"The Washington Post" qəzetinin baş redaktoru tutduğu postdan gedəcəyini açıqlayıb
[b]"The Washington Post" qəzetinin baş redaktoru tutduğu postdan gedəcəyini açıqlayıb[b]
[Vaşinqton-APA. "The Washington Post" qəzetinin baş redaktoru Leonard Dauni tutduğu postdan gedəcəyini açıqlayıb. APA-nın məlumatına görə, Leonard Dauni 17 il "The Washington Post"un baş redaktoru olub. 1964-cü ildə qəzetdə işə başlayan Dauni tezliklə təhqiqatçı jurnalist kimi şöhrət tapıb və "Uoterqeyt işi" üzrə materialların böyük əksəriyyətinin redaktoru olub. 1979-cu ildə "London müxbiri" şərəfinə layiq görülən Leonard Dauni beş il sonra redaktor qismində Vaşinqtona qayıdıb. Bir müddət sonra aparıcı redaktor olan Dauni 1991-ci ildə Ben Bredlinin yerinə baş redaktor təyin olunub. Leonard Dauninin baş redaktoru olduğu dövrdə "The Washington Post" 25 dəfə Pulitser mükafatına layiq görülüb. Bu, hər hansı mətbu orqanının bir baş redaktor dövründə qazandığı mükafatların sayına görə rekord hesab olunur. Təkcə bu il "The Washington Post" altı Pulitser mükafatına layiq görülüb. Leonard Dauni baş redaktor postunu daha gənc şəxsə güzəştə getmək istədiyini bildirib. The Washington Post Co. şirkətində vitse-prezident postunu icra edəcək Dauni bundan sonra yazıçılıq və hüquqi jurnalistika ilə məşğul olmaq niyyətindədir. Hələlik "The Washington Post"a kimin baş redaktor təyin olunacağı məlum deyil.

ABŞ səfiri: "Növbəti Azərbaycan-ABŞ məsləhətləşmələri gələn ay Bakıda keçiriləcək"
[b]ABŞ səfiri: "Növbəti Azərbaycan-ABŞ məsləhətləşmələri gələn ay Bakıda keçiriləcək"[b]
Bakı. Tamara Qriqoryeva-APA. İyulda Bakıda Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi məlumat verib.
[Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik sahəsinə dair dair aktiv məsləhətləşmələr on ildən artıqdır keçirilir. Məsləhətləşmələrdə tərəflər bir çox mövzular, o cümlədən Azərbaycanın NATO-ya inteqrasiyası ətrafında fikir mübadiləsi aparacaqlar. Məsləhətləşmələrlə əlaqədar Vaşinqtondan Bakıya geniş tərkibli nümayəndə heyətinin gəlməsi gözlənilir.

Yakutiyada keçirilən beynəlxalq musiqi festivalında Azərbaycan muğamları ifa olunacaq
[b]Yakutiyada keçirilən beynəlxalq musiqi festivalında Azərbaycan muğamları ifa olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. İyulun 4-dən 12-nə kimi Yakutiyada "Asiyanın uşaqları" IV beynəlxalq idman oyunları çərçivəsində "Olonxo Torpağında UNESCO-nun şah əsərlərinin görüşü" adlı beynəlxalq festival keçiriləcək. APA-nın məlumatına görə, həmin festivalda dünyanın müxtəlif ölkələrindən musiqi kollektivləri, incəsənət xadimləri iştirak edəcək. Festivalda Azərbaycan muğamları da ifa olunacaq. Hazırda festivala göndəriləcək Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyənləşdirilir.

Yunanıstanın Azərbaycandakı səfirliyi Şəkiyə gedəcək
[b]Yunanıstanın Azərbaycandakı səfirliyi Şəkiyə gedəcək[b]
[Bakı. Laçın Sultanova - APA. Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis sabah Şəkiyə səfərə gedəcək. Səfirlikdən APA-ya verilən məlumata görə, səfərin məqsədi Şəki vərəm dispanserinə rentgen avadanlığının hədiyyə edilməsidir. Təqdimetmə mərasimi iyunun 27-də keçiriləcək. Avadanlıq səfirliyin təşəbbüsü ilə Yunanıstan Xarici İşlər Nazirliyinin ayırdığı vəsait hesabına alınıb. Qeyd edək ki, bu dispanser Yunanıstan hökumətinin ayırdığı vəsait hesabına 2005-ci ildə əsaslı təmir olunub.

Əbülfəz Elçibəyin məzarı qarşısında anım mərasimi keçirilib
[b]Əbülfəz Elçibəyin məzarı qarşısında anım mərasimi keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Əbülfəz Elçibəyin anadan olmasının 70-ci ildönümü münasibətilə mərhumun məzarı qarşısında anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə iştirak edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ABŞ Şərqi Avropada Demokratiya İnstitutunun direktoru İrena Lasota və digərləri Ə. Elçibəyin həyat yolu və fəaliyyətindən danışıblar. Natiqlər Elçibəy ideyalarının Azərbaycanın bütövlüyünə və dövlətçiliyinə xidmət etdiyini bildiriblər. Mərhum eks-prezidentin məzarını ziyarətə gəlmiş "Azadlıq" blokunun rəhbərləri - AXCP sədri Əli Kərimli, VİP sədri Əli Əliyev və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə mərasimə qatılmayıblar. Onlar məzarın qarşısına əklil qoyduqdan sonra Fəxri Xiyabanı tərk ediblər.

Serbiya və Türkiyə arasında diplomatik gərginlik yaranıb
[b]Serbiya və Türkiyə arasında diplomatik gərginlik yaranıb[b]
[Belqrad - APA. Serbiya prezidenti Boris Tadiç Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Əhməd Süha Umarın etimadnaməsinin qəbul edilməsini təxirə salıb. APA-nın məulmatəmna görə, bu addım Türkiyənin Kosovonun müstəqilliyini tanıyan ilk ölkələr arasında olmasına etirazın ifadəsi kimi qiymətləndirilir. B. Tadiç Türkiyənin addımından böyük təəssüf hissi keçirdiklərini deyib. O bildirib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsindən öncə Ankaraya etdiyi səfər zamanı Türkiyə prezidenti və baş nazirindən Kosovonun müstəqilliyinin tanınmayacağına dair vəd alsa da, bunun əksi baş verib: "Türkiyə verdiyi sözün arxasında dayanmadı". Serbiya prezidenti Türkiyəyə gözlənilən növbəti səfəri zamanı bu məsələni yenidən müzakirəyə çıxaracağını da söyləyib. Qeyd edək ki, Türkiyənin Kosovonu tanımasından sonra Serbiya Ankaraya etiraz notası göndərmiş və bu ölkədəki səfiri Vladimir Curqusu geri çağırmışdı.

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
[b]Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib[b]
[Bakı-APA. Prezident İlham Əliyev iyunun 24-də Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı son illər Azərbaycanla Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə genişləndiyini bildirib. Prezident İ. Əliyev Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfirin ölkələr arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə öz töhfəsini verdiyini qeyd edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.Öz növbəsində, İ. Palçev ölkələr arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini deyib, münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

"Nurçular"ın lideri Türkiyəyə qayıda bilər
[b]"Nurçular"ın lideri Türkiyəyə qayıda bilər[b]
[Ankara - APA. Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası "nurçular"ın lideri Fətullah Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd edib. APA-nın məlumatına görə, bununla da ABŞ-da yaşayan F. Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmış olub. Xatırladaq ki, F. Gülən dünyəvi dövlət quruluşunu dəyişdirərək yerinə şəriətə əsaslanan dövlət qurmaq məqsədilə gizli təşkilat yaratmaqda ittiham olunurdu.

Ermənilərin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb
[b]Ermənilərin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb[b]
Qazax. Nəzakət Məşədiəliqızı -APA. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb.
[APA-nın qərb bürosunun məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndində qoyun otaran kənd sakini, 43 yaşlı Hüseyn Alımərdan oğlu Bayramov güllə yarası alıb. Rayon Mərkəzi Xəstəxanasına çatdırılan zərərçəkənə tibbi yardım göstərilib. Xəstəxananın həkimi Arzu Novruzov tibbi yardım göstəriləndən sonra yaralının evə buraxıldığını deyib.

Azərbaycanda orta məktəb şagirdi narkotiklərlə bağlı cinayətə görə saxlanılıb
[b]Azərbaycanda orta məktəb şagirdi narkotiklərlə bağlı cinayətə görə saxlanılıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. 2007-ci il ərzində Azərbaycan hüquq-mühafizə orqanlarının səyləri nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisində qaçaqmalçılıq yolu ilə gətirilməsinin, yayılmasının qarşısını almaq məqsədilə keçirdiyi profilaktik və əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanan 2376 cinayət faktından 860-ı satış, 1386-sı saxlama, 108-i isə narkoxassəli bitkilərin əkilib becərilməsi ilə bağlı olub.
[APA-nın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev bildirib. Onun sözlərinə görə, həmin dövrdə narkotiklərlə bağlı 2141 şəxs yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 1-i orta məktəb şagirdi, 4-ü 18 yaşadək, 512-si 30 yaşadək, 1625-i 30 yaşdan yuxarı şəxsdir. Bu şəxslərdən 17-si fəhlə, 11-i qulluqçu, 2-si maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 1994-ü işsiz, 73-ü qadın, 2068-i kişi, 617-si əvvəllər məhkum olunan, 60-ı xarici ölkə vətəndaşıdır. Qrup sədrinin sözlərinə görə, onlardan 92 kiloqramdan artıq narkotik vasitə götürülüb. Bu müddətdə qanunsuz dövriyyədən 1,150 tondan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb: "Tədbirlər çərçivəsində yabanı halda bitmiş və qanunsuz əkilib-becərilən 359 tondan çox narkoxassəli bitki aşkarlanaraq məhv edilib". Qrup rəhbəri qeyd edib ki, 2007-ci ildə həkim təyinatı olmadan narkotik vasitələrdən istifadə etdikləri üçün 32 nəfər vəfat edib. Ötən il həmçinin qanunsuz dövriyyədən çıxarılan 676 kiloqram 575 qram müxtəlif növ narkotik vasitə yandırılaraq məhv edilib ki, bu, 2006-cı illə müqayisədə 33 faiz, yəni 170 kiloqram çoxdur.

Azərbaycan Milli Elmlər Akademiyasının dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxunub
[b]Azərbaycan Milli Elmlər Akademiyasının dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxunub[b]
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə "Tolışi sədo" qəzetinin baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri Novruzəli Məmmədov və bölmənin sabiq işçisi Elman Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
[APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, N. Məmmədov 10 il, E. Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, N. Məmmədov və E. Quliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunublar.

Dmitri Medvedev Rusiya-Ermənistan münasibətlərini müttəfiqlik kimi qiymətləndirib
[b]Dmitri Medvedev Rusiya-Ermənistan münasibətlərini müttəfiqlik kimi qiymətləndirib[b]
Moskva - APA. Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin Ermənistanla münasibətlərini müttəfiqlik kimi qiymətləndirib.
[APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, Kremldə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edən D. Medvedev iki ölkə arasında geniş əhatəli məsələlərin müzakirə olunacağını bildirib: "Biz qarşılıqlı əlaqələrin siyasi, iqtisadi, sosial-mədəni tərəflərini müzakirə edəcəyik. Hesab edirəm ki, danışıqlar məhsuldar olacaq və Ermənistanla Rusiya arasında müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin səviyyəsinə uyğun gələcək". S. Sarkisyan isə iki ölkə arasında əlaqələrin bunda sonra da qarşılıqlı anlayış və strateji tərəfdaşlıq şəraitində inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib: "Əminəm ki, bugünkü danışıqlar münasibətləri yeni səviyyəyə qaldıracaq". O, həmkarını Ermənistana səfərə dəvət edib. D. Medvedev dəvətə görə təşəkkürünü bildirib. Serj_Sarkisyan

Serj Sarkisyan Abdulla Gülü Ermənistana dəvət edəcək
[b]Serj Sarkisyan Abdulla Gülü Ermənistana dəvət edəcək[b]
İrəvan - APA. "Türkiyə ilə münasibətlərin qurulması məsələsində Ermənistanın mövqeyi aydındır: XXI əsrdə qonşu ölkələr arasında sərhədlər qapalı olmamalıdır". APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Moskvada Rusiyadakı erməni icmasının təmsilçiləri ilə görüşündə deyib.
[S. Sarkisyan Türkiyə tərəfinin tarixi hadisələrin araşdırılması üçün birgə komissiya yaradılmasını təklif etdiyini xatırladaraq bunun əleyhinə olmadıqlarını söyləyib: "Ancaq bir şərtlə ki, ölkələrimiz arasında sərhədlər açıq olsun. Əks təqdirdə, belə bir komissiya vəziyyətdən sui-istifadə və məsələnin uzun illər uzadılması vasitəsinə çevrilə bilər". S. Sarkisyan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin qurulması istiqamətində yeni addımlar atacağını da bildirib. O, Türkiyə prezidenti Abdulla Gülü iki ölkə milli futbol komandalarının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəkləri ilk matça dəvət edəcəyini açıqlayıb. Qarşılaşma sentyabr ayında İrəvanda olacaq.

Azər Hətəmov: "Azərbaycan Baş Prokurorluğunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu cinayət işi istintaq edilir"
[b]Azər Hətəmov: "Azərbaycan Baş Prokurorluğunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu cinayət işi istintaq edilir"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "Hazırda Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı çox böyük epizodlu bir cinayət işi istintaq edilir. Həmin cinayət işi transmilli mütəşəkkil cinayətkar qrupla bağlıdır". APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Azər Hətəmov bildirib. A. Hətəmov deyib ki, həmin iş üzrə uzun zamandan bəri Azərbaycana Əfqanıstan, Türkiyə, İran kanalı ilə narkotik vasitə daşıyan mütəşəkkil cinayətkar qrupun bir sıra üzvləri həbs ediliblər. A. Hətəmov qeyd edib ki, Azərbaycana narkotik vasitələr, əsasən cənub sərhədlərindən daxil olur: "Ən təhlükəli tendensiya budur ki, son zamanlar narkotik vasitələrin Azərbaycan ərazisinə keçirilməsi silahlı basqınlarla müşayiət olunur. Ötən il ərzində belə silahlı basqınlar zamanı hüquq-mühafizə orqanlarının 2 əməkdaşı öldürülüb. Dəfələrlə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına qarşı silahlı basqınlar olub. Hücumlarla bağlı bir neçə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib".

Türkiyə səfirliyi: "Milli komandamızı dəstəkləyən azərbaycanlı azarkeşlərə böyük Türk milləti adından minnətdarlığımızı bildiririk"
[b]Türkiyə səfirliyi: "Milli komandamızı dəstəkləyən azərbaycanlı azarkeşlərə böyük Türk milləti adından minnətdarlığımızı bildiririk"[b]
Bakı-APA. Türkiyənin Azərbaycandakı səfirliyi futbol üzrə Türkiyə milli futbol komandasının yarımfinala vəsiqə qazanmasının Bakı küçələrində təmtəraqlı şəkildə qeyd edilməsi ilə bağlı açıqlama yayıb.
[Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Türkiyə yığması azarkeşlərinin Bakı küçələrində keçirdiyi bayram şənlikləri səfir Hulusi Kılıc və səfirliyin əməkdaşlarına gözəl təsir bağışlayıb: "Oyun başa çatdıqdan sonra Bakı küçələrində hər iki dövlətin bayraqlarının bir yerdə dalğalanması, böyük sevinc və fəxr hissi ilə qarşılanıb. Bakının ürəyinin İstanbul, Ankara və digər türk şəhərləri ilə eyni həyəcanla döyünməsi ulu öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini yenidən xatırlatdı və Türkiyənin sevincinin Azərbaycanın da sevinci olduğu bir daha öz təsdiqini tapdı. Təbriklərə qoşulan bütün qardaşlarımıza və şənliklərin problemsiz bir şəkildə davam etməsi üçün şərait yaradan bütün səlahiyyətli şəxslərə böyük Türk milləti adından minnətdarlığımızı bildirir və millətimizin belə sevinc nümayişlərini tez-tez yaşamasını arzu edirik".

Erməni əsirliyində olan Azərbaycan vətəndaşının azad edilməsinə kömək göstərmək adı ilə onun yaxınlarının külli miqdarda əmlakını mənim
[b]Erməni əsirliyində olan Azərbaycan vətəndaşının azad edilməsinə kömək göstərmək adı ilə onun yaxınlarının külli miqdarda əmlakını mənimsəyən şəxs tutulub[b]
Bakı-APA. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan, 2007-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mürsəlova Meyxanım Baba qızı yaxalanıb.
[MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, məlum olub ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən axtarışda olan M. Mürsəlova 2007-ci ilin ortalarında tanış olduğu Sabirabad rayonunun Kovlar kənd sakini Hüseyn Hüseynovun qardaşı Zaur Hüseynovun 1994-cü ildə Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə itkin düşdüyünü öyrəndikdən sonra bundan faydalanmaq niyyətinə düşüb. M. Mürsəlova özünü Mehriban Mehdizadə kimi təqdim edərək, Hüseyn Hüseynovun etibarını qazanıb, itkin qardaşının yerinin müəyyənləşdirilməsi üçün onlara köməklik göstərəcəyini vəd edib. Bundan sonra, M. Mürsəlova itkin düşmüş şəxsin Sabirabad rayonunda yaşayan valideynləri və digər qardaşı ilə də tanış olub. M. Mürsəlova onlara Zaur Hüseynovun hazırda Ermənistanda əsirlikdə olduğunu bildirib və onun guya əsirlikdən azad edilməsi üçün ailə üzvlərini aldadıb, 2007-ci ilin iyun ayından 2008-ci ilin may ayınadək ayrı-ayrı vaxtlarda külli miqdarda əmlaklarını ələ keçirərək mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, işin bütün hallarının araşdırılması üçün istintaq tədbirləri davam etdirilir. MTN vətəndaşların nəzərinə çatdırır ki, Ermənistan ölkəmizə təcavüzünün nəticələrinin qurbanları olan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, habelə həmin soydaşlarımızın ailə üzvlərinin və qohumlarının belə hallara məruz qalmamaları üçün Dövlət Komissiyasının işçi qrupuna, yaxud Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etmələri məqsədəuyğundur. Ümumiyyətlə, bu növ cinayət əməllərindən zərər çəkmiş vətəndaşlardan 405-99-99 əlaqə telefonuna zəng etmələri xahiş olunur.

Azərbaycan Milli Ordusunun 90 illiyi münasibətilə Balakən rayonunda hərbi uçuşlar keçirilib
[b]Azərbaycan Milli Ordusunun 90 illiyi münasibətilə Balakən rayonunda hərbi uçuşlar keçirilib[b]
[Balakən. Hafiz Heydərov - APA. Azərbaycan Milli Ordusunun yaranmasının 90 illiyi münasibətilə Balakən rayonunda hərbi uçuş keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, uçuşlar Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və Balakən Aviasiya Mərkəzi tərəfindən təşkil olunub. Hərbi uçuşlarda "YAK-52" qırıcı və "AN-2" təyyarələri iştirak edib. Bundan başqa, paraşütçülər də öz məharətlərini göstəriblər. Milli Ordunun yaranmasının 90 illiyinə həsr olunmuş bayram tədbirinin sonunda rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri ölkənin ən böyük hava şarı ilə gəzintiyə çıxıblar.

Azərbaycan paytaxtında NATO-nun beynəlxalq məktəbinin yeni binasının açılış mərasimi keçirilib
[b]Azərbaycan paytaxtında NATO-nun beynəlxalq məktəbinin yeni binasının açılış mərasimi keçirilib[b]
[O, bu tip məktəblərin fəaliyyətinin genişləndirilməsini və inkişaf etdirilməsini vacib sayıb. Jan-Fransua Buro bildirib ki, bu məktəb müdavimlərə təkcə NATO haqqında deyil, ümumilikdə beynəlxalq aləmdə gedən proseslər haqqında geniş məlumat verməyə imkan yaradacaq. NATO təmsilçisinin sözlərinə görə, hazırda hərbi alyansda enerji təhlükəsizliyi, demokratiya, insan hüquqları, stabillik və inkişafı əsas dəyərlər hesab edən demokratik dövlətlərin birləşdiyini bildirib. Açılış mərasimində çıxış edən Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Kamil Xasıyev NATO məktəblərinin tarixi və bu tip strukturların diplomatiyanın inkişafında rolu barədə danışıb. Onun sözlərinə görə, 2003-cü ildə yaradılan NATO məktəbində bu günə qədər Azərbaycan və digər ölkələrdən 400-dən artıq şəxs təhsil alıb. Xasıyev Azərbaycan hökumətinin NİSA-ya hərtərəfli yardım göstərdiyini bildirib.

Azərbaycan prezidenti Küveyt Əmirinin Aparatının rəhbərini qəbul edib
[b]Azərbaycan prezidenti Küveyt Əmirinin Aparatının rəhbərini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Küveyt Əmirinin Aparatının rəhbəri Şeyx Nasir Sabah Əl-Əhməd Əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Qənirə Paşayevanın "Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi" mövzusunda hazırladığı bəyanat A#
[b]Qənirə Paşayevanın "Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi" mövzusunda hazırladığı bəyanat AŞ PA-da yayılıb[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən plenar iclasında "Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi" mövzusunda müzakirələr keçirilib.
[APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirə zamanı Böyük Britaniyadan olan deputat Hamfri Malins Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda çox böyük rol oynadığını bildirib. O, bir müddət öncə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda qadınların rolunun artırılmasına dair beynəlxalq forum keçirildiyini xatırladıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın bu mövzuda hazırladığı sənəd isə AŞ PA-nın bəyanatı kimi çap edilərək yayılıb. 30-a yaxın AŞ PA üzvünün imza atdığı sənəddə Heydər Əliyev Fondunun, xüsusilə də fondun prezidenti Mehriban Əliyevanın mədəniyyətlərarası anlaşmanı təbliğ etmək üçün qadınlar arasında dialoqun möhkəmləndirilməsi istiqamətində fəal iştirakı və bu mövzuda Bakıda təşkil olunan beynəlxalq forum alqışlanır. Bəyanatı imzalayanlar forum iştirakçılarının dövlətləri və vətəndaş cəmiyyətinin nümayəndələrini gender bərabərliyini, davamlı dialoqu, tolerantlığı və ədaləti təbliğ etməyə çağırmasını da alqışlayaraq Avropa Şurasını, eləcə də üzv dövlətləri qadınların səlahiyyəti ilə bağlı gündəliyini genişləndirməyə, Heydər Əliyev Fondu və Mehriban Əliyeva tərəfindən həyata keçirilən bu kimi tədbirləri dəstəkləməyə və öz töhfələrini verməyə çağırırlar.

BAXCP və BQP üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin anım mərasimi keçirilib
[b]BAXCP və BQP üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin anım mərasimi keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) və Böyük Quruluş Partiyasının (BQP) üzvlərinin iştirakı ilə Əbülfəz Elçibəyin məzarı qarşısında mərasim keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, Ə. Elçibəyin ideyalarının doğruluğu, həqiqiliyi və uzaqgörənliyi zaman keçdikcə sübut olunub. Onun sözlərinə görə, Ə. Elçibəyin rəhbərliyi altında Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Q. Həsənquliyev bildirib ki, partiyanın dəstəyi ilə Elçibəy İrsini Araşdırmaları Mərkəzinin rəhbəri Mircəlal Yusiflinin "Elçibəy-70" adlı kitabı nəşr edilib. Kitabda Ə. Elçibəyin keçdiyi həyat yolu əks olunub. BQP sədri Fazil Qəzənfəroğlu isə bildirib ki, Ə. Elçibəyin milli-mənəvi ruhun paklanmasında mühüm rolu olub: "Onun ideyaları insanların düşüncələrində yaşayır". Sonra "Xalq Cəbhəsi" qəzetinin Ə. Elçibəyin 70 illik yubileyi münasibətilə elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə ilk üç yeri tutan jurnalistlər pul və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Müəllimə bir dəfəyə altı uşaq dünyaya gətirib
[b]Müəllimə bir dəfəyə altı uşaq dünyaya gətirib[b]
Manama. Zaur Nurməmmədov-APA. Bəhreyndə 35 yaşlı müəllimənin altı uşağı dünyaya gəlib. APA-nın məlumatına görə, üçü oğlan, üçü qız olan uşaqlar vaxtından 12 həftə tez doğulublar.
[Həkimlər qadının üzərində Qeysər kəsiyi əməliyyatı aparıblar. Əkizlərin çəkisi 450-600 qram arasındadır. Hazırda körpələr ciddi həkim nəzarəti altındadır. Onlardan birinin vəziyyəti ağırdır. Digər körpələr özlərini yaxşı hiss etsələr də, həkimlər onların tələf olma təhlükəsinin hələ də aradan qalxmadığını bildirir. Vaxtından əvvəl doğuş körpələrin tənəffüs və ürək-damar sistemində ciddi problemlər yarada bilər. Gənc ananın səhhəti üçün isə heç bir problem yoxdur. Bu, onun ikinci doğuşudur, 35 yaşlı müəllimənin əvvəlki doğuşdan 5 yaşlı bir qızı var. Bu, Bəhreyn tarixində bir doğuşda altı uşağın dünyaya gəlməsinə dair ikinci faktdır. İlk belə hadisə 2001-ci ildə baş verib, o zaman həkimlər yalnız üç uşağın həyatını xilas edə biliblər.

Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb
[b]Türkiyədə milyonçuların sayı 50 min nəfərə çatıb[b]
Ankara-APA. Türkiyədə varidatının həcmi 1 milyon dollardan çox olan şəxslərin sayı bir ildə 17,5 faiz artaraq 50 min nəfərə çatıb. APA-nın məlumatına görə, 2006-cı ildə 42 min milyonçuya sahib olan Türkiyə hazırda varlı şəxslərin say artımına görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur.
[Milyonçuların sayının artması ümumi daxili məhsulun illik artım həcminin 4,5 faiz təşkil etməsi, məhsul ixracı prosesinin sürətlənməsi, enerji məhsulları istisna olmaqla idxalın həcminin azalması, yeni türk lirəsinin iqtisadi baxımdan güclənməsi ilə izah olunur. Türkiyədə varlı şəxslərin ümumi var-dövlətinin həcmi orta hesabla 50 milyard dollardan artıqdır. Qeyd edək ki, 2007-ci ildə dünyada var-dövlətinin həcmi bir milyondan artıq olan insanların sayı bir il əvvələ nisbətən 6 faiz artaraq 10 milyon nəfərə çatıb. Bu şəxslərin əlində ümumilikdə 40,7 trilyon dollar varidat cəmləşib. Dünyada var-dövlətinin həcmi 30 milyon dollardan çox olan insanların sayı isə 103,320 nəfərdir.

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 24-də saat 16.10-dan 16.30-dək və iyunun 25-də saat 01.55-dən 02.07-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Azərbaycanlıların əksəriyyəti terrorçuluğun qarşısının zorakılıq və işgəncələr vasitəsilə alınmasının əleyhinədir
[b]Azərbaycanlıların əksəriyyəti terrorçuluğun qarşısının zorakılıq və işgəncələr vasitəsilə alınmasının əleyhinədir[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. "World Public Opinion" təşkilatı bir neçə ölkədə terrorçuluqla mübarizə yollarına dair sorğu keçirib. APA-nın təşkilatın saytına istinadən verdiyi məlumata görə, 19 ölkədə keçirilən sorğunun nəticələrinə əsasən respondent ölkələrin əksəriyyəti terrorçuluğun qarşısının zor gücünə və işgəncələr vasitəsilə alınmasının əleyhinədir. Bu ölkələrin arasında Azərbaycan da var. Azərbaycanlıların 54 faizi hesab edir ki, terrorçu da olsa, belə şəxslərə qarşı hər cür zorakılıq halları qadağan olunmalıdır. Rəyi soruşulanların 26 faizi düşünür ki, günahsız insanların həyatını xilas etmək naminə müəyyən həddə zorakılığa yol vermək mümkündür. Azərbaycanlı respondentlərin 8 faizinin fikrinə görə isə terrorçulara qarşı işgəncələrə yol vermək olar.

YAP-çı deputatlar cəbhə bölgəsinə səfər ediblər
[b]YAP-çı deputatlar cəbhə bölgəsinə səfər ediblər[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun rəhbərliyi ilə bir qrup YAP-çı millət vəkili cəbhə bölgəsinə səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputatlar 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Beyləqan və Füzulidə yerləşən hərbi hissələrdən olublar. Onlar əsgərlərlə görüşüb, onların bayramlarını təbrik ediblər. Deputatlar əsgərlərə bayram sovqatı, gündəlik ehtiyaclarını təmin edən əşyalar təqdim edilib.

Azərbaycan prezidenti hərbi qulluqçuların maaşlarının artırılması barədə sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti hərbi qulluqçuların maaşlarının artırılması barədə sərəncam imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
[Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən bildirilib. Sərəncama əsasən, Silahlı Qüvvələrdə və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 100 faiz artırılıb. Prezidentin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı və ərzaq payı əvəzinə pul kompensasiyası, mülki işçilərinin aylıq əmək haqlarının artırılması barədə də sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50 faiz, Müdafiə Nazirliyinin mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz, Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb. Sərəncam 2008-ci il iyul ayının 1-dən qüvvəyə minir.

İstanbulda QDİƏT-in 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir
[b]İstanbulda QDİƏT-in 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 16 illiyi münasibətilə təntənəli mərasim keçirilir. QDİƏT-in İstanbuldakı katibliyindən APA-ya verilən məlumata görə, Türkiyə prezidenti Abdulla Gül mərasimdə iştirak etmək üçün ilk dəfə katibliyə gələcək və qurumun baş katibi Leonidas Krisantopulosla görüşəcək. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və İstanbuldakı baş konsulu Səyyad Salahlı da iştirak edəcəklər. Qeyd edək ki, QDİƏT 1992-ci il iyunun 25-də Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Ruminiya, Rusiya və Ukrayna tərəfindən imzalanmış İstanbul Bəyannaməsi əsasında yaradılıb.

NATO-nun baş katibi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
[b]NATO-nun baş katibi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. İyunun 27-də Brüsseldə NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb arasında görüş olacaq. APA-nın Finlandiya XİN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli də müzakirə olunacaq. Tərəflər iki təşkilat arasında əməkdaşlığın inkişafı, böhranlı vəziyyətlərin idarə olunması və digər məsələlərə də toxunacaqlar.

Ukrayna sərhədçiləri Azərbaycan vətəndaşına məxsus 140 min dollarlıq "PORSCHE Cayenne S" avtomobilini müsadirə ediblər
[b]Ukrayna sərhədçiləri Azərbaycan vətəndaşına məxsus 140 min dollarlıq "PORSCHE Cayenne S" avtomobilini müsadirə ediblər[b]
Kiyev. Zaur Nurməmədov-APA. Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları 630 min qrivna dəyərində, 2008-ci ilin buraxılışı olan "PORSCHE Cayenne S" maşınının qanunsuz olaraq Rusiya ərazisinə keçirilməsinin qarşısını alıblar.
[APA-nın məlumatına görə, avtomobil Donetsk vilayəti ərazisində saxlanıb. Azərbaycan vətəndaşının idarə etdiyi maşının sənədlərində qanunsuzluq aşkarlayan sərhədçilər "PORSCHE Cayenne S" Rusiya ərazisinə buraxmaqdan imtina ediblər. Sənədlərdə maşının sahibinin həmin vaxt "PORSCHE Cayenne S"də əyləşən 38 yaşlı Almaniya vətəndaşı olduğu göstərilsə də, sonradan məlum olub ki, sənəd saxtalaşdırılıb. Sərhədçilər gömrük qaydalarının kobud şəkildə pozduğuna görə, maşını müsadirə ediblər. Qeyd edək ki, saxlanan maşının qiyməti təqribən 140 min dollardır.

Azərbaycanda jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının öyrənilməsi ilə bağlı sorğu keçirilən sorğunun nəticələri açıqlanıb
[b]Azərbaycanda jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının öyrənilməsi ilə bağlı sorğu keçirilən sorğunun nəticələri açıqlanıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Mətbuat Şurası (MŞ) ilə jurnalistlərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi imkanlarını araşdırmaq məqsədilə KİV-də çalışanlar arasında keçirdiyi birgə rəy sorğusu başa çatıb. BAMF-dan APA-ya verilən məlumata görə, sorğu zamanı müraciət edilən 300 mətbuat nümayəndəsindən 215 nəfəri anketləri lazımı qaydada doldurub. Sorğuda KİV-də çalışan redaktorlar, məsul katiblər, şöbə müdirləri, köşə yazarları və müxbirlərlə yanaşı texniki işçilərin də (dizayner, yığıcı, kargüzar və sairə) rəyi öyrənilib. Respondentlərin 13,4 % çalışdığı KİV-in maliyyə vəziyyətinin yaxşı, 37,6% pis, 34,4 % isə orta qiymətləndirib. Rəyi soruşulanlar arasında ən az əməkhaqqı məbləği 40 manat (9 nəfər), ən çox əməkhaqqı məbləği isə 700 manat (bir nəfər) olub. Ümumilikdə isə sorğuda iştirak edən KİV işçilərinin orta aylıq əmək haqları 181 manat təşkil edir. Media nümayəndələrinin əsas problemlərindən biri mənzillərinin olmamasıdır. Respondentlərin 76,2% - i mənzil şəraitinin onları qane etmədiyini deyib. Sorğu zamanı məlum olub ki, respondentlərin 70,2% - i indiyədək kredit imkanlarından istifadə edə bilməyib. Sorğu iştirakçıları xüsusi qeyd yerində maraqlı faktlar da göstəriblər. Məsələn, kimliyini gizlətməyən bir jurnalist baş redaktor tərəfindən işçilərin qonorar və əmək haqlarının bir hissəsinin mənimsənildiyini yazıb. Sorğuda iştirak edən jurnalistlər son on ildə dövlət büdcəsinin dəfələrlə artmasına baxmayaraq, qonorarlarının artmadığından gileyləniblər.

Fərhad Əliyevin məhkəməsində təqsirləndirilən şəxslər bəraət istəyiblər
[b]Fərhad Əliyevin məhkəməsində təqsirləndirilən şəxslər bəraət istəyiblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxslərdən Maarif Qurbanovun vəkili Samir İsayev və Əlixan Paşayevin vəkili Eldəniz İsgəndərov müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə şərti cəza alan Məhəmmədnəbi Rüstəmovun vəkili Qayıb Cənnətov çıxışında bildirib ki, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur. Vəkil M. Rüstəmovun haqqında çıxarılmış şərti cəzanın da ləğvini istəyib. Proses günün ikinci yarısında R. Əliyevin vəkili Fuad Ağayev çıxış ilə davam etdiriləcək.Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Dmitri Rupel: "Qafqazda stabilliyin bərqərar olması bütün ölkələrin, o cümlədən Rusiyanın xeyrinədir"
[b]Dmitri Rupel: "Qafqazda stabilliyin bərqərar olması bütün ölkələrin, o cümlədən Rusiyanın xeyrinədir"[b]
[Bakı. Laçın Sultanova-APA. "Dondurulmuş münaqişələrin dayanaqlı nizamlanmasında biz hamımız maraqlıyıq. Qafqazda stabilliyin bərqərar olmasından isə bütün qonşu ölkələr, o cümlədən Rusiya qazanclı çıxar". APA-nın məlumatına görə, bu fikirləri Avropa İttifaqına sədrlik edən Sloveniyanın xarici işlər naziri Dmitri Rupel söyləyib. O, dondurulmuş münaqişələrin nizamlanması prosesində əməkdaşlığı vacib sayıb: "Ona görə də biz dondurulmuş münaqişələrin nizamlanmasında irəliləyiş əldə etmək üçün ümumi qonşuluq zonasında maksimum konstruktiv hərəkət etməli və regionda uzunmüddətli stabilliyə yardım göstərməliyik".

Terri Devis: "Azərbaycanda daha çox söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək"
[b]Terri Devis: "Azərbaycanda daha çox söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Avropa Şurası Parlament Assambleyası istədiyi qətnamə və məruzələri qəbul etməkdə sərbəstdir və bununla bağlı şərh verməyəcəyəm".
[APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Strasburqda mətbuat konfransı keçirən Avropa Şurasının baş katibi Terri Devis söyləyib. Jurnalistlərin Azərbaycanda seçkiöncəsi vəziyyət və AŞPA-nın qəbul etdiyi qətnaməni hansı formada yerinə yetirəcəyi ilə bağlı suallarını cavablandıran Terri Devis Azərbaycan hökumətindən çox şey gözlədiyini deyib: "Ümidvaram ki, Azərbaycan hökuməti müvafiq tədbirlər görməmişdən əvvəl Avropa Şurası Parlament Assambleyasına layiq olduğu diqqəti göstərəcək. Avropa Şurası təkcə AŞ PA-dan ibarət deyil. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı öz narahatlıqlarını ifadə edib. Baş katib kimi mən də Azərbaycandakı vəziyyətlə bağlı, o cümlədən jurnalistlərin həbsi ilə bağlı ciddi narahatlığımı ifadə etmişəm. Düşünürəm ki, jurnalistlərin durumunu yaxından izləmək lazımdır. Media azadlığı demokratiyanın özülünü təşkil edir. Azərbaycanda daha çox mətbuat və söz azadlığı olmalıdır ki, biz seçkilərin demokratik və azad keçiriləcəyini söyləyə bilək".

Xəzər İbrahim: "Həmsədrlərin Ermənistana sərt bəyanatlar verməsini gözləyirik"
[b]Xəzər İbrahim: "Həmsədrlərin Ermənistana sərt bəyanatlar verməsini gözləyirik"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycan Minsk Qrupunun həmsədrlərini dəyişdirməklə bağlı ATƏT katibliyinə müraciət etməklə prosedur qaydaları öyrənmək istəyirdi".
[APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Onun sözlərinə görə, Azərbaycanın müraciəti hər hansı bir narazılıqla əlaqədar deyil: "Mahiyyət etibarilə Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları fəal surətdə davam etdirəcək. Həmsədrlərinin regiona səfərindən gözləntimiz Ermənistan tərəfinə sərt bəyanatlar vermələridir." Xəzər İbrahim həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu tərəfindən yeni təkliflər yoxdur, danışıqlar Madrid təklifləri əsasında və BMT-nin martın 14-də qəbul etdiyi qətnamə də nəzərə almaqla beynəlxalq hüquq normalarına uyğun davam etdiriləcək.

Fransa Senatı Türkiyənin Avropa Birliyinə qəbulunu çətinləşdirən qanun layihəsini rədd edib
[b]Fransa Senatı Türkiyənin Avropa Birliyinə qəbulunu çətinləşdirən qanun layihəsini rədd edib[b]
[Paris. Kərim Həsənli - APA. Fransa parlamentinin yuxarı palatası olan Senat Türkiyənin Avropa Birliyinə qəbuluna dair referendumun təşkil olunmasına dair hüquqi düzəlişi rədd edib. APA-nın xəbərinə görə, həmin qanun layihəsi parlamentin aşağı palatası tərəfindən may ayında qəbul olunmuş və Senatın hüquq və xarici işlər komissiyaları tərəfindən tənqid edilmişdi. Düzəlişə əsasən əhalisinin sayı Avropa Birliyinin ümumi əhalisinin 5%-dən artıq olan ölkələrin bu quruma üzvlüyü üçün referendumun keçirilməsi şərti irəli sürülürdü. Müzakirələr zamanı çıxış edən senatorlar layihənin Fransaya dost və müttəfiq olan ölkəyə qarşı atılan pis niyyətli, ayrı-seçkilik yaradan addım kimi qiymətləndiriblər. Senatın düzəlişi rədd etməsindən sonra layihə parlamentin aşağı palatasına geri qaytarılacaq. Sənədlə bağlı yekun qərar qanunvericilik orqanının hər iki palatasının iyul ayında keçiriləcək birgə toplantısında qəbul olunacaq. Bunun üçün deputatların 3/5-nün səs verməsi lazım gələcək.

Xəzər İbrahim: "Azərbaycan öz ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qətnamələrinin icrasını gözləyir"
[b]Xəzər İbrahim: "Azərbaycan öz ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qətnamələrinin icrasını gözləyir"[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. "Ermənistanın Avropa Şurası Parlament Assambleyasında ötən gün Azərbaycanla bağlı qəbul edilən qətnaməni ciddi qəbul etməsini istəyirik". APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O qeyd edib ki, indiyə kimi Azərbaycanın ərazi bütövlüyünə dair beynəlxalq təşkilatların qəbul etdiyi çoxlu sayda qətnamələr var və Azərbaycan tərəfi bu qətnamələrin yerinə yetirilməsini gözləyir: "Müxtəlif təşkilatlar öz mandatlarına uyğun olaraq regionda sülh və stabilliyin təmin olunması üçün iş aparır və müvafiq qərarlar qəbul edirlər, amma əsas qərarların qəbulu deyil, onların icrasıdır". Xəzər İbrahim vurğulayıb ki, Azərbaycan tərəfi AŞPA qətnaməsinin rəsmi İrəvan tərəfindən tam ciddiliklə ilə qəbul edilməsini və bu ölkənin beynəlxalq ictimaiyyətin rəyi ilə hesablaşmasını gözləyir.

Ayasofiyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq
[b]Ayasofiyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Bu gün İstanbulun məhşur Ayasofiya sarayında ilk dəfə olaraq Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı məlumat verib. Diplomat bildirib ki, Azərbaycanın İstanbuldakı konsulluğunun təşəbbüsü ilə keçirilən və Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş sərgidə Türkiyənin məhşur universitetlərində dərs verən, Azərbaycanın 30-a yaxın incəsənət ustasının 50-dək rəsm əsəri sərgilənəcək. Tədbirdə İstanbulda yerləşən diplomatik korpusların, o cümlədən Azərbaycan diasporasının nümayəndələri, incəsənət xadimləri, ziyalılar iştirak edəcəklər.

Sabir Rüstəmxanlı: "DAK-da bədii hissəyə ehtiyac yoxdur"
[b]Sabir Rüstəmxanlı: "DAK-da bədii hissəyə ehtiyac yoxdur"[b]
[Bakı. Ramil Məmmədli - APA. "İlhamə Quliyevə sonuncu mətbuat konfransında demişdi ki, hökumət haranı göstərsə, bundan sonra onun yeri ora olacaq. Amma bizim öz yerimiz var və bunun hökumətə aidiyyəti yoxdur. Dünya Azərbaycanlıları Konqresi qeyri-hökumət təşkilatıdır". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bundan sonra DAK təşkilata sıx bağlı olmayan adamlardan təmizlənəcək: "DAK siyasi qurumdur. Əvvəllər kimin maddi imkanı var idi, DAK-ın Avropa ölkələrində keçirilən qurultaylarında iştirak edirdi. Sonra həmin adam qurultayda nümayəndə olurdu və özünü DAK üzvü hesab edirdi. Sənətinə hörmət etdiyim İlhamə Quliyevanı və digər sənət adamlarımızı da qurultaylara aparırdıq. Həmin müğənnilər orada öz sənətlərini nümayiş etdirirdilər. Sonuncu qurultayda qərara gəldik ki, bu, siyasi toplantıdır və bədii hissəyə ehtiyac yoxdur. Digər tərəfdən də Avropada bu gün hər kəs öz evində Azərbaycan telekanallarına baxır. Burda olduğu kimi, orda da bizim musiqiçilərdən cana gəliblər. İlhamə Quliyeva DAK-ın tərəfkeşi kimi qalsa, minnətdar olarıq, qalmasa da öz işidir. İstəyirik ki, DAK doğrudan da bu yolda mübarizə aparanların təşkilatı olsun".

Ann Dersi: "ABŞ Azərbaycanın kütləvi informasiya vasitələrinin demokratik inkişafında çox maraqlıdır"
[b]Ann Dersi: "ABŞ Azərbaycanın kütləvi informasiya vasitələrinin demokratik inkişafında çox maraqlıdır"[b]
[Bakı. Turan Hüseynova-APA. "ABŞ Azərbaycanın kütləvi informasiya vasitələrinin demokratik inkişafında çox maraqlıdır". Bu eksklüziv açıqlamanı APA-ya ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi verib. AŞPA-nın dünən Azərbaycanlı bağlı gəbul etdiyi qətnamə ilə hələlik tam tanış olmadığını deyən səfir ölkəsinin Azərbaycanda demokratik inkişafın davam edəcəyinə inandığını deyib: "ABŞ Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə insan hüquqlarının demokratik yolla inkişafı üçün dialoq aparır".