[b]Fikrət Məmmədov: "Azərbaycan prezidentliyinə namizədlərin Cəzaçəkmə müəssisələrində təbliğat aparması üçün hər cür şərait yaradılacaq"[b]
Bakı. Ramil Məmmədli - APA. "Məhbusların prezident seçkisində iştirakında heç bir problem olmayacaq. Bu proses qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Fikrət Məmmədov deyib.
[Onun sözlərinə görə, hər bir məhbus səsvermə hüququna malikdir və bu hüququndan da istifadə edəcək. Cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılacağını söyləyən nazir prezidentliyə namizədlərin cəzaçəkmə müəssisələrində təbliğat aparmasına da hər cür şəraitin yaradılacağını bildirib.
Azərbaycan Xəbərləri
Printable View

09-12-2008, 02:40 PMAPAFikrət Məmmədov: "Azərbaycan prezidentliyinə namizədlərin Cəzaçəkmə müəssisələrində təbliğat aparması üçün hər cür şərait yaradılacaq"

09-12-2008, 02:50 PMAPAAzərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsi 2009-cu ildə iki dəfə genişləndirilə bilər
[b]Azərbaycanda sahibkarlığın güzəştli kreditləşdirilməsi 2009-cu ildə iki dəfə genişləndirilə bilər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) dövlət büdcəsindən ayrılan vəsaitin illik həcmi 2009-cu ildə iki dəfə artırıla bilər. «APA-ECONOMICS»in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. Nazirin sözlərinə görə, Fonda daxil olan ərizələr və müraciətlər təhlil olunub və nəticədə SKMF-in vəsaitlərinin artırılması zəruriliyi müəyyənləşib: «Müraciətlər və verilən kreditlər arasında fərq böyükdür. Vəsaitin artırılması ilə bağlı artıq təkliflər hazırlanıb və aidiyyəti orqanlara təqdim olunub».H.Babayev həmçinin qeyd edib ki, təkliflərdə kreditləşdirmə şərtlərinin dəyişdirilməsi məsələsinə toxunulmayıb: «Məlum olduğu kimi, Fond vəsaiti banklara 1%-dən, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə verir. Fondun vəsaitləri artacağı halda, bankların kreditləri aşağı faizlə verəcəyi istisna olunmur».Qeyd edək ki, 2008-ci il üçün dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi üçün SKMF-ə 80 mln. manat ayrılması nəzərdə tutulub (o cümlədən, 6 mln. manat Naxçıvan Muxtar Respublikasına). Bu ilin sentyabr ayının 1-dək SKMF-dən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanın 52 şəhər və rayonu üzrə 556 sahibkarlıq subyektinə 63,1 mln. manat məbləğində güzəştli kredit verilib. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. -
09-12-2008, 03:00 PMAPANazir: "Məhbusların əməyə cəlb olunması istiqamətində müvafiq işlərə başlanılıb"
[b]Nazir: "Məhbusların əməyə cəlb olunması istiqamətində müvafiq işlərə başlanılıb"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Cəzaçəkmə müəssisələrində məhbusların əməyə cəlb olunması istiqamətində müvafiq işlərə başlanılıb". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Fikrət Məmmədov deyib. Nazir bildirib ki, məhbusların əməyə cəlb olunması məcburi ola bilməz: "Cəzaçəkmə müəssisələrində bunun həyata keçirilməsi əhəmiyyətlidir. Amma bu cür şəraitin yaradılmasında müəyyən problemlər var. Ölkəmiz bazar iqtisadiyyatına keçəndən sonra mərkəzləşmiş sifarişlər mövcud deyil. Sovet dövründə bu sifarişlər var idi. Bu səbəbdən də məhbusların əməyə cəlb olunması məsələsini bazar iqtisadiyyatına uyğunlaşdırmaq istəyirik". F. Məmmədov cəzaçəkmə müəssisələrində psixoloq vəzifəsi ilə bağlı açıq müsabiqə elan olunduğunu da söyləyib. -
09-12-2008, 03:10 PMAPAYAP-ın prezidentliyə namizədi İlham Əliyevin seçki fondu yaradılıb
[b]YAP-ın prezidentliyə namizədi İlham Əliyevin seçki fondu yaradılıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin seçki fondu yaradılıb. Namizədin səlahiyyətli nümayəndəsi, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, hazırda seçki fonduna könüllü vəsaitin daxil olması prosesi gedir. O, toplanmış vəsaitin miqdarı barədə konkret məbləği barədə məlumatının olmadığını bildirib. YAP-ın seçkilərin təbliğat təşviqat mərhələsinə nə qədər pul xərcləyəcəyinə gəldikdə, M. Qurbanlı bildirib ki, onların təbliğatının kökündə maddi vəsait dayanmır: "Partiyanın 450 min üzvü var və biz çox vəsait xərcləmədən kampaniyanı qura biləcəyik. Bizim hər bir üzvümüzün təbliğatçı rolunda çıxış etməsi kifayət qədər işdir. Hər bir partiya üzvü və onun ailə üzvlərini hərəkətə gətirsək, bu, milyon yarım Azərbaycan vətəndaşı deməkdir". -
09-12-2008, 03:30 PMAPAAzərbaycanın vergilər naziri Fazil Məmmədov: «Hesabat formalarını daha da sadələşdirmək niyyətindəyik»
[b]Azərbaycanın vergilər naziri Fazil Məmmədov: «Hesabat formalarını daha da sadələşdirmək niyyətindəyik»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda «bir pəncərə» qeydiyyat sistemi tətbiq olunandan - 2008-ci ilin yanvar ayından indiyədək 34 min sahibkar qeydiyyata düşüb. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib.Nazirin sözlərinə görə, cari ildə hüquqi şəxslərin qeydiyyatı 2007-ci ilin müvafiq dövrünə nisbətən 40% artıb: «Hesab edirik ki, bu sahədə daha böyük irəliləyişə nail olacağıq».Nazir bildirib ki, hazırda sistemdə müəyyən təkmilləşdirmə işləri aparılır: «Artıq nizamnamələrin təkmilləşdirilməsi həyata keçirilib. Sahibkarlar əvvəlki illərdə olduğundan fərqli, sadə nizamnamələrlə qeydiyyatdan keçməlidir».F.Məmmədov onu da vurğulayıb ki, son illər görülən tədbirlər nəticəsində hesabatların tərtibi və göndərilməsi üçün sahibkarlara ayrılan vaxt 900 saatdan 300 saata enib: «Bu vaxtı daha da azaltmaq mümkündür. Biz hesabat formalarını daha da sadələşdirmək niyyətindəyik». -
09-12-2008, 03:40 PMAPAAzərbaycanda ƏDV üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı hökumətdə müzakirələr aparılır
[b]Azərbaycanda ƏDV üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı hökumətdə müzakirələr aparılır[b]
[Bakı. Rəşad Süleymanov-APA-ECONOMICS. Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı hökumətdə müzakirələr aparılır. «APA-ECONOMICS»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib."Biz düşünürük ki, hazırkı dövrdə ƏDV aşağı salınmalıdır. Artıq Azərbaycanın iqtisadi potensialı buna imkan verir" - deyə, nazir vurğulayıb.F.Məmmədov Azərbaycanda tətbiq olunan vergilərin azaldılmasının planda olmadığını bildirib. Bununla belə, F.Məmmədov hesab edir ki, vergilərin unifikasiyası mümkündür. Nazir bildirib ki, 2009-cu ildə Vergi Məcəlləsinə adminstrativ və inzibati dəyişikliklərin edilməsi nəzərdə tutulur: «Hazırda hökumətlə vergi dərəcələri üzrə də müzakirələr gedir. Lakin indidən bu haqda bir söz deyə bilmərəm. Amma ciddi inzibati dəyişikliklərin edilməsi nəzərdə tutulur. O cümlədən də vergi hesabatlarının tərbibatının sadələşdirilməsi və s. məsələlərə geniş yer veriləcək».Qeyd edək ki, hazırda Azərbaycanda ƏDV üzrə faiz dərəcəsi 1*%-dir. Azərbaycan Sahibkarlar Konfederasiyası bu dərəcəni 15%-ə endirilməsini təklif edib. -
09-12-2008, 03:50 PMAPAVergilər naziri: "Vergi borcu olan dövlət qurumlarına «Azərenerji» və «Azəriqaz» başçılıq edir"
[b]Vergilər naziri: "Vergi borcu olan dövlət qurumlarına «Azərenerji» və «Azəriqaz» başçılıq edir"[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda vergi borcu olan əsas dövlət qurumları kommunal sektorda xidmət göstərən təşkilatlardır. «APA-ECONOMICS»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib. Nazirin sözlərinə görə, əsas borcu olan təşkilatlar sırasında «Azərenerji» ASC, «Azəriqaz» QSC və s. var. Əvvəllər ən çox vergi borc olan Dövlət Neft Şirkəti isə bir neçə ildir ki, borclarını bağlayıb.«Borclar kommunal sahədəki problemlərlə, yığımın aşağı olması və s. bağlıdır. Son vaxtlar yığımda baş verən artımla əlaqədar borclar aşağı düşür». Vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldiyini də deyən nazir bu ilin sonuna qədər 10 rayonda vergi kompüter terminallarının yaradılacağını vurğulayıb. Bununla da Azərbaycanın regionlarında fəaliyyət terminalların sayı 25-ə çatacaq. Qeyd edək ki, vergi-kompüter terminalları imzalanmış sazişə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən idarə olunur. -
09-12-2008, 04:10 PMAPABFB-da 10505120S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
[b]BFB-da 10505120S seriyalı 5 mln. manatlıq DQİ emissiyası yerləşdirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10505120S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 5 mln. manat təşkil edib. Sifariş 90,48% (gəlirlik 11,50%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 90,48% (gəlirlik 11,50%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin avqustun 11-də icra olunacaq. -
09-12-2008, 04:20 PMAPAAzərbaycan Milli Bankı ölkədə istehlak kreditləşməsinin artmasından narahatdır
[b]Azərbaycan Milli Bankı ölkədə istehlak kreditləşməsinin artmasından narahatdır[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) kommersiya banklara istehlak kreditləşməsinə ehtiyatla yanaşmağı tövsiyə edir. AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, mərkəzi bankın bu yanaşması istehlak kreditləri üzrə risklərin yüksək olması ilə bağlıdır. Qeyd edək ki, hazırda Azərbaycandakı bankların məcmu kredit portfelinin 36,4%-i məhz istehlak kreditlərinin payına düşür və bu fakt AMB-ni narahat etməyə bilməz. E.Rüstəmov vurğulayıb ki, bankların öz kredit portfellərini müddətlər və sahələr üzrə diversifikasiya etməsi olduqca vacibdir. İstehlak kreditlərinin azaldılması nəticəsində banklarda yarana biləcək artıq likvidlik problemini şərh edən AMB başçısı bildirib ki, burada söhbət istehlak kreditləşməsinin tamamilə dayandırılmasından deyil, banklar tərəfindən risklərin azaldılması (idarə olunması) zəruriliyindən gedir. -
09-12-2008, 04:40 PMAPAHicran Hüseynova "Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu" mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul edib
[b]Hicran Hüseynova "Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu" mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul edib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən "Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu" mövzusunda beynəlxalq konfransın iştirakçılarını qəbul edib. APA-nın məlumatına görə, görüşdə Norveç Parlamentinin Beynəlxalq Əlaqələr və Xarici Siyasət Komitəsinin sədr müavini Marit Nybakk, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Əzizə Sibel Gönül, Türkiyənin millət vəkili Sofiye Seymenoğlu, Gürcüstan Parlamentinin deputatı Çiora Taktaşvili, Qazaxıstan Parlamentinin deputatı Baymaqambetova Baqila və başqaları iştirak ediblər. H. Hüseynova komitənin fəaliyyəti ilə yanaşı, qonaqlara Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində görülən işlər, dövlət tərəfindən həyata keçirilən layihələrlə bağlı məlumat verib. -
09-12-2008, 04:50 PMAPABəxtiyar Sadıqov: "Azərbaycan" müstəqilliyimizin qeyri-rəsmi simvoludur"
[b]Bəxtiyar Sadıqov: "Azərbaycan" müstəqilliyimizin qeyri-rəsmi simvoludur"[b]
"Başsağlığı bazarı bizdədir, bu bazarı heç kimə vermək fikrimiz yoxdur"Bakı. Elbrus Seyfullayev - APA. "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun qəzetin 90 illik yubileyi ərəfəsində APA-ya müsahibəsi
- Yeddi il əvvəl "Azərbaycan" qəzetinin baş redaktoru təyin olunanda verdiyiniz müsahibədə qəzetdə islahatlar aparmaq istədiyinizi demişdiniz. Bu islahatlar axırı necə oldu, həyata keçirə bildiniz?- Hər iki Azərbaycanda islahatlar çox böyük sürətlə gedir. Ölkədə gedən inkişaf göz önündədir. "Azərbaycan" qəzetində də çox böyük dəyişikliklər baş verib. Bu gün qəzetin bütün əməkdaşının müasir tipli kompüterləri, telefonları var, hər otaqda televizor, kondisioner qoyulub. İndiki zamanda biz bunları edə bilmişiksə, böyük işdir. Çünki qəzet büdcə yox, təsərrüfat hesablıdır. Bu işlərin hamısı islahatların sürətlə getdiyini göstərir. Biz sovet dövründən çıxmışıq, həm psixologiyada müəyyən qalıqlar var, həm də sovet dövrü qəzetçiliyinə aid müəyyən vərdişlərimiz qalıb. Bu əngəllər həm müxalifət, həm müstəqil qəzetlərdə özünü göstərir. Bir çox hadisələrə qiymət verəndə məhz o mövqedən çıxış edirik. Bazar iqtisadiyyatında kasıb və işsizin olması normal haldır. İnsan varlarınsa, bu onun qabiliyyətinin göstəricisidir. Bunu cəmiyyətin nöqsanı kimi göstərmək olmaz. Bir çox qəzet bunu cəmiyyətin, müxalifət isə birbaşa iqtidarın nöqsanı kimi qələmə verir. - Sovet dövrünün qalıqları "Azərbaycan" qəzetində nə qədər qalıb?- Təbii ki, burada da insanlar işləyir. Psixologiya inqilabi yolla yox, tədricən dəyişir. - Heç özünüzü 90 il əvvəl "Azərbaycan" qəzetinə baş redaktorluq etmiş Ceyhun Hacıbəyli ilə müqayisə edirsiniz? - İnsanlar kimi bəzən əşyaların da taleyi olur. Bəzən milyonçunun əlində olan əsa geyim dəstini tamamlamaq, kasıbın əlindəki isə ona dayaq olmaq üçün istifadə olunur. Müəyyən mənada "Azərbaycan"ı həm bəxtli, həm də bəxtsiz qəzet sayıram. "Azərbaycan" bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. "Azərbaycan" qəzeti öncə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xəbərlərini dərc edib. O dövrdə "Azərbaycan"da elə istedadlı şəxslər olub ki, adam onların necə yetişməsinə məəttəl qalır. Bu gün internet vasitəsi ilə otaqdan çıxmadan dünyanın istənilən kitabxanasına daxil olmaq imkanı var. Ancaq 1920-ci ildə bu texniki vasitələr yox idi. Belə bir şəraitdə Ceyhun bəy Hacıbəyli Sorbon Universitetini bitirib. Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim kimi şəxslər yüksək istedad və intellektə sahib olublar. Onların hər ikisi Rusiyada təhsil alıb və müxtəlif vaxtlarda "Azərbaycan" qəzetinə rəhbərlik edib. Qəzet bağlandıqdan sonra sovet dövründə Azərbaycanın terminlər lüğətini Xəlil İbrahimə hazırlatdırıblar. Açığını desəm, o dövrlə müqayisə edəndə Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim də məndən xeyli yüksəkdə duran insanlar olublar. Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini elan edəndə "Azərbaycan" qəzeti də bərpa olunub. Mənim redaktor xoşbəxtliyim odur ki, o insanların heç birinə nəsib olmayan qüdrətli Azərbaycanı gördüm. Qəzetin talesizliyi ondadır ki, sovet hökuməti "Azərbaycan"ı bağlayıb və bir daha bu adda qəzet çıxmasına imkan verməyib. Qəzetin bəxtsizliyi indiki dövrə də gəlib çıxıb. Bizim əlimizdə "Azərbaycan"ın bütün nömrələri yoxdur. Biz artıq qəzetin nömrələrinin hansı arxivdə saxlandığını öyrənmişik. Bu arxivlər həm Azərbaycanda, həm də xarici ölkələrdədir. Artıq arxivdə olan "Azərbaycan"ın nömrələrinin toplanması ilə bağlı müraciətlər etmişik. Ən böyük problemlərdən biri də odur ki, indiyə kimi "Azərbaycan" qəzeti tədqiq olunmayıb. - "Azərbaycan"ın real tirajı nə qədərdir?- Bu gün qəzet 9 min tirajla nəşr edilir. - Ancaq 1990-cı illərin əvvəllərində Sabir Rüstəmxanlı baş redaktor olanda qəzet tirajda rekord vuraraq 100 mini ötüb. Bu gün səbəb nədir ki, 10 min tirajı belə keçə bilmirsiniz?- "Kommunist" qəzetinin son tirajı 620 min olub. Mən o vaxt həmin qəzetdə işləyirdim. Onda mətbuat kütləvi idi, hamı qəzet oxuyurdu. Biz kitaba qayıtmasaq, intellekt cəhətdən yüksək inkişaf edə bilməyəcəyik. Digər problem isə bu gün kəndlərə qəzetlərin çatdırılmamasıdır. Sovet dövründə hər bir kəndə qəzet nəşr olunduğu gün çatdırılırdı. Adamlar bu məsələdən əziyyət çəkirlər. Qəzet həm də mənəvi qidadır. Ona alışmayan isə bu qidanı "yeyə" bilmir. Qəzetə alışmaq, onunla "xəstələnmək" lazımdır. Yəni təzədən biz qəzet oxumağa qayıtmalıyıq. "Azərbaycan" qəzeti hazırda respublika səviyyəsində yayılmaq imkanına malik deyil. - Qəzetin çap səviyyəsindən razısınız?- Mən fəxr edirəm ki, bizdə iyirmiyədək peşəkar jurnalist fəaliyyət göstərir. Elə redaksiyalar var ki, bir peşəkar jurnalisti belə yoxdur. İndi biz oturub fikirləşsək, ölkə üzrə əlli peşəkar jurnalistin adını yaza bilmərik. Yəni təkcə bu fakta görə ideal qəzet buraxmaq mümkün deyil. Digər tərəfdən, hər qəzetin öz konsepsiyası var. Bir dəfə küçə satışını eksperiment etdik, lakin gündə 5-10 qəzet sata bilmədik. Məsələn, istənilən yarmarkanın bu başından girib o başından çıxsan, vur-tut 2-3 "Azərbaycan" qəzeti sata bilərsən. Yəni hər qəzetin öz auditoriyası var. Bizim 7 min abunəçimiz var. Qalan 2 min nüsxənin isə 30-40 faizi geri qayıdır. "Azərbaycan" qəzetinin illik abunə haqqı təqribən 100 manatdır. Bu da abunəni çətinləşdir. - Milli Məclisin orqanı olan qəzetə parlament niyə yardım göstərmir?- Nizamnaməyə görə elə olmalıdır. Qəzet bir müddət dövlət büdcəsindən maliyyələşib, Azərbaycan Xalq Cəbhəsi iqtidarda olanda isə büdcədən çıxarılıb. İndi heç kim geriyə qayıtmağı qəbul etmir. Mən istəyirəm ki, Milli Məclis bizə elə-belə pul verməsin, ona göstərdiyimiz xidmətin müqabilində qəzeti maliyyələşdirsin, qəzetdə nə qədər qanun dərc olunursa, Milli Məclis reklam hüququ ilə onun haqqını ödəsə, kifayətdir. Bir dəfə Mərkəzi Seçki Komissiyasının materiallarını dərc etdik. Seçki Məcəlləsinə görə, həmin materialların haqqı ödənməli idi. Lakin bu günə qədər həmin pul ödənməyib. - Yəni MSK sizə borcludur?- Əlbəttə. Onlar bu pulu o vaxtdan ödəməyiblər. Mən bir qədər yazışmalar apardım, ancaq nəticəsi olmadı. - Müsahibələrinizin birində demisiniz ki, "Azərbaycan" qəzeti başsağlıqları hesabına yaşayır. - Biz qəzetin reklamı digərlərindən çox tuturuq. Tutaq ki, hansısa nazirlik Qurtuluş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edir. Axı bu təbriki müxalifət qəzeti verməyəcək! Digər tərəfdən, biz idarə və müəssisələrlə razılığa gəlmişik ki, onların tədbiri olanda işıqlandıracağıq, onlar da reklamları olanda bizim qəzetdə verəcəklər. Bizim gəlirimizin 30 faizini reklam təşkil edir. Yəni mən demişdim ki, biz ən çox pulu təbrik reklamı və başsağlığından qazanırıq. - Sirr deyilsə, bir başsağlığının qiyməti neçədir?- Bu gün bir başsağlığının qiyməti 17 manatdır. Altı nəfərin adından bir başsağlığı verilirsə, bunun məbləği 17 manatdır. Başsağlığı verən şəxslərin sayı artdıqca, qiymət də bahalaşır. Kiminsə yaxın adamının öldüyünü bilmək üçün bizim qəzeti alırlar. Yəni bu bazar bizdədir və heç kimə vermək fikrimiz yoxdur. Odur ki, biz başsağlığının qiymətini qaldıra da bilirik. - "Azərbaycan" qəzetinin məhkəməyə verilən vaxtları olubmu? - Tək mənim dövrümdə altı məhkəməmiz olub, onun da iksində iddiaçı biz olmuşuq. Bütün proseslərdə də qalib gəlmişik. Bütün yazılarımız haqlı olub. Qərəz olan yazını məhkəmədə heç vaxt müdafiə edib, udmaq olmur. Söz demək cəsarətdirsə, onu deyə bilmək məharətdir. - Bəzən "Azərbaycan" qəzetində yüksək səviyyəli məmurların tənqidinə rast gəlinir... - Bəzən yetişmiş məsələlər olur. Bir vaxt Bakıda yaşıllıqları qırıb yerində bina tikmək adama qəribə gəlirdi, insanlar bunu qəbul edə bilmirdi. Müxalifət qəzetləri bütün günü bu barədə yazsalar da, inanmırdılar. Biz bu mövzunu araşdırdıq. Söhbət ağac qırmaqdan yox, həmin şəxslərə bu hüququ verənlərdən, bu sənədə imza atanlardan gedir. Bu məsələnin dalınca gedəndə yüksək çinli məmurlara çatdıq. Bizim yazıdan sonra çoxsaylı hücumlara tuş olduq. Ancaq sözü də ucuzlaşdırmaq olmaz. Sözün tək ölçüsü və çəkisi yox, rəngi də var. Müəyyən qədər sözlə işləyəndən sonra onun rəngini görmək olur. Odur ki, eyni məsələdən çox tənqid yazıb sözü urvatdan salmaq olmaz. - Bu yaxınlarda rəhbərlik etdiyiniz qəzetdə televiziyaları da ciddi tənqid etmişdiniz... - Ulu öndər Heydər Əliyevin 2001-ci ilin avqustun 13-də milli mənəvi dəyərlərin qorunması ilə bağlı müraciəti olub. Orada çox vacib məsələlər əksini tapıb. Bu gün biz avropalıyıq deyib, az qala abır-həyamızı, ədəb-ərkanımızı unutmağa başlamışıq. Dünyanın harasında sıradan çıxmış, vaxtı keçmiş, qəbul olunmayan layihələr varsa, Azərbaycanın özəl kanalları onu camaata sırımaqla məşğuldur. Məsələn, bir neçə il əvvəl abır, ismət, namus "Qəfəs"ə qoyulmuşdu. Axır ki, bir müddət keçəndən sonra onun qarşını aldılar. Məsələn, bu gün "Sarı" jurnalı nəşr olunur. Bir də görürsən Fransada hansısa aktrisanın iyirmi ərinin olmasından yazırlar. Bu, Avropa üçün normaldır. Hər televiziyanın bir "bazar" verilişi var. Bir də görürsən, kimsə çıxıb atası bilinməyən uşağı haqqında danışır. Azərbaycanda atası bilinməyən uşağın bir adı var - bic. Ancaq gör vəziyyət hansı həddə çatıb ki, hamı bic doğmağı bayram edir, televiziyalar da bunun təbliğatçısına çevrilir. Mən axşam saat 10-da yatıram. Haradan bilim ki, mən yatandan sonra oğlum oturub belə səviyyəsiz proqramlara baxmır. Bunun qarşısını qadağa yolu ilə almaq mümkün deyil. Azərbaycanda şou-biznes yoxdur. İndi cəmi iki qrup şou-bizneslə məşğuldur. Bunlar "Bakılı oğlanlar" komandası və Rəfaellə Coşqundur. Onlar tam normal fəaliyyət göstərirlər. İndi "palatka" müğənniləri televiziyalara pul ödəyib "raskrutka" olunurlar. Bundan isə televiziya kanalı və həmin müğənnidən başqa heç kim qazanmır. Mən yazını adı ilə yazıram. Yazdıqlarımın müəyyən qədər təsiri olur. Lakin Azərbaycanda ictimai qınaq lazımi səviyyəyə çatmayıb. - Bir dəfə "Azərbaycan" qəzetində Əkrəm Əylislinin özünün xəbəri olmadan müsahibəsi dərc olunmuşdu. Sonradan bu hadisə yazıçının böyük etirazına səbəb oldu. - Əkrəm Əylislinin 70 illik yubileyi ərəfəsində jurnalist Telman Mehdixanlı bir neçə dəfə ondan müsahibə almaq istəyib, lakin baş tutmayıb. Jurnalist onun köhnə müsahibələrinin üzərində işləyib və yeni material hazırlayıb. Ancaq müsahibəni Əkrəm Əylisliyə oxutdura bilməyib. Müsahibə qəzetdə gedəndə mən jurnalisti çağırıb materialı yazıçıya oxutdurub-oxuturmadığını soruşdum. O da cavabında yazıçının müsahibədən xəbərdar olduğunu dedi və müsahibəni çap etdik. Səhəri gün Əkrəm Əylisli zəng edib qəzetə müsahibə vermədiyini dedi və təkzib tələb elədi. Hətta bu barədə mətbuata açıqlama da verdi. Mən də bunun üstündə jurnalisti işdən çıxartdım. Sonradan Əkrəm Əylisli də daxil olmaqla, bir neçə millət vəkili mənə müraciət edərək, onu işə bərpa etməyimi xahiş etdi. Mən iclas keçirdim. İclasda redkollegiya jurnalistin bağışlanmasını müsbət qiymətləndirdilər və biz Telman Mehdixanlını işə qaytardıq. Lakin bu hadisə Əkrəm Əylislini yenidən tanımağıma kömək etdi, mən onu ikinci dəfə kəşf etdim. Əkrəm Əylislini yazıçı kimi tanıyırdım, bu hadisədən sonra isə insan kimi də tanıdım. Əkrəm müəllim prinsipcə düz etmişdi. Amma 70 yaşlı bir xalq yazıçısının 60 yaşlı məcburi köçkünü işindən qovdurmasını ayrı cür qiymətləndirənlər də oldu... - Çoxları "Azərbaycan"ın baş redaktoru olmağı asan iş saymır. Yəni burada jurnalist sərbəstliyinin olmadığını deyirlər. Siz bu fikirlərlə razısınızmı?- "Azərbaycan"ın baş redaktoru olmaq vəzifə deyil. Vəzifə odur ki, pul qazanıb, firavan yaşayasan. Bu qəzetin baş redaktoru işlədiyin dövrdə ancaq özünə düşmən qazana bilərsən. Bu iş böyük məsuliyyət tələb edir. - Sentyabrın 15-də "Azərbaycan" qəzetinin 90 illiyi tamam olur. Rəsmi səviyyədə təbrik və ya mükafatlandırma gözləyirsinizmi?- Dövlət başçısı zəhmətimi yüksək qiymətləndirərək, məni "Əməkdar jurnalist" fəxri adına layiq görüb. Ona görə özüm üçün heç nə istəmirəm. Ancaq kollektivdə olan peşəkar jurnalistlərin təltif ediləcəyini gözləyirik. - Neçə yaşınız var?- Artıq 57 yaşındayam. - Yaşınıza baxanda tez qocalana oxşayırsınız. - 1991-ci ilə qədər cavan oğlan idim. Qarabağda baş verən hadisələr zamanı cəbhədə bölgəsində müxbiri kimi işlədim. Məni o müharibədə gördüklərim və yaşadıqlarım qocaltdı. Mənə elə gəlir ki, həyata ikinci dəfə gəlmişəm. Artıq ikinci həyatımı yaşadığımı hiss edirəm. Xudu Məmmədovun məşhur bir sözü var: "Mən artıq təəccüblənməyi tərgitmişəm, indi ancaq dərin təəssüf hissi keçirirəm". Mən ömrüm boyu təəccüblənməmək üçün mübarizə aparmışam. Bəzən insanlar elə addımlar atır ki, təəccüblənirsən. İndi ömrümün təəssüflənmə çağıdır... -
09-12-2008, 05:00 PMAPAElman Rüstəmov: «Azərbaycan Milli Bankı banklara kreditləşməni məhdudlaşdırmaq göstərişi verməyib»
[b]Elman Rüstəmov: «Azərbaycan Milli Bankı banklara kreditləşməni məhdudlaşdırmaq göstərişi verməyib»[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına kreditləşmənin məhdudlaşdırılmasına dair heç bir göstəriş verməyib. «APA-ECONOMICS»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib: «Çünki qanunvericiliklə banklar öz fəaliyyətində azaddır».Qeyd edək ki, son vaxtlar ölkədəki bank təşkilatları tərəfindən kreditləşmənin dayandırılması barədə məlumatlar yayılır. Bunu şərh edən E.Rüstəmov deyib ki, banklardakı kreditləşmə problemləri müəyyən ödənişlərin vaxtı çatması ilə bağlı yarana bilər. Belə ki, bir sıra bank xarici maliyyə mənbələrindən vəsaitlər cəlb edir və bu öhdəliklər üzrə banklar tərəfindən ödənişlər aparılarkən kreditləşmədə müəyyən müddət ərzində fasilələr yarana bilər. -
09-12-2008, 05:20 PMAPAAzərbaycan və Türkiyə Banklar Assosiasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb
[b]Azərbaycan və Türkiyə Banklar Assosiasiyaları arasında əməkdaşlıq sazişi imzalanıb[b]
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Türkiyə Banklar Assosiasiyası arasında əməkdaşlıq sazişi imzalanıb.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən ABA-nın prezidenti Eldar İsmayılov ölkədəki 43 bank və 4 qeyri-bank kredit təşkilatının Assosiasiyaya üzv olduğunu, o cümlədən 17 bank təşkilatının xarici kapitallı olduğunu, 2 yerli bankın isə xaricdə filiallarının fəaliyyət göstərdiyini bildirib.E.İsmayılov qeyd edib ki, görüşün əsas məqsədi hər iki ölkənin bank assosiasiyaları və bankları arasında əməkdaşlığı genişləndirmək, eyni zamanda Türkiyə banklarının Azərbaycan bazarına çıxışını artırmaqdır: «Azərbaycanla Türkiyə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir və ABA bu inkişafın daha da yüksəldilməsində maraqlıdır. Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı ticarətdə əsas məsələ manat-lirə konvertasiyası ilə bağlıdır. Biz bu məsələyə çox ciddi yanaşırıq, yəni konvertasiya mexanizminin işlənib hazırlanması vacibdir».Türkiyə Banklar Assosiasiyasının baş katibi Ekrem Keskin isə öz növbəsində Türkiyə bank sektorunun vəziyyəti, eyni zamanda son illər bu sahədə əldə olunan nailiyyətlərdən danışıb: «Hazırda Azərbaycanda bir sıra türk bankları fəaliyyət göstərir ki, bu da Azərbaycanla Türkiyə arasında olan iqtisadi əməkdaşlıqdan xəbər verir. Türkiyə banklarından bir neçəsi artıq Azərbaycanda nümayəndəliklərini açmaq niyyətindədir və bu məsələ hələlik danışıqlar mərhələsindədir». Sonda iki ölkənin bank assosiasiyaları arasında əməkdaşlığa dair saziş imzalanıb. Xatırladaq ki, ABA indiyədək 15 xarici bank assosiasiyası ilə analoji saziş imzalayıb. Qeyd edək ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. -
09-12-2008, 05:40 PMAPATürkiyənin nəqliyyat naziri Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qoşulacağını istisna etmir
[b]Türkiyənin nəqliyyat naziri Ermənistanın Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qoşulacağını istisna etmir[b]
[Ankara - APA. Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi qonşu Ermənistanı kənarda qoymağı nəzərdə tutmur. APA-nın "Today’s Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım deyib. O, layihənin 2011-ci ildə başa çatacağını, təkcə adə çəkilən üç ölkəni əhatə etməyəcəyini, həm də Asiya ilə Avropanı bir-birinə bağlayan tarixi İpək Yolunun canlandırılmasına yönəldiyini bildirib. Nazir beynəlxalq ticarət və turizmin inkişafına təkan verəcək layihəyə Rusiya, İran, Yunanıstan kimi ölkələrin də qoşula biləcəyini söyləyib: "Layihə yalnız Türkiyə və Azərbaycana məxsus deyil". -
09-12-2008, 05:50 PMAPANuru Paşanın nəvəsi Azər Ənvər ilk dəfə Azərbaycana gələcək
[b]Nuru Paşanın nəvəsi Azər Ənvər ilk dəfə Azərbaycana gələcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycandakı nümayəndəliyinin dəvəti ilə Nuru Paşanın nəvəsi Azər Ənvər sentyabrın 14-də ilk dəfə Azərbaycana gələcək. Qurumdan APA-ya verilən məlumata görə, A. Ənvər Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 90 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. Qonağın Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarəti, Nuru Paşanın, Qafqaz-İslam Ordusunun xatirəsinə həsr olunmuş tədbir və müxtəlif ədəbi-bədii gecələrdə iştirakı nəzərdə tutulub. -
09-12-2008, 06:10 PMAPABu gün BBVB-nin valyuta bölməsində 33 min dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 33 min dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8150 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8150 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 26 912 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8150 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 33 min dollar və ya 26 912 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 9,275 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,71%, ABŞ dolları üzrə isə illik 16,08% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
09-12-2008, 06:20 PMAPA"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimatı keçirilib
[b]"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimatı keçirilib[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı-2003-2008" kitabının təqdimat mərasimi keçirilib.
[APA-nın məlumatına görə, tədbirə çıxış edən Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə bildirib ki, bu kitab rəsmi sənədlər əsasında hazırlanıb. O, ötən 5 il ərzində Azərbaycanda 3 ali məktəb - Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradıldığını deyib. YAP-ın icraçı katibi Əli Əhmədov isə bildirib ki, kitabın hazırlanmasında məqsəd liderlərin fəaliyyəti barədə məlumatları tarixə həkk etdirmək və gələcək nəslə çatdırmaqdır. Ə. Əhmədov bu kitabı son 5 ilin təhsil sisteminin salnaməsi kimi də dəyərləndirib.Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, ötən beş ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsait dəfələrlə çoxalıb, 1410 yeni məktəb binası inşa edilib, təhsil işçilərinin əmək haqları bir necə dəfə artırılıb. -
09-12-2008, 06:30 PMAPAAzərbaycanın daha bir bankı qızıl satışına başlayıb
[b]Azərbaycanın daha bir bankı qızıl satışına başlayıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın «Xalq Bank» ASC pərakəndə bank məmulatlarının çeşidinin genişləndirilməsi məqsədi ilə fiziki şəxslər üçün qızıl külçələrin satışına başlayıb. «Xalq Bank»ın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata əsasən, müştərilərə Avropanın aparıcı zavodlarında istehsal olunmuş 100, 250, 500 və 1000 qramlıq 999,9 əyarlı külçələr təklif olunur. Külçələrin qiyməti «Xalq Bank»ın gündəlik məzənnələri əsasında müəyyən edilir, onların saxlanmasının təhlükəsizliyini təmin etmək üçün müştərilər külçələrini Bankın depozitar seyflərində saxlaya bilər.Qeyd edək ki, «Xalq Bank» ASC-nin aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 325,693 mln. manat, kredit portfeli 262,105 mln. manat, depozit portfeli 234,426 mln. manat, məcmu kapitalı 41,885 mln. manat, nizamnamə kapitalı 53,550 mln. manat olub. -
09-12-2008, 06:40 PMAPAATƏT-in Seçkiləri Müşahidə Missiyasının təhlilçisi Mətbuat Şurasında olub
[b]ATƏT-in Seçkiləri Müşahidə Missiyasının təhlilçisi Mətbuat Şurasında olub[b]
[Bakı-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda Seçkiləri Müşahidə Missiyasının media təhlilçisi Rasta Kuzel Mətbuat Şurasında olub. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şura sədri Əflatun Amaşovla və qurumun İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdə R. Kuzel üzərinə bu kampaniya, xüsusilə prezidentliyə namizədlər haqqında məlumatların mediada nə dərəcədə ətraflı işıqlandırılması ilə bağlı monitorinq aparılması missiyasının düşdüyünü vurğulayıb. 2005-ci ilin parlament seçkiləri zamanı da belə məsul işlə məşğul olduğunu deyən R. Kuzel medianın durumu və digər aktual məsələlər ətrafında danışıb. Ə. Amaşov rəhbərlik etdiyi qurumun apardığı aylıq monitorinqlərdə seçkilər mövzusunun xüsusi yer tutduğunu deyib. Şura sədri MŞ-nin monitorinqini apardığı KİV-lərdə bu məsələnin işıqlandırılması xüsusiyyətlərinin təhlilini verib. -
09-12-2008, 06:50 PMAPATəhsil almaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi parlamentdə müzakirə olunacaq
[b]Təhsil almaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi parlamentdə müzakirə olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Milli Məclisin (MM) payız sessiyasında hərbi qanunvericiliyə bakalavr, magistratura və aspiranturada oxumaq istəyən gənclərə hərbi xidmətə görə möhlət hüququnun verilməsi ilə bağlı dəyişikliyin edilməsi məsələsinə baxılacağı gözlənilir. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil məsələləri daimi komissiyanın üzvü Abel Məhərrəmov bildirib. A. Məhərrəmov fasiləsiz təhsil üçün gənclərə şərait yaradılmasının vacib olduğunu deyib: "Mövqeyimiz belədir ki, fasiləsiz təhsilə şəraitin yaradılması ilə bağlı hərbi qanunvericiliyə dəyişiklik edilməlidir. Əminəm ki, bu məsələ həllini tapacaq. Parlamentin əksər üzvləri də bu fikirdədir. Ancaq bu dəyişikliyi elə etmək lazımdır ki, həm təhsil, həm də hərbi sahə axsamasın. Birinə üstünlük verməklə, digərinə zərər vermək olmaz". -
09-12-2008, 07:20 PMAPAGöyçayda Bakının işğaldan azad olunmasının 90 illiyi ilə bağlı tədbir keçirilib
[b]Göyçayda Bakının işğaldan azad olunmasının 90 illiyi ilə bağlı tədbir keçirilib[b]
[Göyçay-Zahid Abışov-APA. Bu gün Göyçay rayonunda Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar konfrans keçirilib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Türkiyə Universitetləri Məzunları Dərnəyinin sədri Çingiz Bayramov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Melda Aras, tarixçi Nəsiman Yaqublu iştirak edib. Konfransda 1918-ci il sentyabrın 15-də Bakının Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən bolşeviklərdən və daşnaklardan azad edilməsi barədə çıxışlar edilib. Qeyd olunub ki, Bakının azad edilməsində 1200-ə yaxın türk əsgəri şəhid olub, onlardan yalnız 20-nin məzarlarının yeri məlumdur. Konfrans iştirakçıları Göyçay rayonunun Bığır kəndində Türk Əsgərinin abidəsini, rayondakı Şəhidlər Xiyabanını, Soyqırımı abidəsini ziyarət ediblər. -
09-12-2008, 07:30 PMAPAAbdulla Gül Ermənistan prezidentini rəsmi olaraq Türkiyəyə dəvət edib
[b]Abdulla Gül Ermənistan prezidentini rəsmi olaraq Türkiyəyə dəvət edib[b]
Ankara - APA. Türkiyə prezidenti Abdulla Gül Ermənistana və Azərbaycana səfərləri zamanı ona göstərilən qonaqpərvərliyə görə hər iki ölkənin prezidentinə təşəkkür məktubu göndərib.
[APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, A. Gül Serj Sarkisyana məktubunda Ermənistana səfəri zamanı keçirilən görüşlərin faydalı olduğuna inandığını deyib və həmkarını Türkiyə ilə Ermənistan milli komandalarının 2009-cu ildə keçiriləcək cavab oyununa dəvət edib. İlham Əliyevə məktubunda isə A. Gül regional və ikitərəfli məsələlər barədə söhbətdə mövqelərin üst-üstə düşməsindən məmnuniyyətini ifadə edərək görüşlərin davam etdirilməsinin önəmli olduğunu vurğulayıb. -
09-12-2008, 08:00 PMAPAİslam Kərimov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Fondunda olub
[b]İslam Kərimov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Fondunda olub[b]
[Bakı - APA. Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 12-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İ. Kərimov akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoyub.Özbəkistan prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. O, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.Bu gün Özbəkistan prezidenti Heydər Əliyev Fondunda da olub. Azərbaycan prezidenti İlham Əliyev qonağa Fondun məqsədləri, H. Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verib.Özbəkistan prezidenti H. Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxıb.Prezident İ. Kərimova xatirə hədiyyəsi təqdim olunub. -
09-13-2008, 10:30 AMAPAErmənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 12-də saat 14.00-dan 14.13-dək və 20.35-dən 20.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 13-də saat 02.05-dən 02.35-dək isə Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
09-13-2008, 10:50 AMAPAGəncə-Moskva aviareysi növbəti dəfə təxirə salınıb
[b]Gəncə-Moskva aviareysi növbəti dəfə təxirə salınıb[b]
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Moskva-Gəncə-Moskva marşrutu ilə sərnişin aviareyslərinin həyata keçirilməsində yaranan fasilə hələ də davam edir.
[Sentyabrın 4-dən baş tutmayan reysin sentyabrın 12-də saat 23.00 radələrində həyata keçiriləcəyi bildirilsə də, Gəncə aeroportunda gözləyən sərnişinlər yenə də Moskvaya uça bilməyiblər. Reysi həyata keçirən Rusiyanın «Domodedovo aviaxətləri» şirkətinin Gəncə üzrə nümayəndəsi Eldəniz Səfərov APA-nın yerli bürosuna reysin sentyabrın 18-də baş tutacağını bildirib. O, uçuşların bərpa olunmamasını Rusiya tərəfində yaranmış texniki problemlə izah etsə də, bu problemlərin konkret nədən ibarət olduğu barədə Moskvadan ona da dəqiq bilgi verilmədiyini deyib. Qeyd edək ki, sentyabrın 4-də Moskvadan Gəncəyə yerinə yetirilməli olan reys əvvəlcə sentyabrın 11-nə təxirə salınıb, sonradan isə reysin dünən baş tutacağı bildirib. Gəncədən Moskvaya uçmalı olan 90-dan çox sərnişin isə əlində bilet aeroportda reysin həyata keçirilməsini gözləyir.Xatırladaq ki, Moskva-Gəncə-Moskva aviareysi hər həftənin cümə axşamı həyata keçirilir. -
09-13-2008, 11:00 AMAPAİsraildə Rəşid Behbudovun xatirə gecəsi keçirilib
[b]İsraildə Rəşid Behbudovun xatirə gecəsi keçirilib[b]
[Bakı - APA. Sentyabrın 11-də İsrailin Nataniya şəhərində məşhur Azərbaycan sənətçisi, mərhum Rəşid Behbudovun xatirə gecəsi keçirilib. Bu barədə APA-ya İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib. Assosiasiyanın Nataniya şöbəsinin rəhbəri, vaxtilə Rəşid Behbudovla birlikdə çalışmış Alen Katrix tərəfindən təşkil olunan gecədə çıxış edən İsrail parlamentinin üzvü Robert İlatov iştirakçıları salamlayaraq ənənələrin qorunması və müxtəlif mədəniyyətlərin bir araya gəlməsi baxımından bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Uzun illər Bakıda məşhur sənətçi ilə qonşu olmuş Mixail Aqarunov isə R. Behbudov haqqında xatirələrini bölüşüb. Gecədə təkcə Azərbaycandan yox, digər postsovet ölkələrindən köçmüş yəhudilər də iştirak edib. Onlar R. Behbudovun repertuarındakı mahnıları dinləyiblər. -
09-13-2008, 11:20 AMAPAÖzbəkistan prezidentinin Azərbaycan rəsmi səfəri başa çatıb
[b]Özbəkistan prezidentinin Azərbaycan rəsmi səfəri başa çatıb[b]
[Bakı - APA. Sentyabrın 12-də Bakının Nərimanov rayonunda, Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişdiyi yerdəki parkda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin heykəlinin açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açılış mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov da iştirak ediblər. Prezidentlər yeni parkda görülmüş abadlıq işləri ilə tanış olublar. Mərasimdə çıxış edən prezident İ. Əliyev bunun Özbəkistan və Azərbaycan xalqları arasında münasibətlərin tarixində çox əlamətdar hadisə olduğunu bildirib. Ə. Nəvainin, demək olar ki, bütün əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyini deyən dövlət başçısı onun Özbəkistan və bütövlükdə Şərq xalqları ədəbiyyatının inkişafına çox böyük təsir göstərdiyini qeyd edib. Azərbaycan və Özbəkistan arasında hər zaman dostluq münasibətlərinin olduğunu vurğulayan prezident Ə. Nəvainin Bakıda heykəlinin qoyulmasını bu dostluğun daha bir sübutu adlandırıb: "Bakıda Əlişir Nəvainin heykəlinin açılması, şəhərin mərkəzi küçələrindən özbək xalqının böyük nümayəndəsi Mirzə Uluqbəyin adının verilməsi kimi xalqlarımızın həyatındakı mühüm hadisələr münasibətlərimizi səciyyələndirən, qarşılıqlı rəğbət hisslərimizin dərinliyini, qarşılıqlı sevgi və qardaşlıq münasibətlərini əks etdirən səciyyəvi cəhətlərdir. Əminəm ki, bu hadisə gələcəkdə ölkələrimiz arasında daha sıx münasibətlər yaranmasına kömək edəcək".Özbəkistan prezidenti İ. Kərimov dörd il əvvəl İ. Əliyevlə birlikdə Daşkəndin ən mənzərəli, ən gözəl meydanlarından birində, Nizaminin adını daşıyan meydanda - Daşkənd Dövlət Pedaqoji Universitetinin binası qarşısında Nizaminin abidəsini açdıqlarını xatırladıb. Azərbaycanla münasibətlərin başqa dövlətlərlə münasibətlərdən keyfiyyətcə əsaslı şəkildə fərqləndiyini qeyd edən İ. Kərimov bunu mənəvi birliklə əsaslandırıb. Bakıda Ə. Nəvaiyə heykəl ucaldıldığı üçün o, Azərbaycan prezidentinə və xalqına təşəkkür edib. Sonra prezidentlər heykəlin önünə əklil qoyublar.Özbəkistan prezidentinin sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə də görüşü olub. Bununla da, İ. Kərimovun Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb. -
09-13-2008, 11:30 AMAPAAzərbaycan Beynəlxalq Bankı xidmət tariflərini aşağı salıb
[b]Azərbaycan Beynəlxalq Bankı xidmət tariflərini aşağı salıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki və hüquqi şəxslərə göstərilən bank xidmətlərinin tariflərini aşağı salıb. ABB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, nağd vəsait üzrə əməliyyatlar, valyuta mübadiləsi, pul köçürmələri, plastik kartlar və digər xidmətlər üzrə tariflər əhəmiyyətli dərəcədə azaldılıb. Bundan başqa, ABB-da xarici və beynəlxalq humanitar, diplomatik və kredit təşkilatları üçün spesifik tariflər sistemi mövcuddur. Bankın rəhbərliyi tarifləri müştərilərin sayı əhəmiyyətli dərəcədə artdığına görə azaldıb. Belə ki, bu ilin avqustun 1-nə olan məlumata görə, ABB-nın hüquqi şəxs şəklində müştərilərinin sayı 39 minə yaxın, fiziki şəxslər şəklində isə 640 minə yaxın olub. Fiziki şəxslər üçün aşağı salınmış tarifləri «Visa Electron» və ya «Maestro» plastik kartlarının illik xidməti 10 manatadək, «Visa Gold» və «MasterCard Gold» plastik kartlarının illik xidməti isə 75 manatadək endirilib. Pul köçürmələrində (ABB-Moskva və ABB-Gürcüstan bankları vasitəsilə) isə faiz dərəcəsi 0,5%-dən 0,25%-dək aşağı salınıb.Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin (Maliyyə Nazirliyi) iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib. -
09-13-2008, 11:40 AMAPAQazax Diaqnostika Mərkəzinin inşası başa çatmaq üzrədir - FOTO
[b]Qazax Diaqnostika Mərkəzinin inşası başa çatmaq üzrədir - FOTO[b]
Qazax. Nəzakət Məşədiəliqızı - APA. 2005-ci ildə prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Qazax Diaqnostika Mərkəzində son tamamlama işləri aparılır. Qazax rayonunun baş həkimi Kağı Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, müasir tələblərə cavab verən mərkəz istifadəyə verildikdən sonra yerli əhalinin müayinə üçün paytaxta və xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq: "Digərlərindən fərqli olaraq burada hemodializ və tomoqrafiya şöbələri də fəaliyyət göstərəcək. Mərkəzdə təcili tibbi yardım, şüadiaqnostika, yoluxucu xəstəliklər, terapiya, cərrahiyyə şöbələri və əməliyyat blokları da yaradılıb". Ümumi sahəsi 6 min kvadratmetr sahədə inşa olunmuş üçmərtəbəli Diaqnostika Mərkəzi 20 çarpayılıqdır. Mərkəzdə 240 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Burada qərb bölgəsinin əhalisi ilə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlılara da xidmət göstəriləcək. Mərkəz sentyabr ayının sonlarınadək təhvil veriləcək. -
09-13-2008, 11:50 AMAPAAzərbaycan yığması Pekin Paralimpiadasında daha bir medal qazanıb
[b]Azərbaycan yığması Pekin Paralimpiadasında daha bir medal qazanıb[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. XIII Pekin Yay Paralimpiya Oyunlarının 7-ci günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. "APA-SPORT"un məlumatına görə, bu dəfə 2004-cü il Afina Olimpiadasının qalibi atlet Oleq Panyutin fərqlənib.25 yaşlı həmyerlimiz uzunluğa tullanma yarışında qüvvəsini sınayıb. Altı dəfə cəhd göstərən O. Panyutin 7.06 metrlik nəticə göstərib. O, Səudiyyə Ərəbistanın təmsil edən Osamah Alşanqiti ilə eyni uzaqlığa tullanıb. Lakin idmançımız cüzi fərqlə rəqibindən geri qalıb.Birinci yerin sahibi Hilton Langenhoven (CAR) isə O. Panyutinin Afinada müəyyənləşdirdiyi paralimpiya rekordunu təzələyib - 7.31 metr. Azərbaycanlı atlet 4 il öncə 7.25 metr tullanaraq, qızıl medala layiq görülmüşdü.Beləliklə, 7-ci mükafatına (1 qızıl, 3 gümüş, 3 bürünc) qovuşan Azərbaycan medal qazanan ölkələrin siyahısında yenə 32-ci pillədə qərarlaşıb. O. Panyutindən öncə üçtəkanla tullanma yarışlarında mübarizə aparan atletlərimiz Zeyniddin Bilalov 2-ci, Vladimir Zayets isə 3-cü yeri tutmuşdu. Bundan başqa, Pekin Paralimpiadasında cüdoçularımızdan İlham Zəkiyev qızıl, Tofiq Məmmədovla Kərim Sərdarov gümüş, Ramin İbrahimov bürünc mükafata sahib çıxıb. -
09-13-2008, 12:00 PMAPARusiya qoşunları Gürcüstanın Poti şəhərini tərk edib
[b]Rusiya qoşunları Gürcüstanın Poti şəhərini tərk edib[b]
Poti - APA. Bu gün səhər Rusiya qoşunları Gürcüstanın Poti şəhərini tərk etməyə başlayıblar. APA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07.45-də Rusiya ordusuna məxsus yük avtomobilləri və hərbi texnika Potidəki Nabada məntəqəsindən çıxıb. Gürcü polisləri onları Senakiyə qədər müşayiət edib.
[Qeyd edək ki, Rusiya hərbçiləri Poti və Senaki şəhərlərində ümumilikdə 5 müşahidə postu yaratmışdı. Rusiya prezidenti Dmitri Medvedev və Fransa prezidenti Nikola Sarkozi arasında əldə olunmuş razılaşmaya əsasən Rusiya qoşunları Cənubi Osetiyada hərbi əməliyyatlarına başlandığı vaxta qədər tutduqları mövqelərə geri dönməlidir. Oktyabrın 1-dən gec olmayaraq onları həmin ərazilərdə Avropa Birliyi ölkələrindən olan azı 200 müşahidəçi əvəz etməlidir. -
09-13-2008, 12:10 PMAPAXarici işlər naziri: "Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlaşmır"
[b]Xarici işlər naziri: "Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlaşmır"[b]
[Tiflis-APA. Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa hazırlşmır. APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birgə sentyabrın 12-də Tiflisdə keçirdiyi brifinqdə çıxış edib. Ermənistanın indiyədək Dağlıq Qarabağ, Kosovo və müstəqillik istəyən digər qurumları tanımadığını qeyd edən erməni nazir beynəlxalq ictimaiyyətin səyi nəticəsində münaqişələrin sülh yolu ilə həllinə ümidvar olduğunu vurğulayıb: "Biz Gürcüstandakı münaqişələrin tezliklə həllində maraqlıyıq. Lakin təkcə ona görə yox ki, Ermənistanın mal və məhsullarının 70%-i Gürcüstan ərazisindən göndərilir, həm də ona görə ki, bizi uzun tarix bağlayır". E. Nalbandyan Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana səfəri ilə bağlı hazırda danışıqlar getdiyini də söyləyib. -
09-13-2008, 12:20 PMAPAAzərbaycanda "Gəncə infrastrukturu" adlı beynəlxalq sərgi keçiriləcək
[b]Azərbaycanda "Gəncə infrastrukturu" adlı beynəlxalq sərgi keçiriləcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu il sentyabrın 22-24-də Gəncədə «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə «Gəncə infrastrukturu» («West Azerbaijan Infrastructure») adlı II Azərbaycan Beynəlxalq Sərgisi keçiriləcək.«Iteca Caspian» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu sərgiyə parallel olaraq «Tikinti» («WestAzBuild») sərgisi də təşkil olunacaq. Hər iki sərgi Gəncə şəhərinin yaranmasının ildönümünün bayram edilməsi mərasiminə uyğunlaşdırılıb. «Gəncə İnfrastrukturu» sərgisində tikinti və interyer, qida sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, energetika, bank və sığorta, səhiyyə, nəqliyyat, infrastruktu və digər sahələri əhatə edən şirkətlər iştirak edəcək. -
09-13-2008, 12:30 PMAPABMT Baş Assambleyasının 63-cü sessiyanın gündəliyi açıqlanıb, gündəliyə Azərbaycanla bağlı iki məsələ salınıb
[b]BMT Baş Assambleyasının 63-cü sessiyanın gündəliyi açıqlanıb, gündəliyə Azərbaycanla bağlı iki məsələ salınıb[b]
Bakı. Laçın Sultanova - APA. Sentyabrın 16-da BMT Baş Assambleyasının 63-cü sessiyasının rəsmi açılışı olacaq. APA-nın məlumatına görə, sessiyanın gündəliyinə Azərbaycanla bağlı 2 məsələ salınıb.
[Gündəliyin 13-cü bəndi «GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri» (62/249-cu qətnamə), 16-cı bəndi isə «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» (62/243-cü qətnamə) adlanır. Sessiya çərçivəsində çıxışlar sentyabrın 23-dən oktyabrın 1-dək olacaq, ümumilikdə 120 ölkə və hökumət başçısı, xarici işlər naziri və nümayəndə heyətlərin rəhbərlərinin çıxışı gözlənilir. İlkin siyahıya görə, sentyabrın 23-də Braziliya, ABŞ, Fransa, Serbiya, Argentina, Qabon, İran, Gürcüstan, Litva prezidentlərinin çıxışı nəzərdə tutulur. Sentyabrın 24-də Ukrayna, 25-də Tacikistan, 26-da Qırğızıstan prezidentləri, sentyabrın 29-da Rusiya XİN başçısı Baş Assambleyanın tribunasına qalxacaq. 63-cü sessiyanın gündəliyinə ümumilikdə 160-dan çox məsələ salınıb. Onlardan ən əsasları sülh və təhlükəsizliyin təmin olunması, terrorizmlə mübarizə, insan haqları və ətraf mühitin qorunması, sosial və iqtisadi inkişaf məsələləridir. Qeyd edək ki, sessiya çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Tədbir çərçivəsində, həmçinin GUAM ölkələri XİN başçıları Şurasının növbəti iclası da keçiriləcək. -
09-13-2008, 12:50 PMAPAVladimir Putin: "Münasibətləri amerikalılar korladılar, qoy onlar da düzəltsinlər"
[b]Vladimir Putin: "Münasibətləri amerikalılar korladılar, qoy onlar da düzəltsinlər"[b]
[Moskva - APA. Rusiyanın baş naziri Vladimir Putin seçkilərdən sonra formalaşacaq ABŞ hökumətindən Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasını gözləyir. APA-nın məlumatına görə, V. Putin bunu Fransanın "Le Figaro" qəzetinə müsahibəsində bildirib. V. Putin "münasibətləri onlar korladılar, qoy onlar da düzəltsinlər", deyib. Dünyada yaranan bütün qlobal böhranlar zamanı Rusiya ilə ABŞ-ın hər zaman birgə hərəkət etdiklərini vurğulayan baş nazir xatırladıb ki, Avraam Linkolnun dövründə dövlət katibi olmuş Amerika siyasətçilərindən biri Rusiya ilə əlaqələri bütün Avropa ölkələri ilə əlaqələrdən daha üstün tutduqlarını bəyan edib: "Qlobal böhranlar zamanı qarşılıqlı maraqlar hansısa fikir ayrılıqlarını üstələyir. Birinci və ikinci dünya müharibələri zamanı belə olub. Biz bunu heç vaxt unutmuruq. İstərdik ki, amerikalı tərəfdaşlarımız da bunu yadda saxlasınlar". -
09-13-2008, 01:00 PMAPAATƏT-in Bakı Ofisi Azərbaycan jurnalistləri üçün seminar keçirib
[b]ATƏT-in Bakı Ofisi Azərbaycan jurnalistləri üçün seminar keçirib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə "Diffamasiya ATƏT məkanında: qanunvericilik və təcrübə" mövzusunda jurnalistlər üçün seminar keçirilib. APA-nın məlumatına görə, ATƏT-in Bakı ofisinin şöbə müdiri Monika Makovey bildirib ki, "Diffamasiya haqqında" qanunun qəbul edilməməsi jurnalistlərə əldə olunan istənilən məlumatı xalqa çatdırmaqda məhdudiyyət yaradır. Onun sözlərinə görə, jurnalist məlumatı cəmiyyətə çatdırmaqdan qorxmaması üçün məsələnin cinayət təqibinin olmayacağını bilməlidir. M. Makovey ifadə azadlığının beynəlxalq qanunvericilikdə və Azərbaycan Konstitusiyasında əksini tapdığını da xatırladıb. Ali Məhkəmənin hakimi Vafəddin İbayev isə mövzu və jurnalistləri maraqlandıran suallar ətrafında çıxış edib. O bildirib ki, indiyədək Azərbaycandan Avropa Məhkəməsinə 5 min şikayət göndərilib. Bunlardan 100-ə yaxınına baxılıb, 13-ü barəsində isə qərar çıxarılıb. -
09-13-2008, 01:10 PMAPAValeri Çeçelaşvili: "GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq"
[b]Valeri Çeçelaşvili: "GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq"[b]
[Bakı. Laçın Sultanova - APA. Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili Kiyevdə keçirilən "Rusiya-Gürcüstan münaqişəsi. Səbəblər və nəticələr" adlı dəyirmi masada iştirak edib. APA-nın məlumatına görə, baş katib münaqişə nəticəsində yaranmış vəziyyətlə bağlı GUAM-ın planları və vəzifələri barədə məlumat verib. O bildirib ki, GUAM-ın Batum sammitinin qərarları mütləq yerinə yetiriləcək və təşkilat Qara dəniz-Xəzər regionunda demokratiya və iqtisadi əməkdaşlığa öz töhfəsini verəcək. V. Çeçelaşvilinin fikrincə, Rusiya-Gürcüstan münaqişəsi nəticəsində regional mexanizmlərin effektliyinin pozulduğu bir şəraitdə GUAM-ın regional və beynəlxalq əlaqələr sistemində rolu artacaq. -
09-13-2008, 01:20 PMAPABakıda "Azərbaycan dövlətçilik ənənələrinin tarixi" mövzusunda beynəlxalq simpozium keçirilir
[b]Bakıda "Azərbaycan dövlətçilik ənənələrinin tarixi" mövzusunda beynəlxalq simpozium keçirilir[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Azərbaycan Tarix Qurumunun birgə təşkilatçılığı ilə "Azərbaycan dövlətçilik ənənələrinin tarixi" mövzusunda beynəlxalq simpozium başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək tədbir Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının və Bakının azad edilməsinin 90 illiyinə həsr olunub. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Bakının azad edilməsinə ingilislər, fransızlar və almanlar maneə yaratmağa çalışıblar, Almaniya hətta türk ordusu Bakının azad edilməsinə kömək göstərəcəyi təqdirdə, Türkiyə ilə müttəfiqliyi dayandıracağını bildirib. Tarixçinin sözlərinə görə, Türkiyə belə şəraitdə yenə də Azərbaycana yardım göstərməkdən çəkinməyib. Y. Mahmudov deyib ki, 1918-ci ildə sentyabrın 15-də Bakı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən bolşeviklərdən və daşnaklardan azad edilib. Həmin gün Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçib. Bu hadisəni Türkiyə ordusunun zəfər savaşı kimi qiymətləndirən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc isə bildirib ki, tarixi yazmaq və onu qorumaq olduqca əhəmiyyətlidir: "Ona görə də tarixin bu səhifələrini yaddan çıxarmaq lazım deyil". Simpozium işini davam etidir. -
09-13-2008, 01:30 PMAPAAzərbaycan voleybol yığması Yunanıstana yollanıb
[b]Azərbaycan voleybol yığması Yunanıstana yollanıb[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası bu gün Yunanıstana yollanıb. "APA-SPORT"un məlumatına görə, yığmamız sabah Afinada Avropa çempionatının pley-off mərhələsi çərçivəsində yerli komanda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlanacaq. Komandalar arasında ilk matç sentyabrın 7-də Quba Olimpiya Kompleksində baş tutub. Faiq Qarayevin yetirmələri bu görüşdə inamlı qələbəyə seviniblər - 3:0 (25:20, 25:15, 25:15). Yığmamız Afinadakı görüşdə bir set qazanacağı təqdirdə, 2009-cu ildə Polşada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək.Qeyd edək ki, qadın yığmamız indiyədək iki dəfə qitə birinciliyinin final mərhələsinə qatılıb. Komandamız 2005-ci ildə Xorvatiyada 4-cü, ötən il isə Belçika və Lüksemburqda təşkil olunan birincilikdə 12-ci yeri tutub. -
09-13-2008, 01:40 PMAPAAvropa Şurasının keçmiş baş katibi vəfat edib
[b]Avropa Şurasının keçmiş baş katibi vəfat edib[b]
[Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının keçmiş baş katibi Georq Kan-Agerman 90 yaşında vəfat edib. APA-nın məlumatına görə, Kan-Agerman 1974-1979-cu illərdə Avropa Şurasına rəhbərlik edib. İxtisasca jurnalist olan keçmiş baş katib bəzi kitabların müəllifi, Bundestaqın üzvü və Almaniyanın UNESCO-dakı nümayəndə heyətinin üzvü olub. O, həmçinin Qərbi Avropa İttifaqı Assambleyası sədrinin müavini vəzifəsində çalışıb, 1963-1974-cü illərdə AŞ PA-da təmsil olunub. Georq Kan-Agermanın Almaniyanın Myunsinge şəhərində keçirilmiş dəfn mərasimində Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio da iştirak edib.