[b]DAK Avropa Parlamenti qarşısında aksiya keçirib[b]
[Brüssel. Ramil Məmmədli-APA. Dünən Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Avropa Parlamenti qarşısında İrandakı azərbaycanlıların milli haqlarının müdafiə etmək və İran hakimiyyətinin qeyri-fars millətlərə qarşı qeyri-insani əməllərinə etiraz etmək məqsədilə aksiya keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etiraz aksiyasında Avropa ölkələrində, Amerikada fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, DAK-ın fəxri sədri professor Qulamrza Səbri Təbrizi, GünAz TV-nin rəhbəri Əhməd Obalı, DAK Belçika təmsilçisi Ayhan Dəmirçi, DAK İdarə Heyətinin üzvü Nasir Məlikli, AMAT sözcüsü Cingiz Göytürk, GAİP Hollandiya təmsilçisi Araz Ataxan, Güney Türkmənləri Almaniya təmsilçisi Hacı Halimohammadi və digər təşkilatların nümayəndələri iştirak edib. Aksiyada çıxış edənlər İranda yaşayan 35 milyondan artıq Azərbaycan türkünün, qeyri-fars millətlərin milli və mənəvi haqlarının pozulması, farslaşdırma siyasətinə etiraz bildirilib. Aksiya iştirakçıları İran hökumətindən öz milli haqlarını tələb edən soydaşlarımıza qarşı həbs və işgəncələri dərhal dayandırmağı, edam və daş-qalaqlara son qoymağı, qeyri-fars millətlərə qarşı iqtisadi böhranları aradan qaldırılmasını, 5 milyon Azərbaycan türkünün öz ana dilində təhsil almasına tam şərait yaradılmasını tələb ediblər. Brüsselin "Place Schuman" meydanında baş tutan aksiyadan sonra Avropa Parlamentində parlamentarlara İranda son aylarda baş verən hadisələr və həbsdə olan soydaşlarımızla vəziyyəti ilə bağlı geniş məlumatlar verilib, bu problemlərin həlli üçün Avropa Parlamentindən dəstək istənilib.
Azərbaycan Xəbərləri
Printable View

09-11-2008, 04:20 PMAPADAK Avropa Parlamenti qarşısında aksiya keçirib

09-11-2008, 04:30 PMAPA2008-ci ilin sentyabrında Dövlət Yuğ Teatrında göstəriləcək tamaşaların proqramı
[b]2008-ci ilin sentyabrında Dövlət Yuğ Teatrında göstəriləcək tamaşaların proqramı[b]
[Gün Göstəriləcək tamaşalar 17.09.08 Məhəmməd Füzuli "Vəsl" -
09-11-2008, 04:40 PMAPAMüdafiə və təhlükəsizlik sektorunda insan haqları və sosial rifah sahəsindəki vəziyyətlə bağlı dəyirmi masa keçirib
[b]Müdafiə və təhlükəsizlik sektorunda insan haqları və sosial rifah sahəsindəki vəziyyətlə bağlı dəyirmi masa keçirib[b]
[Bakı. Rəşad Süleymanov - APA. Bu gün «Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyi (EİZİB) müdafiə və təhlükəsizlik sektorunun insan haqları və sosial rifah sahəsindəki mövcud vəziyyətə dair hazırlanmış sənədlə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Yaşar Cəfərli bildirib ki, monitorinq və araşdırmalara görə, hərbi qulluqçuların, əsasən də zabit və gizirlərin söz azadlığı, fikir söyləmək və toplaşmaq hüquqları qeyri-qanuni olaraq məhdudlaşdırılır. Hərbi ekspert İldırım Məmmədov isə zabit, gizir və müddətdən artıq xidmət hərbi qulluqçularının məzuniyyət və istirahət hüquqlarının pozulduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, məzuniyyət və istirahət hüquqları pozulmuş zabit, gizir və müddətdən artıq xidmət hərbi qulluqçularına qanuna müvafiq qaydada pul kompensasiyaları ödənilmir. Ekspert qeyd edib ki, əsgərlərin həqiqi hərbi xidmətə çağırışı və ehtiyata buraxılması ölkə başçısının sərəncamı əsasında həyata keçirildiyi halda, ehtiyatda olan zabitlərin 1,5-3 il müddətinə həqiqi hərbi xidmətə çağırış və ehtiyata buraxılmasının müdafiə nazirinin əmri ilə həya-ta keçirilir. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu isə APA-ya açıqlamasında dəyirmi masada səslənən fikirlərlə razı olmadığını bildirib. Hesabatla tanış olmadığını deyən E. Sabiroğlunun sözlərinə görə, hərbi qulluqçuların istər söz və vicdan azadlığı, istərsə də əmək, məzuniyyət hüquqlarının qorunması istiqamətində tədbirlər görülür. Bununla belə, nazirlik sözçüsü hansısa hərbi hissələrdə müəyyən problemlərin mövcud olmasını da istisna etməyib. -
09-11-2008, 05:00 PMAPAGəncə sakinini maşın vurub
[b]Gəncə sakinini maşın vurub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu gün səhər saatlarında Gəncə şəhərinin Qərb küçəsində ağır yol qəzası baş verib. İlham Əliyevin idarə etdiyi VAZ 2107 markalı avtomaşınla küçəni keçmək istəyən Gəncə sakini 29 yaşlı Emil Saleh oğlu Mehdiyevi vurub. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Rauf Əliyevin APA -nın qərb bürosuna verdiyi məlumata görə, E. Mehdiyev kəllə - beyin diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. E. Mehdiyev xəstəxanada ölüb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb. -
09-11-2008, 05:10 PMAPA«Əsrin Kontraktı»nın iştirakçıları Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyaları gələn il verəcək
[b]«Əsrin Kontraktı»nın iştirakçıları Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyaları gələn il verəcək[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» layihəsinin iştirakçısı olan neft şirkətləri 2009-cu ildə Balaxanı Lay Dəstinin işlənməsi layihəsi üzrə sanksiyalar verməyə başlayacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr idarəsinin rəisi Vaqif Əliyev bildirib. V.Əliyevin sözlərinə görə, hazırda layihənin texniki planının hazırlanması işləri aparılır: «Layihə çərçivəsində iki dəniz platformasının tikintisi nəzərdə tutulub. Layihənin icrasına yatırılan investisiyaların həcmi isə təxminən 10 mlrd. ABŞ dolları təşkil edəcək».Qeyd edək ki, Balaxanı Lay Dəstinin işlənməsi üçün 2013-cü ildə tikiləcək «Çıraq» platforması gündə 100 min barel neft hasil etməyə imkan yaradacaq, Balaxanı Lay Dəstinin işlənməsi üçün 2015-ci ildə tikiləcək «Azəri» platforması isə gündəlik daha 100 min barelin hasilini təmin edəcək. Nəticədə, «Azəri-Çıraq-Günəşli» yatağından 9 mlrd. barel neft hasil olunacaq.Xatırladaq ki, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir. -
09-11-2008, 05:20 PMAPAAzərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
[b]Azərbaycanda daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini qeydə alıb. APA-nın məlumatına görə, bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul edilib. MSK katibi Natiq Məmmədov bildirib ki, Q. Həsənquliyev MSK-ya 84 seçki dairəsindən toplanmış 44 min 166 seçici imzası təqdim edib. İmzaların 41 min 125-i etibarlı, 3 041 isə etibarsız sayılıb. "Yaşıl Siyasət" seçicilərin təşəbbüs qrupunun namizədi Mais Güləliyevin namizədliyinin qeydə alınmasından isə imtina edilib. N. Məmmədovun sözlərinə görə, M. Güləliyev MSK-ya 44 min 886 seçici imzası təqdim edib. MSK-nın işçi qrupu bu imzaların seçmə üsulu ilə 16 min 750-ni yoxlayıb. İmzalardan 7686-sı etibarsız hesab edilib. Etibarlı hesab olunan imzalarla yoxlanmamış imzalar isə 40 min seçici imzasından az olduğundan imzaların yoxlanması prosesi dayandırılıb. N. Məmmədov M. Güləliyevin həmçinin, gəlirləri ilə bağlı ümumi məlumat verdiyini, mənbələri göstərmədiyini, əmlakı ilə bağlı tam məlumat vermədiyini bildirib. Belə ki, yoxlama zamanı M. Güləliyevin adına olan VAZ-21011 markalı avtomobil əmlakı ilə bağlı təqdim etdiyi siyahıda göstərilməyib. Bunları nəzərə alan MSK üzvləri M. Güləliyevin namizədliyini qeydə almayıblar. MSK üzvü Ramiz İbrahimov isə bildirib ki, prezidentliyə namizədliyini irəli sürmüş Arif Əliyev topladığı seçici imzalarının qəbul olunmasını xahiş edib. O, öz müraciətində bildirib ki, imzaları MSK-nın təyin etdiyi vaxtda - sentyabrın 5-i saat 18.00-a kimi quruma təqdim edə bilməyib. Buna baxmayaraq, o imzaların qəbul edilməsini istəyib. MSK üzvləri A. Əliyevin müraciətini əsassız hesab ediblər. -
09-11-2008, 05:30 PMAPAAzərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
[b]Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub[b]
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti İslam Kərimov arasında təkbətək görüş olub.
[APA-nın məlumatına görə, görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin bütün istiqamətlərdə inkişaf etdiyi, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, prezidentlər ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. -
09-11-2008, 05:40 PMAPABarak Obamanın nənəsinin evinə oğrular girib
[b]Barak Obamanın nənəsinin evinə oğrular girib[b]
[Keniya - APA. ABŞ prezidentliyinə namizəd Barak Obamanın Keniyada yaşayan nənəsinin evinə oğrular girib. APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, 85 yaşlı Sara Obama bildirib ki, qarətçilər nəvəsinin ona çoxlu pul göndərdiyini düşünərək evdə qiymətli əşyalar tapacaqlarını güman ediblər. Ancaq gümanları doğrulmayan qarətçilər əlləri boş qayıdıblar. Qeyd edək ki, əslən keniyalı olan B. Obamanın bu ölkədə yaşayan qohumları media nümayəndələrinin ifrat diqqətindən şikayətlənirlər. -
09-11-2008, 06:00 PMAPA"The New York Post" qəzeti Con Makkeyni dəstəklədiyini açıqlayıb
[b]"The New York Post" qəzeti Con Makkeyni dəstəklədiyini açıqlayıb[b]
[Vaşinqton - APA. ABŞ-ın "The New York Post" qəzeti prezident seçkilərində respublikaçıların namizədi Con Makkeyni dəstəklədiyini açıqlayıb. APA-nın məlumatına görə, qəzet geniş redaksiya məqaləsində bu seçimini izah edib. "The New York Post"un redaktorları C. Makkeynin nailiyyətləri və ABŞ vətəndaşları qarşısındakı xidmətlərinin Barak Obamanın "salfetka kimi nazik olan" tərcümeyi-halı ilə müqayisəedilməzdir. Yazıda C. Makkeynə səs vermək üçün 4 səbəb olduğu bildirilir: milli təhlükəsizlik, vergi, ticarət və energetika. Jurnalistlər Alyaska qubernatoru Sara Pelinin vitse-prezident vəzifəsinə namizəd kimi seçilməsini də müsbət qiymətləndiriblər. Böyük Britaniyanın "The Guardian" qəzeti isə yazıb ki, "The New York Post"un qərarının arxasında çox güman ki, onun sahibi Rupert Merdok dayanır. -
09-11-2008, 06:10 PMAPASeçicilərlə görüş üçün ayrılan yerlərin siyahısı MSK-nın saytında yerləşdiriləcək
[b]Seçicilərlə görüş üçün ayrılan yerlərin siyahısı MSK-nın saytında yerləşdiriləcək[b]
[Bakı. Elnur Məmmədli - APA. "Seçki təbliğatının aparılması məqsədi ilə seçicilərlə görüşlərin keçirilməsi üçün bütün seçki dairələrində müvafiq yerlər ayrılıb və yaxın günlərdə həmin yerlərin siyahısı MSK-nın internet saytında yerləşdiriləcək". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçkilərdə istənilən maraqlı tərəf bu ünvanlarda görüşlər keçirə bilər. Təşviqat materiallarının yapışdırılması üçün də bütün seçki məntəqələrində yerlərin müəyyənləşdirildiyini qeyd edən MSK sədri bildirib ki, bu dəfə plakatlar xüsusi lövhələrə yapışdırılacaq: "Namizədlərin təşviqatı üçün MSK xüsusi lövhələr hazırlayıb, və bütün məntəqələri təmin edib. Həmin məntəqələrdən kənarda plakatların yapışdırılmasına icazə verilməyəcək. Plakatların isə fərqi var. MSK-nın çağırış plakatları insanların çox olduğu yerlərdə, vitrinlərdə yapışdırılıb. Plakatların tarixi binalara yapışdırılması qadağandır". Bəzi müxalifət partiyaları tərəfindən prezident seçkilərinin nəticələrinin indidən qeyri-legitim hesab olunmasına gəldikdə, M. Pənahov bildirib ki, bu, əsassız fikirdir: "Biz seçki ilə məşğuluq. Seçkilər keçiriləcək, onun nəticələri olacaq, nəticələr araşdırılacaq və bu nəticələr Konstitusiya Məhkəməsinə göndəriləndən sonra orada da araşdırılacaq və müvafiq qərardan sonra cənab prezidentin inauqurasiya mərasimi keçirəcək. Bütün proses bundan ibarətdir. İndi kimlərsə başqa məsələlər danışırsa, MSK-nın elə bir səlahiyyəti yoxdur ki, onların danışmağına məhdudiyyət qoysun". -
09-11-2008, 06:30 PMAPAPenitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib
[b]Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin hesabat iclası keçirilib. APA-nın məlumatına görə, toplantıda çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, İctimai Komitə fəaliyyət göstərdiyi 2 il ərzində cəzaçəkmə müəssisələrində monitorinqlər keçirib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə yaradılan komitənin köməkliyi ilə penitensiar müəssisələrdəki vəziyyətə dair hesabatlar hazırlanıb. Komitənin koordinatoru Sahib Məmmədov qeyd edib ki, qurum öz fəaliyyəti ilə pentensiar xidmətdə aparılan islahatlara yardımçı olmaq istəyir: "Bu qurum hökumətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin nümunəsidir. Dünyanın bir çox ölkələrində belə komitələr yoxdur. Qurumun fəaliyyəti müsbət nəticə verdiyindən komitənin institutlaşdırılması üçün müəyyən işlər görülür. Biz jurnalistlərin də cəzaçəkmə müəssisələrinə getməsi üçün Ədliyyə Nazirliyi qarşısında təkliflə çıxış edəcəyik". İctimai Komitənin üzvü Elçin Behbudov isə bildirib ki, məhbusların cəzaçəkmə müəssisələrində yaşam tərzinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün zəruri addımların atılmasına hələ də ehtiyac var. Qurumun üzvü Səidə Qocamanlı cəzaçəkmə müəssisələrinin kompyuterləşdirilməsinin vacibliyini söyləyib və qeyd edib ki, artıq belə bir addım 6 saylı Cəzaçəkmə Müəssisəsində atılıb. Yığıncaq komitə üzvlərinin və hüquq müdafiəçilərinin fikir mübadiləsi ilə davam etdirilib. -
09-11-2008, 06:40 PMAPASergey Lavrov: "ABŞ-ın raket hücumundan müdafiəyə dair daha iki mövqe rayonu yaratmaq planlarından xəbərdarıq"
[b]Sergey Lavrov: "ABŞ-ın raket hücumundan müdafiəyə dair daha iki mövqe rayonu yaratmaq planlarından xəbərdarıq"[b]
Moskva-APA. Polşada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın raket hücumundan müdafiəyə dair dördüncü və beşinci mövqe rayonları yaratmaq planlarından xəbərdar olduqlarını açıqlayıb.
[APA-nın məlumatına görə, artıq fəaliyyətdə olan iki mövqe rayonu Alyaska və Kaliforniyada yerləşir, üçüncü belə nöqtə isə Polşa və Çexiya ərazisində yaradılmaqdadır. Sergey Lavrov yaxın illər ərzində bu komplekslərin yeganə hədəfinin yalnız Rusiyanın strateji arsenalı olacağını bildirib. Qeyd edək ki, ABŞ Senatı dünən adı açıqlanmayan ərazidə əlavə radar tikilməsinə 89 milyon dollar ayrılmasına dair qərar qəbul edib. Rusiya tərəfi bu radarın İsraildə tikiləcəyini iddia edir. Ruslar ABŞ-ın Yaponiyada da daha bir radar kompleksi yerləşdirməyi düşündüyünü bildirirlər. Moskvadakı mənbə "RİA Novosti"yə deyib ki, ABŞ beş mövqe rayonu yaradacağı təqdirdə Rusiya, Şimali Koreya və Çinin strateji raket bazalarını tam şəkildə öz radiolokasiya müşahidəsi altına almış olacaq. -
09-11-2008, 07:00 PMAPAMühacirlər üçün ən cəlbedici ölkə ABŞ sayılır
[b]Mühacirlər üçün ən cəlbedici ölkə ABŞ sayılır[b]
[Vaşinqton-APA. 2006-cı ildə ABŞ mühacirlər üçün ən cəlbedici ölkə olub. APA-nın məlumatına görə, 2006-cı ildə ABŞ-a 1,3 milyon mühacir köçüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatına əsasən, mühacirlərin axın etdiyi ölkələr siyahısında sonrakı yerləri Böyük Britaniya (340 min), Almaniya (216 min), İtaliya (204 min), Avstraliya (192 min), Fransa (169 min), Yaponiya (96 min) və Hollandiya (59 min) tutur. Qeyd edək ki, bu statistika bir ölkədən başqa ölkənin ərazisinə leqal köçənlərin sayına nəzərən aparılır. -
09-11-2008, 07:10 PMAPABerti Foqts Azərbaycandan getdi
[b]Berti Foqts Azərbaycandan getdi[b]
Elxan Məmmədov: "Lixtenşteynlə oyun bizə dərs oldu"
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AFFA rəhbərliyinə hesabat verəcək. Bunu "APA-SPORT"a assosiasiyanın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, bu gün vətəninə yollanan almaniyalı çalışdırıcı Bakıya döndükdən sonra AFFA-ya yığmadakı problemlər və gələcək oyunlarla bağlı hesabat təqdim edəcək: "Ümumiyyətlə, Foqts ayda bir dəfə rəhbərliyə hesabat verir. Təbii ki, baş məşqçi dünya çempionatının seçmə qrup mərhələsində Uels və Lixtenşteynə qarşı keçirilmiş matçlarla əlaqədar hesabat hazırlayacaq. Onunla Bakıya qayıtdıqdan sonra, yəni sentyabrın 23-ü və ya 24-də görüşəcəyik, milli komanda barədə fikir mübadiləsi aparacağıq". Məmmədov sentyabrın 10-da paytaxtımızda Lixtenşteynlə baş tutmuş oyundan da danışıb. Baş katib bildirib ki, qolsuz heç-heçə ilə nəticələnən qarşılaşma ibrət xarakteri daşıyıb: "Son oyunlarda futbolçularımız yaxşı təsir bağışlayırdılar. Uelslə görüşdə qapımıza penalti təyin olundu, ardından oyunçumuz qırmızı vərəqə aldı. Yalnız say azlığında qaldıqdan sonra uelslilər fərqlənən bildilər. Bütün bunlar futbol ictimaiyyətinin, azarkeşlərin milli komandamıza inamını artırmışdı. Təəssüf ki, Lixtenşteynə qalib gələ bilmədik. Düzdür, rəqibə uduzmadıq da, aktivimizə bir xal yazdırdıq. Ancaq istənilən halda, Lixtenşteynlə oyun bizə dərs oldu. İndi futbol ictimaiyyətinin üzvləri yaxşı anlayırlar ki, nəticə qazanmaq üçün, 1 gün, 1 ay, yaxud 3 ay da azdır. Yığmamıza vaxt lazımdır". Baş katib azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb: "Lixtenşteynlə matçda stadiona gələn bütün azarkeşlərə "çox sağ olun" deyirəm. Fanatlar əvvəldən axıradək milli komandamızı dəstəklədilər. Məhz onların sayəsində möhtəşəm gecə yaşadıq". -
09-11-2008, 07:20 PMAPABaş nazir 5 saatdan çox dindirilib
[b]Baş nazir 5 saatdan çox dindirilib[b]
[Kiyev - APA. Bu gün Ukrayna Baş Prokurorluğunun xüsusi əhəmiyyətli işlər üzrə Baş İdarəsinin müstəntiqləri prezident Viktor Yuşşenkonun 2004-cü ildə zəhərlənməsi faktı ilə bağlı cinayət işi üzrə baş nazir Yuliya Timoşenkonu dindiriblər. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, dindirmə 5 saatdan çox çəkib. Hökumət başçısı sentyabrın 16-da yenidən ifadə verməyə çağırılıb. Y. Timoşenko Baş Prokurorluğun binası qarşısında jurnalistlərə verdiyi açıqlamada V. Yuşşenkonun zəhərlənməsi ilə bağlı cinayət işinin araşdırılmasına xaricdəki ən yaxşı laboratoriyaların cəlb olunmasını məqsədəuyğun saydığını deyib. O, hər şeyin aydın olduğunu, amma qanunsevər insan kimi prokurorluğun çağırışına əməl etdiyini söyləyib: "Prezidentin özünə rəqib saydığı bir insanı eyni vaxtda milli xəyanətdə, Kremlə casusluqda ittiham edirlərsə, üstəlik, Viktor Andreyeviç Yuşşenko məni zəhərlənməsi ilə bağlı ifadə verməyə çağırırsa, hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur". Baş prokurorluq isə V. Yuşşenkonun dioksinlə zəhərlənməsi faktının istintaq, xaricdəki müxtəlif laboratoriyalar və beynəlxalq mütəxəssislərin iştirakı ilə aparılan ekspertizalar nəticəsində sübuta yetirildiyini açıqlayıb: "Biz dövlətdə məsul vəzifələr tutan siyasətçilərə və insanlara bu cür bəyanatlardan çəkinməyi israrla tövsiyə edirik". -
09-11-2008, 07:40 PMAPAAbbas Lisaninin həyat yoldaşı və övladları azadlığa buraxılıb
[b]Abbas Lisaninin həyat yoldaşı və övladları azadlığa buraxılıb[b]
[Bakı. Ramil Məmmədli-APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə, oğlanları Atilla Lisani və Oqtay Lisani bu gün səhərə yaxın sərbəst buraxılıblar. APA-nın məlumatına görə, dünən saxlanılan 17 nəfərin taleyi barədə isə hələ məlumat yoxdur. Qeyd edək ki, sentyabrın 10-da axşam saatlarında Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylının) evində iftar mərasimi zamanı bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları olan 18 nəfər, o cümlədən "Yaşmaq" jurnalının baş redaktoru, şair Səid Muğanlı, Mehdi Nəimi, Abbas Nəimi, Əkrəm Nəccari, Rubab Əzimi, Fərhad Rizayi Qoşaçaylı, Məhəmməd Abbaspur, Yusif Huşyar, Əlirza Sərrafi, Həsən Rəşidi, Həsən Rəhimi, Əkbər Azad, Hüseyn Heydəri, Şahbaz İbrahimnejad, Şahnaz İbrahimzadə və Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə, oğlanları Atilla Lisani və Oqtay Lisani saxlanılıb. -
09-11-2008, 07:50 PMAPAABŞ Dövlət Departamenti Demokratiya Televiziya Müsabiqəsi elan edəcək
[b]ABŞ Dövlət Departamenti Demokratiya Televiziya Müsabiqəsi elan edəcək[b]
[Bakı-APA. ABŞ Dövlət Departamenti gələn həftə demokratiya üzrə qlobal dialoqun gücləndirilməsi məqsədi daşıyan beynəlxalq müsabiqənin başlanmasını elan edəcək. ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin başlanması BMT-nin 15 sentyabr birinci Beynəlxalq Demokratiya Günündə baş tutacaq. Məlumata görə, Azərbaycan da daxil olmaqla dünyanın hər yerindən klip çəkənlər bu beynəlxalq müsabiqədə iştirak etməyə dəvət olunacaqlar. Qeyd olunub ki, Demokratiya Televiziya Müsabiqəsi perspektivli klip çəkənləri, demokratiya müdafiəçilərini və ümumi ictimaiyyəti "Demokratiya budur...." ifadəsini tamamlayan video kliplər çəkməyə dəvət edəcək. Qaliblər ictimaiyyətin internet səsverməsi ilə seçiləcəklər. Altı regional qalib öz kliplərinin Nyu-York, Hollivud və Vaşinqtonda göstərilməsi, kino rejissorları, dövlət xadimləri və qeyri-hökumət təşkilatlarından olan demokratiya müdafiəçiləri ilə görüşlər və kino və televiziya çəkilişlərində vaxt keçirmək daxil olmaqla, ABŞ-a çox bahalı səfər etmək haqqına sahib olacaqlar. -
09-11-2008, 08:00 PMAPA"Forbes" jurnalı ABŞ-ın ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib
[b]"Forbes" jurnalı ABŞ-ın ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib[b]
[Vaşinqton - APA. ABŞ-ın "Forbes" jurnalı ölkənin ən çox pul qazanan qadınlarının siyahısını tərtib edib. APA-nın məlumatına görə, siyahıda birinci yeri uzun illər eBay internet hərracının icraçı direktoru və prezidenti olmuş Marqaret Uitmen tutur. İl ərzində o, 120 milyon dollar qazanıb. Bu böyük məbləğ onunla izah edilir ki, M. Uitmen tutduğu bir çox postları tərk edib və şirkətin xüsusi müşaviri olub. Vəzifələrdən imtina etməsinin müqabilində ona iri məbləğlərdə təzminatlar ödəndiyi güman edilir. Siyahıda ikinci sırada 46 milyon dollar gəlirlə "Autodesk" şirkətindən Kerol Barts, üçüncü yerdə isə 30 milyon dollar gəlirlə "BlackRock"dan Barbara Novikdir. -
09-12-2008, 10:10 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 11-də saat 15.50-dən 16.00-dək, 18.00-dan 19.35-dək və saat 22.25-dən 23.40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı və İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 16.50-dən 17.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.00-dan 18.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.45-dək isə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
09-12-2008, 10:30 AMAPAAzərbaycanla Özbəkistan arasında 6 sənəd imzalanıb
[b]Azərbaycanla Özbəkistan arasında 6 sənəd imzalanıb[b]
Bakı - APA. Sentyabrın 11-də Azərbaycan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı ilə prezident İlham Əliyev və prezident İslam Kərimovun geniş tərkibdə görüşü keçirilib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın dövlət başçısı iki ölkə arasında qədim tarixi olan qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib: "Biz ümumi fikirdəyik ki, inteqrasiya prosesləri, kooperasiya, birgə layihələr ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Özbəkistan bizə qardaş, dost ölkədir, biz beynəlxalq təşkilatlarda sizin dəstəyinizi çox yüksək qiymətləndiririk. Biz də öz tərəfimizdən, əvvəllər olduğu kimi, gələcəkdə də həmişə sizin yanınızda olacağıq".Öz növbəsində, Azərbaycanı qardaş ölkə adlandıran Özbəkistan prezidenti iki ölkənin həm tarixi, həm də mədəni baxımdan yaxın olduğunu qeyd edib: "Dünyada bir-birinə məhz öz kökləri ilə bağlı olan iki dövlət, iki xalq tapmaq çətindir. Biz öz ana dilimizdə danışa bilərik və həmişə bir-birimizi başa düşəcəyik". Geniş tərkibdə görüş başa çatandan sonra prezidentlərin iştirakı ilə ikitərəfli sənədlərin imzalanma mərasimi olub. Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə Özbəkistanın Dövlət Təbiəti Mühafizə Komitəsi arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov, Özbəkistan tərəfdən baş nazirin müavini Nodirxon Xanov imzalayıblar.Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Özbəkistanın Rabitə və İnformasiyalaşdırma Agentliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Özbəkistan tərəfdən baş nazirin müavini Nodirxon Xanov imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş daşımaların inkişafına dair tədbirlər haqqında sazişi Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, Özbəkistan tərəfdən xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Elyor Qəniyev imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Özbəkistan tərəfdən baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzalayıblar.Azərbaycan və Özbəkistan hökumətləri arasında humanitar sahədə əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfdən xarici işlər naziri Vladimir Norov imzalayıblar.Sonuncu saziş isə Azərbaycan və Özbəkistan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri ilə bağlı olub. Sazişi Azərbaycan tərəfdən baş nazirin birinci müavini Yaqub Eyyubov, Özbəkistan tərəfdən isə baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimov imzalayıblar. -
09-12-2008, 10:40 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
09-12-2008, 11:00 AMAPAAzərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər
[b]Azərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər[b]
Bakı - APA. Sentyabrın 11-də Azərbaycan və Özbəkistan arasında bir sıra sənədlərin imzalanmasından sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış ediblər.
[Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidentinin səfərinin bu vaxta qədər də dinamik və səmərəli inkişaf edən münasibətlərin inkişafında çox mühüm mərhələ olduğunu bildirib: "Bizi birləşdirən ənənələrimiz, mədəniyyətimiz və dillərimizin ümumiliyidir. Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərə Özbəkistanın münasibətini çox yüksək qiymətləndiririk. Biz də öz lazım gələrsə, qardaş ölkəni həmişə dəstəkləyəcəyik".Yaxın müttəfiqlər kimi hərəkət etdiklərini vurğulayan Azərbaycan prezidenti Qafqazda, Xəzər regionunda, Mərkəzi Asiyada vəziyyətin qiymətləndirilməsində iki ölkənin yanaşmalarında ortaq cəhətlərin çox olduğunu deyib: "Biz istəyirik ki, regionumuzda sülh yaransın, bütün Qafqazda sabitlik bərqərar olsun, münaqişələr beynəlxalq hüququn normaları və prinsipləri əsasında ədalətlə həll edilsin. Bu halda bizim regionda əməkdaşlıq üçün lap çox imkan olacaq. Biz çox istəyirik ki, gələcəkdə Özbəkistanla birgə layihələrimiz, daha sıx kooperasiyaya, müştərək istehsalatlar yaradılmasına, investorların marağı olarsa, müştərək investisiyalara şərait yaradan layihələr həyata keçirilsin. Başqa sözlə, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün bazar münasibətlərinin bütün mexanizmlərini cəlb etmək istəyirik. Bir daha demək istəyirəm, bunun üçün hər cür şərait var: həm ənənəvi tarixi və mədəni əlaqələr, həm də regional siyasətin və beynəlxalq fəaliyyətin bir çox məsələlərinə ümumi yanaşmalar. Əminəm ki, səfərin davamı çox uğurlu olacaq". Özbəkistan prezidenti İslam Kərimov isə Özbəkistan-Azərbaycan münasibətlərinə xas olan ənənəvi səmimilik və qarşılıqlı etimad şəraitində keçmiş danışıqların yekunlarından tamamilə razı qaldığını bəyan edib: "Biz ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini ətraflı müzakirə etdik, regional qarşılıqlı fəaliyyətin aktual məsələləri və beynəlxalq problemlər barəsində də fikir mübadiləsi apardıq. Müzakirə edilən məsələlərin əksəriyyəti barədə mövqelərimizin üst-üstə düşməsini və ya oxşar olmasını qeyd etdik. Hesab edirik ki, bu gün dövlətlərarası və hökumətlərarası səviyyədə imzalanmış yeddi sənəd, habelə Azərbaycan tərəfi ilə bağlanmış müqavilələr münasibətlərimizin inkişafına böyük təkan verəcək, qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaq".İ. Kərimov Özbəkistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: "Həm də biz hesab edirik ki, bu münaqişənin həllinin əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Mənim fikrimcə, Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan tərəfindən təklif edilən modeli optimal və hər cəhətdən məqbuldur. Əlbəttə, mən öz fikrimi deyirəm, lakin əminəm ki, ötən on yeddi ildə baş vermiş hadisələri obyektiv qiymətləndirən insanların hamısı bu fikirlə razılaşar. Qarabağ problemi 1988-ci ildə başlanıb və bu münaqişə ilə əlaqədar prosesləri müşahidə edənlərin, sadəcə müşahidə etməklə kifayətlənməyib, onları diqqətlə izləyənlərin hamısı, zənnimcə, Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir". İ. Kərimov sonda bəyan edib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkənin dostluq və əməkdaşlığının daha da möhkəmlənməsində mühüm mərhələ olacaq.Qeyd edək ki, sentyabrın 11-də "Gülüstan" sarayında Azərbaycan prezidenti İlham Əliyevin adından Özbəkistan prezidenti İslam Kərimovun şərəfinə rəsmi qəbul təşkil edilib. Dövlət başçıları qəbulda nitq söyləyiblər. -
09-12-2008, 11:10 AMAPAMetyu Brayza gələn həftə Azərbaycana gələcək
[b]Metyu Brayza gələn həftə Azərbaycana gələcək[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanın Cənubi Qafqaz bölgəsinə səfəri başlayır.
[Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson məlumat verib. M. Brayza Ermənistan və Gürcüstana səfər etdikdən sonra gələn həftənin ortalarında Azərbaycana gələcək. T. Devidson bildirib ki, səfərdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirmək və bölgədə yaranmış vəziyyətin müzakirəsidir. -
09-12-2008, 11:20 AMAPAYol qəzasında yaralanan Salyan sakini komaya düşüb
[b]Yol qəzasında yaralanan Salyan sakini komaya düşüb[b]
[Salyan. Əlibəy Zeynalov-APA. Bu gün Salyan şəhəri Hüseynzadə küçəsi 60 ünvanında yaşayan İsmayılov Vüsal Kəlbiağa oğlu Salyan rayon sakini Səmədzadə Namiq Səxavət oğlunun idarə etdiyi VAZ 2107 markalı 10-BE-052 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, V. İsmayılov kəllə-beyin travması ilə ağır vəziyyətdə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, V. İsmayılov koma vəziyyətindədir. Salyan Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. -
09-12-2008, 11:30 AMAPAABŞ-dakı "Chenier and The Red Hot Louisiana Band" musiqi qrupu Azərbaycana gələcək
[b]ABŞ-dakı "Chenier and The Red Hot Louisiana Band" musiqi qrupu Azərbaycana gələcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Sentyabrın 17-də ABŞ-da fəaliyyət göstərən "Chenier and The Red Hot Louisiana Band" musiqi qrupu Azərbaycana gələcək. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, qrup sentyabrın 17-də Bakı Caz Mərkəzində, 18-də isə Sumqayıtda yerləşən Kimyaçıların Mədəniyyət Evində konsert verəcək. Konsertlər pulsuz olacaq. -
09-12-2008, 11:40 AMAPAAzərbaycan yığması Pekin Paralimpiadasında 6-cı medalı qazanıb
[b]Azərbaycan yığması Pekin Paralimpiadasında 6-cı medalı qazanıb[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan yığması bu gün XIII Pekin Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. "APA-SPORT"un məlumatına görə, komandamızın aktivinə növbəti mükafatı atlet Zeyniddin Bilalov yazdırıb.Üçtəkanla tullanma yarışında mübarizə aparan 43 yaşlı idmançı gümüş medala layiq görülüb. Bununla da, paralimpiyaçılarımızın qazandığı medalların sayı 6-ya çatıb. Öncə cüdoçular İlham Zəkiyev 1-ci, Tofiq Məmmədovla Kərim Sərdarov 2-ci, Ramin İbrahimov 3-cü, eləcə də üçtəkanla tullanma turnirinə qatılmış Vladimir Zayets 3-cü yeri tutub.Hazırda Azərbaycan yığması 1 qızıl, 3 gümüş, 2 bürünc mükafatla medal qazanan ölkələrin siyahısında 32-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Pekin Paralimpiadasında 18 idmançımız qüvvəsini sınayır. -
09-12-2008, 11:50 AMAPAHövsanda ölümlə nəticələnən yol qəzası baş verib
[b]Hövsanda ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı. Hafiz Heydərov - APA. Hövsan qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün saat 20.30 radələrində QAZ-31 markalı avtomobil "Mercedes"lə toqquşub. Qəza nəticəsində QAZ-31-in sürücüsü Nizami Əli oğlu Abbasov hadisə yerindəcə keçinib, "Mercedes"in sürücüsü isə yüngül bədən xəsarəti alıb. Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır. -
09-12-2008, 12:00 PMAPAAvropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aqrar bankının yaradılmasında iştirak etməyə hazırdır
[b]Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aqrar bankının yaradılmasında iştirak etməyə hazırdır[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda aqrar sahəni maliyyələşdirəcək bankın yaradılması məqsədilə beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müzakirələr aparılır. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.E.Rüstəmovun sözlərinə görə, bununla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə də danışıqlar aparılır: «Burada söhbət yeni dövlət bankının yaradılmasından deyil, xüsusi mülkiyyət və xarici investisiyanın iştirakı ilə bankın yaradılmasından gedir. Xüsusilə də AYİB və Avropanın aqrar sektorunda fəaliyyət göstərən aparıcı banklarından birinin idarəetməyə daxil edilməsi nəzərdə tutulur. Sonra həmin qurumların da bankın mülkiyyətinə qatılmasına baxılacaq». E.Rüstəmov əlavə edib ki, artıq AYİB-in bu layihədə iştirakı ilə bağlı qərarı var və yaxın günlərdə həmin qərar AMB-yə rəsmən təqdim ediləcək. -
09-12-2008, 12:12 PMAPATürkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar tədbirlər keçiriləcək
[b]Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar tədbirlər keçiriləcək[b]
[Bakı-APA. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar 12-19 sentyabr tarixlərində bir sıra tədbirlər keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən APA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə Türk Universiteleri Məzunları Dərnəyi bu gün Göyçay rayonunda bir sıra tədbirlər təşkil edəcək. Göyçaydaki şəhid məzarları, Heydər Əliyevin büstü, Türk Əsgəri, Soyqırım abidələri ziyarət ediləcək, daha sonra konfrans baş tutacaq. Sabah isə Bakıda Atatürk Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasında konfrans keçiriləcək. Sentyabrın 15-də Bakının işğaldan azad olunması münasibəti ilə Bakıdakı Türk Şəhidliyi ziyarət olunacaq. Türkiyə səfirliyinin Mədəniyyət Mərkəzində TRT kanalı tərəfindən hazırlanan "Qafqazlardan əsən yelər, Vəfa - 1918 Qafqaz İslam Ordusunun Bakını qurtarması" sənədli filmi də həmin gün nümayiş etdiriləcək. Həmin gün daha sonra tarixçi Nəsiman Yaqublunun hazırladığı "Bakının qurtuluş tarixi" kitabının Türkiyə Səfirliyində təqdimatı keçiriləcək. Sentyabrın 19-da isə Qafqaz Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Tarixi Muzeyində "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda sərginin açılışı olacaq. -
09-12-2008, 12:20 PMAPARusiyanın yeni hərbi attaşesi Azərbaycanın müdafiə nazirinə təqdim olunub
[b]Rusiyanın yeni hərbi attaşesi Azərbaycanın müdafiə nazirinə təqdim olunub[b]
[Bakı - APA. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov təyin olunmuş yeni hərbi attaşe, 1-ci dərəcəli kapitan Aleksandr Moiseyevi müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə təqdim edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə müdafiə naziri ilə səfir arasında son zamanlar regionda yaranmış gərgin vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib. -
09-12-2008, 12:30 PMAPAAzərbaycan Milli Bankı: Dolların bahalaşması inflyasiyanı məhdudlaşdırdığına görə, Azərbaycan üçün əlverişlidir
[b]Azərbaycan Milli Bankı: Dolların bahalaşması inflyasiyanı məhdudlaşdırdığına görə, Azərbaycan üçün əlverişlidir[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycan Milli Bankı (AMB) 2008-ci ilin sonunadək təxminən 2 mlrd. ABŞ dolları həcmində manat intervensiyasını keçirməyi planlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. E.Rüstəmovun sözlərinə görə, ilin əvvəlindən manatla pul kütləsinin artımı gözlənilən proqnozlardan aşağı olub. Qeyd edək ki, 2008-ci ilin ilk yarısında M2 pul aqreqatı 20,4%, 7 ayı ərzində isə 27% artıb. E.Rüstəmov vurğulayıb ki, bazardan çıxarılacaq artıq valyuta kütləsinin dəqiq həcmi dövlət büdcəsinin xərclərindən asılı olacaq: «Hələ ki, dövlət büdcəsindən xərcləmə prosesi zəif gedir, biz daha yüksək templər gözləyirdik».Qeyd edək ki, AMB tərəfindən manat intervensiyası dolların məzənnəsinin yüksəlməsinə gətirib çıxara bilər. E.Rüstəmovun sözlərinə görə, hazırda daxili bazarda müşahidə olunan dolların manata qarşı bahalaşması makroiqtisadi baxımından Azərbaycan üçün əlverişlidir, çünki bu tendensiya inflyasiyanın məhdudlaşdırılmasında müsbət rol oynayır. -
09-12-2008, 12:40 PMAPAGüclü külək cənub bölgəsinin bir sıra yaşayış məntəqələrini işıqsız qoyub
[b]Güclü külək cənub bölgəsinin bir sıra yaşayış məntəqələrini işıqsız qoyub[b]
[Lənkəran. Ağəddin Babayev - APA. Ötən gecə saat 19.20-dən başlayaraq Azərbaycanın cənub rayonlarında saniyədə 30 metrdən çox sürətə malik güclü külək əsib. Yardımlı və Lerik ərazisindən başlayan külək sonradan şiddətli yağışla müşayiət olunmaqla bölgənin əsasən elektrik təsərrüfatını iflic vəziyyətinə salıb. "Lənkəran Regional Enerji" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Şirin Quliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, Yardımlı və Lerik rayonlarında 10 və 35 kilovoltluq hava xətlərində açılmalar baş verib və nəticədə hər iki rayon enerjisiz qalıb. Bir saatdan sonra 35 kv-luq hava xəttini bərpa etmək mümkün olub və həmin rayonların mərkəzlərinə elektrik enerjisinin verilməsi təmin edilib. İstiqamətini Masallı və Lənkərana götürən güclü külək bu rayonların da elektrik təsərrüfatına ciddi ziyan vurub. İri gövdəli çinar ağacları kökündən qoparaq 5 ədəd 10-kv-luq hava xəttini sıradan çıxarıb. Yerli icra strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində Lənkəran şəhərində və ona yaxın ərazilərdə elektrik xətləri bərpa edilib. Hazırda qəza briqadası Lənkərandakı 35 kv-luq hava xəttinin bərpası istiqamətində iş aparır. "Lənkəran Regional Enerji" MMC-dən günün sonuna kimi Lənkəran rayonunda enerjinin tam bərpa olunacağı, digər rayonlarda isə bu işin sabah səhərə kimi başa çatdırılacağı bildirilib. Hazırda rayonun elektrik təsərrüfatına dəyən ziyan müəyyənləşdirilir. -
09-12-2008, 12:50 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
09-12-2008, 01:10 PMAPAAzərbaycan yığmasının baş məşqçisi dünyasını dəyişdi
[b]Azərbaycan yığmasının baş məşqçisi dünyasını dəyişdi[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Azərbaycanın idman gimnastikası üzrə yığma komandasının baş məşqçisi Dmitri Filonov vəfat edib. "APA-SPORT"un Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis son dövrələr ağır xəstəlikdən əziyyət çəkirmiş. Amma aldığı müalicə bir nəticə vermədiyindən Filonov dünyasını dəyişib. Azərbaycanda idman gimnastikasının inkişafında xidmətləri olan mərhum bu il 82 yaşını qeyd edəcəkdi. -
09-12-2008, 01:20 PMAPAAzərbaycanın cənub rayonlarında ekoloji vəziyyətlə əlaqədar 252 akt tərtib edilib
[b]Azərbaycanın cənub rayonlarında ekoloji vəziyyətlə əlaqədar 252 akt tərtib edilib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı şöbəsi bu ilin ötən müddəti ərzində Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlıda keçirdikləri yoxlamalar nəticəsində 252 akt və 41 inzibati protokol tərtib edib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə bildirilib ki, təbiətə vurulmuş ziyana görə 225 iş üzrə 28 418 manat məbləğində iddia qaldırılıb. Onun 9 199 manatının ödənilməsi təmin edilib.Meşə ehtiyatlarının mühafizəsi və qorunması sahəsində qanun pozuntusu faktları ilə əlaqədar 138 akt və 8 inzibati protokol tərtib edilib. Təbiətə vurulmuş ziyana görə 135 iş üzrə 23 938 manat məbləğində iddia qaldırılıb. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 8 iş üzrə 5 720 manat məbləğində cərimə tətbiq olunub, 2 iş hüquq-mühafizə orqanlarına göndərilib.Heyvanlar aləminin mühafizəsi və qorunması tələblərinin pozulması ilə əlaqədar 6 akt və protokol tərtib edilib, təbiətə dəymiş ziyana görə 88 manat məbləğində iddia hesablanıb.Yerin təkinin və torpaq ehtiyatlarının mühafizəsi sahəsində yerin təkindən qanunsuz istifadəyə görə hüquqi və fiziki şəxslər barəsində 88 akt və 10 protokol tərtib edilib. Təbiətə vurulmuş ziyana görə 88 iş üzrə 4 347 manat məbləğində iddia qaldırılıb. Qanun pozuntularına görə təqsirkar şəxslər 7 iş üzrə 4 440 manat məbləğində cərimələnib.Atmosfer havasının və su ehtiyatlarının tələblərinə riayət olunması vəziyyətinin yoxlanması ilə əlaqədar 4 akt, 2 protokol hazırlanıb, 1 iş üzrə inzibati qaydada 3 300 manat məbləğində cərimə tətbiq edilib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair 1 məcburi göstəriş verilib. «İstehsalat və məişət tullantıları haqqında» qanunun tələblərinin pozulması ilə əlaqədar 16 akt və 15 protokol tərtib olunub. Törədilmiş inzibati xətalarla əlaqədar təqsirkar şəxslər barəsində 22 080 manat məbləğində cərimə tətbiq edilib. -
09-12-2008, 01:30 PMAPAAzərbaycanda ikinci sinif dərsliklərinin hazırlanması ilə bağlı keçirilən tenderin vaxtı uzadılıb
[b]Azərbaycanda ikinci sinif dərsliklərinin hazırlanması ilə bağlı keçirilən tenderin vaxtı uzadılıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Təhsil Nazirliyi 2009-2010-cu tədris ili üzrə ümumtəhsil məktəblərinin II sinifləri üçün dərslik komplektlərinin (dərslik, müəllim üçün vəsait və iş dəftəri) yeni kurrikulumun tələblərinə uyğun hazırlanmasını və çapını təşkil etmək məqsədilə keçirdiyi tenderin vaxtını uzadıb. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər bu ilin sentyabr ayının 16-dək müraciət edə bilərlər. Tenderdə dərsliklərin, müəllim üçün vəsaitlərin və iş dəftərlərinin hazırlanması, nəşri və çapı sahəsində təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi olan nəşriyyat-poliqrafiya müəssisələri (müəllif və ya müəlliflər qrupu ilə birlikdə) iştirak edə bilərlər.İlkin olaraq dərsliklərin, müəllim üçün vəsaitlərin və iş dəftərlərinin model və maketləri olan zərflər Tender Komissiyasının iclasında açılacaq, daha sonra dəyərləndirilmək üçün Dərslikləri Qiymətləndirmə Şurasına veriləcək. Qiymətləndirilmədən sonra dərslik komplektləri DQŞ-nin qiymətləndirmə sənədləri ilə birlikdə Tender Komissiyasına qaytarılacaq. İddiaçıların hər bir lot üzrə dərslik komplektlərinin model və maketləri olan təklifləri 2009-cu ilin mayın 6-dək Tender Komissiyasına təqdim olunmalıdır. Dərslik komplektləri olan zərflərin açılışı mərasimi isə mayın 7-də Təhsil Nazirliyində keçiriləcək. -
09-12-2008, 01:40 PMAPA13 yaşlı Suraxanı sakini yelləncəkdən yıxılaraq ölüb
[b]13 yaşlı Suraxanı sakini yelləncəkdən yıxılaraq ölüb[b]
[Bakı-APA. Suraxanı rayonu Əmircan qəsəbə sakini 13 yaşlı Əlzamin Əliyev yelləncəkdən yıxılaraq ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə sentyabrın 11-də saat 14.00 radələrində baş verib. Ə. Əliyev evlərinin qarşısındakı yelləncəkdən yıxılıb. -
09-12-2008, 01:50 PMAPAAzərbaycanın Sabirabad rayonunun ən yaşlı seçicisinin 111 yaşı var - FOTOSESSİYA
[b]Azərbaycanın Sabirabad rayonunun ən yaşlı seçicisinin 111 yaşı var - FOTOSESSİYA[b]
Sabirabad. Əlibəy Zeynalov - APA. Sabirabadın ən yaşlı seçicisinin 111 yaşı var.Bu barədə APA-nın Mil-Muğan bürosuna 64 saylı Sabirabad II Seçki Dairəsinin üzvü Kazım Kazımlı məlumat verib. Onun bildirdiyinə görə, Sabirabad rayonunun Qaratoğay kəndində yaşayan Həsənova Nubah Cabbar qızı 1897-ci ildə anadan olub və hazırda onun 111 yaşı var. -
09-12-2008, 02:10 PMAPAAzərbaycanın ədliyyə naziri: "Məhkəmələrə müraciət edənlərin sayı artıb"
[b]Azərbaycanın ədliyyə naziri: "Məhkəmələrə müraciət edənlərin sayı artıb"[b]
[Bakı. Ramil Məmmədli - APA. "İki il ərzində 50 hakim haqqında intizam icraatı həyata keçirilib, korrupsiya hüquq pozmalarına şərait yaradan 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 hakimin isə vəzifəsi aşağı salınıb". APA-nın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün keçirilən "Doing Biznes - 2009" Azərbaycan üzrə nəticələrinin təqdimatında deyib. O bildirib ki, artıq Azərbaycanda hakimlərin müddətsiz təyinatı qaydası tətbiq olunmağa başlanılıb: "Azərbaycan Avropada hakimlərin sayına görə sonuncu yerdə idi. Hər 100 min nəfərə cəmi 4 hakim düşürdü. Bu da işin keyfiyyətsiz baxılmasına, əlavə yüklənməyə və süründürməçiliyə səbəb olurdu. İndi isə hakimlərin sayı 50 faiz artırılıb. Eyni zamanda yeni tətbiq olunan seçim qaydasına əsasən hakim olmaq istəyən 1700 nəfərdən cəmi 150 nəfər imtahanlardan keçə bilib. Beləliklə, 1 il ərzində 157 hakim yeni təyinat alıb". Ədliyyə naziri məhkəmələrin sayının artırılması ilə bağlı aparılan islahatlardan da danışıb: "İnsanların məhkəmələrə müraciətinin asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr yaradılıb. Ölkənin 6 regionunda apelyasiya məhkəmələri fəaliyyət göstərir və hər birində də iqtisad kollegiyası mövcuddur. Məhkəmələrin fəaliyyətində aşkarlığın olması üçün yuxarı məhkəmələrin qərarları dərc olunur və ictimaiyyətə çatdırılır. İqtisad məhkəmələrində proseslərin audio yazılışı aparılır. Bu da obyektivlik üçün əhəmiyyətlidir". Məhkəmələrə müraciətlərin artdığını da deyən F. Məmmədov apelyasiya məhkəmələrində ləğv olunan qərarlarının sayının 1,5 dəfə azaldığını da deyib: "Bu məhkəmələrə inamın artması ilə bağlıdır. Ötən ilin birinci yarım ili ilə müqayisə etsək, məhkəmələrə müraciətlərin sayı 15 faiz artıb. Apelyasiya şikayətlərinin sayı 80 faiz azalıb. Təmin olunan iddiaların sayı 90 faizə çatıb. Bu da islahatların nümunəsidir. Bəzi məhkəmələrdə hakimlərin sayı isə 2 dəfə artırılıb". Nazir ölkədə vəkillərin sayının artırılması istiqamətində də işlər görüldüyünü deyib: "Azərbaycanda 370 vəkil fəaliyyət göstərirdi. İslahatlar nəticəsində bu rəqəm 2 dəfə artıb". -
09-12-2008, 02:30 PMAPA"Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər" mövzusunda dəyirmi masa keçirilib
[b]"Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Elnur Məmmədli - APA. "Seçki-2008" QHT Koalisiyası "Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər" mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə prezidentliyə namizədlər, siyasi partiya və QHT rəhbərləri, seçki ekspertləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bildirib ki, seçkilərə bir ay müddət qalmasına baxmayaraq, proses kifayət qədər soyuq və sönükdür. O, indiyə qədər Azərbaycanda belə passiv seçkinin olmadığını bildirib. Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə seçki ab-havasının yalnız mətbuatda hiss olunduğunu bildirib. Siyasi ekspert Rauf Mrirqədirov seçkilərdə siyasi partiyaların yox, yalnız şəxslərin olduğunu qeyd edib. Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu seçkilərin sönük keçməsinin cəmiyyətin xarakteri ilə izah edib. Onun sözlərinə görə, cəmiyyət aktiv deyilsə, partiyaların aktivlik yaratmaq cəhdləri süni görünəcək. O, Nostradamus kimi əvvəlcədən seçkilərin nəticələrini elan etməklə cəmiyyətinin heç nə qazanmayacağını qeyd edib. Qulamhüseyn Əlibəyli isə tədbirdə yalnız nəzəriyyədən danışılmasına etiraz edib, iştirakçıları real proseslərdən söz açmağa çağırıb: "Seçki prosesi ona görə sönükdür ki, bu dəfə kimlərsə döyülmür, kimlərdə həbs edilmir, imza vərəqələri cırılmır. Əvvəlki seçkilərdə qanunlar pozulduğuna görə seçki aktivliyi yaranırdı, indi isə qanunlar pozulmur, aktivlik də yoxdur". Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı da tədbirdə əsas mövzudan kənara çıxıldığını bildirib. Onun fikrincə, problemləri sadalayıb, onlardan çıxış yolları göstərilməlidirlər. M. Qurbanlı ölkədə demokratik seçki keçirmək üçün kifayət qədər münbit şəraitin olduğunu bildirib: "Cəmiyyət inkişaf edir, münasibətlər dəyişir. Biz hamımız müəyyən dövr keçmişik. Bəziləri düşünür ki, biz seçkiləri ötən əsrdə olduğu kimi hay-küylə keçirməliyik". M. Qurbanlı təbliğat kampaniyası dövründə cəmiyyətin fəallaşacağını qeyd edib.