[b]Azərbaycan yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsindəki müsbət saldonu 83 dəfə artırıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın uzaq xarici ölkələrlə ticarət dövriyyəsində 34 196 829,1 min ABŞ dolları dəyərində müsbət, MDB ölkələri ilə ticarət dövriyyəsində isə 456 662,3 min dollar dəyərində mənfi saldo yaranıb. Bu barədə «APA-ECONOMICS»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Hesabat dövründə Azərbaycandan uzaq xarici ölkələrə 37 699 349,2 min dollar, MDB ölkələrinə isə 1 271 487,6 min dollar dəyərində əmtəə ixrac olunub. Azərbaycandan uzaq xaricə və MDB ölkələrinə ixrac olunan malların əsas hissəsini mineral yanacaq, neft və neft məhsulları, bitumlu minerallar, alüminium və ondan hazırlanmış məmulatlar və s. təşkil edib.Yanvar-sentyabr aylarında Azərbaycana uzaq xaricdən 3 502 520,1 min dollar, MDB ölkələrindən isə 1 728 149,9 min dollar dəyərində mal idxal olunub. İdxalın əsasını avadanlıqlar və mexaniki qurğular, quru nəqliyyatı vasitələri, elektrik avadanlıqları, dənli bitkilər və s. mallar təşkil edib.Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ümumilikdə 38 970 836,8 min dollar dəyərində mal ixrac, 5 230 670 min dollar dəyərində mal isə idxal olunub, müsbət saldo isə 33 740 166,8 min dollara bərabər olub. İxrac əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9 dəfə artıb, idxal isə 33,79% azalıb. Xarici ticarət dövriyyəsindəki müsbət saldo isə təxminən 83 dəfə artıb.Qeyd edək ki, yanvar-sentyabr aylarında xarici ticarətlə 10 057 hüquqi və fiziki şəxs məşğul olub. İxracda dövlət sektorunun payı 36,15%, özəl sektor - 63,59%, fiziki şəxslər - 0,25% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,80%, 71,14% və 5,06% təşkil edib.
Azərbaycan Xəbərləri
Printable View

10-27-2008, 03:40 PMAPAAzərbaycan yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsindəki müsbət saldonu 83 dəfə artırıb

10-27-2008, 03:50 PMAPAPolşanın keramika şirkətləri Bakıda təqdimat keçiriblər
[b]Polşanın keramika şirkətləri Bakıda təqdimat keçiriblər[b]
[Bakı. Laçın Sultanova - APA. Polşanın "Ceramika Paradij" və "KOLO" şirkətləri Bakıda təqdimat keçiriblər. APA-nın məlumatına görə, "Ceramika Paradij" şirkətinin satış üzrə meneceri Vitold Çapik istehsal etdikləri məhsulların 60 faizini şərq ölkələrinə, o cümlədən Azərbaycana ixrac etdiklərini deyib. O, 2007-ci ildə "Keramik Siti" şirkəti ilə uğurlu əməkdaşlıq sayəsində Azərbaycan bazarına daxil olduqlarını bildirib: "Bir neçə aydan sonra Bakıya dizayner gətirəcəyəm. O, Azərbaycan alıcısının zövqünü öyrənəcək və "Bakı" adında iki-üç yeni kolleksiya hazırlayacaq". V. Çapik 4-5 ildən sonra Azərbaycanda birgə müəssisə yaratmaq niyyətləri olduğunu söyləyib."KOLO" şirkətinin yeni bazarların inkişafı üzrə meneceri Leşak Politovski isə əlillər və uşaq müəssisələri üçün xüsusi santexnika istehsal etdiklərini açıqlayıb. Təqdimetmə mərasimində şirkətlərin istehsal etdiyi məhsullar nümayiş olunub. -
10-27-2008, 04:00 PMAPAAzərbaycanın Təbrizdəki baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin yeni rəhbəri ilə görüşüb
[b]Azərbaycanın Təbrizdəki baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin yeni rəhbəri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycanın Təbrizdəki baş konsulu İranın Şərqi Azərbaycan vilayətinin yeni təyin olunan rəhbəri Əlirza Beygi ilə görüşüb. Baş konsul Ayxan Süleymanovun APA-ya verdiyi məlumata görə, görüşdə iki ölkə arasında mədəni, ictimai-siyasi, iqtisadi və digər məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və mədəni tədbirlərin sayının artırılmasının zəruriliyi qeyd olunub. -
10-27-2008, 04:10 PMAPAYaxın perspektivdə Azərbaycanda avronun ucuzlaşması davam edəcək
[b]Yaxın perspektivdə Azərbaycanda avronun ucuzlaşması davam edəcək[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin oktyabrın 20-dən 24-dək ABŞ dolları üzrə Azərbaycanın birja valyuta bazarının rəsmi dövriyyəsi 73,729 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 12% çoxdur.
[«APA-ECONOMICS»in məlumatına əsasən, həftəlik dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub: Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8081 manatdan 0,8106 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,31% yüksəlib. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,22%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,27%, nağd satış məzənnəsi isə 0,15% yüksəlib: Göründüyü kimi, ötən həftə məzənnələrin dinamikası qeyri-sabitliklə yadda qalıb. Bununla belə, nağd bazarda məzənnələr sinxronluq nümayiş etdirsə də, bunu rəsmi və birja məzənnəsi haqqında demək olmaz.Ötən həftə valyuta bazarının ən vacib xüsusiyyəti avro/manat birja sektorunun kəskin fəallaşması olub. Bu, son aylar ərzində ilk dəfə baş verib. Bununla belə, avro üzrə əqdlər praktiki olaraq daimi əsasda bağlanıb (bu valyuta üzrə birja ticarəti yalnız oktyabrın 22-də aparılmayıb): Beləliklə, ötən həftə avro üzrə məcmu birja dövriyyəsi 7 252 min avro təşkil edib. Avro üzrə birja bazarında fəallıq avronun məzənnəsinin tək Azərbaycan bazarında deyil, ümumilikdə dünya bazarında kəskin azalması ilə bir vaxta düşüb. Belə ki, ötən həftə avronun manata qarşı rəsmi məzənnəsi 5 illik minimuma enib ki, bu da ilk növbədə dünya bazarında baş verən hadisələrin nəticəsidir.Ümumilikdə, həftə ərzində avronun birja məzənnəsi (BBVB-nin orta göstəricisi) 1,0922 manatdan 1,0383 manatadək dəyişib, yəni bu müddət ərzində avronun məzənnəsi 4,93% düşüb. Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 4,83%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 5,27%, nağd satış məzənnəsi isə 3,84% azalıb: Göründüyü kimi, ötən həftə avro üzrə məzənnələrin dinamikası son dərəcədə qeyri-sabit olub, məzənnələrin çarpazlaşması müşahidə olunub, halbuki nəzəri baxımından bu, baş verməməlidir. Avronun məzənnəsinin enməsinin kəmiyyət göstəricisinə gəldikdə, həftəlik azalmanı dollar üzrə analoji illik göstərici ilə müqayisə etmək olar. Bununla belə, avronun məzənnəsinin ən gözə çarpan dəyişməsi bilavasitə oktyabrın 21-22-də baş verib: oktyabrın 21-də rəsmi məzənnə kəskin azalıb və bundan dərhal sonra (oktyabrın 22-də) birja və nağd məzənnələr azalıb. Yuxarıda qeyd olunduğu kimi, rəsmi məzənnənin azalması dünya bazarlarında analoji hadisələrin nəticəsi olaraq baş verib. Xatırladaq ki, avro dollara qarşı bir gün ərzində təxminən 3% ucuzlaşıb. Bu da öz növbəsində dünya maliyyə bazarlarında qeyri-sabitlik, fond bazarında kəskin enib-qalxma nəticəsində baş verib. Lakin dünyada dolların bahalaşmasının ən əsas səbəbi fond bazarında investorların «nağda çıxışÂ» adlanan addımları olub. Belə ki, səhm sahibləri ümumdünya iqtisadi geriləmə təhlükəsi ilə bağlı kapitalı riskli aktivlərdən, ilk növbədə səhmlərdən çıxarmağa və pul vəsaitlərini toplamağa başlayıblar. Bunun nəticəsində pula və məhz bütün dünyada ənənəvi olaraq yığım valyuta hesab edilən dollara tələbat kəskin artıb.Avronun məzənnəsinin kəskin azalması ilə avro üzrə birja ticarətinin fəallaşması arasında isə birbaşa əlaqə var. Çünki valyuta bazarlarında qeyri-sabitlik şəraitində bazar iştirakçıları məzənnənin rəsmi məzənnəyə bağlılığı olan mütəşəkkil birja bazarına üstünlük verir. Açıq banklararası bazarında isə bundan fərqşli olaraq məzənnə subyektiv amillər əsasında formalaşır. Birja bazarında avro üzrə əqdlərin bağlanması prosesinin birdəfəli, demək olar ki, təsadüfi xarakter daşıdığını nəzərə alsaq, ötən həftə baş verənləri valyuta bazarının ümumi inkişafı baxımından çox əhəmiyyətli bir hadisə kimi qiymətləndirmək olar. Hazırda dünya bazarlarında qeyri-sabitlik, hətta qeyri-müəyyənlik hökm sürməkdədir. Bu səbəbdən də qısamüddətli perspektivdə avro/manat birja alətinin bazarda möhkəmlənəcəyini gözləmək olar. -
10-27-2008, 04:20 PMAPAGürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir
[b]Gürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir[b]
[Balakən. Vüqar Heydərov-APA. Gürcüstanın təhsil naziri Georgi Nogiya Azərbaycanın şimal-qərb bölgəsinə səfərə gəlib. Balakən rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, G. Nogiya və onu müşayiət edən şəxslər bu gün Balakən rayonunun İti Tala kəndindəki gürcü orta məktəbində görüş keçiriblər. Nazir gətirdiyi dərslikləri və dərs vəsaitlərini məktəbə təqdim edib. Daha sonra G. Nogiya Zaqatala rayonunda ingiloyların yaşadığı Əliabad kəndinə gedib. O burada ingiloyların oxuduğu orta məktəbə də dərsliklər təqdim edib. Nazirin bu gün Qax rayonuna yola düşəcəyi, oradakı gürcü məktəblərində görüşlər keçirəcəyi bildirilib.Məlumata görə, G. Nogiya bölgədəki məktəblərə ümumilikdə 5600 ədəd dərslik və dərs vəsaiti gətirib. -
10-27-2008, 04:40 PMAPAMTN Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayətin üstünü açıb
[b]MTN Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayətin üstünü açıb[b]
Bakı-APA. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi qəsdən adam öldürmə, adam oğurluğu, habelə digər tamah-zorakı yönlü ağır və xüsusilə ağır cinayətlər törətmiş Hacı Məmmədovun dəstəsinin törətdiyi daha bir cinayət əməlinin üstünün açılması barədə məlumat yayıb.
[MTN-in ictimaiyyətlə əlaqə mərkəzindən APA-ya daxil olan məlumata görə, dəstənin başçısı Hacı Məmmədov və üzvləri ifşa olunaraq, ədalət mühakiməsinə verilərək, məhkəmənin hökmü ilə həmin şəxslərin bir hissəsi ömürlük, digərləri isə müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Lakin bandanın hüquqa zidd əməlləri ilə bağlı ibtidai istintaq dövründə bəzi epizodlar üzrə cinayət işi ayrılaraq istintaqı davam etdirilir. Həmin istintaq hərəkətləri nəticəsində daha bir cinayətin üstü açılıb.Belə ki, 1993-cü il mayın 10-da Samur-Abşeron kanalının Xızı rayonunun Sitalçay kəndi ərazisindəki su nasosu stansiyasında suyun içərisindən şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb. Naməlum meyitin 1952-ci ildə Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində doğulmuş, Bakı şəhərində yaşayan Piriyev Cavanşir Qurban oğlu olduğu və sonuncunun 1993-cü il aprelin 13-də saat 14.00 radələrində idarə etdiyi «QAZ-2410» markalı avtomaşında evdən çıxıb getdiyi və o vaxtdan itkin düşdüyü müəyyən edilib. İş üzrə hadisə yerinin və meyitin xarici müayinəsi keçirilib, şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-ballistik, məhkəmə-fiziki-texniki ekspertizalar təyin olunub rəylər alınıb, digər istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Ekspertiza rəylərinə əsasən, Cavanşir Piriyevin «AK-74» markalı avtomat silahdan açılan atəşlə öldürüldüyü müəyyən edilib. Eyni zamanda, məlum olub ki, C. Piriyev itkin düşəndən sonra evinə naməlum şəxslər tərəfindən telefon zəngləri edilərək, onun qaytarılması üçün qohumlarından hədə-qorxu ilə külli miqdarda pul tələb olunub, lakin yaxınları tələb edilən pulu verməkdən imtina ediblər. Bununla belə, zəruri istintaq-əməliyyat tədbirlərinin yerinə yetirilməsinə baxmayaraq, Cavanşir Piriyevi qətlə yetirən şəxsləri və avtomaşının yerini müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən, yəni Cavanşir Piriyevi öldürən şəxslər müəyyən edilmədiyinə görə, 1994-cü il mayın 30-da cinayət işinin istintaqı dayandırılıb.Hacı Məmmədovun qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, banditizm, cinayətkar birlik yaratma, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama, eləcə də digər ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunması, habelə həmin cinayətləri törətmə üslubu Cavanşir Piriyevin öldürülməsində onun iştirak etməsini ehtimal etməyə əsas verib.Sadalanan hallarla əlaqədar Cavanşir Piriyevin naməlum şəxslər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat yenilənib və Xızı şəhər prokurorluğunun icraatından götürülüb istintaqın davam etdirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə göndərilib.İstintaq müəyyənləşdirib ki, C. Piriyevi bir sıra ağır və xüsusilə ağır cinayətlər törətdiyinə görə, 1995-ci ildən axtarışda olan, Abşeron rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyev qətlə yetirib.Şahid qismində Hacı Məmmədov istintaqa verdiyi ifadəsinə bildirib ki, o, Abşeron rayon polis şöbəsində rəis müavini işlədiyi dövrdə həmin şöbənin rəisi Məmmədəli Əliyevlə aralarında etibar və yaxşı münasibətlər yaranıb. 1993-cü ildə Məmmədəli Əliyev onu, Gürcüstanda anadan olmuş və Bakı şəhərində yaşayan, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir adlı dostu ilə də tanış edib. Cavanşir Piriyevlə işbirliyi olan Məmmədəli Əliyev həm də onun oğluna kirvəlik edib. Məmmədəli Əliyev Abşeron rayon polis şöbəsinin rəisi kimi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kommersiya fəaliyyəti ilə məşğul olan Cavanşir Piriyevə hamilik edib, biznesmen isə bunun müqabilində müntəzəm olaraq Məmmədəli Əliyevə "haqq" verib. Məmmədəli Əliyev polis orqanlarından təqaüdə buraxıldıqdan sonra, Cavanşir Piriyevə hamilik imkanı olmadığına görə, sonuncu ona "haqq" verməkdən imtina edib. Cavanşir Piriyevin verdiyi gəlirdən məhrum olan Məmmədəli Əliyev onu tamah məqsədilə 1993-cü il aprelin 13-də «QAZ-2410» markalı avtomobili ilə birlikdə oğurlayıb həyatı və səhhəti üçün təhlükəli üsulla qanunsuz olaraq azadlıqdan məhrum edərək, şəxsiyyəti üzərində zor göstərmək hədə-qorxusu ilə qohumlarından külli miqdarda pul tələb edib. Lakin öz məqsədinə çata bilmədiyinə görə, müvafiq icazə olmadan əldə edib saxladığı avtomat silahdan Cavanşir Piryevi tamah məqsədilə qəsdən öldürmək üçün 4 dəfə atəş açmaqla qətlə yetirib.Məmmədəli Əliyev Cavanşir Piriyevi öldürdükdən sonra, hadisə vaxtı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Hacı Məmmədova məlumat verib və törətdiyi cinayətin izini itirmək üçün meyitin gizlədilməsi üçün ondan kömək istəyib. Hacı Məmmədov bununla razılaşıb, bundan sonra Məmmədəli Əliyev Cavanşir Piriyevin meyitini xalça tipli materiala bükərək iplə bağlayıb və Hacı Məmmədovla birlikdə idarə etdiyi «VAZ-2106» markalı avtomobilin yük yerində gizlədərək, Siyəzən rayonu ərazisinə apararaq, Samur-Abşeron su kanalına atıb.Bu yeni hal üzrə ifadə verərkən H. Məmmədov deyib ki, törətdiyi və ya iştirak etdiyi digər cinayətlər barədə də danışacaq. Cinayət işi ilə bağlı bütün halların araşdırılması, hadisəni törətmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, hüquqazidd əməllərin aşkarlanması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. -
10-27-2008, 04:50 PMAPASerj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi fəal mərhələyə daxil olub"
[b]Serj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi fəal mərhələyə daxil olub"[b]
[İrəvan - APA. "Azərbaycan Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağ Ermənistanla quru sərhədlərinə malik olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ xalqının təhlükəsizliyinə təminat verərsə, münaqişənin həlli mümkündür". APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İctimai Televiziyaya müsahibəsində deyib. O, uzunmüddətli passiv dövrdən sonra həll prosesinin fəal mərhələyə daxil olduğunu bildirib: "Bu, minimum iki vacib məqamla əlaqədardır. Birincisi, Ermənistanda və Azərbaycanda prezident seçkiləri başa çatıb. İkincisi isə, regionda baş vermiş məlum hadisələr hamını bir daha əmin edib ki, münaqişənin hərbi yolla həlli variantı yoxdur". Ermənistan prezidenti bu mövzuda ictimai müzakirələri faydalı saydığını və belə müzakirələrin daha fəal mərhələsinə daxil olacaqlarını söyləyib: "Biz müqəddəs məsələ və önəmli tarixi vəzifəni həll edirik. Kimsə prosesin gedişində başqa maraq axtarırsa, bu, mənəviyyatsızlıqdır". -
10-27-2008, 05:00 PMAPAAŞ PA prezidenti Gürcüstana səfər edəcək
[b]AŞ PA prezidenti Gürcüstana səfər edəcək[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puçun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Gürcüstana səfər edəcək. APA-nın AŞ-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi oktyabrın 2-də AŞ PA-da qəbul olunmuş "Gürcüstan və Rusiya arasında müharibənin nəticələri" adlı qətnamənin icrası ilə tanış olmaqdır. AŞ PA parlamentarilərinin daxil olduğu nümayəndə heyəti Gürcüstan parlamentinin sədri, baş nazir, xarici və daxili işlər nazirləri, həmçinin Avropa İttifaqı və ATƏT-in Gürcüstandakı müşahidə missiyalarının rəhbərləri ilə görüşəcəklər. Qətnamənin yerinə yetirilməsi vəziyyətinə dair növbəti addımlar noyabrın 28-də Madriddə müzakirə olunacaq. -
10-27-2008, 05:10 PMAPASerj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur"
[b]Serj Sarkisyan: "Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur"[b]
[İrəvan - APA. "Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi ATƏT-in Minsk Qrupudur və başqa vasitəçilər yoxdur". APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan yerli İctimai Televiziyaya müsahibəsində deyib. O, Ermənistanın heç vaxt hansısa başqa ölkəyə vasitəçilik xahişi ilə müraciət etmədiyini, münaqişənin həlli prosesinin Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında davam etdiyini bildirib: "Abdulla Gülün bəyanatına gəlincə, deməliyəm ki, mən başqa dövlət xadimlərinin sözlərini şərh etməyə meylli deyiləm - xüsusən də bizim mətbuatda kontekstdən çıxarılan fikirlər dərc olunarkən. Bəli, mən əminəm ki, Türkiyə Qarabağ münaqişəsinin həlli prosesinə kömək edə bilər, necə ki, indi edir. Prezident Gülün Ermənistana səfəri və erməni-türk danışıqlarının davam etməsi çətin problemlərin həlli baxımından çox yaxşı nümunədir". S. Sarkisyan hesab edir ki, Türkiyə Ermənistanla sərhədləri açarsa və İrəvanla diplomatik əlaqələr yaradarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərə bilər. -
10-27-2008, 05:20 PMAPAAzərbaycanın Novorossiysk limanından ixrac etdiyi REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol S.A.» şirkəti alıb
[b]Azərbaycanın Novorossiysk limanından ixrac etdiyi REBCO markalı növbəti xam neft partiyasını İsveçrənin «Vitol S.A.» şirkəti alıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk limanından REBCO markalı xam neft partiyasının ixracına dair elan etdiyi son sorğuya yekun vurub. ARDNŞ-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, marketinq sorğusunun nəticələrinə əsasən, İsveçrənin «Vitol S.A.» şirkəti qalib elan edilib. Şirkət bu ilin noyabrın 29-30-u tarixlərində Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı neftin ixracını həyata keçirəcək. -
10-27-2008, 05:30 PMAPAAzərbaycanın vergi orqanları son bir ayda 923 vergi ödəyicisində qanun pozuntusu aşkarlayıb
[b]Azərbaycanın vergi orqanları son bir ayda 923 vergi ödəyicisində qanun pozuntusu aşkarlayıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Vergilər Nazirliyinin sentyabrın 22-dən oktyabrın 19-dək keçirdiyi operativ nəzarət tədbirləri zamanı 923 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək onların barələrində müvafiq tədbirlər görülüb. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bu zaman 447 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 77 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 127 vergi ödəyicisi aşkar edilib, 143 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları müəyyənləşdirilib. Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 20 vergi ödəyicisində 24 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 46 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 50 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 13 vergi ödəyicisində 252,6 manat dəyərində 301 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar tapılıb. -
10-27-2008, 05:50 PMAPABeynəlxalq fond birjaları bağlana bilər
[b]Beynəlxalq fond birjaları bağlana bilər[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 27-də bütün Avropa fond indeksləri fond bazarları işə başlayan kimi kəskin azalmaya məruz qalıb.
[«APA-ECONOMICS»in məlumatına görə, ticarətin ilk dəqiqələrində Londonda FTSE 100 indeksi 4,72%, Parisdə CAC-40 indeksi 5,29%, Frankfurtda DAX indeksi isə 3,75% enib. «Bloomberg» agentliyi hazırda mövcud olan vəziyyəti çaxnaşma kimi qiymətləndirir və vurğulayır ki, investorlar məqsədəuyğun qərar qəbul etməyə qadir deyil. Qeyd edək ki, qiymətli kağızlarda olan aktivlərin investorlar tərəfindən satılması son günlər daha geniş miqyas alıb və nəticədə, bir tərəfdən səhmlər kəskin ucuzlaşır, digər tərəfdən isə dollara tələbat artır və ABŞ valyutası möhkəmlənir. Bu gün həmçinin avro və funt sterlinqin ucuzlaşması davam edib ki, funtun məzənnəsi dollara qarşı 37 illik minimuma çatıb. Analitiklər vurğulayırlar ki, ABŞ-da kəskin böhran və dərin iqtisadi tənəzzül şəraitində dolların bu cür bahalaşması məntiqə uyğun deyil. Bunun yeganə səbəbi isə investorlar tərəfindən inkişafda olan ölkələrdən kapitallarını çıxararaq həmin vəsaitləri dollara konvertasiya etmələri ilə bağlıdır. Artıq bu tendensiya davamlı xarakter daşıyır. Eyni zamanda, Avrozona və Böyük Britaniyada neqativ makroiqtisadi göstəricilər (məsələn, Böyük Britaniyada 16 il ərzində ilk dəfə olaraq ÜDM-nin azalması müşahidə olunur) vəziyyətin avro və funtun xeyrinə düzəlməsi üçün əsasların olmadığını göstərir.Belə bir şəraitdə dünya fond bazarının çaxnaşma nəticəsində iflasa uğramaması üçün aparıcı ölkələrin hökumətləri dünya fond bazarının bir həftəlik bağlanması məsələsini müzakirə edir. Qeyd edək ki, Rusiyada artıq bu barədə, yəni fond bazarının iki günlük və ya hökumətin xüsusi qərarına qədər bağlanması barədə qərar qəbul olunub. -
10-27-2008, 06:00 PMAPAMoskva rəhbərliyi "Rus marşı"na icazə verməyib
[b]Moskva rəhbərliyi "Rus marşı"na icazə verməyib[b]
[Bakı. Laçın Sultanova - APA. Moskva şəhərinin rəhbərliyi Qeyri-Leqal İmmiqrasiyaya Qarşı Hərəkatın noyabrın 4-də qeyd olunan Xalq Birliyi Günündə "Rus marşı" keçirməsinə icazə verməyib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, hərəkatın lideri Aleksandr Belov qanuna riayət edərək keçirəcəkləri aksiya barədə şəhər rəhbərliyini məlumatlandırdıqlarını və tədbiri keçirmək niyyətində olduqlarını bildirib. O, aksiyada 5 min nəfərin iştirak edəcəyini deyib. -
10-27-2008, 06:10 PMAPARəşad Sadıqov FİFA-nın "Brilyant top" mükafatı üçün keçirəcəyi sorğuda seçimini etdi
[b]Rəşad Sadıqov FİFA-nın "Brilyant top" mükafatı üçün keçirəcəyi sorğuda seçimini etdi[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. FİFA hər ilin sonunda dünyanın ən yaxşı futbolçusuna "Brilyant top" mükafatı təqdim edir. 2008-ci il sona yaxınlaşdıqca, bu müsabiqəyə dair tədbirlər görülür. Artıq FİFA milli assosiasiyaların əksəriyyətinə "Brilyant top"un sahibinin müəyyənləşdirilməsi ilə bağlı sorğu göndərib. Qaydaya görə, müsabiqədə yığmanın baş məşqçisi və kapitan il ərzində ən yaxşı oyun nümayiş etdirən 3 futbolçunun adını qeyd edir.Deməli, Azərbaycandan sorğuya milli komandanın baş məşqçisi Berti Foqtsla kapitan Rəşad Sadıqov qatılacaq. Foqts hələlik seçimini etməsə də, Sadıqovun favoritləri bəllidir. "Neftçi"nin də şərəfini qoruyan 26 yaşlı müdafiəçi "APA-SPORT"a açıqlamasında "Brilyant top"un sahibi qismində kimi görmək istədiyini söyləyib.Rəşad istəyir ki, dünyanın ən yaxşı futbolçusu İspaniya milli komandasının və "Liverpul"un üzvü Fernando Torres olsun. Onun fikrincə, 24 yaşlı hücumçu bu ada həm yığmadakı, həm də klubdakı parlaq oyunu ilə layiqdir: "Torres yayda Avropa çempionatının qızıl medalını qazandı. "Liverpul"un Çempionlar Liqasının yarımfinalınadək irəliləməsində də onun əməyi var".Sadıqov ikinci yerə portuqaliyalı Kriştianu Ronaldonu layiq görüb. Avro-2008 Ronaldo üçün uğursuz alınsa da, yarımmüdafiəçinin "Mançester Yunayted"in İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olmasında əməyi danılmazdır.Nəhayət, üçüncü pillə. Rəşad bu yer üçün seçimini Argentina yığmasının üzvü Lionel Messinin üzərində saxlayıb. Messi "Barselona"nın aşkar lideridir. Bundan başqa, Maradonanın xələfi sayılan 21 yaşlı futbolçu Pekində olimpiya çempionu tituluna yiyələnib. Yeri gəlmişkən, Rəşadın seçimi 2007-ci ildə keçirilən "Brilyant top"un nəticələri ilə çox oxşardır. Həmin vaxt Ronaldo 2-ci, Messi isə 3-cü sırada qərarlaşıb. Yeganə fərq odur ki, Sadıqov ötən il birinci yeri tutan braziliyalı Kakanı Torreslə əvəzləyib.Qeyd edək ki, FİFA-nın müəyyənləşdirdiyi və "Brilyant top"la mükafatlandırdığı sorğuda futbolçuya birinci yer üçün 5, ikinci yerə 3, üçüncü yerə 1 xal verilir. -
10-27-2008, 06:20 PMAPABakıda avtomobil qaçırmaqda təqsirli bilinən yeniyetmə tutulub
[b]Bakıda avtomobil qaçırmaqda təqsirli bilinən yeniyetmə tutulub[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda 14 yaşlı yeniyetmə avtomobil qaçırmaqda təqsirli bilinərək həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin İlqar oğlu Süleymanov həmyerlisi Yavər Abdunova məxsus "Vaz-21063" markalı, 64 BA 330 dövlət nömrə nişanlı maşını qaçırmaqda təqsirli bilinir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-tədbirləri nəticəsində İ. Süleymanov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb. -
10-27-2008, 06:30 PMAPAAzərbaycan gələn il xarici dövlət borcunun ÜDM-yə nisbətini azaldacaq
[b]Azərbaycan gələn il xarici dövlət borcunun ÜDM-yə nisbətini azaldacaq[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanın xarici dövlət borcu 2009-cu ildə ÜDM-nin 5,2%-ni təşkil edəcək. «APA-ECONOMICS»in məlumatına görə, bu proqnoz Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlanılıb. Cari il üçün isə BVF Azərbaycanda xarici borcun ÜDM-yə nisbətinin 5,4% səviyyəsində olacağını proqnozlaşdırır. Eyni zamanda, BVF Azərbaycanda ÜDM-nin 2008-ci ildə 53,3 mlrd. ABŞ dolları, 2009-cu ildə isə 68 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırır. Yəni, Azərbaycanın xarici dövlət borcu mütləq rəqəmlərlə 2008-ci ildə 2,88 mlrd. dollar, 2009-cu ildə 3,54 mlrd. dollar təşkil edəcək. Qeyd edək ki, BVF bu göstərici üzrə proqnozlarını bir neçə ölkə üzrə hazırlayıb. Lakin son hazırda yaşanan dünya maliyyə və iqtisadi böhran nəticəsində ölkələrin bir qismi xarici borclanmanı artırmaq məcburiyyətində qalıb. Azərbaycanın hökumət rəsmilərinin böhranın ölkəmizdən yan keçməsi barədə bəyanatlarını nəzərə alaraq, qeyd etmək olar ki, Azərbaycanda xarici borclanma kəskin artmayacaq. Beləliklə, xarici borclar üzrə BVF-nin proqnozlarının bəzi ölkələr üzrə reallığı tam əks etdirmədiyi görünür. -
10-27-2008, 06:40 PMAPAMəhkəmə Azərbaycan paytaxtındakı "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edib
[b]Məhkəmə Azərbaycan paytaxtındakı "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Nərimanov Rayon Məhkəməsində "Əbu Bəkr" məscidinin açılması barədə qərar qəbul edilib. Bu barədə APA-ya iddiaçı tərəfin vəkili Cavanşir Süleymanov bildirib.
[Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində hakim Asif Allahverdiyevin sədrliyi ilə məhkəmə prosesi keçirilib. C. Süleymanov məhkəmənin "Əbu Bəkr" məscidinin açılması və fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul etdiyini deyib. Onun sözlərinə görə, qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə həvalə edilib. C. Süleymanov deyib ki, onlar məhkəmə qərarını sabah alacaqlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov APA-ya açıqlamasında bildirib ki, "Əbu Bəkr" dini icmasının vəkili C. Süleymanov Səbayel rayon Məhkəməsinə də müraciət edərək məscidin açılması üçün dini komitə qarşısında öhdəlik qoyulmasını xahiş edib. Lakin məhkəmə həmin iddianı rədd edib. G. İsmayılov Nərimanov rayon Məhkəməsinin qərarından xəbərsiz olduqlarını, buna görə də hər hansı şərh vermək istəmədiklərini bildirib: "Məhkəmənin qərarı isə müzakirə deyil, icra olunur". Qeyd edək ki, "Nərimanov rayon dindarları" Dini İcması "Əbu Bəkr" məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. -
10-27-2008, 06:50 PMAPAGələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq
[b]Gələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Gələn ilin əvvəlində Azərbaycanda hemofiliyalı, talassemiyalı və diabetli xəstə uşaqlar üçün stomatoloji kabinet yaradılacaq. Bu barədə APA-ya Respublika Hemofiliya Assosiasiyasının prezidenti Gülnarə Hüseynova məlumat verib. G. Hüseynova bildirib ki, layihəyə dəstəyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Özəl Fəaliyyətlə məşğul olan Stomatoloqlar Assosiasiyası göstərib. Komitə Stomatoloji Mərkəz üçün texniki avadanlıqların alınmasına, Stomatoloqlar Assosiasiyası isə pulsuz tibbi xidmət göstərilməsinə yardım edəcək. Xatırladaq ki, hazırda Azərbaycanda 300 nəfərə qədər hemofiliyalı, 300 nəfərdən çox talassemiyalı, 1000 nəfərdən çox isə diabetli xəstə uşaq var. Hələlik Stomatoloji kabinetin Bakıda yaradılacağı gözlənilir. Daha sonra isə bölgələrdə də səyyar stomatoloji kabinetlər yaradılacaq. -
10-27-2008, 07:00 PMAPABakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb
[b]Bakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Bakı sakini nikahsız yaşadığı qadını bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Valeh Kamal oğlu Əhmədov qeyri-qanuni nikahda olduğu, Sabunçu rayon sakini, 1967-ci il təvəllüdlü Şirin Rafiq qızı Əliyevanı bıçaqlayıb. Döş qəfəsinin sol nahiyəsindən bir neçə bıçaq yarası alan Ş. Əliyeva ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. Hadisəni törədən V. Əhmədov isə 14-cü polis bölməsinin əməkdaşları tərəfindən artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. -
10-27-2008, 07:10 PMAPAGürcüstanın baş naziri istefaya göndərilib
[b]Gürcüstanın baş naziri istefaya göndərilib[b]
[Tiflis - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Vladimir (Lado) Qurgenidzeni istefaya göndərib. APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Gürcüstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Mənbə baş nazir vəzifəsinə təyin olunacağı gözlənilən şəxsin adını da açıqlayıb. O, baş nazir postuna Gürcüstanın Türkiyədəki səfiri, 35 yaşlı Qriqol Mqaloblişvilinin təyin olunacağını bildirib. L. Qurgenidzenin hansı səbəbdən istefaya göndərildiyi hələlik bəlli deyil. -
10-27-2008, 07:20 PMAPAMətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Şeyxə müraciət etməyib
[b]Mətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Şeyxə müraciət etməyib[b]
[Bakı-APA. "Mətbuat Şurası həbsdəki jurnalistlərin azadlığa çıxmaları ilə bağlı məsələni daim diqqətdə saxlayır. Bu məsələ ilə bağlı Şura dəfələrlə ölkə başçısına müraciət ünvanlayıb. Səylərimiz nəticəsiz qalmayıb. Biz həbsdəki sonuncu jurnalist azad olunub, evinə, doğmalarının yanına dönənə qədər bu işi davam etdirməkdə maraqlı və israrlıyıq. Yaxın günlərdə həbsdəki jurnalistlərlə bağlı prezidentə Mətbuat Şurası adından müraciət etməyə hazırlaşırıq". Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, yeni əfv fərmanına jurnalistlərin də adlarının daxil ediləcəyinə ümidvardır: " Belə bir akt ölkədə media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərərdi". Ə. Amaşov onu da vurğulayıb ki, Mətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlamayıb: "Şura indiyədək bu məsələ ilə bağlı prezident və Əfv Komissiyası istisna olmaqla heç kəsə müraciət ünvanlamayıb. Amma Şeyxin həbsdəki vətəndaşlar, o cümlədən jurnalistlərin azadlığa çıxmaları ilə bağlı ardıcıl fəaliyyəti göz qabağındadır və dəyərləndirilməlidir. Buna görə ona minnətdarlığımızı bildiririk". -
10-27-2008, 07:40 PMAPABakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatı keçirilib
[b]Bakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatı keçirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Marketinq Cəmiyyəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) bu gün Bakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatını keçirib. «APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Marketinq Cəmiyyətinin prezidenti Rəhim Hüseynov bildirib ki, kataloq üzərində işlər bir il əvvəl başlanıb. Bura şəffaf işləyən şirkətlər barədə məlumatlar daxil edilib. Bankların da kataloqa maraq göstərdiklərini deyən R.Hüseynov layihəyə «Azercell», «Azersun Holding» kimi şirkətlərin və Azərbaycan Beynəlxalq Bankı, Avrasiya İnkişaf Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstək verdiklərini vurğulayıb.«Kataloqda Azərbaycanın ixrac potensialı, həmçinin qeyri-neft sektoru ilə bağlı məlumatlar yer alıb. Ümid edirəm ki, növbəti sayda bu kataloqdakı şirkətlərin sayı artacaq», - deyə R.Hüseynov vurğulayıb.R.Hüseynovun sözlərinə görə, kataloqun digər saylarında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən araşdırmalar yer alacaq.Azpromo-nun ixracın təşviqi departamentinin direktoru Emil Əliyev isə qeyd edib ki, kataloq gələcəkdə digər sahələri də əhatə edəcək. Növbəti sayı isə gələn ilin ikinci yarısında işıq üzü görəcək.Təqdimatda dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, layihədə iştirak edən ixracatla məşğul olan şirkətlərin təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, «Azərbaycan İxrac Kataloqu» Azərbaycan şirkətlərinin rəqabət qabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və tərəfdaşların tapılması ilə əlaqədar mövcud problemlərin həlli məqsədilə nəşr olunub. Kataloqda ixrac potensialına malik olan Azərbaycan şirkətlərinin iki dildə (ingilis və rus) beynəlxalq biznes aləminə təqdim olunması nəzərdə tutulub. Bu layihə çərçivəsində kataloq A4 formatında 3 min tirajla buraxılıb. Həmçinin, 2 min ədəd CD və on-line rejimində işləyən versiyası da hazırlanıb.Kataloq Azərbaycanın diaspora, ictimai və dövlət təşkilatları, xarici ölkələrin, şirkətlərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri vasitəsilə yayılacaq, yerli və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaq. -
10-27-2008, 07:50 PMAPANino Burcanadze müxalifət partiyası yaradır
[b]Nino Burcanadze müxalifət partiyası yaradır[b]
[Bakı - APA. Gürcüstan parlamentinin sabiq sədri, Demokratik İnkişaf Fondunun prezidenti Nino Burcanadze böyük siyasətə qayıtmağa qərar verib. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, N. Burcanadze oktyabrın 27-də keçirdiyi mətbuat konfransında yeni partiya yaratmaq niyyətində olduğunu bəyan edib. Eks-spiker "Vahid Gürcüstan-Demokratik Hərəkat" adlanacaq partiyanın təsis qurultayının noyabrın 23-də keçiriləcəyini bildirib. O, partiya rəhbərliyində təmsil olunacaq şəxslərin adlarını açıqlamasa da, kəskin müxalifət mövqeyində olacaqlarını bəyan edib. -
10-27-2008, 08:10 PMAPA31 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub
[b]31 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub[b]
[Nyu-York-APA. Amerikada 31 yaşlı qadın bir dəfəyə dünyaya 6 uşaq gətirib. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, Diqna Kaprio 4 oğlan, 2 qızı Nyu-Yorkdakı "Qora Sinay" Manhetten Tibb Mərkəzində doğub. Körpələrin çəkisi 680 qramdan 900 qramadək olub. Əkizlərə ad qoyulmasa da, həkimlər onları hələlik hərflərlə şərti işarələyiblər - A, B, C, D, E və F. D. Kaprionun və onun 36 yaşlı həyat yoldaşı Viktorun artıq 7 yaşlı oğlu var. Həkimlərin sözlərinə görə, bir dəfəyə 6 uşağın doğuşu nadir hadisə kimi qiymətləndirilir. Belə hal 4,4 milyonda bir baş verir. -
10-27-2008, 08:20 PMAPA"Eurovision-2009" üçün keçirilən milli seçim turunun ilk mərhələsində 30 müğənni iştirak edib
[b]"Eurovision-2009" üçün keçirilən milli seçim turunun ilk mərhələsində 30 müğənni iştirak edib[b]
[Bakı. Ülkər Qasımova - APA. "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək sənətçini (və ya qrupu) müəyyənləşdirmək üçün keçirilən milli seçim turunun birinci mərhələsinə 30 müğənni qatılıb. Bu barədə APA-ya Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Musiqili, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov məlumat verib. O bildirib ki, musiqi yarışmasına gedəcək sənətçi "Eurovision"un standartlarına uyğun olmalıdır və Avropanı heyrətləndirməyi bacarmalıdır: "Sıradan bir adamın müsabiqədə iştirakı yaxşı olmazdı. Bu müsabiqədə Azərbaycanı hamımızın üzünü ağ edə biləcək bir namizəd təmsil etməlidir".F. İsmayılov seçimlərin hələ bir müddət davam edəcəyini deyib: "Əgər biz layiqli namizəd axtarışındayıqsa, seçimlərin tez qurtarması mümkün deyil. Ötən il olduğu kimi, bu ildə bir nəfərin üzərində dayanmaq mümkün olmayacaq. Bir neçə namizəd seçiləcək və möhtəşəm milli final gecəsi təşkil ediləcək". İTV nümayəndəsinin sözlərinə görə, birinci turun nəticələri bir həftəyə açıqlanacaq. Qeyd edək ki, birinci seçim turunda iştirak edən sənətçilər arasında Nura Suri, Günəş Abbasova, Aysel Teymurzadə, Arzum, Azad Şükürov, Vüsalə Seyidova və başqaları olub. -
10-27-2008, 08:30 PMAPAABŞ Suriya ərazisində hərbi əməliyyat keçirib
[b]ABŞ Suriya ərazisində hərbi əməliyyat keçirib[b]
[Vaşinqton - APA. ABŞ Silahlı Qüvvələri bazar günü Suriya ərazisində antiterror əməliyyatı keçiriblər. APA-nın AFP-yə istinadən yaydığı xəbərə görə, uğurla nəticələndiyi bildirilən əməliyyat haqqında ətraflı məlumat verilmir. Xatırladaq ki, daha əvvəl ABŞ rəsmiləri Suriya ərazisindəki əməliyyatdan xəbərsiz olduqlarını iddia etmişdilər. -
10-27-2008, 08:40 PMAPAAnjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib
[b]Anjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib[b]
[Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüb. APA-nın "PanARMENİAN"-a istinadən verdiyi məlumata görə, görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. -
10-27-2008, 08:50 PMAPAABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib
[b]ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib[b]
Bakı - APA. ABŞ prezidenti Corc Buş İlham Əliyevi Azərbaycan prezidenti kimi ikinci dəfə öz səlahiyyətlərinə başlaması münasibətilə təbrik edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Buş Azərbaycan dövlət başçısına ən xoş arzularını yetirdiyini bildirib: "Gələcək bir neçə aylıq müddətə nəzər salaraq, biz ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq və dostluq münasibətlərinin dərinləşməsinə çalışacağıq. Biz xüsusilə ümumi enerji təhlükəsizliyi sahəsində məqsədlərimizdə irəliyə doğru addımların atılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllində təməl prinsiplərlə bağlı razılığın əldə olunmasına ümid edirik. Biz, həmçinin Azərbaycanın öz demokratik təsisatlarının möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərini dəstəkləyirik.Mən əməkdaşlığımızın davam etdirilməsini səmimiyyətlə arzulayır, Azərbaycana davamlı sülh və müvəffəqiyyətlər diləyirəm".Almaniya Federativ Respublikasının prezidenti Horst Koler və Ukrayna prezidenti Viktor Yuşşenko da İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik ediblər. -
10-28-2008, 03:10 AMAPAErkən nikahlar və zorakılıqla bağlı sorğular keçiriləcək
[b]Erkən nikahlar və zorakılıqla bağlı sorğular keçiriləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələn ay "Cənubi Qafqazda gənclərin reproduktiv sağlamlığı" layihəsi çərçivəsində ölkənin 10 bölgəsində erkən nikahlar və zorakılıqla bağlı sorğular keçirəcək. Bu barədə APA-ya Komitənin Uşaq Problemləri şöbəsindən məlumat verilib. Aprel ayına qədər davam edəcək layihə BMT-nin Əhali Fondu ilə birgə keçirilir. Layihə çərçivəsində yeniyetmələr və valideynlərlə yanaşı, gələcək müəllimlər də maarifləndirmə və təbliğat tədbirlərinə cəlb olunacaq. -
10-28-2008, 11:00 AMAPAAzərbaycan bankları depozitlər üzrə faiz dərəcələrini artıra bilər
[b]Azərbaycan bankları depozitlər üzrə faiz dərəcələrini artıra bilər[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları yaxın vaxtlarda depozitlər üzrə mövcud faiz dərəcələrini artırmağa başlaya bilər.
[«APA-ECONOMICS»in məlumatına görə, bu, dünya maliyyə böhranının dolayı nəticəsi kimi qiymətləndirilir. Çünki xarici bazarlarda maliyyə vəsaitlərinin cəlb edilməsi prosesi xeyli çətinləşib və nağd pula olan cari tələbat kəskin yüksəlib.Son iki il ərzində Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri kəskin artıb. Belə ki, 2006-cı ildə bankların xarici öhdəlikləri 2,5 dəfə, 2007-ci ildə 3,2 dəfə, cari ildə 1,6 dəfə artıb. Nəticədə, 2006-cı ilin əvvəlindən indiyədək bankların xaricdən borclanmasının ümumi artımı 10 dəfəni ötüb. Xarici borcun dəyər ifadəsi isə 158,2 mln. manatdan 1,6 mlrd. manatadək yüksəlib və bankların xaricidən maliyyə asılılığı artıb. Xarici və daxili bazarlarda faiz dərəcələri fərqli olduğuna görə, banklar borclanmanı daxili bazarda deyil, məhz xaricdə, o cümlədən xarici banklardan, beynəlxalq maliyyə qurumlardan vəsait cəlb etməklə və beynəlxalq birjalarda istiqraz yerləşdirməklə aparırdılar. Maliyyə böhranı nəticəsində isə əksər ölkələrin, xüsusən də inkişafda olan dövlətlərin bank sistemləri bu sahədə ciddi problemlərlə üzləşib. Bu çətinliklər həm xarici öhdəliklərin qaytarılması, həm də xaricdən yeni vəsaitlərin cəlb edilməsi ilə bağlıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycandakı bankların da xaricdən vəsaitlərin cəlb olunması sahəsində çətinliklərlə üzləşəcəyi aydındır. Nəticədə, banklar öz resurs bazasını artırmaq, ən azı isə indiki səviyyədə saxlamaq niyyətindədirsə, daxili bazarda borcalmanı artırmaq məcburiyyətində qalacaq. Bunun üçün isə depozitlər və korporativ istiqrazlar üzrə mövcud faiz dərəcələri artırılmalı, yəni şərtlər daha əlverişli edilməlidir. -
10-28-2008, 11:10 AMAPAErmənistan Silahlı Qüvvələri bu gün Tərtər rayonu istiqamətində atəşkəsi pozub
[b]Ermənistan Silahlı Qüvvələri bu gün Tərtər rayonu istiqamətində atəşkəsi pozub[b]
[Bakı. APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 28-də saat 01.00-dan 01.15-dək, 02.00-dan 02.20-dək və 03.30-dan 04.00-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. -
10-28-2008, 11:20 AMAPAİki futbolçu "Neftçi" klubundan qovulub, daha ikisi məşqlərə buraxılmır
[b]İki futbolçu "Neftçi" klubundan qovulub, daha ikisi məşqlərə buraxılmır[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Tarixində ən ağır günlərini keçirən Bakının "Neftçi" klubunun rəhbərliyi sərt addımlara əl atıb. "APA-SPORT"un məlumatına görə, az öncə baş məşqçiyə qarşı çıxan iki futbolçu - Rəşad Sadiqovla Elnur Allahverdiyev komandadan qovulub. Onlar baş məşqçi Hans-Yurgen Gede tərəfindən əvəzedici heyətə göndərilmişdi. Bundan narazı qalan Sadiqovla Allahverdiyev məşqlərə qatılmaqdan imtina etmişdilər. Nəticədə "Neftçi" rəhbərliyi onların bu hərəkətini intizamsızlıq kimi qiymətləndirərək, hər ikisini komandadan birdəfəlik uzaqlaşdırmaq qərarına gəlib. Komandanın almaniyalı çalışdırıcısı Gede türkiyəli legioner Ləvənt Kartopla Ruslan Abbasovu isə məşqlərə buraxmır -
10-28-2008, 11:30 AMAPAAFFA-nın baş katibi Mişel Platini ilə görüşə gedib
[b]AFFA-nın baş katibi Mişel Platini ilə görüşə gedib[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Bu gün İsveçrənin Nyon şəhərində UEFA-ya üzv olan milli assosiasiyaların baş katiblərinin yığıncağı başlayır. "APA-SPORT"un məlumatına görə, qitə futbol qurumunun prezidenti Mişel Platininin də qatılacağı tədbir iki gün davam edəcək. Sabah yekunlaşacaq yığıncaqda Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edir. -
10-28-2008, 11:40 AMAPABelarusda axtarışda olan şəxs Bakıda həbs edilib
[b]Belarusda axtarışda olan şəxs Bakıda həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Belarusda axtarışda olan şəxs Azərbaycanda həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumat görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin Binəqədi Rayon Polis İdarəsi ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Belarusda axtarışda olan, 1973-cü il təvəllüdlü Akif Hafiz oğlu Məmmədov Bakıda həbs olunub. Hazırda A. Məmmədovun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. -
10-28-2008, 11:50 AMAPABarak Obamaya sui-qəsd cəhdinin üstü açılıb
[b]Barak Obamaya sui-qəsd cəhdinin üstü açılıb[b]
[Vaşinqton - APA. Oktyabrın 22-də ABŞ-ın Tennesi ştatında həbs olunan Deniel Kovart və Pol Şlesselman adlı irqçilər qanunsuz silah saxlamaq və prezidentliyə namizəd Barak Obamaya qarşı sui-qəsd hazırlamaqda ittiham edilirlər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu şəxslər avtomobildə tam sürətlə B. Obamaya yaxınlaşıb, ona atəş açmağı və kamikadzelik etməyi düşünürmüşlər. Bundan əvvəl isə onlar Afrika mənşəli amerikalıların oxuduğu məktəblərin birində kütləvi qətl törətmək niyyətində olublar. D. Kovart bu məqsədlə silah əldə edib və babasının tapançasını oğurlayıb. Dostlar Tennesi ştatının Cekson şəhərindəki silah mağazasından daha bir silah oğurlamaq və cinayətləri maliyyələşdirmək üçün qarətlər də planlaşdırıblar. Qeyd edək ki, 20 yaşlı D. Kovart və 18 yaşlı P. Şlesselman internetdə tanış olublar. -
10-28-2008, 12:00 PMAPADow Jones indeksi 2,42%, S&P 500 3,18%, Nasdaq isə 2,97% enib
[b]Dow Jones indeksi 2,42%, S&P 500 3,18%, Nasdaq isə 2,97% enib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 27-də Amerika bazarlarında Dow Jones indeksi 2,42% - 8175,77 bəndədək, S&P 500 3,18% - 848,92 bəndədək, Nasdaq isə 2,97% - 1505,90 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 27-də «General Motors»un səhmləri 8,4%, «Schlumberger»nin 8,9%, «Occidental Petroleum Corp.»un 7,9%, dünyada ən iri poladtökmə şirkətlərdən biri olan «U.S.Steel»in səhmləri 11% ucuzlaşıb. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,91% - 3852,59 bəndədək, Fransa CAC-40-ı 3,96% - 3067,35 bəndədək enib, Almaniya DAX-ı isə 0,91% - 4334,64 bəndədək yüksəlib. Avropada kotirovkaların enməsi əsasən maliyyə qurumlarının səhmləri üzrə müşahidə olunub. Çünki ABŞ və Avropa ölkələrinin hökumətləri tərəfindən böhrana qarşı 2 trln. dollar dəyərində həyata keçirilən tədbirlərin dünya iqtisadiyyatın geriləməsini dayandırmaq qabiliyyətində investorlar əmin deyil. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2347 dollar təşkil edib (-1,66%). -
10-28-2008, 12:10 PMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD -
10-28-2008, 12:20 PMAPA«Bank Standard»ın «Bəxtiniz qızıl olsun» aksiyasının III tirajının iştirakçıları müəyyənləşib
[b]«Bank Standard»ın «Bəxtiniz qızıl olsun» aksiyasının III tirajının iştirakçıları müəyyənləşib[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) keçirdiyi «Bəxtiniz qızıl olsun» adlı aksiyasının üçüncü tirajının iştirakçıları məlum olub.Banklın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, aksiyanın 3-cü tirajında iştirak edən depozit hesablarının tam siyahı ilə [ saytında və ya bankın istənilən filialında tanış olmaq olar. Aksiya iştirakçıları onlara verilmiş kod nömrələri, habelə lotereya kuponlarının sayını həmin siyahıda özünə məxsus bank hesab nömrəsi ilə tapa bilərlər. Məxfiliyi qorumaq məqsədi ilə müştərilərin adları siyahıda göstərilmir.QKDK tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq, növbəti tiraj əvvəlki kimi müstəqil komissiyanın nəzarəti ilə keçiriləcək. Aksiya iştirakçıları tirajda şəxsən iştirak edə bilər. Tiraj 2008-ci il noyabrın 1-də keçiriləcək. Üçüncü tirajın qalibi 999,9 əyar İsveçrə qızılından olan 250 qramlıq külçəyə sahib olacaq.Qeyd edək ki, hazırda aksiyanın yekun mərhələsi başlayıb. Bu mərhələdə əsas hədiyyə kimi Bakı şəhərində mənzil oynanılacaq.Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib. -
10-28-2008, 12:40 PMAPAÜmumdünya İqtisadi Forumun iclası Türkiyədə keçiriləcək
[b]Ümumdünya İqtisadi Forumun iclası Türkiyədə keçiriləcək[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Ümumdünya İqtisadi Forumu bu ilin oktyabr ayının 30-da ilk dəfə olaraq Avropa və Mərkəzi Asiya üzrə iclas keçirəcək. Ümumdünya İqtisadi Forumundan «APA-ECONOMICS»ə verilən məlumata əsasən, noyabrın 1-dək davam edəcək iclas İstanbulda (Türkiyə) təşkil olunacaq.İclasda Avropa, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini təmsil edən beynəlxalq və regional səviyyəli biznes qurumların nümayəndələri, həmçinin hökumət rəsmiləri iştirak edəcəklər. Ümumi iqtisadi və qloballaşma məsələləri, enerji təhlükəsizliyi, Türkiyənin regionda rolu ilə yanaşı toplantıda dünya iqtisadi böhranı, onun regionlara təsiri və çıxış olları müzakirə olunacaq. Qeyd edək ki, Ümumdünya İqtisadi Forumu 1 mindən çox aparıcı biznes qurumu birləşdirir, onun Davosda (İsveçrə) keçirilən illik iclaslarında əksər ölkələrin başçıları və hökumət nümayəndələri iştirak edir. -
10-28-2008, 12:50 PMAPABakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda seminar keçirilir
[b]Bakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda seminar keçirilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə bu gün Bakıda sahibkarlar üçün «Biznes-plan və onun qiymətləndirmə prinsipləri» mövzusunda elmi-praktiki seminar keçirilir. «APA-ECONOMICS»in məlumatına görə, tədbiri giriş sözü ilə açan SKMF-nin rəhbəri Xaliq Məmmədov qeyd edib ki, Fond tərəfindən verilən kreditlərin səmərəli istifadəsi üçün maarifləndirmə işləri həyata keçirmək qərara alınıb. Bu tədbirin keçirilməsi isə həmin istiqamətlərdən biridir.X.Məmmədov həmçinin qeyd edib ki, bu cür tədbirlərin Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, seminarda iqtisadçı alimlərin məruzələri dinlənilir, güzəştli kreditlərdən səmərəli istifadə olunması, biznes-planların hazırlanması və qiymətləndirilməsi məsələləri müzakirə olunur. Xatırladaq ki, 2008-ci il dövlət büdcəsindən sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi üçün SKMF-a 80 mln. manat ayrılıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditlər bank-agentlərə illik 1%, bank-agentlər tərəfindən isə sahibkarlara maksimum illik 7% dərəcəsi ilə ayrılır.