[b]Viktor Yuşşenko: "Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı Türkiyəni də maraqlandıra bilər"[b]
[Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti hesab edir ki, Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı yaratmaq təşəbbüsü Türkiyəni də maraqlandıra bilər. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyədə rəsmi səfərdə olan Viktor Yuşşenko baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. O, noyabrda Bakıda enerji sammitinin keçiriləcəyini xatırladaraq bildirib ki, sammitin məqsədi bu tranzit məkanını formalaşdırmaqdır. R. T. Ərdoğan isə Ukraynanın Qara dəniz şelfindəki yataqların kəşfiyyatı ilə bağlı elan olunmuş tenderdə Türkiyənin də iştirak etmək istədiyini söyləyib. Xatırladaq ki, V. Yuşşenko dünən Türkiyəyə iki günlük rəsmi səfərə gedib. O, həmkarı Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Köksal Toptanla görüşüb, Atatürkün mavzoleyini ziyarət edərək əklil qoyub.
Azərbaycan Xəbərləri
Printable View

10-28-2008, 01:00 PMAPAViktor Yuşşenko: "Baltik-Qara dəniz-Xəzər enerji tranziti məkanı Türkiyəni də maraqlandıra bilər"

10-28-2008, 01:20 PMAPAMoskva dahi azərbaycanlı Müslüm Maqomayevlə vidalaşır
[b]Moskva dahi azərbaycanlı Müslüm Maqomayevlə vidalaşır[b]
Bakı. Laçın Sultanova - APA. Moskvada SSRİ xalq artisti Müslüm Maqomayevlə vida mərasimi başlayıb.
[Ümümrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyevin APA-ya verdiyi məlumata görə, vida mərasimi mərhumun dəfələrlə çıxış etdiyi Çaykovski adına Konsert Zalında onun ifa etdiyi mahnıların sədası altında keçirilir. Mərasim Bakı vaxtı ilə saat 11.00-da başlayıb. Saat 13.00-da isə rəsmi hissə olacaq. Vida mərasiminə Azərbaycandan da rəsmi nümayəndə heyəti göndərilib. Müslüm Maqomayevin cənazəsi bu gün xüsusi təyyarə ilə Bakıya gətiriləcək. Bakıda müğənni ilə vida mərasimi oktyabrın 29-da saat 11.00-dan 15.00-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.Dəfn mərasimi isə sabah saat 16.00-da I Fəxri Xiyabanda olacaq. Xatırladaq ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı evində dünyasını dəyişib.M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın "La Scala" teatrında təcrübə keçib.1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib.Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub. -
10-28-2008, 01:30 PMAPAAzərbaycan Milli Məclisi İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib
[b]Azərbaycan Milli Məclisi İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Mili Məclisin payız sessiyasının növbəti iclası keçirilir.
[APA-nın xəbərinə görə, iclasda yenidən Azərbaycan prezidenti seçilən İlham Əliyevə Milli Məclis adından təbrik məktubu oxunub. Parlamentin vitse-spikeri Bahar Muradova Milli Məclis sədri adından göndərilən məktubu təqdim edib. Məktubda Azərbaycanın gündən-günə inkişaf etdiyi, MM-in prezidentin gördüyü işləri təqdir etdiyi bildirilib. -
10-28-2008, 01:40 PMAPAMüxalifətdən olan millət vəkili parlamentə "Amnistiya haqqında" qanun layihəsi təqdim edib
[b]Müxalifətdən olan millət vəkili parlamentə "Amnistiya haqqında" qanun layihəsi təqdim edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Müxalifətçi millət vəkili Pənah Hüseyn Milli Məclisə "Amnistiya haqqında" qanun layihəsi təqdim edib. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında çıxış edən Pənah Hüseyn bildirib. Millət vəkili layihənin artıq Milli Məclis Aparatında qeydiyyata alındığını deyib. Layihənin Azərbaycan parlamentin 90 illiyi münasibəti ilə hazırlandığını bildirən deputat məsələyə yaxın zamanlarda baxılacağına inandığını deyib. -
10-28-2008, 02:10 PMAPAAzərbaycan Milli Məclisi Müslüm Maqomayevin xatirəsini yad edib
[b]Azərbaycan Milli Məclisi Müslüm Maqomayevin xatirəsini yad edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında cari məsələlər müzakirə olunub. APA-nın xəbərinə görə, millət vəkili Elmira Axundova SSRİ xalq artisti Müslüm Maqomayevin vəfatı ilə bağlı çıxış edib. Millət vəkili M. Maqomayevin vəfatını Azərbaycan üçün böyük itki adlandırıb. Prezident İlham Əliyevin onun cənazəsinin Azərbaycana gətirilməsi, Bakıda dəfn olunması barədə tarixi qərar verdiyini qeyd edən E. Axundova M. Maqomayevin xatirəsinin Milli Məclisdə yad olunmasını təklif edib. MM üzvləri mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra millət vəkili Qüdrət Həsənquliyev Ukraynada 1932-33 illərdə insanlığa qarşı törədilən cinayətlərin ildönümünün qeyd olunması barədə danışıb. Deputat Azərbaycan prezidentinin də bu tədbirə dəvət olunduğunu qeyd edərək təklif edib ki, Milli Məclis Ukraynada baş verənlərə münasibət bildirməli, həmrəylik nümayiş etdirməlidir. Millət vəkili Gülər Əhmədova isə Azərbaycan Ordusunda psixoloji gərginliklər olduğunu deyib. Deputat MM-in Azərbaycan Ordusunda baş verənlərə münasibət bildirməsini, bununla bağlı araşdırma aparmasını təklif edib. -
10-28-2008, 02:30 PMAPAGələn il Azərbaycanda sahibkarların güzəştli kreditlər üzrə ödənişləri iki dəfədən çox artıracağı gözlənilir
[b]Gələn il Azərbaycanda sahibkarların güzəştli kreditlər üzrə ödənişləri iki dəfədən çox artıracağı gözlənilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 2009-cu il ərzində sahibkarlar tərəfindən əvvəllər alınmış kreditlərdən 40 mln. manatın qaytarılacağı proqnozlaşdırılır. «APA-ECONOMICS»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib. X.Məmmədovun sözlərinə görə, 2008-ci il ərzində SKMF dövlət büdcəsindən Fonda ayrılan 80 mln. manatı tam həcmdə yerləşdirib: «Bu il ərzində Fonda 20 mln. manat məbləğində vəsait qaytarılıb ki, qaytarılmış kreditlər yeni investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Gələn il isə bu rəqəmin 2 dəfədən çox artacağı gözlənilir».Qeyd edək ki, SKMF vəsaiti bank-agentlərə illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Bu ilki dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin kreditləşdirilməsi üçün SKMF-yə 80 mln. manat (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına) ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. -
10-28-2008, 02:40 PMAPAAzərbaycan Sahibkarlığa Kömək Milli Fondu Avropa İttifaqı ilə birlikdə yerli sahibkarlar arasında maarifləndirmə işi aparacaq
[b]Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu Avropa İttifaqı ilə birlikdə yerli sahibkarlar arasında maarifləndirmə işi aparacaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ayırdığı güzəştli kreditlərin sahibkarlar tərəfindən səmərəli istifadəsi üçün maarifləndirmə işlərini həyata keçirmək məqsədilə Avropa İttifaqı ilə birlikdə personalın yetişdirilməsi üzrə layihə hazırlayır. «APA-ECONOMICS»in məlumatına görə, bunu SKMF-nin icraçı direktoru Xaliq Məmmədov bildirib. X.Məmmədovun sözlərinə görə, hazırda SKMF personalın hazırlanması üçün 500-600 min avroluq layihə hazırlayır ki, cari ilin sonunadək layihə Avropa İttifaqının müvafiq komissiyasına təqdim olunacaq. Eyni zamanda SKMF sahibkarlar üçün qısa və uzunmüddətli əsaslarla treninqlər keçirməyi də planlaşdırır. -
10-28-2008, 02:50 PMAPAAzərbaycanda turizm sahəsində 11 peşə üzrə hazırlıq kursları təşkil olunacaq
[b]Azərbaycanda turizm sahəsində 11 peşə üzrə hazırlıq kursları təşkil olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə «Turizm sektorunda ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsində sosial tərəfdaşların rolu» mövzusunda dəyirmi masa keçirilib. «APA-ECONOMICS»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, turizm sektorunun inkişafı digər sahələrin inkişafına stimul verir. Nazir müavininin fikrincə, Azərbaycanda lazımi infrastrukturun qurulması hesabına turizmin inkişafı normal səviyyəyə çatdırılıb.Turizm sektorunda kadrların hazırlanması üçün işlərin aparılmasını vacib hesab edən N.Məmmədovun sözlərinə görə, iki nazirlik arasında bələdçi, səyahət təşkilatçısı, barmen daxil olmaqla, 11 peşə üzrə hazırlıq kurslarının təşkili razılaşdırılıb. Hazırda bunun üçün hazırlıq işləri görülür. Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov isə rəhbərlik etdiyi ali məktəbin 3 il əvvəl fəaliyyətə başladığını qeyd edib. Rektorun sözlərinə görə, hazırda bu məktəbdə 8 ixtisas üzrə təqribən 900 tələbə təhsil alır. Onların 225 əyani şöbədə oxuyur. ATİ-nin Azərbaycanda ilk dəfə olaraq, məzunlarına həm ölkədə, həm də xaricdə tanınan ikili diplom verəcəyini xatırladan C.Cəfərov Azərbaycanın təhsil sistemində digər bir yeniliyi tətbiq edəcəklərini də söyləyib. Rektor bildirib ki, bu il və ya gələn il ərzində ATİ-də Karyera Mərkəzi yaradılacaq. -
10-28-2008, 03:10 PMAPABakıda Toto Kutunyonun konserti keçiriləcək
[b]Bakıda Toto Kutunyonun konserti keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın noyabrın 5-6-da Heydər Əliyev Sarayında keçiriləcək konsertinin biletləri 40-100 manat arasındadır. Sarayın mətbuat xidmətinin rəhbəri Rene Torres APA-ya açıqlamasında bir neçə gündür bilet satışının başlandığını və satışın uğurlu getdiyini bildirib. Noyabrın 8-də isə sarayda məşhur italyan müğənnisi Toto Kutunyonun konserti keçiriləcək. Bu gündən bilet satışı başlayıb. Biletlərin qiyməti 50-150 manat arasındadır. -
10-28-2008, 03:20 PMAPAMüslüm Maqomayevin şəxsi saytına saysız-hesabsız başsağlığı məktubları daxil olur
[b]Müslüm Maqomayevin şəxsi saytına saysız-hesabsız başsağlığı məktubları daxil olur[b]
[Bakı. Laçın Sultanova - APA. Müslüm Maqomayevin şəxsi saytına çoxsaylı pərəstişkarları tərəfindən saysız-hesabsız başsağlığı məktubları daxil olur. APA-nın məlumatına görə, dahi ifaçının [ ünvanlı saytına daxil olmaq istəyənlər artıq "Giriş bağlıdır, çünki sayt yükləmələrə tab gətirə bilmir. Sizin göndərdiyiniz yazılar yaddaşa verilir" mətni ilə rastlaşırlar. Qeyd edək ki, M. Maqomayev şəxsi saytı vasitəsilə pərəstişkarları ilə yazışırdı. -
10-28-2008, 03:30 PMAPABakıda dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb
[b]Bakıda dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 3-ü qadın, 2-si kişi, 9-u isə azyaşlılar olub. Saxlanılan şəxslər Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər. -
10-28-2008, 03:40 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-28-2008, 03:50 PMAPA«Bank Standard» yanvar-sentyabr aylarında əldə etdiyi uğurlar bağlı mətbuat konfransı keçirib
[b]«Bank Standard» yanvar-sentyabr aylarında əldə etdiyi uğurlar bağlı mətbuat konfransı keçirib[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev bildirib ki, bu ilin ilk 9 ayında bankın maliyyə göstəricilərində əsaslı artım müşahidə olunub: «Belə ki, son bir il ərzində bankın aktivlərinin həcmi 18% artaraq 660,816 mln. manata, kredit portfeli 36% artaraq 441,570 mln. manata, depozit portfeli isə 10,8% genişlənərək 173,036 mln. manata çatıb».C.Quliyevin sözlərinə görə, hesabat dövründə bankın ən böyük uğurlarından biri nizamnamə kapitalın 65 mln. manatadək artırılması, həmçinin «T24» proqram təminatının tətbiqindən ibarət olub. «Qeyd etmək istəyirəm ki, nizamnamə kapitalının artırılması nəticəsində, bankımız ölkədə fəaliyyət göstərən banklar sırasında bu göstərici üzrə 3-cü yerə yüksəlib», - deyə C.Quliyev vurğulayıb.Bankın müştəri xidmətləri departamentinin direktoru Cahangir Axundovun sözlərinə görə isə, təhlil olunan dövr ərzində bank 28 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib. Həmçinin, «Bank Standard» SKB «Visa İnternational» təşkilatından xidmətlərin göstərilməsi üzrə lisenziya alıb. Bu lisenziya sayəsində bankın POS-terminallarının sayı 392-yə çatıb.C.Axundov əlavə edib ki, hazırda «T24» proqram təminatının tətbiqinin birinci mərhələsi başa çatmaq üzrədir. Bu proqram təminatı ilə artıq bankın Bakı şəhərində yerləşən 3 filialı və Quba filialı təchiz edilib. Yaxın vaxtlarda Bakıda yerləşən daha 2 filialın da «T24»lə təchiz edilməsi nəzərdə tutulub.Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. -
10-28-2008, 04:00 PMAPA«Azərsun Holdinq» Gürcüstanın yağ bazarının ¼-nə nəzarət edir
[b]«Azərsun Holdinq» Gürcüstanın yağ bazarının ¼-nə nəzarət edir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Sankt-Peterburqda (Rusiya) keçirilən «Yağ Sənayesi-2008» VIII Beynəlxalq Konfransda Azərbaycanın «Azərsun Holdinq» Şirkətlər Qrupunun məhsulları 8 medal qazanıb. «APA-ECONOMICS»in məlumatına görə, bu münasibətlə keçirilən mətbuat konfransında holdinqin nümayəndəsi Kazım Babayev bildirib.K.Babayevin sözlərinə görə, tədbirə şirkətlər qrupuna daxil olan «Bakı Yağ və Qida Sənaye» ASC-nin istehsalı olan yüksək keyfiyyətli müxtəlif markalı Azərbaycan yağları dequstasiya müsabiqəsində iştirak edərək 8 medal qazanıb və ən yüksək nəticəyə nail olub. Azərbaycanın milli yağları 4 qızıl və 4 gümüş medalla yanaşı xüsusi diplomlarla da təltif olunub. «Azərsun Holding»in marketinq departamentinin nümayəndəsi Həsən Əsgərov isə qeyd edib ki, hazırda şirkətin istehsal etdiyi yağlar Azərbaycanla yanaşı Gürcüstan, Rusiya və Qazaxıstan bazarlarına da çıxarılır. «Azərsun»un istehsal etdiyi yağların Gürcüstan bazarında payı 20-25% təşkil edir.H.Əsgərovun sözlərinə görə, Azərbaycanda duru yağın istehlakı ilbəil artır. Belə ki, şirkətin araşdırmalarına görə, 2006-cı ildə ailə başına 2,6 litr duru yağ istehlakı düşdüyü halda, 2007-ci ildə bu göstərici 3,6 litr olub.Qeyd edək ki, Azərbaycanın duru yağa olan illik tələbatı 25-27 min ton təşkil edir.«Bakı Yağ və Qida Sənaye» ASC-nin nümayəndəsi Aslan Abdullayev isə bildirib ki, bu gün zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Zavodun gündəlik istehsal gücü 400-450 tondur. Perspektivdə müasir texnologiyaların tətbiqi ilə istehsalı artırmaq planlaşdırılır. Zavod nümayəndəsinin sözlərinə görə, istehsalı daha 25% artırmaq imkanı mövcuddur. -
10-28-2008, 04:10 PMAPAAzərbaycan əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumunu artıracaq
[b]Azərbaycan əcnəbilərə fərdi iş icazəsi üçün dövlət rüsumunu artıracaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərə fərdi iş icazəsinin verilməsi üçün ödənilən dövlət rüsumunun məbləğinin artırılması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. «APA-ECONOMICS»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.Artımın nə qədər olacağını açıqlamaq istəməyən N.Məmmədov bunun Nazirlər Kabinetində aparılan müzakirələrdən asılı olduğunu söyləyib. Nazir müavininin sözlərinə görə, ötən ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən sonra Azərbaycanda əmək fəaliyyəti ilə leqal məşğul olan əcnəbilərin sayı 4 dəfə artıb. N.Məmmədov bildirib ki, yeni dəyişikliklərə görə, əmək miqrantı fərdi iş icazəsi almadan hər hansı müəssisədə işləyərsə, işəgötürən 33-35 min manat cərimələnir. Belə cərimələrin ödənilməməsi üçün artıq müəssisələr fərdi iş icazəsi almaq məqsədi ilə ƏƏSMN-ə müraciət edir. Bu nazirlik də Dövlət Miqrasiya Xidmətinin rəyi əsasında əcnəbi vətəndaşlara fərdi iş icazəsi verir: «Elə əmək miqrantı var ki, Azərbaycanda sürücülük etmək istədiyini deyir, amma ölkədə kifayət qədər sürücü var. Ona görə də belə hallarda mənfi rəyimizi bildiririk. Ancaq yeni texnologiyaların tətbiqi ilə əlaqədar elə yeni ixtisaslar var ki, onlarla bağlı müraciət edən əcnəbilərə fərdi iş icazəsi verilir». Qeyd edək ki, hazırda Azərbaycanda əcnəbi vətəndaşlar üçün fərdi iş icazəsi almaq üçün dövlət rüsumunun məbləği 45 manatdır. Fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər. Hazırda Azərbaycanda 4 minə yaxın əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur və onların 73%-ı qeyri-neft sektorunda çalışır. -
10-28-2008, 04:20 PMAPAMədəniyyət naziri Aleksandr Avdeyev: "Azərbaycanın bizə hədiyyə etdiyi Bakı bülbülü həm də Rusiyanın milli qəhrəmanı idi"
[b]Mədəniyyət naziri Aleksandr Avdeyev: "Azərbaycanın bizə hədiyyə etdiyi Bakı bülbülü həm də Rusiyanın milli qəhrəmanı idi"[b]
Bakı. Laçın Sultanova - APA. Moskvanın Çaykovski adına Konsert Zalında dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevlə vida mərasimi davam edir.
[Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyevin APA-ya verdiyi məlumata görə, əfsanəvi baritonla vidalaşmaq istəyənlərin sayı həddindən artıq çoxdur, mərhumun pərəstişkarları küçədə mitinq keçirirlər. Vida mərasimində aparıcılıq edən tanınmış sənətşünas Stanislav Belza Müslüm Maqomayevin ən dəyərli keyfiyyətinin dostluq olduğunu deyib. Bundan sonra M. Maqomayevin gənclik dostu, Rusiyanın xalq artisti Lev Leşşenko ürək sözlərini söyləyib: «Biz ağ-qara məkanda yaşayanda, Müslüm bu məkanı rəngarəng etməyi bacarmışdı. Gənc, gözəl, istedadlı, hər zaman şən olan bu insan bizim üçün yeni dünya açırdı, alovlandırırdı və bu alov uzun illər şölə saçırdı. Bu gün bu alov sönsə də, bizim ürəyimizdə hər zaman yanacaq». Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev isə M. Maqomayevin həm opera, həm də estrada səhnəsində dahi olduğunu vurğulayıb. «Azərbaycanın bizə hədiyyə etdiyi Bakı bülbülü həm də Rusiyanın milli qəhrəmanı idi» deyən nazir onun əsl kumir olduğunu söyləyib.Moskva merinin birinci müavini Lyudmila Şvetsova çıxışı zamanı üzünü M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayaya tutaraq, əfsanəvi müğənninin adının Moskvada mütləq əbədiləşdiriləcəyini bildirib. Vida mərasimində Moskva vilayətinin qubernatoru Boris Qromov, Rusiya Ticarət-Sənaye Palatasının sədri Yevgeni Primakov, Rusiya estradasının primadonnası Alla Puqaçova və digər tanınmış şəxslər iştirak edib.Qeyd edək ki, dahi müğənni ilə vida mərasimi Bakı vaxtı ilə saat 14.00-da yekunlaşmalı olsa da, insan axını çox olduğundan mərasimin vaxtı uzadılıb. Onu da əlavə edək ki, bu gün Moskva Metropoliteninin bütün stansiyalarında Müslüm Maqomayevin ifasında «Melodiya», «Noktyurn», «Za vse tebe blaqodaryu» və digər nəğmələri səsləndirilir. -
10-28-2008, 04:30 PMAPAMilli Məclis Azərbaycanla Fransa arasında avtomobil yollarının yenidən qurulması ilə bağlı kredit sazişini təsdiqləyib
[b]Milli Məclis Azərbaycanla Fransa arasında avtomobil yollarının yenidən qurulması ilə bağlı kredit sazişini təsdiqləyib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Fransanın "BNP- Paribas" Səhmdar Cəmiyyəti arasında 280 kilometr uzunluğunda olan Bakı-Şamaxı-Yevlax yolunun Muğan-Yevlax hissəsinin və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun yenidən qurulması ilə bağlı layihə üzrə kredit sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. APA-nın xəbərinə görə, sazişə əsasən, bu yollar yenidən qurulacaq. Saziş layihəsinə 400 milyon ABŞ doları vəsait ayrıldığı bildirilib. Milli Məclis saziş layihəsinin təsdiq olunması ilə bağlı qərar qəbul edib.Qeyd edək ki, Azərbaycan tərəfdən sazişi Nəqliyyat Nazirliyi imzalayıb. -
10-28-2008, 04:40 PMAPAABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
[b]ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir[b]
Bakı. Viktoriya Dementyeva - APA. ABŞ dövlət katibinin kommersiya məsələləri üzrə müavini Daniel Sallivan sabah Azərbaycana səfərə gələcək.
[APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi məlumat verib. D. Sallivanın Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəyini deyən diplomat bildirib ki, səfərdə məqsəd iki ölkə arasında iqtisadi və kommersiya əlaqələrinin gücləndirilməsinə nail olmaqdır: "ABŞ-ın əsas məqsədi Azərbaycanla münasibətləri bütün sahələrdə dərinləşdirmək və intensivləşdirməkdir". -
10-28-2008, 04:50 PMAPAAzərbaycan ÜPİ-nin sabah işə başlayan sessiyalarında iştirak edəcək
[b]Azərbaycan ÜPİ-nin sabah işə başlayan sessiyalarında iştirak edəcək[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Oktyabrın 29-dan Berndə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) ali rəhbər orqanları olan Administrativ Şura və Poçt İstismarı Şurasının təşkilatın 24 Konqresindən sonra ilk sessiyaları keçiriləcək. Tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «Azərpoçt» Dövlət Müəssisəsinin əməkdaşları təmsil edəcəklər. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, noyabrın 14-dək davam edəcək sessiyalarda bir sıra məsələ, o cümlədən ÜPİ-nin 24-cü Konqresində vaxt çatışmazlığından təxirə salınmış təkliflərə və Azərbaycan poçt administrasiyasının təqdim etdiyi 9 təklifə baxılacaq. ÜPİ-nin yeni seçilmiş rəhbər orqanlarının işçi və layihə qruplarında çalışmaq üçün müraciət etmiş ölkələrin həmin qruplarda təmsil olunması məsələsinə də baxılıb təsdiq edilməsi gündəlikdə durur. Azərbaycan hər iki şuranın işçi və layihə qruplarında təmsil olunmaq üçün müraciət edib.Qeyd edək ki, ÜPİ-nin 24-cü Konqresində Azərbaycan hər iki Şuraya üzv seçilib. -
10-28-2008, 05:00 PMAPAAzərbaycanda qanunsuz otellərə lisenziya verməkdən imtina olunacaq
[b]Azərbaycanda qanunsuz otellərə lisenziya verməkdən imtina olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin araşdırmaları nəticəsində qanunsuz fəaliyyət göstərdiyi aşkarlanan otellərin bəziləri lisenziya almaq üçün adıçəkilən quruma müraciət edib. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib. Şöbə müdirinin sözlərinə görə, artıq Şamaxı, Qəbələdəki bəzi otellər fəaliyyətini qanuniləşdirmək üçün lisenziya almaq istədiyini nazirliyə açıqlayıb: «Ancaq lisenziyasız fəaliyyət göstərən mehmanxanalar yenə də var. Bəzi mehmanxanaları «mehmanxana» kimi adlandırmaq da olmaz. Ona görə də belə mehmanxanalara lisenziya verməyəcəyik».Nazirlik səlahiyyətlisinin verdiyi məlumata görə, noyabrın 10-13-də Londonda dünyanın ən böyük beynəlxalq turizm sərgisi keçiriləcək. Həmin sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək. Hazırda buna hazırlıq işləri görülür. -
10-28-2008, 05:20 PMAPAAzərbaycan Milli Məclisi qanunsuz tikintilərə görə cərimələrin məbləğini artırıb
[b]Azərbaycan Milli Məclisi qanunsuz tikintilərə görə cərimələrin məbləğini artırıb[b]
[Bakı. Elbrus Seyfulayev - APA. Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov layihə barədə məlumat verərək bildirib ki, dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyətinin razılığı olmadan binaların və qurğuların tikilməsinə görə cərimələrin məbləği artırılır. Belə ki, fiziki şəxslər üçün müəyyən edilən cərimə 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 3000 manatadək, hüquqi şəxslər üçün isə 15 000 manatdan 30 000 manatadək müəyyən edilib. Komissiya sədri cərimə məbləğinin artırılmasının qanunsuz tikintilərin qarşısının alınmasına yönəldiyini bildirib. Millət vəkili Qənirə Paşayeva cərimələrin məbləğinin daha çox olmasını təklif edib. Deputat Fazil Qəzənfəroğlu isə deyib ki, cərimələrin məbləğini artırmaqla qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil. Millət vəkili Adil Əliyev Azərbaycanda qanunsuz tikililərin sayının sürətlə artdığını, deputat seçildiyi Nərimanov rayonunda daha çox qanunsuz tikili olduğunu qeyd edib. Deputat Pənah Hüseyn isə qanunsuz tikintiləri rüşvət mənbəyi adlandırıb, bu halların aradan qaldırılması üçün səylərin artırılmasının zəruriliyini bildirib.Masallı rayonunda da qanunsuz tikintilərin olduğunu deyən millət vəkili Əhəd Abıyev rayondakı bəzi məmurların qanunazidd hərəkətləri ilə bağlı ölçü götürülməsinin vacibliyini vurğulayıb. MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov isə qeyd edib ki, qanunlara dəyişikliklər edilməsi məhz mövcud neqativ halların aradan qaldırılmasına yönəlib. Müzakirələrdən sonra Milli Məclis qanun layihəsini qəbul edib.İclasda, həmçinin, "Coğrafi adlar" haqqında qanuna əlavələr edilməsi ilə bağlı müzakirələr aparılıb və qərar qəbul olunub. -
10-28-2008, 05:30 PMAPAMüqəddəs İohann Bakinskinin xatirəsi onun Bakıda çalışdığı kilsədə yad ediləcək
[b]Müqəddəs İohann Bakinskinin xatirəsi onun Bakıda çalışdığı kilsədə yad ediləcək[b]
[Bakı. Laçın Sultanova - APA. Noyabrın 1-2-də Bakıdakı «Rojdestva Presvyatoy Boqoroditsı» pravoslav kilsəsində Müqəddəs İohann Bakinskinin xatirəsinə ibadət mərasimi keçiriləcək. Kilsənin təmsilçisi Dionisiy Ata APA-ya bildirib ki, İohann Bakinski 1911-ci ildə bu kilsənin baş keşişi təyin olunub və 20-ci illərin ortalarına kimi bu vəzifədə çalışıb. Sovet dövründə dini ocaqlara olan təzyiqlər zamanı o, Lənkərana köçüb və orada kilsəyə rəhbərlik edib. 1933-cü ildə bu kilsə də bağlanıb, keşiş isə Qazaxıstana sürgün olunub.Orada o, antisovet təbliğatı aparmaqda günahlandırılıb və 1937-ci il oktyabrın 31-də güllələnib. 2000-ci ildə Rus Pravoslav Kilsəsi İohann Bakinskini 20-ci əsrin müqəddəsləri siyahısına daxili edib, noyabrın 2-ni onun xatirəsi kimi qeyd edir. Həmin gün Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Atanın rəhbərliyi altında ibadət keçirəcək. -
10-28-2008, 05:40 PMAPA"Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimatı keçirilib
[b]"Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" layihəsi çərçivəsində nəşr olunmuş kitabın təqdimatı keçirilib[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" layihəsi başa çatıb. APA-nın məlumatına görə, layihə çərçivəsində bu gün kitab təqdimatı və sərgi keçirilib. "Dəyişikliklərə cəsarəti çatan örnək xanımlar" adlı kitab Azərbaycan qadınlarının ölkənin mədəniyyətinə, tarixinə və elmi inkişafına verdikləri töhfələri işıqlandırmaq məqsədilə nəşr edilib. Kitabda cəmiyyətin inkişafına müsbət təsir göstərməyə gücü və cəsarəti çatan, adlarını tarixə yazan qadınların həyat hekayələri toplanıb. Kitabın müəllifi Mehriban Vəzirdir. Təqdimatda kitaba adı düşmüş qadınların rəssam Günay Şəmsiyeva tərəfindən çəkilmiş portretləri də sərgilənib. G. Şəmsiyeva bütün portretləri eyni üslubda çəkib, fotoşəkilləri olmayan bəzi tarixi şəxsiyyətlərin (Möminə xatun, Sara xatun və s.) portretlərini isə obraz əsasında yaradıb. -
10-28-2008, 05:50 PMAPAMoskvada Müslüm Maqomayevlə vida mərasimi başa çatıb
[b]Moskvada Müslüm Maqomayevlə vida mərasimi başa çatıb[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiyanın paytaxtı Moskva şəhərində əfsanəvi sənətçi, mərhum Müslüm Maqomayevlə vida mərasimi başa çatıb. Bu barədə APA-ya Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva bölməsinin sədri İlqar Hacıyev məlumat verib. O bildirib ki, cənazə Bakı vaxtı ilə saat 17-də Moskvadan Bakıya yola salınacaq. Cənazəni ÜAK-ın prezidenti Məmməd Əliyev, vitse-prezidenti Araz Ağalarov, icraçı direktoru Eldar Quliev, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayev, Heydər Əliyev Fondunun Moskva bölməsinin nümayəndəsi Tamilla Əhmədova, Rusiyanın tanınmış sənətçiləri Oleq Qazmanov, Müslüm Maqomayevin konsertlərində aparıcılıq etmiş tanınmış diktor Svetlana Morqunova və digərləri müşayiət edirlər.Qeyd edək ki, dahi baritonla vida mərasimində 7 minədək insan iştirak edib, minlərlə moskvalının zala daxil olmaq arzusu isə ürəyində qalıb. Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin isə vida mərasiminə qatılmayıblar. -
10-28-2008, 06:00 PMAPATanınmış müğənni hakim partiyada vəzifəyə seçilib
[b]Tanınmış müğənni hakim partiyada vəzifəyə seçilib[b]
[İstanbul - APA. Türkiyənin tanınmış sənətçilərindən olan Nihat Doğan siyasətə qoşulub. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, müğənni hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasından (AKP) gələn təklifi düşünmədən qəbul etdiyini deyib. O, oktyabrın 25-də AKP-nin Beşiktaş (İstanbul) rayon təşkilatının konfransında sədr müavinliyinə namizəd göstərildiyini və səs çoxluğu ilə bu vəzifəyə seçildiyini açıqlayıb. Müğənni artıq siyasətə alışdığını və səhnə həyatına son qoymağı düşündüyünü söyləyib.Qeyd edək ki, Beşiktaş İstanbulun ən iri və müasir rayonlarından biridir. -
10-28-2008, 06:10 PMAPA"Qalatasaray"ın sabiq məşqçisi: "Arda Turan kimi futbolçu Azərbaycanda niyə olmasın?"
[b]"Qalatasaray"ın sabiq məşqçisi: "Arda Turan kimi futbolçu Azərbaycanda niyə olmasın?"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Mən "Qalatasaray" klubundan problemsiz ayrılmışam. İndinin özündə də bu komanda mənim üçün doğmadır və qəlbimdə xüsusi yeri var". "APA-SPORT"un məlumatına görə, bunu "Qəbələ" klubuna dəvət olunan "Qalatasaray"ın sabiq məşqçisi Əli Yavaş bu gün keçirdiyi mətbuat konfransında deyib. Qəbələ təmsilçisi ilə üç illik müqavilə bağlayaraq, futbol akademiyasına direktor təyin edilən türkiyəli mütəxəssis vurğulayıb ki, Azərbaycanı doğma ölkə sayır: "Burada çalışmaq mənim üçün qürurvericidir. Azərbaycan futbolu haqda məlumatım var. 17 yaşlılardan ibarət yığma komandanızın Avropa çempionatının seçmə mərhələ oyunlarını izləmişəm. "Qalatasaray" və Türkiyə yığmasının oyunçuları olan Arda Turan, Səbri Saroğlu mənim yetirmələrimdir. Azərbaycanda da belə istedadlı oyunçu yetişdirmək üçün potensial var. Niyə ölkənizdə də Arda kimi istedadlı futbolçu yetişməsin? Niyə Türkiyədə olduğu kimi, Azərbaycanda da Avropaya, misal üçün "Milan"a futbolçu getməsin? Sadəcə, düzgün, ciddi iş görmək lazımdır ki, biz da bura bu məqsədlə gəlmişik". Yavaşın sözlərinə görə, birgə çalışmaq üçün Türkiyədən Azərbaycana böyük komanda gətirmək fikrində deyil: "İşə iki köməkçimlə birgə başlayacağıq. Gələcəkdə daha birisi gələ bilər. Ancaq biz istəyirik ki, burada həm də yerli uşaq məşqçilərinin səviyyələri artsın. 11-12 yaşından başlayaraq istedadlı futbolçuları seçərək, onları həm "Qəbələ"nin əsas komandasına, həm də Azərbaycan futboluna bəxş etmək istəyirik". Bunun üçün zamana ehtiyac olduğunu deyən Yavaş "Qəbələ" rəhbərliyinin münasibətindən razılığını bildirib: "Ardanın üzərində 7, Səbridə 8 il çalışdım. Yəni, futbolçu yetişdirmək asan iş deyil və səbr etmək lazımdır. "Qəbələ"nin gənc prezidenti Tale Heydərovla söhbətimdə bu önəmli amil üzərində fikir mübadiləsi apardım. Onun fikrimi dəstəkləməsi, birgə çalışmaq üçün şəraiti yaratması məni daha həvəsləndirir. Açığı, belə münasibəti görməsəydim, ola bilsin ki, burada çalışmaq təklifini qəbul etməzdim". -
10-28-2008, 06:20 PMAPAGələn həftə Tehranda Azərbaycan qazının İrana ixracı məsələləri müzakirə olunacaq
[b]Gələn həftə Tehranda Azərbaycan qazının İrana ixracı məsələləri müzakirə olunacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Noyabrın 3-də Tehranda İran və Azərbaycan nümayəndə heyətləri iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri müzakirə edəcəklər. Bu barədə «APA-ECONOMICS» İSNA xəbər agentliyinə istinadən məlumat verib.Tərəflər arasında müzakirələrin əsas mövzusu İranın Azərbaycandan təbii qaz idxalının perspektivləri ilə bağlı olacaq. Həmçinin, təbii qazın İran ərazisi ilə tranziti müzakirə ediləcək.Qeyd edək ki, hazırda İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına sutkada 1 mln. kubmetr qaz ötürür. Bu həcmi isə Azərbaycan mövcud kəmərlər vasitəsi ilə Astaradan İrana qaytarır. Məlumatda qeyd olunur ki, İran Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından hasil edilən qazı almağa maraq göstərir. Tərəflər arasında bu məsələnin də müzakirəsi nəzərdə tutulur.Qeyd edək ki, hazırda «Azəriqaz» sistemi Naxçıvana verilən qazdan əlavə olaraq İrana sutkada 1,5-2 mln. kubmetr qaz nəql etməyə imkan verir. -
10-28-2008, 06:30 PMAPATürkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB missiyasına Sergey Lebedyev rəhbərlik edəcək
[b]Türkmənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB missiyasına Sergey Lebedyev rəhbərlik edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Dekabrın 14-də Türkmənistanda keçiriləcək parlament seçkilərini Müstəqil Dövlətlər Birliyindən (MDB) müşahidə edəcək missiyaya MDB icra katibi Sergey Lebedyev rəhbərlik edəcək. MDB İcra Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, missiyanın yaradılması və onun rəhbəri barədə qərar bu gün Minskdə MDB-yə üzv ölkələrin daimi nümayəndələri Şurasının iclasında qəbul edilib. İcra katibinin müavini Vladimir Qarkun Şuranın iclasında bildirib ki, missiya noyabrın 25-də fəaliyyətə başlayacaq, Aşqabadda missiyanın qərargahı açılacaq, orada 3-4 müşahidəçi çalışacaq. -
10-28-2008, 06:40 PMAPAUşaq bağçasında yanğın baş verib
[b]Uşaq bağçasında yanğın baş verib[b]
[Moskva - APA. Moskvanın cənubunda, Biryulev küçəsində yerləşən uşaq bağçasında yanğın baş verib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın üçmərtəbəli bağçadakı otaqların birində başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər içəridəki 105 uşağı evakuasiya ediblər. Yanğın söndürülüb. Hadisə zamanı zərər çəkən olmayıb. -
10-28-2008, 06:50 PMAPABu il Azərbaycanda istehsalatda 50 nəfər dünyasını dəyişib
[b]Bu il Azərbaycanda istehsalatda 50 nəfər dünyasını dəyişib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsalatda 190 bədbəxt hadisə baş verib. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü «APA-ECONOMICS»ə bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb. Bu il istehsalatdakı bədbəxt hadisələrin 49-u tikintidə baş verib. Hadisələrin 11-i qrup halında (onun 2-si tikintidə) olub. Bu il bədbəxt hadisə nəticəsində 211 nəfər işçi zərər çəkib. Onların 57-si tikinti sektorunda çalışıb. Bədbəxt hadisədən zərərçəkənlərin 50-si (19-u tikinti sahəsində) dünyasını dəyişib ki, bu da ötən ilin müvafiq dövrü (72 hadisə) ilə müqayisədə 30,6% azdır. Zərərçəkənlərdən 161 nəfər (onun 38-i tikinti sektoru) xəsarət alıb. Bu il istehsalatda xəsarət alanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% artıb. -
10-28-2008, 07:00 PMAPAMəşhur "Çelsi" klubu ilə əməkdaşlıq edən şirkət Qəbələdə futbol akademiyası tikəcək
[b]Məşhur "Çelsi" klubu ilə əməkdaşlıq edən şirkət Qəbələdə futbol akademiyası tikəcək[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Qəbələ" klubunun rəhbərliyi futbol akademiyasının inşası üçün İngiltərədən mütəxəssis dəvət ediblər. "APA-SPORT"un məlumatına görə, bu haqda məlumat verən komandanın vitse-prezidenti Fariz Nəcəfovun sözlərinə görə, britaniyalı mütəxəssislər yaxın günlərdə Azərbaycana gələcəklər: "Onlar məşhur "Çelsi" klubu də əməkdaşlıq edirlər. Qəbələdə tikiləcək futbol akademiyasının köməyi ilə uşaq futbolunu inkişaf etdirəcəyik. Akademiyanın binası ilə yanaşı, 5-6 süni örtüklü meydança da inşa ediləcək". Ardından əsas komandanın çıxışına və iranlı legioner Fərzad Hatəminin Azərbaycan yığmasına dəvət olunmasına da toxunan Nəcəfov vurğulayıb ki, baş məşqçi Ramiz Məmmədovu dəstəkləyirlər. O, komandanın son vaxtlar uğursuz çıxışını zədə amili ilə əlaqələndirib: "Mövsümlərarası fasilədə transfer etdiyimiz 9 futbolçudan 6-nın zədələnməsi öz mənfi təsirini göstərdi. Bu, baş məşqçimiz üçün də bir şansızlıq idi və onun planlarını pozdu. Məmmədovu digəri ilə əvəzləmək fikrimiz yoxdur. Çünki cavan, istedadlı və xarakterli məşqçidir. Fərzada gəlincə, peşəkar, istedadlı futbolçudur və seçimini özü edir. Milli komandadan dəvət alan kimi, onunla söhbətim oldu. Hatəmi cənubi azərbaycanlı olduğundan ona yığmamızda çıxış etməsinin gələcək karyerası üçün faydalı olacağını dedim. Bundan sonra ondan xəbər çıxmadı. Hər halda, futbolçunu məcburi oynatmaq olmaz". -
10-28-2008, 07:10 PMAPANaxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin 85 illiyi münasibətilə tədbir keçirilib
[b]Naxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin 85 illiyi münasibətilə tədbir keçirilib[b]
[Bakı-APA. Naxçıvan Dövlət Universitetində Türkiyə Cümhuriyyətinin yaranmasının 85 illiyi münasibətilə tədbir keçirilib. Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram tədbirinə Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Bilir və digər rəsmilər qatılıb. Mehmet Bilir tədbirdə çıxış edərək Cümhuriyyət gününün əhəmiyyətindən, türk xalqının uzun illər boyu apardığı istiqlal savaşından bəhs edib. Konsul belə əlamətdar tarixi günlərin türk tələbələrinin də təhsil aldığı Naxçıvan Dövlət Universitetində keçirilməsinin ənənə halını almasını yüksək dəyərləndirib. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli də tədbirdə çıxış edib. Rektor türk xalqlarının tarixi köklərdən qaynaqlanan həmrəyliyindən danışıb. -
10-28-2008, 07:20 PMAPAXəzərin sahilində meyit tapılıb
[b]Xəzərin sahilində meyit tapılıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb. Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyit Xəzər dənizinin Xətai rayonu ərazisində aşkarlanıb. 30-40 yaşlarında naməlum kişi meyitinə ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda prokurorluğun istintaq qrupu meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi və hadisənin intihar olub-olmaması istiqamətində araşdırma aparır. -
10-28-2008, 07:30 PMAPAUNESCO-da Mir Cəlal Paşayevin yubileyi münasibətilə tədbir keçiriləcək
[b]UNESCO-da Mir Cəlal Paşayevin yubileyi münasibətilə tədbir keçiriləcək[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın tanınmış yazıçı-publisisti Mir Cəlal Paşayevin 100 illik yubileyi UNESCO səviyyəsində qeyd olunacaq. APA-nın məlumatına görə, noyabrın 10-da UNESCO-nun Parisdəki qərargahında bununla bağlı xüsusi tədbir keçiriləcək. Tədbirdə UNESCO-nun baş direktoru Koiçiro Matsura və bu qurumun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edəcəklər. Tədbir zamanı yazıçının həyatı haqqında qısametrajlı film nümayiş etdiriləcək və foto-sərgi keçiriləcək. -
10-28-2008, 07:40 PMAPABakıda "Miss MDB" müsabiqəsinə seçim keçirilir
[b]Bakıda "Miss MDB" müsabiqəsinə seçim keçirilir[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Bakıda "Miss MDB" müsabiqəsinə seçim keçirilir. "Best Model of Azərbaycan" yarışmasının koordinatoru Nəzakət Hacıyeva APA-ya bildirib ki, "Miss MDB" müsabiqəsinə Azərbaycandan 4 nəfər qız seçiləcək. Dekabrda Ukraynada baş tutacaq yarışmaya qızları seçmək üçünsə müsabiqənin rəhbəri Valid Arfuş və təşkilat komitəsinin üzvü Yuri Varlamov Azərbaycana gəlib. -
10-28-2008, 07:50 PMAPABeynəlxalq Jurnalistlər Mərkəzinin tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib
[b]Beynəlxalq Jurnalistlər Mərkəzinin tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. ABŞ-da yerləşən Beynəlxalq Jurnalistlər Mərkəzinin (İCFJ) tədqiqatlar üzrə təlim proqramının üçüncü kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, İCFJ-nin Azərbaycan üzrə direktoru Çarls Rays bildirib ki, Azərbaycanda jurnalistlərin peşəkar səviyyədə tədqiqat aparmasına ehtiyac var və təmsil etdiyi qurum bu istiqamətdə bilik və bacarıqların artırılmasına yardım etmək üçün bu layihəni həyata keçirib. Altı jurnalistin 4 aylıq intensiv kurs keçdiyini deyən C. Rays proqramın özəllikləri barədə də danışıb. Layihənin baş təlimatçısı Şahin Abbasov diqqəti məzunların kursdakı fəaliyyətinə yönəldib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson isə bildirib ki, peşəkar jurnalistika demokratiyanın əsaslarından biri hesab olunur. Onun sözlərinə görə, ABŞ Azərbaycanda peşəkar jurnalistikanın inkişafına dəstək verməklə demokratiyanın inkişafına yardım etmək istəyir: "Əminik ki, Azərbaycanda demokratiyanın güclü gələcəyi var. Azərbaycan jurnalistlərinin isə bu prosesdə əhəmiyyətli yer tutacağını da bilirik". "Azadlıq" radiosu Azərbaycan redaksiyasının rəhbəri Xədicə İsmayılova və digərləri Azərbaycanda tədqiqat jurnalistikasının inkişafını zəruri hesab ediblər. Tədbirin sonunda kursun məzunlarına diplomlar təqdim olunub. -
10-28-2008, 08:00 PMAPAOmbudsman Aparatının əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər
[b]Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçiriblər[b]
[Bakı. APA. Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST) baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkilin nümayəndələri saxlanılanlarla görüşərək təkbətək söhbət aparıb, onların saxlanma şəraiti ilə tanış olublar. Həmin şəxslər saxlanıldıqları müddət ərzində onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. MST-də şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib. -
10-28-2008, 08:30 PMAPABMT: Dünya okeanının səviyyəsinin qalxması nəticəsində 18 iri şəhər su altında qalacaq
[b]BMT: Dünya okeanının səviyyəsinin qalxması nəticəsində 18 iri şəhər su altında qalacaq[b]
[Nyu-York - APA. Dünya okeanının səviyyəsinin yüksəlməsi nəticəsində 20 meqapolisdən 18-i su altında qalacaq. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu proqnoz BMT-nin yaşayış məntəqələri üzrə Proqramı çərçivəsində hazırlanan hesabatda əksini tapıb. Proqramın nümayəndəsi Eduardo Lopes-Moreno bildirib ki, ümumilikdə dünyada sahil zonalarında yerləşən şəhərlərin 60%-i su altında qala bilər. Hesabat müəllifləri şəhər sakinləri arasında qeyri-bərabərliyin artdığını və bunun ciddi sosial böhrana səbəb ola biləcəyini də qeyd ediblər. Sənədə əsasən hazırda dünya əhalisinin yarısı şəhərlərdə yaşayır və yaxın 20 ildə bu miqdar 60%-ə yüksələcək. -
10-28-2008, 08:40 PMAPAOlimpiya çempionu Namiq Abdullayev evlənib
[b]Olimpiya çempionu Namiq Abdullayev evlənib[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan sərbəst güləş yığmasının üzvü, olimpiya çempionu Namiq Abdullayev ailə həyatı qurur. "APA-SPORT"un məlumatına görə, 36 yaşlı pəhləvan bu gün özünə toy edir. Subaylığın daşını atan Abdullayevin gələcək karyerası hələlik sual altındadır. Onun idmana güləşçi, yoxsa məşqçi kimi qayıdacağı bilinmir.Qeyd edək ki, 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Namiq bundan 4 il sonra Sidneydə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, o, dəfələrə Avropa çempionatının qızıl medalına layiq görülüb. Onun dünya çempionu olmaq arzusu isə indiyədək gerçəkləşməyib. Hazırda idmançı karyerasının qürub çağını yaşayan Namiq Pekin Olimpiadasına lisenziya qazana bilmədiyindən bu mötəbər yarışda mübarizə aparmamışdı. -
10-28-2008, 09:00 PMAPAAzərbaycan prezidenti paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olub
[b]Azərbaycan prezidenti paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olub[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, 2008-ci ilin may ayında Axundov adına bağda yenidənqurma işlərinə başlanılıb. Prezident İ. Əliyev bağda görülmüş yenidənqurma işlərindən razılığını bildirib.