[b]İranın xarici işlər naziri Azərbaycana gəlir[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Mottaki Azərbaycana bir günlük işgüzar səfərə gəlir.
[Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. O bildirib ki, günün ikinci yarısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarını qəbul edəcək. Qeyd edək ki, M. Mottaki Bakıya Moskvadan gəlir. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və regiondakı son vəziyyəti müzakirə edib.
Azərbaycan Xəbərləri
Printable View

09-13-2008, 02:00 PMAPAİranın xarici işlər naziri Azərbaycana gəlir

09-13-2008, 02:20 PMAPAAŞ PA-nın 24 üzvü Rusiya nümayəndə heyətinin mandatına yenidən baxılmasını tələb edir
[b]AŞ PA-nın 24 üzvü Rusiya nümayəndə heyətinin mandatına yenidən baxılmasını tələb edir[b]
[Strasburq - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 24 üzvü Rusiya nümayəndə heyətinin mandatına yenidən baxılmasını tələb edib. APA-nın məlumatına görə, assambleyanın sentyabrın 29-dan oktyabrın 3-ə qədər keçiriləcək növbəti plenar sessiyasına müraciət edən AŞ PA üzvləri Cənubi Qafqazda baş verənlərdən narahat olduqlarını bildiriblər: "Avropa Şurasının Nizamnaməsinin Preambulasında əks olunan əsas prinsiplərin ciddi şəkildə pozulduğunu əsas gətirərək, biz, aşağıda imza edənlər, Avropa Şurasının iki üzvi arasında Cənubi Qafqazda baş verən münaqişədən dərin narahatlıq duyduğumuzu bildirir və Rusiya nümayəndə heyətinin qurumda təsdiqlənmiş mandatına yenidən baxılmasını xahiş edirik".Müraciət sessiyanın ilk günündə müvafiq komitəyə təqdim olunacaq. -
09-13-2008, 02:50 PMAPAİmişlidə avtomobillə teplovozun toqquşması nəticəsində bir nəfər ölüb
[b]İmişlidə avtomobillə teplovozun toqquşması nəticəsində bir nəfər ölüb[b]
[İmişli - APA. Dünən saat 21.00 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisində avtomobillə teplovoz toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qorunmayan keçiddə, Laçın rayon sakini Cümşüd Axundov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını TEM-2-7392 â„–-li teplovoza vurub. Nəticədə avtomaşının sərnişini Beyləqan rayon sakini Məcid Əhmədov hadisə yerində ölüb. RPŞ tərəfindən araşdırmalar aparılır. -
09-13-2008, 03:00 PMAPAFahişəliyə cəlb etmə maddə isə axtarışda olan qadın həbs olunub
[b]Fahişəliyə cəlb etmə maddə isə axtarışda olan qadın həbs olunub[b]
[Gəncə - APA. Fahişəliyə cəlb etmə maddə isə axtarışda olan qadın həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, həbs olunan şəxs Lalə Ələkbərovadır. Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olan L. Ələkbərova Gəncə Şəhər Polis İdarəsi Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. -
09-13-2008, 03:10 PMAPAKürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin iki üzvü həlak olub
[b]Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin iki üzvü həlak olub[b]
[Kürdəmir. Şahnəzər Bəşirov - APA. Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu səhər Bakı-Qazax yolunun 193-cü kilometrliyində, Kürdəmir rayonu ərazisində baş verib. Yevlax rayon sakini, 1948-ci il təvəllüdlü Mirzə İbrahim oğlu Səmədov idarə etdiyi "Mercedes-600" markalı, B 879EP 30 Rusiya dövlət nömrə nişanlı maşını aşırıb. Qəza nəticəsində maşında olan sərnişinlər, Gəncə şəhər sakinləri, 1949-cu il təvəllüdlü Ələkbər Namazov və onun bacısı oğlu, 1995-ci il təvəllüdlü Xalid Əliyev hadisə yerindəcə keçiniblər. Maşının sürücüsü və digər sərnişin, 1963-cü il təvəllüdlü Məleykə Əliyeva ağır bədən xəsarəti ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin dediyinə görə, onların vəziyyəti ağırdır. Faktla bağlı Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır. -
09-13-2008, 03:30 PMAPANaxçıvanda 16 yaşlı yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Naxçıvanda 16 yaşlı yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Naxçıvanda saat 12.17 radələrində 16 yaşlı yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb. APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Babək rayon Kərimbəyli kənd sakini, 1991-ci il təvəllüdlü Rzayev Elmar Ramiz oğlu Naxçıvan MR Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, elektrik cərəyanı E. Rzayevi elektrik avadanlığından istifadə edərkən vurub. -
09-13-2008, 04:20 PMAPAAzərbaycan prezident seçkilərinə 7 namizədlə gedir
[b]Azərbaycan prezident seçkilərinə 7 namizədlə gedir[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. APA-nın məlumatına görə, MSK katibi Natiq Məmmədov prezidentliyə namizədliyini irəli sürən şəxslərin qeydə alınması ilə bağlı işçi qrupun məlumatlarını açıqlayıb.
[Bundan sonra MSK Qulamhüseyn Əlibəyli, Fuad Əliyev və Əli İsa Ağaevlinin namizədliklərinin rəsmi qeydə alınması məsələsinə baxıb. MSK katibi Natiq Məmmədov Q. Əlibəyli üçün 41850 imza toplandığını, imzalardan 40476-nın etibarlı, qalanının isə etibarsız sayıldığını açıqlayıb. Q. Əlibəylinin MSK-ya təqdim etdiyi digər sənədlərin də qaydasında olduğu nəzərə alınaraq, onun namizədliyinin qeydə alınması barədə qərar qəbul olunub.MSK Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyevin də namizədliyinin qeydə alınmasına qərar verib. N. Məmmədov F. Əliyev üçün toplanan 43 848 imzadan 40428-nin etibarlı sayıldığını qeyd edib. Əli İsa Ağaevlinin namizədliyinin qeydə alınması ilə bağlı məsələnin müzakirəsi zamanı N. Məmmədov bildirib ki, həmin şəxs MSK-ya 44493 imza təqdim edib. İmzaların yoxlanması zamanı 7000 imza etibarsız çıxdığından, digər imzalar hətta hamısı etibarlı olacağı təqdirdə belə, lazım olan sayda (40 min) imza düzəlmədiyindən qalan imzaların yoxlanmasına ehtiyac duyulmayıb. Bundan başqa, Əli İsa Ağaevli əmlakı barədə məlumatları da düzgün göstərməyib. MSK bunları əsas gətirərək, onun namizədliyinin qeydə alınmasından imtina edib. Sonra komissiya Müasir Müsavat Partiyası tərəfindən MSK-ya təyin edilən məşvərətçi səs hüquqlu üzvünü təsdiq edib. Bununla yanaşı, MSK prezident seçkilərində ödənişsiz əsaslarla ayrılan efir vaxtının bölgüsünün həyata keçirilməsi məqsədilə Püşkatma Komissiyasının yaradılmasını təsdiqləyib. Komissiyaya Azər Tağıyev, Almaz Qəhrəmanlı, Azər Sarıyev və Fuad Cavadov seçilib. Püşkatma Komissiyasının toplantısı sentyabrın 15-də keçiriləcək. Qeyd edək ki, bununla prezidentliyə namizədlərin qeydə alınması prosesi başa çatıb. MSK ümumilikdə 7 nəfərin namizədliyini qeydə alıb. Bunlar hazırkı dövlət başçısı İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, ALDP sədri Fuad Əliyev və namizədliyini müstəqil irəli sürmüş Qulamhüseyn Əlibəylidir. Prezidentliyinə namizədlərin təbliğat-təşviqat kampaniyasına sentyabrın 17-də start veriləcək. -
09-13-2008, 07:50 PMAPA"Dağlıq Qarabağın Azərbaycanlı İcması"nın rəhbəri Nizami Bəhmənov vəfat edib
[b]"Dağlıq Qarabağın Azərbaycanlı İcması"nın rəhbəri Nizami Bəhmənov vəfat edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov vəfat edib. APA-nın xəbərinə görə, bu gün iş yerində iclas keçirən N. Bəhmənovun səhhəti qəflətən pisləşib.
[İş yerindəkilər təcili tibbi yardım çağırsalar da, həkimlər icra başçısının həyatını xilas etməyə yetişə bilməyiblər. N. Bəhmənov 1948-ci ildə anadan olub. İxtisasca inşaatçı olan N. Bəhmənov əvvəlcə tikinti sahəsində çalışıb. 1992-ci ildən Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri olub. N. Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. -
09-13-2008, 08:00 PMAPAPrezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
[b]Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev İranın xarici işlər naziri Mənuçehr Mottəkini qəbul edib. APA-nın xəbərinə görə, M. Mottəki İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb.
[Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb.Dövlət başçısı İran prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib və özünün də salamlarını ona çatdırmağı xahiş edib. -
09-14-2008, 11:30 AMAPARusiyada təyyarə qəzaya uğrayıb, 9 azərbaycanlı ölüb
[b]Rusiyada təyyarə qəzaya uğrayıb, 9 azərbaycanlı ölüb[b]
Rusiya-APA. Rusiyanın Ural bölgəsinin Perm şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb. APA-nın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə 83 sərnişinin və 5 ekipaj üzvünün olduğunu, təyyarədəkilərin hamısının qəza nəticəsində öldüyünü açıqlayıb.
[Ölənlər arasında 9 azərbaycanlı da var. Təfərrüatı ilə az sonra… -
09-14-2008, 12:00 PMAPARusiyada təyyarə qəzasında ölən azərbaycanlıların siyahısı
[b]Rusiyada təyyarə qəzasında ölən azərbaycanlıların siyahısı[b]
Rusiya-APA. Rusiyanın Ural bölgəsinin Perm şəhəri yaxınlığında "Baeing-737" tipli təyyarə qəzaya uğrayıb. APA-nın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədə 83 sərnişinin və 5 ekipaj üzvünün olduğunu, təyyarədəkilərin hamısının qəza nəticəsində öldüyünü açıqlayıb.
[Təyyarədə 8 uşaq olub. Təyyarə Moskvanın Şeremetyeva aereportundan yerli vaxtla saat 01.12-də havaya qalxıb, təxminən 1800 metr yüksəklikdə olarkən isə təyyarə ilə əlaqə kəsilib.Qəzanın baş vermə səbəbi hələlik bilinmir. Bəlli olan odur ki, təyyarə yanmağa başlayandan sonra partlayıb. Yərranın qəzaya uğradığı ərazi Transsibir dəmir yolu bölgəsi olduğundan, ərazidən keçən dəmir yolu xəttinə də zərər dəyib. Rusiya Fövqəladə Hallar Nazirliyi ilk açıqlamasında təyyarədə heç bir əcnəbinin olmadığını söyləsə də, nazirliyin Perm bölgə müdirliyinin açıqladığı siyahıda 9 azərbaycanlının adına rast gəlinir.Siyahıda adı keçən azərbaycanlılar aşağıdakılardır: 1. Abdullayev Rafiq-1960-cı il 2. Əzizov Məmmədəli- 14.03.19583. Bədirov Ənvər-26.12.19514. Cəlalov Akif- 18.09.1949.5. Mirzəyeva Nuridə- 10.01.19866. Osmanov Tağı-09.06.19947. Səfiyev İsmayıl-13.02.19768. Şabanov Aqil-02.01.1967Qeyd edək ki, siyahıda Medvedyeva Gözəl (04.10.1973) vəTaymetov Bəbir (25.07.82) adlı iki nəfər göstərilib. Onların ad və soyad etibarilə müəyyən dərəcədə azərbaycanlıya bənzəsələr də, bunu dəqiq qətiləşdirmək mümkün deyil. Siyahıda Kocak Ləvənt Nuri (30.10.1954) adlı bir türkün də adı var. -
09-14-2008, 04:00 PMAPADövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının hərbi andı qəbul etməsi münasibətilə mərasim keçirilib
[b]Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının hərbi andı qəbul etməsi münasibətilə mərasim keçirilib[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) sahil mühafizəsində Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının hərbi andı qəbul etməsi münasibətilə təntənəli mərasim keçirilib.
[APA-nın xəbərinə görə, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, polkovnik Araz Məmmədov kursantları təbrik etdikdən sonra, onların qarşısındakı vəzifələrdən danışıb. DSX rəisinin birinci müavini, general-mayor Firudin Nəbiyev isə ordu quruculuğu prosesindən, kursantlareın qarşısında duran vəzifələrdən və DSX-nın uğurlarından danışıb. Tədbirdə iştirak edən valideynlər də kursantlara uğurlar arzulayıblar. Daha sonra kursantlar marşla tribunanın önündən keçiblər. -
09-14-2008, 04:10 PMAPASərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb
[b]Sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 51 nəfər ölüb[b]
[Sıçuan-APA. Çinin Sıçuan vilayətində sərnişin avtobusu dərəyə aşıb. APA-nın "China Daily" agentliyinə istinadən verdiyi məlumata görə, Baçjun şəhərindən Ninmo şəhərinə gedən avtobus yüksək dağlıq ərazidən keçərkən aşırımdam dərəyə yuvarlanıb. 100 metr dərinliyində dərəyə düşən avtobusda olan 51 sərnişinin hamısı həlak olub. Şahidlər partlayış eşitdiklərini və qatı tüstü müşahidə etdiklərini bildiriblər. Hadisənin digər təfərrüatları barədə məlumat yoxdur. -
09-14-2008, 04:30 PMAPAPermdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı Troşev də var
[b]Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı Troşev də var[b]
[Perm-APA. Moskvadan Permə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimali Qafqaz Hərbi Dairəsinin keçmiş komandanı, Rusiya qəhrəmanı, general-polkovnik Gennadi Troşev də olub. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, G. Troşev Rusiya Federasiyası Sambo Federasiyasının vitse-prezidenti Vladimir Poqodinlə birlikdə Vasili Şvainin xatirəsinə Permdə keçirilən sambo turnirində iştirak etmək üçün bu şəhərə gəlirmiş. Bundan başqa, qəzaya uğramış təyyarənin göyərtəsində Çuvaşıstan Sambo Federasiyasının prezidenti, respublika Dövlət Şurasının deputatı Aleksandr Trofimov da olub. Qeyd edək ki, G. Troşev 1947-ci il martın 14-də Almaniyanın Berlin şəhərində anadan olub. Kazan Ali Tank Komandirləri Məktəbini, Zirehli Tank Qoşunları Hərbi Akademiyasını, Baş Qərargahın Hərbi Akademiyasını bitirib. Tank Qoşunlarında müxtəlif vəzifələrdə çalışıb. G. Troşev Müdafiə Nazirliyinin Çeçenistandakı birləşmiş qoşunlarının komandanı (1995-1996), 1997-ci ilin iyulundan Şimali Qafqaz Hərbi Dairəsi komandanın müavini olub, 1999-cu ilin avqustundan Dağıstandakı Federal Qüvvələrə, bir müddət sonra isə sonra Şimali Qafqazdakı birləşmiş Federal Qüvvələrə rəhbərlik edib. O, Çeçenistan müharibəsindən bəhs edən iki kitabın müəllifidir. İki qızı var.Qeyd edək ki, sentyabrın 13-dən 14-ə keçən gecə Moskvadan Permə uçan təyyarənin Perm yaxınlığında qəzaya uğraması nəticəsində 81 sərnişin və 6 ekipaj üzvü həlak olub. Həlak olan sərnişinlərin 8-i azərbaycanlıdır. -
09-14-2008, 11:20 PMAPAAzərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
[b]Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə zəng edib. APA-nın məlumatına görə, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb.
[Dövlət başçısı Rusiya prezidentini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, prezidentlik fəaliyyətində uğurlar arzulayıb. D. Medvedev təbrikə və göstərilən diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.Eyni zamanda, prezident İlham Əliyev çoxsaylı insan tələfatı ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib. Prezident Dmitri Medvedev başsağlığına görə dövlətimizin başçısına minnətdarlıq edib. Telefon söhbəti zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər də müzakirə olunub. -
09-14-2008, 11:40 PMAPASergey Lavrov Abxaziyaya gəlib
[b]Sergey Lavrov Abxaziyaya gəlib[b]
Bakı-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Abxaziyaya gəlib. APA-nın xəbərinə görə, onu burada Abxaziya "prezidenti" Sergey Baqapş qarşılayıb.
[S. Lavrov səfərinin məqsədinin bir müddət əvvəl Rusiya tərəfindən müstəqilliyi tanınan Abxaziyanın mərkəzi Suximidə səfirliklərinin açılması ilə bağlı müzakirələr aparmaq olduğunu bildirib. Rusiya mətbuatı Lavrovun Abxaziyadan sonra Cənubi Osetiyaya da səfər edəcəyi barədə məlumat yayıb. Qeyd edək ki, S. Lavrov son 15 ildə Abxaziyaya səfər edən ilk yüksək vəzifəli rus məmurudur. Onun təyyarəsi də son 15 ildə yalnız hərbi təyyarələrin endiyi Suxumi aeroportuna enən ilk təyyarə kimi tarixə düşüb. -
09-15-2008, 09:50 AMAPAAzərbaycanda yeni dərs ili başlayıb - FOTOSESSİYA
[b]Azərbaycanda yeni dərs ili başlayıb - FOTOSESSİYA[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycanda yeni dərs ili başlayıb, ölkə ərazisindəki bütün məktəblərdə sentyabrın 15-də ilk zəng çalınıb.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2008-2009-cu tədris ilində Azərbaycanın ümumtəhsil orta məktəblərində 1 milyon 700 mindən çox şagird təhsil alacaq. I sinfə gedənlərin sayı isə 122 546 nəfərdir. Onların 58 117 nəfəri qız, 64 429 nəfəri oğlandır. Şagirdlərin 28 500-ü Bakıda I sinfə gedəcək. 2008-2009-cu tədris ilinə Azərbaycanın orta məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanıb. Yeni dərs ili üçün Azərbaycanda yeni inşa edilmiş və təmirdən çıxmış 300-ə yaxın məktəb istifadəyə verilib. Hazırda ölkədə 5500-dən çox orta, 50 ali, 60 peşə məktəbi fəaliyyət göstərir. Bu il ali məktəblərdə təhsil alacaq tələbələrin sayı isə 130 min nəfərə yaxın olacaq. Yeni dərc ilində ilk dəfə tələbə adı qazanan 26571 gənc ali məktəbə qədəm qoyacaq. Hazırda ölkədə 50 ali məktəb fəaliyyət göstərir ki, onun da 15-i özəldir. -
09-15-2008, 10:10 AMAPAErmənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 14-də saat 20.10-dan 20.30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 15.55-dən 16.30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.45-dək isə Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərinə avtomat və pulemyotlardan atəş açıb.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
09-15-2008, 11:40 AMAPARusiya hərbi kəşfiyyatı: Gürcüstan Cənubi Osetiyada keçirilən hərbi əməliyyatlarda 3000 nəfərə yaxın itki verib
[b]Rusiya hərbi kəşfiyyatı: Gürcüstan Cənubi Osetiyada keçirilən hərbi əməliyyatlarda 3000 nəfərə yaxın itki verib[b]
Moskva-APA. Gürcüstan ordusu və digər silahlı birləşmələri ötən ay Cənubi Osetiyada həyata keçirilən əməliyyatlar zamanı 3000 nəfərə yaxın canlı itki verib.
[APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, bu rəqəmi Rusiya hərbi kəşfiyyat orqanlarındakı mənbə açıqlayıb. Mənbə bildirib ki, Gürcüstanın çoxlu sayda itki verməsi barədə məlumatlara bu ölkəni sürətlə silahlandıran müttəfiqləri də malikdir: "Gürcüstan hakimiyyəti itkilərin miqyasını gizlətməyə çalışır və cəmin 70-ə yaxın hərbçinin öldüyünü bildirir. Əslində isə bu rəqəm yüz dəfələrlə azaldılıb". -
09-15-2008, 11:50 AMAPA"Aeroflot" Permdə qəzaya uğrayan təyyarənin məxsus olduğu şirkətlə əməkdaşlığı dayandırıb
[b]"Aeroflot" Permdə qəzaya uğrayan təyyarənin məxsus olduğu şirkətlə əməkdaşlığı dayandırıb[b]
[Moskva-APA. "Aeroflot" şirkəti dünən qəzaya uğrayan təyyarənin məxsus olduğu "Aeroflot-Nord" şirkəti ilə əməkdaşlığı dayandırıb. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, "Aeroflot-Nord" şirkəti sentyabrın 15-dən başlayaraq "Aeroflot" brendindən istifadə edə bilməyəcək və uçuşları öz bayrağı altında həyata keçirəcək. "Aeroflot"un baş direktoru Valeri Okulov bildirib ki, dünən baş verən təyyarə qəzası şirkətin nüfuzuna ciddi ziyan vurub: "Biz öz brendimizi başqa şirkətin istifadəsinə verməyin əvəzini çox ağır ödəmişik". Qeyd edək ki, dünən Moskva-Perm reysini həyata keçirən təyyarə "Aeroflot"a deyil, onun törəmə şirkəti "Aeroflot-Nord"a məxsusdur. Bu şirkətin səhmlərinin 51 faizə "Aeroflot"a, 49 faizi isə "Aviainvest" şirkəti sahibdir. Valeri Okulov baş verən qəza ilə bağlı özəl təhqiqat apardıqlarını və bəzi versiyalara sahib olduğunu deyil. O bildirib ki, qəzaya görə məsuliyyət "Aeroflot" təyyarələrini icarəyə götürərək uçuşlar həyata keçirən "Aeroflot-Nord" şirkətinin üzərinə düşür. -
09-15-2008, 12:00 PMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 17,60 -
09-15-2008, 12:10 PMAPAElçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub
[b]Elçin Behbudov 1 saylı İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1 saylı Bayıl İstintaq Təcridxanasında və 7 saylı Cəzaçəkmə Müəssisəsində olub. E. Behbudov APA-ya bildirib ki, ona olan müraciətlər əsasında 1 saylı İstintaq Təcridxanasında "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüb. N. Məmmədovun sağlamlığında problemlərin olduğunu deyən hüquq müdafiəçisi onun ayaqlarının şişdiyini, yüksək təzyiqdən və zob xəstəliyindən əziyyət çəkdiyini bildirib. E. Behbudov təcridxanada saxlanılan iki şəxslə - Xəqani Qədir oğlu Vəlişovla və Emil Şamil oğlu İnciyevlə də görüşdüyünü deyib. Komitə sədri 7 saylı Cəzaçəkmə Müəssisəsində Səid Dadaşbəylinin dəstəsinin üzvləri, Samir Qocayev və Ceyhun Əliyevlə görüşdüyünü bildirib. Sentyabrın 8-dən aclıq aksiyasına başlayan məhbus Elşən Paşayevlə də görüşdüyünü bildirən hüquq müdafiəçisi deyib ki, o, aksiyanı hələ də davam etdirir. Onun sözlərinə görə, E. Paşayev 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsini tələb edir. Komitə sədri onu da deyib ki, müəssisədə saxlanılan 6 il azadlıqdan məhrum edilən Arzuman Əliyev ciddi qanun pozuntusu törətdiyi üçün Qobustan həbsxanasına köçürüləcək. -
09-15-2008, 12:20 PMAPAMahsun Qırmızıgül: "Anam lənkəranlıdır, buna görə də Lənkəranı çox sevirəm" - FOTOSESSİYA
[b]Mahsun Qırmızıgül: "Anam lənkəranlıdır, buna görə də Lənkəranı çox sevirəm" - FOTOSESSİYA[b]
Bakı. Ülkər Qasımova-APA. "Azərbaycan vətəndaşlığını böyük məmnuniyyətlə qəbul edərəm". APA-nın məlumatına görə, bu sözləri Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Mahsun Qırmızıgül deyib.
Konsert proqramı saat 20.00-a nəzərdə tutulsa da, saat yarım gec başlayıb. Buna görə tamaşaçılardan üzr istəməyən Mahsun Qırmızıgül səhnəyə saqqallı çıxdığına görə pərəstişkarlarından rica diləyib: "Məni bu şəkildə görməyinizi heç zaman istəməzdim. Ancaq səhnəyə bu şəkildə çıxmağa məcburam. Sentyabrın 22-dən etibarən yeni filmdə baş rolu canlandıracağam. Məhz bu filmdəki roluma görə də saqqal saxlamalıyam". Mahsun Qırmızıgülün ssenari müəllifliyi və rejissorluğu ilə hazırlanacaq film "Günəşi gördüm" adlanır. Sənətçi filmin çəkilişlərinin iki ay Qarsda aparılacağını bildirib. Üzrxahlıqdan sonra müğənni repertuarında yer alan "Sevdiyim", "Bəlalım", "Dinlə", "Sarı, sarı", "Annem, annem", "Yazıqlar olsun", "Ən gözəl yerimdəsin", "Azar, azar" və digər mahnıları ifa edib. Türkiyəli müğənni konsertdə "Ayrılıq", "Axtarma məni" kimi Azərbaycan mahnılarını da səsləndirib. Vaxtaşırı olaraq ölkəmizə gələn M. Qırmızıgül artıq Azərbaycan dilini də mükəmməl öyrənib. O, səhnədə azyaşlı bir uşaqla dialoqu zamanı əslən Lənkərandan olduğunu bildirib: "Mən türkiyəli deyiləm, mən lənkəranlıyam. O zamanlar sən olmazdın, ona görə də bunları xatırlamırsan. Mənim anam Lənkərandandır və mən Lənkəranı çox sevirəm. Məhz Azərbaycanı sevdiyimdən də "Aşka sürgün" serialında rol adım olaraq Hazarı seçmişdim. Bu da hər birinizə məlumdur". Mahsun Qırmızıgül həm Azərbaycan, həm də Türkiyəni öz vətəni hesab etdiyini deyib: "Səmimiyyətimə inanın ki, mən Azərbaycanda canla-başla yaşayaram. Bəlkə də nə zamansa bu qərarı verdim". Konsert boyu tamaşaçılar Mahsun Qırmızıgülə çoxlu sayda çiçək və hədiyyələr bağışlayıblar. Bu gün səhər Vətəninə yola düşən Mahsun Qırmızıgül iki gündən sonra Qarsa gedərək yeni filmin çəkilişlərinə hazırlıq işlərinə start verəcək. Xatırladaq ki, M. Qırmızıgülün konserti Kamal Cenk İçtenin və Yaşıl Teatrın birgə təşkil etdiyi "Payız festivalı -2008" layihəsi çərçivəsində həyata keçirilib. Konsertə informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var. -
09-15-2008, 12:30 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
09-15-2008, 12:40 PMAPAÖtən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% yüksəlib
[b]Ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% yüksəlib[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 12-də Amerika bazarlarında Dow Jones indeksi 0,1% - 11421,99 bəndədək enib, Nasdaq 0,14% - 2261,27 bəndədək, S&P 500 isə 0,21% - 1251,7 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, müflisləşən ABŞ-ın «Lehman Brothers» bankının səhmləri 14,9%, «Merril Lynch»in - 12,3%, «American International Group» sığorta şirkətinin - 30,8% ucuzlaşıb. Ümumiyyətlə, ötən həftə Dow Jones indeksi 1,9%, Nasdaq 0,2%, S&P 500 isə 0,8% artıb. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,85% - 5416,7 bəndədək, Almaniya DAX-ı 0,91% - 6234,89 bəndədək, Fransa CAC-40-ı isə 1,97% - 4332,66 bəndədək yüksəlib. «Anglo American Plc.» hasilat şirkətinin qiymətli kağızları 8,4%, «Rio Tinto»nun 8%, «BHP Billiton»un 7,4% bahalaşıb. Britaniya «Barclays» bankının səhmləri 3,6%, İsveçrənin «Credit Suisse Group»un 3,2%, Fransanın «Societe Generale»in 1,8% artıb.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4313 dollar təşkil edib. -
09-15-2008, 12:50 PMAPABakıda Nobel mükafatı laureatı Lev Landaunun abidəsi qoyulacaq
[b]Bakıda Nobel mükafatı laureatı Lev Landaunun abidəsi qoyulacaq[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Nobel mükafatına layiq görülən yeganə bakılı, akademik Lev Davidoviç Landaunun Azərbaycanda abidəsi qoyulacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun elmi katibliyindən məlumat verilib. Bakının Lev Landau küçəsinin başlanğıcında ucaldılacaq abidənin hündürlüyü 2 metr 10 santimetr olacaq. Təhsil Nazirliyi və AMEA-nın Fizika İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 9-da Bakıda Lev Landaunun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfrans iştirakçılarının abidənin və akademikin vaxtı ilə yaşadığı evin qarşısından asılacaq xatirə lövhəsinin açılışında iştirakı nəzərdə tutulub. Xatırladaq ki, dünyanın ən məşhur adamlarından biri sayılan Lev Landau 1908-ci ilin 22 yanvarında Bakı şəhərində anadan olub. Lev Landau 14 yaşında Bakı Dövlət Universitetinə qəbul olunub. Universitetin birinci kursunu bitirəndən sonra L. Landau Peterburqa köçüb. -
09-15-2008, 01:00 PMAPA"Best model of Azerbaijan" model yarışmasının seçim turunda 500-ə yaxın model iştirak edəcək
[b]"Best model of Azerbaijan" model yarışmasının seçim turunda 500-ə yaxın model iştirak edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 17-si və 18-də "Best model of Azerbaijan-2008" model yarışmasının seçim turları keçiriləcək. Müğənni Ruhinin rəhbərliyi ilə keçiriləcək builki müsabiqəyə 500-ə yaxın model sənəd verib. Layihənin koordinatoru "Fashion City"dən APA-ya bildirilib ki, iki gün davam etməsi nəzərdə tutulan seçimin turu "Excelsior" hotelində baş tutacaq. 500-ə yaxın modeldən isə finala 30 model vəsiqə qazanacaq. Modellərin sayının çoxluğundan seçim turunun günü artırıla da bilər. Qeyd edək ki, "Best model of Azerbaijan" model yarışmasına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var. -
09-15-2008, 01:10 PMAPALənkəranda oğurluq edən qadın tutulub
[b]Lənkəranda oğurluq edən qadın tutulub[b]
[Lənkəran. Ağəddin Babayev -APA. Lənkəran sakininin evindən pul oğurlayan şəxs tutulub. Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirov APA-nın Cənub bürosuna bildirib ki, şəhər sakini İlahə Ağayeva evindən 203 manat pulun oğurlanması barədə Polis Şöbəsinə ərizə ilə müraciət edib. Əməliyyat-axtarış qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, oğurluğu Lənkəran şəhər sakini, 1973-cü il təvəllüdlü İradə Ağayeva törədib. Şübhəli şəxs qismində saxlanılan İradə Ağayeva istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır. -
09-15-2008, 01:30 PMAPAPermdə baş verən təyyarə qəzasında Azərbaycandan olan bir ailənin 4 üzvü həlak olub
[b]Permdə baş verən təyyarə qəzasında Azərbaycandan olan bir ailənin 4 üzvü həlak olub[b]
Bakı. Laçın Sultanova-APA. Rusiyanın Perm şəhəri yaxınlığında qəzaya uğramış "Boeing-737" təyyarəsində əslən Azərbaycanın Quba rayonundan olan Naxumovlar ailəsinin 4 üzvü həlak olub.
[Ümumrusiya Azərbaycan Konqresinin Perm vilayəti üzrə regional təşkilatının sədri Camal Məmmədovun APA-ya verdiyi məlumata görə, həlak olanlar 1972-ci il təvəllüdlü İfraim Naxumov, 1984-cü il təvəllüdlü Qolda Naxumova, 2001 və 2003-cü il təvəllüdlü İlya və Yeva Naxumovlardır. Naxumovların hazırda hansı ölkənin vətəndaşları olduqlarını bilməyən C. Məmmədovun sözlərinə görə, ailənin başçısı İfraim Naxumov Permdə çalışırmış. Xatırladaq ki, sentyabrın 13-dən 14-nə keçən gecə baş vermiş təyyarə qəzasında 7-si Azərbaycan vətəndaşı olmaqla, 8 azərbaycanlı həlak olub. Azərbaycan vətəndaşı olmayan soydaşımız, 1994-cü il təvəllüdlü Tağı Osmanov yay tətilindən ailəsinin yaşadığı Permə qayıdırmış. C. Məmmədovun sözlərinə görə həlak olan azərbaycanlılar arasında Permdə yaşayan və oraya qonaq gələnlər də olub. O, komissiya üzvlərinə istinadən bildirib ki, meyitlər tanınmaz vəziyyətdə olduğundan onların şəxsiyyəti DNK təhlilindən sonra müəyyənləşəcək: "Bu isə uzun sürən prosesdir. Belə analizlər Rusiyada yalnız Rostov şəhərindəki laboratoriyada aparılır". O, həlak olanların cənazələrinin Azərbaycana bir müddət sonra göndəriləcəyini deyib.Qeyd edək ki, Moskva-Perm reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində hava gəmisində olan 82 sərnişin və 6 ekipaj üzvü həlak olub. -
09-15-2008, 01:40 PMAPAAzərbaycan Ermənistanın işğal etdiyi Sərsəng su anbarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatdır
[b]Azərbaycan Ermənistanın işğal etdiyi Sərsəng su anbarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatdır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan hökumətinin Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələyə bu günədək heç bir reaksiya verilməyib. Bunu «APA-ECONOMICS»ə açıqlamasında «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.Ə.Əhmədzadənin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında işğal nəticəsində baxımsız qalmış Sərsəng su anbarının vəziyyətinə dair narahatçılığını çatdırıb: «Biz anbarın baxımsızlıqdan qəza vəziyyətinə düşməsindən narahatıq. Ermənilər yaz-yay mövsümlərində aran ərazilərdə suya ehtiyac yarandıqda anbardan verilən suyun qarşısını kəsirlər. Anbarda normadan artıq suyun toplanması nəticəsində isə bəndlərdə qəza baş verə bilər». -
09-15-2008, 01:50 PMAPA"Azəri Star" müsabiqəsinin iştirakçısına hökm oxunub
[b]"Azəri Star" müsabiqəsinin iştirakçısına hökm oxunub[b]
[Bakı. Hafiz Heydərov-APA. İnsan alverində təqsirli bilinərək həbs edilən "Azəri Star" mahnı müsabiqəsinin iştirakçısı Rüstəm Əlişanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Azəri Star" mahnı müsabiqəsinin iştirakçılarından olan Rüstəm Əlişanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı R. Əlişanovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən R. Əlişanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olan qızları Türkiyəyə apararaq orada cinsi istismara məcbur etməkdə ittiham olunub. O, Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirli bilinib. -
09-15-2008, 02:00 PMAPABeynəlxalq Atom Enerjisi Agentliyinin hesabat konfransı keçiriləcək
[b]Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabat konfransı keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Sentyabrın sonunda Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Konfransda Azərbaycanın hökumət nümayəndələri ilə yanaşı, AMEA-nın prezidenti Mahmud Kərimov da iştirak edəcək. Qurumun üzvü olan dövlətlərin məsul nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda beynəlxalq agentliyin görülən işlər və nəzərdə tutulan layihələrlə bağlı hesabatı dinləniləcək. Toplantıda gələn ildən etibarən Azərbaycanda inşa ediləcək sterilizasiya qurğusu və nüvə tədqiqat reaktoru layihələrinin icrasına başlanmasının qərara alınacağı da gözlənilir. -
09-15-2008, 02:10 PMAPAAzərbaycan futbolçuları "Santyaqo Bernabeu"da
[b]Azərbaycan futbolçuları "Santyaqo Bernabeu"da[b]
Milli komandamız "Real"a qarşı
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) İspaniyanın paytaxtı Madridə yollanıb. "APA-SPORT"un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, səfərin əsas məqsədi Madrid "Real"ı ilə yoldaşlıq görüşü keçirməkdir.Artıq Madridə yetişən Bernard Lippertin yetirmələri dünən fürsətdən istifadə edərək, "Santyaqo Bernabeu" stadionuna baş çəkiblər. U-17-nin üzvləri İspaniya Primerosunun 2-ci turu çərçivəsində keçirilən "Real" - "Numansiya" (4:3) görüşünü canlı izləyiblər. Yeniyetmə futbolçularımız "Real"lı həmyaşıdlarını sentyabrın 17-də sınağa çəkəcəklər. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq qarşılaşma yığmamız üçün Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Bernard Lippertin komandası sentyabrın 18-də İspaniyadan seçmə oyunların təşkil olunacağı Polşaya yola düşəcək. -
09-15-2008, 02:20 PMAPAAzərbaycan paytaxtının ilkin mənzil bazarında orta qiymət avqustda 0,8% artıb
[b]Azərbaycan paytaxtının ilkin mənzil bazarında orta qiymət avqustda 0,8% artıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin avqust ayında Bakı şəhəri üzrə ilkin satış üçün təklif olunmuş mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 0,8% artaraq 1177,6 dollar/1 kv. metrdən 1187 dollar/1 kv. metrə çatıb. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 3,6 bənd artaraq 450,3 bənd səviyyəsində qərarlaşıb. Bu barədə «APA-ECONOMICS»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi iyul ayındakı 119,7 kv. m-dən 119,9 kv. m-ə (0,2%) qədər artıb. Orta blok və mərtəbə göstəricisi əvvəlki ay olduğu kimi - 2,3 blok və 15,1 mərtəbə olub. Avqust ayında rayonlar üzrə qiymət artımı aşağıdakı şəkildə olub: Sabunçu - 12,9%, Nizami - 3,5%, Yasamal - 4,3%, Xətai - 0,6%, Nərimanov - 2,4 %, Nəsimi - 0,7%. Digər rayonlar üzrə qiymətlərdə sabitlik müşahidə edilib.Yeni tikililərdə 3 otaqlı mənzillər üstünlük təşkil edib. Beş otaqlı mənzillər əsasən şəhərin I zonası, 1 otaqlı mənzillər isə daha çox III zonasının payına düşüb. Avqust ayında 1 otaqlı mənzillərin orta sahəsi 60,0 (keçən ay - 58,6) kv. m, iki otaqlılarınkı 92,8 kv. m, 3 otaqlılarınkı 135,5 (keçən ay 133,4) kv. m, 4 otaqlılarınkı 183,2 (keçən ay 180,8) kv. m, 5 otaqlılarınkı isə 234,4 (keçən ay 257,9) kv. m təşkil edib. Avqust ayında 1, 3 və 4 otaqlı mənzillərin orta sahəsinin iyul ayına nisbətən bir qədər artdığı müəyyən edilib, 5 otaqlı mənzillərdə orta sahə ölçüsü azalıb, 2 otaqlı mənzillər üzrə hər hansı dəyişiklik baş verməyib. Avqust ayının sonuna Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikililərin sayı iyul ayına nisbətən bir qədər azalaraq 550 ədəd təşkil edib. Ay ərzində 16 binanın inşa prosesi tamamlanıb. Yeni tikilən binaların inşasını 207 tikinti təşkilatı həyata keçirir. Avqust ayında ən çox yeni tikili Yasamal rayonu ərazisində aparılıb. Nəsimi rayonu 2-ci, Xətai rayonu isə 3-cü pillədəki yerini qorumaqdadır. Bu üç rayonda yeni tikililərin ümumi tikinti portfelindəki payı 66,7% təşkil edir. -
09-15-2008, 02:30 PMAPABakı şəhərində borclu abonentlərin işıqlarının kəsilməsinə başlanılıb
[b]Bakı şəhərində borclu abonentlərin işıqlarının kəsilməsinə başlanılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. «Bakıelektrikşəbəkə» ASC bu gün saat 12:00-dan etibarən borclu abonentlərin elektrik enerjisi ilə təchizatını dayandırmağa başlayıb. Bu barədə «APA-ECONOMICS»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.«Bakıelektrikşəbəkə»dən verilən məlumata görə, borcların ödənilməsi üçün abonentlərə sentyabrın 12-dən xəbərdarlıq olunub. Borcunu ödəməyən abonentlərin enerji təchizatının dayandırılması tədbirləri paytaxtın bütün rayonlarında aparılır.Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 650 minə yaxın abonenti var. -
09-15-2008, 02:50 PMAPAAzərbaycan İsveçrədə keçiriləcək beynəlxalq ekoloji qurultayda iştirak edəcək
[b]Azərbaycan İsveçrədə keçiriləcək beynəlxalq ekoloji qurultayda iştirak edəcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Ekol Mühəndislik Xidmətləri» QSC bu ilin dekabr ayının 20-də Cenevrədə (İsveçrə) «5 qitənin keyfiyyət və kəmiyyətə görə mükafatlandırılması» mövzusunda keçiriləcək beynəlxalq qurultayda iştirak edəcək. Bu barədə «APA-ECONOMICS»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-dən məlumat verilib.Şirkət tədbirin təşkilatçısı, Fransanın «Association Other Ways Management and Consulting - France» şirkətindən iştirakla bağlı dəvət alıb.Kampaniyanın məqsədi dünyada fəaliyyət göstərən müəssisələrin idarəetmə, rabitə və inkişaf sisteminə inteqrasiyasına aid məlumatların verilməsindən ibarətdir. Tədbirdə mükafatlandırılmış şirkətlər çoxsahəli forumda məşhur olmaq imkanı qazanacaq. Qurultayda iştirakçılara təcrübə mübadiləsi aparmaq, peşəkar kommersiya əlaqələri yaratmaq, son yeniliklər, yeni texnologiyalar və bazarlar haqqında məlumatlar əldə etmək imkanları yaradılacaq. Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC 2006-cı ildə ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» Şirkətinin (49%) iştirakı ilə yaradılıb. -
09-15-2008, 03:10 PMAPAMingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib
[b]Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Bu gün ATƏT-in Bakı Ofisinin və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəsmi saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, bununla da Azərbaycanda ilk dəfə polis şöbəsinin saytı açılmış olub. [ ünvanında fəaliyyət göstərəcək saytda baş verən cinayətlər və onların üstünün açılması istiqamətində polis orqanlarının gördüyü işlərə dair materiallar yerləşdiriləcək. Bundan başqa vətəndaşlar sayt vasitəsilə polislə birbaşa əlaqə yaradaraq zəruri məlumat almaq imkanı qazanıblar. ATƏT-in Bakı Ofisinin hərbi-siyasi sahə üzrə nümayəndəsi Con Mak Qreqor bildirib ki, bu sayt ATƏT-lə yerli orqanların əməkdaşlığı nəticəsində yaradılıb. -
09-15-2008, 03:20 PMAPAAzərbaycan prezidenti yeni məktəb binasının açılışında iştirak edib
[b]Azərbaycan prezidenti yeni məktəb binasının açılışında iştirak edib[b]
[Bakı - APA. Sentyabrın 15-də Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olub. Mərasimdə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı müasir standartlara uyğun tikilmiş binanın rəmzi açılışını bildirən lenti kəsib.Təhsil naziri Misir Mərdanov bildirib ki, prezidentin xüsusi tapşırığı ilə tikilmiş məktəbdə tədris üçün hər cür şərait yaradılıb. 50-dən çox sinif otağından ibarət 840 şagird yerlik məktəbdə hazırda 600 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur. Dövlət başçısı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, bufetə, kiçik və böyük idman zallarına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb. -
09-15-2008, 03:30 PMAPAQaynı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini 10 il müddətinə azadlıqdan məhrum edilib
[b]Qaynı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini 10 il müddətinə azadlıqdan məhrum edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə 20 yaşlı qohumunu qətlə yetirməkdə təqsirləndirilən Bakı sakini Valeri Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmənin hökmü ilə V. Abbasov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, V. Abbasov münaqişə nəticəsində qaynı oğlu 20 yaşlı Azər Səfərovu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. -
09-15-2008, 03:40 PMAPAHəmkəndlisinə bıçaqla xəsarət yetirən şəxs tutulub
[b]Həmkəndlisinə bıçaqla xəsarət yetirən şəxs tutulub[b]
[Bakı-APA. Sentyabrın 11-də Oğuz rayonunun Bayan kəndi ərazisində, kənd sakini Emin Alxasov münaqişə zəminində həmkəndlisi Qalib Seyidxanova bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Oğuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Alxasov tutulub.