[b]ATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib[b]
[Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Parlament Assambleyasının Qazaxıstanın paytaxtı Astanada keçirilən 17-ci sessiyasında Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul olunub. APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, qətnamədə 1932-1933-cü illərdə totalitar Stalin rejiminin məqsədli siyasəti nəticəsində yaranan dəhşətli aclıqdan ("Qolodomor") ölən milyonlarla günahsız ukraynalının xatirəsi yad edilib. ATƏT PA faciəyə dair bütün həqiqətlərin açılması və bununla bağlı həm milli, həm də beynəlxalq səviyyədə maarifləndirmə işləri aparılması barədə Ukrayna hökumətinin təşəbbüsünü dəstəkləyib. Sənəddə bütün ölkə parlamentləri "Qolodomor"un tanınması üçün müvafiq addımlar atmağa çağırılıb. Qətnamə Rusiya və Qazaxıstanın etirazlarına məhəl qoyulmadan qəbul olunub. Sessiyada qəbul olunan digər qətnamədə Rusiya hökuməti Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alan addımlardan və separatçı qurumlarla əlaqə yaratmaqdan çəkinməyə çağırılıb.
Azərbaycan Xəbərləri
Printable View

07-03-2008, 12:51 PMAPAATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib

07-03-2008, 01:01 PMAPAUEFA Türkiyə prezidentini 35 min avro cərimələyib
[b]UEFA Türkiyə prezidentini 35 min avro cərimələyib[b]
[Sürix-APA. UEFA Türkiyə prezidenti Abdullah Gül və onu müşayiət edən heyətin Avropa çempionatının maçlarından sonra Türkiyə milli komandasının soyunma otağına girməsini qanunsuzluq kimi dəyərləndirib. APA-nın məlumatına görə, Türkiyə Futbol Federasiyasının akrreditə işləri üzrə məsul şəxsi Cem Akdağ UEFA-nın bu səbəbdən federasiyanı 35 min avro cərimələdiyini bildirib.Onun sözlərinə görə, soyunma otaqlarına akkreditə olunmayan heç kəsin daxil olmaq haqqı yoxdur. Türkiyə prezidenti və onu müşayiət edən şəxslər milli komanda oyunçularını təbrik etmək üçün soyunma otağına girdikləri üçün federasiya 35 min avro cərimə ödəməli olacaq. -
07-03-2008, 05:01 PMAPAErmənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər
[b]Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklər[b]
[Bakı. Turan Hüseynova-APA. Qazaxıstan paytaxtında Türkiyə və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. APA-nın məlumatına görə, hər iki prezident Qazaxıstanın paytaxtı Astana şəhərinin 10 illik yubiley mərasiminə dəvət alıblar. Bu, prezidentlərin ilk görüşüdür. Qeyd edək ki, tədbirə həmçinin Gürcüstan, Rusiya, Qırğızıstan və digər respublikalarının prezidentləri də dəvət olunublar. -
07-03-2008, 05:11 PMAPAMoskvada "İslam terrorizmə qalib gələcək" adlı beynəlxalq konfrans işə başlayıb
[b]Moskvada "İslam terrorizmə qalib gələcək" adlı beynəlxalq konfrans işə başlayıb[b]
[Bakı. Laçın Sultanova-APA. Moskvada "İslam terrorizmə qalib gələcək" adlı beynəlxalq konfrans işə başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, QMİ sədri Hacı Allahşükür Paşazadə iş qrafiki ilə əlaqədar konfransa qatılmasa da, tədbirdə onun məruzəsi səslənib. Konfransı İslam Mədəniyyəti, Elmi və Təhsilinə Dəstək Fondu təşkil edib. Tədbirdə ekstremizm və terrorizmi pisləyən qətnamə qəbul ediləcək, terrorizmlə ideoloji mübarizə üzrə daimi fəaliyyət göstərən qeyri-formal beynəlxalq işçi qrupu yaradılacaq. -
07-03-2008, 05:15 PMalperxanRe: Ermənistan və Türkiyə prezidentləri Astanada görüşəcəklərAlıntı:
APA Nickli Üyeden Alıntı
:angry: :angry: :angry: Kim ermenilere sevgi duyarsa o bizden değildir,ermeniler domuzdan bile beterdir,hem o ermeni domuzunun ne işi var Türk Ülkesinde onu oraya davet edene ne diyem ben :angry: :angry: :angry: -
07-03-2008, 05:21 PMAPABRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb
[b]BRİ Bakı ofisinin direktoru ADP sədri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli-APA. Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin direktoru Ceyk Cons ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyət və seçkiqabağı situasiya ətrafında fikir mübadiləsi aparılıb. C. Cons seçki kampaniyası dövründə ADP ilə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib. ADP sədri isə təmsil etdiyi partiyanın seçkilərə hazırlıq vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında qarşı tərəfi məlumatlandırıb. S. Cəlaloğlu bildirib ki, seçki ilində ADP-nin BRİ ilə əməkdaşlığının partiya üçün səmərəli olacağına ümid edir. Görüşdə ADP funksionerləri və üzvləri üçün seçkilərlə bağlı treninq və seminarların keçirilməsi üçün razılıq da əldə edilib. -
07-03-2008, 05:51 PMAPAAstanada dövlət başçılarının qeyri-formal sammiti olacaq
[b]Astanada dövlət başçılarının qeyri-formal sammiti olacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. İyulun 5-6-da Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 10 illiyi münasibətilə təntənəli tədbirlər keçiriləcək. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, tədbirlərə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və İordaniya kralı dəvət olunub. -
07-03-2008, 06:01 PMAPA"GEN" MMC-nin baş mühasibi də həbs edilib
[b]"GEN" MMC-nin baş mühasibi də həbs edilib[b]
[Bakı. Hacı Zeynalov - APA. "GEN" MMC-nin baş mühasibi Əliyar Abbasov da həbs edilib. Bu barədə APA-ya vəkil Telman Qasımov məlumat verib. Onun sözlərinə görə, Ə. Abbasova da Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.Qeyd edək ki, bu il iyunun 11-də "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham olunub, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, vətəndaşları aldadadarqa pullarının mənimsəməkdə ittiham olunur. -
07-03-2008, 06:11 PMAPA"Azadlıq" qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb
[b]"Azadlıq" qəzetinin müxbirini bıçaqlayanın məhkəmə istintaqı başlayıb[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə A. Xəlilin vəkili Elçin Sadıqov məhkəmə tərkibinə etiraz edib. O, həmçinin cinayət işinə xitam verilməsi və bu ilin aprelin 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində A. Xəlilin dindirilmə və üzləşdirilməsi ilə protokolların sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatətlərin rədd edilməsi ilə bağlı qərar çıxarıb. E. Sadıqov daha sonra A. Xəlilin bu ilin fevralın 22-də döyülməsi ilə bağlı Dağbəyi Allahverdiyev, Akif Covdarov, Ələddin Hümbətovun, həmin hadisənin şahidi olmuş üç məktəblinin dindirilməsi barədə vəsatət qaldırıb. Hakim həmin hadisələrin artıq istintaq araşdırmasının aparıldığını və bu məhkəmədə A. Xəlilin bu il martın 13-də bıçaqlanması faktının araşdırıldığını əsas gətirərək, vəsatəti rədd edib. Daha sonra hazırlıq iclası yekunlaşıb və hakim məhkəmə istintaqının başlandığını elan edib. Bundan sonra prokuror Eldar Həmzəyev ittiham aktını oxuyub. Dövlət ittihamçısının çıxışından sonra ifadə verən S. Strekalin özünü qismən təqsirli bilib. A. Xəlili bıçaqlaması ilə bağlı ittihamı qəbul edən təqsirləndirilən narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı ittihamı rədd edib: "Mən Aqil Xəlillə tanış olandan sonra onun jurnalist olduğunu bildim. O mənə qəzetdə işlədiyini və şou-biznesdən yazdığını dedi. Sonradan isə bizim şəxsi münasibətlərimiz yarandı və daimi xarakter aldı. Bir müddət sonra isə ayrıldıq və bir daha görüşdük. Bir ildən sonra isə Ayna Sultanova küçəsində siqaret almaq üçün dayanmışdım. Birdən Aqili keçərkən gördüm. Orda aramızda mübahisə yarandı və onu bıçaqladım". Proses davam edir. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
07-03-2008, 06:21 PMAPAYAP Siyasi Şurası Nursultan Nazarbayevə təbrik məktubu göndərib
[b]YAP Siyasi Şurası Nursultan Nazarbayevə təbrik məktubu göndərib[b]
[Bakı. Ramil Məmmədli-APA. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ölkənin paytaxtı Astana şəhərinin salınmasının 10-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Astana şəhərinin salınmasının tarixi hadisə olduğu qeyd olunub və ölkənin inkişafında N. Nazarbayevin fəaliyyəti təqdir edilib. Məktubda iki ölkə arasındakı çağdaş əlaqələrə də toxunulub və Azərbaycanla Qazaxıstanın qədim əlaqələrə malik olduğu diqqətə çatdırılıb. -
07-03-2008, 06:31 PMAPAAzərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək
[b]Azərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək[b]
[İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Yedditəpə Universitetinin müəllimi, azərbaycanlı tarzən Arif Azərtürk (Abdullazadə) italyan musiqiçi Cerardo Balestriyeri ilə birgə konsert verəcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konsert Venesiya şəhərindəki "Teatre nouva"nın sponsorluq etdiyi layihə çərçivəsində baş tutacaq. Eyni layihə çərçivəsində sonrakı konsert Neapol şəhərində olacaq. Proqram avqustun 4-nə qədər davam edəcək. Konsertlərin diski və albomu hazırlanacaq. Layihə çərçivəsində Türkiyə, Fransa və İsveçrədə də konsertlər verilməsi planlaşdırılır. İyulun 22-27-də isə Torino şəhərində keçiriləcək musiqi yarmarkasında Arif Azərtürk Azərbaycan tarını, udunu və türk sazını tamaşaçılara tanıdacaq. Qeyd edək ki, 1967-ci ildə Bakıda anadan olan Arif Abdullazadə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını bitirib. O, 1993-cü ildən bəri Türkiyədə yaşayır. Türkiyə Mədəniyyət Nazirliyində və Qaziantəp Konservatoriyasında işləyib. Hazırda Yedditəpə Universitetində musiqi dərsi verir. -
07-03-2008, 06:41 PMAPADmitri Medvedev: "Azərbaycan bizim Qafqazda strateji tərəfdaşımızdır"
[b]Dmitri Medvedev: "Azərbaycan bizim Qafqazda strateji tərəfdaşımızdır"[b]
Bakı-APA. "Ümidvaram ki, Azərbaycana səfərim son dərəcə uğurlu keçəcək. Ölkələrimiz arasında münasibətlər pozitiv istiqamətdə inkişaf edir". APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən danışıqlarda söyləyib.
[O, Azərbaycanı Rusiyanın Qafqazda strateji tərəfdaşı adlandırıb: "Azərbaycan Qafqazda bizim strateji tərəfdaşımızdır. Ölkələrimizi uzun əsrlər boyu davam edən dostluq telləri birləşdirir. Əməkdaşlığımızın xüsusi xarakter daşıması müxtəlif problemlərin həllinə kömək edir". İki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2 milyard dollara çatdığını vurğulayan Rusiya prezidenti təkcə bu ilin ilk dörd ayında 50 faizlik artım qeydə alındığını bildirib: "Biz artıq Azərbaycan prezidenti ilə iqtisadi-ticari, humanitar sahələrdə mühüm, mürəkkəb və ciddi məsələləri müzakirə etmişik". Dmitri Medvedev danışıqların sonunda tərəflərin ikitərəfli əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlərin imzalanacağını bildirib. -
07-03-2008, 06:51 PMAPAAzərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb
[b]Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
[APA-nın məlumatına görə, bəyannamədə bildirilir ki, Azərbaycan və Rusiya hərbi və hərbi-texniki əməkdaşlığı möhkəmlətmək və genişləndirmək niyyətindədir: "Hər iki tərəf öz ərazisində ona məxsus təşkilat, idarə, kompaniya və digər təsərrüfat subyektləri tərəfindən digər ölkənin suveren hüquqlarına zərər vuran fəaliyyətlə məşğul olmağa imkan verməyəcək»". Bəyannamədə həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qorunması prinsipləri əsasında həllinə dair bənd yer alıb. Sənəddə dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işindən razılıq ifadə olunur və danışıqlar prosesinin yaxın zamanda yekunlaşması və müvafiq dövlətlərarası sənədin imzalanması arzu olunur. Tərəflər həmçinin Xəzəryanı ölkələri dənizin dibinin bölünməsinə dair Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış sazişə bənzər razılaşma imzalamağa çağırıblar. Bundan başqa iki ölkənin xarici siyasət idarələri arasında arxiv işinin təşkili, Daxili İşlər Nazirlikləri arasında tranzit yüklərin mühafizəsinin təşkili, Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Xidməti arasında gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında dövlətlərarası sazişlər və Rusiya Dövlət Əmlakının İdarə Olunması üzrə Federal Agentliyi ilə Azərbaycanın Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının özəlləşdirilməsi və idarə olunması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. -
07-03-2008, 07:01 PMAPABakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub
[b]Bakı sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub[b]
[Bakı-APA. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinindən hədə-qorxu yolu ilə 2000 dollar almış şəxs həbs olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, həbs olunan şəxs Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Etibar Hüseynovdur. Faktla bağlı araşdırma aparılır. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri başqa bir əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ulduz Məmmədova hədə-qorxu gəlmiş Naxçıvan şəhər sakini Rizvan Cəfərov tutulub. Saxlanan şəxsdən 1 ədəd pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır. -
07-03-2008, 07:11 PMAPA"Mercedes"dən 35 kiloqram narkotik maddə tapılıb
[b]"Mercedes"dən 35 kiloqram narkotik maddə tapılıb[b]
[Bakı - APA. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də Biləsuvarda Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı 35 kiloqram həşiş aşkar edilərək götürülüb. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Bağırov və sərnişini, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Süleymanov saxlanılıblar. Onlar sonrakı araşdırmalar üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil veriliblər. -
07-03-2008, 07:21 PMAPAMüslüm Maqomayev əməliyyat olunub
[b]Müslüm Maqomayev əməliyyat olunub[b]
[Moskva - APA. Azərbaycanın və Rusiyanın xalq artisti Müslüm Maqomayev Moskvanın A. N. Bakulyov adına Ürək-Damar Cərrahiyyəsi Elmi Mərkəzində əməliyyat olunub. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 65 yaşlı məşhur sənətçinin ürək damarlarının kirəcləşməsi nəticəsində ürək əzələsində qan dövranı pozulub. Qan dövranını normallaşdırmaq üçün həkimlər angioplastika üsulundan istifadə ediblər. Həkimlər şuntlama əməliyyatının da lazım gələcəyini istisna etmədiklərini deyiblər. Qeyd edək ki, M. Maqomayev iyun ayının əvvəlində ürəyində kəskin ağrılar, baş gicəllənməsi, ifrat yorğunluq şikayətləri ilə xəstəxanaya aparılıb. Akademik Leo Bokeriyanın nəzarəti altında həyata keçirilən müayinələr nəticəsində ona ürək damarlarının xroniki xəstəliyi diaqnozu qoyulub. Həkimlər cərrahiyyə əməliyyatı üçün tələsməyiblər və medikamentoz terapiya kursu təyin edərək müğənnini evə buraxıblar. Ancaq bir neçə gün əvvəl M. Maqomayev yenidən xəstəxanaya müraciət edib. -
07-03-2008, 07:31 PMAPAİstefada olan generallar Hurşit Tolon və Şener Eruyğur barədə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib
[b]İstefada olan generallar Hurşit Tolon və Şener Eruyğur barədə həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edilib[b]
[Ankara-APA. "Ergenekon qalmaqalı" ilə bağlı həbs olunaraq İstanbul Əmniyyət Müdirliyində saxlanan 23 nəfərin bir qrupu haqlarında həbs qətimkan tədbiri çıxarılması üçün Beşiktaş Ağır Cəza Məhkəməsinə göndərilib. APA-nın məlumatına görə, haqqında həbs-qətimkan tədbiri seçilməsi istənilən şəxslər arasında istefada olan generallar Hirşit Tolon və Şener Eruyğur da var. Saxlanan digər şəxslərin ilkin dindirilməsi davam edir, dindirmə prosesi başa çatdıqdan sonra həmin şəxslər haqqında həbs-qətimkan tədbiri seçilib-seçilməməsinə qərar veriləcək. Qeyd edək ki, "Ergenekon qalmaqalı" ilə bağlı saxlanan şəxslərə qarşı "Terror təşkilatı yaratmaq" maddəsi ilə ittiham irəli sürüləcəyi gözlənilir. -
07-03-2008, 07:41 PMAPABakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq
[b]Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq[b]
[Bakı. Hacı Zeynalov-APA. Bakının Murtuza Muxtarov küçəsində 17 mərtəbəli binanın uçması faktı ilə bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq. Bu barədə APA-ya Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Prosesə hakim Etibar Nəbiyev sədrlik edəcək. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə "Mütəfəkkir" MMC-nin baş mühəndisi Əsgər Əliyev 9 il, həmin şirkətin iş icraçıları - Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il 6 ay, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə təqsirləndirilən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsinin sabiq rəisi Akif Məhərrəmovun isə 8 ay müddətinə şərti azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən "Mütəfəkkir" MMC-nin rəhbəri Əli Muradov ötən ilin noyabrında həbsxanada dünyasını dəyişib. -
07-03-2008, 07:51 PMAPASergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib
[b]Sergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib[b]
[Bakı. Hacı Zeynalov-APA. Günün ikinci yarısında Nəsimi rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, Aqil Xəlil prosesdə zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, ona bıçaqla Sergey Strekalin xəsarət yeriməyib. İfadə verən şəxs Sergey Strekalini ümumiyyətlə tanımadığını bildirib. Aqil Xəlil ittiham olunan şəxsi tanıması barədə istintaqa verdiyi ifadəsindən də imtina edib. Məhkəmə prosesi iyulun 7-də davam edəcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur. -
07-03-2008, 08:01 PMAPAOğurluqda ittiham edilən FİFA hakimləri kimdir?
[b]Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?[b]
[Bakı - APA-SPORT. Ermənistanlı iki futbol hakimi Artur İqityan və Arman Eritsyan ömürlük diskvalifikasiya ediliblər. "APA-SPORT" agentliyinin məlumatına görə, buna hakimlərin Kiprin paytaxtı Limasolda yerləşən mağazadan oğurluq etmələri səbəb olub. Ermənistan Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir: "İyunun 28-də İntertoto kubokunun birinci mərhələsinin cavab görüşü çərçivəsində Kiprin "Etnikos" və Albaniyanın "Besa" klubları arasında oyunu ermənistanlı Karen Nalbandyanın başçılıq etdiyi hakimlər briqadasına tapşırılmışdı. Matçdan sonra Nalbandyanın köməkçiləri Artur İqityan və Arman Eritsyan Limasol mağazalarının birindən oğurluq ediblər". Bununla bağlı iyulun 2-də Ermənistan Futbol Federasiyasının Hakimlər Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantıda FİFA laynsmanları A.İqityan və A.Eritsyanın futboldan ömürlük uzaqlaşdırılmaları barədə qərar çıxarılıb. -
07-03-2008, 08:11 PMAPAAleksandr Miller: "İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər"
[b]Aleksandr Miller: "İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər"[b]
[Bakı-APA. "İlin sonuna kimi Avropa ölkələrinə satılan Rusiya qazının hər min kubmetrinin qiyməti 500 dollaradək yüksələcəyini proqnozlaşdırırıq". APA-nın məlumatına görə, bu fikirləri "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksandr Miller ölkənin enerji siyasətini şərh edərkən deyib. Onun sözlərinə görə, Avropaya nəql edilən mavi yanacağın hər min kubmetrinin qiymətinin 1000 dollaradək bahalaşması ehtimalı yox deyil: "Əgər dünya bazarında bir barel neftin qiyməti 250 dollara çatarsa, o zaman mavi yanacağın hər min kubmetrinin qiyməti 1000 dollar olacaq". Aleksandr Miller mavi yanacağın qiymətinin 1000 dollarlıq psixoloji həddə çatmasının şirkət üçün yenilik olmadığını söyləyib: "Elə dövrlər olub ki, "Qazprom"un müəyyən müqavilələr üzrə satdığı mavi yanacağın qiyməti 1000 dollardan da çox olub". -
07-03-2008, 08:21 PMAPARusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib
[b]Rusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib[b]
[Bakı - APA. Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan vətəndaşı Ağadadaş Səmədova II və III dərəcəli Şöhrət ordenlərini təqdim edib. APA-nın məlumatına görə, A. Səmədov bu ordenlərlə Böyük Vətən Müharibəsi dövründə təltif olunub, amma həlak olduğu güman edildiyi üçün ala bilməyib. 1942-ci ildə Ukrayna ərazisindəki Dubno yaşayış məntəqəsində gedən döyüşlərdə A. Səmədovun tərkibində olduğu rota geri çəkilsə də, azərbaycanlı əsgər əsas qüvvələr köməyə gələnə qədər müdafiə xəttində düşmənə təkbaşına müqavimət göstərib və buna görə III dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O, Visla-Oder əməliyyatında və Berlinin alınmasında da iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 1945-ci ildə II dərəcəli Şöhrət ordeni ilə təltif olunub. 1945-ci ilin dekabrında vətənə qayıdan A. Səmədov 1980-ci ildə təqaüdə çıxana qədər aqronom işləyib. 84 yaşlı A. Səmədov 12 uşaq atasıdır və 44 nəvəsi, 36 nəticəsi var. -
07-04-2008, 10:41 AMAPACəbhə xəttində növbəti atəşkəs pozuntuları qeydə alınıb
[b]Cəbhə xəttində növbəti atəşkəs pozuntuları qeydə alınıb[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 3-də saat 16.50-dən 17.00-dək İcevan rayonunun Berkaber kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, iyulun 4-də saat 02.30-dan 03.00-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. -
07-04-2008, 10:51 AMAPATürkiyənin müxalifətçi "Tercuman" qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb
[b]Türkiyənin müxalifətçi "Tercuman" qəzetinin baş redaktoru və daha 3 nəfər sərbəst buraxılıb[b]
[Ankara - APA. İyulun 1-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunmuş "Tercuman" qəzetinin baş redaktoru Üfüq Böyükçələbi sərbəst buraxılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Üfüq Böyükçələbi, Siyami Yalçın, Murad Avar və Həmzə Dəmir iyulun 4-nə keçən gecə prokurorlar tərəfindən ifadələri alındıqdan sonra "Ergenekon terror təşkilatının üzvü olmaq" ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün İstanbul növbətçi 13-cü Ağır Cəza Məhkəməsinə göndərilib. Ancaq məhkəmə bu şəxslərin həbsdə qalmasına lüzum görməyib və onları azad edib.Xatırladaq ki, polis tərəfindən həbs olunarkən Ü. Böyükçələbinin əlləri qandallanmışdı. -
07-04-2008, 11:01 AMAPALeysan yağışları Azərbaycanın Şəki rayonunda təbii fəlakətə səbəb olub
[b]Leysan yağışları Azərbaycanın Şəki rayonunda təbii fəlakətə səbəb olub[b]
Şəki. Hafiz Heydərov - APA. Bu gecə Azərbaycanın şimal-qərb bölgəsinə yağan leysan yağışları Şəkidə təbii fəlakətə səbəb olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qasırğa ilə müşayiət olunan leysan yağışları Şəki rayonunun enerji təchizatını iflic vəziyyətə salıb.
[Elektrik dirəklərinin qırılması nəticəsində şəhər və kəndlərə elektrik enerjisinin verilməsi dayanıb. Küçələri sel basıb və evlərin zirzəmiləri su altında qalıb. Yol kənarındakı ağacların aşması isə nəqliyyatın hərəkətinə əngəl yaradıb. Hazırda rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir çox kəndlər gecədən bəri hələ də işıqsızdır. Şəki rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının nümayəndəsi Valeh Ələkbərov təbii fəlakət nəticəsində əhaliyə dəymiş ziyanla bağlı rayonun ayrı-ayrı yerlərindən müraciətlərin hələ davam etdiyini bildirib. -
07-04-2008, 11:11 AMAPABelarus paytaxtında partlayış baş verib, çoxlu yaralı var
[b]Belarus paytaxtında partlayış baş verib, çoxlu yaralı var[b]
[Minsk-APA. Belarusun müstəqillik gününə həsr olunmuş qala-konsert zamanı Minskin mərkəzində güclü partlayış baş verib. APA-nın məlumatına görə, partlayış nəticəsində ən azı 50 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanları partlayışın əldə qayırma partlayıcı qurğu vasitəsilə həyata keçirildiyini güman edib. Faktla bağlı araşdırma aparılır. -
07-04-2008, 11:21 AMAPANaxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı Türkiyədə beynəlxalq festivalda iştirak edəcək
[b]Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı Türkiyədə beynəlxalq festivalda iştirak edəcək[b]
[Naxçıvan. Cavid Qurbanoğlu-APA. Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı Türkiyədə keçiriləcək folklor festivalında ölkəmizi təmsil edəcək. Mədəniyyət müəssisəsinin direktoru Elman Əliyevin APA-ya verdiyi məlumata görə, 25 nəfərdən ibarət kollektiv artıq qonşu ölkədədir. Ankara və Yozqat şəhərlərində təşkil olunan folklor festivalında filarmoniyanın mahnı və rəqs ansamblının ifasında Azərbaycanın milli rəqsləri ifa olunacaq. Festival iyulun 7-də başa çatacaq. -
07-04-2008, 11:31 AMAPAAvropa İttifaqı-Rusiya dialoqunun əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq
[b]Avropa İttifaqı-Rusiya dialoqunun əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Brüsseldə Avropa İttifaqı-Rusiya dialoqunun növbəti mərhələsi keçiriləcək. APA-nın məlumatına görə, danışıqların prioritetlərindən biri Rusiya və Avropa İttifaqının dondurulmuş münaqişələrin nizamlanmasında əməkdaşlığı olacaq. Tərəflər əsasən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması prosesini gözdən keçirəcəklər. Qeyd edək ki, Avropa İttifaqına hazırda sədrlik edən Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Danışıqlarda Avropa İttifaqının nümayəndə heyətinə Benita Ferrero-Valdner, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov sədrlik edəcək. -
07-04-2008, 11:41 AMAPADmitri Medvedev: "Rusiya islam dünyasının bir hissəsidir"
[b]Dmitri Medvedev: "Rusiya islam dünyasının bir hissəsidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Rusiya prezidenti Dmitri Medvedev Azərbaycandakı dini icmaların rəhbərləri ilə görüş keçirib. APA-nın Rusiya prezidentinin saytına istinadən verdiyi məlumata görə, D. Medvedev bildirib ki, bu görüş Azərbaycanda dini konfessiyalar arasında pozitiv münasibətlərin olduğuna sübutdur: "Bir müddət əvvəl biz hörmətli şeyx Allahşükür Paşazadə ilə görüşmüşdük.
[Onda mən başqa statusla bura gəlmişdim. Mən müxtəlif dinlər arasında dialoqun, qarşılıqlı əlaqələrin yaradılması yolunda göstərdiyiniz səyləri xüsusi qeyd etmək istərdim. İslamın və istənilən ruhani təlimin əsl mahiyyəti məhz bundan ibarətdir. Bu, Qafqazda sabitliyin təmin olunması üçün də əsas faktorlardan biridir. Siz bilirsiniz ki, Rusiyada sayı iyirmi milyon nəfərdən çox olan böyük müsəlman icması yaşayır və bu mənada Rusiya da islam dünyasının bir hissəsidir". Qeyd edək ki, D. Medvedev Heydər Əliyev Fondunda da olub. O, fondun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. -
07-04-2008, 11:51 AMAPAÇexiyanın xarici işlər naziri: "Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"
[b]Çexiyanın xarici işlər naziri: "Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib"[b]
Bakı. Rəşad Süleymanov-APA. "Dağlıq Qarabağ münaqişəsi regionun ən böyük münaqişəsidir". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq verib.
[Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə mövqeyini açıqlayan XİN başçısı problemin birmənalı şəkildə sülh yolu ilə həll olunmasını vacib sayıb: "Biz bu fikrin üzərində həmişə dayanmışıq və Çexiya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü mütləq nəzərə alınmalıdır". -
07-04-2008, 12:01 PMAPABakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub
[b]Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olunub[b]
[Bakı. Tamara Qriqoryeva - APA. İyulun 3-də ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib. APA-nın məlumatına görə, qəbulda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, Amerika xalqı müstəqilliyin elan olunmasından indiyə qədər azadlıq ideyaları ilə yaşayır: "Amerika kimi, Azərbaycan da azadlıq istiqamətində seçim edib və bu seçim Azərbaycan xalqının sülh, müstəqillik şəraitində inkişafını təmin edəcək". Tədbirdə çıxış edən Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iştirakçıları Azərbaycan prezidenti adından təbrik edərək Amerika xalqına sülh və rifah arzulayıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini deyib. Z. Əsgərov 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biri olduğunu xatırladıb. O, ümid etdiyini bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş səyləri davam etdirəcək. -
07-04-2008, 12:11 PMAPA""Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxarılan İşçi Partiyası üzvlərindən biri həbs edilib, biri isə buraxılıb
[b]""Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxarılan İşçi Partiyası üzvlərindən biri həbs edilib, biri isə buraxılıb[b]
[Ankara - APA. Türkiyə polisinin ""Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxardığı İşçi Partiyasının Gənclər Təşkilatının lideri Barbaros Xeyrəddin Altıntaş haqqında həbs qətimkan tədbiri seçilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, növbətçi məhkəmə önünə çıxarılan B. X. Altıntaş həbs edilsə də, onun müavini Tunç Akkoç sərbəst buraxılıb. T. Akkoç məhkəmə salonundan çıxdıqdan sonra jurnalistlərə açıqlamasında Türkiyədə vətənsevərləri, Atatürkün prinsiplərini məhkum etmək istəyənlərin öz istəklərinə çatmadıqlarını bəyan edib: "Bu ölkədə vicdanlı hakimlər var. Bunu bir daha sübut etdilər. Artıq "Ergenekon" oyunu çöküb". Qeyd edək ki, B. X. Altıntaş bir neçə ay əvvəl həbs olunmuşdular. İyulun 1-də həbs olunan 21 nəfərdən 4-ü isə artıq azadlığa buraxılıb. -
07-04-2008, 12:21 PMAPARəcəb Tayyib Ərdoğan: "Məni hədələyirlər"
[b]Rəcəb Tayyib Ərdoğan: "Məni hədələyirlər"[b]
Ankara - APA. "Biz bu işə baş qoyduq. Mən və yaxın dostlarım hədələr alırıq, amma qətiyyən yarı yolda dayanmayacağıq".
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tələbələrlə görüşündə son günlər aparılan həbslərə dair suala cavabında deyib. O, xalqa mafiyanın çökdürüləcəyi barədə söz verdiklərini və buna böyük ölçüdə nail olduqlarını söyləyib. İstintaqı aparan prokuror Zəkəriyyə Özün isə Milli İstihbarat (kəşfiyyat) Təşkilatı, Əmniyyət Müdirliyi (polis təşkilatı) və Baş Qərargaha sorğu göndərərək "Ergenekon" adlı terror təşkilatı olub-olmadığını soruşduğu məlum olub. Bilavasitə baş nazirə tabe olan strukturlar - kəşfiyyat və polis sorğuya verdikləri cavabda belə bir təşkilatın olduğunu bildirsələr də, Baş Qərargahdan "bilmirik" cavabı gəlib. -
07-04-2008, 12:31 PMAPABakıda toyuq ətindən kütləvi zəhərlənmələr baş verib
[b]Bakıda toyuq ətindən kütləvi zəhərlənmələr baş verib[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Yay mövsümü ilə əlaqədar Azərbaycan paytaxtında qidadan zəhərlənmə halları artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, son vaxtlar gün ərzində zəhərlənmə ilə bağlı 15-20 müraciət daxil olur. O, toyuq ətindən zəhərlənmələrə daha çox rast gəlindiyini deyib. Bir neçə gün əvvəl Bakıda toyuq ətindən qaynaqlanan kütləvi zəhərlənmə halına təsadüf edildiyini söyləyən R. Nağıyevin sözlərinə görə, Zığ qəsəbəsində yerləşən müəssisələrdən birində toyuq ətindən hazırlanan dönərdən 9 nəfər zəhərlənib. Türkan kəndində yerləşən daş karxanasında çalışan 7 fəhlə də toyuq əti yedikdən sonra özünü pis hiss edib. Hər iki halda zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər. Qida zəhərlənmələri ilə bağlı ölüm faktı hələlik qeydə alınmayıb. -
07-04-2008, 02:51 PMAPALeysan yağışları Göygölün Danayeri kəndində süni su anbarının bəndlərini dağıdıb
[b]Leysan yağışları Göygölün Danayeri kəndində süni su anbarının bəndlərini dağıdıb[b]
[Göygöl. Nəzakət Məşədiəliqızı-APA. Dünən gecə Azərbaycanın Qərb bölgəsinə yağan leysan yağışları Göygöl və Daşkəsən rayonlarına ciddi ziyan vurub. APA-nın Qərb bürosunun məlumatına görə, Göygöl rayonunun Yalıqışlaq və Danayeri kəndləri təbii fəlakətdən daha çox əziyyət çəkib. Leysan yağışları nəticəsində Danayeri kəndində yaradılmış süni su anbarının bəndlərindən biri uçub və anbardakı su bütünlüklə kəndin əkin sahələrinə, evlərin zirzəmilərinə axıb. Güclü su axını həmçinin Daşkəsən magistral yolunun su keçidində tıxac əmələ gətirib. Nəticədə yolun alt istinad divarının təqribən 300 metri sıradan çıxıb. Güclü sel həmçinin Daşkəsən rayonunun bütün kəndlərinə ciddi ziyan vurub, əksər kəndlərdə mal-qaranı sel aparıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş görülür. -
07-04-2008, 03:01 PMAPACənubi Osetiya münaqişəsi zonasında atışma baş verib, ölənlər və yaralananlar var
[b]Cənubi Osetiya münaqişəsi zonasında atışma baş verib, ölənlər və yaralananlar var[b]
[Tiflis - APA. Cənubi Osetiya münaqişəsi zonasında vəziyyət ciddi şəkildə gərginləşib. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, separatçı rejimin "Mətbuat və İnformasiya Komitəsi" iyulun 4-nə keçən gecə gürcü tərəfinin atıcı silahlar, miaatanlar və qumbaraatanlardan istifadə etməklə üç istiqamətdən atəşə başladığını və strateji yüksəklikləri ələ keçirməyə çalışdığını açıqlayıb. Atışmada osetinlərdən 3 nəfərin həlak olduğu, 10-dan çox adamın yaralandığı bildirilir. Gürcüstan Müdafiə Nazirliyinin Sülhməramlı əməliyyatlar üzrə qərargah rəisi Mamuka Kuraşvili isə silahlı toqquşma faktını təsdiqləsə də, Cənubi Osetiya tərəfinin ittihamlarını rədd edib. O bildirib ki, gürcü tərəfinin addımları məcburi və cavab xarakterli olub: "Gecə Cənubi Osetiya tərəfi atəşə başladı, səhər saat altıda isə Böyük və Kiçik Liaxvi dərələrini birləşdirən yolda yerləşən postumuza hücum etdi. Biz cavab atəşi açmağa məcbur olduq". O, münaqişə zonasında vəziyyətin gərgin, ancaq nəzarət edilən olduğunu vurğulayıb. Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytı isə gürcü tərəfinin atəşi dayandırmayacağı təqdirdə, münaqişə bölgəsinə ağır texnika yeridəcəklərini bəyan edib: "Biz gürcü tərəfinin öz qoşunlarını geri çəkəcəyini gözləyirik. Əks halda, əldə olunmuş razılaşmalara zidd olaraq münaqişə zonasına yeridilmiş hərbi qüvvələri məhv etmək üçün bölgəyə ağır texnika və hücum silahları göndərəcəyik". Separatçılar tanınmamış respublikada ümumi səfərbərlik elan ediblər. -
07-04-2008, 03:11 PMAPAOqtay Əsədov: "Bəzi qüvvələr "Təhsil haqqında" qanunun hələ qəbul olunmamasını şişirdirlər"
[b]Oqtay Əsədov: "Bəzi qüvvələr "Təhsil haqqında" qanunun hələ qəbul olunmamasını şişirdirlər"[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri cari məsələlər ətrafında çıxış ediblər. APA-nın məlumatına görə, millət vəkili Pənah Hüseyn ölkədə üç jurnalistin həbsdə olduğunu, onların azadlığa buraxılmasının vacibliyini vurğulayıb. Millət vəkili İqbal Ağazadə isə çıxışında Şamaxıda taxıl yığımında problemlər yarandığını, bu problemlərin qarşısının alınması üçün təcili tədbirlər görülməsinə çağırıb. Millət vəkili Cəmil Həsənli isə "Təhsil qanunu"nun hələ də qəbul olunmamasından danışıb. Sonuncu məsələyə toxunan spiker Oqtay Əsədov bildirib ki, bəzi qüvvələr "Təhsil haqqında qanun"un bu günə kimi qəbul edilməməsini şişirdirlər: "Qanun ekspertizaya verilib, ekspertiza başa çatdıqdan sonra sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq. Təhsil qanunu çərçivə qanunudur, buna görə də bu, son dərəcə mükəmməl sənəd olmalıdır". Spiker həmçinin gələcəkdə "Yol hərəkəti qaydaları haqqında" qanuna dəyişikliklər edilməsinin vacibliyini vurğulayıb: "Əksər hallarda sürücülərin maşını idarə edərkən telefonla danışdığını görürəm. Məhz belə hallar nəticəsində yol qəzalarının sayı artır. Bu kimi hallara yol verməmək lazımdır. Bununla bağlı Daxili İşlər Nazirliyi ilə danışacağam, lazım gələrsə, "Yol hərəkəti qaydaları" haqqında dəyişiklik edə, maşın idarə edərkən telefonla danışan sürücülərə kəsilən cəzaları sərtləşdirə bilərik". -
07-04-2008, 05:51 PMAPA"GEN" MMC-nin rəhbəri tərəfindən pullarının mənimsənildiyini iddia edən vətəndaşlar mətbuat konfransı keçiriblər
[b]"GEN" MMC-nin rəhbəri tərəfindən pullarının mənimsənildiyini iddia edən vətəndaşlar mətbuat konfransı keçiriblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün "GEN" MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev tərəfindən aldadıldıqlarını iddia edən bir qrup vətəndaş mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbirdə vətəndaşların hüquqi nümayəndəsi,"Demokratiyanın Müdafiəsinə Kömək" İctimai Birliyinin prezidenti Vidadi İsgəndərov çıxış edərək, E. Əliyevin bina tikmək adı ilə 500-dən artıq vətəndaşın pulunu mənimsədiyini deyib. Onun sözlərinə görə, E. Əliyev də məhz vətəndaşların şikayət əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilib. Şirkətin baş mühasibi Əliyar Abbasov isə E. Əliyevin ifadəsi əsasında saxlanılıb: "Bu işdə günahkar olanlar təkcə bu iki nəfər deyil. Bu şirkətin digər əməkdaşları da həbs edilməlidir. Çünki vətəndaşların pullarının mənimsəməsində şirkətin digər əməkdaşlarının da rolu olub". V. İsgəndərov deyib ki, onlar məsələyə Milli Məclisin və Prezident Aparatının münasibət bildirməsini istəyirlər. Zərərçəkmişlər isə bildiriblər ki, ev almaq üçün 500-dən çox vətəndaş aldadılıb, 52 vətəndaşın isə kompensasiya ödənilməsi vədi ilə evləri sökülüb. Vətəndaşlar ev almaq üçün şirkətlə müqavilə bağlayıblar və külli miqdarda pul ödəyiblər. İşlə bağlı zərərçəkənləri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və idarənin istintaq şöbəsinin rəisi Yaşar Haqverdiyevin qəbul edib. Rəsmilər zərərçəkmişlərə hazırda həbs olunanlar barəsində istintaq hərəkətləri aparıldığını, istintaqın sonunda hər şeyin aydınlaşacağını söyləyiblər. Zərərçəkmişlər işin Bakı Şəhər Baş Polis İdarəsindən alınıb Baş Prokurorluğun Korrupsiya Qarşı Mübarizə İdarəsinə verilməsini istəyirlər. Qeyd edək ki, "GEN" MMC-nin rəhbəri E. Əliyev və şirkətin baş mühasibi Əliyar Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. -
07-04-2008, 06:01 PMAPANarkoman məhkumlar üçün müalicə müəssisəsinin tikilməsi ilə bağlı yer axtarılır
[b]Narkoman məhkumlar üçün müalicə müəssisəsinin tikilməsi ilə bağlı yer axtarılır[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovla görüşüb. Komitə sədri APA-ya bildirib ki, görüşdə cəzaçəkmə müəssisələrindəki durum, məhkumların ona etdikləri müraciətlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri nazir müavini ilə narkomaniyadan əziyyət çəkən məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinin tikilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını da bildirib: "Nazim Ələkbərov dedi ki, artıq belə bir müəssisəsinin tikilməsi nəzərdə tutulub və hazırda bina üçün yer axtarılır". -
07-04-2008, 06:11 PMAPATürk ordusu AKP-çi bələdiyyə sədrini həbs edib
[b]Türk ordusu AKP-çi bələdiyyə sədrini həbs edib[b]
İzmir - APA. Türkiyənin İzmir bölgəsinin Buca rayonu ərazisindəki Kaynaklar bələdiyyəsinin hakim Ədalət və İnkişaf Partiyasından olan üzvü (AKP) Mustafa Karagülməz jandarma tərəfindən həbs edilib.
[APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün 400 jandarmanın iştirakı ilə keçirilən əməliyyat zamanı bələdiyyə başçısı da daxil olmaqla, 38 nəfər həbs olunub. Həbslər M. Karagülməz haqqında bir müddətdir "korrupsiya, rüşvət, silah qaçaqmalçılığı, tenderlərdə qanunsuzluqlar, vəzifədən sui-istifadə" ittihamları ilə istintaq aparan İzmir Prokurorluğunun təlimatı ilə aparılıb. Jandarmalar bələdiyyənin tenderlər haqqında dosyelərini və digər sənədləri müsadirə ediblər. Bələdiyyə sədrinin evində də axtarış aparılıb. Qeyd edək ki, Türkiyədə Jandarma Qüvvələri ordunun Baş Qərargahına tabedir və ictimai asayişə cavabdehdir. Bu arada Hərbi Prokurorluq türk ordusuna qarşı məqsədli kampaniya aparan "Taraf" qəzetinə rəsmi xəbərdarlıq göndərib. Qəzet PKK-nın Dağlıca sərhəd zastavasına 13 türk əsgərinin şəhid olması, 8-nin girov götürülməsi ilə nəticələnmiş hücumu haqda ordu rəhbərliyinin əvvəlcədən məlumatlı olduğunu, lakin tədbir görülmədiyini yazmış və bu barədə sənədlər olduğunu bildirmişdi. Hərbi Prokurorluq qəzetə göndərdiyi xəbərdarlıqda həmin sənədlərin təqdim olunmasını istəyib, əks halda redaksiyada axtarış aparılacağını bəyan edib. Bu xəbərdarlıqdan sonra "Taraf"ın rəhbərliyi kompüterləri başqa yerə köçürüb və redaksiyada sutka boyu növbətçilik tətbiq etməyə qərar verib.