[b]Səməd Seyidov: "AŞ PA sessiyasında Azərbaycanla bağlı müzakirələr sabah keçiriləcək"[b]
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun Siyasi Bürosunun iclası keçirilib.
[Bu barədə APA-nın Avropa bürosuna açıqlama verən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Siyasi Bürosunun iclasında sessiyanın gündəliyinin təsdiqləndiyini bildirib: "Gündəliyə Azərbaycanla yanaşı Ermənistanda da demokratik institutların fəaliyyətinə dair dinləmələrin keçirilməsi ilə bağlı məsələ daxil edildi. Bildiyiniz kimi, Ermənistan üzrə həmməruzəçilər bu ölkədə son vəziyyəti dəyərləndirmək üçün Ermənistana getməli idilər. Siyasi Büroda onların məruzəsi dinlənildi və qərara alındı ki, iyunun 25-də Ermənistanda vəziyyətə dair fövqəladə müzakirələr keçirilsin. Çünki AŞ PA-nın məlum qətnamə və tövsiyələrindən sonra bu ölkədə demokratik institutların fəaliyyətinə dair irəliləyiş əldə olunmayıb". Səməd Seyidov Azərbaycanda demokratik institutların fəaliyyətinə dair qətnamə layihəsinin müzakirəsinin sabah keçiriləcəyini bildirib: "Siyasi Büronun iclasında prezident seçkiləri ilə bağlı ilkin məlumat verdik və iyun sessiyasından sonra ölkəmizdə keçiriləcək seçkiləri izləmək üçün AŞ PA-nın müşahidə missiyası formalaşmağa başlayacaq. Bu sessiya çərçivəsində müxtəlif görüşlərimiz olacaq, bu gün AŞ PA prezidenti ilə görüşüm nəzərdə tutulub". Səməd Seyidov AŞ PA prezidenti Luis Mariya de Puçun ayın əvvəlində regiona səfər edəcəyini bildirib: "Biz AŞ PA prezidenti ilə bir çox məsələləri müzakirə edəcəyik. Bildiyiniz kimi, Dağlıq Qarabağ üzrə Alt Komitənin tərkibi hələ təsdiqlənməyib. Biz artıq müvafiq məktubu təqdim etmişik, Ermənistan tərəfdən isə bu ölkədə baş verən problemlərlə bağlı müəyyən problemlər var. Ümumiyyətlə deyə bilərəm ki, bu sessiya çox maraqlı keçəcək".
Azərbaycan Xəbərləri
Printable View

06-23-2008, 01:51 PMAPASəməd Seyidov: "AŞ PA sessiyasında Azərbaycanla bağlı müzakirələr sabah keçiriləcək"

06-23-2008, 02:01 PMAPALent.az on-line xəbər portalı fəaliyyətə başlayıb
[b]Lent.az on-line xəbər portalı fəaliyyətə başlayıb[b]
Bakı - APA. Azərbaycanda yeni on-line xəbər portalı fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, [ portalının ziyarətçiləri burda siyasi, ictimai, kriminal xəbərlər, dünyada baş verən maraqlı hadisələrlə tanış olacaqlar.
[Portalda həmçinin ölkənin tanınmış şəxslərindən, ictimai xadimlərdən, məşhur ulduzlardan eksklüziv müsahibələr yer alacaq. Portal sosial araşdırmalar, geniş ictimai maraq kəsb edən mövzuların müzakirəsi ilə də məşğul olacaq. [ portalı hər bir oxucunun maraqlı xəbərlərə, təklif etdiyi müzakirələrə yer ayırmağa hazırdır. Portalda tanınmış yazarların köşə yazılarına, gündəmin mühüm hadisələri ilə bağlı fərdi yanaşmalarına da meydan veriləcək. [ Azərbaycan dilində fəaliyyət göstərəcək. -
06-23-2008, 02:11 PMAPADövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqinə yaxın zamanlarda başlanacaq
[b]Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqinə yaxın zamanlarda başlanacaq[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. APA-nın xəbərinə görə, bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. B. Xəlilov qiymətləndirmə sisteminin tətbiqinə yaxın zamanlarda başlanacağını deyib. Komissiya sədri qeyd edib ki, dövlət qulluqçularının etik davranışları ilə bağlı komissiyaya vətəndaşlar tərəfindən müraciətlər də olunur: "Müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılır və şikayətçilər bizdən razı qalıblar". B. Xəlilov Litva İdarəçilik Akademiyası ilə Komissiya arasında imzalanan müqaviləyə əsasən, Azərbaycanın 36 dövlət orqanının kadrları və aparat rəhbərləri üçün Vilnüs şəhərində üç günlük təlim keçiriləcəyini bildirib. O qeyd edib ki, komissiya iyulun sonlarından başlayaraq, Azərbaycanın regionlarında yerli icra hakimiyyəti orqanlarının kadrları üçün təlimlərə başlayacaq. -
06-23-2008, 02:21 PMAPAAzərbaycan İslam Konfransı Təşkilatına 500 min dollar yardım göstərəcək
[b]Azərbaycan İslam Konfransı Təşkilatına 500 min dollar yardım göstərəcək[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycan İslam Konfransı Təşkilatının (İKT) katibliyinə qurumun rolunun artırılması və yeni əsasnaməsinin yerinə yetirilməsi üçün 500 min ABŞ dolları həcmində yardım göstərəcək.
[APA-nın məlumatına görə, XİN mətbuat katibi Xəzər İbrahim bildirib ki, Uqandanın paytaxtı Kampalada keçirilən İKT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov Azərbaycanın belə bir qərar qəbul etdiyini söyləyib. X. İbrahim həmçinin bildirib ki, Kampala görüşündə bir neçə qətnamə qəbul edilib və bu qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənib, təcavüzkarın işğal etdiyi ərazilərdən çıxması tələb olunub. Sənəddə göstərilib ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizə 60 milyard ABŞ dollara yaxın zərər vurulub, İKT-yə bütün üzv ölkələr Azərbaycana yardım göstərməyə çağırılıb. -
06-23-2008, 02:31 PMAPAXəzər İbrahim: "Rusiya işğalçı siyasətin yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırmalıdır"
[b]Xəzər İbrahim: "Rusiya işğalçı siyasətin yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırmalıdır"[b]
Bakı. Laçın Sultanova - APA. "Rusiya ilə Ermənistan arasındakı sıx hərbi əməkdaşlıq heç kim üçün sirr deyil. Bu məsələdə ən önəmli məqam ondan ibarətdir ki, işğalçıya dəstək verilir, ya yox".
[APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O, Ermənistan prezidentinin Rusiyaya bu gün başlayan, Ermənistan müdafiə nazirinin isə bu ölkəyə ötən həftə reallaşan səfərlərinin Moskvanın işğalçı ölkəyə dəstəyinin göstəricisi olub-olmadığı barədə sualı belə cavablandırıb: "Biz dəfələrlə Rusiya tərəfinə bildirmişik ki, onlar öz siyasətlərində digər öhdəliklərini də nəzərə almalıdırlar. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin həllinə yardımçı olmaq Rusiyanın vəzifəsidir. Moskva İrəvanla münasibətlərində bu məqamı nəzərə alaraq Ermənistan tərəfinə işğalçı siyasətin yolverilməz olduğunu bildirməli və bu ölkəni konstruktiv dialoqa çağırmalıdır". -
06-23-2008, 02:41 PMAPAKülli miqdarda çətənə kolu məhv edilib
[b]Külli miqdarda çətənə kolu məhv edilib[b]
[Bakı-APA. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakininə məxsus tövlədən narkotik vasitə tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan araşdırmalar zamanı narkotik vasitənin oraya Nərimankənd kənd sakini Tural Əlizadənin qoyduğu müəyyənləşdirilib. Bundan başqa, T. Əlizadənin narkotik vasitəni Goranboy rayon sakini Rəna Qasımovanın həyətindən yığdığı da məlum olub. R. Qasımovanın həyətyanı sahəsindən yabanı halda bitmiş, çəkisi 2 ton 175 kiloqram olan 18210 ədəd çətənə kolu yığılaraq məhv edilib. Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Allahverdiyevdən 5,300 kq marixuana götürülüb. -
06-23-2008, 02:51 PMAPAAzərbaycanın Göygöl rayonunun sakini həyat yoldaşını və qayınatasını qətlə yetirib
[b]Azərbaycanın Göygöl rayonunun sakini həyat yoldaşını və qayınatasını qətlə yetirib[b]
Göygöl-APA. İyunun 22-də saat 02.30 radələrində Göygöl rayonunun Balçılı kəndində dəhşətli qətl hadisəsi baş verib.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kənd sakini Seymur Ələsgərov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Ələsgərovu, qayınatası Xalid Məmmədovu qətlə yetirib, qayınanası Mənzər Məmmədovanı isə yaralayaraq hadisə yerindən qaçıb. Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Ələsgərov tutulub. -
06-23-2008, 03:01 PMAPANaxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq
[b]Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. O bildirib ki, yubileylə əlaqədar dövlət sifarişi ilə Həsən Alı Eyvazlının "Aran sahilində doğan günəş" əsəri tamaşaya qoyulacaq. Bundan başqa teatrın 125 illik tarixindən bəhs edən monoqrafiya hazırlanacaq. Monoqrafiyanın müəllifi İlham Rəhimlidir. -
06-23-2008, 03:11 PMAPA"Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası" mövzusunda elmi-praktik konfrans keçirilib
[b]"Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası" mövzusunda elmi-praktik konfrans keçirilib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı və Beynəlxalq Dövlət Qulluğu Günü ilə bağlı "Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası" mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın xəbərinə görə, Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov Azərbaycanda dövlət qulluğunun beş min illik tarixinin olduğunu deyib. S. Qəndilov deyib ki, Azərbaycanda dövlətçilik müxtəlif mərhələlərdən keçib və bu mərhələlərdə dövlətçiliyin mahiyyətində yeni formalar özünü göstərib, zəngin dövlətçilik təcrübəsi əldə edilib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda "Dövlət qulluğu haqqında" qanun qəbul olunduğunu xatırladan S. Qəndilov deyib ki, bununla da ölkədə dövlət qulluqçuluğunun hüquqi bazası yaradılıb. Rektor Azərbaycanda dövlət quruculuğunun strategiyasının, konsepsiyasının Heydər Əliyev tərəfindən hazırlandığını vurğulayıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanda dövlət qulluğunun inkişafı mövzusunda çıxış edib. Komissiya sədri deyib ki, "Dövlət qulluğu haqqında" qanunun qəbul ediləndən sonra Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi üzrə işlər görülməyə başlayıb. Komissiya sədri hazırda Azərbaycanda dövlət qulluğuna qəbul prosesinin mərkəzləşmiş qaydada həyata keçirildiyini də nəzərə çatdırıb. -
06-23-2008, 05:01 PMAPAAzərbaycanın GUAM-a sədrliyinin başa çatması münasibətilə Strasburqda qəbul təşkil olunacaq
[b]Azərbaycanın GUAM-a sədrliyinin başa çatması münasibətilə Strasburqda qəbul təşkil olunacaq[b]
[Strasburq. Fuad Qulubəyli-APA. Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi və ölkəmizin AŞ PA-dakı nümayəndə heyəti sabah ölkəmizin GUAM-a sədrliyinin başa çatması münasibətilə qəbul təşkil edəcək. APA-nın Avropa bürosunun məlumatına görə, qəbul mərasimində GUAM-a üzv ölkələrin daimi nümayəndəliklərinin təmsilçiləri və AŞPA-da nümayəndə heyətlərinin üzvləri, AŞ PA prezidenti və katibliyin üzvləri iştirak edəcəklər. Bundan başqa qəbula daha bir neçə ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Strasdburqdakı Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr qəbula dəvət olunublar. -
06-23-2008, 05:11 PMAPAMüsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib
[b]Müsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib[b]
[Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Ə. Elçibəyin Azərbaycan tarixindəki rolu və yeri barədə danışıb. Milli Demokratiya İnstitutunun Şərqi Avropa departamentinin direktoru İrena Lasota Ə. Elçibəylə bağlı xatirələrini danışıb və onun Azərbaycanda demokratiyanın inkişafına verdiyi töhfələri qeyd edib. O, Əbülfəz Elçibəyi anadangəlmə demokrat adlandırıb: "Əbülfəz Elçibəy onu tənqid edən mətbuat vasitələri və şəxslər barədə bir dəfə də olsun pis fikir söyləməyib. O, cəmiyyətdə sərbəstliyin və azad fikirliliyin tərəfdarı olduğunu nümayiş etdirib. Hətta bəzi müxalifət qəzetləri və partiyaları da Elçibəyə qarşı kampaniya aparırdılar. Amma o bunu özünə problem etmirdi". Tədbirdə çıxış edən Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, şair Abbas Abdulla, Milli Məclisin deputatı Cəmil Həsənli və digərləri də Əbülfəs Elçibəyin milli-mənəvi dəyərlərə sadiqliyi, ictimai-siyasi fəaliyyəti haqda danışıblar. -
06-23-2008, 05:21 PMAPAAŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi: "Gürcüstanda keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb"
[b]AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi: "Gürcüstanda keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb"[b]
[Strasburq. Fuad Qulubəyli - APA. "Gürcüstanda yanvar ayında keçirilmiş prezident seçkiləri ilə müqayisədə may ayında keçirilən parlament seçkilərində irəliləyişlər qeydə alınıb". APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçisi Matias Yorş bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, hər bir seçki onun keçirildiyi siyasi və sosial mühitlə birlikdə qiymətləndirilməlidir: "Parlament seçkilərində vəziyyətin aşkar şəkildə yaxşılaşması müşahidə edilib. Bu, həm namizədlərin qeydə alınması, həm də seçici siyahılarının tərtibində özünü göstərib. Əlbəttə, boşluqlar da var. Məsələn, seçkilərin gedişində ortaya çıxan mübahisələrin nəzərdən keçirilməsi prosesində çatışmazlıqlar mövcuddur. Məncə, seçkidən dərhal sonra bu mübahisələri həll etmək və gələcəkdə daha yaxşı seçki təşkil etmək məqsədilə seçki qanunvericiliyinə dəyişiklik edilməlidir". -
06-23-2008, 05:31 PMAPAElçin Quliyev Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib
[b]Elçin Quliyev Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli- APA. Niderland Krallığının Ədliyyə Nazirliyinin baş katibi Yoris Demminkin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev bu gün nümayəndə heyətini qəbul edib. DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, E. Quliyev görüşdə Azərbaycanda və regionda geosiyasi vəziyyət, Ermənistanın təcavüzkar siyasətinin Azərbaycanın sərhəd təhlükəsizliyinə mənfi təsiri, işğal nəticəsində 132 km Azərbaycan -İran, 733 km Azərbaycan-Ermənistan sərhədinin nəzarətsiz qalmasını qeyd edib. DSX-nin Avropa İttifaqı ilə əməkdaşlığının uğurla davam etdirildiyi müsbət qiymətləndirilib. Nümayəndə heyətinin həmçinin, Xarici İşlər, Daxili İşlər, Ədliyyə nazirliklərində qəbulu nəzərdə tutulub. -
06-23-2008, 05:41 PMAPA"Azadlıq" bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib
[b]"Azadlıq" bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib[b]
[Bakı. Ramil Məmmədli-APA. "Azadlıq" bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli Əbülfəz Elçibəyin Azərbaycanda milli dəyərlər sisteminin və siyasi elitanın formalaşmasında böyük rolu olduğunu deyib: "Əbülfəz Elçibəy siyasətə təmənnasız fəaliyyət və əxlaq aşılayıb". Milli Məclisin deputatı, professor Cəmil Həsənli isə deyib ki, Ə. Elçibəy 1970-ci illərdə sovetlər dövrünün dissidentlərindən olub: "Əbülfəz Elçibəy sovet quruluşuna olan nifrətini tələbələrinə təlqin edib və haqlı olduğunu təsdiqləyib. Mən onun yaratdığı tələbə dərnəklərindən birinin üzvü olmuşam. Əbülfəz Elçibəy Cənubi Azərbaycan türklərinin müdafiəçilərindən və bu bölgədə gedən proseslərin ideoloqlarından olub". Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli Ə. Elçibəyi insanpərvər şəxs kimi xarakterizə edib: "Onun milli missiyası var idi. Bununla yanaşı Elçibəy insan amilinə qiymət verirdi. O heç kiminlə xarici görünüşünə görə təmas qurmazdı". Z. Məmmədli müxalifət düşərgəsində təmsil olunan partiyaları bir platforma ətrafında birləşməyə də çağırıb: "Özünü Elçibəyin təfəkkürünün davamçısı sayan partiya liderləri birləşməlidir. İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət Elçibəy platforması ətrafında birləşməlidirlər. Bu, Azərbaycanın inkişaf modelidir". -
06-23-2008, 05:51 PMAPAAzərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi Tiflisdə də qeyd olunacaq
[b]Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi Tiflisdə də qeyd olunacaq[b]
[Bakı. Laçın Sultanova-APA. Sabah Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, öncə Tiflisdə Heydər Əliyevin abidəsi yad ediləcək, sonra yubiley ilə bağlı ziyafət veriləcək. Tədbirə Tiflisdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycan icmasının təmsilçiləri dəvət olunub. -
06-23-2008, 06:01 PMAPAViktor Yuşşenko Azərbaycana işgüzar səfərinin planını hazırlamaq üçün fərman imzalayıb
[b]Viktor Yuşşenko Azərbaycana işgüzar səfərinin planını hazırlamaq üçün fərman imzalayıb[b]
[Bakı. Laçın Sultanova - APA. Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana işgüzar səfəri və GUAM-ın üçüncü sammitində iştirak etmək üçün Gürcüstana səfərinin hazırlanması haqqında fərman imzalayıb. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı bu səfərlərin lazımi səviyyədə hazırlanması üçün Nazirlər Komitəsinə plan tərtib etməyi tapşırıb. Qeyd edək ki, V. Yuşşenko iyunun 30-da Bakıya gələcək. O, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasiminə qatılacaq. Səfər zamanı prezidentlər ikitərəfli əlaqələri, xüsusən enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Səfər çərçivəsində Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin rəsmi açılışı da olacaq. Mədəniyyət Günlərinin özü isə payızda keçiriləcək. V. Yuşşenko GUAM-ın 3-cü sammitinə qatılmaq üçün Bakıdan Batuma yola düşəcək. -
06-23-2008, 06:11 PMAPAAndres Herkel: "Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunması real deyil"
[b]Andres Herkel: "Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunması real deyil"[b]
Strasburq. Fuad Qulubəyli-APA. "Azərbaycan indiki mərhələdə seçkiöncəsi əlverişli şəraitin yaradılması barədə düşünməlidir". Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib.
[O, sabah Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirəyə çıxarılacaq hesabatda həm siyasi məhbuslar, həm də ölkədə söz azadlığının vəziyyətinin öz əksini tapacağını deyib: "Azərbaycanda bir neçə jurnalist hələ də həbsdədir. Məruzəmizdə həmçinin Seçki Məcəlləsi və digər qanunlara da toxunacaq. Hesab edirəm ki, Venesiya Komissiyasının bir neçə tövsiyələri təəssüflər olsun ki, nəzərə alınmayıb. Bu məsələyə daha dolğun qiyməti mən sabah keçiriləcək müzakirələrdən sonra verə biləcəyəm". Andres Herkel Cənubi Qafqaz ölkələrində siyasi məhbuslar üzrə ümumi məruzəçinin təyin olunmasını real saymadığını bildirib: "Bu, çox mürəkkəb məsələdir, çünki bu ölkələrdə vəziyyət eyni dərəcədə deyil. Bu, mənim fikrimdir və hesab edirəm ki, biz ilk növbədə hansı ölkələrdə siyasi məhbusların olduğunu müəyyən etməliyik. Ümumi məruzəçinin təyin olunması yeni ideyadır və bu, bu gün qarşımızda duran bütün problemlərin həllinə yardım etməyəcək. Bəlkə də başqa çıxış yolları axtarmaq mümkündür və bu məsələdə son qərarı təbii ki, AŞ PA Siyasi bürosu verəcək". -
06-23-2008, 06:21 PMAPAAzərbaycan paytaxtında iş adamının evinə basqın edən dəstə üzvlərinə hökm oxunub
[b]Azərbaycan paytaxtında iş adamının evinə basqın edən dəstə üzvlərinə hökm oxunub[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamı, biznesmen Bahəddin Əliyevin evinə basqın edərək 1 nəfəri öldürməkdə, 3 nəfəri isə ağır yaralamaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, dəstə üzvləri Rəcəb Vəliyev və Elçin İsgəndərov ömürlük, Ramil Cəfərov 14 il, Araz Osmanov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, dəstə üzvləri ötən il noyabrın 10-da iş adamı B. Əliyevin mənzilinə silahlı basqın edərək onun 74 yaşlı atası Alı Əliyevi qətlə yetiriblər. Onlar bir sıra ağır cinayətlərdə, o cümlədən qətldə, qaçaqmalçılıqda, banditizmdə ittiham olunurlar. -
06-23-2008, 06:31 PMAPAAzərbaycanın Zaqatala rayonunda baptistlərin lideri həbs edilib
[b]Azərbaycanın Zaqatala rayonunda baptistlərin lideri həbs edilib[b]
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda Xristian-Baptist dini icmasının lideri Həmid Şabanov həbs edilib. Zaqatala rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Kamandar Həsənovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, H. Şabanov qanunsuz odlu silah saxlamaqda təqsirli bilinir.
[Rəis müavininin sözlərinə görə, polis əməkdaşları ötən gün Zaqatalanın Əliabad kənd sakini, Xristian-Baptist dini icmasının rayondakı lideri hesab olunan, 1956-cı il təvəllüdlü Həmid Təmraz oğlu Şabanovun evində axtarış aparıblar. Axtarış zamanı H. Şabanovun yaşadığı mənzildən 1 ədəd "Naqan" tipli tapança və xristian dininə aid qadağan olunmuş 37 ədəd ədəbiyyat aşkar edilərək götürülüb. H. Şabanovun artıq həbs edildiyini vurğulayan rəis müavini onun barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə və saxlama) maddəsi ilə cinayət işinin başlanıldığını bildirib. -
06-23-2008, 06:41 PMAPANikola Sarkozi: "İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək"
[b]Nikola Sarkozi: "İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək"[b]
[Tel-Əviv - APA. İsrailin mövcudluğuna hər hansı təhlükə yaranarsa, Fransa bu ölkəni müdafiə edəcək. APA-nın məlumatına görə, bunu İsrailə rəsmi səfər edən Fransa prezidenti Nikola Sarkozi Knessetdəki çıxışında deyib. O, İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bildirib: "İsraili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək. İsrail yalnız olmadığını bilməlidir". İsrail-Fələstin probleminə toxunan Fransa prezidenti Tel-Əvivin siyasətini tənqid etməkdən çəkinməyib. N. Sarkozi hesab edir ki, fələstinlilərin də dövlət qurmaq hüququ var və İsrailin təhlükəsizliyi müstəqil Fələstin dövlətinin qurulması ilə təmin oluna bilər. Onun fikrincə, fələstinli qaçqınların problemi həllini tapmadan və İsrailin İordan çayının qərb sahilində apardığı məskunlaşdırma siyasətinə son qoyulmadan sülhə nail olmaq mümkün deyil: "Yerusəlimi iki dövlətin paytaxtı kimi tanımaq sülhün əsas şərtidir". Qeyd edək ki, N. Sarkozi Fransua Mitterandan bəri (1982-ci il) İsrail parlamentində çıxış edən ilk Fransa prezidentidir. -
06-23-2008, 06:51 PMAPABakıda Azərbaycan və Türkiyə rəssamlarının "Qardaşlıq" adlı sərgisi açılıb
[b]Bakıda Azərbaycan və Türkiyə rəssamlarının "Qardaşlıq" adlı sərgisi açılıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Müasir İncəsənət Mərkəzində Azərbaycan və Türkiyə rəssamlarının "Qardaşlıq" adlı sərgisi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov sərgini çox yüksək qiymətləndirdiyini qeyd edib. O bildirib ki, sərgidə iki Türkiyə rəssamı Yaşar Çallı və Əli Səngərin 16 rəsm əsərinin nümayiş etdirilir. F. Xəlilov Türkiyə və Azərbaycan rəssamlarının mütəmadi olaraq müştərək layihələr həyata keçirməsini arzulayıb. Sərgidə Azərbaycan rəssamları Ənvər Qarayev, Mirnadir Zeynalov, Səmədağa Cəfərov, Asim Səmədov, Həmzə Abdullayev, Dilarə Məcidova, Ağarəhim Əliyev, Elşən Hacızadə, Eldar Hüseynovun əsərləri nümayiş olunub. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç F. Xəlilovun təklifini yüksək qiymətləndirib və bundan sonra bu cür tədbirlərin daha tez-tez təşkil olunacağını vurğulayıb. Rəssam Səmədağa Cəfərov Azərbaycanda açılan sərginin yaxın vaxtlarda Makedoniyada təşkil olunacağını vurğulayıb. -
06-23-2008, 07:01 PMAPASərdar Cəlaloğlu: "Müxalifətin güc mərkəzinin yaranması "Azadlıq" blokunun günahı ucbatından baş tutmadı"
[b]Sərdar Cəlaloğlu: "Müxalifətin güc mərkəzinin yaranması "Azadlıq" blokunun günahı ucbatından baş tutmadı"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Azadlıq" bloku ilə birgə yeddi-səkkiz iri partiyanın bir yerdə olmasına çalışdım. Hər dəfə "Azadlıq" bloku bu birliyin əleyhinə addım atdı. Müxalifətin güc mərkəzinin yaranması "Azadlıq" blokunun günahı ucbatından baş tutmadı". Bu sözləri jurnalistlərə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, "Azadlıq" bloku ilə əlaqələrin korlanmasının səbəbi digər tərəfin şəxsi ambisiyaları ilə əlaqədardır: "Deyəndə ki, filankəs alver edir, mən onu başa düşürəm. Dəfələrlə İsa Qəmbərlə bir-birimizi tənqid etmişik. Ancaq lazım gələndə, milli maraqlar naminə problemləri birgə oturub müzakirə edə bilirik. Siyasətçi belə olar. Siyasət bizi bir araya gətirirsə, biz ancaq siyasi məsələlərdə bir-birimizə yaxınlaşıb, uzaqlaşa bilərik". Dəfələrlə "Azadlıq" blokuna müraciət etdik ki, ümumi məsələlərdə birləşək. Amma onlar bu təklifə məhəl qoymadılar". S. Cəlaloğlu ölkədəki siyasi proseslərə görə beynəlxalq ictimaiyyəti ittiham edib: "Azərbaycanda yaranan vəziyyətin səbəbi müxalifətin birləşə bilməməyində yox, beynəlxalq ictimaiyyətin Azərbaycanda demokratik proseslərə dəstək verməməsidir. Azərbaycan qloballaşma prosesinin mərkəzində dayanır, ölkədə yalnız daxili güclər deyil, beynəlxalq güclər də rəqabət aparır". -
06-23-2008, 07:21 PMAPAVenesiya Komissiyasının katibi Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair fikirlərini açıqlayacaq
[b]Venesiya Komissiyasının katibi Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair fikirlərini açıqlayacaq[b]
Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası (AŞ) Venesiya Komissiyasının katibi Canni Bukikkio AŞ Parlament Assambleyasının yay sessiyasını işıqlandıran Azərbaycan jurnalistləri üçün mətbuat konfransı keçirəcək.
[APA-nın Avropa bürosunun məlumatına görə, iyunun 25-də keçiriləcək mətbuat konfransında C. Bukikkio Azərbaycanın Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər, eləcə də Azərbaycanda keçiriləcək prezident seçkiləri, ölkədəki ictimai-siyasi vəziyyətə dair fikirlərini açıqlayacaq. -
06-23-2008, 07:41 PMAPAAvropa Şurası Nazirlər Komitəsinin sədri: "Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər"
[b]Avropa Şurası Nazirlər Komitəsinin sədri: "Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər"[b]
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının ilk iclas günündə AŞ Nazirlər Komitəsinin sədri, İsveçin xarici işlər naziri Karl Bildt hesabat məruzəsi ilə çıxış edib.
[APA-nın Avropa bürosunun məlumatına görə, Karl Bildt Cənubi Qafqaz regionunda durumun həmişə rəhbərlik etdiyi qurum tərəfindən nəzarətdə saxlandığını bildirib: "Bu regionun ölkələrində seçkilər bir sıra pozuntularla keçirilib. Bu pozuntuları aradan qaldırmaq və demokratik seçkilərin keçirilməsinə nail olmaq lazımdır". Karl Bildt Avropa Şurasının Gürcüstanın ərazi bütövlüyünə fundamental önəm verdiyini vurğulayıb: "Abxaziyaya gələcəkdə geniş muxtariyyət veriləcəyi şübhə doğurmur, bununla belə Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamlıdır. Çünki bu, regionda stabillik üçün təhlükə törədə bilər". AŞ Nazirlər Komitəsinin sədri millət vəkili Qənirə Paşayevanın "Avropa Şurası nə üçün Ermənistandan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb etmir" sualını cavablandıraraq bildirib ki, bu münaqişənin həlli Avropa Şurasının səlahiyyətləri daxilində deyil: "Yalnız bir şeyi deyə bilərəm ki, münaqişənin həllinə dair danışıqlar davam edir və bu yaxınlarda Sankt-Peterburqda iki ölkə prezidentinin görüşü olub. Lakin bu görüşün nəticəsindən mənim xəbərim yoxdur. Sadəcə deyə bilərəm ki, biz bu kimi görüşləri dəstəkləməliyik və bu kimi görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər". -
06-23-2008, 07:51 PMAPAAzərbaycan prezidenti qəza vəziyyətində olan məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilm<
[b]Azərbaycan prezidenti qəza vəziyyətində olan məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, Təhsil Nazirliyi üzrə qəza vəziyyətində olan məktəb binalarının yeniləri ilə əvəz edilməsi, aparılan təmir işlərinin başa çatdırılması və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 25 (iyirmi beş) milyon manat məbləğində vəsait ayrılıb. Sərəncamda nəzərdə tutulan vəsaitin ayrılmasını Maliyyə Nazirliyi təmin edəcək. -
06-23-2008, 08:01 PMAPARusiya ordusunun şəxsi heyəti ixtisar ediləcək
[b]Rusiya ordusunun şəxsi heyəti ixtisar ediləcək[b]
[Moskva - APA. Beş ildən sonra Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon nəfərə enəcək. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu prezident yanında keçirilən müşavirədən sonra Rusiyanın müdafiə naziri Anatoli Serdyukov deyib. O bildirib ki, 2013-cü ilə qədər orduda hərbi qulluqçuların sayı 1 milyon nəfər səviyyəsində olacaq. Qeyd edək ki, prezident Dmitri Medvedevin keçirdiyi müşavirədə ordunun zabit heyətinin gəlirlərinin artırılması müzakirə edilib. -
06-23-2008, 08:11 PMAPAAzərbaycanın bir qrup mədəniyyət işçisinə "Xalq artisti" fəxri adı verilib
[b]Azərbaycanın bir qrup mədəniyyət işçisinə "Xalq artisti" fəxri adı verilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycan prezidenti İlham Əliyev bir qrup mədəniyyət işçisinə "Xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, Ağadadaş Dadaşov, Elza İbrahimova və Ramiz Zöhrabova "Xalq artisti" fəxri adı verilib. Bununla yanaşı, prezident İ. Əliyev dövlət qulluğunda fərqlənən bir qrup şəxsin "III dərəcəli vətənə xidmət" ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. -
06-24-2008, 10:11 AMAPAAzərbaycanın Xaçmaz rayonunda Qarabağ müharibəsinin iştirakçısı həbs edilib
[b]Azərbaycanın Xaçmaz rayonunda Qarabağ müharibəsinin iştirakçısı həbs edilib[b]
Xaçmaz. Solmaz Mehdiyeva - APA. Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının iyunun 23-də axşam saatlarında rayonun İlxıçı-Məmmədxanlı kəndində keçirdikləri əməliyyat nəticəsində Qarabağ müharibəsinin iştirakçısı, 1970-ci il təvəllüdlü Aftandil Mirzəşah oğlu Niftəliyevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat və avtomat patronları götürülüb.
[APA-nın şimal bürosunun məlumatına görə, A. Niftəliyev 1993-cü ildə Laçın rayonunun Güləbird kəndində gedən döyüşlərdə iştirak edib, xidmət etdiyi hərbi hissədən evə qayıdarkən isə avtomat silahı özü ilə götürüb. Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatları əsasında A. Niftəliyevin yaşadığı evin çardağında gizlədilmiş silahı tapa biliblər. Keçmiş Qarabağ döyüşçüsü həbs edilib. Faktla bağlı cinayət işi başlanılıb. -
06-24-2008, 10:21 AMAPAErmənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini növbəti dəfə pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini növbəti dəfə pozublar[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin bölmələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 23-də saat 11.05-dən 11.30-dək Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 22.30-dan 22.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.15-dən 17.20-dək ara-sıra Xojavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 13.45-dən 13.55-dək və iyunun 24-də saat 02.30-dan 03.30-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.50-dən 15.20-dək və saat 04.45-dən 05.10-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-24-2008, 10:31 AMAPABuynaqsk rayonunun milis rəisi qətlə yetirilib
[b]Buynaqsk rayonunun milis rəisi qətlə yetirilib[b]
Dağıstan. İslam Kərimov-APA. Dağıstanın Buynaksk rayon daxili işlər idarəsinin rəisi Arif Əliyev naməlum şəxslər tərəfindən qətlə yetirilib.
[APA-nın Dağıstan bürosunun məlumatına görə, onun "Mersedes" markalı xidməti avtomobili Sovetski və Süleyman Stlaski küçələrinin kəsişməsində "Kalaşnikov" markalı avtomatdan atəşə tutulub. Qatillər hadisə yerindən qaçmağa müvəffəq olublar. Terrorçuların tapılması üçün şəhərdə xüsusi əməliyyat həyata keçirilir. -
06-24-2008, 10:41 AMAPAXələf Xələfov Moskvada Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb
[b]Xələf Xələfov Moskvada Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb[b]
Moskva. Laçın Sultanova-APA. Moskvada işgüzar səfərdə olan xarici işlər nazirinin müavini Xələf Xələfov rusiyalı həmkarı Qriqori Karasinlə görüşüb.
[APA-nın məlumatına görə, görüşdə Rusiya prezidenti Dmitri Medvedevin iyulun 3-4-də Bakıya planlaşdırılan rəsmi səfəri çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin aktual məsələləri müzakirə olunub. -
06-24-2008, 11:01 AMAPAİyulun 11-də Bakıda "Absurdistan" filminin premyerası keçiriləcək
[b]İyulun 11-də Bakıda "Absurdistan" filminin premyerası keçiriləcək[b]
[Bakı. Laçın Sultanova - APA. İyulun 11-də Bakıda Azərbaycan və Almaniyanın birgə istehsalı olan "Absurdistan" filminin premyerası keçiriləcək. APA-nın məlumatına görə, filmin təqdimatında iştirak etmək üçün alman rejissor Feyt Helmer Bakıya gələcək. Bir gün sonra isə film lentə alındığı Lahıcda nümayiş olunacaq. "Absurdistan" filminin Şəki, Mingəçevir, Gəncə və Lənkəranda da nümayişi nəzərdə tutulur. Qeyd edək ki, Moskvada keçirilmiş beynəlxalq kinofestivalda iştirak etmiş "Absurdistan" filmi lirik komediya janrında çəkilib və Asiya ilə Avropa arasında yerləşən bir məkanda baş verən romantik hadisələrdən bəhs edir. Rejissor F. Holmer 28 ölkədə kastinq keçirəndən sonra Lahıc kəndinə üstünlük verib. Filmdə Nurəddin Quliyev, Firəngiz Babayeva, Mətanət Atakişiyeva, Maks Mauf, Kristina Malerova, Nino Çxeidze və başqaları rol alıblar. -
06-24-2008, 11:41 AMAPACon Makkeynin baş müşavirinin sözləri respublikaçıları pis vəziyyətdə qoyub
[b]Con Makkeynin baş müşavirinin sözləri respublikaçıları pis vəziyyətdə qoyub[b]
[Vaşinqton - APA. ABŞ prezidentliyinə namizəd, demokrat Barak Obamanın seçki qərargahı prezidentliyə digər namizəd, respublikaçı Con Makkeynin baş siyasi müşaviri Çarlz Blekin açıqlamalarına kəskin etirazını bildirib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ç. Blek "Forçun" jurnalına müsahibəsində deyib ki, ABŞ ərazisində yeni terror aksiyası baş verərsə, C. Makkeynin seçkidə qələbə şansı artar. B. Obamanın seçki qərargahının mətbuat katibi Bill Berton bunu "böyük ayıb" adlandırıb. Onun fikrincə, Ç. Blekin sözləri bir daha mövcud siyasətin dəyişməsinin zəruriliyini göstərir. C. Makkeyn özü də müşavirinin bəyanatından narazılığını gizlətməyib: "Mən təsəvvür edə bilmirəm, niyə o belə deyib. Bu, doğru deyil. Mən 2001-ci ilin 11 sentyabrından sonra yeni terror aktlarının qarşısını almaq üçün yorulmadan çalışmışam". Ç. Blek özü də söylədiklərindən peşman olduğunu deyib. -
06-24-2008, 11:51 AMAPAAqil Xəlilin Sergey Strekalinin məhkəməsində iştirak etməsi barədə qərar qəbul olunub
[b]Aqil Xəlilin Sergey Strekalinin məhkəməsində iştirak etməsi barədə qərar qəbul olunub[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
[APA-nın məlumatına görə, A. Xəlil prosesə qatılmayıb. Dövlət ittihamçısı Eldar Həmzəyev A. Xəlilin ibtidai istintaqa ziddiyyətli ifadələr verdiyini bildirib, məhkəmənin obyektiv qərar çıxarması üçün onun prosesdə iştirakını vacib sayıb. S. Strekalin və onun vəkili Arif Məlikov da A. Xəlilin məhkəmədə iştirakının təmin edilməsini istəyiblər. A. Xəlilin vəkili Elçin Sadıqov isə müdafiə etdiyi şəxsi S. Strekalininin bıçaqlamadığını əsas gətirərək onun prosesdə iştirak etməyəcəyini bildirib. Məhkəmə heyəti yerində müşavirə edərək A. Xəlilin məhkəmədə iştirakına qərar verib. Onun prosesdə iştirakının təmin olunması üçün proses iyulun 1-dək təxirə salınıb. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
06-24-2008, 12:01 PMAPAMəşhur opera müğənnisi Dimetra Mustafaoğlu Bakıda konsert verəcək
[b]Məşhur opera müğənnisi Dimetra Mustafaoğlu Bakıda konsert verəcək[b]
[Los-Anceles. Hüsniyyə Həsənova-APA. Amerikanın tanımmış opera müğənnisi Dimetra Mustafaoğlu iyunun 27-də Bakıda konsert verəcək. Bu barədə APA-nın ABŞ bürosuna açıqlama verən xanım Mustafaoğlu deyib ki, Filarmoniyada baş tutacaq çıxışı iki hissədən ibarət olacaq. Birinci hissədə o Puççini, Cuzeppe Verdi və Franz Leharın opera və operettalarından parçalar oxuyacaq. Tamaşanın ikinci hissəsində isə opera müğənnisinin ifasında "Argentina mənim üçün ağlama" ("Evita"), "Mən səninlə bütün gecə rəqs etməyə hazıram" ("Mənim səmimi xanımım"), "Gecənin Musiqisi" ("Operanın Ruhu") məşhur əsərlər ifa olunacaq. Qeyd edək ki, Dimetra Mustafaoğlu hər il Azərbaycanın Los-Angeles şəhərindəki baş konsulluğu tərəfindən təşkil olunan Respublika Günü tədbirlərində Azərbaycan himnini canlı olaraq ifa edir. -
06-24-2008, 12:21 PMAPAAramsız yağışlar Daşkəsən rayonunun infrastrukturuna ziddi ziyan vurub
[b]Aramsız yağışlar Daşkəsən rayonunun infrastrukturuna ziddi ziyan vurub[b]
[Daşkəsən. Nəzakət Məşədiəliqızı-APA. Bir neçə gündür Daşkəsən rayonuna yağan aramsız yağışlar nəqliyyatın hərəkətinə ciddi problem yaradıb. Dünən bölgəyə yağan leysan yağışı Xoşbulaq yaşayış məntəqəsində 10 elektrik dirəyini və yüksək gərginlik xətlərini sıradan çıxarıb. 22 saylı yol istismar idarəsinin rəisi Nəriman Süleymanovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, güclü leysan Gəncə-Daşkəsən-Xoşbulaq yolunun 22-24 kilometrliyində Bayan kəndi ərazisində yolu tamamilə sıradan çıxarıb. Magistral yol 30 dəqiqədən artıq bağlı qalıb. Sel suları rayonun Dəstəfur və Çıraqlı kəndlərinin də nəqliyyat xətlərinə ciddi ziyan vurub. -
06-24-2008, 12:31 PMAPABakıda "Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda beynəlxalq konfrans keçirilir
[b]Bakıda "Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda beynəlxalq konfrans keçirilir[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Bakıda "Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər" mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Azərbaycan və NATO münasibətlərinin inkişaf etdiyini bildirib. Azərbaycanın 1994-cü ildən böyük enerji siyasətinə başladığını deyən səfir NATO ilə əməkdaşlığın Azərbaycanın Avro-atlantik məkana inteqrasiya baxımından vacib olduğunu qeyd edib. H. Kılıc bildirib ki, Türkiyə Azərbaycanın Avro-atlantik məkana inteqrasiyasını dəstəkləyir: "Biz inanırıq ki, qarşıdan gələn prezident seçkisi demokratik standartlara cavab verəcək. Bu seçki Cənubi Qafqazda demokratiyanın inkişafına və beynəlxalq ictimaiyyətin Azərbaycana inamının artmasına kömək edəcək". Səfir Dağlıq Qarabağ probleminin indiyədək həll olunmamasına da toxunub: "Dünya ictimaiyyəti bu məsələyə diqqət yetirməli və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməlidir". Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev Azərbaycan və NATO münasibətlərinin tarixindən danışıb. O, hazırda Azərbaycanın NATO-nun 50-dən artıq layihəsini həyata keçirdiyini söyləyib: "Azərbaycan və NATO arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dialoq da aparılır". NATO-nun baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Buro NATO ilə əməkdaşlığın Azərbaycanın Avro-atlantik məkana və buradakı qurumlara inteqrasiyasının bir hissəsi olduğunu söyləyib: "Biz bu əməkdaşlıqdan çox razıyıq. IPAP-ın I mərhələsi artıq başa çatıb və Azərbaycanın bu mərhələdə uğurlar əldə edib. Planın II mərhələsi həyata keçiriləcək. Ümidvarıq ki, Azərbaycan NATO-nun ən uğurlu tərəfdaşlarından biri olacaq. Biz NATO olaraq Azərbaycanla əməkdaşlığın davamını dəstəkləyirik". Jan Fransua Buro qarşıdan gələn prezident seçkisinin Azərbaycan üçün çox vacib olduğunu vurğulayıb. -
06-24-2008, 12:41 PMAPASon 20 ildə televizor qarşısında matç izləyən 40 min futbol azarkeşi infarktdan dünyasını dəyişib
[b]Son 20 ildə televizor qarşısında matç izləyən 40 min futbol azarkeşi infarktdan dünyasını dəyişib[b]
Bern. Vyana-APA. Milli komandaların müxtəlif çempionatlarda çıxışı ilə həmin ölkədə miokard infarktından ölmə faktları arasında birbaşa əlaqə mövcuddur.
[APA-nın Rusiya KİV-ə istinadən yaydığı məlumatına görə, son iyirmi ilə ərzində müxtəlif yarışların canlı yayımı zamanı 40 min nəfər ekran qarşısında miokard infarktından dünyasını dəyişib. Maraqlıdır ki, milli komandanın qalib gəlməsi və məğlub olması insanların ürək-damar sisteminə eyni dərəcədə təsir edir. Ekran qarşısında vəfat edən azarkeşlərin tam yarısının ürəyi milli komandalarının qələbə çalmasından doğan sevinci hissinə tab gətirməyib. Qeyd edək ki, kardiologiyada "futbol infarktı" adlanan termin mövcuddur. Son 20 il ərzində stadionlarda infarktdan 230 azarkeş dünyasını dəyişib. Son iki belə hal EURO-2008-də qeydə alınıb. Avstriya-Almaniya matçından sonra 20 yaşlı avstriyalı qadın azarkeş stadionda dünyasını dəyişib, Türkiyə millisinin İsveçrə üzərində qələbəsindən sonra isə türk azarkeşin sevincdən ürəyi dayanıb. Həkimlərin hesablamalarına görə, milli komandanın matçı olan gün azarkeşlərin infarkt keçirməsi ehtimalı 3 dəfə artır. Oyunun izləyən zaman bəzi azarkeşlərin ürəyi dəqiqədə 160 dəfə döyünür ki, bu da sahədə olan oyunçuların ürək döyüntülərinin sayına bərabərdir. Lakin futbolçunun ürək döyüntüləri sürətlə nəfəs alıb-vermə, yəni mütəmadi oksigen qəbulu ilə müşayiət olunursa, azarkeşdə bu proses baş vermədiyindən onun infarkt vurma təhlükəsi artır. APA-nın "Tvoy den" qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya millisi Hollandiya yığmasını məğlub etdikdən sonra Moskvada müxtəlif xəstəxanaların kardiologiya bölmələrinə ürək-damar sisteminin xəstəlikləri diaqnozu ilə təqribən 200 azarkeş gətirilib. Həkimlərin sözlərinə görə, matçdan sonra infarkt diaqnozu ilə xəstəxanalara gətirilən şəxslərin hamısı yaşı 35-ə qədər olan azarkeşlərdir. Həkimlər Avropa çempionatının oyunlarını televiziya qarşısında izləyən azarkeşlərə infarkt təhlükəsini azaltmaq üçün siqaret çəkməməyi, spirtli içki qəbul etməməyi, oyun bitdikdən sonra təmiz havada gəzməyi məsləhət görürlər. -
06-24-2008, 12:51 PMAPAİyulda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək
[b]İyulda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək[b]
Bakı. Laçın Sultanova - APA. İyul ayının əvvəlində Xarici İşlər Nazirliyində Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək.
[XİN-in mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, müşavirə iyulun 9-da qeyd olunan Azərbaycan Diplomatiya Günü ərəfəsində keçiriləcək. Qeyd edək ki, bu tipli müşavirələr iki ildən bir keçirilir. İlk müşavirə 2004-cü ildə, sonuncusu isə 2006-cı ildə olub. Hazırda Azərbaycanın xaricdə 55 diplomatik nümayəndəliyi var. -
06-24-2008, 01:01 PMAPABakıda "Yaradıcı qadınlar: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib
[b]Bakıda "Yaradıcı qadınlar: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə "Yaradıcı qadınlar: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan Qadınlarının III qurultayına hazırlıq çərçivəsində təşkil olunub. Tədbirdə giriş sözü ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların yaradıcılıq təşkilatlarında təmsilçiliyini göstərən mövcud statistikanı açıqlayıb: "Azərbaycan Yazıçılar Birliyinin 1270 üzvündən 170 nəfəri, Azərbaycan Jurnalistlər İttifaqının 3200 üzvündən 700 nəfəri, Azərbaycan Bəstəkarlar İttifaqının 178 üzvündən 95 nəfəri, Azərbaycan Teatr Xadimləri İttifaqının 684 üzvünün 213 nəfəri, Azərbaycan Rəssamlar İttifaqının 1200 üzvündən 293 nəfəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının 263 üzvündən 50 nəfəri, Azərbaycan Memarlar İttifaqının 416 üzvündən 149 nəfəri qadındır". Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, Bülbül adına Musiqi Məktəbinin direktoru Nigar Cərullazadə və digərlərinin çıxışlarında qadınların yaradıcılıq potensialının stimullaşdırılması üçün müxtəlif təkliflər irəli sürülüb.