[b]İstanbulda "Erməni problemində həqiqətlər və yalanlar" mövzusunda konfrans keçiriləcək[b]
[İstanbul. Mayis Əlizadə-APA. Martın 20-də İstanbuldakı "Grand Gevahir Hotel"-də Türkiyə Qadın Lobbisi Dərnəyinin təşkilatçılığı ilə "Erməni problemində həqiqətlər və yalanlar" mövzusunda konfrans keçiriləcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, tədbirdə dərnəyin rəhbəri Betül Akman, Yeddi Təpə Universitetinin müəllimi, "Habertürk" telekanalında yayımlanan "Aynanın arxası" proqramının aparıcısı Erol Mütərcimlər çıxış edəcəklər. Türkiyə Tarix Qurumunun sədri Yusif Halacoğlu "Erməni məsələlərində həqiqət haradadır" mövzusunda məruzə ilə çıxış edərək erməni həqiqətini iştirakçıların diqqətinə çatdıracaq. Türkiyədəki Giresun Universitetinin prorektoru, azərbaycanlı alim Aygün Haşımova, istefada olan səfir, Avrasiya Strateji Araşdırmalar Mərkəzi erməni şöbəsinin müdiri Ömər Engin Lütəm mövzu ətrafında çıxış edəcəklər.
Azərbaycan Xəbərləri
Printable View

03-11-2008, 06:31 PMAPAİstanbulda "Erməni problemində həqiqətlər və yalanlar" mövzusunda konfrans keçiriləcək

03-11-2008, 06:36 PMAPAAvropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin Bakıya səfəri başa çatıb
[b]Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin Bakıya səfəri başa çatıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, martın 6-dan 10-dək davam edən səfərin əsas məqsədi 2008-ci ilin noyabrında Bakıda keçiriləcək Avropa Şurası Mədəniyyət Nazirləri Konfransının təfərrüatları barəsində Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq və təşkilati məsələləri razılaşdırmaq olub. Avropa və islam ölkələrinin, beynəlxalq təşkilatların dəvət olunacağını konfransda Avropa Şurası ilə İSESCO arasında əməkdaşlıq sənədinin imzalana bilər. Bu təşəbbüslə Azərbaycan tərəfi çıxış edib. Bu il 19-21 noyabrda Bakıda keçiriləcək bu konfrans "Bakı prosesi"nin, yəni Avropada mədəniyyət sahəsində yeni bir münasibətlər sisteminin əsasını qoyacaq. Konfransdan bir gün öncə Avropa Şurasının mədəniyyət siyasəti üzrə kompendium layihəsi müəlliflərinin və Kiyev Təşəbbüsü üzrə Regional Proqramın milli koordinatorlarının, həmçinin nazirlərin görüşündə müzakirə olunacaq sənədlərin hazırlanması məqsədilə ekspertlər səviyyəsində iclas keçiriləcək. Bundan başqa səfər zamanı həmçinin Avropa Şurası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, İSESCO və ALEKSO-nun nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və bu işçi qrupun cari ilin 4 may tarixində Strasburqda ilk iclasının keçirilməsi qərara alınıb. -
03-11-2008, 06:41 PMAPAEldar İbrahimov Bolqarıstanın parlamentinin komissiya sədri Vasil Kalinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
[b]Eldar İbrahimov Bolqarıstanın parlamentinin komissiya sədri Vasil Kalinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov Bolqarıstanın Milli Assambleyasının Kənd təsərrüfatı və meşələr komissiyasının sədri Vasil Kalinovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə E. İbrahimov qonağa Azərbaycanda aparılan aqrar islahatlar və torpaq islahatı barədə ətraflı məlumat verib. O bildirib ki, Milli Məclis bazar iqtisadiyyatına keçid dövründə islahatların səmərəliliyinin təminatı üçün möhkəm hüquqi baza yaradıb, 300-dən çox qanun və zəruri normativ aktlar qəbul edilib. Vasil Kalinov Bolqarıstan parlamentində aqrar sahəyə dair qanunvericilik işləri, qəbul olunmuş dövlət proqramları, öz ölkəsində kənd təsərrüfatının inkişafına qoyulan sərmayələr, həmçinin bu sahədə mövcud olan problemlər barədə danışıb. -
03-11-2008, 06:46 PMAPAAzərbaycanın müdafiə naziri Bəhreyndə səfərdədir
[b]Azərbaycanın müdafiə naziri Bəhreyndə səfərdədir[b]
[Bakı. Zaur Nurməmmədov - APA. Bəhreyndə səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev həmkarı, şahzadə Salman bin Hamad əl Xəlifə ilə görüşüb. APA-nın "Bahrain News Agency"a istinadən verdiyi məlumata görə, tərəflər hərbi sahədə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər. Xatırladaq ki, 2006-cı ilin dekabrında Bəhreynin müdafiə naziri Azərbaycanda səfərdə olub. -
03-11-2008, 06:51 PMAPAGəncədə dərzi dükanında yanğın baş verib
[b]Gəncədə dərzi dükanında yanğın baş verib[b]
[Gəncə. Ayxan Hüseynov-APA. Bu gün səhər saat 07:10 radələrində Gəncə şəhər Şeyx Bahəddin küçəsində yerləşən dərzi dükanında yanğın baş verib. Yanğın nəticəsində dərzi dükanı tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə yerinə göndərilmiş yanğınsöndürən briqadaların səyi nəticəsində yanğının qarşısı 07:55 radələrində alınıb. Hadisə nəticəsində dərzi dükanı tamamilə, yaxınlıqda yerləşən "Kleopatra" ətriyyat dükanının 30 kvadratmetrlik tavan hissəsi isə qismən yanıb. İlkin ehtimala görə, yanğına dərzi dükanında olan ütünün cərəyana qoşulmuş vəziyyətdə qalması səbəb olub. Yanğın nəticəsində xəsarət alan olmayıb, hadisə ilə əlaqədar tədqiqat aparılır. /APA/ -
03-11-2008, 06:56 PMAPAAŞ PA-nın Azərbaycan üzrə sabiq məruzəçisi eyni cinsdən olanların nikahının tanınmamasından təəssüflənib
[b]AŞ PA-nın Azərbaycan üzrə sabiq məruzəçisi eyni cinsdən olanların nikahının tanınmamasından təəssüflənib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsinin martın 7-də keçirilən son iclasında isveçrəli deputat, qurumun Azərbaycan üzrə sabiq həmməruzəçisi Andreas Qross seksual azlıqların hüquqları üzrə xüsusi məruzə ilə çıxış edib.
[APA-nın məlumatına görə, eyni cinsdən olan insanların nikahlarının Avropa Şurasının üzvü olan ölkələr tərəfindən tanınması təqdir olunan məruzədə A. Qross bu günə kimi yalnız üç Avropa Şurası ölkəsində - İspaniya, Hollandiya və Belçikada bu hüququn tanındığını təəssüflə qeyd edib. Məruzəçi məruzəsində eyni cinsdən olan insanların nikahına icazə verilməsinin və onların övladlığa uşaq götürməklə bağlı hüquqlarının tanınmasını vacib sayıb. Dinləmələr zamanı A. Qrossun məruzəsi ciddi tənqid olunub. Komitə üzvləri belə bir hüququn tanınmasının əxlaq normalarına zidd olduğunu diqqətə çatdırıblar. İclasda Azərbaycanı təmsil edən deputat Gültəkin Hacıyeva da çıxış edərək, A. Qrossun məruzəsini kəskin tənqid edib. -
03-11-2008, 07:01 PMAPAErmənilər Tovuz rayonu istiqamətində atəşkəsi pozublar
[b]Ermənilər Tovuz rayonu istiqamətində atəşkəsi pozublar[b]
[Tovuz. Ayxan Hüseynov-APA. Ermənistan Silahlı Qüvvələri bu gecə saat 00:00 radələrindən başlayaraq Ermənistanın Bert rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən yarım saat ərzində Tovuz rayonunun Əsrik-Cırdaxan kəndini avtomat və pulemyotlardan atəşə tutublar. Əsrik-Cırdaxan kənd sakinlərinin APA-nın Qərb bürosuna verdikləri məlumata görə, ermənilər atəşi yalnız Azərbaycan Silahlı Qüvvələrinin bölgədəki bölmələrinin cavab atəşindən sonra atəşi dayandırıblar. Atəşkəsin pozulması nəticəsində kənd sakinlərindən və hərbiçilərdən xəsarət alan olmayıb. /APA/ -
03-11-2008, 07:06 PMAPATürkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri KİV nümayəndələri üçün qəbul keçirib
[b]Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri KİV nümayəndələri üçün qəbul keçirib[b]
Bakı. Laçın Sultanova-APA. Bu gün Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Hulusi Kılıç mətbuat nümayəndələri üçün qəbul keçirib. APA-nın məlumatına görə, səfir bildirib ki, sələfi Hüseyn Avni Qarslıoğlunun Azərbaycanda az müddətdə olmasına baxmayaraq, çox iş gördüyünü, onun yarımçıq qalan işlərini davam etdirəcəyini söyləyib.
[Özünü Azərbaycanda vətənindəki kimi hiss etdiyini deyən H. Kılıç bu təyinatı böyük şərəflə qəbul etdiyini vurğulayıb. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən səfir deyib ki, I Qarabağ müharibəsi zamanı türkiyəli gənclər Azərbaycan tərəfdən döyüşlərdə iştirak edib: "Azərbaycanlı gənclər də Türkiyə Silahlı Qüvvələrinin PKK-nın məhv edilməsi istiqamətində keçirdiyi son əməliyyatlar zamanı döyüşlərdə iştirak etmək üçün müraciət ediblər. Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir". Səfir Bakıda və Azərbaycanın digər bölgələrində "Qardaşlıq meşələri"nin salınması təklifi ilə çıxış etdiyini deyib. Onun sözlərinə görə, bu təklif müsbət qarşılanıb. H. Kılıç mətbuatın körpü rolunu oynadığını söyləyib: "Mən istəyirəm ki, bu körpü sağlam olsun". O, bu il aprelin 29-da II Türkiyə-Azərbaycan media konfransının, aprelin 30-da Türk Respublikalarının xəbər agentliklərinin toplantısının keçiriləcəyini, jurnalistika fakültələrində master-klasların təşkil olunacağını bildirib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov səfirə işində uğurlar arzulayıb. -
03-11-2008, 07:16 PMAPAZbiqnev Bjezinski: "Dağlıq Qarabağ problemini kəskinləşdirən əsas məqam bu ərazinin hazırda Ermənistanın nəzarətində olmasıdır"
[b]Zbiqnev Bjezinski: "Dağlıq Qarabağ problemini kəskinləşdirən əsas məqam bu ərazinin hazırda Ermənistanın nəzarətində olmasıdır"[b]
London-APA. "Dağlıq Qarabağ problemini kəskinləşdirən əsas məqam bu ərazinin hazırda Ermənistanın nəzarətində olmasıdır". APA-nın məlumatına görə, bu fikirləri "BBCRussian.com" saytında keçirilən forumda sualları cavablandıran ABŞ prezidentinin sabiq müşaviri Zbiqnev Bjezinski söyləyib.
[Onun sözlərinə görə, məhz bu səbəbdən problemin ardıcıl və səbirli vasitəçilik siyasəti yürütməklə həll olunmasına ehtiyac var: "Bu siyasət zaman keçdikcə düşmənçilik və nifrət əhval-ruhiyyəsini azaldacaq. Hazırda münaqişə tərəfləri məhz bu hissləri rəhbər tutaraq hərəkət edirlər". -
03-11-2008, 07:21 PMAPAAzərbaycan paytaxtında baş vermiş silahlı toqquşma ilə əlaqədar səkkiz nəfər saxlanılıb, bir nəfər barəsində isə axtarış elan edilib
[b]Azərbaycan paytaxtında baş vermiş silahlı toqquşma ilə əlaqədar səkkiz nəfər saxlanılıb, bir nəfər barəsində isə axtarış elan edilib[b]
Bakı. Hacı Zeynalov-APA. Martın 10-dan 11-nə keçən gecə Yasamal rayonunun Bakıxanov küçəsində iki qrup arasında baş vermiş insidentlə bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov məlumat verib.
[Polis rəisi deyib ki, baş vermiş qarşıdurma ilə bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, hadisənin əsas iştirakçılarından olan Zaur Zeynalov təqsirləndirilən şəxs qismində saxlanılıb. M. Hüseynov iş üzrə daha 7 nəfərin şübhəli şəxs qismində saxlanıldığını, hazırda onların dindirildiyini bildirib.Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Məhkəməsi baş vermiş qarşıdurmada iştirak edənlərdən biri - özəl şirkətlərdən birində mühafizəçi işləyən Vüsal Rzayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. V. Rzayev hadisə yerinə qara plyonkalı BMW markalı nömrəsiz avtomobillə gəlib. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Daxili İşlər Nazirliyinin mətbut xidməti də hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, martın 10-dan 11-nə keçən gecə Bakı şəhər sakini Zaur Zeynalov bir qrup (8-10 nəfər) şəxslə Yasamal rayonu İnşaatçılar prospektindəki "Meridian-İnşaat" şirkətinə gəlib, oranın mühafizəçiləri Babək Novruzova, Asəf Asifzadəyə və Yunis İsmayılova dəmir və daş parçaları ilə xəsarət yetirib. Bu zaman B. Novruzov Bakı şəhər sakini Rüfət Hacıyevə məxsus olan ov tüfəngindən havaya 2 dəfə atəş açıb. Faktla bağlı araşdırmalar davam edir. -
03-11-2008, 07:26 PMAPAMüğənni Nura Surinin "Lexus" markalı maşını oğurlanıb
[b]Müğənni Nura Surinin "Lexus" markalı maşını oğurlanıb[b]
Bakı. Ülkər Qasımova-APA. Müğənni Nuranın (Aynurə Suri) maşını yaşadığı evin qarşısından oğurlanıb. Bu barədə APA-ya sənətçi özü məlumat verib. N. Suri deyib ki, "Lexus" markalı, 10 UL 999 dövlət nömrə nişanlı avtomobil martın 8-də oğurlanıb.
[N. Suri maşını oğurlayan şəxsin tutulduğunu, bununla bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqat aparıldığını deyib. Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti martın 8-də Binəqədi rayonunda, Azadlıq prospektində Bakı şəhər sakini Aynurə Suriyə məxsus "Lexus-330" markalı avtomaşının qaçırılması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Adil Abdullayev tutulub. -
03-11-2008, 07:31 PMAPAAMEA-nın Geologiya İnstitutunun 70 illiyi qeyd olunacaq
[b]AMEA-nın Geologiya İnstitutunun 70 illiyi qeyd olunacaq[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun 70 illiyinə həsr olunan tədbir keçiriləcək. Bu barədə APA-ya institutun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov məlumat verib. Nəzərdə tutulan yubiley tədbirləri çərçivəsində elmi sessiyanın keçirilməsi, 35 cildlik "AMEA-nın Geologiya İnstitutunun əsərləri" adlı kitabın, həmçinin "İllüstrasiyalı ensiklopediya", "Azərbaycan mineralları", "Azərbaycanın neftçi alimləri" kitablarının, beynəlxalq jurnal və müxtəlif bukletlərin nəşri nəzərdə tutulub. -
03-11-2008, 07:56 PMAPAAzərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb
[b]Azərbaycanla Bəhreyn arasında hərbi əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb[b]
[Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Bəhreynə rəsmi səfəri başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı S. Əbiyev Bəhreyn Krallığının yüksək rütbəli rəsmi şəxsləri ilə görüşlər keçirib. Səfərin yekununda "Azərbaycan Respublikası hökuməti və Bəhreyn Krallığı hökuməti arasında hərbi əməkdaşlıq haqqında anlaşma Memorandumu" imzalanıb. -
03-11-2008, 08:06 PMAPAAzərbaycan prezidenti Bakının tarixi hissəsində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə tanış olub
[b]Azərbaycan prezidenti Bakının tarixi hissəsində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə tanış olub[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Bakının tarixi hissəsində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə tanış olublar. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov dövlət başçısına qədim İçərişəhərdə və ətraf ərazilərdə görülən işlər barədə ətraflı məlumat verib. -
03-11-2008, 08:11 PMAPAAzərbaycan prezidenti Daxili Qoşunların hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti Daxili Qoşunların hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, general-leytenant Həsənov Zakir Əsgər oğlu və general-mayor Xəlilov Şirin Heydər oğlu "Vətən uğrunda", leytenant Kərimov Tehran Şirməmməd oğlu (ölümündən sonra), gizir Maşıyev Nemət Mütəllim oğlu (ölümündən sonra), çavuş Hüseynov Şirin Müslüm oğlu (ölümündən sonra) və əsgər Həmidov Fəzail Yaşar oğlu (ölümündən sonra) "İgidliyə görə", daha 23 hərbi qulluqçu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. -
03-11-2008, 08:21 PMAPAAbbas Lisani saxlandığı Yəzd həbsxanasında aclıq aksiyasına başlayıb
[b]Abbas Lisani saxlandığı Yəzd həbsxanasında aclıq aksiyasına başlayıb[b]
[Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisani Yəzd həbsxanasında aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. Onun sözlərinə görə, Abbas Lisani Yəzd həbsxanasında təkadamlıq kamerada saxlanılır. O, A. Lisaninin bu səbəbdən səhhətində problemlər yarandığını da deyib. R. Əlizadə həyat yoldaşı ilə martın 7-də telefonla danışdığını da diqqətə çatıdırıb: "Abbasla iki dəqiqə danışa bildik. Ondan farsca danışmağı tələb etdilər. Abbas buna məhəl qoymadığından, telefon əlaqəsi yarımçıq kəsildi". Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. O, yanvarın 2-də saxlanıldığı Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhərə, buradan isə martın 5-də Yəzd şəhərindəki həbsxanaya köçürülüb. -
03-11-2008, 08:31 PMAPATürkiyədə universitetlərdə baş örtüyündən istifadə edilməsi barədə təlimatın icrası dayandırılıb
[b]Türkiyədə universitetlərdə baş örtüyündən istifadə edilməsi barədə təlimatın icrası dayandırılıb[b]
[Ankara. Mayis Əlizadə - APA. Türkiyə ali təhsil sisteminə nəzarət edən dövlət orqanı - Yüksək Öyrətim Kurulunun (YÖK) sədri Yusuf Ziya Özcanın universitetlərdə baş örtüyündən istifadə edilməsinə icazə verən Konstitusiya dəyişikliyindən sonra ali təhsil müəssisələrinə göndərdiyi təlimatın icrası dayandırılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Danıştay adlanın məhkəmə instansiyası Y. Z. Özcanın Konstitusiya dəyişikliyinin həyata keçirilməsi və türbanlı tələbə qızların dərslərə buraxılması tələbi ilə universitetlərə göndərdiyi təlimatı qanuna zidd sayaraq icrasını dayandırmaq barədə qərar qəbul edib. Danıştayda iddia qaldırmış rektorlardan biri olan Ağdəniz Universitetinin rektoru Mustafa Akaydın bildirib ki, bu qərardan sonra türbanlı tələbələrin universitetlərə girişi mümkün deyil. Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının türbana sərbəstlik verən Konstitusiya dəyişikliyinin ləğvi ilə bağlı müraciətini icraata götürüb. -
03-11-2008, 09:01 PMAPAABŞ səfirliyində "Battery Dance" qrupunun Azərbaycana səfərinə həsr olunmuş mərasim təşkil olunub
[b]ABŞ səfirliyində "Battery Dance" qrupunun Azərbaycana səfərinə həsr olunmuş mərasim təşkil olunub[b]
[Bakı. Tamara Qriqoryeva-APA. ABŞ-ın Azərbaycandakı səfirliyində bu ölkənin "Battery Dance" qrupunun Azərbaycana səfərinə həsr olunmuş mərasim təşkil olunub. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ABŞ səfiri Ann Dersi Azərbaycanda incəsənətin bu növünə xüsusi diqqət yetirildiyini bildirib və bunu təqdirəlayiq hal adlandırıb. Səfir qeyd edib ki, 1940-cı ildə yaradılmış "Qız qalası" baleti dünya xoreoqrafiyasında, xüsusilə islam dünyasında bu sənət növünün inkişafında irəliyə doğru atılmış bir addım olub. O, "Battery Dance" qrupunun Azərbaycana səfərini ölkəmizin mədəniyyətinin mühüm hissəsi olan balet janrına diqqəti artıracağını deyib. Qeyd edək ki, "Battery Dance" qrupu 33 il əvvəl Nyu-Yorkda fəaliyyətə başlayıb. -
03-11-2008, 09:46 PMAPAAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
[b]Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq[b]
Bakı. Elnur Məmmədli-APA. Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncamda qeyd olunub ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.
[Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxaran, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni, mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikanın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan verdi. Qısa müddətdə iqtisadiyyatda nailiyyətlər əldə olundu, mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin inkişafı istiqamətində mühüm addımlar atıldı. O illərdə Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil edirdi. Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi ilə bağlı strateji proqramında mədəni və mənəvi intibahı həmişə sənayedə və iqtisadiyyatdakı uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirdi. 1969-1982-ci illər həyatımızın bütün sahələrində baş verən köklü dəyişikliklər öz miqyasına görə Azərbaycan salnaməsində ən dolğun səhifələr təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerji və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda özünü xüsusi parlaq sürətdə təzahür etdirdi. Həmin dövrlərdən Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrildi. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. O, Kommunist Partiyası sıralarından çıxmasına dair ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyevin parlamentdəki çıxışları, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən qəbul etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində üç rəngli bayrağımızın qaldırılması, suverenliyimizin qazanılması istiqamətində atılmış ilk addımlardandır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra xarici təzyiqlər və xarici çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycan ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevinin xidmətləridir. 1994-cü ildə Heydər Əliyev neft strategiyasını reallaşdırılmasını təmin edən əsrin müqaviləsinin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərini, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı. Dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə inkişafı üçün zəmin yaratdı. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tiflis-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləməsinin parlaq təcəssümüdür. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi ideoloji əsas dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynadı. Azərbaycan ziyalısını son əsrlərdə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətindən əməli siyasi müstəviyə keçib, nəticədə Azərbaycançılıq məfkurəsi fikirlərə hakim kəsilib. İki əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir. 2003-cü il dekabrın 12-də Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün yüz minlərlə soydaşımız onu son mənzilə yola salmağa gəlmişdi. Vida mərasimində ardı-arası kəsilməyən həmin insan seli isə 10 il əvvəl 1993-cü ildə vətən darda ikən nicat yolunu Heydər Əliyevin simasında görənlərin birliyindən yaranmışdı. Bu möhtəşəm izdihamı ilə xalq ən kədərli günündə həmrəylik nümayiş etdirməklə Heydər Əliyevin ruhu qarşısında mənəvi borcunu ödəyir, Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə edirdi. Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarı ilə Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxırdı. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutur. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu nəzərə alaraq, ümummilli liderin 85 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi barədə müvafiq tapşırıqlar verib. Prezidentin İcra Aparatı və Nazirlər Kabinetinə aidiyyəti qurumlara bilikdə yubiley tədbirləri ilə bağlı plan hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. -
03-12-2008, 11:16 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 11-də saat 20.55-dən martın 12-si saat 02.55-dək fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Çinarlı kəndlərində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Ağbulaq kəndi sahəsindəki mövqelərini, saat 20.05-dən 20.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, martın 12-də saat 04.25-dən 04.30-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-12-2008, 12:11 PMAPAPentaqon Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa icazə verəcək
[b]Pentaqon Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa icazə verəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Pentaqon yaxın vaxtlarda Kubada yerləşən Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə mütəmadi telefon əlaqəsi saxlamağa icazə verəcək. APA-nın məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, bu, Pentaqonun Quantanamo məhbusları ilə bağlı yeni siyasətinin bir hissəsidir. Bu siyasətin məqsədi - Kubanın cənub-şərqində yerləşən həbsxanada saxlanılma şəraitinin yaxşılaşdırılmasıdır. Pentaqonun mətbuat katibi Ceffri Qordon hesab edir ki, ailə üzvləri ilə telefonla əlaqəsi saxlamaq psixoloji vəziyyəti məlum olan məhbuslar üçün yaxşı dəstək olacaq. Telefon danışıqlarına konkret olaraq nə vaxt icazə veriləcəyi bildirilmir. Hələlik isə Quantanamo məhbusları xarici aləmlə əlaqə qurmaq üçün məktublaşma və vəkilləri ilə görüşmək imkanına malikdirlər. -
03-12-2008, 12:26 PMAPAAzərbaycan paytaxtında Nuru Paşanın abidəsi ucaldılacaq
[b]Azərbaycan paytaxtında Nuru Paşanın abidəsi ucaldılacaq[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycan paytaxtında 1918-ci ilin sentyabrında Bakını erməni-daşnak və bolşevik işğalından azad etmiş Türk-İslam Ordusunun komandanı, general Nuru Paşanın abidəsi ucaldılacaq.
[APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. Səfirin sözlərinə görə, abidə Türkiyədə hazırlanacaq və bu ilin sentyabrında - Bakının azad olunmasının 90 illiyi ərəfəsində ucaldılacaq. Abidənin ucaldılması barədə artıq razılıq əldə olunduğunu deyən H. Kılıç yerin hələlik tam müəyyənləşmədiyini söyləyib: "Ümid edirəm ki, abidə Bakının ən gözəl yerlərindən birində qoyulacaq". -
03-12-2008, 12:46 PMAPAAvropa Şurasının eksperti Azərbaycan hökumətini həbsxanaları müasirləşdirməyə çağırıb
[b]Avropa Şurasının eksperti Azərbaycan hökumətini həbsxanaları müasirləşdirməyə çağırıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan həbsxanaları öz vəziyyətinə görə hələ də SSRİ dövründəki səviyyədədir. Sistemin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, arzu olunan səviyyəyə çatmaq üçün vaxt tələb olunur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının həbsxanalar üzrə eksperti, isveçli Per Kolliander deyib. O bildirib ki, Azərbaycan həbsxanaları köhnə binalarda yerləşir və bir kamerada bir neçə məhbus saxlanılır: "Bu sistem güclü və zəif məhbuslar arasında problem yaradır və bir tərəf digərinin hüquqlarını pozur". Ekspert hesab edir ki, uzunmüddətli həbsə məhkum olunmuş məhbuslar üçün xüsusi şərait yaradılmalıdır: "Həbsxana belə məhbuslar üçün evə çevrilir. Bu ev isə rahat olmalıdır". P. Kolliander Azərbaycan hökumətini həbsxanaların müasirləşdirilməsi üçün investisiya qoymağa çağırıb və deyib ki, həbsxana işçilərinin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilməlidir: "Avropa Şurası Azərbaycan həbsxanalarında monitorinqləri davam etdirəcək və tövsiyələr irəli sürəcək. Biz həbsxanalarla bağlı qanunvericiliyin ekspertizası işinə də kömək edə bilərik". Ekspert həbsxanalar sahəsində qanunverici bazanın yaxşı olduğunu düşünsə də, tam yerinə yetirilmədiyini söyləyib: "Yeni qanunvericiliyi köhnə həbsxanalarda tətbiq etmək çətindir". -
03-12-2008, 12:51 PMAPA"British Council"-in Bakı ofisinin rəhbəri dəyişir
[b]"British Council"-in Bakı ofisinin rəhbəri dəyişir[b]
[Bakı. Laçın Sultanova-APA. "British Council"-in (Böyük Britaniya hökumətinin Britaniya mədəniyyətini ölkə xaricində yayımı ilə məşğul olan departamenti) Bakı ofisinin rəhbəri Endi Uilyamsın kontrakt müddəti bitir. Ofisdən APA-ya verilən məlumata görə, ofisin yeni rəhbəri vəzifəsinə Nikole de Lalovir təyin olunub. Qeyd edək ki, E. Uilyams Bakıda 2004-cü ildə işləyir. -
03-12-2008, 01:06 PMAPABarak Obama Hillari Klinton üzərində növbəti qələbəsini qazanıb
[b]Barak Obama Hillari Klinton üzərində növbəti qələbəsini qazanıb[b]
[Vaşinqton - APA. ABŞ-ın Missisipi ştatında keçirilən ilkin seçkilərdə demokratların yarışında Barak Obama, respublikaçılar daxilində isə Con Makkeyn qalib gəliblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ümummilli qurultaya 40 nümayəndənin seçildiyi "praymeriz"də B. Obama 60%, rəqibi Hillari Klinton isə 38% səs toplayıb. İndiyədək B. Obama ümumilikdə 1596, H. Klinton isə 1484 nümayəndənin dəstəyini qazanıb. Demokratların prezidentliyə rəsmi namizədi olmaq üçün azı 2025 qurultay nümayəndəsinin səsi tələb olunur. C. Makkeyn isə Missisipidə 79% səs toplayıb. Onun mübarizəni dayandırmış rəqibi Mayk Hakkabi 13%, Ron Pol isə 3% səs yığıblar. Xatırladaq ki, C. Makkeyn prezidentliyə respublikaçıların rəsmi namizədi olmaq üçün tələb olunan 1191 nümayəndənin səsini hələ martın 4-də təmin edib. Onun artıq 1325 səsi var. Demokratlar və respublikaçılar daxilində növbəti "praymeriz" aprelin 11-də Pensilvaniya ştatında keçiriləcək. -
03-12-2008, 01:21 PMAPANazim Ələkbərov: "Ötən beş illə müqayisədə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfəyə yaxın azal&
[b]Nazim Ələkbərov: "Ötən beş illə müqayisədə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfəyə yaxın azalıb"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Ötən beş illə müqayisədə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfəyə yaxın azalıb. APA-nın xəbərinə görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.
[ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında ölkəmizin cəzaçəkmə müəssisələrində vərəmdən əziyyət çəkən və dünyasını dəyişən məhbusların olması barədə qeyd olunan fikirlərə münasibət bildirən N. Ələkbərov deyib ki, sosial xəstəlik olan vərəm təkcə cəzaçəkmə müəssisələrində mövcud deyil: "İstintaq təcridxanalarına daxil olan şəxslər tibbi müayinədən keçirilir və orada çoxsaylı vərəm daşıyıcısı olan şəxs aşkarlanır. Yəni insanlar cəzaçəkmə müəssisələrinə vərəm daşıyıcısı kimi gəlirlər". Nazir müavininin sözlərinə görə, Penitensiar Xidmətin vərəmli xəstələrin müalicəsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində 1000-ə yaxın məhkum müalicə olunur. N. Ələkbərov hesabatda cəzaçəkmə müəssisələrinə nəzərdə tutulan normadan artıq sayda məhkumların saxlanması barədə fikirlərlə də razılaşmayıb: "Mən hələ ki, həmin hesabatla yaxından tanış olmamışam. Amma onu deyə bilərəm ki, bizdə limitdən artıq sayda məhkum saxlanmır. Sadəcə, həmin problem bizim istintaq təcridxanalarında mövcuddur. O səbəbdən biz yeni istintaq təcridxanasının inşasına başlamışıq. Hesab edirəm ki, problem aradan qaldırılacaq". -
03-12-2008, 01:26 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün bir araya gələcəklər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün bir araya gələcəklər[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasie (Fransa) bu gün Vyanada bir araya gələcəklər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
[Bu barədə APA-ya fransalı həmsədr Bernar Fasienin ofisindən məlumat verilib. Görüşdə Anjey Kaspşik ATƏT sədri İlkka Kanervanın fevralın 28-29-da Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşündə müzakirə olunan məsələlərlə bağlı həmsədrləri məlumatlandıracaq. Görüşdə həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son zamanlar mövcud olan gərginlik ətrafında müzakirələr aparılacağı da gözlənilir. -
03-12-2008, 02:36 PMAPAAzərbaycanın bütün regionlarında qarışıq rejimli cəzaçəkmə müəssisələrinin tikilməsi nəzərdə tutulur
[b]Azərbaycanın bütün regionlarında qarışıq rejimli cəzaçəkmə müəssisələrinin tikilməsi nəzərdə tutulur[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda yeni qarışıq tipli cəzaçəkmə müəssisələrinin inşası prosesi davam edir. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.
[Nazir müavini deyib ki, cəzaçəkmə müəssisələrinin Avropa standartlarına uyğunlaşdırılması, Bakıdan regionlara köçürülməsi nəzərdə tutulur: "Cəzaçəkmə müəssisələri, əsasən Bakıda yerləşir, bəziləri isə şəhərin mərkəzi hissəsindədir. Ona görə də çalışırıq ki, qısa müddətdə müəssisələrin regionlara köçürülməsinə nail olaq". N. Ələkbərovun sözlərinə görə, hər regionda qarışıq rejimli cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Naxçıvanda inşa edilən cəzaçəkmə müəssisəsinin bu ilin əvvəllərində istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyən nazir müavini bir sıra texniki səbəblərdən prosesin uzandığını nəzərə çatdırıb. Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında yeni həbsxana binasının tikintisinin davam etdiyini deyən nazir müavini bildirib ki, əsas tikinti işləri bu ilin sonuna kimi başa çatacaq və Qobustan həbsxanasının 2009-cu ildə bu binaya köçürülməsi nəzərdə tutulur. N. Ələkbərov Şəki və Lənkəranda inşa edilən cəzaçəkmə müəssisələrinin də gələn il istifadəyə veriləcəyini söyləyib. Nazir müavini Bakıda inşa edilən yeni istintaq təcridxanasının bu ilin sonuna kimi təhvil veriləcəyini güman etdiyini də deyib. N. Ələkbərov onu da bildirib ki, bu yaxınlarda Gəncə şəhərində qarışıq rejimli cəzaçəkmə müəssisəsinin tikilməsi barədə qərar qəbul olunub və bu yöndə şəhər icra hakimiyyəti ilə danışıqlara başlanılıb: "Artıq bizə bir neçə yerdə torpaq sahəsi təklif olunub". Penitensiar Xidmət rəisinin sözlərinə görə, Gəncədəki penitensiar müəssisə ötən əsrin əvvəllərində inşa edildiyindən şəraiti müasir standartlara uyğun deyil. -
03-12-2008, 02:41 PMAPAErmənilərin Azərbaycanın Sumqayıt şəhərində törətdikləri hadisələrə həsr olunmuş kitab nəşr edilib
[b]Ermənilərin Azərbaycanın Sumqayıt şəhərində törətdikləri hadisələrə həsr olunmuş kitab nəşr edilib[b]
[Bakı. Laçın Sultanova-APA. 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrin həqiqi səbəblərinin araşdırılmasına həsr olunmuş "10 illərlə davam edən faciə" adlı kitab rus dilində nəşr olunub. APA-nın məlumatına görə, beynəlxalq mövzularda araşdırmalar aparan jurnalist Nuraninin müəllifi olduğu kitabda əvvəllər məlum olmayan faktlar, istintaq materiallarından götürülmüş məlumatlar, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) generalı Filipp Bobkov, DTK-nın keçmiş sədri Vladimir Kryuçkov və digərlərinin xatirələrindən hissələr yer alıb. Müəllif hesab edir ki, Sumqayıt hadisələrinin təşkilatçılarını Moskva və İrəvanda axtarmaq lazımdır: ""Krunk" və "Qarabağ" təşkilatları ilə əlaqəsi olan Sumqayıt erməniləri baş verəcək hadisələrdən xəbərdar idilər, ona görə də əvvəlcədən mənzillərini sataraq və Əmanət Banklarındakı hesablarından pullarını çıxararaq, şəhəri tərk etmişdilər". Müəllif, həmçinin XIX-XX əsrlərdə Türkiyədə fəaliyyət göstərən erməni milliyyətçilərinin "erməniləri xilas etmək naminə" Avropanı Türkiyə ilə müharibəyə cəlb etmək məqsədilə öz soydaşlarına qarşı etdikləri provokasiyalar barədə tutarlı sübutlar, 1988-1989-cu illərdə Ermənistanda erməni milliyyətçiləri tərəfindən təşkil olunmuş "zəhərlənmə epidemiyası" ilə bağlı bu ölkənin hüquq-mühafizə orqanlarının apardığı araşdırmaları əks etdirən faktları göstərərək, bu nəticəyə gəlir ki, erməni milliyyətçiləri "erməni işi" naminə hər zaman tərəddüd etmədən öz soydaşlarını qurban verirlər.Kitabın yaxın zamanlarda ingilis dilində də nəşri planlaşdırılır. -
03-12-2008, 02:46 PMAPASlovakiyanın dövlət katibi Azərbaycan səfiri ilə görüşüb
[b]Slovakiyanın dövlət katibi Azərbaycan səfiri ilə görüşüb[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Slovakiyanın dövlət katibi Olqa Alqaerova Azərbaycanın bu ölkədə fövqəladə və səlahiyyətli səfiri Fuad İsmayılovu qəbul edib. APA-nın Slovakiya Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın, xüsusilə iqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Görüşdə həmçinin Azərbaycan və Slovakiyanın beynəlxalq təşkilatlar çərçivəsində - Avropa Şurası, BMT və ATƏT-də əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb. -
03-12-2008, 02:51 PMAPATQDK 2008-2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə "Elektron ərizə" qəbuluna başlayacaq
[b]TQDK 2008-2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə "Elektron ərizə" qəbuluna başlayacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın sonundan etibarən 2008-2009-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə "Elektron ərizə" qəbuluna başlayacaq. APA-nın məlumatına görə, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə təhsil şöbələrinin müdirləri, müxtəlif ali və orta ixtisas məktəblərinin və əlaqəli təşkilatların nümayəndələrinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib. Komissiya sədri ərizələrin qəbulunun internet vasitəsilə iki mərhələdə aparılacağını, birinci mərhələdə abituriyentlərin TQDK-nın ödəmə kartını əldə edəcəyini, kartdakı iş nömrəsi və şifrədən istifadə etməklə TQDK-nın internet səhifəsinə daxil olacağını və "Abituriyentin elektron ərizəsi" formasını dolduracaqlarını deyib. M. Abbaszadə ikinci mərhələdə abituriyentlərin tələb olunan sənədləri TQDK tərəfindən yaradılan müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim etməklə ərizələrini təsdiq edərək rəsmiləşdirəcəklərini bildirib. Müşavirədə TQDK əməkdaşları tərəfindən hazırlanan "Elektron ərizə" formasının doldurulması üçün nəzərdə tutulan proqramın real rejimdə işi nümayiş etdirilib. -
03-12-2008, 02:56 PMAPAHazırda Azərbaycanda 236 ömürlük məhbus var
[b]Hazırda Azərbaycanda 236 ömürlük məhbus var[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Hazırda Azərbaycanda 236 məhkum ömürlük azadlıqdan məhrum etmə cəzası çəkir. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilati-Nəzarət İdarəsinin rəisi Musa Hümbətov bildirib.
[İdarə rəisinin sözlərinə görə, Azərbaycanın Cinayət Məcəlləsində ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 19 maddə var. M. Hümbətov deyib ki, ölkəmizin cinayət qanunvericiliyinə əsasən, Azərbaycanda ömürlük cəza qadınlara, cinayət törədən zaman 18 yaşı tamam olmayan şəxslərə, hökm çıxarılana kimi 62 yaşına çatmışlara şamil edilmir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov isə bildirib ki, ömürlük məhkumların saxlanma şəraiti ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Onun sözlərinə görə, təkliflər ömürlük məhkumlara ali və digər növlü təhsil alma hüququnun verilməsi, yaxınları ilə görüşlərin, telefon danışıqlarının, sovqat qəbul etmə sayının artırılması, televiziya verilişlərinə baxmağa şərait yaradılması və s. nəzərdə tutur: "Məhkumların gəzintisi üçün çox zaman ayrılması ilə də bağlı təklifimiz var. Yəqin ki, bu, yeni həbsxana binası istifadəyə veriləndən sonra mümkün olacaq".N. Ələkbərov deyib ki, təkliflər Ədliyyə Nazirliyində hüquqi ekspertizadan keçirilir və yaxın zamanlarda müzakirəyə çıxarılması gözlənilir. -
03-12-2008, 03:01 PMAPAAzərbaycanda dini ədəbiyyat və dini mövzuda audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək
[b]Azərbaycanda dini ədəbiyyat və dini mövzuda audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda dini ədəbiyyat və dini mövzuda olan audiovizual əsərlərin ölkəyə gətirilməsi, satışı və yayılmasına nəzarət gücləndiriləcək. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin monitorinq qrupunun rəhbəri Alı İsmayılov məlumat verib. Məsələ ilə bağlı agentlik yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə geniş monitorinqlər keçirilməsi nəzərdə tutulur. Alı İsmayılovun sözlərinə görə, monitorinqlər təkcə paytaxtda deyil, əyalətləri də əhatə edəcək: "Baxış zamanı əsərlərin ölkəyə necə gətirilməsi ilə yanaşı, audiovizual məhsullarda yer alan musiqilərin, filmlərin hansı yolla köçürülməsi və yayılması, onların bizim dövlətçiliyə və mentalitetə uyğun gəlməsi məsələsi də araşdırılacaq. Ümumiyyətlə, bir az nəzarətsiz qalan bu sahəyə nəzarət artırılacaq". Alı İsmayılov onu da bildirib ki, məsələ ilə bağlı birgə hazırlanan iş planı artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib. -
03-12-2008, 03:06 PMAPAAmerika yazarı Tom Reissin Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən kitabı alman dilində nəşr olunub
[b]Amerika yazarı Tom Reissin Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən kitabı alman dilində nəşr olunub[b]
Berlin. Ülkər Qasımova-APA. Berlinin "Ostburq" nəşriyyatı Amerika yazarı Tom Reissin Məhəmməd Əsəd Bəyin həyatından bəhs edən "Orientalist" kitabını almanca yenidən nəşr edib.
[Bu barədə APA-ya Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi məlumat verib. "Orientalist" kitabının 2005-ci ildə Amerikada nəşr edildiyini, "İlin ən yaxşı kitabı" adına layiq görüldüyünü deyən N. Atəşi kitabın indiyədək 16 dilə tərcümə edilərək, artıq bestsellerə çevrildiyini söyləyib. O, alman dilində çıxmış yeni nəşrin bu gün Berlinin "Volksbühne" teatrında təqdimatının keçiriləcəyini də söyləyib. Təqdimatda eyni zamanda "Berlin Um Welt Film" kinostudiyasının Əsəd Bəy haqqında çəkdiyi filmdən fraqmentlər nümayiş etdiriləcək, filmin rejissoru Ralf Marşallek film haqqında ətraflı məlumat verəcək. N. Atəşinin sözlərinə görə, Əsəd Bəyin məşhur "Öl und Blut im Orient" ("Şərqdə neft və qan") kitabının Almaniyanın Frayburq şəhərindəki "Hans-Jürgen Maurer" nəşriyyatında yeni nəşrdən çıxmış ilk nüsxələri də təqdimat mərasimində diqqətə çatdırılacaq: "Bundan başqa, "Hans-Jürgen Maurer" nəşriyyatı Əsəd Bəyin bütün kitablarını təkrar nəşr etməyi planlaşdırır. Təkcə bu il Əsəd Bəyin 4 kitabı nəşriyyatda işıq üzü görəcək". Qeyd edək ki, Əsəd Bəyin arxiv sənədləri, onun "Qurban Səid" təxəllüsü ilə yazdığı "Sevgidən bixəbər kişi" romanının əlyazması dünya mətbuatında ilk dəvə Əsəd Bəyin tədqiqatçısı Nuridə Atəşinin "Yüz ilin sirləri" kitabında nəşr olunub. "Hans-Jürgen Maurer" nəşriyyatı isə bu ilin sentyabrında həmin kitabı alman dilində nəşr edəcək. -
03-12-2008, 03:11 PMAPATəhsil sahəsinə ayrılan investisiya xərcləri hesabına 300-dən çox məktəbdənkənar təhsil müəssisəsində təmir-tikinti işləri aparılacaq
[b]Təhsil sahəsinə ayrılan investisiya xərcləri hesabına 300-dən çox məktəbdənkənar təhsil müəssisəsində təmir-tikinti işləri aparılacaq[b]
[Bakı. Ramil Məmmədli-APA. Bu il də Azərbaycanın məktəbdənkənar təhsil müəssisələrinin yenidən qurulması və maddi-texniki bazasının yaxşılaşdırılması işi davam etdiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin tabeçiliyində olan məktəbdənkənar müəssisələrin sayı 300-dən çoxdur. Onların yarısı isə bədən tərbiyəsi müəssisələridir. Nazir idman-təhsil müəssisələrinin müasir standartlara cavab verməsi üçün bu il əsaslı təmir-tikinti işlərinin davam etdiriləcəyini də deyib. O bildirib ki, təhsilə ayrılan investisiya xərcləri hesabına 523 müəssisədə təmir-tikinti işləri aparılacaq. M. Mərdanov dövlət başçısının bu məsələdə maraqlı olduğunu da qeyd edib: "Ölkədə belə idman komplekslərinin sayının artırılması ilə bağlı prezident İlham Əliyevin müvafiq tapşırığı var. Bölgələrdə prezidentin şəxsi diqqəti sayəsində olimpiya kompleksləri tikilir. Təhsil Nazirliyinin tabeçiliyində olan idman müəssisələrinin bərpası da bu silsilə tədbirlərin kiçik bir hissəsidir". -
03-12-2008, 03:16 PMAPAAzərbaycanın cəzaçəkmə müəssisələrində 200-ə yaxın QİÇS-li xəstə cəza çəkir
[b]Azərbaycanın cəzaçəkmə müəssisələrində 200-ə yaxın QİÇS-li xəstə cəza çəkir[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "QİÇS-li xəstələr təkcə cəzaçəkmə müəssisələrində mövcud deyil, onlar azadlıqda da var". APA-nın xəbərinə görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.
[Ölkənin penitensiar sistemində HİV-ə yoluxanların sayının artması barədə Azərbaycan QİCS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirovanın açıqladığı məlumata münasibət bildirən nazir müavini bu cür bəyanatların nəyə əsasən verildiyini anlamadığını deyib: "QİÇS sosial xəstəlikdir və ondan əziyyət çəkən insanlar hər yerdə var". N. Ələkbərov onu da əlavə edib ki, hazırda cəzaçəkmə müəssisələrində 200-dək QİÇS-li xəstə cəza çəkir. -
03-12-2008, 03:21 PMAPAAmerikanın İrana aviazərbələr endirməsinə qarşı çıxan Yaxın Şərqdə ABŞ qoşunlarının komandanı istefa verib
[b]Amerikanın İrana aviazərbələr endirməsinə qarşı çıxan Yaxın Şərqdə ABŞ qoşunlarının komandanı istefa verib[b]
ABŞ - APA. Yaşın Şərqdə ABŞ qoşunlarının komandanı, admiral Uilyam Fellon tutduğu vəzifədən istefa verib. APA-nın məlumatına görə, ABŞ-ın müdafiə naziri Robert Qeyts admiralın istefa raportunu qəbul etdiyini bildirib.
[Ötən həftə ABŞ-da nəşr olunan "Esquire" jurnalındakı məqalədə Uilyam Fellon prezident Buşun komandasında İrana aviazərbələr endirməyin əleyhinə çıxan yeganə şəxs kimi xarakterizə edilib. Məqalədə həmçinin admiral Fellonun ölkə prezidentinin ABŞ-ın Yaxın Şərq siyasətinə ciddi etiraz etdiyi bildirilir. Robert Qeyts isə admiral Fellonun bu məqalə ilə bağlı olduğu barədə iddiaları əsassız adlandırıb. O, admiralın istefasını könülsüz və təəssüflə qəbul etdiyini vurğulayıb. -
03-12-2008, 03:26 PMAPABakıda həbsə məhkum edilmiş və təqsirləndirilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq görüş başlayıb
[b]Bakıda həbsə məhkum edilmiş və təqsirləndirilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq görüş başlayıb[b]
[APA-nın xəbərinə görə, tədbirdə Avropa Şurasının İnsan hüquqları və hüquqi işlər üzrə Baş Direktorluğunun məsul əməkdaşı Lulyeta Kasa, İsveç Milli Həbsxana Xidmətinin sabiq baş direktoru Per Kolliander, Finlandiyadan sabiq həbsxana rəisi Anna-Katrina Qrönholm, Avstriya Ədliyyə Nazirliyinin Həbsxana Xidmətinin direktoru İren Köyk, Azərbaycan Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyi, cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri iştirak edirlər. Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, görüş Avropa Şurasının Azərbaycanın penitensiar sistemində aparılan islahatların genişləndirilməsinə dair 2007-2008-ci illər üçün nəzərdə tutulan fəaliyyət planına uyğun həyata keçirilən növbəti tədbirdir. Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Biribosia Azərbaycanın penitensiar sistemində əldə olunan nailiyyətləri vurğulamaqla yanaşı, problemlərin də olduğunu söyləyib. Avropa Şurasının İnsan hüquqları və hüquqi işlər üzrə baş direktorluğunun məsul əməkdaşı Lulyeta Kasa deyib ki, əsas məqsədləri Azərbaycanda Avropa standartlarını tətbiq etməkdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilati-nəzarət idarəsinin rəisi Musa Hümbətov isə "Ömürlük və uzun müddətə həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərə dair hüquqi baza: cəza-icra qanunvericiliyi, təqsirləndirilən şəxslərin və məhkumların həbs yerlərində saxlanması haqqında qanun, cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları" mövzusunda çıxış edib. Görüş iki gün davam edəcək. -
03-12-2008, 03:31 PMAPAMisir Mərdanov: "Azərbaycanda peşə məktəbləri dünya standartlara uyğunlaşdırılacaq"
[b]Misir Mərdanov: "Azərbaycanda peşə məktəbləri dünya standartlara uyğunlaşdırılacaq"[b]
[Bakı. Ramil Məmmədli-APA. Yaxın günlərdə Azərbaycanda peşə məktəblərinin dünya standartlara uyğunlaşdırılması ilə bağlı tədbirlərə start veriləcək. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, artıq bununla bağlı layihə hazırlanıb. Peşə təhsili ilə bağlı ölkə prezidentinin 5 illik proqram təsdiq etdiyini xatırladan M. Mərdanovun sözlərinə görə, bu proqram sayəsində uzun illər yığılıb qalan problemlər həllini tapacaq. M. Mərdanov bu il 4 peşə məktəbində əsaslı təmir işlərinin aparılacağını deyib: "Peşə məktəbləri mərhələ-mərhələ təmir ediləcək və müasir avadanlıqla təmin olunacaq. Artıq bir neçə xarici şirkət və təşkilatla əməkdaşlığa dair razılaşma əldə olunub. Peşə təhsilinin inkişafı zəruridir. Heç də hamının ali təhsil almasına ehtiyac yoxdur. Ölkədə biliyi çox olanlara ehtiyac var, ixtisaslaşmış kadrların sayı artırılmalıdır". -
03-12-2008, 03:36 PMAPAAzərbaycan Daxili Qoşunlarının peşə bayramı münasibətilə tədbir keçirilib
[b]Azərbaycan Daxili Qoşunlarının peşə bayramı münasibətilə tədbir keçirilib[b]
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Daxili Qoşunlarının Baş İdarəsində 12 mart - Daxili Qoşunların peşə bayramı münasibətilə tədbir keçirilib.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov Daxili Qoşunların Qarabağ müharibəsində yaxından iştirak etdiyini, atəşkəs dövründə isə hərbi hissələrin döyüş hazırlığının, nizam-intizamın gücləndiyini, beynəlxalq əlaqələrin genişləndiyini bildirib: "Bu gün Daxili Qoşunlarda planlı islahatlar aparılır. Təlim-tədris proqramı yenidən hazırlanıb. Təlim proseslərində əsas diqqət hərbi qulluqçuların peşəkarlığının artırılmasına yönəlib. Hərbi qulluqçular səhra, dağ səhra, bağ və meşə şəraitlərində döyüş hazırlığı keçirlər". Daxili işlər naziri Ramil Usubov isə Daxili Qoşunların müasir tələblərə cavab verən hərbi struktur olduğunu vurğulayıb: "Bu gün Daxili Qoşunlarda yüksək döyüş hazırlığı və peşəkarlıq mövcuddur. Qoşunlar müxtəlif dövrlərdə ölkədə ictimai asayişin qorunmasında yaxından iştirak edib və öz vəzifə borcunu yerinə yetirmək imkanındadır".Daha sonra Daxili Qoşunların bir qrup hərbçisinə mükafatlar təqdim olunub. Bildirilib ki, Daxili Qoşunların peşə bayramı münasibətilə 30 hərbi qulluqçu dövlət başçısı, 87 nəfər daxili işlər naziri, 259 nəfər isə Daxili Qoşunların komandanı tərəfindən müxtəlif mükafatlarla təltif olunub.