[b]Daniel Frid: "Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Amerika Azərbaycanın Əfqanıstandakı hərbi kontingentinin sayını 90 nəfərədək artırmaq barədə niyyətini alqışlayır. Azərbaycanın NATO ilə münasibətləri inkişaf etdirmək imkanları da var".
[APA-nın məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid Konqresin aşağı palatasında "Qafqaz: Dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda dinləmələrdə çıxışı zamanı deyib. O, əsas diqqəti Azərbaycanın ABŞ-la energetika sahəsinə əməkdaşlığına çəkib: "Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur. Azərbaycan qazı yeni qaz kəmərləri şəbəkəsinin yaranmasına imkan verəcək ki, bunun nəticəsində bu sahəni inhisara almağın qarşısı alınacaq. Azərbaycan həmçinin enerji siyasətinin tənzimlənməsini həyata keçirir. Ölkədə Dövlət Neft Fondu yaradılıb, ölkə biznes və xarici sərmayə üçün münbit mühit formalaşdırmağa çalışır və korrupsiya ilə mübarizəni genişləndirir". Ölkədə demokratik islahatların keçirilməsinə toxunan Daniel Frid bildirib ki, demokratiya həmişə Azərbaycanın əsas ənənələrindən biri olub. O, öz sözlərinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə insanlara seçim və digər azadlıqlar verilməsinə dair misallarla əsaslandırıb. Ölkənin prezident seçkiləri ərəfəsində olduğunu vurğulayan Daniel Frid bildirib ki, seçkilərin demokratik keçiriləcəyinə ümidvardır: "Biz seçkilərin təkcə seçki günü deyil, bütün kampaniya dövründə demokratik keçiriləcəyinə ümid edirik".
Azərbaycan Xəbərləri
Printable View

06-19-2008, 12:11 PMAPADaniel Frid: "Azərbaycan Avropaya qaz nəqlində diversifikasiya mənbəyi hesab olunur"

06-19-2008, 12:20 PMyeshuAZƏRBAYCAN PARLAMENTİNİN YARADILMASININ 90 İLLİYİ - YUBİLEY
AZƏRBAYCAN PARLAMENTİNİN YARADILMASININ 90 İLLİYİ MÜNASİBƏTİLƏ YUBİLEY MƏRASİMİ KEÇİRİLƏCƏK
İyunun 19-da Azərbaycan parlamentinin yaradılmasının 90 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yığıncağa 41 ölkənin parlamentariləri qatılacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə, Gürcüstan, Türkmənistan, Pakistan, Belarus da daxil olmaqla 9 ölkə spiker, 12 dövlət isə vitse-spiker səviyyəsində təmsil olunacaq. Təntənəli mərasimdə iştirak etmək üçün, müxtəlif ölkələrin parlament nümayəndə heyətlərinin, gəlişi davam edir. Bu gün Bakıya gələn Pakistan senatının sədri Muhammadmian Soomronu Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər qarşılayıb. Türkmənistan məclisinin sədri Akja Nurberdiyevada da ölkəmizə səfərə gəlib. Qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Bahar Muradova, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər qarşılayıb. -
06-19-2008, 12:21 PMAPAATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri MSK sədri Məzahir Pənahovla görüşüblər
[b]ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri MSK sədri Məzahir Pənahovla görüşüblər[b]
[Bakı. Elnur Məmmədli - APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda səfərdə olan nümayəndələri Conatan Stounstriit və Konrad Olojoski Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçiriblər. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT təmsilçiləri prezident seçkiləri öncəsi vəziyyət, seçici siyahılarının hazırlanması, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, MSK-nın apardığı maarifləndirmə işi ilə maraqlanıblar. Qonaqlar səfərin yekunları əsasında ATƏT rəhbərliyinə rəy təqdim edəcəklərini və bu rəydən asılı olaraq qurumun seçkilər zamanı Azərbaycana müşahidə missiyası göndərəcəyini deyiblər. -
06-19-2008, 12:24 PMyeshuAzərbaycanda narkomaniyanın statistikasında gəncləşmə müşahidə edilir
Azərbaycanda narkomaniyanın statistikasında gəncləşmə müşahidə edilir
Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının ölkə üzrə rəhbərinin sözlərinə görə, əvvəllər narkomanlar 25-35 yaş arasında idilərsə, indi bu rəqəm 18 yaşa enib.
Bu gün Gənclər və İdman Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası «Narkomaniyanın profilaktikasında medianın rolu» mövzusunda konfrans keçirib. Tədbirdə ölkədəki əksər KİV-lərin nümayəndələri də iştirak edib. Konfransda Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SCAD) Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev çıxış edib. O bildirib ki, son illərdə narkotiklərin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı böyük işlər görülüb. Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb, amma aparılan maarifləndirmə işlərində ləngimələr var. Belə ki, bu sahədə işlər istənilən nəticəni vermir.
Məzahir Əfəndiyevin sözlərinə görə, narkomaniyanın statistikasında gəncləşmə müşahidə edilir. Əvvəllər narkomanlar 25-35 yaş arasında idilərsə, indi bu rəqəm 18 yaşa enib. M. Əfəndiyev narkomaniya ilə mübarizə sahəsində jurnalistlərin rolunun böyük olduğunu qeyd edərək, KİV işçiləri arasında maarifləndirmə işlərinin aparılacağını və təlimlər keçiriləcəyini qeyd edib. Məktəblərdə də maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
Menbe: ANS-PRESS. © 2008 Bütün hüquqlar qorunur. -
06-19-2008, 12:29 PMyeshuNəsimi rayonunda oyuncaq tapança ilə soyğunçuluq edən dəstə tutulub
Nəsimi rayonunda oyuncaq tapança ilə soyğunçuluq edən dəstə tutulub
Yasamal rayon sakininin mobil telefonunu və pullarını oğurlayan 4 nəfərlik dəstənin 3 üzvü yaxalanıb.
Nəsimi rayonu ərazisində soyğunçuluqla məşğul olan 3 nəfər şəxs saxlanılıb. Saxlanılanlar Salyan rayon sakini Əli Rafiq Namiq oğlu, əslən Qazaxdan olan Tariyel Ədilxan oğlu Nəbiyev və Samux rayon sakini Sübhan Fikrət oğlu Ələsgərovdur. Sonuncu dəfə onlar 18 iyun 2008-ci il tarixdə Nizami kinoteatrı yaxınlığında Yasamal rayon sakini Asif Əhmədzadəyə bıçaq və oyuncaq tapança ilə hədə qorxu gələrək onun mobil telefonunu və 1 neçə manat pulunu götürüblər. Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları soyğunçulardan 3-nü zərərsizləşdirə bilib.
Saxlanılanlardan Sübhan Ələsgərov bundan öncə qətl hadisəsi törətdiyinə görə bir dəfə məhkumluq həyatı yaşayıb. Saxlanılanlar qazanc məqsədi ilə daha bir neçə analoji hadisə törətdiklərini etiraf ediblər. Hazırda hadisənin 4-cü iştirakçısının axtarışları davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi açılıb.
Menbe: ANS-PRESS. © 2008 Bütün hüquqlar qorunur. -
06-19-2008, 12:31 PMAPAParlamentdə Azərbaycan Milli Məclisinin 90 illiyi münasibətilə xüsusi iclas başlayıb
[b]Parlamentdə Azərbaycan Milli Məclisinin 90 illiyi münasibətilə xüsusi iclas başlayıb[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün parlamentdə Azərbaycan Milli Məclisinin 90 illik yubileyi münasibətilə xüsusi iclas keçirilir. APA-nın məlumatına görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
[İclasa 40-a yaxın ölkədən 200-ə yaxın qonaq, o cümlədən Türkiyə, Türkmənistan, Gürcüstan, Polşa, Qazaxıstan, Rumıniya, Moldova, Pakistan, Belarus və Mərakeş parlamentinin sədrləri qatılıb. -
06-19-2008, 02:01 PMAPAOmbudsmanların VI Beynəlxalq Konfransında Bakı Bəyannaməsi qəbul edilib
[b]Ombudsmanların VI Beynəlxalq Konfransında Bakı Bəyannaməsi qəbul edilib[b]
Bakı. Turan Hüseynova-APA. Azərbaycanda keçirilən Ombudsmanların VI Beynəlxalq Bakı Konfransı başa çatıb. APA-nın məlumatına görə, konfransda Bakı Bəyannaməsi qəbul edilib.
[Bəyannamədə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Sənəddə, həmçinin universal və regional beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin təşviqi, əhalinin müxtəlif kateqoriyalarına mənsub qrupların hüquqlarının səmərəli müdafiəsi, azadlıqdan məhrumetmə yerlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, ictimai nəzarət mexanizminin tətbiqi, ali təhsil müəssisələri nəzdində UNESCO-nun insan hüquqları kafedralarının yaradılması istiqamətində fəaliyyətin davam etdirilməsi məsələləri yer alıb. Qeyd edək ki, "Qloballaşan dünyada insan hüquqları" mövzusunda keçirilən konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və "18 iyun Azərbaycanda insan hüquqları günü"nə həsr olunub. -
06-19-2008, 02:11 PMAPAAzad Rəhimov: "Ötən illə müqayisədə Azərbaycan gənclərində narkomaniyaya meyllilik çox cüzi artıb"
[b]Azad Rəhimov: "Ötən illə müqayisədə Azərbaycan gənclərində narkomaniyaya meyllilik çox cüzi artıb"[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Azərbaycan gənclərinin narkomaniyaya meylinin göstərən rəqəmlər çox müxtəlifdir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət o qədər də gərgin deyil. Ötən illə müqayisədə Azərbaycan gənclərinin narkomaniyaya meylinin artımı çox cüzidir". APA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir bu barədə rəsmi statistikanın yoxluğuna təəssüfləndiyini bildirib: "Rəsmi məlumatlar yoxdur, çünki bu xəstəlikdən əziyyət çəkənlərin çoxu dispanserlərə müraciət etmir, bu bəlalı vərdişlərini gizlədirlər. Sadəcə, dünyada olan bəzi təhlillərə əsaslanaraq, Azərbaycanda bu göstəricinin təxminən 20-30 mindən 70-80 min arasında olduğunu demək olar". A. Rəhimov bildirib ki, bu bəlalı vərdişdən Azərbaycan gənclərinin xilası üçün ilk növbədə statistik rəqəmlər dəqiqləşdirilməlidir: " Biz mübarizənin hansı miqyasda , hansı qüvvə ilə aparılacağını bilməliyik ki , son nəticədə biz qalib gələk. Bu zərərli vərdişlərin qarşısının alınması üçün Gənclər və İdman Nazirliyi müxtəlif konfrans, seminarlar təşkil edir, gənclərə maarifləndirici əyani vəsaitlər paylanır". -
06-19-2008, 02:21 PMAPABMT-nin baş katibi: "Dünyada 16 milyondan çox qaçqın var"
[b]BMT-nin baş katibi: "Dünyada 16 milyondan çox qaçqın var"[b]
[Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Ki Mun 20 İyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd edilir ki, 1951-ci ildən insanların məcburi köçürülməsi daha mürəkkəb məsələyə çevrilib. Əhalinin qarşılıqlı faktlar əsasında baş verən axını və insanların tez-tez yerdəyişmələrinə olan maneələrin aradan qalxması məcburi köçkünlərin müdafiəsini getdikcə çətinləşdirir. Baş katib müraciətində ötən il dünyada qaçqınların sayının 16 milyondan çox olduğunu vurğulayıb: "Mən beynəlxalq icmanı məcburi köçkünlüyün səbəblərini və nəticələrini aradan qaldırmaq üçün səylərini daha da artırmağa çağırıram. Bizim məqsədimiz qaçqınların öz evlərinə qayıtmasını təmin etməkdir. Gəlin, bütün qaçqınların sığınacaq hüququnu təmin edək, onların tam müdafiəsini təmin etmək üçün əlimizdən gələni əsirgəməyək". -
06-19-2008, 02:31 PMAPABoris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub
[b]Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub[b]
[Moskva-APA. Rusiyanın ilk prezidenti Boris Yeltsinin şəxsi operatorunun videoarxivi müsadirə olunub. APA-nın məlumatına görə, operator Aleksandr Kuznetsov bildirib ki, xüsusi xidmət orqanlarının əməkdaşları onun yeni sənədli film çəkilişlərinə mane olmaq üçün arxivini əlindən alıblar: "Mən Rusiyada demokratiyanın vəziyyəti haqda sənədli film çəkmək istəyirdim. Həmin çəkilişlərdə 600 kasetdən ibarət bu materiallardan da istifadə edəcəkdim. Görünür, kimlərsə bu filmi yekunlaşdırmağımı istəməyib". A. Kuznetsovun sözlərinə görə, 2005-ci ildə işıq üzü görən "Prezident üçün kamera" kitabı Yeltsinin ailəsi tərəfindən bəyənilmədikdən sonra ondan arxivi təhvil vermək tələb olunub. Faktı şərh edən Rusiyanın ilk prezidentin protokol şefi Vladimir Şevçenko videoarxivin müsadirə olunması ilə Yeltsinin ailəsi arasında hər hansı əlaqə olmadığını bəyan edib. -
06-19-2008, 02:39 PMyeshuİmtahanlardan kəsilən məzunlar təkrar imtahan verirlər
İmtahanlardan kəsilən məzunlar təkrar imtahan verirlər
Mərkəzləşdirilmiş buraxılış imtahanlarından kəsilən orta məktəb məzunları cümə axşamı təkrar imtahan verirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən bildirilib.
Mərkəzləşdirilmiş buraxılış imtahanlarında 47 780 şagird iştirak edib. Onlardan 37 601 nəfəri bütün fənlər üzrə yaxşı qiymət alıb, 5 124 şagird bir fəndən, 1 791-i iki, 2 400-ü isə üç fəndən “iki” qiymət alıblar.
Bundan sonra imtahanlardan kəsilən şagirdlərin valideynləri etiraz aksiyası keçiriblər. Bu səbəbdən Təhsil Nazirliyi imtahanın təzədən verilməsini təşkil edib.
XI sinif məzunlarının attestat qiymətləri X sinifin yekun qiymətlərindən, üç sınaq imtahanının nəticəsindən, XI sinfin və buraxılış imtahanlarının yekun qiymətlərindən asılıdır.
Menbe: İnterfaks -
06-19-2008, 02:41 PMAPAErmənistan baş prokurorunun keçmiş müavininin həbs müddəti uzadılıb
[b]Ermənistan baş prokurorunun keçmiş müavininin həbs müddəti uzadılıb[b]
[İrəvan-APA. Ermənistan baş prokurorunun keçmiş müavini Qagik Cangiryanın həbs müddəti uzadılıb. APA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, istintaq orqanının xahişi ilə belə bir qərar bu gün qəbul edilib.Qeyd edək ki, Q. Cangiryana qarşı irəli sürülən ittihamlar iyunun 13-də qismən dəyişdirilib. Xüsusi istintaq xidmətinin xüsusi işlər üzrə baş müstəntiqi baş prokurorun keçmiş müavininə qarşı Cinayət Məcəlləsinin 235-ci maddəsinin 1-ci bəndi ilə (qanunsuz silah saxlama) ittiham irəli sürülməsindən imtina edib. Silahla bağlı sənədlər ilk gündən təqdim edilməsinə baxmayaraq, həbsdən ancaq 4 ay sonra baş prokurorun keçmiş müavininin üzərindəki silahın qanuni olduğu etiraf edilib. Lakin onun barəsində Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndi (dövlət hakimiyyətinin qəsb edilməsi) ilə iş açılıb. Bundan əlavə, keçmiş müavin daha 2 maddə ilə ittiham olunur.Q. Cangiryan isə bütün ittihamları rədd edib. Müdafiə tərəfi bildirir ki, istintaq orqanının yeni qərarı Cangiryanın siyasi motivlərlə təqib edildiyini bir daha təsdiqləyir.Xatırladaq ki, Q. Cangiryan müxalifətin mitinqlərindən birində prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Ertəsi gün onu həbs edərək hakimiyyət nümayəndəsinə zor tətbiq etmək və qanunsuz silah saxlamaqda ittiham ediblər. -
06-19-2008, 02:42 PMyeshu“Azərbaycan Hava Yolları” dördüncü təyyarəni alıb
Azərbaycan Hava Yolları” QSC Fransanın ATR şirkətilə bağladığı müqavilə çərçivəsində dördüncü təyyarəni alıb
"Azərbaycan Hava Yolları” QSC (AzAl) Fransanın ATR şirkətilə bağladığı müqavilə çərçivəsində növbəti ATR-42-500 təyyarəsini alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
“Bu, ATR ilə bağlanmış müqavilə çərçivəsində dördüncü təyyarədir. Tutumu 50 nəfər olan təyyarədən Naxçıvan Muxtar Respublikası, həmçinin Trabzon, Minvod, Tehran, Aleppoya uçuşlar həyata keçiriləcək”,-deyə mənbə bildirib.
Azərbaycana təyyarələrin göbdərilməsi 2008-ci il avqustun 1-dək başa çatdırılmalıdır. Təhlükəsizlik baxımından orta məsafəli marşrutlarda həmin təyyarələrdən istifadə sərfəlidir.
Təyyarələrin alınmasına dair müqavilənin dəyəri $97,2 mln. təşkil edir.
Menbe: İnterfaks -
06-19-2008, 02:50 PMyeshuKamera Teatrı yenə “İtlər”lə yola çıxır
Kamera Teatrı yenə “İtlər”lə yola çıxır
Bakı Kamera Teatrı Türkiyənin Samsun şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Bu ayın 20-27-də düzənlənəcək festivalda teatrın kollektivi xalq artisti Cənnət Səlimovanın İlqar Fəhminin əsəri əsasında hazırladığı “İtlər” tamaşası ilə çıxış edəcək.
Menbe: Zaman -
06-19-2008, 02:51 PMAPAİlham Əliyev: "Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir"
[b]İlham Əliyev: "Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir"[b]
Bakı. Elbrus Seyfullayev-APA. "Azərbaycanın tək bir problemi var, o da bölgə üçün böyük təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsidir. Biz sülh danışıqları aparırıq, ancaq indiyədək bir nəticə əldə olunmayıb".
[APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün parlamentdə Azərbaycan Milli Məclisinin 90 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasındakı çıxışında deyib. Ölkə başçısı Azərbaycan torpaqlarının azad olunması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini bildirib: "Bu yaxınlarda BMT Baş Assambleyasında Azərbaycanın işğal altındakı ərazilərinin vəziyyətinə dair qətnamə qəbul edilib və Azərbaycan mövqeyi dəstəklənib. İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycan mövqeyini müdafiə edir. Bütün bunlara baxmayaraq təəssüf ki, nəticə yoxdur. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün elementar insan hüquqlarından məhrumdur". Azərbaycanın işğal altındakı torpaqlarında mədəni irsin, abidələrimiz, qəbirlərin dağıdıldığını deyən prezident bu hadisələr beynəlxalq ictimaiyyətin biganə qaldığını vurğulayıb: "Beynəlxalq hüquq bütün ölkələrə şamil edilməlidir. Əks halda beynəlxalq hüququ təmin etmək mümkün olmayacaq. Beynəlxalq təşkilatlar özlərinə hörmət etməlidir". İlham Əliyev Azərbaycanın ərizə bütövlüyünün təmin ediləcəyini deyib: "Bu problemin həllində bizim güzəştimiz Dağlıq Qarabağa ən yüksək idarəetmə hüququnu verməkdir. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan yox, region üçün böyük təhlükədir. Azərbaycan bütün sahələrdə uğurlar qazanıb, beynəlxalq hüquq də bizim tərəfimizdədir. İnanırıq ki, problem sülh yolu ilə öz həllini tapacaq". -
06-19-2008, 05:01 PMAPAAydın Quliyevin təsis edəcəyi partiyanın Təşkilat Komitəsi yaradılıb
[b]Aydın Quliyevin təsis edəcəyi partiyanın Təşkilat Komitəsi yaradılıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) liderinin keçmiş müavini, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yeni yaradacağı partiyanın Təşkilat Komitəsini təsis edib. Bu barədə APA-ya məlumat verən A. Quliyev bildirib ki, Təşkilat Komitəsində 11 nəfər təmsil olunur. Mütəmadi olaraq TK-nın iclaslarının keçirildiyini bildirən baş redaktor bu ilin payızında keçiriləcək prezident seçkilərinə kimi təşəbbüsçüsü olduğu partiyanın təsis qurultayının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, partiyanın adı ətrafında da müzakirələrin getdiyini və bir neçə variantın nəzərdən keçirildiyini bildirib: "Hələlik həmin adı açıqlamaq istəmirik. Amma yaxın vaxtlarda Təşkilat Komitəsinin bununla bağlı rəsmi qərarları olacaq". -
06-19-2008, 05:11 PMAPANazir: "Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən təkrar imtahanın nəticələri ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq"
[b]Nazir: "Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən təkrar imtahanın nəticələri ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanda orta məktəbin 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahan nəticələrindən narazı qalmış məzunlar üçün bu gün təkrar imtahan keçirilib. APA-nın məlumatına görə, Bakıda 4 mərkəzdə keçirilən imtahan saat 10.00-da başlayıb və üç saat davam edib.
[Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, təkrar imtahanda 4000-dək məzunun iştirakı nəzərdə tutulsa, hələlik imtahana neçə nəfərin qatıldığı dəqiqləşdirilməyib. Təkrar imtahanda məzunlar birinci imtahanda olduğu kimi, bütün fənlərdən deyil, yalnız kəsildikləri fənlər üzrə sualları cavablandırıblar. Nazir qeyd edib ki, təkrar imtahanın cavabları ya bu gün axşam, ya da sabah səhər açıqlanacaq, nəticələr TN-in İnternet saytında yerləşdiriləcək. M. Mərdanov təkrar imtahanda iştirak edən bütün məzunlara hər cür güzəştin edildiyi də söyləyib. -
06-19-2008, 05:21 PMAPAAMİP qurultayını mehmanxanada keçirməyə qərar verib
[b]AMİP qurultayını mehmanxanada keçirməyə qərar verib[b]
[Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbədənkənar qurultayı keçirməyə yer ayrılması xahişi ilə iki özəl mehmanxanaya müraciət edib. Bu barədə APA-ya partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov məlumat verib. Onun sözlərinə görə, müraciət edilən mehmanxanaların rəhbərliyi hələlik onlara cavab verməyib. O, edilən müraciətlərdə qurultayın konkret vaxtının göstərilmədiyini bildirib: "Çünki konkret vaxt göstərdikdə yer problemləri olur. Biz bildirmişik ki, hansı günə yer ayrılsa, həmin gün də qurultayı keçirəcəyik. Buna görə də qurultayın nə zaman keçiriləcəyi onların cavablarından asılıdır". F. Muxtarov yer ayrılması xahişi ilə dövlət qurumlarına müraciət etmək fikrində olmadıqlarını bildirib. Sədr əvəzi qurultayın seçkiyə kimi keçirilib-keçirilməyəcəyi barədə suala dəqiq cavab verə bilməyəcəyini qeyd edib. Qeyd edək ki, AMİP aprelin 20-nə növbədənkənar qurultay təyin etsə də, yer problemi ilə əlaqədar qurultayı təxirə salmışdı. -
06-19-2008, 05:31 PMAPAHəsrət Rüstəmov: "ADP rəhbərliyində əksəriyyət seçkilərdə iştirak tərəfdarıdır"
[b]Həsrət Rüstəmov: "ADP rəhbərliyində əksəriyyət seçkilərdə iştirak tərəfdarıdır"[b]
[Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirak edib-etməmək məsələsinə iyulda keçiriləcək Ali Məclisinin iclasında baxacaq. Bu barədə APA-ya partiya sədrinin birinci müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra seçkilərdə iştirak məsələsində fikir ayrılığı yarandığından bu məsələnin yenidən müzakirəsinə ehtiyac var. Bununla bərabər Ali Məclisin ötən sessiyasında seçkilərdə iştirakla bağlı qəbul edilmiş qərarın dəyişdirilməsi ehtimalının az olduğunu deyən H. Rüstəmov ADP rəhbərliyində əksəriyyətin seçkilərdə iştiraka tərəfdar olduğunu vurğulayıb: "Ağır şərait olsa da, biz düşünürük ki, seçkilərdə iştirak vacibdir. Kənarda dayanmaqdandırsa, bu prosesdə iştirak etməyi, seçki dövrünün üstünlüklərindən istifadə etməyi əhəmiyyətli sayırıq". -
06-19-2008, 05:41 PMAPAAMİP yaxın gələcəkdə kütləvi aksiyalar keçirməyi planlaşdırmır
[b]AMİP yaxın gələcəkdə kütləvi aksiyalar keçirməyi planlaşdırmır[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) yaxın gələcəkdə kütləvi aksiyalar keçirmək fikrində deyil. Partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov APA-ya açıqlamasında bildirib ki, partiyada bu barədə hər hansı müzakirə aparılmır və belə təkliflər yoxdur. İndiki mərhələdə kütləvi aksiyaları mənasız hesab edən sədr əvəzinin sözlərinə görə, yaxın keçmişdəki təcrübə də göstərir ki, problemləri mitinqlər yolu ilə həll etmək mümkün deyil: "Hakimiyyətlə mitinqlərlə mübarizə aparmaq qeyri-mümkündür". -
06-19-2008, 05:51 PMAPAAzərbaycanın sabiq millət vəkili "Bizim yol" qəzetinə qarşı iddiasını geri götürüb
[b]Azərbaycanın sabiq millət vəkili "Bizim yol" qəzetinə qarşı iddiasını geri götürüb[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə sabiq millət vəkili Hüseyn Abdullayevin "Bizim Yol" qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə iddiaçı tərəf apellyasiya şikayətini geri götürdüyü bildirib və tərəflər razılığa gəlib. Məhkəmə Xətai rayon Məhkəməsinin qərarının ləğv olunması barədə qətnamə qəbul edib. Qeyd edək ki, H. Abdullayevin iddiası əsasında Xətai rayon Məhkəməsi "Bizim yol" qəzetinin təkzib verməsi və 1000 manat məbləğində cərimələnməsi barədə qərar çıxarıb. -
06-19-2008, 06:01 PMAPAErməni deputatın qardaşı oğlu öldürülüb
[b]Erməni deputatın qardaşı oğlu öldürülüb[b]
[İrəvan - APA. Ermənistan paytaxtındakı "Lusastx" restoranında atışma baş verib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, atışmada restoranın sahibi, deputat Samvel Aleksanyanın qardaşı oğlu, 21 yaşlı Levon Aleksanyan öldürülüb. O, başından güllə yaraları alıb. Ermənistan polisinin operativ-istintaq qrupu hadisə yerindən 3 güllə, 3 giliz, "Çezet" markalı tapança və güllə darağı aşkarlayıb. Faktla bağlı təhqiqat aparılır. -
06-19-2008, 06:11 PMAPAAzərbaycanla ABŞ arasında azərbaycanlı tələbələrin Birləşmiş Ştatlarda təhsil alması sahəsində əməkdaşlıq barədə saziş imzalan
[b]Azərbaycanla ABŞ arasında azərbaycanlı tələbələrin Birləşmiş Ştatlarda təhsil alması sahəsində əməkdaşlıq barədə saziş imzalanıb[b]
[APA-nın məlumatına görə, sazişi Azərbaycan tərəfdən Misir Mərdanov, ABŞ tərəfdən isə dövlət katibinin mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi Qoli Ameri imzalayıblar. Proqram beş il müddətinə nəzərdə tutulub, gələcəkdə tərəflərin istəyi ilə bu onun icra müddəti artırıla bilər. İmzalanmış sənədə çərçivəsində magistr dərəcəsi almış tələbələr Fullbrayt proqramı çərçivəsində ABŞ-a təhsil almağa yollanacaqlar. Hələlik bu proqram çərçivəsində Birləşmiş Ştatlara nə qədər tələbə göndəriləcəyi məlum deyil. Göndəriləcək tələbələri seçmək üçün xüsusi komissiya yaradılacaq. İmzalanma mərasimindən sonra Qoli Ameri bildirib ki, Fullbrayt proqramı hər kəs qarşısında bərabər hüquqlar yaradır. Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-da təqribən 4 min azərbaycanlı tələbə təhsil alıb. Qeyd edək ki, azərbaycanlı şagird və tələbələr Maski, Junior Public, Apqreyd proqramları, həmçinin dövlət proqramı çərçivəsində ABŞ-a təhsil almağa göndərilirlər. -
06-19-2008, 06:21 PMAPABakıda 12 yaşlı rəssamın fərdi sərgisi açılıb
[b]Bakıda 12 yaşlı rəssamın fərdi sərgisi açılıb[b]
[Bakı. Turan Hüseynova - APA. Bakıdakı Müasir İncəsənət Mərkəzində 12 yaşlı Heydər Əlibəylinin sərgisi keçirilir. APA-nın məlumatına görə, 132 rəsm əsərinin nümayiş olunduğu sərginin açılış mərasiminə Bakıda fəaliyyət göstərən diplomatik korpus və neft şirkətlərin nümayəndələri də qatılıblar. Xeyriyyəçilik məqsədi ilə keçirilən sərgidən əldə olunan vəsait əlil uşaqlara yardım məqsədilə sərf olunacaq. Bunun ilk fərdi sərgisi olduğunu bildirən H. Əlibəyli gələcəkdə belə sərgilərin davam olmasını istədiyini vurğulayıb. Qeyd edək ki, H. Əlibəyli 160 saylı orta məktəbin şagirdidir. 4 yaşından rəsm çəkməyə başlayan gənc rəssam respublika və beynəlxalq sərgilər laureatıdır. -
06-19-2008, 06:31 PMAPARusiyada yaşayan miqrantlar rus dili testindən keçməli olacaqlar
[b]Rusiyada yaşayan miqrantlar rus dili testindən keçməli olacaqlar[b]
[Bakı. Laçın Sultanova - APA. İyunun 24-də Rusiya Federal Şurasının komissiyalarının birgə iclasında miqrantların rus dilini öyrənməsi və testdən keçməsi barədə qanun layihəsinə baxılacaq. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, hazırda rus dilindən imtahan vermək şərti yalnız öz gələcəklərini Rusiya ilə bağlayan xarici vətəndaşlara şamil olunur. Layihənin müəllifləri Rusiyada digər statusla yaşayan xaricilərin də rus dili testindən keçməsini təklif edirlər. Qazanc üçün Rusiyaya gələnlərə testdən keçmək təklif olunmasa da, könüllü surətdə testdən keçən əmək miqrantları işləmək üçün icazə alarkən müəyyən imtiyazlardan istifadə edəcək. -
06-19-2008, 06:41 PMAPAAzərbaycan prezidenti Türkmənistan parlamentinin sədrini qəbul edib
[b]Azərbaycan prezidenti Türkmənistan parlamentinin sədrini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da Türkmənistan parlamentinin sədri, xanım Akya Nurberdiyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın genişlənməsində parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub. -
06-19-2008, 06:51 PMAPAİslam Konfransı Təşkilatı daxilində Kosovonun müstəqilliyinin tanınması ilə bağlı fikir ayrılığı yaranıb
[b]İslam Konfransı Təşkilatı daxilində Kosovonun müstəqilliyinin tanınması ilə bağlı fikir ayrılığı yaranıb[b]
Uqanda - APA. İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Uqandada keçirilən 35-ci toplantısında Kosovo məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.
[APA-nın məlumatına görə, Azərbaycan, Misir, İndoneziya və Əlcəzair Kosovonun müstəqil dövlət kimi tanınmasının əleyhinə çıxıblar. Bakı öz mövqeyini Dağlıq Qarabağın işğal olunması və ermənilərin orada referendum keçirərək Azərbaycanın bu bölgəsini müstəqil dövlət elan etməsi ilə əsaslandırır. Misir isə Rusiya və Serbiya ilə ikitərəfli münasibətlərinin pozulmasından ehtiyatlanaraq Kosovonu tanımaqdan imtina edir. Türkiyə mənbələri Ankaranın Azərbaycan və Misirin mövqeyini dəyişmək üçün cəhd göstərdiyini xəbər verirlər. -
06-19-2008, 07:01 PMAPAAzərbaycan prezidenti Rusiya Dövlət Duması sədrinin müavinini qəbul edib
[b]Azərbaycan prezidenti Rusiya Dövlət Duması sədrinin müavinini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Dövlət Duması sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Tərəflər, həmçinin Azərbaycan və Rusiya Ali Qanunverici orqanları arasında mütəmadi görüşlərin və qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin və əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyi vurğulayıb, bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. -
06-19-2008, 07:11 PMAPAUNESCO-nun mənzil-qərargahında "Leyli və Məcnun" operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək
[b]UNESCO-nun mənzil-qərargahında "Leyli və Məcnun" operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İyunun 24-də UNESCO-nun mənzil-qərargahında Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, iyunun 25-də isə Luvr Muzeyinin "Auditorium" konsert salonunda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Sözügedən tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Opera və Balet Teatrının aktyorları, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru və aktyorları, Azərbaycan Dövlət Simli alətlər kvarteti və digər məşhur musiqiçilər təmsil olunacaqlar. -
06-19-2008, 07:13 PMyeshuYüzdən artıq hərəkatçı işgəncə altındadır
Yüzdən artıq hərəkatçı işgəncə altındadır
Son bir ayda Güney Azərbaycanda minlərlə soydaşımız həbs edilərək təhlükəsizlik və polis idarələrində sorğu-sual edilib. Onlardan kütləvi aksiyalarda iştirak etməmək barədə yazılı iltizam alınıb. Bunu azərbaycanlıların hüquqlarını müdafiə təşkilatının sədri Faxtə Zəmani bildirib. Onun sözlərinə görə, müvəqqəti azadlığa buraxılanlarla yanaşı hələ də həbsxanalarda və təhlükəsizlik idarələrində yüzdən artıq hərəkat fəalı işgəncələrə məruz qalmaqdadır. Heç bir məhkəmə qərarı olmadan onlara qarşı işgəncələr təbiq edilir, bir çox hərəkatçının səhhətində ciddi problemlər yaranıb. Tibbi yardıma ehtiyacı olan məhbuslar təkadamlıq kameralarda saxlanılır və şübhəli ölümlərin sayı artır. Xanım hüquq müdafiəçisi beynəlxalq təşkilatları İranda insan haqlarının müdafiəsinə diqqət yetirməyə çağırıb.
Menbe: 'OLAYLAR' -
06-19-2008, 07:19 PMyeshu
Aqil Xəlil yenə aeroportdan geri qaytarılıb
İyunun 18-də Fransaya getmək istəyən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Heydər Əliyev Beynəlxalq Hava Limanından geri qaytarılıb. Bu barədə “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib. Onun sözlərinə görə, A. Xəlil Fransanın Azərbaycandakı səfirliyinin verdiyi viza əsasında getmək istəyib. A. Əhmədov A. Xəlilin zərərçəkmiş şəxs olduğunu xatırladıb, onun istədiyi vaxt Azərbaycandan çıxa biləcəyini söyləyib: “Ancaq hava limanında bizə bildirdilər ki, məhkəmə başa çatmadığından Aqil Xəlil Azərbaycandan çıxa bilməz”.
menbe: APA -
06-19-2008, 07:21 PMAPAAzərbaycan prezidenti Pakistan parlamentinin sədrini qəbul edib
[b]Azərbaycan prezidenti Pakistan parlamentinin sədrini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan parlamentinin sədri Muhammad Mian Soonronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin uğurla inkişaf etdiyi, siyasi əlaqələrin yaxşı səviyyədə olduğu, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu qeyd edilib. -
06-19-2008, 07:31 PMAPAÜmumdünya Rus Xalq Yığıncağı azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin adının Rusiyada əbədiləşdirilməsini təklif edib
[b]Ümumdünya Rus Xalq Yığıncağı azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin adının Rusiyada əbədiləşdirilməsini təklif edib[b]
[Bakı. Laçın Sultanova-APA. Ümumdünya Rus Xalq Yığıncağının nümayəndələri Moskva və ya Sankt-Peterburqda küçələrdən birinə Azərbaycan sərkərdəsi Hüseyn xan Naxçıvanskinin adının verilməsini təklif ediblər. APA-nın "İnterfaks"a istinadən yaydığı məlumata görə, qurumun Yekaterinburq şöbəsinin həmsədri Sergey Pisarev Hüseyn xan Naxçıvanskinin istedadlı və çar II Nikolaya sadiq sərkərdə olduğunu deyib. Çar taxtından imtina edəndən sonra o, müvəqqəti hökumətə xidmətdən imtina edib və 1919-cu ildə bolşeviklər tərəfindən Petropavlovsk qalasında güllələnib: "Belə sədaqətlilik faktı ictimaiyyətə məlum olmalıdır, niyə Moskva və yaxud Sankt-Peterburqun küçələrindən birinə Hüseyn xan Naxçıvanskinin adı verilməsin?" -
06-19-2008, 07:41 PMAPAMüğənni Nuranın maşınını oğurlayan şəxsə hökm oxunub
[b]Müğənni Nuranın maşınını oğurlayan şəxsə hökm oxunub[b]
Bakı. Ülkər Qasımova - APA. Binəqədi rayon Məhkəməsində müğənni Nuranın (Aynurə Suri) maşınını oğurlanmaqda təqsirli bilinən şəxsə hökm oxunub.
[Nuranın APA-ya verdiyi məlumata görə, maşını oğurlamaqda günahlandırılan Adil Abdullayevə 1 il 6 ay şərti cəza verilib. Qeyd edək ki, A. Abdullayev bu ilin martın 8-də müğənnin yaşadığı evin qarşısından N. Suriyə məxsus "Lexus" markalı, 10 UL 999 dövlət nömrə nişanlı avtomobili oğurlamaqda təqsirli bilinir. Maşın sonradan sahibinə qaytarılıb. -
06-19-2008, 07:51 PMAPAOmbudsmanların VI Beynəlxalq konfransının iştirakçıları yeniyetmə və qadın məhkumların cəzaçəkmə müəssisələrinə baş çəkiblər
[b]Ombudsmanların VI Beynəlxalq konfransının iştirakçıları yeniyetmə və qadın məhkumların cəzaçəkmə müəssisələrinə baş çəkiblər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan paytaxtında keçirilən Ombudsmanların VI Beynəlxalq Konfransının iştirakçıları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə və qadın məhkumların cəza çəkdikləri 4 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkiblər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ombudsman Aparatının məsul əməkdaşının müşayiəti ilə konfrans iştirakçıları cəzaçəkmə müəssisələrinin məişət obyektlərinə, yataqxanalara, yeməkxanaya, tibb hissəsinə, kitabxanaya, tədris ocaqlarına, habelə məhkum qadınların çalışdıqları xalçaçılıq sexinə baş çəkib, yeniyetmə və qadın məhkumların əl işləri ilə də tanış olublar. Tədbirin sonunda qadın məhkumların əl işləri - Qız qalasının əks etdirildiyi xalçalar qonaqlara hədiyyə edilib. -
06-19-2008, 08:01 PMAPAAzərbaycan prezidenti İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavinini qəbul edib
[b]Azərbaycan prezidenti İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavinini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Tahir əl-Masri İordaniya Haşimilər Krallığının ölkələrimiz arasında əlaqələrə böyük önəm verdiyini qeyd edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Öz növbəsində, prezident İ. Əliyev Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib. -
06-19-2008, 08:11 PMAPAAzərbaycan prezidenti qaz təsərrüfatı işçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti qaz təsərrüfatı işçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev qaz təsərrüfatının inkişafındakı xidmətlərinə görə Əhməd Pənahova "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, prezidentin digər sərəncamı ilə bir qrup qaz təsərrüfatı işçisi "Tərəqqi" medalı ilə təltif edilib. -
06-19-2008, 11:21 PMAPAGürcüstan prezidenti özünə azərbaycanlı müşavir təyin edib
[b]Gürcüstan prezidenti özünə azərbaycanlı müşavir təyin edib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Mübariz Qarayev Gürcüstan prezidentinin müşaviri təyin olunub. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayevanın APA-ya verdiyi məlumata görə, M. Qarayevin müşavir təyin olunması barədə sərəncamı prezident Mixail Saakaşvili bu gün imzalayıb.
[Qeyd edək ki, M. Qarayev ixtisasca hüquqşünasdır. O, Gürcüstanda qeyri-hökumət təşkilatları sektorunun fəal nümayəndələrindən olub və Gürcüstandakı Azərbaycan İcmasının İnkişaf Mərkəzinin sədri olub. M. Qarayev Gürcüstandakı torpaq islahatları ilə bağlı yerli əhali arasında maarifləndirmə işinin aparılması prosesində iştirak edib. -
06-20-2008, 10:31 AMAPAAzərbaycan jurnalistlərinin V qurultayı başlayıb
[b]Azərbaycan jurnalistlərinin V qurultayı başlayıb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Bakıda Azərbaycan jurnalistlərinin V qurultayı keçirilir. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb.
[Daha sonra qurultayda Əflatun Amaşov, Elçin Şıxlı, Bəxtiyar Sadıqov, Rəşad Məcid və Vaqif Səfərlidən ibarət sədarət seçilib. Həmçinin, 5 nəfərdən ibarət say komissiyası müəyyənləşdirilib. Komissiyanın üzvləri Akif Cabbarlı, İlham Ələsgərov, Tahir Rüstəmov, İsmayıl Hacıyev və Rəfiqə Hüseynovadır. Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov prezident İlham Əliyevin salam və təbrikini jurnalistlərə çatdırıb. Qurultay davam edir. -
06-20-2008, 10:51 AMAPAƏli Həsənov: "Üç jurnalistin həbsdə olması Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir"
[b]Əli Həsənov: "Üç jurnalistin həbsdə olması Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir"[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Jurnalistlər hüquqi dövlət və bazar iqtisadiyyatı şəraitində işləməyi bacarmalı və getdikcə peşəkarlaşmalıdır". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
[Jurnalistlərin həbsinə münasibət bildirən Ə. Həsənov bu faktın Azərbaycan mediasına nə müsbət, nə də mənfi təsir göstərdiyini söyləyib: "Amma təəssüf ki, üç jurnalistin həbsdə olması Azərbaycanın beynəlxalq imicinə çox mənfi təsir göstərir. Bütün beynəlxalq təşkilatlar bunu Azərbaycanda söz və mətbuat azadlığının problemi kimi təqdim edirlər. Ümid edirik ki, bundan sonra belə hallar təkrarlanmayacaq. Həbsdə olanların qapısının açıq olmasını arzulamalıyıq".