[b]Azərbaycan prezidenti İlham Əliyev Çexiya, Fransa və Pakistan səfirlərinin etimadnamələrini qəbul edib[b]
[Bakı-APA. Prezident İlham Əliyev Çexiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Radek Matulanın etimadnaməsini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyən səfir dövlətimizin başçısını əmin edib ki, diplomatik fəaliyyəti dövründə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün səylə çalışacaq. Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini bildirib. Prezident İlham Əliyev bu gün həmçinin Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycanla Fransa arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfir ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfəsini verəcək. Səfir Qabriel Keller ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyib. O bildirdi ki, Fransa Avropa İttifaqında sədrliyə başladığı dövrdən Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da genişlənməsinə çalışacaq. Bu gün Pakistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əbdul Həmid də etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla Pakistanın müttəfiq ölkələr olduğunu qeyd edən prezident İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilkin illərindən başlayaraq ölkəmiz Pakistanın dəstəyini daim hiss edib. Səfir Əbdul Həmid Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Həm regional, həm də beynəlxalq məsələlərdə ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü vurğulayan Əbdul Həmid beynəlxalq təşkilatlarda sıx əməkdaşlığın həyata keçirildiyini bildirib.
Azərbaycan Xəbərləri
Printable View

07-04-2008, 06:21 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Çexiya, Fransa və Pakistan səfirlərinin etimadnamələrini qəbul edib

07-04-2008, 06:31 PMAPAMaçarıstanın baş naziri Ferenç Dyurçani iyulun 7-də Azərbaycan səfər edəcək
[b]Maçarıstanın baş naziri Ferenç Dyurçani iyulun 7-də Azərbaycan səfər edəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. İyulun 7-də Macarıstanın baş naziri Ferenç Dyurçani Bakıya səfər edəcək. Macarıstan baş nazirinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı əsasən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.
[Tərəflər Nabucco layihəsi ətrafında əməkdaşlığın aktivləşdirilməsi imkanlarını gözdən keçirəcəklər. Macarıstan baş nazirinin Bakıya səfəri zamanı dövlətlərarası əməkdaşlığın müxtəlif sahələrinə dair bir neçə sənəd imzalanacaq. Hazırda sənədlərin hazırlanması işi davam edir. Baş nazirin azərbaycanlı həmkarı ilə görüşü nəzərdə tutulur. Ferenç Dyurçani iki günlük səfər çərçivəsində həmçinin Xarici İşlər Nazirliyi və Sənaye və Energetika Nazirliyində görüşlər keçirəcək. -
07-04-2008, 06:41 PMAPADövlət Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub
[b]Dövlət Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalçaçılıq Muzeyinə XII və XIII əsrlərə aid rəngli kətan parçası təqdim olunub. Bu barədə APA-ya məlumat verən muzeyin direktoru Röya Tağıyeva deyib ki, bu qədim kətan parça nümunələri Qardaşxan Alsanov və Bəhlul İbrahimov tərəfindən Xaraba Gilanda 1979-cu ildə aşkar olunub. Bundan əlvaə muzeyə bizim eradan əvvəl VIII-VI-cı əsrlərə aid üç bürünc bilərzik, iki bürünc düymə, üç bürünc üzük də təqdim olunub. Ordubad rayonunda yerləşən Muncuqlutəpə adlı bir yerdə aşkar olunan bu tapıntılar tarixi elmlər namizədi Solmaz Qaşqay tərəfindən muzeyə təhfil verilib. R.Tağıyevanın sözlərinə görə, muzeyə eyni zamanda Tufan Axundov tərəfindən Cəlilabadın Polutəpə rayonundan tapılan IX-X əsrlərə aid çəhrayı gildən düzəldilmiş əl işi də təqdim olunub. -
07-04-2008, 06:51 PMAPAAzərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərib
[b]Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə ABŞ prezidenti Corc Buşa təbrik məktubu göndərib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident təbrik məktubunda dost Amerika xalqına ən səmimi təbriklərimizi yetirməkdən son dərəcə məmnunluq duyduğunu bildirib: "Amerika Birləşmiş Ştatları dünyada sülhün, sabitliyin bərqərar olması naminə daim ardıcıl səylər göstərir, bəşəriyyət üçün təhlükə mənbəyi olan beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedir. Biz bu işdə Birləşmiş Ştatların yanındayıq və hər zaman öz töhfəmizi verməyə hazırıq. Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji xarakter daşıyaraq, müvəffəqiyyətlə inkişaf etməkdədir. Bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Biz eyni zamanda Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiyasına, ölkəmizdə demokratik təsisatların inkişafına Birləşmiş Ştatların maraq və yardımından məmnunluq duyuruq. Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının ardıcıl səylərini biz yüksək qiymətləndirir, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük ümidlər bəsləyirik. Cənab Prezident, bu əlamətdar bayram günündə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". -
07-05-2008, 11:11 AMAPATürkiyədə iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb
[b]Türkiyədə iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb[b]
[Ankara - APA. Türkiyədə "Ergenekon" adlandırılan istintaq çərçivəsində iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbulun Beşiktaş rayonundakı ədliyyə binasının qarşısında aşkarlanan paket qorxuya səbəb olub. Ərazini əhatəyə alan polis yolda nəqliyyatın hərəkətini dayandırıb. Sonra şübhəli paket partladılıb. Hadisə zamanı zərər çəkən olmayıb. -
07-05-2008, 11:21 AMAPAErmənistan paytaxtında müxalifətin icazəsiz mitinqi başlayıb
[b]Ermənistan paytaxtında müxalifətin icazəsiz mitinqi başlayıb[b]
İrəvan - APA. Ermənistan hakimiyyəti müxalifət lideri Levon Ter-Petrosyanın tərəfdarlarının mitinqini əngəlləyə bilməyib.
[APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, İrəvan meriyasının müxalifətin bu gün yerli vaxtla saat 19.00-a təyin etdiyi mitinqə icazə verməməsinə baxmayaraq, insanlar günorta saatlarından qədim əlyazmalar institutu - Matenadaranın qarşısındakı meydana yaxınlaşmağa başlayıb. Polis əvvəlcə meydana gələn yolları mühasirəyə alıb və müxalifətçiləri ora buraxmayıb. Amma son anda polislər geri çəkiliblər və müxalifətin mitinqinə şərait yaradılıb. Əyalətlərdən paytaxta gəlmək istəyənlərin şəhərə girişinə isə imkan verilməyib. Qeyd edək ki, iyulun 13-də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Ermənistana səfər edəcək. -
07-05-2008, 11:31 AMAPAAMİP yubiley tədbirlərinə başlayıb
[b]AMİP yubiley tədbirlərinə başlayıb[b]
[Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) yaradılmasının 16-cı ildönümü ilə bağlı bayram tədbirlərinə başlayıb. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı partiyanın rayon və şəhər təşkilatlarında tədbirlər keçirilir. Yekun olaraq isə bu ilin sentyabr ayında geniş bayram mərasimi təşkil olunacaq. Qeyd edək ki, AMİP-in təsis konfransı 1992-ci ilin iyulun 3-4-də Bakıda keçirilib. Partiyanın ilk sədri Etibar Məmmədov seçilib. O, 2004-cü ildə partiya sədrliyindən istefa verib və 2005-ci ilin qurultayında qurumun lideri elan olunub. 2005-2006-cı illərdə partiyanın sədri Əli Əliyev, 2006-2008-ci illərdə isə Ayaz Rüstəmov olub. Hazırda isə partiyanın sədri vəzifəsini qurumun baş katibi Fuad Muxtarov icra edir. -
07-05-2008, 11:41 AMAPAMüdafiə naziri Səfər Əbiyev Çexiyanın xarici işlər nazirini qəbul edib
[b]Müdafiə naziri Səfər Əbiyev Çexiyanın xarici işlər nazirini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bakıda səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev Azərbaycanla Çexiya arasında yaranan əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək deyib ki, hərbi əməkdaşlığın qorunması sahəsində də uğurlu işlər aparılır. S. Əbiyev bölgədəki mövcud hərbi-siyasi durum barədə də qonağı məlumatlandırıb, Azərbaycan ərazilərinin Ertmənistan Slahlı Qüvvələri tərəfindən işğalı fakı barədə danışıb. Nazir deyib ki, sülh sdanışıqları nəticə vermədiyi halda torpaqlarımızın güc yolu ilə azad olunmasını istisna edilmir. Cexiyanın xarici işlər naziri görüş zamanı regiondakı mövcud vəziyyətə münasibət bildirib, münaqişənin həlli prosesində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. -
07-05-2008, 11:51 AMAPATürkiyədə əsgərləri daşıyan avtobus aşıb
[b]Türkiyədə əsgərləri daşıyan avtobus aşıb[b]
[Şanlıurfa - APA. Türkiyənin cənub-şərqindəki Şanlıurfa rayonu ərazisində əsgərləri daşıyan mikroavtobus qəzaya uğrayıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Şanlıurfa-Qaziantep yolunda hərəkət edərkən sağ arxa təkəri çıxan mikroavtobus aşıb. Nəticədə sürücü və içəridəki 10 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti qənaətbəxşdir. -
07-05-2008, 12:01 PMAPAAzərbaycan prezidenti Xəzər Dəniz Gəmiçiliyinin bir qrup əməkdaşını təltif edib
[b]Azərbaycan prezidenti Xəzər Dəniz Gəmiçiliyinin bir qrup əməkdaşını təltif edib[b]
[Prezident İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yaranmasının 150 illiyi ilə əlaqədar Hamlet Əbdüləli oğlu Mehdiyevə "əməkdar müəllim" fəxri adının verilməsi ilə bağlı sərəncan imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Dövlət başçısının digər sərəncamı ilə Fazil Niyaz oğlu Qəhrəmanov "əməkdar mühəndis" fəxri adı ilə təltif olunub. Prezident idarənin bir qrup əməkdaşını "Tərəqqi" medalı ilə təltif edib. -
07-05-2008, 12:11 PMAPAAzərbaycan prezidenti bəzi rayonların qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti bəzi rayonların qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarının qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, adı çəkilən rayonlarda qaz təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə 14 milyon manat vəsait ayrılıb. Sərəncamda eyni zamanda "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə bu vəsaitin cari ilin sonunadək təyinatı üzrə istifadəsini təmin etmək və prezidentə məlumat vermək tapşırılıb. -
07-05-2008, 12:21 PMAPAMəhkəmə ATO başqanı Sinan Aygünün həbsinə qərar verib, jurnalistlər Mustafa Balbay və Erol Mütərcimlər isə azadlığa buraxılıb
[b]Məhkəmə ATO başqanı Sinan Aygünün həbsinə qərar verib, jurnalistlər Mustafa Balbay və Erol Mütərcimlər isə azadlığa buraxılıb[b]
İstanbul-APA. "Ergenekon qalmaqalı" çərçivəsində həbs olunan 9 nəfərin ilkin məhkəmə istintaqı başa çatıb.
[APA-nın məlumatına görə, dünən Ankara Ticarət Odası başqanı Sinan Aygün, "Cümhuriyyət" qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Balbay, jurnalist Erol Mütərcimlər, professor Ercümənt Ovalı, istefada olan polkovniklər Kamal Aydın, Həsən Atilla Uğur, Birol Başaran, sabiq hərbçilər İbrahim Özcan və Durmuş Əli Kozoğlu məhkəmə qarşısında ifadə veriblər. Məhkəmənin qərarı ilə ATO başqanı Sinan Aygün, istefada olan polkovnik Həsən Atilla Uğur, Birol Başaran və İbrahim Özcan barədə həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər məhkəmə zalından həbsxanaya aparılıblar. Professor Ərcümənt Ovalı isə 20 min lirə zamin müqabilində azadlığa buraxılıb. Məhkəmə Mustafa Balbay, Erol Mütərcimlər, Kamal Aydın və Durmuş Əli Kozoğlunu azadlığa buraxıb. Saxlanan digər şəxslərlə bağlı işlərin məhkəməyə bu gün göndəriləcəyi gözlənilir. Qeyd edək ki, dünən ifadə vermək üçün məhkəməyə gətirilən istefada olan ordu generalı Şener Əruyğurun səhhəti qəfil pisləşib. Qan təzyiqi qalxana generala ilkin tibbi yardım göstərilsə də, həkimlərin cəhdləri nəticəsiz qalıb. Məhkəmədən xəstəxanaya aparılan Şener Əruyğur ciddi həkim nəzarəti altında müalicə olunur. Onun vəkili Kazım Arslan generalın səhhətinin yaxşılaşdığını, həyatı üçün heç bir təhlükə olmadığını bildirib. -
07-05-2008, 12:31 PMAPAErmənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozublar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
[Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 4-də saat 20.35-dən 20.50-dək və saat 23.00-dan 23.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.15-dən 23.30-dək və iyulun 5-də saat 00.25-dən 00.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.30-dan 01.00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
07-05-2008, 12:41 PMAPAPolşa öz ərazisində ABŞ raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib
[b]Polşa öz ərazisində ABŞ raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib[b]
[Varşava-APA. Polşa hökuməti ölkə ərazisində ABŞ-ın raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib. APA-nın məlumatına görə, polyak mətbuatı danışıqların nəticəsiz qaldığını, bununla belə tərəflərin dialoqu davam etdirmək barədə razılıq əldə etdiyini yazır. Bu məsələyə həsr olunmuş brifinqdə Polşanın baş naziri Donald Tusk bildirib ki, hazırda danışıqlar növbəti mərhələyə daxil olub: "Danışıqların iflasa uğraması, yaxud birdəfəlik bitməsi barədə danışmaq tezdir. Biz ABŞ-dan yeni təkliflər gözləyirik. Varşava ABŞ-dan ölkəmizin təhlükəsizliyi üçün real qarantiyalar istəyir. Polşa üçün əsas təhlükəsizlik məsələsi Avropa İttifaqının güclənməsidir". -
07-05-2008, 12:51 PMAPABMT missiyası bu gün gürcü-abxaz münaqişə zonasına səfər edəcək
[b]BMT missiyası bu gün gürcü-abxaz münaqişə zonasına səfər edəcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. BMT-nin gürcü-abxaz sülh prosesinə dair xüsusi missiyası münaqişənin dinc yolla nizamlanmasına dair məsləhətləşmələr aparmaq üçün bu gün regiona səfər edəcək. APA-nın məlumatına görə, missiyaya BMT-nin insan hüquqları üzrə sabiq ali komissarı Bertran Ramçaran rəhbərlik edir. Missiya üzvləri Tiflis və Suxumidə münaqişə tərəfləri ilə ayrı-ayrılıqda danışıqlar aparacaqlar. Səfərin yekunlarına dair BMT baş katibinə təqdim olunmaq üçün xüsusi hesabat hazırlanması nəzərdə tutulur. -
07-05-2008, 01:01 PMAPAQax sakini qətlə yetirilib
[b]Qax sakini qətlə yetirilib[b]
[Qax. Hafiz Heydərov-APA. Azərbaycanın Qax rayonunda gürcü əsilli rayon sakini naməlum şəxslər tərəfindən qətlə yetirilib. Qax rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Qaxingiloy kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Qoqita Vasoyoviç Kaşaşvili naməlum şəraitdə bıçaqlanaraq qətlə yetirilib. Cinayətin kimlər tərəfindən törədilməsi hələlik məlum deyil. Hazırda RPŞ tərəfindən cinayətkarların tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir. -
07-05-2008, 01:11 PMAPANarkotik maddələrin satışı ilə məşğul olan Astara sakini yaxalanıb
[b]Narkotik maddələrin satışı ilə məşğul olan Astara sakini yaxalanıb[b]
[Astara. Ağaddin Babayev-APA. Astara rayon Polis Şöbəsi əməkdaşlarının operativ əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini həbs olunub. Bu barədə APA-nın Cənub bürosuna RPŞ-nin rəis müavini Arzu Hacıyev məlumat verib. Onun sözlərinə görə, uzun müddət narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan rayonun Ərçivan kənd sakini, 1972-ci il təvəllüdlü Akif Məhəmmədhəsən oğlu Kərimov narkotik vasitə sayılan 1 qram heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Əməliyyat-istintaq tədbirləri zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxs özü də narkotik vasitələrin aludəçisidir. Hazırda onun kimlərlə cinayət əlaqəsində olması, satdığı narkotik vasitələrin mənbəyi və bu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində araşdırma aparılır. Fakt üzrə Astara RPŞ-də Cinayət Məcəlləsinin 134.2 maddəsi ilə cinayət işi açılıb. -
07-05-2008, 01:21 PMAPAQazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib
[b]Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Qazaxıstan paytaxtının 10 illiyi ilə bağlı təntənəli mərasimlərə start verilib. APA-nın məlumatına görə, mərasimlərdə iştirak etmək üçün dünən Türkiyə prezidenti Abdullah Gül Astanaya gəlib. Bu gün Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Tacikistan prezidenti Emomali Rahmon, Ermənistan prezidenti Serj Sərkisyan, Gürcüstan prezidenti Mixail Saakaşvili, İordaniya kralı II Abdullanın Astana gəlməsi gözlənilir. Paytaxctda təşkil olunacaq təntənəli mərasim prezident Nursultan Nazarbayevin çıxışı ilə başlayacaq. Daha sonra digər dövlət başçılarının çıxışları nəzərdə tutulub. Bayram tədbirləri çərçivəsində müxtəlif ölkələrdən olan incəsənət ustalarının iştirakı ilə qala-konsert keçirilməsi nəzərdə tutulub. Sabah isə Astanaya toplaşan MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. -
07-05-2008, 01:31 PMAPABakı-Qazax magistralında ağır yol qəzası baş verib
[b]Bakı-Qazax magistralında ağır yol qəzası baş verib[b]
[Hacıqabul. Əlibəy Zeynalov-APA. Bakı-Qazax magistralının 141-ci kilometrliyində ağır yol qəzası baş verib. Hacıqabul rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 4-də saat 22.30 radələrində Ucar rayonunun Gəraybəyli sakini Quliyev Cabbar Davud oğlu idarə etdiyi "Mersedes" markalı 10-XG-425 dövlət nömrə nişanlı avtomaşını böyük sürətlə hərəkət edərkən aşırıb. Nəticədə avtomobildə olan sərnişin, Zərdab rayonunun Əlibəyli kənd sakini, 1962-ci il təvəllüdlü Mikayılov Vəli Mikayıl oğlu hadisə yerində keçinib. Digər sərnişin - Ucar rayon sakini, 1963-ci il təvəllüdlü Müslümov Zöhrab Əjdər oğlu boyun fəqərəsinin yerini dəyişmiş sınığı və aşağı ətrafın iflici xəsarəti ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına, sonra isə Bakı şəhərinə aparılıb. Avtomobildə olan digər iki sərnişin isə həyatları üçün təhlükəli olmayan xəsarətlər alıblar. Faktla bağlı Hacıqabul rayon Polis şöbəsində tədqiqat aparılır. -
07-05-2008, 01:41 PMAPAAzərbaycan prezidenti II dünya müharibəsinin veteranı Ağadadaş Səmədova "Oka" avtomobili hədiyyə edib
[b]Azərbaycan prezidenti II dünya müharibəsinin veteranı Ağadadaş Səmədova "Oka" avtomobili hədiyyə edib[b]
[Lənkəran. Ağaddin Babayev-APA. Lənkəran şəhər İcra Hakimiyyətində iyulun 3-də Rusiya prezidenti Dmitri Medvedevin II və III dərəcəli "Şöhrət" ordeni təqdim etdiyi Vilvan kənd sakini, II dünya müharibəsinin veteranı Ağadadaş Səmədovla rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin mavini İlqar Rəhimov, Lənkəran Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov çıxış edərək, yüksək mükafat münasibətilə Ağadadaş Səmədova təbriklərini çatdırıblar. Sonda isə veteran döyüşçüyə ölkə başçısı İlham Əliyevin hədiyyəsi olan "OKA" markalı minik avtomobil təqdim olunub. Lənkəran şəhər icra hakimiyyəti isə veterana televizor və torpaq sahəsi hədiyyə edib. -
07-05-2008, 01:51 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib
[b]Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Astananın 10 illiyi ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək üçün bu gün Qazaxıstana gedib.
[Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Prezident təntənəli mərasimlərdə iştirakla yanaşı, sabah keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitinə də qatılacaq. -
07-05-2008, 02:01 PMAPAAzərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yeni İdarə Heyəti seçilib
[b]Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yeni İdarə Heyəti seçilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağı keçirilib. APA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsinin binasında keçirilən tədbirdə birliyin rəhbəri, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov çıxış edib.
[Ələddin Cəfərov çıxışında Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, qurumun fəaliyyəti barədə danışıb. Birlik sədri islahatlar çərçivəsində Dünya Bankı ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında məhkəmələrin müasirləşdirilməsi layihəsinin həyata keçirildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, layihəyə uyğun olaraq Azərbaycanda 17 yeni məhkəmə binasının tikilməsi, bir sıra məhkəmə binalarının təmiri nəzərdə tutulub. Ə. Cəfərov hazırda İctimai Birliyin 185 üzvünün olduğunu deyib. O, birlik üzvlərinin aylıq üzvlük haqlarının 5 manat olduğunu nəzərə çatdırıb və qeyd edib ki, hazırda hesabda 6575 manat vəsait toplanıb ki, bu da qurumun tədbirlərinin keçirilməsinə sərf olunacaq. Daha sonra İctimai Birliyinin sədri və qurumun İdarə Heyətinin üzvləri seçilib. Ə. Cəfərov yenidən İctimai Birliyinin sədri seçilib. Birlik üzvlərinin sayının artmasını nəzərə alan yığıncaq iştirakçıları İdarə Heyəti üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklifini dəstəkləyiblər. Birliyin 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Nəsimi rayon Məhkəməsinin hakimi Aygün Abdullayeva, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov, Əzizbəyov rayon Məhkəməsinin hakimi Rəşad Həsənov, Şəmkir rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, Siyəzən rayon Məhkəməsinin sədri İlqar Quliyev, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov, Kəpəz rayon Məhkəməsinin hakimi Toğrul Əliyev, Nizami rayon Məhkəməsinin hakimi Şahin Atakişiyev, Naxçıvan məhkəməsinin hakimi Əli Allahverdiyev İdarə Heyətinə üzv seçiliblər. Daha sonra toplantı iştirakçıları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi layihəsi ilə bağlı müzakirələr aparıblar. Birliyin üzvü Elçin Qurbanov qurumun məcəllə ilə bağlı təkliflər layihəsi barədə məlumat verib. Təkliflər üzərində iş aparmaq üçün İşçi Qrupun yaradılması qərara alınıb. Toplantıda məhkəmələrdə yeni informasiya texnologiyalarından istifadə olunması barədə məsələ də müzakirə olunub. Birlik üzvü, Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov məhkəmələrdə elektron baza proqramlarının yaradılması barədə məlumat verib. Onun sözlərinə görə, yeni elektron baza proqramı məhkəmələrə daxil olan işlərin qeydiyyatını, hakimlərin icraatında olmasını, nəticələri, işlərlə bağlı verilən apelyasiya, kassasiya şikayətləri barədə məlumatları özündə əks etdirməyə imkan verir. Birlik üzvü deyib ki, hazırda Bakı məhkəmələrindən bəziləri bu proqramla işləsələr də, bir sıra məhkəmələr (Qaradağ, Səbayel, Nizami) indiyə kimi müasir sistemdən istifadə etmirlər. Birlik rəhbərliyi bütün məhkəmələrin bu proqramdan istifadə etməsinin zəruriliyi barədə tövsiyələrini açıqlayıb. -
07-05-2008, 02:11 PMAPAQazaxıstanda Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin yığıncağı keçiriləcək
[b]Qazaxıstanda Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin yığıncağı keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin oktyabr-noyabr aylarında Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin Qazaxıstanın Aktau şəhərində yığıncağı keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov qurumun bu gün keçirilən toplantısında bildirib. Onun sözlərinə görə, sədri olduğu birlik də toplantıya dəvət olunub. Ə. Cəfərov deyib ki, toplantının iyun ayında keçirilməsi nəzərdə tutulsa da, İran İslam Respublikasının təklifi ilə vaxt dəyişdirilib. Toplantıda Xəzəryanı dövlətlərin hakimlərinin ictimai birlikləri arasında əməkdaşlıq məsələlərinin müzakirə olunması, memorandum imzalanması nəzərdə tutulub. Ə. Cəfərov deyib ki, sədri olduğu qurum Beynəlxalq Hakimlər Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində sentyabr ayında keçiriləcək toplantısına müşahidəçi qismində dəvət olunub. Onun sözlərinə görə, toplantı iştirakçılarının Eçmiəzdində yerləşən dini mərkəzə, 1915-ci ildə həlak olan ermənilərin xatirəsinə ucaldılan "soyqırımı" abidəsinə ziyarətlərinin də təşkili nəzərdə tutulub. Birlik sədri belə bir toplantıda iştirak edib-etməmək barədə müzakirələr aparılandan sonra qərar veriləcəyini bildirib. Ə. Cəfərov deyib ki, sədri olduğu birlik Beynəlxalq Hakimlər Birliyinə üzv olmaq üçün iki il əvvəl müraciət etsə də, qurumun toplantısına iki ildən sonra müşahidəçi qismində dəvət alıblar. -
07-05-2008, 02:21 PMAPABiləsuvar sakini minaya düşüb
[b]Biləsuvar sakini minaya düşüb[b]
[Biləsuvar-APA. Biləsuvar rayon sakini Şadman Fərzəliyevin idarə etdiyi "Belarus" markalı traktor Xocavənd rayonundakı "Haramı" düzündə əkin sahəsini şumlayan zaman minalanmış sahəyə düşüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, adı çəkilən şəxs baş vermiş partlayış nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. -
07-05-2008, 02:31 PMAPA"Qum adası" NQÇİ-nin işçisi dənizdə boğulub
[b]"Qum adası" NQÇİ-nin işçisi dənizdə boğulub[b]
[Bakı-APA. "Qum adası" neft-qazçıxarma idarəsinin işçisi Zakir Axundov dənizdə boğulub. BU barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, adı çəkilən şəxs ehtiyatsızlığı üzündən dənizə yıxılıb və onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. -
07-05-2008, 02:41 PMAPABərdədə məişət qaz balonunun parlaması nəticəsində bir nəfər ölüb
[b]Bərdədə məişət qaz balonunun parlaması nəticəsində bir nəfər ölüb[b]
[Bərdə-APA. Bərdə rayon sakini Mübariz Abbasovun evində məişətdə istifadə olunan qaz balonu partlayıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Partlayış nəticəsində Mübariz Abbasov və həyat yoldaşı Südabə Abbasova xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Südabə Abbasovanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. -
07-05-2008, 02:51 PMAPABakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb
[b]Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb[b]
[Bakı-APA. Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Hüseyn Mikayılov evində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün tutulub. O, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. -
07-07-2008, 11:11 AMAPAMəmməd Nazimoğlu vəfat edib
[b]Məmməd Nazimoğlu vəfat edib[b]
Tanınmış jurnalist Məmməd Nazimoğlu vəfat edib. APA-nın məlumatına görə, o, doğulduğu Ağdaş rayonunun Nemətabad kəndində dəfn ediləcək.
[O, dünən koma vəziyyətində Bakıdakı 4 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər isə komadan ayılmayıb. Qeyd edək ki, Məmməd Nazimoğlu qaraciyərində yaranmış problemlə əlaqədar mayın 23-də İstanbul Memorial Xəstəxanasına aparılmışdı. Orda müayinə və müalicə kursu keçəndən sonra vətənə qayıdan jurnalist müalicəsini Ağdaşda davam etdirirdi. Dünən o, Bakıya qayıdıb və qəfildən səhhəti yenidən pisləşib. -
07-07-2008, 11:31 AMAPAAzərbaycan hərbçiləri beynəlxalq təlim və seminarlarda iştirak edirlər
[b]Azərbaycan hərbçiləri beynəlxalq təlim və seminarlarda iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Antalyada "İpək Yolu-2008" generallar və admirallar üçün seminar keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmçinin Bakıda "Qırmızı Xaç Komitəsi tərəfindən beynəlxalq humanitar hüquq üzrə" təlim kursu (07-11 iyul), Azərbaycan-İordaniya birgə komissiyasının görüşü (13-18 iyul), Hamburq şəhərində HDQ ilə tanışlıq (08-10 iyul), Brüsseldə Azərbaycanın FTƏP üzrə qiymətləndirmənin 26+1 formatında yekun iclası (09 iyul), Rusiyanın Nijnı Taqil şəhərində Rusiya silahlanma sərgisi (09-12 iyul) keçirilir. Bundan başqa Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Ankarada Hərbi Hava Qüvvələrinin əməkdaşlıq toplantısı (07-09 iyul), İstanbulda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kurs kursantlarının "Açıq Dəniz" təlimi, Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda Müdafiə Nazirliyinin mülki işçilərinin vəzifə strukturunun inkişaf etdirilməsi üzrə məsləhətləşmələr, Predeal şəhərində "Kəskin relyef və iqlim şəraitində hərbi əməliyyatlar" kursu keçirilir. Azərbaycanla Pakistan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Pişəvər şəhərində "Ləpirçi" kursu, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində "Hərbi tədarüklər üzrə idarəetmə" mövzusunda seminar keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
07-07-2008, 11:41 AMAPAKinoaktrisa Nonna Mordyukova vəfat edib
[b]Kinoaktrisa Nonna Mordyukova vəfat edib[b]
[Moskva-APA. SSRİ xalq artisti, məşhur kinoaktrisa Nonna Mordyukova 83 yaşında vəfat edib. APA-nın məlumatına görə, şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktrisa bu səhər Moskva xəstəxanalarından birində dünyasını dəyişib. Qeyd edək ki, Nonna Mordyukova "Gənc qvardiya", "Balzaminovun evliliyi", "Ana", "Brilyant əl", "İki nəfər üçün vağzal" və başqa filmlərində unudulmaz obrazlar yaradıb. Böyük Britaniyada nəşr olunan "Kim kimdir" ensiklopediyasının Redaksiya Şurasının qərarı ilə Nonna Mordyukovanın adı 20-ci əsrin ən görkəmli 10 kinoaktrisasının siyahısına daxil edilib. -
07-07-2008, 11:51 AMAPAAbxaziyada partlayış baş verib, ölən və yaralananlar var
[b]Abxaziyada partlayış baş verib, ölən və yaralananlar var[b]
[Qali-APA. Gürcüstanın Qali şəhərindəki kafedə baş verən partlayış nəticəsində ən azı 4 nəfər ölüb, altı nəfər yaralanıb. APA-nın məlumatına görə, tanınmamış Abxaziya Respublikasının hakimiyyət orqanları bu hadisəni Gürcüstan tərəfinin planlaşdırdığı terror aktı kimi dəyərləndiriblər. Qondarma qurumun prezidenti Sergey Baqapş Qalidəki partlayışı Gürcüstanın başladığı terror müharibəsinin tərkib hissəsi adlandırıb. -
07-07-2008, 12:01 PMAPAAzərbaycan səfirləri və konsulları Bakıda toplaşıb
[b]Azərbaycan səfirləri və konsulları Bakıda toplaşıb[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Azərbaycan paytaxtında ölkənin diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin III müşavirəsi başlayır. APA-nın məlumatına görə, beş gün davam edəcək toplantı bu gün səhər diplomatların Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmələri ilə başlayıb.
[Toplantının ilk günündə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir. Prezident xarici siyasətin prioritetlərindən danışacaq, ölkə diplomatları qarşısında duran vəzifələrin daha da səmərəli həyata keçirilməsi üçün lazımi göstəriş və tapşırıqlarını verəcək.Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov isə 2006-cı ildə keçirilmiş müşavirədən keçən dövrdə diplomatik xidmət orqanlarının fəaliyyətinə dair məruzə ilə çıxış edəcək.Daha sonra isə digər nazirlik və komitə rəhbərləri diplomatlar qarşısında çıxış edəcəklər. Bundan sonra diplomatlar Füzuli rayonuna gedəcəklər. Qeyd edək ki, bu səpkili ilk müşavirə 2004-cü ildə keçirilib. Həmin müşavirədə bu tipli tədbirin iki ildən bir keçirilməsi qərara alınıb. -
07-07-2008, 12:11 PMAPAAzərbaycan prezidenti bir qrup diplomatı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edib
[b]Azərbaycan prezidenti bir qrup diplomatı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev bir qrup diplomatın diplomatik xidmət sahəsində səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Babayev Mirbaba Cabbar oğlu, Canəhmədova Lamiyə Musa qızı, Ələsgərov Şamil Ağarəhim oğlu, Əliyarlı Rəşad Süleyman oğlu, Əliyev Elxan Oruc oğlu, İsrafilov Qalib Malik oğlu, Köçərli Qabil Tofiq oğlu, Qafarov Ramiz Əsəd oğlu, Məmmədov Fariz Cümşüd oğlu, Məmmədzadə Elnur Malik oğlu, Mirzə-zadə Pərvin Xəyyam oğlu, Nağıyev Telman Əlihəsən oğlu və Nəcəfova Mehriban Salman qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər. -
07-07-2008, 12:21 PMAPASerj Sərkisyan Abdullah Gülü İrəvanda keçiriləcək Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib
[b]Serj Sərkisyan Abdullah Gülü İrəvanda keçiriləcək Ermənistan-Türkiyə maçını canlı izləməyə dəvət edib[b]
[Astana-APA. Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdullah Gülü İrəvana səfərə dəvət edib. APA-nın məlumatına görə, Serj Sərkisyan Astanada keçirilən görüş zamanı Abdullah Gülə sentyabrın 6-da futbol üzrə dünya çempionatının qrup mərhələsində İrəvanda keçiriləcək Ermənistan-Türkiyə matçını fəxri tribunadan birgə izləməyə çağırıb. Abdullah Gülün bu təklifi necə dəyərləndirəcəyi hələlik açıqlanmayıb. Qeyd edək ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsi, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı "soyqırımı" törədilməsi kimi ittihamları və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi səbəbilə Türkiyə bu ölkə ilə diplomatik əlaqələri dondurub. -
07-07-2008, 12:31 PMAPA"G-8" sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib
[b]"G-8" sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib[b]
Hokkaydo-APA. Yaponiyanın Hokkaydo adasında başlayan "Böyük səkkizliyin" toplantısı çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdən sonra birgə mətbuat konfransı keçirən prezidentlər bir-birilərinin ünvanına komplimentlər səsləndiriblər.
[ABŞ prezidenti Corc Buş rusiyalı həmkarı ilə danışıqların səmərəli keçdiyini bildirib: "Biz görüşdə İran məsələsini və digər məsələləri müzakirə etdik. Bəzi məsələlər barədə Dmitri Medvedevlə fikirlərimiz üst-üstə düşür, bir sıra məsələlərlə bağlı isə fikir ayrılığı var. Amma biz ümumi məxrəcə gəlmək üçün əməkdaşlığı davam etdirmək niyyətindəyik". Rusiya prezidenti isə görüşdə daxili problemlərin, ticarət, investisiyalar, münaqişələr və böhran hallarının müzakirə olunduğunu bildirib. Qeyd edək ki, bu gün işə başlayan "G-8" sammitində qlobal məkanda qiymətlərin bahalaşması, qiymət artımına qarşı mübarizə və s. məsələlər müzakirə olunacaq. Rusiya prezidentinin sammitdə "G-8"də islahatların aparılması və bu quruma daha bir neçə ölkənin daxil edilməsi təklifi ilə çıxış etməsi gözlənilir. -
07-07-2008, 12:41 PMAPAGeneral Edip Başər: "Türkiyə Livana çevrilə bilər, amma ordu buna imkan verməz"
[b]General Edip Başər: "Türkiyə Livana çevrilə bilər, amma ordu buna imkan verməz"[b]
Ankara - APA. "Hazırda həbsdə olan Şənər Əruyğurla Xurşid Tolonu çox yaxından tanıyıram. İkisinin də ürəklərində Türkiyəyə, türk millətinə, Atatürkə sevgi, hörmət, bağlılıq və sədaqətdən başqa heç nə yoxdur. Bu günə qədər ikisinin də əyriliklərini görməmişəm".
[APA-nın məlumatına görə, bu sözləri "Milliyet" qəzetinə müsahibəsində istefada olan ordu generalı, Türkiyənin terrorla mübarizə üzrə keçmiş koordinatoru Edip Başər deyib. O, siyasətin məhkəmə-hüquq sisteminə müdaxilə etdiyini və bundan çox böyük üzüntü duyduğunu bildirib: "İndiyə qədər türk ədliyyəsi ilə bağlı belə bir durum yaşanmayıb. İnsanlarımızın istər demokratiya, istərsə də hüquqa inamlarının azaldığını təəssüflə izləməkdəyik. Mən bu səbəblə şokdayam. Xalqın içində ən çox yayılan fikir bu həbslərin siyasi linç olmasıdır". Türkiyədə bəzi darilərin və mətbuat orqanlarının son illərə qədər toxunulmaz sayılan generalların həbsini demokratikləşmə istiqamətində atılan ciddi addım kimi qiymətləndirməsinə dair sualı cavablandıran E. Başer "belə demokratiya olmaz", deyib: "Bir tərəfdən demokratiyanın bəzi divarlarını yıxıb, ordan çıxarılan daşlarla, kərpiclərlə yeni divar hörmək demokratiya qurmaq deyil. Məhkəmənin qərarından əvvəl bəzi qəzetlər hökm çıxarıb, günahkarı elan edirlər. Bu, necə demokratiyadır? Vətəndaşlar barələrində çox ağır ittihamlar olan bəzi siyasətçilərin toxunulmazlıq zirehinə bürünüb parlamentdə oturduğunu misal göstərərək belə bir demokratiyaya inanmadıqlarını söyləyirlər". Ordu generalının sözlərinə görə, bəzi siyasi darilərin təsirində olan media orqanlarının əsas hədəfi cümhuriyyətin qoruyucularından biri olan Türkiyə Silahlı Qüvvələridir. E. Başərin fikrincə, lazımi tədbirlər görülməsə, cəmiyyət bugünkü qütbləşmədən çıxarılmasa, dövlət qurumları arasında etimad bərpa olunmasa, böhranlar bir-birini əvəz edərsə, Türkiyə Livana bənzəyə bilər: "Bildiyinizi kimi, Livan Orta Şərqin davamlı qanayan yaralarından biridir. Bir ara vəziyyət düzələn kimi olur, sonra yenə aləm qarışır. Allah göstərməsin, belə davam edərsə, problemlər həllini tapmazsa, Silahlı Qüvvələr Türkiyənin Livana dönməsinə imkan verərmi, verməzmi? Açıq deyirəm: mən imkan verməyəcəyini düşünürəm. Ordudakı dostlarımın baş verənlərdən çox ciddi narahatlıq duyduğunu bilirəm. Mən də olsaydım, çox böyük narahatlıq duyardım". E. Başər polisin həyata keçirdiyi əməliyyata "Ergenekon" adı verilməsinə də etirazını bildirib: "Türkün yaranış dastanının adı, millətin həssas nöqtəsi niyə bu qədər düşüncəsiz istifadə edildi, bilmirəm. Amma bu, fövqəladə dərəcədə yanlışdır". -
07-07-2008, 12:51 PMAPANiderland parlamentinin baş katibi bu gün Azərbaycana gələcək
[b]Niderland parlamentinin baş katibi bu gün Azərbaycana gələcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Niderland parlamentinin baş katibi Jaklin Bişevelinin Bakıya səfəri başlayır.
[Bu barədə APA-ya Azərbaycanın Niderland Krallığındakı səfirliyindən məlumat verilib. Jaklin Bişevelinin parlament və Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulur. İyulun 10-dək davam edəcək səfərin əsas məqsədi ikitərəfli əlaqələri genişləndirməkdir. -
07-07-2008, 01:01 PMAPATürkiyə apellyasiya instansiyasının baş prokuroru: "AKP Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istəyir"
[b]Türkiyə apellyasiya instansiyasının baş prokuroru: "AKP Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istəyir"[b]
[Ankara - APA. "Hüquqi dövlətdə qanunverici və icra hakimiyyəti istədiyini edə bilmək haqqına sahib deyil. Bunu etmək polis dövləti qurmaq deməkdir". APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ankarada keçirilən hüquq simpoziumundakı çıxışında Danıştay adlanan və əsasən apellyasiya məhkəməsi funksiyalarını yerinə yetirən hüquq instansiyasının baş prokuroru Tansel Çölaşan deyib. O, Türkiyədə seçki ilə hakimiyyətə gələnlərin seçki yolu ilə seçilməyən qurumların səlahiyyətlərini qəbul etmək istəmədiyini bildirib: "Xüsusən də icra və qanunverici hakimiyyətlər eyni partiyanın əlində olduğu vaxt onlar qarşılarında müstəqil məhkəmə hakimiyyəti görmək istəmirlər". T. Çölaşan bu gün Türkiyə məhkəmə-hüquq sisteminin özünü müdafiə etməyə məcbur olduğunu söyləyib: "Öz təşkilatımızı, məhkəmələrin müstəqilliyini müdafiə etməyə məcbur qalmışıq. Məhkəmə niyə bu vəziyyətdə olmalıdır? Heç bir dövrdə vəziyyət bu qədər pis olmamışdı". T. Çölaşan Türkiyənin mövcud hökumətinin Avropaya demokratik üzünü göstərdiyini, daxildə isə Türkiyəni öz dünyagörüşünə uyğun dəyişdirmək istədiyini vurğulayıb. -
07-07-2008, 03:31 PMAPAGənclər və idman naziri Azad Rəhimov: "Bakıda Olimpiya stadionunun tikintisinə yaxın günlərdə start veriləcək"
[b]Gənclər və idman naziri Azad Rəhimov: "Bakıda Olimpiya stadionunun tikintisinə yaxın günlərdə start veriləcək"[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gənclər və idman naziri Azad Rəhimov bu gün Gəncəyə səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, nazir Bakıda keçiriləcək gənclərin V forumu çərçivəsində Gəncə şəhər gənclərin toplantısında iştirak edib. Toplantıdan sonra jurnalistlərə açıqlama verən nazir şəhərin idman həyatı ilə əlaqədar bir sıra məsələlərə aydınlıq gətirib. "Kəpəz" stadionunun təmirinin investisiya planına salınmadığını deyən nazir burada təmir işlərinin "Kəpəz" komandasına sponsorluq edəcək təşkilat tərəfindən həyata keçiriləcəyini bildirib: "Biz istəyirik ki, stadionların təmirini iş adamların, sponsorların vasitəsi ilə həyata keçirək". Onun sözlərinə görə dövlətin investisiya planına düşən stadionlarda təmir işləri aparılır. Bura Naftalan, Şəki, Zirə, Buzovna, Mingəçevir və Lerik rayonlarındakı stadionlar daxildir. Nazir Bakıda tikintisi nəzərdə tutulan Gənclər şəhərciyinin inşasının bu il baş tutmayacağını bildirib. O, Bakıda Olimpiya stadionunun layihə smeta sənədlərinin hazırlandığını, yaxın günlərdə tikinti işlərinə start veriləcəyini deyib. -
07-07-2008, 03:41 PMAPALənkəranda mağaza qarət olunub
[b]Lənkəranda mağaza qarət olunub[b]
[Lənkəran. Ağəddin Babayev-APA. İyulun 6-dan 7-nə keçən gecə Lənkəranda oğurluq hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə şəhərin Səttarxan küçəsi, 70 ünvanında yaşayan Ceyhun Telman oğlu Kazımova məxsus mağazada qeydə alınıb. Naməlum şəxslər mağazanın pəncərəsinin şüşələrini sındıraraq içəridən təqribən 1000 manat məbləğində siqaret, sim-kart və s. götürüblər. Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.