Alıntı:
APA Nickli Üyeden Alıntı
Gözel xeber,Türk devletleri artık birlikte işler yapmalı
Azərbaycan Xəbərləri
Printable View

06-20-2008, 11:07 AMalperxanRe: Azərbaycan prezidenti Türkmənistan parlamentinin sədrini qəbul edib

06-20-2008, 12:01 PMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Ülkər Qasımova-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 19-da saat 07:20-dən 11:50-dək və saat 22:00-dan 22:35-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 14:50-dən 15:10-dək və saat 23:15-dən 23:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:00-dan 16:15-dək, iyunun 20-si 00:40-dan 00:56-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 05:40-dan 07:10-dək ara-sıra Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 07:07-dən 07:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-20-2008, 12:11 PMAPAXarici işlər nazirinin müavininin evi qarət olunub
[b]Xarici işlər nazirinin müavininin evi qarət olunub[b]
Bakı. Laçın Sultanova - APA. Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyakın mənzili qarət olunub.
[APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, milisə müraciət edən nazir müavini bildirib ki, Miçurinsk prospektində yerləşən mənzildən xeyli pul, qadın kürkü və zərgərlik məlumatları oğurlanıb. Zərərçəkən dəymiş ziyanı 300 min rubl (təqribən 10 min 380 manat) dəyərində qiymətləndirib. Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların mənzilə açar-seçmə yolu ilə daxil olduqlarını müəyyənləşdiriblər. Faktla bağlı cinayət işi başlanıb. -
06-20-2008, 12:21 PMAPAHavaylı konqresmen Jene Vard: "Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir"
[b]Havaylı konqresmen Jene Vard: "Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir"[b]
Havay. Hüsniyyə Həsənova-APA. "Azərbaycan tərəqqi yolunda olan müsəlman dövlətlərində qadınlara verilən hüquqlar baxımından qabaqcıl mövqedədir".
[APA-nın ABŞ bürosunun məlumatına görə, bu fikirlər Havay ştatının Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin üzvü Jene Vardın yerli "Hanolulu Advertiser" qəzetində dərc olunan məqaləsində öz əksini tapıb. Konqresmen qeyd edib ki, iyunun 10-11-də Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun artması" forumu 50 ölkədən 250 qonağı bir araya yığıb. Konqresmen sivilizasiyaların toqquşma sərhədində yerləşən Azərbaycan paytaxtına 6 ölkənin birinci xanımı ilə yanaşı qadınlara sürücülük sənədi verilməyən Səudiyyə Ərəbistanından və digər ölkələrdən nümayəndələrin qatıldığını bildirib. Müəllif bildirib ki, Mərakeşdə hələ də qadınlara seçmək və seçilmək hüququ verilməyib. Müəllif Azərbaycanı ABŞ-ın Havay ştatı ilə müqayisə edərək onun çoxmillətli, müsəlman, yəhudi və xristianların birgə yaşadığı ölkə olduğunu vurğulayıb. O, ölkənin birinci xanımı Mehriban Əliyevanı misal gətirərək ölkədə müsəlman qadınların geniş hüquqlarının olduğunu, qadınlara ABŞ-dan öncə səsvermə hüquqlarının verildiyini yazıb. -
06-20-2008, 12:31 PMAPAƏflatun Amaşov jurnalistlərin azadlığa buraxılması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib
[b]Əflatun Amaşov jurnalistlərin azadlığa buraxılması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycanda həbsdə olan jurnalistlər var. Hesab edirəm ki, onlar yaxın vaxtlarda azadlığa çıxacaqlar".
[APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin V qurultayında hesabat məruzəsi ilə çıxış edərkən bildirib. Ə. Amaşov jurnalistlərin azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyevə müraciət edib: "Prezidentdən xahiş edirəm ki, jurnalistlərin azadlığa çıxmasında bizə yardımçı olsun. Jurnalistlərin azadlığa buraxılması Azərbaycanın imicinə müsbət təsir göstərəcək". -
06-20-2008, 12:41 PMAPARəsmi Dehli Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya ilə Hindistan-MDB formatında görüş planlaşdırır
[b]Rəsmi Dehli Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya ilə Hindistan-MDB formatında görüş planlaşdırır[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Hindistan Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək fikrindədir. APA-nın "NewDeli Times"a istinadən verdiyi məlumata görə, bu il noyabrın 21-də Nyu-Dehlidə adları çəkilən ölkələrin rəsmi şəxslərinin iştirakı ilə Hindistan-MDB formatında görüş keçirilməsi planlaşdırılır. Görüş zamanı bir sıra enerji və nəqliyyat layihələrinin müzakirəsi gözlənilir. -
06-20-2008, 12:51 PMAPAGürcüstan prezidentinin azərbaycanlı müşaviri: "Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini həll etməyə çalışacağam"
[b]Gürcüstan prezidentinin azərbaycanlı müşaviri: "Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini həll etməyə çalışacağam"[b]
Bakı. Laçın Sultanova - APA. "Gürcüstanda yaşayan azsaylı millətlərin problemləri çoxdur. Bu problemlər həm də dövlətin problemidir. Bacardığım qədər dövlətin arxasında dayanıb, bu problemləri, o cümlədən azərbaycanlıların problemlərini həll etməyə çalışacağam".
[Bu eksklüziv açıqlamanı APA-ya Gürcüstan prezidentinin milli məsələlər üzrə yeni təyin etdiyi müşaviri, soydaşımız Mübariz Qarayev deyib. M. Qarayevin sözlərinə görə, prezident milli məsələlər üzrə özünə 5 müşavir təyin edib: "Onlardan biri də mənəm". Təyinatın onun üçün gözlənilməz olduğunu deyən M. Qarayev bu barədə sərəncamın mayın 18-də imzalandığını bildirib. O, prezident Mixail Saakaşvili ilə bu günlərdə görüşəcəyini söyləyib.Qeyd edək ki, M. Qarayev 1970 il mayın 15-də Tiflisdə anadan olub, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Müşavir təyin olunana qədər M. Qarayev qeyri-hökumət təşkilatı olan Torpaq Sahibkarlarının Səlahiyyətli Müdafiə Assosiasiyasının rəhbəri olub. Azərbaycan, gürcü və rus dillərini sərbəst bilir. -
06-20-2008, 01:01 PMAPAABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Marie Yovanoviç 1915-ci il hadisələrini erməni soyqırımı adlandırmaqdan imtina edib
[b]ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Marie Yovanoviç 1915-ci il hadisələrini erməni soyqırımı adlandırmaqdan imtina edib[b]
Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Marie Yovanoviçin Ağ Evin Ermənistandakı səfiri postuna namizədliyi müzakirə edilib.
[APA-nın ABŞ bürosunun məlumatına görə, komitə üzvlərindən ermənilərin kompakt yaşadığı Nyu-Cersi ştatından olan senator Robert Menendez namizəd Yovanoviçə 1915-ci ildə baş verənlər hadisələri soyqırımı kimi dəyərləndirib-dəyərləndirmədiyi ilə bağlı sual ünvanlayıb. Xanım diplomat bu suala mənfi cavab verib: "Prezident Corc Buş və ondan əvvəl hər iki partiyadan seçilən prezidentlər 1915-ci il hadisələrini soyqırımı kimi tanımayıblar". Qeyd edək ki, ermənipərəst Robert Menendez bundan əvvəl Ağ Evin Ermənistandakı səfiri postuna namizədliyini irəli sürdüyü Riçard Xoqlandın təyinatına veto qoyub. Bu səbəbdən iki ilə yaxındır ki, ABŞ-ın Ermənistanda səfiri yoxdur. -
06-20-2008, 01:11 PMAPA2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı 60 faiz artacaq
[b]2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı 60 faiz artacaq[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. 2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı indikindən 60 faiz çox olacaq. APA-nın məlumatına görə, bu bəyanatla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktor müavini Yuri Sokolov Cənubi Koreyada atom enerjisi istehsalının 30 illiyi ilə bağlı mərasimdə çıxış edib. Y. Sokolov qeyd edib ki, bu gün dünyada 440 atom elektrik stansiyası mövcuddur ki, onlardan 103-ü ABŞ-da, 59-u Fransada, 55-i Yaponiyada, 31-i isə Rusiyada fəaliyyət göstərir. İnkişaf etməkdə olan ölkələrdə isə hazırda 30 reaktor tikilməkdədir. Qeyd edək ki, müasir dövrdə dünyada hasil olan enerjinin 16 faizi AES-lərin payına düşür. Fransada bu göstərici 78, Yaponiyada isə cəmi 2 faiz təşkil edir. AEBA nümayəndəsi bildirib ki, enerji asılılığının artması ilə bağlı Asiya ölkələri hazırda alternativ enerji axtarışı ilə daha çox maraqlanırlar. Məhz bu səbəbdən də AES-lərin tikintisinə daha çox meyl edirlər: "Lakin ölkələr bunu təhlükəsiz yolla etməlidirlər. Nüvə qurğuları təhlükəsiz istismar olmalı, nüvə materialları isə etibarlı saxlanılmalıdır". -
06-20-2008, 01:21 PMAPAAŞ PA-nın gələn həftə başlayacaq yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məsələ müzakirə olunacaq
[b]AŞ PA-nın gələn həftə başlayacaq yay sessiyasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məsələ müzakirə olunacaq[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün bu gecə Strasburqa yola düşəcək.
[Bu barədə APA-ya nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. İyunun 23-27-də keçiriləcək sessiyanın gündəliyinə "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatın müzakirəsi də daxil edilib. Hesabatla bağlı qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova tərəfindən qətnamə layihəsi hazırlanıb. Qətnamə layihəsinə münasibət bildirən Səməd Seyidov deyib ki, Azərbaycan müzakirəyə çıxarılacaq qətnamə layihəsini diqqətlə öyrənib: "Bizim bu sənədə əlavələrimiz var, bəzi məsələlərə dəyişikliklər etməyə ehtiyac duyulur". Xatırladaq ki, AŞ PA Monitorinq Komitəsinin mayın 26-da Kiyevdə keçirilmiş iclasında "Azərbaycanda demokratik institutların vəziyyəti" barədə qəbul edilmiş qətnamə layihəsində bildirilir ki, Azərbaycanda seçkilər ərəfəsində insan haqları ilə bağlı vəziyyət pisləşib. Komitə həbsdə olan jurnalistlər Qənimət Zahidov, Sakit Zahidov və Eynulla Fətullayevin, o cümlədən siyasi məhbus adlanan 5 şəxsin təcili surətdə azadlığa buraxılmağı tələb edib. Sessiyada Türkiyədə demokratik institutlarının vəziyyəti məsələsi də müzakirə olunacaq, müzakirələrə Türkiyənin xarici işlər naziri Əli Babacan dəvət olunub. Sessiyanın gündəliyində həmçinin Çində vəziyyət, Avropada demokratiyanın vəziyyəti, Qara dənizin ətraf mühitinin çirklənməsi ilə mübarizə, müasir müxtəlif mədəniyyətlərə malik cəmiyyətlərdə qadınların rolunun artırılması, valideynlərin yeni doğulan uşaqlardan imtina edilməsi və s. məsələlər müzakirə ediləcək. Ermənistanda demokratiyanın vəziyyəti məsələsi sessiyanın gündəliyinə o zaman salına bilər ki, bu ölkəyə səfər etmiş həmməruzəçilər orada keçirilmiş prezident seçkilərindən sonra AŞPA tərəfindən qəbul edilmiş qətnamənin yerinə yetirilməsində irəliləyiş olmadığını bildirsinlər. -
06-20-2008, 01:31 PMAPAAzərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında yüksək təlim-pilotaj uçuşları həyata keçirib
[b]Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Bakı səmasında yüksək təlim-pilotaj uçuşları həyata keçirib[b]
[APA-nın məlumatına görə, HHQ-nin bir eskadrilyası saat 12:00-dan başlayaraq paytaxtın mərkəzi hissəsi və Bakı buxtası üzərində ayrı-ayrılıqda və qrup halında müxtəlif pilotaj nümunələri yerinə yetirib. Qeyd edək ki, Azərbaycan HHQ-nin təyyarə və vertolyotları 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıq məqsədilə artıq 20 gündür, təlim uçuşları həyata keçirir. -
06-20-2008, 01:41 PMAPAAzərbaycanın Xalq yazıçısı Anar haqqında film çəkilir
[b]Azərbaycanın Xalq yazıçısı Anar haqqında film çəkilir[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən sənədli film çəkilir. Filmin rejissoru, xalq artisti Ramiz Həsənoğlu APA-ya açıqlamasında ssenarini Yusif Şeyxovla birgə yazdığını deyib: "Film Anarın anadan olmasının 70 illiyinə həsr olunub. Tamaşaçılara yazıçının həyatının müxtəlif anları ilə yanaşı, Anarın ailə üzvləri və dostlarının fikirləri təqdim olunacaq. Filmin ilkin adı "Anar: dünən, bu gün, sabah"dır".20 il əvvəl çəkilən "Anarla üz-üzə" filmindən müəyyən kadrların da istifadə olunacağını deyən rejissor filmin yayda tamamlanacağını və geniş təqdimatının keçiriləcəyini bildirib. -
06-20-2008, 01:51 PMAPATürkiyəli diplomat: "Ermənistandan üç əsas tələbimiz var"
[b]Türkiyəli diplomat: "Ermənistandan üç əsas tələbimiz var"[b]
Ankara. Mayis Əlizadə - APA. "Ermənistanla aramızdakı mövcud problemlərdən biri də İrəvanın bizim ərazi bütövlüyümüzü tanımamasıdır. Ermənistan 1991-ci ildə qəbul etdiyi müstəqillik bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Halbuki 1920-ci ildə imzalanmış Qars müqaviləsi bu gün də qüvvədədir. Qars müqaviləsində sərhəd xətləri çəkilib. Ermənilər bunu tanımalıdır".
[Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Avrasiya Strateji Araşdırmaları Mərkəzi Erməni araşdırmaları idarəsinin rəisi, istefada olan səfir Ömər Lütəm deyib. ABŞ dövlət katibinin muavini Daniel Fridin Ermənistanı Türkiyənin mövcud sərhədlərini tanımağa çağırmasına toxunan sabiq diplomat bunun çox mühüm addım olduğunu bildirib: "Ermənistan uzun müddətdir Türkiyənin bu tələbini qulaqardına vurur. İndi ABŞ məsələni ən yüksək səviyyədə qaldırıb. Ermənistanın buna qulaq asmağa məcbur olacağına inanıram". Ö. Lütəm Ermənistanla sərhədləri açması üçün daim Türkiyəyə çağırışlar, müraciətlər edən ABŞ və Avropanın indi Ermənistandan addım atmağı tələb etməsinin səbəblərinə dair sualı belə cavablandırıb: "Amerikalılar uzun müddətdən bəri Türkiyə-Ermənistan-Azərbaycan məsələsinin həll edilməsini istəyir. Bu yolla Qafqazda uaunmüddətli sülhə nail olmaq niyyətindədirlər. Bu, yeni bir siyasət deyil. Daniel Fridin müraciəti göstərir ki, gələcəkdə amerikalılar bu məsələlərlə daha yaxından maraqlanacaqlar. Bu, yaxın gələcəkdə Qərbin Ermənistana təzyiqi artıracağını göstərir. Türk diplomatiyası Ermənistanla bağlı bütün müzakirələrdə ərazi bütövlüyümüzün tanınmasını gündəliyə gətirərək İrəvanı həmişə çətin vəziyyətdə qoyub. Son 17 ildə bizim bu istiqamətdəki çalışmalarımızı çox yaxşı bilirlər. Ancaq Daniel Fridin Konqresdəki bu bəyanatı çox önəmlidir". Keçmiş səfir Türkiyənin Ermənistanla 3 əsas problemi olduğunu xatırladıb: "Ərazi bütövlüyümüzün tanınması, saxta "soyqırım" iddialarından vaz keçilməsi və Qarabağ məsələsinin həlli. Biz "Qarabağ məsələsinin həlli" deyəndə ilk növbədə Dağlıq Qarabağ ətrafndakı 7 rayonun işğaldan azad edilməsini, sonra isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ probleminin həllini nəzərdə tuturuq. Bu tələblərimiz heç vaxt dəyişməyəcək".Türkiyə_Erməni -
06-20-2008, 02:01 PMAPAİyunun 22-də magistraturaya qəbul imtahanları keçiriləcək
[b]İyunun 22-də magistraturaya qəbul imtahanları keçiriləcək[b]
Bakı. Elnur Məmmədli-APA. İyunun 22-də magistraturaya qəbul imtahanları keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
[Onun sözlərinə görə, magistr pilləsinə 4809 plan yerinə 15124 nəfər sənəd verib. Onların 13230 nəfəri Azərbaycan, 1894-ü rus bölməsinə sənəd verib. Ötən illə müqayisədə bu il sənəd verənlərin sayı təxminən 3 min nəfər artıb. Ərizə verənlərin 9159 bakalavr pilləsini bu il bitirən məzunlardır. M. Abbaszadənin sözlərinə görə, imtahanda test sualları ilə bərabər açıq suallar da olacaq. İmtahanların nəticələrinin iyunun 23-ü axşam elan olunması planlaşdırılıb. Komissiya sədri cavabların yoxlanılması işinə 120 müəllimin cəlb edildiyini qeyd edib. -
06-20-2008, 02:11 PMAPATQDK sədri: "Bu il magistratura imtahanlarına 700 nəfər saxta diplomla sənəd verib"
[b]TQDK sədri: "Bu il magistratura imtahanlarına 700 nəfər saxta diplomla sənəd verib"[b]
Bakı. Elnur Məmmədli-APA. Bazar günü ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarında iştirak etmək üçün saxta diplomla sənəd verənlərin sayı 700 nəfərə çatıb".
[APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O, TQDK-nın məlumat bazasında 1 milyon 500 min gənclə bağlı informasiya olduğunu bildirib: "Həmin 700 nəfərin bakalavr pilləsinə qəbul olması ilə bağlı həmin bazada məlumat yoxdur. Təbii ki, bu, qeyri-qanuni hal kimi araşdırılır. Bu vaxta qədər aparılan araşdırma zamanı bəlli olub ki, həmin şəxslərin arasında xarici ölkələrdə təhsil alanlar var. Amma onların diplomları tanınıb və biz həmin məlumatları bazaya daxil etmişik". Məleykə Abbaszadə MDB ölkələrində 117 ali məktəbdən Azərbaycanın ali məktəblərinə köçürmələr olduğunu deyib: "Amma 4 ali məktəbdən - Dağıstan Universiteti, Mahaçqala Universiteti, Moskva Açıq Universiteti, Sanki-Peterburq Hüquq və İqtisadi Əlaqələr Universitetindən Azərbaycanın ali məktəblərinə kütləvi köçürmələr olur. Tutaq ki, bir ildə 200 nəfər Azərbaycanın ali məktəblərinə köçürülür. Təbii ki, bunlar süni xarakterli köçürmələrdir". M. Abbaszadə bu araşdırmaların davam etdiriləcəyini və buna baxmayaraq həmin 700 nəfərin magistraturaya qəbul imtahanlarına buraxılacağını vurğulayıb. -
06-20-2008, 02:37 PMyeshu
İyunun 20-si Beynəlxalq Qaçqınlar Günüdür
Qaçqınlar günü 2000-ci il dekabrın 4-də BMT Baş Asambleyası tərəfindən yekdilliklə qəbul olunmuş qətnamə ilə müəyyən edilib. Bu gün qaçqınların və məcburi köçkünlərin cəsurluğu, mətanət və iradəsi qeyd olunmaqla onlara mənəvi dəstək verilir.
2007-ci ilin sonuna olan məlumata görə, BMT-nin himayəsində olan qaçqınların sayı 11,4 milyon nəfər olub. Münaqişələr nəticəsində ölkə daxilində köçürülmüş şəxslərin sayı isə ötən il təxminən 2 milyon yarım artaraq, 26 milyona çatıb.
Azərbaycanda isə BMT-nin məlumatına görə, 250 mindən çox qaçqın, yarım milyondan artıq isə məcburi köçkün var.
Menbe: Azadlıq -
06-21-2008, 11:21 AMAPABosniya polisi Xorvatiya-Türkiyə matçı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
[b]Bosniya polisi Xorvatiya-Türkiyə matçı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib[b]
[Sarayevo. Kərim Həsənli - APA. Avropa futbol çempionatının dörddə bir final mərhələsi çərçivəsində Xorvatiya-Türkiyə matçı Bosniya və Herseqovinanın ən böyük şəhərlərindən biri Mostarda gərginliyə səbəb olub. APA-nın məlumatına görə, əhalisinin yarısı xorvatlar, yarısı isə müsəlman bosniyalılardan ibarət Mostarın polis idarəsinin rəisi Himzo Dyonko matç zamanı və sonra şəhərdə 1000 polis əməkdaşının asayişə nəzarət edəcəyini bildirib: "Əlimizdə olan məlumata əsasən Türkiyə milli komandasını dəstəkləyən bosniyalı müsəlmanlar və Xorvatiyaya azarkeşlik edən bosniyalı xorvatlar arasında əvvəlcədən dava planlaşdırılıb. Bununla əlaqədar lazımı tədbirləri görmüşük". -
06-21-2008, 11:31 AMAPAAvropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər
[b]Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa İttifaqına üzv 27 ölkənin rəhbərləri "Şərq tərəfdaşlığı" haqqında Polşa və İsveçin təklif etdiyi layihəni dəstəkləyib və bununla bağlı müvafiq qərar qəbul ediblər.
[APA-nın məlumatına görə, layihə Avropa İttifaqının Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarusla regional əməkdaşlıq forumunun yaradılmasını nəzərdə tutur. Qəbul olunan sənəddə bildirilir ki, Avropa İttifaqı şərq qonşuları ilə regional əməkdaşlığı daha da inkişaf etdirməyin zəruriliyi barədə fikirlərlə razıdır. Qətnamə layihəsinə əsasən, gələcəkdə tərəfdaş ölkələrlə viza rejiminin ləğvi, güzəştli şərtlərlə azad ticarət zonalarının yaradılmasını nəzərdə tutur. -
06-21-2008, 11:41 AMAPAAŞ PA sessiyasında Ermənistanın məsələsi müzakirə olunacaq
[b]AŞ PA sessiyasında Ermənistanın məsələsi müzakirə olunacaq[b]
[İrəvan - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Ermənistanla bağlı növbədənkənar dinləmələr keçiriləcək. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Şurasının İrəvandakı ofisindən bildiriblər ki, AŞ PA-nın Ermənistanda demokratik institutların möhkəmləndirilməsi ilə bağlı 1609 saylı qətnaməsinin tələbləri qənaətbəxş səviyyədə yerinə yetirilmir: "AŞ PA həmməruzəçiləri Jorj Kolombye və Con Preskot fevralda keçirilmiş prezident seçkilərindən sonra baş verən zorakılıqlarla bağlı tələblərin Ermənistan hakimiyyəti tərəfindən yerinə yetirilməsi səviyyəsini yetərli saymayıblar". Xatırladaq ki, AŞ PA-nın yay sessiyası iyunun 23-27-də keçiriləcək. Ermənistanın məsələsi iyunun 25-də müzakirə ediləcək. -
06-21-2008, 11:51 AMAPAXəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi müzakirə ediləcək
[b]Xəzəryanı ölkələrin dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi müzakirə ediləcək[b]
[Bakı. Laçın Sultanova - APA. İyunun 24-26-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində dəniz limanlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə probleminə həsr olunmuş beynəlxalq müşavirə keçiriləcək. APA-nın Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının iclasında müşavirəyə hazırlıq müzakirə olunub. Qeyd edək ki, müşavirəyə Xəzəryanı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub. -
06-21-2008, 02:01 PMAPAErmənistanda zəlzələ olub
[b]Ermənistanda zəlzələ olub[b]
[İyunun 21-nə keçən gecə Ermənistanın şimal-şərqində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ olub. APA-nın"RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar nəticəsində ölənlər və dağıntı olmayıb.Ermənistan Milli Seysmoloji Müdafiə Xidmətindən bildiriblər ki, 3,4 bal gücündə ilk təkan yerli vaxtla saat 4:41-də qeydə alınıb. Zəlzələnin episentri Noyemberyan rayonundan 12 kilometr cənub-şərqdə olub. Bundan əlavə, Berd (4-5 bal) və İcevan (3-4 bal) şəhərlərində də təkanlar qeydə alınıb. -
06-21-2008, 02:11 PMAPAGələn həftə Azərbaycan Daxili Qoşunların zabit hazırlığı məktəbi məzunlarının ilk buraxılışı keçiriləcək
[b]Gələn həftə Azərbaycan Daxili Qoşunların zabit hazırlığı məktəbi məzunlarının ilk buraxılışı keçiriləcək[b]
Bakı. Rəşad Süleymanov - APA. İyunun 28-də Azərbaycan Daxili Qoşunların Qala qəsəbəsində yerləşən zabit hazırlığı məktəbi məzunlarının ilk buraxılışı keçiriləcək. Bu barədə APA-ya Daxili Qoşunlardan məlumat verilib.
[Buraxılış mərasimində hökumət rəsmilərinin, habelə Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin hərbi attaşelərinin də iştirakı planlaşdırılır. Qeyd edək ki, zabit hazırlığı məktəbinin yaradılmasında məqsəd Daxili Qoşunların zabit kadrlara olan ehtiyacını qoşunların özündə həll etmək olub. Hərbi məktəb Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarı ilə yaradılıb. Əyani təhsil müddəti 2 il olan məktəbə hər il 100 nəfərədək natamam, ümumi orta, orta ixtisas təhsili olan Daxili Qoşunlarında xidmət keçən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular qəbul edilir. Hərbi məktəbi bitirən şəxslərə Azərbaycanın orta ixtisas təhsili müəssisələri üçün müəyyən olunmuş nümunədə diplom və xüsusi döş nişanı təqdim olunur. -
06-21-2008, 02:21 PMAPANATO: Azərbaycan Silahlı Qüvvələri islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə yerinə yetirir
[b]NATO: Azərbaycan Silahlı Qüvvələri islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə yerinə yetirir[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələri hökumətin müəyyənləşdirdiyi islahatlar üzrə məqsədləri müvəffəqiyyətlə hazırlayır və yerinə yetirir.
[APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Cənubi Qafqazda əlaqələndirici zabiti Zbiqnev Rıbatskinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə göndərdiyi məktubda bildirilib.Z.Rıbatski Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları yüksək qiymətləndirib: «Azərbaycan hərbi qulluqçularının əldə etdikləri tərəqqi NATO-nun əlaqələndirici zabiti kimi məndə böyük təəssürat yaradıb». -
06-21-2008, 02:31 PMAPATürkiyədə polisdən qaçmaq istəyən Azərbaycan vətəndaşı yıxılaraq ölüb
[b]Türkiyədə polisdən qaçmaq istəyən Azərbaycan vətəndaşı yıxılaraq ölüb[b]
Bakı-APA. Türkiyənin İqdır şəhərində gənc azərbaycanlı qadın faciəli şəkildə dünyasını dəyişib. APA-nın lent.az portalına istinadən verdiyi məlumata görə, iyunun 13-də 22 yaşlı Azərbaycan vətəndaşı Vüsalə Süleymanova pasport rejiminin yoxlanması çərçivəsində polis tərəfindən saxlanılıb.
[Araşdırma zamanı məlum olub ki, V.Süleymanova altı ay öncə Türkiyədən deportasiya edilib. Bununla bağlı polis onu məntəqəyə aparmaq istəyib. Lakin yolda V.Süleymanova polis maşınından tullanaraq qaçmağa çalışıb. Bu zaman o, yerə yıxılıb və başı yerə dəyib. Həkimlərin səylərinə baxmayaraq, bir həftəlik müalicə effekt verməyib və V.Süleymanova dünən axşam dünyasını dəyişib. Hadisədə iştirakçı olan polislərlə bağlı araşdırma aparılır. -
06-21-2008, 02:41 PMAPAAzərbaycan paytaxtında Ruhi-Əsəb Xəstəxanasından qaçan məhkumlar tapılıblar
[b]Azərbaycan paytaxtında Ruhi-Əsəb Xəstəxanasından qaçan məhkumlar tapılıblar[b]
Bakı. Samir Kazımlı-APA. Dünən 20:36 radələrində Maştağa qəsəbəsində yerləşən Ruhi-Əsəb Xəstəxanasının ümumi şöbəsində müalicə olunan məhkumlar - 48 yaşlı Maştağa sakini Ədalət Sabir oğlu Babayev və 24 yaşlı Bilgəh sakini Habil Bayram oğlu Dadaşov qaçıblar.
[APA-nın məlumatına görə, bu barədə Lent.az portalına Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən məlumat veriblər. Bu gün hər iki şəxsin valideynləri onları xəstəxanaya gətiriblər. Polis bölməsindən bildiriblər ki, Ə. Babayev Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd), H. Dadaşov isə Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məhkum ediliblər. -
06-23-2008, 11:01 AMAPARusiyada bir azərbaycanlı öldürülüb
[b]Rusiyada bir azərbaycanlı öldürülüb[b]
Lənkəran. Ağəddin Babayev - APA. Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı qətlə yetirilib.
[APA-nın cənub bürosunun məlumatına görə, Lənkəranın Osakücə kənd sakini, 1966-cı il təvəllüdlü Kamil Musa oğlu Həbibov 10 ildən artıq Sankt Peterburq şəhərində yaşayıb və burada milliyyətcə rus olan qadınla vətəndaş nikahında olub. Kənd sakinləri qətlin ailə münaqişəsi zəminində baş verdiyini və K. Həbibov birgə yaşadığı qadının qardaşı tərəfindən öldürüldüyünü bildirirlər. Mərhumun cənazəsi iyunun 20-də Azərbaycana gətirilib və Osakücə kəndində dəfn edilib. Qeyd edək ki, K. Həbibovun qanuni nikahdan 4 uşağı var. -
06-23-2008, 11:11 AMAPAQulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi birləşib
[b]Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi birləşib[b]
[Bakı. Ramil Məmmədli - APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Məhəmmədrza Xeştinin sədri olduğu Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) iyunun 21-də Belçikanın paytaxtı Brüsseldə başlayan birlik qurultayı bu gün də davam edib. Q. S. Təbrizinin APA-ya verdiyi məlumata görə, qurultaya dünyanın 16 ölkəsindən nümayəndələr qatılıb. Toplantıda təşkilat sədrlərinin və nəzarət-təftiş komitələrinin hesabatları dinlənilib. Sonra isə DAK-la DDAK arasında birlik sazişi imzalanıb. Qurultay iyunun 23-də işini davam etdirəcək. Həmin gün qurumun rəhbərliyi və digər strukturlarına seçki keçiriləcək. -
06-23-2008, 11:21 AMAPAErmənilərin atəşkəsi pozması nəticəsində azərbaycanlı qadın yaralanıb
[b]Ermənilərin atəşkəsi pozması nəticəsində azərbaycanlı qadın yaralanıb[b]
Ağdam. Teymur Zahidoğlu-APA. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayon sakini yaralanıb.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Ağdamın Çıraqlı kəndi ərazisində təsərrüfat işləri ilə məşğul olan məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində məskunlaşan Məmmədova Yeganə Rəcəb qızı sağ qolundan güllə yarası alıb. Mərkəzi Rayon xəstəxanasına çatdırılan Y. Məmmədovaya tibbi yardım göstərilib. -
06-23-2008, 11:31 AMAPAAzərbaycanın cənub bölgəsinə güclü yağış yağıb
[b]Azərbaycanın cənub bölgəsinə güclü yağış yağıb[b]
Lənkəran. Ağəddin Babayev-APA. Dünən saat 23.00-dən başlayaraq cənub bölgəsinin rayonlarına güclü yağışlar yağıb. APA-nın cənub bürosunun məlumatına görə, iki saat ərazində əraziyə 11 mm yağıntı düşüb.
[Bu, təqribən aylıq yağıntı normasının 25 faizinə bərabərdir. Yağıntılar Yardımlı və Lerikdə əkin sahələrinə qismən ziyan vurub. Təbii fəlakət nəticəsində ən çox ziyan isə Lənkəranda qeydə alınıb. Şəhər mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində ağaclar aşaraq binaların dam örtüyünü zədələyib. İldırım çaxması nəticəsində 10 min kilovoltluq 900 nömrəli elektrik xəttini sıradan çıxarıb, şəhərdə bir sıra həyati obyektlər, o cümlədən mərkəzi şəhər xəstəxanası işıqsız qalıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. -
06-23-2008, 11:41 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 22-də saat 20.35-dən 21.10-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Koxa Nəbi kəndləri ərazisində yerləşən mövqelərini, saat 14.10-dan 14.20-dək və saat 18.00-dan 18.10-dək Ağdam rayonunun Şurabad və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. -
06-23-2008, 11:51 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaqlar
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun təlimlərinə qatılacaqlar[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində, Madrid şəhərində (İspaniya) «Sülhü Dəstəkləmə Əməliyyatları» konfransı (23-27 iyun), Lvov şəhərində (Ukrayna) «Rapid Trident 2008» təliminin Yekun planlaşdırma konfransı (23-27 iyun), Brüssel şəhərində (Belçika) NATO Yanacaq Komitəsinin işçi görüşü (23-27 iyun), Budapeşt şəhərində (Macarıstan) «Müəllimlər üçün Hərbi Terminologiya» kursu (23 iyun-04 iyul), Tiflis şəhərində (Gürcüstan) SNT Konsepsiyalarının təkmilləşdirilməsi və təcrübələrin həyata keçirilməsi üzrə işçi görüşü (24-26 iyun), İzmir şəhərində (Türkiyə) «Hərbi Hava Əməliyyatları üzrə terminologiya» kursu (30 iyun-11 iyul) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
06-23-2008, 12:01 PMAPAAzərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər
[b]Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Türk Dəniz Liseyinin buraxılış mərasimi (26-28 iyun), Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq isə Bakı şəhərində «Çavuş hazırlığı» kursu (30 iyun-05 iyul) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
06-23-2008, 12:11 PMAPABu gün Strasburqda AŞ PA-nın yay sessiyası işinə başlayır
[b]Bu gün Strasburqda AŞ PA-nın yay sessiyası işinə başlayır[b]
Bakı. Laçın Sultanova-APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işə başlayır. APA-nın məlumatına görə, iyunun 23-dən 27-nə kimi davam edəcək sessiyada iştirak etmək üçün Milli Məclisin AŞ PA-da nümayəndə heyətinin üzvləri iyunun 21-dən Strasburqdadır.
[Deputatlarla yanaşı, sessiya çərçivəsində keçiriləcək bəzi tədbirlərdə iştirak etmək üçün Azərbaycanın bir sıra hüquq müdafiəçiləri və müxalifət nümayəndələri də Strasburqa gedib. Deputatlar bu gün Gürcüstan və Makedoniyada keçirilmiş seçkiləri müşahidə etmiş missiya rəhbərlərin məruzəsini dinləyəcək, daha sonra İsveçin xarici işlər naziri Karl Bildt AŞ Nazirlər Komitəsi adından AŞ PA-ya müraciət edəcək, Qara dənizin ətraf mühitinin çirklənməsi ilə bağlı mübarizə məsələsi müzakirə olunacaq. Azərbaycanda demokratik institutların fəaliyyətinə dair müzakirələr iyunun 24-də, "Türkiyədə demokratik institutların vəziyyətinə dair məruzə isə iyunun 26-da dinləniləcək. Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsi ilə bağlı müzakirələrdə iştirak edəcək. Qeyd edək ki, Ermənistanda demokratik institutlarını fəaliyyəti haqqında məsələ də sessiyanın gündəliyinə növbədənkənar məsələ kimi salınıb. Monitorinq Komitəsinin sədri Sergey Qolovatıy bəyan edib ki, fevralda keçirilmiş prezident seçkilərindən sonra baş vermiş hadisələrlə bağlı AŞ PA-nın qətnaməsi Ermənistanda kifayət qədər yerinə yetirilmədiyi üçün bu məsələ ilə bağlı sessiyada növbədənkənar dinləmələr keçirilmək məqsədəuyğundur. -
06-23-2008, 12:21 PMAPA"Azərbaycanın tərəqqiyə aparan yolu: İqtisadi, siyasi və xarici siyasətin çağırışları" mövzusunda beynəlxalq konfrans keçirilib
[b]"Azərbaycanın tərəqqiyə aparan yolu: İqtisadi, siyasi və xarici siyasətin çağırışları" mövzusunda beynəlxalq konfrans keçirilib[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Londonda "Azərbaycanın tərəqqiyə aparan yolu: İqtisadi, siyasi və xarici siyasətin çağırışları" mövzusunda beynəlxalq konfrans keçirilib.
[Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfrans Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutu, "Links" və səfirliyin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Prezidentin İcra Aparatının şöbə müdiri Elnur Aslanov, səfir Fəxrəddin Qurbanov, SAM-ın rəhbəri Elxan Nuriyev və bir sıra rəsmi şəxslər çıxış ediblər. Azərbaycanın enerji hasilatı, ölkədə aparılan iqtisadi islahatlar, qeyri-neft sektoru, modern dövlət quruculuğu və Dağlıq Qarabağ münaqişəsinə dair mövzular üzrə 4 sessiya çərçivəsində məruzələr dinlənib, fikir mübadiləsi aparılıb. -
06-23-2008, 12:31 PMAPADağıstan prezidenti iyunun 26-27-də Azərbaycanda rəsmi səfərdə olacaq
[b]Dağıstan prezidenti iyunun 26-27-də Azərbaycanda rəsmi səfərdə olacaq[b]
Bakı. Laçın Sultanova - APA. Dağıstan Respublikasının prezidenti Muxu Əliyev Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 26-27-də Bakıda rəsmi səfərdə olacaq.
[Dağıstanın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, M. Əliyev Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək. M. Əliyevi böyük nümayəndə heyəti, o cümlədən işgüzar dairələrin təmsilçiləri müşayiət edəcək. Görüşlər zamanı Azərbaycan-Dağıstan hökumətlərarası komissiyanın ilk iclasının tarixi müəyyənləşəcək. Komissiyaya Azərbaycan tərəfdən baş nazirin 1-ci müavini Yaqub Eyyubov, Dağıstan tərəfdən isə hökumət başçısı Şamil Zaynalov rəhbərlik edir. Səfər çərçivəsində M. Əliyev Azərbaycan incəsənət və mədəniyyət xadimlərinə Dağıstan Respublikasının xalq və əməkdar artistləri fəxri adlarının verilməsi barədə diplomlar təqdim edəcək. Qeyd edək ki, bu, M. Əliyevin prezident qismində Azərbaycana 3-cü səfəridir. -
06-23-2008, 12:41 PMAPABAMF jurnalistlər üçün media-soraqça hazırlayıb
[b]BAMF jurnalistlər üçün media-soraqça hazırlayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) jurnalistlərə və media ilə əlaqə saxlayan digər qurumlara kömək məqsədi ilə media-soraqça hazırlayıb. BAMF-dən APA-ya daxil olan məlumata görə, 116 səhifədən ibarət media-soraqçaya 500 dövlət, qeyri-hökumət, beynəlxalq təşkilat, fond və kütləvi informasiya vasitəsi barədə məlumatlar daxil edilib. Soraqçada, həmçinin Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, yaşadığımız faciələr, rəsmi bayramlar, əlamətdar milli və beynəlxalq günlər barədə bilgi verilib.İkinci dəfə nəşr edilən kitabçanın vaxtaşırı yenilənərək çap edilməsi nəzərdə tutulur.Media-soraqça pulsuz yayılır. -
06-23-2008, 01:01 PMAPAADP Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklərin ediləcəyini düşünür
[b]ADP Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklərin ediləcəyini düşünür[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklərin ediləcəyini düşünür. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, prezident seçkilərinin Milli Məclisdə əlavə və dəyişikliklər edilmiş Seçki Məcəlləsi ilə keçirilməsi mümkün deyil. O, prezidentin bu qanunu yenidən Milli Məclisə qaytaracağını güman edir: "Dəyişiklik edilmiş yeni qanundansa, biz köhnə qanunla seçkiyə getməyi məqbul sayırıq. Partiyada bu vaxta qədər seçkilərdə iştirakın qatı tərəfdarlarında da fikir dəyişikliyi yaranıb. Qanuna edilən dəyişikliklər seçkini formal prosesə çevirib. Amma mən bu vəziyyətdə də seçkilərdə iştiraka tərəfdaram". S. Cəlaloğlu hesab edir ki, müxalifət və beynəlxalq təşkilatlar qanuna edilmiş dəyişikliklərə ciddi etiraz etməsələr belə, hakimiyyət bu qanunla seçki keçirməməlidir. -
06-23-2008, 01:21 PMAPAOrdu Günü ilə əlaqədar Azərbaycan paytaxtındakı bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
[b]Ordu Günü ilə əlaqədar Azərbaycan paytaxtındakı bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq[b]
Bakı. Hacı Zeynalov-APA. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubileyi münasibətilə Bakı şəhərinin Azadlıq meydanında zirehli texnikaların iştirakı ilə keçiriləcək hərbi paradla əlaqədar paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
[Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən bildirilib. Təlim məşqi ilə əlaqədar olaraq, iyunun 24-də saat 19.00-dan 22.00-dək Azadlıq meydanı, Zərifə Əliyeva prospekti, Neftçilər prospekti və Azneft meydanında nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. İyunun 26-da isə saat 06.00-dan 14.00-dək Azadlıq meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, A. Cəlilov küçəsi, Üzeyir Hacıbəyov, Zərifə Əliyevə prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq və Xaqani küçəsi, Gövhər xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti, Azneft dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi, Bakı-Astara yolunun 14-cü km-dək bağlanacaq, Azadlıq meydanı və Sahil parkı istiqamətlərinə bütün növ nəqliyyat buraxılmayacaq. Bütün əhali və sürücülərdən, qeyd olunan ərazidə yaşayan sakinlərdən xahiş olunur ki, həmin günlərdə metro və ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər. -
06-23-2008, 01:31 PMAPAMüsavat Partiyası Məclisinin növbəti iclasında seçkidə iştirak edib-etməmək barədə qəti qərar veriləcək
[b]Müsavat Partiyası Məclisinin növbəti iclasında seçkidə iştirak edib-etməmək barədə qəti qərar veriləcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası Məclisinin növbəti iclası iyulun sonlarında keçiriləcək. Məclisin sədri Sülhəddin Əkbər APA-ya açıqlamasında bildirib ki, toplantıda partiyanın prezident seçkilərində iştirak edib-etməməsi məsələsi yenidən müzakirəyə çıxarılacaq. Bundan əlavə, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər də müzakirə olunacaq və Məclisdə boş qalmış yerlərə seçki keçiriləcək. -
06-23-2008, 01:41 PMAPABəhram Xəlilov: "Vakant dövlət qulluğu vəzifələri üzrə keçirilən müsabiqələrin nəticələrindən tam razı deyilik"
[b]Bəhram Xəlilov: "Vakant dövlət qulluğu vəzifələri üzrə keçirilən müsabiqələrin nəticələrindən tam razı deyilik"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. "Vakant dövlət qulluğu vəzifələri üzrə keçirilən müsabiqələrin nəticələrindən tam razı deyilik". APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. B. Xəlilovun sözlərinə görə, namizədlərin hazırlığı komissiyanı o qədər də qane etmir: "Biz namizədlərin həm təhsil, həm dünyagörüşü səviyyəsindən bir qədər narazıyıq. İndiyə kimi keçirdiyimiz dörd müsabiqədə 5 mindən çox namizəd iştirak edib, onlardan yalnız 289 nəfəri vakant dövlət qulluğu vəzifələrinə uyğun hesab edilib". B. Xəlilov onu da deyib ki, komissiya avqust ayında vakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə elan edəcək.