[b]Azərbaycanın millət vəkili Əhəd Əhmədov: "Məni yenə hədələyirlər"[b]
Bakı. Elbrus Seyfullayev-APA. "Məni hələ də hədələyirlər. Mənə qarşı bu təxribatçı kampaniyanı Cavid Sadıxov və onun ətrafında olanlar aparır. Onların arasında müsavatçı da, cəbhəçi də var. Bu adamlardan Rəşid Süleymanov adlı birisi mənim şikayətim əsasında həbs edilib. İndi rayondayam, Bakıya qayıdan kimi yerdə qalanların da cəzalarını alması üçün qanun çərçivəsində tədbirlər görəcəyəm".
[Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədov son aylar mətbuatda ailəsi və özü ilə bağlı yayılan məsələlərə aydınlıq gətirərkən deyib. Millət vəkilinin fikrincə, onu şantaj etməklə, özü və ailəsi barəsində rüsvayedici materiallar yazmaqla hədələyən bir qrup şəxslə bağlı şikayət etdikdən və həmin şəxslər həbs olunandan sonra bəzi media orqanlarında özünə qarşı məqsədli şəkildə baş vermiş olayla bağlı həqiqətləri əks etdirməyən məlumatlar yayılıb: "Bunları mənim şəxsi həyatıma müdaxilə kimi qiymətləndirirəm. Həm də onu qeyd edirəm ki, o yazılarda mənimlə bağlı reallığı əks etdirən bir kəlmə belə yoxdur, yazılanların bir faizi də həqiqətə uyğun deyil. Bütün yazılanlar yanlış və böhtandan ibarətdir. Ortada heç pul söhbəti olmayıb". Deputat özünə qarşı hədələyici telefon zənglərinin davam etdiyini də deyib: "Mənə zəng edir, yanıma adamlar göndərirlər. Həbs olunanlarla bağlı şikayətimi geri götürməyəcəyim təqdirdə, mənimlə bağlı şantaj xarakterli yazıları davam etdirəcəklərini bildirirlər". Millət vəkili məhkəməyə müraciət edəcəyini də bildirib: "Bir həftədir ki, yas mərasimində iştirak etmək üçün İmişlidəyəm. Bakıya qayıdan kimi bu şəxslər barəsində məhkəməyə müraciət edəcəyəm. Qoy, bu hərəkətlərinə görə cavab versinlər". Millət vəkili baş verənlərin seçiciləri arasında böyük narahatlıq yaratdığını da vurğulayıb: "Mənim qayınatam on il əvvəl dünyasını dəyişib. Amma qayınatamın məndən şikayət etdiyini yazırlar. Mən böyük bir rayonun deputatıyam. Seçicilərim mənə qarşı bu qədər şər-böhtana etiraz edirlər". Qeyd edək ki, özünü "Azərbaycan Cümhuriyyəti" qəzetinin baş redaktoru kimi təqdim edən qəzetin təsisçisi Nüsrət Rəhimov Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədovdan özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə 3 min dollar tələb edib. N. Rəhimov deputatdan 1500 dollar alarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra "Mühakimə" qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar), həmçinin millət vəkilinin qaynı oğlu Zahid Muradov, baldızı oğlu Zabil Pənahov və bacanağı Rza Pəhanov da həbs olunub. Qohumlarının həbsi ilə bağlı məlumatı APA-ya Ə. Əhmədovun qaynı Vahid Muradov verib.
Azərbaycan Xəbərləri
Printable View

03-12-2008, 03:42 PMAPAAzərbaycanın millət vəkili Əhəd Əhmədov: "Məni yenə hədələyirlər"

03-12-2008, 03:47 PMAPAPənah Hüseyn: "2008-ci il seçkilərində ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam"
[b]Pənah Hüseyn: "2008-ci il seçkilərində ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Hazırda müxalifətdən İsa Qəmbərlə Sərdar Cəlaloğludan başqa prezident seçkilərində iştirak barədə qərar qəbul edən şəxs yoxdur. Belə anlaşılır ki, mənim müxalifətçi namizədlərin blokunun yaradılması barədə təklifim yalnız bu iki şəxslə bağlı ola bilər". APA-nın məlumatına görə, bunu millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca, namizədlərin sırası genişlənəcək və daha intensiv müzakirələr aparılacaq. Seçkiyə qatılacaq müxalifət namizədlərinin koordinasiyasını zəruri sayan P. Hüseyn hesab edir ki, bir sıra məsələlər aydınlaşmadığından, namizədlər arasında ciddi işbirliyi yaratmaq çətindir: "Daxili işlər nazirinin polisin seçkiyə hazır olması ilə bağlı çıxışından da görünür ki, seçki elə də asan keçməyəcək. Müxalifət bu istiqamətdə addımlarının nədən ibarət olacağını müəyyənləşdirməlidir. Namizədlər elə aksiyalar keçirməlidirlər ki, onların həqiqətən bu seçkidə ciddi şəkildə iştirak edəcəyinə inam yaransın. Mən 2008-ci il seçkilərində ənənəvi müxalifətə daha bir şans verilməsinin tərəfdarıyam".P. Hüseyn namizədlərin blokunun yaradılması mövzusunda bir neçə gün əvvəl S. Cəlaloğlu ilə müzakirə apardığını söyləyib: "Sərdar bəyə dedim ki, məni ciddi şəkildə və ciddi siyasi niyyətdə bu seçkilərdə iştirak etmək fikrində olduğuna inandırsa, o halda bu məsələlərə də münasibətimiz ciddi şəkildə dəyişə bilər. Amma hələlik ortada yekun fikir yoxdur".S. Cəlaloğlu isə namizədlərin blokunun yaradılmasını P. Hüseynlə müzakirə etmədiyini vurğulayıb: "Onun mənimlə nə üçün görüşdüyünü desəm, böyük biabırçılıq olar. Ona görə də demirəm". -
03-12-2008, 04:04 PMAPAMDB Hökumət Başçıları Şurasının iclasında 20 məsələ müzakirə olunacaq
[b]MDB Hökumət Başçıları Şurasının iclasında 20 məsələ müzakirə olunacaq[b]
[Bakı. Laçın Sultanova-APA. Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının mayın 23-ə Minskdə keçiriləcək iclasında 20 məsələ müzakirə olunacaq. APA-nın BELTA agentliyinə istinadən yaydığı məlumata görə, iclasın gündəliyi Minskdə MDB-nin daimi nümayəndələrinin iclasında təsdiqlənib. İclasın gündəliyinin əsas bəndi Düşənbədə keçirilmiş sammitin qərarlarının yerinə yetirilməsi vəziyyətinin müzakirəsidir. Görüşdə həmçinin Birliyin iqtisadi inkişafın strategiyasının hazırlanması, qida təhlükəsizliyi, nəqliyyat siyasəti ilə bağlı məsələlər, sərhədyanı əməkdaşlıq, əmək miqrantlarının hüquqi statusu, Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə hazırlıq, MDB-nin büdcəsinə üzvlük haqqının ödənilməsi, birgə filmlərin yaradılması və sair məsələlər müzakirə olunacaq. MDB Hökumət Başçıları Şurasının iclasından öncə, aprelin 4-də Moskvada MDB İqtisadi Şurasının iclası olacaq və bu məsələlərin bir hissəsinə orada baxılacaq. -
03-12-2008, 04:21 PMAPAMüsavat Partiyası seçki proqramının icrasına başlayıb
[b]Müsavat Partiyası seçki proqramının icrasına başlayıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası seçki hazırlığı ilə bağlı qəbul etdiyi proqramın icrasına başlayıb. APA-nın məlumatına görə, bunu partiyanın başqanı İsa Qəmbər deyib. O bildirib ki, proqrama uyğun olaraq hazırda seçki komissiyalarında müşahidəçi qismində, həmçinin prosesdə başqa şəkildə iştirak edəcək fəalların siyahıları dəqiqləşdirilir, seçici siyahıları, seçicilərin əhval-ruhiyyəsi ilə bağlı araşdırmalar aparılır. Növbəti mərhələlərdə digər tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu söyləyən İ. Qəmbər hər mərhələnin öz vəzifəsi olduğunu vurğulayıb. Seçicilərin seçkilərdə iştirak etmək, yoxsa boykota meylli olması ilə bağlı sualı cavablandıran Müsavat lideri bildirib ki, cəmiyyət hakimiyyətin dəyişməsində maraqlıdır: "Bizim araşdırmalarımız onu göstərir ki, hakimiyyətin dəyişməsini istəyən cəmiyyət bunun seçki vasitəsilə həyata keçirilməsini arzulayır. Boykot vasitəsilə ölkənin demokratikləşməsinə təsir göstərmək olar, amma bu taktika ilə hakimiyyəti dəyişmək mümkün deyil. Hakimiyyət yalnız seçki yolu ilə dəyişir". Müsavatın əvvəlki seçkilərdən fərqli olaraq narazı elektoratla işləmək taktikasına üstünlük verdiyini bildirən partiya başqanı müəyyən mərhələdə bunun müsbət nəticəsinin ortaya çıxacağını qeyd edib. -
03-12-2008, 04:26 PMAPAABŞ səfiri Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib
[b]ABŞ səfiri Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatını media və vətəndaş cəmiyyətinin nümayəndələrinə təqdim edib.
[APA-nın məlumatına görə, səfir bildirib ki, Azərbaycan artıq strateji seçimini edib: "Azərbaycanın strateji seçimi - azadlıq, demokratiya və Avroatlantik məkana inteqrasiyadır. Ümidvaram ki, bu hesabat dostcasına deyilmiş konstruktiv tənqid kimi qəbul olunacaq". 2007-ci ilin yekunlarını dəyərləndirən səfir ötən il Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində nəzərəçarpacaq irəliləyişlərin olmadığını deyib: "Ən çox narahatedici məqam söz azadlığı sahəsindədir. Bəzi jurnalistlərin hələ də həbsxanada olması çox pis haldır. 2008-ci il - Azərbaycanda prezident seçkiləri ilidir, buna görə də ölkədə sərbəst toplaşmaq azadlığına riayət olunması çox vacibdir. Demokratik ölkədə yaşayan insanlar sərbəst şəkildə bir yerə toplaşmaq hüququna malik olmalıdır". Səfir ötən il insan hüquq və azadlıqlarının qorunması istiqamətində pozitiv məqamlar kimi bir sıra jurnalistlərin həbsdən azadlığa buraxılmasını, məcburi köçkünlərin evlə təmin edilməsini, ANS telekanalına lisenziya verilməsini qeyd edib. -
03-12-2008, 06:11 PMAPAAzərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını, qaynını və baldızını güllələyib
[b]Azərbaycanın Salyan rayonunda polis kapitanı tabel silahı ilə həyat yoldaşını, qaynını və baldızını güllələyib[b]
Bakı. Elnur Məmmədli-APA. Bu gün günorta saatlarında Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Cəfərov rayon mərkəzindəki evində tabel silahı ilə həyat yoldaşı Həbibova Könül Akif qızını, qaynı Həbibov Qalib Akif oğlunu və baldızı Həbibova Afaq Akif qızını güllələyib.
[Afaq Həbibova hadisə yerində dünyasını dəyişib, Könül Həbibova isə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qalib Həbibov isə dərhal paytaxta gətirilib. Prokurorluqdan bildirilib ki, R. Cəfərov hadisəni törətdikdən sonra polisə təslim olub və hadisəni törətdiyini etiraf edib. Hadisənin məişət zəminində baş verdiyi güman edilir. Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rayon sakinlərinin APA-ya verdiyi məlumata görə isə, həyat yoldaşı R. Cəfərovdan ayrılmaq fikrində olub, uşaqlarını da götürüb evi tərk etmək istəyirmiş. R. Cəfərov Qarabağ müharibəsində iştirak edib və kontuziya alıb. -
03-12-2008, 06:16 PMAPASabah ABŞ səfiri Əli Bayramlıya səfər edəcək
[b]Sabah ABŞ səfiri Əli Bayramlıya səfər edəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi sabah Əli Bayramlıya səfər edəcək. Bu barədə APA-ya səfirliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib. Onun sözlərinə görə, səfirin bölgəyə səfəri tanışlıq xarakteri daşıyır. Ann Dersi səfər çərçivəsində USAİD-in Əli Bayramlıda həyata keçirdiyi layihələrin icra vəziyyəti ilə maraqlanacaq, yerli hakimiyyət orqanları, bir sıra mülki cəmiyyət institutlarının təmsilçiləri ilə görüş keçirəcək. -
03-12-2008, 06:21 PMAPA"Eurovision-2008" mahnı müsabiqəsində iştirak edəcək iştirakçılardan 39-nun adı açıqlanıb
[b]"Eurovision-2008" mahnı müsabiqəsində iştirak edəcək iştirakçılardan 39-nun adı açıqlanıb[b]
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Serbiyanın paytaxtı Belqradda keçiriləcək "Eurovision-2008" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkədən 39-u artıq təmsilçisinin və onun ifa edəcəyi mahnının adını açıqlayıb.
[Müsabiqənin iki yarım finalı - mayın 20-si və 22-də və final mərhələsi isə mayın 24-də keçiriləcək. APA həmin ölkələrin təmsilçilərinin və ifa edəcəkləri mahnıların siyahısını təqdim edir.I yarım final - 20 mayÖlkə Təmsilçinin adı İfa edəcəyi mahnı Azərbaycan Elnur Hüseynov və Samir Cavadzadə -
03-12-2008, 06:26 PMAPARamil Usubov: "Daxili Qoşunlar Azərbaycanda sabitliyin pozulmasına qarşı yönəlmiş cəhdlərin qarşısını dəfələrlə alıb"
[b]Ramil Usubov: "Daxili Qoşunlar Azərbaycanda sabitliyin pozulmasına qarşı yönəlmiş cəhdlərin qarşısını dəfələrlə alıb"[b]
[Bakı. Rəşad Süleymanov-APA. «Daxili Qoşunlar son 4-5 ildə Azərbaycanda sabitliyin pozulmasına qarşı yönəlmiş cəhdlərin qarşısını dəfələrlə alıb». APA-nın məlumatına görə, bunu Daxili Qoşunların peşə bayramı münasibəti ilə keçirilən tədbirdə daxili işlər naziri Ramil Usubov bildirib. Nazir Daxili Qoşunların ölkədə sabitliyin qorunmasında bundan sonra da iştirak edəcəyini söyləyib: «Daxili Qoşunlar ölkədə sabitliyin, ictimai asayişin qorunmasında iştirak edəcək. Bunun üçün qoşunlar bütün imkanlara malikdir». -
03-12-2008, 06:31 PMAPAVyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib, sabah daha bir görüşün keçirilməsi razılaşdırılıb
[b]Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib, sabah daha bir görüşün keçirilməsi razılaşdırılıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçirilib. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
[ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasienin APA-ya verdiyi məlumata görə, Anjey Kaspşik ATƏT sədri İlkka Kanervanın regiona səfərinin yekunları, Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların nəticələri barədə həmsədrləri məlumatlandırıb. Görüşdə həmçinin qoşunların təmas xəttində atəşkəs rejiminin uzun müddətə pozulması faktı ətrafında da müzakirələr aparılıb. Bernar Fasienin sözlərinə görə, sabah Vyanada Anjey Kaspşikin iştirakı ilə həmsədrlərin daha bir görüşü planlaşdırılır.Qeyd edək ki, görüşdə Bernar Fasie, Yuri Merzlyakov və Metyu Brayzanın ofisinin nümayəndəsi Mark Karpenter iştirak edib. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza APA-ya verdiyi açıqlamada görüşdə iştirak edə bilmədiyini, bu səbəbdən görüşə öz ofisinin nümayəndəsi Mayk Karpenteri göndərdiyini bildirib. O, həmsədrlərin regiona növbəti səfərinin vaxtının hələlik dəqiqləşmədiyini də deyib. -
03-12-2008, 06:55 PMAPAYaşar Nuri: "Bundan sonra içkidən heç zaman istifadə etməyəcəyəm"
[b]Yaşar Nuri: "Bundan sonra içkidən heç zaman istifadə etməyəcəyəm"[b]
Bakı. Ülkər Qasımova - APA. "Beş aydır ki, içki içə bilmirəm. Bundan sonra içkidən heç zaman istifadə etməyəcəyəm". Bu açıqlamanı APA-ya hazırda Türkiyədə olan və qaraciyər serrozu xəstəliyindən müalicə olunan xalq artisti Yaşar Nuri deyib.
[Üç gün bundan əvvəl müalicə olunduğu İstanbul Memorial Xəstəxanasından evə buraxıldığını bildirən Yaşar Nuri hazırda Türkiyədə mehmanxanada qalır. Aktyor Novruz bayramı ərəfəsində Bakıya gəlib-gəlməyəcəyini dəqiqləşdirmədiyini qeyd edib: "Mənim Bakıya gəlib-gəlməməyim Koray Acarlının qərarından asılıdır. Əgər tez bir zamanda donor tapılacaqsa, o zaman gözləyəcəyəm. Axtarış uzun müddət davam etsə, Bakıya gəlmək istəyirəm. Bununla bağlı qərarı da Koray Acarlı verəcək". Hazırda özünü yaxşı hiss etdiyini deyən Yaşar Nuri vətəni üçün darıxdığını bildirib. -
03-12-2008, 07:02 PMAPAMetyu Brayzanın bəyanatı Ermənistan hökumətini sarsıdıb
[b]Metyu Brayzanın bəyanatı Ermənistan hökumətini sarsıdıb[b]
[İrəvan - APA. Ermənistan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanın bəyanatından sarsılıb. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, M. Brayzanın müxalifətin etiraz aksiyasının kobudluq və amansızlıqla dağıdılması barədə sözləri qəbuledilməzdir: "Bu cür birtərəfli ittihamlar əsassız və faydasızdır. Biz dəhşətə gəlirik ki, hətta Ermənistanda olub, rəsmi və qeyri-rəsmi mənbələrdən məlumatlar aldıqdan sonra o, belə bəyanatlar verir". Mətbuat katibi deyib ki, hadisələr zamanı 43 polis işçisinin güllə və qəlpə yaraları alması nümayişçilərin odlu silahlar və partlayıcılarla silahlandığının sübutudur: "Biri polis olan səkkiz nəfərin ölümü və əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları olan xeyli adamın yaralanması, Metyu Brayzanın dediyi kimi, ciddi zorakılıq aktının baş verdiyini göstərir". Ermənistan XİN-in nümayəndəsi hesab edir ki, yanlış informasiyalar əsasında verilmiş bəyanatlar vəziyyəti gərginləşdirə bilər və artıq gərginləşdirir. -
03-12-2008, 07:06 PMAPARusiya viza rejiminə malik olduğu ölkələrin əmək miqrantları üçün kvotanı iki dəfədən çox artıracaq
[b]Rusiya viza rejiminə malik olduğu ölkələrin əmək miqrantları üçün kvotanı iki dəfədən çox artıracaq[b]
[Bakı. Laçın Sultanova-APA. Gələn il Rusiya ilə viza rejimi olan ölkələrdən olan əmək miqrantları üçün kvota iki dəfədən çox artırılaraq 105 min nəfərə çatdırılacaq. APA-nın məlumatına görə, 2009-cu ildə viza rejimi olmayan ölkələrdən gələn əmək miqrantları üçün kvotanın miqdarının 1,3 dəfə azaldılacağı gözlənilir. Bu kateqoriya ölkələrdən olan əmək miqrantları üçün 195 min əmək vizası verilməsi planlaşdırılır. Moskva hökumətinin hesablamalarına görə, gələn il paytaxtda 300 min nəfər xarici işçi qüvvəsinə tələbat olacağı proqnozlaşdırılır. Qeyd edək ki, bu il Moskvada çalışmaq üçün Rusiya ilə viza rejiminə malik ölkələrdən olan əmək miqrantları üçün 50 min, digər ölkələrdən olan əmək miqrantları üçün isə 250 min nəfərlik kvota müəyyənləşdirilib. 2007-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 60 min və 750 min nəfər təşkil edib. -
03-12-2008, 07:16 PMAPASerj Sarkisyan: "1 mart hadisələri Ermənistanın imicinə zərbə vurub"
[b]Serj Sarkisyan: "1 mart hadisələri Ermənistanın imicinə zərbə vurub"[b]
[İrəvan - APA. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin əhllində birtərəfli güzəştlərə getməyəcək. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu yeni seçilmiş prezident Serj Sarkisyan tələbələrlə görüşündə deyib. Münaqişənin sülh yolu ilə həlli üçün böyük imkanlara malik olduqlarını vurğulayan S. Sarkisyan bildirib ki, 1 mart hadisələri həll prosesinə fayda verməyib və Ermənistan prezidentinin imkanlarını məhdudlaşdırıb: "Bizim imicimizə zərbə vurulub, ancaq bu, danışıqlar prosesinə təsir göstərməyəcək. Əksinə, biz daha prinsipial mövqe tutacaq və öz maraqlarımızın əleyhinə getməyəcəyik. Dağlıq Qarabağ xalqı Azərbaycanın qəbul edib-etməyəcəyindən asılı olmayaraq öz müqəddəratını təyinetmə hüququna malik olmalıdır". S. Sarkisyan prezident səlahiyyətlərini icra etməyə başladıqdan və Azərbaycan prezidenti ilə görüşlərindən sonra danışıqlar prosesində hansı addımların atılacağına dair daha aydın təsəvvürə sahib olacağını söyləyib. -
03-12-2008, 07:22 PMAPAAzərbaycan prezidenti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədrini qəbul edib
[b]Azərbaycan prezidenti Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədrini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müxtəlif qurumları arasında sıx əlaqələrin bu münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi bildirilib, Azərbaycanla Mərmərə Qrupu arasında əməkdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə dair əminlik ifadə olunub. -
03-12-2008, 07:27 PMAPATəhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib
[b]Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib[b]
[Bakı. İlhamə İsabalayeva -APA. Bu gün Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə təhsil naziri Misir Mərdanov ölkə prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı sərəncam əsasında görülən işlər barədə məlumat verib. Nazirin sözlərinə görə, həmin sərəncamın icrası ilə əlaqədar "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın layihəsində ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, idarə olunma sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, kadr hazırlığı, maddi-texniki bazanın müasir tələblərə uyğun qurulması kimi məsələləri öz əksini tapıb. Sonra M. Mərdanov ali məktəblərin xarici ölkələrin universitetləri ilə yaratdığı əməkdaşlıq barədə məlumat verib. Nazir bildirib ki, əldə olunan təcrübə üzrə müsbət cəhətlər aşkarlanmalı, bu sahə ilə bağlı vahid mexanizm yaradılmalı, ümumilikdə görülən işlər ali təhsilin inkişafına yönəldilməlidir. -
03-12-2008, 08:41 PMAPAAzərbaycanda bəzi Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib
[b]Azərbaycanda bəzi Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda əvvəlcə qurumun yanvarın 16-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbayel, 47 saylı Mingəçevir, 108 saylı Ağstafa, 83 saylı Ağdam, 13 saylı Əzizbəyov I, 14 saylı Əzizbəyov II Seçki dairələrinin Dairə Seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Cari məsələlərin müzakirəsində MSK sədri Məzahir Pənahov qurumun son vaxtlar həyata keçirdiyi tədbirlər haqqında danışıb. O, seçki komissiyalarının üzvləri üçün keçirilən kursların uğurla başa çatdığını, kursda iştirak edənlərin hamısına sertifikatlar təqdim olunduğunu deyib. Qarşıdan gələn prezident seçkilərində müşahidəçilər üçün bütün şəraitin yaradılacağını bildirən M. Pənahov QHT-lərin bu prosesdə yaxından iştirak etməsini vacib sayıb. M. Pənahov bildirib ki, seçici siyahılarının aşağı məntəqə seçki komissiyalarında yenidən tərtib olunması başa çatıb. O, aprelin 5-dək siyahıların MSK-ya təqdim olunacağını, dəqiqləşmə aparıldıqdan sonra təsdiq ediləcəyini qeyd edib. Bundan sonra siyahılar aşağı seçki komissiyalarına göndəriləcək və MSK-nın rəsmi saytında yerləşdiriləcək. -
03-12-2008, 08:46 PMAPARusiya Dövlət Dumasının nümayəndəsi: "Dumada keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ erməniləri iştirak etməyəcək"
[b]Rusiya Dövlət Dumasının nümayəndəsi: "Dumada keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ erməniləri iştirak etməyəcək"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Rusiya Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqələr üzrə Komitəsində "dondurulmuş münaqişələr"ə dair keçiriləcək dinləmələrdə Dağlıq Qarabağ məsələsi müzakirə olunmayacaq. Bunu APA-ya açıqlamasında komitənin aparat rəhbəri Mariya Lazutova deyib.
[O bildirib ki, toplantının nə adında, nə də gündəmində Dağlıq Qarabağ haqda məsələ yoxdur. Ona görə də Dağlıq Qarabağ erməniləri yığıncaqda iştirak etməyəcək. M. Lazutova Dumanın komitəsində Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələrinin müzakirə ediləcəyini, Dağlıq Qarabağ münaqişəsinə isə toxunulmayacağını söyləyib. -
03-12-2008, 08:51 PMAPAİKT Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub
[b]İKT Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Dakarda keçirilən İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub.
[57 ölkə ilə iki ilə yaxın davam edən müzakirələrdən sonra İKT üzvləri təşkilatın Nizamnaməsinə dəyişiklikləri məqbul sayıblar. APA-nın məlumatına görə, toplantıdan sonra Seneqalın xarici işlər naziri Çeyx Tidiano Qadio bildirib ki dəyişikliklər ötən il yaradılmış İslam Həmrəyliyi Fondunun gücləndirilməsi, Afrika xalqlarına kömək məqsədilə yoxsulluq əleyhinə fondun yaradılması və İKT üzvlərinin borcunun silinməsi ilə bağlı proqram yaradılması barədə müddəaları əhatə edir. Qeyd edək ki, İslam Konfransı Təşkilatının Nizamnaməsi 1972-də qəbul olunub. Seneqal xarici siyasət idarəsinin rəhbəri təşkilatın Nizamnaməsinin müasir dövrün tələbləri ilə tam ayaqlaşmadığını, bu səbəbdən modern dünya üçün modern nizamnamə lazım olduğunu vurğulayıb. -
03-12-2008, 08:56 PMAPARusiyanın məşhur kinoaktyoru Aleksandr Pankratov-Çernıy xəstəxanaya yerləşdirilib
[b]Rusiyanın məşhur kinoaktyoru Aleksandr Pankratov-Çernıy xəstəxanaya yerləşdirilib[b]
[Rusiyanın məşhur kinoaktyoru Aleksandr Pankratov-Çernıyın səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, ürək nahiyəsində ağrılardan şikayətlənən aktyor Moskvanın nüfuzlu xəstəxanalarından birinin kardiologiya şöbəsinə yerləşdirilib. Həkimlər ilkin müayinədən sonra aktyora "ürək ritminin pozulması" diaqnozunu qoyublar. Onlar 57 yaşlı aktyorun ciddi həkim nəzarəti altında müalicəyə ehtiyacı olduğunu bildiriblər. Hazırda Aleksandr Pankratov-Çernıyın həyatı üçün təhlükə yoxdur, həkimlər uzunmüddətli müalicə kursundan sonra aktyorun ürəyindəki problemlərin aradan qalxacağını qeyd edirlər. -
03-12-2008, 09:01 PMAPAAzərbaycanın Daşkəsən şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslər mükafatlandırılıblar
[b]Azərbaycanın Daşkəsən şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslər mükafatlandırılıblar[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Daşkəsən şəhərinin 60 illiyi münasibətilə şəhərin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Gülnarə Ağamalıyevaya "Azərbaycan Respublikasının əməkdar müəllimi", Şövkət Mehdiyevaya "Azərbaycan Respublikasının əməkdar həkimi", Cəmil Allahverdiyev və Afət Şamilovaya isə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" adı verilib.Prezidentin digər sərəncamı ilə Daşkəsən şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan Nüsrət Vəliyev "Dövlət qulluğunda fərqlənməyə görə", 8 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib. -
03-12-2008, 09:06 PMAPAAzərbaycanın xalq artisti Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
[b]Azərbaycanın xalq artisti Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti, muğam ifaçısı Arif Babayevin 70 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Arif Babayev Azərbaycan muğamını dünyaya tanıtdırıb. Nazir qeyd edib ki, A. Babayev Azərbaycanda professor olan ilk muğam ifaçısıdır. Daha sonra xanəndələr Səkinə İsmayılova, Fehruz Səxavət, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səbuhi İbayev, Aygün Bayramova və digərləri çıxış ediblər. Akademik Opera və Balet Teatrın foyesində isə yubilyarın həyat və yaradıcılığını əks etdirən foto-şəkillər nümayiş olunub. -
03-13-2008, 11:31 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 12-də saat 20.05-dən 20.35-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, martın 13-də saat 02.00-dan 02.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-13-2008, 11:51 AMAPAAzərbaycanın Meksikada müvəqqəti işlər vəkili Puebla ştatının universitet tələbələri üçün mühazirə oxuyub
[b]Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili Puebla ştatının universitet tələbələri üçün mühazirə oxuyub[b]
Vaşinqton. Hüsniyyə Həsənova-APA. Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili İlqar Muxtarov "Universidad Popular Autonoma del Estado de Puebla" adlanan yerli ştat universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbələri üçün "Azərbaycan və regional təhlükəsizlik" mövzusunda mühazirə oxuyub.
[Meksikadakı diplomatik missiyadan APA-nın ABŞ bürosuna verilən məlumata görə, İlqar Muxtarov çıxışında Azərbaycanın Qafqazın təhlükəsizlik sistemində oynadığı roldan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi tövhədən və əsgərlərimizin İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakından danışıb. İlqar Muxtarov Kosovonun müstəqillik elan etməsinə Azərbaycan tərəfinin tutduğu prinsipial mövqe barədə də məlumat verib. Mühazirənin sonunda "Lider" televiziyasının istehsalı olan "Məhv edilmiş şəhər" filmi nümayiş olunub. Daha sonra müvəqqəti işlər vəkili tələbələrin çoxlu sayda suallarını da cavablandırıb. -
03-13-2008, 12:06 PMAPAMeksika xarici işlər nazirinin müavini martın sonunda Azərbaycana gələcək
[b]Meksika xarici işlər nazirinin müavini martın sonunda Azərbaycana gələcək[b]
Vaşinqton. Hüsniyyə Həsənova-APA. Martın 28-də Meksikanın xarici işlər nazirinin müavini, xanım Lurdres Aranda Bezauri Azərbaycana səfər edəcək.
[Bu barədə APA-nın ABŞ bürosuna Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili İlqar Muxtarov məlumat verib. Xanım Lurdres Aranda Bezaurinin səfər proqramına Azərbaycanın nazirlik və dövlət qurumları ilə müzakirələr aparmaq daxildir. Səfər çərçivəsində iki ölkə arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilk siyasi məsləhətləşmələrin aparılması da nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyi bu ilin yanvar ayından fəaliyyətə başlayıb. -
03-13-2008, 01:36 PMAPAKondoliza Rays: "Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunub-olunmayacağını bilmirəm"
[b]Kondoliza Rays: "Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunub-olunmayacağını bilmirəm"[b]
Bakı. Tamara Qriqoryeva - APA. ABŞ-ın dövlət katibi Kondoliza Rays Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həllinin mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.
[APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən yaydığı məlumata görə, Konqresdə keçirilən dinləmələrdə Qafqaz regionunda yenidən müharibənin başlaya biləcəyi barədə iddialar səsləndikdən sonra Kondoliza Rays bu fikirlər münasibət bildirib: "Yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həll olunub-olunmayacağını bilmirəm. Biz bir neçə dəfə buna yaxın olmuşuq. Buna görə də hazırda problemin həlli üzərində çalışmaları davam etdiririk. Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün problemin həlli ilə bağlı hər iki tərəfdən qaynaqlanan problemlər var və biz tərəflərin bu işə məsuliyyətlə yanaşdığına əmin olmaq istəyirik". Kondoloza Rays qeyd edib ki, ABŞ münaqişənin həlli prosesində tərəflərə kömək etməyə çalışır. -
03-13-2008, 01:41 PMAPATürkiyənin Şırnak rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib
[b]Türkiyənin Şırnak rayonu ərazisində 11 PKK terrorçusu məhv edilib[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyənin cənub-şərqindəki Şırnak rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində 11 PKK terrorçusu öldürülüb.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin istifadəsində olan "Heron" pilotsuz casus təyyarəsi Şırnakın Bestlər-Dərələr adlanın dağlıq zonasında bir qrup terrorçunun olduğunu müəyyən etdikdən sonra ərazi mühasirəyə alınıb. Dərin vadilər, çuxurlar və mağaralardan ibarət çətin relyefə malik əraziyə vertolyotlarla xüsusi təyinatlılar endirilib. Gedən döyüşlərdə 15 nəfərlik terrorçu qrupun 11 üzvü öldürülüb. Təhlükəsizlik qüvvələri itki verməyib. Əməliyyatlar davam edir. -
03-13-2008, 01:46 PMAPAAzərbaycanın Quba bölgəsində aşkarlanmış kütləvi məzarlıqda araşdırma aparan ekspedisiya fəaliyyətini martın sonunda bərpa edəcək
[b]Azərbaycanın Quba bölgəsində aşkarlanmış kütləvi məzarlıqda araşdırma aparan ekspedisiya fəaliyyətini martın sonunda bərpa edəcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Qubada aşkar edilən kütləvi məzarlıqda sürüşmənin olması ilə bağlı yayılan məlumatlar əsassızdır. Ərazidən axan qrunt sularının təsiri ilə tədqiqat sahəsində nəmişlik yaranmışdı. Qışda donan bu sahə havaların istiləşməsindən sonra açılıb, ona görə də quyuların kənarından içəri bir az torpaq tökülüb. Yerli icra hakimiyyətinə xəbər verdik, onlar da yoxladılar. Ərazidə ciddi heç bir hadisə baş verməyib". Bu açıqlamanı APA-ya Qubadakı kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev verib. Məsələ ilə əlaqədar sabah hadisə yerinə gedəcəyini bildirən ekspedisiya rəhbərinin sözlərinə görə, qısamüddətli fasilədən sonra ərazidə yenidən arxeoloji qazıntılar başlayacaq: "Havaların soyuması ilə əlaqədar ekspedisiyanın fəaliyyətinə fasilə verilmişdi. Tədqiqatlara aprel ayında başlamağa qərar versək də, havalar erkən istiləşdiyinə görə, martın 24-dən ekspedisiya öz fəaliyyətinə davam edəcək". Qeyd edək ki, 1918-ci ildə ermənilər tərəfindən törədilən soyqırımı nəticəsində yaranan kütləvi məzarlıqda bu günə kimi 161 insan kəlləsi aşkar edilib. -
03-13-2008, 01:51 PMAPAAkademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün xüsusi studiya yaradılacaq
[b]Akademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün xüsusi studiya yaradılacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına istedadlı gənc aktyorların cəlb edilməsi üçün studiya yaradılacaq. Bu barədə APA-ya məlumat verən teatrın direktoru Maqbet Bünyatov bildirib ki, studiyada gənc aktyorlar üçün xüsusi dərslər təşkil olunacaq: "Səhnə gözəl görkəmi sevir və bizə də həm gözəl, həm də istedadlı gənclər lazımdır. Gənclərin arasından istedadlıları seçmək üçün isə studiya yaradacağıq. Bu studiyada teatrımızın qocaman sənətkarları 6 ay müddətində həmin gənclərə kurs keçəcək və sonda həmin gənclərdən ən istedadlıları teatrda işə götürüləcək". -
03-13-2008, 01:56 PMAPAAzərbaycan Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş verən silahlı basqınla əlaqədar məlumat yayıb
[b]Azərbaycan Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş verən silahlı basqınla əlaqədar məlumat yayıb[b]
Bakı. Gülşən Hacıyeva-APA. Daxili İşlər Nazirliyi Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqınla əlaqədar məlumat yayıb.
[Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 11-də saat 15.00 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi yaxınlığındakı "Baba" yeməkxanasında kənd sakinləri Ənvər Həsənov, Elxan Əsgərov, Avşar kənd sakinləri Xalid Məmmədov, Umudvar Hüseynov və onun qardaşı Etibar Hüseynov sərxoş halda ictimai qaydanı pozublar. Buna görə yeməkxananın sahibləri Şahmurad və Edilxan Əzizov qardaşları həmin şəxslər yeməkxanadan çıxarıblar. Hadisədən qəzəblənən Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov və E. Hüseynov saat 20.00 radələrində yeməkxanaya gedərək kafeni avtomat silahdan atəşə tutublar. Nəticədə yeməkxanada olan Ağdam rayon sakini Ehtiram Hüseynov ayağından güllə yarası alıb. Əzizov qardaşlarını yeməkxanada tapmayan basqınçılar onların atası Şahmurad Əzizovun evinə gedərək oranı da avtomat silahdan atəşə tutublar. Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov, E. Hüseynov faktla əlaqədar hadisə yerinə gedən əməliyyat qrupuna tabe olmayıblar, polis əməkdaşlarına xəsarət yetirərək "VAZ-2106" və "VAZ-21011" markalı avtomaşınlarda hadisə yerindən qaçıblar. Faktla bağlı cinayət işi başlanıb, Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. -
03-13-2008, 02:01 PMAPAErmənistanın bir sıra KİV rəhbərləri ölkədə senzura tətbiq olunduğunu və informasiya terroru həyata keçirildiyini bildiriblər
[b]Ermənistanın bir sıra KİV rəhbərləri ölkədə senzura tətbiq olunduğunu və informasiya terroru həyata keçirildiyini bildiriblər[b]
İrəvan - APA. "Fövqəladə vəziyyət elan olunan günün səhəri Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları qəzet redaksiyalarını bir-bir gəzib imzasız, möhürsüz kağız göstərərək xəbərdarlıq etdilər ki, rəsmi mövqedən fərqlənən xəbərlər yayan qəzetlərin fəaliyyəti dayandırılacaq.
[MTX əməkdaşları həmin gün mətbəəyə göndərilmiş qəzetlərdə dərc olunan materialları oxuyaraq şifahi əmrlə çapı dayandırdılar". APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, bu sözlər Ermənistanda nəşr olunan bir sıra qəzetlərin baş redaktorlarının və bəzi jurnalist təşkilatlarının birgə bəyanatında əksini tapıb. Bəyanatda bildirilir ki, rəsmi informasiyaların birtərəfli olduğunu, həqiqəti əks etdirmədiyini və telekanallar vasitəsilə fasiləsiz yayıldığını nəzərə alan ayrı-ayrı qəzetlər fəaliyyətlərini dayandırıblar. Bu isə onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti özü üçün arzuolunmaz olan mətbuat orqanlarının fəaliyyətini faktiki yasaqlayıb: "İnformasiya terrorunu tam reallaşdırmaq məqsədilə bəzi internet səhifələrinə də blok qoyulub. Bundan başqa, CNN və "Euronews"da Ermənistan haqqında reportajlar yayımlanarkən bu kanalların yayımı kəsilir, yerinə reklam rolikləri verilir. "Azadlıq" radiosunun yayımı isə ümumiyyətlə, dayandırılıb. Bütün bunlar cəmiyyətdəki gərginliyin nəinki azaldılmasına, əksinə, nifrət və düşmənçilik atmosferinin dərinləşməsinə xidmət edir. Rəsmi məlumatları yaymaqla məşğul olan kütləvi informasiya vasitələrinin əksəriyyəti, xüsusən bu KİV-lərin şərhçiləri öz aqressiv mövqeləri ilə qeyri-sağlam əhval-ruhiyyəni qızışdırır və dövlətə olan inamsızlığı artırırlar. Hazırda bizim informasiyanın alınması və yayılmasına dair konstitusion hüququmuz, söz və mətbuat azadlığı prinsipləri pozulub, KİV maddi itkilərə məruz qalır, Ermənistanda senzura tətbiq edilir və ölkəmiz informasiya blokadasındadır". Bəyanatı "Jamanak Yerevan", "Lragir", "Aykakan Jamanak", "Aravot", "Ayk", "168 çasov", "Sled", "Çetvyortaya vlast" qəzetlərinin baş redaktorları, eləcə də "İnternyus" təşkilatı, İrəvan Mətbuat Klubu və digər media qurumlarının rəhbərləri imzalayıblar. -
03-13-2008, 02:06 PMAPAAzərbaycanın Dəvəçi rayonunda vəhhabiliyi təbliğ etməkdə təqsirləndirilən beş nəfər tutulub
[b]Azərbaycanın Dəvəçi rayonunda vəhhabiliyi təbliğ etməkdə təqsirləndirilən beş nəfər tutulub[b]
Dəvəçi. Solmaz Mehdiyeva-APA. Dəvəçinin Liman kəndində vəhhabilik təriqətini təbliğ etməkdə təqsirləndirilən beş nəfər - Mirzə və Nemət Əlibəyov qardaşları, onların qardaşı uşaqları Mətləb Əlibəyov, İntiqam Əlibəyov və Murad Seyidbabayev tutulub.
[Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna bildirilib ki, polisə vəhhabi təriqətinə mənsub bir qrup şəxsin Liman kəndində toplaşdığı barədə məlumat daxil olub. Kəndə gedən polis əməkdaşları pasport rejimi qaydasında yoxlama aparıb. Adıçəkilən şəxslər polisə müqavimət göstərməyə cəhd ediblər. Mirzə və Nemət Əlibəyov qardaşları, Mətləb Əlibəyov, İntiqam Əlibəyov, Murad Seyidbabayev saxlanılıblar. Onlardan dini ədəbiyyat, dini ayinlər olan audio-video kasetlər, ov tüfəngi, 28 giliz, 1 qutu barıt, 0,5 kiloqram qırma aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. -
03-13-2008, 02:11 PMAPAErmənistanda daha bir deputat həbs edilib
[b]Ermənistanda daha bir deputat həbs edilib[b]
İrəvan - APA. Ermənistan parlamentinin daha bir deputatı 1-2 mart hadisələrinin təşkilində günahlandırılaraq həbs edilib.
[APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, deputat Sasun Mikaelyan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarını apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Baş Prokurorluğun mətbuat katibi Sona Truzyan bildirib ki, millət vəkili dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş, qətllərlə müşayiət olunan kütləvi iğtişaşların təşkilində ittiham olunur: "Mikaeylan öz vəkilinin iştirakı ilə dindiriləcək". Xatırladaq ki, daha əvvəl də iki deputat analoji ittihamla həbs edilib. Ümumilikdə 1-2 mart hadisələrinə görə 90-dan çox adam həbsdədir. -
03-13-2008, 02:16 PMAPATürkiyənin bir neçə şəhərində zəlzələ olub
[b]Türkiyənin bir neçə şəhərində zəlzələ olub[b]
[İstanbul. Mayis Əlizadə-APA. Martın 12-də yerli vaxtla saat 20.53-də (Bakı vaxtı ilə saat 22.53) Türkiyənin Yalova şəhərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sarsıntı Türkiyənin İstanbul, İzmit, Sakarya, Bolu və Bursa şəhərlərində də hiss edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb, dağıntı qeydə alınmayıb. Təşvişə düşərək pəncərə və eyvanlardan tullanan bir neçə nəfər yüngül zədələnib. -
03-13-2008, 02:21 PMAPAAzərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti BMT-nin İnsan Haqları Şurasında müzakirə olunub
[b]Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti BMT-nin İnsan Haqları Şurasında müzakirə olunub[b]
Bakı. Tamara Qriqoryeva-APA. BMT-nin söz və fikir azadlığı üzrə xüsusi məruzəçisi Ambei Liqabo BMT-nin İnsan Haqları Şurasında Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair çıxış edib.
[APA-nın BMT İnsan Haqları Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, A. Liqabo qeyd edib ki, ötən il Azərbaycana səfəri zamanı ölkənin media sektorunun bir sıra problemlərlə üzləşdiyi faktını aşkarlayıb. BMT təmsilçisi Azərbaycanın Cinayət Məcəlləsində böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını, bir neçə jurnalistin həbsini narahatedici fakt adlandırıb. A. Liqabo bu məsələlərlə bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr apardığını, rəsmi Bakıya qeyd olunan maddəni Cinayət Məcəlləsindən çıxarmağı və jurnalistlərin təhlükəsizliyinə təminat vermək üçün tədbirlər görməyi tövsiyə etdiyini deyib. O, bu kimi narahatedici faktlarla yanaşı, Azərbaycan mediasında müsbət məqamların olduğunu bildirib, geniş mətbuat şəbəkəsinin varlığını, mətbuatda fərqli fikirlər söylənməsinin mümkünlüyünü buna misal çəkib. Toplantıda çıxış edən BMT-nin Cenevrədəki ofisində Azərbaycanın daimi nümayəndəsi, səfir Elçin Əmirbəyov A. Liqabonun toxunduğu məsələlərə aydınlıq gətirib. Səfir bildirib ki, Azərbaycan hökuməti söz və fikir azadlığına, müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirir. O, ölkədə senzuranın mövcud olmadığını, əksər siyasi partiyaların mətbu orqanlarının fəaliyyət göstərdiyini qeyd edib. E. Əmirbəyov vurğulayıb ki, jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması bəzən müəyyən problemlərin yaranmasına səbəb olur. O, həbs olunan jurnalistlərin əksəriyyətinin həbsxanada peşəkar fəaliyyətinə görə yatmadığını bildirib. Səfir, həmçinin böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan maddənin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı danışıqlar getdiyini xatırladıb. -
03-13-2008, 02:26 PMAPAAzərbaycanda teatrlara "akademik" və "milli" statusunun verilməsi qaydaları müəyyən olunub
[b]Azərbaycanda teatrlara "akademik" və "milli" statusunun verilməsi qaydaları müəyyən olunub[b]
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Nazirlər Kabineti "Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
[Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, teatrlara "akademik" və "milli" statusu kollektivin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən veriləcək. Yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil monumental tamaşalar hazırlayan, yaradıcılığında zəngin tarixi ənənələr və ümumbəşəri dəyərlər nümayiş etdirən, fəaliyyəti ilə beynəlxalq miqyasa çıxan, uzunömürlü səhnə əsərləri yaradan, görkəmli rejissor, dirijor və xoreoqrafların çalışdığı, mütəmadi olaraq beynəlxalq səviyyəli müsabiqə və festivallarda iştirak edən və digər qabaqcıl tələblərə cavab verən teatrlara "Akademik" statusu verilə bilər. "Milli" statusunun isə Azərbaycan milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən, regional və ölkə səviyyəsində böyük nüfuz qazanan, ümumi heyətinin əsas hissəsini yüksək dərəcəli sənətçilər təşkil edən, istedadlı gənc kadrların, bakalavr və magistr pilləsində təhsil alan gənc rejissorların, dirijorların, baletmeyster və xormeysterlərin eksperimental yaradıcılıq axtarışlarını tənzimləyən teatrlara verilməsi nəzərdə tutulur. "Akademik" və "milli" statusu verilmiş teatrların yaradıcılıq fəaliyyətlərində geriləmə müşahidə edilərsə və bu, tamaşaların bədii səviyyəsinin aşağı düşməsinə səbəb olarsa, Mədəniyyət və Turizm Nazirliyinin vəsatətinə əsasən teatr həmin statusdan məhrum edilə bilər. Onu da qeyd edək ki, "Akademik" və "milli" statusuna təqdim olunan teatrın yaradıcılıq, istehsalat sahəsində son 10 il ərzində stabil fəaliyyəti və səmərəli istehsalat göstəricilərinə malik olması rəsmi sənədlərlə təsdiq olunmalıdır. -
03-13-2008, 02:31 PMAPAABŞ əsgərləri İraqda 10 yaşlı qız uşağını güllələyiblər
[b]ABŞ əsgərləri İraqda 10 yaşlı qız uşağını güllələyiblər[b]
[Bağdad - APA. ABŞ əsgərləri İraqın Diyala vilayətində on yaşlı qız uşağını güllələyiblər. APA-nın məlumatına görə, patrul bölmələri yolu keçən az yaşlı qızı iraqlı mücahidlərin göstərişi ilə ərazidə kəşfiyyat apardığını güman edərək, qıza tərəf atəş açıblar. ABŞ-ın İraqdakı hərbi komandanlığının təmsilçiləri əsgərlərin qıza tərəf xəbərdarlıq atəşi açdığını, lakin təsadüfən güllələrdən birinin qıza dəydiyini bildiriblər. Onlar qızın hadisə yerindəcə keçindiyini qeyd ediblər. Xatırladaq ki, bu, son iki həftə ərzində İraqdakı ABŞ əsgərlərinin azyaşlı uşaqları güllələməsinə dair ikinci faktdır. Fevralın 24-də Samarra şəhəri üzərində patrul nəzarəti həyata keçirən "Apaçi" vertolyotu iraqlı azyaşlı uşaqlara havadan atəş açıb. Atəş nəticəsində bir uşaq həlak olub. Vertolyotun pilotu uşaqlara atəş açmasını onların şübhəli hərəkətləri ilə izah edib. Pilot bildirib ki, uşaqlar yer qazdıqlarına görə, onların mina basdırdığını düşünüb və atəş açıb. Şahidlər isə ölən uşağın qum təpəsində oynadığını və havadan açılan atəş nəticəsində həlak olduğunu bildiriblər. -
03-13-2008, 02:36 PMAPATehranın polis rəisi əxlaqsızlıq üstündə vəzifədən çıxarılıb
[b]Tehranın polis rəisi əxlaqsızlıq üstündə vəzifədən çıxarılıb[b]
Tehran - APA. İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin polis rəisi vəzifəsindən uzaqlaşdırılıb. APA-nın məlumatına görə, polis rəisi Rza Zare əxlaq polisi tərəfindən 6 fahişə ilə birlikdə yaxalanıb.
[Rəsmi KİV qalmaqalı gizlətməyə çalışsa da, islahatçılara yaxın olan "Fərda" xəbər agentliyi olay barədə məlumat yayıb. Agentlik bildirir ki, hadisə ötən həftənin cümə günü baş verib. Tehran prokurorunun göstərişi ilə əxlaq polisi paytaxtda fahişəxana kimi istifadə olunan bir evdə əməliyyat keçirib. Evdəki otaqlarda axtarış aparan polislər otaqların birində inanılmaz mənzərə ilə qarşılaşıblar. Onlar polis rəisi R. Zareni yataqda 6 qadınla birlikdə görüblər. Əvvəlcə polis idarəsinə aparılan rəis bir qədər sonra azadlığa buraxılıb və dərhal vəzifədən uzaqlaşdırılıb. Ona hansı cəza verildiyi açıqlanmayıb. Qeyd edək ki, R. Zare vəzifəyə gəldikdən sonra "islam adətlərinə uyğun geyməyən" qadınlara qarşı ciddi mübarizə aparıb. Onun vəzifədə olduğu 6 ay ərzində minlərlə gənc qız baş örtüklərinin altından saçları göründüyü üçün rəsmi xəbərdarlıq alıb. İran inqilab qanunlarına görə, fahişəliklə məşğul olan qadın edama məhkum edilir. Ötən ilin iyul ayında Tehranda bir fahişəxanada yaxalanan milli futbol komandasının iki oyunçusu 275 şallaq zərbəsi ilə cəzalandırılmışdı. -
03-13-2008, 02:41 PMAPAABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb
[b]ABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb[b]
[Vaşinqton-APA. ABŞ prezidenti İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. APA-nın məlumatına görə, prezident Corc Buş öz qərarını "İran hökumətinin siyasət və fəaliyyətinin əvvəllər olduğu kimi yenə də Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə törətməsi" ilə əsaslandırıb. O, İrana qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı ABŞ Konqresinə xəbərdarlıq məktubu göndərdiyini qeyd edib. Məktubda qeyd edilir ki, İran əvvəllər olduğu kimi, yenə də terrorçu təşkilatları maliyyələşdirməkdə davam edir. Xatırladaq ki, ABŞ İrana qarşı 1995-ci ildən sanksiyalar tətbiq edir. İki ölkə arasında diplomatik münasibətlər 29 ildir dondurulub. -
03-13-2008, 04:01 PMAPADünya Bankı və Azərbaycan hökuməti arasında təhsil islahatlarına dair növbəti saziş imzalanacaq
[b]Dünya Bankı və Azərbaycan hökuməti arasında təhsil islahatlarına dair növbəti saziş imzalanacaq[b]
[Bakı. İlhamə İsabalayeva- APA. Respublikada təhsil islahatlarının ikinci mərhələsini davam etdirmək üçün Dünya Bankı və Azərbaycan hökuməti arasında növbəti sazişin bu ilin aprelin sonunda imzalanması gözlənilir. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır. M. Mərdanov orta məktəblərdə şagirdlərdən Novruz Bayramı pulu yığılması məsələsinə də münasibət bildirib: "Konkret məlumatlar olsa, araşdırıb tədbirlər görə bilərik. Ancaq mütləq məktəb və müəllimin adı göstərilməlidir, məlumatı verənin anonimliyi isə qorunacaq".