[b]AŞ PA prezidenti Ermənistana səfər edəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç iyulun 15-17-də Ermənistanda rəsmi səfərdə olacaq. APA-nın məlumatına görə, AŞ PA prezidenti Ermənistan rəhbərliyi, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və KİV nümayəndələri ilə görüşlər keçirəcək.
Azərbaycan Xəbərləri
Printable View

07-07-2008, 03:51 PMAPAAŞ PA prezidenti Ermənistana səfər edəcək

07-07-2008, 05:41 PMAPAFərhad Bədəlbəyli Fransada keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək
[b]Fərhad Bədəlbəyli Fransada keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Fransanın Kann və Nitsa şəhərlərində keçiriləcək beynəlxalq musiqi festivalında çıxış edəcək. Bu barədə APA-ya məlumat verən F. Bədəlbəyli deyib ki, festival 12-17 avqust tarixlərində keçiriləcək. Festivalda pianoçu dünya bəstəkarları S. Raxmaninov, D. Şostakoviç və Azərbaycan bəstəkarları Qara Qarayev, Cövdət Hacıyevin musiqilərini ifa edəcək. -
07-07-2008, 05:51 PMAPAQrant Dinkin qətlində təqsirləndirilən şəxs cinayətdən əvvəl ona Cennifer Lopezin telefon açdığını deyib
[b]Qrant Dinkin qətlində təqsirləndirilən şəxs cinayətdən əvvəl ona Cennifer Lopezin telefon açdığını deyib[b]
[İstanbul - APA. Bu gün İstanbulda erməni dilində nəşr olunan "Aqos" qəzetinin baş redaktoru Qrant Dinkin qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, qətldə təqsirləndirilən Ogün Samast və Ərhan Tuncelin məhkəməyə verdikləri ifadələr salonda gülüşə səbəb olub. İlk dəfə mətbuat üçün açıq keçirilən prosesdə təqsirləndirilən Yasin Hayalın vəkili Fuad Turqut O. Samast və Ə. Tuncelə suallar verib. O, Ə. Tuncelə qətldən əvvəl tez-tez Əskişəhərdə yaşayan sevgilisinin yanına gedib-gəldiyini xatırladaraq ondan sevgilisinin israilli olub-olmadığını soruşub. Ə. Tuncel əvvəlcə sualdan qəzəblənib: "Suala cavab vermirəm. Bu, adət-ənənələrimizə ziddir. Mən sizdən həyat yoldaşınızla bağlı nəsə soruşuram?" Ancaq bir qədər sonra o, sevgilisinin İsrail prezidentinin qızı olduğunu söyləyib. Vəkil F. Turqut "Aqos" qəzeti redaksiyasının önündə olarkən O. Samasta iki zəng gəldiyini, telefon edənlərdən birinin "Zaman" qəzetinin yazarı, hazırda "Aqos"un baş redaktoru olan Etyen Mahçupyan olduğunu bildirib. Bu zaman O. Samast "yox, telefon edən Cennifer Lopez idi", deyib. Prosesə fasilə verildikdən sonra polisin müşayiəti ilə zaldan çıxan Y. Hayal "yaşasın Böyük Birlik Partiyası!" deyə qışqırıb. -
07-07-2008, 06:01 PMAPAİyunda Azərbaycanın 1 376 382 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
[b]İyunda Azərbaycanın 1 376 382 kvadrat metr ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İyun ayı ərzində 1 376 382 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 3556 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən bildirilib. Məlumata görə, indiyə kimi cəmi 70 580 331 kvm ərazi minalardan təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 314 140-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparılır. İyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. 2001-ci ilin sentyabrından indiyədək müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 100 hadisədə 57 nəfər həlak olub, 136 nəfər müxtəlif dərəcəli xəsarət alıb. -
07-07-2008, 06:11 PMAPAFərhad Bədəlbəyli: "Gəncəyə köçəcəyimi deyəndə düşünürdüm ki, qocalmışam"
[b]Fərhad Bədəlbəyli: "Gəncəyə köçəcəyimi deyəndə düşünürdüm ki, qocalmışam"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Ümid edirik ki, sentyabrın 18-i Musiqi Günündə Üzeyir Hazıbəyovun adı Bakı Musiqi Akademiyasına qaytarılacaq". Bu sözləri APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib. F. Bədəlbəyli BMA-nın binasında aparılan əsaslı təmirin gözlənildiyindən daha gec başa çatacağını bildirib: "Biz Musiqi Günü üçün binamızın əsaslı təmirdən sonra açılışını nəzərdə tutmuşduq. Ancaq bu zamana kimi təmir başa çatmayacaq. Çünki həm binada, həm də Opera Studiyasında əsaslı təmir işləri aparılır. Çox güman ki, binadakı əsaslı təmir işləri oktyabr üçün yekunlaşacaq". Ötən il 60 yaşından sonra Gəncədə yaşayacağını deyən F. Bədəlbəyli, artıq bu fikirdən imtina edib: "Həmin vaxt mən qocaldığımı hesab edirdim, ancaq indi görürəm ki, qocalmamışam. Hələ görüləsi işlərim və həyata keçiriləsi planlarım çoxdur. Təmir bitdikdən sonra çoxsaylı beynəlxalq festivalların keçirilməsini planlaşdırırıq. Eyni zamanda Bakı Musiqi Akademiyasına xarici mütəxəssisləri cəld edəcəyik. Hazırda İtaliya ilə danışıqlar aparırıq ki, vokalçılarımızın orada təhsil almasına kömək edək. Hansı ölkədə güclü və öz sənətinin biliciləri varsa onlar akademiyamızda dərs deyəcək. İtaliyada tanınmış nəfəs alətləri professorlarını, Almaniyadan skripka və violençel mütəxəssislərini Bakı Musiqi Akademiyasına cəlb etmək fikrindəyik. Bu binanı tələbələrimiz üçün səhmana salırıq. Əgər həmin binada həyat olmayacaqsa, o zaman bütün bunlar nəyə lazımdır?" -
07-07-2008, 06:21 PMAPATürkiyə baş nazirinin keçmiş müavini partiya yaradır
[b]Türkiyə baş nazirinin keçmiş müavini partiya yaradır[b]
[Ankara - APA. "Bu gün siyasətdə boşluq yaranıb. Siyasət özünü yeniləməlidir. Amma mövcud siyasi partiyaların heç birinin bunu etmədiyini görürük. Türkiyədə yeni bir siyasi təşkilatlanmaya ehtiyac var". APA-nın məlumatına görə, bu sözləri Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, baş nazirin keçmiş müavini Əbdüllətif Şənər Türkiyənin NTV kanalına müsahibəsində deyib. O, hazırda Türkiyədə yaranmış vəziyyətin əsas səbəbinin qütbləşməyə əsaslanan siyasət olduğunu bildirib: "Mən ötən parlament seçkilərinə qatılmayaraq müəllimlik etməyə üstünlük verdim. Lakin siyasətdə olsam da, olmasam da, insanlar mənimlə həmişə siyasi mövzuları müzakirə edirlər, ölkənin problemlərini gündəmə gətirirlər və siyasi təcrübəsi olan insanların bu gedişi dayandırmasını istəyirlər. Ona görə də bu gün ölkədə yeni mərkəzçi partiyaya ehtiyac olduğunu düşünürəm. Ölkədəki problemləri aradan qaldıracaq bu təşkilatlanmaya öncüllük etmək mənim vəzifəmdir". -
07-07-2008, 06:31 PMAPAAzərbaycanla Macarıstan arasında 3 dövlətlərarası saziş imzalanıb
[b]Azərbaycanla Macarıstan arasında 3 dövlətlərarası saziş imzalanıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bakıda səfərdə olan Macarıstanın baş naziri Ferenç Dyurçan Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb. APA-nın məlumatına görə, baş nazirlərin görüşü daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
[Danışıqlar başa çatdırdan sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 3 sənəd imzalanıb. Bunlar "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Macarıstan Mərkəzi Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Macarıstan Kommunikasiya, Rabitə və Energetika Nazirliyi arasında əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstan Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında" sazişlərdir. -
07-07-2008, 06:41 PMAPAMilli Məclisdə Pakistan Senatı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib
[b]Milli Məclisdə Pakistan Senatı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının Xarici əlaqələr daimi komitəsinin sədri senator Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov rəhbərlik etdiyi komissiyanın işi barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycan-Pakistan əlaqələrinin inkişafında parlamentlərin roluna toxunan S. Seyidov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu məmnunluqla diqqətə çatdırıb. Müşahid Hüseyn Səid Azərbaycanın Pakistan üçün çox mühüm ölkə olduğunu deyib: "Pakistan Azərbaycanın ərazi bütövlüyünü və xarici siyasətini dəstəkləyir. İndiyədək Pakistan Ermənistanla heç bir siyasi-iqtisadi əlaqə yaratmayıb və bundan sonra da yaratmaq niyyətində deyil". Bu gün pakistanlı qonaqlar Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər. -
07-07-2008, 06:51 PMAPAAzərbaycanın xüsusi təyinatlı ali məktəblərinə sənəd vermiş abituriyentlərin müsabiqə nəticələri məlum olub
[b]Azərbaycanın xüsusi təyinatlı ali məktəblərinə sənəd vermiş abituriyentlərin müsabiqə nəticələri məlum olub[b]
[Bakı - APA. 2008-2009-cu tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. APA-nın məlumatına görə, Polis Akademiyasına keçid balı 450, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına keçid balı 421 olub. Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı isə bu nazirliyə göndərilib. Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr iyulun 8-15-də müvafiq olaraq Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir. -
07-07-2008, 07:01 PMAPADemokratiya Uğrunda İttifaqın Sədrlər Şurası prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib
[b]Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurası prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, yığıncaqda DUİ-nin prezident seçkilərində iştirakı ilə bağlı qərar qəbul olunub. Onun sözlərinə görə, DUİ seçkiyə vahid milli platforma ilə qatılacaq. "Demokratik Seçki Mərkəzinə daxil olan partiyalardan bəziləri də bu platformanı dəstəkləyir". Partiya sədri deyib ki, DUİ seçkiyə 2 namizədlə də qatıla bilər. "Hələlik bu məsələ müzakirə predmetidir. Konkret qərar isə seçkiyə rəsmi start veriləndən sonra veriləcək". Qeyd edək ki, DUİ-də Azadlıq Partiyası, AMDP və KXCP təmsil olunur. -
07-07-2008, 07:11 PMAPAMacarıstanın baş naziri: "Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır"
[b]Macarıstanın baş naziri: "Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Dağlıq Qarabağ probleminin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır". APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Ferenç Dyurçan deyib. O, son iki ildə Azərbaycanla Macarıstan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini və iki ölkənin strateji tərəfdaşa çevrildiyini bildirib. Qonaq enerji, elektrik stansiyalarının tikintisi və rekonstruksiyası, kommunikasiyalar, ətraf mühitin mühafizəsi, yeyinti sənayesi və digər sahələrdə əməkdaşlığın mümkün olduğunu söyləyib. F. Dyurçan Azərbaycan ali məktəblərinin birində macar, Macarıstan ali məktəblərinin birində isə Azərbaycan dilinin tədris edilməsini istədiklərini vurğulayıb. Sonra çıxış edən Azərbaycanın baş naziri Artur Rəsizadə Azərbaycanın və Xəzər bölgəsinin son vaxtlar enerji məsələsində vacib faktora çevrildiyinə diqqət çəkib: "Hazırda Azərbaycan 3 neft və 3 qaz layihəsi həyata keçirir. Bu layihələr müxtəlif mərhələlərdən ibarətdir. Həmin mərhələlərin reallaşdırılması ilə ixrac olunan neft və qazın miqdarı artacaq". A. Rəsizadə Dağlıq Qarabağ məsələsinə də toxunaraq Azərbaycan torpaqlarının 20%-nin işğal altında olduğunu, bu məsələnin ölkənin ən böyük problemi olaraq qaldığını deyib. O, Macarıstanda Xocalı faciəsinin qurbanlarının xatirəsinə abidə qoyulacağını, Bakıda isə Macarıstanda 1956-cı ildə baş vermiş hadisələr zamanı ölənlərin xatirəsinə abidə ucaldılacağını açıqlayıb. -
07-07-2008, 07:21 PMAPARusiya xarici işlər nazirinin müavini: "Gürcüstan Cənubi Osetiyaya qarşı aqressiv hərəkətlərinə son qoymalıdır"
[b]Rusiya xarici işlər nazirinin müavini: "Gürcüstan Cənubi Osetiyaya qarşı aqressiv hərəkətlərinə son qoymalıdır"[b]
[Bakı. Laçın Sultanova-APA. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Helki Talvitiyeni qəbul edib. APA-nın məlumatına görə, görüşdə ATƏT-in iştirakı ilə nizamlanan münaqişələr müzakirə olunub, Gürcüstan-Osetiya münaqişəsi ətrafında yaranmış vəziyyətə xüsusi diqqət yetirilib. Aleksandr Qruşko bəyan edib ki, Gürcüstan Cənubi Osetiyaya qarşı aqressiv hərəkətlərinə son qoymalıdır: "Ümidvaram ki, ATƏT-ə sədrlik edən Finlandiya Gürcüstan-Osetiya münaqişəsi zonasında gərginliyin azalmasına lazımi yardım edəcək". -
07-07-2008, 07:31 PMAPAAleksandr Lukaşenko Minskdə baş vermiş partlayışa görə məsuliyyəti dövlət katibinin boynuna qoyub
[b]Aleksandr Lukaşenko Minskdə baş vermiş partlayışa görə məsuliyyəti dövlət katibinin boynuna qoyub[b]
[Minsk - APA. Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Müstəqillik Günü münasibətilə keçirilən tədbir zamanı baş vermiş partlayışda Təhlükəsizlik Şurasının dövlət katibi Viktor Şeymanı günahlandırıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, güc strukturlarının rəhbərləri hadisə ilə bağlı aparılan təhqiqat haqqında dövlət başçısına məruzə etdikdən sonra A. Lukaşenko üzünü V. Şeymana çevirərək deyib: "Viktor Vladimiroviç, düşünmürəm ki, siz bu insidentdən sonra vəzifənizdə qalmalısınız. Hamıdan əvvəl siz günahkarsınız". A. Lukaşenkonun fikrincə, V. Şeyman bayram tədbirləri zamanı təhlükəsizliyin təmin olunmasına daha diqqətli yanaşmalıydı. Xatırladaq ki, iyulun 3-də Minskdə baş verən partlayış zamanı 50-yə yaxın adam yaralanıb. -
07-07-2008, 07:41 PMAPAİran hərbi təyyarəsi qəzaya uğrayıb
[b]İran hərbi təyyarəsi qəzaya uğrayıb[b]
[Tehran - APA. İran Hərbi Hava Qüvvələrinə məxsus, ABŞ istehsalı olan F-5 təyyarəsi qəzaya uğrayıb. APA-nın AFP-yə istinadən yaydığı məlumata görə, hadisə bu gün yerli vaxtla saat 10.00-da Xuzistan əyalətində yerləşən Omide hərbi-hava bazasında baş verib. Qəzanın səbəbi, eləcə də ölən və yaralananları haqqında informasiya verilmir. Qeyd edək ki, İran ABŞ təyyarələrini inqilabdan əvvəl - Rza şah Pəhləvinin dövründə alıb. Hazırda isə Qərb ölkələri İrana embarqo tətbiq etdiyindən bu təyyarələrin müasirləşdirilməsi, ehtiyat hissələri ilə təmin olunması mümkün olmur. -
07-07-2008, 07:51 PMAPAAzərbaycan prezidenti: "Diplomatlarımızın əsas fəaliyyət istiqamətlərdən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olma
[b]Azərbaycan prezidenti: "Diplomatlarımızın əsas fəaliyyət istiqamətlərdən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olmalıdır"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Diplomatlarımızın fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmaq olmalıdır". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti ölkənin diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin III müşavirəsində çıxışı zamanı deyib.
[Prezident bildirib ki, ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsində diplomatların üzərinə böyük məsuliyyət düşür. O, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşlarını işlədikləri ölkənin dövlət strukturları ilə sıx əməkdaşlıq etməyə, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, ölkənin siyasi və iqtisadi maraqlarının müdafiəsinə yönəlik səyləri artırmağa çağırıb. Dövlət başçısı diplomatların öz fəaliyyətində əsas diqqəti Dağlıq Qarabağ münaqişəsi məsələsinə yönəltməli olduğunu bildirib. Bu istiqamətlərdə böyük uğurlar əldə olunduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün səviyyələrdə qəbul olunur və beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Azərbaycanın regionda həyata keçirilən qlobal enerji layihələrində rolunu dəyərləndirən dövlət başçısı bildirib ki, ölkənin təkcə regionda deyil, bütün dünyada nüfuzu artır. Prezident diplomatlara qarşıda duran vəzifələrin həyata keçirilməsi istiqamətində öz tapşırıqlarını da verib. Keçirilən müşavirənin nəticələrini APA-ya şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri ölkənin xarici siyasət kursunda kəskin dəyişikliklər olmadığını deyib. O, müşavirədə Xarici İşlər Nazirliyinin fəaliyyətinin müzakirə olunaraq dəyərləndirildiyini bildirib. Onun sözlərinə görə, müşavirədə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavinləri Araz Əzimov və Hafiz Paşayev çıxış ediblər. Toplantıda ermənilərin təcavüzkar siyasəti, təhlükəsizlik məsələləri, regional və hərbi-siyasi xarakterli məsələlər ətrafında müzakirələr aparılıb. -
07-07-2008, 08:01 PMAPAYaşar Böyükanıt: "Yeri deyil"
[b]Yaşar Böyükanıt: "Yeri deyil"[b]
[Antalya - APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt son günlər ölkədə baş verən hadisələrə münasibət bildirməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Balkan ölkələri baş qərargah rəislərinin Antalyanın Bələk rayonunda keçirilən 2-ci toplantısından sonra mətbuat konfransı keçirən Y. Böyükanıt həbslərlə bağlı sual ünvanlayan türk jurnalistə belə cavab verib: "Ehtiyacınızı bilirəm, amma yeri deyil. Doqquz baş qərargah rəisinin yanında Türkiyənin daxili məsələləri ilə bağlı açıqlama vermək doğru olmaz. Daha sonra danışarıq". Qeyd edək ki, konfransa Türkiyə, Yunanıstan, Albaniya, Serbiya, Bolqarıstan, Rumıniya, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina baş qərargah rəisləri, NATO Hərbi Komitəsinin sədri, admiral Qrampolo Di Paola və Avropa Birliyi Hərbi Komitəsinin sədri, ordu generalı Henri Bentegeat qatılıblar. -
07-07-2008, 11:11 PMAPALənkəranda intihar hadisəsi baş verib
[b]Lənkəranda intihar hadisəsi baş verib[b]
[Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran rayonunda intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Separadi kənd sakini, 1991-ci il təvəllüdlü Şəhriyar Bəxtiyar oğlu Canıyev bu gün səhər saatlarında qonşusunun evində özünü asıb. Onun meyiti axşamüstü aşkarlanıb. Verilən məlumata görə, mərhumun psixolioji durumunda problemlər olub. Belə ki, o dəfələrlə bir müddətlik evdən gedib, sonra isə tapılaraq geri qaytarılıb. Sonuncu dəfə bir həftə öncə evi özbaşına tərk edən Ş. Canıyev dünən evə dönüb. Bu gün isə intihar edib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
07-07-2008, 11:51 PMAPANərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru təyin olunub
[b]Nərgiz Paşayeva MDU-nun Bakı filialının rektoru təyin olunub[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, filialın rektoru vəzifəsinə filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva təyin olunub. Qeyd edək ki, bu ali məktəbin Azərbaycanda fəaliyyət göstərməsi üçün prezident İlham Əliyev bu ilin yanvar ayında sərəncam imzalayıb. Filial M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi əsasında təşkil olunub.Onu da qeyd edək ki, bundan əvvəl N. Paşayeva Bakı Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. -
07-08-2008, 10:41 AMAPAABŞ gürcü-abxaz münaqişəsi zonasına beynəlxalq polis qüvvələrinin yeridilməsini istəyib
[b]ABŞ gürcü-abxaz münaqişəsi zonasına beynəlxalq polis qüvvələrinin yeridilməsini istəyib[b]
Vaşinqton - APA. ABŞ administrasiyası gürcü-abxaz münaqişəsi zonasına beynəlxalq polis qüvvələrinin yeridilməsini istəyib. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək son günlər Abxaziyada partlayışların baş verdiyi zonalara təcili şəkildə beynəlxalq polis qüvvələrinin yeridilməsinin zəruri olduğunu bildirib:
["ABŞ Gürcüstanın ərazi bütövlüyünü qəti surətdə dəstəkləyir və son vaxtlar günahsız insanların ölümünə səbəb olan bomba partlayışlarına son qoymağa çağırır". Dövlət Departamenti Gürcüstanı və Abxaziyanın faktiki hakimiyyətini birbaşa dialoqa başlamağa, gərginliyin azaldılması üçün sülh planlarını müzakirəyə çıxarmağa, qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtmasını təmin etməyə, iqtisadi əməkdaşlığı möhkəmləndirməyə və münaqişənin sülh yolu ilə həllinə nail olmağa səsləyib. Xatırladaq ki, iyulun 6-da Qali rayonundakı kafelərin birində baş verən partlayış nəticəsində 4 nəfər ölüb. -
07-08-2008, 10:51 AMAPABöyük Britaniya kəşfiyyatındakı mənbə Aleksandr Litvinenkonu Rusiya hakimiyyətinin öldürdüyünü açıqlayıb
[b]Böyük Britaniya kəşfiyyatındakı mənbə Aleksandr Litvinenkonu Rusiya hakimiyyətinin öldürdüyünü açıqlayıb[b]
London - APA. Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Aleksandr Litvinenko Rusiya hakimiyyətinin dəstəyi ilə öldürülüb. APA-nın məlumatına görə, bunu BBC-yə Böyük Britaniya hökumətindəki mənbə bildirib. Britaniya kəşfiyyatının yüksək rütbəli nümayəndəsi sui-qəsdin dövlət tərəfindən həyata keçirilən akt olduğunu söyləməyə kifayət qədər əsaslar olduğunu deyib.
[Xatırladaq ki, Rusiyanın keçmiş prezidenti Vladimir Putinin barışmaz düşməni olan A. Litvinenko 2006-cı ildə Londonda zəhərlənib. Britaniyalı müstəntiqlər onu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı Aleksandr Luqovoyun zəhərlədiyini güman edirlər. BBC-yə məlumat verən mənbə onu da əlavə edib ki, V. Putinin prezidentliyi dövründə Federal Təhlükəsizlik Xidməti xaricdə əməliyyatlar aparmaq üçün tam sərbəstlik əldə edib. Hətta Britaniya kəşfiyyat orqanı - Mİ 5 ötən ilin yayında V. Putinin daha bir düşməni - rusiyalı biznesmen Boris Berezovskiyə sui-qəsdin qarşısını alıb. 2007-ci ilin noyabrında Mİ 5-in rəhbəri Conatan Evans "soyuq müharibə"nin bitməsinə baxmayaraq, Britaniyada fəaliyyət göstərən rus kəşfiyyatçılarının sayının azalmadığına diqqət çəkərək bundan ciddi şəkildə narahatlıq duyduğunu açıqlamışdı. Əks-kəşfiyyatın məlumatına əsasən Britaniyadakı Rusiya diplomatik nümayəndəliklərinin tərkibində 30-a yaxın kəşfiyyatçı var. -
07-08-2008, 11:11 AMAPARöyanın konsertində külək dekorasiyaları uçurub
[b]Röyanın konsertində külək dekorasiyaları uçurub[b]
[Bakı. Ülkər Qasımova-APA. Röya üç günlük solo konsertinə yekun vurub. APA-nın məlumatına görə, açıq hava altında Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirilən hər üç konsert həm repertuar, həm də geyimlərin seçimi baxımından fərqlənib. Sonuncu konsertdə hava şəraitinin pis olması nə tamaşaçıların əhval-ruhiyyəsinə, nə də Röyanın ifasına mənfi təsir göstərməyib. Xeyriyyə məqsədi daşıyan konsertdə uşaq evlərinin 100-dən artıq sakinləri və əlil uşaqlar iştirak ediblər. Röya konsertində daha fərqli repertuarla çıxış edib. O, proqrama "Şeron" qrupu ilə birgə ifa etdiyi "De niyə", "Dəyirman" və Tunar Rəhmahnoğlu ilə yeni mahnıalrını daxil edib. Konsertdə Röyanın qonaqları qismində müğəni Kərim, Əkbər, bəstəkar Nailə Mirməmmədli və başqaları da iştirak ediblər. Konsertin əvvəlki proqramlardan fərqli cəhətlərindən biri isə hava şəraiti ilə əlaqədar səhnə dekorasiyasının dağılması olub. Röyanı bəzi mahnılarda "Nero" rəqs qrupu müşayiət edib. Üç günlük konsertdə sənətçi modelyer Gülnarə Xəlilovanın hazırladığı fərqli geyimlərlə tamaşaçıların qarşısına çıxıb. Konsertin sonunda üç gün ərzində onu tək qoymayan tamaşaçılara təşəkkürünü bildirən Röya, bundan sonra daha da aktiv işləyəcəyinə söz verib. Qeyd edək ki, "Səs Organization"ın təşkilatçısı olan konsertin informasiya dəstəyi isə APA İnformasiya Agentliyinə məxsusdur. -
07-08-2008, 11:21 AMAPAAKP rəhbərliyi partiyanın qurucularından olan Əbdüllətif Şənəri istefaya çağırıb
[b]AKP rəhbərliyi partiyanın qurucularından olan Əbdüllətif Şənəri istefaya çağırıb[b]
[Ankara - APA. Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi Yönətim Kurulunun (İdarə Heyəti) iyulun 7-də axşam saatlarında keçirilən toplantısında bu qurumun üzvü, baş nazirin keçmiş müavini Əbdüllətif Şənərin bəyanatları müzakirə olunub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP parlament qrupunun həmsədrləri Mustafa Elitaş, Nihat Ərgün və millət vəkili Fatma Şahin Ə. Şənərin istefasını tələb ediblər. Keçmiş parlament sədri Bülənt Arınç isə jurnalistlərin bu mövzuda sualına belə cavab verib: "Şənərmi? Xeyirli olsun". İdarə Heyətinin bəzi üzvləri Ə. Şənərin adının "Ergenekon"çularla birlikdə hallandığına diqqət çəkiblər. Toplantıya sədrlik edən AKP sədri və baş nazir Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirməyib və sadəcə, qeydlər aparıb. Ə. Şənərin İdarə Heyətinin cümə günü keçiriləcək toplantısına dəvət edilməsi və izahat alınması qərarlaşdırılıb. Qeyd edək ki, AKP-nin qurucularından olan Əbdüllətif Şənər mövcud hökumətin siyasətini tənqid edərək yeni siyasi partiya quruculuğuna başladığını açıqlayıb. -
07-08-2008, 11:31 AMAPABu gün ali məktəblərin I ixtisas qrupuna qəbul imtahanları keçirilir
[b]Bu gün ali məktəblərin I ixtisas qrupuna qəbul imtahanları keçirilir[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan ali məktəblərinin I ixtisas qrupuna qəbul imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ixtisas qrupu üzrə Bakıda 30 min 883, Sumqayıtda 4 min 812, Naxçıvanda isə 1251 abituriyent imtahan verəcək. Bunun üçün Bakıda 50, Sumqayıtda 7, Naxçıvanda isə 2 bina ayrılıb. Bu il ümumilikdə 116 ixtisas üzrə I qrupa 36 min 946 abituriyent ərizə verib. Bunların 33 min 558 nəfəri Azərbaycan bölməsinin, 3388 nəfəri rus bölməsinin məzunlarıdır. İmtahanların nəticələri iyulun 11-12-də açıqlanacaq. -
07-08-2008, 11:41 AMAPAATƏT-in "Model məktəb" konfransında Azərbaycan təmsilçiləri İtaliya rəsmiləri rolunda çıxış edəcəklər
[b]ATƏT-in "Model məktəb" konfransında Azərbaycan təmsilçiləri İtaliya rəsmiləri rolunda çıxış edəcəklər[b]
[Bakı. Turan Hüseynova-APA. Avstriyanın paytaxtı Vyanada ATƏT-in "Model məktəb" konfransı keçirilir. APA-nın məlumatına görə, beynəlxalq konfransda 30-dan çox ölkəsini təmsil edən 140 gənc iştirak edir. Konfrans iştirakçıları digər xalqın nümayəndəliyinin rəhbərləri və ATƏT-in rəsmiləri rolunda çıxış edib görüşlər keçirirlər. Bu ilki konfrans terrorizm və internetin istifadə etməsi, Mərkəzi Asiyada su idarəetməsi, Romada uşaq alverinə həsr olunub. ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynovun APA-ya verdiyi məlumata görə, konfransda Xəzər Universitetinin 3 tələbəsi iştirak edir. Püşk atma yolu ilə müəyyənləşən seçim zamanı Azərbaycan İtaliyanı, İsveç isə Azərbaycanı təmsil edir. -
07-08-2008, 12:01 PMAPAElnur Hüseynov, Samir Cavadzadə və Röyanın iştirakı ilə muzikl hazırlanır
[b]Elnur Hüseynov, Samir Cavadzadə və Röyanın iştirakı ilə muzikl hazırlanır[b]
[Bakı. Ülkər Qasımova - APA. "Eurovision-2008" yarışmasında Azərbaycanı təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadənin iştirakı ilə yeni muzikl hazırlanacaq. APA-nın məlumatına görə, müziklda Elnur və Samirlə birlikdə Röya da çıxış edəcək. Gövhər Həsənzadə tərəfindən hazırlanan yeni layihə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdiriləcək. Müziklın bu ilin sonuna kimi tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulur. Təqdimatdan sonra isə yeni layihə ilə bir sıra ölkələrə səfərlər planlaşdırılır. -
07-08-2008, 12:11 PMAPAİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar
[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Gəncə şəhər Polis İdarəsində olublar. Komitə sədri Elçin Behbudov APA-ya açıqlamasında Gəncə Polis İdarəsində işgəncələrə məruz qalması barədə məlumatlar yayan Zülfiyyə Həziyevanın müraciəti ilə bağlı monitorinq apardıqlarını söyləyib: "Komitə əməkdaşları Dilafət Xəlilov və Sevil Allahverdiyeva Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev və işgəncələrdə adı hallandırılan rəis müavini Sulduz Məmmədovla görüşüblər. Onlar adı çəkilən şəxsin işgəncəyə məruz qalmadığını bəyan ediblər. Zülfiyyə Həziyevanın Cinayət Məcəlləsinin 320.1 (saxta sənəd düzəltmə) və 178-ci (dələduzluq) maddələri üzrə təqsirləndirildiyi, zaminə buraxıldığı bildirilib. Sulduz Məmmədov deyib ki, Zülfiyyə Həziyeva tibbi ekspertizaya müraciət etsə, onun işgəncələrə məruz qalmadığı aydınlaşacaq". -
07-08-2008, 12:21 PMAPAAvropa Şurasının fakt-araşdırıcı missiyası sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək
[b]Avropa Şurasının fakt-araşdırıcı missiyası sentyabrda Azərbaycan və Ermənistana səfər edəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğunun nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, nümayəndə heyətinə adı çəkilən qurumun direktoru Pobert Palmer rəhbərlik edir.
[Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində avropalı qonaqlarla görüş keçirilib. Görüşdə Azərbaycanın işğal altında olan ərazilərində maddi-mədəni abidələrin mövcud durumunu əks etdirən kiçik həcmli film nümayiş olunub. Nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, Azərbaycan torpaqlarının bir qisminin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağ ərazisində 1891 mədəni-tarixi abidə qalıb və onların durumu bəlli deyil. Görüşdən sonra jurnalistlərə Azərbaycana səfərlərinin məqsədini açıqlayan Robert Palmer bildirib ki, bu səfər Avropa Şurası Baş Katibliyinin tapşırığı əsasında həyata keçirilir: "Səfərdə məqsəd maddi-mədəni və tarixi abidələrin vəziyyətini aydınlaşdıracaq missiyanın regiona səfəri ilə bağlı məsləhətləşmələr aparmaq, texniki məsələləri həll etməkdir. Avropa Şurası hesab edir ki, maddi-mədəni abidələrin dağıdılması yolverilməzdir. Missiyamızın məqsədi də bununla bağlı monitorinq keçirmək, Azərbaycan və Ermənistanda maddi-mədəni abidələrin mövcud durumunu aydınlaşdırmaqdır. Azərbaycan və Ermənistan hökumətləri taleyindən narahat olduqları abidələrin siyahısını Avropa Şurasına təqdim ediblər. Biz səfər çərçivəsində bu siyahıları uyğunlaşdıracağıq. Yəqin ki, bu proses iyulun sonunda yekunlaşacaq. Sentyabrda isə Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğunun fakt-araşdırıcı missiyası bölgəyə səfər edəcək". Robert Palmer səfərin sentyabrda baş tutacağını desə də, dəqiq tarixin hələ məlum olmadığını bildirib. O, hazırda missiyanın səfəri ilə bağlı texniki və təhlükəsizlik məsələlərinin dəqiqləşdirildiyini vurğulayıb. Avropa Şurası missiyasının Dağlıq Qarabağa hansı ölkənin ərazisindən keçərək gedəcəyi sualının cavablandıran Robert Palmer bildirib ki, bu məsələni Azərbaycan və Ermənistan hökumətləri razılaşdırmalıdır. -
07-08-2008, 12:31 PMAPABakıda Avropa Şurası mədəniyyət nazirlərinin konfransı keçiriləcək
[b]Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin konfransı keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Dekabrın 2-də Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin konfransı keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer məlumat verib. Avropa Şurasına qonşu ölkələrin mədəniyyət nazirlərinin də qatılacağı konfrans mədəniyyətlərarası dialoq mövzusuna həsr olunub. Konfransın iki gün keçirilməsi nəzərdə tutulur. -
07-08-2008, 12:41 PMAPAABŞ sahillərinə dağıdıcı qasırğa yaxınlaşır
[b]ABŞ sahillərinə dağıdıcı qasırğa yaxınlaşır[b]
[Vaşinqton - APA. Atlantik okeanında qeydə alınan "Berta" qasırğası ABŞ sahillərinə doğru irəliləyir. APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, qasırğa 5 ballıq Safir-Simpson şkalası ilə 3 bal gücündə qiymətləndirilir. Hazırda qasırğanın sürəti episentrdə saatda 185 kilometrə çatıb. Bu, ağacları və evləri yıxmaq üçün kifayətdir. ABŞ-ın qasırğalar üzrə Milli Mərkəzini nümayəndəsi Deniel Braun qasırğanın gözlənildiyindən daha çox sürət yığdığını deyib. -
07-08-2008, 12:51 PMAPA"Böyük səkkizlik" liderləri qurumun tərkibinin genişləndirilməsi ilə bağlı Rusiya prezidentinin təklifini rədd edib
[b]"Böyük səkkizlik" liderləri qurumun tərkibinin genişləndirilməsi ilə bağlı Rusiya prezidentinin təklifini rədd edib[b]
Tokio-APA. Rusiya prezidenti Dmitri Medvedevin "Boyük səkkizliyin" tərkibinin genişləndirilməsi ilə bağlı təklifi "G-8" liderləri tərəfindən rədd edilib.
[APA-nın məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, "G-8"də təmsil olunan ölkələrdən üçünün rəhbəri qurumun tərkibinin genişləndirilməsinə qarşı çıxıblar. Onlar öz mövqelərinin "G-8"in ümumi dəyərləri bölüşən dövlət başçılarının qapalı diskussiya klubu olması, iştirakçıların sayının artmasının diskussiyaların keyfiyyətini aşağı salacağı ehtimalı və "Böyük səkkizliyin" onsuz da digər ölkələrlə müxtəlif formatda əməkdaşlıq etməsi ilə əsaslandırıblar. Qeyd edək ki, Tokioda keçirilən "G-8" sammitinə iştirakçı 8 ölkə ilə yanaşı 16 dövlətin, o cümlədən Avstraliya, Çin, Braziliya və Hindistanın rəhbərləri də dəvət olunublar. Sammitdən əvvəl Rusiya prezidenti ən azı Çin, Hindistan və Braziliyanın bu quruma üzv qəbul edilməsi təklifi ilə çıxış edib. Ondan əvvəl Fransa prezidenti Nikola Sarkozi də "G-8"in tərkibinin genişləndirilməsi təklifini irəli sürüb. Sarkozi "Böyük səkkizliyə" Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası, Meksika və ərəb ölkələrindən birinin daxil edilməsini məqbul sayır. Sammit iştirakçıları Medvedevin təklifini rədd etsələr də, toplantının yekun bəyannaməsi ətrafında razılığa gələ biliblər. ABŞ prezidenti Corc Buşla danışıqlardan sonra mətbuat konfransı keçirən Almaniyanın kansleri Angela Merkel yekun bəyannaməyə qlobal iqlim dəyişikliklərinin nəticələrinin aradan qaldırılması, ərzaq və neftin qiymətinin bahalaşmasının təzahürlərinə qarşı birgə əməkdaşlığı ehtiva edən müddəaların daxil ediləcəyini bildirib. ABŞ prezidenti Corc Buş isə Almaniya və ölkəsinin İranın nüvə problemi ilə bağlı məsələdə mövqelərin uzlaşdırılması barədə razılıq əldə olunduğunu qeyd edib. "G-8" sammitinin bugünkü toplantısında Afrika ölkələrinə humanitar yardım edilməsi məsələsi müzakirə olunacaq. "Səkkizlik" həmçinin müasir iqtisadiyyatın çağırışları və qlobal problemlər, neftin qiymətinin qalxması, dünya maliyyə sistemindəki böhran, beynəlxalq təhlükəsizlik mövzularına da toxunmaq niyyətindədir. -
07-08-2008, 01:11 PMAPANizami və Qaradağ rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
[b]Nizami və Qaradağ rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Dünən saat 17.30 radələrində Nizami rayonundakı Şərifli küçəsində, Bakı şəhər sakini Ceyhun Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı və Fikrət Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə F. Əliyevin həyat yoldaşı Nazilə Əliyeva ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalar aparılır. Dünən saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, qəsəbə sakini Yalçın Xəlilov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Qaradağ rayon Polis İdarəsi tərəfindən faktla bağlı araşdırmalar aparılır. -
07-08-2008, 01:21 PMAPAİyunun 10-da Əfqanıstana 22 Azərbaycan sülhməramlısı yola salınacaq
[b]İyunun 10-da Əfqanıstana 22 Azərbaycan sülhməramlısı yola salınacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 10-da Azərbaycanın 22 sülhməramlı hərbçisi İSAF tərkibində hərbi xidmət keçmək üçün Əfqanıstana yola salınacaq. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sülhməramlılarımız Əfqanıstanda hərbi xidmət keçən əsgərlərimizi rotasiya qaydasında əvəzləyəcəklər. Hərbi xidməti başa vurmuş sülhməramlılarımızın isə Kabildən Bakıya yaxın günlərdə dönəcəyi gözlənilir. -
07-08-2008, 01:31 PMAPASəfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşavirini qəbul edib
[b]Səfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşavirini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri Murad Bayarı qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir Səfər Əbiyev Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə ilə iqtisadi-siyasi və hərbi əməkdaşlıq sahəsində əldə edilən böyük nəticələrdən söhbət açıb. Görüş zamanı hərbi sənaye sahəsində mövcud əlaqələrin dərinləşdirilməsi ətrafında da geniş fikir mübadiləsi aparılıb. -
07-08-2008, 01:41 PMAPAQadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan şəxs həbs olunub
[b]Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan şəxs həbs olunub[b]
[Bakı-APA. İnsan alveri ilə məşğul olmaqda təqsirləndirilən daha bir şəxs saxlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ülviyyə Xudiyeva adlı şəxs gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. -
07-08-2008, 01:51 PMAPAOrdu generalları Şənər Əruyğur və Xurşid Tolon Vəli Kiçiyin saxlanıldığı həbsxanaya göndəriliblər
[b]Ordu generalları Şənər Əruyğur və Xurşid Tolon Vəli Kiçiyin saxlanıldığı həbsxanaya göndəriliblər[b]
Ankara - APA. Terror təşkilatı qurmaqda ittiham olunaraq barələrində həbs-qətimkan tədbiri seçilən ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, həmçinin Ankara Ticarət Palatasının sədri Sinan Aygün Kocaeli bölgəsinin Kandıra qəsəbəsində yerləşən 1 saylı "F" tipli həbsxanaya göndəriliblər.
[APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hər üç şəxs iyulun 8-nə keçən gecə İstanbuldakı Metris istintaq təcridxanasından Kocaelinə aparılıblar. Eyni cinayət işi üzrə ittiham olunan general Vəli Kiçik də Kandıra "F" tipli cəzaçəkmə müəssisəsində saxlanılır. Qeyd edək ki, Türkiyədə "F" tipli həbsxanalar yeni yaradılıb və çox ciddi mühafizə sistemi, sərt intizam qaydaları ilə fərqlənir. Təkadamlıq və 3 nəfərlik kameralardan ibarət olan bu cür həbsxanalarda əsasən terrorçular və digər ağır cinayət törədən şəxslər saxlanılır. -
07-08-2008, 02:01 PMAPAAzərbaycanla Rusiya arasında enerji əməkdaşlığına dair danışıqlar yaxın günlərdə başlayacaq
[b]Azərbaycanla Rusiya arasında enerji əməkdaşlığına dair danışıqlar yaxın günlərdə başlayacaq[b]
Bakı. Tamara Qriqoryeva-APA. Yaxın günlərdə Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığın şərtlərini müəyyənləşdirmək məqsədilə danışıqlara başlayacaqlar. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov söyləyib.
[Səfir qeyd edib ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakıda müzakirə etdiyi əsas mövzulardan biri bu məsələ ətrafında olub. Prezidentin səfərini şərh edən İstratov tərəflərin bu günə kimi həllini tapmayan məsələlər ətrafında müzakirələr apardığını qeyd edib. Bu səfərlə ölkələr arasında yeni konstruktiv dialoqun əsasının qoyulduğunu bildirən səfir Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlərdə yeni səhifənin açıldığını bildirib. O, iki ölkənin sərhədlərinin delimitasiya məsələsinə də toxunub: "Bu həlli tezliklə başa çatacaq məsələlərdən biridir. Sərhədlərin delimitasiyasına dair razılaşdırılmamış bir-iki məqam qalıb. Problemin həll etmək istəyi hər iki tərəfdə var, amma bəzi məsələlərlə bağlı mövqelər üst-üstə düşmür". Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunan səfir qeyd edib ki, Rusiya bu prosesə maksimum dərəcədə töhfəsini vermək istəyir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maksimum dərəcədə yardım göstərməyə hazırdır və danışıqlar prosesində irəliləyişləri alqışlayır. Biz əldə olunan razılaşmaların həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik". -
07-08-2008, 02:11 PMAPAMətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası iyulun 11-də keçiriləcək
[b]Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası iyulun 11-də keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk toplantısı iyulun 11-də keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə bildirib. Toplantıda təşkilati məsələlərə baxılacaq. Qeyd edək ki, ilk iclasda şura sədrinin müavinlərinin, qurumun komissiya sədrlərinin müəyyənləşəcəyi gözlənilir. -
07-08-2008, 02:21 PMAPATeymur Əmrahın Mehriban İsayevanı dişləməsi ekspertiza nəticəsində təsdiqlənib
[b]Teymur Əmrahın Mehriban İsayevanı dişləməsi ekspertiza nəticəsində təsdiqlənib[b]
[Bakı. Ülkər Qasımova - APA. "Teymur Əmrah məni döydüyünə, dişlədiyinə və təhqir etdiyinə görə ondan şikayət etmişəm. Hazırda Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində təhqiqat aparılır. Ekspertiza nəticəsində Teymur Əmrahın məni dişləməsi təsdiqlənib". APA-nın məlumatına görə, bu sözləri müğənni Mehriban İsayeva bu gün keçirdiyi mətbuat konfransında deyib. O, 1 il müddətində T. Əmrahın təhqirlərinə dözdüyünü bildirib: "Çörəkpulu üçün işləməyə məcburam. Bu səbəbdən onun təhqirlərini birtəhər yola verirdim. Amma səbir kasam dolduğu üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Bunu öyrəndikdə mənə zənglər etdirdi ki, qayıt işinə, nə lazımdırsa edəcəyəm. İndi də bu hərəkəti etdiyini boynuna almır. Bu məsələ elə-belə qalmayacaq və Teymu Əmrah cəzasını çəkəcək. Mən onu heç zaman bağışlamayacağam". M. İsayeva üç ildir "Canaqqala" restoranında çalışdığını, rəhbərlikdən zərrə qədər incimədiyini, sadəcə, Teymur Əmrahın söyüşlərindən bezdiyini söyləyib: "Hazırda işsizəm. Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbəsiyəm və Mələkxanım Əyyubovadan dərs alıram. Tanınmasam da, öz işimin dərin bilicisiyəm". M. İsayeva yalnız haqqını tələb etdiyini və ədalətin yerini tapacağına inandığını vurğulayıb: "Bu hadisəni restoranda çoxları görüb. Sadəcə, heç kim işini itirmək istəmədiyindən danışmaq istəmir. İnanın ki, mən çox pis haldaydım. Özümü itirmişdim, nə edəcəyimi bilmirdim. Mənim 11 yaşında oğlum var. Bu hadisə ona da psixi cəhətdən pis təsir edib. Ancaq keçmiş həyat yoldaşım bu hadisə ilə heç maraqlanmadı". Tədbirdə iştirak edən "Təmiz Dünya" İctimai Birliyinin vəkili Ruslan Vəliyev bildirib ki, Teymur Əmraha qarşı Cinayət Məcəlləsinin 127, 132, 146 və 147-ci maddələri ilə cinayət işi qaldırıla bilər: "Əminik ki, məhkəmə ədalətli qərar verəcək və haqq öz yerini tapacaq. Qərar bizi qane etməsə, o zaman yuxarı instansiyalara müraciət edəcəyik". Qeyd edək ki, M. İsayeva iyunun 29-da "Çanaqqala" restoranında T. Əmrahla mübahisə edib. M. İsayeva T. Əmrahın onun saçını yolduğunu və əlini dişlədiyini deyib. -
07-08-2008, 02:31 PMAPAAlmaniyada pivənin qiyməti bahalaşır
[b]Almaniyada pivənin qiyməti bahalaşır[b]
[Berlin-APA. 2008-ci ilin payızından etibarən Almaniyada pivənin qiyməti bahalaşacaq. APA-nın məlumatına görə, bu ölkədə onlarla pivə markasının, o cümlədən Becks, Diebels, Hasseroder markalarının sahib olan Belçikanın "İnBev" firması payızda məhsullarının qiymətini 10 faiz qaldırmaq fikrindədir. Qiymət artımından sonra Almaniyada bir yeşik pivənin topdansatış qiyməti təqribən 1 avro bahalaşacaq. Almaniya Pivə İstehsalçıları Birliyi qiymət artımını dəstəkləyib və bunu pivə istehsalında istifadə olunan xammalın bahalaşması ilə əsaslandırıb. Qeyd edək ki, Almaniyanın digər pivə istehsalçıları artıq qiymətləri qaldırıblar. -
07-08-2008, 02:41 PMAPARövşən Novruzoğlu bu həftə cəzaçəkmə müəssisəsinə köçürüləcək
[b]Rövşən Novruzoğlu bu həftə cəzaçəkmə müəssisəsinə köçürüləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Bayıldakı 1 saylı İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, orada saxlanılan Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu ilə görüşüb. Onun sözlərinə görə, R. Novruzoğlu özünü təqsirkar saymadığını bildirib. E. Behbudov məhbusun iyulun 10-da cəzaçəkmə müəssisəsinə köçürüləcəyini deyib. Komitə sədri onu da qeyd edib ki, təcridxanada saxlanılan "GEN" MMC tikinti şirkətinin prezidenti Elbrus Əliyevlə görüşmək istəsə də, ona bildiriblər ki, təqsirləndirilən şəxs prokurorluğun göstərişi ilə yenidən Xətai rayon Polis İdarəsinə aparılıb.