin sakinlərinin evakuasiya olunacağı gözlənilir. Daşqınlar eyni zamanda Gəncəçayın Topalhəsənli kəndindən keçən hissəsində 3 körpünü yuyaraq aparıb. Aramsız yağışların yaratdığı sel və daşqınlar kəndə təsərrüfatına ciddi ziyan vurub. -
07-09-2008, 12:41 AMAPAYAP-da Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri ilə görüş olub
[b]YAP-da Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri ilə görüş olub[b]
[Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Azərbaycanda səfərdə olan Pakistan Senatının Xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. YAP mətbuat xidmətidən APA-ya verilən məlumata görə, Ə. Əhmədov ölkələr arasında əlaqələrin və əməkdaşlıq münasibətlərinin tarixi köklərə malik olduğunu nəzərə çatdıraraq, Pakistanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Pakistan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllində də Azərbaycanın mövqeyini dəstəkləyir. Ə. Əhmədov Azərbaycanın da Pakistanda sabitliyə və inkişafa dəstək olduğunu, beynəlxalq aləmdə rəsmi İslamabadın mövqeyini müdafiə etdiyini deyib. M. H. Səid isə ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını qeyd edib. Hə iki ölkənin oxşar problemlərlə üz-üzə qaldığını qeyd edən komitə sədrinin sözlərinə görə, Pakistanın Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirir. O bildirib ki, Pakistan Ermənistanı işğalçı dövlət kimi tanıyır və bu günə kimi bu ölkə ilə hər hansı əlaqə yaratmayıb. -
07-09-2008, 12:51 AMAPAOğuzda 35 yaşlı qadını ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxs yaxalanıb
[b]Oğuzda 35 yaşlı qadını ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxs yaxalanıb[b]
[Oğuz. Hafiz Heydərov - APA. Oğuz polisi rayon sakini, 35 yaşlı Nərminə Babayevanı ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxsi yaxalayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Polis Şöbəsinin rəisi İmaməddin Abbasov məlumat verib. Polis rəisi bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti Nərminə Babayevanın yaxın qohumu, 1952-ci il təvəllüdlü Hüseyn Mənsur oğlu Qədirovun törətdiyi müəyyən edilib və o, saxlanılıb. H. Qədirov ilkin dindirmə zamanı N. Babayevanı ov tüfəngi ilə vurduğunu və cinayət əməlini qısqanclıq zəminində törətdiyini etiraf edib. Faktla bağlı Oğuz Polis Şöbəsində Cinayət Məcəlləsinin 29-cu (cinayətə cəhd etmə), 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah və onun ehtiyat hissələrini əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.Qeyd edək ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1973-cü il təvəllüdlü N. Babayeva iyulun 8-nə keçən gecə öz həyətində "Toz-8" tipli ov silahından açılan atəş nəticəsində bel nahiyəsindən ağır yaralanıb. Zərərçəkən Bakı şəhərinə aparılıb və hazırda onun vəziyyəti ağır olaraq qalır. -
07-09-2008, 01:01 AMAPAAramsız leysan Azərbaycanın şimal bölgəsində təbii fəlakətə səbəb olub
[b]Aramsız leysan Azərbaycanın şimal bölgəsində təbii fəlakətə səbəb olub[b]
Xaçmaz. Solmaz Mehdiyeva - APA. Aramsız yağan leysan yağışları və dolu Azərbaycanın şimal bölgəsində təbii fəlakətə səbəb olub. APA-nın şimal bürosunun xəbərinə görə, Qubada Şuşayqışlaq körpüsünü sel aparıb.
[Xaçmazın Xaçpoladoba, Hacıqurbanoba və Mürşüdoba kəndlərini sel basıb və evlərin həyətləri su ilə dolub. Qusarın Ləzə kəndində selin gətirdiyi palçıq, lil və daşlar yolların kəsilməsinə səbəb olub. Yerli hakimiyyət orqanları selin qarşısını almaq və yolları təmizləmək üçün kəndlərə traktorlar, yük avtomobilləri göndərib. Güclü külək bəzi yerlərdə elektrik dirəklərini aşırıb və kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Akif Mərdanov vəziyyəti nəzarətdə saxlamaq üçün bütün imkanları səfərbər etdiklərini deyib. Hər üç rayonun polis şöbələri gücləndirilmiş iş rejiminə keçib. -
07-09-2008, 01:11 AMAPATürkiyənin müdafiə sənayesi kompleksi şirkətləri Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır
[b]Türkiyənin müdafiə sənayesi kompleksi şirkətləri Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır[b]
Bakı-APA. Türkiyə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi müşaviri Murad Bayarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, nümayəndə heyəti həftənin sonuna qədər Bakıda olacaq.
[Bu gün Türkiyə nümayəndə heyəti Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində görüşlər keçirib. Nümayəndə heyətindən APA-ya verilən məlumata görə, görüşlərdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Sabah isə nümayəndə heyətinin Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Nazirliklərində görüşləri planlaşdırılır. Azərbaycanda olacaqları müddətdə Türkiyə nümayəndə heyəti Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarda da görüşlər keçirəcək. Qeyd edək ki, nümayəndə heyətində ASELSAN, Roketsan, FNSS Savunma Sistemleri A.Ş., Havelsan, Yonca-Onuk və s. şirkətlərin rəsmiləri təmsil olunurlar. -
07-09-2008, 01:21 AMAPAAzərbaycannın şimal bölgəsində sel nəticəsində bir neçə kəndlə əlaqə kəsilib
[b]Azərbaycannın şimal bölgəsində sel nəticəsində bir neçə kəndlə əlaqə kəsilib[b]
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Xaçmaz rayonunun Hacıqurbanoba kəndi Qudyalçayın daşması nəticəsində sel sularının altında qalıb. APA-nın şimal bürosunun məlumatına görə, kəndin bir hissəsində sel suları evlərin zirzəmilərini və birinci mərtəbələri, həmçinin tövlələri basıb. Kəndə texnika gətirilib, əhalinin bir hissəsinin evokuasiyasına başlanılıb.
[Rayon İcra Hakimiyətinin nümayəndələri, fövqəladə hallar komissiyasının üzvləri ərazidədirlər.Büronun məlumatına görə, rayon mərkəzində Ruhulla Axundov küçəsində də 6-7 evin zirzəmisini də su basıb. Bu evlərdən üçündə vəziyyət daha pisdir. Bu evlərin çokmə təhlükəsi var. Xaçmaz rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun çay kənarlarındakı kəndləri nəzarət altındadır. Rayonda bütün müəssisələr gücləndirilmiş iş rejiminə keçiblər. Quba rayonunda isə bir neçə kəndlə əlaqə tamamilə kəsilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov deyib ki, Susayqışlaq, Nügədiqazmalar, Təngəaltı, Alpan kəndlərinə gedən körpülər dağılıb: "Xınalıq yolunda bir neçə körpü də dağılıb. Atuc kəndini su basma təhlükəsi var. Hazırda həmin ərazini nəzarətdə saxlayırıq. Texnikanın bir hissəsi burda gözləyir". Y. Abidov onu da deyib ki, rayon mərkəzində yerləşən Gənclər qəsəbəsində Vəlvələçay məcrasından çıxıb. Ona görə də həm də bu ərazi nəzarətdə saxlanılır. Rayonda bir neçə işıq dirəyini sel suları apardığından kəndlərə elektrik enerjisinin verilişində problemlər yaranıb. -
07-09-2008, 01:31 AMAPADaşkəsəndə batalyon komandirini sel aparıb
[b]Daşkəsəndə batalyon komandirini sel aparıb[b]
Daşkəsən. Nəzakət Ağayeva-APA. Bu gün Daşkəsən rayonunda N saylı hərbi hissənin batalyon komandiri Rəsul Məmmədovu sel suları aparıb. APA-nın Qərb bürosunun məlumatına görə, batalyon komandiri rayonunun Zivlən kəndinin ərazisində Zivlən çayını atla keçərkən sel sularına qərq olub.
[Onun meyitinin tapılması hələlik mümkün olmayıb. Çayda sel və daşqın olduğundan R. Məmmədovun axtarışları nəticə vermir. Göygöl və Daşkəsən rayon polis şöbələrinin əməkdaşlarının bir neçə saatdır ki, apardıqları axtarışlar hələ nəticə verməyib. -
07-09-2008, 01:41 AMAPAAğsu aşırımı bağlanıb
[b]Ağsu aşırımı bağlanıb[b]
[Şamaxı. Hafiz Heydərov-APA. Dünəndən başlayan yağışlar Azərbaycanın şimal-qərb bölgəsində problemlər yaradıb. APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağışların leysan xarakteri alması Şamaxı rayonunda problemlər yaradıb. Hadisə nəticəsində küçələri su basıb, təxminən 50-60 evin zirzəmisi su altında qalıb, magistral və rayondaxili yollarda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Şamaxı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin bölgədəki bütün xidmətləri əraziyə cəlb olunublar. Hazırda küçələrdə və evlərin zirzəmilərində suların çəkilməsi prosesi aparılır. Rayon mərkəzinə yaxın ərazilərdə və avtovağzalda bir neçə maşın su altında qalıb. Artıq həmin maşınlar xilas edilib, xəsarət alan olmayıb.Şamaxı Mərkəzi rayon Xəstəxanasının zirzəmisinə də sel suları yığılıb. Hazırda ərazidə yenidən intensiv yağış başlayıb. Şamaxı RİH-dən onu da bildiriblər ki, yağışlar və sel suları ilə bağlı Ağsu aşrımında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. -
07-09-2008, 10:21 AMAPASalyanda bəy toyunda öz qardaşını qətlə yetirib
[b]Salyanda bəy toyunda öz qardaşını qətlə yetirib[b]
Salyan. Əlibəy Zeynalov-APA. Salyanda keçirilən toy məclisində bəy öz qardaşını qətlə yetirib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Polis Şöbəsindən məlumat verilib.
[Hadisə bu gecə saat 23.00 radələrində Salyan rayonunun "Billur" şadlıq sarayında baş verib. Salyan rayonu Qarağaclı kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Məmməd Gülağa oğlu öz toyunda qardaşı 1978-ci il təvəllüdlü Kərimov Müşfiq Gülağa oğlunu ailə münaqişəsi zəminində şadlıq sarayının mətbəxində bıçaqla vuraraq öldürüb. Müşfiq Kərimovun hadisə yerindəcə dünyasını dəyişib. Münaqişədə qolundan yaralanan bəy Salyan rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, təhqiqat aparılır. -
07-09-2008, 10:31 AMAPAGəncədə saxta şəxsiyyət vəsiqələri ilə bankdan külli-miqdarda kredit götürən qadın həbs olunub
[b]Gəncədə saxta şəxsiyyət vəsiqələri ilə bankdan külli-miqdarda kredit götürən qadın həbs olunub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə saxta sənəd düzəldən şəhər sakini həbs olunub. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, 37 yaşlı Zəkiyyə Sevindik qızı Həmzəyeva saxta sənədlər hazırladığına görə saxlanıb. Saxlanan şəxsin uzun müddət vətəndaşları aldadaraq onlara saxta şəxsiyyət vəsiqəsi və ölüm kağızı verdiyi ehtimal olunur. İstintaq orqanları hələlik 5 nəfərə saxta şəxsiyyət vəsiqəsi və 1 nəfərə isə ölüm kağızı verildiyini müəyyənləşdiriblər. Bundan başqa Zəkiyyə Həmzəyevanın hazırladığı saxta vəsiqələrlə bankdan külli-miqdarda kredit götürdüyü də müəyyənləşib. Faktla bağlı Cinayət Məcəlləsinin 320.1 və 178-ci maddələri ilə cinayət işi başlanıb. -
07-09-2008, 10:51 AMAPAABŞ İran rəsmiləri və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib
[b]ABŞ İran rəsmiləri və şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib[b]
[Vaşinqton-APA. ABŞ administrasiyası qanunsuz nüvə silahlanması prosesində iştirakı ehtimal edilən altı İran rəsmisi və beş şirkətə qarşı sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, sanksiya tətbiq olunan şəxslər sırasında İran nüvə texnologiyasının müəllifi Möhsün Fəxrizadə-Mahabadi də var. Tətbiq olunan sanksiyalar adı çəkilən şəxslərin və şirkətlərin ABŞ-dakı bank hesablarının dondurulmasını nəzərdə tutur. Bundan başqa sanksiyalara əsasən, ABŞ vətəndaşları bu şəxs və şirkətlərlə hər hansı formada əməkdaşlıq edə bilməzlər. -
07-09-2008, 11:01 AMAPAErmənilər Tovuz, Füzuli və Ağdam istiqamətlərində atəşkəs rejimini pozublar
[b]Ermənilər Tovuz, Füzuli və Ağdam istiqamətlərində atəşkəs rejimini pozublar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəs rejimini yenidən pozublar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 8-də saat 19.55-dən 20.10-dək və saat 21.30-dan 21.45-dək fasilələrlə Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 23.10-dan 23.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 23.20-dək Ağdamın Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-09-2008, 11:11 AMAPAMoskva ətrafında kriminal "sxodka" dağıdılıb, 50-dən çox kriminal avtoritet yaxalanıb
[b]Moskva ətrafında kriminal "sxodka" dağıdılıb, 50-dən çox kriminal avtoritet yaxalanıb[b]
Moskva - APA. Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Baş İdarəsinin əməkdaşları son illərin ən böyük kriminal "sxodka"sını dağıdıblar.
[APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, keçirilən xüsusi əməliyyat nəticəsində 50-dən çox kriminal avtoritet yaxalanıb. Onlardan 39-u "qanuni oğru"dur. Əməliyyatda vertolyotlardan da istifadə edilib. Milisin versiyasına əsasən toplantıda iki cinayətkar klan arasında münaqişə müzakirə edilirmiş. Yaxalananlar arasında məşhur gürcü avtoritet Tariyel Onianinin adamlarının olduğu da bildirilir. 1952-ci il təvəllüdlü T. Oniani ilk dəfə 17 yaşında olarkən quldurluq və oğurluq üstündə məhkum edilib. Ümumilikdə 8 dəfə həbsxanada yatıb. Ötən əsrin 80-ci illərində Moskvanın ən nüfuzlu kriminal avtoriteti sayılan T. Oniani sonra Fransaya və İspaniyaya köçüb. Bir neçə il əvvəl İspaniya hüquq-mühafizə orqanlarının çirkli pulların yuyulmasına qarşı keçirdiyi iri miqyaslı əməliyyat zamanı qaçmağa nail olsa da, onun qızı həbs olunub. -
07-09-2008, 01:31 PMAPAAzərbaycan fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan texnikaya maraq göstərir
[b]Azərbaycan fövqəladə halların nəticələrinin aradan qaldırılmasında istifadə olunan texnikaya maraq göstərir[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Rusiyanın Nijnı Tagil şəhərində iki sərgi açılıb. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunlardan biri silah, digəri isə müdafiə və mühafizə üzrə sərgidir. Tədbirlərə Azərbaycan da daxil olmaqla, 50 ölkədən nümayəndələr qatılıb. Azərbaycan nümayəndə heyətinin fövqəladə halların səbəb olduğu nəticələrin aradan qaldırılmasında istifadə edilən texnikaya maraq göstərdiyi bildirilir. Sərgilər iyulun 12-nə kimi davam edəcək. -
07-09-2008, 01:41 PMAPAMuzey Mərkəzində "Qalereya idarəetməsinin əsasları" mövzusunda treninq keçirilib
[b]Muzey Mərkəzində "Qalereya idarəetməsinin əsasları" mövzusunda treninq keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində "Qalereya idarəetməsinin əsasları" mövzusunda treninq keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bölgələrdə fəaliyyət göstərən qalereyaların vəziyyətini qeyri-qənaətbəxş qiymətləndirib. Nazir müavininin sözlərinə görə, hazırda regionlardakı qalereyalar heç bir təşəbbüs irəli sürmür və tədbirlər keçirməkdə maraqlı deyil: "Bu gün heç bir rayonumuzdakı qalereya rəhbərliyi maraqlı layihə ilə bizim qapımızı döymür. Ümumiyyətlə tədbirlərin keçirilməsinə maraqlı deyillər. Qalereyada saxlanılan əsərlərin hansı formada qorunduğu da məni narahat edir. Bərpa edilməyə ehtiyacı olan əsərlərin Bakıya gətirilməsi və Bərpa Mərkəzində təmir olunması lazımdır". Ə. Vəliyev Xaçmaz rayonu qalereyasına yeni direktor təyin olunduğunu da vurğulayıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun direktoru Elçin Orucov, nazirliyin mətbuat xidmətinin baş məsləhətçisi Zöhrə Əliyeva, Azərbaycan Dövlət İncəsənət Muzeyinin baş mühafizəçisi Nailə Rəhimova qalereyaların fəaliyyəti və gələcəkdə həyata keçirilməsi vacib olan layihələr barədə məruzə ilə çıxış ediblər. -
07-09-2008, 03:01 PMAPAƏflatun Amaşov: "Həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciət yaxın günlərdə prezidentə ünvanlanacaq"
[b]Əflatun Amaşov: "Həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciət yaxın günlərdə prezidentə ünvanlanacaq"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi
[- Mətbuat Şurası Mətbuat Günü ilə bağlı hansı tədbirlər həyata keçirəcək? - Mətbuat Şurası yaranan gündən sonra Mətbuat Günü ilə bağlı hər il qəbullar təşkil olunub. Bu il də belə olacaq. İyulun 21-də keçiriləcək qəbula KİV nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri və digər şəxslər dəvət olunacaqlar. Bundan başqa, müxtəlif media təşkilatlarının Mətbuat Günü ilə bağlı təsis etdikləri "Media açarı" mükafatı da öz qaliblərinə təqdim olunacaq. - Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının Mətbuat Günü ərəfəsində qəbulu gözləniləndirmi? - Bununla bağlı gözləntilər var. Mən sənədin bu ərəfədə qəbul oluna biləcəyini gözləyirəm. Konsepsiya Azərbaycan mətbuatının inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi üçün ciddi bir sənəd olacaq.- Azərbaycan Jurnalistlərinin V Qurultayında həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı prezidentə müraciət etdiniz. Mətbuat Günü ərəfəsində növbəti dəfə belə bir müraciət edə bilərsiniz? - Həbsdə olan jurnalistlərin məsələsi daim Mətbuat Şurasının diqqətindədir. Mətbuat Şurasının məramı ondan ibarətdir ki, Azərbaycanda heç bir jurnalist həbsdə olmasın. Biz həbsdəki həmkarlarımızın azadlığa çıxmaları üçün əlimizdən gələni edirik. Qurultayda onların əfvi ilə bağlı Azərbaycan prezidentinə müraciət olundu. Biz yaxın günlərdə həmin müraciəti Azərbaycan prezidentinə ünvanlayacağıq. Mətbuat Şurası İdarə Heyətinin ilk iclasında müraciətin mətni təsdiq olunacaq. - Mətbuat Şurasına indiyə kimi olan üzvlük haqqı borclarının bağışlanması barədə qərar qəbul etdiniz. Bundan sonra üzvlük haqları ilə bağlı məsələ ciddi şəkildə tənzimlənəcəkmi? - Üzvlük haqlarını ödəməyən mətbuat orqanları vardı. Biz 2008-ci ilə qədər olan borcları bağışladıq. Borcu olanlardan xahiş edirik ki, bu il üçün olan üzvlük haqlarını ödəsinlər. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər. Mətbuat Şurasına üzvlük haqqının məbləği o qədər də böyük deyil. İl ərzində gündəlik qəzetlər, agentliklər, jurnalist təşkilatları üçün olan üzvlük haqları 150 manatdır. Həftəlik qəzetlər üçün isə bu məbləğ daha azdır, 100 manat. Mənə elə gəlir ki, üzvlük haqları ödənə bilər və eyni zamanda bu, kütləvi informasiya vasitələrini Mətbuat Şurası ilə faktiki olaraq bağlayan yeganə əlaqədir. Biz bundan sonra üzvlük haqlarının ödənməsini ciddi şəkildə tənzimləyəcəyik.- Mətbuat Şurasının müvafiq komissiyalarının bundan sonrakı fəaliyyəti necə qurulacaq? - Biz Mətbuat Şurasının komissiyalarının fəaliyyətini gücləndirəcəyik. Məsələn, iqtisadi məsələlər üzrə komissiya Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı ciddi işləyəcək. Azərbaycanda rəsmi reklamların KİV-də yerləşdirilməsi üçün ciddi işlər görülür. Bu da komissiyanın işinin gücləndirilməsini tələb edir. Biz Azərbaycanda elə bir mühit qurmaq istəyirik ki, jurnalistlər məhkəməyə verilməsin, mətbuatla bağlı bütün problemlər Mətbuat Şurasında öz həllini tapsın, elə bir mexanizm olsun ki, mətbuatdan şikayətçi olanlar öncə bizə müraciət etsinlər və məsələ şurada öz həlini tapsın. Nə jurnalistlər həbs olunsun, nə qəzetlər cərimələnsin. Bu yöndə işlək mexanizm hazırlamaq üçün Mətbuat Şurasının hüquq komissiyası da ciddi işləməlidir. Biz bu komissiyanın da işini gücləndirəcəyik. Biz Azərbaycan mətbuatında hələ də tüğyan edən "reket jurnalistikası" ilə bağlı yeni komissiya yaratmağı planlaşdırırıq. Komissiya sırf "reket mətbuatı" ilə mübarizə aparacaq. Qurultay ərəfəsində gündəmə gələn təklifi reallaşdırmağı - şuranın gender komissiyasının yaradılmasını da nəzərdə tuturuq. Həmin komissiya jurnalistikada olan gender problemlərini araşdıracaq, həlli yolları istiqamətində çalışacaq. Bundan başqa, şuranın rəsmi qurumlarla hakimiyyət arasında problemlərin həlli üzrə komissiyası da mövcuddur. Onun sədri İbrahim Məmmədli dünyasını dəyişəndən sonra komissiyanın fəaliyyəti zəiflədi. Bu qurumun da fəaliyyətini gücləndirmək üçün əməli addımlar atacağıq. Biz çalışacağıq ki, mətbuatın bütün sahələri komissiyaların fəaliyyətində öz əksini tapsın. - Komissiyaların formalaşdırılması prosesi İdarə Heyətinin ilk iclasında baş verəcək? - Çox güman ki. Çalışacağıq ki, belə olsun. Hər halda yaxın zamanlarda bunu həyata keçirmək istəyirik. Çalışırıq ki, komissiyaların hər biri öz sahələrində problemləri öyrənsin, görüləcək işləri müəyyənləşdirsin, planlar təsdiq edilsin. Bunun əsasında fəaliyyətimizi quracağıq. Mətbuat Şurası bu il üç istiqamətdə fəaliyyətini gücləndirəcək. Birinci istiqamət mətbuatın maddi durumunun yaxşılaşmasından ibarətdir. Bu, Mətbuata Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı olacaq, sənəddə nəzərdə tutulan məsələlərin həyata keçirilməsini nəzərdə tutur. İkinci istiqamət jurnalistin informasiya alması, onun ictimaiyyətə çatdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı elə bir mexanizm hazırlamaq lazımdır ki, qeyd etdiyim kimi, mətbuatla bağlı olan bütün şikayətlər şuraya daxil olsun və araşdırılsın. Həbsdə olan jurnalistlərin azadlığa çıxması ilə bağlı məsələ də bu istiqamətə aiddir. Üçüncü istiqamət isə jurnalistlərin sosial problemlərinin araşdırılması və həlli ilə əlaqədardır. Biz bununla bağlı da komissiya yaradacağıq. Komissiya sosial problemləri araşdıracaq, həlli üçün planlar hazırlayacaq və həmin planlar həyata keçiriləcək. -
07-09-2008, 03:11 PMAPAƏli Həsənov: "Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük"
[b]Əli Həsənov: "Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Avropa Şurası Venesiya Komissiyasının bütün təkliflərinin nəzərə alınmamasına səbəb hakimiyyət bunu istəməməsi deyildi. Sadəcə, siyasi partiyalar bu məsələdə ümumi razılığa gələ bilmədilər". APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ATƏT və Avropa Şurası Seçki Məcəlləsində (SM) edilən dəyişikliklərlə bütövlükdə razıdır. "Seçki komissiyalarının formalaşmasında siyasi partiyaların fikirləri parçalandı, ortaq nəticəyə gələ bilmədilər. Bu səbəbdən də seçki institutlarının əvvəlki forması saxlanıldı. Bundan yaxşı forma tapılmadığından seçkiləri mövcud komissiyalarla keçirməyi düşünürük. Əminik ki, seçkilərin demokratik keçirilməsi üçün komissiyaların bu şəkildə fəaliyyəti yetərli olacaq". Ə. Həsənov prezident seçkisinə rəsmi start veriləndən sonra partiyaların təbliğat-təşviqat aparmalarına imkan yaradılacağını da deyib. Onun sözlərinə görə, seçki prosesi zamanı siyasi tədbirlərin keçirilməsi üçün icra hakimiyyətləri tərəfindən ayrılan yerlər haqda məlumat dərc olunacaq. "Bütün namizədlər həmin yerlərdə seçkiqabağı görüşlərini, mitinq və digər tədbirlərini keçirə biləcəklər". -
07-09-2008, 03:21 PMAPATofiq Zülfüqarov: "Latviyanın Azərbaycana marağı gündən-günə artır"
[b]Tofiq Zülfüqarov: "Latviyanın Azərbaycana marağı gündən-günə artır"[b]
[Bakı. Turan Hüseynova - APA. "Latviyanın Azərbaycana marağı gündən-günə artır. Bu ölkənin Azərbaycanın bank sferasına qoyduğu sərmayənin həcmi 150 milyon dolları ötüb". Bunu APA-ya açıqlamasında Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Baltik ölkələri Azərbaycanın strateji tərəfdaşlarına çevrilə bilər. Səfir Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətləri Latviyada daha çox ictimai təşkilatların vasitəsilə gündəmə gətirdiklərini, mütəmadi səfərlər təşkil etdiklərini, parlamentlərarası əlaqələri gücləndirdiklərini söyləyib. T. Zülfüqarov Latviyadakı Azərbaycan diasporunun fəallaşdığını da vurğulayıb. -
07-09-2008, 03:31 PMAPAXarici İşlər Nazirliyində səfirlərin iştirakı ilə keçirilən bugünkü müşavirədə Milli Məclisin sədri və ARDNŞ prezidenti çıxış edəcəklər
[b]Xarici İşlər Nazirliyində səfirlərin iştirakı ilə keçirilən bugünkü müşavirədə Milli Məclisin sədri və ARDNŞ prezidenti çıxış edəcəklər[b]
Bakı. Tamara Qriqoryeva-APA. Xarici İşlər Nazirliyində Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının rəhbərlərinin iştirakı ilə müşavirə davam edir.
[Bu barədə APA-ya açıqlama verən XİN-in mətbuat katibi Xəzər İbrahim müşavirədə təbliğat işlərinin qurulması və informasiya sahəsində görülən işlərin müzakirə olunduğunu deyib. Onun sözlərinə görə, bu gün keçiriləcək müşavirədə Milli Məclisin spikeri Oqtay Əsədov və ARDNŞ prezidenti Rövnəq Abdullayev diplomatlar qarşısında çıxış edəcəklər: "Bu tip müşavirələr bütün ölkələrdə keçirilir. Müşavirədə diplomatik fəaliyyət təhlil edilir, zəif nöqtələr müəyyənləşdirilir, səfirlərin fəaliyyəti dəyərləndirilir, onlara müvafiq təkliflər verilir. Prezident İlham Əliyev diplomatlar qarşısında birbaşa vəzifələr qoyub ki, bunlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır". -
07-09-2008, 03:41 PMAPASəfir Tələt Əliyev: """Bəyaz axın" layihəsini diqqətlə izləmək və mənimsəmək lazımdır"
[b]Səfir Tələt Əliyev: """Bəyaz axın" layihəsini diqqətlə izləmək və mənimsəmək lazımdır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. ""Bəyaz axın" layihəsi Ukrayna tərəfindən irəli sürülüb. Bu layihəni diqqətlə izləmək və mənimsəmək lazımdır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev verib. Onun sözlərinə görə, bu məsələ Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri zamanı da müzakirə olunub. Səfir analoji məsələnin Ukraynanın baş naziri Yuliya Timoşenkonun Bakıya gözlənilən səfəri zamanı da müzakirə olunacağını bildirib. Yuliya Timoşenkonun ölkəmizə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dəvət olunduğunu bildirən səfir səfərin tarixinin dəqiqləşdirilmədiyini vurğulayıb. -
07-09-2008, 03:51 PMAPAHindistan BMT-dəki səsvermə ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib
[b]Hindistan BMT-dəki səsvermə ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib[b]
[Bakı. Turan Hüseynova - APA. BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamənin əleyhinə çıxan Hindistan bunun səbəbləri ilə bağlı Azərbaycan tərəfinin sorğusuna cavab verib. Bunu APA-ya açıqlamasında Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev deyib. Amma o, Hindistan tərəfinin cavabının nədən ibarət olduğunu söyləməyib. Səfir bu yaxınlarda Hindistan xarici işlər nazirinin müavininin Azərbaycana səfərə gələcəyini bildirib. T. Qarayev bu il Bakıda Hindistan hökumətinin nümayəndələrinin iştirakı ilə hökumətlərarası komissiyanın ilk iclasının keçiriləcəyini də əlavə edib. -
07-09-2008, 04:01 PMAPAMətbuat Şurası 6 aylıq monitorinqini açıqlayıb
[b]Mətbuat Şurası 6 aylıq monitorinqini açıqlayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək üçün 6 aylıq monitorinq keçirib. MŞ-nın Monitorinq qrupundan APA-ya daxil olan məlumata görə, monitorinq «525-ci qəzet», «Azərbaycan», «Yeni Müsavat», «İki sahil», «Bakı xəbər», «Yeni Azərbaycan», «Azadlıq», «Respublika», «İmpuls», «Xalq qəzeti», «Səs», «Exo», «Şərq», «Palitet», «Zerkalo», «Palitra», «Ekspress», «Xalq Cəbhəsi», «Ədalət», «Olaylar», «Kaspi», «Reytinq», «Mərkəz», «Xəzər» qəzetlərinin əsasında aparılıb. «Gün səhər» qəzeti nəşrini dayandırdığından monitorinqdən çıxarılıb. Monitorinq materialların mövzu dairəsi, informasiyanın alınma mənbələri və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın pozulma hallarının təsnifatı üzrə aparılıb. Yanvar-iyun aylarında bir çox hadisələr monitorinqi aparılan KİV-lərin mövzu dairəsinə təsir göstərib. Bu materiallar arasında KİV-lə bağlı xəbərlər xüsusilə fərqlənib. Sosial, siyasi, iqtisadi, idman, təhsil, şou-biznes və hərbi sahəyə dair materialların da say göstəricisindəki meyli də konkret hadisələr şərtləndirib. Sosial və iqtisadi həyatla bağlı yazılar əsasən qlobal bahalaşma təhlükəsinin ölkəmizin iqtisadiyyatına, əhalinin gündəlik yaşam tərzinə təsirini, mövcud durumun perspektivlərini müəyyənləşdirmək məqsədi daşıyıb. İyunda təhsil sahəsində materialların çoxluğu əvvəlki aylara nisbətdə seçilib. Şou-biznesə həsr olunmuş yazıların artım dinamikasını şərtləndirən hadisə «Eurovision 2008» mahnı müsabiqəsi və orada ölkəmizin təmsilçiliyi olub. İyunda hərbi sahəyə dair materialların artımı əvvəlki aylardan qabarıq şəkildə fərqlənir. Bu, Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi, həmçinin bayram münasibətilə «Azadlıq» meydanındakı hərbi paradla əlaqədardır. Maraqlıdır ki, yanvardan iyuna qədər hər ayda hərbi materialların say göstəricisi 1600-ə çatmadığı halda iyunda bu rəqəm 5430 olub. Ümumiyyətlə, 2008-ci ilin ilk altı ayında monitorinqi aparılan KİV-lərdə dərc edilən materialların ümumi sayı 293890-dır. Monitorinq müddətində ən çox material sosial sahəni əhatə edib (38811). Yanvar-iyun aylarında monitorinqi aparılan KİV-lərdə 293890 material dərc olunub ki, bunun da 160672-i xəbərdir. Bu xəbərlərin də böyük hissəsi yerli informasiya agentliklərinin məhsuludur. Bu da nəşrlərin fərdi xəbər əldə etmək potensialının aşağı səviyyəsinin bariz nümunəsidir. Monitorinq göstərib ki, bunun səbəblərindən biri əlaqədar informasiya daşıyıcılarının KİV-ə məlumat verməkdə maraqlı olmamasıdır. Bir sıra yazılarda da onların mediaya məlumat verməklə bağlı vəzifə borclarına etinasız yanaşdıqları qeyd olunub ki, bu, mövcud vəziyyətin mənfi tendensiyaya çevrildiyini söyləməyə əsas verir. Ümumən materiallarından daha çox istifadə edilən agentlik APA-dır. Qəzetlər bir-birilərinin materiallarından istifadəyə az maraq göstəriblər. Belə hallarda bir qayda olaraq materiala şərh, yaxud yeni, əsasən də əks fikirlər əlavə olunub. Birbaşa nəşrlərdən hasil olunan xəbərlərə gəldikdə isə burada liderlik «525-ci qəzet»ə, «Ekspress» və «Şərq» qəzetlərinə məxsusdur. Xəbər dərcinə görə «İki sahil», «Olaylar», «Yeni Müsavat», «Xalq cəbhəsi» və «Bakı xəbər» qəzetləri fərqlənirlər. Yanvar-iyun aylarında dövlət qurumları və özünü idarəetmə orqanlarının məlumatları qəzet səhifələrinə 40517 dəfə yerləşdirilib. KİV-lərin 6 ayda ictimai təşkilatlar və QHT-lərdən əldə etdikləri informasiyaların sayı 28596 olub. Beynəlxalq xəbər agentlikləri və saytlardan əldə edilən məlumatların sayı 19760 olub. Mənbənin göstərilməməsi, gizli mənbəyə istinad ümumən ölkə mətbuatı üçün xarakterik olub. Amma monitorinqi aparılan qəzetlərdə bu üsuldan bəhrələnmə faizi o qədər də yüksək deyil. Monitorinq dövründə bu praktikaya ən çox aprel ayında rast gəlib. Bu ay ərzində 135 belə fakt qeydə alınıb. Ən aşağı göstərici isə martda qeydə alınıb- 72. Monitorinqi aparılan qəzetlərdən «Reytinq» gizli mənbəyə istinad praktikası ilə digərlərindən seçilib. Qəzetlərin siyasi yönümlü, xüsusən də tənqidi materialları qələmə alma dəst-xəttində peşə prinsiplərinə sayğısızlıq elementləri duyulub. Jurnalistlərin Peşə Davranış Qaydalarının 4 prinsipi üzrə ümumilikdə 1887 pozuntu halı qeydə alınıb. Xüsusilə "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı I prinsipinin 1.2 («jurnalist yazıda tənqid obyektinin fikrini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, çox qısa vaxtda fikirlərini çatdırmağa ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir") bəndi digərlərinə nisbətən daha çox pozulub - 624 dəfə. Ümumiyyətlə, son iki ayda peşə prinsiplərinin pozulması faktlarında artım müşahidə olunmaqdadır. -
07-09-2008, 04:11 PMAPAABŞ-ın Azərbaycandakı səfirliyi hələlik mühafizəsini gücləndirməyə ehtiyac görmür
[b]ABŞ-ın Azərbaycandakı səfirliyi hələlik mühafizəsini gücləndirməyə ehtiyac görmür[b]
[Bakı. Laçın Sultanova - APA. "ABŞ-ın Azərbaycandakı səfirliyinin mühafizəsinin gücləndirilməsi barədə danışmaq hələ tezdir". Bunu APA-ya açıqlamasında səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Dmitri Taraxovski deyib. O, ABŞ-ın İstanbuldakı Baş Konsulluğu qarşısında baş vermiş qanlı insident barədə xəbəri böyük həyəcanla qarşıladıqlarını bildirib: "Vəziyyət araşdırılır. Hansısa tədbirlər barədə danışmaq tezdir".Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun polis məntəqəsinə silahlı hücum zamanı 3 polis əməkdaşı həlak olub, 3 terrorçu isə öldürülüb. -
07-09-2008, 04:21 PMAPASerj Sərkisyan Türkiyə prezidentini dialoqa çağırıb
[b]Serj Sərkisyan Türkiyə prezidentini dialoqa çağırıb[b]
[İrəvan-APA. "Ermənistanla Türkiyə arasında normal siyasi münasibətlərin formalaşması hər iki tərəfi narahat edən kompleks problemlərin həllinə kömək etmiş olar". APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan "Wall Street Journal" məcmuəsinə müsahibəsində deyib. O, mövcud problemlərin dövlətlərarası münasibətlər qurulmadan həll edilməyəcəyini bildirib. Serj Sərkisyan bildirib ki, Türkiyə prezidenti Abdullah Gül onu prezident seçilməsi münasibətilə ilk təbrik edən dövlət başçılarından olub: "İndiki dövrdə ölkələrimiz arasında normal münasibətlər qurmağın alternativi yoxdur. Ümidvaram ki, hökumətlərimiz dialoq yolunda yeni qapı aça biləcəklər".