[b]"Neftçi" klubunun sabiq baş məşqçisi ruhi-əsəb xəstəxanasına yerləşdirilib[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Neftçi" klubunun sabiq baş məşqçisi Vlastimil Petrjelanın səhhətində problem yaranıb. "APA-SPORT"un məlumatına görə, iki aydır ruhi-əsəb xəstəxanasında müalicə alan 55 yaşlı çexiyalı mütəxəssisə yalnız keçmiş həyat yoldaşı Suzana Kratoxvilovanın baş çəkməsinə icazə verilir. Yeri gəlmişkən, mətbuatda Petrjelanın özünə qəsd etməsi haqda informasiyalar yer alıb. Ancaq Suzana keçmiş ərinin intihar etmək fikrində olmasını təkzib edib: "Bu, ağ yalandır. Bunu oxuyandan sonra Vlastimilin həyata qayıtmaq üçün gücü artacaq". Petrjelanın futbola qayıtmasının çox istədiyini deyən xanım onun buna nail olacağına yüz faiz əmindir: "Mən demirəm ki, futbol keçmiş ərim üçün çox vacibdir. Sadəcə, o nəyə qadir olduğunu sübut etməyi çox istəyir. Petrjela hər şeyə əvvəldən başlayacaq".
Azərbaycan Xəbərləri
Printable View

10-25-2008, 12:10 PMAPA"Neftçi" klubunun sabiq baş məşqçisi ruhi-əsəb xəstəxanasına yerləşdirilib

10-25-2008, 12:20 PMAPAMilli Məclisin deputatı Fransada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
[b]Milli Məclisin deputatı Fransada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin deputatı Gövhər Baxşəliyeva "Davamlı inkişaf üçün təhsil" mövzusunda BMT-nin təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək üçün Fransanın Bordo şəhərinə səfərə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, beynəlxalq konfransda BMT-nin "Davamlı inkişaf üçün təhsil" proqramı çərçivəsində Avropa Birliyinə üzv dövlətlərin əldə etdikləri nailiyyətlərə və bu sahədə kütləvi informasiya vasitələrinin roluna nəzər salınacaq, proqramın regional koordinasiyasına və həyata keçirilməsinə dair fikir mübadiləsi aparılacaq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən fransızdilli ölkələrdə "Davamlı inkişaf üçün təhsil" proqramının icrası ətrafında müzakirələr aparılacaq. Səfər noyabrın 1-də başa çatacaq. -
10-25-2008, 12:30 PMAPABu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min dollar müsbət saldo yaranıb
[b]Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min dollar müsbət saldo yaranıb[b]
[Bakı. Rəşad Süleymanov -APA. Bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində 33 740 166,8 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Azərbaycandan 38 970 836,8 min dollar dəyərində mal ixrac, 5 230 670 min dollar dəyərində mal isə idxal edilib. Ölkəyə həmçinin 26 158,4 min dollar dəyərində 3 764,8 ton əmtəə dövlət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız yardım daxil olub. Ötən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyatlarının həcmi 8,2 dəfə, idxal isə 33,79% artıb.Müvəqqəti ixrac rejimində Azərbaycandan 276 612,5 min dollar dəyərində mal ixrac edilib, 369 179,1 min dollar dəyərində mal isə idxal olunub.İxracın 92,90%-ni xam neft, 4,11%-ni neft məhsulları, idxalın isə 30,74%-ni maşınlar, elektrik avadanlıqları və onların ehtiyat hissələri, 18,09%-ni nəqliyyat vasitələri və onların hissələri, 11,66%-ni isə ərzaq məhsulları təşkil edib.Azərbaycanın mal ixrac etdiyi ölkələr sırasında birinci üç yeri İtaliya (40,01%), ABŞ (12,53%), İsrail (7,62%), mal idxal etdiyi ölkələr sırasında isə Rusiya (18,33%), Türkiyə (11,27%) və Ukrayna (8,25%) tutub.Bu ilin yanvar-sentyabr aylarında xarici ticarətlə 10 057 hüquqi və fiziki şəxs məşğul olub. İxracda dövlət sektorunun payı 36,15%, özəl sektor 63,59%, fiziki şəxslər 0,25% olub. İdxal əməliyyatlarında isə bu göstərici müvafiq olaraq 23,80%, 71,14% və 5,06% təşkil edib. -
10-25-2008, 12:40 PMAPAAzərbaycanda Rusiya vətəndaşından silah-sursat götürülüb
[b]Azərbaycanda Rusiya vətəndaşından silah-sursat götürülüb[b]
[Bakı-APA. Bu gün Azərbaycanda Rusiya vətəndaşından silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Samur qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı İslam Tahirovun idarə etdiyi "Mazda" markalı avtomaşın nəzarət qaydasında Qusar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. İ. Tahirovdan 1 ədəd "Mauzer" tipli tapança və 5 ədəd rezin güllə götürülüb. -
10-25-2008, 12:50 PMAPAPrezidentliyə namizədlər MSK-ya maliyyə hesabatı təqdim edəcək
[b]Prezidentliyə namizədlər MSK-ya maliyyə hesabatı təqdim edəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində iştirak edən namizədlər seçkilərin nəticələri rəsmi dərc edildikdən sonra 10 gün müddətində Mərkəzi Seçki Komissiyasına (MSK) yekun maliyyə hesabatı təqdim etməlidirlər. MSK-nın hüquq şöbəsinin müdiri İradə Hacıyevanın APA-ya verdiyi məlumata görə, qanunun tələbinə uyğun olaraq seçkilərin nəticələri artıq elan olunub və namizədlər müəyyən olunmuş müddətdə yekun maliyyə hesabatını təqdim etməyə borcludurlar. Hesabatda namizədin seçki fonduna nə qədər vəsaitin daxil olduğu, bu vəsaitin hansı məqsədlərlə xərcləndiyi göstərilməlidir. Seçkilərdə 3 faizdən artıq səs qazanmış namizədlər Seçki Məcəlləsinin 73.3-cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən götürülmüş vəsaitin xərclənməmiş hissəsini səsvermə günündən sonrakı 30 gün müddətində geri qaytarmalıdırlar. Üç faizdən az səs toplamış namizədlər isə Seçki Məcəlləsinin 94.3.3 və 197-ci maddələrinə uyğun olaraq dövlət büdcəsindən alınan vəsaiti seçkilərin nəticələri dərc edildikdən sonra 10 gün müddətinə geri qaytarmalıdırlar. Namizəd öhdəlik götürəcəyi halda həmin vəsaiti 12 ay müddətində hissə-hissə geri qaytara bilər. -
10-25-2008, 01:00 PMAPANotariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib
[b]Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TDQDK) və Ədliyyə Nazirliyi (ƏN) notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib. APA-nın məlumatına görə, notarius olmaq üçün sənəd verən 304 namizəddən imtahanda 253 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərin 37 faizi ölkənin regionlarını təmsil edib. Onların 39 faizi 30 yaşadək, 55 faizi 30-50 yaşadək olan şəxslərdir. İmtahanda və müsahibələrdə iştirak edənlər arasında ədliyyə, məhkəmə, prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışan, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olanlarla yanaşı ilk dəfə əmək fəaliyyətinə məhz notarius kimi fəaliyyətə başlamaq arzusunda olanlar da var. Namizədlərin 16 faizə qədəri xüsusi notarius kimi fəaliyyət göstərmək arzusunda olan, 122 nəfəri isə bundan əvvəl keçirilmiş müsabiqədə müvəffəqiyyət qazana bilməyən şəxslərdir. Test imtahanında namizədlərə 100 sual təqdim olunub. İmtahanda mümkün 90 mümkün baldan 55 və daha artıq bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılacaqlar. Qeyd edək ki, imtahanın nəticələri bu gün TQDK-nın rəsmi internet yerləşdiriləcək. -
10-25-2008, 01:10 PMAPAAzərbaycanın ən iri bankı 2009-cu ildə ipoteka kreditləşməsini bərpa edəcək
[b]Azərbaycanın ən iri bankı 2009-cu ildə ipoteka kreditləşməsini bərpa edəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Gələn ildən etibarən Azərbaycan Beynəlxalq Bankı (ABB) ipoteka kreditləşməsini bərpa edə bilər. «APA-ECONOMICS»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. C.Hacıyevin sözlərinə görə, hazırda ABB-də bu məsələyə dair daxili işlər aparılır və artıq Bankın daxilində ipoteka qrupu yaradılıb ki, ipoteka kreditləşməsinin şərtlərini müəyyən edir: «Bu ilin sonunadək yaradılan qrup ABB tərəfindən veriləcək ipoteka kreditləşməsinin faiz dərəcəsini müəyyənləşdirəcək. Gələn il üçün isə ABB-nin ipoteka kredit portfeli təxminən 10 mln. manat təşkil edəcək».Digər kreditlərə gəldikdə isə, C.Hacıyev qeyd edib ki, hazırda ABB 17-18%-lə, kreditin müddətindən asılı olaraq hətda 16% dərəcəsi ilə də kredit vəsaiti ayırır.Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat təşkil edib. -
10-25-2008, 01:20 PMAPAAzərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib
[b]Azərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib[b]
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda axtarışda olan iş adamı İnterpolun xətti ilə Rusiyada həbs edilib.
[Səbayel Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsinin müstəntiqi Anar Hüseynovun APA-ya veridyi məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Turan Cabbar oğlu İmaməliyev 11 şəxsin külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinir.O, ötən ilin noyabrında, həmin şəxslərdən Rusiyada işə düzəltmək adı ilə külli miqdarda pul alıb və Qazaxıstana qaçıb. Səbayel rayon Məhkəməsi T. İmaməliyevin barəsində çıxardığı həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, təqsirləndirilən şəxs sonradan Rusiyaya qaçaraq orada gizlənib. T. İmaməliyev ötən gün İnterpolun xətti ilə Moskvada saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür. -
10-25-2008, 01:30 PMAPADünya şöhrətli Müslüm Maqomayev vəfat edib
[b]Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib[b]
Bakı-APA. Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu gün Moskvada vəfat edib.
[APA-nın məlumatına görə, tanınmış sənətkar yaşadığı Rusiya Federasiyasının Moskva şəhərində həyatla vidalaşıb. M. Maqomayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib. 1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub. -
10-25-2008, 01:40 PMAPAMüslüm Maqomayevin yaxınları: "Təcili yardım çağırdıq, həkim gələndə artıq həyatda yox idi"
[b]Müslüm Maqomayevin yaxınları: "Təcili yardım çağırdıq, həkim gələndə artıq həyatda yox idi"[b]
Bakı. Tamara Qriqoriyeva -APA. Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu gün Moskvada vəfat edib.
[Müğənninin Moskvadakı evindən APA-ya bildirilib ki, bu gün səhər saatlarında dünya şöhrətli müğənninin səhhəti pisləşib: "Biz təcili yardım çağırdıq. Həkimlər gələndə artıq o, həyatda yox idi. Biz şok içindəyik". Mərhumun ailəsindən onu da bildiriblər ki, M. Maqomayevin səhhəti son zamanlar tez-tez pisləşib. Bir neçə dəfə yaxınları onu xəstəxanaya yerləşdirmək istəsələr də, o, evində qalmaq istəyib.Ailəsindən M. Maqomayevinin dəfninin nə zaman keçiriləcəyi barədə hələ dəqiqləşdirmə aparılmadığını da deyiblər. Qeyd edək ki, M. Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib. 1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub. -
10-25-2008, 01:50 PMAPA60-dək QHT Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün müraciət edib
[b]60-dək QHT Ədliyyə Nazirliyinə qeydiyyatdan keçmək üçün müraciət edib[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində qeydiyyata alınmaq üçün sənəd verən 60-a qədər qeyri-hökumət təşkilatının (QHT) müraciətinə baxılır. Bu məlumatı APA-ya Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov verib. Onun sözlərinə görə, müraciət edənlər daha çox ictimai birlik yaratmaq istəyində olan şəxslərdir. Hazırda isə Azərbaycanda 3000-dən artıq QHT fəaliyyət göstərir. -
10-25-2008, 02:30 PMAPAAzərbaycan Banklar Assosiasiyasının prezidenti: "MDB məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi səmərəsizdir"
[b]Azərbaycan Banklar Assosiasiyasının prezidenti: "MDB məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi səmərəsizdir"[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. "Müstəqil Dövlətlər Birliyi məkanında vahid hesablaşma və valyuta sisteminin tətbiqi hazırki mərhələdə səmərəsizdir". Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov məlumat verib. E. İsmayılovun sözlərinə görə, hazırda MDB ölkələrinin iqtisadiyyatı fərqlidir: "Valyuta və hesablaşma mexanizmlərini yüksək iqtisadi inkişaf olmadan tətbiq etmək mənfəətsiz hesab olunur. İlk növbədə bütün MDB ölkələrində valyuta stabil olmalıdır ki, hazırda bu prosses müşahidə olunmur". E. İsmayılov onu da qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsi və ticarət əməliyyatları yüksək səviyyədə olmadığı halda heç bir vahid hesablaşma və valyuta sisteminin tətbiqindən söz ola bilməz. -
10-25-2008, 02:40 PMAPABakıda MDB məkanında vahid hesablaşma sisteminin yaradılması məsələsi müzakirə olunur
[b]Bakıda MDB məkanında vahid hesablaşma sisteminin yaradılması məsələsi müzakirə olunur[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bakıda keçirilən (24-26 oktyabr) "MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiyası" mövzusunda I Beynəlxalq Bank Konfransı çərçivəsində MDB ölkələri arıarasında vahid hesablaşma sisteminin yaradılması məsələsi müzakirə olunur. "APA-ECONOMICS"in məlumatına görə, konfrans çərçivəsində həmçinin MDB ölkələri arasında vahid hesablaşma sisteminin yaradılmasına dair müzakirələrin aparılması üçün müvafiq sənədin imzalanması da gözlənilir. Qeyd edək ki, bir qədər öncə Azərbaycanın «Azericard» MMC Rusiyanın «Sberbank» və «Uralsib» bankları ilə bu məsələni müzakirə edib ki, tərəflər ilkin olaraq razılığa gəlsə də, sonradan Rusiya tərəfi belə sistemin «Visa» və «MasterCard» bazasında yaradılmasından imtina edib. -
10-25-2008, 02:50 PMAPAMüslüm Maqomayevin dəfn mərasimi gələn həftə keçiriləcək
[b]Müslüm Maqomayevin dəfn mərasimi gələn həftə keçiriləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Bu gün səhər saatlarında Moskvadakı evində dünyasını dəyişmiş tanınmış müğənni Müslüm Maqomayevin dəfn mərasimi gələn həftə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayev dəfnində mərasimində iştirak etmək üçün Moskvaya gedəcək. Nazirlə birlikdə Moskvaya nümayəndə heyətinin gedəcəyi də gözlənilir. -
10-25-2008, 08:10 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevin ailəsinə başsağlığı verib
[b]Azərbaycan prezidenti İlham Əliyev Müslüm Maqomayevin ailəsinə başsağlığı verib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev tanınmış müğənni Müslüm Maqomayevin ailəsinə başsağlığı verib. APA-nın xəbərinə görə, başsağlığı məktubu sənətkarın həyat yoldaşı Tamara Sinyavskayaya ünvanlanıb:
[" Həyat yoldaşınız, zəmanəmizin görkəmli musiqi xadimi Müslüm Maqomayevin vaxtsız vəfatı barədə faciəli xəbəri ürək ağrısı ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar bütün Azərbaycan xalqı ilə birlikdə mən də kədər içindəyəm və Sizə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız bu acı xəbəri böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi. Unudulmaz Heydər Əlirza oğlu Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar. Heydər Əliyev Müslümü musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi. Bu böyük müğənnini və yüksək rəğbət hissi doğuran insanı tanıyanların və sevənlərin hamısı Sizin kədərinizə şərik olur. Allah sizə yar olsun". Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin də sənətkarın ailəsinə başsağlığı verib. -
10-26-2008, 04:40 PMAPAErgenekonla bağlı daha bir neçə nəfər saxlanılıb
[b]Ergenekonla bağlı daha bir neçə nəfər saxlanılıb[b]
Bakı-APA. Türkiyədə başlamış səs-küylü Ergenekon əməliyyatı ilə bağlı daha bir neçə nəfər saxlanılıb. APA-nın xəbərinə görə, əməliyyatla bağlı saxlanılan tanınmış jurnalist və "Biz neçə nəfərik" adlı ictimai hərəkatın lideri Tuncay Özkana yaxınlığı ilə tanınan 4 nəfər də saxlanılaraq, istintaqa cəlb edilib.
[Saxlanılanlardan Mərdan Yanardağ Ankarada, T. Özkanın köməkçisi Anet Şahapyan, işçiləri Fuad Qərib və Şenər Öztürk isə İstanbulda həbs ediliblər. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlanılanların evində axtarış aparıblar. Saxlanılanlar prokurorluğa göndəriliblər. -
10-26-2008, 05:40 PMAPAİran prezidenti Mahmud Əhmədinejad xəstələnib
[b]İran prezidenti Mahmud Əhmədinejad xəstələnib[b]
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejadda xəstəlik aşkarlanıb. APA-nın "İrna" ya istinadən verdiyi xəbərə görə, prezidentin xəstələnməsinə əsas səbəb onun gərgin iş qrafiki olub. Əhmədnejadın gündə 20 saat işləməyə alışdığı, buna görə də hazırda yuxusuzluqdan əziyyət çəkdiyi bildirilir.
[Əhmədnejadın dostlarından olan millət vəkili Məhəmməd İsmayıl Kevsəri xəbəri təsdiqləyib. Lakin o, prezidentin yaxşılaşacağını da deyib. Qeyd edək ki, Əhmədinejadın xəstələnməsi və keçən çərşənbə axşamından bəri görünməməsi onun yeni prezident seçkilərində namizəd olub-olmaması məsələsi ilə bağlı da suallar yaradıb. Dünən İran Dövlət Televiziyası prezidentin İraq müharibəsində ölən əsgərlərin yeni tapılmış qalıqlarının dəfni üçün hazırlanmış törəndə iştirak edəcəyi barədə xəbər versə də, ölkə başçısı heç bir görüntüdə yayımlanmayıb. Millət vəkili Kevsəri isə Əhmədinejadın namizədliyi ilə bağlı məsələdə spekulyasiyalara yol verildiyini bildirməklə kifayətlənib. -
10-26-2008, 08:10 PMAPAMüslüm Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaq
[b]Müslüm Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaq[b]
Bakı-APA. Dünya şöhrətli müğənni, azərbaycanlı Müslüm Maqomayev öz Vətənində, Bakıda dəfn olunacaq. APA-nın "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.
[Səfirlikdən onu da deyiblər ki, oktyabrın 28-də Moskvada Çaykovski adına konsert zalında Maqomayevlə vida mərasimi keçiriləcək. Daha sonra onun cənazəsi Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunacaq. Xatırladaq ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı evində dünyasını dəyişib. Qeyd edək ki, M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib. 1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub. -
10-27-2008, 12:21 AMfidan494Re: Müslüm Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaqhalbuki ilkin xəbərlərdə Moskvada dəfn ediləcəyi bildirilmişdi, insanın doğulduğu kimi, dəfn ediləcəyi yer də vətəndir. Allah rəhmət eləsin !Alıntı:
APA Nickli Üyeden Alıntı

10-27-2008, 11:20 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 26-da saat 11.50-dən 12.00-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 12.00-dan 12.10-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.50-dən 17.55-dək və 20.40-dan 20.45-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.45-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-27-2008, 11:30 AMAPASankt-Peterburqda Cənubi Azərbaycanda milli hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək
[b]Sankt-Peterburqda Cənubi Azərbaycanda milli hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Rusiyanın Sankt-Peterburq şəhərində Cənubi Azərbaycanda milli hökumətinin (1945-1946) yaranmasının 63-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçirəcək. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresin Rusiya nümayəndəliyinin təşəbbüsü ilə dekabrın 12-14-də keçiriləcək simpoziumda Azərbaycan Milli Hökumətinin fəaliyyətini əks etdirən sərgi və həmin illərdə aparılan demokratik islahatlardan bəhs edən sənədli film nümayiş etdiriləcək. Hökumətin süquta uğramasının səbəbləri və həmin dövrdə regionda yaranan vəziyyət də müzakirə olunacaq.Simpoziumda dünyanın müxtəlif ölkələrindən azərbaycanşünas alimlər, diplomatlar, siyasi xadimlər, diaspor təmsilçiləri iştirak edəcəklər. -
10-27-2008, 12:00 PMAPADünya bazarında neftin qiyməti 64 dollara düşüb
[b]Dünya bazarında neftin qiyməti 64 dollara düşüb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,69 dollar və ya 5,75% enərək 1 barelə görə 64,15 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,87 dollar - 62,05 dollaradək qalxıb. Neftin qiymətinin azalması OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarının ilk plandan fərqli olması ilə bağlıdır. Belə ki, bazar iştirakçıların gündəlik hasilatın 1,5 mln. barel deyil, 2 mln. barel azaldılacağını gözləyirdilər. -
10-27-2008, 12:10 PMAPADow Jones indeksi 3,6%, S&P 500 3,23%, Nasdaq isə 3,45% enib
[b]Dow Jones indeksi 3,6%, S&P 500 3,23%, Nasdaq isə 3,45% enib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 24-də Amerika bazarlarında Dow Jones indeksi 3,6% - 8378,95 bəndədək, S&P 500 3,45% - 878,77 bəndədək, Nasdaq isə 3,23% - 1552,03 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 24-də Amerika fond bazarlarında kotirovkaların enməsinin əsas səbəbi ölkədə və ümumilikdə dünyada iqtisadi geriləmənin davam etməsi ehtimalları və investisiya fondlarının öz öhdəliklərinin ödəməsi üçün aktivlərin fəal satması ilə bağlıdır.Eyni səbəblər Avropa fond bazarlarına də mənfi təsir edib. Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,00% - 3883 bəndədək, Fransa CAC-40-ı 3,54% - 3194 bəndədək, Almaniya DAX-ı isə 4,96% - 4296 bəndədək enib. Avropada da kotirovkaların enməsi dünya iqtisadiyyatının geriləməsi ilə bağlı olub ki, azalma əsasən maliyyə və istehsal sahələrində fəaliyyət göstərən qurumların səhmləri üzrə müşahidə olunub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2556 dollar təşkil edib (-1,49%). -
10-27-2008, 12:20 PMAPAAzərbaycanda keçirilən son çek hərracında 7 ASC-nin səhmləri satılıb
[b]Azərbaycanda keçirilən son çek hərracında 7 ASC-nin səhmləri satılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) oktyabrın 6-10-da keçirilmiş 113-cü ixtisaslaşdırılmış çek hərracının nəticələrini açıqlayıb. Komitədən «APA-ECONOMICS»ə verilən məlumata görə, hərracda Azərbaycanın regionlarında yerləşən 7 səhmdar cəmiyyətinin səhmləri satılıb.Bunlar, «Ağstafa Yun», «Qazanbulaq Mədəni Məişət», «Ağsu Sənaye İnşaat», «Tovuz Nəqliyyat», «Bərdə Yun», «Salyan İnşaat Materialları» və «Sabirabad İnşaat Sənaye» səhmdar cəmiyyətləridir.Adıçəkilən səhmdar cəmiyyətlərinin buraxılmış səhmlərinin ümumi sayı 378 446 ədəd, çek hərracına çıxarılmış səhmlərinin sayı 56 764 ədəd, bir səhmin nominal qiyməti isə 2 manat olub. Səhmdar cəmiyyətləri üzrə 316 sifariş təqdim edilib və bu sifarişlərdəki çeklərin sayı 8 036 ədəd təşkil edib. Hərraca çıxarılmış səhmlərin 59 798 ədədi satılıb və satılmış səhmlərin ümumi nominal dəyəri isə 113 335 manat olub.Qeyd edək ki, «Tovuz Nəqliyyat» ASC-nin səhmlərinin satışı zamanı səhmlərin investorlar arasında bölünməsi əməliyyatı aparılıb. Bu müəssisənin səhmlərinin ümumi sayı 5 246 ədəd, hərraca çıxarılan səhmlərin sayı 786 ədəd, təqdim edilmiş sifarişlərin sayı 40, təqdim olunan çeklərin sayı 559 ədəd, satılmış səhmlər - 3 913 ədəd, bu zərfin məcmu nominal dəyəri isə 1565,2 min manat təşkil edib. -
10-27-2008, 12:30 PMAPABakı şəhərində baş verən yol qəzasında 79 yaşlı kişi həlak olub
[b]Bakı şəhərində baş verən yol qəzasında 79 yaşlı kişi həlak olub[b]
[Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən ağır yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin X. Şuşinski küçəsində baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf Arif oğlu Əmirəhmədovun idarə etdiyi "Mercedes" markalı, 10 SD 478 dövlət nömrə nişanlı maşın əks istiqamətdə hərəkət edən, 1967-ci il təvəllüdlü Paşa Mirzə oğlu Nəbiyevin idarə etdiyi "Opel" markalı, 90 BM 611 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza zamanı avtomobillərdən biri yaxınlıqdan keçən 79 yaşlı Paşa Aslan oğlu İsgəndərova çırpılıb. P. İsgəndərov hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır. -
10-27-2008, 12:40 PMAPAKürdəmirdə baş verən yol qəzası ölümlə nəticələnib
[b]Kürdəmirdə baş verən yol qəzası ölümlə nəticələnib[b]
[Kürdəmir. Zahid Abışov-APA. Dünən günorta saatlarında İpək yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Kürdəmir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakıdan gələn "Ford" markalı avtomobillə əks istiqamətə hərəkət edən "VAZ-2109" markalı və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb. Yaralılardan biri Ucar rayonunun Lək kənd sakini Qələmnaz Gülmalıyeva Bakıdakı xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. -
10-27-2008, 12:50 PMAPALənkəranda yerli mətbuatın inkişafı ilə bağlı layihənin təqdimatı olub
[b]Lənkəranda yerli mətbuatın inkişafı ilə bağlı layihənin təqdimatı olub[b]
[Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda Media və Mülki Cəmiyyət İctimai Birliyi (MMC İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Cənub bölgəsində mətbuatın inkişafına yardım layihəsi"nin təqdimatını keçirib. APA-nın Cənub bürosunun xəbərinə görə, tədbirə Lənkəran şəhər, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon icra hakimiyyəti nümayəndələri, rayonlarda çıxan qəzetlərin redaktorları, respublikanın aparıcı agentlik, qəzet və televiziyalarının bölgədəki əməkdaşları qatılıb. MMC İB-nin sədri, layihənin koordinatoru Xanoğlan Əhmədov bildirib ki, layihə Cənub bölgəsində KİV-in, jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməklə, jurnalistlərin peşəkarlığının artırılmasına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə təkan verəcək. Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyev, Masallıda çıxan "Yeni həyat" qəzetinin baş redaktoru Əyyub Mehdiyev və başqaları çıxış ediblər. -
10-27-2008, 01:00 PMAPAAbituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən pul yığan müəllim həbs edilib
[b]Abituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən pul yığan müəllim həbs edilib[b]
Bakı. Hafiz Heydərov - APA. Bakıda abituriyentləri ali məktəblərə düzəltmək adı ilə valideynlərdən külli miqdarda pul alan orta məktəb müəllimi həbs edilib.
[Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Tərtər rayon sakini, 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi kimi təqdim edərək valideynlərə uşaqlarının ali təhsil ocaqlarına daxil olmalarına köməklik edəcəyinə dair vəd verib və onlardan külli miqdarda pul alıb. M. Mustafayevin əməlinin üstü açılan kimi Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Bir ay davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev Nəsimi Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.Qeyd edək ki, M. Mustafayev Tərtər şəhərində orta məktəb müəllimi işləyib. -
10-27-2008, 01:10 PMAPAMingəçevir sakinini döyməkdə təqsirləndirilən Axund polisə izahat verib
[b]Mingəçevir sakinini döyməkdə təqsirləndirilən Axund polisə izahat verib[b]
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhər sakini Ramiz Süleymanovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazısı, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev Polis Şöbəsinə gedərək izahat verib.
[Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsindən bildirilib. Məlumata görə, Hacı Xanəli Babayev oktyabrın 25-də verdiyi izahatda Ramiz Süleymanovu döymədiyini, onunla aralarında mübahisə baş verdiyini qeyd edib. Polis Şöbəsindən onu da bildiriblər ki, faktla bağlı açılan cinayət işi üzrə araşdırtmalar davam etdirilir. Qeyd edək ki, Mingəçevirdə suvaqçı işləyən şəhər sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək ona xəsarət yetirməkdə təqsirləndirilən Hacı Xanəli Babayev barəsində Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək) üzrə cinayət işi başlanıb. -
10-27-2008, 01:20 PMAPAAzərbaycan yığması Albaniya ilə noyabrın 19-da Bakıda görüşəcək
[b]Azərbaycan yığması Albaniya ilə noyabrın 19-da Bakıda görüşəcək[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Albaniya yığması Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirməyə razılıq verib. Bu haqda "APA-SPORT"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, oyunun noyabrın 19-da Bakıda baş tutması üçün heç bir problem qalmayıb: "Albanlarla ilkin olaraq şifahi razılıq əldə olunmuşdu. Artıq albanlar Bakıya gəlməyə tam razılıqlarını veriblər. Sadəcə, sənədləşmə ilə bağlı prosedur qaydalar var ki, onun rəsmiləşməsini gözləmək lazımdır. Biz Albaniyaya yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı lazımı sənədlər göndərmişik və onlar imzalanıb geri göndəriləcək".Qeyd edək ki, həmin gün yoldaşlıq görüşü keçirməyə razılaşdırdığımız Latviya yığması nəqliyyat problemlərini əsas gətirərək, Bakıya gəlməkdən imtina etdi. -
10-27-2008, 01:40 PMAPAƏli Kərimli: "KXCP ilə heç bir müzakirə aparmırıq"
[b]Əli Kərimli: "KXCP ilə heç bir müzakirə aparmırıq"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Prezident seçkiləri ilə bağlı beş təşkilatın birgə bəyanatından sonra KXCP ilə bizim aramızda hər hansı müzakirə aparılmayıb. Ona görə də Mirmahmud bəylə aramızda hansısa danışıqları mətbuata çıxarıb, çıxarmamaq məsələsində razılıq olmayıb". Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun ittihamlarına münasibət bildirərkən deyib. M. Mirəlioğlu müxalifətin yeni formatının yaradılması ilə bağlı danışıqların aparıldığını, bu danışıqlar zamanı ortada hər hansı nəticənin olmadığı halda mətbuata verməmək barədə bir sıra partiyalar arasında razılaşmanın olduğunu, lakin bunun Ə. Kərimli tərəfindən pozulduğunu iddia edib. Bunun yanlış fikir olduğunu deyən Ə. Kərimli son 2 ayda M. Mirəlioğlu ilə heç bir müzakirə aparılmadığından barəsində səslənən fikirləri qəbul etməyib: "Biz Mirmahmud bəylə birgə bəyanatla bağlı müzakirə aparmışıq və o zaman da KXCP bəyanata qoşulmaqdan imtina edib". Ə. Kərimli müxalifətin yeni mərkəzinin yaranması ilə bağlı müzakirələrin Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində aparıldığını bildirib: "Seçki kampaniyası dövründə bir araya gəldik və əsas işimiz 15 oktyabr seçkilərinə münasibət oldu. Bu arada biz gələcək əməkdaşlıqla bağlı da birgə müzakirələr aparmışıq. Həmin müzakirələr davam edir və biz hesab edirik ki, əməkdaşlığı genişləndirmək lazımdır. Konkret olaraq hansısa bir layihəni müzakirə etmirik. Amma fikir mübadiləsi aparılır və ümid edirəm ki, bu mübadilə müəyyən nəticələrə gəlməyə imkan verəcək. Bizim hazırda da əməkdaşlığımız var və bu funksional əməkdaşlıq mərhələsidir. Sadəcə, mənim təklifim ondan ibarətdir ki, biz daha yüksək səviyyəli əməkdaşlığa keçə bilərik və keçməliyik. MƏM-də də əksəriyyət hesab edir ki, biz yeni mərhələyə keçə bilərik. Amma bu konsensusla olmalıdır. Hamı belə bir qənaətə gələndə biz konkret addım atacağıq". -
10-27-2008, 01:50 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış -
10-27-2008, 02:00 PMAPAAzərbaycanda pensiyaçı və sığortaolunanlar üçün vahid məlumat bazası yaradılır
[b]Azərbaycanda pensiyaçı və sığortaolunanlar üçün vahid məlumat bazası yaradılır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçı və sığortaolunanların özlərinə aid məlumatları İnternet vasitəsilə əldə edə bilməsi üçün ümumi məlumat bazası yaradacaq. Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-ECONOMICS»ə verilən məlumata görə, artıq məlumat bazasının yaradılması məqsədi ilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bundan başqa, hazırda pensiya-sığorta islahatlarının növbəti mərhələsini təşkil edəcək sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemin gələcək maliyyə dayanıqlığının təmin edilməsi üçün aktuar hesablamaların aparılması, pensiya təyinatının avtomatlaşdırılması, əhaliyə ödənişlərin avtomatlaşdırılmasının başa çatdırılması, Fondun mərkəzi məlumat bazası ilə yerli şəbəkələrin birləşdirilməsi və korporativ idarəetmə sisteminin qurulması istiqamətində də iş aparılır. -
10-27-2008, 02:10 PMAPABAXCP Ali Məclisinin sessiyası çağırılıb
[b]BAXCP Ali Məclisinin sessiyası çağırılıb[b]
[Bakı-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev iclasda Milli Məclisdə müzakirəyə çıxarılacaq gələn ilin dövlət büdcə layihəsi haqqında məlumat verib. Toplantıda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar, dünya bazarlarında neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri və s. məsələlər müzakirə olunub. İdarə Heyəti Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini, yeni ictimai-siyasi vəziyyəti və bələdiyyə seçkilərinə hazırlıq məsələlərinin müzakirəsi məqsədilə noyabrın 22-də partiya Ali Məclisinin sessiyasının çağırılmasına qərar verib. -
10-27-2008, 02:20 PMAPA58 yaşlı Bakı sakini intihar edib
[b]58 yaşlı Bakı sakini intihar edib[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında 58 yaşlı kişi intihar edib. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Görədil bağlarında yerləşən Azad Quliyevə məxsus evdə baş verib. Qohumunun evinə qonaq gələn, Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Novruzəli Ələsgər oğlu Babayev həyətdə yerləşən talvarın dirəyindən özünü asaraq intihar edib. Mərhumun meyiti ötən gecə qohumları tərəfindən aşkar edilərək tibbi ekspertizaya göndərilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. N. Babayev intihardan qabaq iki səhifəlik məktub yazdığı məlum olub. O, məktubda ölümündə heç kimin təqsirkar olmadığını, intihar etməsinə isə ailəsində yaranmış problemlərin səbəb olduğunu qeyd edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.Məlumata görə, N. Babayev uzun illər Rusiyada yaşayıb, bir müddət əvvəl Rusiyada ailə həyatı qurduğu qadın tərəfindən evdən qovulub. -
10-27-2008, 02:30 PMAPABakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçirilir
[b]Bakıda Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun iclası keçirilir[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda «Azercell Telecom» şirkətinin təşəbbüsü ilə GSM Assosiasiyası tərəfindən təşkil olunan Qarşılıqlı Rouminq Ekspertlər Qrupunun (QREQ) 55-ci iclası işə başlayıb. «Azercell»dən «APA-ECONOMICS»ə verilən məlumata görə, konfransda 50-dən çox ölkədən 120-dən artıq ekspert iştirak edir. Tədbirdə SS7 əsasında qurulmuş şəbəkələrdə təhlükəsizliyə qarşı cəhdlərdən və dələduzluq hallarından qorunma, Rouminq üzrə Məlumat Bazasının Elektron Mübadilə imkanları - İR.21, Rouminq və 3GPP şəbəkənin seçim üslublarının idarə edilməsi, NGMN-CSMA statusu barədə əməkdaşlıq sazişi, İP qarşılıqlı iş Alyansının (İPQİA) yeniləşməsi və SS7 şəbəkəsinin planlaşdırılması mövzuları üzrə müzakirələr aparılacaq. Bu gün alt qrupların iclasları ilə öz işinə başlayan konfransın açılış mərasimi oktyabrın 29-da keçiriləcək. Konfrans oktyabrın 30-da yekunlaşacaq. Qeyd edək ki, QREQ-in ötən ilki iclası Praqada (Cex) olub. Bu təşkilatın illik iclası regionda ilk dəfə olaraq, Bakıda keçirilir. -
10-27-2008, 02:40 PMAPAPrezidentliyə keçmiş namizədlər "Xural" qəzetində dərc olunmuş yazı ilə bağlı məhkəməyə müraciət edəcəklər
[b]Prezidentliyə keçmiş namizədlər "Xural" qəzetində dərc olunmuş yazı ilə bağlı məhkəməyə müraciət edəcəklər[b]
[Bakı. Ramil Məmmədli - APA. Böyük Quruluş Partiyası (BQP) "Xural" qəzetində dərc olunmuş və prezidentliyə namizədlərin xərclərindən bəhs edən yazının müəllifini məhkəməyə verəcək. Bu barədə APA-ya BQP sədri, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlu məlumat verib. O bildirib ki, "Xural" sonuncu sayında həmin yazı ilə bağlı təkzib verdiyindən qəzet barədə iddia qaldırılmayacaq: "Yazıda kampaniya zamanı xərclənən vəsaitin qaynaqları təhrif olunub. Məqalə müəllifi qərəzli şəkildə ictimaiyyəti aldatmağa çalışıb. Buna görə də müəllif Aydın Canıyev barədə mülki qaydada aidiyyəti məhkəmə instansiyasına müraciət ediləcək". Prezidentliyə namizəd olmuş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə "Xural" qəzetini məhkəməyə verəcəklərini söyləyib. O, oktyabrın 28-də Nərimanov rayon Məhkəməsinə müraciət edəcəklərini deyib. Prezidentliyə digər keçmiş namizəd - Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası məsələ ilə bağlı ötən həftə Mətbuat Şurasına göndərdiyi məktubun cavabını gözləyir. Mətbuat Şurasının cavabından asılı olaraq partiya "Xural" qəzetində cap olunan yazı barədə müvafiq addım atacaq. -
10-27-2008, 02:50 PMAPAYunanıstan Azərbaycanda yod çatışmazlığı ilə mübarizəyə 1 milyon avrodan artıq vəsait ayırıb
[b]Yunanıstan Azərbaycanda yod çatışmazlığı ilə mübarizəyə 1 milyon avrodan artıq vəsait ayırıb[b]
[Bakı. Laçın Sultanova-APA. Yunanıstan mütəxəssislərinin Azərbaycanın şimal-qərb rayonlarında yod çatışmazlığı ilə bağlı problemin aradan qaldırılması məqsədi ilə həyata keçirdikləri layihə başa çatıb. Bunu APA-ya hazırda Bakıda səfərdə olan Yunanıstanın Patras Universitetinin professoru Neokus Geordopoulos bildirib. O deyib ki, 10 il davam edən layihə Azərbaycanın 6 rayonunda həyata keçirilib. Məlumata görə, layihənin başa çatması ilə əlaqədar Şəki Mərkəzi Rayon Xəstəxanasında endokrinoloji laboratoriya yaradılacaq. Həmin laboratoriyada çalışacaq 4 həkim Yunanıstanda təlimlər keçəcək. Yunanıstan tərəfindən laboratoriyaya 3 müasir avadanlıq da hədiyyə ediləcək. N. Geodopoulosun sözlərinə görə, 10 il ərzində Yunanıstan hökuməti bu layihəyə 1 milyon avrodan artıq vəsait ayırıb. -
10-27-2008, 03:00 PMAPABeynəlxalq Valyuta Fondu Ukraynaya 16,5 milyard dollar kredit ayıracaq
[b]Beynəlxalq Valyuta Fondu Ukraynaya 16,5 milyard dollar kredit ayıracaq[b]
[Kiyev - APA. Beynəlxalq Valyuta Fondu (İMF) Ukraynaya 16,5 milyard dollar həcmində kredit ayıracaq. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu fondun rəhbəri Dominik Stross-Kan açıqlayıb. O bildirib ki, bu vəsait dünya maliyyə böhranı və metalın qiymətinin azaldığı bir dövrdə Ukraynada iqtisadi sabitliyi dəstəkləmək məqsədilə ayrılacaq: "Proqram Ukraynada iqtisadi sabitliyi bərpa etməyə yönəlib. Ukrayna rəhbərliyi ödəmə balansını düzəltmək, inflyasiyanı aşağı salmaq və ölkənin xarici iqtisadi faktorlardan asılılığını azaltmaq niyyətindədir". Qeyd edək ki, kredit razılaşması Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası tərəfindən təsdiqləndikdən və ölkənin bank qanunvericiliyinə dəyişiklik edildikdən sonra 16,5 milyard dollarlıq vəsait Ukraynaya veriləcək. -
10-27-2008, 03:20 PMAPA«Texnikabank» dünya maliyyə böhranı səngiyəndən sonra beynəlxalq birjalarda qiymətli kağızların yerləşdirilməsini davam etdirəcək
[b]«Texnikabank» dünya maliyyə böhranı səngiyəndən sonra beynəlxalq birjalarda qiymətli kağızların yerləşdirilməsini davam etdirəcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Dünya maliyyə bazarlarında müşahidə olunan maliyyə böhranı ilə bağlı cari vəziyyət sabitləşəndən sonra Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) beynəlxalq birjalarda korporativ qiymətli kağızlarının yerləşdirilməsini davam etdirəcək. Bu barədə «APA-ECONOMICS»ə «Texnikabank» SKB-dən məlumat verilib.Bankdan bildirilib ki, bu il «Texnikabank»ın emissiya etdiyi 36 mln. ABŞ dolları məbləğində qiymətli kağızların 26 mln. dollarlıq hissəsi Londonda, 10 mln. dollarını isə Baltik ölkələrində yerləşdirilib. Bank dünya maliyyə bazarlarında baş verən böhranla əlaqədar olaraq daha böyük məbləğdə qiymətli kağızların xarici birjalarda yerləşdirilməsindən imtina edib. «Yerləşdirdiyimiz qiymətli kağızların bir hissəsi 3, bir hissəsi isə 1 illikdir. Bu, «Texnikabank»ın xarici bazarda ilk qiymətli kağız yerləşdirməsi olub», - deyə bankdan bildirilib.«Texnikabank»ın istiqraz emissiyasının yerləşdirilməsi prosesində menecer qismində ABŞ-ın «Morgan Stanley» bankı çıxış edib.Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbəsi, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir.