[b]Azərbaycanda Türkiyə universitetlərinə tələbə qəbulu elan edilib[b]
Bakı. Rəşad Süleymanov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyi Türkiyə universitetlərinə tələbə qəbulu elan edib.
[Bu barədə APA-ya TQDK-dan məlumat verilib. Ərizələrin qəbulu 30 mart-12 aprel tarixlərində saat 10-dan 17-dək Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, TQDK-nın Naxçıvan regional şöbəsində, Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Sumqayıt Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində aparılacaq. İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi (16 yaşına çatmamış gənclər isə doğum haqqında şəhadətnamənin əslini), orta məktəbi bitirmək haqqında attestatın əslini və yaxud hazırda 11-ci sinifdə təhsil aldıqları haqqında arayış, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil təqdim etməklə vahid ərizə formasını şəxsən doldurmalıdırlar. Hazırda ali məktəbdə təhsil alan tələbələr Türkiyə universitetlərinə ərizə vermək hüququna malik deyil. Bu il Azərbaycan gənclərinə Türkiyənin nüfuzlu 11 universitetində 20 ixtisas üzrə təhsil almaq üçün 37 yer ayrılıb. Bunlar arasında Ankara Universiteti ("Siyasi elmlər və beynəlxalq əlaqələr", "Kompüter mühəndisliyi" ixtisası və s.), Boğaziçi Universiteti ("Siyasi elmlər və beynəlxalq əlaqələr" ixtisası), İstanbul Universiteti ("Maliyyə", "Elektrik-elektronika mühəndisi" ixtisası və s.), Orta Doğu Texniki Universiteti ("Elektrik-elektronika mühəndisi"), Egey Universiteti ("Tibb" ixtisası), İstanbul Texniki Universiteti ("Neft və təbii qaz mühəndisliyi" ixtisası), Mərmərə Universiteti ("Bank işi", "Sığorta işi" ixtisasları), Hacəttəpə Universiteti ("Amerika mədəniyyəti və ədəbiyyatı" ixtisası) və başqaları var.İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər 17-19 aprel tarixlərində ərizə verdikləri sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. İmtahan 2008-ci il aprel ayının 20-də test üsulu ilə keçiriləcək.Abituriyentlər qəbul imtahanını Azərbaycan və rus dillərində verə bilərlər. Türkiyənin ali məktəblərinə daxil olanlar 2008/2009-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər. Müsabiqədən keçən bütün abituriyentlər Türkiyədə bir tədris ili müddətində türk dili üzrə hazırlıq kursu keçəcəklər. Qəbul imtahanı zamanı "ümumi bilik testləri"ndən əlavə türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər isə hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar. Təhsillə bağlı bütün xərcləri Türkiyə dövləti öz üzərinə götürüb.
Azərbaycan Xəbərləri
Printable View

03-13-2008, 04:06 PMAPAAzərbaycanda Türkiyə universitetlərinə tələbə qəbulu elan edilib

03-13-2008, 04:11 PMAPARamiz Rövşən: "Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır"
[b]Ramiz Rövşən: "Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır"[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Hazırda "Aclıq ilinin balıqları" kitabımı çapa hazırlayıram. Rejissor Şamil Nəcəfzadə ilə birgə yazdığımız ssenari əsasında çəkilən "Qala" filminin təqdimatı isə yaxın günlərdə keçiriləcək. "Xəyanət" adlı yeni bir ssenari üzərində işləyirəm. Müasir həyatdan bəhs edən bu ssenaridə xırda xəyanətlərin böyük xəyanətlərə çevrilməsindən danışılır". Bu açıqlamanı APA-ya şair Ramiz Rövşən verib. Müharibə mövzusunun ədəbiyyat üçün həmişə aktual olduğunu bildirən şair Qarabağ müharibəsinin təsiri ilə böyük ədəbi əsərlərin yaranmasının hələ tez olduğunu söyləyib: "Bədii əsərlər müharibənin nəticəsinə uyğun yazılır. Müharibə isə hələ bitməyib. Mən inanıram ki, biz müharibədən qalib çıxacağıq və ədəbiyyatımızda bu ovqatla böyük nümunələr yaranacaq. Dünya ədəbiyyatında müharibə əleyhinə ən gözəl nümunələr bizim poeziyamızdadır. Müharibə insan ölümünün ucuzlaşması, dünyada harmoniyanın pozulmasıdır". Bu mövzuda Azərbaycan poeziyasında həmişə gözəl nümunələr yarandığını deyən Ramiz Rövşən ədəbiyyatda yalnız torpaqların itirilməsindən bəhs edilməsini şairlərin ovqat adamı olması ilə izah edib: "Torpaqları ədəbiyyat yox, Qarabağı hisslərində yaşadan insanlar qaytara bilər. Torpaq ürəkdə itiriləndən sonra, onu qaytarmaq çətin olacaq. "Müsibət vaxtı eyş-işrət" ifadəsi var - indi biz belə bir zamanı yaşayırıq. Problem şairlərdə deyil, bu zamandadır. Qarabağın qayıtması cəmiyyətin havasında olmalıdır, çünki bu gün Azərbaycanda insanların şüurunu, əxlaqını, mənəviyyatını ədəbiyyat və sənət yox, telekanallar formalaşdırır". -
03-13-2008, 04:16 PMAPABöyük Britaniya və İspaniya XİN alimlərinin Azərbaycanın işğal altında olan Azıx mağarasında tədqiqat aparması barədə məlumatlara inanmır
[b]Böyük Britaniya və İspaniya XİN alimlərinin Azərbaycanın işğal altında olan Azıx mağarasında tədqiqat aparması barədə məlumatlara inanmır[b]
Bakı. Laçın Sultanova, Tamara Qriqoryeva - APA. Böyük Britaniyanın Xarici Siyasət Departamenti güman edir ki, britaniyalı alimlərin Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Azıx mağarasında tədqiqat aparmaq üçün separatçı rejimlə uzunmüddətli müqavilə bağlaması barədə məlumatlar əsassızdır.
[Bu barədə APA-ya Böyük Britaniyanın Xarici Siyasət Departamentinin mətbuat xidmətindən bildirib. Bununla belə, Departamentdən bu məsələni izləyəcəklərini də deyiblər. İspaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən də APA-ya bildirilib ki, belə bir müqavilənin imzalandığı barədə onlarda məlumat yoxdur. Mətbuat xidmətindən ölkədə mindən artıq tədqiqat aparan təşkilatın olduğu bildirilib: "Lakin həqiqətən də belə bir müqavilə varsa, onu imzalayan təşkilatın dövlət strukturu olmadığını əminliklə söyləyə bilərik". Azərbaycanın İspaniya və Böyük Britaniyadakı səfirlikləri də yayılmış informasiyanın həqiqətə uyğun olub-olmadığını artıq araşdırmağa başlayıblar. XİN mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, informasiya təsdiqlənərsə, Azərbaycan həmin dövlətlərə mövqeyini bəyan edəcək və bu cür qeyri-qanuni fəaliyyətin dərhal dayandırılmasına nail olacaq.Qeyd edək ki, 1 il əvvəl Ermənistana, oradan isə Dağlıq Qarabağa səfər edən rusiyalı velosipedçi yol boyu və işğal altında olan Azərbaycan torpaqlarında video-çəkilişlər aparıb. Böyük Britaniya və İspaniyadan olan alimlərin Azıx mağarasında tədqiqat aparması üçün 25 il müddətinə müqavilə bağlandığı barədə də həmin video-çəkilişlərdə məlumat verilib. -
03-13-2008, 04:21 PMAPAABŞ-ın Azərbaycandakı səfiri Əli Bayramlıda olub
[b]ABŞ-ın Azərbaycandakı səfiri Əli Bayramlıda olub[b]
Əli Bayramlı. Əlibəy Zeynalov - APA. Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi Əli Bayramlı şəhərində olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, səfir Əli Bayramlı şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla görüş keçirib.
[Görüş zamanı müxtəlif mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Tərəflər qarşıdan gələn prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi məsələsinə də toxunublar. Sonra A. Dersi Regional İnformasiya Mərkəzində olub və Amerika Hüquqşünaslar Assosiasiyasının səyyar hüquqşünaslarının sakinlərə göstərdiyi hüquqi yardım prosedurlarını müşahidə edib. Diplomat bəzi şəhər sakinlərini dinləyərək onların problemləri haqqında məlumat alıb. Səfir Milli Məclisin üzvü Azay Quliyevin deputat otağında da olub və onun fəaliyyəti ilə maraqlanıb. Daha sonra A. Dersi ABŞ səfirliyinin maliyyə dəstəyi ilə yaradılmış şəhər internet mərkəzinə baş çəkib. -
03-13-2008, 04:26 PMAPAAzərbaycan Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib
[b]Azərbaycan Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin əfv olunması xahişi ilə Prezident yanında Əfv Komissiyasına müraciət edib.
[Bu barədə APA-ya eksklüziv açıqlamasında MŞ-nın sədri Əflatun Amaşov bildirib. Şura sədri bu gün əfv komissiyasına məktub yazaraq, Q. Zahidin Azərbaycanda gündəlik nəşr edilən qəzetə rəhbərlik etdiyini, himayəsində dörd azyaşlı uşağın olduğunu və digər amilləri nəzərə alaraq jurnalistin əfv olunması ilə bağlı məsələyə baxılmasını xahiş etdiyini deyib. Ə. Amaşov bu vaxta qədər MŞ-nın "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakit, "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin də əfv olunması xahişi ilə əfv komissiyasına müraciət etdiyini deyib. Şura sədri budəfəki məktubunda da komissiya üzvlərinin hər iki jurnalistin əfv olunması ilə bağlı məsələyə də həssaslıqla yanaşacaqlarına əminliyini ifadə edib. -
03-13-2008, 04:31 PMAPAAzərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib
[b]Azərbaycan prezidenti Gürcüstanın baş nazirini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri Vladimir Qurgenidzeni qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət göstərdiyi vurğulanıb. İkitərəfli münasibətlərin, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. -
03-13-2008, 04:36 PMAPAABŞ Ermənistana sanksiya tətbiq edib
[b]ABŞ Ermənistana sanksiya tətbiq edib[b]
Vaşinqton - APA. ABŞ hökuməti Ermənistana yardım üzrə bir sıra proqramların həyata keçirilməsini dayandırıb. APA-nın məlumatına görə, bunu dövlət katibi Kondoliza Rays Nümayəndələr Palatasının maliyyə ayırmaları üzrə komitəsində keçirilən dinləmələrdəki çıxışında deyib.
[K. Rays bu qərarın Ermənistanda elan olunan fövqəladə vəziyyət rejimi ilə bağlı olduğunu bildirib: "Ermənistandakı fövqəladə vəziyyət bizi bir sıra proqramlarımızın icrasını dayandırmağa vadar etdi. Çünki fövqəladə vəziyyət rejimi şəraitində biz nəzərdə tutulan fəaliyyətləri reallaşdıra bilmərik". ABŞ-ın "Minilliyin çağırışları" proqramı çərçivəsində də Ermənistana yardım göstərdiyini xatırladan K. Rays xəbərdarlıq edib ki, bu proqramın da icrası dayandırıla bilər. O, fövqəladə vəziyyət rejiminin ləğvi üçün erməni tərəfi ilə gərgin işlədiklərini də açıqlayıb.Xatırladaq ki, "Minilliyin çağırışları" çərçivəsində ABŞ dünyanın 25 ölkəsinə əvəzsiz yardım göstərir. Ermənistan üçün nəzərdə tutulan 236,5 milyon dollarlıq yardımın 5,7 milyon dollarlıq hissəsi artıq bu ölkə hökumətinə verilib. Beş illik proqramın icrasına 2006-cı ilin sentyabr ayında başlanıb. -
03-13-2008, 04:41 PMAPAVyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü keçirilib
[b]Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü keçirilib[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie və amerikalı həmsədr Meytu Brayzanın ofisinin nümayəndəsi Mayk Karpenter Vyanada növbəti görüş keçiriblər.
[Bu barədə APA-ya məlumat verən ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie bildirib ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsi, gərginliyin aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair gələcək planlar ətrafında fikir mübadiləsi aparılıb. Fasie qeyd edib ki, həmsədrlərin regiona növbəti səfəri ətrafında müzakirələr getsə də, səfərin dəqiq tarixi müəyyənləşməyib: "Ola bilər ki, səfər apreldə gerçəkləşsin, amma bu, dəqiq deyil. Metyu Brayza bu günlərdə regiona səfər edib, eyni zamanda orada vəziyyət bir qədər mürəkkəbdir". Bernar Fasie əlavə edib ki, o, bu gün ATƏT-in Daimi Şurasının iclasında Ermənistan və qondarma "Dnestryanı Respublikası"nda vəziyyətə dair iclasda iştirak edib və ATƏT sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiyenin bu mövzuda çıxışını dinləyib. -
03-13-2008, 04:46 PMAPAErmənipərəst konqresmenlər Azərbaycana hərbi yardımın azaldılması üçün imzatoplama kampaniyasına başlayıblar
[b]Ermənipərəst konqresmenlər Azərbaycana hərbi yardımın azaldılması üçün imzatoplama kampaniyasına başlayıblar[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun rəhbərləri Frenk Pallone və Co Nollenberq rəsmi Vaşinqtonun Azərbaycana göstərdiyi hərbi yardımın miqdarının azaldılması tələbi ilə imzatoplama kampaniyasına başlayıblar.
[APA-nın məlumatına görə, onlar bu müraciəti Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə göndərərək, 2009-cu il büdcəsində Ermənistana hərbi yardımın ayrılmasına ədalətlə yanaşmağı tələb edəcəklər. Müraciət müəllifləri Azərbaycana hərbi yardımın azaldılmasını, Ermənistana 5 milyon dollar hərbi yardım və 70 milyon dollar iqtisadi yardım, Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikası"na 10 milyon dollar yardım ayrılmasını və bu tanınmamış qurumla diplomatik əlaqələrin yaradılmasını tələb edirlər.Qeyd edək ki, Ağ Evin hazırladığı 2009-cu il üçün dövlət büdcəsində Ermənistana ayrılan maddi yardımın 59 faiz azalmasını nəzərdə tutulub. Eyni zamanda büdcədə Azərbaycanla Ermənistana ayırılan hərbi yardımın eyni səviyyədə saxlanılması qərara alınıb. Xatırladaq ki, bu həftə Amerika Azərbaycanlılarının Şəbəkəsi (USAN) Amerikanın bütün icra və seçilmiş orqanlarına müraciət edərək demokratikləşmə məqsədi ilə müstəqillik dövründən Ermənistana ayrılan 2 milyard dollardan artıq vəsaitin heç bir irəliləyişə xidmət etmədiyini bəyan ediblər. USAN qeyd edib ki, ABŞ-ın bütün yardımlarına baxmayaraq, Köçəryan rejimi, avtoritar mahiyyətini saxlayaraq, saxtalaşdırılmış seçkilərə etiraz edən dinc sakinlərə silah qaldırıb və nəticədə 8 insan dünyasını dəyişib, yüzlərlə vətəndaş isə həbs edilib. Amerikalı konqresmenlərin başladığı imzatoplama kampaniyasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya açıqlamasında həmin şəxslərin birbaşa erməni seçicilərinin və erməni qrupların maraqlarından çıxış etdiklərini deyib: "Əfsuslar olsun ki, həmin konqresmenlərin regional məsələlərlə bağlı mövqeləri mütəmadi olaraq ABŞ-ın milli maraqlarına deyil, öz dar siyasi maraqlarına əsaslanır. Bu, həm də onu göstərir ki, biz öz siyasətimizi düzgün qurmuşuq və ABŞ-la münasibətlərimizi məhz strateji tərəfdaşlıq kimi inkişaf etdiririk". -
03-13-2008, 04:51 PMAPAƏsir əsgərin əmisi: "Yaqub Muxtarovun xidmət etdiyi hərbi hissədə valideynlərinə onun martın 8-də məzuniyyətə buraxıldığını deyiblər"
[b]Əsir əsgərin əmisi: "Yaqub Muxtarovun xidmət etdiyi hərbi hissədə valideynlərinə onun martın 8-də məzuniyyətə buraxıldığını deyiblər"[b]
Şəki. Hafiz Heydərov - APA. Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri, Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Yaqub Allahverdi oğlu Muxtarovun valideynləri hazırda onun xidmət etdiyi N saylı hərbi hissədədirlər.
[Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna əsirin əmisi Allahyar Muxtarov məlumat verib. A. Muxtarov bildirib ki, bu il martın 9-da onların evinə Y. Muxtarovun xidmət etdiyi hərbi hissədən bir zabit gəlib və o, əsgərin valideynlərindən övladlarının yerini soruşub. Valideynləri isə Y. Muxtarovun evə gəlmədiyini bildiriblər. Bundan üç gün sonra isə onlara Y. Muxtarovun ermənilər tərəfindən əsir götürüldüyü barədə məlumat verilib: "Bu gün Yaqubun valideynləri onun xidmət etdiyi hərbi hissəyə gediblər. Hərbi hissədə onlara bildirilib ki, əsgərə martın 8-də məzuniyyət verilib və o, evə buraxılıb. Belə güman olunur ki, Yaqub evə gəlmək üçün hərbi hissəni tərk edəndən sonra bizə məlum olmayan bir şəraitdə ermənilər tərəfindən əsir götürülüb". A. Muxtarov bildirib ki, Şəki Rayon Hərbi Komissarlığından əsgərin valideynlərinə bu barədə heç bir məlumat verilməyib. Qeyd edək ki, Y. Muxtarov 2007-ci ilin oktyabrında Şəki şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. . -
03-13-2008, 04:56 PMAPAEldar Sabiroğlu: "Azərbaycan Ordusunun əsgərinin hansı şəraitdə və necə erməni tərəfə düşməsi hələ təfərrüatı ilə məlum deyil"
[b]Eldar Sabiroğlu: "Azərbaycan Ordusunun əsgərinin hansı şəraitdə və necə erməni tərəfə düşməsi hələ təfərrüatı ilə məlum deyil"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgəri Yaqub Allahverdi oğlu Muxtarovun Ermənistan Silahlı Qüvvələri tərəfindən hansı şəraitdə əsir götürülməsi ilə bağlı araşdırma aparır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Nazirlik sözçüsü deyib ki, ictimaiyyət əsgərin hərəkəti ilə bağlı ortaya çıxacaq konkret səbəb barədə məlumatlandırılacaq: "Həqiqətən də əsgərin hansı şəraitdə və necə erməni tərəfə düşməsi hələ təfərrüatı ilə məlum deyil. Ona görə də bu, aydın bir fikir söyləməyi mürəkkəbləşdirir. Mən "situasiya ilə tam tanış deyiləm" deyəndə də bunu nəzərdə tuturdum. İndi araşdırma gedir, səbəblər müəyyənləşdirilir".E. Sabiroğlu deyib ki, mahiyyəti bilmədən nazirliyin hədəf seçilməsi doğru münasibət deyil: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat nə bizim, nə də kütləvi informasiya vasitələri üçün əsas olmalıdır. Onlar əsgərə təzyiq edərək istədiklərini əldə edə bilərlər. Samir Məmmədovla da eyni qaydada rəftar etdilər. Ona görə də mətbuat vasitələri hadisə barədə məlumat verərkən buna diqqət yetirməlidirlər". Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan Yaqub Allahverdi oğlu Muxtarovun Tovuz rayonu istiqamətində əsir götürülməsi barədə ilk olaraq Ermənistan KİV-ləri bu ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatı təsdiqləyib. -
03-13-2008, 05:06 PMAPAAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Trubadur" operası nümayiş etdiriləcək
[b]Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Trubadur" operası nümayiş etdiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin "Trubadur" operası nümayiş etdiriləcək. Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Tamaşada əsas partiyaları əməkdar artisti Əvəz Abdullayev (Qraf de Luna), əməkdar artist Fidan Hacıyeva (Azuçena) və əməkdar artist Həsən Emani (Manriko) ifa edəcəklər. Əsərdə əsas rollardan biri olan Leonona rolunu ilk dəfə olaraq gənc vokalçı Eleonora Mustafayeva ifa edəcək. Bu Eleonora Mustafayevanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində debütü olacaq. "Trubadur" operasının quruluşçu rejissoru əməkdar artist Hüseyn Əliyev, musiqi rəhbəri və dirijoru isə xalq artisti Cavanşir Cəfərovdur. -
03-13-2008, 05:26 PMAPABeynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ müharibəsində itkin düşənlərlə bağlı Azərbaycan və Ermənistanda siyahıyaalma aparacaq
[b]Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ müharibəsində itkin düşənlərlə bağlı Azərbaycan və Ermənistanda siyahıyaalma aparacaq[b]
Bakı. Ramil Məmmədli - APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ müharibəsində itkin düşən vətəndaşların sümüklərinin qalıqlarının kimə məxsus olmasının müəyyənləşdirilməsi məsələsində əməkdaşlığa dair Azərbaycan və Ermənistan hökumətləri ilə saziş imzalayacaq.
[Bu barədə APA-ya BQXK Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verilib. Onun sözlərinə görə, BQXK müharibədə hər iki tərəfdən itkin düşənlərin müəyyənləşdirilməsi ilə bağlı siyahıyaalmaya başlayacaq. O, artıq bununla əlaqədar tərəflərlə ayrı-ayrılıqda razılaşma əldə edildiyini də qeyd edib: "Azərbaycanda siyahıyaalma Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllərindən ibarət qruplar tərəfindən həyata keçiriləcək. İtkin düşənlərin ailələrində olacaq könüllülər həmin şəxsin kimliyi və tibbi tarixçəsi haqda ətraflı məlumat toplayacaqlar. Hər iki tərəfin humanitar təşkilatları bu məsələ ilə bağlı məlumatları ölkələrinin Dövlət Komissiyasına, onlar isə öz növbələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə təqdim edəcək". O, məlumatların müharibədən sonra tapılacaq sümük qalıqlarının kimə məxsus olduğunu müəyyənləşdirmək üçün vacib olduğunu söyləyib: "Tapılan sümük qalıqları eksqumasiya olunacaq, toplanan məlumatlar uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək mümkün olacaq". -
03-13-2008, 05:31 PMAPAHəsən bəy Zərdabinin vəfatının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
[b]Həsən bəy Zərdabinin vəfatının 100 illiyinə həsr olunmuş tədbir keçirilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Demokratik İslahatlar Partiyasının (DİP) təşkilatçılığı ilə "Əkinçi" qəzetinin naşiri Həsən bəy Zərdabinin vəfatının 100 illiyi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən partiya sədri Asim Mollazadə Həsən bəy Zərdabinin Azərbaycan maarifçiliyində böyük xidmətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda bir çox problemlərin milli ideologiyanın yoxluğu ilə bağlı olması barədə fikirlər səsləndirilir və kənardan ideologiya ixracına cəhdlər edilir. Bunun yanlış olduğunu bildirən A. Mollazadənin sözlərinə görə, əslində, Azərbaycanda milli ideologiya sahəsində heç bir problem yoxdur: "Həsən bəy Zərdabi bütün islam aləmində və türk dünyasında ilk mətbu orqanını təsis etdi. İslam və türk dünyasında ilk opera, caz və simfonik orkestr, qadınların seçib-seçilmək hüququ Azərbaycanda olub. Azərbaycan həmişə sivilizasiyaların dialoqu üçün istiqamət verən bir məkan olub". Fəlsəfə elmlər doktoru Rəhman Bədəlov isə bildirib ki, milli ideologiya millətlərin özünü tanımasından başlayır. XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə Zərdabinin təhsil sahəsindəki fəaliyyəti ilə bağlı danışıb. Tədbirdə iştirak edən digər şəxslər də H. Zərdabinin maarifçilik sahəsindəki fəaliyyəti barədə öz fikirlərini bildiriblər. -
03-13-2008, 05:41 PMAPAAzərbaycan paytaxtında ögey oğlunu satmağa cəhd edən şəxs tutulub
[b]Azərbaycan paytaxtında ögey oğlunu satmağa cəhd edən şəxs tutulub[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı şəhər sakini Andrey Ağayev tutulub.
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. A. Ağayev ögey oğlu, 2003-cü il təvəllüdlü Osyanin Nikolay Oleqoviçi 10000 ABŞ dollarına satarkən həbs edilib. -
03-13-2008, 05:46 PMAPA"Ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti" mövzusunda keçirilən görüş başa çatıb
[b]"Ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti" mövzusunda keçirilən görüş başa çatıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyinin Avropa Şurası ilə əməkdaşlıq proqramı çərçivəsində "Ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti" mövzusunda ekspertlərin Bakıda keçirilən iki günlük görüşü başa çatıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bugünkü görüşdə "Ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərin saxlanma şəraiti", "Uzun müddətə azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayan məhkumlar", "Azadlığa hazırlıq tədbirləri", "Həbsdə saxlanılanların hüquqi vəziyyəti" və başqa mövzularda müzakirələr aparılıb. Müzakirələrdə İsveç Milli Həbsxana Xidmətinin sabiq baş direktoru Per Kolliander, Finlandiyadan olan sabiq həbsxana rəisi Anna-Katrina Qrönholm, Avropa Şurasının Penoloji Əməkdaşlıq Şurasının üzvü, Avstriya Ədliyyə Nazirliyinin Həbsxana Xidmətinin direktoru İren Köyk, Penitensiar Xidmətin tərbiyə işlərinin təşkili idarəsinin rəisi Azər Seyidov, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsinin rəisi İmran Məmmədov, qadın məhkumlar üçün Cəzaçəkmə Müəssisəsinin rəisi Müzəffər Məmmədov, 1 saylı İstintaq Təcridxanasının rəisi Misir Əliyev, 3 saylı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov çıxış ediblər. Qeyd edək ki, görüş Avropa Şurasının Azərbaycan penitensiar sistemində aparılan islahatların genişləndirilməsinə dair 2007-2008-ci illər üçün nəzərdə tutulmuş Fəaliyyət Planına uyğun həyata keçirilən növbəti tədbirdir. -
03-13-2008, 05:51 PMAPAAzərbaycan paytaxtında on iki qəbrin baş daşı dağıdılıb
[b]Azərbaycan paytaxtında on iki qəbrin baş daşı dağıdılıb[b]
Bakı. Samir Kazımlı - APA. Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbiristanlığında on iki qəbrin başdaşı naməlum şəxslər tərəfindən dağıdılıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hələlik hadisənin kimlər tərəfindən törədilməsi müəyyənləşdirilməyib.
[Hadisənin düşmənçilik, yaxud xuliqanlıq zəminində baş verməsinə gəlincə, idarədən bununla əlaqədar hələlik dəqiq məlumat olmadığını bildiriblər: "Dağıdılmış başdaşıları qəbiristanlıqda basdırılmış ayrı-ayrı şəxslərin qəbirlərinin üstündə olub. Bağdaşısı uçurulmuş qəbirlərdə dəfn olunanlar arasında qohumluq əlaqələri olanları da yoxdur. Odur ki, hadisənin bir nəslin nümayəndələrinə qarşı edildiyini söyləmək mümkün deyil". İdarədən başdaşıları uçurulmuş qəbirlərdə dəfn olunanlar arasında tanınmış şəxslərin olmadığı da bildirilib.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. -
03-13-2008, 05:56 PMAPA"Poeziya günü" toplusunun ilk nəşri Novruz bayramı ərəfəsində çap olunacaq
[b]"Poeziya günü" toplusunun ilk nəşri Novruz bayramı ərəfəsində çap olunacaq[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən "Poeziya günü" toplusunun ilk nəşri çapa hazırlanır. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında hazırlanan bu toplunun hər il Novruz Bayramı ərəfəsində nəşri nəzərdə tutulub. Topluda Azərbaycanın bütün bölgələrində yaşayan və müxtəlif yaşda olan şairlərin fərqli üslubda şeirləri yer alıb. Nəşrin baş redaktoru Fikrət Qoca, redaktoru və tərtibçisi Maarif Soltandır. -
03-13-2008, 06:01 PMAPAHəbsdə olan AMİP üzvünün həyat yoldaşı onun əfv olunması xahişi ilə prezidentə müraciət edib
[b]Həbsdə olan AMİP üzvünün həyat yoldaşı onun əfv olunması xahişi ilə prezidentə müraciət edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon təşkilatının həbsdə olan fəalı Musa Rahimin həyat yoldaşı onun əfv edilməsi xahişi ilə ölkə prezidentinə müraciət edib. AMİP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə M. Rahimin səhhətinin və ailə vəziyyətinin ağır olduğu bildirilib və növbəti əfv fərmanına onun da adının salınması xahiş edilib. M. Rahimin vəkili Ənnağı Məmmədli isə məhkumun Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə müraciət edib. Mətbuat xidmətinin məlumatına görə, M. Rahim qaraciyər serrozundan əziyyət çəkir və hazırda onun sağlıq durumu ağırdır.Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) ittiham olunan M. Rahim 5 il müddətinə azadlıqdan məhrum edilib. -
03-13-2008, 06:06 PMAPAAvropa Birliyi Ermənistan hakimiyyətini siyasi motivlə həbs olunan şəxsləri azadlığa buraxmağa və həbsləri dayandırmağa çağırıb
[b]Avropa Birliyi Ermənistan hakimiyyətini siyasi motivlə həbs olunan şəxsləri azadlığa buraxmağa və həbsləri dayandırmağa çağırıb[b]
İrəvan - APA. Avropa Birliyi (AB) Ermənistandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, Avropa Birliyi rəhbərliyi Ermənistanda yaranmış vəziyyətdən, xüsusən davan edən həbslərdən narahat olduğunu bildirərək ölkə hakimiyyətini fövqəladə vəziyyət rejimini ləğv etməyə çağırıb:
["Bir daha hakimiyyəti siyasi fəaliyyətinə görə həbs olunmuş vətəndaşları azadlığa buraxmağa və müxalifət liderlərinin həbsini dayandırmağa çağırırıq. Biz 1 mart hadisələrinin və bu hadisələrə gətirib çıxarmış səbəblərin müstəqil təhqiqatının aparılmasına dair tövsiyəmizin qüvvədə olduğunu təsdiqləyirik". AB hakimiyyəti və müxalifəti gərginliyin azaldılması üçün bütün lazımi addımları atmağa, siyasi partiyaları isə mövcud situasiyanın siyasi yolla həlli üçün dialoqa çağırıb. -
03-13-2008, 06:11 PMAPAABŞ-ın Azərbaycandakı səfiri Ermənistanda baş verən zorakılıq hallarını qəbul olunmaz sayır
[b]ABŞ-ın Azərbaycandakı səfiri Ermənistanda baş verən zorakılıq hallarını qəbul olunmaz sayır[b]
Əli Bayramlı. Əlibəy Zeynalov - APA. "ABŞ hökuməti artıq Ermənistanda baş verənlərlə bağlı mövqeyini açıqlayıb. Bu ölkədə baş verən zorakılıq halları qəbul olunmazdır".
[Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi APA-nın Mil Muğan bürosunun sualının cavabında deyib. İqtidar və hakimiyyətin öz addımlarını bilavasitə sərtliklə həyata keçirdiyini qeyd edən diplomat artıq rəsmi Vaşinqtonun Ermənistanda fövqəladə vəziyyətin götürülməsinə dair çağırışlar etdiyini də xatırladıb: "Orada media azadlığı bərpa olunmalı, müxalifət nümayəndələri azadlığa buraxılmalı, onlara qarşı zorakılıq hallarına son qoyulmalıdır". -
03-13-2008, 06:16 PMAPAAğstafa rayon sakini bir kiloqrama yaxın marixuananı satarkən yaxalanıb
[b]Ağstafa rayon sakini bir kiloqrama yaxın marixuananı satarkən yaxalanıb[b]
[Gəncə. Ayxan Hüseynov-APA. Ağstafa rayon Muğanlı kənd sakini Nəsib Talıb oğlu İsmayılov bir kiloqram narkotik vasitə olan marixuananı satmaq istəyərkən yaxalanıb. Bu barədə APA-nın Qərb bürosuna məlumat verən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsinin rəis müavini Rafael İsmayılov narkotik vasitə satışı faktının təmsil etdiyi idarənin və Samux rayon Polis Şöbəsinin əməkdaşlarının üzə çıxardığını bildirib: "Ağstafa rayon Muğanlı kənd sakini 30 yaşlı Nəsib Talıb oğlu İsmayılov bir kiloqram marixuananı Samux rayonunun Sərkar kəndində 1000 ABŞ dollarına satmaq istəyərkən Samux rayon Polis İdarəsi əməkdaşları ilə birgə keçirdiyimiz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Əməliyyat zamanı məlum olub ki, marixuana yabanı halda deyil, xüsusi qulluq şəklində becərilib". Saxlanılan şəxs marixuananın xüsusi qulluqla yetişdirmə faktını təkzib edərək onu Kür çayı sahilindən yığdığını bildirib. O, törətdiyi əməli etiraf etsə də, narkotik maddəni borcunu ödəmək məqsədilə satmaq istədiyini deyib. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər məhkum olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /APA/ -
03-13-2008, 07:41 PMAPAAzərbaycanlı rejissorun filmi İtaliyada keçiriləcək "Asolo Art" beynəlxalq film festivalında nümayiş olunacaq
[b]Azərbaycanlı rejissorun filmi İtaliyada keçiriləcək "Asolo Art" beynəlxalq film festivalında nümayiş olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu ilin yayında İtaliyada keçiriləcək "Asolo Art" beynəlxalq film festivalında Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, rejissor Miri Rzayevin quruluş verdiyi "Portret" sənədli filmi nümayiş olunmaq üçün festival rəhbərliyinə təqdim edilib. Azərbaycan İtaliyada keçiriləcək dini filmlər festivalında da təmsil olunacaq. Bu festivalda isə Ziya Şıxlinskinin "Dua" sənədli filmi nümayiş etdiriləcək. -
03-13-2008, 07:46 PMAPAVardan Oskanyan Ermənistan hakimiyyətinin "ya sabitlik, ya demokratiya" dilemması qarşısında qaldığını bildirib
[b]Vardan Oskanyan Ermənistan hakimiyyətinin "ya sabitlik, ya demokratiya" dilemması qarşısında qaldığını bildirib[b]
İrəvan - APA. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan ABŞ-ın "Minilliyin çağırışları" proqramı çərçivəsində Ermənistana maliyyə yardımı ayrılmasını dayandırması təhlükəsinin real olduğunu bəyan edib.
[APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, V. Oskanyan bildirib ki, Ermənistanla "Minilliyin çağırışları" proqramını həyata keçirən korporasiya arasındakı müqavilə iqtisadi və demokratik meyarlar nəzərə alınmaqla konkret şərtlərlə imzalanıb: "Biz dərk edirik ki, ölkədə yaranmış vəziyyətə görə bu proqram dondurula bilər". Nazirin fikrincə, proqramın dondurulması Ermənistanda yaranmış durumun ABŞ-da necə qiymətləndirilməsindən və ölkənin mövcud çətinlikləri necə aşmasından asılı olacaq. O, hakimiyyətin və prezidentin dilemma qarşısında qaldığını, ölkədə yaranmış vəziyyətdən çıxış yolunun bu dilemmanın həllindən asılı olduğunu söyləyib. "Prezident vacib dilemma qarşısındadır: ya sabitlik və xalqın təhlükəsizliyi, ya da demokratik dəyərlər. Amma bu dilemmanın birmənalı olmayan, balanslaşdırılmış həllini tapmaq lazımdır. Mövcud vəziyyət nə qədər davam edəcəksə, Ermənistan üçün o qədər pis olacaq". -
03-13-2008, 07:51 PMAPAƏli Həsənov: "Biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik"
[b]Əli Həsənov: "Biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik"[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il üzrə hesabatına münasibətini açıqlayıb.
[Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il üzrə hesabatına münasibət bildirib. APA-nın məlumatına görə, Əli Həsənov bildirib ki, Azərbaycan dövləti insan hüquqlarının müdafiəsi ideallarına sadiqliyini dəfələrlə bəyan edib, bu sadiqliyi hər zaman işdə sübut edib və etməkdə də davam edir: "Son illərdə Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və insan kapitalının hərtərəfli inkişaf etdirilməsi sahəsində əhəmiyyətli işlər görülüb. Yeni uzunmüddətli proqramların qəbul edilməsi bu istiqamətdə görülən işləri gücləndirmək məqsədi daşıyır. Bununla yanaşı, hökumət 20 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının kütləvi şəkildə pozulmasını və bunun insan hüquqlarının ümumi vəziyyətinə mənfi təsirini xüsusilə qeyd etməyi zəruri hesab edir. Azərbaycan hökuməti Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bu ərazilərdə öz vətəndaşlarının, o cümlədən erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin edə bilmədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ermənistanda baş verən son qanlı hadisələrə, deputatların və müxalifət liderlərinin kütləvi həbsinə, dinc toplantı iştirakçılarına qarşı zorakı hərəkətlərin, hətta odlu silahın tətbiqinə, 8 nəfərin öldürülməsinin rəsmən elan olunmasına, 100-dən çox insanın xəsarət almasına, fövqəladə vəziyyətin elan olunmasına, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına, senzuranın tətbiqinə, siyasi fəaliyyətin ümumiyyətlə dondurulmasına və digər anti-demokratik tədbirlərə, habelə Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulmasına reaksiyanın kifayət qədər kəskin olmamasını nəzərə alaraq, biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik". Ə. Həsənov bildirib ki, Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il hesabatında konstruktiv tənqidlə yanaşı, ölkəmizdə demokratiyanın inkişafı, insan hüquqlarının, o cümlədən söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində bütün nailiyyətlərin əks etdirilmədiyini, obyektivliyi şübhə doğuran mənbələrdən daxil olan məlumatlardan istifadə olunduğunu və bir sıra faktların təhrif edildiyini, dövlət rəsmilərinin bəzi çıxışlarının düzgün şərh edilmədiyini və qeyri-dəqiq əks etdirildiyini, hesabatda əksini tapmış fikir və iradların çoxunun o sahə ilə bağlı məlumatsızlıqdan və məsələlərin kökünün dərindən araşdırılmamasından irəli gəldiyini qeyd edir və hesabatın ümumi qiymətləndirilməsi ilə razılaşmanın mümkün olmadığını bildirir: "Azərbaycan onun yurisdiksiyası altında olan bütün şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini bir daha təsdiq edir. Eyni zamanda insan hüquqlarının universal dəyər olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti onların heç bir istisna olmadan istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş bütün dünya ölkələri tərəfindən təmin edilməsi zərurətini xatırlatmaq istəyir". -
03-13-2008, 07:56 PMAPAHeyki Talvitie Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə və müxalifətlə dialoqa çağırıb
[b]Heyki Talvitie Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə və müxalifətlə dialoqa çağırıb[b]
[Vyana - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitie Ermənistan hakimiyyətini paytaxtda elan olunmuş fövqəladə vəziyyəti ləğv etməyə və müxalifətlə siyasi dialoqa çağırıb. APA-nın "Armenia Today" saytına istinadən yaydığı məlumata görə, H. Talvitie ATƏT-in Daimi Şurasının iclasındakı çıxışında bildirib ki, mövcud böhranın həlli Ermənistan hökumətinin marağına uyğundur: "Yeni seçilmiş prezidentin inauqurasiyasının vaxtı yaxınlaşır. Belə vəziyyətdə hökumət fövqəladə vəziyyətdən xilas olmalı və müxalifətlə real siyasi dialoqa başlamalıdır". -
03-13-2008, 08:01 PMAPAAzərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb
[b]Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2008-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağirılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə göstərilib ki, 1990-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1989-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2008-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar. Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2008-ci ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar. -
03-13-2008, 08:06 PMAPAAzərbaycan prezidenti yazıçı Anarı 70 illik yubileyi münasibətilə təbrik edib
[b]Azərbaycan prezidenti yazıçı Anarı 70 illik yubileyi münasibətilə təbrik edib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı 70 illik yubileyi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrik məktubunda yazıçının Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki xidmətləri xatırladılıb, onun ictimai xadim kimi fəaliyyətindən bəhs edilib. Təbrik məktubunda Anarın yaradıcılığının ən yetkin dövrünü yaşayan söz ustası kimi bundan sonra da ədəbiyyatımızın zənginləşməsi naminə töhfələrini əsirgəməyəcəyinə əminlik vurğulanıb. -
03-13-2008, 08:11 PMAPAAzərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclasları başa çatıb, yekun siyahı Prezident Aparatına göndərilib
[b]Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclasları başa çatıb, yekun siyahı Prezident Aparatına göndərilib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Əfv Komissiyası iclaslarını yekunlaşdırıb. Komissiyadan APA-ya daxil olan məlumata görə, bu gün keçirilmiş sonuncu iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılması başa çatdırılıb.
[Komissiya üzvləri iclasların keçirildiyi on gün ərzində təxminən minədək müraciəti araşdırıblar. Artıq yekun siyahı hazırlanaraq Prezident Aparatına təqdim edilib. Qeyd edək ki, növbəti əfv fərmanının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilir. -
03-13-2008, 08:16 PMAPAErmənilərin Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi yanğın nəticəsində 6 hektara yaxın meşə örtüyü məhv olub
[b]Ermənilərin Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi yanğın nəticəsində 6 hektara yaxın meşə örtüyü məhv olub[b]
Bakı. İlhamə İsabalayeva-APA. Tovuz rayonunun cəbhə xəttinə yaxın ərazisində ermənilərin törətdiyi yanğın nəticəsində 6 hektara yaxın meşə örtüyü ərazisinə ziyan dəyib.
[APA-nın məlumatına görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, belə yanğınlar zamanı əsas hallarda açıq ərazilər və işğal altında olan ərazilərin yaxınlığındakı yaşayış məntəqələrində ağaclıqlar və kolluqlar məhv olur. Sonuncu belə hal zamanı isə yanğın normal meşə ərazisinə keçib. Hava küləkli olduğu, eyni zamanda həmin ərazi atəş altında olduğu üçün odu söndürmək mümkün olmayıb. Ancaq buna baxmayaraq, imkan daxilində yanğının qarşısının almaq üçün tədbirlər görülüb. Nazir qeyd edib ki, hazırda yanğın nəticəsində ətraf mühitə dəyən ziyanın məbləği dəqiqləşdirilir. -
03-13-2008, 08:56 PMAPARusiya Dövlət Dumasında keçirilən dinləmələrin iştirakçıları hökuməti tanınmamış respublikalarda nümayəndəlik açmağa çağırıblar
[b]Rusiya Dövlət Dumasında keçirilən dinləmələrin iştirakçıları hökuməti tanınmamış respublikalarda nümayəndəlik açmağa çağırıblar[b]
Moskva - APA. Bu gün Rusiya Dövlət Dumasının MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitəsində Dnestryanı, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınması barədə separatçıların müraciəti ilə bağlı dinləmələr keçirilib.
[APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dinləmələrin iştirakçıları hökumətə adları çəkilən tanınmamış respublikaların ərazisində Rusiya nümayəndəliklərinin açılmasını, federasiya subyektlərinin həmin respublikalarla sosial-iqtisadi və mədəni əməkdaşlıq qurmasını tövsiyə ediblər. Bundan başqa, iştirakçılar tanınmamış respublikalarda istehsal olunan məhsulların rüsum ödənmədən Rusiyaya ixracına dair təkliflər hazırlanmasını, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşlarının qanuni haqlarının qorunmasını, onların iqtisadi-ticarət, sosial və humanitar sahələrdə dəstəklənməsini də istəyiblər. Dinləmələrdə əsas fikirlərdən biri də bu olub ki, Rusiya tanınmamış respublikalara qarşı kənardan istənilən siyasi, iqtisadi və hərbi təzyiq cəhdlərinin qarşısını almalı, onların təmsilçilərinin bu respublikalarla bağlı məsələnin müzakirə olunduğu bütün beynəlxalq təşkilatlar və forumlarda iştirakını təmin etməli, mövcud sülhməramlı əməliyyatların formatını qorumalıdır. Dövlət Dumasının MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Aleksey Ostrovski bildirib ki, dinləmələrin yekunları əsasında bəyanat hazırlanacaq və martın 19-da Dövlət Dumasının iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, dinləmələrdə Dnestryanı ərazinin, Abxaziyanın və Cənubi Osetiyanın nümayəndələri çıxış ediblər. -
03-13-2008, 09:01 PMAPAAğ Ev Ermənistan hakimiyyətini pisləyib
[b]Ağ Ev Ermənistan hakimiyyətini pisləyib[b]
Vaşinqton - APA. "Ermənistan hökuməti qanunun aliliyini təmin etməli, fövqəladə vəziyyəti aradan qaldırmalı və KİV azadlığını bərpa etməlidir.
[Biz yaranmış vəziyyətin tezliklə yoluna qoyulması üçün hakimiyyəti və müxalifəti siyasi dialoqa çağırırıq". APA-nın məlumatına görə, bunu Ağ Evin nümayəndəsi Toni Franton "Azadlıq" radiosuna müsahibəsində deyib. O, martın 1-2-də Ermənistan paytaxtında baş vermiş və insan ölümləri ilə nəticələnmiş zorakılıqları, eləcə də hadisələrdən sonra hakimiyyətin mətbuatın fəaliyyətini məhdudlaşdırması və mitinqlərə qadağa qoymasını pisləyib. -
03-13-2008, 09:31 PMAPA"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirilib
[b]"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirilib[b]
Bakı. Samir Kazımlı-APA. Bu gün saat 20.00 radələrində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirilib. Bu barədə APA-ya "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib.
[Onun sözlərinə görə, A. Xəlilə xəsarət yetirən şəxslər onun tanıdığı adamlar olub. Müxbir bildirib ki, həmin adamlar bir müddət onu izləyiblər, bu gün isə işdən çıxıb evə gedərkən yenidən qarşına çıxıblar. Müxbir qaçmaq istəyərkən onun ürək nahiyəsinə bıçaqla zərbə endiriblər. Baş direktor bildirib ki, artıq Yasamal rayon 26-cı polis bölməsinə müraciət ediblər. Hazırda A. Xəlil xəstəxanadadır.Qeyd edək ki, "Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı bir müddət öncə insident baş vermişdi. -
03-13-2008, 10:56 PMAPAPolis Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqını törədənlərdən ikisini saxlayıb
[b]Polis Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqını törədənlərdən ikisini saxlayıb[b]
[Ağcabədi. Teymur Quliyev-APA. Bu il martın 11-də Ağcabədi rayonunun Aşağı Avşar kəndi yaxınlığındakı "Baba" yeməkxanasına basqın edənlərdən ikisi saxlanılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, polis artıq hadisəni törədənlərdən olan Avşar kənd sakini Umudvar Hüseynov və Aşağı Avşar kənd sakini Elxan Əsgərovu saxlyıb. Onlardan həmçinin basqında istifadə olunmuş 5,45 mm kalibirli avtomat silah da götürülüb. Hadisədə təqsirli bilinən digər şəxslərin tapılması üçün axtarış-əməliyyat tədbirləri davam edir. Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumata bildirilib ki, Ağcabədi rayonunun Aşağı Avşar kənd sakinləri Ənvər Həsənov, Elxan Əsgərov, Avşar kənd sakinləri Xalid Məmmədov, Umudvar Hüseynov və onun qardaşı Etibar Hüseynov sərxoş halda ictimai qaydanı pozublar. Buna görə yeməkxananın sahibləri Şahmurad və Edilxan Əzizov qardaşları həmin şəxsləri yeməkxanadan çıxarıblar. Hadisədən qəzəblənən Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov və E. Hüseynov saat 20.00 radələrində yeməkxanaya gedərək, kafeni avtomat silahdan atəşə tutublar. Nəticədə yeməkxanada olan Ağdam rayon sakini Ehtiram Hüseynov ayağından güllə yarası alıb. Əzizov qardaşlarını yeməkxanada tapmayan basqınçılar onların atası Şahmurad Əzizovun evinə gedərək, oranı da avtomat silahdan atəşə tutublar. Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov, E. Hüseynov faktla əlaqədar hadisə yerinə gedən əməliyyat qrupuna tabe olmayıblar, polis əməkdaşlarına xəsarət yetirərək "VAZ-2106" və "VAZ-21011" markalı avtomaşınlarda hadisə yerindən qaçıblar. Faktla bağlı cinayət işi başlanıb. -
03-14-2008, 11:36 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 13-də saat 14.00-dan 14.20-dək və saat 23.40-dan 00.00-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd, Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 15.10-dan 15.30-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 15.20-dən 15.40-dək və saat 23.50-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, martın 14-də saat 04.55-dan 05.05-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-14-2008, 11:41 AMAPAABŞ Konqresində İranda yaşayan azərbaycanlıların vəziyyətinə dair dinləmələr keçirilib
[b]ABŞ Konqresində İranda yaşayan azərbaycanlıların vəziyyətinə dair dinləmələr keçirilib[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Konqresində ilk dəfə İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə dair dinləmələr keçirilib.
[APA-nın ABŞ bürosunun məlumatına görə, İranda yaşayan azərbaycanlıların, kürdlərin, bəhailərin, ərəblərin, bəlucların və digər xalqların nümayəndələrinin rəyini eşitmək üçün Konqresin iki üzvü - Mark Steven Kirk (İllinoys ştatı, İran üzrə İşçi Qrupun həmsədri) və Şeyla Cekson Lee (Texas ştatı) dinləmələrə qatılıb. Əlavə olaraq 20-dək millət vəkilinin nümayəndələri də tədbirdə iştirak edib. Azərbaycanlıların vəziyyəti barədə danışan Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının rəhbəri, xanım Faxtə Zamani bildirib ki, azərbaycanlılar ölkənin ən böyük xalqı olsa da, molla rejimi onların elementar hüquqlarını pozur, öz dillərində təhsil almasına, danışmasına imkan vermir. O öz hüquqlarını tələb edən azərbaycanlı fəalların təqiblərə məruz qaldığını, onlardan 20-nin isə qondarma ittihamlarla həbs olunaraq həbsxanaya atıldığını deyib. Hüquq müdafiəçisi yerli əhalinin öz dilinə, tarixinə həssas yanaşdığını, bir müddət əvvəl yerli qəzetdə azərbaycanlıların tarakan kimi göstərməsinə etiraz olaraq genişmiqyaslı etiraz nümayişləri keçirildiyini xatırladıb. Dinləmələrdə İranda yaşayan digər xalqların nümayəndələri də çıxış ediblər. Qeyd edək ki, İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə həsr olunmuş dinləmələrdə çoxlu sayda soydaşımız da iştirak edib. Bir müddət əvvəl yaradılan Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAzeris Network) həmtəsisçisi Adil Bağırov APA-nın ABŞ bürosuna bildirib ki, dinləmələrdən əvvəl şəbəkə vasitəsi ilə bir gün ərzində 77 konqresmen, 22 senator, 83 yerli mətbuat orqanına tədbir barədə məlumat verilib. -
03-14-2008, 12:01 PMAPAErmənistan tərəfindən əsir götürülən Azərbaycan əsgəri Yaqub Muxtarov valideynlərinə məktub yazıb
[b]Ermənistan tərəfindən əsir götürülən Azərbaycan əsgəri Yaqub Muxtarov valideynlərinə məktub yazıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun bir neçə gün əvvəl Ermənistan tərəfindən əsir götürülən əsgəri Yaqub Allahverdi oğlu Muxtarovla görüşüblər.
[BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu barədə onlara qurumun Ermənistandakı nümayəndəliyindən dünən məlumat daxil olub. Mətbuat xidmətindən onu da deyiblər ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Y. Muxtarovun ailəsi görüş barədə məlumatlandırılıb. Y. Muxtarov ailə üzvlərinə məktub da yazıb. Baş çəkmə zamanı əsirin saxlanma şəraiti, psixoloji durumu öyrənilib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan Yaqub Allahverdi oğlu Muxtarov Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən əsir götürülüb. -
03-14-2008, 12:26 PMAPA"British Councill"un Bakı ofisinə təyin olunan yeni direktorun təqdimat mərasimi keçirilib
[b]"British Councill"un Bakı ofisinə təyin olunan yeni direktorun təqdimat mərasimi keçirilib[b]
[Bakı. Laçın Sultanova-APA. "British Councill"un Bakı ofisinin yeni direktorunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, bu vəzifəyə yeni təyin olunmuş xanım Nikol de Laluvyer hazırda "British Councill"un Çində inkişaf və təhsil proqramlar üzrə direktorudur. Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn Braun missiyasını bitirən "British Council"un direktoru Endi Villiamsa 3 il yarım ərzində Azərbaycanda gördüyü işlərə görə minnətdarlığını bildirib, onun "Sülhpərvərlər proqramı" və Londonda 2012-ci ildə keçiriləcək Olimpiada ilə bağlı apardığı işləri çox müvəffəqiyyətli adlandırıb. Nikol de Laluvyeri yeni təyinatı ilə təbrik edən səfir ona uğurlar arzulayıb. Polşaya yeni təyinat almış Endi Villiams isə çıxışında Azərbaycandakı işindən zövq aldığını deyib. "British Councill"u təhsil, mədəniyyət, elm, incəsənət, yaradıcılıqla bağlı Böyük Britaniya və Azərbaycan arasında körpü adlandıran Endi Vilyams 5-10 ilə Azərbaycanda çox böyük dəyişikliklərin olacağını proqnozlaşdırıb və bu prosesi müşahidə etməkdən zövq aldığını deyib. Qurumun yeni direktoru Nikol de Laluvyer bundan əvvəl çalışdığı Çində böyük dəyişikliklərin olduğunu deyib: "Yeni təyinat alanda fikirləşdim ki, sakit məkana gedib, bir az istirahət edəcəyəm. Amma Bakıya gələn kimi gördüm ki, burada böyük dəyişikliklər həyata keçirilir. Bu, əslində çox yaxşı fürsətdir, çünki belə bir mühitdə fikir mübadiləsi, görüşlər apara bilirik və bu dəyişikliklərə öz tövhəmizi vermiş oluruq". O, yeni vəzifəsinin icrasına rəsmən may ayının ortalarından başlayacağını söyləyib. Tədbirin sonunda Azərbaycan-Britaniya Məzunları Assosiasiyası adından Endi Villiamsa hədiyyə təqdim olunub. -
03-14-2008, 12:36 PMAPASadiq Gözəlov: "Müxbirin bıçaqlanması faktı ilə bağlı cinayət işinin araşdırılmasını Azərbaycanın daxili işlər naziri və baş prokuror nəzarə
[b]Sadiq Gözəlov: "Müxbirin bıçaqlanması faktı ilə bağlı cinayət işinin araşdırılmasını Azərbaycanın daxili işlər naziri və baş prokuror nəzarətə götürüb"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması faktı ilə bağlı artıq Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
[Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, cinayət işinin araşdırılmasını daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov şəxsən nəzarətə götürüblər. Hadisənin ciddiliyi nəzərə alınaraq baş prokurorun göstərişi ilə cinayət işinin istintaqı rayon, yaxud ərazi polis idarəsində deyil, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində aparılır. S. Gözəlov hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini də vurğulayıb. -
03-14-2008, 12:41 PMAPADövlət Dumasının komitə sədrinin müavini: "Qarabağ məsələsini Dnestryanı, Abxaziya və Cənubi Osetiya məsələləri ilə eyni səviyyəyə qoymaq olmaz"
[b]Dövlət Dumasının komitə sədrinin müavini: "Qarabağ məsələsini Dnestryanı, Abxaziya və Cənubi Osetiya məsələləri ilə eyni səviyyəyə qoymaq olmaz"[b]
Moskva - APA. Rusiya Dövlət Dumasında tanınmamış respublikalarla bağlı keçirilən dinləmələrdə Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunmayıb.
[APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, bunu dinləmələrin keçirildiyi MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitənin sədr müavini Tatyana Moskalkova ("Spravedlivaya Rossiya" fraksiyası) deyib. O bildirib ki, Qarabağ xüsusi bir məsələdir və onu Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazi ilə eyni səviyyəyə qoymaq olmaz. Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazinin tanınmasının mümkünlüyünə toxunan T. Moskalkova bu məsələnin tədricən həlli üçün bütün imkanların yarandığını və tarixi əsasların da olduğunu söyləyib: "Abxaziya və Cənubi Osetiya əhalisinin əksəriyyətinin Rusiya vətəndaşlığı var və bu respublikalar Rusiya ilə həmsərhəddir". MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitənin üzvü, kommunist Vladimir Nikitin isə Dağlıq Qarabağ ermənilərinin dinləmələrə dəvət olunmamasını regiondakı vəziyyətlə əlaqələndirib: "Çox güman ki, bu məsələyə Ermənistanla Azərbaycan arasında yaranmış gərginlik təsir edib. Yəqin münaqişənin alovlanmasından ehtiyatlanıblar".